Maraq, məqsəd və siyasət Dövlət özü maraqlardan yaranan bir nəticədir, vəziyyətdir, hadisədir,
canlı komponentlərdən ibarət olan kompleksdir. Bu aspektdə siyasətini, öz
fəaliyyətini maraqların təmin olunmasına doğru yönəldir. Məqsədlər özündə
maraqları yaradır. Şərait məqsədləri aşkar edir. Məqsədlər hədəflərə yönəlir.
Dövlət ayrı-ayrı tərəflərin, dövlətin özünün təşkil edən elementlərin (burada
subyektlərin) maraqlarını təmin edən siyasət həyata keçirir, fəaliyyət təşkil
edir. Maraqların tərkib zənginliyi və çoxlu sayda məkanları əhatə etməsi öz-
özlüyündə siyasəti təmin edir. Dövlət vətəndaşların ölkədaxili və beynəlxalq
maraqlarını təmin etməkdə maraqlı olur. Vətəndaşların ölkədaxili və ölkəxarici
maraqlarının təmin olunması özlüyündə dövlət maraqlarının böyüməsini
meydana gətirir. Çünki dövlətin maraq obyektində məhz vətəndaş
(ümumilikdə insanlar) dayanır. İnsan maraqlarının məkan üzrə genişlənməsi
özündə dövlət maraqlarının məkan üzrə genişlənməsinə səbəb olur. Dövlətin
maraqlarının insanların maraqlı olduqları resurslar da yaradır. Resursların
dövriyyəsi və məkan üzrə hərəkəti özündə dövlət maraqlarının “gəzməsinə”
səbəb olur. Dövlət maraqların təmin olunması fəaliyyətini şəbəkəli edir və
kateqoriyalar üzrə həyata keçirir. Dövlət siyasəti maraq müstəvisini
formalaşdırır. Bu müstəvi də geosiyasi maraqların təmin olunması üçün
ə
sasları ortaya qoyur. Dövlət insanların maraq müxtəlifliyini təmin edir. Bu
anda fərqli tərkibə malik olan maraqlar şəbəkəsi meydana gəlir. Maraq
tərkibinin zənginliyi (subyektə və obyektə münasibətdə) dövlətin maraq təmin
etmək fəlsəfi düşüncələrini yaradır.