AZƏrbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix09.02.2020
ölçüsü1,44 Mb.
#30412
1   2   3   4   5   6   7   8   9   ...   15
Folklor ve yazili edebiyyat-ll hisse


Əli bəy: 
Gördüm Eldarı! 
Toplayıb baĢına qəhrəmanları 
Dağlarda yurd salıb Koroğlu kimi (25, s. 46) 
Hər iki  əsərdə  eyni  mənzərəni görürük:  dağ, qəhrəman  və 
baĢında igidləri. 
Eldarın  özü  ikinci  dəfə  səhnəyə  artıq  Koroğlu  kimi  çıxır. 
Burada Ġlyasın bir qarının inəyini oğurladığı bəlli olur. Eldar qarı-
nın ovucuna pul qoyur ki, gedib inək alsın. Koroğlu da həmiĢə belə 
eləyirdi. Bundan sonra Ġlyasın üzünə tüpürüb onu qovur və deyir: 
Eldar: 
Axmaq! Koroğlunun bir təmiz adı 
Xanlarda, bəylərdə tutar qoymadı. (25 s. 72) 
Bu misralardan göründüyü kimi, Eldar təkcə igidliyi, qəh-
rəmanlığı  ilə  deyil,  mənəvi  dünyası  ilə  də  Koroğluya  bənzəyir. 

Folklor və yazılı ədəbiyyat 
65 
 
Onun ideyası və idealı da, məqsədi və amalı da, hətta duyğusu, 
düĢüncəsi də Koroğlu obrazından qidalanır. 
“Vaqif” dramında Qacar Qarabağa gəlir. Kəndləri, evləri, 
eĢikləri,  hətta  körpə  uĢaqları  yandırır.  Bir  qoca  kəndli  onun 
yanına gəlir: 
Yanır od içində körpə uĢaqlar. 
Bizim kəndlilərin nə təqsiri var? 
Əmr edin dayansın yanğınlar , barı, 
Xaraba qoymayın bu obaları! 
Bu dağlar qoynunda aslan yatmıĢdır, 
Burda Koroğlular at oynatmıĢdır. (25, s. 74) 
Sonuncu  iki  misrada  Qacara  xəbərdarlıq  edilir  ki,  bura 
Koroğlu yurdudur, onu unutma. Nəhayət, Eldar Qacarla döyüĢə 
girir.  Hər  yerdən  axıĢıb  onun  dəstəsinə  qoĢulurlar.  Zülmlə,  za-
lımla  barıĢmayan,  vətənin  azadlığı  uğrunda  canından  keçməyə 
hazır  olan  bütün  igid  oğlanlar  Eldarın  baĢına  toplaĢırlar.  Eldar 
onların hamısına qılınca and içdirir. Ġgid və qəhrəman oğulların 
Eldarın  baĢına  toplaĢması  da,  onların  qılınca  and  içmələri  də 
“Koroğlu” dastanından gələn motivlərdir. 
Koroğlu kimi, Eldarın da Ģöhrəti hər yana yayılır. Bir qoca 
kiĢi onun yanına gəlir və Eldara deyir: 
Sənə qiymətli bir baxĢayıĢım var, 
Mənə də atamdan qalıb yadigar... (25, s. 102) 
Görəsən nədir bu qiymətli baxĢayıĢ? Atasından bu qocaya 
nə  yadigar  qalıb  ki,  indi  onu  elin-obanın  xilaskarı  bilib  üstünə 
gəldiyi Eldara bağıĢlamaq istəyir? Qoca yapıncısının altından bir 
qılınc çıxarır və Eldara uzadaraq deyir: 
Buyur! Misri qılınc deyərlər buna, 
Sadiq yaĢamıĢdır ana yurduna. 
Böyük Koroğludan qalmıĢ yadigar. 
Budur, dəstəsində barmaq yeri var. 
Al, oğlum! Göz üstə saxla sən bunu, 
YaĢat ürəyində qoç Koroğlunu! 

Folklor və yazılı ədəbiyyat 
66 
 
Sənə bata bilməz nə xan, nə paĢa, 
Yalnız yoxsulların eĢqilə yaĢa! 
Vur, vuran əllərin görüm var olsun, 
Qacarın baĢına dünya dar olsun! (25, s. 102-103) 
ġeirin  ruhu  büsbütün  “Koroğlu”  dastanından  gəlir.  “Ko-
roğlu”  dastanında  Misri  qılıncı  Koroğluya  qoca  atası  Alı  kiĢi 
verir. Dramda da bir qoca yapıncısının altından çıxardığı qılıncı 
Eldara  verir  və  onun  Koroğlunun  Misri  qılıncı  olduğunu  deyir. 
Hər  iki  əsərdə  Misri  qılınc  və  qocaların  məqsədi  eynidir.  Onda 
Alı kiĢi də Misri qılıncı Eldara verən qocanın prototipidir. Hətta 
qocanın  Eldara  verdiyi  qılıncdakı  barmaq  yeri  də  Koroğlunun-
dur. ġeirdəki çox önəmli bir məqamı da açmaq lazımdır. Bunun 
üçün  “Sənə  bata  bilməz  nə  xan,  nə  paĢa”  misrasını  Alı  kiĢinin 
Misri qılıncı Koroğluya verərkən dediyi sözlərlə yanaĢı qoymaq 
yetər. Qoca Misri qılıncı Eldara verərkən ona deyir ki, nə qədər 
bu  qılınc  sənin  əlindədir,  sənə  nə  xan,  nə  də  paĢa  bata  bilməz. 
Alı kiĢi də Misri qılıncı Koroğluya verərkən ona demiĢdir: 
–  RövĢən,  al  bu  qılıncı  belinə  bağla.  Bu  qılınc  sən  gör-
düyün qılınclara bənzəməz. Bu qılınca ildırım qılınc deyirlər. Bu 
elə  bir  qılıncdır  ki,  qabağında  heç  bir  Ģey  dayanmaz.  Hər  nəyə 
vursan, kəsər, tökər. Bu qılınc  ilə  sən xanlara, bəylərə, paĢalara 
qan  udduracaqsan.  Bu  qılınc  ilə  müxənnətlər,  namərdlər  sənin 
əlindən  dad  çəkəcəklər.  Bu  qılınc  ilə  sən  qalalar  sındıracaqsan. 
Ancaq  bunun  ildırım  qılınc  olduğunu  heç  kimə  bildirmə.  Bun-
dan  sonra  bunun  adına  Misri  qılınc  deyərsən.  Nə  qədər  ki,  sən 
Qıratın belindəsən, bu qılınc da sənin belindədir, heç bir düĢmən 
sənə bata bilməyəcək (27, s. 28-29). 
Dastanda da, dramda da vurğulanan əsas fikir budur ki, Misri 
qılınc kimin əlindədirsə, o məğlubedilməzdir, heç bir düĢmən ona 
bata  bilməz.  Burada  bir  sual  doğur:  Misri  qılınc  belində  olan 
qəhrəman  niyə  məğlubedilməzdir?  Alı  kiĢinin  sözlərindən  bilirik 
ki, Misri qılınc ildırım qılıncıdır. Dastanda isə deyilir ki, Misri qı-
lınc göydən düĢən ildırım parçasından qayrılmıĢdır. Deməli, birinci 

Folklor və yazılı ədəbiyyat 
67 
 
növbədə, ildırım qılınc olduğuna görə, Misri qılınc göy mənĢəlidir. 
Göy  mənĢəli  nə  varsa,  hamısı  Tanrıya  məxsusdur.  Əslində  Misri 
qılıncı  yer  üzünə  Tanrı  göndərmiĢdir.  Ona  görə  də  Misri  qılıncın 
özündə bir Tanrı sehri, Tanrı gücü var. Hətta dramdakı xan və paĢa 
sözlərinin də dastandan gəldiyinə heç bir Ģübhə yoxdur. 
Burada bir məsələni açmaq lazımdır ki, Ģeirdəki “Koroğlu” 
təsirini  görmək  o  qədər  də  asan  deyil.  Yuxarıdakı  təhlildən  gö-
ründüyü  kimi,  “Koroğlu”  dastanının  təsirini  yalnız  Koroğlu  və 
Misri qılınc adlarında axtarmaq yanlıĢdır. Burada dastandan daha 
gözəl  bəhrələnmələr  var. Səməd Vurğun dastandakı  motivlərdən 
o  qədər  böyük  ustalıqla  bəhrələnmiĢ,  oradakı  fikirləri,  hətta  hiss 
və duyğuları elə yüksək bacarıqla özününküləĢdirmiĢdir ki, onları 
yalnız  duymağı,  adi  gözlə  yox,  ağılın,  düĢüncənin  gözüylə  gör-
məyi  bacarmaq  lazımdır.  Bəlkə  buna  görə  də  Səməd  Vurğunun 
ağız  ədəbiyyatından  bəhrələnməsi  problemindən  yazanların  heç 
biri məsələnin bu qədər dərinliyinə varmamıĢdır. 
Misri  qılıncı  qoca  kiĢidən  alan  Eldar  özünün  Koroğlu  ol-
duğuna daha çox inanır. Koroğlunun hissləri, duyğuları da həmin 
andan  axıb  Eldarın  qanına,  iliyinə  hopur.  Bəlkə  də  bu  hisslər, 
duyğular körpəlikdən onun canında yuva salmıĢdır, sadəcə olaraq 
Misri qılıncı  əlinə alanda qəlbində bir oyanıĢ oldu, qollarına güc 
gəldi, ürəyinə təpər doldu. Bunu Eldarın Misri qılıncı  əlinə  alan-
dan sonra söylədiyi aĢağıdakı sözlərdən aydın görmək olur: 
Qıratın yalında qıvrılıb yatan, 
Xanların, bəylərin gözünə batan, 
Zalıma göz dağı, bizə Ģan qılınc, 
Azadlıq uğrunda vuruĢan qılınc! 
Ġndi dayansın Qacar! 
Cəngi çalın, hücum var! (25, s. 103) 
ġeirdə hər Ģey güzgü kimi aydındır. Artıq Eldara elə gəlir 
ki, Qıratın belindədir, Misri qılınc da əlindədir. Ġndi gəlin onun 
Ģeirin  sonundakı  hücum  nidasına  baxaq.  Bu  misraların  mayası 
Koroğlunun: 

Folklor və yazılı ədəbiyyat 
68 
 
“Hoydu, dəlilərim, hoydu,  
Yeriyin meydan üstünə.  
Havadakı Ģahin kimi. 
Tökülün al qan üstünə!” –  
misralarından tutulmayıbmı? Onları söyləyən ürəklər eyni  hava 
üstündə köklənməyibmi? 
“Koroğlu”  dastanının  bir  çox  qollarında  paĢalar,  xanlar 
Koroğlunun  dəlilərini  tuturlar.  Koroğlu  da  gedib  onları  azad 
edir. Bağdadda Aslan paĢa Eyvazı, Bəlli Əhmədi və Dəmirçioğ-
lunu,  Ərzurumda  Cəfər  paĢa  Dəmirçioğlunu,  Bəyaziddə  Xəlil 
paĢa  Eyvazı,  Halaypozanı  və  Toxmaqvuranı  həbs  edirlər.  “Va-
qif” dramının sonuncu səhnəsində də Qacar Vaqifi zindana sal-
dırıb öldürtmək istəyir. Eldar öz dəstəsi ilə Vaqifi zindandan çı-
xarmağa  gəlir  və  Qacarla  qarĢılaĢır.  Qacar  Eldarı  çulu  çırıq 
kəndli hesab edir və deyir: 
“Mənlə vuruĢmağa Koroğlu gərək! (25, s. 110) 
Qacar  burada  özünü  “Koroğlu”  dastanındakı  xanlara,  pa-
Ģalara tay tutur və hətta xanların, paĢaların qorxduğu Koroğlu ilə 
vuruĢmaq  istəyir.  Guya  xotkardan,  xanlardan,  paĢadan  fərqli 
olaraq  heç  Koroğludan  qorxmur.  Bu  zaman  Eldar  Misri  qılıncı 
çıxardır və deyir: 
Eldar: 
Dayan! Misri qılınc gəlir üstünə... 
Qacar (çaşaraq):  
Nə? Nə? Misri qılınc? Nə? Nə? Koroğlu? (25, s. 110) 
Fikir  verin.  Bir  az  öncə  Koroğlu  ilə  döyüĢmək  istəyən, 
guya  onunla  vuruĢmaqdan  qorxmayan  Qacarı  Misri  qılıncın 
adını  eĢidəndə  əsməcə  tutur.  Misri  qılıncın,  Koroğlunun  adını 
eĢidəndə  Qacarın  keçirdiyi  qorxu  hissini  “Koroğlu”  dastanında 
xanlar,  paĢalar  çox  keçiriblər.  “Koroğlunun  Ġstanbul  səfəri”ndə 
Koroğlu bir qarının evində qonaq qalır. Qarı qonağının Koroğlu 
olduğunu biləndə özündən gedir, ayılanda durub qaçmaq istəyir. 
Koroğlu ondan soruĢur ki, məndən niyə qorxursan? Qarı deyir: 

Folklor və yazılı ədəbiyyat 
69 
 
–  Niyə  səndən  qorxuram?  Mən  çox  igid  arvadam  ki,  sənin 
adını eĢidəndə qorxudan bağrım çatlamayıb. Sənin adını eĢidəndə 
paĢalar  qorxuya  düĢür.  Pəhlivanlar  gizlənmək  üçün  siçan  deĢiyi 
axtarırlar. Mən bir özümdən getmiĢəm, çox görürsən? (27, s. 51). 
Göründüyü kimi, hər iki əsərdəki qorxu hissi də eynidir. 
Səməd Vurğunun digər dramlarında da “Koroğlu” dastanın-
dan  bəhrələnmələrə  rast  gəlinir.  Lakin  onlar ötəri  səciyyəli  olub, 
“Vaqif” dramındakı qədər qabarıq nəzərə çarpmır. Məsələn, “Ġn-
san” dramındakı Eldar obrazı, “Vaqif” dramındakı Eldara oxĢayır, 
“Vaqif” dramındakı Eldarın dilindən Qacara deyilmiĢ: 
Gəl, gəl çulu cırıq kəndliyəm mən də 
ġahla vuruĢaram yeri gələndə (29, s. 552) –  
misraları  “Ġnsan”  dramında  da  olduğu  kimi  Eldarın  dilindən 
təkrarlanır. “Fərhad və ġirin” dramında da “Koroğlu” dastanının 
təsirini  duymaq  olur.  ġirinin  dilindən  deyilmiĢ  aĢağıdakı  Ģeir 
Koroğlu nəfəsi, Koroğlu ruhu ilə yoğrulmuĢdur. 
Fəqət Fərhadda da bu qüvvətdən var, 
Onun qarĢısında diz çökür dağlar. 
Ġldırım əriyir hər nərəsindən, 
ġahlar da tac tökür onun səsindən. (29, s. 411) 
AraĢdırmalar  göstərir  ki,  Azərbaycan  ədəbiyyatı  “Koroğ-
lu”  motivləri  ilə  çox  zəngindir.  Poeziyamızın,  nəsrimizin  və 
dramaturgiyamızın daha çox qidalandığı ilkin qaynaqlardan biri 
“Koroğlu”  dastanı  olmuĢdur.  Bu  baxımdan  Səməd  Vurğunun 
yaradıcılığı  xüsusilə  seçilir.  Onun  poeziyası  “Koroğlu”  dastanı-
nın  motivləri  ilə  çox  zəngindir.  “Vaqif”  dramı  isə  “Koroğlu” 
dastanı  ilə  səsləĢmə  baxımından  Azərbaycan dramaturgiyasında 
istisna təĢkil edir. Cəsarətlə demək olar ki, “Koroğlu” dastanının 
bütün bədii, poetik dəyərləri “Vaqif” dramının süjet və kompo-
zisiyasına, ideya və  məzmununa, qəhrəmanların idealına, psixo-
logiyasına,  hətta  duyğu  və  düĢüncələrinə  hopmuĢdur.  “Vaqif” 
dramındakı  bütün  motivlərin  “Koroğlu”  dastanında  oxĢarı  var. 
Dramın  bütün  obrazlarının  dastanda  prototipləri  mövcuddur. 

Folklor və yazılı ədəbiyyat 
70 
 
Eldar  isə  Səməd  Vurğunun  illərlə  qəlbində  yaradıb-yaĢatdığı 
Koroğlu obrazından baĢqa bir Ģey deyil. Deməli, “Vaqif” dramı 
yazılı ədəbiyyatımızın “Koroğlu” dastanıdır. 
 
 
QAYNAQLAR: 
 
1. Ġslam Sadıq.  “Koroğlu” dastanının  Azərbaycan Ģeirinə poetik 
təsiri // Azərbaycan ġifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər. 
AMEA Folklor Ġnstitutu. Bakı. 2013. Sayı XLII, səh 58-69. 
2. Ġslam Sadıq.  “Koroğlu” dastanının  Azərbaycan Ģeirinə poetik 
təsiri // “Folklor və yazılı ədəbiyyat”. 1 kitab. AMEA Folklor 
Ġnstitutu. Bakı. 2013. Səh. 20-42 
3. Ġslam Sadıq.  “Koroğlu” dastanının  Azərbaycan Ģeirinə poetik 
təsiri. Əlyazması. Müəllifin Ģəxsi arxivi. 72 səh. 
4. Ġslam Sadıq. “Koroğlu” dastanının Azərbaycanın qadın Ģairlə-
rinin  yaradıcılığına  poetik  təsiri.  Əlyazması.  Müəllifin  Ģəxsi 
arxivi. 20 səh. 
5. “YoldaĢ  Koroğlu”.  AMEA  M.Füzuli  adına  Əlyazmalar  Ġnsti-
tutu Əbdürrəhim  bəy  Haqverdiyevin Ģəxsi arxivi. F.9, s.v.14, 
42 vərəq+8 vərəq. 
6. “YoldaĢ Koroğlu”. AMEA M. Füzuli  adına Əlyazmalar Ġnsti-
tutu. F 9, s.v.13, 13 vərəq 
7. Mehri  Məmmədova.  Əbdürrəhim  bəy  Haqverdiyevin  izahlı 
arxivi. Bakı 2012. 
8. Ə.Haqverdiyev. SeçilmiĢ əsərləri. Ġki cilddə. 1 c. Bakı “Azər-
nəĢr” 1956. Səh. 451-497 
9. Ə.Haqverdiyev. SeçilmiĢ əsərləri. Ġki cilddə. 1 c. Bakı “Azər-
nəĢr” 1971. Səh. 481-523 
10.  Kamran Məmmədov. Ə. Haqverdiyev// Ə. Haqverdiyev. Se-
çilmiĢ əsərləri. 2 cilddə. 1c. Bakı. “AzərnəĢr. 1971. Səh. 5-24 
11. Səbri Saleh. Abbas və Gülgəz Tufarqanlı. F. 9,s.v. 192. 28 vərəq 
12.  Türk  dili  haqqında.  AMEA  M.  Füzuli  adına  Əlyazmalar 
Ġnstitutu.  Əbdürrəhim  bəy  Haqverdiyevin  Ģəxsi  arxivi.  F  9. 
s.v. 38. 62 vərəq 

Folklor və yazılı ədəbiyyat 
71 
 
13.  Mehdixan  Vəkilov.  Səməd  Vurğunun  tərcümeyi-halı  // 
Səməd  Vurğun.  Əsərləri.  6  cilddə.  1  c.  AMEA  NəĢriyyatı. 
Bakı. 1960. Səh. XXXIII-LIV 
14.  Səməd  Vurğunun  aforizmləri  (Tərtib  edəni  və  ön  sözün 
müəllifi Ġslam Sadıq). Bakı. AzərnəĢr”. 1987 
15.  Ġslam Sadıq. Koroğlu kim olub. Bakı. “AzərnəĢr”. 1998. 
16.  Səməd  Vurğun.  Azərbaycan  ədəbiyyatı  haqqında  // 
“Ədəbiyyat qəzeti”. Bakı. 1943, 21 oktyabr, № 26 (362) 
17.  Mehdi Hüseyn. Səməd Vurğun // Səməd Vurğun. Əsərləri. 6 
cilddə. 1 c. AMEA NəĢriyyatı. Bakı. 1960. Səh. V-XXXI 
18.  Məmməd Arif. Azərbaycan xalqının ədəbiyyatı. Bakı. 1958 
19.  Mirzə  Ġbrahimov.  Səməd  Vurğunun  həyatı  və  yaradıcılığı 
haqqında  //  Səməd  Vurğun.  Əsərləri.  7  cilddə.  1c.  AMEA 
“Elm” nəĢriyyatı. Bakı. 1985. Səh. 5-21 
20.  Bəxtiyar  Vahabzadə.  Səməd  Vurğun.  Bakı.  “AzərnəĢr”. 
1968. 348 səh. 
21. Cəlal Abdullayev. Səməd Vurğun poetikası. Bakı. “Gənclik”. 
1976 
22.  Rafiq  Vəkilov.  Səməd  Vurğunun  ədəbi  tənqidi  görüĢləri. 
Bakı. “Yazıçı”. 1982 
23.  PaĢa Əfəndiyev. Səməd Vurğun və xalq yaradıcılığı. Bakı. 
24.  Məmməd  Arif.  Səməd  Vurğunun  dramaturgiyası.  AMEA 
NəĢriyyatı. Bakı. 1964 
25.  Səməd  Vurğun.  Dram  əsərləri  və  poemaları.  Bakı.  “Azər-
nəĢr”. 1974 
26.  “Koroğlu”. Bakı. Gənclik. 1982 
27.  Azərbaycan  dastanları  (Tərtib  edəni  M.N.Təhmasib).  5 
cilddə. IV c. Bakı. AMEA NəĢriyyatı. 1969 
28. Maarifə Hacıyeva. Folklor poetikası. “AzərnəĢr”. Bakı. 2005. 
240 səh. 
29. Səməd  Vurğun.  Əsərləri.  7  cilddə.  IV  c.  AMEA  NəĢriyyatı. 
“Elm”. Bakı. 1988. 

Folklor və yazılı ədəbiyyat 
72 
 
 
FOLKLOR VƏ KLASSĠK ƏDƏBĠYYAT 
(Xaqani ġirvani yaradıcılığı əsasında) 
 
Fidan QASIMOVA 
filologiya üzrə fəlsəfə doktoru, 
AMEA Folklor İnstitutunun 
 “Folklor və yazılı ədəbiyyat” 
şöbəsinin böyük elmi işçisi 
   
Bildiyimiz kimi, folklor bir ölkə, ya da müəyyən bir bölgə 
xalqına  məxsus  müxtəlif  mövzuları  əhatə  edən,  bunları  özü-
nəməxsus  üsulla  toplayıb  sistemləĢdirən,  Ģərh  edən  bir  elmdir. 
Folklor xalq ənənələrini, adətlərini, inanclarını, mərasimlərini və 
s. özündə birləĢdirir. O, bu gün də fəaliyyətini davam etdirir və 
xalq  mədəniyyəti,  milli  dəyərlərinə  məxsus  yeni  mövzular, 
mətnlər yaradır. Ġctimai həyatdakı dəyiĢikliklər mədəniyyətdə də 
öz  əksini  tapmıĢdır.  Folklor  müxtəlif  mədəniyyətlər  arasında 
əlaqə  yaradır.  Bu  mənada  folklor,  keçmiĢlə  gələcək  arasındakı 
əlaqənin itməməsi, möhkəmlənməsində əhəmiyyətli bir funksiya 
yerinə yetirir.  
Əlbəttə ki, Ģifahi xalq yaradıcılığının belə mühüm əhəmiy-
yətini  dərk  edən  ədəbiyyat  nümayəndələri  də  ondan  yan  keçə 
bilməzdilər.  Məhz  folklor  nümunələri  sayəsində  istər  klassik, 
istərsə də müasir ədəbi-bədii nümunələr oxucuların nəzər diqqə-
tini özünə cəlb edir, onların müəlliflərinin yaradıcılığına daha da 
maraq artırır.  
Azərbaycan  klassik  ədəbiyyatında,  xalq  ədəbiyyatı  məh-
sullarının  mövzu,  forma  və  janrlarından  faydalanaraq  dil  və 
mövzu  cəhətdən  daha  güclü  əsərlər  yaradan  nümayəndələr  içə-
risində  Xaqani  ġirvani,  Nizami  Gəncəvi,  Məhəmməd  Füzuli  və 
s. adları ağıla ilk gələn sənətkarlardır. Onların yalnız ölkəmizdə 

Folklor və yazılı ədəbiyyat 
73 
 
deyil, həm də dünya ədəbiyyatında mühüm bir mövqe qazanma-
larının səbəbi də məhz xalq yaradıcılığından bəhrələnmədir.  
Özünün  zəngin,  çoxcəhətli  yaradıcılığı  ilə  Azərbaycan 
ədəbiyyatının inkiĢafında müstəsna xidmətləri olan, klassik yazı-
çılar  arasında  öz  dəst-xətti  ilə  seçilən  Xaqani  ġirvani  folklorun 
gözəl  bilicilərindən  olmuĢdur.  Bunu  yazıçının  əsərlərində  iĢlət-
diyi  folklor  nümunələri,  yaradıcılığının  təbiiliyi,  axıcılığı,  xalq 
ruhuna yaxınlığı təsdiq edir. Məlum olduğu kimi, artıq folklorla 
yazılı  ədəbiyyatın  qarĢılıqlı  əlaqəsi  danılmaz  bir  faktdır.  AraĢ-
dırma sahəmiz olaraq yalnızca klassik dövr yazıçıların əsərlərinə 
nəzər  saldıqda  da  bu  əlaqələrin  müxtəlif  cəhətləri,  tərəfləri  ilə 
rastlaĢmaq olar.  
Kiçik folklor janrlarından olan atalar sözü və məsəllər Xa-
qani ġirvani yaradıcılığında tez-tez istifadə edilən nümunələrdir. 
ġair bu nümunələrə yaratdığı bədii əsərlərin dilinin lazımlı bədii 
elementi  kimi  baxmıĢdır.  O,  qəhrəmanlarının  xarakterik  xüsu-
siyyətlərini,  cərəyan  edən  hadisələrə  öz  münasibətini  ifadə  et-
mək,  milli  koloritin  yaradılmasına  imkan  yaratmaq  üçün  onlar-
dan yeri gəldikcə istifadəni labüd saymıĢdır. Məsələ, Xaqaninin 
bir beytində oxuyuruq: 
Bir məsəl var, deyərlər: toyuq dən yedi, sonra, 
Onun yumurtasından ləlu mərcan doğuldu (4, 114). 
 
Var bir məsəl ki, oğlağa qaçmağı təklif etdilər, 
Qəssabı göstərdi, dedi: oğlaq hara, qaçmaq hara? (4, 280). 
Xalq  öz  yaratdığı  nümunələrə  daha  yaxĢı  bələd  olduğu 
üçün, onu sevərək yaddaĢlarda saxladığı üçün Ģairin ifadə etmək 
istədiklərini tamamilə aydın Ģəkildə dərk edir: 
Süfrəmin artığın yeyər Cəm kimilər, rəvamıdır, 
Mənsə olum qarıĢqatək rizə yığan? Yazıq mənə! (4, 305) 
ġairin əsərlərində atalar sözünü xatırladan misralar çoxluq 
təĢkil edir. O, bu misralarla insanlarda gözütoxluq, ağıllılıq kimi 
sifətlərin daha üstün olmasını arzuladığını bildirir. Xəlil Yusifo-

Folklor və yazılı ədəbiyyat 
74 
 
vun  da  yazdığı  kimi,  “orta  əsrin  xüsusiyyətçi  qanunlarına  qarĢı 
Ģair  gözütoxluq,  ağıllılıq  tələb  edir.  Xaqaniyə  görə  o  adam  ki, 
zahirini bəzəyir, əlvan paltarlarla öyünmək istəyir, o, ilandan da 
əskikdir. Qoy belə adamlar heç olmasa əfi ilandan ibrət alsınlar, 
çanaqlı bağaya bənzəməsinlər: 
Nolardı bircə bilsəydim bu dünyada nəyin artar 
Yeyib-içsən gecə-gündüz, Ģərabi, noğlu, reyhanı? 
Əmirə söylə bilsin ta ki, nəfs - it, cifə sərvətdir, 
Ġtə həmkasə olmaqla gedər badə Ģərəf, Ģanı. 
Ölər bağa çanağında, çıxar əfi qılafından, 
Ġlandan kəm deyilsənsə, soyun bu rəxti-əlvanı. 
Süleymanam demə, əvvəl yanından divləri rədd et, 
Və ya zəncirlə, ya öldür, ya qov quli-biyaban. 
Əlvan  geyimlərlə,  ləzzətli  yeməklərlə  öyünmək,  onların 
əsiri olmaq divlər, Ģeytanlar əlində qul olmaqdır, öz insanlığını, 
dəyanətini itirməkdir. Nə üçün insanın ruhu tamah, həvəs zinda-
nında dustaq olmalıdır” (5, 71). Bədii nümunədən də göründüyü 
kimi, Ģair folklorun mühüm bir hissəsini təĢkil edən nağıllardan 
gələn  obrazlarla  öz  fikirlərini  daha  təsirli  Ģəkildə  çatdırmağı 
bacarır.  
ġairin ümumən ġərq poeziyasında mühüm mövqeyə malik 
olan "Töhfətül-Ġraqeyn" əsəri öz bədiiliyi ilə daima diqqət mər-
kəzində  olmuĢdur.  ġair  bu  poemasında  özünün  ictimai,  fəlsəfi 
fikirlərini  ifadə  etmiĢdir.  Bu  fikirləri  ifadə  edərkən  də  xalqın 
zəngin  xəzinəsindən  bəhrələnməyi  unutmamıĢdır.  Poemanın 
baĢlanğıcından  etibarən  folklor  nümunələri  diqqəti  cəlb  edir. 
ġair  dövrdən  Ģikayət  xarakterli  misralarında  “Ġndi  din  göyündə 
Dəccallar  çoxdur;  Heyf  ki,  xilaskar  bir  Mehdi  yoxdur”  (4,  23) 
ifadəsi  mifoloji  mətnləri  yada  salır.  Dünyanın  sonu  haqqında 
olan  mifoloji  mətnlərin  birində  deyilir  ki,  dünya  sonu  yaxın-
laĢanda bir gözü olan Dəccal gələcək, insanları öz doğru yolun-
dan  azdıracaq.  Ancaq  ona  qarĢı  Mehdi  Sahib  əl  Zaman  peyda 

Folklor və yazılı ədəbiyyat 
75 
 
olacaq,  insanları  öz  arxası  ilə  düzgün  yola  çəkəcək  və  dünyanı 
xilas edecəkdir (6).  
Azərbaycan əfsanələrində, nağıllarında tez-tez rast gəlinən 
yeddibaĢlı ilanlara Ģairin misralarında da rast gəlinir:  
AltıbaĢlı dünya arzular insan, 
Qızıl yeddibaĢlı ilandır, ilan. 
Kimin gözlərində qızıl tutub yer, 
O, aynaya baxıb, özün görməyir (4, 26). 
Son iki  misradakı  ifadə  isə  xalqda  “Aynaya  baxan öz ca-
malını  görər”  (1,  48.)  Ģəklində  rast  gəlinir.  Müəllif  bu  ifadəni 
Ģeirin  tələbi  ilə  bir  qədər  fərqli  Ģəkildə  iĢlədərək,  insanlarda 
qızıla, pula hərisliyin mənfi tərəflərini izah edir.  
Xaqani  “Birə  dözən,  minə  yetər”  (1,  137)  atalar  sözünü 
“"Bir" gəlib "min" olar” Ģəklində iĢlədir (4, 30). 
ġairin  bu  poemasında  mifoloji  dünyagörüĢün  məhsulu 
olan  dünyanın  qatları  haqında  fikirlərə  (yeddi,  doqquz),  Dirilik 
suyu,  rənglərin  anlamı  ilə  bağlı  ifadələrə  də  rast  gəlmək  müm-
kündür. Məsələn, “Torpağı o dünya torpağındandır // Dirilik su-
yu tək suyu dərmandır” (4, 31). 
Dəryanın yanında bir damla nədir? 
Sən heçsən, Ģah zəngin bir xəzinədir. 
Xəzinəni bağlı gördüyün zaman, 
YatmıĢ əjdahanı oyatma, aman! (4, 39) 
Bu dörd misrada həm atalar sözü, həm də nağıl ünsürlərini 
görmək olar. “Dəryadan bir damcı” (1, 265) kimi atalar sözü və 
nağıllarda  suyun  qarĢısını  kəsək  divlər,  xəzinəni  qoruyan  əj-
dahalar  yada  düĢür.  ġair  böyük  bir  məharətlə  folklorun  hər  iki 
janrı vasitəsilə qəhrəmanına nəsihətlər verir.  
Dillə bağlı xalqda xeyli ifadələrə rast gəlmək mümkündür: 
“Dil  baĢı  saxlar”,  “Dil  yarası  qılınc  yarasından  yamandır”, 
“Dilini saxlayan, baĢını saxlar” və s. (1, 267-270) 
Bu tipli atalar sözləri Xaqani yaradıcılığında özünəməxsus 
Ģəkildə  iĢlənir.  AĢağıdakı  misralar  baĢdan-baĢa  atalar  sözüdür. 

Folklor və yazılı ədəbiyyat 
76 
 
ġair onları hətta mifoloji mətnlərlə də əlaqəndirərək yeni bir hə-
yat verir: 
Hər kim acıdildir, yaxĢı bil bunu, 
ġahın qapısına qoymazlar onu. 
Dil gülünc etməsin deyə insanı, 
Ġnsan ağzı olmuĢ dilin zindanı. 
Bəzən dil sıyrılmıĢ qılınca bənzər, 
Ayıq ol, baĢını bədəndən üzər. 
Can cəhənnəminə qapıçıdır dil, 
Dilsizlik behiĢtin açarıdır, bil. 
Balıq dilsizliklə tapdı gücünü, 
Tutdu göy üzündə Balıq bürcünü. 
Ġlan iki dilli olduğu üçün, 
Cənnətdən qovuldu nifrətlə bir gün.  
Canını saxlamaq istəsən əgər, 
ÇalıĢıb dilini saxla birtəhər (4, 39). 
Ġnsanın  yaranmasından  bəhs  edən  mifoloji  mətndə  ilan 
behiĢtin  qapısında  duran  qanadlı  bir  mələk  kimi  təsvir  edilir. 
Ancaq Ģeytanı cənnətə ötürdüyünə görə cəzalandırılır və qanad-
ları yox edilir, özü də cənnətdən qovulur (6). Bu mifoloji mətn-
dən xəbərdar olan Ģair dillə  bağlı fikirlərini belə mətnlərin, xalq 
ifadələrinin  gücü  ilə  daha  da  təsirli  və  inandırıcı  Ģəkildə  ifadə 
etməyi bacarmıĢdır.  
Qeyd  etdiyimiz  kimi  Xaqaninin  "Töhfətül-Ġraqeyn"  əsəri 
folklor motivləri  ilə  zəngindir. Bu  əsərdə  el ədəbiyyatının  müx-
təlif janrlarına rast gəlmək mümkündür. “XII yüzillikdə əxiliklə 
bağlı olan mənqəbəvi-mifik anlayıĢlarda, el ədəbiyyatında Xızır 
obrazı,  dirilik  suyu,  Xeyrəvan  Ģəhəri  ayrıca  bir  yer  tutmuĢdur. 
Xızır obrazı ġirvanla, Xəzər dənizi ilə bağlı təsəvvür olunur. Di-
rilik  suyunun  Muğanda,  ġirvanda  axdığından  danıĢılır.  Xaqani 
bu  bədii-mifik  və  mənqəbəvi  anlayıĢlara  "Töhfətül-Ġraqeyn"də 
yer vermiĢ, el içərisində yayılmıĢ mifik anlayıĢlarla əsərinin bə-
diiliyini artıra bilmiĢdir” (2, 460). 

Folklor və yazılı ədəbiyyat 
77 
 
Xalq hikməti, nəsihətinin gələcək nəsillərin tərbiyəsindəki 
rolu danılmazdır. ġair də bu təsirin müsbət tərəflərini aydın dərk 
etdiyi  üçün  əsərlərinin  mühüm  bir  hissəsini  xalq  hikməti  kimi 
dəyərli  nəsihətlərinə  ayırmıĢdır.  Hansı  ki,  bu  hikmət  və  nəsi-
hətlərdə  gələcək  nəsillərin  sağlam  ruhda  böyüməsi,  özünütərbi-
yə, məntiqi fikir yürütmə qabiliyyəti aĢılanır.  
Məsələn,  xalqın  elm,  təhsilinə  xüsusi  fikir  verən  klassik 
ədəbiyyatın  Nizami,  Füzuli  kimi  nümayəndələri  ilə  yanaĢı  Xa-
qani  də  xalqın  çəkdiyi  əzab-əziyyətdən,  zülmdən  çıxıĢ  yolunu, 
əsasən, elmdə, bilik əldə etməkdə görürdü. O, insana hər zaman 
oxumağı,  yeni  Ģeylər  öyrənməyi  məsləhət  görürdü.  ġairin  nəsi-
hətamiz  fikirlərində  insanların  lovğalığı,  özünü  öyməsi,  yalan 
danıĢmaq, nadanlıq kimi keyfiyyətləri də pislənir və Ģair hər kəsi 
sadəliyə,  doğru  sözə  üstünlük  verməyə,  dediyi  hər  bir  fikri 
əsaslandırmağa, məntiqli fikirlər söyləməyə çağırırdı:  
Cahildir özünü tərif edənlər,  
"Çox bilirəm" demə, bilsən də əgər.  
BoĢ söz insanların abrını tökür, 
Yalan Ģirlərin də bağrını sökür. 
Məntiqsiz, dəlilsiz yalan danıĢmaq 
Nadan adamların iĢidir ancaq. 
Əgər tavus kimi özünü öysən, 
Xəcalət çəkərsən tavus kimi sən (3, 154-155). 
ġair  tez-tez  əsərlərində  dostluqla  bağlı  fikirlər  irəli  sürür. 
Onun nəsihətamiz fikirləri içərisində bu mövzu xüsusi yerə ma-
likdir. Üzünü  əsasən gəncliyə  tutaraq  əsl dostluqla bağlı  həqiqi 
məsləhətlər, nəsihətlər verir:  
ÇalıĢ az dostluq et, etsən də əgər 
Dostluqda möhkəm ol, sözdə mötəbər. 
 
Dostun əkdiyi gül olsa da tikən,  
Çıxarıb yerindən onu atma sən (3, 242). 

Folklor və yazılı ədəbiyyat 
78 
 
Xaqani yaradıcılığı ilə  bağlı xeyli tədqiqatlar aparılmıĢdır. 
“Azərbaycan  ədəbiyyatı  tarixi”  kitabında  Xaqaninin  ədəbi  irsi 
ətraflı  tədqiq  edilir.  Burada  göstərilir  ki,  Xaqani  “Divan”ında 
fərdin  və  cəmiyyətin  dərmanını  arayarkən  onu  el  fəlsəfəsində 
axtarır, ataların: “YaxĢılığa yaxĢılıq hər kiĢinin iĢidir, yamanlığa 
yaxĢılıq  ər kiĢinin  iĢidir”  –  zərbi-məsəli  ilə  insanların  və  bütün 
toplunun sağlamlaĢdırılması üçün “pislik qarĢısında yaxĢılıq et” 
– deyən çoxmənalı bir “hikmət” irəli sürürdü (2, 449). 
Həmçinin  bu  kitabda  haqlı  olaraq  qeyd  edilir  ki,  Xaqani 
qadın  və  kiĢiyə  bir  gözlə  baxmıĢ,  üstünlüyü  ancaq  qadın  və 
kiĢilərin,  ayrı-ayrı  insanların  bacarıq  və  ləyaqəti  ilə  ölçmüĢdür. 
O,  eldən,  xalq  yaradıcılığından  gələn  “aslanın  erkəyi-diĢisi 
olmaz!”  hikmətini  örnək  götürmüĢdür.  “Hakimiyyət  günlərində 
qadın və kiĢinin fərqi yoxdur. DöyüĢdə diĢi və erkək aslan birdir 
– bir-birindən ayrılmır” (2, 451). 
AraĢdırmadan da göründüyü kimi nəsihətamiz fikirlər Xa-
qani ġirvani yaradıcılığının mühüm bir hissəsini təĢkil edir. ġai-
rin bu mövzusuna həsr olunmuĢ əsərləri gəncliyin tərbiyəsi üçün 
əhəmiyyətlidir. Məsələn, Ģair “Gənclərə nəsihət”ində deyir: 
Fitnə törətmə, ey fitnəkar cavan! 
Fitnədir elləri dərdlərə salan.  
 
Hiylə – oğurluqdur, xoĢsa əvvəli, 
Oğrunun axırda kəsilər əli. 
 
Bu gün yoxdursa da kimsədə vəfa, 
Vəsiyyət edirəm: olma bivəfa. 
 
Bir kiçik adama nəvaziĢ etsən 
Sənin böyüklüyün getməz əlindən (3, 241-242).  
Göründüyü kimi, Xaqani ġirvani gəncliyə müraciət edərək 
onları  pis  iĢlərdən,  fitnəkarlıqdan  uzaqlaĢmağa,  yaxĢılığa,  xoĢ 
rəftara dəvət edir.  

Folklor və yazılı ədəbiyyat 
79 
 
Xaqani ġirvani  yaradıcılığından da göründüyü kimi,  folk-
lordan bəhrələnərək yaradılan hər bədii nümunə  insanların este-
tik cəhətdən zənginləĢməsində, qarĢılıqlı münasibətlərin düzgün 
qurulmasında,  oxucuda  xoĢ  əhvali-ruhiyyənin  yaradılmasında 
mühüm  rol  oynayır.  Tarixdən  də  məlum  olduğu  kimi,  dövlət-
lərarası  bir  sıra  mürəkkəb  məsələlər  də  bədii  sözün  gücü  ilə 
müsbət  yöndə  həll  edilmiĢdir.  Ümumiyyətlə,  folklor  və  klassik 
ədəbiyyat  birgə  fəaliyyət  göstərərək oxucuda  humanist  prinsip-
lərin, yüksək idealların əsasını qoymuĢdur.  
Folklorla  yazılı  ədəbiyyat  arasındakı  əlaqə  dünya  ədəbiy-
yatından da məlumdur. Ġstər dünya klassikləri, istərsə də müasir 
dövr  Ģair  və  yazıçıları  folkloru  əsərlərinin  əsas  məğzinə,  mən-
bəyinə çevirmiĢlər. Bu, xalq mühitinə daha yaxından bələd olan, 
onlar  arasında  yaĢayıb  yaratmıĢ  yazıçıların  əsərlərində  daha 
parlaq Ģəkildə öz ifadəsini tapmıĢdır.  
 
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin