Pənahov Kəlbəcərin iĢğal olunduğunu, iqtidara qarĢı yürüĢlərə baĢlamanın tam
zamanı olduğunu müjdələmiĢdi. Heydər Əliyev isə Bakıdakı iĢbirlikçilərinə bir az
da səbr etmək təlimatı vermiĢdi” (F.Qəzənfəroğlu, göstərilən kitabı, 212-ci səh.). Ancaq
ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi bütün fitnəkarlıqların qarĢısını almağa imkan
verdi.
Kəlbəcərin iĢğalıyla bağlı prezidentin özü sonralar bildirdi:
«Biz Kəlbəcər rayonunu qorumaq üçün bütün tədbirləri görmüĢdük. Burada 3.000 nəfərədək
əsgəri qüvvə cəmləĢdirilmiĢdi. Ancaq, birincisi, Ermənistandakı rus qoĢunlarının da
ermənilərlə birgə hücuma keçməsi, ikincisi, S.Hüseynovun Əvəz ġükürov kimi adamlarla əlbir
olaraq xəyanət etməsi Kəlbəcərin əldən getməsinə səbəb oldu.
Məhz xəyanət nəticəcində Kəlbəcərdə elə vəziyyət yarandı ki, biz əhalini köçürməyə məcbur
olduq. Bu məqsədlə ora vertolyot göndərdik. Vertolyotumuzu vurdular və səs çıxdı ki, bu,
ermənilərin iĢidir, halbuki onu ġerbakın qüvvələri vurmuĢdu. [Yeri gəlmiĢkən, Kəlbəcərin
getməsində Rəhim Qazıyevin də günahı var. O, Kəlbəcər alınandan sonra demiĢdi ki,
Ġsgəndər Həmidov indi gedib öz torpağını qorusun]»
. ("Mən istiqlalımızı hakimiyyətdən üstün
tutdum!". Əbülfəz Elçibəylə onun mətbuat katibi Ədalət Tahirzadənin söhbəti. -“Azadlıq”
qəzeti, 20 iyun 1998. Qeyd: son cümlə müsahibənin qəzet variantında getməyib).
Qanuni seçilmiĢ hakimiyyəti qorumaq niyyətində olan və dünən sərt tədbirlər görəcəyini
bildirmiĢ prezident 2 apreldə iki qanun və bir fərman imzaladı. “Azərbaycan Respublikasının
Konstitusiyasına (Əsas Qanununa) əlavələr edilməsi haqqında” və «“Fövqəladə vəziyyət
haqqında” Azərbaycan Respublikasının qanununa əlavələr edilməsi haqqında» qanunlar (onlar
imzalandığı andan qüvvəyə minirdi) fövqəladə vəziyyətlə bağlıydı. “Azərbaycan
Respublikasında fövqəladə vəziyyət elan edilməsi haqqında” prezident fərmanısa baĢ verə
biləcək iğtiĢaĢları qabaqlamaq məqsədi daĢıyırdı. Bu fərmanla Azərbaycanda 3 aprel saat 6-
dan 60 günlük FV rejiminə baĢlanıldı. Fərmanın 7-ci maddəsində senzura qoymaq yoluyla
mətbuatın və digər KĠV-nin azadlığının məhdudlaĢdırılması da nəzərdə tutulurdu.
Doğrudur, senzura üstündə Elçibəy iqtidarını sonralar da xeyli qınayıblar. Ancaq iĢ
burasındadır ki, televiziyada və baĢqa KĠV-də ordunun döyüĢkənlik ruhunu öldürməyə,
əhalidə ruh düĢkünlüyü yaratmağa çalıĢan çoxlu materiallar yer alırdı. Məsələn, televiziyada
müxbir əsgərimizə sual verirdi ki, siz ermənilərlə vuruĢarkən bəs insan öldürdüyünüzdən
narahat olmursunuz? Yaxud əsgərlərimizin çətinlikləri xüsusi qabardılırdı. Ona görə də bu
dövrdə senzura yalnız hərbi mövzudakı materiallara tətbiq edilirdi və qərarı bütünlüklə təbii
saymaq gərəkdir.
Milli Məclis həmin gün qapalı iclas keçirdi. Burada Müdafiə Nazirliyinin Kəlbəcərlə bağlı
məlumatı dinlənildi və prezidentin imzaladığı qanunlar və fərman təsdiqləndi.
Müdafiə Nazirliyində keçirilən brifinqdə aviasiyanın tətbiq edilməsi və 60 min əhalidən 20
mininin mühasirə zonasından çıxarılması bildirildi.
Kəlbəcərdən olan ziyalıların təĢəbbüsüylə Rusiyanın Bakıdakı səfirliyi önündə etiraz piketi
keçirildi. Piketçilər bu hərbi müdaxilədə Rusiyanın Ermənistanın arxasında dayandığına etiraz
etməklə yanaĢı, həm də Rusiya və Ermənistan siyasi dairələrinin Azərbaycanı parçalamaq
niyyətiylə KÜRDÜSTAN RESPUBLĠKASI yaratmaq səylərini qətiyyətlə pislədilər.
Türkiyənin bütün qəzetləri 2 apreldə Kəlbəcər hadisələrindən yazırdı. “Elçibəy bütün dünyanı
Ermənistana qarĢı kəskin mövqe tutmağa çağırdı”, “Bakı iki atəĢ arasında” kimi baĢlıqlar
altında verilən yazılarda ölkə rəhbərliyinin təcavüzün nəticələrini aradan qaldırmaqçün
gördüyü tədbirlərdən, eləcə də onun xaricdən ermənilərin, içdən müxalifətin təzyiqləri altına
düĢdüyündən söz açılırdı.
Azərbaycanın xarici iĢlər naziri Tofiq Qasımov 2 apreldə Ankaradakı “Anadolu” agentliyinə
müsahibə verərək dedi: “Ermənilərin sülh danıĢıqlarını poza biləcək yeni hücumlarının
arxasında bölgədə öz nüfuzunu saxlamağa çalıĢan Rusiya durur. Rusiya burada yeritdiyi
siyasətə uyğun olaraq sülh yaranmasını istəmir. Ermənistanda yerləĢən Rusiya hərbi
qulluqçuları hücumlarda iĢtirak edirlər. Onların məqsədi sülh prosesini pozmaqdır. Çünki belə
hesab edirlər ki, bölgənin Rusiyadan asılılığını yalnız bu yolla saxlaya bilərlər”. Ġstanbulda 2
apreldə 10 min nəfər etiraz mitinqi keçirdi, Rusiya səfirliyi qarĢısına qara əklil qoydu.
Azərbaycandakı vəziyyəti öz gözləriylə görmək istəyiylə ölkəmizə gələn Riçard Lemanın
baĢçılığı altındakı bir qrup ABġ konqresmenini qəbul edən (3 aprel) Əbülfəz bəy onları
durumla tanıĢ etdi və Konqresi ədaləti müdafiə etməyə çağırdı.
APRELĠN 3-ündə Kəlbəcər rayonu bütövlüklə ermənilərin əlinə keçdi. Prezidentin mətbuat
xidmətinin məlumatında (“Azərbaycan” qəzeti, 6 aprel) deyilirdi: “Kəlbəcərin düĢmənə təhvil
verilməsinin baĢlıca səbəbi komandanlığın Ģəhəri müdafiə etmək haqqında əmrini
ƏSGƏRLƏRĠN YERĠNƏ YETĠRMƏMƏSĠ və əlavə qüvvələrin gəlməsini gözləmədən DÖYÜġ
MÖVQELƏRĠNĠ TƏRK ETMƏSĠ olmuĢdur”.
Bu məlumatda qeyd olunur ki, Kəlbəcərdə baĢ verən hadisə əsgərlərimizin mənəvi və hərbi
hazırlığının çox aĢağı səviyyədə olduğunu göstərdi. Nizam-intizamın olmaması əmrlərin yerinə
yetirilməməsinə, nəticə etibarilə qoĢun hissələri arasında əlaqələrin pozulmasına və
bütünlükdə rayon müdafiə sisteminin dağılmasına gətirib çıxarmıĢdır.
Yeri gəlmiĢkən, göstərək ki, iĢğal zamanı Laçın-Kəlbəcər istiqamətində 3 mindən artıq əsgər
və zabit cəmləĢmiĢdi ki, bu qüvvəylə həmin əraziləri qorumaq mümkündü. Kəlbəcərin
düĢmənə təslim edilməsinin səbəbkarları içərisində iqtidarı devirməyə çalıĢan R.Qazıyev və
S.Hüseynovun, Laçın-Kəlbəcər istiqamətində yerləĢən hərbi hissələrin komandiri Qənizadənin,
korpus komandiri Nəcməddin Sadıqovun adları daha çox çəkilir. (Əlbəttə, bu iĢdə Rusiya
hərbçilərinin müstəsna “xidmət”i unudula bilməz). MəĢhur “Kəlbəcəri bir alayla da saxlamaq
olardı” fikrinin müəllifi olan müdafiə naziri DadaĢ Rzayevsə iĢğalın səbəbini belə açıqlayır:
“[Kəlbəcərdən] ilk həyəcanlı xəbərlər martın 31-dən baĢlayaraq daxil olurdu. Korpus
komandirinin məruzəsindən sonra mən ora zəruri texnika və canlı qüvvə göndərdim. Bir
qədər əvvəl Surət öz qüvvələrini Tərtərdəki mövqelərdən geri çəkmiĢdi. Bundan istifadə edən
ermənilər də qüvvələri Kəlbəcərə köçürməyə imkan tapdılar” (“Yeni Müsavat”, 02.04.1999).
Ancaq, məncə, Kəlbəcərin düĢmən əlinə keçməsinin ən obyektiv səbəbini peĢəkar hərbçi,
polkovnik Ġsa Sadıqov göstərib: “Kəlbəcərdə məğlubiyyətimizin, daha doğrusu, o zaman
müharibəni qələbəylə bitirə bilməməyimizin ən baĢlıca səbəbisə, söz yox ki, VAHĠD
KOMANDANLIĞIN OLMAMASIYDI. Hərbi bölmələr gah əmri yerinə yetirmirdi, gah bir-birini
dar ayaqda qoyub qaçırdı, ya da ən “yaxĢı” halda əməkdaĢlıqdan imtina edirdi. [...] Kəlbəcər
iĢğal olunanda D.Rzayev müdafiə naziri idi. Əgər Kəlbəcəri bir alayla saxlamaq mümkün idisə
onda bunu niyə eləmədi?.. Mənsə deyirəm ki, o Ģəraitdə Kəlbəcəri qorumaq artıq heç cür
mümkün deyildi” (“Yeni Müsavat”, 22.04.1999).
Prezident 3 apreldə bir çox xarici dövlətlərin baĢçılarıyla, BMT ilə telefon danıĢıqları apardı və
təcavüzün qarĢısının alınmasıyçün tədbirlər görməyə çağırdı. Həmin gün o, fövqəladə
vəziyyət rejimini tətbiq etməkçün Azərbaycanın Ģəhər və rayonlarında hərbi komendantları
təsdiqlədi.
Azərbaycanın Ġrandakı səfiri Nəsib Nəsibzadə Kəlbəcərin iĢğal edilməsiylə bağlı olaraq
Tehrandakı bütün xarici ölkə səfirliklərinə məktub göndərdi.
Azərbaycan Kütləvi Ġnformasiya Vasitələri Həmkarlar Ġttifaqının rəyasət heyəti dünya
jurnalistlərinə müraciət etdi və AzərTAc onu bütün dünya agentliklərinə ötürdü.
ABġ hökuməti son hadisələrlə bağlı Ermənistana iki rəsmi təqdimat göndərdi. Onlarda
Ermənistanın təcavüzü pislənilir, atəĢin dayandırılması tələb edilirdi. ABġ Dövlət
Departamentinin nümayəndəsi öz bəyanatında “etnik erməni qüvvələrinin Kəlbəcər
rayonundakı hücumu”nu pisləmiĢ, ABġ hökuməti “həmin hücumla əlaqədar dərin narahatlığını
Ermənistan hökumətinin ali rəhbərliyinə və Dağlıq Qarabağ erməniləri nümayəndələrinin
nəzərinə çatdırmıĢdır”.
Ġran Ġslam Cümhuriyyəti Kəlbəcərdə baĢ verən hadisələrdən narahat olduğunu bildirdi.
Naxçıvan AM sədri Heydər Əliyev bu ağır günlərdə bütün qüvvələri respublika prezidentinin
ətrafında birləĢməyə və onunla həmrəy olmağa səslədi.
DaĢkənddə rəsmi səfərdə olan Türkiyə prezidenti Turqut Özal təcavüzkarı cilovlamaqçün
Türkiyənin mümkün olan hər Ģeyə əl atacağını bəyan etdi. Turqut Özal təyyarədə
jurnalistlərlə söhbətdə Rusiyanı Ermənistanı müdafiə etməkdə suçlandırdı və “ermənilərin
Azərbaycana hücumlarını dayandırmaq üçün silahdan istifadə olunmasının zəruriliyini”
göstərərək dedi:
“Hərbi müdaxilədən çəkinmək lazım deyil. Biz özümüzü göstərməliyik”
. BaĢ
nazir Süleyman Dəmirəlsə əhali qarĢısında bildirdi ki, Ermənistan ən qısa zamanda təcavüzü
dayandırmasa “bizim səbrimiz tükənəcəkdir”.
Türkiyə Cümhuriyyəti yalnız Kəlbəcərin iĢğalından sonra - 3 apreldə Ermənistana yardımı
dayandırdı.
Azərbaycan Milli Mərkəzinin rəhbəri Məhəmməd Kəngərli, Azərbaycan Kültür Dərnəyinin
baĢçıları Cəmil Ünal və Əhməd Qaraca Ermənistanın təcavüzkarlığına qəti etiraz bildirərək
dünya ictimaiyyətinə müraciət etdilər.
Aprelin baĢlanğıcında Tehranda olan Rusiyanın xarici iĢlər naziri Andrey Kozırev Ġran
prezidenti Əliəkbər HaĢimi-Rəfsəncaniylə görüĢündə Ermənistana Ġran ərazisindən humanitar
yardım yüklərinin daĢınmasında bu ölkənin limanlarından istifadə məsələsini müzakirə etdi.
Ġslam Konfransı TəĢkilatı Ermənistanın təcavüzünü pislədi.
Xatırladım ki, hərbi əməliyyatlardan sonra Dağlıq Qarabağdan və Ermənistanla həmsərhəd
rayonlardan 235 min 385 nəfər qaçmıĢdı ki, onlardan 73 min 244 nəfəri Bakıda, 9 min 963
nəfərisə Naxçıvandaydı. Kəlbəcərin iĢğalından sonra köçkün olanlara prezidentin sərəncamıyla
1 milyard rubl məbləğində yardım göstərilmiĢdi.
Prezidentin mətbuat xidmətinin rəhbəri Arif Əliyev 5 apreldə keçirdiyi mətbuat konfransında
Ermənistanın fəallaĢması səbəblərini bununla izah etdi ki, Ermənistan, birincisi, “Qırmızı
Kürdüstan” məsələsini bir daha qaldırmaq niyyətindədir; ikincisi də, o, yeni torpaqlar iĢğal
etməklə (boĢaldılmıĢ Kəlbəcər və Laçın rayonları ərazicə keçmiĢ DQMV boydadır) Azərbaycanı
“DQR”-i rəsmi tərəf kimi tanımağa məcbur etmək və məhz onunla danıĢıqlar masası
arxasında oturmağa məcbur etmək istəyir.
A.Əliyev məlumat verdi ki, 55 min kəlbəcərli Xanlar rayonuna gətirilib. Vaxtında görülmüĢ
tədbirlər nəticəsində Kəlbəcərdə ĠKĠNCĠ XOCALI FACĠƏSĠNĠN TƏKRARLANMASININ QARġISI
ALINIB.
Azərbaycan prezidenti Əbülfəz Elçibəy həm ölkəmizin BMT-dəki nümayəndəsi, həm Xarici
ĠĢlər Nazirliyi, həm də xarici ölkələrdəki səfirliklərimiz vasitəsilə gərgin diplomatik danıĢıqlar
aparılmasına nail olsa da Ģəxsən özü də xarici dövlətlərlə yorulmadan birbaĢa təmasda olaraq
təcavüzün nəticələri haqqında məlumat verir və onu cilovlamağı xahiĢ və tələb edirdi.
5 apreldə o, Ġsrailin baĢ naziri Ġshaq Rabinlə (bu vaxt Rabin mühüm dövlət tədbirindəydi və
Əbülfəz bəyin xahiĢiylə onu yarımçıq qoyaraq danıĢığa gəlmiĢdi) və VaĢinqtonda səfərdə olan
MƏR xarici iĢlər naziri Əhməd Mahirlə telefonla danıĢdı, ABġ səfiri Riçard Maylsı qəbul etdi,
“Azadlıq” radiostansiyasının “Azad həyat” proqramına müsahibə verdi.
Müsahibəsində Bəy Azərbaycana təcavüzün gediĢində üç baĢlıca qüvvənin adını çəkdi: erməni
iĢğal qoĢunu, xarici terrorçu qruplar, arxasında müəyyən qüvvələrin dayandığı rus əsgər və
zabitləri.
Prezident müsahibədə bunu da bildirdi ki, ağır müharibə Ģəraitinə baxmayaraq biz
danıĢıqların davam etdirilməsinə, ATƏM çərçivəsində danıĢıqlar prosesinin inkiĢafına
tərəfdarıq. Ancaq biz iĢğal qoĢunlarının Azərbaycan ərazisini tərk etməsini tələb edirik.
Fövqəladə vəziyyətə toxunan Elçibəy dedi ki, BĠZƏ MÜSTƏQĠLLĠK YOLU ĠLƏ SƏRBƏST
GETMƏK ĠMKANI VERMƏDĠLƏR, AZƏRBAYCAN DEMOKRATĠYASINA ZƏRBƏ VURDULAR. Biz
məcburi addım ataraq FV elan etdik. Vətənimizin təhlükəsizliyi və hüquqlarının müdafiəsi
naminə müəyyən məhdudiyyətlər qoyduq.
Azərbaycan hökuməti xaricdə yaĢayan həmvətənlərimizə, Azərbaycanla bağlı ictimai və
mədəni dərnəklərə, cəmiyyət və federasiyalara, dünya azərbaycanlılarına belə bir müraciətdə
bulundu: “Ġnanırıq ki, ...Azərbaycanın haqqını dünyada tanıtmaqda, dəhĢətli faciədən sonra
qarĢılaĢdığımız ciddi problemlərin həllində əlinizdən gələn yardımı əsirgəməyəcəksiniz”.
BMT TƏHLÜKƏSĠZLĠK ġURASI SƏDRĠNĠN BƏYANATI
Aprelin 6-sında BMT Təhlükəsizlik ġurasında Əbülfəz Elçibəyin bu quruma müraciətinə baxıldı.
Müzakirələr nəticəsində Tġ belə qərara gəldi ki, Ģuranın sədri - Pakistanın daimi nümayəndəsi
CəmĢid Marker bəyanat versin. Həmin bəyanatda “yerli erməni qüvvələrinin” Kəlbəcər
rayonuna müdaxiləsiylə bağlı Tġ-nın ciddi narahatlığı ifadə olunur, “bölgədə sülh və
təhlükəsizliyə qorxu törədən bütün düĢmənçilik hərəkətlərini dərhal dayandırmağı və bu
qüvvələri (yəni “yerli erməni qüvvələri”ni - Ə.T.) çıxarmağı” tələb edir.
Düzdür, ABġ-ın dövlət katibi U.Kristoferin “ABġ hökuməti hücumu pisləyir” məzmunlu
bəyanatında iĢlətdiyi “etnik ermənilər” termini təkcə Qarabağ ermənilərini deyil, həm də
Ermənistan, Fransa və Livan ermənilərini də nəzərdə tutduğuna görə Kəlbəcərin istilasına
münasibətdə ABġ-ın mövqeyi BMT Təhlükəsizlik ġurasının mövqeyindən gerçəkliyə daha
yaxındı, Təhlükəsizlik ġurasının 5 daimi üzvündən 3-ü: ABġ, Ġngiltərə və Çin Azərbaycanın
mövqeyinə yaxın mövqe tutsa da Rusiya və Fransa lazımi fəallıq göstərməmiĢdi, ancaq
bunlara baxmayaraq, BMT Təhlükəsizlik ġurasının bu bəyanatı Azərbaycan hökumətinin çox
böyük diplomatik nailiyyətiydi.
Nəyə görə? Birincisi, bu sənəd dünya ictimaiyyətində erməni təcavüzü haqqında obyektiv
rəyə doğru mühüm bir addımdı; ikincisi, Tġ-nın rəsmi sənədində Ermənistanın münaqiĢəyə
qoĢulduğu ĠLK DƏFƏ təsbit edilirdi; üçüncüsü, sərhədlərin toxunulmazlığı prinsipi yenidən
təsdiq edilirdi; dördüncüsü, bölgəyə humanitar yardım göstərilməsinin vacibliyi göstərilirdi;
beĢincisi, Tġ BMT baĢ katibindən xahiĢ etdi ki, münaqiĢə zonasındakı vəziyyət barədə təcili
məruzə etsin.
Dövlət katibi Pənah Hüseynov Rusiyanın müdafiə naziri Pavel Qraçovla görüĢərək (6 aprel)
Kəlbəcərin iĢğalıyla bağlı yaranmıĢ vəziyyəti onunla müzakirə etdi.
Azərbaycanın Moskvadakı səlahiyyətli nümayəndəsi Hikmət Hacızadə Əbülfəz Elçibəyin
məktubunu Boris Yeltsinə verdi. O, Moskvadakı bir çox xarici ölkə səfirliklərinə gedərək
Ermənistanın Azərbaycana qarĢı təcavüzünün pislənilməsini xahiĢ edən notalar təqdim etdi.
FÜZULĠ QORXU ALTINDA
Kəlbəcərin iĢğalından sonra Füzuli rayonunda da vəziyyət gərginləĢdi. Ermənilər hər an
Füzulini ələ keçirə bilərdi. Əlbəttə, Kəlbəcərdən sonra Füzulinin də əldən getməsi
Azərbaycana dəhĢətli zərbə ola bilərdi, ona görə də prezident bunun qarĢısını vaxtında almaq
istəyirdi.
../../images/Arxiv/1993_0407_Cebhe.JPG
Rayonlarda durumla Ģəxsən tanıĢ olmaq, gözlənilən
təxribatların qarĢısını almaq və b. məqsədiylə Bəy 6-7 apreldə cəbhə bölgələrində - Cəbrayıl,
Füzuli, Ağcabədi və Ağdam rayonlarında oldu. Bunların hamısında o, rayon ictimaiyyətinin
nümayəndələriylə görüĢdü.
Cəbrayılda olarkən Azərbaycanın müstəqil və güclü dövlət olmaqçün hər cür imkan və
Ģəraitinin mövcudluğunu söyləyən prezident xalqımızın erməni təcavüzünə qarĢı həm hərbi,
həm də siyasi mübarizə apardığını söylədi və bildirdi: “Ġlk dəfədir ki, dünya bizi müdafiə edir”.
Füzulidə prezident döyüĢ əməliyyatlarını Ģəxsən müĢahidə etdi. Ağcabədidə Bəy əminliklə
bildirdi ki, Kəlbəcərin getməsiylə barıĢmaq olmaz, onu tezliklə qaytaracağıq. Ağdamda o,
soydaĢlarımızı Ģayiələrə uymamağa səslədi.
Bu ikigünlük səfərin, doğrudan da, çox böyük mənəvi-psixoloji təsiri oldu. Həm
döyüĢçülərimiz, həm də əhali guya Kəlbəcərin də, adı çəkilən rayonların da ermənilərə
“satıldığı” haqqında Ģayiələrin boĢluğuna inandılar, onlarda düĢmənlə döyüĢmək həvəsi,
mübarizlik əhval-ruhiyyəsi yenidən gücləndi, orduda nizam-intizamın gücləndirilməsiyçün
tədbirlər görüldü. Məhz vaxtında görülmüĢ bu qabaqlayıcı tədbirlər sayəsində həmin
rayonların, ilk növbədəsə Füzulinin baĢı üzərindən təhlükə sovuĢduruldu.
Polkovnik Oqtay Məmmədov öz kitabında yazır:
«Prezidentin göstəriĢi ilə [4 apreldə]
Azərbaycan Milli Məclisinin sədri Ġsa Qəmbər və dövlət müĢaviri Arif Hacıyev təcili olaraq
Füzuliyə yola düĢdülər.
Bir gün sonra (6 apreldə - Ə.T.) prezident yol hazırlığı barədə göstəriĢ verdi və səhər saat
9.30-da biz Cəbrayıl rayonuna tərəf yola düĢdük. Təxminən saat 1-in yarısında Cəbrayıla
çatdıq. Elçibəy Ġcra hakimiyyətində oldu. Sonra rayon mədəniyyət evində, xəbər tutub oraya
yığılmıĢ olan rayon camaatı ilə Elçibəyin görüĢü odlu.
Təxminən saat 2-də biz Cəbrayıldan ayrılaraq Füzuli rayonuna tərəf yola düĢdük və saat 3-ün
yarısında Füzuli Ģəhərinə daxil olduq.
O gün gördüyüm Füzulini mən heç vaxt yaddan çıxarmayacağam. ġəhərə girən kimi ətim
ürpəĢdi. Nə bir insan səsi, nə də bir hənirti var idi. Bir evin bacasından da tüstü çıxmırdı.
Əhali Ģəhəri tərk etmiĢdi.
Bizim maĢın karvanı Füzuli rayon icra hakimiyyəti yerləĢən binanın qabağında dayandı. Bizi
icra hakimi Nofəl bəylə bir qrup cəbhəçi, Bakıdan Qadın Hüquqları Müdafiə Cəmiyyətindən
gəlmiĢ üç qadın və Azərbaycan Pedaqoji Universitetinin professoru Sərdar Əliyev və bir
tanımadığım adam qarĢıladı.
Elçibəy həyətdə olan adamlarla görüĢüb qısa bir söhbət etdikdən sonra icra baĢçısından Ġsa
Qəmbərin harada olduğunu soruĢdu və qonaq evində olduğunu öyrəndi. O, həyətdəki
adamlarla vidalaĢaraq qonaq evinə getmək barədə göstəriĢ verdi. Ġcra baĢçısı dedi ki, cənab
prezident, qonaq evi Füzuli Ģəhərinin o tərəfindədir və döyüĢ xəttinə çox yaxındır. Ora
getmək təhlükəlidir. Biz bu dəqiqə Ġsa bəyə məlumat verərik, o bura gələr. Elçibəy ona heç
bir Ģey demədən maĢina mindi və qonaq evinə getmək haqqında göstəriĢ verdi.
Qonaq evinin qarĢısında prezidenti Ġsa Qəmbər və Arif Hacıyev qarĢıladılar. Hiss olunurdu ki,
prezidentin qəfil gəliĢi onları da çaĢdırıb. Onlar birlikdə içəri keçdilər. Bir qədər keçmiĢ Milli
Qvardiyanın komandiri rəhmətlik Tahir Məmmədov və milli təhlükəsizlik nazirinin birinci
müavini Sülhəddin Əkbərov da qonaq evinə gəldilər. DöyüĢ xətti qonaq evindən təxminən üç-
dörd kilometr aralıda idi. Qrad səslərindən qulaq tutulurdu. Tahir Məmmədov və Sülhəddin
Əkbərovun gətirdiyi əlavə qüvvələr də döyüĢdə iĢtirak etməyə baĢladılar. Təxminən axĢam
saat 7-də döyüĢ dayandı və prezidentə məlumat verildi ki, döyüĢ yerində 60-a qədər itki
verən ermənilər Füzulidən 12 km geri çəkilməyə məcbur oldular.
Bu məlumatı almamıĢdan saat yarım əvvəl dövlət müĢaviri Arif Hacıyev çölə çıxaraq mənə
yaxınlaĢdı və dedi ki, prezidenti buradan aparmaq lazımdır. Bura çox təhlükəlidir və ermənilər
Füzuliyə girə bilərlər. Dövlət baĢçısının burada ölməyi və ya əsir düĢməyi böyük biabırçılıq
olar.
Dedim ki, Arif bəy, dövlətin ikinci Ģəxsi oradadır və siz bu məsələni birlikdə həll edin. Dedi ki,
biz cəhd etdik, bir nəticə alınmadı, sən gör bir bəhanə tapıb, Elçibəyi buradan uzaqlaĢdıra
bilərsənmi.
Mən çox fikirləĢdikdən sonra ona belə bir təklif verdim. Dedim, mən belə fikirləĢmiĢəm ki, Siz
iĢçilərin bir qrupu ilə Cəbrayıla gedəsiniz. Mən qalan adamları da götürüb gözləyərəm və
lazım gələrsə biz də Füzulinin müdafiəçilərinə qoĢularıq.
O mənə dedi ki, mənə nağıl danıĢma və çalıĢ ERMƏNĠLƏR FÜZULĠYƏ GĠRƏRLƏRSƏ ONDA
MƏNƏ DƏ BĠR SĠLAH AYIR. MƏN BURADA AXIRA QƏDƏR DÖYÜġƏCƏYƏM.
Saat 8-in yarısında vəziyyətin tamamilə düzəldiyinə əmin olduqdan sonra Elçibəy Bakıya yola
düĢmək haqda göstəriĢ verdi və biz yola çıxdıq.
Biz orada olarkən öyrəndik ki, Füzulinin düĢmən əlinə keçməməsinə Ġsa Qəmbərlə Arif
Hacıyevin qətiyyəti, üstəlik, icra hakimiyyəti baĢçısının, Xalq Cəbhəsi sədrinin və xüsusilə də
rayon polis Ģöbəsi rəisi və əməkdaĢlarının fədakarlığı nəticəsində nail olunub.
Sonralar Ġsa Qəmbərin bu səfəri barədə həm çox hörmətim olan Arif Hacıyevin, həm də
Sülhəddin Əkbərovun fikirlərini oxumuĢam. Mənə ən qəribə gələn odur ki, mətbuatda dərc
edilmiĢ hər iki yazıda prezident Elçibəyin də Füzuliyə gəlməsi və döyüĢü sonuna qədər
izləməsi barədə bir kəlmə belə yazılmayıb»
. («Elçibəy ilə otuz il», s.75-78).
Beləliklə, dövlətimizin baĢçıları Ģəxsən döyüĢ meydanına gedərək Füzulinin müdafiəsini təĢkil
etdilər! Bu, dövlətçiliyimiz tarixində həmiĢə qürur duyacağımız faktlardan biridir. 4-6 apreldə
Füzulinin 2 kilometrliyinədək irəliləyə bilmiĢ ermənilər məhz bu kiĢilərin Vətən, torpaq sevgisi
sayəsində 6 apreldə 12 kilometr geri oturduldular. Ancaq sonralar H.Əliyev onun
dövründə torpağından didərgin düĢmüĢ Füzuli qaçqınlarıyla görüĢdə dedi ki, niyə
o vaxt Ġsa Qəmbəri rayondan qovmurdunuz? Görəsən, Ġsa Qəmbər qovulsaydı
(qovmağa adam qalmıĢdımı ki?!) və Füzuli elə o vaxt düĢmən əlinə keçsəydi
H.Əliyev bundan nə qazanacaqdı?!.
ARTIRMA
«-Ġsa bəy, siz 4 aprel 1993-də Füzuliyə gedəndən və Füzulinin ermənilərin əlinə keçməsinin
qarĢısını alandan (bunu cəsarətlə demək olar) sonra Sizdə müdafiə naziri olmaq istəyi
yaranmıĢdı və bu haqda prezident Elçibəyə də müraciət etmiĢdiniz. Bu istək nə qədər
ciddiydi?
-Mən hərbi mütəxəssis deyiləm və hərbi məsələlərdə birbaĢa iĢtirak etməyə də heç vaxt
xüsusi həvəs göstərməmiĢəm. Hakimiyyətdə olduğumuz müddətdə də hərbi məsələlərlə iki
dəfə bilavasitə məĢğul olmuĢam.
Birinci dəfə prezident səlahiyyətlərini icra elədiyim dövrə düĢür. Onda məsuliyyət mənim
üzərimdəydi. Mən Dövlət Müdafiə Komitəsini kağız üzərindəki orqandan real bir orqana
çevirdim və hərbi iĢlərə birbaĢa müdaxilə etdim, müəyyən nəticələri də oldu. Yadınızdadırsa
görülən iĢlərin nəticəsində qısa müddətdə ordumuz, silahlı qüvvələrimiz toparlandı və iyun
ayının 9-u, ya da 12-sində hücum əməliyyatları baĢlandı, uğurlu əməliyyatlar keçirildi.
Ġyunun 16-sında Əbülfəz Elçibəy and içəndən sonra mən, təbii ki, prezident səlahiyyətlərini
ona təhvil verdim və bundan sonra hərbi iĢlərlə bilavasitə məĢğul olmadım. Ancaq Dövlət
Müdafiə Komitəsinin yığıncaqlarında iĢtirak edirdim.
Hərbi iĢlərlə 1993-ün aprelinin baĢlanğıcında ikinci dəfə bilavasitə məĢğul odlum. Kəlbəcər
əldən getmiĢdi, cəmiyyətdə yeni bir Ģok yaranmıĢdı və həmin Ģəraitdə bizə məlumatlar gəlirdi
ki, Füzuli də ağır vəziyyətdədir, iĢğal oluna bilər. Xəritəyə baxanda vəziyyətin ağırlığını
asanlıqla təsəvvür etmək olur. Laçın və Kəlbəcərdən sonra Füzulinin iĢğalı Cəbrayıl, Qubadlı,
Zəngilan zonasının əldən getməsi, bu üç rayonun da nəzarətimizdən çıxması deməkdi.
Füzulinin getməsiylə çox dəhĢətli bir vəziyyət yarana bilərdi (necə ki, Heydər Əliyevin
dövründə yarandı). Həmin dəhĢətli duruma düĢməməyimizçün mən Füzuliyə getməli oldum.
Bütün səylərimizi bir araya gətirərək Füzulinin iĢğalının qarĢısını aldıq. Mənimlə birlikdə Arif
Hacıyev də Füzuliyə getmiĢdi, axĢam Sülhəddin bəy də Milli Təhlükəsizlik Nazirliyinin xüsusi
təyinatlı dəstəsinin bir hissəsiylə gəldi. Müsavatın ozamankı baĢ katibi Niyazi Ġbrahimli və bəzi
baĢqa yoldaĢlarımız da oradaydılar. Generalları ora çağırdıq, vəziyyəti müzakirə etdik. Əbülfəz
Elçibəylə sıx telefon əlaqəsi saxlayırdıq. Gərəkli tədbirlər gördük və Füzulinin qoruyub saxlaya
bildik.
Vəziyyət sabitləĢənədək bir həftə orada qaldım. Həmin bir həftədə siyasi fəaliyyətdən,
parlament fəaliyyətindən bütünlüklə hərbi fəaliyyətə keçdim. Bütün cəbhə bölgələrimiz
haqqında informasiya topladım - parlament baĢçısı kimi bu, mənim vəzifəmə bilavasitə aiddi.
Detallara getmək istəmirəm, ancaq orada iĢin içindəydim. Generallarımızla,
polkovniklərimizlə, briqada komandirləriylə, sıravi əsgərlərlə söhbət etdim, vəziyyəti tam
öyrəndim və gördüm ki, onlar istedadlı, cəsur insanlardır və bu xalqla, bu əsgərlə qalib
gəlmək mümkündür. Hərbi məğlubiyyətlərimizin səbəblrini araĢdırıb gördüm ki, baĢlıca səbəb
təĢkilatçılığın, mütəĢəkkilliyin olmamasında, Müdafiə Nazirliyiylə döyüĢən əsgər arasında
bütün əlaqə mexanizmlərinin lazımı səviyyədə olmamasında, müdafiə nazirinin
hakimiyyətdəki siyasi komandanın birbaĢa üzvü olmamasındadır. Məndə hərbi
uğursuzluqlarımızın qarĢısını almağın mümkünlüyü fikri yarandı.
YoldaĢlarımızla ciddi müzakirə edəndən sonra mən Bakıya qayıdandan sonra Əbülfəz Elçibəyə
təklif elədim ki, parlament sədrliyindən istefa verim və o, məni müdafiə naziri təyin etsin,
çünki mən inanırdım ki, müdafiə naziri olsam orduda qayda-qanun yarada biləcəyik və
uğursuzluq dövrünü baĢa vuraraq yenidən qələbələr qazana biləcəyik. Buna ürəkdən əmin
olduğuma görə elə təklif verdim. Ancaq Əbülfəz bəy dedi ki, buna ehtiyac yoxdur, çünki ölkə
üçün parlament daha önəmlidir və sənin parlament sədri kimi fəaliyyət göstərməyin Müdafiə
Nazirliyinin baĢçısı olmağından daha məqsədəuyğundur. Beləliklə də, bu layihə baĢ tutmadı.
Həmin hadisədən sonra mənə müxtəlif böhtanlar atıldı - guya mən ölkədə birinci adam olmaq
istəmiĢəm, Əbülfəz Elçibəyi devirməyi fikirləĢmiĢəm. Ancaq razılaĢın ki, Müdafiə Nazirliyi nə
qədər mühüm qurum sayılsa da birinci adam olmaqçün parlament sədrinin verdiyi imkanları
verə bilməz. Gəlin düĢünək də - müdafiə naziri yalnız zorakı yolla prezident ola bilər; onun
konstitusion üsulla prezident olmaq Ģansı sıfra yaxındır. Parlament sədrisə prezidentliyə ən
yaxın Ģəxsdir; o, prezidentin olmadığı müddətdə onun səlahiyyətlərini həyata keçirir. Ona
görə də mənim parlament sədrliyindən istefa verməyə hazır olmağımın və Müdafiə Nazirliyinə
getmək istəməyimin özü göstərir ki, mənim guya nəysə xüsusi məqsədlərimin olması
haqqında danıĢmaq gülüncdür
».
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən).
Gecə Ağcabədi və Ağdam rayonlarında olmuĢ və Bakıya səhərə yaxın çatmıĢ prezident nə
qədər yorğun olsa da 7 apreldə bir sıra siyasi partiyaların baĢçılarını onların xahiĢiylə qəbul
etdi. Bu görüĢ AXC qərargahında keçirilmiĢ FV Ģəraitində siyasi partiyaların və mətbuatın
ideoloji və informasiya fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə dair seminar-müĢavirənin
yekunlarıyla bağlıydı. Bundan sonra müxtəlif partiya və təĢkilatlar, siyasi qurumlar xalqı
prezident ətrafında sıx birləĢməyə çağırdı.
Elə bu günlərdə Müdafiə Nazirliyi DĠN-lə birgə Kəlbəcəri azad etməkçün Surət Hüseynovun da
iĢtirakıyla (?!) əməliyyat hazırlamıĢdı. S.Hüseynovun dəstələrinin günahı üzündən əməliyyatın
birinci mərhələsi pozuldu. Bunun ardınca da 709 saylı hərbi hissənin 30-adək zabiti və bir
neçə mülki Ģəxs prezidentə və Ali Sovetin sədrinə belə bir teleqram göndərdilər ki, 709 saylı
hərbi hissənin bazasında HƏRBĠ BĠRLĠK yaradılır və onu təmsil etməkçün Surət Hüseynov
vəkil edilir.
Kəlbəcərlə bağlı vəziyyəti nizamlamaq məqsədilə 8 apreldə Soçidə Pavel Qraçovun
vasitəçiliyiylə dövlət katibi Pənah Hüseynovla Ermənistanın müdafiə və təhlükəsizlik
məsələləri üzrə dövlət naziri Vazgen Sərkisyanın qısa görüĢü oldu.
8 apreldə ATƏM-in 10 nəfərlik ön qrupu Azərbaycana gəldi.
Ölkədə asayiĢin möhkəmləndirilməsi, dövlətə qarĢı təxribatların qarĢısının alınması məqsədilə
9 aprel 1993-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Əli Bayramlı Ģəhərlərində,
Cəlilabad, Yevlax, Qusar, Qazax, Balakən, Xaçmaz rayonlarında Dövlət Müdafiə Komitəsinin
qərarıyla qadağan saatı elan edildi.
Doğrudur, bu günlərdə dünyanın bir çox ölkələri Azərbaycan iqtidarının həqiqətən
fədakarcasına çalıĢması nəticəsində dövlətimizlə həmrəy olduqlarını bildirdilər, ancaq onların
içərisində Pakistanın adını xüsusi hörmətlə çəkməyə borcluyuq. 9 apreldə mətbuatımız
Pakistan Respublikasının prezidenti Qulam Ġshaq Xan'ın Azərbaycan Respublikasının
prezidenti Əbülfəz Elçibəyə göndərdiyi məktubu dərc etdi. Qulam Ġshaq Xan prezidentimizə
yazırdı: “Dünya birliyi Ermənistanın təcavüzünün qarĢısını almaq üçün yubanmadan tədbirlər
görməlidir. BMT-nin Təhlükəsizlik ġurasında olan nümayəndəmizə bu məsələni təcili
qaldırmaq barədə göstəriĢ vermiĢik”.
Pakistan prezidenti əmin edirdi: “Ġslam Konfransı TəĢkilatının bu yaxınlarda Kəraçidə
keçiriləcək iclasında Pakistan bu məsələ (müharibə zonasında əzab çəkmiĢ adamlara kömək
göstərmək - Ə.T.) ilə bağlı bütün səylərini göstərəcəkdir”. Sonrakı mərhələlərin hamısında da
Pakistan Azərbaycanın yanında oldu, ona əməli yardımlarda bulundu.
Bu arada Türkiyənin BMT-dəki daimi nümayəndəsi Mustafa Aksin bildirdi: “Türkiyə
Azərbaycanın parçalanmasına dözməyəcək, o, Azərbaycan sərhədlərinin zorla dəyiĢdirilməsinə
imkan verməyəcəkdir”. Bu ölkə Ermənistana humanitar yardımlar göndərilməsini dayandırdı,
Suriyadan hava yoluyla Yerevana daĢınan yüklərə nəzarət etməyə baĢladı. Bunlar, sözsüz ki,
Türkiyənin görə biləcəyi iĢlər yanında çox xırda görünürdü. ĠĢ burasındaydı ki, Türkiyə
hökumətində Azərbaycana iki cür münasibət vardı - prezident Özal ölkəmizə hər cür yardım
göstərməyin tərəfindəydi, baĢ nazir Dəmirəlsə ehtiyatlı tərpənməyə üstünlük verirdi.
29 mart-6 aprel günləri Türkiyədə ezamiyyətdə olduğum zaman Elçibəyin Kəlbəcər sakinlərini
köçürməkçün Türkiyədən vertolyotlar istəməsinə baxmayaraq bu xahiĢi qulaqardına vurması
üstündə Türkiyə qəzetlərinin Dəmirəli tənqid etmələrini özüm oxumuĢam. 4 aprel tarixli
“Türkiyə” qəzetində “Elçibəy Türkiyədən helikopter (vertolyot - Ə.T.) istədi” baĢlıqlı yazıda
Dəmirəlin bu sözləri verilib: “Buradan oraya vertolyot aparmaq o qədər asan iĢ deyil. Pratiyi
yoxdur yəni. AraĢdırırıq. Pratiyi olan bir Ģey olsa... Məsafələri çox uzundur. Getmək-gəlmək o
qədər asan deyil. Biz baĢqa yerlərə müraciət etdik. Oraya yardımçı olmaq üçün 2 gündür
mütəmadiyən bununla məĢğuluq”. (Ancaq o zaman on minlərcə insanın taleyi “uzaq məsafə”
üzündən nəzərə alınmasa da Dəmirəl 1999-un qıĢında xəstələnmiĢ H.Əliyevçün ləngitmədən
iki təyyarə göndərə bildi!).
13 aprel tarixli “Azərbaycan” qəzeti, məncə, tarixi gerçəkliyi çox doğru əks etdirib. Qəzet
yazırdı: “Azərbaycan məsələsində həmiĢə təmkinli mövqe tutan Turqut Özal Orta Asiya
ölkələrinə səfəri əsnasında verdiyi bəyanatla əslində Süleyman Dəmirəl üzərində növbəti
üstünlüyü qazanmıĢdır”.
Qəzetin verdiyi məlumata görə, Turqut Özalın qəti azərbaycanpərəst çıxıĢları xarici iĢlər naziri
Hikmət Çətini o qədər duyğulandırmıĢdır ki, o, etiraz əlaməti olaraq BiĢkekdəki Türkiyə
səfirliyində keçirilən görüĢdə prezidenti tək qoyaraq salonu tərk etmiĢdir. Hökuməti təmsil
edən H.Çətinin bu hərəkəti səbəbsiz deyildi - S.Dəmirəl hökuməti Ermənistana əcgəri
müdaxilə variantını cidd-cəhdlə yaxına buraxmırdı. S.Dəmirəl belə söyləmiĢdi: Azərbaycana
hərbi yardıma «gedincə qarĢımda kimi görəcəyəm? “Aman, etmə, dur” deyən Amerikanımı?
Hamı belə düĢünür. Amma qarĢıma Rusiya çıxacaq, qızıl ordu çıxacaq...».
Beləliklə, labüd məhvolma təhlükəsi qarĢısında qalmıĢ soydaĢlarımızı xilas etməkçün hətta
Türkiyədən ikicə vertolyot belə ala bilməyən yalqız Azərbaycan əslində bütün dünyayla
üzbəüz qalmıĢdı. Azərbaycan prezidenti baĢa düĢürdü ki, ona yardım edəcək yeganə qüvvə
Azərbaycan xalqının özüdür, xilas yolumuz yalnız özümüzün səylərimizdədir, özümüzü necə
qoruya biləcəyimizdədir. Buna görə də o, diplomatik danıĢıqların intensivliyini qatbaqat
artıraraq ölkəmizin beynəlxalq dəstək qazanmasına nail oldu.
BMT Təhlükəsizlik ġurasından sonra Avropa Birliyi də müraciət qəbul edərək Kəlbəcərin
iĢğalına münasibət bildirdi: “Avropa Birliyi Kəlbəcər və Füzulidəki son hadisələr, döyüĢ
ərazisinin geniĢlənməsi və Azərbaycan-Ermənistan münasibətlərinin pisləĢməsindən ciddi
narahatlıq hissi duyur”.
"DEYƏSƏN, DOĞRUDAN DA, BELƏ HESAB EDĠRLƏR KĠ, AZƏRBAYCAN NEFTĠ AZƏRBAYCANA
MƏXSUS OLMALIDIR"
Ermənilərin torpaqlarımıza birbaĢa hücumları təxribatçıların içəridən hakimiyyətə zərbə
endirmək cəhdləriylə üst-üstə düĢürdü. Son günlər Bakıda cürbəcür Ģayiələr yayılırdı.
Məsələn, deyilirdi ki, tələbələrin hərbi xidmətə çağırılmasının labüdlüyüylə əlaqədar yaxın
vaxtlarda respublikanın ali məktəbləri bağlanacaq.
Son vaxtlar əhalidə dövlətə qarĢı narazılıq yaratmaqçün nəqliyyatda, küçədə təsadüfi
adamları tutub döyüĢə aparırdılar.
Vaxtında cəzalandırılmadıqlarına görə ordudan qaçmaq halları baĢ alıb gedirdi. Bir az öncə
bildirdiyim kimi, S.Hüseynov-R.Qazıyev cütlüyü ordunu ağlar günə qoymuĢdu. O, döyüĢən
qüvvəyə yox, silah alveri edən ruslara və qarətkar komandirlərə hədsiz gəlir gətirən sağmal
inəyə çevrilmiĢdi. Daxili qoĢunların komandanı Fəhmin Hacıyev mətbuatda təsdiqləyirdi:
“Boğazından kəsib yardım edənlər çox sağ olsunlar, amma nəzərə alınmalıdır ki, bir konserv
qutusunu iyirmi dəfə alıb-satırlar”.
DöyüĢ bölgələrindən qayıdan Bəy 9 apreldə ABġ konqresmeni Qreq Laflini, ABġ Energetika
Ġnstitutunun prezidenti Devid Stanqı və “Ġnesko ĠntənəĢnl LTD” Ģirkətinin sədri Maqsud
Humanini qəbul etdi. GörüĢdə o bildirdi ki, keçmiĢ Sovet respublikaları, o sıradan Azərbaycan
Moskvanın psixoloji, iqtisadi və hərbi təsirindən hələ tam xilas ola bilməyib. Bu da bölgədə
hadisələrin inkiĢafında müəyyən rol oynayır.
Prezidentin nə qədər doğru söylədiyini “Komsomolskaya pravda”dakı (10 aprel) bu cümlələr
də təsdiqləyir: “...Adama elə gəlir ki, iĢ Azərbaycan rəhbərliyi və siyasətçilərindədir.
Dostları ilə paylaş: |