Birincisi, Ə.Cəfərzadənin yaradıcılığında mərasim folklo-
rizmləri onun əsərlərinin etnik-mədəni əsasını təĢkil edir. Hər
bədii mətn mövzusunun bəĢərlik səviyyəsindən asılı olmayaraq,
milli hadisədir. Bədii əsərdə millilik onu Ģərtləndirən, müəy-
yənləĢdirən amillərin bədii təcəssümü olaraq meydana çıxır.
Ə.Cəfərzadə bütün hallarda milli zəmindən heç vaxt ayrı düĢ-
məmiĢ yazıçı olmuĢdur. Bundan dolayı onun qəhrəmanları,
Folklor və yazılı ədəbiyyat
166
təsvirləri həmiĢə milli naxıĢlarla bəzənərək, bu obraz və təs-
virləri canlı sənət hadisəsinə çevirmiĢdir.
Ġkincisi, Ə.Cəfərzadənin əsərlərində mərasimlərə yer ve-
rilməsi etnoqrafizmi gücləndirməklə həmin bədii mətnləri oxu-
naqlı, maraqlı etmiĢdir.
Üçüncüsü, mərasimi folklorizmlər, xüsusilə inanclar, ov-
sunlar Ə.Cəfərzadənin əsərlərinə təkcə təsvir-təhkiyə səviy-
yəsində etnoqrafik kolorit verməklə qalmır, əsərlərin fəlsəfi-psi-
xoloji gücünü və mənasını artırır. Bütün bunları ustalıqla bədii
mətnə gətirən yazıçı bədii ideyanın tutumlu, inandırıcı təqdimi-
nə nail olur. Bədii mətndəki magik folklorizmlər oxucu yadda-
Ģındakı eyni folkorizmlərlə üst-üstə düĢərək onun yaddaĢını, iç
dünyasını oyadır və oxucunu mətnə daha dərindən bağlayır.
Dördüncü, Ə.Cəfərzadənin baxıĢlarına görə, adət-ənənə-
lər əsrlərin sınağından çıxmıĢ mərasimlərlə bağlıdır. Mərasimlər
isə xalqın həyatının təĢkilinin xüsusi formalarıdır. Alimin
diqqətini cəlb edən əsas məqam xalqın mərasimlərdə birləĢmə
imkanıdır. Öz Ģəxsi həyatında öz düĢüncəsinə uyğun ixtiyari
hərəkətlər edən insanlar mərasimlərdə eyni hərəkətlər komplek-
sinə, eyni adətlərə, eyni rəsmə köklənirlər. Bu məqam, yəni
insanların mərasimdə birləĢərək vahid topluma, vahid qüvvəyə
çevrilməsi Ə.Cəfərzadənin xalq mərasimlərinə aid apardığı təd-
qiqatların alt plandakı mənasıdır. UĢaqlıqdan zəngin mərasim
ənənələrinin içərisində böyüyən Ə.Cəfərzadə görürdü ki, ayrı
vaxtlarda öz iĢləri ilə məĢğul olan, hərə öz problemləri ilə baĢı
qarıĢan insanlar digər mərasim günlərində bir araya gəlir, bir
olurlar. Hər bir xalqın da öz milli hədəflərinə çatmasının əsas
Ģərti onun bir ola bilməsidir. Bu səbəbdən Ə.Cəfərzadə xalq mə-
rasimlərinə birləĢə bilməyin, bir ola bilməyin, millət, xalq ola
bilməyin əsrlərin sınağından çıxmıĢ üsulu, forması, düsturu kimi
baxır və öz yazılarının alt planında bu məqamı əsas götürürdü.
Folklor və yazılı ədəbiyyat
167
QAYNAQLAR:
1. Azərbaycan folkloru antologiyası. Səki-Zaqatala folklo-
ru. XIII kitab/ tərtibçilər: Ġ. Abbaslı, O.Əliyev, M. Ab-
dullayeva, elmi redaktoru H. Ġsmayılov. Bakı: Səda,
2005, 550 s.
2. Bəydili C. Türk mifoloji obrazlar sistemi. Bakı:
Mütərcim, 2007, 272 s.
3. Cəfərzadə Ə. Aləmdə səsim var mənim. Bakı: Gənclik,
1972, 224 s.
4. Cəfərzadə Ə. Bakı-1501. Bakı: Yazıçı, 1981, 263 s.
5. Cəfərzadə Ə. Cəlalyyə. Bakı: Gənclik, 1983, 468 s.
6. Cəfərzadə Ə. Eldən-elə. Bakı: Gənclik, 1992, 356 s.
7. Cəfərzadə Ə. EĢq sultanı. Bakı: ġirvannəĢr, 2005, 204 s.
8. Cəfərzadə Ə. Vətənə qayıt. Bakı: Gənclik, 1977,
9. Cəfərzadə Ə. Yad et məni. Bakı: Gənclik, 1980, 317 s.
10. Nəbiyev A. Azərbaycan folklorunun janrları. Bakı:
ADPN, 1983, 85 s.
11. Басилов В. Избранники духов. Москва: Политздат,
1984, 208 c.
