AZƏrbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix09.02.2020
ölçüsü1,44 Mb.
#30412
1   ...   7   8   9   10   11   12   13   14   15
Folklor ve yazili edebiyyat-ll hisse


QAYNAQLAR: 
 
1.  Aslan  M.  SeçilmiĢ  əsərləri,  Bakı:  “Avrasiya  press”,  2006, 
320 s. 
2.  Babayev Ġ., Əfəndiyev P., Azərbaycan Ģifahi xalq ədəbiyyatı, 
Bakı: Maarif, 1970, 268 s. 

Folklor və yazılı ədəbiyyat 
120 
 
3.  Əliyev  H.  Xocalı  yarası  qəlbimizi  həmiĢə  sızladacaq, 
Azərbaycan qəzeti, 26 fevral 1995-ci il. 
4.  Əsgəroğlu  H.  Ġham-Fərizənin  sevgi  dastanı,  Bakı:  Nasir, 
2007, 544 s. 
5.  Güney  Azərbaycan  folkloru,  I  kitab,  Bakı:  Elm  və  Təhsil, 
2013, 456 s. 
6.  Kəsəmənli N. SeçilmiĢ əsərləri,
 Bakı: Qərb-ġərq, 2004, 256 s.
 
7.  Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988, 265 s. 
8.  Qafarlı  R.  UĢaq  folklorunun  janr  sistemi  və  poetikası,  Bakı: 
Elm və Təhsil, 2013, 540 s.  
9.  QəĢəmoğlu Ə. Sonsuzluğun ahəngi, Bakı: “XAN” n-ı, 2015, 
352 s. 
10.  Məğrur Y. Gəlirəm, Qarabağ! Bakı: “Təknur” n-ı, 2014, 204 s. 
11.  Murad G. Qarabağ harayı, Bakı: Qanun, 2009, 56 s. 
12.  PaĢa O. Yağmur qoxusu, Bakı: Uğur, 2015, 228 s. 
13.  Poetik  yaddaĢımızda  ağılar.  Tərtib  edəni,  toplayanı  və  ön 
sözün müəllifi Sədaqət Nemətova, Qızıl dağ, 2007, 142 s. 
14.  Tanrıverdi  Ə.  “Dədə  Qorqud”un  möcüzələr  dünyası,  Bakı: 
Elm və Təhsil, 2015, 536 s. 
15.  Təhmasib  M.H.  SeçilmiĢ  əsərləri,  2  cilddə,  I  c.  Bakı: 
Mütərcim, 2010, 488 s.  
16. 
https:
//az.wikipedia.org/wiki/Ġlham_və_Fərizə 
17.  www.clb.az/html/galleries/.../mersiyerekviye1.p.  
 
 
 

Folklor və yazılı ədəbiyyat 
121 
 
 
QURD OBRAZI 
 
ƏpoĢ VƏLĠYEV 
filologiya üzrə fəlsəfə doktoru, 
AMEA Folklor İnstitutunun 
 “Folklor və yazılı ədəbiyyat” şöbəsinin  
elmi işçisi 
 
Qurd  məfhumu  türk  inanc  sistemində  ucalıq,  cəsurluq 
rəmzidir.  Bu  inam  hunlarda,  sonralar  göytürklərdə  geniĢ  yayıl-
mıĢ,  zamanlarda,  dövrlərdə  boz  qurdlarla  bağlı  əfsanələr  də-
yiĢilmiĢ,  müxtəlif  variantlar  yaranmıĢ,  yayılmıĢ,  bu  günümüzə 
qədər gəlib çatmıĢdır. Qədim dastanlarda və digər folklor nümu-
nələrində  bu  obrazın  müxtəlif  funksiyalarını  izləməklə  onun 
mifoloji  təfəkkürdə  yerini  müəyyən  etmək  mümkündür.  Daha 
çox  ilkin  yaradılıĢla  bağlı  miflərdə,  əfsanələrdə  və  dastanlarda 
yer  alan  qurd  obrazı  haqqında  geniĢ  monoqrafiyalar,  araĢdır-
malar  aparılmıĢdır.  Bizim  araĢdırmamız  isə  Azərbaycanın  ayrı-
ayrı  bölgələrinə  məxsus  folklor  nümunələrində  və  yazılı  ədə-
biyyatda olan qurd obrazı ilə bağlı olacaqdır.  
Əski  türkcədə  AĢina,  Börteçine,  Çine,  Azərbaycan  türkcə-
sində  Qurd,  Boz qurd,  Anadolu türkcəsində  Gök  börü, Gök kurt, 
Gök yele, Yalınsak (Yalquzaq anlamında) Qırğız türkcəsində Coo 
börüsü, Qazax türkcəsində Kaskır, Kök çal, Tıva türkcəsində Kuu 
pörü, Özbək türkcəsində Kök yal və digər adların daĢıyıcısı olan, 
türklərin xilas, azadlıq, qurtuluĢ rəmzi sayılan Qurd totemi ilə bağ-
lı dünyada külli miqdarda yer adı, adət-ənənələr, mərasimlər vardır 
ki, bu da Qurdun insan yaddaĢında özünə yer tutmasını, bu nadir 
canlının həqiqətən cəsarət, mərdlik, düzgünlük, həmçinin, azadlıq 
simvolu  olmasını  göstərir.  Qurdun  azadlıq  sevən  canlı  olduğunu 
onun daha bir xüsusiyyəti sübut edir: pəncəsi tələyə düĢən Qurd öz 
pəncəsini  diĢləri  ilə  didib-dağıdaraq  özünü  tələdən  qurtarır.Qurd 

Folklor və yazılı ədəbiyyat 
122 
 
yegane heyvandır ki, öz diĢisini qısqanır. DiĢisini baĢqa bir erkək 
heyvanla görən Qurd onu parça-parça edir, digər erkək canlıya isə 
çəkilib getməyə imkan verir. Həmin erkək canlı qurdun gözünün 
düĢmənidirsə,  deməli,  o  da  Qurdun  qəzəbindən  qurtula  bilməyə-
cək. YaĢadığı əraziyə, ailəsinə, öz növündən olan digər qurda təca-
vüz edilərkən qəzəbli Qurdun qarĢısını heç bir canlı ala bilmir. Sü-
rü ilə ovdan dönərkən, düĢmən saydıqları canlıların üzərinə gedər-
kən və s. sürüdən geri qalan Qurdu “dəstə rəhbəri” parçalayır ki, 
rəqibin  “əsirinə  çevrilməsin”.  Təsadüfi  deyil  ki,  bütün  Türklərin 
xarakterik xüsusiyyətlərinin bir çoxu Qurd psixologiyası üzərində 
qurulub və haradasa onu xatırladır. Eyni zamanda bu obraz türklə-
rin totemidir. Qədim türklərin inancında “Boz qurd mədəni qəhrə-
man, əcdad-xilaskar, iki dünyanı birləĢdirən mediator, ritual-mifo-
loji  səciyyəli  həmin  ruh,  nəhayət,  döyüĢ  və  qəhrəmanlıq  simvo-
ludur...qurd bütün türk xalqlarının yolgöstərənidir”. O türkləri qo-
ruyandır.  Əfsanəyə  görə  hətta  Göytürklər  qurddan  törəmiĢdir  və 
Qurd türk mifologiyasının ən əhəmiyyətli simvoludur. 
Türklərin  qurdla  ilgili  atalar  sözləri  və  deyimlərinə  nəzər 
salaq: 
Qurd qonĢusunu yeməz (Əski türk). 
Qurddan qorxan qoyun saxlamaz (Azərbaycan). 
Qazax, Qırğız və qurd qardaĢdılar (Qazax, Qırğız). 
Keçiyə rakı içirmiĢlər qurdun evini sormuĢ (Anadolu). 
Qoyunu güdən qurdu görər (Anadolu). 
Tüklü qoyunu qurd yeməz (Kərkük). 
Qurdu  nə  qədər  əhliləĢdirsən,  gözü  yenə  meĢəyə  baxacaq 
(Azərbaycan) (24). 
Qədim  türklərdə  Qurd  uğur  rəmzidir,  ilk  türklərin  inan-
cında ataları qurda bənzədilir:  
– Əfsanəyə  görə hunların soyundan olan göytürklər tayfa 
Ģəklində  yaĢayarkən  onların  ölkəsinə  düĢmən  basqın  edir.  On 
yaĢında  uĢaqdan  baĢqa  hamısını  öldürürlər.  DüĢmənlər  uĢağın 
ayaqlarını sındırırlar və bir bataqlıqda qoyub gedirlər. Balalarını 

Folklor və yazılı ədəbiyyat 
123 
 
itirmiĢ  bir  diĢi  qurd  bu  uĢağı  bəsləyir.  UĢaq  böyüyəndən  sonra 
qurd  ondan  hamilə  qalır.  DüĢmənlər  onun  sağ  qaldığını  eĢidib 
onu  öldürmək  qərarına  gəlirlər.  Qurd  oğlanı  ölümün  pəncəsin-
dən  alır.  Onu  bir  mağarada  gizlədir.  Burada  onların  on  uĢağı 
dünyaya gəlir. UĢaqlar böyüyür. Rast gəldikləri qızlarla evlənir, 
tez  bir  zamanda  çoxalırlar.  YaĢadıqları  yer  dar  olduğundan  or-
dan çıxıb Altay dağlarının ətəklərində məskən salırlar. AĢina ad-
lı qardaĢ onlara xaqan olur. Qurd soyundan olduğunu bildirmək 
üçün  xaqan  çadırının  üzərində  qurd  baĢı  olan  bayraq  ucaldır. 
Bəzi tədqiqatçıların fikrincə “aĢina” “canavar” deməkdir (20). 
Boz qurdla bağlı əfsanələrin birində deyilir ki, Hun soyun-
dan  olan  Göytürklərin  baĢçısı  Kapanpunun  on  altı,  bəzi  mən-
bələrdə  on  yeddi  qardaĢından  birinin  anası  qurd  idi.  DüĢmən 
tayfaları onların  hamısını  məhv etmiĢ olsalar da qurddan doğu-
lan cəsur, güclü qardaĢ sağ qalmıĢ, Yaz və QıĢ  ilahələrinin qız-
ları ilə evlənmiĢ, hərəsindən iki övladı olmuĢdur. UĢaqların bö-
yüyü  olan  NotuluĢə  xaqan  seçilmiĢ  və  “türk”  adını  almıĢdır. 
Sonralar  türk  adlandırılan  NotuluĢənin  on  arvadı  olmuĢ,  onun 
uĢaqlarından  birinin  anası  “diĢi qurd” deyilən  AĢina adını daĢı-
mıĢ və ondan olan uĢaq xaqan olmuĢ, o, da “AĢina” adlanmıĢdı. 
Göytürkləri bu “AĢina” soyuna aid edirlər (21). 
Türklərin Ərgenəkon dastanına görə  isə, hiyləylə  rastlaĢa-
raq düĢmənə yenilən türklərdən sağ qalan bir neçə nəfər qorun-
maq  üçün  dağların  arasında  tək  adamın  zorla  keçəcəyi  yolla 
özlərinə  kiçik  yurd  seçib,  illərlə  burada  yaĢayırlar.  Bu  məkana 
Ərgənəkon  adı  verən  türklər  düz  dörd  yüz  il  sonra  həm  özləri, 
həm də sürüləri o qədər çoxaldı ki, yurda sığmaz oldular. Qərara 
gəldilər  ki,  əvvəlki  vətənlərinə  qayıtsınlar.  Türklər  bu  dağdan 
çıxmaq  üçün  çıxıĢ  yolu  aradıqları  zaman  bir  dəmirçi  dedi: “Bu 
dağda dəmir  mədəni  var. Dəmiri  əritsək, buradan çıxa  bilərik”. 
Beləcə, dağın geniĢ yerinə  bir qat odun bir qat kömür qoyub od 
vurdular.  Dəmir  dağ  əridi,  türklər  Ərgənəkondan  çıxdılar  və 
Bozqurdun onlara göstərdiyi yolla qurtuldular (21). 

Folklor və yazılı ədəbiyyat 
124 
 
Qurd həm də müxtəlif xalqların mifologiyasında, folklorun-
da, deyimlərində yer alıb və onunla bağlı xeyli əfsanələr yaranmıĢ-
dır. Qədim Roma müəllifləri Ģəhərin qurucuları kimi Rem və Ro-
mul  qardaĢlarının  adlarını  çəkirlər. Əfsanəyə görə, zalım  dayının 
əmri  ilə  meĢəyə  atılan  qardaĢları  diĢi  bir  canavar  tapır  və  onlara 
süd verərək bəsləyir. Sonra tifilləri bir çoban tərbiyə edib boya-ba-
Ģa çatdırır. Qurdla bağlı bu cür əfsanələr digər xalqların mifologi-
ya və folklorunda da var. Məsələn, Cənubi Amerika hinduları qur-
du döyüĢə aparan sərkərdə kimi qəbul edirlər. Ümumiyyətlə, əgər 
Avrasiyada qurd daha çox  yol  göstərən  kimi  xarakterizə  edilirsə, 
Qərbi Avropada ona daha çox ilkin baĢlanğıc kimi münasibət bəs-
ləyirlər. Qurdlarla bağlı Hans Bidermanı məĢhur “Simvollar ensik-
lopediyası”nda xeyli maraqlı məlumatlar var. Məsələn, Qədim mi-
sirlilər qurd  baĢlı tanrılara  müharibə tanrısı kimi  sitayiĢ edirdilər. 
Slavyan mifologiyasında isə qurda Ģərin elçisi kimi yanaĢılır.  
Qədim  Çin  mənbələrində  Orxon-Yenisey  abidələrini  yarat-
mıĢ türk xalqının  mənĢəyi barədə türklərin öz dilindən bəzi əfsa-
nələr qeydə alınmıĢdır və onlardan biri bu xalqın Qərbdən – Xəzər 
dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir (9, 72). 
Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mən-
Ģəyi  ilə  bağlı  qədim  Çin  mənbələrində  iki  rəvayət  qeydə  alın-
mıĢdır.  Birinci  rəvayətdə  deyilir  ki,  hunlarla  eyni  soydan  olan 
göytürklər  hun  yurdunun  Ģimalındakı  Su  (So)  ölkəsindən  çıx-
mıĢlar. BaĢbuğlarının,  yəni  sərkərdələrinin adı  Kapan Pu  idi  və 
onun 16 qardaĢı vardı. Bunlardan birinin anası boz qurd idi. Bu 
gənc  yellərə  və  yağıĢlara  hökm  edərdi.  Göytüklərin  düĢmənləri 
bir  həmlə  ilə  qardaĢları  aradan  apardılar.  Bu  fəlakətdən  yalnız 
bir gənc qurtuldu. Bu gəncin iki arvadı vardı. Biri yaz tanrısının, 
digəri qıĢ tanrısının qızı idi. Onun bu arvadlardan iki oğlu oldu 
və xalq böyük oğlu özünə xaqan seçdi. O, Türk adını aldı. Onun 
10 arvadı vardı və bu arvadlardan türk xalqı törədi (9, 26-27). 
Bir  çox  türk  xalqlarının  folklorunda  qurd  obrazına  qarĢı 
münasibət bir mənalı olub, bu xalqlar qurdu özlərinə totem seç-

