daha təsdiqlədin...", - dedi".
Avropa Yenidənqurma və ĠnkiĢaf Bankının direktorlar Ģurası Novruz günlərində (22 mart)
Londonda keçirilən iclasında Azərbaycana yardım göstərilməsi strategiyasını bəyəndi. Burada
qəbul edilmiĢ sənəddə deyilir ki, Azərbaycan hökuməti "bazar iqtisadiyyatına tamamilə
sadiqdir", ölkədə nisbi siyasi sabitliyə və iqtisadi islahatlar prosesini sürətləndirməyə nail ola
bilmiĢdir. Azərbaycan keçmiĢ Sovet Ġttifaqının bəzi baĢqa respublikalarına nisbətən
ÇOXPARTĠYALI DEMOKRATĠYA VƏ BAZAR ĠQTĠSADĠYYATI YOLUYLA ĠRƏLĠLƏMƏYƏ DAHA
ÇOX HAZIRDIR. Ancaq ölkənin problemləri də var: maliyyə sistemi zəif inkiĢaf edib, sənaye
bölməsi xeyli dərəcədə köhnəlib.
Elçibəy dönəmində Dövlət Vergi Komitəsinin sədri iĢləmiĢ Ġsa Bağırov prezidentin yürütdüyü
iqtisadi siyasətin mahiyyətinə toxunaraq bunları bildirir: "Prezident həyata keçiriləcək iqtisadi
islahatların əhalinin yaĢam səviyyəsinə göstərəcəyi mənfi yan təsirlərin maksimum
önlənməsini iqtisadi qurumların baĢçılarından tələb edirdi. Məsələn, 1992-ci ilin dekabr ayında
qiymət islahatları həyata keçirilərkən bir sıra ərzaq məhsullarıyla yanaĢı çörəyin də qiymətinin
artırılması Ġqtisadi ġurada müzakirə olunurdu. Müzakirələr çox gərgin keçdi və prezident
çörəyin qiymətini artırmağa yalnız o vaxt razılıq verdi ki, bu artımın qarĢılığı olaraq əhaliyə pul
vəsaiti ödənilə biləcəyinə tam zəmanət aldı. Həmin müzakirələrdə biz Ə.Elçibəyin necə geniĢ
iqtisadi təxəyyül yiyəsi olduğunu öz gözlərimizlə gördük.
Elçibəyin prezidentliyi dövründə iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə və vergi
sistemində də qısa müddətdə ciddi islahatlara baĢlanıldı. "Vergi xidməti haqqında" qanun, bir
sıra vergilərə aid mühüm qanunlar ilk dəfə qəbul olundu.
Prezident aparılan vergi siyasətinin ədalətliliyi prinsipini hər Ģeydən önə çəkərdi. O,
vətəndaĢların üzərinə düĢən vergi yükünün mərhələ-mərhələ azaldılmasını qarĢımıza mühüm
bir vəzifə kimi qoymuĢdu və bizimlə hər söhbətində ədalətli vergi sisteminin cəmiyyətin
inkiĢafına yardım edəcək çox mühüm amillərdən olduğunu xüsusi vurğulayardı.
Prezident Elçibəyin tapĢırığıyla vergi yükünü azaltmaqçün 1993-ün əvvəlindən bir sıra iĢlər
görülməyə baĢlandı. Öncə əlavə dəyər vergisinin dərəcəsi 28%-dən 20%-ə endirildi. BaĢqa
vergi növləri dərəcələrinin ardıcıl azaldılması üzrə təkliflərin mərhələli gerçəkləĢdirilməsi də
qərarlaĢdırıldı".
Elə bu günlərdə respublikada valyuta hərraclarının keçirilməsi planlaĢdırılırdı. Eyni zamanda,
mətbuatda xəbər verildi ki, respublika banklarında əhalinin borclarını ödəməkçün yetərincə
nağd pul var.
Dövlət katibi Pənah Hüseynov 23 martda Gəncəyə getdi. Həmin gün o, Ģəhərdə müĢavirə
keçirdi. Burada Ġxtiyar ġirinov, Sülhəddin Əkbərov, RövĢən Cavadov və baĢqaları da iĢtirak
edirdilər.
MüĢavirədə baĢlıca olaraq Gəncədə yaranmıĢ gərgin kriminogen durumun aradan
qaldırılmasıyçün dövlətin gördüyü tədbirlərdən danıĢıldı. Əsas məqsəd Ģəhərdə tam sabitlik
yaratmaq, QAN TÖKÜLMƏSĠNĠN qarĢısını almaq, əhalinin təhlükəsizliyini qorumaqdı. Hərbi
vəzifələrdən çıxarıldıqdan sonra prezidentin fərmanıyla "Azəryun" dövlət Ģirkətinin prezidenti
təyin edilmiĢ S.Hüseynovun tabeliyində olan, Gəncədəki 123-üncü diviziyanın qərargahında
məskunlaĢan qeyri-qanuni silahlı dəstənin ZƏRƏRSĠZLƏġDĠRĠLMƏSĠ üçün bütün dinc
vasitələrdən istifadə olunurdu.
Martın 24-ündə Ġsgəndər Həmidov, Nəcəf Nəcəfov, Nəcməddin Sadıqov, Ġsmayıl ġıxlı və Tofiq
Bağırov da prezidentin tövsiyəsiylə Gəncəyə getdilər. Sonuncu ikisi qan tökülməsinin qarĢısını
almaqçün Surətlə ağsaqqal kimi söhbət etməyə razılıq vermiĢdi. Artıq 26 martda onların
hamısı Gəncədən qayıtdı və xəbər verildi: "Gərginlik artıq aradan qalxıb".
Pənah Hüseynov 27 martda keçirdiyi brifinqdə "Gəncədə heç bir hökumətə zidd çıxıĢlar"
olmadığını bildirdi. O dedi ki, müəyyən qüvvələr Surət Hüseynovu "qətiyyətlə hərəkət etməyə
və möhkəm dayanmağa" təhrik edib. S.Hüseynov prezidentə sadiqliyini bildirib. Onun təĢkil
etdiyi qanunsuz silahlı birləĢmələrsə cəbhəyə göndəriləcək. Rusiyanın Gəncədə yerləĢən
hərbi-desant diviziyasının komandiriylə (ġerbakla) də görüĢülüb, onlar BĠTƏRƏF olduqlarını
təsdiqləyiblər.
Gəncəylə nə qədər bağlı olduğunu deyə bilmərik, ancaq 27 martda səhər ermənilər Kəlbəcər
rayonuna hücuma keçdilər. Onlar Ağdərədəki Sərsəng su anbarı ətrafında da döyüĢü
gücləndirdilər. Ermənistan tərəfdən uçub gələn təyyarələr (onlar Rusiyanın 7-ci ordusuna
məxsusdu; Ermənistanda yalnız vertolyotlar vardı) Kəlbəcər rayonunun kəndlərinə raket-
bomba zərbələri endirdilər. Bunun ardınca Ermənistanın Vardenis (Basarkeçər) rayonu
tərəfdən, eləcə də cəbhənin Ağdərə və Laçın bölgələrindən eyni vaxtda hücuma keçdilər.
27 martda "Azərbaycan" qəzeti "Sadval" cəmiyyəti liderlərinin fitnəkar hərəkətləriylə bağlı
olaraq Azərbaycan XĠN-nin Rusiya XĠN-nə nota göndərdiyini xəbər verdi.
Avropa parlamenti deputatlarını 26 martda qəbul edən Əbülfəz bəy dedi: "Azərbaycan elə bir
cəmiyyət qurmağa çalıĢır ki, burada demokratik münasibətlər dövlət həyatının norması
olsun".
Ancaq, görünür, Azərbaycanda heç də hamı prezident kimi düĢünmürdü. Çünki bir neçə
günün içində dövlətin demokratik nailiyyətlərinə ciddi ləkə salan biabırçı hadisələr baĢ verdi.
23 martda "Hürriyyət" qəzetinin müxbiri, 26 martda Gəncədə "Azərbaycan", "Azadlıq"
qəzetlərinin bölgə müxbirləri və AzərTAc-ın baĢ direktorunun I müavini döyüldülər. 27
martdasa daxili iĢlər naziri Ġsgəndər Həmidov "Ġstiqlal" qəzetinin baĢ redaktoru ZərdüĢt
Əlizadəni döydü və həmin gün televiziyada dövlət katibi Pənah Hüseynovla AMĠP üzvlərinin
teledebatı zamanı studiyaya girərək birbaĢa canlı efirdə onları və dövləti təhqir edərək veriliĢi
pozdu. Heç bir normaya sığmayan bu hərəkətləriylə və televiziyada iĢlətdiyi "tüpürüm"
sözüylə Azərbaycan hakimiyyətinə və dövlətimizin ölkə içində və beynəlxalq aləmdə nüfuzuna
tüpürcək atdı. (4 iyundan sonra keçmiĢ silahdaĢları həbs edilərkən də Milli Məclisdə bir küncə
qısılıb xısın-xısın gülən, onlara qarĢı təhqirlərə və repressiyalara heç bir etiraz bildirməyən və
özünə H.Əliyevdən "dayı" axtaran Ġsgəndər bəy, təəssüf ki, hərəkətlərinin son nəticəsini
hesablamaqda ciddi yanlıĢlıqlara yol verdi).
Təbii ki, jurnalistlər bu zorakılıq hallarına kəskin etirazlarını bildirdilər (29 mart). Onlar bəyan
etdilər ki, "daxili iĢlər nazirinin jurnalistlərə qarĢı hərəkətlərinə respublika rəhbərliyi siyasi
qiymət verməyəcəyi halda mətbuat və kütləvi informasiya iĢçiləri 30 mart 1993-cü ildən etiraz
tətilinə baĢlayacaqlar". Çox keçmədən bəlli oldu ki, prezident teledebatın videoyazısına baxıb
və uyğun qərar çıxaracağını söyləyib.
ARTIRMA
"
-Bizə gələn məktublardan birində BuĢ mənə belə yazırdı ki, sizin inqilabi demokratiyanızı biz
müdafiə edirik və bəyənirik. Ancaq çox təəssüf edirik ki, jurnalistlərin birini daxili iĢlər naziri
döyübdür, bunu da nöqsan kimi qeyd edirik.
- Axı Siz jurnalistin döyülməsinə görə prezident olaraq üzr istədiniz. Amma indi jurnalistin
gözü çıxarılır, heç kəsin tükü də tərpənmir.
-Bilirlər ki, bunlar demokrat deyillər, ona görə də heç kəs heç nə ummur
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.45).
Jurnalistlərlə bu cür davranıĢın ən qəti əleyhdarı olan Bəy onlarla həmiĢə ən səmimi
ünsiyyətdə bulunurdu, çünki o, kütləvi informasiya vasitələri iĢçilərini Azərbaycanda
demokratiyanın bənnaları sayırdı. Ona görə də "Yeni Müsavat" qəzetinin müxbiri ġeyda
Nəsibli'nin yazdığıyla onun əksər iĢdaĢlarının razılaĢacağına Ģübhəm yoxdur:
"Elçibəyin
yanında adam özünü, öz dərdini, öz qayğılarını, ağrılarını unudurdu. Müsahibədən çıxanda
həmkarlarım: "Elçibəylə müsahibədən sonra səni tanımaq olmur", - deyirdilər. Azı bir ay o
görüĢün təsirində olurdum. Bir rahatlıq tapırdım ondan. Ruhumu oxĢayırdı Əbülfəz bəy. Mən
onu nə siyasətçi, nə prezident, nə partiya sədri kimi qəbul edirdim. O, Ruh idi. Onu ruhum
kimi duyurdum. Özümü onun müridi sayırdım"
. ("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000,
s.113).
"ƏRAZĠMĠZDƏ XARĠCĠ QOġUN YOXDUR"
"Azərbaycan" qəzetinin 27 mart tarixli sayında xarici məsələlər üzrə dövlət müĢaviri Vəfa
Quluzadə ölkəmizin xarici siyasətinin baĢlıca çalarlarından danıĢdı. Dövlət müĢaviri göstərdi
ki, SSRĠ-nin bir sıra keçmiĢ üzvlərindən fərqli olaraq bizdə dövlət müstəqilliyinin, demək olar
ki, bütün atributları göz qabağındadır. Söhbət bayraqdan, gerbdən, himndən, valyutadan və
milli ordudan gedir. "ƏRAZĠMĠZDƏ XARĠCĠ QOġUN YOXDUR (xoĢ məramla əldə edilmiĢ
razılığa əsasən, rus ordusu ərazimizi, demək olar ki, tamamilə tərk etmiĢdir),
SƏRHƏDLƏRĠMĠZĠ ÖZÜMÜZ QORUYURUQ".
V.Quluzadə bildirdi ki, Azərbaycanın bir çox Qərb dövlətləriylə yaxĢı siyasi əlaqələri təĢəkkül
tapmaqdadır. ABġ, Ġngiltərə, Almaniya, Fransa, Ġtaliya və bir sıra baĢqa dövlətlərlə iĢgüzar
əlaqələr yaranır.
AMĠP-in sədri Etibar Məmmədov 29 martda mətbuat konfransı keçirərək bəyan etdi ki,
prezident xalq qarĢısında hesabat verməli və hökumət TAM TƏRKĠBDƏ ĠSTEFAYA
GETMƏLĠDĠR. Əgər koalisyon hökumət yaradılarsa və seçkilərin dəqiq vaxtı təyin olunarsa
onda biz iqtidarla danıĢığa gedə bilərik.
Elə həmin gün Prezident Aparatında keçirilən mətbuat konfransında prezidentin mətbuat
xidmətinin baĢçısı Arif Əliyev dövlət katibi Pənah Hüseynovun qəflətən istefa ərizəsi verdiyini
bildirdi, ancaq istefanın səbəblərini açıqlamadı, ancaq bu istefayla E.Məmmədovun bəyanatı
arasında hansısa bağlılığın olduğunu da düĢünmək mümkündü.
Artıq ölkədə böhranın yetiĢdiyi (yetiĢdirildiyi) göz qabağındaydı. Ölkə həm dıĢarıdan, həm də
içəridən zərbələrə uğramaqdaydı.
Ermənilərin SNARK agentliyi 28 martda bütün dünyaya belə yalan yaydı ki, guya Gəncədə,
Yevlaxda və Azərbaycanın baĢqa yerlərində kürdlər mitinq keçirərək Kürd-Qarabağ
konfederasiyası yaratmağı tələb ediblər.
Milli Məclis 30 mart tarixli iclasında Etibar Məmmədovun bəyanatını müzakirə edəndən sonra
qərara aldı ki, respublika prezidenti on aylıq fəaliyyəti haqqında Milli Məclisə məlumat versin.
Milli Məclis Ġsgəndər Həmidovun jurnalistləri döyməsini qətiyyətlə pislədi və prezidentə təklif
etdi ki, nazirin belə hərəkətlərinin qarĢısının alınmasına ciddi təminat versin.
AMĠP-in Siyasi ġurası 31 mart saat 12-yə Azadlıq meydanına mitinq təyin etmiĢdi. 10 partiya,
2 cəmiyyət, 1 birlik və 1 ittifaq birlikdə bəyanat verərək bildirdilər ki (30 mart), belə Ģəraitdə
çətinliklərdən bəhanə kimi istifadə edən AMĠP Siyasi ġurasının qərarı təəssüf doğurur. "Biz
bunu yolverilməz sayır, respublikada əldə edilmiĢ kövrək siyasi sabitliyin və vətəndaĢ
sülhünün pozulmasına yönəldilmiĢ hərəkət hesab edirik".
Martın 30-unda AMĠP sədri Etibar Məmmədov gecədən xeyli keçmiĢ televiziyada çıxıĢ edərək
mitinqin təxirə salındığını bildirdi. O, mitinqdə irəli sürüləsi tələblərin həyata keçirilməsi
barədə prezident Elçibəylə müəyyən razılığa gəldiyini bildirdi. Sədr siyasi partiyaların
bəyanatının AMĠP-in qərarına heç bir təsir göstərmədiyini söylədi. O, 17 apreldə Azadlıq
meydanında icazəli mitinq keçirmək niyyətində olduğunu bildirdi.
Bəyin baĢını qatanlar bu günlər onu az qala dövlət quruculuğu məsələlərindən yayındırmağa
nail olmuĢdular. Adətən gündə-günaĢıra ölkə iqtisadiyyatı, mədəniyyəti və b. sahələrlə bağlı
bir neçə fərman imzalayan prezident indi ermənilərlə və onlarla həmrəy olanlarla məĢğuldu.
30 martda o, "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində intizamı möhkəmləndirmək
üçün bəzi tədbirlər haqqında" fərman və Silahlı Qüvvələrdə intizamı möhkəmləndirmək və
fərariliyin qarĢısını almaq məqsədiylə "Azərbaycan Silahlı Qüvvələri Ali BaĢ Komandanının
əmri"ni imzaladı.
Əbülfəz bəy çalıĢırdı ki, heç bir vəziyyətdə diktatora çevrilməsin, çünki belə olarsa qurmaq
istədiyi dövlətin mahiyyətinə zərbə endirilərdi. Buna görə də hədsiz səbirlilik nümunəsi
göstərirdi. O, jurnalistlərin döyülməsini demokratiyamıza xəyanət sayırdı. Ancaq onun
mətbuatla ərköyün övlad kimi davranması da bəzən qəzetlərin "ağ etməsiylə" nəticələnirdi.
RƏSMĠ DÖVLƏT QƏZETĠ "Azərbaycan" 31 martda yazırdı: ""Azərbaycan" qəzetinin kollektivi
bu tələblərə (
jurnalistlərin tələblərinə - Ə.T.
) tamamilə Ģərikdir və onları müdafiə edir (
afərin!
- Ə.T.
). Dünən redaksiya TƏTĠLƏ QOġULMAQ barədə qərar qəbul etmiĢ və saat 20.00-da
qəzetin nəĢri ilə məĢğul olan iĢçilərin hamısı evə getmiĢdir. Lakin axĢam saat 10-dan sonra
respublika prezidenti Ə.Elçibəyin jurnalistlərin tələblərini ödəyəcəyi, baĢ vermiĢ SĠYASĠ
HADĠSƏYƏ prinsipial SĠYASĠ QĠYMƏT verəcəyi baĢ redaktora məlum olduqdan sonra BÖYÜK
ÇƏTĠNLĠKLƏ... bu nömrəni buraxmalı olduq".
Açığı, "Azərbaycan" qəzetinin öz jurnalist həmkarlarını belə ürəkdən müdafiə etməsini
baĢucaldan bir hərəkət kimi alqıĢlasam da onun baĢlığıında göstərilmiĢ "RƏSMĠ DÖVLƏT
QƏZETĠ" ifadəsiylə prezidentə minnət qoyulması arasında heç bir məntiqi uyğunluq tapa
bilmirəm! Doğrudur, daxili iĢlər nazirinin jurnalistlərlə üzqaraldan davranıĢı iqtidarın ən
yüksək pilləsindəki bir sıra adamlarda da ciddi etiraz doğurmuĢdu; məsələn, prezidentin
müĢaviri Nəcəf Nəcəfov bildirmiĢdi ki, nazir və prezident bu iĢə görə jurnalistlərdən üzr
istəməsələr o, vəzifəsindən istefa verəcək (və üzr istətmiĢdi də!). Bu baxımdan qəzetin
jurnalistlərlə həmrəyliyi nə qədər sevindiricidirsə də onun prezident qarĢısında tələb qoyması
və tətilə qoĢulması o qədər baĢadüĢülməzdir (bu halda yeganə doğru yol istefa verməkdir;
yeri gəlmiĢkən, bunun ən gözəl örnəyini elə həmin "Azərbaycan"ın həmin redaktoru -
qələminə və redaktorluq bacarığına böyük hörmət bəslədiyim Mehman Cavadoğlu H.Əliyev
dövründə göstərdi!).
Maraqlıdır ki, bəziləri iqtidarın siyasi hadisələrin həllində ordudan istifadə etməsi təsəvvürünü
yaratmaqçün qabaqdangəlmiĢlik edərək hay-küy salırdılar. Məsələn, Rəhim Qazıyev
zamanından mətbuat xidmətinin rəhbəri olmuĢ Leyla Yunusova yenə "Azərbaycan"
qəzetindəki (31 mart) böyük yazısını "Ordu siyasi döyüĢlər üçün poliqon deyil" (?!)
adlandırmıĢdı. Ġqtidarı gah tənqid edən, gah da ona ağıl öyrədən xanım AXC-nin 9 fevral
bəyanatına münasibət bildirərək S.Hüseynovun vəzifədən götürülməsi üsulunu qeyri-
sivilizasiyalı sayır.
Həm Kəlbəcər-Laçın yolunun, həm də Kəlbəcərin yeganə çıxıĢ yolunun bağlanması qorxusu
olduğunu xatırladan 31 mart tarixli yazılardan biri "Kəlbəcər yeni xəyanətin qurbanı ola bilər"
adlanır. Doğrudan da, bu anlarda Kəlbəcər üzərində qara buludlar dolaĢmaqdaydı.
Nə qədər qanqaralığı olsa da prezident ölkədə mədəni tədbirlərin səngiməməsini istəyirdi.
Onun xeyir-duasıyla 31 mart-1 apreldə Bakıda Məhəmmədhüseyn ġəhriyarın poeziyasına həsr
olunmuĢ beynəlxalq elmi konfrans keçirildi. Elçibəy təbrik məktubu göndərərək yığıncağı
təbrik etdi (məktubu akademik Bəkir Nəbiyev oxudu).
KƏLBƏCƏR ĠġĞAL EDĠLDĠ
Erməni ekspedisiya korpusunun hissələri martın 31-ində səhərə yaxın güclü artilleriya
hazırlığından sonra tanklarla, PDM-lərlə Kəlbəcər rayonuna hücum edərək 12 kəndi iĢğal
etdilər. Rayon mərkəzinə yaxınlaĢan ermənilər bu rayonu Azərbaycanın qalan ərazisiylə
birləĢdirən yeganə yolu kəsərək 60 min dinc sakini mühasirəyə saldılar. Çoxlu insanın həlak
olduğu bu hücumda əhalinin döyüĢ zonasından çıxarılmasına humanitar dəhliz belə
saxlamayan ermənilər Laçın rayonunun iĢğal edilmiĢ kəndlərindəki on minlərcə əhalini də eyni
duruma saldılar.
Sonralar Elçibəy bunları söyləyəcəkdi:
"
-…Bəli, Rusiya gördü ki, Azərbaycanda azadlıq mübarizəsini boğa bilmir, ona gücü çatmır,
onun yerləĢdirdiyi fiqurlar hakimiyyətdən bir-bir aĢır, iĢlərimizə heç cür müdaxilə edə bilmir,
onun yeganə yolu qaldı - yeni hakimiyyəti müharibəyə daha yaxından cəlb etmək. Buna görə
də erməniləri yenidən qızıĢdırmağa, rus batalyonlarını iĢə salmağa baĢladılar. Nəticədə
müharibəyə giriĢdik və iki rayonu - Goranboyu (keçmiĢ ġaumyan rayonunu) və Ağdərə
rayonunu ermənilərdən aldıq. Ordunu Laçına çıxardıq (Laçın da o vaxt əldən gedirdi) - onun
böyük hissəsini ələ keçirdik, Laçın dəhlizinə çıxdıq. Belə bir vəziyyətdə Rusiya gördü ki,
qabağımızda dayanmaq çətindir. Təzədən rus batalyonlarını ortaya atdı, daha doğrusu,
Qarabağda rus batalyonlarının qabağında dayana bilmədik, çünki hərbi cəhətdən o səviyyədə
hazırlıqlı deyildik. Onlar peĢəkarlar, xüsusi təyinatlı hərbi qüvvələrdir.
Sonra Kəlbəcəri əlimizdən aldılar ki, bizə böyük zərbə vursunlar. Doğrudan da, Kəlbəcəri
qoruyub saxlaya bilmədik. Bu, bizi yıxmaq üçündü, xalq da bunu müəyyən qədər baĢa düĢdü.
Kəlbəcər qaçqınlarının özlərini də, mal-qaralarını da Gəncənin ətrafındakı bölgələrə
yerləĢdirdik. Nisbətən az itkiylə o məsələdən qurtardıq. Rusiyanın Xarici ĠĢlər Nazirliyində
Qarabağ üzrə vəkil olan Kazimirov bizim dövlət adamlarımıza demiĢdi ki, siz bu bəladan
qurtardınız, sabah içərinizdə bir hərəkat, qiyam baĢlasa onda nə cavab verəcəksiniz? Artıq o,
bizə iĢarə etdi - ya gəlin girin Rusiyanın qoltuğuna, ya da qiyam baĢlayacaq.
-"MDB-yə girin" demək istəyirdi?
-MDB-yə girmək yox, Rusiya nə desə onunla razılaĢmaq lazımmıĢ. Rusiyanın ordusunu,
Rusiyanın bazalarını, Rusiyanın bütün nüfuzunu saxlamalıydıq burada, bütün siyasətəmizi
ancaq Moskva deyənlə uyğunlaĢdırmalıydıq. Biz, təbii ki, tamamilə bunun əleyhinəydik,
müstəqil siyasət yürüdürdük"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat
üz-üzə", Bakı, 1999, s.31-32).
Ermənilərin Kəlbəcərə soxulması ölkənin həm içində, həm də dıĢarısında geniĢ əks-səda
doğurdu. Prezidentin mətbuat xidməti bəyanat verdi. Sənəddə oxuyuruq: "Azərbaycan
Respublikasının rəhbərliyi dövlətlərin, dünya hökumətlərinin baĢçılarını və parlamentlərini,
BMT-ni, ATƏM-i, ĠKT-ni, digər nüfuzlu beynəlxalq təĢkilatları Ermənistan Respublikasının
təcavüzkar əməllərini prinsipial surətdə pisləməyə, təcavüzkarı cilovlamaq üçün qəti tədbirlər
görməyə çağırır".
Azərbaycan Xarici ĠĢlər Nazirliyi də oxĢar məzmunlu bəyanat verdi.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov prezident Əbülfəz Elçibəyin
məktubunu BMT-nin baĢ katibi Butros Qaliyə təqdim etdi. Məktubda deyilirdi: “Vətənimizin bu
ağır vaxtında mən Sizdən xahiĢ edirəm ki, bölgəyə atəĢin dayandırılmasına dərhal nail olmaq
üçün BirləĢmiĢ Millətlər TəĢkilatının bütün nüfuzundan, Sizin çox böyük Ģəxsi nüfuzunuzdan
istifadə edəsiniz”.
H.Həsənov eyni vaxtda BMT Təhlükəsizlik ġurasının sədri Terens O'Brayenə də məktubla
müraciət etdi.
Azərbaycanın Moskvadakı səlahiyyətli nümayəndəliyi bu vəhĢilik aktıyla bağlı elə həmin gün
bəyanat yaydı. Bəyanatda belə bir təĢviĢ ifadə olunurdu ki, “təcavüzkarın cəzasız qalması,
beynəlxalq təĢkilatların lazımi reaksiya verməməsi Zaqafqaziyada, ġərqi Avropada və Orta
ġərqdə sülh və sabitlik üçün qorxu törədən təhlükəli hadisələrə gətirib çıxara bilər”.
Türkiyə hökuməti də 31 martda bəyanat qəbul edərək Ermənistanın təcavüzünü qətiyyətlə
pislədi. Hikmət Çətin Rusiya xarici iĢlər naziri Andrey Kozırev və ABġ-ın dövlət katibi Uorren
Kristoferlə telefonla danıĢdı.
Ən qəribəsi budur ki, belə çox həssas durumda Ģəxsiyyəti bilinməyən 4 nəfər (onların iqtidarı
sevən Ģəxslər olması mümkün deyil) əliyevpərəstlikləriylə seçilən “Əlincə” xeyriyyə
cəmiyyətinə və “Səs” qəzetinə 31 martda basqın etdi və təbii ki, bu hadisədən iqtidara qarĢı
əkstəbliğatçün yaxĢıca istifadə edildi.
Azərbaycan prezidenti Əbülfəz Elçibəy aprelin 1-ində səhər televiziyayla çıxıĢ etdi. Ölkədəki
daxili siyasi durumu Ģərh edən, iqtisadiyyat və mədəniyyət problemlərinə toxunan Bəy hərbi
quruculuq və dövlət quruculuğu problemlərindən də danıĢdı. Onun fikrincə, çoxlu
problemlərin mövcudluğuna baxmayaraq ölkədə ilk növbədə baĢlıca həyati məsələlər həll
edilir, xarici əlaqələr möhkəmləndirilir. Bəy göstərdi ki, qonĢu dövlətlərlə (Ġran, Türkiyə,
Gürcüstan, Rusiya), eləcə də Ukrayna, Ġsrail və Misirlə sabit, tarazlaĢdırılmıĢ münasibətlərimiz
var.
Azərbaycan Ordusunun yaradılmasındakı çətinliklər üzərində geniĢ dayanan prezident
Kəlbəcərə hücum haqqında da məlumat verdi.
Kütləvi informasiya vasitələrinə münasibətini açıqlayan Bəy KĠV iĢçilərini qanunlara hörmət
etməyə, etik normalara sayğı göstərməyə dəvət etdi, bildirdi ki, əks halda Azərbaycan
demokratiyasının nailiyyətlərinin təhlükə qarĢısında qalması labüddür.
Ġsgəndər Həmidovun “Ġstiqlal” qəzeti redaktoruna qarĢı hərəkətlərini pisləyən prezident dedi:
“Dövlət xadimi özünü bu tərzdə apara bilməz və daxili iĢlər naziri bir daha belə hərəkətlərə
yol verərsə BĠZ BĠR YERDƏ ĠġLƏYƏ BĠLMƏYƏCƏYĠK”.
Müxalifətin Milli Məclisdə irəli sürdüyü tələblə bağlı Bəy dedi ki, 16 iyulda televiziyada xalqa
məlumat verməyə hazıram.
Parlament seçkisinin bu ilin PAYIZINDA keçirilməsinə tərəfdar olduğunu bəyan edən
prezident Elçibəy xalqı birliyə səslədi, əhalini uğurlarımızı möhkəmləndirməkçün gərgin
iĢləməyə çağırdı və anarxiyaya, özbaĢınalığa yol verməmək, Azərbaycanda müstəqil dövlətin
qurulması naminə lazım gələrsə QƏTĠ TƏDBĠRLƏR GÖRMƏYƏ HAZIR OLDUĞUNU söylədi.
Aprelin 1-ində ölkə prokurorluğunun 90-dan çox rəhbər və məsul iĢçisi cəbhə xəttinə
göndərildi.
Ġsa Qəmbərin sədrliyi altında Milli Məclis də ermənilərin Kəlbəcərə hücumuyla bağlı 1 apreldə
“Dünya ölkələrinin parlamentlərinə, Avropa Birliyinə, ATƏM-ə və BMT-yə” müraciət qəbul
etdi.
BirləĢmiĢ Millətlər TəĢkilatının iqamətgahı qarĢısında 1 apreldə ABġ-da yaĢayan Azərbaycan
və Türkiyə türkləri, baĢqa millətlərin nümayəndələri etiraz nümayiĢi keçirdilər.
Elçibəy 2 apreldə ABġ və Rusiya prezidentlərinə məktub göndərərək Kəlbəcərin 60 minlik,
Laçın rayonunun 32 minlik əhalisinin Ermənistan silahlı qüvvələrinin güclü hücumu
nəticəsində mühasirəyə düĢdüyünü və məhvolma təhlükəsiylə üzləĢdiyini bildirdi.
Kəlbəcərə hücum ermənilərin ərazi iĢğalı istəyindən baĢqa, Azərbaycanda iqtidarı
devirməkçün əhalidə qəzəb yaratmaq məqsədinə də xidmət edirdi. Kəlbəcərin getməsiylə
bağlı iqtidarı devirməyə üçüncü təĢəbbüs göstərildi; belə ki, Rəhim Qazıyev və Surət
Hüseynovla sıx əlaqəli olan zabitlərin xəyanəti nəticəsində bu rayonun ermənilərə
verilməsindən sonra, çevriliĢçilərin fikrincə, Bakıya axacaq böyük qaçqın kütləsindən vəziyyəti
kəskinləĢdirərək siyasi böhran yaratmaq və sonra silahlı adamları “iĢə salmaq” asan olacaqdı.
Təsadüfi deyil ki, “böyük bir sevinclə Naxçıvandakı Heydər Əliyevi axtaran Nemət
Dostları ilə paylaş: |