QAYNAQLAR:
1. Atalar sözləri. Bakı, Yazıçı, 1985.
2. Cavid H. Əsərləri, III c., Bakı, Yazıçı, 1984.
3. Cavid H. Əsərləri, IV c., Bakı, Yazıçı, 1985.
4. Vurğun S. Əsərləri (beĢ cilddə), II c., Bakı, ġərq-Qərb,
2005.
Folklor və yazılı ədəbiyyat
14
BƏKĠR ÇOBANZADƏ VƏ FOLKLOR
Cəlal QASIMOV
fil.ü.e.d., professor,
AMEA Folklor İnstitutunun
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin
aparıcı elmi işçisi
XX əsrin əvvəllərində ictimai-siyasi həyatda baĢ verən ye-
niləĢmələr ədəbi düĢüncəyə də təsirsiz qalmadı. Xalq sərvətlərinin
toplanması, nəĢri və təbliği dövrün aktual probleminə çevrildi.
“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin (ATTC) nəzdin-
də folklor komissiyasının yaradılması, bu sahənin dövlət hima-
yəsinə keçməsi, eləcə də onun tərəfindən maliyyələĢdirilməsi top-
lama və nəĢr iĢlərinin mütəmadi, sistemli və yeni elmi prinsiplər
əsasında aparılmasına Ģərait yaratdı. Mətbu orqanlarda folklora
dair yüzlərlə elmi məqalələr (hər məqalədə sosializm möhrünü
görsək belə) nəĢr edildi. Nəticədə, böyük bir folklorĢünas nəsli
yetiĢməyə baĢladı və beləliklə də, 1920-1930-cu illərdə folklor-
Ģünaslığın – folklor elminin əsası qoyuldu. Azərbaycanın bir çox
ziyalıları kimi professor B.Çobanzadə də bu elmin yaranması və
formalaĢmasında özünün professional alim sözünü dedi.
Xalq ədəbiyyatının əhəmiyyətini, yerini və mövqeyini
yüksək qiymətləndirən alim xalqı bütün ruhu, həyəcanları ilə
təsvir edən ədəbiyyatı xalq ədəbiyyatı adlandırır və onu yazılı
ədəbiyyatın, elmin və ədəbi dilin təməli hesab edirdi. Deməli, bu
ədəbiyyat vasitəsi ilə xalqın tarixini, həyatını, yaĢam tərzini, bir
sözlə keçdiyi tarixi inkiĢaf mərhələlərini öyrənmək olar. Bundan
baĢqa, alim xalq ədəbiyyatını yazılı ədəbiyyata nisbətdə “daha
ziyadə cahani” (5, 32) əhatə etdiyini göstərirdi.
Bəkir Çobanzadə folklorun mənĢəyindən bəhs edərkən
göstərirdi ki, türk xalq ədəbiyyatı türk xalqı ilə birgə doğulmuĢ
Folklor və yazılı ədəbiyyat
15
və təkamül edərək günümüzə qədər gəlib çıxmıĢdır. Folklorun
mənĢəyi iĢlə, kollektiv əməklə bağlıdır deyən alim yazırdı: “Ġbti-
dai xalqların Ģer və sənətləri elə təbiət və iĢ arasında vasitəsiz bir
bağ bulunduğunu görməmək qabil degil… Xalq Ģərqilərinin çox
bir qismi xırman basmaq, buğda üyütmək, yun əyirmək, xalı to-
xumaq, yekə evlər qurmaq… kibi camaatla yapılan iĢlər zama-
nında söylənən Ģeirlərdir. Təbii, türk-tatar Ģeiri bu gün artıq
ümumiyyətlə ibtidai Ģeirlərdən, heç olmazsa, mündəricəsi etiba-
rilə uzaqlaĢmıĢ bulunduğundan belə toplu iĢ zamanlarında söy-
lənən Ģərqilərin mövzusu, iĢin özünə deyil, bəlkə, baĢqa həyati
nöqtələrə aid ola bilər” (6, 187).
Müəllifin professional dilçi, filoloq olduğunu nəzərə aldıq-
da onun bu fikirləri həmin dövr Azərbaycan folklorĢünaslığının
elmi-nəzəri səviyyəsi və həm də “folklor” konseptinə o dövrün
elmi münasibəti haqqında təsəvvür yaradır. Bu cəhətdən B.Ço-
banzadəyə görə, türk folkloru ilk növbədə bu etnosun yaradılıĢı-
nın ayrılmaz tərkib hissəsidir. Müəllifin “türk xalq ədəbiyyatının
türk xalqı ilə birgə doğulması” haqqındakı fikri gəliĢi gözəl ifa-
də, yaxud türk folklorunun qədimliyini göstərən məcaz olmayıb,
B.Çobanzadənin folklorun, Ģifahi sözün, ümumən poetik fikrin
mənĢəyi haqqında öz dövrünün elmi-nəzəri fikirlərinə bələd
olduğunu ortaya qoyur. Belə ki, o, peĢəkar linqvist alim olaraq
öz dövrünün linqvogenezlə bağlı nəzəriyyələrinə, o cümlədən
sözlə onun daĢıdığı məna arasındakı semantik sahənin təĢəkkül
tarixinə öz dövrünün nəzəri baxıĢlarına bələd idi. B.Çobanzadə
aydın Ģəkildə dərk edirdi ki, səslərdən təĢkil olunan söz iĢarəyə
çevrilən andan, yəni hansısa mənanı ifadə edən andan həm də
ədəbiyyatdır. Çünki sözlə insanın qavraya bildiyi maddi və mə-
nəvi olan hər bir Ģey iĢarələnir. Ədəbiyyat insanın öz hisslərini
sözlə iĢarələməsindən baĢlanır. Bu cəhətdən türk folklorunun,
türk Ģifahi poetik düĢüncəsinin yaranması elə türk xalqının ya-
ranma tarixi ilə üst-üstə düĢür. Çünki bir folklor bütün hallarda
onu yaradanların düĢüncəsi və sözlü tarixidir. Bioloji varlıq olan
Folklor və yazılı ədəbiyyat
16
insan ictimailəĢəndən, yəni özünü bir ictimai varlıq – insan kimi
dərk edəndən öz kimliyi, mənĢəyi haqqında düĢünüb. Bu düĢün-
cələr insanın, kainatın və “hər Ģeyin” mənĢəyi haqqında miflərə
çevrilib. Miflər isə ədəbiyyatın bünövrə daĢı, ilk pilləsidir.
B.Çobazadənin türk folklorunun “təkamül edərək günü-
müzə qədər gəlib çıxması” haqqındakı fikri də özündə böyük
məna daĢıyır. Burada diqqəti cəlb edən əsas ünsür türk Ģifahi
ədəbiyyatının “təkamül etməsi” haqqında konseptdir.
“Təkamül” marksist-leninçi fəlsəfənin, o cümlədən bu fəl-
səfə əsasında yaranmıĢ bolĢevik-kommunist ideologiyasının ən
əsas fəlsəfi-ideoloji anlayıĢıdır. Bütövlükdə materialist olan,
idealizmi hər cür təsəvvürləri səviyyəsində inkar edən materia-
lizmə görə, Ģüur yüksək təĢəkküllü materiyanın xassəsidir. BaĢ-
qa sözlə, dünyanı dərk etmə və yenidən yaratma vasitəsi, apara-
tı, mexanizmi olan Ģüur materiyanın təkamülü nəticəsində mey-
dana çıxmıĢdır. Bu cəhətdən təkamül təkcə B.Çobanzadənin
deyil, eləcə də bütün sovet alimlərinin gerçəkliyin hər cür təza-
hür tipinə və Ģəklinə münasibətdə dəyərləndirmə etalonudur. So-
vet ideologiyası təkamüldən qıraqda olan heç bir elmi və alimi
qəbul etmirdi. Bundan dolayı B.Çobanzadənin də türk Ģifahi
ədəbiyyatının türk xalqı ilə birlikdə təkamül etməsi haqqındakı
fikri hər Ģeydən əvvəl folklora yanaĢmada hakim fəlsəfənin
baxıĢlarını əks etdirir. Lakin digər tərəfdən unutmaq olmaz ki,
B.Çobanzadə peĢəkar alim idi. O, təkamül konseptini materiya-
nın mövcudluğunun zəruri üsulu kimi də qavrayırdı. Təkamül –
hərfi anlamda mükəmməlləĢmə, kamilləĢmədir. Doğrudan da,
türk etnosunun yaranması ilə təĢəkkül tapan türk Ģifahi xalq ədə-
biyyatı bu etnosun inkiĢafı ilə mükəmməlləĢərək qiymətli mənə-
vi xəzinə halına gəlmiĢdir.
B.Çobanzadənin folklorun mənĢəyini iĢlə, kollektiv əmək-
lə bağlaması da, heç Ģübhəsiz ki, dövrün ideologiyası ilə bağlı
idi. Ġnsanın əmək vasitəsilə meymundan insana çevrildiyinin
əsas götürüldüyü marksist-leninçi fəlsəfədə əmək təkcə yara-
Folklor və yazılı ədəbiyyat
17
nıĢın əsası kimi deyil, eyni zamanda mövcudluğun yeganə
mütərəqqi forması hesab edilirdi. Bu cəhətdən B.Çobanza-
dənin ilkin ədəbiyyata yaranma qaynağı kimi “əmək” fak-
toruna münasibəti tam səmimi və təbiidir. Doğrudan da, ibti-
dai folklorun məzmunu, mahiyyəti və forması əməklə qırılmaz
tellərlə bağlıdır. Xalq təsərrüfatının müxtəlif sahələri ilə bağlı
olan folklor nümunələrinin forması da bir çox hallarda əmək
prosesi ilə bağlıdır. “Bir, iki, ho, güc ver” kimi nitq folklorunun
ritm, qafiyə, forma strukturu görülən iĢin formal srtukturunu
inikas edir. Digər tərəfdən, ilkin folklor nümunələrinin magik-
mistik qüvvələrlə bağlı olduğunu, baĢqa sözlə, bu qüvvələrə
təsir etmək məqsədini güddüyünü nəzərə alsaq, onda bu folklor
örnəklərinin də formal strukturu da “görülən iĢin” strukturunun
inikas olunduğunu təsdiq etməliyik. Məsələn, ilanlarla bağlı ov-
sun nəğmələrində ovsunçunun ilanlarla davranıĢının (iĢinin)
ahəngi əks olunur. Ġlanlarla “iĢləyən” ovsunçu təsir etmək istə-
diyi obyektin (ilanın) davranıĢına uyğun səs ahəngi, ritm seçir.