Folklor və yazılı ədəbiyyat 
125 
 
miĢ,  özlərinin  ulu  əcdadı  elan  etmiĢdirlər.  “Qədim  çağların  kö-
çəbə xalqlarında bütün sakral olanlara olduğu kimi qurda da ikili 
münasibət vardı. Bütün bunlarla yanaĢı türk xalqlarında qurddan 
adama ziyan gəlməyəcəyi inancı əsas olmuĢdur” (27, 229). Buna 
baxmayaraq,  Azərbaycan  folklorunda  qurd totem  kimi  yox,  ək-
sər hallarda bələdçi-xilaskar rolunda çıxıĢ edibdir. Qəhrəmanlıq 
dastanımız olan “Koroğlu” dastanında Koroğlu igidlərinin gücü-
nü, qüvvətini qurdla müqayisə edir: 
Korğluyam, sərt qayadan atıllam, 
Harda dava olsa orda tapıllam, 
Ac qurd kimi cümlənizə təpilləm, 
Ortadan olmazsa, uc alam, gedəm! (10, 82) 
Azərbaycan  yazılı  poeziyasında  Qurd  obrazından  istifadə 
geniĢ  yayılmıĢdır.  Digər  türk  toplumlarında  olduğu  kimi  Azər-
baycan  türkünün  də  düĢüncəsində  qurdun  özəl  yeri  olub.  “Qurd 
üzü mübarək” sayılıb. “Qurdu ulamaq” Azərbaycan türkünün bö-
yük Ģansı olub, bəxtinin üzünə gülməsi anlamında iĢlənib. Ġndi də 
Azərbaycan türkləri arasında kiminsə  Ģansı gətirəndə, iĢləri  yolu-
na düĢəndə  “filankəsin qurdu uladı” ifadəsi  iĢlənməkdədir. Ġdealı 
uğruna qorxmadan, dönmədən, sürəkli olaraq savaĢ aparan kimsə 
haqqında  “qurd  olub  qurdlarla  dolaĢır”  ifadəsi  də  iĢlənmiĢdir. 
Azərbaycanda  “qurd  ürəyi  yemək”  ifadəsi  də  yalnız  son  dərəcə 
cəsarətli insanlar haqqında deyilir. Ölməz Ģairimiz ġəhriyarın: 
Qan var ikən qardaĢ deyib qaynardıq, 
“YoldaĢ məni qurd apardı” oynardıq – 
deməsi Azərbaycan türkləri arasında “YoldaĢ məni qurd apardı” 
adlı  oyunun  mövcudluğundan  xəbər  verirsə,  əski  Azərbaycan 
türklərinin and içərkən; 
“And olsun boz qurdun mübarək üzünə”, 
“And olsun boz qurdun ruhuna”, 
“Boz qurdun paklığı haqqı” və s. - söyləməsi, 
“Boz qurd yuvanın ağzında ov etməz” 
“Boz qurdu qoca görmə, gecə gör” - kimi atalar sözləri, 

Folklor və yazılı ədəbiyyat 
126 
 
“QarĢına qurd çıxsa əlinə pay gələr” 
yaxud; 
Qurd getdi yazıya, 
Meydan qaldı tazıya (24) 
və digər bu kimi məsəllər bu yurdda əskidən boz qurda (bozqurd 
ruhuna  və  özəlliyinə)  nə  qədər  böyük  önəm  verildiyini  anladır. 
Dahi Azərbaycan Ģairi Nizami “Ġskəndərnamə” poemasında Gü-
nəĢin doğduğu zamanı, dan yerini “Qurdun ağzından gələn sübh 
nəfəsi” kimi dəyərləndirir: 
Gəldi qurd ağzından sübhün nəfəsi, 
KeĢikçi itinin kəsildi səsi (23). 
Qurd obrazından istifadə edən Ģairlərdən biri də Məmməd 
Arazdır.  Onun  yaradıcılığına  nəzər  saldıqda  Ģeirlərində  folklor-
dan  yazılı  ədəbiyyata  keçmiĢ  “Qurd”  obrazına  çox  rast  gəlirik. 
Məsələn: 
DüĢdüsə bir sürü bir qurd payına – 
Bunun da adı var-“qismətdi”-dedi (15, 97) 
 
Ġtnən qurdu seçə bilmir...(13) 
 
Qurda quzu desəm-bu, bu qurd arzusu, 
Yazıqlıq bacarır cəllad olanlar. 
Quzuya qurd desəm-istəməz quzu 
Yazıqlar! Hər dəmdə yazıqdı onlar (15, 51) 
Məmməd  Arazın  yaradıcılığında  Qurd  obrazından  geniĢ 
Ģəkildə  istifadə  etməsi  bir tərəfdən kənd  həyatında, dağlar qoy-
nunda  doğulub  boya-baĢa  çatması,  yaĢadığı  kəndin  ətrafındakı 
dağlardakı  sıx  meĢələrdə  tez-tez  rast  gəlinən  qurd-canavarla 
bağlı idisə, digər tərəfdən xalq arasında olan, “Kitabi Dədə Qor-
qud” dastanında da təsdiqini tapan, “Qurdun  mübarəkliyi” haq-
qındakı  inamlarla  da  sıx  bağlı  idi.  Xalqımızın  söz  abidəsi  olan 
“Kitabi -Dədə Qorqud” dastanında da Qurd obrazına rast gəlinir. 
“Salur Qazanın evinin yağmalandığı boy”da belə nəql edilir: 

Folklor və yazılı ədəbiyyat 
127 
 
– “Sudan keçdi, bu kəz bir qurda tuĢ oldu. “Qurd üzü mü-
barəkdir,  qurdlən  bir  xəbərləĢəyim”,-  dedi.  Görəlim,  xanım,  nə 
xəbərləĢdi. Qazan aydır: 
Qaranqu axĢam olanda güni toğan! 
Qar ilə yağmur yağanda ər kibi turan! 
Qaraqüc atları kiĢnəĢdirən! 
Qızıl dəvə gördügində bozlaĢdıran! 
Ağca qoyun gördügində quyruq çırpıb qamçılayan! 
Arqasını urib, bərk ağılın ardın sökən! 
Qarma-bükəc simüzin alub tutan! 
Qanlı quyruq üzüb çap-çap yudan! 
Avazı qara köpəklərə ğoğa salan! 
Çaqmaqluca çobanları dünlə yügürdən! 
Ordumun xəbərin bilürmisin, degil mana, 
Qara baĢım qurban olsun, qurdim, sana-dedi. 
Qurd qaçan xəbər versə gərək?! Qurddan dəxi keçdi” (7). 
Azərbaycan  Ģifahi  xalq  yaradıcılığında  qurdla  bağlı  xeyli 
sayda atalar sözləri, məsəllər, rəvayətlər və çoxlu deyimlər vardır. 
Məsələn: “filankəsin qurdu uladı”, “qurd anılan yerdə hazır olar”, 
“qurd kimi”, “qurd quzu ilə otlayar”, “qurd ürəyi yemək”, “qurd 
yağı  sürtmək”,  “qurdla  qiyamətə  qalmaq”  və  s.  Qədimdə  Azər-
baycan  kiĢisi  qeyri-adi  qorxmazlıq,  igidlik  göstərib  hamıdan  se-
çilərkən ona belə deyərdilər: “Sən lap qurd ürəyi yeyibsən”. 
Bundan  əlavə,  qurdla  bağlı  bəzi  mərasimlərimiz  də  var. 
Məsələn: köpək qurdla boğuĢubsa mütləq ona qoyunun quyruğu-
nu  verirlər  ki,  it  qudurmasın, qorxaq olmasın.  Bütün  bunların  izi 
tariximizin ən qədim dövrlərinə gedib çıxır. Hələ də bölgələrimi-
zin  bəzilərində  süfrənin  ən  yağlı,  ən  gözəl  tikəsindən  söhbət  dü-
Ģəndə ona “qurd payı” deyilir. Bəzən də görürsən ki, biri baĢqası-
na hörmət əlaməti olaraq süfrədən daha dadlı bir tikə verəndə de-
yir: “bunu qardaĢ qardaĢa qıymaz, mən sənə qıyıram. Süfrəmizin 
qurd  payıdır”.  Naxçıvandan  toplanmıĢ  inanclarda  deyilir  ki, 
“Qurd ulayanda xeyir gətirər, it ulayanda bəla-fəlakət gələr” (18). 

Folklor və yazılı ədəbiyyat 
128 
 
Qurd diĢini dəyiĢər, amma xasiyyətini dəyiĢməz... 
Arxalı köpək qurd basar. 
Qurdun qonaqlığına get, köpəyi də yanınca apar. 
Qoca qurd kahasından çıxmaz. 
Qurddan qorxan qoyun saxlamaz (18). 
kimi atalar sözləri və məsəllər bu gün də xalq arasında geniĢ Ģə-
kildə iĢlənir və xalq yaradıcılığında yazılı ədəbiyyata, poeziyaya 
keçir.  
Atalar  sözü  və  məsəllərdə  Qurda  ikili  münasibətin  nisbə-
tini daha aydın görmək olar: 
Qurdun xeyirliyi: 
Qurd qurda dal çevirməz. 
Qurd əti qurda haramdır. 
Qurd ürəyi yeyib! 
Qurddan qurd törəyər. 
Qurd qaranlıq sevər. 
Qurd üzü mübarəkdir (18). 
 
Qurdun Ģərliyi: 
Qurd acgöz olar. 
Qurd dumanlı yer axtarar. 
Qurda qoyun tapĢırmaq olmaz. 
Qurda sən tikmək öyrət, yırtmaq anasının peĢəsidir. 
Qurdu evdə saxlamaqla ev heyvanı olmaz. 
Qurdun üzü ağ olsaydı, gündüz çölə çıxardı (18). 
Xalqda  iĢlənən  qurdla  bağlı  atalar  sözü  və  məsəl  nümu-
nələrinin  demək  olar  ki,  hamısı  Məmməd  Araz  yaradıcılığında 
geniĢ  Ģəkildə  istifadə  olunmuĢdur.  Nümunələr  məzmunca  dəyi-
Ģilsə  də  məna  cəhətdən  eyniliyini  qorumuĢdur.  ġeiri  oxuyan 
kimi həmin ifadənin xalqdakı variantı yada düĢür. 
Xalqda: 
Qurddur, qoyun dərisinə girib (2). 
 

Folklor və yazılı ədəbiyyat 
129 
 
Məmməd Arazda: 
Quzular qurd yeyəndir,  
Toxlar toxluqdan doyub, 
Toxlar sükut yeyəndir (15). 
 
Hardasa insana qurd olur insan, 
Cəllad gözlərindən dogulur insan, 
Biz nə qurd olanıq, nə cəllad olan 
Nə kölə olanıq, nə azad olan (15, 136). 
 
Qurdnan qoyundan danıĢım, 
Ya bunlar arasında 
Gedən oyundan danıĢım... 
Vallah sözüm tükənibdi (15, 182). 
Xalq arasında talançı, güvənsiz, etibar qazanmayan insan-
lar üçün “Qoyunu qurda tapĢırıb”, “Qurd tükünü dəyiĢər, xasiy-
yətini  dəyiĢməz”  kimi  ifadələr  iĢlədilir.  “Qoyun  cildinə  (dəri-
sinə, donuna) girmiĢ qurd” ifadəsi öz pis niyyətlərini xeyirxahlıq 
pərdəsi altında gizlədən qəddar, riyakar adamlar, “Köhnə qurd” 
ifadəsi  isə  heç  bir  hiyləyə  aldanmayan,  uymayan,  hiyləgər,  təc-
rübəli, ayıq, zirək adam  haqqında deyilir. Bu ifadələr də Məm-
məd Araz yaradıcılığında da öz əksini tapıb: 
YaĢar min illərlə bu qurd xisləti, 
Ütüyə, ülgüyə, qəlibə gəlməz! 
Ancaq, qəribədir, qurd xasiyyəti 
Bəzi adamlara qəribə gəlməz (15). 
 
Bizim içimizdə bizdən uzaqlar, 
Bəzən qurd ağzından qoyun saldırar (15). 
 
Aparır adamı qurd vahiməsi,  
Qoyunu dalınca aparan kimi (15, 74). 
Sonuncu  Ģeir  nümunəsindəki  “qurd  vahiməsi”  ifadəsinə 
Naxçıvan  MR  ġərur  rayonunda  ekspedisiyada  olduğum  zaman 

Folklor və yazılı ədəbiyyat 
130 
 
söyləyici Tağıyeva Meyxanım  nənədən bir  əhvalat  dinləyib  ya-
zıya almıĢdım. O, söyləyirdi ki, “Qoyun-quzu qurddan çox qor-
xur. Bütün il boyu qurdun vahiməsi qoyun-quzunun yaddaĢında 
qalır. Ancaq qoyun-quzu qırxılan zaman qurdu yadından çıxarır. 
Həmin  vaxt  qoyun-quzu  yalnız  qırxlıqdan  qorxar.  (Qırxlıq- 
qoyun-quzunu  qırxmaq  üçün  qayçı  formasında  kəsici  alətdir). 
Qurd qoyunu boynunun arxasından diĢləri ilə tutar. Bu vaxt qo-
yun  qurddan  o  qədər  qorxar  ki,  qurdun  vahiməsi  ilə  onun  ar-
dınca qaçar” (18). Məmməd Araz həmin bu əhvalatı öz Ģeirində 
yuxarıdakı formada qələmə almıĢdır. 
Qurdla bağlı bir nümunə də insanın qurda çevrilməsidir ki, 
buna biz Azərbaycan mifoloji mətnlərində rast gəldiyimiz “Qurd 
Zalxa” mətnidir (8, 122). Burada qadın qurda çevrilib vəhĢi bir 
heyvan olur və  insanları etməklə  məĢğul olur. Bu mətnə  əsasən 
qurd  nəsli  artıran  bir  totem  kimi  yox,  əksinə  onu  məhv  edən 
kimi göstərilmiĢdir. Eləcə də bir çox ovsunlarımız var ki, burada 
qurd  ayrılıq,  nifaq  gətirən  bir  vasitəyə  çevrilir.  Qurdun  ehtiva 
etdiyi  mənəvi qüvvədən  istifadə  edərək  insanların dilini, ağzını, 
könlünü  bağlamaq  da  olur.  Bunun  üçün  qurd  yağından  istifadə 
edilir.  Ġnanca  görə  “üstünə  qurd  yağı  sürtülən  insanlar  arasına 
nifaq,  düĢmənçilik  düĢür.  Ġnsanların  gülərüz  olmalarını  əngəl-
ləyir, onların xoĢ danıĢmaqlarının qarĢısını alır” (26). 
Qurdla  bağlı  folklorda  maraqlı  bir  inanc  da  var  ki,  bu  da 
qurd  ağzı  bağlamaq  inancıdır.  Burada  da  qurda  qarĢı  müsbət 
yox,  mənfi  münasibət  özünü  göstərmiĢdir.Əski  türklərdə  “qurd 
ağzı bağlama” adəti geniĢ yayılmıĢdır. Bu adət Ġslam dini yara-
nandan  sonra  da  davam  etmiĢ  və  bu  gün  də  yaĢadılmaqdadır. 
“Qurd ağzı bağlamaq” hansı zərurətdən qaynaqlanır?! Professor 
Necati  Dəmir  “Qaradəniz  bölgəsində  qurd  ağzı  bağlama”  ya-
zısında  bu  adətin  yaranma  nədənini  belə  açıqlayır:  “Kırsal  ke-
simde  yerleĢik olan köylüler, özellikle  hayvancılıkla uğraĢmak-
tadır. Davarlarını  hastalıklara, hırsızlara,  yırtıcı  hayvanlara kar-
Ģıkorumak  için  bazı  önlemler  alırlar.  Hastalık  için  veterinere 

Folklor və yazılı ədəbiyyat 
131 
 
baĢvurulur ve ilaç alınır. Hırsızlara karĢı köpek beslenir, kapılar 
kilitlenir.  Kurtlara  karĢı  önlem  almak  oldukça  zordur.  Çünkü 
hayvan  sürüleri  yaylalarda  çok  geniĢ  bir  alana  serpilerek  otla-
maktadırlar.  Çoban  köpekleri,  bunca  geniĢ  alanı  koruyamadığı 
gibi,  bazen  de  kurtlara  güçleri  yetmemektedir”.  Ancaq,  hansı 
anlamda qurdlara  “gücləri  yetməməkdədir”? Ġstər Doğu, istərsə 
də Batıda yaĢayan əski türklərin qurdun ağzını bağlamağa çalıĢ-
maları onların acizliyindən, heyvan-qaralarını qurddan qorumaq 
üçün  çarəsiz  durumda  olmaqlarından  qaynaqlanmır.  Əski  türk 
Tanrı qatında qurdun qutsal varlıq olduğuna inanırdı. Qurda say-
ğısızlığın Tanrıya xoĢ getməyəcəyini düĢünürdü. Bu üzdən sürü-
nü qurddan fiziki güc vasitəsilə deyil, mistik üsullarla metafizik 
güc  qaynaqlarına  dayanaraq  qorumağın  yollarını  arayırdı.  Əks 
hallarda sürülərə saldıran digər heyvanların da ağzını bağlamağa 
çalıĢardı. Misal üçün, bu gün Azərbaycanın dağ rayonlarında yer-
ləĢən yaylaqlarda çobanlar  sürüləri daha çox ayılardan qorumağa 
çalıĢırlar, nəinki canavardan... Həm də əski türklərin inancına gö-
rə “kurdun kutsal ruhlarla ilgisi vardı” (29). 
Bu ovsunu Azərbaycanda və digər türk xalqlarının folklo-
runda  gecə  sahibsiz  çöldə  qalan  heyvanları  qurddan  qorumaq 
üçün yerinə yetirərdilər. Bu inanc daha çox dağlıq əraziyə malik 
olan və təsərrüfatçılıqla-maldarlıqla məĢğul olan regionlarda ge-
niĢ yayılmıĢdır. Qurdun ağzını əsasən iki üsulla bağlardılar: Ağ-
zı bağlanan bıçağa dua oxuyub bıçağı qapadar, ya da ipə oxuyub 
sonra üç düyün vurardılar. Ġtən heyvan tapılandan sonra bıçağın 
ağzını  və  ya  ipin  düyününü  açardılar.  Bəzi  türk  boylarında  bı-
çağa oxunan dua belə idi: 
Qurd ağzını qapa 
Yolun olsun sapa 
Bıçağımı yağladım 
Qurd ağzını qapadım – deyib bıçağı bağlardılar (27). 
Min illərlə tarixi olan bu adət Ġslamın türk dünyasına gəli-
Ģindən  sonra  məzmununu  xeyli  dəyiĢdi.  Hazırda  qurdun  ağzını 

Folklor və yazılı ədəbiyyat 
132 
 
bıçağa  Qurandan  ayələr  oxuyaraq  bağlamaq  adəti  geniĢ  yayıl-
mıĢdır (25). 
Kəlbəcərin  Çaykənd  kəndinin  sakini  MəmiĢov  Xansuvar 
ġahsuvar  oğlu  söyləmiĢdir  ki,  “Mal-qara  meĢədə  qalanda  onu 
canavardan qorumaq üçün müxtəlif ovsunlar oxuyardılar. Bunun 
üçün  ya  mollaya,  ya  da  kəndin  ağsaqqal-ağbirçəyinin  yanına 
gedərdilər.  Ovsunu  oxumaqla  yanaĢı  bəzi  ayinlər  də  edərdilər. 
Sümük  bıçağı  və  ya  təzə  bıçağı  üfürüb  ağzını  bağlaya-bağlaya 
aĢağıdakı sözləri oxuyardılar: 
Ayı gördüm ağladım, 
Gülü dəstə bağladım. 
Öz əmlakımın üstündə,  
Qurdun ağzını bağladım. 
Bunu deyib bağlayırdılar” (1, 113). 
Ġnanca  görə  mal-qaraya  qurd  dəyməz  idi.  OvsunlanmıĢ 
bıçaq mal-qara tapılmayınca açılmazdı. Açılardısa, qurd yeyərdi. 
Burada  istifadə  edilən  sümük,  yaxud  da  təzə,  iĢlənməmiĢ  bıçaq 
sanki qurdun ağzı kimi təsəvvür edilir və onun bağlanması, açıl-
ması ilə qurdun ağzı da bağlanır və açılırdı. Ġnsanların belə magik 
rituallarda, əsasən, metal alətlərdən istifadə etməsi metala verilən 
dəyərlə əlaqəlidir. Qədim insanlara təbiətdə mövcud olan bir çox 
proseslər kimi metal da qeyri-adi görsənmiĢ və onun bu gücündən 
özləri  üçün  istifadə  etmiĢdirlər.  Buna  nümunə  kimi  yağıĢın 
yağması, yaxud da kəsməsi üçün edilən ayinlər içərisində dəmirin 
isladılması  və  qızdırılmasını  da  göstərə  bilərik.  Eyni  zamanda, 
təkcə  ayinin  yerinə  yetirilməsi  bıçaqla  yox,  oxunan  ovsundakı 
sözlərlə və onu oxuyan insanın kimliyi ilə də bağlı olmuĢdur. 
Kəlbəcərin Zivel kəndindən olan baĢqa bir söyləyici isə bu 
ovsunu  oxuya-oxuya  yeniyetmə  bir  qızın  saçlarından  və  bıçaq-
dan  istifadə  etdiklərini  söyləmiĢdir.  “Qızın  saçının  ucunu  dü-
yünləyib aĢağıdakı  sözləri oxumalı  idi. Mal-qara tapılana qədər 
də qız saçındakı o düyünü açmamalı idi.  
 

Folklor və yazılı ədəbiyyat 
133 
 
Aya baxdım ağladım, 
Günə baxdım ağladım. 
Filan yerdəki yerlərdə, 
Fatma nənənin əli ilə, 
Ġmamlarımızın qılıncı ilə, 
Qurdun dilin, ağzın bağladım, 
Dərin quyuya salladım” (1, 112-113). 
Burada  ovsunu  oxuyan  adamın  yeniyetmə  olması  və  evli 
olmaması  onun  pak,  təmiz  biri  kimi  göstərilməsi  ilə  bağlıdır. 
Qurd  ağzı  ilə  bağlı  nümunələrin  hər  birində  müĢahidə  etdik  ki, 
bu  ayini  yetirən  adam  ya  gənc,  saf  bir  qız  uĢağı,  yaxud  da 
sayılıb-seçilən bir ağsaqqal, ağbirçək olmalı idi.  
Zəngəzur  folklor  antologiyasında  qurd  ağzı  bağlamaq 
inancı  ilə  bağlı  maraqlı  bir  mətnə  rast  gəlirik.  Ovsunda  itmiĢ 
heyvanın  gəzdiyi  ərazi  ilə  yanaĢı  onun  “rəngi”  də  qeyd  edilir. 
Ġnanırdılar ki, əgər heyvanın rəngini qeyd deməsən, qurd onu ta-
pıb yeyəcəkdir (3, 85). 
Yuxarıda qeyd etdiyimiz ovsunun sözlərində Ay və Günün 
adlarının  çəkilməsi  onların  sakral  mənası  ilə  əlaqəlidir.  Lakin 
“Fatma  nənənin  əli  ilə, Ġmamlarımızın  qılıncı  ilə”  bəndi  isə  dini 
məzmuna  malik  olub  sonradan  əlavə  edilmiĢdir.  Buna  nümunə 
kimi Kəlbəcərdən topladığımız digər ovsunları da göstərə bilərik. 
“Qurd ağzı azar olsun, 
Dörd yanı bazar olsun. 
Saxlayan Allah olsun, 
Ġçində Məhəmməd olsun. 
Qurdun, quĢun ağzını bağlayıram” (1, 113). 
Yaxud da: 
“Bisim Bismillah, 
Bisimi yazan Qulhüvallah. 
Qulhüvallahın bir ola, 
Yamanı verə yola. 
Mal-heyvan gəzər örüĢdə, 

Folklor və yazılı ədəbiyyat 
134 
 
Qurd-quĢ dəyməsin deyə, 
Bıçağın ağzını bağlayıram” (1, 112). 
Eyni ovsun Laçın (11, 164) və Füzuli (11, 165) bölgəsində 
də  qeyd  edilmiĢdir.  Fərqli  bir  qurd  ağzı  bağlamaq  duası  isə 
Qarabağdan  toplanmıĢ  folklor  nümunələrində  vardır.  Söyləyici 
deyir ki, “canavarı tutanda onun dodağını kəsif saxlayırlar. Hey-
vana  canavar  düĢəndə  o  kimdədisə,  onu  alıllar,  aparıf  suya  sa-
lıllar.Onun  suyunu  da  aparıf  heyvanıb  üstünə  səpillər.  Heyvan 
qurd ağzınnan çıxsın deyənə” (11, 165) Gəncə folklorunda qurd 
ağzı bağlamaq ovsununu deyərkən arada fıĢqıqır çalınar, üç dəfə 
təkrar olunardı” (4, 25) 
Naxçıvandan  toplanmıĢ  folklor  nümunələrində  isə  qurd 
ağzı bağlamaq fərqlidir. Burada qurdun ağzını bağlayarkən 
Yağladım, 
Zağladım, 
Fatma nənənin saçağıynan, 
Həzrət Əlinin pıçağıynan, 
Qurdun ağzın 
Bağladım – 
deyərək baltanın ağzını darağın ortasına qoyurlar. Yaxud da qat-
lama  bıçağa ovsunu oxuya-oxuya,  yavaĢ-yavaĢ  bıçağı  bağlayır-
lar.  Həm  də  bu  ovsunu  söyləyən  insan  birnəfəsə  deməli,  nəfəs 
almamalıdır (18). 
BaĢqa  bir  söyləyici  isə  fərqli  bir  üsulla,  yəni  təmiz  iĢlən-
məmiĢ  qayçı,  yaxud  da  ipə  düyün  vurmaqla  da  qurdun  ağzını 
bağladıqlarını  söyləyirdi.  Ġplə  ayinin  yerinə  yetirilməsi  bir  çox 
ovsunlarda mövcuddur. Azərbaycan folklorunda iplə ağız bağla-
maq təkcə qurda aid deyildir. Burada insanların da ağzını bağla-
maqla  hər  hansı  bir  istənilməyən  hadisənin  qarĢısının  alınması 
nəzərdə  tutulur.  Söyləyici,  əsasən,  elçiliyə  gedəndə  qızın  evin-
dən  mənfi  cavab  almamaq  üçün,  yaxud  imtahana  gedərkən,  hər 
hansı bir iĢin düzəlməyi üçün ona mane ola biləcək adamın dil-

Folklor və yazılı ədəbiyyat 
135 
 
ağzını  bağlamaq  məqsədi  ilə  ipə  düyün  vuraraq  edirdilər.  Bu-
nunla həmin iĢin uğurlu olacağına inanırdılar. 
“Qurd ağzı bağlamaq” ayinində maraqlı bir fakt var ki, bu 
da  çöldə,  meĢədə  qalamıĢ  heyvana  məhz  qurdun  toxunacağına 
necə  əmin  ola  bilməkləri  idi.  Belə  bir  sual  ortaya  çıxır  ki, 
heyvana qurddan baĢqa bir heyvan toxuna bilməzdimi ki, bu ov-
sunda  yalnız  qurdun  ağzını  bağlamağa  çalıĢırlar.  Kəlbəcərin 
Qılıçlı  kəndindən  olan  bir  söyləyicinin  dediklərinə  əsaslansaq, 
biz  bu  suala  məntiqli  bir  cavab  tapa  bilirik.  Söyləyicinin  danıĢ-
dığı bir mətndə “ağzı bağlanmıĢ qurd heyvanın yanına yaxınlaĢa 
bilmir, onun ətrafında dolaĢıb durur. Elə ki, sən heyvanı tapma-
mıĢ  ovsunladığın  bıçağın  ağzını  açsan  qurd  heyvanı  o  andaca 
parçalayıb yeyir” (1, 112).  
Bu da onu göstərir ki, qurdun ağzının bağlanması bir tərəf-
dən  heyvanın  yeyilməməsinin  qarĢısını  alırsa,  digər  tərəfdən  də 
onun  baĢqa  vəhĢi  heyvanlardan  qoruyur.  BaĢqa  bir  anlamda  isə 
təbiətdə  vəhĢilik  və  qüvvətlilik  səviyyəsinə  görə  də  qurd  digər 
heyvanlardan üstünlük təĢkil edir. Bunun üçün də doğru olaraq ov-
sunda ən təhlükəli heyvanın adının çəkilməsi daha uyğun olardı. 
Qurdun  ağzının  bağlanması  və  heyvanının  sağ-salamat 
qalması  bu  ayinin  bitməsi  demək  deyildi.  Söyləyici  deyir  ki, 
“heyvan  tapıldıqdan  sonra  bağladığımız  bıcağı,  yaxud  ipi,  saçı 
və s. açardıq. Böyüklərimiz deyirdi ki, qurdun ağzını açın, yoxsa 
ac qalıb ölər. Günah etmiĢ olarsınız” (1, 113). 
Folklorda  belə  bir  inanc  da  vardır  ki,  qurd  yeddi  çay  üs-
tündən, yaxud yeddi kənddən keçsə ovsun özü-özünə açılardı (8, 
286).  BaĢqa  bir  inanca  görə  isə  bağlanmıĢ  bıçağı  suya  salanda 
ovsun pozulardı (25). 
Bağlama və açma tətbiqi bir çox yerdə olduğu kimi bıçaq-
la  edilməkdədir.  Türkiyənin  Çanaqqala  bölgəsində  isə  “qurd 
ağzı  bağlamaq”  ayini  “Quran”dakı  “QureyĢ”  surəsi  tərsindən 
oxunmaqla yerinə yetirilir (25). 

Folklor və yazılı ədəbiyyat 
136 
 
“Qurd  ağzı  bağlamaq”  inancı  Ġslam  dinindən  əvvəl  Türk 
xalqlarında mövcud olmuĢdusa da, islam dinindən sonra ona yeni 
ayinlər əlavə edilərək dini don geyindirməyə çalıĢdılar. Bıçaq ağ-
zı  açıb-bağlamaq,  düyün  atıb,  düyün  açmaq  dinimizdə  magik, 
falçılıq,  baxıcılıq  kimi  adlandırılan  mövzulardır.  Lakin  qeyd  et-
diyimiz mətnlərdə əlavə edilən dini adlara baxmayaraq, ovsun öz 
ilkin variantından hər hansı bir elementini qoruyub saxlamıĢdır. 
Dilimizdə  istifadə  edilən  məsəllərdən  biri  “Qurd  ilə  qiya-
mətə  qalmaq”  ifadəsidir.  Bu  ifadənin  Azərbaycan  dilində  çox 
qədim  zamanlardan  iĢləndiyini  güman  etmək  mümkündür.  Ġfa-
dənin  iĢləndiyi  xüsusi  məqamlar var. Belə ki, bu ifadə əbədilik, 
uzunömürlülük mənasında iĢlənir. Ġfadənin meydana çıxmasında 
türk  mifologiyasında  geniĢ  yayılmıĢ  bir  mifoloji  süjet  əsas  rol 
oynayır.  Bu,  boz  qurdla  bağlı  süjetdir.  Həmin  mifə  görə,  yer 
üzündə qiyamət günü tufan qopacaq. Tufan elə bir dəhĢətli gücə 
malik olacaq ki, yer üzərindəki bütün canlıları məhv edəcək. Tu-
fanın gücünə tab gətirməyən ağaclar kökündən qopacaq, dağlar, 
təpələr  düzənliyə  çevriləcək.  Ġnsanlar  da  digər  canlılar  kimi 
məhv  olacaq.  Canlı  adına  yer  üzündə  ancaq  boz  qurd  qalacaq. 
Tufan bu mübarək məxluqun dərisini soyacaq, tufanın güc gəldi-
yini  görən  qurd  ayaqlarını  güclə  yerə  diriyəcək  və  tufana  tab 
gətirə  biləcək.  Məhz  bu  zaman  mübarək  boz  qurd  öz  gücünün 
nəyə  qadir  olduğunu  dərk  edəcək.  Bu  mif  türklərin  boz  qurdun 
əbədiliyi haqqında yaratdığı əbədiyyət salnaməsidir. Azərbaycan 
dilində iĢlənən “Qurd öz gücünü bilmir, yoxsa dünyanı dağıdar” 
ifadəsi məhz bu mifoloji süjetdən qıdalanır (22). 
Məmməd  Arazın  “Qurd  xasiyyəti”  Ģeirində  qurdların  xü-
susiyyətləri öz əksini tapmıĢdır: 
Qurdlar yatıĢarlar ağız-ağıza, 
Qurdlar bir-birinin gözündə yatar. 
Dönüb öz yanında geriyə baxsa, 
Qurd öz balasına diĢ çaqqıldadar (15). 

Folklor və yazılı ədəbiyyat 
137 
 
Bu  xüsusiyyətlər  həm  də  qurdlar  haqqında  bir  əhvalatın 
izlərini  özündə  əks  etdirir.  Folklor toplama  zamanı  Naxçıvanda 
olarkən  ġərur  rayon  sakini  Tağıyev  Muxtar  Ġsgəndər  oğlundan 
həmin əhvalatı dinləmiĢdim. Əhvalat belə idi: 
“– Qurdlar ov etdikdən sonra dincəlirlər. Həmin vaxt onlar 
bir-biri  ilə  agız-ağıza  dayanar.  Bir-birlərinin  gözünə  baxa-baxa, 
gözləri  açıq  Ģəkildə  yatarlar.  Bu  onların  bir-birini  parçalaması-
nın qarĢısını alır. Əgər onlardan hansısa ehtiyatı əldən versə onu 
parçalayırlar.  Ona  görədə  ayıq-sayıq  insanlara  “qurd  kimisən”, 
gözləri  açıq  yatana  da  “qurd  kimi  gözü  açıq  yatır”  deyirlər”. 
Xalqda  belə  bir  atalar  sözü  də  var.  “Ac  qurdlar,  ağız  ağıza  ya-
tarlar”(bir-birinə yem olmaq qorxusundan) (18). 
Qurdla  bağlı  bir  sıra  oyunlar  da  vardır.  Bunlardan  biri 
“Gökbörü” oyunudur.“Gökbörü” (Göy qurd) oyunu ən əski türk 
oyunlarından  biridir.  Əslində  atlı  yarıĢma  olan  bu  oyun  türk 
boylarında  daha  yaxĢı  süvari  və  inadcıl  savaĢçı  yetiĢdirmək 
amacına xidmət edirdi. “Gökbörü” oyunu üçün daha çox oğlaq-
dan  istifadə  olunardı.  Bunun  üçün  oğlaq  kəsilər  və  qarnı  bo-
Ģaldıqdan sonra tikilər. Sonra oğlaq yola buraxılar. Sürətlə gələn 
süvarilərdən  biri  cəldliklə  oğlağı  yerdən  götürər,  digərləri  isə 
inadla oğlağı ondan almağa çalıĢar. Oğlağı birinci olaraq yerdən 
götürməyi  bacaran  atlı  əyər  “ov”unu  kimsəyə  aldırmadan  yarıĢ 
meydanını bir dəfə dövr edib geri qayıda bilirsə qazanmıĢ sayı-
lır. Qutsal amaclara xidmət etmək nədəniylə yaradılan və türkün 
qutsal  saydığı  göy  qurdun  adını  daĢıyan  ”Gökbörü”  oyunu  bu 
gün  də  Orta  Asiyada  yaĢayan  bəzi  türk  boyları  tərəfindən  ya-
Ģadılmaqdadır (30). 
Məmməd  Araz  Ģeirlərindən  birində  Bozqurdla  bağlı  da 
yazmıĢdır: 
Dur içində qorxunu boğ, 
Ölümünlə, qalımını ayırd elə. 
Dur içində dovĢanı qov, 
Dur özünü Bozqurd elə! (14). 

Folklor və yazılı ədəbiyyat 
138 
 
Bozqurdlar  qurdların  bir  növüdür.  Bozqurdlar,  ümumiy-
yətlə, evcil heyvanlardan adətən qoyunlara, mallara və atlara tələ 
qururlar”  və  onlar  əsla  quzulu  qoyunlara  hücum  etməzlər.  Ma-
raqlıdır ki, onlar balası yanında olan heç bir heyvana yaxın dur-
murlar. Bozqurd sürüdən yalnız bir heyvanı tələf edər və bunun 
da  yarısını  özü  yeyər.  O  biri  yarısını  isə  varsa  ailəsinə,  yoxsa 
ova  çıxa  bilməyəcək  qədər  yaĢlı  olan  bozqurdlara  aparar.  Boz-
qurdlar qurdlar arasında gələnəyə ən çox bağlı varlıqlardır. Boz-
qurdlar  məğrur  və  heç  nəyə  baĢ  əyməyən  heyvanlardır.  Onlar 
heç bir zaman ev heyvanları ola bilməzlər. Ġnsanla dost olarlar, 
amma  it,  ya  da  baĢqa  heyvan  kimi  insana  tabe  olmaz,  kölələĢ-
məzlər.  Onlar  məğlub  ola  bilərlər,  amma  əyilməzlər,  öldürü-
lərlər,  diz  çökməzlər,  ovlanarlar,  həbsə  düĢməzlər.  Bu  baxım-
dan,  türklərin  bozqurdları  yüksək  dəyərləndirmələri  əbəs  deyil. 
Belə  ki,  bozqurdlarda  da  qədim  türk  gələnəklərinə  uyğun  bir 
həyat tərzi var – ataya bağlıdırlar, bir təĢkilat halında yaĢayırlar 
və onlarda da hamının tabe olduğu lider var. SavaĢ zamanı boz-
qurdlar da türklər kimi yarım aypara Ģəklində sıralanaraq hücu-
ma keçirlər. Bozqurdların daha bir  maraqlı  xüsusiyyətləri  var  – 
yeganə  heyvandırlar  ki,  diĢi  taylarını  dəhĢətli  dərəcədə  qısqa-
nırlar. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının 
timsalı  olaraq  Bozqurdu  özlərinə  simvol  seçiblər.  Məhz  buna 
görə, Bozqurd türk hürriyyətinin, türk dəyanətinin simvoludur. 
Əski  türklərdə  qurdla  bağlı  xeyli  sayda  adət  və  inanclar 
var.  Qaraçay  türklərində  hamilə  qadınlar  üzərlərində  qurd  diĢi 
gəzdirərdi. Yeni doğulan oğlan uĢağının  beĢiyinin dörd tərəfinə 
qurd  rəsmi  çəkilərdi.  Ərzurumda  və  ətraf  bölgələrdə  dünyaya 
uĢaq  gətirmək  üzrə  olan  qadınların  yastığının  altına  bir  parça 
qurd dərisi qoyulardı. SarıqamıĢ, Qars və onlara yaxın bölgələr-
də  oğlan  uĢaqlarının  cəsur  olmaları  nədəni  ilə  burnunu  iynə  ilə 
deĢər  və  ora  qurd  tükü  keçirərdilər.  Quzey  Azərbaycanda  yeni 
doğulan  körpə  oğlan  idisə,  anasının  yastığının  altına  qurd  diĢi 
qoyardılar.Bolqarıstan  türklərində  bayram  ocaqlarının  yerində 

Folklor və yazılı ədəbiyyat 
139 
 
qalan közün üstünü örtərdilər. Səhər durub axĢamdan qalan kö-
zün Ģəklinə anlam  verməyə  çalıĢardılar. Közün  Ģəkli qurd  izinə 
bənzərdisə,  bu  xeyrə  yozulurdu.  Bu,  gələcək  uğurların  iĢarəsi 
olaraq  qəbul  edilirdi.  Avar,  kumuk,  özəlliklə  Krım  türklərində 
köpəyin qurd kimi ulaması pis  bir  xəbərin olacağına  iĢarə kimi 
qəbul  edilir.  Qafqaz  və  Noqay  türkləri  isə  bu  durumu  köpəyin 
gözünə  ruhların  görünməsi  kimi  yozurlar.  Qaraim  türklərinin 
düĢüncəsində  qurdun  qutsal  obrazı  var.  Onlarda  “Kökümüz 
qurddan törəmiĢdir” – inancı günümüzə qədər dəyiĢməz qalmıĢ-
dır. Qaraimlərdə “Tanrım bizi qurda bağıĢla” ifadəsi ilə baĢlayan 
dua örnəkləri də olmuĢdur. Dədə Qorqud dastanlarında da “qara 
baĢım qurban olsun qurdum sənə” – ifadəsi var. Güney Türküs-
tan  türkləri  uĢaqları  yaĢamırdısa  (olub  ölürdüsə),  növbəti  dəfə 
uĢağın yaĢaması üçün onu qurdun dərisindən keçirərdilər. UĢaq 
yaĢayardısa  ona  Börü  adı  verərdilər.  Güney  Türküstanda  Börü 
han,  Börücan  qız  adları,  Börü,  Börübəy,  Börcü  bəy  kimi  oğlan 
adları geniĢ yayılmıĢ adlardan idi. Güney Azərbaycanda yaĢayan 
QaĢqay  türkləri  qurdu  söyməyi  və  ya  qarğıĢ  etməyi  böyük  suç 
sayardılar.  Əfqanistan  türkləri  uĢaqları  bədnəzərdən  qorumaq 
üçün qurd diĢindən istifadə edərdilər. Bu üsuldan türkmənlər və 
özbəklər  də  istifadə  edərdi.  Qaraçay  tükləri  ən  qutsal  and  kimi 
qurda  and  içərdi.  Bunu  bildikləri  üçün  Stalin  onları  sürgün  et-
məzdən öncə məhkəməyə çağırılan qaraçayların yalan danıĢma-
yacaqlarına  əmin  olmaq  üçün  qurda  and  içdirilərdi.  Örnəklərin 
sayını ən az bu qədər də artıqmaq mümkündü. Məncə bu örnək-
lər  də  qurdun  əski  türk  düĢüncə  və  inancında  hansı  anlam 
daĢıdığını  bəlli  etmək  üçün  yetərlidi.  Qeyd  etməliyəm  ki,  bu 
adət və inanclar bəzi türk boylarında bu gün də yaĢamaqdadı. 
Qurdla əlaqədar inanclar yalnız türk mifologiyasının məh-
sulu  olmayıb,  eyni  zamanda  yaĢayan  xalq  inancımızda  da  sıx 
rast gəlinir. Ġstər xalq inanclarında, istərsə də türk dastanlarında 
qurdun  missiyası  eynidir.  Qurd  ağzının  bağlanması  ilə  əlaqəli 

Folklor və yazılı ədəbiyyat 
140 
 
olan  inam  və  ayinlər  bizə  görə  qurdun  türk  inanc  sistemindəki 
gerçək yerinin təyin olunması etibarilə çox əhəmiyyətlidir.  
Yazdıqlarımızı ümumiləĢdirərək belə nəticəyə gəlmək olar 
ki,  bütün  hallarda  qurd  bəĢəriyyətin  əzəl  çağından  insanların 
düĢüncəsində,  arzu  və  niyyətlərində  özünə  mühüm  yer  edib. 
Türklər isə qurd kultuna xüsusi bir ehtiramla bağlıdırlar. 
 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin