ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ


səsini ucaltmağa, qardaĢ qırğınına gətirib çıxaran hazırkı iqtidara qarĢı vətəndaĢ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   26   27   28   29   30   31   32   33   ...   37
elcibey11-Prezident Elçibəy


səsini ucaltmağa, qardaĢ qırğınına gətirib çıxaran hazırkı iqtidara qarĢı vətəndaĢ 
itaətsizliyinə,  Vətənimizin  taleyinə  qarĢı  əsl  övlad  qayğıkeĢliyi  göstərməyə 
çağırırıq. 
AMĠP - ġadman Hüseynov, Milli Məclisin üzvü. 
ASDP - Əliyev Aypara, Gəncə Ģəhər məclisinin üzvü. 
AAƏB «Turan», Nemət Pənahlı. 
Sabir Rüstəmxanlı (imzası yoxdur). 
Arif Rəhimzadə. 
Asya Manafova. 
Əli Ömərov. 
ġeyxülislam Hacı AllahĢükür RaĢazadə. 
Fəraməz Maqsudov - akademik. 
Gəncə ziyalıları adından professor Saday Nəzərov. 
Kəlbəcər  icra  hakimiyyətinin  birinci  müavini  ġükürov  Əvəz  (Kəlbəcər  qaçqınları 
adından)».  
Bazar günü (6 iyun) Surət Hüseynov Nazirlər Kabinetinin istefa verməsini tələb etdi. Bu vaxt 
artıq Gəncənin bəzi binalarında keçmiĢ SSRĠ-nin qırmızı bayraqları dalğalanırdı. Gəncə, Yevlax 
və Mingəçevirdə yayılan vərəqələrdə əhali vətəndaĢ itaətsizliyinə çağırılırdı. 
Ġyunun 7-sində prezidentin masası üstünə Moskvadan Hikmət Hacızadənin göndərdiyi (“Yeni 
Müsavat”, 21.04.1999) bu məzmunlu tam məxfi teleqram qoyuldu:  
"Çox gizlidir. 

1-4  iyun  1993  tarixində  əldə  edilən  xəbərlərə  görə,  Moskvada  P.S.Qraçov, 
R.N.Barannikov  ilə  adı  açıqlanmayan  bir  əks-kəĢfiyyatçı  görüĢmüĢlər  və  burada 
Azərbaycandakı durum müzakirə edilmiĢdir.  
Eyni  zamanda  Rəhim  Qazıyev  də  burada  Mütəllibovla  görüĢmüĢdür.  Bu  görüĢdə 
Azərbaycan  parlamenti  Rəyasət  Heyətinin keçmiĢ  sədrlərindən Qurban  Xəlilovun 
qohumu  Ziya  Qəhrəman  oğlu  Əbilov  və  Heydər  Əliyevin  təmsilçisi  Natiq  Əliyev 
(indi  ADNġ-nin  prezidenti  -  Ə.T.)  olmuĢlar.  ĠĢtirakçılar  Mütəllibovu  Heydər 
Əliyevlə  birləĢməyə  və  ya  heç  olmazsa  öz  adamlarıyla  birlikdə  bitərəf  qalmağa 
çağırmıĢlar. 
Toplantıda bu mövzularda görüĢ birliyi əldə edilmiĢdir: 
1. Azərbaycan Ali Sovetinin sessiyasının çağırılması; 
2. Heydər Əliyevin sədr, Yaqub Məmmədovun da müavin seçilməsi; 
3. Ali Sovetin sessiyasında Azərbaycan Konstitusiyasının dəyiĢdirilərək hökumətin 
birbaĢa parlamentə tabe etdirilməsi; 
4. Prezidentin verəcəyi qərarların hökumət tərəfindən təsdiq edildiyi halda həyata 
keçirilməsi. 
Bunlardan  baĢqa,  Surət  Hüseynovun  Gəncədən  ayrılan  rus  hərbi  birliklərindən 
külli miqdarda silah aldığı da bildirilmiĢdir... 
Erməni  məsələsinə  gəlincə,  müxalifətin  qatıldığı  parlament  sessiyasının  davam 
etdiyi  müddətdə  Azərbaycan  sərhədində  onlar  durumu  gərginləĢdirməyə 
qalxmayacaqlar” (F.Qəzənfəroğlu, göstərilən kitabı, s.216-217). 
Prezident  Aparatındakı  mətbuat  konfransında  (7  iyun)  Gəncədə  baĢ  verənlər  ilk  dəfə  rəsmi 
Ģəkildə hökumət əleyhinə qiyam adlandırıldı.  
Hadisələrə açıqlama verən Arif Əliyev bildirdi ki, münaqiĢə “N” hərbi hissəsi (709-uncu hərbi 
hissə)  ətrafında  yaranmıĢ  qalmaqaldan  törənib.  Bu  hərbi  hissəni  Müdafiə  Nazirliyi  aprelin 
baĢlanğıcında  yaradıb.  Mayın  ortalarında  (21-ində  -  Ə.T.)  batalyon  komandiri  Eldar  Əliyev 
müdafiə naziri DadaĢ Rzayevin döyüĢ bölgəsinə getmək əmrini yerinə yetirməyib, hərbi hissə 
MN-nə  itaətsizlik  göstərib.  31  mayda  Müdafiə  Nazirliyi  “N”  hərbi  hissəsinin  ləğv  olunması 
haqqında əmr verib. 
4  iyunda  MN-nin  nümayəndələri  əmrlə  hərbi  hissənin  Ģəxsi  heyətini  tanıĢ  etməkdən  ötrü 
Gəncəyə gediblər.  Hərbi  hissəni təhvil  almağa gəlmiĢ I  korpusun  komandanı,  polkovnik Ġsa 
Sadıqov  və  digər  zabitləri  həbs  etmiĢlər,  onları  müĢayiət  edən  Milli  Ordu  əsgərlərindən  bir 
neçəsini  atəĢlə  qətlə  yetirmiĢlər.  “N”  saylı  hərbi  hissənin  batalyon  komandiri  Mehman 
Ələkbərovu öldürmüĢlər.  
Millət vəkili Mirmahmud Fəttayev bu sözləri söyləməkdə tam haqlıdır: “Qiyam yatırıla bilərdi 
və yatırılmalı idi. Mən məhkəmədəki çıxıĢımda da demiĢəm, indi də deyirəm ki, o vaxt dövlət 
postu tutan və millətə, dövlətə yetərincə xidmət etməyən adamları, doğrudan da, mühakimə 
etmək lazımdır. Onlar dövlətə və millətə xəyanət sayılan bu qiyamı yatırmaqda öz vəzifələrini, 
Konstitusiya borclarını yerinə yetirmədilər” (“Yeni Müsavat”, 09.06.1995).  
Bu sözlərin deyilməsindən 2 il 3 ay sonra Elçibəyin də onları az qala təkrarladığını gördüm: 
«-Hakimiyyəti  qorumaqdan  ötrü  ilk  növbədə  etibarlı  güc  strukturları  lazımdır.  Hər  Ģey  bir 

yana,  biz  Rusiyanın  nüfuz  dairəsindən  çıxmağa  çalıĢırdıq,  istəyirdik  ki,  Avropaya,  ABġ-a, 
ümumiyyətlə, qabaqcıl dünyaya qoĢulaq, siyasətimizin istiqamətini tam dəyiĢək. Bundan ötrü, 
əlbəttə,  məhz  ÖZ  güc  strukturlarımızı  yaratmağa  ehtiyac  vardı.  Ancaq  hakimiyyətimizin 
uğursuz sonluğu bu sahədə ciddi dəyiĢikliklər edə bilmədiyimizi göstərir. Yanılmıram ki?
 
-Siz, sözsüz ki, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi və Daxili ĠĢlər Nazirliyinin 4 iyun 
ərəfəsində,  hətta  ondan  da  qabaq  fəaliyyətini  nəzərdə  tutursunuz.  Ancaq  unutmayaq  ki, 
onlarda bizim hazır kadrlarımız yoxdu. Naziri, yaxud baĢ prokuroru yeniləĢdirməklə köklü kadr 
dəyiĢikliyi baĢ vermir - müəssisənin iĢində həlledici rol oynayan orta pilləli kadrlar öz yerində 
qalır. Onları təcrübəli yeni kadrlarla əvəz etmək asan deyil - buna müəyyən zaman lazımdır 
ki,  3  ilə,  5  ilə  yetiĢsinlər,  formalaĢsınlar.  Bu  səbəbdən  də  biz  həmin  orta  pilləni  dağıda 
bilmədik, o da 3-4 ay bizə qulaq asandan sonra baĢladı əleyhimizə iĢləməyə. Beləliklə, MTN 
də, MN də, DĠN də öz kadrlarımızla yetərincə təmin edilmədiyinə görə həmin nazirliklər bizim 
əleyhimizə çevrildi.
 
-Bu nəyin təsiri nəticəsində oldu? Rusiyanın, yoxsa...
 
-Azərbaycanda öz hakimiyyətini xalq hərəkatına görə itirmək istəməyən olduqca güclü təbəqə 
-  həmin  nazirliklərdə  neçə-neçə  illər  boyunca  formalaĢmıĢ  orta  pillə  məmurları  özlərinə 
sığıĢdıra bilmirdilər ki, "uĢaq-muĢaq" (axı onlar  indiyədək məsul vəzifələrdə, demək olar ki, 
cavan adamları görməmiĢdilər), "yetim-yesir" (heç kəsin himayəsi olmadan kasıb, tam pulsuz 
adamın da vəzifə tutmasına onlar alıĢa bilmirdilər) gəlib onlara baĢçılıq edəcək. Onlar sovet 
bürokratik  aparatında  yağlanmıĢ,  piylənmiĢ  təbəqəydi  və,  təbii  ki,  bizi  qəbul  etməyəcəkdi. 
Ancaq biz də onu birdən-birə sındırıb yerini yeni mütəxəssislərlə doldura bilməyəcəkdik. Bax, 
bu  iki  bəlanın  arasında  qaldıq.  Onlar  3-4  aydan  sonra  özlərinə  gəldilər  və  xəyanət  etdilər, 
çünki  xalq  hərəkatından  qorxmuĢdular,  yerlərində  tir-tir  əsirdilər.  Xalq  hakimiyyətindən  razı 
deyildilər.  Ona  görə  də  fürsətdən  istifadə  edib  dedilər  ki,  görün  sizin  baĢınıza  nə  oyun 
gətirəcəyik və gətirdilər də. Buna qarĢı müqavimət göstərirdik, ancaq müqavimət zəifdi. Rus 
kəĢfiyyatı da onlara kömək etdi. Həmin qüvvələr də hakimiyyəti devirdi. 
 
-Bəy,  icra  hakimiyyətləri  tamamilə  bizim  özümüzdəndi,  ancaq  onların  da  iqtidarı  qorumağa 
gücü çatmadı.
 
-Ġcra hakimiyyətinin əlində nə vardı ki?! Nə polis var, nə də milli təhlükəsizlik orqanları. Siz 
təsəvvür edin - Gəncədə hadisə olub, mən 3 gün bu hadisələr haqqında nə MTN-dən, nə də 
DĠN-dən dəqiq məlumat ala bildim.
 
-Müdafiə naziri DadaĢ Rzayev də aradan çıxdı, tapılmadı.
 
-Bəli.  Hərbçilər  əməlli-baĢlı  xəyanət  etdilər.  Mən  sonradan  bildim  ki,  bizim  hərbin  baĢında 
duranların hamısı (bir-iki nəfəri çıxmaqla) Rusiya BaĢ KəĢfiyyat Ġdarəsinin əlaltılarıdır
».
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.67-68).  
BAġ NAZĠRĠN ĠSTEFASI VƏ ELÇĠBƏYĠN SƏYLƏRĠ  
7  iyunda  prezident  Əbülfəz  Elçibəyin  sədrliyiylə  hökumətin  iclası  keçirildi,  Gəncə  hadisələri 
müzakirə  olundu.  Məlumat  qıtlığının  camaat  arasında  çaĢqınlıq  və  Ģayiələr  yaratmasını 
prezident hadisə yerindən doğru-düzgün informasiya əldə etməyin çətinliyi, ilkin məlumatların 
müəyyən  dəqiqləĢdirmələrə  ehtiyacı  olmasıyla  izah  etdi.  Gəncədəki  tələfatla  bağlı  Bəy  8 
iyunun ümumxalq milli matəm günü elan olunduğunu bildirdi. 
Müdafiə  naziri  DadaĢ  Rzayev,  daxili  iĢlər  naziri  Abdulla  Allahverdiyev  və  milli  təhlükəsizlik 

naziri Fəxrəddin Təhməzov vəziyyət haqqında məlumat verdilər.  
A.Allahverdiyev  bildirdi:  27  mayda  Gəncəyə  nazirin  I  müavini  Qabil  Məmmədovun  baĢçılığı 
altında  polis  dəstəsi  göndərilib  ki,  qanunsuz  silahları  yığsın.  Gəncəyə  göndərilmiĢ  Ġxtiyar 
ġirinov,  Qabil  Məmmədov,  Sülhəddin  Əkbərov  və  b.  Ģəxslərin  girov  götürülməsindən 
qiyamçılar respublika rəhbərliyinə təzyiq vasitəsi kimi yararlanırlar. Hərbi hissədəki çoxlu silah 
mülki vətəndaĢlara, hətta yetkinlik yaĢına çatmayanlara paylanıb. 
MüĢavirədə Ġsa Qəmbər, Pənah Hüseynov, Vahid Əhmədov, Tamerlan Qarayev, Əli Kərimov, 
Fəhmin Hacıyev və b. çıxıĢ etdilər. 
BaĢ verən hadisəni yığıncaq iĢtirakçıları qiyam kimi qiymətləndirdilər. Bildirildi ki, bu qiyam və 
onun iĢtirakçıları xaricdən, xüsusən imperiyapərəst qüvvələr tərəfindən idarə edilir.  
BaĢ nazir Pənah Hüseynov vur-tut 36 gün iĢlədiyi vəzifəsindən istefa verdiyini bildirdi (o, bu 
fikrə 6 iyunda gəlmiĢdi), prezidentdən istefasının qəbul olunmasını xahiĢ etdi.  
Vəzifədən  getməsinin  səbəbini  P.Hüseynov  sonralar  belə  açıqlaya-caq:  “Qiyamı  hərbi  yolla 
yatırmaq mümkün olmayandan sonra yaranmıĢ situasiyada əsas vəzifə kimi hərbi müxalifətlə 
siyasi  müxalifətin  [birləĢməsinin]  qarĢısını  almaq  məqsədi  qoyuldu.  Bunun  üçün  siyasi 
müxalifətə  konkret,  real  təkliflər  olunması  tamamilə  məntiqi  və  doğru  idi.  O  adamları 
inandırmaq  üçün  P.Hüseynovun  istefası  məsələsi  çıxdı,  hakimiyyətin  bölüĢdürülməsi 
baxımından  post  təqdim  olundu”  (“Yeni  Müsavat”,  16.04.  1999).  Əlbəttə,  məntiqli  izahdır, 
ancaq  buna  baxmayaraq  P.Hüseynovun  istefa  verməsi,  fikrimcə,  yanlıĢ  və  dövlətin 
mənafeyinə uyğun gəlməyən hərəkətdi. Niyə?  
Birincisi, ona baĢucalığı gətirən tərzdə özü də boynuna alır: “HəmiĢə demiĢəm və bu gün də 
təkrar edirəm ki, Gəncə hadisələri üçün siyasi məsuliyyət yükünü mən daĢıyıram”. “Təbii ki, 
bütün məsələlərdən prezidentin xəbəri olub. Mən də DMK-nın (Dövlət Müdafiə Komitəsinin - 
Ə.T.)  üzvü  kimi  siyasi  rəhbərliyi  həyata  keçirməli,  əlaqələri  təmin  etməli  idim”  (“Yeni 
Müsavat”,  15.04.1999).  “prezident  tərəfindən  bu  iĢdə  bütün  səlahiyyətlər  baĢ  nazirə 
verilmiĢdi  (bunu  müdafiə,  daxili  iĢlər  və  milli  təhlükəsizlik  nazirləri  bilirdi)”.  “Ġyunun  4-ü  də 
daxil  olmaqla  bu  məsələlərdə  əsas  məsuliyyətin  prezidentin  üzərinə  qoyulması  tendensiyası 
hiss olunur. Mən bu tendensiyaya susmaqla da olsa rəvac verilməsinin qəti əleyhinəyəm. Ona 
görə  ki,  prezident  bütün  məsələlər  barədə  mənə,  güc  nazirliklərinə  və  digərlərinə  tam 
səlahiyyətlər vermiĢdi” (“Yeni Müsavat”, 16.04. 1999).  
Bəli,  qiyamın  yatırılmasına  rəhbərliyi,  bu  iĢlə  bağlı  bütün  fəaliyyətin  əlaqələndirilməsini  öz 
üzərinə  götürmüĢ  P.Hüseynov  öhdəsinə  düĢən  iĢi  yarıtmamaq  bir  yana  dursun,  vəziyyəti 
düzəltməyə çalıĢmaq əvəzinə, sanki hər Ģeyi yarımçıq ataraq məsuliyyətdən yaxa qurtarmağa 
çalıĢdı.  
Ġkincisi,  P.Hüseynov,  yuxarıda  gətirdiyimiz  izahında  olduğu  kimi,  ictimai  rəyə  təlqin  etmək 
istəyir ki, baĢ nazir kürsüsünü siyasi müxalifətçün (“Mustafa”sı, H.Əliyevçün) boĢaldır ki, onun 
hərbi müxalifətlə birləĢməsinin qarĢısı alınsın. Ancaq, birincisi, əgər Pənah bəy də baĢ nazir 
kimi  öz  üzərinə  götürdüyü  iĢin  öhdəsindən  gələ  bilsəydi,  yaxud  qiyam  qarĢısında  təslim 
olmayaraq  üsyanı  yatırtmaq  uğrunda  sonadək  birgə  mübarizə  aparsaydı  bəlkə  də  hərbi  və 
siyasi müxalifətin birləĢməsi təhlükəsi elə öz-özünə aradan qalxardı. Dediyimin doğruluğunu 
heç  kəs  yox,  Pənah  bəyin  özü  təsdiqləyir:  “H.Əliyev  Bakıya  gəldiyi  ilk  dövrlərdə  vəziyyətin 
inkiĢafını  diqqətlə  izləyirdi.  Ġyunun  11-də  Yevlax  alınmasaydı  H.Əliyevin  mövqeyi  baĢqa  cür 
olacaqdı. Yaxud qiyamçılara qarĢı bir neçə uğurlu əməliyyat kifayət idi ki, H.Əliyev prezidentin 

tərəfinə  keçsin”  (“Yeni  Müsavat”,  16.04.  1999).  Hörmətli  Pənah  bəydən  soruĢuram:  Siz  7 
iyunda  istefa  verəndən  sonra  11  iyunda  Yevlaxı  qoruya  bilməməyin  günahını  kimdə 
görürsünüz  və  qiyamçılara  qarĢı  həmin  “bir  neçə  uğurlu  əməliyyat”ı,  sizcə,  kim  həyata 
keçirməliydi  ki,  H.Əliyev  prezidentin  tərəfini  saxlasın?!.  Ġkincisi  də,  artıq  Surət  kimi  əla  bir 
təzyiq  vasitəsinin  ortada  olduğu  mövcud  durumda  Əliyevin  hansısa  baĢ  nazir  kürsüsünə 
tamah salacağına, yaxud onun baĢ nazir vəzifəsindən yapıĢaraq prezident olmaq istəyindən əl 
çəkəcəyinə  və  daha  Surətlə  birləĢməyəcəyinə  7  iyunda  doğrudanmı  inanırdınız?!  (H.Əliyev 
baĢ nazirliyə Moskvaya getməmiĢdən - fevralda “bərəkət” deyə bilərdi).  
Üçüncüsü,  etiraf  edilməlidir  ki,  P.Hüseynovun  öz  istəyi  və  təĢəbbüsüylə  ölkənin  idarəetmə 
sistemi son bir ildə xeyli dərəcədə məhz onun əlində cəmləĢmiĢdi və BÜTÜN icra qurumlarının 
iĢinin əlaqələndiricisi də oydu, buna görə də onun istefası hökumətin sonrakı fəaliyyətini tam 
iflic etdi və hakimiyyətin həm iĢinə, həm də nüfuzuna öldürücü zərbə vurdu.  
Dördüncüsü, baĢ nazirin istefasından ürəklənən Surət daha da ruhlanaraq yeni-yeni tələblər 
irəli sürməyə baĢladı. Hakimiyyətin baĢqa düĢmənləri də cəsarətlənərək dağıdıcı hərəkətlərini 
daha da geniĢləndirdilər.  
BeĢincisi,  P.Hüseynov  bu  hərəkətiylə  prezidenti  baĢ  nazirin  timsalında  ən  mühüm 
arxadaĢından məhrum etdi və onu ən həssas bir məqamda düĢmənləriylə üzbəüz buraxaraq 
döyüĢ meydanını soyuqqanlılıqla tərk etdi.  
Altıncısı,  o,  öz  istefasıyla  kifayətlənməyərək  Ali  Sovetin  sədri  Ġsa  Qəmbərin  də  istefa 
verməsiyçün  ona  müəyyən  təzyiqlərdə  bulundu.  Bunun  səbəbini  onun  opponentləri  belə 
aydınladır  ki,  P.Hüseynov  Surət  Hüseynovla  Rəhim  Qazıyevin  hakimiyyətə  yiyələnə  bilməsi 
ehtimalından  hədsiz  çəkinir,  bunun  qarĢısını  almaqçün  hakimiyyətin  tələm-tələsik  məhz 
H.Əliyevə təhvil verilməsini istəyirdi. Ancaq Ģəxsən mən bu fikri ciddi saymıram. 
Nəhayət, Pənah Hüseynovun bu istefası Nazirlər Kabinetinin və Ģəxsən baĢ nazirin özünün 4 
iyun  qiyamı  qarĢısında  məğlubiyyətinin  rəsmi  etirafıydı  və  bu  etiraf  iqtidarın  bütünlüklə 
məğlubiyyətə  uğramasında,  deyəsən,  həlledici  rol  oynadı.  Məncə,  o,  baĢ  nazir  vəzifəsində 
sonadək  qalmalı,  hakimiyyətin  H.Əliyevə  verilməsində  yox,  qorunmasında  ardıcıllıq 
göstərməliydi. Belə olsaydı, çox güman ki, Ġsa Qəmbərin də sonra istefa verməməsi mümkün 
ola bilərdi. 
Ədalət naminə bunları da demək lazımdır ki, Elçibəy iqtidarının dövlət adamları içərisində 4 
iyunun mahiyyətini xalqa Pənah Hüseynov qədər heç kəs vaxtında və geniĢ açıqlamayıb və 
bütövlükdə  fəaliyyətinə  göz  yetirsək  dövlət  katibi  və  baĢ  nazir  olaraq  bəzi  ciddi  səhvlərinə 
baxmayaraq  Pənah  bəy  müstəqil  Azərbaycan  dövlətinin  yaranmasında  doğrudan-doğruya 
MÜSTƏSNA  xidmətləri  olan  görkəmli  dövlət  xadimlərimizdəndir.  Yeri  gəlmiĢkən,  bu  qiyməti 
mən Elçibəyin öz dilindən dəfələrlə eĢitmiĢəm. Ona görə də Pənah bəyin 4 iyundakı mövqeyi 
və istefasıyla bağlı kəskin iradlarımdan kiminsə sui-istifadə etməsini qətiyyən arzulamazdım. 
...Nəysə, prezidentin fikri beləydi ki, qardaĢ qırğınına heç cür yol vermək olmaz. Buna görə 
də o, dövlətçiliyin əsaslarına toxunmayan istənilən güzəĢtə getməyə hazır olduğunu dəfələrlə 
bildirmiĢdi.  Bəy  silahlı  münaqiĢəyə  qıraqdan  cəlb  edilmiĢ  adamları  bağıĢlamağa  da  hazırdı. 
Artıq 60 belə Ģəxs silahını könüllü təhvil vermiĢdi. 
7  iyun  müĢavirəsində  hər  iki  tərəfin  iĢtirakıyla,  toqquĢma  səbəblərini  araĢdıran  dövlət 
komissiyasının  yaradılması  təklif  edildi.  MüəyyənləĢdirildi  ki,  indi  baĢlıca  vəzifələrdən  biri 
qiyamın  baĢqa  bölgələrə  yayılmasının  qarĢısını  almaqdır,  çünki  qiyamçılar  qonĢu  Xanlar, 

Samux  və  DaĢkəsən  rayonlarında  da  təxribat  törətmiĢ,  hakimiyyəti  zorla  devirməyə  cəhd 
göstərmiĢlər.  Onlar  S.Hüseynovu  prezident  kimi  görmək  istədiklərini  heç  gizlətmirdilər  və 
S.Hüseynovun  özü  də  bu  arzusunu  sirr  kimi  qoruyub  saxlamağa  çalıĢmırdı.  Məsələn,  o,  21 
iyunda Gəncədə keçirdiyi mətbuat konfransında bəyan etmiĢdi: 
“Əgər xalq məni seçsə mən 
prezident  olmağa  razı  olaram.  HEÇ  KĠMĠN  MƏNƏ  MÜQAVĠMƏT  GÖSTƏRMƏYƏ  ĠXTĠYARI 
YOXDUR  (?!!  -  Ə.T.).  Xalq  tələb  edir  ki,  mən  Bakıya  girim  və  mən  xalq  istəyini  yerinə 
yetirəcəyəm.  Heç  bir  əsgər,  heç  bir  zabit  mənim  əmrimi  yerinə  yetirməməyə  cürət  edə 
bilməz”
 (“525-ci qəzet”, 25 iyun 1993). 
Əbülfəz  bəy  müĢavirədə  çıxıĢ  edərək  dedi:  “Bu  hökumət  on  dəfə  dəyiĢsə  də  yenə 
azadlıq,  demokratik  dövlət  istəyəcək.  Bəzən  deyirlər  ki,  bu  millətə  güclü  əl 
lazımdır ki, dövləti qoruya bilsin, onu əldə saxlaya bilsin. Ancaq doğrudan da belə 
bir  əl  bu  xalqı  əzməyə  baĢlasa  o  saat  deyəcəklər  ki,  bu  baĢkəsən  haradan  gəlib 
çıxıb?  Çünki  bu  millətin  içində  ədalət  hissi  var  və  hökmən  demokratik  dövlət 
axtaracaq”

 
1918-1920-ci  illərdə  də  Azərbaycanın  buna  bənzər  durumda  bulunduğunu  söyləyən  Bəy 
sözünə  davam  etdi:  “Deməli,  Azərbaycan  xalqının  yolu  budur  -  demokratik,  hüquqi  dövlət 
qursun, onun içində yaĢasın, bütün dünya ilə əlaqələr yaratsın. Ona görə də biz son 5-6 ayda 
fikrimizi daha çox xarici siyasətə verdik ki, dünyaya çıxaq. [...] Bizim gördüyümüz iĢlər artıq 
indi öz bəhrəsini verir. Müxtəlif dövlət baĢçılarından məktub alırıq. B.Klintondan son 4 ayda 4 
məktub  almıĢıq.  Hamısında  da  qeyd  edir  ki,  Azərbaycan  xalqı  demokratik  yol  seçib,  bazar 
iqtisadiyyatı  sahəsində  islahatlarımız  alqıĢa  layiqdir.  Buna  görə  də  Amerika  cəmiyyəti  və 
hökuməti  bizi  hər  cəhətdən  müdafiə  edir.  Deyirlər,  bu,  neftə  görədir.  Mən  bu  fikirlə  razı 
deyiləm. [...] ...Hiss edirlər ki, bizdə doğrudan da demokratik cəmiyyət qurulur. Çünki bütün 
gücümüzü həmin sahəyə yönəltmiĢik”. 
Daha  sonra  Bəy  Gəncə  qiyamından  danıĢdı:  “Gəncə  hadisələri  elə-belə,  birdən-birə 
yaranmadı.  Bunu  hazırlayan  qüvvələr  vardı.  Və  biz  çalıĢırdıq  ki,  onun  qarĢısını 
alaq.  Dəfələrlə  Gəncəyə  nümayəndələr  göndərmiĢəm.  Üç  aydır  söhbət  gedir  ki, 
Surət Gəncəni qarıĢdıracaq. 
KeçmiĢ  daxili  iĢlər  naziri  ilə  birlikdə  4  nəfər  ağsaqqal  göndərdim.  DanıĢıq  getdi, 
barıĢdılar. Qurban kəsdilər. Dedi çıxaram. (S.Hüseynovun hərbi hissəni tərk edib 
getməsi nəzərdə tutulur - Ə.T.). Üstündən bir  həftə keçdi, təzədən qayıtdı. Yenə 
nümayəndə  getdi,  yenə  də  razılaĢdılar.  Kağız-dəftərini  götürüb  getdi,  5  gün 
gəlmədi. Bir həftədən sonra yenə qayıtdı. Deməli, iliĢib, oyundan çıxa bilmir”. 
Müxalifətin  (daha  doğrusu,  Etibar  Məmmədovun)  böyük  hay-küy  qaldırdığı  mifik  “Tayfun” 
əməliyyatından söz açan prezident dedi: “Bu gün Gəncəyə zəng edib soruĢuram ki, nə 
var,  nə  yox,  o  “Tayfun”  deyirsiniz,  “Tufan”  deyirsiniz  -  o  nə  əməliyyatdır  elə? 
Deyirlər  ki,  sənin  imzan  yoxdur,  amma  vərəqədə  yazırlar  ki,  prezidentin  1  iyun 
sərəncamına  əsasən  olub.  Məni  güllələsələr  də  mən  elə  iĢə  qol  qoya  bilmərəm. 
Azərbaycanlı  qanı  tökülən  yerdə  mən  buna  razı  ola  bilmərəm.  Mən  heç  kimə 
deməmiĢəm ki, atəĢ açılsın. Bunu siz də çox gözəl bilirsiniz”. 
Qiyamçıların nə istədiyini Bəy belə açıqlayır: “Bir tələb irəli sürürlər ki, prezident istefa 
versin,  sabah  yazırlar  ki,  prezidentə  toxunmaq  olmaz,  biz  onu  çox  sevirik, 
arxasında  dururuq,  baĢqaları  çıxsın.  O  biri  gün  deyirlər  ki,  prezidentdən  baĢqa 
bütün  hakimiyyətdəkilər  istefa  versin.  Bu  nə  oyundur?  Bu,  hamını  hamıdan 

Ģübhələndirmək  və  yuxarıda  aparatı  dağıtmaq  üçün  edilən  təxribatdır.  [...]  Bu 
Ģahmatı gəncəli oynaya bilməz”. 
VətəndaĢ  müharibəsindən  qorxmasının  səbəbini  Bəy  belə  izah  edir:  “Mən  bilirəm  ki, 
düĢmənlə vuruĢan bu millət on min qurban verər və bu yaranı ürəyində beĢ-on ilə 
sağaldar.  VƏTƏNDAġ  MÜHARĠBƏSĠNĠN  YARASINI  SAĞALTMAQ  OLMUR. 
VƏTƏNDAġ  MÜHARĠBƏSĠ  BU  MĠLLƏTĠN  MƏHVĠ  DEMƏKDĠR.  Ona  görə  bu 
məsələnin qarĢısını sülh və barıĢıq yolu ilə almaq üçün bütün qüvvələri toplamaq 
lazımdır”. 
Demokratik dövlət yaratmaq istəyən prezident ürəyindən keçən ən səmimi sözləri dilə gətirir: 
“ġəxsən  mənə  qarĢı  edilən  xəyanəti  bağıĢlayaram,  amma  bu  millətin  73  illik 
arzusuna - müstəqil Azərbaycan dövlətinin qurulmasına qarĢı edilən xəyanəti heç 
vaxt  bağıĢlaya  bilmərəm  -  nə  özümə,  nə  baĢqasına.  Mən  demiĢəm:  bu  yolda 
sonacan  mübarizə  aparacağam;  bir  baĢım  var,  onu  da  qurban  verməyə  həmiĢə 
hazıram.  Demokratik  dövlət  quraq,  MƏN  və  bu  xalq  öz  idealına  çatsın,  ondan 
sonra bu iĢlərə qarıĢsam məndən pis adam yoxdur”. 
Azərbaycan prezidenti çıxıĢını bu cümlələrlə bitirdi: “Bizə oktyabrda demokratik seçkilər 
keçirmək  lazımdır.  demokratik  yolla  seçilmiĢ  parlamenti  olan  ölkəni  yıxmaq 
çətindir. Orada vətəndaĢ müharibəsi salmaq mümkün deyil. 
Mənim  çalıĢdığım  -  Azərbaycan  dövləti  qurmaqdır,  bu  xalqın  istəyinin  yerinə 
yetirilməsinə  kömək  etməkdir.  Son  nəfəsimə  qədər  bu  əqidəmdən 
dönməyəcəyəm”. 
YERĠ GƏLMĠġKƏN: «Bildirirlər ki, guya Gəncədə “Tufan” əməliyyatı olub, “Boran” əməliyyatı 
olub  -  orada  heç  bir  əməliyyat  keçirilməyib.  Sadəcə,  Surət  Hüseynovun  və  bir  neçə  baĢqa 
Ģəxsin  həbs  edilməsi  barədə  baĢ  prokurorun  sanksiyası  vardı,  onlar  iyunun  3-ündən  4-ünə 
keçən  gecə  həbs  olunmalıydılar.  Həbsolunma  nəticəsində  S.Hüseynovun  tərəfdarı  olan  bəzi 
silahlı  qüvvələrin  hərəkətə  gələrək  qiyam  törətməsi  təhlükəsi  vardı,  buna  görə  də  Gəncəyə 
müəyyən  hökumət  qüvvələri  göndərilmiĢdi.  Həmin  gün  709  saylı  briqada  da  komandir  Ġsa 
Sadıqova  təhvil  verilməliydi.  Bax,  bütün  əməliyyatın  (onu  «əməliyyat»  adlandırmaq  olarsa) 
mahiyyəti bundan ibarətdi» (keçmiĢ dövlət müĢaviri Arif Hacıyev). 
XALQA MÜRACĠƏT 
Qiyam  baĢlayarkən  hakimiyyət  orqanları  hədsiz  astagəllik,  prinsipsizlik  göstərdilər.  Onu 
vaxtında  öz  adıyla  adlandıraraq  üstünə  getmək,  televiziya  kimi  olduqca  güclü  təbliğat 
vasitəsindən səmərəli yararlanmaq əvəzinə, ən yanlıĢ yol - özünümüdafiə taktikası seçildi.  
Sərt  tədbirlərdən  artıq  imtina  etmiĢ  prezidenti  baĢa  düĢmək  çox  asandır  -  hadisələri 
önləməkçün  Gəncəyə  göndərilmiĢ,  demək  olar  ki,  bütün  yüksək  çinli  dövlət  adamları: 
təhlükəsizlik nazirinin I müavini Sülhəddin Əkbərov, baĢ prokuror Ġxtiyar ġirinov, daxili iĢlər 
nazirinin  I  müavini  Qabil  Məmmədov,  Milli  Qvardiyanın  komandiri  Tahir  Məmmədov  və  b. 
qiyamı  zərərsizləĢdirmək  əvəzinə  özləri  fəlakətli  və  həlakətli  tələyə  düĢdülər,  əməliyyata 
birbaĢa rəhbərlik etməli olan müdafiə naziri DadaĢ Rzayev və BaĢ Qərargahın rəisi Nurəddin 
Sadıqov  aradan  çıxdılar,  məğlub  baĢ  nazir  hadisənin  üstündən  ikicə  gün  keçməmiĢ  istefa 
verdi,  iqtidar  komandasının  bir  çox  üzvləri  də  “bel  ağrısı”  və  baĢqa  səbəblər  üzündən 
gözəgörünməz  oldular,  nəticədə  qiyam  Gəncədən  çıxaraq  ətraf  bölgələrə  də  yayılmağa 
baĢladı.  

Umud  bəslədiyi,  güvəndiyi  vəzifə  adamlarının  dalbadal  ağır  məğlubiyyətə  uğramasından 
sonra prezidentin “döyüĢkənlik əmsalı”nın kəskin düĢməsini bu səbəbdən təbii saymalıyıq.  
Əlbəttə, nəzərə alınmalı ən mühüm amillərdən biri də budur ki, arxasında Rusiyanın (konkret 
olaraq  general  ġerbakın)  durduğu,  Ġranın  dəstəklədiyi  (bu  ölkənin  kəĢfiyyatı  Gəncə 
məscidində  imamlıq  edən  iranpərəst,  milliyyəti  bilinməyən  Seyid  Tahir  adlı  bir  Ģəxsin 
vasitəsiylə  Surət  Hüseynovla  rabitə  yaratmıĢdı.  Ġranın  Azərbaycandakı  səfiri  Əliəsğər 
Nəhavəndian üsyanın baĢlanmasından üç gün sonra dövlət orqanlarından heç bir rəsmi icazə 
almadan  Gəncəyə  gedərək  qiyamçı  S.Hüseynovla  görüĢmüĢ,  ona  Qur'an  bağıĢlamıĢdı!), 
yanında H.Əliyevin səlahiyyətli nümayəndəsi rolunu ifa edən N.Pənahovun müĢavirlik etdiyi, 
AMĠP-in  (məsələn,  ġadman  Hüseynov  Gəncədə  əhalini  silaha  əl  ataraq  hakimiyyəti  zorla 
devirməyə  çağırırdı),  MAP-ın  sədri  Nizami  Süleymanovun  (Gəncə  mitinqlərinin  və  Gəncə 
televiziyasının  əsas  “ulduz”larından  biri)  və  Elçibəy  iqtidarını  devirmək  arzusunda  olan  ən 
nüfuzlu  mafioz  qüvvələrin  bütün  vasitələrlə  arxa  durduğu  S.Hüseynovla  silahlı  çarpıĢmanın 
artıq  mənasız  olduğunu  görən  prezident  yalnız  dinc  yola  üstünlük  verməyə,  sadəcə, 
məcburdu. 
S.Hüseynovun  yanında  yetirdiyi  missiyaya  xeyirxahlıq  donu  geyindirməyə  çalıĢan 
N.Pənahovun  müsahibəsi  (“Meydan”  qəzeti,  17-24.03.1999)  Gəncədəki  durum  haqqında 
nisbətən  geniĢ  təsəvvür  yaradır.  N.Pənahov  bildirir:  “Rus  generalı  ġerbak  diviziyasının 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin