ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   2   3   4   5   6   7   8   9   ...   37
elcibey11-Prezident Elçibəy


ARTIRMA 
"
Prezident  millətin  rəhbəridir.  Mən,  məsəlçün,  deyim  ki,  mənəvi  rəhbər  olsam  və  doğrudan 
da, xalq yaxĢı bir prezidenti seçsə mənəvi rəhbər kimi bütün ömrümü o prezidenti ucaltmağa 
və onu müdafiəyə sərf eləyərəm. Çünki millətə mənəvi rəhbərdən çox, siyasi, dövlət rəhbəri 
lazımdır.  Doğrudan  da  elə  bir  adam  -  xalqın  sevdiyi  bir  adam  seçilsə  onun  Ģəxsiyyətini 
ucaltmağa,  tərifləməyə  çalıĢaram  ki,  Azərbaycanda  dövlət  və  dövlət  rəhbərliyi 
müqəddəsləĢsin, millətdə dövlətçilik müqəddəsliyi yaransın. 
 
Mən  həmiĢə  Azərbaycan  alimləri  ilə  maraqlanmıĢam.  Onlardan  biri  də  çox  qəribə  taleli  Ağ 
ġəmsəddin  olub.  Bu  böyük  sufi  Sultan  Mehmet  Fateh'in  müəllimi  və  mürĢidi  olub.  Sultan 
Ġstanbulu fəth edəndən sonra mürĢidinin yanına gəlib və deyib ki, Ģeyxim, icazə ver, sənin 
yanından daha getməyim. ġeyx deyib ki, dur buranı tərk elə və bir də bura gəlmə! 
 
MürĢidə də "niyə?" sualı vermək olmaz - sual verən təriqətdən çıxır. Orada belə bir sistem var 
- mən mürĢidimin sözünü ata-anamın sözündən üstün tutacağam, dediyi - mənimçün göydə 
Allahın, yerdə onun sözüdür. 
 
…Və  sultan  gedir,  üç  aylıq  narahatlıqdan  sonra,  nəhayət,  mürĢidindən  xahiĢ  eləyir  ki,  onu 
qəbul  eləsin,  hansı  günah  iĢlətdiyini  ona  anlatsın.  Onda  ġəmsəddin  deyir:  "SƏNĠN  XALQ 
ÜÇÜN  BĠR  SAATLIQ  ƏDALƏTĠN  ALLAH  YANINDA  MƏNĠM  QIRX  ĠLLĠK  ĠBADƏTĠMDƏN 
ÜSTÜNDÜR". 
 
Bax, bu prinsip əsas olmalıdır. Bizdə də mənəvi rəhbərin 40 illik ibadətindən bir saatlıq ədaləti 
qiymətli olan prezident seçilməlidir. Azərbaycanın belə bir adama ehtiyacı var. 
 
Və mənə elə gəlir ki, xalq elə birini yetiĢdirəcək və canını qurtaracaq.
 
-Axı Siz də ədalətli adamsınız…
 
-Yox,  mən  o  məqamda  deyiləm…  Mən  daha  çox…  ƏDALƏT  TAMAM  BAġQA  ġEYDĠR. 
TAMAM… 
 
…Çox  yekəxana  çıxmasın,  tarixçi  olduğum  üçün  tarixin  özünün  bir  fəlsəfəsi  var  mənim 
beynimdə. Orada belə bir Ģey var - ĠNSANLARIN ƏN YÜKSƏK ĠġĠ RUH MƏSƏLƏSĠDĠR. Ancaq 
bu ruh maddisiz olmur. Maddiyyatdan kənar o ruh müəyyən bir dövr bədəndə qərar tuta bilər 
- müəyyən bir dövr. 
 
Nəcib  Fazilin  "Gəncliyə  xitabə"sində  də  belə  bir  yer  var  ki,  maddiyyatı  təmin  edərək 

mənəviyyatı yüksəldəcəksən. Məqsəd mənəvi aləmə getməkdir. Burada madiyyat bir pillədir 
və bu pilləsiz olmur. Bu, bir pillə, bir vəsilədir o yolda. 
 
Kimsə Ģeyxlik eləyə bilər - baĢına müridlər toplayıb cəmiyyətdən ayrılar, öz ruzilərini toplayıb 
öz mənəvi aləmləri ilə də yaĢaya bilər. Ancaq bu, bir hissəcikdir, cəmiyyət deyil. Cəmiyyət isə 
tələb eləyir, yaĢamaq istəyir. […] Cəmiyyətin tələbatı var və o ödənməlidir, yəni iqtisadiyyat 
əsasdır. […] Maddi tələbat reallıqdır və sən bu reallıqla barıĢmalısan…".
 
[Pərviz. "Bir saatlıq ədalətlə qırx illik ibadət arasında…". (Ə.Elçibəylə müsahibə).  - "Azadlıq" 
qəzeti, 19 mart 1994]. 
Məhz  prezident  Elçibəyin  təsəvvüründəki  ƏDALƏT'i  gerçəkləĢdirməkdən  ötrü  onun  tələb  və 
göstəriĢiylə  Ali  Məhkəmə  məhkəmə  islahatlarına  baĢlamaqçün  avqust  ayında  konsepsiya 
hazırladı; burada ilk növbədə islahatın normativ bazasının yaradılması nəzərdə tutulurdu.  
Çox  təəssüf  ki,  Ali  Məhkəmə  rəhbərliyinin,  Ģəxsən  sədr  Tahir  Kərimlinin  səriĢtəsizliyi, 
astagəlliyi, Milli Məclisə nüfuz edə bilməməsi nəticəsində Ali Məhkəmə öz qarĢısına qoyulmuĢ 
tarixi  vəzifəni  yerinə  yetirmək  gücündə  olmadı.  Ümumiyyətlə,  Elçibəy  iqtidarı  demokratik 
hakimiyyət  bölgüsünü  gerçəkləĢdirmək  sahəsində  çox  uğurlu  islahatlar  həyata  keçirsə  də 
(prezident  Elçibəyin  baĢçılıq  etdiyi  icra  hakimiyyəti  köklü  dəyiĢikliklərə  nail  oldu,  spiker  Ġsa 
Qəmbərin  rəhbərliyi  altında  qanunverici  hakimiyyət  fəal  və  səmərəli  çalıĢaraq 
müstəqilliyimizin möhkəmlənməsinə öz sanballı töhfəsini verdi) onun islahat apara bilmədiyi 
yeganə sahə üçüncü qol - məhkəmə hakimiyyəti oldu. T.Kərimli dövlətdə ikinci Ģəxs olduğunu 
söyləsə də özünün ölgün fəaliyyəti (bu "fəaliyyət", demək olar ki, yalnız yeni iqtidarın iĢdən 
çıxardığı vəzifəli Ģəxslərin iĢə bərpasıyla məhdudlaĢdırdı) nəticəsində nəinki güclü məhkəmə 
sistemi  formalaĢdıra  bilmədi,  heç  özünün  Ģəxsi  nüfuzunu  cəmiyyətə  qəbul  etdirməyi 
bacarmadı.  Bəli,  məhz  məhkəmə  hakimiyyəti  Elçibəy  iqtidarının  ən  zəif,  utanc  duyulan  yeri 
oldu və ondan Azərbaycanın müstəqilliyi tarixində, demək olar ki, heç bir iz qalmadı. Ancaq 
ən  qəribəsi  budur  ki,  Elçibəyi  bacarıqsızlıqda  və  hakimiyyəti  vermək  üstündə  ən  çox 
suçlayanların baĢında duran da elə həmin T.Kərimlidir!.. 
Bəy ölkədə prokurorluq orqanlarında da qayda-qanun yaratmağa çalıĢırdı. Ancaq bu sahənin 
arzu  edilən  səviyyədə  fəaliyyətini  tənzimləməkçün  hələ  Azərbaycanın  öz  qanunları 
yaradılmamıĢdı,  köhnələrdən  istifadə  edilməyəsə  hüquqi  razılıq  yoxdu,  buna  görə  də 
prokurorluq  sistemində  də  SSRĠ-nin  ləğvindən  sonra  hərc-mərclik  baĢ  alıb  gedirdi.  26 
avqustda  prezident  "Prokurorluq  orqanlarının  statusunu  müəyyənləĢdirən  keçmiĢ  SSRĠ-nin 
qanunvericilik aktlarının Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxladığının 
təsdiqi və onların tətbiqi qaydası barədə" qanun imzalayaraq Azərbaycanın uyğun qanunları 
qəbul edilənədək SSRĠ-nin qanunvericilik aktlarından istifadə edilməsini təsdiqlədi. 
26-27  avqustda  Naxçıvan  Bakıdan  ilk  açıq  narazılıq  bildirdi.  Naxçıvan  DĠN-nin  əməkdaĢları 
burada nazirliyin binası qarĢısında mitinq keçirərək 26 yaĢlı SəyavuĢ Mustafayevin Naxçıvana 
daxili iĢlər naziri təyin edilməsinə etiraz bildirdilər. 
"LAÇIN DƏHLĠZĠ"NƏ AZƏRBAYCAN ORDUSU TAM NƏZARƏT EDĠR 
Azərbaycanın  müstəqillik  yolundakı  inamlı  addımlarını  görən  xarici  qüvvələr,  ilk  növbədə 
Rusiya ən  müxtəlif  vasitələrlə,  o  sıradan  Qarabağ  münaqiĢəsiylə  gənc  dövlətimizə  təzyiqləri 
gücləndirirdi.  Ancaq  Azərbaycanın  əzmkar  prezidenti  elə  ilk  gündən  Rusiyanı  Qarabağ 
düyününün  çözülməsi  prosesindən  mümkün  qədər  uzaqda  saxlamaq  xəttini  tutmuĢ, 
üstünlüyü ATƏM-ə verdiyini bildirmiĢdi. Ġndiyədək XĠN-nin birbaĢa əlaqələri əsasən ATƏM-lə, 

baĢqa  beynəlxalq  təĢkilatlarla  qurulurdu.  25  avqustda  prezident  Əbülfəz  Elçibəy  ATƏM-in 
Qarabağa dair konfransının sədri Mario Raffaellini qəbul etdi və onunla problemin həlli yolları 
üzərində müzakirələr apardı. 
Hərbi  uğurların  diplomatik  danıĢıqlarda  qələbə  qazanmağın  mühüm  amili  olduğunu  gözəl 
bilən  prezident  danıĢıqlar  masası  arxasında  dövlətimizin  inamlı  mövqeyini  hiss  etdirməkçün 
münaqiĢə zonasında üstünlük qazanmağı ordumuzun qarĢısına məqsəd qoymuĢdu. Bəllidir ki, 
29 iyuldan baĢlayaraq Ağdərə uğrunda 10 gün Ģiddətli vuruĢma getmiĢ və əsgərimiz Ağdərəni 
erməni yağmaçılarından təmizləmiĢdi. Bunlar ordu quruculuğuna və orduya yeni hakimiyyətin 
müstəsna doğma münasibətinin bəhrəsiydi. Bunu aĢağıdakı söhbət də təsdiqləyir: 
"-
…Ordunu  təzədən  düzəltdik.  Təsəvvür  edin  hansı  Ģəraitdə  və  hansı  çətinliklərlə.  54  min 
hərbi qüvvəmiz vardı. Biz 100 min adamlıq ət və baĢqa qida məhsulları buraxırdıq. Nəzərdə 
tuturduq  ki,  yaxın  gələcəkdə  ordumuz  100  minə  qaldırılacaq,  qoy  indidən  buraxaq  ki, 
əsgərlərimiz yaxĢı yaĢasın, ordumuz özünü yaxĢı hiss etsin.
 
-Əsgərlər konservi bəyənmirdilər.
 
-Bəli,  konservi  niĢan  götürüb  güllə  atırdılar.  Biz  əsgərlərə  sadə  siqaret  göndərmirdik  - 
əksəriyyəti xarici siqaretdi. Xalq da, cəmiyyətlər də bir tərəfdən gətirib batalyonlara verirdi. 
Yeganə məqsəd ordunu saxlamaqdı
".
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.36).  
Bəy  Raffaellini  qəbul  edəndə  Azərbaycan  əsgəri  artıq  Laçın  bölgəsində  ermənilərə  ağır 
zərbələr endirməkdəydi. 
28  avqustda  prezidentin  mətbuat  xidmətinin  bu  bəyanatı  yayıldı: 
"Son  hərbi  əməliyyatlar 
nəticəsində  "Laçın  dəhlizi"nə  Azərbaycan  Milli  Ordusunun  bölmələri  tam  nəzarət  edirlər. 
Bunun  sayəsində  Ermənistanın  Yuxarı  Qarabağdakı  ekspedisiya  korpusuna  hərbi  kömək 
gətirilməsinin  qarĢısını  almağa  imkan  yaradılmıĢdır.  [...]  Azərbaycan  ordusu  bölmələrinin 
əvvəllər  düĢmən  tərəfindən  iĢğal  olunmuĢ  yaĢayıĢ  məntəqələrini  azad  etmək  üçün  keçirdiyi 
uğurlu  hərbi  əməliyyatlarla  əlaqədar  erməni  bölmələri  arasında  son  dərəcə  gərgin  vəziyyət 
yaranmıĢdır.  ...Erməni  silahlı  qüvvələrinin  Ģəxsi  heyəti  arasında  kütləvi  fərarilik  halları  var. 
Belələri  özgə  torpağında  qan  tökmək  istəməyərək  "Laçın  dəhlizi"  vasitəsi  ilə  vətənlərinə 
qayıtmağa cəhd göstərirlər".
 
Bu bəyanat həmin dövrdə Azərbaycanın mövqelərinin Ermənistanla müqayisədə üstünlüyünü 
çox  incəliklə  əks  etdirirdi.  Bu  üstünlüyü  qazanmağa  nail  olmuĢ,  beynəlxalq  aləmdə  də 
dövlətimizin  mövqelərini  gündən-günə  möhkəmləndirən  prezident  Qarabağ  məsələsinin 
həllində barıĢmazlıq göstərir və ermənilərə yalnız mədəni muxtariyyət verməyə, bir də onların 
təhlükəsizliyini  təmin  etməyə  boyun  olurdu.  Ancaq  ermənilərin  tərəfini  saxlayan  xristian 
dünyasını  bu  mövqe  əsla  təmin  etmədiyinə  görə  Azərbaycana  qarĢı  təzyiqlər  daha  geniĢ, 
əhatəli və dözülməz olurdu. 
Avqustun 26-sında BMT Təhlükəsizlik ġurası Dağlıq Qarabağda atəĢi dərhal dayandırmağa və 
münaqiĢəni  ATƏM  çərçivəsində  aradan  qaldırmağa  çağırdı.  Doğrudur,  bu  çağırıĢ  məsələnin 
həllindən  Rusiyanın  kənarlaĢmasını  istəyən  Azərbaycanın  mənafeyinə  bir  yandan  uyğun 
gəlirdisə  baĢqa  yandan  o  əslində  Azərbaycan  Ordusunun  qalib  irəliləyiĢini  dayandırmaq 
məqsədi  güdürdü  və  istər  BMT,  istər  ATƏM  (sonralar  ATƏT),  istərsə  də  fövqəldövlətlər 
səviyyəsində son xətt davam etdirildi - Azərbaycan əsgəri cəbhədə azca irəliləyən kimi bütün 
dünya təlaĢa düĢməyə baĢladı. 

Azərbaycan  BMT-nin  bu  təklifinə  hörmətlə  yanaĢdı.  27  avqustda  Almatıda  Azərbaycan  və 
Ermənistan  arasında  Qazaxıstanın  arabuluculuğuyla  xarici  iĢlər  nazirləri  səviyyəsində 
danıĢıqlar baĢlandı. Bu danıĢıqlar nəticəsində hər iki tərəf hərbi əməliyyatları 1 sentyabrdan 
dayandırmağa hazır olduğunu bildirdi.  
Xarici diplomatik əlaqələrini geniĢləndirən Azərbaycan, əlbəttə, bu vaxt güney qonĢusunu da 
gözdən  qaçırmırdı.  26  avqustda  Milli  Məclis  Ġran  Ġslam  Cümhuriyyətinin  Təbriz  Ģəhərində 
Azərbaycan Respublikasının baĢ konsulluğunun açılması haqqında qərar çıxardı. 
ARTIRMA 
"Məni  çox  təəccübləndirir  ki,  Azərbaycanın  Quzeyində  oxuyan  tələbələrdən,  Ģagirdlərdən 
soruĢsanız  ki,  Çikaqo,  Berlin,  London,  Bern,  yaxud  hər  hansı  Avropa,  Amerika  Ģəhəri 
haradadır  -  sizə  onların  yerini  dəqiq  deyəcək.  Amma  birdən  soruĢsanız  ki,  bəs  MeĢkin 
haradadır,  deyəcək  ki,  birinci  dəfə  eĢidirəm.  Desəniz  ki,  bəs  Ərdəbil  haradadır,  cavab 
verəcəklər  ki,  vallah  bilmirəm,  ancaq  eĢitmiĢəm  ki,  Ərdəbil  var.  Saqqız,  Həmədan,  Urmiyə 
gölü... haqqında da eyni sözləri eĢidəcəksiniz. Güneydə də buradakı bölgələrin çoxunun adını 
yaxĢı  bilmirlər.  Millətimiz  bu  baxımdan  parçalanmıĢ  sayıla  bilər,  ancaq  bu  parçalanma  bilik, 
savad çatıĢmazlığından irəli gəlir, buna görə də keçicidir.
 
Güneyli-Quzeyli  Azərbaycanın  iqtisadiyyatı,  yeraltı,  yerüstü  sərvətləri,  əhalisinin  durumu, 
xalqının istəyi, mövcud təbəqələri, təbəqələrin məqsədləri - bunların hamısı öyrənilməlidir. Biz 
bilməliyik ki, xalqımızın nə qədər hissəsinin Ģüurunda Bütöv Azərbaycan ideyası hakim olub, 
bu yolda mübarizə və mücadiləyə, hətta ölməyə hazır olan, bu yoldan dönməyəcək nə qədər 
soydaĢımız  var.  Təhqiqatların,  təhlillərin  aparılması,  böyük  həcmli  ümumi  məruzələrin 
hazırlanması zəruridir". 
 
(Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə  söhbətindən.  -  "Elçibəylə  13  saat  üz-üzə",  Bakı,  1999,  s.135-
136). 
Gözləri qarĢısında köhnə quruluĢun məhv edilərək rüĢvətsiz bir cəmiyyətin yaradıldığını görən 
minlərcə rüĢvətxor və fırıldaqçı məmur, bir az öncə də bildirdiyim kimi, yeni hakimiyyətə qarĢı 
mübarizə  aparmağa  baĢlamıĢdı.  Sözsüz  ki,  onların  müqavimətini  qırmadan  yeni  dövlət 
quruculuğunu  uğurla  baĢa  çatdırmaq  mümkün  deyildi.  Görkəmli  Amerika  alimi  Aleksis  de 
Tokvil özünün "Amerikada demokratiya" kitabında (1835) yazır ki, 
zəif və mülayim hökumət 
"itaətsizliyin çoxlu xırda hallarına əhəmiyyət verməyərək yalnız ən son anda gücə əl atacaq və 
onda dövlət anarxiyanın hakimiyyəti altına düĢəcək. Əgər hökumət güclü və qətiyyətlidirsə o, 
hər gün zorakılığa əl atacaq və tezliklə hərbi-müstəbid hökumətə çevriləcək"
. Bu uzaqgörən 
düĢüncələr  Azərbaycan  gerçəkliyində  bütünlüklə  təsdiqləndi.  Onun  ikinci  cümləsi  H.Əliyev 
dövründə  özünü  tam  doğrultdusa  birinci  cümləsi  də,  təəssüf  ki,  Elçibəy  hakimiyyətində  öz 
yerini tutdu. Cəmiyyətin açıq-aĢkar düĢmənləri olan qəddar, yırtıcı və dağıdıcı kommunistlərə 
qarĢı ölüm-dirim savaĢına girməkdənsə yeni hakimiyyət onları mücərrəd "milli barıĢıq" ifadəsi 
altında  əslində  əfv  etdi  və  bu  adamlar  pozuculuq  fəaliyyəti  göstərməyə  sərbəst  imkan 
qazandılar.  Ən  pisi  də  buydu  ki,  onlar  bağıĢlanmazdan  öncə  həm  də  hirsləndirilirdilər. 
Məsələn,  27  avqustda  Azərbaycan  Prokurorluğu  bildirirdi:  "Azərbaycanın  keçmiĢ  partiya 
nomenklaturasından və indiki bəzi rəhbərlərindən xarici banklarda gizli hesabı olanların adları 
məlumdur".  
Çox  təəssüf  ki,  Əbülfəz  Elçibəy  öz  hakimiyyətinin  sonunadək  nəinki  dövlətə  sədaqətli  güc 
qurumları yaratmağa nail ola bilmədi (1 il içərisində bu əslində qətiyyən mümkün də deyildi), 

hətta onlardan heç olmazsa birinin yeni hakimiyyət uğrunda sonadək fədakarcasına mübarizə 
aparmasının  Ģahidi  olmadı.  Bu  dediyim  həm  də prokurorluq  orqanlarına  aiddi.  BaĢdan-baĢa 
köhnə, rüĢvətxor kadrlardan ibarət bu qurum da əslində özünü heç kəsin yanında "pis kiĢi" 
etməmək xətti tuturdu. Elə bunun nəticəsidir ki, "xarici banklarda gizli hesabı olanlar"ın adları 
bilinsə  də  nəinki  onların  pulları  ölkəyə  gətirilmədi,  əksinə,  onlar  Elçibəy  hakimiyyətinin  fəal 
deviricilərinə çevrildilər... 
Doğrusu, daxili düĢmənlərə qarĢı həlledici mübarizəyə əslində baĢlanılmamasının nə dərəcədə 
düzgün  olub-olmadığını  dəyərləndirməkdə  çox  çətinlik  çəkirəm,  ancaq,  məncə,  bunun 
üstündə  yeni  iqtidarı  sonadək  qınamaq  da  insafdan  deyil  -  ölkədaxili  çəkiĢmələr  əsl 
müstəqillik  yolunda  islahatların  aparılmasının  qarĢısını  bəlkə  də  ala  bilərdi.  Elçibəy 
hakimiyyətinin  bütün  mahiyyətisə  məhz  AZADLIQ  üstündə  qurulmuĢdu.  27  avqustda  Bəyin 
"Azərbaycan  Respublikası  dövlət  sərhədinin  mühafizəsini  gücləndirmək  tədbirləri  haqqında" 
tarixi fərmanı həmin AZADLIĞA doğru yeni mühüm addımdı.  
Müstəqil  dövlətin  formalaĢması,  təbii  ki,  çoxlu  yeni  dövlət  qurumlarının  yaradılmasını  tələb 
edirdi. Son iki ayda təkcə iqtisadiyyatla bağlı Dövlət Əmlak Komitəsi, Dövlət Torpaq Komitəsi, 
Dövlət  Antiinhisar  Siyasəti  və  Sahibkarlığa  Kömək  Komitəsi,  Xarici  Ġnvestisiya  Komitəsi  kimi 
yeni dövlət orqanlarının yaradılması idarəetmə sistemində təkrarlamalar da ortaya çıxarmıĢdı. 
Bunları  aradan  qaldırmaq,  yavaĢ-yavaĢ,  ancaq  qətiyyətlə  irəliləyən  bazar  iqtisadiyyatının 
idarəetmə sistemini formalaĢdıran zaman büdcə təxsisatlarından səmərəli istifadə olunmasını 
təmin  etmək  məqsədiylə  prezident  28  avqustda  büdcə  təĢkilatlarında  təkrarlamaları  aradan 
qaldırmaq tədbirləri haqqında fərman verdi. Onun həmin günkü ikinci fərmanısa "Azərbaycan 
Respublikasının  Avropa  Yenidənqurma  və  ĠnkiĢaf  Bankının  üzvlüyünə  qəbul  edilməsi 
haqqında"ydı. 
Ölkə  Avropaya  və  ümumən  dünyaya  doğru  qətiyyətlə  üz  tutduqca  haradan  idarə 
edilməsindən  asılı  olmayaraq  bütün  devirici  qüvvələrin  müqaviməti  daha  da  artırdı.  Ġstər 
Bakıda,  istərsə  də  rayonlarda  əhalini  çörək  qıtlığıyla  narazı  salmaqçün  məqsədyönlü  iĢlər 
görülürdü.  Məsələn,  ġamaxıda  çörək  zavodlarına  qaz  gəlməməsi  bəhanəsi  altında  əhalinin 
çörəklə  təminatında  ciddi  problem  yaradılmıĢdı.  Avqustun  28-indən  29-una  keçən  gecə 
Bakının bir neçə çörəkbiĢirmə müəssisəsində yüksək vəzifəli Ģəxslər (Pənah Hüseynov, Rauf 
Gülməmmədov  və  b.)  paytaxtdakı  kəskin  çörək  qıtlığıyla  bağlı  reyd  keçirdilər.  (Bunun, 
deyəsən, kimlərəsə xəbərdaredici təsiri oldu). Çörək qıtlığının obyektiv səbəbi də vardı  - un 
və  qarıĢıq  yemlə  müqayisədə  çörəyin  qiyməti  ucuzdu,  bu  ucuzluq  onun  qəhətliyinə  gətirib 
çıxarırdı,  çörəyi  bahalaĢdıran  zamansa  kortəbii  və  məqsədyönlü  narazılıqlar  baĢlayırdı:  "Bəs 
Naxçıvanda çörək niyə ucuzdur?"... 
ĠLK SƏFƏR GƏNCƏDƏN VƏ CAVAD XANI ZĠYARƏTDƏN BAġLADI 
Televiziya  çıxıĢındakı  sözünə  əməl  edən  prezident  28  avqustda  ölkəiçi  tanıĢlıq  gəzintisinə 
baĢladı.  Ġlk  səfəri  Gəncəyə  oldu.  Görünür,  Bakıdan  sonra  ikinci  böyük  Ģəhərimizdəki  gizli 
narahatlığı Bəy dövlət baĢçısı kimi hamıdan yaxĢı duyduğuna və vaxtında qabaqlayıcı tədbirlər 
görmək istədiyinə görə Gəncəni seçmiĢdi.  
Bəy bir neçə dövlət adamıyla bərabər Gəncəyə qatarla getmiĢdi. Onlar Yevlaxda dayandılar. 
Dövlət  katibi  Pənah  Hüseynov  yun  zavodundan  Surət  Hüseynovu  gətirtdi.  Bəy  bəzi 
məsələlərlə bağlı onunla söhbət etdikdən sonra yola davam etdilər.  
Prezident, demək olar ki, xəbərsiz getdiyinə görə Gəncədə onu yalnız prezident mühafizəsinin 

maĢınları  qarĢıladı.  ġəhər  icra  hakimiyyətinin  baĢçısı  MürĢüd  Məmmədovu  sonradan  tapıb 
gətirdilər. Prezident icra hakimiyyətinin qonaq evində yerləĢdi.  
Onu da deyim ki, bu vaxt Gəncənin polis rəisi sonrakı respublika prokuroru Eldar Həsənovdu. 
Prezidentin Gəncədəki görüĢlərini onun oğlu videokamerayla çəkirdi.  
Azərbaycan Cümhuriyyətinin ilk beĢiyi kimi xüsusi sevgi bəslədiyi bu Ģəhərlə prezident olaraq 
tanıĢlığa  Bəy  Cavad  xanın  məzarını  ziyarətlə  baĢladı.  Azərbaycanın  azadlıq  uğrunda,  rus 
imperiyasına  qarĢı  çarpıĢma  uğrunda  rəmzi  saydığı  Cavad  xanın  məzarını  hamıdan  və  hər 
Ģeydən öncə anılmağa layiq görməsini, onun ruhunu Ģad etməyə çalıĢmasını bəlkə də kimsə 
adi  protokol  tədbiri  kimi  dəyərləndirə  bilər,  ancaq  Bəy  bununla  göstərdi  ki,  Azərbaycanın 
prezidenti  1975-də  uğrunda  zindanlara  atıldığı  ideyalardan  nəinki  bir  addım  da  geri 
çəkilməmiĢ,  əksinə,  onları  gerçəkləĢdirməyi  qarĢısına  müqəddəs  vəzifə  kimi  qoymuĢ  elə 
həmin ƏBÜLFƏZdir! 
Cavad xanı yad etdikdən sonra ġah Abbas məscidinə baĢ çəkən prezident Ģəhərdəki ġəhidlər 
xiyabanını da ziyarət etdi. 
Milli Ordumuzun  Gəncədəki diviziyasının  əsgər və  zabitləriylə,  hərbi hissənin  Ģəxsi heyətiylə 
keçirdiyi  səmimi  görüĢlər  prezidentin  Gəncə  səfərinin  yəqin  ki,  baĢlıca  məqsədiydi. 
DöyüĢçülərimiz  qarĢısında  çıxıĢ  edən  Bəy  Almatıda  Ermənistan  və  Azərbaycan  sərhədləri 
boyunca  atəĢkəsə  razılıq  verildiyini  bildirdi.  Onun  bu  sözlərinisə  hərbçilərimiz  alqıĢlarla 
qarĢıladı: 
"Qarabağa  gəldikdə,  onun  Ermənistana  heç  bir  dəxli  yoxdur.  Bu,  Azərbaycanın 
torpaqlarıdır  və  Yuxarı  Qarabağda  əmin-amanlıq  yaratmaq  bizim  daxili  iĢimizdir"
.  Bu  cümlə 
Elçibəyin birillik hakimiyyəti boyunca Qarabağ məsələsinə münasibətdə tutduğu dəyiĢməz və 
qəti mövqeyin ifadəsidir. 
Bu görüĢdən sonra ġeyx Nizaminin məqbərəsini də ziyarət edən Bəy Azərbaycanın ən böyük 
sənaye müəssisələrindən olan Gəncə alüminium zavodunda da oldu, əməkçilərlə açıq söhbət 
etdi.  Sadə  insanları  narahat  edən  çörəyin  qiymətinin  artması  səbəblərini  baĢa  saldı,  onlara 
dövlətimizin qarĢısında duran mühüm vəzifələrdən danıĢdı.  
Ədalət  Məmmədov  danıĢır  ki,  alüminium  zavodunda  olarkən  bir  kiĢi  Bəyə  yaxınlaĢıb 
Ģikayətləndi ki, mənim bir mopedim vardı. ĠĢdən gedəndə onu doldurub inəyimə ot aparırdım, 
axı belə  zavodda  iĢləyən  gərək  çoxlu  süd  içsin.  Ġndi  mənim  mopedimi oğurlayıblar, süd  içə 
bilmirəm. Bəy Gəncənin icra baĢçısı MürĢüd Məmmədova, polis rəisi Eldar Həsənova tapĢırdı 
ki, bu kiĢiyə bir moped alıb verin, çünki sizin itmiĢ mopedi axtarıb tapmağınız uzun çəkə bilər 
(onlar "axtarırıq" demiĢdilər). 
Daha sonra Bəy Gəncə siyasi maarif evindəki konfransa qatıldı.  
Prezident  Gəncəyə  bu  gəliĢindəki  məqsədinə  yetdi  -  Ģəhər  əhalisini  öz  sevgisinə  və 
qayğıkeĢliyinə inandıra bildi, narahatlıq doğura biləcək məsələləri və onları necə həll etməyin 
yollarını müəyyənləĢdirdi. 
Görünür,  Bəyin  uğurları  rəsmi  təbliğatın  təqdim  etdiyindən  (əslində  heç  gözəçarpan  rəsmi 
təbliğat vardımı ki?!) qat-qat çoxmuĢ ki, azadlığımızın düĢmənləri təĢviĢə düĢərək onu cismən 
aradan götürmək qərarına gəldilər. 
Görkəmli  Azərbaycan  alimi,  professor  Kamil  Vəli  Nərimanoğlu  Əbülfəz  Elçibəyi  cismən  və 
mənən  məhv  etməyə  çalıĢan  qüvvələri  və  onların  məqsədlərini  necə  də  doğru-düzgün 
açıqlayır:  

"Rusiya - Ġran - Ermənistan, Türkiyənin bir sıra qeyri-dövlət və mafioz dairələri Elçibəyi hədəf 
seçərək aĢağıdakı məqsədləri həyata keçirməyə çalıĢırdılar: 
 
 
milli  mənafe,  milli  dövlət,  demokratiya  və  liberal  dəyərlər  əsasında  Azərbaycanda  qüvvələrin 
mərkəzləĢməsinin önlənməsi; 
 
 
buraxılmıĢ səhvlər və qazanılmıĢ uğurlar əsasında əldə edilən təcrübənin vahid ideya daĢıyıcısı - 
lider ətrafında birləĢdirilməsinin qarĢısının alınması;
 
 
Bütöv Azərbaycan hərəkatına sədd çəkilməsi
 
 
Rusiyanın hərbi-sənaye kompleksi, KQB, QRU vasitəsi ilə imperiya məqsədlərinə can atmasının 
ifĢa edilməsinə mane olmaq; 
 
 
Ġranın labüd parçalanmasına mane olan böyük real ideoloji qüvvənin neytrallaĢması;
 
 
islami dəyərlərlə milli-demokratik dəyərləri birləĢdirən liderin məhv edilməsi; 
 
 
müstəqil,  demokratik  Azərbaycan  uğrunda  mübarizə  müstəvisində  yeni  mübarizə  məktəbinin 
baĢında duran Elçibəy siyasi məktəbinin sarsıdılması, nüfuzdan salınıb məhv edilməsi;
 
 
türk dünyasının iqtisadi, mədəni birliyi ideyasının daĢıyıcısı kimi Elçibəyin aradan götürülməsi və 
s.". 
 
(Kamil Vəli Nərimanoğlu. Missiya. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.7). 
ĠKĠNCĠ SUĠ-QƏSD 
Əbülfəz  bəyi  öldürməyə  dəfələrlə  çalıĢıblar.  Hər  dəfə  ya  özünün  sayıqlığı,  ya  da  dostlarının 
xəbərdarlığı  sayəsində  qurtula  bilib.  Ancaq  prezident  seçkilərindən  az  öncə  hazırlanmıĢ  sui-
qəsd  onun  həyatına  son  qoya  biləcək  ilk  ən  gerçək  təhlükəydi  ki,  onun  da  qarĢısını  uca 
Tanrının özü almıĢdı. QardaĢı Almurad bəyin Yasamaldakı evində yaĢayan Bəyi ġərifzadə və 
Kiyev  küçələrinin  kəsiĢməsindəki  ATS  binasının  üstündən  snayperlə  vurmağa  (bu,  Əbülfəz 
bəyin  hakimiyyətə  gələ  bilməməsindən  ötrü  edilən  cəhddi)  razılaĢmıĢ  peĢəkar  atıcı  Ramiz 
Babayev  tam  təsadüf  nəticəsində  Bəyin  söhbətlərini  dinlədikdən  sonra  belə  bir  insanı 
öldürməyi Allaha qarĢı üsyan sayaraq tapĢırıqdan qəti boyun qaçırmıĢdı. (Sonralar o, Bəylə öz 
təĢəbbüsüylə  görüĢərək  hər  Ģeyi  etiraf  etmiĢdi.  Bəlli  olmuĢdu  ki,  bu  qəsdin  arxasında  ikisi 
keçmiĢ cəbhəçi olmaqla üç nəfər dayanır. 
Bax: "R.Qazıyev mənə Ə.Elçibəyi aradan götürməyi 
təklif etdi. Mən isə...". - "Azadlıq" qəzeti, 16.02.1995).  
29  avqustda  Gəncədən  Tərtərə  yola  düĢən  prezident  ikinci  sui-qəsdlə  üzləĢdi.  Bu  hadisə 
təxminən saat 11-də Bakı-Tiflis yolunun 318-inci kilometrində baĢ verdi.  
Əbülfəz Elçibəyin qardaĢı oğlu və cangüdəni Ədalət Məmmədov (dostları onu "Coci" çağırır və 
özü də ona Bəydən yadigar qalmıĢ bu adı sevir) hadisəni indi də incəliyinədək xatırlayır: 
"Lap  qabaqda  bir-birindən  1  km  aralı  olan  respublika  Dövlət  Avtomobil  MüfəttiĢliyinin  və 
prezident mühafizəsi yol polis müfəttiĢinin bir neçə mühafizə maĢını gedir və hərəkətdə olan 
nəqliyyatı yolun qırağına çəkərək saxladırdı. (Onların birində AzTV-nin əməkdaĢı Sahib Alıyev 
və  operator  əyləĢmiĢdilər;  hadisəni  çəkmiĢdilər).  Onlardan  yarım  kilometr  aralıda  mənim, 
respublika  dövlət  yol  polisinin  Ģöbə  müdiri  Aydın  Cəfərovun  və  mühafizəçilər  Əmirağa 
Musayevlə  Fətulla  Məmmədovun  əyləĢdiyimiz  "Mersedes"  gedirdi.  Bizdən  bir  az  aralı 

prezidentin  Ģəxsi  mühafizəsinin  baĢçısı  general  Vaqif  Axundovun,  ondan  sonra  prezidentin 
özünün, onun arxasınca da nazirlərin maĢınlarından ibarət böyük bir karvan saatda 100-120 
kilometr sürətlə Ģütüyürdü.
 
Müdafiə  Nazirliyinin  Tərtərdən  Gədəbəyə  "Qrad"  mərmisi  daĢıyan,  ard-arda  düzülmüĢ 
"KamAZ"  markalı  5  refrijeratorunu  da  qabaqdakı  mühafizə  maĢınları  yolun  qırağına  çəkib 
saxlatmıĢdı.  Bizim  maĢın  "KamAZ"lara  yaxınlaĢanda  onların  dördüncüsü  "Mersedes" 
olduğumuzu  görüb  yerindən  tərpəndi  və  üstümüzə  sürdü..  (Ona  deyilibmiĢ  ki,  prezidentin 
əyləĢdiyi  "Mersedes"i  vurarsan;  o  vaxt  da  respublikada  cəmi  4-5  "Mersedes"  olduğundan, 
düĢünüb ki, prezidentin maĢını elə budur). Aydın Cəfərov sürücümüzə dedi ki, bu "KamAZ" 
bütün  karvanı  əzəcək;  onu  vur,  yoldan  çıxart!  Yüz  sınaqdan,  ölümdən  çıxmıĢ  həddən  artıq 
bacarıqlı sürücümüz göz qırpmadan ölümün qucağına atıldı. Bir də onu gördüm ki, "KamAZ" 
bizi göturub yolun qırağına - pambıq tarlasına tulladı. Allahımız gətirdi ki, həm maĢın təkərləri 
üstündə  düĢdü,  həm  də  düĢdüyümüz  torpaq  tarla  suvarıldığına  görə  yumĢaq  oldu,  bu  da 
zədələnməyimizin qarĢısını müəyyən qədər aldı. BaĢqa maĢında (məsələn, "Jiquli"də) olsaydıq 
yəqin  ki,  tikəmiz  də  ələ  gəlməyəcəkdi,  ancaq  "Mersedes"  əzilib  tam  yararsız  hala  düĢsə  də 
bizi ölümdən qoruyub saxlaya bildi. 
 
"KamAZ"  refrijerator  bizi  vurub  eninə  yolu  kəsdi.  Bizim  arxamızca  gələn  Vaqif  Axundovun 
maĢını  "KamAZ"ın  kabinasının  arxasındakı  təkərə  çırpıldı,  bu,  onu  məhv  olmaqdan  qurtardı 
(onun  sürücüsü  də  qoçaq  adamdı).  "KamAZ"  elə  durmuĢdu  ki,  yolun  qırağında  saxlayaraq 
dayanmıĢ maĢınla onun arasında yalnız bir avtomobilin keçə biləcəyi ara qalmıĢdı. Prezidentin 
sürücüsü Xəlil Qəniyev sürəti qətiyyən azaltmadan bu dar aradan məharətlə sürüb keçdi və 
təxminən bir kilometr qabaqda saxladı.
 
Bizim maĢında mən və Əmirağa, Vaqif Axundovun maĢınındasa generalın özü və mühafizəçi 
Mərdan  Həsənov  (sürücünü  qorumaqçün  qucaqlayarkən  onun  qolu sınmıĢdı)  yaralanmıĢdıq. 
(Təxminən buna bənzər bir ssenari üzrə vaxtilə Belorusiya SSR Nazirlər Sovetinin Moskvanın 
xoĢuna gəlməyən sədrini "ZĠL" maĢınıyla sıradan çıxarmıĢdılar).
 
"KamAZ"ın sürücüsü özünə gələn kimi düĢüb pambığın içiylə meĢəyə qaçmağa baĢladı. Aydın 
Cəfərovla  Niyazi  Ġbrahimovun  sürücüsü  Ramiz  onun  ardınca  qaçdılar  və  bir  azdan  tutub 
gətirdilər". 
 
Sonra  aydınlaĢdı  ki,  prezidentə  bu  sui-qəsdin  arxasında  Rusiyanın  müdafiə  naziri  Pavel 
Qraçov,  Gəncədəki  general  ġerbak,  Azərbaycan  Müdafiə  Nazirliyinin  Moskvayla  bağlı  ən 
yüksək  vəzifəli Ģəxsləri və  baĢqa  adamlar dayanırmıĢ.  Bir  qədər sonra  xəbər  yetiĢdi  ki,  sui-
qəsd haqqında məlumat Qraçova yeyib-içmək vaxtı çatdırılıb və o, prezidentin sağ qaldığını 
eĢidən kimi əlindəki qədəhi qəzəblə yerə çırparaq bağırıb ki, bir Elçibəyi də aradan götürməyi 
bacarmadınız!..  
Hər  Ģeyi  yetərincə  incəliklə  bilən  Əbülfəz  bəy  əslən  Gədəbəydən  olan  "KamAZ"  sürücüsünü 
buraxdırdı ki, o, iĢdə yalnız sıravi icraçıdır. 
Hadisə  vaxtı  prezidentin  yanında  olmuĢ  cangüdəni  Ġlqar  Qədirquluyev  söyləyir  ki,  "KamAZ" 
"Mersedes"i vuranda elə dəhĢətli gurultu qopdu ki, hətta bizim səs keçirməyən maĢında da 
onu aydınca eĢitdik. Vəziyyəti görən kimi dedim ki, Bəy, bu, təxribatdır. Ancaq o bəlkə bizi 
sakitləĢdirmək, bəlkə də baĢqa bir məqsədlə çox sakitcə bildirdi ki, yox, yəqin sürücü yuxulu 
olub. Mən burada yuxu məsələsinin ola bilməyəcəyini deyəndə tam ciddiliklə qayıtdı ki, sənə 
tapĢırmıĢam sözü döndərmə…  

Bir  neçə  gün  sonra  bu  hadisənin  təfsilatını  ictimaiyyətə  açıqlayan  prezidentin  mətbuat 
xidmətinin rəhbəri Niyazi Ġbrahimov hadisənin "hazırlanmıĢ qəsd" olduğunu bəyan etdi. 
Dövlət baĢçısının həyatına qarĢı yönəldilmiĢ bu terror aktına prezidentin özü baĢda olmaqla 
heç bir rəsmi instansiya ciddi yanaĢmadı. Doğrudur, Bəyin yox yerdən sui-qəsdlər yaradaraq 
onları gurultulu siyasi Ģoulara çevirən, bundan öz siyasi rəqiblərini məhv etməkçün yararlanan 
amansız prezidentlərə bənzəməsini qətiyyən istəməzdim, ancaq cinayəti törədənlərin tutulub 
cəzalandırılması  və  dövlətə  əl  qaldıranlara  aman  verilməyəcəyinin  hamıya  göstərilməsi 
vacibdi.  Çox  təəssüf  ki,  bu  məsələdə  anlaĢılmaz  güzəĢt,  barıĢıq  yolu  tutan  iqtidar  bu 
hadisəylə  bağlı  heç  olmazsa  təbliğat  baxımından  müəyyən  uduĢ  əldə  etmək  təĢəbbüsündə 
bulunmadı və məncə, ciddi səhvə yol verdi - özünün diĢsizliyi, kəsərsizliyi haqqında ĠLK ciddi 
təsəvvür  yaradaraq  düĢmənlərini  daha  da  fəallaĢmağa  ruhlandırdı.  Sonralar  baĢ  verən 
itaətsizliklərin  mayasında,  fikrimcə,  bu  hadisədən  sonra  yaranmıĢ  qorxusuzluq  sindromu 
dayanırdı.  
Nəysə,  sanki  heç  nə  baĢ  verməmiĢ  kimi  yoluna  davam  edən  prezident  səfər  proqramında 
azca da varsa dəyiĢikliklər etmədən Tərtərə getdi və orada mühüm görüĢlər keçirdi. O, hərbi 
briqadanın  qərargahında  olaraq  döyüĢçülərimizin  ümumi  psixoloji  durumunu,  hərbi  nizam-
intizamın, döyüĢ hazırlığının səviyyəsini öyrəndi. 
Bəyin mədəniyyət evində rayon ictimaiyyətinin nümayəndələriylə, Milli Ordumuzun əsgər və 
zabitləriylə  görüĢü  unudulmaz  hadisəyə  çevrildi.  Bəlağətdən  uzaq,  ancaq  aydın  və  olduqca 
cəzbedici,  təlqinedici  çıxıĢıyla,  suallara  verdiyi  açıq  cavablarıyla,  özünün  də  onlardan  biri 
olduğuna  inandıran  səmimi  davranıĢıyla  Bəy  erməni  hücumlarının  önündə  dayanmıĢ  bu 
rayonun  əhalisində  özünə  qarĢı  dərin  rəğbət  yaratmaqla  yanaĢı,  adamların  döyüĢkənlik 
ruhunu da xeyli yüksəltdi, əsgərlərimizə sözün əsl mənasında qol-qanad verdi. 
Ədalət Məmmədov danıĢır ki, Tərtərdə Ġsgəndər Həmidov yoldakı qəzanın necə baĢ verməsini 
soruĢdu.  Sonra  o,  telefonda  kimləsə  danıĢdı,  ona  hirsləndi,  tapĢırdı  ki,  hər  Ģeyi  araĢdırıb 
mənə geniĢ məruzə elə... 
Tərtərdən Ağdərəyə getmək də prezidentin səfər proqramına salınmıĢdı. Ağdərəni bizimkilər 
yenicə almıĢdılar, ancaq onun kəndləri hələ boĢdu. Həmin rayonda çoxlu sərvət (yüz tonlarla 
çaxır, taxıl, çoxlu heyvan, tikinti materialları, mebel və b.) qalmıĢdı və müxtəlif qüvvələr bu 
sərvəti mənimsəmək üstündə çəkiĢməyə baĢlamıĢdı, camaat da kəndləri talan edirdi. Əbülfəz 
bəy həm talanın qarĢısını almaq, həm də oradakı əsgərlərimizi ruhlandırmaq istəyirdi. 
Burada olan baĢ qərargahın rəisi Nəcməddin Sadıqov, Tərtərin icra baĢçısı Sərdar Həmidov və 
Müdafiə  Nazirliyi  mətbuat  xidmətinin  rəhbəri  Leyla  Yunusova  Bəyin  Ağdərəyə  getməsini, 
nədənsə,  heç  istəmirdilər.  Onlar  cəbhə  bölgəsiylə  (Ağdərəylə)  tez-tez  telefon  əlaqəsi 
saxlayaraq  bildirdilər  ki,  orada  satqınlar  çoxdur,  prezidentin  həyatına  ciddi  təhlükə  yarana 
bilər.  Bu  zaman  Bəy  hirsləndi  ki,  respublikanın  prezidenti,  baĢ  naziri  (Rəhim  Hüseynov), 
dövlət katibi (Pənah Hüseynov), baĢ prokuroru (Ġxtiyar ġirinov), daxili iĢlər naziri (Ġsgəndər 
Həmidov), təhlükəsizlik naziri (Fəxrəddin Təhməzov) və baĢqaları buradadır, həmin satqınları 
tutub gətirin bura, bu camaatın qabağında mühakimə edək!.. 
Nəysə, Ağdərəyə gediləsi olmadı. Prezident Tərtərdən qayıdıb bir gecə Yevlaxda qaldı.  
30 avqustda Yevlaxdan Göyçaya gələn Bəy öncə ġəhidlər xiyabanını ziyarət etdi. O, öncə Əli 
Kərimin məzarı üstünə əklil qoydu. Sonra sırayla həm 20 Yanvar, həm də Qarabağ Ģəhidlərini 
ziyarət etdi.  

Prezident  sonra  konserv  zavoduna  gedərək  iĢçilərlə  görüĢdü.  Ədalət  Məmmədov  həmin 
görüĢü belə xatırlayır: 
-Konserv zavodunda prezident iĢçilərlə çox səmimi söhbət etdi, onlarla zarafatlaĢdı. O, özünü 
o  qədər  Ģux  aparırdı  ki,  sanki  yolda  sui-qəsddən  çıxan  və  Tərtərdə  qanı  qaralan  o  deyildi. 
Zavodun  divarından  keçmiĢ  kommunist  partiyası  siyasi  bürosu  üzvlərinin  Ģəkilləri  asılıb 
qalmıĢdı.  Bəy  zarafatla  dedi  ki,  yəqin  bundan  sonra  da  onların  yerinə  bizim  Ģəkillərimizi 
vuracaqsınız.  Ancaq  sonra  ciddiləĢərək  fəhlələrə  irad  tutdu  ki,  onları  niyə  indiyədək 
götürməmisiniz. MaaĢdan  gileylənən  fəhlələrə  dedi  ki,  hüquqlarınızı tələb  edin  -  tətilə  çıxın, 
mitinq keçirin  və arxayın olun  ki,  həm  prezident,  həm  də  AXC  sədri olan  mən  sizi  müdafiə 
edəcəyəm.  Ancaq  bilməlisiniz  ki,  maaĢı  artırmaq  prezidentdən  yox,  müəssisə  baĢçısından 
asılıdır.  
Bu zavodda olarkən bir tanıĢ oğlan prezidentə yaxınlaĢdı. O dedi ki, mən qardaĢınız Almurad 
bəylə tanıĢam. Bu yaxınlarda onun evinə getdim ki, münasib iĢə düzəlməyimə kömək etsin, 
ancaq  heç  cür  Sizin  yanınıza  düĢə  bilmədim.  Bəy  dedi  ki,  evimiz  sizə  qurbandır,  ancaq 
dövlətin  iĢində  qohumluq,  qardaĢlıq,  tanıĢlıq  keçmir  -  gərək  hər  kəs  öz  yerini  bacarığına, 
qabiliyyətinə görə qazansın.  
Göyçayda da rayon ictimaiyyətiylə görüĢən prezident insanları asanlıqla inandırdı ki, onların 
qarĢısında  əhalini  daim  qorxuda,  xofda  saxlamağa,  özünü  fövqəladə  bir  varlıq,  qüvvə  kimi 
sırımağa,  təlqin  etməyə  çalıĢan,  bununçün  süni  təmtəraq  və  cah-cəlalın  bütün  mümkün 
vasitələrindən  istifadə  edən,  ürəyində  nifrət  etdiyi  xalqdan  qorxduğuna  görə  daim  saysız-
hesabsız  mühafizəçilər  ordusu  içərisində  gizlənən,  görüĢə  getdiyi  yerlərdə  hətta  bütün 
damların  üstünə  pulemyotçular  düzdürən,  hakimiyyəti  və  xalqı  özünün  Ģəxsi  mənafelərinə 
tabe  etdirməyə  çalıĢan  HÖKMDAR  yox,  bütün  baĢqa  soydaĢlarıyla  eyni  hüquqlara  malik, 
onlarla eyni həyat tərzini yaĢayan, onların düĢüncə və istəklərini sonadək bölüĢən qayğıkeĢ, 
yurdsevər  və  elsevər,  hakimiyyəti  imtiyaz  kimi  yox,  bir  vəzifə  borcu  kimi  dəyərləndirən 
təmənnasız  bir  ĠNSAN,  döyüĢkən,  əsgəri  öz  övladı  kimi  sevən  KOMANDAN  dayanıb  və  bu 
insan  -  komandan  onları  xoĢbəxt  etməkçün  heç  nəyi  əsirgəməyəcək!  Bəyin  bölgələrə  ilk 
səfərdən güddüyü baĢlıca məqsəd də elə buydu. 
TƏHSĠL PROBLEMĠ ÖNƏ ÇƏKĠLĠR 
Əbülfəz  bəy  millətin  inkiĢafında,  dövlətin  yüksəliĢində  strateji  əhəmiyyətli  məsələlərdən 
saydığı  təhsilin  tərəqqisinə  xüsusi  diqqətlə  yanaĢırdı.  Bu  sözləri  1992-nin  sentyabrından 
baĢlayaraq  bir  il  təhsil  nazirinin  müavini  iĢləmiĢ  bir  adam  kimi  və  oxuduğum  sənədlər 
əsasında deyil, öz gözlərimlə gördüyüm konkret faktlara söykənərək qətiyyətlə bildirirəm. 
Hələ universitetdə müəllim iĢləyərkən bütöv, azad və güclü AZƏRBAYCAN yaratmağın yeganə 
yolunun yeni QURUCULAR nəslinin yetiĢdirilməsində olduğuna inanan Əbülfəz bəy buna nail 
olmaqçün  hər  Ģeydən  öncə  təhsil  sistemini  yeniləĢdirməyə  özünün  gələcək  quruculuq 
planlarında  ön  yerlərdən  birini  ayırmıĢdı.  Buna  görə  də  prezident  bir  sıra  ən  qaçılmaz, 
əlimyandı məsələləri az-çox yoluna qoyan kimi təhsillə də yaxından məĢğul olmağa baĢladı. 
Professor Firidun Cəlilov 11 avqustda təhsil naziri təyin edildi. (Bundan qabaq o, baĢ nazirin 
müaviniydi).  
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin