39
qərarlar qəbul edən strukturlardır. Burada daha çox ali və mərkəzi hakimiyyət
strukturları qərarlaşır. Lakin yerli icra və məhkəmə həmçinin qanunvericilik
strukturları (yerli qanunverici məclislər) strukturları da özlüyündə siyasət
strukturlarıdır. Çünki onlar ali və mərkəzi hakimiyyətin siyasətini icra etməklə
yanaşı, yerli səviyyədə də öz səlahiyyətləri çərçivəsində siyasət müəyyən edə
bilirlər. Bu kateqoriyaya yerli bələdiyyə idarəçiliyini də aid etmək olar. Bu
baxımdan da siyasət strukturları ali, mərkəzi (ixtisaslaşmış sahələr üzrə) və
yerli olurlar.
Dostları ilə paylaş: