36 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri hərbi müdaxilə nəticəsində yaranacaq regional ixtişaşın hər iki dövlətə
sıçrama ehtimalı olduğu kimi, İranda yaşayan milyonlarla türkün müharibə
zamanı Azərbaycan və Türkiyəyə üz tutacaqları da aşkardır. Həm hərbi
müdaxilə, həm də iqtisadi sanksiyalar Azərbaycan və Türkiyənin İranla
iqtisadi münasibətlərinə ciddi zərər verəcək.
Ədalət və İnkişaf Partiyası (AK Parti) hökumətinin İrana qarşı iqtisadi
sanksiyalar və hərbi müdaxiləyə qarşı çıxması İran tərəfindən razılıqla,
ABŞ tərəfindən isə narazılıqla qarşılanır. Türkiyə İranla münasibətlərdəki
etimadsızlığın aradan qalxmasından istifadə edərək, Azərbaycan-İran
münasibətlərinin də düzəlməsinə dəstək verməyə çalışdı. Bu məqsədlə
Əhməd Davudoğlunun təşəbbüsü ilə Azərbaycan və İranın xarici işlər
nazirləri arasında görüş keçirilib. 23 dekabr 2010-cu ildə İstanbulda keçirilən
üçtərəfli görüşdə regional problemlərin dövlətlərin torpaq bütövlüyü
çərçivəsində həlli, terrorizm, mütəşəkkil cinayət və silah, narkotika və insan
alveri daxil olmaqla regional və qlobal səviyyədə müştərək maraq kəsb edən
hadisələrdə xarici işlər nazirləri səviyyəsində birgə məsləhətləşmələrin
davam etdirilməsi və nazirlərin mütəmadi görüşmələrinin davamlı olması
qərara alınıb.
47
2011-ci ildə Yaxın Şərqdə baş verən “Ərəb baharı” Türkiyə-İran
münasibətlərində yeni pərdə açıb. Türkiyə Yaxın Şərq ölkələrində (Misir,
Tunis, Liviya və Suriya) cərəyan edən xalq hərəkatlarına ciddi dəstək
verdi, İran isə ölkələrə görə fərqli mövqe nümayiş etdirir. Xüsusən İranın
regiondakı müttəfiqi Suriyada cərəyan edən hadisələrdə Türkiyə və İran
fərqli mövqelərdən çıxış edir. Bundan başqa, RƏMS-in radarlarının
Türkiyədə İrana yaxın bölgəyə yerləşdirilməsi ikitərəfli münasibətlər üçün
imtahan xarakteri daşıyır.