Folklor və yazılı ədəbiyyat
168
XALQ ADƏT-ƏNƏNƏLƏRĠ VƏ ROMAN YARADICILIĞI
(Y.V.ÇƏMƏNZƏMĠNLĠNĠN “ĠKĠ OD ARASINDA”
ƏSƏRĠ ƏSASINDA)
Aytac ABBASOVA
AMEA Folklor İnstitutunun
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin
elmi işçisi
Azərbaycan xalqının ictimai-siyasi, fəlsəfi, ədəbi fikir tari-
xində müstəsna yeri olan simalardan biri də Yusif Vəzir Çəmən-
zəminlidir. Zəngin tarixə malik Azərbaycan mədəniyyətinə,
onun təĢəkkül və inkiĢafına Y.V.Çəmənzəminlinin verdiyi töh-
fələr, onun göstərdiyi xidmətlər tədqiqatçılarımızın diqqətindən
kənarda qalmamıĢdır. Azərbaycanda XIX və XX əsrin əv-
vəllərində ictimai-siyasi, ədəbi fikir tarixinin elmi problemlərini
araĢdıranlar istər-istəməz Y.V.Çəmənzəminlinin yaradıcılığına,
onun elmi-ədəbi irsinə toxunmalı olmuĢlar, bəzən də onun yara-
dıcılığı ilə bilavasitə bağlı olan, bəzən də ziddiyyətli məqamlara
cavab verməklə çətinliklərlə rastlaĢmıĢlar. Bu da ondan irəli
gəlirdi ki, Y.V.Çəmənzəminli öz elmi-ədəbi yaradıcılığında çox
müxtəlif fəaliyyət sahələrini birləĢdirir. Bu sahələrdən biri də
onun xalq yaradıcılığı və folklorla bağlı apardığı tədqiqatlar və
təhlilləri olmuĢdur. Tarixdə elə bir yazıçı tapılmaz ki, bu və ya
digər cəhətdən xalq ədəbiyyatı ilə bağlı olmasın. Lakin xalq tə-
fəkkürü ilə bağlılığın ölçü-biçimi hər bir sənətkar üçün eyni ol-
mamıĢdır. Folklorla yaxınlığı və bağlılığı daha möhkəm olan ya-
radıcıların milli mədəniyyətlərin inkiĢafındakı xidməti daha
böyükdür. Belə sənətkarlar böyük inad və maraqla xalqın minil-
lik mənəvi sərvətini həm toplayıb, həm də öz bədii yaradıcılığın-
da bu sərvətlərdən faydalanmıĢdır. Bu baxımdan Y.V.Çəmənzə-
minlinin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur.
Folklor və yazılı ədəbiyyat
169
Təhsilini rus dilində alan, bir çox dünya xalqlarının dillərini
mükəmməl bilən görkəmli yazıçı Y.V.Çəmənzəminli Azərbay-
can folklorunun gözəl bilicisi və toplayıcısı olmaqla, bu tükən-
məz çeĢmədən ustad sənətkar kimi də faydalanmıĢ, həm də bu
zəngin xəzinəyə aid dərin elmi-nəzəri mülahizələrin müəllifi
olmuĢdur. Y.V.Çəmənzəminlinin folklorun müxtəlif məsələləri-
nə dair bu gün belə öz əhəmiyyətini saxlayan fikirləri Azərbay-
can folklorĢünaslığının tarixində böyük əhəmiyyət daĢıyır. Yüz
illər bundan əvvəl yaranmıĢ ağız ədəbiyyatımızın çoxunu unu-
dulmaq təhlükəsindən xilas etmək naminə qayğı və səliqə ilə
toplayan, çox çətin Ģəraitdə onun bəzi nümunələrini belə nəĢr
etməyə müvafiq olan görkəmli yazıçının gördüyü xidmətləri
yazmaqla izah etmək mümkün deyil.
Y.V.Çəmənzəminlinin Azərbaycan folklorunu toplaması,
tərtibi ilə bağlı fəaliyyəti çox zəngindir. Onun fəaliyyətinin xro-
noloji baxımdan təsvir edilməsi, gördüyü bütün iĢlərin öz əksini
tapması, ən baĢlıcası, folklorun hər bir janrının tərtibi zamanı
təqdim etdiyi elmi prinsiplərin araĢdırılması, yazdığı Ģərhlər,
qeydlərin öyrənilməsi çox vacibdir.
Məlumdur ki, Yusif Vəzir ġuĢada anadan olmuĢ, Qarabağ
mühitində böyümüĢ, görkəmli yazıçılar, Ģairlər, rəssam, tarixçi və
təzkirəçilər dünyasında yaĢayıb, gənclik illərini baĢa vurmuĢdur.
Ədib Kiyevdə oxumuĢ, Volqaboyu Ģəhərində, Bakıda, Orta Asi-
yada, Moskvada, Ġstanbulda, Parisdə yaĢamıĢdır. Onun yaĢadığı
illər həm də folklorĢünaslıq elminin ilk nəzəriyyələrinin, məktəb-
lərinin qızğın mübarizəsi, yaĢadığı yerlər isə bu mübarizələrin
əsas mərkəzi olmuĢdur. Həmin illərdə belə Ģəraitdə yaĢayıb, bu
mərkəzin görkəmli filoloqları, filosofları, etnoqrafları ilə görüĢüb
və onlardan bütün nəzəriyyələrin ayrı-ayrı qollarını mükəmməl
mənimsəmiĢdir. Eyni zamanda, isə folklorĢünaslıq elmini belə
incədən-incəyə bilmək ədibə uĢaqlıqdan bəri yaddaĢında yaĢatdığı
zəngin folklor nümunələrini saf-çürük etməyə, bu rəngarəng xalq
xəzinəsinə dürüstlüklə yanaĢmağa imkan vermiĢ, “Ġki od arasın-
Folklor və yazılı ədəbiyyat
170
da” və “Qızlar bulağı” romanlarının bu cəhətdən belə zəngin və
dolğun çıxmasına Ģərait yaratmıĢdır. Eyni zamanda, folklorĢü-
naslıqda onun müstəsna xidmətləri olmuĢ və bədii yaradıcılığında
bu zəngin xəzinədən məharətlə faydalandığı kimi, mürəkkəb
folklor aləminin tarixi-nəzəri məsələləri ilə də bir alim kimi çox
ciddi məĢğul olmuĢdur. Ədibin “Azərbaycanda ZərdüĢti adətləri”,
“Azəri nağıllarının əhval-ruhiyyəsi”, “Xalq ədəbiyyatının təhlili”
kimi elmi məqalələrində, “Qızlar bulağı”, “Ġki od arasında”
romanlarında və baĢqa əsərlərində Azərbaycan folkloru, “Avesta”
fəlsəfəsi, ZərdüĢt dininin ayrı-ayrı ayinləri, mütərəqqi adətləri bir
alim dəqiqliyi ilə tədqiq olunmuĢdur. Yazıçının “Qızlar bulağı”,
“Ġki od arasında” romanları bu gün də Azərbaycan ədəbiyyatının,
Azərbaycan nəsrinin tarixi mövzuda yazılmıĢ ən gözəl nümu-
nələrindən hesab olunur.
Y.V.Çəmənzəminli ən qədim xalq adət-ənənələrinin, möv-
süm, mərasim nəğmələrini, qarğıĢları, alqıĢları, bayatıları, atalar
sözü və məsəlləri, hikmətli sözləri, aforizmləri, əfsanələri, rəva-
yətləri, nağılları, lətifələri, hətta əsatiri də bədii ədəbiyyata
gətirmiĢ, belə demək mümkünsə, onlara ikinci həyat vermiĢdir.
Qəribə və maraqlı haldır ki, yuxarıda sadaladıqlarımız folklor və
mifoloji motivlər Y.V.Çəmənzəminli yaradıcılığında təsadüfi
epizodlar kimi iĢlədilmir, əksinə əsərlərin bədii quruluĢuna, süjet
xəttinə, kompozisiyasına tam uyğun gəlir, qəhrəmanların davra-
nıĢlarına, əhvali-ruhiyyəsinə, fikirlərinə uyğun Ģəkildə verilir.
Əsərlərin qanına, canına elə hopur ki, onların adı, müasir epi-
zodlardan fərqləndirmək çox çətindir, bəzi hallarda isə qeyri-
mümkündür. Yazıçı əsərlərində folklor və mifoloji motivlərin
təkcə geniĢ və əhatəli formalarından deyil, həmçinin belə demək
mümkünsə, sadə formalarından da məharətlə istifadə etmiĢdir.
Ədib əsərlərində adi məhəllə oyunları, adət-ənənələri çoxlarının
diqqətini cəlb etmədikləri bir halda onun tərəfindən ən yüksək
səviyyəyə qaldırılır və ömürlük milli status alır.
Folklor və yazılı ədəbiyyat
171
Y.V.Çəmənzəminli xalq məiĢəti ilə əlaqədar xüsusiy-
yətləri mükəmməl tədqiq edib öyrənmiĢ və təfəkkür süzgəcindən
keçirərək, yaradıcı Ģəkildə əsərlərində istifadə etmiĢdir. Qədim
dövrdən indiyə qədər qorunub saxlanılmıĢ qonağa ehtiram,
hörmət xalqımızın ən müqəddəs adətlərindən sayılır. Tarixi çox
qədim olan qonaqpərvərlik xalqın kimliyini, qadirliyini, qabiliy-
yətini, ürək geniĢliyini, səxavətini, yüksək mənəvi keyfiyyətləri-
ni əks etdirən və nəsildən-nəslə yaĢadan müqəddəs adət-ənənə-
dir. Bu nəcib adətin hər bir xalqın mənəvi mədəniyyətində özü-
nəməxsus yeri vardır. Qonaqpərvərlik xalqımızın baĢ ucalığı,
Ģöhrət tacı olubdur. Qonaq kimliyindən asılı olmayaraq qapısını
döydüyü evin əziz adamı hesab olunur. Ev sahibi son azuqəsini
belə qonaqdan əsirgəmir. Əbəs yerə deyil ki, xalq arasında
“qonaq evin gülüdür”, “qonağın ruzisi özündən əvvəl gəlir”,
“qonağın yeri göz üstədir”, “qonaq sevənin süfrəsi boĢ olmaz”
kimi ibrətamiz ifadələr geniĢ yayılmıĢ, hətta qonaqsız ev suyu
qurumuĢ dəyirmana bənzədilmiĢdir.
Ənənə xarakterli bu müqəddəs adət Ģifahi xalq ədəbiy-
yatında olduğu kimi, yazılı ədəbiyyatımızda da öz bədii əksini
tapmıĢdır. Milli-etnik varlığımızın tarixi-ədəbi ensiklopediyası
sayılan “Kitabi-Dədə-Qorqud” türk xalqlarının, o cümlədən,
Azərbaycan türklərinin dərin mənəviyyatı, zəngin tarixi keçmiĢə
malik olan əxlaqi-etik normaları haqqında son dərəcə maraqlı
məlumatlar verir. Dastanın ayrı-ayrı boylarından da azərbaycan-
lıların həmiĢə geniĢqəlbli, açıqürəkli, səxavətli olublar. “Oğuz
elinin baĢçısı”, “xanlar xanı” Bayandur xan ildə bir dəfə böyük
Ģadlıq məclisi qurur. “Atdan ayğır, dəvədən buğra, qoyundan
qoç qırdırır”, qonaqlıq edirdi (4, 231).
Y.V.Çəmənzəminli də xalqımızın qonaqpərvərliyini yük-
sək qiymətləndirmiĢdir. “Ġki od arasında” romanında belə bir
epizod vardır ki, Londondan Qarabağa gəlib çıxmıĢ Yusif Əmin
adlı bir erməni bir yerdə yaĢayan, qonĢuluq edən Azərbaycanlı
və erməni xalqları arasında ədavət toxumu səpməyə çalıĢır. O,
Folklor və yazılı ədəbiyyat
172
Qarabağ hökmdarı Ġbrahim xanla görüĢür. Hamı elə zənn edir ki,
xan onun qətlinə fərman verəcək. Lakin Ġbrahim xan Yusif
Əminin pis əməllərə sahib olduğunu bilsə də adətə xilaf çıxma-
yaraq “qonağa zaval yoxdur” demiĢ və hətta ona bir at bağıĢ-
lamıĢdır. BaĢqa bir epizodda isə çay qırağına paltar yumağa
gedən ġərbaf Kazımın ailəsinə “Qara dolaqlı oğlan atını sürüb
ailəyə yanaĢdı, salam verdi, salam aldı: – Allah qonağı istəmir-
siniz? Otun üstündə bardaĢ qurub oturmuĢ Kazım kiĢi qalxaraq:
– Allaha da qurban olum qonağına da! – dedi və atın baĢından
yapıĢdı” (2, 479). Yazıçının elə bu romanında və baĢqa bədii
əsərlərində xalqımızın qonağa qayğısını, ehtiramını ifadə edən
belə səhnələr çoxdur.
Romanda diqqəti çəkən bir adət də xalq arasında yaylıqla
bağlı adətdir. Bu adətə görə guya bir-birinə yaylıq bağıĢlamıĢ
sevgililər mütləq ayrılmalı olurlar. Onlar heç vaxt birləĢib
xoĢbəxt ola bilməzlər. Beləliklə, müĢahidə və sınaqlar nəticə-
sində keçmiĢ insanların təsəvvüründə yaylıq ayrılıq rəmzinə
çevrilmiĢdir. Ġndinin özündə də “yaylıq ayrılıqdır” ifadəsini
eĢitmək olar. Xalq həyatını, adət və ənənəsini dolğun Ģəkildə əks
etdirən Y.V.Çəmənzəminlini bu etiqad da dərindən düĢündür-
müĢ və “Ġki od arasında” əsərində fikrinin daha canlı təsirli
çıxması üçün bundan bir vasitə kimi ustalıqla istifadə etmiĢdir.
Tezliklə Ġrana sevmədiyi bir adamın evinə gəlin köçəcəyini
bilən Kiçikbəyim doyunca ağladıqdan sonra incə ipək dəsmalı
ilə gözlərinin yaĢını silir və dəsmalı qəlbdən aĢiq olduğu əmisi
oğlu Məhəmməd bəyə uzadaraq: “-Al bunu saxla, mən yadına
düĢəndə onu bağrına basıb mənim ətrimi ondan alarsan...” (2,
491) deyir. Məhəmməd bəy heç danıĢmır. Buna ehtiyac da du-
yulmur. Çünki ayrılıq niĢanəsi olan yaylıq onların hər fikrini
tam ifadə etmiĢdir. Lakin bəzən Ģifahi və yazılı ədəbiyyatımızda
yaylıq ayrılıq yox, əksinə qovuĢdurmaq mənasını da daĢımıĢdır.
Məsələn, “Əsli Kərəm” dastanında diĢinin qanını kəsmək üçün
dəsmalını çıxaran Kərəmi Əsli ayrılarkən ona verdiyi dəsmaldan
Folklor və yazılı ədəbiyyat
173
tanıyır və aĢiqlər bir-birinə qovuĢurlar. Burada göründüyü kimi,
dəsmal ayrılan və bir-birini tanıya bilməyən aĢiqləri qovuĢdurur.
Y.V.Çəmənzəminlinin romanda yaylıqla bağlı digər maraq-
lı bir epizod göstərmiĢdir. “Məhəllədə yaĢayan kumuk qoĢunu
arasında dava olur. Telli bu kumuk davasını çox görmüĢdü və bi-
lirdi ki, dalaĢanlar arasına bir qadın girib, yaylığını ortalığa atsa
kiĢilər qadın örtüsündən həya edib adət-ənənəyə görə davanı kə-
sərdilər. Telli özünü itirməyib cəld yüyürdü və əlliyə qədər bir-
birinə hücuma hazır olan kumukların arasına soxulub, baĢının
güllü yaylığını yerə atdı. Bir dəqiqədə bir-birinə susamıĢ iki tərəf
də geri çəkildi; xəncərlər və qılınclar qınına qoyuldu” (2, 493).
