"Elçi Bəy"
adlı 354 səhifəlik ilk kitabımı 500 nüsxədə
buraxdırdım. 3 bölümdən ("Əbülfəz", "Lider", "Prezident") ibarət həmin əsərin ilk iki bölümü
Elçibəyin uĢaqlıq çağından prezident seçildiyi günədək olan yaĢam və çarpıĢmasından,
təxminən 250 səhifəlik sonuncu bölümüsə onun dövlət baĢçısı kimi bir illik fəaliyyətindən
danıĢır. Təəssüf ki, o zaman doğru yol seçilmədi - nəĢrdən sonrakı taleyi artıq məndən asılı
olmayan kitab əsasən AXCP-nin rayon Ģöbələrinə paylanıldı və Bakıda yayılmadı, elə bu üzdən
də paytaxtda "Elçi Bəy"i indiyədək oxuyanları barmaqla saymaq olar.
Bəyin Haqqa qovuĢduğu indiki dönəmdə onun haqqında yeni kitabın nəĢrinə ciddi ehtiyac
duydum, çünki onun barəsində hər cür yanlıĢ fikirlər yenə də geniĢ yayılmaqdadır. Bu
məqsədlə "Elçi Bəy"in "Prezident" bölümünü ayrıca kitaba çevirməyi qərara aldım.
"Elçi Bəy"də bir çox həqiqətləri qələmə almamıĢdım, çünki, birincisi, bir çox məsələlər mənə,
sadəcə, bəlli deyildi (olmamalıydı da); ikincisi də, bildiklərimin hamısının ortaya qoyulması
Bəyin sonrakı siyasi fəaliyyətində müəyyən əngəllər törədə bilərdi. Əbülfəz bəy dünyasını
dəyiĢdikdən sonra onunla bağlı indiyədək ən ciddi Ģəkildə qorunmuĢ xeyli sirlər mənə
açıqlandı. Ġllərlə onunla çiyin-çiyinə addımlamıĢ, onun ən Ģirin və ən acı anlarında yanında
bulunmuĢ, atdığı hər addımı izləmiĢ, dediyi hər sözü dinləmiĢ ən yaxın qohumları və dostları,
dünənki arxadaĢları olan bugünkü tanınmıĢ siyasətçilər indiyədək hətta həyatları bahasına da
ağızlarından çıxarmayacaqları gizlinləri mənə söylədilər.
(Açığını deyim ki, hələ sağlığında
özümü Elçibəyi yaxĢı tanıyan adamlardan saysam da 2000-in avqustundan sonra gördüm ki,
Bəy haqqında çox Ģeyi bilmirəmmiĢ).
Onun haqqında təsəvvürlərim xeyli geniĢləndi. Bəyin
dostlarını və düĢmənlərini daha yaxından tanıdım, onun həyatının indiyədək gizli qalan
məqamlarına yetərincə bələd oldum.
Ġndiyədək örtülü qalmıĢ həqiqətlərin böyük qismini daha xalqa açıqlamaq olar. Bu
gerçəklikləri öyrənən oxucuların Elçibəyin bugünədək müəmmalı saydığı, yaxud bəyənmədiyi
bir çox hərəkətlərinə, iĢlərinə hörmətlə yanaĢacağına inanıram.
Elə bu düĢüncələrlə də yeni topladığım faktları da "Prezident" bölümünün üzərinə gəldim,
oradakı bir çox yanlıĢlıqları düzəltdim və xeyli yeri yenidən iĢlədim. Nəticədə tutumca ikiqat
böyük yeni bir əsər ortaya çıxdı.
Bu baĢdan deyim ki, mən Elçibəyi həmiĢə sevmiĢəm və bunu daim açıq söyləmiĢəm; Bəyə
sevgimi bu kitabda da gizlətmək istəməmiĢəm (axı sevgisiz bu əsəri necə yarada bilərdim?!).
Ancaq onu da bildirim ki, oxucunun məni Bəyi ideallaĢdırmağa çalıĢmaqda, subyektiv
yanlıĢlıqlara yol verməkdə qınamamasıyçün yalnız HƏQĠQƏT'ə söykənmiĢəm, yalnız danılmaz
FAKT'ı hər Ģeydən üstün tutmuĢam, hətta Elçibəyin xatirinə də həqiqətin ziddinə getməyi
Allah yanında ağır günah saymıĢam. (Gerçək bilib qələmə aldığım yalanlar varsa Tanrı
suçumdan keçsin).
Oxucuya bir məqamı açıqlamağı da gərəkli sayıram. "Elçi Bəy" kitabını yazanda Əbülfəz bəy
bir müəllif kimi tam sərbəst olmağımı, onun həm özəl həyatı, həm də siyasi fəaliyyəti
haqqında əldə etdiyim hər Ģeyi yalnız öz düĢündüyüm kimi yazmağımı tövsiyə etmiĢdi. Buna
baxmayaraq, xüsusən prezident Elçibəyin bir çox dövlət baĢçılarıyla, dövlət adamlarıyla
münasibətlərindən, ölkənin ən çağdaĢ tarixindəki mühüm hadisələrdən (məsələn,
Naxçıvandakı 24 oktyabr 1992 olayından və b.) yazarkən hökmən Bəyin öz rəyini də
öyrənməyə çalıĢdım ki, tarixi önəmli məsələlərdə Elçibəyin baxıĢları, münasibətləri təhrif
edilməsin. Bütün qalan hallarda yalnız faktların məntiqindən doğan subyektiv düĢüncələrimi
qələmə aldım, bir sıra hallarda həm Ģəxsən Elçibəyin özünün, həm də hakimiyyət
komandasının buraxdığı səhvləri də tənqid etdim. Bəy nəĢrdən qabaq "Elçi Bəy"in əlyazmasını
oxumaqdan qəti imtina etsə də, sözsüz ki, kitabı oxudu, bütün yazılanlarla tanıĢ oldu və məni
sevindirən budur ki, əsərin mahiyyətiylə bağlı heç bir irad bildirmədi, yalnız Kələki dövrünün
də beləcə iĢlənməsi arzusunu dilə gətirdi…
"Elçi Bəy" kitabına Elçibəyin öz iqtidarının təhlilinə həsr etdiyi
"Müstəqillik: ikinci cəhd"
adlı hesabatını əlavə etmiĢdim. Bu əsərəsə "Elçibəylə 13 saat üz-üzə" kitabındakı geniĢ
müsahibəmizdə prezidentlik dövrüylə bağlı Bəyin çox dəyərli Ģərhlərini artırmağı faydalı
saydım, ancaq bu dəfə ulu öndərin fikirlərini əsər boyu uyğun yerlərdə verdim. Kitaba eləcə
də bu yaxınlarda görüĢüb söhbətləĢdiyim bir çox adamların ifadələrini də daxil etmiĢəm.
Məncə, Elçibəy haqqında bütün gerçəklikləri ortaya qoyacaq bir əsər heç zaman
yazılmayacaq, çünki onun həyatı, əməlləri və düĢüncələriylə bağlı ən böyük həqiqətləri də, ən
böyük sirləri də özüylə biryolluq aparıb getdi. Bu kitabın da ƏSL ELÇĠBƏY haqqında olduğunu
demək iddiasından çox uzağam, ancaq onun prezident kimi portretini bacardığım qədər
dolğun yaratmaqçün əlimdən gələni etmiĢəm. Mənim gücüm çatan budur. Ġnanıram ki,
Elçibəy haqqında yaxın gələcəkdə daha sanballı əsərlər ortaya qoyulacaq, çünki millətimizin
onlara çox böyük ehtiyacı var.
"Prezident Elçibəy" kitabının nəĢrində mənə bir çox elçibəysevərlər yaxından köməklik
göstərib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna, Müsavat
Partiyasının baĢqanı Ġsa Qəmbərə, "Yeni Müsavat" qəzetinin rəhbərliyinə və oğlum Həmidə
əsərin iĢıq üzü görməsindəki əvəzsiz əməli dəstəklərinə görə ürəkdən minnətdarlığımı
bildirirəm. Bitməz-tükənməz Ģükürlərimsə bu əsərin ortaya çıxmasında ən böyük yardımçım
olmuĢ Allah-taala həzrətlərinədir!
26 aprel 2001
ĠSA QƏMBƏR: "BU, OLDUQCA ƏDALƏTLĠ VƏ AZAD BĠR SEÇKĠYDĠ"
Əbülfəz Elçibəyin düĢüncədaĢı, neçə illərin sınağından çıxmıĢ sevimli arxadaĢı, eyni hərəkatda
daim kürək-kürəyə söykəyərək bir səngərdə çarpıĢdığı cəbhədaĢı və müstəqil Azərbaycan
dövləti qurarkən onunla çiyin-çiyinə vermiĢ əməldaĢı olan Müsavat Partiyasının baĢqanı Ġsa
Qəmbərin 1988-dən üzübuyana Elçibəyin bütün savablarında da, günahlarında da az-çox payı
var. ġəxsən mən Əbülfəz Elçibəy deyən kimi istər-istəməz gözlərim qarĢısına onunla yanaĢı
Ġsa bəyi də gətirirəm, çünki 1988-dən 2000-ədək onları daim qoĢa addımlayan, millətin taleyi
üçün ən məsuliyyətli, ən ağır anlarda bir yerdə çarə axtaran görmüĢəm.
Fikrimcə, Əbülfəz Elçibəy-Ġsa Qəmbər əqidə və əməl qardaĢlığı Azərbaycan Xalq hərəkatının
ən önəmli nailiyyətlərindən biridir və bu qardaĢlıq hərəkatın 1992-də Elçibəyin prezident
seçilməsiylə sonuclanan qələbəsini Ģərtləndirən mühüm amillərdəndi. Ona görə də "Prezident
Elçibəy" adlı kitab yazarkən Ġsa Qəmbərlə görüĢərək Elçibəy və prezidentliyi mövzusunda
onunla çox geniĢ söhbət etdim, axı Ġsa bəy həm də Elçibəy iqtidarında prezidentdən sonra
ikinci Ģəxs - qanunverici hakimiyyətin baĢçısı olaraq 1992-93-dəki bütün önəmli hadisələrin ya
mərkəzində olub, ya onları öz gözləriylə qıraqdan izləyib, ya da, ən azı, onlar haqqında geniĢ
bilgi toplayıb.
Əbülfəz bəyi hərtərəfli tanıyan Ġsa Qəmbər milli liderimizin həm Ģəxsiyyətini, həm prezident
kimi keyfiyyətlərini, həm də dövlətə baĢçılıq etdiyi bir ildə görülmüĢ iĢləri söhbətimizdə
layiqincə dəyərləndirdi. Gördüm ki, Ġsa bəyin dedikləri əslində kitabın bütün mahiyyətini öz
içinə alır və hörmətli baĢqanın fikirlərini əsərin baĢlanğıcında verməyi faydalı saydım.
Dəyərləndirmələrini qəti hökm yox, düĢünməyə, ilkin fikir bildirməyə cəhd adlandıran Ġsa
Qəmbər aĢağıdakıları söylədi:
-Əbülfəz Elçibəy Azərbaycan milli azadlıq hərəkatının rəhbəriydi və mən həmiĢə demiĢəm ki,
Azərbaycanın XX əsrdə iki böyük lideri olubdur; birincisi Məmmədəmin Rəsulzadədir - böyük
bir ideoloq olmaqla yanaĢı, bütöv bir siyasi cərəyanın əsasını qoyubdur və əslinə qalsa, bütün
XX əsr həmin siyasi cərəyanın üzərində gedib. Əbülfəz Elçibəysə əsrin sonunda xalq
hərəkatının yenidən yüksəlməsində, onun idarə edilməsində həlledici rol oynamıĢ böyük bir
siyasətçidir. Əbülfəz Elçibəyin prezidentliyinə yanaĢanda bu amil nəzərə alınmalıdır, yəni
Əbülfəz Elçibəy sıradan prezidentliyə namizəd olaraq prezident seçilmiĢ bir Ģəxs deyil.
Bir məqam, nədənsə, az xatırlanılır.
7 iyun 1992-ci ildə prezident seçkisi keçirilərkən bütün namizədlərə bərabər imkanlar
yaradılmıĢdı - imza toplanılmasıyla, qeydiyyata alınmaqla, seçicilərlə görüĢlərlə, televiziyada
çıxıĢlarla bağlı heç bir süni maneə yoxdu. Bəlkə də hansısa məntəqədə, hansısa dairədə
kimsə saxtakarlıq etməyə, yaxud baĢqa bir namizədin xeyrinə bülleten atmağa, hətta rəqəmi
dəyiĢməyə də cəhd göstərib və nəyəsə də nail olub, ancaq bütövlükdə bu, olduqca ədalətli və
azad bir seçkiydi. Onun nəticələri də hər Ģeyi aydın göstərir - bütün xalqın dəstəklədiyi
Azərbaycan Xalq Cəbhəsi kimi bir siyasi qüvvənin lideri cəmi 59 faiz səs toplamıĢdı. Avropa
standartları baxımından bu, çox yüksək rəqəm görünsə də Azərbaycan gerçəkliyindən
yanaĢanda aĢağıydı. Namizədlərdən biri heç kimin gözləmədiyi halda 33 faiz səs toplamıĢdı.
Deməli, bu, çox ciddi seçkiydi. Bu seçkidə həm də gələcək həqiqi seçkilərin nə cür
keçirilməsinin, bir növ, konturları cızılmıĢdı.
Əbülfəz Elçibəyin uğurlu bir prezident olduğu göz qabağındaydı. Təbii ki, nöqsanlar da yox
deyildi - bütövlükdə hakimiyyətin də nöqsanları vardı, Əbülfəz Elçibəyin məsələlərə yanaĢma
tərzindən irəli gələn müəyyən çatıĢmazlıqlar da. Ancaq bütövlükdə götürdükdə bu, çox uğurlu
bir prezidentlikdi, uğurlu bir hakimiyyətdi.
Əbülfəz Elçibəy xırda idarəetməçiliklə maraqlanan prezident deyildi. Onu ideyalar
maraqlandırırdı, ideyaların gerçəkləĢməsi maraqlandırırdı, qlobal məsələlər maraqlandırırdı.
Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra belə bir liderin prezident olması
Azərbaycana çox lazım idi.
Əbülfəz Elçibəyin böyüklüyü, böyük ideallar sahibi olması xırdalıqlarla maraqlanmamasında da
üzə çıxır. Ümumiyyətlə, bir prezident kimi onun müsbət cəhətləri xeyli çoxdur. Ancaq, eyni
zamanda, bütün məsələlərə nəzarətlə özü maraqlanmadığına görə bəzən müxtəlif sahələrin
rəhbərləri bundan sui-istifadə edə bilirdilər və Əbülfəz Elçibəyin prezidentlik dövrünə qiymət
verərkən bu amil də gözdən qaçırılmamalıdır.
Əbülfəz Elçibəy öz silahdaĢlarına çox böyük etimad göstərən bir siyasətçi və prezidentdi. Bir
çox ciddi məsələlərin müzakirəsində öz silahdaĢlarının rəyinə həddən artıq əhəmiyyət verirdi
və onların təkliflərini bəzən əlavə müzakirədən keçirmədən də qəbul eləməyə hazır olurdu.
Elçibəyin prezidentliyi dövründə əldə edilmiĢ nailiyyətləri nəzərdən keçirsək, mənə elə gəlir ki,
çox böyük iĢlər görüldüyünün Ģahidi olarıq.
Biz keçid dövrünə baĢlamıĢdıq. Keçid dövrünün mahiyyəti nədən ibarətdi? Biz müstəmləkə
vəziyyətindən müstəqil dövlətçiliyə keçməliydik. Biz kazarma sosializmindən bazar
iqtisadiyyatına keçməliydik. Biz totalitar cəmiyyətdən demokratik cəmiyyətə, vətəndaĢ
cəmiyyətinə keçməliydik. Gəlin baxaq görək bir ildə bu istiqamətdə nələr edildi.
Müstəqil dövlətin qurulması istiqamətində, müstəmləkə vəziyyətindən müstəqilliyə keçid
məsələsində Əbülfəz Elçibəy dövründə böyük iĢlər görüldü.
Dövlətin atributları formalaĢdırıldı - himn, gerb, bayraq məsələləri (bəziləri əvvəlcədən
razılaĢdırılmıĢdı) həll olundu.
Dövlətin ən mühüm atributlarından olan ordu formalaĢdırılmağa baĢlandı (ordu haqqında
qanun 1991-də qəbul edilmiĢdisə də biz hakimiyyətə gələnədək ordu quruculuğu çox
bərbad vəziyyətdəydi). Xüsusi qeyd olunmalıdır ki, rus ordusu Azərbaycandan çıxarıldı və
bu da müstəqilliyin çox mühüm bir elementiydi. Ġndiyə qədər də biz onun faydasını
yaĢayırıq - kimlərsə dərk eləsə də, eləməsə də.
Azərbaycanın milli valyutası tətbiq edildi.
Dövlətimizin beynəlxalq qurumlarda təmsil olunması və onlarda öz yerini tapması prosesi
getdi. Azərbaycan bizdən öncə BMT-yə daxil olmuĢdusa bizim dövrümüzdə ATƏT-in
(ozamankı ATƏM-in) üzvü oldu və ATƏT-də kifayət qədər hörmətlə qarĢılandı. Bizim
iqtidarımız zamanında Azərbaycan beynəlxalq qurumların bəzilərində hətta təĢəbbüskarlıq
səviyyəsində də iĢtirak edirdi. Məsələn, Qara Dəniz Ölkələri ĠĢbirliyi qurumunun
yaranmasında Əbülfəz Elçibəyin böyük xidməti olmuĢdu. Türk cümhuriyyətlərinin bir araya
gəlməsində də Əbülfəz Elçibəy böyük təĢəbbüskarlıq göstərirdi.
Bazar iqtisadiyyatına keçid üçün zəruri olan bir çox islahatlar gerçəkləĢdirildi. Bu həm də
ona görə mümkün oldu ki, bizim hakimiyyətin iqtisadiyyat üzrə mükəmməl islahatlar
proqramı vardı. Özü də, həmin sənəd biz hakimiyyətə gəlməmiĢdən qabaq hazırlanmıĢdı,
ancaq hakimiyyətə gələndən sonra islahatların həyata keçirilməsi üçün yaradılmıĢ Ġqtisadi
ġurada həm dövlət adamları, nazirlər, həm də alimlər, mütəxəssislər yığıĢaraq o proqramı
təkmilləĢdirdilər və ona uyğun konkret qanun, qərar və fərman layihələri hazırlandı və
onlar bir tərəfdən parlamentdə qanunlar, digər tərəfdən prezidentin fərmanları Ģəklində
qəbul edilərək gerçəkləĢdirilməyə baĢlandı. Bu iĢləri kimsə unutdurmağa çalıĢa bilər, ancaq
həmin proses yetərincə uğurlu gedirdi. O dövrdə parlamentin qəbul etdiyi qanunları,
prezidentin verdiyi fərmanları hətta ötəri də araĢdıran hər kəs bu istiqamətdə nə qədər
ciddi iĢlər görüldüyünə inanar.
Biz iqtisadi islahatlara Rusiyadan 6 ay gec baĢlamıĢdıq (Rusiya bu iĢə 1 yanvar 1992-ci
ildən baĢlamıĢdı), ancaq 1993-ün baĢlanğıcında biz orta əməkhaqqı səviyyəsinə görə
Rusiyaya və Baltikyanı ölkələrə yaxınlaĢmıĢdıq. Bizim hakimiyyətin verdiyi maaĢla, məsələn,
müəllim öz ailəsini minimum həddə də olsa dolandırırdı. Gömrük Komitəsinin iĢçisi rüĢvət
almadan bir ay yaĢaya bilirdi. Bunu bizim hakimiyyət bacarmıĢdı.
Totalitar cəmiyyətdən demokratik cəmiyyətə, vətəndaĢ cəmiyyətinin qurulmasına keçid
istiqamətində də çox böyük iĢlər görüldü. Çoxpartiyalı sistem haqqında qanun, kütləvi
informasiya vasitələri haqqında qanun bizim vaxtımızda qəbul olunub. O zaman istənilən
Ģəxs qanunauyğun yaratdığı partiyanı, nəĢr etmək istədiyi qəzeti heç bir problemlə
üzləĢmədən asanlıqla qeydiyyatdan keçirə bilirdi. Azərbaycan Respublikasında yaĢayan milli
azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, onların dil və
mədəniyyətinin inkiĢafına dövlət yardımı haqqında prezident Əbülfəz Elçibəyin verdiyi
fərman da Avropa standardlarına uyğun çox mütərəqqi bir sənəddi. Bəli, ölkədə həqiqətən
də demokratik, vətəndaĢ cəmiyyətinin qurulması istiqamətində uğurlu addımlar atılırdı.
Bu sadaladıqlarım Əbülfəz Elçibəy hakimiyyəti dövründə görülmüĢ iĢlərin çox kiçik qismidir.
Mən yalnız ən önəmli saydığım bəzi məqamlara toxundum.
Sadəcə, 4 iyun qiyamının qarĢısını ala bilməmək bütövlükdə bizim hakimiyyətin və təbii ki,
prezident olaraq Əbülfəz Elçibəyin ən böyük uğursuzluğudur. Mən hesab edirəm ki, o zaman
qiyamın qarĢısını almaq, qiyam baĢlayandan sonra da onu yatırtmaqdan ötrü daha sərt
tədbirlər görmək mümkündü.
4 iyun uğursuzluğunun özü və bizim hakimiyyətə, Əbülfəz Elçibəyə qarĢı illərcə dayanmadan
aparılan total təbliğat ictimai Ģüura müəyyən dərəcədə təsir edir, ancaq biz gerçəkliyi
cəsarətlə, faktları, rəqəmləri ortaya qoymaqla aĢkarlasaq cəmiyyətimiz həmin 1 illik iqtidarın
uğurlu hakimiyyət olduğunu, Əbülfəz Elçibəyin uğurlu prezident olduğunu tərəddüdsüz
təsdiqləyəcək.
"BĠZ UÇURUMUN QARġISINDAYIQ"
Bəli, Əbülfəz Elçibəy özü də istəmədən prezidentliyə öz namizədliyini verməli oldu.
ARTIRMA
"
-…Ayaz Mütəllibovun uzaqlaĢdırılmasından sonra biz məcburən prezident seçkisinə qatılmalı
olduq, halbuki dəfələrlə tələb etmiĢdik ki, gəlin buna getməyək, çünki dövlət quruculuğumuz
prezidentlik instituna hələ hazır deyildi. Deyirdik ki, prezidenti seçəcəksiniz - o, oyuncaq kimi
qalacaq, əlindən çığırmaqdan baĢqa bir iĢ gəlməyəcək. O ya hakimiyyətdə qalmaqçün
diktatora çevrilməlidir, ya da demokrat olaraq hakimiyyətini itirməlidir.
-Bəy, 25 mart 1992-də Ali Sovetdə deyirdiniz ki, üç aydan sonra seçəcəyiniz prezidenti bir
ildən sonra devirəcəksiniz. Sizi düz bir ildən sonra devirdilər...
-
BaĢqa cür ola da bilməzdi, çünki gərək öncə elə güclü demokratik institutlar yaradılaydı ki,
seçilən demokratik prezident də hakimiyyətdə qalmağı bacaraydı. Bu amil mövcud deyilsə
onda hakimiyyəti saxlamaqçün prezident hökmən diktatorlaĢmalıdır ki, hakimiyyətdə qalsın.
Gözünüzün qabağındakı örnək - bu gün Heydər Əliyev yalnız diktatorluğuna görə hakimiyyəti
saxlaya bilir. Bizsə diktaturanın əleyhinəyik - söz vermiĢdik ki, xalq hakimiyyəti, yəni
demokratik hakimiyyət quracağıq. O sözümüzün üstündə indi də dururuq və axıra kimi də bu
yolda mübarizə aparacağıq
". (
Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən.
- "Elçibəylə 13 saat
üz-üzə", Bakı, 1999, s.30).
Mərkəzi Seçki Komissiyası prezident seçkisinin nəticələrini, toplanan səsləri 13 iyunda rəsmən
açıqladı. Əbülfəz Elçibəy - 59,4% (1.829.448 nəfər), Abdullayev (Turabxanoğlu) Rafiq -
0,5%, Ġsmayılov Ġlyas - 0,7%, Məmmədov Yaqub - 1,7%, Süleymanov Nizami - 33%.
Dünyanın ən böyük dövlətlərinin baĢçıları Əbülfəz bəyi prezident seçilməsi münasibətilə təbrik
etdilər. ABġ prezidenti Corc BuĢ öz təbrikində yazırdı:
"Hörmətli prezident Elçibəy! XahiĢ
edirəm ... prezident seçkilərində qələbəniz münasibətilə mənim Ģəxsi təbriklərimi qəbul
edəsiniz. Bu seçkilər Azərbaycanda demokratiyanın inkiĢafında mühüm rol oynamıĢdır. [...]
Azərbaycanda demokratiya və azad bazar münasibətləri yaratmaq iĢinə sədaqətinizi
alqıĢlayıram"
. Rusiya prezidenti Boris Yeltsin də "xalq tərəfindən Azərbaycan Respublikasının
ali dövlət vəzifəsinə" seçilmiĢ Əbülfəz Elçibəyi təbrik etdi.
Müstəqil Azərbaycanın demokratik yolla seçilmiĢ ilk prezidentinin andiçmə mərasimi 16 iyun
1992-də keçirildi. Dövlətin ali qanunvericilik orqanının - Ali Sovetin binasında düzənlənən
mərasimin xüsusi təntənəylə qeyd olunmasının qarĢısını alan Bəy onun dövlət əhəmiyyətli adi
bir tədbir kimi təĢkil olunmasını tələb etmiĢdi. Yığıncaqda öz Ģəxsiyyətinin qabardılmasının
qəti əleyhinə olan yeni prezident həmin tarixi hadisə iĢtirakçılarının məhz onun andiçməsinin
yox, azad Azərbaycanın dövlətçiliyində yeni bir ənənənin yaradılmasının Ģahidinə
çevrilmələrini istəyirdi. Buna görə də ən yaxın silahdaĢının - Milli Məclisin sədri Ġsa
Qəmbərovun apardığı, üst-üstə cəmi 45 dəqiqə çəkən və cah-cəlallı siyasi Ģoudan əsər-
əlamət belə görünməyən bu andiçmə törənində yaxın keçmiĢin sırf partokrat
kommunistlərinin deyil, içində çoxlu demokratik ruhlu insanlar da bulunan millət vəkillərinin
qarĢısında çıxıĢ edən prezident Əbülfəz Elçibəy bütün soydaĢlarına özünün quruculuq
manifestini bəyan etdi.
Elçibəyin çıxıĢı Azərbaycanın dövlətçilik tarixində əsl inqilabi dönüĢün - demokratik prinsiplər
əsasında idarəçiliyin baĢlandığını xəbər verirdi. Əslində bütünlüklə yeni olan dövlətin və
mahiyyətcə büsbütün yeni hakimiyyətin sükanı arxasına keçən Bəy öz üzərinə düĢən
vəzifənin nə qədər çətin olduğunu xatırlatmağa məcburdu. O, öncə ölkənin olduqca ağır
ictimai-siyasi durumunun ən yığcam mənzərəsini göz önünə qoydu:
"Ġndi Azərbaycan hədsiz dərəcədə ağır günlərini yaĢayır. Qarabağda, Ermənistanla
sərhədboyu rayonlarda müharibə gedir, torpaqlarımızın bir hissəsi təcavüzkar tərəfindən zəbt
edilmiĢdir, iqtisadiyyat dərin böhran içərisindədir, nizam-intizamdan əsər-əlamət qalmamıĢdır,
yüksək ixtisaslı kadrlar çatıĢmır, cinayətkarlıq baĢ alıb gedir... Bir sıra xarici ölkələrin siyasi,
iqtisadi, hərbi təxribatçılığı, informasiya blokadası respublikamıza güclü ziyan vurur. Bütün
bunlar azmıĢ kimi, Azərbaycandakı siyasi çəkiĢmələr, qarĢıdurmalar cəmiyyəti içindən didib-
parçalayır. Açıq demək lazımdır: biz uçurumun qarĢısındayıq".
Bəli, hələ tələbəlik illərindən azad və çiçəklənən Azərbaycanın qurulmasını ən müqəddəs arzu
kimi ürəyində yaĢadan və bu yolda sayagəlməz əzablarla, məhrumiyyətlərlə üzləĢən Bəy indi
həmin Azərbaycanın qapısı ağzındaydı və onun açarını millətdən təhvil alırdı. Ən pisi də
buydu ki, qapının arxasında onu necə müdhiĢ gerçəkliyin gözlədiyini, bir ildən sonra baĢına
nə gələcəyini hələ 25 martda elə bu zaldaca elə bu deputatlaraca özü söyləmiĢdi. Ancaq
təbiətcə çətinliklərdən qorxmayan, əksinə, onların üzərinə yeriməyi sevən bu bədəncə
çəlimsiz, ancaq iradəcə qənirsiz insan, ürəyində yalnız isti duyğulara, beynində yalnız iĢıqlı
düĢüncələrə yer verən bu ROMANTĠK və ĠDEALĠST FĠLOSOF uçurumun lap qırağında
dayanmıĢ doğma xalqını oradan sağ-salamat uzaqlaĢdıraraq abad yola çıxarmaq, onu bu son
dərəcə sarsıntılı durumdan ən az ağrılarla qurtarmaqdan ötrü özünü gözgörəsi qurban
verərək hakimiyyətə gəlməyi vətəndaĢlıq borcu saydı.
Əbülfəz bəyin indi içində bulunduğu vəziyyətlə Mustafa Kamal PaĢa Atatürkün 1918-1923-
dəki vəziyyətinin az qala eyni olduğunu deməklə ĢiĢirtməyə yol vermərik - özlərinədək hər
ikisinin Vətəni amansız yağıların tapdağı altında qalmıĢ, fərsiz dövlət baĢçılarının təslimçi
siyasəti nəticəsində ölkə ordusuz qalmıĢ, çaĢqınlıq və umudsuzluq dənizində boğulmaqda
olan xalq qurtuluĢa inamını itirmiĢdi. Ancaq GENERAL Atatürkdən fərqli olaraq hələ əlinə bir
dəfə də silah götürməmiĢ ALĠM və FĠLOSOF Elçibəyin çarpıĢma meydanı hədsiz kələ-kötür,
manevr imkanları xeyli məhduddu. Artıq ölümlə üzbəüz dayanmıĢ Vətənini labüd
məhvolmadan xilas edən Atatürk nə qədər ağır durumda olsa da qosqocaman Osmanlı
imperatorluğunun dövlətçilik ənənələrini mənimsəmiĢ saysız məmurlara və türklərin min
illərdən gələn döyüĢkənlik ruhunu bir an belə yadırğamamıĢ yenilməz əsgərə güvənirdi. Və
məhz özünün yaratdığı yeni hakimiyyət bütünlüklə elə onun özünün də tabeliyi altındaydı.
Həm də Atatürk xüsusi mülkiyyətə əsaslanan cəmiyyətdə çağdaĢ islahatlar aparırdı.
Əbülfəz bəysə bu deyilənlərin hamısından məhrumdu. Birincisi, onun quracağı yeni dövlətin
indiyədək müstəqil idarəetmə ənənələri olmadığından, onu idarə etməyi bacaracaq təcrübəli
kadrları yoxdu, təcrübəlilərinsə, demək olar ki, hamısı kommunistdi və gözləri Moskvadan
çəkilmirdi. Onun arxasında dayanmıĢ Azərbaycan Xalq Cəbhəsindəki yeni həyat qurmaq
eĢqiylə yanan on minlərcə gəncin əsl dövlət məmuru kimi yetiĢməsinəsə neçə illər vaxt
gərəkdi. Ġkincisi, Sovet hakimiyyətinin 70 ilində sosializm quruluĢu xüsusi mülkiyyəti və
mülkiyyətçilik ənənələrini məhv etmiĢdi və ümumbəĢəri dəyərlərə əsaslanan demokratik
cəmiyyət qurmağı qarĢısına məqsəd qoymuĢ Bəy əslində bir quruluĢdan (sosializmdən)
baĢqasına (kapitalizmə) keçid kimi son dərəcə mürəkkəb tarixi problemlə üzləĢmiĢdi. Həllinin
çətinliyinə görə bu, Qarabağ məsələsindən heç də geri qalmırdı. Üçüncüsü, Azərbaycan
torpağını düĢmən tapdağından qurtaracaq ordu meydanda yoxdu və onu da yaratmağa illər
lazımdı. Dördüncüsü, Bəy artıq and içdiyi anda hakimiyyət ona məxsus deyildi - təkcə bunu
xatırlatmaq yetər ki, bir az öncə dəyiĢdirilmiĢ güc nazirlərinin heç birini o təyin etməmiĢdi və
hökumət də, yerli icra hakimiyyəti də, demək olar ki, baĢdan-baĢa demokratik düĢüncələrə
düĢmən kəsilmiĢ partokratların əlindəydi və onların yeni düĢüncəlilərlə əvəz edilməsinin özü
ən müĢkül bir problemdi.
