QAYNAQLAR:
1. S.Karakoç. Edebiyat yazıları Ш. Eğik ehramlar. Ġstanbul, 1996.
2. T.Məmməd. Mədəniyyətlərin inteqrasiyasında özününkü-
ləĢdirmə (Məhəmməd Peyğəmbərin meracı Nizami Gəncəvi
və Xopxe Luis Borxesin yaradıcılığında) // Ədəbi-nəzəri
məcmuə. Bakı, 2005.
3. Ə.Haqverdiyev. SeçilmiĢ əsərləri. II c. Bakı, 2005, 408 s.
4. Mir Möhsün Nəvvab. Vüzuhül-Ərqam. Bakı, 1989, 84 s.
5. A.Hacıyeva. Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi. Bakı,
2004, 210 s.
6. Xacə Nəsirəddin Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, 255 s.
7. C.Bəydili. Türk mifoloji sözlüyü. Bakı, 2003, 416 s.
8. И.М. Фильштинский. Представление о «потустороннем
мире» в арабской мифологии и литературе // Восток-
Запад. Исследования. Переводы. Публикации. Москва,
1989, 301 с.
9. И.М. Фильштинский. История арабской литературы. Мо-
сква, 1991, 726 с.
10. В.Пропп. Исторические корни волшебной сказки. Ле-
нинград, 1946, 400 с.
11. A.Ercilasun. Deli Domrul ile Kazakların Korkut Atası
arasında bir mukayese // “Milli Folklor” dergisi. Ankara,
1998, № 37. s.16-21.
12. B.Ögel. Türk mitolojisi. II c., Ankara, 1995.
Folklor və yazılı ədəbiyyat
54
AZƏRBAYCAN DRAMATURGĠYASINDA
“KOROĞLU” MOTĠVLƏRĠ
Ġslam SADIQ
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutunun
“Folklor və yazılı ədəbiyyat”
şöbəsinin elmi işçisi
Azərbaycan xalqı çox zəngin ağız ədəbiyyatı yaratmıĢdır.
Bu ədəbiyyat yaddaĢlardan-yaddaĢlara ötürülə-ötürülə, ağızdan-
ağıza keçə-keçə cilalanmıĢ, zənginləĢmiĢ, gözəlləĢmiĢ, gəlib gü-
nümüzə çatmıĢdır.
Azərbaycan yazılı ədəbiyyatının qidalandığı ən zəngin
qaynaqlardan biri, bəlkə də birincisi həmiĢə xalqın yaratdığı söz
xəzinəsi olmuĢdur. ġair və yazıçılarımız bədii əsərlərini yazar-
kən Ģifahi xalq ədəbiyyatının motiv, süjet və obrazlarından usta-
lıqla bəhrələnmiĢ, sözün poetik siqlətini artırmaq, fikri güclən-
dirmək, obrazlılıq yaratmaq məqsədilə onlardan istifadə etmiĢ-
lər. Dahi Nizami Gəncəvinin bütün əsərləri xalq yaradıcılığının
ən gözəl örnəklərindən bəhrələnməklə yazılmıĢdır.
Azərbaycan yazılı ədəbiyyatının ən dəyərli ilkin qaynaq-
larından biri “Dədə Qorqud”, digəri isə “Koroğlu” dastanı ol-
muĢdur. Azərbaycan poeziyası, nəsri, dramaturgiyası “Dədə
Qorqud” motivləri ilə olduqca zəngindir. Bu baxımdan “Dədə
Qorqud” dastanı ilə qoĢa yalnız “Koroğlu” dastanının adını çək-
mək olar. “Koroğlu” dastanının Azərbaycan poeziyasına təsiri
geniĢ tədqiq olunmuĢdur (1, 58-69 2, 20-42 3; 4). Ġmadəddin
Nəsimidən üzü bəri Azərbaycan Ģairlərinin böyük əksəriyyətinin
yaradıcılığında “Koroğlu” motivlərinə rast gəlinir. Bir çox Ģair-
lərimiz isə “Koroğlu” dastanından geninə-boluna bəhrələnmiĢ-
lər. Elə mövzular var ki, həmin mövzuda Ģeir yazan Ģairlərimiz
Folklor və yazılı ədəbiyyat
55
istər-istəməz “Koroğlu”ya üz tutmalı olmuĢlar. Bu ənənə Azər-
baycan Ģairlərinin yaradıcılığında bu gün də davam etdirilir.
“Koroğlu” dastanının təsiri baxımından Azərbaycan dra-
maturgiyasının araĢdırılması da böyük maraq doğurur. “Koroğ-
lu” dastanından dram əsərlərində istifadə olunması bir çox mü-
hüm amillərlə bağlıdır. Onlardan ən əsasları bunlardır:
1. “Koroğlu” dastanının xalq arasında çox geniĢ yayılması;
2. Koroğlunun bir qəhrəman kimi xalqın dilinin əzbəri ol-
ması, güvənc, ümid, inam yerinə çevrilməsi;
3. “Koroğlu” dastanının mövzu, süjet və motivlərlə zən-
ginliyi;
4. “Koroğlu” dastanının dilinin gözəlliyi, saflığı, obrazlı-
lığı, idiomlarla və s. zənginliyi;
5. “Koroğlu” dastanındakı Ģeirlərin poetik siqləti, xalq ru-
hunu ifadə etməsi;
6. “Koroğlu” dastanındakı ayrı-ayrı hadisələrin təsvirində-
ki səhnə elementləri, əsərin bütövlükdə tamaĢa təsiri ba-
ğıĢlaması.
“Koroğlu” dastanının Azərbaycan dramaturgiyasına təsi-
rində yuxarıda sadalanan amillərin hər birinin öz rolu olmuĢdur.
Sonuncu amil isə bu iĢdə ikiqat çox rol oynamıĢdır, çünki dastanın
hər bir qolu əslində bir mükəmməl səhnə əsəridir və onların
əksəriyyəti baĢ vermiĢ gerçək olayların təsvirindən baĢqa bir Ģey
deyil. Bilirik ki, bəzi səfərlərdə Koroğlu aĢıq paltarı geyinib sazla
xanların, bəylərin, paĢaların məclisinə girir və çalıb-oxuyurdu.
Dastanda bunlar o qədər canlı və təbii təsvir olunur ki, bir teatr
səhnəsini xatırladır. “Koroğlu dastanının Azərbaycan dramaturgi-
yasına təsirinin birinci səbəbini məhz bunda axtarmaq lazımdır.
“Koroğlu” dastanına Azərbaycan dramaturqlarından ilk
dəfə Əbdürrəhim bəy Haqverdiyev müraciət etmiĢdir. Yazıçı
“YoldaĢ Koroğlu” adlı bir pyes yazmıĢdır. Bu əsər 1932-ci ildə
Bakıda qələmə alınmıĢdır. Onun bir adı da “Azərbaycan kən-
dində inqilab gediĢinin etapları”dır. Hazırda AMEA Məhəmməd
Folklor və yazılı ədəbiyyat
56
Füzuli adına Əlyazmalar Ġnstitutunun Ə.Haqverdiyevə məxsus 9
saylı fondunda bu əsərin üç əlyazması saxlanır (5, 6, 7). Bu pyes
ilk dəfə Ə.Haqverdiyevin iki cildlik “SeçilmiĢ əsərləri”nin bi-
rinci cildində çap olunmuĢdur (8, s. 451-497).
Ə.Haqverdiyevin “YoldaĢ Koroğlu” pyesinin ilk baxıĢda
“Koroğlu” dastanı ilə o qədər də sıx bağlılığı yoxdur. Yalnız hər iki
əsərin qəhrəmanının adı Koroğludur. Əlbəttə, bu zahirən belədir.