Qadın baĢ örtüsünə-yaylığına belə hörmət edilməsi adət-
ənənəsinə xalqımız lap qədim dövrlərdən nail olmuĢdur. KiĢinin
papağı, atı onun namusu sayıldığı kimi, qadının da baĢ örtüsü
onun namusu, abır-həyası sayılardı. KiĢilər də bu adətə hörmət
edərdilər. Qadının örtüyü, gəlinin örtüyü onun namuslu əxlaqlı
olmasına iĢarə idi. Qadın heç vaxt baĢı açıq kiĢilərin qarĢısına
çıxmaz, bir yerdə oturmazdır. Bütün bunlar qadının böyük
nüfuza və hörmətə malik olduğunu göstərən faktlardır.
Y.V.Çəmənzəminlinin xalq folklorunda, mifologiyasında
dərin mənaya malik olan “ocaq, pir” haqqında da əsərində qeyd
etməyi unutmamıĢdır. Romanda bir kiçik epizod kimi verilib,
üzərindən keçdiyi ocaq, pir məfhumu qədim insanların ən çox
inandığı ümid gözlədiyi, arzu, dilək dilədiyi, müqəddəs bir yer
kimi böyük əhəmiyyət daĢımıĢdır.
Romanda göstərilir ki, “Kiçikbəyim fındıq və yemiĢan
kollarını əyərək otlaq bir talaya çıxdı. Bir tərəfi quzulayıb, ot
saçaqları sallanan bir təpədə iri, qol-qanadı qurumuĢ bir ağac
vardı. KovuĢuna üst-üstə bir neçə daĢ qoyulmuĢdu. Budaqlarına
cürbəcür cındırlar bağlanmıĢdı. Bir Ģaxdan xırdaca beĢik asılmıĢ,
o birisinə balaca yay-ox nəsib olunmuĢdur. Ətrafda ocaq yerləri
görünürdü: ora-bura qoyun sümükləri tökülmüĢdü. Bu pir idi.
Diləkləri olan bura gələr, diləyini pirə xatırlatmaq üçün ağacın
Folklor və yazılı ədəbiyyat
174
budaqlarını əlvan cındırlar, rəngbərəng saplarla bəzərdilər: son-
suz arvadlar beĢik asar, igid oğul anası olmaq istəyənlər budağa
yay-ox bağlayıb gedərdilər, xəstələr bir həftəlik sursatları ilə
bərabər buraya gətirilib, ağacın altında yatar, pirdən Ģəfa dilə-
yirdilər...” (2, 490).
Bu təsvir edilən epizodda xalqın inancların daxil olan və
onların həyatında əhəmiyyətli rolu olan ocaq, pir haqqında gös-
tərilmiĢdir. Qədim xalqlar belə yerləri müqəddəs hesab etmiĢ,
ondan ümid ummuĢdular. Ocaq, pirlər hər hansı bir yer olma-
mıĢdı, bu yerlər ya hansısa müqəddəs əməlləri olan Ģəxslərin, se-
yid, axundların qəbrləri, yaxud da təbiətin öz yaratdığı müqəd-
dəs hesab olunan yerləri idi. Xəstə insanlar Ģəfa tapmaq, gənc
qızlar, oğlanlar bəxtini, qismətini tapmaq üçün, analar övlad
sahibi olmaq üçün “ocaq, pir”lərə üz tuturdular. Burada qurban
kəsər, onun ətrafında qalar, pirdən ümid, Ģəfa diləyərdilər.
Bir də dilək ağacı vardır ki, bu ağacda müəyyən mənada
müqəddəs olmuĢ, arzu, istək, niyyətlərin qəbul olub, olmamasını
göstərirdi. Dilək diləyib ağaca ən çox rəngli parçalar, saplar,
lentlər bağlanırdı. Ağacdan asılan lent diləyini ocağa xatırlatmaq
üçün asılırdı. Ox-yay simvolik olaraq nağıllardan və əfsanə-
lərdən bildiyimiz kimi oğlan uĢağını mənalandırmıĢdır. Oğlan
olanda ox-yay asmaq, qız olanda ələk asmaq nağıllarımızda tez-
tez rast gəldiyimiz adət idi. BeĢik isə sonsuz anaların övlad
sahibi olması üçün simvolik məna daĢıyırdı. Yuxuda beĢik görən
qadının övladı olardı. Ç.Aytmatovun “Ağ gəmi” əsərində buy-
nuzunda beĢik gətirən ana maralı gözləyənlər, övlad sahibi ol-
mağa çalıĢan sonsuz qadınlar idi. Ana maral buynuzunda beĢik
gətirir və qadın hamilə qalıb övlad sahibi olardı. Buna əsasən
bütün türk xalqlarında beĢik övlad sahibi olmaq mənasını bil-
dirmiĢdir.
Əsərin baĢqa bir yerində ədib ocaq barəsində baĢqa maraq-
lı bir faktı qeyd etmiĢdir: “Ağa, – dedi, – bilirsən ki, ġahməm-
məd ağanın həyətində ocaq var, ora ziyarətə çoxlu ilan gəlir. O
Folklor və yazılı ədəbiyyat
175
ilanlara dəymək olmaz, bilirsən ki, ilan kinli olar, onlardan birini
öldürsən, qisasını alarlar... ġahməmməd ağa həyətdə armud
ağacı əkirmiĢ, beli vuranda yerdən bir ilan çıxır, rəhmətlik öl-
dürmək istəyir, ilan çevrilib barmağından çalır” (2, 614).
Mifoloji inamlara daxil olan mətnlər içərisində ocaq və
ocağa ilan gəlməsi ilə bağlı düĢüncələr var. “Ocax ilanını
öldürmək olmaz, günahdı. Hər evdə yeddi ocax ilanı olur. Biri
bərəhdi, biri mələhdi, qalan beĢi evə dirəhdi. Fərəh ilan ziyannıx
eliyər. Mələh ilan köməklik eliyər, qalanları da evə bərəkət və
urzu gətirər. Ziyanlıx eliyən fərəh ilanı öldürmək lazımdı. Onda
evdə həmiĢə xoĢbəxtlik olar. Ən çox bu birilərindən öldürsən,
evin urzusu qaçar, ocağın sönər” (3, 224).
Ocağa, pirə inamın qədim dövrdən indiyə qədər böyük
əhəmiyyət daĢıması xalq arasında insanların bu yerlərin müqəd-
dəs bir yer kimi görüb ondan xeyir almaları ilə əlaqədardır.
Y.V.Çəmənzəminlinin də dediyi kimi, xalqımız ocağa və çırağa
and içərdilər, qız ərə gedərkən onu ocağın baĢına dolandırılması,
çərĢənbələrdə tonqal qalanması da odun, ocağın “Avesta”dan və
hətta ondan da qədim bir dövrə gedib çatması ilə izah oluna
bilər. Hələ ibtidai icma dövründə insanlar sürü halında yaĢayar-
kən, təbiəti və onun hadisələrini möcüzəli görən vaxtlarda öz
iĢlərini, həyatlarını dəyiĢən, asanlaĢdıran “odu” kəĢf etdilər.
Odun yaranması da möcüzəli olmuĢdur. Və insanlar əhəmiyyətli
olan bu dörd ünsürdən birini-odu müqəddəs hesab etmiĢdirlər.
Adətən od, ocaq qalanmıĢ yeri təmiz saxlamaq, murdarlamamaq
adəti də lap qədimdən indiyə qədər xalqımız arasında qalmıĢdır.
Romanda kosmoqonik miflərlə bağlı əsatir də diqqəti çə-
kir. Kosmoqonik miflərdə əsasən günəĢ, ay, ulduzlar, dünyanın
yaranması ilə bağlı əsatirlər, rəvayətlər əsas yer tutur. Ay və
günəĢ əsatirlərin çoxunda əsasən ər-arvad, sevgili, oğlan-qız,
bəzən də bacı-qardaĢ, ana-baba kimi təsvir edilir. Amma ən çox
isə bir-birini dəli kimi sevən və qovuĢmayan sevgililərdir. Onla-
rın birinin gecə, o birinin gündüzlər görünməsi və heç vaxt
Folklor və yazılı ədəbiyyat
176
görüĢə bilməməsi nakam aĢiqlər kimi təsvir edilir. “GünəĢ çox
qəĢəng bir qız imiĢ. Ay da aləmə nur saçan oğlan. Ay günəĢi se-
virdi. GünəĢ Ayın onu sevdiyini bilirdi. Amma ona tərəf heç
baxmırdı da. Ay da ki əl çəkmək bilmirdi. Bir gün GünəĢ öz
obasına gedirdi. Yolda Ay ona çatdı. GünəĢi sevdiyini dedi. Gü-
nəĢ onu yaxın qoymadı. Ay GünəĢin qolundan tutmaq istədi. ĠĢi
belə görən GünəĢ yerə tərəf əyildi. Yer ona bir ovuc çirkab
uzatdı. GünəĢ çirkabı Ayın üzünə çırpdı. Ay gözlərini yumdu,
ömürlük qaranlığa çəkildi” (2, 30).
Ayın GünəĢə olan nakam sevgisini Y.V.Çəmənzəminli ro-
manda qəhrəmanın əhvali-ruhiyyəsi öz daxili hissləri ilə əlaqəli
Ģəkildə göstərmiĢdir. Romanda oxuyuruq: “Vaqif yataqda uzan-
mıĢdı, amma gözlərinə yuxu gəlmirdi. Çadırın qapısından gecik-
miĢ ayı seyr edir, onun da əfsanəvi bir eĢqi olduğunu xatırla-
yırdı. Ay da əsrlərdən bəri məftunu olduğu məĢuqəsi günəĢin ar-
xasınca qoĢur, onun həsrətindən çırpınırdı. O da Vaqif kimi eĢq
yorğunu olaraq təpələr arxasından sönük çöhrəsi ilə aləmə tama-
Ģa edir, sevgi üzüntülərinin sirrinə vaqif ola bilmirdi” (2, 583).
Göründüyü kimi, Vaqif özünü, öz halını aya bənzədir.
Ayın, günəĢin canlı varlıq kimi təsvir edilməsi və insan kimi
onlara özünü bənzədilməsi ibtidai insanın inanclarına, təfəkkü-
rünə və onun məhsulu olan bu mifə istinad edilməsidir.
Ümumiyyətlə, Y.V.Çəmənzəminli bədii əsərlərində əfsanə
və rəvayətlərindən istifadə edərkən onların təsvir etdiyi hadi-
sələrlə uyğunlaĢmasına, ictimai məzmun kəsb etməsinə xüsusi
fikir vermiĢdir. Folklorun bütün janrlarını yaĢatmağa və ondan
yaradıcılığında hər addım baĢı istifadə edən tədqiqatçı alim
Y.V.Çəmənzəminli atalar sözü və məsəllərdən də romanında,
hekayələrində istifadə etmiĢdir. Y.V.Çəmənzəminlinin digər
həmkarlarından fərqləndiyi bir əlamətdar xüsusiyyəti var ki, bu
da folklorĢünas kimi özünün topladığı atalar sözü və məsəllər-
dən bədii əsərlərində ustalıqla faydalanmasıdır.
Folklor və yazılı ədəbiyyat
177
Yazıçı “Ġki od arasında” romanında iĢlətdiyi atalar sözü və
məsəlləri yaradıcısının xalq olduğunu vurğulamaq üçün “atalar
demiĢkən”, “məsəl var”, “atalar doğru buyurmuĢ”, “məsəldir”,
“deyirlər”, “atalar yaxĢı deyib”, “atalar misalıdır” və s. tərkib və
ifadələr iĢlədir. Bununla o, həmin nümunələrin yaranma
mənbələrini açıq-aydın göstərmiĢdir.
“Sürü arxasız olmaz”-atalar doğru buyurmuĢ” (2, 464).
“Kəsilən yerdən qan çıxar deyərlər. Atalar yaxĢı deyib” (2, 510).
Deyərlər: “Papağın keçi dərisindən, xəbərin yoxdur gerisindən”
(2, 537).
“Ġki od arasında” romanında “Palaza bürün el ilə sürün”,
“Milçək murdar deyil, qəlb bulandırır”, “Dil dönər, düzünü
söylər”, “Qız ağacı-qoz ağacı, hər yetən bir daĢ atar”, “Keçi can
hayında qəssab piy axtarır”, “Neyləyirəm qızıl teĢti ki, içinə qan
qusum”, “Ġt-itin ayağın basmaz”, “Qurunun oduna, yaĢda ya-
nar”, “YaxĢı igidin adın eĢit, üzün görmə!”, “Ġlan vuran ala çatı-
dan qorxar” və s. kimi dərin mənalı el sözlərindən tez-tez isti-
fadə etmiĢdir.
Y.V.Çəmənzəminli olduğu kimi əsərlərinə daxil etdiyi ata-
lar sözü və məsəllərdən baĢqa forma və məzmun baxımdan
dəyiĢdirilmiĢ nümunələrdə vardır. Məsələn “Ġki od arasında” ro-
manında belə bir epizod var.
“Vidadi Vaqiflə razılaĢmayaraq dedi:
– Bu zülümləri görən Ģad ola bilərmi?
Vaqif ciddi bir səslə:
– ġad olmasan nə çıxar ki? – dedi: - Atalar demiĢkən: Tö-
külən dolmaz! (2, 588).
Ədib “Tökülən çanaq daha dolmaz” atalar sözünü burada
“Tökülən dolmaz” formasına salmıĢdır. BaĢqa bir atalar sözündə
isə “Dil dönər, düzünü söylər!” (2, 460) nümunəsinin bir neçə va-
riantında iĢləndiyini görürük. “Dil yanılar, doğrusunu danıĢar”
atalar sözündə ədib “yanıları”, “dönər”, “danıĢarı” söylər kimi yaz-
mıĢ və dili daha rəvan, axıcı, səlist etməyə müvəffəq olmuĢdur.
Folklor və yazılı ədəbiyyat
178
Prof. Bəhlul Abdullayev yazır: “Yusif Vəzir atalar sözünə
cüzi bir əlavə ilə, sözü baĢqa bir kəlmə ilə əvəz etməklə
təsvirdəki reallığı daha da qüvvətləndirir ” (1, 91).
Y.V.Çəmənzəminli əsərlərində Ģifahi xalq ədəbiyyatının
müxtəlif janrlarından öz yaradıcılığında – “Ġki od arasında”
romanında geniĢ istifadə etmiĢdir. Bunlar içərisində xalqı bir yerə
toplayıb kütləvi əyləncəni təĢkil edən xalq oyunları vardır ki, bu
xalq oyunları yazılı ədəbiyyatın bir çox janrının təməl daĢında
sarsılmaz bünövrə olmuĢdur. Y.V.Çəmənzəminlinin “Ġki od ara-
sında” romanında ədibin təsvir etdiyi zorxanalar da xalq əyləncə
və oyunlarından biri hesab olunurdu. Bu tamaĢada zorçu öz
gücünü, qüvvəsini nümayiĢ etdirir. Ağır daĢ qaldırır, onları atıb-
tutur. Bəzi hallarda zorxanada pəhləvanlar güləĢirdilər.
Y.V.Çəmənzəminlinin romanında təsvir etdiyi zorxana da
yaz fəslində, insanların, təbiətin oyanması, sevinc hissinin yük-
sək olduğu bir vaxtda təĢkil edilir. Miyandar (zorxanada idman
iĢlərinə rəhbərlik edən) gəncləri zorxanaya çağırır. Zorxana id-
man oyunu kimi göstərir və idman fəsli baĢladı deyə adlandırılır.
Təsvir edilmiĢ zorxana geniĢ bir dairə ətrafında taxta səkilər
yapılmıĢ, üstü taxtapuĢla örtülü bir binadan ibarət idi. Ġlk oyun
mil oyununa baĢladılar. Gənclər iki dəstə olub iki-iki sağ, solda
düzülür. Ortalığa qoyulmuĢ ağac millə bir-bir götürüb nazikdən
baĢlayaraq əllərində oynada-oynada qoĢa-qoĢa dairəni dolaĢır,
dincəlir, təkrar mil oynadırdılar. Oyun musiqi sədaları altında,
miyandarın göstəricisi ilə aparılırdı. Mil oyunundan sonra güləĢ
oyunu baĢlayır. Gənclər bir-birinin bədənlərini piyləməyə (yağ-
lamağa) baĢlayırlar. Ġki nəfər meydana çıxıb güləĢir. Onlar bir-
birinin arxasınca dolaĢır, Ģəkilləri doldurmuĢ camaat qarĢısında
igidlik göstərmək eĢqilə coĢurdular. GüləĢçilər bir-birinin kürək-
lərini yerə vurmalı idilər. Ancaq bu vaxt onlar qalib ola bilərdilər.
Miyandarın gümrah səsi ilə oyun bitir. GüləĢçilər qucaqlaĢıb,
öpüĢürlər. Zorxananın bu adətindən sonra artıq ürəklərdə heç bir
kin qala bilməzdi. BarıĢıb ayrılırdılar (2, 522).
Folklor və yazılı ədəbiyyat
179
Qeyd olunan əyləncələr gənclərin idmanla məĢğul olma-
sını təmin edə bilən bir əyləncə idi, eyni zamanda bu əylən-
cələri, oyunları qədim insanlar bəsit formada hazırlasalar da,
sonradan həmin bu zorxanalarda təĢkil olunana oyunların çoxu,
məsələn, güləĢ dünya miqyasında yüksələrək mühüm idman nö-
vünə çevrilmiĢdir.
Ədibin baĢqa bir oyunu, fincan oynunu təsvir etmiĢdir. QıĢ
aylarında ev Ģəraitində, ocaq baĢında oynanılan bir oyun, əylən-
cədir. Fincan oyunu adından da göründüyü kimi fincanlar vasitə-
silə oynanılır. Romanda da deyildiyi kimi: Fincan oyunu çox da
mürəkkəb bir Ģey deyildi: qalaylı bir məcməyiyə üzüqoylu on iki
princ fincan düzülür, fincanlardan birinin altında bir üzük gizlə-
dilir. Oyunun müvəffəqiyyəti üzüklü fincanı tapmaqda idi (2,
533). Romanda “gül vurmaq” deyilir ki, bu ilk əldə üzüyü tap-
maq demək idi. Təsvir edilən bu oyun da xalqımızın yaradıcılıq
qabiliyyətini göstərən bir oyundur. Xalq ədəbiyyatımızın janrla-
rının çoxluğunda istifadə edən Y.V.Çəmənzəminli bu oyunları
əsərində təsvir etməklə xalq yaddaĢının təzələnməsinə və gələcək
nəsillərin bu kimi xalq oyunlarını bilməsinə Ģərait yaratmıĢdır.
Romanın digər bir yerində toy mərasimi ilə əlaqədar keçi-
rilən “güvəng oyunu”ndan bəhs edilir. Bu oyun romanda göstə-
rildiyi kimi nədimlərlə oynanılır. Məclisin hər baĢında bir nədim
oturub “güvəng oynu”na baĢlayır. Bu adi və incə bir rəqs idi,
yalnız ayaqlar iĢtirak etməyirdi, oturaraq qollar və çiyinlər
hərəkətə gətirilirdi. Güvəngdən sonra mənzum deyiĢmələr baĢla-
yır. Nədimlər bir-birini sındırmağa çalıĢırdılar. Bu deyiĢmələr
hazırcavablığın, zərifliyin nümunələri idi (2, 496). Ölkəmizin
Ģimal-qərb rayonların bəzi kəndlərində toy mərasimlərində gü-
vəng oynu hələ də oynanılır.
Y.V.Çəmənzəminli doğma xalqını yaxĢı tanıyan, onun
tarixinə, milli psixologiyasına və xarakterinə, mənəvi sərvətinə
dərindən bələd olan bir qələm sahibi idi. Odur ki, yazıçının
yaradıcılığındakı xəlqilik məhz bu köklərə və qaynaqlara onun
Folklor və yazılı ədəbiyyat
180
dərindən bələd olmasının, xalqının kədərinə də, sevincinə də
Ģərik çıxmasının nəticəsidir. Ədib Azərbaycan folklorunun gözəl
bilicisi və toplayıcısı olmaqla, bu tükənməz çeĢmədən faydalan-
mıĢ, həm də bu zəngin xəzinəyə aid dərin elmi-nəzəri mülahi-
zələrin müəllifi olmuĢdur. Folklorun müxtəlif məsələlərinə dair
bu gün belə öz əhəmiyyətini saxlayan fikirlərin Azərbaycan
folklorĢünaslığı tarixində mühüm əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |