olmayıb, çünki o, prezidentliyə namizəd olanda deyirdi ki, mənim 1 saylı fərmanım
ġimali və Cənubi Azərbaycanın birləĢdirilməsi haqqında olacaq. Təbii ki, prezident
ikən belə fərman verməsi mümkünsüzdü və onu imzalamağa tələsmədən Elçibəy
birbaĢa 2 saylı fərman verdi. O umud edirdi ki, haçansa 1 saylı fərmanı da
imzalamaq ona qismət olacaq…" (keçmiĢ dövlət müĢaviri Arif Hacıyev).
Elə 23 iyunda üç baĢqa əlamətdar hadisə də baĢ verdi - prezidentin fərmanlarıyla dövlət
quruculuğunda ciddi islahatların ilk qaranquĢu olan iki mühüm komitə: Dövlət Əmlak Komitəsi
və Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradıldı, mətbuatda "Siyasi
partiyalar haqqında qanun" dərc edildi.
Deməli, hələ "yerini isitməmiĢ" prezident artıq öz məqsədlərini incəliklə müəyyənləĢdirib -
yeni Azərbaycan dövlətinin daxili siyasətində dövlət mülkiyyətinin özəlləĢdirilməsi (baĢqa
sözlə, sosializm quruluĢunun dağıdılmağa baĢlanması) və özəl bölmənin, sahibkarlığın inkiĢafı
(yəni bazar iqtisadiyyatına əsaslanan kapitalist münasibətlərinin bərpasına baĢlanması) hər
Ģeydən irəli çəkiləcək, ölkədə demokratiyanın və siyasi plüralizmin tərəqqisinə geniĢ Ģərait
yaradılacaq. Bəyin həddən artıq tələsməsi, görünür, qarĢıdakı iĢlərin təsəvvürəgəlməz
çoxluğunun dərk edilməsindən və onların 5 ilə baĢa çatdırıla bilməməsi qorxusundan irəli
gəlirdi. ĠĢə baĢladıqdan vur-tut bircə həftədən sonra yeni dövlət qurumlarını yaratması
göstərirdi ki, "yeni saray"ın layihəsini, deyəsən, hələ "tikinti"yə baĢlamazdan qabaq
hazırlayıbmıĢ. Ancaq Elçibəy "saray"a girməzdən öncə bir hazırlıq da görmüĢdü - özünə söz
vermiĢdi ki, oraya necə sadə insan kimi daxil olacaqsa oradan qətiyyən dəyiĢməmiĢ elə
sadəlik və qayğıkeĢliklə də çıxacaq!
Xalqımızın ən sevimli sənətkarlarından biri olan Habil Əliyev çox az ünsiyyətdə bulunduğu
Əbülfəz Elçibəy haqqında yazır:
"1992-ci ilin iyununda o, xalqın istəyi ilə Azərbaycan Respublikasının prezidenti seçildi.
Aradan bir müddət keçdi. Bir də eĢitdim ki, AğdaĢda yaĢayan böyük qardaĢım Qabilin evinə
OMON-çular hücum edib... Mən bildim ki, məsələ rayonluq deyil, Bakıdan gəlir, ona görə də
AğdaĢa gedərək vaxt itirməmək, bu iĢi daha təcili həll etmək üçün prezidentə zəng etdim.
Onun köməkçisi GülĢad Zərbəliyevə dedim ki, prezidentlə ikicə dəqiqə telefon söhbətinə
ehtiyacım var. O bildirdi ki, hökmən prezidentə Sizin xahiĢinizi çatdıracağam; nəticəsini
bilmək üçün saat 5-də mənimlə yenidən əlaqə saxlayın.
Saat 5-də G.Zərbəliyevə bir də zəng vuranda o dedi ki, Habil müəllim, Siz heç nədən narahat
olmayın, prezident Ģəxsən özü Sizin məsələnin həlli ilə məĢğuldur. Məəttəl qaldım ki, mən
hələ ürəyimin sözünü ona deməmiĢəm, ancaq o artıq mənim problemimi həll etməkdədir!..
Elçibəyi mən prezident kimi yox, sıravi bir vətəndaĢ kimi gördüm. O, son dərəcə sadə,
yaĢayıĢı və məiĢəti ilə heç birimizdən seçilməyən adi bir insandı. Buna görə də ölkə
vətəndaĢlarının dərdini çox asanlıqla baĢa düĢür, onlara əlac etməyə çalıĢırdı. O, özünü
qətiyyən çəkməz, insanları həbsxanalara doldurmağı sevməz, xalqa yalan danıĢmaz, rüĢvət
almaz və alan iĢçiləri ilə barıĢmaz, hakimiyyətdən Ģəxsən özünün və dostlarının ehtiyacı üçün
istifadə etməyə çalıĢmaz, Azərbaycanın hansı bölgəsində yaĢamasından asılı olmayaraq hər
bir yerin sakinlərinə prezident kimi hörmət bəsləyərdi. Təəssüf ki, xalqımız onu baĢa düĢməyə
hələ hazır deyildi..."
. (
"Savalanda görüĢənədək, Bəy!"
. Bakı, 2000, s.52).
"BĠZĠM ƏSAS YOLUMUZ MUSTAFA KAMAL YOLUDUR!"
Ġndiyədək dünyada ardıcıl demokrat və azadlıqsevər insan kimi tanınmıĢ Bəyin yeni vəzifədəki
ilk addımlarını Amerika mətbuatı da diqqətlə izləyirdi. "Krisçen sayens monitor" qəzeti onun
Dağlıq Qarabağ probleminin həllinə dair danıĢıqlara hazır olduğunu, ancaq BMT-nin və baĢqa
beynəlxalq təĢkilatların qüvvələrinin Qarabağda yerləĢdirilməsinə qarĢı çıxdığını, bu
qüvvələrin Azərbaycanla Ermənistan sərhədində yerləĢdirilməli olduğunu söylədiyini yazırdı.
AssoĢieyted Press agentliyisə Əbülfəz Elçibəyin Ġrana Ayaz Mütəllibova nisbətən soyuq
münasibət bəslədiyindən söz açır və bildirirdi ki, Elçibəyçün strateji perspektivlərdən biri
Arazın hər iki tərəfində yaĢayan azərbaycanlıların birləĢməsidir, Ġransa bu məsələyə açıq-
aydın mənfi münasibət bəsləyir.
Ə.Elçibəyin Azərbaycanda neft sənayesini modernləĢdirmək niyyətində olduğunu göstərən
həmin agentlik onun bu modernləĢdirmədə "AMOKO" və "BritiĢ Petroleum" Ģirkətlərinin
köməyinə bel bağladığını qeyd edirdi.
Azərbaycanın dünya birliyində yerini möhkəmləndirməkçün beynəlxalq əlaqələrin
geniĢləndirilməsini mühüm vəzifələrdən sayan Əbülfəz bəy 24-27 iyunda prezident kimi ilk
xarici rəsmi səfərə çıxdı. Bu ölkənin Türkiyə olmaması, söz yox ki, təəccüb doğurardı, çünki
Bəyi prezidentliyə gətirib çıxarmıĢ əqidə yolu məhz Türkiyəyə sevgi, türkçülük və atatürkçülük
ideyalarından baĢlayıb. Qara dəniz hövzəsi ölkələrinin (Azərbaycan, Albaniya, Bolqarıstan,
Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna) iqtisadi
iĢbirliyi konfransının zirvə toplantısında dövlət və hökumət baĢçıları iĢtirak edirdilər.
Azərbaycan nümayəndə heyətinin baĢçısı Əbülfəz Elçibəy 24 iyunda Ġstanbulun hava limanına
enərkən onu dövlət naziri ġərif Ərcan və xarici iĢlər naziri Hikmət Çətin qarĢıladılar.
ġərəf salonunda Elçibəy Türkiyə və xarici ölkə jurnalistləriyçün ilk müsahibəsində dedi:
"Mən
Anadolu torpağına ilk dəfə gəlirəm. Türkiyənin mədəniyyəti, ədəbiyyatı, dili, tarixi,
kamalçıların azadlıq hərəkatı ilə tanıĢ olduqdan sonra qəlbimdə bu torpağın gözəl obrazı
yaranmıĢdı. [...] Sakarya və Ġnönü döyüĢlərinin tarixini öyrənərkən bu yerlərə gəlməyi,
özümü vətənin istiqlaliyyəti uğrunda mübarizlərin sıralarında hiss etməyi arzulayırdım. [...] Bir
çox görkəmli dövlət və din xadimlərinin, Mustafa Kamal Atatürkün, Məmmədəmin
Rəsulzadənin, Zəki Vəlidi Toqanın, Adam Mitskeviçin və azadlıq uğrunda digər mübarizlərin
uyuduğu Anadolu torpağı müqəddəsdir".
Əbülfəz bəy Türkiyədə bulunduğu ilk gündən bu doğma torpağı gözləriylə görmək, onunla
daha yaxından tanıĢ olmaq istəyirdi. Cangüdəni Ġlqar Qədirquluyev prezidentin Ġstanbuldakı
ilk günün bəzi anlarını belə xatırlayır:
"Sabah Qara Dəniz Ölkələri ĠĢbirliyi zirvə toplantısının əsas yığıncağı olacaq, əsas sənəd
imzalanacaqdı.
Gecə təxminən saat 2 olardı. Bəy məni çağırdı:
-Bacıoğlu (yaxın qohum olduğumuza görə, mən özümü tanıyandan o, məni ərklə belə
çağırırdı), bəlkə Ġstanbulu gəzək?
Gördüm ki, əhval-ruhiyyəsi əladır. Dedim:
-Məsləhət Sizindir.
-Onda maĢın çağır.
Çağırdım. Ancaq maĢın gəlməzdən qabaq "Çırağan"ın həyətinə düĢdük. Bir yerli mühafizəçi
də bizimləydi.
Gəzə-gəzə düz Boğazın qırağına çatdıq. Bu zaman qarĢımıza bir nəfər çıxdı. Bəyi tanıdı və 5-
10 dəqiqə Ģirin-Ģirin söhbət etdilər. Türkiyəli mühafizəçi yaxınlaĢdı ki, araba hazırdır.
MaĢina əyləĢdik. MəĢhur Ġstanbul körpüsüylə Avropadan Asiyaya keçdik. Dan yeri ağaranadək
Boğaz qırağını gəzdik. Bəy Boğazın gecə mənzərələrini sanki içmək, yenə içmək, ürəyinin
yanğısını söndürmək istəyir, gördüklərindən qətiyyən doymur, bu gəzintidən sonsuz ləzzət
alırdı. Çox gözəl bilirdim ki, onun bu anda yaĢadığı duyğuları bir turistin yad ölkənin
ekzotikasından aldığı zövqə bənzətmək günah olardı.
Təxminən 1986-da Bakıda - qardaĢı Almurad bəyin Yasamaldakı evində doğmalarımızla birgə
olan söhbətdə Bəy demiĢdi ki, Tanrıdan ən böyük istəklərimdən biri Ġstanbulda Boğazın
qırağında gəzmək, həzin bir türk musiqisinə qulaq asa-asa ayaqlarımı Boğaza sallamaqdır.
Oradakıların çoxu qayıtdı ki, kaĢ onda biz də səninlə olaq. Ürəyimdə mən də bunu arzulasam
da susdum. Ġndi bu anda yadıma düĢən həmin söhbəti Bəyə xatırlatdım və dedim ki, Allah-
taala bu ən xoĢbəxt anınızda Sizinlə birgə olmaq səadətini həmin doğmalardan yalnız mənə
nəsib etdi.
Onu da deyim ki, Bəyin "Çırağan"dakı dairəsinin balkonundan Boğazın olduqca gözəl
görüntüsü vardı və o, arada balkona çıxıb bu mənzərəni seyr edərdi".
Mən istəməzdim ki, oxucum Elçibəyin Türkiyəyə bu qədər sonsuz məhəbbətinə qısqanclıqla
yanaĢsın, bu qardaĢ ölkəni hətta Azərbaycandan da artıq sevdiyini düĢünsün. Bəli, prezident
Elçibəy Türkiyə və Azərbaycan torpaqlarının hər ikisini müqəddəs bilirdi, Türkiyə və
Azərbaycan xalqlarının hər ikisini eyni millət sayaraq sevirdi, hər iki dövlətin ən yaxın (hətta
konfederasiya Ģəklində) siyasi-iqtisadi-mənəvi iliĢkilərinin tərəfdarıydı! Bütün bunlara
baxmayaraq, axı o, müstəqil bir dövlətin baĢçısıydı və bu dövlətin maraqlarını hər Ģeydən
üsütün tuturdu. O məhz Azərbaycanı DÜNYANIN sözü keçən dövlətlərindən biri etmək
istəyirdi. Bu dediyimi Əbülfəz bəyin əməkdar jurnalist Zöhrab Zeynallıyla 4 yanvar 1993-dəki
söhbəti də təsdiqləyir:
"…Üç-beĢ ildən sonra Türkiyə görəcək ki, Azərbaycan nədir. Bugünün özündə mənəvi-
psixoloji baxımdan Azərbaycan Türkiyədən yüksək səviyyədə dayanır. Anadolu türkləri
deyirlər ki, siz türklüyü bizdən qabağa aparırsınız, siz bizdən üstünsünüz, mənəvi cəhətdən
bizdən yüksəksiniz. Azərbaycan türkünün mənəviyyatına Anadolu türklərinin özləri hörmət və
qibtə edirlər.
Azərbaycanda kimin nüfuzu olmalıdır - Rusiyanın, Türkiyənin, Ġranın, yoxsa, deyək ki,
Amerikanın? Heç kimin. Azərbaycan, Allah qoysa, beĢ-on ildən sonra özü nüfuz edəcək. O
zaman fikirləĢsinlər ki, Azərbaycanın nüfuzu hara qədər olacaq. Bu sual verilməlidir: "BeĢ-on
ildən sonra Azərbaycanın nüfuz dairəsi hara çıxır?". Azərbaycan Yaxın ġərqdə ən güclü nüfuz
dairəsinə malik dövlətlərdən biri olacaq. Azərbaycanla razılaĢmamıĢ çox Ģeyləri
eləməyəcəklər. Ġngiltərə də, Amerika da, Fransa da Yaxın ġərqlə bağlı hər hansı məsələni həll
edəndə Azərbaycanı dəvət edəcəklər.
Bunu indidən bilirlər ki, iki milyard ton neft ehtiyatı olan bir ölkə ilə elə-belə danıĢmaq
mümkün deyil…"
. (
"Savalanda görüĢənədək, Bəy!"
. Bakı, 2000, s.130).
Ertəsi gün - 25 iyunda Ġstanbulda Turqut Özalın təĢəbbüsüylə ikinci dəfə əslinin eyni olaraq
tikilmiĢ tarixi "Çırağan" sarayında 11 ölkənin rəhbərləri Qara Dəniz Ġqtisadi ĠĢbirliyi
AnlaĢmasını və "Bosfor bəyanatı"nı imzaladılar.
AnlaĢma törənində danıĢan Eduard ġevardnadze "Qara Dəniz Ġqtisadi ĠĢbirliyi fikrinin Turqut
Özal tərəfindən ortaya atıldığını və inkiĢaf etdirildiyini" söyləyərək dedi: "Qara dəniz iĢbirliyi
layihəsi bütün dünyada Özal doktrini olaraq tanınır". 26 iyun tarixli "Türkiyə" qəzeti yazırdı:
"ġevardnadzenin bu sözləri baĢbakan Süleyman Dəmirəlin qaĢlarını çatmasına səbəb oldu".
Bəzi qəzetlər manĢetə bu sözləri çıxarmıĢdı: "Özal hazırladı, Dəmirəl imzaladı".
Yeri gəlmiĢkən, baĢ nazir S.Dəmirəlin prezident T.Özalın əməyini öz adına çıxmasından
prezident incimiĢdi, buna görə də o, zirvə toplantısının yığıncaqlarına qatılmadı və heç bir
rəsmi Ģəxslə, o sıradan Əbülfəz Elçibəylə də görüĢmədi. Bu hadisə Türkiyənin bir çox
siyasətçilərində narazılıq doğurdu. Məsələn, ANAP genel baĢqanı Məsud Yılmaz bildirmiĢdi:
"Uluslararası səciyyəli bir törənlə ilgili hazırlıqlar öncədən tamamlanmıĢ olmalı və anlaĢmaya
Türkiyə adından kimin imza qoyacağı öncədən bəlirlənməliydi. BaĢbakan öncədən yapdığı
açıqlamalarda dövlətin ən uca vəzifəsini rəncidəedici bəyanlarda bulunmuĢdur. BU, BĠR
SĠYASĠ NƏZAKƏTSĠZLĠK ÖRNƏYĠDĠR (seçdirmə Yılmazındır - Ə.T.) və Türkiyənin dıĢ
etibarına zərər vermiĢdir. Naxçıvan və Qalata körpülərindən sonra sayın Dəmirəl özünün heç
bir əməyi olmayan iĢlərə sahib çıxma adətini, beləliklə, davam etdirməkdədir".
("Türkiyə"
qəzeti, 26 iyun 1992).
Qara Dəniz Ġqtisadi ĠĢbirliyi AnlaĢması yeni beynəlxalq təĢkilatın yaradıcılarından biri olmuĢ
gənc Azərbaycan dövlətinin imza atdığı ilk çox mühüm beynəlxalq sənədlərdən biridir.
Təntənəli imzalama mərasimində çıxıĢ edən Əbülfəz bəy Azərbaycanın Qara dəniz hövzəsi
dövlətləriylə iqtisadi əməkdaĢlıqda bulunmasının məqsədlərini açıqladı, bu əməkdaĢlığın
bölgədə siyasi sabitliyi də təmin etməyə xidmət göstərməli olduğunu vurğuladı. O, eyni
zamanda, Xəzəryanı dövlətləri birləĢdirə biləcək bir birliyin də yaradılması gərəkliyini irəli
sürdü.
Əbülfəz Elçibəy öz nüfuzuyla 11 prezident içərisində xüsusi seçilirdi. Tam demokratik yolla
seçilməsi və prezidentliyəqədərki dəyərli keçmiĢi ona dərin hörmət qazandırmıĢdı. Türkiyə
xalqının Elçibəyə göstərdiyi dəniz tək çağlayan sevgisi və onun hətta bu ölkənin bəzi
rəhbərlərindən də artıq sevilməsi xarici ölkələrin prezidentlərini heyrətə salmıĢdı. Turqut
Özalın qatılmadığı bu məclisdə Dəmirəldən sonra ikinci ən sözü keçərli Ģəxs də məhz
Elçibəydi.
Prezidentin cangüdəni Ġlqar Qədirquluyev söyləyir ki, zirvə toplantısının yekun sənədi
imzalanan zala hamıdan sonda Elçibəy, ondan az sonra Dəmirəl gəldi. Elçibəy içəri girən kimi
prezidentlər baĢda olmaqla bütün nümayəndə heyətləri ayağa qalxaraq onu salamladı. Bir
çox prezidentlər Elçibəylə yaxın münasibət qurmağa can atırdılar. Xüsusən Səpərmurad
TürkmənbaĢı Bəyin qarĢısında əldən-ayaqdan gedirdi. Bəy ona qaz haqqında söz deyən kimi
bildirdi ki, Azərbaycan nə qədər qaz istəsə verəcəyəm (doğrudan da, Azərbaycan Elçibəy
dövründə Türkmənistanın hesabına qazdan korluq çəkmədi). O hətta Azərbaycanın qazdan
ötrü olan bütün borcunu da silməyə razılaĢdı (ancaq o, bu borcu sonralar H.Əliyevdən istədi).
Deyəsən, TürkmənbaĢı Elçibəyin nüfuzuna görə çəkinməkdən baĢqa, həm də qorxurdu ki,
birdən o, Orta Asiyada inqilab-zad edər, çünki bu bölgənin müxalifətçiləri Elçibəylə çox yaxın
münasibətdəydilər.
Adı çəkilən "Türkiyə" qəzeti birinci səhifəsində Əbülfəz Elçibəylə "Türk dünyasını aydınlıq
yarınlar bəkliyor" baĢlıqlı geniĢ müsahibə verib. Burada Bəy müxbirə söyləyir: "Biz də
Azərbaycan dövləti olaraq Xəzər dənizini böyük hövzəyə çevirəcəyik. O zaman Türkmənistan,
Özbəkistan, Qazaxıstan, Rusiya, Gürcüstan və Türkiyə Xəzər hövzəsində çalıĢan bir birliyə üzv
olacaqlar. Belə bir Ģərt meydana gəldiyində Qafqazın qapısı Qara dəniz vasitəsiylə Avropaya
açılır. Sabah bir zaman da gəlir, Xəzər vasitəsiylə bütün Turanın qapıları Avropaya açılır".
Güney Azərbaycanla bağlı Bəy deyir:
"Mən bir hərəkatçıyam. Ġnsan haqlarını hər zaman
qoruyuram. Güney Azərbaycanda yaĢayan 23 milyon türkün insan haqlarının qorunmasını
tələb edirəm. Məktəbi olsun, mədəni hürriyyəti olsun, mədəni muxtariyyəti olsun deyirik.
Canım, 140 min erməniyə Qarabağda bir dövlət istəyirlərsə və DÜNYA DA BUNU MÜDAFĠƏ
EDĠRSƏ Ġranda yaĢayan 23 milyon türkə bir məktəb, mədəni muxtariyyət istəmək
qəbahətdirmi?"
("Türkiyə" qəzeti, 26 iyun 1992).
Bunu da yada salmaq yerinə düĢər ki, Ermənistan hərbi qüvvələrinə ağır zərbələr endirmiĢ
Azərbaycan əsgərinin Ağdərədə və baĢqa bölgələrdə gücünü duymuĢ Ermənistan prezidenti
Levon Ter-Petrosyan Ankarada müxtəlif dövlətlərin baĢçıları vasitəsilə Bəylə görüĢməyə
dəfələrlə can atsa da hər dəfə qəti rədd cavabı alırdı. Bəy bildirirdi ki, Ter-Petrosyanın Ġranda
sənədlər imzalamasına baxmayaraq ermənilər hücumları nəinki dayandırmayıb, əksinə, daha
da gücləndirib və Ter-Petrosyan boynuna alır ki, o, erməni silahlı qüvvələrinə nəzarət edə
bilmir; bir halda ki belədir və o, imzasına cavabdeh ola bilmir, onda bizə vəziyyəti öz nəzarəti
altında saxlaya bilən və imzasına cavabdehliyi üzərinə götürə bilən adamı göstərsin, onunla
danıĢıqlar aparaq. Pis vəziyyətdə qalan
Ter-Petrosyan özü Ģəxsən Bəyə yaxınlaĢıb onunla
görüĢmək istədiyini deyəndə bu cavabı eĢitdi ki, mən sizi Qarabağda baĢ vermiĢ hadisələrdə
günahlandırıram və bir də, öz imzanızla təminat verə bilmirsinizsə sizinlə danıĢmağın heç bir
əhəmiyyəti yoxdur!
(Bəli, Bəyin belə qətiyyətli, güzəĢtsiz, birmənalı və birüzlü siyasəti
sayəsində Ermənistan prezidenti düz bir il onun qarĢısında özünü müqəssir uĢaqlar kimi
apardı, yalvarıb-yaxardı, Dağlıq Qarabağ ermənilərinə heç olmazsa mədəni muxtariyyət
verilməsini istədi...).
26 iyunda Bəy ġərqi Türküstan türklərinin (Çindəki uyğurların) liderlərindən biri, görkəmli türk
millətçisi, 92 yaĢlı Ġsa Yusif Alptəkini qəbul etdi və baĢqa görüĢlər keçirdi.
Həmin gün Azərbaycan nümayəndə heyəti Türkiyənin baĢ naziri Süleyman Dəmirəllə
görüĢdü. Əbülfəz bəy buradakı çıxıĢında bildirdi ki, indi Azərbaycanda demokratik inkiĢafçün,
Türkiyəylə çoxcəhətli əməkdaĢlığı geniĢləndirməkçün hər cür Ģərait yaradılır.
S.Dəmirəllə Bəyin ikinci görüĢü elə o gün gecə yarısına yaxın baĢlandı və təkbətək keçirildi.
Elçibəyin bu və sonrakı xarici səfərləri ölkənin kütləvi informasiya vasitələrində (rəsmi dövlət
qəzeti də daxil olmaqla) çox yarıtmaz iĢıqlandırıldığına görə mən həmin səfərlərin
iĢtirakçılarıyla görüĢüb onlardan məlumat toplamaq zorunda qaldım. Beləliklə, 26 iyunda baĢ
verənlər haqqında Elçibəyin cangüdəni Ġlqar Qədirquluyevdən eĢitdiklərimi oxuculara təqdim
edirəm.
"Əbülfəz Elçibəy Türkiyədə olarkən bir çox prezidentlər onunla görüĢə can atırdılar. Ancaq o,
əlbəttə, ilk növbədə Azərbaycanın nüfuzunu göz önündə tutaraq hər təkliflə razılaĢmırdı.
Türkiyənin xarici iĢlər naziri Hikmət Çətin günorta "Çırağan" otelində ayaqüstü yemək verdi.
Burada 11 prezident iĢtirak edirdi.
Bəy Ukraynanın prezidenti Leonid Kravçukla söhbət edirdi. Levon Ter-Petrosyan qıraqda
dayanmıĢdı. O, gözünü bir an da Bəydən çəkmirdi - diplomatik nəzakətə görə, baĢıyla Bəyə
salam versəydi gərək Bəy də onun salamını alaydı. Buna görə də Bəy gözünü inadla ondan
qaçırır, guya heç onu görmürdü.
Bir qədər sonra Bəyin cangüdəni Mahir Musayev mənə yaxınlaĢaraq bildirdi ki, L.Ter-
Petrosyanın cangüdəni öz prezidentinin Elçibəylə görüĢmək istədiyini deyir. Mən hiss
olunmadan Əbülfəz bəyə yaxınlaĢdım və Kravçukun eĢitməyəcəyi pıçıltıyla dedim ki, Ter-
Petrosyan Sizinlə görüĢmək istəyir. Bəy də Kravçukla söhbəti dayandırmadan və ona heç nə
sezdirmədən əlini yavaĢca tərpətməklə mənə bildirdi ki, "rədd elə". Beləliklə, Bəy onunla
görüĢmədi.
AxĢam baĢ nazir Süleyman Dəmirəl də 11 prezidentə ziyafət verdi. Məclis gəmidə təĢkil
olunmuĢdu. Bunkerə bənzər bir yerdə yalnız prezidentlər toplaĢdı - oraya heç bir kənar Ģəxs
buraxılmadı.
Prezidentlər oradan çıxanda qabaqda Bəy, arxasınca ġevardnadze gəlirdi. ġevardnadze Bəyə
onunla görüĢmək istədiyini dedi. Ancaq Bəyin, nədənsə, buna həvəsi yoxdu, ona görə də
qeyri-müəyyən cavab verdi ki, görüĢərik də. Bu zaman ġevardnadze az qala yalvarıcı tonla
bildirdi ki, mən sabah Gürcüstana getməliyəm (orada mənim indi xatırlamadığım bir hadisə
baĢ vermiĢdi), gəlin sabah səhər tezdən görüĢək. Bəy qayıtdı ki, səhər mənim türk
biznesmenləriylə görüĢüm var. Beləliklə, o, ġevardnadzeylə də görüĢmədi. Gürcüstan
prezidenti məcbur olub bir qədər sonra Bakıya gəldi".
Ġyunun 26-sında Ġstanbuldan Ankaraya gələn Bəy öncə Azərbaycan Kültür Mərkəzini ziyarət
etdi. Ayaqları altında qurbanlar kəsilən əziz qonaq Məhəmməd Kəngərli, Əhməd Qaraca və
Cəmil Ünalla, Türkiyədəki Azərbaycan köklü soydaĢlarımızla unudulmaz bir səmimi görüĢ
keçirdi.
Dahi Atatürkün məqbərəsini və böyük Məmmədəminin Əsri məzarlıqdakı qəbrini ziyarət
etmək Elçibəyçün adi protokol tədbiri yox, indiyədək gerçəkləĢməsinə bütün varlığını həsr
etdiyi ideyaların müəlliflərinin - özünə mürĢid saydığı Ģəxslərin ruhuyla müqəddəs bir
ünsiyyətdə bulunmaqdı. Qətiyyən Ģübhəm yoxdur ki, bu azmanların məzarı üstünə əklil
qoyarkən Bəy özünün həyatdakı ən həssas, ən unudulmaz çağları yaĢayıb.
"Mən gəncliyimdən - ikinci və üçüncü kurslardan Atatürkü və Məmmədəmin Rəsulzadəni baĢa
düĢdüm. Üçüncü kursda ayıldım ki, həyata düzgün baxmıram, çünki o zaman Lenin, Stalin,
baĢqaları həddən artıq təriflənirdi, dillərdə Napoleon, Hitler kimi adlar dolaĢırdı. Sonradan
Atatürkü, türk dünyasının nəhənglərini öyrəndim və gördüm ki, Atatürk türk dünyasının son
iki yüz ildə yetiĢdirdiyi ən nəhəng Ģəxsiyyətdir.
…Rəsulzadədən sonra Atatürk də cümhuriyyət qurdu. Dedilər ki, onu saxlaya bilməyəcək,
ancaq Atatürk bütün dünyaya göstərdi ki, türk cümhuriyyət qura da bilər, cümhuriyyətdə
yaĢaya da bilər və bu yaĢayıĢı onun təbiəti tələb edir. Atatürk inanmıĢdı ki, cümhuriyyət nə
qədər pis olsa belə, monarxiyadan qat-qat irəliyə gedən bir quruluĢdur. Bu, o dövrçün
demokrtiyaya doğru çox mühüm addım deməkdi.
Mustafa Kamalın böyüklüyü həm də onun türk millətinin ruhunu ən həssaslıqla duymasında
və bu ruhun gücündən türkün qurtuluĢuyçün yararlanmağı bacarmasındaydı. Atatürkədək heç
bir sultan deməmiĢdi ki, ey türk, sənsən özünün xilaskarı! Ancaq o bəyan etdi ki, bir əfəndi
var - o da türk xalqıdır, millətimizdir; bir haqqı qoruyan qüvvə var - o da millətin qüvvəsidir;
hakimiyyət də Ģərtsiz-söhbətsiz millətindir və sən özün özünü xilas edəcəksən - möhtac
olduğun qüdrət sənin öz qanındadır!
Atatürk milləti, Vətəni azad etməkçün və çağdaĢ dövlət qurmaqçün dahiliyini ortaya qoydu.
Bəli, Mustafa Kamal PaĢa ağır vəziyyətə düĢəndə bəzən, ola bilsin ki, demokratiyaya zidd sərt
ölçülər götürürdü, amma buna baxmayaraq o, diktator olmadı, daha doğrusu, bunu istəmədi.
O dedi ki, demokratiyanın yeganə alternativi demokratiyadır - ona qarĢı heç nə qoya
bilməyəcəksiniz, çünki ondan da yaxĢı Ģey yenə demokratiyadır. Bütün ətraf qonĢularla yaxĢı
münasibət saxlamaq, dünənki düĢmənlərlə barıĢmaq, xilafətdən imtina etmək, dini dövlətdən
uzaqlaĢdırmaq... böyük uzaqgörənlik, siyasətdə çeviklik tələb edirdi və Atatürkün dahiliyi həm
də onun çox-çox illər öncəni görməsindədir.
Azərbaycanda cümhuriyyəti yaĢatmağa bizim gücümüz çatmadı, çünki rus imperiyası çox
güclüydü (Ġran da mane olurdu). Qırmızı Sovet imperiyası gəlib bu dövləti yıxdı. Ancaq
Mustafa Kamalın yaratdığı Türkiyə Cümhuriyyətisə hərbi qüdrətcə güclü olduğuna görə özünü
qoruya bildi. O, xarici iĢğalçıları ölkədən qovdu və dövlətin müstəqilliyini yaĢatdı. Beləliklə,
dünyada böyük türk millətinin yaratdığı və türk millətini təmsil edən dövlət yalnız Anadoluda
mövcud olub yaĢadı. Onun yaĢaması və qalması gələcəkdə Azərbaycan, Özbəkistan, Orta
Asiyanın baĢqa türk cümhuriyyətləri və xalqları üçün həyat qaynağı və yolgöstərən mayak
oldu - ona baxaraq öz müstəqillikləri uğrunda mübarizə apardılar. Bu, Atatürkün TÜRK milləti
qarĢısında ən böyük xidmətiydi.
Atatürk həm də bir qəhrəmanlıq rəmziydi. O, bütün türk mübarizlərinin örnəyinə çevrilmiĢdi.
Hətta Hindistanda, indiki BanqladeĢdə milyonlarca müsəlman küçələrə axıĢıb Atatürkün adını
çəkir, ona qibtə etdiklərini bildirirdilər. Gənc Türk Cümhuriyyətinə yardım etməkçün
Hindistanda (əsasən indiki Pakistan və BanqladeĢ ərazilərində), Çində müsəlmanlar pul yığıb
göndərirdilər. O zaman bu xalqlar da həm rus imperiyasına, həm də Böyük Britaniyaya qarĢı
mübarizə aparırdılar. Amma onlar ya qələbə çala bilmir, qələbə qazananda da bir il, iki il, üç il
sürür, sonra yenə imperiya tərəfindən məğlub edilirdilər. Atatürk ingilis ordusu, yunan
ordusu, Avropa dövlətlərinin orduları üzərində böyük qələbə qazananda Hindistandan olan
hindli millət vəkili Londanda parlamentdə çıxıĢ edərək belə bir söz dedi ki, bu gün xəbər
almıĢam ki, Mustafa Kamal həm imperiya ordusu, həm də ingilis ordusu üzərində qələbə
qazanıb; bu, azadlıq uğrunda mübarizə aparan xalqlarımızın ilk böyük qələbəsidir. Mən bu
qələbəni qazanan Mustafa Kamalın və türk əsgərinin qarĢısında bu parlamentdə baĢ əyirəm!
Və baĢ əyir də. (Xatırladım ki, o zaman Hindistan bu sözlərin söyləndiyi Böyük Britaniyanın bir
hissəsi, dominionu, Hindistanın qubernatorusa Böyük Britaniyanın birinci vitse-kralı sayılırdı).
Avropanın müasir orduları üzərində ilk böyük və ruhverici qələbə məhz Türkiyədə qazanılmıĢ,
onu da Atatürk əldə etmiĢdi. Bundan ruhlanaraq ərəblərin Misirdə, Əlcəzairdə, Tunisdə
fransızlara, ingilislərə qarĢı azadlıq mübarizəsi gücləndi. Sonra Hindistan baĢladı.
Türkiyənin inkiĢaf edərək qabağa yürüməsi, yüksəlməsi, Avropayla çulğaĢması, Avropa və
Asiyada önəmli yer tutması bu dövlətin özülünü Atatürkün düzgün qoymasındadır. Müqayisə
aparaq. Osmanlı dövləti də imperiyaydı, rus imperiyası da. Hər ikisi çökdü, dağıldı. Hər
ikisinin yerində cümhuriyyət yarandı. Birinin yaradıcısı Atatürk oldu, obirininkisə Lenin (sonra
Stalin). Hər ikisi yeni dövlət qurdu. Baxın, Atatürkün qurduğu dövlət bu gün də inkiĢaf edir,
demokratiyaya doğru yürüyür, Avropa və Asiyanı bir-birinə çulğaĢdırmağa çalıĢır və bu
dövlətin hələ yüz illərcə yaĢayacağı Ģübhə doğurmur. Amma Rusiyada qurulan dövlətin özülü
düzgün qoyulmadığına görə, yenə də imperiya xisləti daĢıdığına görə, yenə baĢqa xalqları
zülm altında saxladığına, onlara azadlıq vermək istəmədiyinə görə, dünyanı hədələdiyinə görə
70 ildən sonra tam dağıldı. Atatürkün dahiliyisə oradadır ki, onun qurduğu cümhuriyyətdə
hakimiyyət qeydsiz-Ģərtsiz millətindir və onun üstündə qurulubdur, Böyük Millət Məclisi də
həmiĢə bu məsələləri yerinə yetirir.
Mustafa Kamal PaĢa Atatürk dünyaya yeni baxıĢ gətirdi. Onun çağında dünya üç yerə
bölünürdü: kapitalist sistemi, sosialist sistemi, üçüncü dünya. Kapitalist sistemi baĢda
dururdu. Üçüncü dünya dövlətlərinin əksəriyyətində azadlıq metodu Mustafa Kamalın
metoduydu. Məsələn, deyək ki, Misirdə ingilisləri qovur, hakimiyyəti ələ alır və Misri müstəqil
edirlər. Eyni hadisə Ġraqda, Suriyada, Livanda, ta Çində, Hindistanda baĢ verir. Bu, yeni -
üçüncü dünya dövlətlərinin azadolma metodudur.
…Atatürkün ideyaları nəinki sağlığında, hətta ölümündən sonra da yol göstən mayakdır və bu
mayaka göz yummaq ağır itkilərlə sonuclanır. Məsələn, o dəfələrlə deyib ki, bugünkü Sovetlər
Birliyində dinbir-qanbir qardaĢlarımız yaĢayır; bir zaman gələcək, bu dövlət çökəcək, o zaman
qardaĢlarımız azadlıq istəyəcəklər; onların sizə müraciət etməsini gözləmədən siz bu günə
hazır olun və anında yardıma yetin. Yaxud Türkiyə Böyük Millət Məclisində o durub
Dostları ilə paylaş: |