İ nzibati strukturlar nədir. Ə
slində bu strukturlar elə siyasət
strukturlarının tərkibində olurlar. Siyasət strukturlarının fəaliyyətini həyata
keçirən daxili strukturlardır. Elə siyasət aparatlarının işi (prezident
administrasiyasının, hökumət administrasiyalarının, qanunverici və məhkəmə
administrasiyalarının) həm də inzibati məzmunludur. Çünki hər ikisində
bürokratik və pilləli idarəçilik mövcudur. Siyasət aparatlarının pilləli fəaliyyəti
özlüyündə inzibati məzmunludur. İnzibati strukturlar ali, mərkəzi və yerli
idarəetmə aparatlarının işini təşkil edən administrativ (burada sənədlərin
təşkili və dövriyyəsinə rəhbərliyi həyata keçirmək və icra fəaliyyətini həyata
keçirmək) fəaliyyəti təmin edirlər. Bura qərar layihələrinin hazırlanması
(siyasi qərarlar da daxil olmaqla), qərarların icrası, təsərrüfat və kargüzarlıq
işləri aid olur. İnzibati idarəçilik öz xarakterinə görə daha çox “məmur idarəçiliyi” mənasını verir. İnzibati struktur siyasi strukturun həm də
tabeçiliyində olan aşağı strukturdur. İnizibati struktur siyasi strukturun
daxilində olmaqla, onu daxilən tənzimləməklə bərabər, həm də şaxələndirən
strukturdur.