ARTIRMA
"-Camaat inana bilmirdi ki, dünən gördüyü bir fəhlə, yaxud adi kasıb balası birdən-birə
hansısa çox məsul vəzifəyə gəlsin, çünki öyrənmiĢdilər ki, milyonerlərin, prokurorların,
raykomların, bir sözlə, pulluların uĢaqları vəzifədə otura bilər. Camaat buna alıĢa bilmirdi...
-Bəli, mən Sizinlə tamamilə razıyam. Təsəvvür edin ki, heç kəs inanmırdı ki, adamı iĢə
rüĢvətsiz qoysunlar. Çoxlu adamlar, məsələn, baĢ nazirdən, nazirdən, yaxud onu vəzifəyə
qoymuĢ hər hansı baĢqa Ģəxsdən soruĢurdu ki, bəs bu vəzifənin haqqı nə qədərdir? Biləndə ki
iĢ rüĢvətsiz düzələcək, deyirdilər ki, haqqını götürməsəniz iĢim baĢ tutmayacaq - yəqin məni
bir-iki aylığa götürürsünüz, sonra çıxaracaqsınız. Biz çalıĢırdıq ki, beyinlərdən bu psixologiyanı
götürək; bundan ötrüsə həyatda inandırıcı nümunələr göstərmək lazımdı. Biz hamıdan öncə
icra baĢçılarını rüĢvətsiz qoyduq, ancaq bunun həqiqətən belə olduğunu onlar ha desəydi də
xalq inanmırdı. Sonra icra baĢçılarından da vəzifəyə qoyduqlarından rüĢvət almamağı tələb
etdik. Minlərcə adamın özü vəzifəyə qoyulandan sonra inandı ki, yox, balam, bunlar doğrudan
da almırlar. Bu inam kütlənin arasında yayılmağa baĢladı. Görürdülər ki, direktor qoyulub -
pul verməyib, müdir qoyulub - ondan rüĢvət almayıblar. Bax, Sovet dövründən qalmıĢ bu
sosial psixologiyanı məhv etmək hakimiyyətimizin baĢlıca məqsədlərindən birinə çevrilmiĢdi
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.53-54).
Mənə elə gəlir ki, təkcə bir neçə rayonda görülmüĢ iĢlərə ötəricə baxmaqla baĢqa
rayonlarımızda da hansı iĢlərin ortaya qoyulduğunu göz önünə gətirmək və Elçibəyin
dediklərinin nə qədər doğru olduğuna inanmaq mümkündür.
Zəlimxan Məmmədovun icra baĢçısı olduğu Xətayi rayonunda həftənin bir günü "açıq qapı"
sistemiylə, bir gün də müəssisələrdə səyyar Ģəkildə kütləvi qəbullar keçirilir, vətəndaĢların
Ģikayətləri yerindəcə və süründürməçiliyə yol verilmədən, aĢkarlıq Ģəraitində HALALLIQLA həll
edilirdi. Rayonda yaradılmıĢ "Demokratiya və hüquqi yardım" qrupu (o, sonradan "Ziyalılar
məclisi"nə çevrildi) əhali arasında demokratik dövlət quruculuğu və vətəndaĢların
hüquqlarının təbliği sahəsində geniĢ iĢ aparırdı. Elçibəy iqtidarını xüsusən çörəkbiĢirmə
müəssisələrində sabotaj edənlərə qarĢı mübarizə etməkçün rayon polis idarəsiylə birgə
yaradılmıĢ xüsusi statuslu "ictimai nəzarət qrupu" sabotajların qarĢısını alırdı. Nəqliyyat
sahəsində süni yaradılmıĢ gərginliyi aradan götürməkçün rayon büdcəsi hesabına
respublikada ilk dəfə olaraq "Xətayi rayon bələdiyyə avtosərniĢinnəqliyyat idarəsi" yaradıldı və
o, qarĢısına qoyulmuĢ məqsədə tam nail oldu.
Ġqtisadiyyatda ciddi dönüĢ edildi: 1993-ün I rübündə 1992-nin II rübünə nisbətən istehsalın
həcmi 6 faiz, xalq istehlakı mallarının istehsalı 21 faiz artdı. H.Z.Tağıyev adına toxuculuq
fabrikində istehsal 100 faiz bərpa edildi, ayrı-ayrı yerlərdə bir çox sexlər, kiçik zavodlar
tikilərək istifadəyə verildi. Vergidənyayınma hallarının minimuma endirilməsiylə rayon
büdcəsinə əvvəlkindən 2 dəfədən artıq vəsait cəlb edildi. Sahibkarları polis, prokurorluq, vergi
və b. orqanların özbaĢınalığından qorumaq məqsədiylə təsərrüfat hesablı "Sahibkarlığa
yardım idarəsi" yaradıldı. 1992-nin dekabrında rayonda TƏSƏRRÜFATLARDA FÖVQƏLADƏ
VƏZĠYYƏT elan edildi. Bunun nəticəsində az vaxt içində (1 ay 15 günə) sıradan çıxmıĢ 16
kilometr uzunluğunda su istilik kəməri tam yeniləĢdirildi, yaĢayıĢ binalarında, məktəb, uĢaq
bağçaları və səhiyyə müəssisələrində su istilik sistemləri yeniləriylə əvəzləndi, mərkəzi küçələr
tam iĢıqlandırıldı (onlarda gecələr iĢıqları yandırmadan maĢın sürmək olurdu). Fövqəladə
rejim nəticəsində 526 iripanelli binadan 505-i (qalanlarının tikintisi yarımçıqdı), 36 məktəbdən
34-ü, 56 uĢaq bağçasından 55-i, 14 səhiyyə müəssisəsindən hamısı istiliklə tam təmin edildi
(halbuki öncəki illərdə bu binaların qızdırılması dayandırılmıĢdı). Mənzillərin
özəlləĢdirilməsində bürokratik süründürməçiliyin qarĢısını almaqçün RĠH vətəndaĢların
ərizəsinə 20 günə baxılmasını tələb edən qərar çıxardı.
Rayonda aparılmıĢ gərgin iĢin yalnız az bir hissəsini təĢkil edən bu sadaladıqlarıma bənzər
fəaliyyətə baĢqa rayonlarda da rast gəlirik. Bütün bunlar Elçibəy hakimiyyətinin xalqa nə
qədər doğma və yaxın olduğunu göstərir.
"Gəldiniz, gördük də" ifadəsini xüsusən indi də
təkrarlayan insanların görmə orqanının sağlamlığına inanmaq mümkünsüzdür...
Osman Qunduzovun rəhbərlik etdiyi Balakəndə hər Ģeydən öncə ən mühüm sosial məsələ -
milli münasibətlər ədalətlə həll edilmiĢ, rayonda son onilliklərdə ilk dəfə olaraq türk
çoxluğunun hakimiyyətdə üstünlüyü bərpa edilmiĢdi. 600-ə yaxın ailəyə təmənnasız torpaq
sahəsinin verilməsi, rayonda aparılan abadlıq iĢləri, əhalinin gündəlik ehtiyaclarına qayğı
göstərilməsi, hər bir sahədə ədalətin gözlənilməsi və b. bu iqtidarı əhaliyə ürəkdən
sevdirmiĢdi. Rayonda elə bir sağlam mühit yaranmıĢdı ki, hətta 10 il qabaq nəyisə oğurlanmıĢ
vətəndaĢ polisə üz tutur və onun tapılacağına inanırdı.
Müqəddəs Mehdiyevin baĢçılığı altında qısa müddətdə Xaçmaz rayonunda hər sahədə ciddi
dönüĢ yaradıldı. Əhalinin yoxsul təbəqəsinə büdcədənkənar fonddan yardım kampaniyası
aparıldı, Ģəhid ailələrinin problemlərinin həlli ĠH-nin gündəlik iĢi elan edildi, qaçqınların
ərzaqla təminatı birdəfəlik yoluna qoyuldu. Müqəddəs bəyin icra baĢçısı olduğu bir il
müddətində Xaçmaz və Xudat Ģəhərlərinin əhalisi içməli sudan ötrü dövlətə pul ödəməkdən
azad edildi, Xaçmaz rayonu tarixində ilk dəfə olaraq balıq və qara kürü satıĢa çıxarıldı (bu
məhsullar əhaliyə bəzi hallarda pulsuz verilirdi), rayonun mərkəzi xəstəxanası qızıl balıqla
pulsuz təmin edildi, müəllimlərin vaxtaĢırı ərzaqla təmin edilməsi nəzarətə götürüldü,
idarələrdə Ģikayətçilərin qəbulundakı bütün əngəllər yığıĢdırıldı (icra hakimi bir gündə 80-100
nəfərin Ģikayətini dinləyirdi). Prezident Elçibəyin 1992-93-üncü illərdə milli azlıqlarla bağlı
siyasətiylə, eləcə də sərhəd və gömrük sisteminin yaradılmasıyla bağlı təĢəbbüslərinin
gerçəkləĢdirilməsi sahəsində də Xaçmaz rayonunda ürəkaçan ciddi iĢlər görüldü.
Ədalət Yusubovun icra baĢçısı təyin edildiyi vaxtdan Salyan rayonunda da hər baxımdan ruh
yüksəliyi və tərəqqi özünü göstərdi. Rəhbərliyin əhaliyə və əməkçiyə qayğısı öz bəhrəsini
göstərdi. Məsələn, 1992-də Salyanda hər hektardan 31,6 sentner taxıl götürüldü (son illərdə
rekord göstərici). Rayonda pambıq sahəsinin hesabına taxıl əkinlərinin geniĢləndirilməsi kimi
faydalı ideya da o vaxtdan həyata keçirilməyə baĢlandı. Sənayedə də ciddi irəliləyiĢlər oldu.
Rayonda 3-4 min adamın iĢləyə biləcəyi 40-50 min tonluq Ģəkər istehsal edən kombinatın
inĢasında mühüm iĢlər görülmüĢdü. Salyanın bir sıra xarici dövlətlərin firmalarıyla birbaĢa
əlaqələri yaradılmıĢdı. Bu əlaqələrin geniĢləndirilməsi rayon əhalisinin rifahını təmin edəcəkdi.
Əhalinin sosial ehtiyaclarının ödənilməsini hakimiyyətin vacib məsələsi sayan Ədalət bəyin
birbaĢa rəhbərliyi və nəzarəti sayəsində Salyanda 1 ildə 30 mənzilli 4, 20 mənzilli 2, 40
mənzilli 1, 16 mənzilli 1 yaĢayıĢ evi sakinlərin istifadəsinə verildi. 5 təsərrüfatda 200 baĢlıq
mal tövləsi, 2 təsərrüfatda 500 tonluq mərkəzi xırman və taxıl anbarı, 25 yerlik kənd
xəstəxanası, məiĢət evi, 120 yerlik əlavə sinif otaqları və b. çoxlu obyektlər tikilib təhvil
verildi.
Ehtiram Əliyevin Binəqədi rayonunda icra baĢçısı iĢlədiyi bir ildə rüĢvətxorluq və korrupsiyanın
qarĢısı əsasən alındı, iqtisadiyyatın özəl bölməsinin yaradılmasında ciddi ilkin addımlar atıldı,
müharibə bölgələrinə dəfələrlə yardım göstərildi, Qarabağ uğrunda döyüĢlərdə Ģəhid və əlil
olmuĢ soydaĢlarımızın baĢlıca sosial problemləri həll edildi, vətəndaĢlarçün yaĢayıĢ sahələrinin
tikintisi 63% artdı, ev növbəsinə duran vətəndaĢlara torpaq sahələri ayrıldı və ev tikməyə
uzunmüddətli kredit verildi, məktəb və uĢaq bağçalarının az qala hamısı təmir edildi,
bataqlığa çevrilmiĢ ərazilərin qurudulmasından ötrü böyük nasos stansiyaları tikildi və b.
Rasət Ağayevin baĢçılıq etdiyi Beyləqan rayonunda əhalinin sosial vəziyyəti xeyli
yaxĢılaĢmıĢdı. Dövlət büdcəsindən maliyyələĢən təĢkilatların əməkdaĢlarının maaĢının
ödənilməsində heç bir problem qalmamıĢdı. Əsgər ailələrinə, orduya həm maddi, həm mənəvi
yardım ciddi diqqət mərkəzindəydi. Beyləqanın atəĢ xəttində qulluq edən bütün hərbçilərimiz
rayon rəhbərliyinin bir an da zəifləməyən qayğısını hiss edirdilər.
Beyləqanda 1992-də iqtisadi göstəricilər 1993-üncü illə müqayisədə xeyli yüksəlmiĢdi. 1992-
də, məsələn, pambıq istehsalı 38 min tona (1993-də - 16 min ton), qoyunların sayı 14.716
baĢa (1993-də - 7.713 baĢ), qara malın sayı 8.800 baĢa (1993-də - hədsiz azalıb), taxıl
tədarükü hər hektardan 38,4 sentnerə (1993-də - 16 sentner), üzüm tədarükü 40.800 tona
(1993-də - 7.000 ton), yun tədarükü 20 tona (1993-də - olmayıb) çatdırıldı. Əhalinin real
gəlirləri də buna uyğun olaraq xeyli artmıĢdı. Rayonda iĢsizlik problemi, demək olar ki, əsasən
həll edilmiĢdi.
Xatırladıram ki, bunlar Elçibəy dövründə Azərbaycan rayonlarında yeni hakimiyyət kadrlarının
gördüyü iĢlərin ən cüzi bir hissəsidir.
23 DEKABR XƏYANƏTĠ
23 dekabr 1992-ci il Azərbaycanın çağdaĢ tarixində ən böyük xəyanətin baĢ verdiyi gündür.
Bu gün yurdsatanlar, elsatanlar Azərbaycanın 10 ildən artıqdır içində qovrulduğu əzablara,
daim irinləyən Qarabağ yarasına birdəfəlik son qoyacaq bir hərbi əməliyyatı pozdular, onun
baĢ tutmasının qarĢısını aldılar. Nədənsə, ümumi sözlərlə çox danıĢılsa da bu xəyanətin
incələnməsinə heç bir ədəbiyyatda rast gəlməmiĢəm (bəlkə də elə məlumatlar var, ancaq
mənə bəlli deyil). Ona görə də polkovnik Oqtay Məmmədovun "Elçibəy ilə otuz il" kitabında
qələmə aldığı faktlar Ģəxsən mənimçün çox maraqlıdır. Əsərin Türkiyədə çıxdığını və
Azərbaycan oxucusunun onunla tanıĢ olmasının hədsiz çətinliyini göz önünə alaraq adı çəkilən
əsərdə 23 dekabr xəyanətiylə bağlı hissəni (64-67-ci səhifələr) aĢağıda bütövlüklə verirəm.
O.Məmmədov yazır ki, həmin gün Azərbaycan tarixinə qara bir ləkə kimi düĢdü və mən qəti
Ģəkildə inanıram ki, nə vaxtsa 23 dekabr təqvimə də qara gün kimi, xainlərin lənətlənən günü
kimi yazılacaq. Əgər xainlər və xəyanətkarlar olmasaydı həmin gün Azərbaycan tarixinə
Ģərəfli bir gün kimi düĢə bilərdi - Xankəndinin ermənilərdən azad olunma günü kimi…
23 dekabr 1992-ci il axĢam saat 21.00-da Xankəndini (Stepanakerti) ermənilərdən azad
etmək üçün Azərbaycan ordusu xüsusi döyüĢ əməliyyatlarına baĢlamalı idi.
Əməliyyat planına görə, Azərbaycan ordusu iki istiqamətdə Xankəndinə hücum edib saat 23-
də əməliyyatı baĢa çatdırıb Ģəhəri erməni qüvvələrindən azad etməli idi.
Əməliyyatda Sırxavənd kəndi istiqamətində (Xankəndinə 11 km qalmıĢdı) Nəcməddin Sadıqov
və Sərdar Həmidov, Vəng kəndi istiqamətində isə Surət Hüseynov rəhbərlik etməli idi. Rəhim
Qazıyev isə bütün imkanları ilə Surət Hüseynovu dəstəkləyirdi.
Saat 21.00-da həyətə çıxan prezident düz saat 23.00-a qədər çox narahat vəziyyətdə
həyətdə var-gəl edir, bir yerdə dayana bilmirdi.
Nəcməddin Sadıqovla telefon danıĢığında onun dediyi "saat 23-də Sizə Xankəndindən telefon
edəcəyəm" sözünə Elçibəy "onda mən də Sizə "cənab general" deyə müraciət edəcəyəm"
sözləriylə cavab vermiĢdi.
Həmin vaxt Xankəndindən çox sevindirici kəĢfiyyat məlumatları gəlirdi. Məlumatlara görə,
bütün Dağlıq Qarabağda təxminən iyirmi-otuz min erməni qalmıĢdı və imkanı olanlar bütün
vasitələrdən istifadə edərək Dağlıq Qarabağdan çıxırdılar. Hətta Kəlbəcərdə xüsusi bələdçilər
əmələ gəlmiĢdi ki, onlar ermənilərdən pul alıb bələdçilik edərək Ermənistana keçirirdilər.
KəĢfiyyat məlumatlarına görə, ermənilər panika içində idilər və yüngül bir hücum Xankəndinin
ermənilərdən azad olunması ilə nəticələnəcəkdi.
Saat 23 tamam oldu, lakin döyüĢ bölgəsindən heç bir məlumat yox idi. Prezient CavanĢirə
(CavanĢir Vəliyevə - Ə.T.) dedi ki, get Nəcməddinlə əlaqə saxla, görək nə oldu. Bir neçə
dəqiqə sonra dönüb məruzə etdi ki, əməliyyat baĢ tutmayıb.
Əməliyyatın baĢ tutmamasında hər iki tərəf bir-birini günahlandırırdı.
Bu hadisədən bir qədər keçəndən sonra - yanvarın 1-də Surət Hüseynov xəyanətlə dolu bir
əmr imzalayır. Həmin əmrə görə, Azərbaycan Silahlı Qüvvələri Xankəndinin arxasında olan,
ağır döyüĢlər bahasına ermənilərdən azad edilmiĢ doqquz kəndi boĢaldıb geri çəkildi və
erməni qüvvələri bir güllə belə atmadan gəlib həmin kəndlərdə mövqe tutaraq Xankəndinin
arxasını möhkəmləndirdilər.
23 dekabr əməliyyatının pozulması hadisəsi məni həmiĢə narahat edirdi və 1994-cü ildə mən
ayrı-ayrı vaxtlarda hər iki mövqedə batalyon komandiri olmuĢ zabitlərlə görüĢdüm. Ən
qəribəsi bu olu ki, onlar bir-birindən xəbərsiz bu məsələni təxminən eyni cür izah etdilər. Mən
özüm də, demək olar ki, eynilə onların dediyi kimi fikirləĢirdim.
Onların dediklərindən bu nəticəni çıxarmaq olardı ki, bu əməliyyatın baĢ tutmamasını hər iki
tərəf istəməyib. Bunun səbəbini də onlar belə izah etdilər:
Birincisi, Xankəndinin erməni qüvvələrindən azad edilməsini Rusiya istəmirdi.
Ġkincisi, bu Ģəxslər belə hesab edirdilər ki, Qarabağın məsələsi artıq həll olunub və bunu
istədikləri vaxt edə bilərlər. Belə olan halda niyə Xankəndinin azad olunması Elçibəyin adı ilə
bağlansın? Onlar belə hesab edirdilər ki, Elçibəyin məsələsini həll etdikdən sonra Xankəndinin
məsələsini çox asanlıqla həll edə biləcək və millətin gözündə həqiqi qəhrəman kimi görünə
biləcəklər.
Bu cür xainlərin təsiri altında sonradan Rəhim Qazıyev, Surət Hüseynov və onlara yardım
edən Əvəz ġükürov, Saday Nəzərov və baĢqaları Kəlbəcər rayonunu da erməni-rus
birləĢmələrinə təslim etdilər.
ĠSLAHATLAR ÜZRƏ PREZĠDENT PROQRAMININ YENĠ VARĠANTI DA HAZIRLANDI
Dekabrın ikinci yarısında ölkədə iqtisadiyyatın dirçəldilməsiylə bağlı bir sıra mühüm iĢlər
görüldü.
Gəlirin 70-80 faizinin müəssisənin əlindən alınması istehsalda ləngimə yaradırdı, çünki maddi
maraq ölürdü. Bunun qarĢısını almaqdan ötrü təxirə salmadan vergi sisteminin kompleks
yumĢaldılmasının qanunvericilik əsasları yaradılmalıydı. Ancaq, çox təəssüf ki, müstəqil
dövlətin nəinki vergi qanunları, hətta bu qanunları gerçəkləĢdirə biləcək dövlət qurumları və
kadrları da yoxdu. Bunların hamısının yetiĢdirilməsisə üç-beĢ günün iĢi deyildi. Ancaq yeni
hökumət bütün vasitələrlə bu sahədə də irəliləyiĢə can atırdı. Prezidentin 1 dekabrda
imzaladığı (1 yanvar 1993-dən qüvvəyə minən) "Büdcə sistemi haqqında" qanun ölkənin
maliyyə sisteminin nizamlanmasında mühüm mərhələ oldu.
Bu vaxt artıq dünyanın 90 ölkəsiylə əməkdaĢlıq edən Azərbaycanın Beynəlxalq Bankda 103
milyon dollar pulu vardı. Xarici iqtisadi əlaqələrimizdə birinci yeri Ġran, ikinci yeri Ġngiltərə,
üçüncü yerisə Türkiyə tuturdu. Ölkədə 340 müĢtərək müəssisə vardı və xarici ölkələrin 9
Ģirkətinin filialı qeydə alınmıĢdı.
Respublika ərazisindəki xəlvəti iqtisadiyyat iĢbazları və mafioz qurumlar əslində özlərinin
idxal-ixrac sahəsindəki BÜTÜN FƏALĠYYƏTĠNĠ DAYANDIRMIġDILAR. Bu, əmtəələrin
lisenziyalaĢdırılması və bağlanan müqavilələrin hamısının ən ciddi yoxlanılması sayəsində
mümkün olmuĢdu. Güclü dövlət qurmaq istəyən Azərbaycan prezidenti Əbülfəz Elçibəy
sahibkarlarımızla söhbətdə HALALLIQ prinsipindən söz açarkən elə bunları nəzərdə tuturdu.
Sözsüz ki, HALALLIQ dövləti və Ģəxsən prezidenti nə qədər təmin etsə də 70 il boyunca
HARAMA öyrəĢmiĢ, indisə divara söykədilmiĢ kommunist mafiozlar bunun qisasını almağa
hazırlaĢırdılar. Onların həlledici qismi Nazirlər Kabinetində əyləĢirdi. Məhz bunu göz önündə
tutan Tofiq Seyidovun sədrlik etdiyi AXC Ġcraiyyə Komitəsi bəyanat verdi. 19 dekabrda
mətbuatda dərc edilmiĢ, Nazirlər Kabinetini artıq struktur sayan həmin sənəddə deyilirdi:
"Prezident Aparatı ilə Nazirlər Kabinetinin paralellik təĢkil etməsi çoxsaylı bürokratik
süründürməçilik hasarı yaradır ki, bu da xalqın haqlı narazılığına səbəb olur. YERLƏRDƏ
KÖHNƏ ĠDARƏETMƏ VƏ TƏSƏRRÜFAT STRUKTURLARI DAĞILMIġ, YENĠ STRUKTURLAR ĠSƏ
YARADILMAMIġDIR. [...] Son vaxtlar respublikada sosial gərginliyin artması bir daha sübut
edir ki, Nazirlər Kabineti nəinki öz iĢini yeni tələblərə uyğunlaĢdırmamıĢ, hətta gözlənilən
islahatların həyata keçirilməsində ƏSAS MANEƏYƏ çevrilmiĢdir".
Bəyanatda Azərbaycan prezidentinin totalitar rejimdən miras qalmıĢ bürokratik idarəçilik
aparatının maneələrini dəf edəcəyinə inam ifadə edilirdi.
ARTIRMA
"
-…Yeri gəlmiĢkən, mühüm bir qanun da hazırlayırdıq - məmurlar haqqında qanun. Türkiyədə
və baĢqa ölkələrdə sədr də məmur sayılır. Siyasi hakimiyyət dəyiĢir, sədr dəyiĢilmir. Siyasi
hakimiyyət dəyiĢir, direktor dəyiĢilmir, çünki onu zavod seçib. Yaxud, deyək ki, məktəb müdiri
dəyiĢdirilə bilməz, onun siyasi hakimiyyətə dəxli yoxdur. Bu məmurlar hər 4 ildən bir
müsabiqə yoluyla seçilir. Məsələn, bir məktəbin direktorluğuna 10 nəfər ərizə verir,
müsabiqədən keçən direktor olur. Daha onun siyasi hakimiyyətə dəxli yoxdur. O müəllimin,
məktəb direktorunun siyasi xadimlərin mənafeyinə qulluq göstərməyə marağı olmur. Burada
nə cür maraq ola bilər - sədr də, məmur da fikirləĢir ki, siyasi hakimiyyət dəyiĢir - dəyiĢsin,
mənə dəxli yoxdur. Mən müsabiqəylə gəlmiĢəm. O, özüyçün çalıĢır ki, yaxĢı müəllim olum,
yaxĢı direktor olum, yaxĢı alim, yaxĢı akademik olum, yaxĢı idarə edim ki, müsabiqədə 4 ildən
sonra uduzmayım, yenə mən keçim.
-Bu qanunun nə vaxt qəbul ediləcəyi gözlənilirdi?
-1993-ün sonunda qərar qəbul olunacaqdı, 1994-də bunun həyata keçirilmə mexanizmi
gerçəkləĢdiriləcəkdi
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.37-38).
Elçibəy iqtidarı Naxçıvanda da əhalinin sosial durumunu yaxĢılaĢdırmaq, bu bölgəni
blokadadan çıxarmaqçün ən müxtəlif tədbirlərə əl atırdı. Ġranla aparılmıĢ danıĢıqların uğurla
nəticələnməsi də blokadaya son qoyan amil oldu. Artıq dekabrın ortalarından baĢlayaraq
Bakıdan qatarlar Füzulinin Horadiz stansiyasınadək gedir, oradan maĢın, avtobus karvanları
Ġrandan keçərək Naxçıvana hərəkət edirdi. Bu, Naxçıvanda vəziyyətin xeyli yaxĢılaĢmasına
səbəb oldu.
Ancaq burasını da gözdən qaçırmayaq ki, Naxçıvanda iqtisadi durumun pisləĢməsi yalnız
blokadayla izah oluna bilməz - Naxçıvanın yerli hakimiyyəti vəziyyəti yaxĢılaĢdırmaqda nəinki
bacarıqsızdı, həm də bu yöndə görülən bir çox tədbirlərə əngəl törədirdi. Məsələn, ABġ-ın
hələ sentyabr ayından Sədərək əhalisinə göndərdiyi humanitar yardım dekabrda da qəsəbə
əhalisinə çatdırılmamıĢdı. Bakıdan Naxçıvana göndərilən yardımlardan da H.Əliyev öz xeyrinə
təbliğat Ģouları düzəltməkdə yararlanmağa çalıĢırdı.
Pənah Hüseynov bir müsahibəsində Elçibəy iqtidarını nəzərdə tutaraq deyir:
"Biz Naxçıvanın
inkiĢafı üçün geniĢ plan hazırlamıĢdıq. Yeri gəlmiĢkən, Azərbaycanın mərkəzi hökuməti
tərəfindən Naxçıvana edilmiĢ 10 milyonlarla deyil, 100 MĠLYONLARLA DOLLARLIQ
KÖMƏKLĠKLƏR BARƏDƏ, NƏDƏNSƏ, SUSULUR. O vaxt belə qələmə verilirdi ki, GUYA BU,
NAXÇIVANIN YERLĠ HAKĠMĠYYƏTĠ TƏRƏFĠNDƏN HƏYATA KEÇĠRĠLƏN TƏDBĠRLƏR OLUB.
Hətta Naxçıvanın mərkəzi hökumət tərəfindən guya blokadaya alınması barədə Ģayiə
yaymıĢdılar"
("Yeni Müsavat", 16.04.1999).
Dekabrın sonuna yaxın ölkədə neft hasilatı da sabitləĢdi. Bu, ilk növbədə Azərbaycan Dövlət
Neft ġirkətinin prezidenti Sabit Bağırovun əməyinin nəticəsiydi. O, vur-tut üç ay yarıma iĢdə
dönüĢ yaratmağı bacarmıĢdı. Sabit bəy, məncə, buna ilk növbədə neftçilərin sosial
problemlərinin həlli sayəsində nail olmuĢdu. Belə ki, Azərbaycan Neft və Qaz Sənayesi ĠĢçiləri
Azad Həmkarlar Ġttifaqının sədri Mirmöhsün Mahmudovun mənə söylədiklərinə görə, ġirkət
bu sahədə mühüm iĢlər görmüĢdü.
Mirmöhsün bəy 1992-ni xatırlayaraq bildirdi ki, Sabit Bağırov ġirkətə baĢçılıq edəndən sonra
qısa vaxt ərzində kartotekadakı bütün borclar ləğv edildi və əlavə milyardlarca manat gəlir
əldə edildi. Bundan sonra prezident Əbülfəz Elçibəylə görüĢdüyümüz zaman neçə illər qabaq
mənə dediyi bu sözlərini xatırlatdım ki, Kreml hakimiyyətinin Azərbaycan neftçisini iĢlədərək
qazandığı 5 manatdan ona 5 qəpik verdiyindən Ģikayətlənirdiniz, ancaq indi müstəqil dövlət
olan Azərbaycanda da neftçi yenə qəpik-quruĢ alır. Əbülfəz bəy tapĢırdı ki, gedin,
neftçilərimizin əməkhaqqını nə qədər mümkündürsə artırın. Məhz bu göstəriĢ və neftdən
gələn gəlirin HALAL xərclənməsi sayəsində neft-qaz sənayesi iĢçilərinin əməkhaqqı
Azərbaycan tarixində heç vaxt görünməyən səviyyədə artırıldı. TutuĢdurmaqçün deyim ki,
Əbülfəz Elçibəyin prezident kimi maaĢı 50 min rubldu, ancaq neftçilərin orta əməkhaqqı 40-
50 min rubl arasındaydı, ġirkətin prezidenti və mən 62 min manat alırdıq, dəniz neftçilərinin
gəlirisə bizimkindən də yüksəkdi, çünki onlarçün çoxlu güzəĢt əmsalları da nəzərdə
tutulmuĢdu. Biz Sabit bəyin prezident olduğu 1 ildən az müddətdə neft-qaz sənayesi
iĢçilərindən ötrü 1.268 mənzil tikdirərək onlara pulsuz təhvil verdik. Bütün bunlara görə
neftçilər fədakarlıqla iĢləyirdilər və iqtidara dərin rəğbət bəsləyirdilər (bu rəğbət indiyədək
dəyiĢməz qalır).
Yeri gəlmiĢkən, Bəydən onun iqtidarında çalıĢmıĢ yüzlərcə ən təmiz dövlət qulluqçusundan
biri olmuĢ Sabit Bağırov haqqında eĢitmiĢəm ki, əcnəbi neft Ģirkətlərinin rəhbərləri Sabit
Bağırovun nə qədər təmiz iĢçi olmasından mənə heyranlıqla danıĢırdılar. Bir dəfə Sabit bəy
rəngi qaçmıĢ halda yanıma gələrək bildirdi ki, bir Ģirkətin baĢçısıyla görüĢümüzdən sonra bu
saatı stolumun üstünə qoyub getdi. Sabit bəy saatı mənə göstərərək soruĢdu ki, indi bunu
neyləyim? Gülərək dedim ki, saatsızın birinə bağıĢla…
Ümumdünya Bankı Azərbaycana yardım proqramının həyata keçirilməsinə baĢladı. Bank
qarĢıdakı üç ildə hər il Azərbaycana 100-150 milyon ABġ dolları kredit verməyi
planlaĢdırmıĢdı. Bu yardımlar ölkəmizdə bazar iqtisadiyyatının yaradılması məqsədiylə
verilməliydi, iqtidar da məhz bu yolda çarpıĢırdı.
Dostları ilə paylaş: |