Yazıçı pyesin qəhrəmanının adını da təsadüfən Koroğlu qoyma-
mıĢdır. Pyesdəki hadisələri diqqətlə çözələyəndə Ə.Haqverdiyevin
bu pyesdə “Koroğlu” dastanından çox böyük ustalıqla bəhrələndiyi
açıq-aydın nəzərə çarpır. Bu bəhrələnməni üzə çıxarmaq üçün das-
tanın və pyesin ruhunu dərindən duymaq, bir çox motivləri yanaĢı
qoyub, onları müqayisəli Ģəkildə araĢdırmaq kifayətdir.
“YoldaĢ Koroğlu” pyesinin qəhrəmanı Koroğludur. Bu
adın “Koroğlu” dastanından gəldiyinə heç bir Ģübhə ola bilməz.
Pyesin qəhrəmanı Koroğlunun əsl adı Salmandır. Yazıçı Sal-
manı Koroğlu eləmək üçün hər Ģeyi irəlicədən ölçüb-biçmiĢ,
süjetin baĢlanğıcını məhz bu motivin açılması üzərində qurmuĢ-
dur. Əsərin ilk səhnəsindən bilinir ki, Salmanın atasının hər iki
gözü kordur. O, çiçək xəstəliyinə tutulmuĢ və gözlərinin iĢığını
itirmiĢdir. Sonrakı səhnələrdən bəlli olur ki, Salmana təkcə
atasının gözləri kor olduğuna görə yox, həm də qoçaq, igid,
diribaĢ və mərd bir oğlan olduğuna görə, xalq Koroğlu deməyə
baĢlamıĢdır. Göründüyü kimi, həm dastanda, həm də pyesdə
Koroğlu adının yaranma səbəbi bir-birinin eynidir.
Ə.Haqverdiyevin pyesin qəhrəmanının adını Koroğlu
qoymağının və Salmanın bu adı böyük sevinclə qəbul edib,
qürurla daĢımağının arxasında çox böyük maraq doğuran bir
mətləb durur ki, onun açılmağına ciddi ehtiyac var. Bu mətləbi
açmaq üçün pyesdən bir parçaya diqqət yetirmək kifayətdir:
Güldəstə (Salmana). Sənin adın Koroğludur?
Salman. Yox, Salmandır. Mahmud dayı mənim adımı
Koroğlu qoydu. Mən, kor Ġsrafil kiĢinin oğluyam. Amma bu ad
Folklor və yazılı ədəbiyyat
57
mənim xoĢuma gəldi. Ġstəyirəm elə bundan sonra hamı mənə
Koroğlu desin.
Güldəstə. Mən də Koroğlu deyim?
Salman. Elə hamı desin (9, s. 495)
Yazıçı bu kiçik parçada “Koroğlu” dastanına və Koroğlu
obrazına xalq arasındakı sevginin, məhəbbətin çox aydın ifadə-
sini vermiĢdir. Salmanın ona Koroğlu deməyindən qürur duyma-
ğı və bu adı sevinclə qəbul edib, fəxrlə, qürurla daĢımağı bunu
aydın göstərir.
Yazıçı burada baĢqa adlar da seçə bilərdi. Salmanın öz
adını da saxlamaq olardı. Bütün bunlar pyesin məzmununa o
qədər də güclü təsir göstərməzdi. Lakin yazıçı əvvəldən öz qar-
Ģısına məqsəd qoymuĢdur və onu pyesdə dolğun vermək üçün
“Koroğlu” dastanına üz tutmalı olmuĢdur.
Pyesin mövzusu Azərbaycanda sovet hakimiyyətinin ya-
ranmasından, kolxoz quruculuğundan götürülsə də, burada das-
tanla səsləĢən çox maraqlı motivlər var. Bunlardan ən birincisi
hər iki əsərin qəhrəmanının eyni idealla yaĢamağıdır. Dastan
qəhrəmanı Koroğlu kimi, pyesin qəhrəmanı Koroğlu da kasıb-
kusubun, fağır-füqəranın, zəiflərin, gücsüzlərin tərəfində durur,
onların haqqını qoruyur. Pyesin qəhrəmanı Koroğlunun da
baĢlıca məqsədi “Koroğlu” dastanındakı ideal insan cəmiyyətini
öz doğma kəndində yaratmaqdır. Doğrudur, pyesdə Koroğlunun
nə idealı, nə də məqsədi haqqında heç nə deyilmir. Lakin pyesi,
orada baĢ verən hadisələri diqqətlə çözələyəndə qəhrəmanın
idealını və məqsədini aydın görmək olur.
Ə.Haqverdiyevin “YoldaĢ Koroğlu” pyesində yazıçının
həqiqətən “Koroğlu” dastanından bəhrələndiyini təsdiqləyən da-
ha bir neçə motiv var ki, onlardan biri də qəhrəmanın kəndinin
Dumanlı adlanmasıdır. “Koroğlu” dastanından bilirik ki, Çənli-
bel dumanlı, çənli, çiskinli bir dağ belidir. Buna əsaslanıb deyə
bilərik ki, Ə.Haqverdiyev pyesin qəhrəmanı Koroğlunun kəndi-
nin adını təsadüfən Dumanlı qoymamıĢ, onu Çənlibelə uyğun-
Folklor və yazılı ədəbiyyat
58
laĢdırmıĢdır. Koroğlu-Çənlibel və Koroğlu-Dumanlı paralelləri
də bir-birinə uyğun gəlir.
Hər iki əsərdə eyni olan əsas motiv, əvvəldə deyildiyi ki-
mi, qəhrəmanların atalarının kor olmasıdır. Dastanın qəhrəmanı
RövĢənin atası Alı kiĢinin gözlərini Həsən xan çıxartdırıb onu
iĢıqlı dünyaya həsrət qoymuĢdur. Pyesin qəhrəmanı Salmanın
atası Ġsrafilin gözləri isə çiçək xəstəliyindən sonra kor olmuĢdur.
Dastan da, pyes də gələcək qəhrəmanın atasının gözlərinin kor
olması motivi ilə baĢlayır. Bunun özü də dastanla pyes arasın-
dakı üzvi bağlılığı göstərən amillərdən biridir.
Dastan və pyesin hər ikisi eyni motivlə baĢladığı kimi,
onların sonluğunun da eyni motivlə qurtardığını görürük. “Ko-
roğlu” dastanında Koroğlunu Qıratsız, Misri qılıncsız və sazsız
təsəvvür etmək mümkün deyil. Koroğlu həmiĢə döyüĢə də
qılıncla yox, sazla baĢlayır. Əksər qollarda Koroğlu iĢi davasız
yoluna qoymaq istəyir, saz çalıb-oxuyur. Bundan baĢqa, Koroğ-
lu bütün səfərlərdən Çənlibelə qayıdandan sonra Nigar xanımın
xahiĢi ilə sazı döĢünə basıb baĢına gələnləri danıĢır. Dastanın
bütün qolları sazla bağlanır.
Ə.Haqverdiyev də pyesin sonunda sazı səhnəyə təsadüfən
gətirməmiĢdir. AĢıq sazla səhnəyə çıxır və pərdə bağlanır.
Ə.Haqverdiyev “Koroğlu” dastanına təsadüfən üz tutma-
mıĢdır. O, 1899-cu ildə Peterqburqdan ġuĢaya qayıtmıĢ, burada
yaĢadığı iki il ərzində həm də xalq yaradıcılığı örnəklərini
toplamaqla məĢğul olmuĢdur (10, s. 6).
Yazıçı 1923-1925-ci illərdə Azərbaycanı Tədqiq və Tətəb-
bö cəmiyyətinin sədr mavini və sədri iĢlədiyi illərdə də xalq
yaradıcılığı örnəklərinin toplanması və nəĢri iĢlərində yaxından
iĢtirak etmiĢdir. Ə.Haqverdiyev Səbri Salehin “Abbas və Gül-
gəz” dastanının motivləri əsasında yazdığı 5 məclisdən ibarət
eyni adlı operettanı dilimizə çevirmiĢdir (11)
Onun arxivində əlyazma Ģəklində çoxlu atalar sözləri, tap-
macalar, xalq mahnıları və s. saxlanılır (12; 7, s. 29-30) Bütün
Folklor və yazılı ədəbiyyat
59
bunlar Ə. Haqverdiyevin xalq yaradıcılığına, folklora nə qədər
bağlı olduğunu aydın göstərir.
Pyesin sonuncu Ģəklində Koroğlu Hacı Bayrama müra-
ciətlə deyir: “Hacı, söz bayaqkıdır” (9 s. 523). Bu ifadə də “Ko-
roğlu” dastanındakı “söz dəyirmandakıdır” deyimindən götürü-
lüb pyesə daxil edilmiĢdir.
Ağız ədəbiyyatından geninə-boluna bəhrələnən Ģairlə-
rimizdən biri Səməd Vurğun olmuĢdur. Səməd Vurğun yaxĢı
bilirdi ki, xalq ədəbiyyatını bilmədən, ondan qidalanmadan bö-
yük ədəbiyyat yaratmaq olmaz. Xalq ədəbiyyatına sevgi, maraq
körpəlikdən Səməd Vurğunun iliyinə, qanına hopmuĢdur. ġair
sazlı-sözlü bir mühitdə doğulub, boya-baĢa çatmıĢdır. Onun lay-
lası sazla çalınmıĢdır. Səməd Vurğunu hamıdan yaxĢı tanıyan
qardaĢı Mehdixan Vəkilov yazırdı: “Səməd Vurğun kiçik yaĢ-
larından baĢlamıĢ xalq ədəbiyyatına, Vaqif və Vidadi Ģeirinə
vurğun idi” (3, s. XXXIV). Çünki Səməd Vurğun bilirdi ki, “bi-
zim aqil babalar bir dastan yaradır ikicə sözlə”(4, s. 31).
Səməd Vurğunun ən çox bəhrələndiyi ağız ədəbiyyatı örnək-
lərindən biri, bəlkə də birincisi “Koroğlu” dastanıdır. ġairin Ģeirləri
“Koroğlu” dastanından gələn motivlərlə olduqca zəngindir. Bunlar
ayrıca araĢdırılmıĢdır. (5, s. 152, 153; 2. s. 21-24, 31, 33-34).
Səməd Vurğun dram əsərlərində “Koroğlu” motivlərindən
yeri gəldikcə, böyük ustalıqla istifadə etmiĢdir. Bunun da çox
dərin qaynaqları var. Səməd Vurğun “Koroğlu” dastanının bədii
dəyərini çox gözəl bilirdi. Onun Ģeirlərini əsl sənət nümunəsi
kimi qiymətləndirirdi. 1943-cü il sentyabr ayının 29-da Moskva-
da Ġttifaqlar Evinin böyük salonunda keçirilən “Azərbaycan Ģeir
və musiqi gecəsi”ndə söylədiyi nitqdə “Koroğlu” dastanından
böyük sevgiylə danıĢaraq demiĢdir: “Bizim xalqımızın təfəkkü-
ründə yaĢayan bədii söz, məfhum, insanlığın böyük idealları, hu-
manizm və idrakın təntənəsi uğrunda aparılan mübarizədə hər
zaman mübariz bir vasitə olmuĢdur. Heç də təəccüblü deyildir
ki, Azərbaycanın bir çox məĢhur dövlət xadimləri və el qəhrə-
Folklor və yazılı ədəbiyyat
60
manları, eyni zamanda, öz dövrünün qabaqcıl Ģairləri olmuĢdur.
Bizim məĢhur Koroğlumuz bütün Ģərq xalqları arasında yalnız
böyük bir qəhrəman kimi deyil, eyni zamanda, böyük bir xalq
Ģairi kimi də Ģöhrət qazanmıĢdır. Bizim xalqımızın tarixində
qılıncla qələmin çox gözəl bir qardaĢlığı var.
Hoydu, dəlilərim, hoydu!
Yeriyin meydan üstünə!
Havadakı Ģahin kimi
Tökülün al qan üstünə!
Qoyun bədöylər kiĢnəsin,
Misri qılınclar iĢləsin.
Kimi tanab qılınclasın,
Kiminiz düĢman üstünə.
Bəlkə də zaman gəlib keçdikcə Koroğlunun bu və ya digər
hərbi məharəti unudulacaqdır. Lakin Ģair Koroğlunun bu qızıl
sözləri xalqımızın sinəsində nəsildən-nəslə keçib yaĢayacaq,
özünə daha parlaq bir gələcək qazanacaqdır (6).
Səməd Vurğunun xalq yaradıcılığı örnəklərindən bəhrə-
lənməsi ayrı-ayrı tədqiqatçılar tərəfindən geniĢ Ģəkildə araĢ-
dırılmıĢdır. Mehdi Hüseyn, (17, s. XXVIII-XXIX), Məmməd
Arif (18, s. 68), Mirzə Ġbrahimov (19, s. 8), Osman Sarıvəlli,
Bəxtiyar Vahabzadə (20), Cəlal Abdullayev (21.s.5-16), Rafiq
Vəkilov (22,s.126-128), Mehdixan Vəkilov və baĢqaları Səməd
Vurğun yaradıcılığını tədqiq edərkən onun ağız ədəbiyyatından
bəhrələndiyini də ayrıca vurğulamıĢlar. Mehdi Hüseyn Səməd
Vurğunun xaq ədəbiyyatının ruhu ilə yoğrulmuĢ bir Ģeirindən
misal gətirərək Ģeirimizdə “Dədə Qorqud” və “Koroğlu” dastan-
larının yenidən canlanması ilə bağlı yazırdı: “Bu böyük və tarixi
and təkcə Səməd Vurğun Ģeirinin deyil, ümumən müharibə döv-
ründəki ədəbiyyatımızın fikri-bədii istiqamətini müəyyənləĢdir-
di, ona məğlubedilməz mənəvi bir qüdrət aĢıladı. Heç də təsadü-
fi deyil ki, bu vaxt poeziyamızda “Dədə Qorqud” və “Koroğlu”
Folklor və yazılı ədəbiyyat
61
dastanının döyüĢkən və sərt üslubi xüsusiyyətləri yenidən və
daha büllurlaĢmıĢ Ģəkildə canlanmağa baĢladı, köhnə ənənə yeni
bir ənənənin yaranmasına səbəb oldu” (17, s. XXVIII-XXIX).
PaĢa Əfəndiyev isə “Səməd Vurğun və xalq yaradıcılığı”
mövzusunda ayrıca monoqrafiya yazmıĢdır (23). Lakin bu tədqi-
qatların hamısında “Koroğlu” dastanının Səməd Vurğun yaradıcı-
lığına təsirindən ya danıĢılmamıĢ, ya da ona ötəri toxunulmuĢdur.
Yəni bu mövzu indiyə qədər lazımi səviyyədə araĢdırılmamıĢdır.
Səməd Vurğunun “Vaqif” dramı “Koroğlu” dastanından
alınmıĢ motivlərlə olduqca zəngindir. Bu dram əsəri demək olar ki,
“Koroğlu” dastanının ovqatı üzərində köklənmiĢ, bir Ģairin qələ-
mindən çıxmıĢdır. Dastan bütünlüklə müəllifin ruhuna hopmuĢdur.
Bunu dramın əvvəlindən axırına qədər duymaq mümkündür. Dra-
mın elə ilk səhnələrində Eldarın adı çəkilir. Olayları diqqətlə izlə-
yəndə görürük ki, “Koroğlu” dastanındakı Koroğlu-xan, bəy, paĢa
qarĢıdurmaları eynilə Eldar-Ġbrahim xan və Eldar-Qacar qarĢılaĢ-
maları Ģəklində Səməd Vurğunun “Vaqif” dramında öz əksini tap-
mıĢdır. Dastanı və dramı oxuyub araĢdırarkən aydın görürük ki, bi-
rincinin bütün ruhu ikinciyə hopmuĢdur. Məsələn, Vaqifin Ġbrahim
xanın adından Ağa Məhəmməd Ģah Qacara Ģeirlə yazdığı cavab
əvvəldən axıra demək olar ki, Koroğlu nəfəsi ilə yoğrulmuĢdur:
“Aldıq məktubunu Məhəmməd Qacar,
Tərlan oylağında sar ola bilməz!
Bu dünya qalmamıĢ ulu Ģahlara,
Zülm də, zalım da var ola bilməz!
Göydən baĢımıza odlar yağsa da,
Bu ellər baĢ əyib xar ola bilməz.
Mayan turĢ ayrandır, zatın qırıqdır
Söyüd ağacında bar ola bilməz.
Basma ayağını bizim torpağa,
Ġlandan, əqrəbdən yar ola bilməz. (25, s. 61)
Bu misralardakı Koroğlu ruhunu, nəfəsini duymamaq
mümkün deyil. Koroğlunun ayrı-ayrı Ģeirləri ilə müqayisələr
Folklor və yazılı ədəbiyyat
62
bunu bir daha təsdiqləyir. “Koroğlunun Ərzurum səfəri” qolun-
da AĢıq Cünun Koroğlunu Cəfər paĢaya təqdim edərkən deyir:
Yüz sar gəlsə, bir tərlana neyləyər,
Laçın tək havada süzər Koroğlu. (26, s. 49)
Göründüyü kimi, Vaqifin yazdığı cavabın ilk iki misrası
ilə dastandan götürülmüĢ bu parçanın məzmunu tamamilə
eynidir. Birincidə tərlan sazla, ikincidə laçın sarla qarĢılaĢdırıl-
mıĢdır. Vaqifin yazdığı cavabdakı “Basma ayağını bizim torpa-
ğa” misrası da Koroğlunun “Bəyazid səfəri”ndə dediyi “Qoy-
maram” rədifli Ģeirin aĢağıdakı misraları ilə yaxından səsləĢir.
Çənlibeldi qoç Koroğlu oylağı,
ġah da gəlsə Çənlibelə qoymaram. (27, s. 253)
Vaqif Qacara deyir ki, ayağını ġuĢa torpağına basma, səni
bura qoymarıq. Koroğlu da Ģahlara üz tutub deyirdi ki, Çənlibel
mənim oylağımdı, sizi ora girməyə qoymaram. Burada Çənlibel-
ġuĢa-Vətən, Koroğlu-Vaqif-Vətən oğlu, Qacar-Ģah paralelləri
tamamilə üst-üstə düĢür.
Maarifə Hacıyeva da Vaqifin Qacara yazdığı məktubun
Koroğlu Ģeirləri ilə yaxından səsləĢdiyini xüsusi vurğulamıĢdır
(28, s. 227).
Səməd Vurğunun “Vaqif” dramında “Koroğlu” dastanının
təsiri ilə yaratdığı obrazlardan biri də Ġlyasdır. Ġlyasın prototipi
dastandakı Keçəl Həmzə obrazıdır. Bildiyimiz kimi, Hasan paĢa
Koroğlunu tutmaq, öldürmək və ya heç olmasa atını oğurlamaq
üçün Keçəl Həmzəni Çənlibelə göndərir. Keçəl Həmzə yazıq
cildinə girərək Koroğlunu inandırır və Çənlibeldə qalır. Bir
müddətdən sonra namərdliklə Koroğlunun atını oğurlayır.
Ġlyas da Ġbrahim xanın tapĢırığı ilə hiyləyə əl atıb Eldarın
dəstəsinə qoĢulur, onu öldürmək istəyir. Fikrini də Ġbrahim xana
belə deyir:
Ġlyas:
Bu gündən onlara qoĢulam gərək.
Folklor və yazılı ədəbiyyat
63
Ġbrahim xan:
Necə? Nə deyirsən?
Ġlyas:
Belədir, bəli,
Qaçağı öldürər xəyanət əli.
Deyərəm: “Məni də asdırırdı xan.
Qaçıb qurtarmıĢam dar ağacından.
Ġnanar...Onlara yoldaĢ olaram
Bildiyim qisası sonra alaram (25, s. 39)
Burada məqsədlər və əməllər tamamilə bir-birinin eynidir.
Hasan paĢanın və Ġbrahim xanın, Keçəl Həmzənin və Ġlyasın
məqsədləri Koroğlunu və Eldarı aradan götürməkdir. Onların bu
iĢi görəcək bütün əməlləri də xəyanət üstündə qurulub
“Vaqif” dramında “Koroğlu” dastanı ilə səsləĢən bu cür
səhnələr yetərincə çoxdur. Əlibəyin dustaq olduğu səhnə Eyva-
zın, Bəlli Əhmədin və Dəmirçioğlunun Bağdadda Aslan paĢa
tərəfindən tutulduqları səhnəni xatırladır. Qacarın Vaqifi zinda-
na saldırdığı səhnə də AĢıq Cünunun Cəfər paĢa tərəfindən zin-
dana salındığı səhnənin eynidir. Onların zindandan qurtarma
motivləri də bir-biri ilə yaxından səsləĢir.
“Vaqif” dramındakı “Koroğlu” təsirini, “Koroğlu”dan
bəhrələnmələri Eldar obrazında daha qabarıq görürük. Adama
elə gəlir ki, Səməd Vurğun Eldar obrazını yaradarkən bir an da
olsa “Koroğlu” dastanından ayrılmamıĢ, onu daim göz önündə
tutmuĢdur. Hətta belə demək olar ki, Eldar Səməd Vurğunun
Koroğlusudur. Hələ səhnəyə çıxdığı ilk andan Eldarın özünü
aparmağı, danıĢmağı, cəsarəti, hazırcavablığı haqqında verilən
bilgilər də bunu deməyə əsas verir.
ġeyx (İbrahim xanın qulağına):
Bir bax gözlərinə...BaxıĢı qandır.
Kəndə qarıĢıqlıq salanlardandır.
Ġbrahim xan:
Aha...heç saymayır bu hərif bizi,
Folklor və yazılı ədəbiyyat
64
Görünür dadmamıĢ qüvvətimizi (29, s. 46)
Əli bəy:
Ata, həbs etdilər yazıq Eldarı!
Vaqif:
Ġnsan uçuracaq daĢ zindanları (29, s. 30)
Ġlyas:
Eldarın halına bələdəm az-çox.
Tez-tez dəyiĢdirir o öz yerini,
Tovlayıb azdırır gündə birini
O qədər artıb ki, yenə qaçaqlar,
Tutmayır meĢələr, dərələr, dağlar. (29, s. 46)
Bütün bunlar Eldarın gələcəkdə kim olacağı haqqında
irəlicədən vurulan eyhamlardır.
Koroğlu xanların, paĢaların, xotkarların əlindən qaçıb Çən-
libeldə yurd saldığı kimi, Eldar da Ġbrahim xanın zülmündən qa-
çıb dağlara pənahlanır. Koroğlu da , Eldar da xalqın tərəfində da-
yanıb, zalımların zülmünə qarĢı dururlar. Əli bəy Eldarı dağlarda
gördüyünü atası Vaqifə xəbər verərkən onu Koroğluya bənzədir:
Dostları ilə paylaş: |