Beləliklə, görülən iĢin məzmunu və forması bədii mətnin məz-
mununda və formasında öz əksini tapır.
XX əsrin aktual problemlərindən olan ədəbiyyatın, eyni
zamanda folklorun qarĢılıqlı təsiri məsələsi də B.Çobanzadənin
yaradıcılığından kənarda qalmamıĢdır. Məlumdur ki, hər bir
xalqın Ģifahi ədəbiyyatı, folkloru həmin xalqın ədəbi zövqü-
dür. Ədəbi təsir də həmin ədəbi zövqün fəlsəfi mükəmməlli-
yindən və estetik gözəlliyindən asılıdır. Lakin təsir məsələsi-
ni yalnız əsərin fəlsəfi yükü və ya estetikası ilə məhdudlaĢ-
dırmaq olmaz, burada xalqların ictimai-siyasi, iqtisadi-ticari
və sair əlaqələri də mühüm rol oynayır. Bütün bu xüsusiyyət-
ləri nəzərə alan alim yazırdı: “Bir Ģair, yaxud bir ədib, filosofun
digəri üzərinə təsiri ədəbi, fəlsəfi məsələ olmaqdan ziyadə, icti-
mai bir məsələdir ki, mahiyyət və səbəbiyyəti ancaq bütün bir
əsr və bu əsrdə təsir alan və təsir edən tərəfin ictimai vəziyyəti,
yəni mənsub olduqları sinfin cürbəcür halları – iqtisadi, siyasi,
Folklor və yazılı ədəbiyyat
18
ədəbi məziyyətləri – bu təqlid və yaxud mübadilədə hesaba
alınmaq lazım gəlir” (6, 192).
Bu fikirdə dövrün ictimai ideologiyasının inikas olunduğu
Ģübhəsizdir. Əlbəttə, indiki dövrdə ədəbi təsirlə bağlı yeni nəzəri
fikirlərin iĢığında B.Çobanzadənin bu fikri ilə mübahisə də etmək
olar. Lakin mürəkkəbliyi haqqında geniĢ Ģəkildə bəhs etdiyimiz və
əksər hallarda fikirlərin onların müəlliflərinin narahat, çətin psixo-
loji-mənəvi durumlarından qaynaqlandığını dəfələrlə qeyd etdiyi-
miz dövrün müəllifləri ilə mübahisəni biz birmənalı Ģəkildə artıq
hesab edirik. B.Çobanzadə öz dövrünün oğlu idi və dövr elə idi ki,
onun ideoloji-fəlsəfi qəliblərindən qıraqda duraraq nə isə yazmaq
mümkün deyildi. Çünki qeyri-materialist konsepsiya ilə nə isə
yazmaq üçün bu məkandan kənarlaĢmaq, onun hüdudlarından qı-
rağa çıxmaq lazım idi. Göz bəbəyi kimi qorunan dəmir çəpərlər
buna yer qoymurdu. Lakin B.Çobanzadənin bu fikrində ideoloji
pərdənin altında müəllifin öz baxıĢları var. Bu cəhətdən bir ya-
radıcı subyektin digərinə təsirini ictimai hadisə hesab edən alimin
bunu təsir prosesinin subyekti və obyekti rolunda çıxıĢ edənlərin
“iqtisadi, siyasi, ədəbi məziyyətləri” ilə əlaqələndirməsi dövrün
ideologiyası ilə bağlı olduğu halda belə, düzgün yanaĢmadır.
Professor B.Çobanzadə yazılı ədəbiyyatımızın əvvəllər
ərəb-fars, bir qədər sonra isə Avropa təsiri altına düĢdüyünü iddia
etsə də, xalq ədəbiyyatı barədə eyni qənaətdə deyil. Alim
göstərirdi ki, islamiyyətdən sonra türklər orijinal bir ədəbiyyat
meydana gətirmiĢlər ki, buna “təsəvüf-aĢıq ədəbiyyatı” deyirlər.
Onun fikrincə, türk xalq ədəbiyyatı həm forma, həm də məzmun-
ca ərəb-fars xalq ədəbiyyatından daha üstündür. Türk-tatar xalq-
larının Ģifahi ədəbiyyatının zənginliyinə bələd olan alim qeyd
edirdi ki, eyni müqayisəni Qərb ədəbiyyatı ilə də aparsaq, yenə də
üstünlüyü türk xalqlarının folkloruna verəcəyik: “Çünki, Avro-
pada Ģəhər ədəbiyyatı, ümumi təhsil, teatrolar geniĢ inkiĢaf etmiĢ,
mətbəələri, nəĢriyyatı ədəbiyyatdakı xalq yaradıcılığını artıq çox-
dan zəiflətmiĢ və bir çox yerlərdə öldürmüĢdür” (5, 146).
Folklor və yazılı ədəbiyyat
19
B.Çobanzadənin bu fikri, əslində, türk Ģifahi ədəbiyyatının
türk xalqının inkiĢafı ilə təkamül etməsi haqqındakı qənaətini
inikas edir. Doğrudan da, hər bir folklor onun daĢıyıcılarının hə-
yat tərzini həm əks etdirir, həm də bu həyat tərzi ilə dəyiĢir. Mə-
sələn, ġimali Azərbaycan folklor yaradıcılığı ilə Cənubi Azər-
baycandakı folklor yaradıcılığı eyni templə dəyiĢmir. ġimali
Azərbaycanda keçən əsrdə Ģəhərlərlə bərabər kəndlərin elektrik-
ləĢdirilməsi, bunun əsasında radio və televiziyanın ən ucqar
kəndlərə belə gedib çıxması bir çox folklor janrlarının inkiĢafını
dayandırdı. Elektrik iĢığının və buna uyğun olaraq radio və tele-
viziyanın olmadığı dövrdə xalq uzun qıĢ gecələrini kiminsə
evində yığıĢıb əylənməklə keçirərdi. Bu gecələrdə adamlar na-
ğıl, əfsanə, rəvayət danıĢar, uĢaqlar icrasına otağın imkan verdi-
yi oyunlar oynar, çoxlu tapmacalar və s. söylənərdi. Bu, birmə-
nalı Ģəkildə folklor mühiti, folklor həyatı, folklorla yaĢanan
həyat idi. Radio-televiziya bu həyata radikal dəyiĢikliklər etdi.
B.Çobanzadə də Avropada Ģəhər ədəbiyyatının, ümumi təhsil,
teatrların geniĢ inkiĢaf etməsinin, mətbəələrin, nəĢriyyatların
ədəbiyyatdakı xalq yaradıcılığını artıq çoxdan zəiflətməsini de-
yərkən məhz bunu nəzərdə tuturdu. BaĢqa sözlə, elmi-texniki
inkiĢaf folklor yaradıcılığını tam aradan qaldıra bilməsə də,
onun bir çox janrlarının canlı mövcudluğuna son verir. Məsələn,
hazırda aĢıqlar heç bir məclisdə dastan ifa etmirlər. Dastanlar
canlı yaradıcılıq hadisəsi kimi öz funksionallığını itirmiĢdir.
Amma bu, folklor yaradıcılığının ümumən aradan qalxması
demək deyil. Nitq folkloru ilə bağlı janrlar öz funksionallığını
həmiĢə saxlayır. Məsələn, Ģəhər mühitində lətifə (anekdot), de-
di-qodu, Ģayiə kimi janrlar öz funksionallığını daha da artırır.
Lakin bizimlə müqayisədə Cənubi Azərbaycanda folklor yara-
dıcılığı hələ də aktualdır. Cənubda bir çox yerlərin pis elektrik-
ləĢməsi, elat-tərəkəmə həyat tərzinin hələ də mövcudluğu, həm-
çinin dini folklorun inkiĢafına rəsmi ideologiya tərəfindən təkan
verilməsi canlı folklor mühitlərini qorumaqdadır.
Folklor və yazılı ədəbiyyat
20
Digər tərəfdən, burada qeyd olunması vacib olan baĢqa bir
amil də var. Bu, folklorun etnik özünümüdafiə, özünüqoruma
funksiyasıdır. Bu funksiyanı ġimali Azərbaycanda çox zəif Ģə-
kildə müĢahidə etmək olar. Cənubda isə fars dili və mədəniy-
yətinin hegemonluğu, Azərbaycan-türk dili və mədəniyyətinin
inkiĢafına törədilən rəsmi əngəllər folkloru etnik özünüqoruma
sisteminə çevirmiĢdir.
Qeyd edək ki, bu, universal bir qanunauyğunluqdur. Az-
lıqda, yaxud etnik-mədəni basqıda qalan xalqın folkloru onun
qoruyucu sisteminə çevrilir. Bunu Gürcüstan azərbaycanlılarının
müasir həyatının nümunəsində də görmək olur: “Ana etnosdan
siyasi, inzibati, linqvistik, mədəni və s. cəhətlər baxımından ayrı
düĢmüĢ etnik toplumlarda etnoqrafik özünəməxsusluqlar milli
özünüqoruma və özünüyaĢatma mexanizmlərinə çevrilir. Eləcə
də Gürcüstanda minillərdən bəri öz ana vətənlərində (torpaq-
larında) yaĢayan Azərbaycan türkləri zamanla milli hüquqların-
dan (milli məktəb, milli dildə tədris, tarixi etnotoponimika, mil-
li-mədəni özünüfadə və s.) məhrum olduqca toplumun etnik
kimlik atributları onları Azərbaycan türkləri kimi qoruyan və
yaĢadan formullar olaraq aktivləĢmiĢdir. Belə toplumlarda za-
man sanki donur. Azərbaycan ədəbi dili ilə, xüsusilə orta məktəb
vasitəsi ilə həyata keçirilən, birbaĢa əlaqəsi kəsilən məhəlli di-
alekt, etnoqrafik yaĢam tərzi, milli adət-ənənələr, bayram və
mərasimlər milli həyatın, etnik mövcudluğun əsas və dominant
özünütəĢkil sxemləri səviyyəsinə qalxır. Bundan dolayı Gür-
cüstandan Bakıya gəlib ədəbi mühitdə fəaliyyət göstərən azər-
baycanlı yazıçı və Ģairlərin bədii dilində, ədəbi düĢüncəsində
fərqli, oxucuların və tənqidçilərin milli yaddaĢını oyadan kolo-
ritli etnoqrafizm boy verir. Onlar ya Ģair Zəlimxan Yaqub kimi
daha çox xalq Ģeiri üslubunda, milli poetik ənənə əsasında
Ģeirlər qoĢur, ya da yazıçı Mövlud Süleymanlı kimi öz bədii
təsvirlərində canlı tarixi-etnik kolorit yarada bilirlər” (16, 3-4).
Folklor və yazılı ədəbiyyat
21
B.Çobanzadənin fikrincə, ədəbi təsir həmiĢə və hər yerdə
qarĢılıqlı təsirə çevrilmir. Bu, bir çox hallarda birtərəfli olur.
“Bu günə qədər ədəbiyyatımız Avropa ədəbiyyatından aldıqla-
rını geri çevirməmiĢdir” (6, 193.) – deyən B.Çobanzadə bunun
səbəbini “hakim siniflərimizin feodal, xırda-burjua mədəni sə-
viyyəsinin çox aĢağı olması” ilə izah edirdi. B.Çobanzadə Ģifahi
xalq ədəbiyyatına münasibətdə isə tamamılə baĢqa mövqedə idi:
“Türk-tatar xalq ədəbiyyatı və yaxud xəlqi ədəbiyyatı baĢqa
xalqların ədəbiyyatlarına təsirdən geri durmamıĢdır. Türk xalq
ədəbiyyatının erməni, rus, rumın, macar, fars …xalq ədəbiy-
yatları üzərinə təsiri bu qəbildəndir” (6, 193).
B.Çobanzadənin türk yazılı ədəbiyyatı ilə Ģifahi ədəbiy-
yatının müqayisəsi üzərində gəldiyi bu nəticəyə haqq verməmək
olmur. Doğrudan da, türk eposunun müxtəlif janrları qədim rus
eposuna, xüsusilə Avropa eposuna ciddi təsir göstərmiĢdir. Atil-
la dövrünün türklərinin Avropadakı zəfərləri onların həm də söz
yaradıcılıqlarının zəfəri idi. Öz varlıqlarına qarĢı Avropa xalqla-
rında yaratdıqları heyrət həmin xalqların türk eposuna olan
maraqlarının da əsasında dururdu. Bu gün Avropa eposu türk
eposundan gələn motivlərlə zəngindir. Xüsusilə Skandinav xalq-
larının eposunda qədim türk dastanlarının izlərini adlarda, obraz
və motivlərdə görmək mümkündür. Bu təsir orta əsrlərdə də da-
vam etmiĢdir. Məsələn, təkcə “Koroğlu” eposunun taleyini xatır-
lamaq kifayətdir. TanınmıĢ alim S.Rzasoyun yazdığı kimi:
“Azərbaycan folkloruna dünya Ģöhrətini bütün tarix boyunca bu
dastan («Koroğlu» dastanı nəzərdə tutulur – C.Q.) gətirib erkən
orta əsrlərdən bütün Avrasiya mədəni məkanına yayılaraq milli
dastançılıq düĢüncəmizi məĢhurlaĢdırıb. XIX əsrdən dastanın
Avropa (Ģöhrətinin) tarixi baĢlanıb. Bu gün Azərbaycan qəh-
rəmanlıq və məhəbbət dastanları içərisində yayılma coğrafiyası,
linqvistik arealı, tədqiqat tarixi «Koroğlu»ya bərabər ikinci das-
tanımız yoxdur. Hətta «Kitabi-Dədə Qorqud» kimi misilsiz abi-
dəmiz bu göstəricilərə hələ indi-indi çatmaqdadır” (14, 11).
Folklor və yazılı ədəbiyyat
22
B.Çobanzadənin fikrincə, XI əsrdə yazılı ədəbiyyatın xalq
ədəbiyyatı üzərində təsiri gücləndikcə ədəbiyyatla xalq arasında
ilkin ünsiyyəti aĢıqlar və sufilər yaratmıĢdır: “Orta Asiya dərviĢ-
ləri Kiçik Asiya aĢıqları ilə, daha doğrusu, cığatay sufi ədəbiy-
yatı ilə Osmanlı aĢıq ədəbiyyatı, təbir caizsə, bütün türk aləmini
aralarında paylaĢdırmıĢlar” (6, 174.).
B.Çobanzadə türk dilçiləri arasında birinciliyi Mahmud
KaĢqariyə verdiyi kimi folklorun toplanması sahəsində də birin-
ciliyi ona verirdi: “Birinci türk xalq ədəbiyyatında yenə də məĢhur
Mahmud KaĢqaridir. Bu adam divanının dürlü yerlərində xalq
ədəbiyyatından o qədər çox misal gətirmiĢdir ki, bunlar toplan-
dığı təqdirdə on birinci miladi əsrə aid olduqca mühüm bir türk
xalq ədəbiyyatı nümunələri məcmuəsi ortaya çıxar” (6, 174).
B.Çobanzadənin dərin filoloji müĢahidələrinin nəticəsi olan
bu qiymət sonrakı araĢdırmalarla tam təsdiq olundu. A.Xəlil yazır
ki, «Divan» həm də zəngin türk folkloru toplusudur. Folklor
materialının böyük hissəsinin əski türk dilində saxlanması isə
tədqiqatçı üçün dil spesifikasını da nəzərə almaqla daha geniĢ və
sərbəst araĢdırma imkanı verir. Təbii ki, əski mədəniyyətimizi
belə mükəmməl Ģəkildə öyrənə bilməyimiz üçün böyük zəhmət
və yüksək elmi istedad sayəsində ərsəyə gətirilmiĢ nəhəng abi-
dənin müəllifi Ulu Bilginimiz KaĢqarlı Mahmud Hüseyn oğluna
minnətdarıq. 930 il öncə türkoloji dilçiliyin əsasını qoymuĢ
M.KaĢqarlı həm də daha bir elmin – türk folklorĢünaslığının möh-
kəm təməlini hazırladığını xüsusi olaraq qeyd etməsə də, bunu
“Kitab”dan aydın Ģəkildə müĢahidə edirik (10, 28).
Müəllif öz fikrini təsdiq etmək üçün KaĢqarlı Mahmudun
folklorĢünaslıq fəaliyyətini aĢağıdakı elmi prinsiplərə əsasla-
naraq belə rekonstruksiya etmiĢdir.
1. Folklor materialının toplanması...
2. Ġnformatorun iĢarələnməsi...
3. Mətnlərin janr nominasiyası...
4. Dialekt xüsusiyyətlərinin saxlanması...
Folklor və yazılı ədəbiyyat
23
5. Variativliyin saxlanılması...
6. Mətnlərin müqayisəsi...
7. Mətnlərin təhlili... (10, 29-36)
Digər tərəfdən, B.Çobanzadənin Mahmud KaĢqari “Di-
van”ını sistemli bir “məcmuə” kimi görməsi də tədqiqatçılar
tərəfində təsdiq olunmuĢdur. A.Xəlil “Divan”ın bir məcmuə ki-
mi universal quruluĢunu belə səciyyələndirir:
1. “Divani lüğət-it-türk” (DLT) – ikidilli (türkcə-ərəbcə)
lüğətdir;
2. DLT – izahlı lüğətdir;
3. DLT – ensiklopedik lüğətdir;
4. DLT – dialektoloji lüğətdir;
5.DLT – türk dilinin 8 bölmədən ibarət qrammatika kitabıdır;
6. DLT – tarix kitabıdır;
7. DLT – coğrafiya kitabıdır;
8. DLT – etnoqrafik topludur;
9. DLT – folklor toplusudur;
10. DLT – ədəbiyyat antologiyasıdır;
11. DLT – islamın ideoloji kitabıdır;
12. DLT – onomastik lüğətdir (11, 11).
Məlum həqiqətdir ki, folklorĢünaslıq problemlərinin tədqiqi
xalq ədəbiyyatının toplanması və nəĢri iĢindən baĢlanır. SovetləĢ-
məyə qədər folklorun toplanması və nəĢri istiqamətində Azərbay-
can ziyalıları tərəfindən müəyyən iĢlər görülsə də, bu olduqca az
idi. 1920-ci ilə qədər ancaq bir neçə uĢaq dərs kitabındakı beĢ-on
atalar sözü, beĢ-altı tapmaca, beĢ-üç xırda xalq nağıllarından baĢqa,
1899-cu ildə Yerevanda çıxmıĢ Qəmərli Məmmədvəlinin “Atalar
sözü”, bundan bir neçə il sonra çıxan Mirzə Məmmədin “Arvad
ağısı”, “Məclis yaraĢığı”, 1910-cu ildə çıxan (daĢ basması) “Molla
Nəsrəddin lətifələri”, 1912-ci ildə Bakıda AĢurbəylinin mətbəə-
sində çıxan “Balalara hədiyyə” kitabını və s. göstərmək olar.
FolklorĢünasların qarĢısında duran əsas vəzifələrdən biri
folklor mətnlərinin xalq arasında iĢləndiyi kimi (dialekt, Ģivə və
Folklor və yazılı ədəbiyyat
24
ləhcələri qorumaqla) toplamaq idisə, ikinci məsələ toplama
prosesində gənc qüvvələrin iĢinə nəzarət idi. Bu sahəyə lazımi
diqqətin yetirilməməsi B.Çobanzadəni narahat edirdi. Doğrudur,
o, folklorun toplanması, təhlili və təhsilə cəlb edilməsi istiqa-
mətdə müəyyən iĢlərin görüldüyünü qeyd etsə də bununla
kifayətlənməyi məqbul hesab etmirdi. Alim xalq ədəbiyyatının
toplanması və təhlili sahəsində daha çox S.Mümtazın və Hənəfi
Zeynallının əməyini yüksək qiymətləndirirdi.
Qeyd edək ki, folklorun kütləvi Ģəkildə, lakin müəyyən
elmi prinsiplər əsasında toplanması özlüyündə müsbət hadisədir
və ilk növbədə xalqın yaratdığı örnəklərin itib-batmasının qarĢı-
sını alır, eyni zamanda xalqın yaĢam tərzinin, həyata və cəmiy-
yətə baxıĢlarının, keçdiyi tarixi inkiĢaf yolunun öyrənilməsini
təmin edir. Lakin folklorun hansı prinsiplərlə toplanmasını bil-
məyənlərin bu iĢə kor-koranə qoĢulması da müəyyən fəsadlar
verirdi. Ona görə də B.Çobanzadə haqlı olaraq folklor topla-
yıcılarının elmi-nəzəri biliklərinin artırılmasını tələb edirdi.
SovetləĢməyə qədər folklor mətnlərinin toplanması daha
çox fərdi maraqdan doğurdusa, bundan sonra bu nümunələrin
toplanması planlı surətdə ekspedisiyalar və elmi ezamiyyətlər
yolu ilə həyata keçirilirdi. ATTC-nin folklor seksiyası, Azər-
baycan Ədəbiyyat Cəmiyyəti, xalq yaradıcılıq evləri, Yazıçılar
Ġttifaqı, teatr muzeyi, konservatoriya, musiqi texnikumları, dər-
nəklər, bəzi məktəb və təĢkilatlar toplanma iĢində xüsusi fəallıq
göstərirdi. Bundan baĢqa, dövri mətbuat (“Kommunist”, “Yeni
yol”, “Ədəbiyyat qəzeti” və “Azərbaycan kolxozçusu” qəzetləri-
nin, eləcə də “Dan ulduzu”, “Maarif iĢçisi”, “Ġnqilab və mədə-
niyyət”, “Azərbaycanı öyrənmə yolu” məcmuələrinin…) vasitə-
silə də əhaliyə müraciət edilir və xalq sərvətlərinin toplanma-
sında hamının səfərbər olması önə çəkilirdi. Məsələn, 1925-ci
ildə “Yeni yol” qəzeti respublikanın əyalətlərindəki təhsil və
mədəniyyət müəssisələrinə Ģifahi xalq ədəbiyyatı nümunələrinin
Folklor və yazılı ədəbiyyat
25
toplanılması üçün təlimat göndərildiyindən əldə edilən nümu-
nələrin bir çoxu mütəmadi olaraq qəzetdə çap olunurdu.
ġifahi ədəbiyyatın ictimai həyatdakı rolunu yüksək qiy-
mətləndirən B.Çobanzadə onun toplanmasının, tədqiqinin və
tədrisinin lazımi səviyyədə olmamasından gileylənirdi. O hesab
edirdi ki, atalar sözlərinin, dastan, tapmaca, zərbül-məsəlləri
xalq ədəbiyyatının ən qiymətli nümunələrinin orta məktəblərdə
tədrisi gənclərin formalaĢmasında mühüm rol oynaya bilər. Ona
görə də yazırdı: “Bu günə qədər qat-qat artmıĢ geniĢ, dərin xalq
ədəbiyyatımızı, qiymətli mədəniyyət xəzinəmizi məktəblərimi-
zin tavanı altına, kitabxanalarımızın dolablarına və ən münasibi
gənclərimizin atəĢli dimaqlarına yerləĢdirməliyik” (8, 45).
ġübhəsiz ki, B.Çobanzadə bu sözləri söyləyərkən folklo-
run milli-mənəvi əhəmiyyətini nəzərdə tuturdu. Müəllifin 1925-
ci ildə “Maarif iĢçisi” jurnalında dərc olunmuĢ “Məktəbləri-
mizdə xalq ədəbiyyatı” adlı məqaləsindən götürdüyümüz bu fik-
ri həmin dövrdə milli ideyaların bolĢeviklər tərəfindən hələ qanlı
təqiblərə məruz qalmadığını göstərir. B.Çobanzadə milli ziyalı
kimi bilirdi ki, milli vətəndaĢ yetiĢdirməyin yolu milli ənənə-
lərin öyrənilməsindən keçir. Bunun ən böyük və əvəzolunmaz
qaynağı isə xalq ədəbiyyatı – folklordur.
Folklorun toplanmasına bir nömrəli elmi-ədəbi və milli
vətəndaĢlıq vəzifəsi kimi baxan alim folklor nümunələrinin re-
gionlarda məktəblilərin özləri tərəfindən toplanmasını daha
məqsədəuyğun hesab edirdi: “Dastanlar, bilməcələr və zərbül-
məsəllər xalq ədəbiyyatının ən qiymətli, hər cəhətdən ən faydalı
və tədris tədqiqi ən asan olanlarıdır. Bu qismi xalq ədəbiyyatını
məktəblərimizə keçirmək, onları bir addım belə Avropa, rus
məktəblərindən geriyə çəkməz. Biləks onların səviyyəsinə daha
çapuq iriĢdirər” (8)
B.Çobanzadə folklor örnəklərinin yalnız mütəxəssislər və
ya alimlər tərəfindən deyil, müəllimlər və Ģagirdlər tərəfindən də
toplanılmasını yüksək qiymətləndirirdi:
Folklor və yazılı ədəbiyyat
26
1. Hər Ģeydən əvvəl xalq dastan, bilməcə, atalar sözlərini
toplamaq.
2. Sonra bunları hər hansı bir nöqteyi-nəzərdən (mövzula-
rına görə, dillərinə görə, yaxud tələbələrin anlayıĢ dərəcəsinə
görə) siniflərə ayırmaq.
3. Məktəb ümumi iclasında (ədəbi axĢamlar, bayram gün-
ləri) bunlarla tələbələri tanıĢ etməli və onların bu yığılmıĢ parça-
lar üzərində çalıĢmalarını, düĢünmələrini, hətta əlavələr yapma-
larını təlimə çalıĢmalı.
4. Böylə iclaslarda və axĢamlarda tələbələrin məhəbbət və
səmimiyyətini belə parçalara çevirdikdən sonra onları yavaĢ-
yavaĢ dərsxanələrə soxmaq, orada oxutmaq və öyrətmək daha
asan olur.
5. ĠĢ bu dərəcəyə vardıqdan sonra müəllim tələbələrin
özlərini də bu xüsusda toplayıcı və tədqiqatçı olaraq qullana bilər.
Tələbələrin toplandığı material nə qədər yanlıĢ və faydasız olursa
olsun, onun zehni inkiĢafı və tədqiqçilik damarının, ölkəĢünaslıq
sifətinin oyanması üçün böyük, pək böyük əhəmiyyəti vardır (8).
Qeyd edək ki, B.Çobanzadənin göstərdiyi bu 5 maddə
özünə münasibətdə ayrıca təhlil tələb edir. Çünki bu 5 maddə,
əslində, bir proqramdır və burada çox böyük vəzifələr nəzərdə
tutulmuĢdur. Bu cəhətdən, B.Çobanzadəyə görə, ilk növbədə
xalq dastanları, bilməcələr (tapmacalar) və atalar sözlərini top-
lamaq lazımdır. Bu halda sual meydana çıxır: B.Çobanzadə zən-
gin folklor nümunələrimiz içərisində nəyə görə məhz bu janrla-
rın məktəblilər tərəfindən ilk növbədə toplanmasını zəruri hesab
edirdi. O, nəyə görə nağılları, bayatıları, əfsanələri belə “təxirə-
salınmaz” qruplara aid etmirdi?
Heç Ģübhəsiz ki, B.Çobanzadə burada folklor janrlarının
məzmunundan daha çox, qeyd olunan janrların məktəb-tədrislə
bağlı tərəflərini nəzərdə tuturdu. Belə ki, xalq dastanları bütün
folklor janrları içərisində əlahiddə yerə malikdir. H.Ġsmayılov
yazır ki, dastan epik sistemdə avtonom hüquqlara malikdir.
Folklor və yazılı ədəbiyyat
27
Əslində, dastan mətn avtonomiyası vardır. Xalq yaradıcılığı
örnəklərinin digər elementləri onun strukturunda yalnız kanonik
qəliblərə dola və ya hansısa vahidi əvəzləyə bilir. Amma dasta-
nın strukturu dəyiĢmir; çünki o, sabit informasiya daĢıyıcısı kimi
bir iĢarə bütövüdür və mətn strukturunun sabitliyi həm də bu-
nunla bağlıdır (12, 295-296.).
Digər tərəfdən, “epos”, sadəcə, dastan deyil, müxtəlif sü-
jetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-estetik
təfəkkürünü bütövlükdə ifadə edən möhtəĢəm dastan – poten-
siyadır. Onu tam halında bərpa etmək mümkün deyildir, mövcud
mənbələr əsasında yalnız təsəvvür etmək mümkündür ki, həmin
təsəvvür ideya-estetik, poetexnoloji, linqvistik və s. kompo-
nentlərin üzvi vəhdətindən ibarətdir (4, 12).
Göründüyü kimi, dastan elə bir janrdır ki, özündə epik,
liirik və dramatik folklorun janrlarını, motivlərini, strukturunu
birləĢdirir. Bu cəhətdən məktəblilərin dastan toplaması onların
Azərbaycan folklorunun universal janrı ilə ünsiyyəti deməkdir.
Atalar sözləri və bilməcələrə (tapmacalara) gəldikdə
bunlar birbaĢa təlim-tədrislə bağlıdır. Əslində, bu janrlar qədim
dövrün bilikləri qoruma və yaĢatma vasitələridir:
Dostları ilə paylaş: |