Durumun ağırlığının dərindən dərk edilməsi prezidentin ilk çıxıĢından aydın görünürdü. Tarix
meydanına Atatürk kimi əlində qılınc deyil, qələmlə daxil olan Elçibəy gerçək durumu təhlil
etmək sahəsində bütün Azərbaycan siyasətçilərinə örnək ola biləcək müstəsna bacarığıyla
qarĢıdakı çətinliklərin ciddiliyi haqqında xalqı xəbərdar edir və bir alim kimi qurtuluĢ yollarını
da göstərməyə çalıĢırdı. Dövləti elmi əsaslarla idarə edəcəyini və məhz alimlərlə iĢləyəcəyini
bəyan edən yeni dövlət baĢçısı, hər Ģeydən öncə, "dövlətimizin ərazi bütövlüyünü qoruyub
saxlaya bilən, suveren Azərbaycanı və onun vətəndaĢlarını buxovlardan tam azad etməyə
imkan verən ĠDARƏETMƏ SĠSTEMĠ" yaradılmasına üstünlük verəcəyini bildirdi və bu sistemin
əsasında iki olduqca mühüm prinsipin durmasını vacib saydı: 1) qanunun aliliyi təmin
olunmalıdır; 2) hakimiyyət problemləri həll etməməli, vətəndaĢların özlərinin həmin
problemləri həll etmək imkanına malik olmasına ən əlveriĢli Ģərait yaratmalıdır. BaĢqa sözlə
desək, Bəy quracağı dövlətin ƏDALƏT və DEMOKRATĠYA (bütöv hakimiyyətin üç qol arasında
bölünməsi ölkədə qanunun aliliyini və demokratik mühitin yaranmasını öz-özünə təmin
edəcəkdi) və SOSĠAL TƏRƏQQĠ (vətəndaĢa halal qazanmaqçün dövlətin ədalətli Ģərait
yaratması ictimai tərəqinin qarantı olacaqdı) sütunları üzərində ucaldılacağına diqqəti
yönəldirdi. Bu sözlər onu söyləyən Ģəxsin güclü ġƏXSĠ HAKĠMĠYYƏT yox, sarsılmaz DÖVLƏT
HAKĠMĠYYƏTĠ qurmaq istəyindən xəbər verirdi.
Sözsüz ki, əsasında bu baĢlıca prinsiplərin dayandığı idarəetmə sisteminin yaradılması uzun
illər vaxt tələb edən olduqca mürəkkəb və çətin məsələydi, ona görə də bunu çox gözəl dərk
edən Bəy baĢlanğıc mərhələsində dövlət və millətin həyatıyçün üç ən zəruri amili
müəyyənləĢdirdi: GÜCLÜ HAKĠMĠYYƏT, MĠLLĠ RAZILIQ və MƏNƏVĠ BĠRLĠK. "Güclü
hakimiyyət" dedikdə o, dövlətin hakimiyyətini nəzərdə tutur, ağır ümumxalq problemlərindən
göynərtisiz qurtulmaq, möhkəm ictimai sabitlik yaratmaqçün vətəndaĢ sülhünə nail olmağı
qarĢıda duran ən vacib məsələlərdən sayırdı.
Təbii ki, torpaqları iĢğal edilmiĢ bir ölkəyə baĢçılığı öz üzərinə götürən Ģəxsin ən duyumcul,
həssas yeri döyüĢkən ordunun yaradılması olmalıdır. Əbülfəz bəy də iĢğal altındakı
torpaqlarımızın düĢməndən geri alınması və ərazi bütövlüyümüzün qorunmasıyçün ordu
quruculuğunun prezident kimi onun fəaliyyətinin aparıcı xətlərindən biri olacağını açıqladı.
Bu bir neçə dəqiqəlik çıxıĢ göstərdi ki, Azərbaycanda hakimiyyətə feodal-kommunist xislətli
Ģöhrətpərəst və mənsəbpərəst HÖKMDAR - I KATĠB deyil, çağdaĢ bəĢəri dəyərləri incəliklə
mənimsəmiĢ yurdsevər və elsevər PREZĠDENT gəlib. O, ürəyində nə qədər arzu edirdi ki, ona
səs vermiĢ milyonlarca soydaĢı 5 ildən sonra onu ĠOSĠF STALĠN və MĠRCƏFƏR BAĞIROV kimi
yox, MƏMMƏDƏMĠN RƏSULZADƏ və VATSLAV HAVEL kimi xatırlasınlar. Ancaq, təəssüf ki,
onun da qismətinə özünə mənəvi ata saydığı MƏMMƏDƏMĠN RƏSULZADƏ'nin uzun illər
sürən təqib və təhqirlərlə dolu taleyini eynilə təkrarlamaq düĢdü. 70 il boyunca insafsızcasına
söydürülmüĢ Rəsulzadənin Azərbaycana müstəqil dövlət bəxĢ etməsindən kommunistlərin
xəyanəti nəticəsində xəbərsiz qalmıĢ millət, nə yazıqlar ki, yüzilimizin baĢlanğıcında olduğu
kimi sonunda da yenidən kommunistlərin fitnəsinə aldandı və bütün varlığıyla Azərbaycan
xalqına güclü dövlət bəxĢ etməyə çalıĢan ikinci liderini də amansız təhqirlərə tuĢ etdi və bu
zaman onun AZADLIĞ'ımız və MÜSTƏQĠLLĠY'imiz yolunda nələr etdiyindən tam xəbərsiz
olduğunun fərqinə varmadı, çünki o, yeni RƏSULZADƏ'nin yaĢadılmasına da hazır deyildi və
eyni zamanda aldanıĢlı həsrətlə yenə STALĠN'i gözləyirdi...
Ən pisisə buydu ki, onunla yanaĢı eyni səngərdə çiyin-çiyinə azadlıq mücadiləsi aparmıĢ
minlərcə silahdaĢı da mövcud durumun mürəkkəbliklərini yetərincə ayıq dəyərləndirmək
gücündə olmadı və bu üzdən də müstəqil Ģəkildə çıxıĢ yolları axtarıb tapmaqdansa,
quruculuq, yaradıcılıq iĢləriylə yeni hakimiyyətə dəstək verməkdənsə hədsiz tələb, iddia
("bizim çiyinlərimizdə hakimiyyətə gəlmisən!"), irad və yerli-yersiz Ģikayətlərlə onun əl-
ayağına dolaĢmağa baĢladı. Deyilənə ən səciyyəvi bir örnək.
Ġyunun 17-sidir - andiçmənin ertəsi günü. Prezident hələ öz kürsüsünə əyləĢərək onu
isitməyib! Ancaq onun baĢçılıq etdiyi təĢkilatın - Azərbaycan Xalq Cəbhəsinin orqanı "Azadlıq"
qəzetisə bu haqda əməlli-baĢlı bir reportaj və ürəkdən gələn səmimi təbrik verməkdənsə
özünün ilk səhifəsinin ilk materialı olaraq prezidentə yetərincə kəskin tonlu tələblər
ünvanlayıb...
Ancaq bədbin olmağa da dəyməz, çünki Elçibəy öz yüksək mənəvi ucalığıyla bircə ildə
hakimiyyətin və cəmiyyətin mənəvi saflığı və maddi yüksəliĢi yolunda böyük iĢlər görməyi
bacardı. Professor Vaqif Sultanlı çox doğru yazır:
"Elçibəy idarəçiliyin əxlaqını dəyiĢdi, siyasətdə humanizmin, insansevərliyin, səmimiyyətin,
doğruluğun əsasını qoydu.
Elçibəy saf, dərviĢsayağı, sufi bir ömür yaĢadı, dünyanın maddi dəyərlərindən imtina etməklə
mənəvi-ruhani ömrün ucalığını və təntənəsini nümayiĢ etdirdi.
Elçibəy özü üçün, doğmaları üçün yaĢamadı, Vətən üçün, millət üçün yaĢadı, bəĢər övladı
nəyə qadirdisə, nəyi etməyi bacarardısa onu elədi.
Elçibəy Vətəni, milləti sevməyin, yurdun azadlığı uğrunda Ģəhid olmağın örnəyini qoyub getdi.
Elçibəy heç kəsdən incimədi, onu aldadanları, yarıda qoyub qaçanları, xəyanət yolu tutanları,
kürəyinə bıçaq saplayanları belə bağıĢladı və dostlarının, silahdaĢlarının günahlarını öz üzərinə
almaqla hamıdan ucada durduğunu bir daha göstərdi".
(
"Savalanda görüĢənədək, Bəy!"
.
Bakı, 2000, s.121-122).
"KĠÇĠK BĠR DƏRNƏYĠ BÖYÜK BĠR XALQ HƏRƏKATINA ÇEVĠRMĠġSƏ..."
Vətən torpağını ana südü tək müqəddəs sayan, onu hər Ģeydən üstün tutan prezident
Əbülfəz Elçibəyi yeni vəzifəyə baĢlayarkən ən çox narahat edən məsələ, təbii ki, iĢğal
olunmuĢ ərazilərimizin düĢməndən azad olunmasıydı. Bundan ötrü o, Prezident Aparatına
ayaq basdığı andan beynəlxalq təĢkilatlarla iĢbirliyi yaratmağa, erməni təcavüzünün qarĢısını
almaqçün onların qüvvəsindən yararlanmağa çalıĢdı. Təsadüfi deyil ki, Bəyin imzasıyla dərc
edilən (19 iyun) ilk sənəd onun NATO-nun baĢ katibi Manfred Vernerə, BMT-nin baĢ katibi
Butros Qaliyə, ATƏM Nazirlər ġurasının sədri Ġrji Dinstbirə göndərdiyi məktubdur. Dağlıq
Qarabağdakı münaqiĢənin səbəbinin burada insan hüquqlarının pozulması deyil, Ermənistanın
Azərbaycana qarĢı ərazi iddiaları olduğunu bildirən Azərbaycan dövlətinin baĢçısı Ģəxsən
onlara, BMT Təhlükəsizlik ġurasının üzvlərinə, bütün dünya birliyinə müraciət edərək təkidlə
çağırırdı ki, onlar təcavüzkarın cilovlanması, Ermənistanın Azərbaycan əhalisini cismən məhv
etməyə, onun BMT, ATƏM, bütün dünya birliyi tərəfindən tanınmıĢ ərazi bütövlüyünü
parçalamağa yönəldilən hərbi əməliyyatları dayandırmasıyçün təsirli tədbirlər görsünlər.
Sözsüz ki, prezident çox gözəl bilirdi ki, Ermənistanın təcavüzünü aradan qaldırmadan həm
xarici, həm də daxili siyasətdə ciddi uğurlar qazanmaq mümkün olmayacaq; bundan ötrüsə
Azərbaycana sədaqətli dostlar, müttəfiqlər gərəkdi. Bu baxımdan Ə.Elçibəyin rəsmən qəbul
etdiyi (18 iyun) ilk xarici nümayəndənin qardaĢ Türkiyənin Azərbaycandakı böyükelçisi Altan
Karamanoğlunun olması təsadüf sayılmamalıdır. DüĢməni bitərəfləĢdirmək taktikası yürüdən
prezident ertəsi günsə Ġran səfiri Əliəsğər Nəhavəndiyanı qəbul etdi.
(Yeri gəlmiĢkən, yeni
prezidenti təbrik etməyə gələn xarici nümayəndələr ona qiymətli hədiyyələr də gətirirdilər və
Ə.Elçibəy elə 19 iyundaca bütün mədəni dövlətlərin ənənəsinə uyğun olaraq belə sərəncam
verdi ki, prezidentin adına alınan bütün hədiyyələr dövlət mülkiyyəti sayılaraq muzeydə
saxlanılsın...).
Məhz Bəyin prezidentliyə baĢlamasından iki gün sonra - 19 iyunda ABġ-ın dövlət baĢçısı Corc
BuĢ Amerikanın Azərbaycandakı səfirini (Riçard Mayls) təyin etdi və Azərbaycan - ABġ
münasibətlərində tezliklə bir çox sahələrdə mühüm irəliləyiĢlər baĢ verdi.
Millətçi Ģəxsin hakimiyyət baĢına gəlməsi, sözsüz ki, dövlət həyatının hər istiqamətində öz
təsirini göstərməliydi və göstərdi də. Rəsmi dövlət qəzeti "Həyat"da artıq iyunun 20-sində
akademik Afat Qurbanovun ümumtürk ədəbi dilinin, ümumtürk əlifbasının yaradılmasının
zəruriliyinə dair məqaləsi, ÇağdaĢ Turan Partiyasının yaradılması haqqında xəbər, professor
Qüdrət Əbdülsəlimzadənin dövlətimizin müstəqilliyini təmin etməkçün təcili həyata keçirilməli
iqtisadi-sosial tədbirlər kompleksi haqqında konseptual yazısı və b. dərc edilmiĢdi. Ġyunun 23-
ündə Milli Məclis dövlət gerbinin müzakirəsinə baĢladı, çünki bu mühüm dövlət atributunun
yoxluğu ilk sırada dövlət möhürlərinin, olduqca mühüm dövlət sənədlərinin yeniləĢdirilməsini
gecikdirirdi.
Hələ prezidentliyə namizədkən sevimli müəllimi, professor Əlövsət Abdullayev mətbuatda
onun haqqında belə yazmıĢdı:
"Əbülfəz Elçibəy prezidentliyə layiq olan, bütün Ģüurlu ömrünü
xalqın azadlığına həsr edən, bu yolda bir çox əzablar və məhrumiyyətlərə mətinliklə dözən,
xüsusi təĢkilatçılıq bacarığı ilə seçilən pak bir Ģəxsiyyətdir. "Xüsusi təĢkilatçılıq bacarığı olan"
ona görə deyirəm ki, əgər onun vaxtilə mənə boynuna almadığı kiçik bir dərnəyi
(universitetdə yaratdığı gizli siyasi təĢkilat nəzərdə tutulur - Ə.T.)
böyük bir Xalq hərəkatına,
Xalq Cəbhəsi kimi sarsılmaz, demokratik bir qüvvəyə çevirmiĢsə onun təĢkilatçılıq bacarığına
Ģübhə yeri qalırmı?! Əlbəttə, yox!".
Müəllimin bu qəti inamı güclü məntiqdən, məntiqsə gün kimi aydın gerçəklikdən doğurdu -
Azərbaycan Xalq Cəbhəsi Əbülfəz Elçibəyin, prezident olduğu anadək yaratdığı ən dəyərli
əsəriydi. Ġlk gündən beĢiyi baĢında dayandığı və Ġsa Qəmbər kimi yaraqdaĢlarıyla, mübarizə
yoldaĢlarıyla neçə-neçə sarsıntılardan qorumağı bacardığı bu mübariz təĢkilatı yenilməz bir
qüvvəyə çevirməklə Bəy əslində öz gücünü də ortaya qoymuĢdu. Çox qəribədir ki, öz
partiyasına iki-üç yüz adam cəlb edə bilməyən bəzi siyasi rəqibləri Bəyin insanları səfərbər
etmək və quruculuq sahəsindəki məharətinə kölgə salmaqçün onun bacarıqsız təĢkilatçı
olduğu haqda hay-küy qaldırır, onların daha çoxbilmiĢlərisə deyiləni sübuta yetirməkçün ya
Xalq Cəbhəsini onun əlindən almaq, ya da bütövlükdə AXC-ni siyasi qüvvələr içərisində
əritməkçün yollar axtarırdılar. Ancaq yırtıcı kommunistlərlə çarpıĢmaya giriĢdiyi andan ona ən
etibarlı dayağın məhz AXC olduğunu hamıdan gözəl anlayan prezident Əbülfəz bəy
deyilənlərə əhəmiyyət vermədən Cəbhəni siyasi səhnədə daha fəal qüvvə kimi görmək və
ondan yeni həyat quruculuğunda maksimum yararlanmaq niyyətindəydi. Təsadüfi deyil ki,
onun prezident kimi geniĢ auditoriyada ilk mühüm görüĢü də cəbhədaĢlarıyla oldu. 22 iyunda
Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin prezident seçkilərindən sonrakı ilk sessiyası keçirildi və
AXC sədri Əbülfəz Elçibəy onun iĢində yaxından iĢtirak etdi.
Yığıncaqda söz alan Bəyin çıxıĢında AXC-nin taleyi xüsusi yer tutdu. O göstərdi ki, bu təĢkilat
Xalq hərəkatının güclü qolu kimi yaĢamalıdır. "Hazırda baĢlıca vəzifələrimiz respublikamızın
ərazi bütövlüyünü qorumaq, gənc Azərbaycan Respublikasının müstəqilliyini möhkəmlətmək,
milli dövlətçiliyimizi bərpa etməkdir" söyləyən prezident ağır sınaqlarda daim onunla birgə
olmuĢ yaraqdaĢlarını bu vəzifələri yerinə yetirməkdə ona yardımçı olmağa çağırdı.
Bəy kommunistlərin müstəqil Azərbaycan Cümhuriyyətinin (1918-1920) yarımçıq binasını
xarabaya çevirərək onun yerində tikdikləri 7 milyon nəfərlik və 70 yaĢlı həbsxananı tarixdən
silərək elə onun yerindəcə möhtəĢəm Yeni Azərbaycan sarayını ucaltmağı qərarlaĢdırmıĢdı.
Bu məqsəd və istəklə də elə ilk gündən baĢ memar kimi qollarını çırmayaraq həvəslə iĢə
giriĢmiĢdi. Sözün gerçək anlamında onun gecəsi-gündüzü yoxdu. Ancaq qarĢıdakı vəzifə
həddən artıq böyük, iĢ görmək imkanlarısa hədsiz məhduddu. Tikiləcək binanın görünüĢü
necə olacaq? Onun layihəsi və maketi necə hazırlanacaq? Özülü necə qoyulacaq? Tikinti
ləvazimatı haradan gətiriləcək? ĠĢ icraçıları və fəhlələr kim olacaq?.. Bu inadlı sorğuların heç
birinin hələ cavabı yoxdu. Və bu cavabları xalq məhz ondan gözləyirdi. Ən pisi də buydu ki,
bütün yan-yörəsi köhnə həbsxananı qoruyub saxlamağa çalıĢanlardan ibarətdi; onlar nəinki
yeni sarayın tikintisinə kömək etməyəcək, əksinə, heç bünövrəsinin qazılmasına da imkan
verməməyə çalıĢacaqdılar. Bunu həbsxananın gerçək ağası - Rusiya, həbsxana baĢçısının fars
və erməni dostları da onlardan tələb edirdilər.
54 illik ömrünün yarıdan çoxunu azadlıq uğrunda güzəĢtsiz çarpıĢmaya xərcləmiĢ Əbülfəz bəy
- azadlığın dadını, müstəqilliyin Ģirinliyini və onların necə çətinliklə əldə ediləcəyini hamıdan
yaxĢı bilən insan xalqın ona verdiyi 5 illik möhlətdə dövlətin sarsılmazlığını təmin etmək
istəyirdi.
ĠĢə baĢladığının ertəsi günü - 17 iyunda imzaladığı ilk qanunun "Azərbaycan Respublikası
vətəndaĢlarının pul gəlirlərinin və əmanətlərinin indeksləĢdirilməsi haqqında" adlanması
əslində həm qanunauyğun, həm də rəmzidir. Ölkədə qiymətlərin artmasıyla bağlı iqtisadi
durumu pisləĢmiĢ soydaĢlarına köməyi hər Ģeydən irəli sayan Bəy bununla milyonlarca
yurddaĢına sanki "elə ilk andan sizə arxayam, çətinliklərinizə heç vaxt laqeyd qalmayacağam"
demək istəyirdi.
Andiçmə mərasimindən heç bir həftə keçməmiĢ ortaya qoyulmuĢ iĢlərsə prezidentin ciddi
niyyətlərinin yönündən soraq verirdi. 23 iyunda fərmanla strateji proqramlar üzrə dövlət
müĢaviri vəzifəsini təsis etməsi və bu vəzifəyə gənc silahdaĢı Sabit Bağırovu təyin etməsi
Bəyin "nə etməli?" sorğusuna cavab verə biləcək adamlardan ibarət komanda yaratmaq
yolunda ilk uğurlu addımlarındandı. Sabit bəy ölkədə tezliklə köklü iqtisadi islahatların
aparılmasından ötrü irimiqyaslı ciddi iĢlər görməyə baĢladı. Məhz onun təĢəbbüsü və ən
yaxından iĢtirakıyla bir çox dövlət müəssisələri yaradıldı, çoxlu qanun layihələri iĢlənib
hazırlandı və parlamentdə qəbul edildi, milli valyutamızın tətbiqi, ticarətin
kommersiyalaĢdırılması və b. kimi inqilabi dəyiĢikliklər, köklü yeniliklər gerçəkləĢdirildi.
Prezident iqtisadi baxımdan dilənçi vəziyyətinə salınmıĢ Azərbaycanı rüĢvət alması,
korrupsiyaya qurĢanması ağla da gətirilə bilməyən, öz iĢində yalnız demokratik prinsiplərə
söykənən belə bacarıqlı arxadaĢlarından yaratdığı komandasının yardımıyla ən varlı
ölkələrdən birinə çevirmək istəyirdi.
Fərmandan söz düĢmüĢkən, xatırladım ki, "Əbülfəz Elçibəyin 1 saylı prezident fərmanı
Dostları ilə paylaş: |