ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ


Mən  tam  inanıram  ki,  Elçibəy  Ermənistanla  müharibəni  1993-cü  ilin  oktyabr-



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
elcibey11-Prezident Elçibəy


Mən  tam  inanıram  ki,  Elçibəy  Ermənistanla  müharibəni  1993-cü  ilin  oktyabr-
noyabr aylarında sona çatdıracaqdı, özü də, Azərbaycanın qələbəsi ilə! Artıq BMT 
və  ATƏT  (o  zaman  ATƏM  adlanırdı)  xətti  ilə  ermənilər  yalvarır,  müharibəni 
dayandırmağı,  danıĢıqlara  getməyi  xahiĢ  edirdilər.  Ermənistan  prezidenti  Levon 
Ter-Petrosyan  az  qala  bütün  ölkələrin  baĢçılarını  minnətçi  salaraq  Elçibəylə 
görüĢməyə  can  atırdı.  Ermənilər  həmin  vaxt  Qarabağın  yalnız  köhnə  statusunu 
qaytarmağı dilə gətirirdilər. Azərbaycanın bu gün salındığı aciz və miskin durum 
fonunda Elçibəy komandanlığının nəyə qadir olduğu açıq-aydın görünür. 
Unutmayaq  ki,  hərbi  baxımdan  Azərbaycanla  heç  müqayisəyə  gəlməyəcək  dərəcədə  güclü 
inkiĢaf  etmiĢ  qonĢu  Rusiya  və  Ġran  kimi  dövlətlər  Azərbaycanın  müstəqil,  inkiĢaf  etmiĢ  bir 
dövlət kimi mövcudluğu yolunda çox böyük əngələ çevrilmiĢdilər. Ancaq buna baxmayaraq, 
Elçibəy öz hərbi-siyasi doktrinasını həyata keçirməyi bacarmıĢ, həmin dövlətləri Azərbaycanla 
hörmətlə danıĢmağa, onunla hesablaĢmağa məcbur edə bilmiĢdi. Bircə epizodu xatırladım.  
Rusiyanın  bir  balıqovlayan  gəmisi  Azərbaycanın  su  sərhədini  pozmuĢdu.  Elçibəy  dövlət 
sərhədini keçmiĢ həmin  gəminin dərhal həbs edilməsinə qəti əmr verdi və onu tutdurdu. O 
zaman Rusiya prezidenti Yeltsinin Ģəxsən özü dəfələrlə Elçibəyə zəng vuraraq xahiĢ edəndən 
sonra  məsələ  öz  həllini  tapdı.  Ġndi  isə  Rusiyanın,  Ġranın  gəmiləri  və  təyyarələri  heç  bir 
müqavimət görmədən Azərbaycan sərhədlərini həyasızlıqla pozmaqdadırlar. 
Bircə  ilin  içində  görülmüĢ  bütün  bunlar  və  adını  hələ  çəkə  bilmədiyimiz  neçə-neçə  iĢlər 
Azərbaycan kimi kiçik bir ölkə üçün təsəvvüredilməz irəliləyiĢ idi. Bu uğurlar Əbülfəz Elçibəyin 
Ali BaĢ Komandan kimi qətiyyətinin və səriĢtəliliyinin nəticəsidir.  
Bütün  bu  xidmətlərindən  sonra  Elçibəyi  yenə  qətiyyətsizlikdə,  iradəsizlikdə  ittiham  etməyi 
ləyaqətsizlikdən baĢqa bir Ģey adlandırmaq mümkün deyil.  
Mən  Türkiyədə  olanda  Elçibəydən  hakimiyyətdən  uzaqlaĢmasının  səbəbini  açıqlamağı  xahiĢ 
etdim. Onun cavabı qısaca belə oldu: 
-ELƏ BĠR DURUM YARANDI KĠ, MƏN YA MĠLLƏTĠMĠN ĠÇĠNDƏ QALMAQLA HAKĠMĠYYƏTDƏN 
GETMƏLĠ,  YA  DA  MĠLLƏTĠMDƏN  AYRILARAQ  HAKĠMĠYYƏTĠMĠ  QORUMALI  OLDUM.  MƏNƏ 
ĠSƏ MĠLLƏTĠMĠN ĠÇĠNDƏ QALMAĞI HƏR ġEYDƏN ÜSTÜN TUTDUM.  
Bəli, Elçibəy millətini həyatda hər Ģeydən artıq sevir, daim onun içində olmağı, onun dərdləri 
və sevincləri ilə yaĢamağı varlığının baĢlıca məqsədi sayırdı. Əgər milləti hakimiyyətdən çox 
sevmək  qüsur  sayıla  bilərsə  Elçibəydə  gördüyüm  yeganə  eyib  də  elə  budur!".  ("Savalanda 
görüĢənədək, Bəy!". Bakı, 2000, s.66-68). 
Prezident artıq yavaĢ-yavaĢ "öz" komandasını da yaradırdı. Məsələn, 26 noyabrda prezidentin 

mətbuat  xidmətinin  rəhbəri  Nəcəf  Nəcəfov  prezidentin  müĢaviri  təyin  edildi,  onun  yerinəsə 
tanınmıĢ  demokrat  jurnalist  Arif  Əliyev  layiq  bilindi.  Bu  təyinatlar  prezidentin  Azərbaycanda 
demokratiyanı daha da dərinləĢdirmək istəyindən soraq verirdi. 
YENĠ KONSTĠTUSĠYAYA ELÇĠBƏY BAXIġI 
Noyabrın sonlarında Rusiya hökuməti Azərbaycanın mal almaqçün 31 milyard rublluq məbləği 
RF  banklarına  köçürmək  cəhdinə  veto  qoydu.  1  dekabrda  Milli  Bankımızın  sədri  CavanĢir 
Abdullayev bildirdi ki, rublları qəbul etməkdən Rusiya boyun qaçırır və respublikamızla əmtəə 
dövriyyəsi üzrə hesablaĢmaları yalnız klirinq əsasında aparır, bu da Azərbaycanın aldığı malın 
satdığından az olmasıyla nəticələnir. 
Təbii ki, bu tədbirlə Rusiya Azərbaycanda maliyyə problemləri yaratmaq istəyindəydi, çünki, 
görünür, Türkiyənin ölkəmizə 250 milyon dollarlıq kredit ayırması onun xoĢuna gəlməmiĢdi. 
Ancaq Türkiyənin pulları ünvanına hələ bu tezliklə yetiĢməyəcəkdi. Həm də ölkənin özündə də 
pul vəsaitinin dağıdılması halları üzə çıxarılırdı. Məsələn, keçmiĢ taxıl məhsulları naziri xarici 
banklara 400 milyon rubl əvəzinə 800 milyon rubl (2 milyon dollar) köçürmüĢdü. Neftayırma 
zavodunun direktoru zavodun xarici bankdakı hesabından öz hesabına 11 milyon dollar, Xəzər 
Gəmiçiliyi  Ġdarəsinin  rəhbərliyisə  gizli  olaraq  London  Milli  Bankında  hesab  açaraq  oraya 
idarənin  14,6  milyon  dollar  pulunu  köçürmüĢdülər...  Bu  hallar,  sözsüz  ki,  ölkənin 
iqtisadiyyatına  ağır  zərbə  vururdu.  Ancaq,  təəssüf  ki,  iqtidar  bu  faktları  sonadək  aĢkarlaya, 
aĢkarlanan vəsaitisə Azərbaycana gətirə bilmədi. 
Ölkədən  mal  çıxarılması  yenə  intensiv  davam  edirdi.  Bunun  qarĢısını  inzibati  yolla  almağı 
düzgün  saymayan  prezident  daxili  bazarın  beynəlxalq  bazar  səviyyəsiylə  tənzimlənməsinin 
tərəfdarıydı. O, MDB ölkələrində məhsul bol olmadığına görə qiymətlərin artırılması üzərində 
dayanırdı. Bu üzdən də 3 dekabrda Bəy "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və daxili 
bazarın  tənzimlənməsi  sahəsində  əlavə  tədbirlər  haqqında"  fərman  verdi.  Prezident  eyni 
zamanda  Maliyyə  Nazirliyinə  respublikada  BÜTÜNLÜKLƏ  MĠLLĠ  VALYUTAYA  KEÇĠLMƏSĠNƏ 
hazırlıq görməsini tapĢırdı və həmin nazirlik artıq dekabrın baĢlanğıcında bu iĢə giriĢdi. 
Dekabrın  əvvəlində  ölkə  iqtisadiyyatından  sevindirici  xəbərlər  gəldi  -  istehsalın  aĢağıdüĢmə 
sürəti dayandırıldı, əhalinin pul gəliri 3,9 dəfə artdı.  
Yeri  gəlmiĢkən,  1  dekabrdan  bəri  prezidentin  maaĢı  50  min  rubldu.  Bu  məbləğdən  20  min 
rublu o, uĢaq evlərinə və internatlara köçürürdü. 
Ölkədə  sabitlik  gücləndikcə  onu  pozmağa  çalıĢanlar  da  çoxalırdı.  Dekabrın  ilk  günlərində 
Füzulinin satılması barədə Ģayiələr ev-ev dolaĢmaqdaydı. ġuĢa və Laçının taleyinin Füzulini də 
gözlədiyi  haqda  Ģayiələr  adamları  təĢviĢə  salırdı.  QonĢu  Beyləqan,  Cəbrayıl  rayonlarında  da 
eyni vəziyyət müĢahidə olunurdu. Kimlərsə bu rayonların düĢmən əlinə keçməsi və nəticədə 
Elçibəy  iqtidarının  devrilməsiyçün  dəridən-qabıqdan  çıxırdı.  Ancaq  ölkə  rəhbərliyinin 
qabaqlayıcı tədbirləri onların hərəkətini zərərsizləĢdirirdi. 
Əbülfəz  bəy  hadisələrə  ən  yüksək  nöqtədən  baxmağı  bacaran  dövlət  baĢçısıydı.  O,  hələ 
martın  25-ində  demiĢdi  ki,  sabitliyin  baĢlıca  qarantı  ölkədəki  demokratik  institutların 
oturuĢmasıdır. Buna görə də o, qanunun aliliyini hər Ģeydən önə çəkirdi. Ancaq hələ ölkənin 
Əsas  Qanunu  -  Konstitusiyası  ortada  yoxdu  (onu  vur-tut  bir  neçə  ayın  içində  hazırlamaq, 
sadəcə,  mümkün  deyildi).  Vəziyyətdən  çıxıĢ  yolu  kimi  Bəy  köhnə  Konstitusiyada  ciddi 
dəyiĢikliklər  aparmaq  yolunu  seçdi.  Prezident  Aparatı  onun  göstəriĢiylə  Konstitusiyaya 
dəyiĢikliklər  layihəsi  hazırlayaraq  Milli  Məclisə  təqdim  etdi.  Ali  Sovetin  hüquqi  təminat  və 

nəzarət Ģöbəsinin müdiri Səfa Mirzəyev "Azərbaycan" qəzetində (3 dekabr) bu layihəni Ģərh 
edərək göstərdi ki, Konstitusiyanın 185 maddəsindən 145-inin dəyiĢdirilməsi nəzərdə tutulur 
və bu, əslində yeni Əsas Qanun təsiri bağıĢlayır.  
Səfa  Mirzəyev  bildirirdi:  "Ali  Sovetin  hüquqĢünasları  mövcud  Konstitusiyanı  yararsız,  yəni 
"SSRĠ",  "sosialist  təsərrüfat  sistemi",  "sosialist  mülkiyyəti"  kimi  ifadələrdən  təmizləmək 
niyyətində  idi.  Lakin  AZƏRBAYCAN  PREZĠDENTĠNĠN  HÜQUQ  XĠDMƏTĠ  BAġQA  ĠSTĠQAMƏT 
GÖTÜRDÜ.  Onlar  gələcəkdə  qəbul  olunacaq  yeni  Konstitusiyanın  prinsiplərini  layihəyə  daxil 
etmiĢlər. Məqsəd bu idi ki, həmin prinsiplər ictimai Ģüurda indidən özünə yer tapsın". 
S.Mirzəyev həmin sənəddə "dövlətin üç hakimiyyətinin heç biri alilik iddiasında olmamalıdır" 
prinsipinin gözlənildiyini göstərdi. 
Prezidentin  daha  konstruktiv  təklifi  qarĢısında  geri  çəkilmək  məcburiyyətində  qalan 
S.Mirzəyev  "Əsas  Qanuna  qlobal  dəyiĢikliklər  etməyə  ehtiyac  yoxdur"  fikrinin  meydana 
çıxmasını yeni Konstitusiyanın yaradılması üzərində iĢin getməsiylə izah edirdi. 
Bir qədər keçmiĢ Ali Sovetin sədri Ġsa Qəmbər də Konstitusiyayla bağlı problemlərə toxundu. 
O, "Azərbaycan" qəzetində (19 dekabr), məsələn, Naxçıvanla bağlı olaraq göstərdi ki, dövlət 
müstəqilliyimiz haqqında Konstitusiya Aktına uyğun bəzi məsələlər Naxçıvanda yerimir. Tutaq 
ki, muxtar respublikada prezident hakimiyyətinin heç bir qurumu yoxdur. Ali Məclis seçilir və 
Nazirlər  Kabinetini,  digər  icra  qurumlarını  Ali  Məclis  təĢkil  edir.  Deməli,  prezident 
hakimiyyətindən  əsər-əlamət  yoxdur.  "Belə  ciddi  məsələlər  həllini  tapmalıdır"  söyləyən  Ġsa 
bəy  Naxçıvanda  daxili  iĢlər  naziri  təyin  edilməsi  məsələsiylə  bağlı  bildirir:  "Konstitusiyada 
bunun  dəqiq  həlli  göstərilməyib.  [...]  Belə  müəmmalar  indi  hüquqi  cəhətdən 
aydınlaĢdırılmasını tələb edir". 
Azərbaycanın yeni "Konstitusiyasının müxtəlif layihələrinin hazırlanması baĢa çatmaq üzrədir" 
deyə  bəyan  edən  Ġsa  bəy  o  sıradan  Prezident  Aparatında  da  bu  sahədə  iĢlər  aparıldığını 
göstərir. 
ARTIRMA 
"-Bəlkə  də  birillik  hakimiyyətimizdən  bunu  ummaq  da  insafsızlıqdır,  ancaq  bizə  tutulan 
iradlardan  biri  də  budur  ki,  siz  yeni  Konstitusiya  qəbul  eləmədiniz.  Doğrudur,  bir  ildə 
Konstitusiyaya olduqca ciddi xeyli dəyiĢiklik və əlavələr edildi, ancaq, ümumiyyətlə, niyə yeni 
Konstitusiya qəbul edilmədi, yaxud edilə bilərdi - edilmədi? 
-Bu suala cavab verməzdən öncə bir paradoksa diqqətinizi cəlb edim. Mən həmiĢə kommunist 
dönəmində, hərbi vəziyyətdə seçilmiĢ Ali Sovetin buraxılmasını tələb edirdim, Heydər Əliyevsə 
həmiĢə Milli Məclisə qarĢı fikirlər söyləyirdi, YAP-çılar da onu söyür və Ali Sovetin çağırılmasını 
tələb edirdilər. Bu paradoksa diqqətinizi yönəltmək istəyirəm ki, Ali Sovetin əleyhinə olan, Ali 
Sovetin  buraxılmasını  tələb  edən  məni  360  deputatdan  ibarət  Ali  Sovet  Milli  Məclisin  sədri 
seçdi,  Ali  Sovetin  çağırılmasını  tələb  edən  Heydər  Əliyevsə  hakimiyyətə  gələndən  sonra  Ali 
Soveti çağırmadı, onu 50 deputatdan ibarət Milli Məclis Ali Sovetin sədri seçdi.  
Konstitusiya,  Sizin  də  qeyd  etdiyiniz  kimi,  çox  ciddi  məsələdir  və  orada  tələskənliyə  yol 
vermək olmaz. Ancaq Prezident Aparatında güclü Ġslahatlar Komissiyası yaradılaraq fəaliyyət 
göstərirdi.  Yeni  Konstitusiyanın  layihəsi  orada  hazırlanırdı.  Haçan  hazır  olub  parlamentə 
təqdim edilsəydi onda da müzakirə ediləcəkdi. Bəlkə də hansısa təkliflər, hansısa ilkin rəylər 
olub,  ancaq  parlamentə  yeni  Konstitusiya  layihəsi  Ģəklində  sənədin  gəlməsini  mən 
xatırlamıram.  

Siz  o  bir  ildə  o  mürəkkəb  vəziyyətdə  görülmüĢ  iĢlərin  miqyasını  götürün  və  bu  məsələni 
götürün. Hər Ģeyi, bütün məsələləri bir ilin içində həll eləmək harada görünüb axı?! SSRĠ-nin 
əslinə qalsa hüquqi varisi olan Rusiya kimi bir dövlət neçə ildən sonra yeni Konstitusiya qəbul 
etdi və neçə dəfə dəyiĢdi".  
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 
Hadisələri  qabaqlayaraq  deyək  ki,  30  dekabrda  Milli  Məclis  Azərbaycanda  ali  icra 
hakimiyyətiylə  bağlı  "Azərbaycan  Respublikasının  Konstitusiyasına  (Əsas  Qanununa) 
dəyiĢikliklər və əlavələr edilməsi haqqında" qanunun müxtəlif layihələrini müzakirəyə çıxardı. 
Onlardan birini prezident təqdim etmiĢ, ikincisisə Milli Məclis komissiyasının hazırladığı layihə 
əsasında ortaya qoyulmuĢdu. 
Prezidentin  layihəsini  Milli  Məclisdə  Ģərh  edən  dövlət  katibi  P.Hüseynov  bildirdi  ki,  icra 
hakimiyyətiylə bağlı prezidentin səlahiyyətləri artırılmalı, ali icra qurumlarındakı təkrarlamalar 
aradan  qaldırılmalıdır.  "Dövrümüzün  həqiqəti  belədir  ki,  idarəetmə  strukturunda  ikililik 
dövlətimizi  məhvə  apara  bilər.  Ona  görə  də  icra  hakimiyyətinin  üstünlüyü  təmin  edilməli, 
onun çevikliyi artırılmalıdır". 
P.Hüseynov  göstərirdi  ki,  layihədə  ölkədə  VAHĠD  ĠDARƏETMƏ  yaranmasıyçün  Nazirlər 
Kabinetinin  sərəncam  və  qərarvermə  səlahiyyətinin  alınması,  Konstitusiyada  "Nazirlər 
Kabineti"  sözlərinin  "hökumət"  sözüylə  əvəzlənməsi,  yəni  prezidentin  icra  sahəsində 
qanunvericilik  təĢəbbüsüylə  yanaĢı,  icra  səlahiyyətini  də  əlində  cəmləĢdirməsi  (indiyədək 
onda bu səlahiyyət yoxdu) nəzərdə tutulur. 
Etibar  Məmmədov,  ġadman  Hüseynov,  Tofiq  Əzizov,  Arif  Rəhimzadə,  Vahid  Əhmədov  bu 
layihəyə etiraz etdilər, Prezident Aparatının Ģöbə müdiri Fazil Mustafayevsə onu dəstəklədi. 
Bu  layihənin  müzakirəyə  çıxarılması  prezidentin  güclü  dövlət  yaratmaqçün  əlində  yetərincə 
səlahiyyət olmasına can atdığını göstərirdi. Bu canatma həm təbii, həm də zəruri sayılmalıdır, 
çünki, doğrudan da, icra hakimiyyətindəki ikililik Ayaz Mütəllibovun da axırına çıxmıĢdı. 
Əbülfəz  bəy  Nazirlər  Kabineti  üzərində  nəzarəti  də  ələ  keçirməyə  çalıĢaraq  bu  sahədə 
müəyyən  uğurlara  nail  olsa  da,  təəssüf  ki,  mafiozlaĢmıĢ  bu  qurum  yaxasını  onun  əlinə 
verməməkçün  hər  Ģeyə  əl  atdı.  (Hətta  sonralar Pənah  Hüseynovun  baĢ  nazir  qoyulması  da 
vəziyyəti xilas edə bilmədi). 
Azərbaycan Xalq Cəbhəsinin 4-6 dekabrda "Respublika" sarayında keçirilən II növbədənkənar 
qurultayı yeni iqtidarın əslində öz qüvvələrinə baxıĢıydı. 
"Ölkədə  ictimai-siyasi  vəziyyət  və  AXC-nin  fəaliyyəti  haqqında"  məruzə  edən  AXC  sədri 
Əbülfəz Elçibəy hakimiyyətin indiyəqədərki fəaliyyətini təhlil etdi. Bu baxımdan məruzəni AXC 
sədrinin yox, prezidentin hesabatı adlandırmaq daha doğru olardı. 
Ölkədəki  durumu  bütövlükdə  müsbət  sayan  Əbülfəz  bəy  cəmiyyətdəki  qeyri-sağlam,  ağır 
kriminogen  Ģərait  üzərində  dayanaraq  bildirdi  ki,  hakimiyyətdəkilər  rüĢvətin,  cinayətin  və 
böhranın aradan qaldırılmasıyla bacarmazsa bir söz qalır: "Ġnqilab yenidən baĢlayır". 
AXC  sədri  jurnalistlərdə  maraq  doğuran  bir  yeniliyi  öz  cəbhədaĢlarına  açıqladı:  artıq 
Azərbaycanın 4 ton qızılı, 100 milyon dollar valyuta ehtiyatı var! 
ARTIRMA 
"Biz o zaman qərarlaĢdırdıq ki, 3 ilə bütün məsələləri qurtaracağıq. Yəni dövlət quruculuğunu 

baĢa  çatdıracağıq  -  keçmiĢ  dövlət  qurumları,  keçmiĢ  iqtisadi  məkanlar,  iqtisadi  sistemlər 
bütövlüklə yoxa çıxacaq, dağılacaq, yeni sistemlər yaradılacaq. Biz həm mədəniyyəti, həm də 
sosial  münasibətləri  yeni  sistemə  keçirməyi  düĢünürdük;  əsas  məsələ  ictimai  münasibətlər 
sistemidir.
 
3  ilin  içində  bunları  yerinə  yetirəcəkdik  və  imkanlarımız  da  vardı.  Bunu  baĢqaları  da 
görürdülər. 
Moskvadan  bizə  xəbər  verdilər  ki,  Azərbaycandakı  səfir  Ģifroqram  göndərib  ki, 
Azərbaycan bu xətlə, bu siyasətlə gedərsə 3 ilə Rusiyanın nüfuzundan tamam uzaqlaĢacaq, 
tam müstəqil bir dövlətə çevriləcək, baĢqa keçmiĢ sovet respublikalarına da nümunə olacaq 
və sonra biz onların heç birini saxlaya bilməyəcəyik; təcili tədbir görün.
 
Bu  məsələni  Rusiyanın  Təhlükəsizlik  ġurasında  günlərcə  müzakirə  ediblər:  neyləyək  bu 
Azərbaycanla?  Buna  görə  də  bizi  əsasən  müharibəyə  cəlb  edirdilər  ki,  bəlkə  müharibədə 
çökək, oturaq, iqtisadiyyatımız yeniləĢmələrə imkan verməsin. Amma biz iqtisadi gücümüzü 
qorumağı  bacarırdıq.  Heç  nəyə  baxmadan  var-dövlət  toplayırdıq  ki,  dövlətimiz  iqtisadi 
baxımdan güclü olsun". 
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.34-35).  
Qurultaydakı  müzakirələr  AXC-nin  taleyini  müəyyənləĢdirməliydi  və  müəyyənləĢdirdi  də  -  o, 
ictimai-siyasi  hərəkat  olaraq  qaldı.  TəĢkilat  yeni  Ģəraitdə  öz  fəaliyyətinin  prinsiplərini, 
parlament seçkilərində iĢtirakını və onun formasını müəyyənləĢdirdi. 
Qurultayın təsirini "öldürmək"çün Naxçıvanda H.Əliyev uğrunda xüsusi canfəĢanlıq göstərən 
N.Pənahov  və  S.Təbrizli  Bakıya  dönərək  5  dekabrda  Azadlıq  meydanında  500-600  nəfərlə 
mitinq keçirdilər. Görünür, onların fəallığı arxasında hakimiyyət iddiasının dayandığını nəzərdə 
tutan  AXC  qurultayı  öz  qətnaməsində  göstərdi  ki,  indi  heç  bir  partiya  ayrılıqda  ölkəni 
böhrandan çıxarmaq gücündə deyil, buna ancaq AXC qadirdir. 
6  dekabrda  qurultaya  yekun  vurarkən  Bəy  AXC-nin  cəmiyyətimizdə,  dövlət  quruculuğunda 
yenə də əhəmiyyətli rol oynayacağını bildirdi. Onun fikrincə, yeni kadrların yetiĢdirilməsi AXC-
nin baĢlıca vəzifəsidir. 
Elə  bu  arada  Türkiyənin  Ermənistana  elektrik  enerjisi  verməsi  haqqında  gözlənilməz 
məlumatlar  yayılmağa  baĢladı.  Bu  iĢlə  ölkənin  baĢ  naziri  Dəmirəl  məĢğul  olduğuna  görə 
Əbülfəz  bəy,  təbii  ki,  narahatlıq  keçirdi.  7  dekabrda  onun  dəvətiylə  Süleyman  Dəmirəlin 
müavini, dövlət naziri Ərdal Ġnönü baĢda olmaqla Türkiyənin nümayəndə heyəti Bakıya gəldi. 
Onlarla  görüĢdə  Əbülfəz  bəy bildirdi  ki,  yüksək  səviyyədə  dövlətlərarası və hökumətlərarası 
sənədlər  imzalamaqla  iĢ  bitmir,  gərək  bunlar  konkret  icra  strukturları  vasitəsiylə  həyata 
keçirilsin. 
8 dekabrda Milli Məclisdə çıxıĢ edən Ġnönü Türkiyənin Ermənistana elektrik enerjisi verməsi 
haqqında məlumatı "anlaĢılmazlıq" adlandırdı. 
Əbülfəz bəy yuxarıda sadaladığımız səbəblər üzündən Türkiyədə kimlərisə qıcıqlandıracağını, 
görünür,  gözdən  qaçırmamalıymıĢ.  Məncə,  Fazil  Qəzənfəroğlu  çox  doğru  yazır: 
"Elçibəyin 
Azərbaycanda  qazandığı  siyasi  zəfər  Türkiyədə  milliyyətçilik  əyilimlərinin  (təmayüllərinin) 
yenidən güclənməsinə səbəb olmuĢ, bu isə fərqli bir siyasi xəttin təmsilçisi olan bəzi dövlət və 
siyasət  adamlarını  narahat  etmiĢdi.  Bu  üzdən  bəzi  siyasətçilər  hələ  Elçibəy,  iqtidarının  ən 
güclü  dönəmini  yaĢayırkən  ALTERNATĠV  LĠDER  arayıĢlarına  yönəlmiĢlər,  bir  qisim  müxalif 
ünsürlərlə əl altından yardımlaĢmıĢlar. Türkiyədə dövlət siyasətlərinin mətbəxində olmaq kimi 
imtiyazlı sifətləri olan bəzi insanların Elçibəy (və əslində Azərbaycan) düĢmənlərinin çevriliĢlə 

iqtidara  gəlməsindəki  rolu  azaldılmamalıdır"
  (F.Qəzənfəroğlu.  "Əbülfəz  Elçibəy.  Tarixdən 
gələcəyə". Ġstanbul, 1995, 206-cı səh.). 
ELÇĠBƏY UKRAYNADA 
Azərbaycan Rusiya və Türkiyədən sonra Ukraynayla da əməkdaĢlığa böyük önəm verirdi. Ġki 
ölkə  arasında  yaxın  münasibətlər  qurulmasını  faydalı  sayan  Əbülfəz  bəy  9-10  dekabrda 
Ukraynada rəsmi səfərdə oldu. 
Ayın  9-unda  Kiyevin  "Borispol"  hava  limanında  Əbülfəz  Elçibəyi  Ukrayna  xarici  iĢlər  naziri 
A.Zinkov  qarĢıladı.  Mariya  sarayı  önündə  prezident  Leonid  Kravçuk  onun  qarĢısına  gəldi. 
Prezidentlər  fəxri  qarovulun  önündən  keçdilər.  Sonra  Ukrayna  prezidenti  Leonid  Kravçukla 
Azərbaycan prezidenti Əbülfəz Elçibəyin Mavi salonda təkbətək görüĢü oldu. 
AxĢamdan  xeyli keçmiĢ Mariya sarayında  prezidentlər  "Azərbaycan  Respublikası ilə  Ukrayna 
arasında  dostluq  və  əməkdaĢlıq  haqqında  müqavilə"  imzaladılar.  Ġmzalanma  mərasimindən 
sonrakı  mətbuat  konfransında  hər  iki  dövlət  baĢçısı  bu  sənədin  ölkələrimizin  tarixində  yeni 
səhifə açdığını bildirdi. 
Həmin axĢam Kravçuk Əbülfəz bəyin Ģərəfinə ziyafət verdi. 
10  dekabrda  Bəy  Kiyevin  görməli  yerləriylə  tanıĢ  oldu,  Ukrayna  Elmlər  Akademiyasının 
prezidenti, görkəmli alim Boris Patonla görüĢdü. 
Günortadan  sonra  Mariya  sarayında  rəsmi  yolasalma  mərasimi  oldu.  Azərbaycan  prezidenti 
Əbülfəz Elçibəy axĢam Bakıya döndü. 
Elə  həmin  gün  Ümumdünya  Ġnsan  Hüquqları  günü  münasibətilə  həmvətənlərinə  müraciət 
edən prezident Elçibəy bunları bildirdi: "Müstəqil Azərbaycan Respublikasının dünyəvi dövlət 
quruculuğu mərhələsində söz azadlığı, insanların siyasi partiya və ictimai birliklərdə birləĢmək 
imkanı  artıq  reallaĢmıĢdır.  Ġndi  Azərbaycanda  500-dən  çox  qəzet  nəĢr  olunur.  18  partiya 
rəsmən  qeydiyyatdan  keçmiĢ,  150-dən  artıq  ictimai  birlik  və  cəmiyyət  yaradılmıĢdır. 
Hakimiyyətin  yaxın  gələcəkdə  ən  vacib  məqsədi  heç  bir  məhdudiyyətə  yol  verməyən 
demokratik, mütərəqqi SEÇKĠ QANUNUNUN QƏBUL EDĠLMƏSĠNƏ NAĠL OLMAQDIR. 
Ġqtisadi  siyasətin  əsasını  "HAMI  ÜÇÜN  BƏRABƏR  ĠMKANLAR"  cəmiyyəti  yaratmaq, 
mülkiyyətin  növündən  asılı  olmayaraq  onun  eyni  səviyyədə  toxunulmazlığını  təmin  etmək 
məqsədi təĢkil edir". 
Bu müraciətdən bir neçə gün sonra - 15 dekabrda müdafiə naziri Rəhim Qazıyev silahlı hərbi 
polis dəstəsiylə AMĠP-in binasını əhatəyə alaraq oranı boĢaltmağı tələb etdi.  
Ədalət  Məmmədovun  mənə  bildirdiyinə  görə,  həmin  bina  Mütəllibovun  yaratdığı  Müdafiə 
Komitəsinin  balansındaydı,  indisə  Müdaifə  Nazirliyinə  baxırdı.  AMĠP  sədri  E.Məmmədovla 
müdafiə  naziri  R.Qazıyevin  arası  dəydiyinə  görə  Rəhim  bu  binanı  Etibarın  əlindən  almaq 
istəyirdi.  Rəhim  R.Cavadova  demiĢdi  ki,  bu  binanı  XTPD-yə  ("OMON"a)  verirəm,  gedin, 
götürün. RövĢən də gedib qərargahı mühasirəyə almıĢdı. XTPD isə tabeçilik üzrə daxili iĢlər 
naziri Ġ.Həmidova baxırdı. Ġsgəndər də heç qərargaha gedib-eləmədi, telefonla R.Cavadovla 
danıĢaraq  onu  oradan  çıxardı.  XTPD  çıxandan  sonra  R.Qazıyev  onların  yerinə  hərbi  polisi 
göndərdi. Bir qədər sonra Etibarla Rəhim düzəliĢdilər və məsələ də həll olundu.  
Bu  "qəribə"  hadisəni  Ģəxsən  mən  təsadüf  saymıram.  Görünür,  prezidentin  demokratiyadan, 
seçkilərdən "çox danıĢması" artıq kimlərisə bezdirirdi... 

15  dekabr  Azərbaycan  dövlətçiliyi  tarixində  əlamətdar  bir  hadisəylə  anılır  -  həmin  gün  Milli 
Təhlükəsizlik  Nazirliyimizin  ad  günüdür.  Həmin  bayram  MTN-in  Xüsusi  Xidmət  Kurslarının 
(indiki  Təhlükəsizlik  Akademiyasının  sələfi)  açılıĢıyla  qeyd  olundu.  Dövlətin  təhlükəsizlik 
orqanlarının  gücləndirilməsinə  xüsusi  önəm  verən  prezident  Əbülfəz  Elçibəy  məktəbin 
açılıĢında  Ģəxsən  özü  iĢtirak  etdi,  sinifləri  gəzdi,  dövlətin  gözü,  qulağı  və  beyni  olan  bu 
orqanın  əməkdaĢları  qarĢısında  çıxıĢ  etdi.  Bir  vaxtlar  sovet  "KQB"-sinin  dəhlizlərində 
əliqandallı aparılan, onun otaqlarında olmazın əzab-əziyyətlərə uğramıĢ dünənki dissident bu 
gün  müstəqil  Azərbaycan  dövlətinin  Təhlükəsizlik  Nazirliyində  bulunduğundan  hədsiz 
sevinirdi.  Prezident  müstəqilliyimizin  təhlükəsizliyinin  keĢiyində  ayıq-sayıq  durmalı  olan  bu 
insanlara öz vəzifələrinin müqəddəsliyini bir daha qabartmaqçün dedi: "Mən Azərbaycan Milli 
Təhlükəsizlik  Nazirliyinin  serjantı  olmağımla  da  fəxr  edərdim".  Nazirin  ozamankı  I  müavini 
Sülhəddin  Əkbər  prezidentin  xüsusən  həmin  sözlərindən  heyətin  çox  duyğulandığını  bizə 
söylədi. 
Sülhəddin  bəy  prezident  Elçibəyin  Milli  Təhlükəsizlik  Nazirliyinin  fəaliyyətinə  xüsusi  diqqətlə 
yanaĢdığını,  nazirliyin  heç  vaxt  maliyyə  çatıĢmazlığıyla  üzləĢmədiyini,  nazirlik  rəhbərliyinə 
əslində  fəaliyyət  sərbəsliyi  verildiyini  dilə  gətirdi.  Bütün  bu  amillərin  nəticəsidir  ki,  Milli 
Təhlükəsizlik  Nazirliyi  sistemində  təkcə  nazirin  I  müavini  Sülhəddin  Əkbərin  xəttiylə  bir  ildə 
aĢağıdakı iĢlər görüldü: 
 
MTN-in əsasnaməsi hazırlandı və prezidentə təqdim edildi
 
MTN orqanları haqqında 2 variantda qanun layihəsi Milli Məclislə birgə hazırlandı (ancaq qəbul 
edilmədi); 
 
MTN-in  baĢlıca  fəaliyyət istiqamətləri müəyyənləĢdirildi;  buna  uyğun  olaraq  MTN-in  bütünlüklə 
yeni qurumu, Ģtat cədvəli hazırlandı və prezident onu təsdiqlədi; 
 
sərhəd qoĢunlarımız yaradıldı; 
 
MTN-in Xüsusi Təyinatlı Dəstəsi yaradıldı; 
 
təhlükəsizlik orqanlarında milli kadr siyasəti və islahatı aparıldı, 400-ə yaxın yeni iĢçi götürüldü; 
 
MTN-in Hərbi Əks-kəĢfiyyat Ġdarəsi yaradıldı; 
 
təhlükəsizlik orqanlarının maddi-texniki bazası gücləndirildi və b. 
15 dekabrda təsadüfi saymadığım bir hadisə də baĢ verdi - naməlum Ģəxslər əliyevçi kimi ad 
çıxarmıĢ  professor  Murtuz  Ələsgərovu  döyərək  yaraladılar.  Hansı  siyasi  əqidəyə  qulluq 
etməsindən  asılı  olmayaraq  yaĢlı  bir  adamın,  özü  də  professorun  döyülməsi  Əbülfəz  bəyi 
ürəkdən  incitdi.  Oqtay  Qasımovdan  öyrənliyimə  görə,  prezidentin  özü  Ģəxsən  Murtuz 
Ələsgərova zəng edərək onun səhhətiylə maraqlanmıĢdı. 
Sözsüz  ki,  həm  AMĠP  qərargahında  baĢ  verənlər,  həm  də  professorla  bağlı  olay  iqtidarın 
demokratik imicinə yağıcasına atılmıĢ çirkablardı. 
Söz  demokratiyadan  düĢmüĢkən,  Bəy  18  dekabr  tarixli  sərəncamıyla  Təzəpir  məscidi 
kompleksindəki dini tədris binasının tamamlanmasından ötrü Prezident fondundan 10 milyon 
rubl  vəsait  ayırdı.  Bu,  o  gündü  ki,  AMĠP  televiziya  Ģirkəti  qarĢısında  piket  keçirərək  birbaĢa 
efir tələb edirdi. (ġirkət bildirdi ki, AMĠP liderinə son vaxtlar dəfələrlə birbaĢa efir verilib). 

Dövlətin  diplomatik  uğurları  prezidentə  ağır  otururdu.  10  dekabrda  o,  Kiyevdəykən  səhər 
tezdən  Ermənistanın  silahlı  qüvvələri  Zəngilan  və  Qubadlı  rayonlarında  Azərbaycan 
sərhədlərini kobudcasına pozaraq hücuma keçdilər. Prezidentin mətbuat xidmətinin bununla 
bağlı  bəyanatında  deyilirdi:  "...Nə  qədər  ki  dünya  birliyi  Ermənistanı  təcavüzkar  ölkə  kimi 
tanımamıĢdır, HƏR ĠKĠ XALQIN FACĠƏSĠ DAVAM EDƏCƏKDĠR". 
Arxasında  Rusiyanın  dayandığına  Ģübhə  olmayan  bu  hücumla  bağlı  Azərbaycan  XĠN  də 
bəyanat verdi və xarici səfirliklərə, BMT-yə ötürdü. 
Bu vaxt Rusiyada artıq yeni hökumət formalaĢdı və Yeqor Qaydarı əvəzləyən yeni baĢ nazir 
Viktor Çernomırdinin sədrliyiylə 15 dekabrda RF hökumətinin ilk iclası keçirildi. 
Bunun  ertəsi  günü  -  16  dekabrda  müdafiə  naziri  R.Qazıyev  Naxçıvana  uçdu  və  muxtar 
respublika Ali Məclisinin sədri H.Əliyevlə ən müxtəlif mövzularda söhbət apardı. Bu vaxt Bəy 
Prezident  Aparatında ziyalıların  nümayəndələrinin  müĢavirəsini keçirirdi.  Cəbhədə və arxada 
intizamın zəifliyi, bütövlükdə cəmiyyətin müharibə dövrünün tələblərinə ləng uyğunlaĢdırıldığı 
qeyd olunan bu yığıncaqda Bəy yekun sözü söyləyərək bildirdi ki, ziyalılarımız dövrün böyük 
tarixi hadisələrindən kənarda qalmamalıdır, çünki indi ziyalı sözünə ehtiyac daha böyükdür - 
onlar qələbəni yaxınlaĢdırmağa kömək etməlidirlər. 
Ölkənin bu vaxt ziyalı sözünə, həqiqətən, böyük ehtiyacı vardı. Ancaq həm iqtidarın ziyalılarla 
iĢi  düzgün  qura  bilməməsi,  həm  də  gözlərini  ölkənin  günbatanına  dikmiĢ  ziyalıların  iqtidara 
laqeydliyi son nəticədə onların ikisinin də çökməsinə təsir göstərdi.  
Dekabrın  17-sində  Bəy  Qubadlı  və  Cəbrayıl  rayonlarında  fövqəladə  vəziyyət  tətbiq  etmək 
haqqında  iki  fərman  verməli  oldu,  çünki  bir  yandan  ermənilər  buranı  iĢğal  etmək,  baĢqa 
yandansa müəyyən qüvvələr onlara bu iĢdə yardımçı olmaqla Bakıdakı hakimiyyəti devirmək 
istəyirdilər. 
PULSUZ QIZIL BALIQ VƏ QARA KÜRÜ 
Çox təəssüf ki, hakimiyyətin gördüyü iĢlərin nəinki təbliğ edilməməsi, əksinə, ona qarĢı əks-
təbliğatın getdikcə güclənməsi dönməz prosesə çevrilirdi. Məsələn, 18 dekabrda prezidentin 
yanında qaçqınların, məcburi köçkünlərin təxirəsalınmaz problemlərinə həsr edilən müĢavirə 
keçirildi,  bu  sahədəki  yarıtmaz  iĢi  prezident  sərt  və  kəskin  tənqid  etdi.  Maraqlıdır  ki,  hətta 
rəsmi  dövlət  qəzeti  də  bu  haqda  susdu,  ancaq  günbatanpərəst  "Vətən  səsi"  qəzeti 
Azərbaycan  Qaçqınlar  Cəmiyyəti  Ġdarə  Heyətinin  bu  yığıncağı  tənqid  edən  geniĢ  bəyanatını 
dərc etdi... 
Prezident əhalinin sosial müdafiəsinə fasiləsiz qayğı göstərirdi. Onun 29 sentyabrda imzaladığı 
"Əməyin  mühafizəsi  haqqında"  qanun  16  dekabrda  qüvvəyə  mindi,  18  dekabrdasa  dövlət 
baĢçısı  birdən-birə  üç  fərman  qolladı:  "Qaçqınlar  yerləĢdirilmiĢ  sanatoriyalarda, 
profilaktoriyalarda, istirahət evlərində yemək xərci norması haqqında"; "Aspirantların, ali, orta 
ixtisas  və  texniki  peĢə  təhsili  məktəbləri  tələbələrinin  sosial  müdafi-əsi  sahəsində  əlavə 
tədbirlər  haqqında";  "BAKI  ĠSLAM  ĠNSTĠTUTU  TƏLƏBƏLƏRĠNĠN  sosial  müdafiəsinin 
gücləndirilməsi haqqında". 
Ġslam Ġnstitutu tələbələrinə ölkədə ən yüksək təqaüd ayrılmıĢdı. (Elçibəy hakimiyyəti devrilən 
kimi onların təqaüdü də kəsildi). Yeri gəlmiĢkən, qaçqınlarımıza 21 dekabrda BMT ilk yardım 
göndərdi. 
Ümumiyyətlə,  prezident  əhalinin  dərdlərini  dinləməyi,  onlara  əlac  etməyi  dövlət 

qurumlarından qəti tələb edirdi. Buna görə də istənilən Ģəxsin öz Ģikayətiylə ən yüksək dövlət 
instansiyalarınadək çıxmaq imkanı vardı.  
O  zaman  idarə  qapılarında  nəinki  indiki  kimi  əliavtomatlı  və  zəhmi  adamı  basan  polislər 
dayanmır,  Ģikayətə  gələnlər  idarənin  həndəvərinə  belə  yaxın  buraxılmırdı,  əksinə, 
vətəndaĢların  böyük  əksəriyyəti  çalıĢırdı  ki,  hətta  əhəmiyyətsiz  iĢlə  də bağlı məhz  Prezident 
Aparatına, mümkün olsa prezidentin Ģəxsən özünə müraciət etsin.  
Maraqlı  fakt  -  Prezident  Aparatının  qəbul  otağında  TƏKCƏ  NOYABR  AYINDA  776  nəfər  (!) 
qəbul  olunmuĢdu;  həm  də  onların  çoxunu  yüksək  vəzifəli  dövlət  adamları  dinləmiĢdi. 
Dəfələrlə belə hal baĢ vermiĢdi ki, prezident həyətdə bərkdən "Elçibəy", "Elçibəy" deyə onu 
haraylayan sıravi vətəndaĢları yanına çağıraraq onların dərdinə əlac etmiĢdi.  
Ġnsanlara  eyni  qayğıkeĢ  münasibət  ölkənin  rayonlarında  da  özünü  göstərirdi.  Prezidentdən 
nümunə  götürən  rayon  icra  hakimiyyəti  baĢçıları  onlara  müraciət  edən  bütün  vətəndaĢları 
dinləyərək  onlara  kömək  edir,  xüsusən  Ģəhid  ailələrinə,  qaçqın  və  köçkünlərə  son  dərəcə 
həssaslıqla yanaĢırdılar.  
Ümumiyyətlə,  bir  çox  rayonların  icra  hakimləri  öz  bacarıqları,  iĢi  qura  bilmələri,  əhali 
içərisində  nüfuz  qazana  bilmələri  sayəsində  əhalinin  yeni  iqtidara  inanmasına,  ona 
məhəbbətlə yanaĢmasına nail olur və tətbiq etdikləri ən müxtəlif yeniliklərlə Elçibəy iqtidarının 
yeni  dövlət  quruculuğuna  ən  yaxından  kömək  göstərirdilər,  özü  də  belələri  çoxdu.  Mən 
onların  içərisində  Ģəxsən  özümün  də  yaxĢı  tanıdığım  Ayvazalı  Orucov  (Ağstafa  rayon  icra 
hakimiyyətinin  baĢçısı),  Bəybala  Əbilov  (Qaradağ),  Vahid  Orucov  (AbĢeron),  Elxan  Nuruyev 
(Qubadlı),  Ehtiram  Əliyev  (Binəqədi),  Ədalət  Yusubov  (Salyan),  Əli  Quluyev  (Nəsimi), 
Zəlimxan  Məmmədov  (Xətayi),  Yusif  Sevdimalıyev  (Sumqayıt),  MaĢallah  Abdullayev 
(Goranboy),  Müqəddəs  Mehdiyev  (Xaçmaz),  Nadir  Ġsmayılov  (Ağdam),  Osman  Qunduzov 
(Balakən), Rasət  Ağayev  (Beyləqan), Rasim  ġərifov  (Ġsmayıllı),  Saleh  Rüstəmov  (Gədəbəy), 
Həsən Kərimov (Səbail), ġamil Quluyev (Nərimanov) və bir çox baĢqa icra hakimlərinin adını 
çəkə bilərəm. Onlar ictimai Ģüurda sovet dövründə dərin kök atmıĢ "raykom" xofunu aradan 
götürərək  bu  hakimiyyətin  məhz  xalqa  xidmət  etdiyinə  və  rayon  baĢçısının  da  xalq 
xidmətçisindən  baĢqa  bir  Ģey  olmadığına  əhalini  inandırmaq;  rüĢvəti  aradan  götürərək 
rayonda  mənəvi-psixoloji  durumu  sağlamlaĢdırmaq;  sosial  gərginliyi  sovuĢdurmaqla  bütün 
soydaĢları müstəqil dövlət quruculuğuna həvəsləndirmək; qanun qarĢısında hamının bərabər 
olduğuna  insanları  inandırmaq;  demokratik  quruluĢun  inzibati-amirlik  idarəetməsindən  nə 
qədər üstün  olduğunu  konkret  örnəklərlə  əhaliyə  əyani Ģəkildə göstərmək;  rayonda  iqtisadi 
tənəzzülün qarĢısını alaraq yüksəliĢə və əhalinin maddi vəziyyətinin daim yaxĢılaĢmasına nail 
olmaq;  rayonu  abadlaĢdırmaq,  mədəniyyət,  təhsil  və  səhiyyəni  inkiĢaf  etdirmək;  döyüĢ 
bölgələrimizə  müntəzəm  yardım  göstərmək;  ali  icraedici  və  qanunverici  hakimiyyətlərin 
qərarlarının  yerinə  yetirilməsini təmin  etmək...  sahəsində vur-tut  bir  ildə,  doğrudan  da,  çox 
mühüm iĢlər görmüĢdülər.  
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin