ARTIRMA
"-…Yanılmıramsa Siz bir vaxtlar Heydər Əliyevə Azərbaycanı birləĢdirə biləcək güclü bir
siyasətçi kimi inanırdınız; bəs indi necə?
-Mən bunu Heydər Əliyev Moskvada yüksək vəzifə tutanda demiĢdim. Bir dəfə Moskvada bir
çıxıĢında o bildirdi ki, bizim hələ baĢqa dərdimiz də var - Ġranda milyonlarca həmvətənimiz,
qardaĢımız zülm və istibdad altındadır; biz onların da haqqında düĢünməliyik. Mən onda
fikirləĢdim ki, H.Əliyev elə yüksək məqama çatıbdır ki, dediyini edə bilər, buna gücü çatar.
Çünki Brejnevin yanında böyük nüfuzu var və bu məsələnin həlliyçün ondan kömək istəyə
bilər, axı bu, Rusiyaya da xeyirdir - Sovet dövlətinin sahəsi daha da böyüyər. Həm də bu
birləĢmə H.Əliyevin özünə də böyük nüfuz qazandırardı.
Bu düĢüncəmin kökü haradan gəlirdi? Mərhum Seyid Cəfər PiĢəvəri Mircəfər Bağırova deyib
ki, gəl bu məsələni Azərbaycan KP-nin bürosunda qoyaq və Azərbaycanı birləĢdirək. Belə də
ediblər - Azərbaycanda KP MK bürosu çağırılıb və Azərbaycanın birləĢdirilməsi haqqında qərar
qəbul edilib.
-Neçənci ildə?
-1946-da - müharibədən sonra. Sov.ĠKP MK Siyasi Bürosundan xahiĢ edilib ki, bu məsələ
haqqında o da qərar qəbul etsin. Mircəfər Bağırov bu sənədi Stalinin yanına aparıb. Stalin
onun məsələyə Siyasi Büroda baxılmaq arzusunu eĢidəndə cavab verib: "Büro mənəm. Bu
haqda heç söhbət də ola bilməz!". Sənədi məhv edib. Bağırov bunu olduğu kimi PiĢəvəriyə
danıĢıb.
Deməli, bu məsələni Moskvanın əliylə həll etmək olardı, bu Ģərtlə ki, birinci adam ona razılıq
versin. Mən də Brejnevin buna gedə biləcəyini düĢünürdüm, çünki o zaman SSRĠ Yaxın və
Orta ġərqə çox güclü təsir göstərirdi. Təkcə bunu xatırlayaq ki, Əfqanıstana artıq Sovet
ordusu çıxarılmıĢdı. Azərbaycan məsələsini də bu kontekstdə həll etmək olardı.
Ancaq sonradan gördüm ki, səhv düĢünmüĢəm - Azərbaycanı parçalayan elə Moskvadır, onu
birləĢməsini istəməyən çoxlu qüvvələr var və Əliyev bu iĢin öhdəsindən gələ bilməz. Ġndi -
yenidən Azərbaycana baĢçılıq etdiyi bir vaxtdasa birləĢdirmə məsələsi onun imkanlarından
xaricdir - bu, Əliyevlik deyil.
Heydər Əliyev son vaxtlar Tehrana gedəndə ona sual verdilər ki, sizdə Güney Azərbaycan
problemi varmı? O dedi ki, bizdə belə problem yoxdur və bu haqda heç düĢünmürük də.
Deməli, problemdən tamamilə qaçdı. Amma mənsə prezident olanda demiĢdim ki, bəli, belə
problemimiz var və biz Azərbaycanın Güneyindəki xalqımızı azad görmək istəyirik; biz
xalqımız bütövlükdə azad olanda özümüzü azad sayacağıq".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.136-
137).
"FÜZULĠ POEZĠYA TANRISIDIR"
Azərbaycan prezidenti Əbülfəz Elçibəy 4 fevralda öz sədrliyi altında türk dünyasının dahisi
Məhəmməd Füzulinin 500 illiyi üzrə yubiley komitəsinin ilk iclasını keçirdi və dedi: "Füzuli
poeziya Tanrısıdır".
Əbülfəz bəy milli mədəni dəyərlərimizi ən yüksək səviyyədə, çox dərindən bilir,
mədəniyyətimizin ən müxtəlif sahələri haqqında öz düĢüncələrini bildirir, onları təbliğ etmək
və etdirmək istəyirdi.
Bəyin sənətimizə bələdliyi haqqında Azərbaycanın ən ünlü sənətkarlarından biri olan xalq
artisti
Habil Əliyev deyir: "…YaĢar (hüquqĢünas YaĢar Əliyev - Ə.T.) məni və Elçibəyi öz evinə
apardı. Burada çox gözəl bir məclis və olduqca maraqlı söhbətlər alındı. Daha çox YaĢar
Elçibəyə suallar verir və Elçibəy onlara mənim indiyədək heç yanda oxumadığım və
eĢitmədiyim hədsiz orijinal cavablar verirdi. Yadımdadır ki, Elçibəy rənglərin ətrindən,
dadından, dərinlik və dayazlığından elə danıĢırdı ki, ürəyimdə öz-özümə dedim, yox, bu, elə-
belə alim deyil; belə incəlikləri yalnız qədim ġərq fəlsəfəsini və mədəniyyətinə ən incəliklə
yiyələnmiĢ bir alim açıqlaya bilər. O, Azərbaycan musiqisinin, ümumən türk musiqisinin
sehrinin mahiyyətini elə izah edirdi ki, dediklərinin çoxunu mənim kimi bir sənət xiridarı ilk
dəfə eĢidirdi"
. ("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, s.51).
Elçibəyin milli dəyərlərimizə bu cür incəliklə yiyələnməsi onun millətimizə sevgisindən
qaynaqlanmıĢdı və çalıĢırdı ki, dost-tanıĢlarına da öz milli duyğularını aĢılasın. Cəsarətlə deyə
bilərik ki, bir çox musiqiçilər, Ģairlər, rəssamlar, alimlər… məhz Bəylə ünsiyyətdən sonra, necə
deyərlər, nihilist mövqedən biryolluq uzaqlaĢaraq millətçilik "səngər"inə keçiblər. Məsələn,
onlardan biri olan sevimli bəstəkarımız
CavanĢir Quluyev yazır: "Elçibəylə ünsiyyətdən sonra
(70-inci illərin baĢlanğıcında - Ə.T.) artıq mənim vətənim Sovet Azərbaycanı deyildi - mənim
Vətənim bütün Türküstan oldu! M.Rəsulzadəni tanıdım! Türkün Ģanlı tarixi mənim tarixim
oldu! Türkün musiqisi də mənim musiqim oldu! Mən özüm də türk oldum! Döndüm özümə!
Döndüm saza! Döndüm Dədə Qorquda! Özümə yeni tar aldım!..
Mənə hava gəldi, mənə nəfəs gəldi, həvəs gəldi, arzu gəldi - təzə yazılar yazmaq istədim! Və
yazdım! Mənim musiqi taleyimdəki "çat xətti" 1972-ci ildə yazdığım "1-ci simli kvartet"in 2-ci
hissəsi ilə 3-cü hissəsinin arasından keçir! Çünki Əbülfəz bəy məni "yuxudan ayıldanda"
kvartetin iki hissəsini artıq yazmıĢdım. 3-cü hissə mənim sonrakı musiqi taleyimi həll etdi -
mənə uğurlar gətirdi, məni dünyada gəzdirdi! Və bütün sonra yazdıqlarım 1-ci kvartetin 3-cü
hissəsinin "Ģinel"indən çıxıb - Ə.Elçibəyin məfkurəsindən bəhrələnib! Beləcə, Elçibəy məndən
bəstəkar "yaratdı"!"
. ("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, s.39-40).
Bəy bacarıqlı sənətkarlarımıza qiymət verilməməsini bütövlükdə sənətimizə soyuq
münasibətin bir göstəricisi sayırdı və bu halı pisləyirdi. Ona görə də özü prezident olanda milli
incəsənətimizin inkiĢafında xüsusi xidmətləri olmuĢ insanlara qayğını artırmağı tələb etdi. Alim
Qasımov, Flora Kərimova, Qədir Rüstəmov, Afaq BəĢirqızı, Arif Quluyev… kimi yüksək
sənətçilərə Azərbaycanın "Xalq artisti" fəxri adını məhz Elçibəy verdi. Ancaq fəxri adlar almıĢ
insanların sayca azlığının özü də səbəbsiz deyil - Bəy ümumən dövlətin, prezidentin bu cür
adlar verməsini prinsipcə bəyənmir, onların bütün mədəni ölkələrdə olduğu kimi yerli-dibli
ləğv edilməsini istəyir, deyirdi ki, insan gərək öz mükafatını, öz adını xalqdan alsın, dövlətdən
yox - dövlətdən alınmıĢ hər hansı bir ad onu az və ya çox dərəcədə dövlətdən asılı edir, bu
üzdən də fəxri adları nüfuzlu qeyri-hökumət qurumları verməlidir. Bəy dövlətin (prezidentin)
yalnız "Milli Qəhrəman" adı və məhdud sayda orden (o da hərbçilərə) verməsi tərəfdarıydı.
Elçibəy iqtidarı ümumən mədəniyyətimizin inkiĢafından ötrü əlindən gələni edir, ölkədə
müharibə getməsinə baxmayaraq onun yüksəliĢinə vəsait ayırırdı.
ARTIRMALAR
I. Azərbaycan mədəniyyət, incəsənət və mətbuatını inkiĢaf etdirmək məqsədiylə Azərbaycan
prezidenti Əbülfəz ELÇĠBƏY aĢağıda adları çəkilənlərə Prezident fondundan birdəfəlik yardım
ayırmıĢdır:
Azərbaycan Ensiklopediyası - 5 milyon rubl, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestri - 3 milyon rubl, "Qobustan" toplusu - 0,5 milyon rubl, "Ədəbiyyat qəzeti" - 0,5
milyon rubl, Azərbaycan Dövlət Milli Dram Teatrı - 4 milyon rubl, Azərbaycan Dövlət Opera və
Balet Teatrı - 4 milyon rubl, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı - 3 milyon rubl, Gənc
TamaĢaçılar Teatrı - 2 milyon rubl, "Yuğ" Dövlət Teatrı - 0,5 milyon rubl, Marionet Teatrı -
0,5 milyon rubl, Azərbaycan Dövlət Kukla Teatrı - 0,5 milyon rubl, "Türkologiya" jurnalı - 0,5
milyon rubl, Bakı Xoreoqrafiya məktəbi - 1 milyon rubl, respublikada yaĢayan milli azlıqların,
azsaylı xalqların və etnik qrupların mədəniyyətini inkiĢaf etdirməkçün - 5 milyon rubl = 30
milyon rubl. ("Azərbaycan" qəzeti, 31 mart 1993).
II. "Ġqtisadi islahatlar dövründə mədəniyyət və incəsənətə dövlət himayəsi haqqında"
Azərbaycan Respublikasının prezidenti Əbülfəz ELÇĠBƏYĠN 16 aprel 1993 tarixli
sərəncamından
"Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapĢırılsın ki, bir ay müddətində:
1. Mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində çalıĢan yaradıcıların qonorarının artırılması
və yaradıcılıq ittifaqları xətti ilə mədəniyyət, ədəbiyyat və incəsənət iĢçilərinə, yazıçılara
verilən qonorardan gəlir vergisindən baĢqa digər ödənclər tutulmaması məsələlərini nəzərdən
keçirib müvafiq qərar qəbul etsin;
2. Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" ədəbi-bədii jurnalının maliyyələĢdirilməsinə
dövlət yardımı məsələsini həll etsin;
3. "Azərkinovideo" Ġstehsalat Birliyinə birdəfəlik maliyyə yardımı göstərilməsi məsələsini həll
etsin;
4. Yaradıcılıq ittifaqlarının xətti ilə xarici ölkələrə qastrollara, sərgi açmağa, beynəlxalq
festivallara, müsabiqələrdə iĢtirak etməyə gedən sənət kollektivlərinin və ayrı-ayrı fərdlərin
yol xərclərinə dövlət hesabına 50 faiz güzəĢt tətbiq olunması məsələsini həll etsin;
5. Müvafiq yaradıcılıq ittifaqlarına və peĢəkar yaradıcı iĢçilərə qanunvericiliklə müəyyən
edilmiĢ qaydada onların yerli icra hakimiyyəti orqanlarından icarəyə götürülmüĢ sərgi
salonları, rəssam, memar və heykəltaraĢ emalatxanalarına görə ödənilən kommunal, rabitə,
enerci xərjləri üzrə güzəĢtlər nəzərdə tutsun;
6. Tarixi, milli mədəni obyekt və abidələrin, muzey əhəmiyyətli sənət nümunələrinin qeyri-
qanuni yolla alqı-satqısının, mənimsənilməsinin, xaricə aparılmasının qarĢısını almaq üçün
müvafiq tədbirlər hazırlayıb həyata keçirilməsini təmin etsin".
"QAFQAZ EVĠ"NĠ DƏ ERMƏNĠLƏR YIXDI
Rusiyanın yeni gömrük tarifləri 1 fevraldan qüvvəyə mindi.
BaĢ nazirin I müavini Vahid Əhmədov 2 fevralda bəyan etdi ki, hökumət ümumi məbləği 18
milyard manat olan milli valyutamızın çapını Fransaya sifariĢ verib.
ARTIRMA
"
-Mən Meydanda da dəfələrlə deyirdim ki, müstəqil olmaq üçün Azərbaycanın ən əsas iki
göstəricisi olmalıdır: birincisi - pulu, ikincisi - ordusu. Hətta bir dəfə Polyaniçko mənə dedi ki,
sən bu Ģüardan əl çək. Mən onu həmiĢə təkrarladım, çünki söhbət adi bir Ģüardan yox,
dövlətçilik prinsipindən gedir. Ona görə də biz hakimiyyətə gələn kimi puldan və ordudan
baĢladıq.
Birinci, pulumuzu buraxdıq. Paralel olaraq ordunu da yaradırdıq. Obiri tərəfdən də Rusiyaya
qarĢı təzyiqlərə baĢladıq ki, ordunu buradan yığıĢdır, sərhəd qoĢunlarını da. Xarici ordunun
ölkəmizdə olması artıq müstəmləkə olmağımız deməkdir. Xarici ordunu çıxardırsan, öz
müstəqil ordunu yaradırsan - onun yerinə oturur. Xarici pulu çıxardırsan, öz milli pulunu
yaradırsan - onun yerində durur. Və olursan müstəqil dövlət.
-Ġndikilər bizi ittiham edirlər ki, ordu quruculuğu 1993-dən, 4 iyun qiyamından sonra baĢlayıb.
Bizim dövrümüzdə ordu quruculuğunda həqiqi vəziyyət necəydi?
-Axı bunu necə deyə bilərlər? Ġttiham edirlərsə ya bu ölkədə yaĢamırlar, ya da, doğrudan da,
Ģərəfsizlik edirlər. Məhz Heydər Əliyev "Cəbhənin batalyonları" adı altında 33 batalyonu ləğv
etdirdi. Bu nə deməkdi? Onlar Xalq Cəbhəsinin yox, Azərbaycan Ordusunun batalyonlarıydı.
Bizim vaxtımızadək, lap bizim dövrümüzdə də həm Cəbhə batalyonları, həm də könüllü
batalyonlar vardı. Biz könüllü batalyonları ləğv elədik. Mən özüm ləğv elədim ki, nizami ordu
olmalıdır. "54 min hərbi qüvvə vardı" deyəndə mən nəyi nəzərdə tuturam? Bunun siyahısı
var, dəftəri var - getsinlər baxsınlar hamısına. Onların heç biri Cəbhənin batalyonu deyildi.
Sadəcə olaraq, əvvəldən könüllü yaranmıĢdılar, sonradan nizami orduya qəbul olunmuĢdular,
içlərindəki yaĢlı adamlar da çıxıb getmiĢdilər. Nizami ordudan kənarda bir dənə də batalyon
yoxdu. Kim nə deyir-desin.
Biz nəinki ordumuzu və pulumuzu yaratdıq, həm də rus ordusunu ölkəmizdən çıxartdıq
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.39-40).
Rusiyanın təzyiqi altına düĢmüĢ iki Qafqaz Respublikası: Gürcüstan və Azərbaycan xarici
əlaqələrçün ən kəsə və sərfəli yollar axtarıĢında bir-birinə üz tutmalı olmuĢdu. Gürcüstan
Azərbaycan vasitəsilə Xəzərə və ġərqə çıxmaq istədiyi kimi, Azərbaycan da öz məhsullarını
Qara dənizlə Qərbə göndərmək diləyindəydi. Hər iki ölkə MDB-yə girmək istəmirdi.
Düzünə qalsa, Gürcüstanın Azərbaycana ehtiyacı daha çoxdu. Buna görə də 3 fevralda
Gürcüstan parlamentinin sədri - dövlət baĢçısı Eduard ġevardnadze baĢ nazir Tengiz Siqua və
baĢqa dövlət rəhbərləriylə birgə Bakıya rəsmi səfərə gəldi.
Günün birinci yarısında Elçibəylə ġevardnadzenin təkbətək görüĢü oldu. Bu görüĢün çox
səmərəli keçdiyini bildirən ġevardnadze xəbər verdi ki, bundan sonra tərəflər qarĢılıqlı mal
göndərilməsinin haqqını təkcə rublla deyil, möhkəm valyutayla da ödəmək haqqında razılığa
gəliblər.
AxĢam hər iki dövlətin baĢçıları "Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında
dostluq, əməkdaĢlıq və qarĢılıqlı təhlükəsizlik haqqında müqavilə"ni imzaladılar. Sənəddə hər
iki respublikadakı milli azlıqların hüquqlarının qorunması da nəzərdə tutulurdu.
Bütünlükdəsə 20-dən çox saziĢ bağlanıldı ki, onların içərisində parlamentlərarası əlaqələr
haqqında müqavilə də var.
../../images/Arxiv/1993_0203_Severnadze.JPG
Ġmzalanma mərasimindən sonra keçirilən
mətbuat konfransında Əbülfəz bəy dedi ki, bu gün Azərbaycan paytaxtında sülh və əmin-
amanlığın hökm sürdüyü QAFQAZ EVĠ yaratmaqçün bünövrə qoyulub.
Gürcüstan nümayəndə heyəti elə o gün gecədən xeyli keçmiĢ vətənə döndü.
Prezidentin köməkçisi Oqtay Qasımov sonralar mənə söylədi ki, ġevardnadze gecə Bakıda
qaldı. Dudayev də paytaxtımıza gəldi. "Qafqaz evi" ideyası Bakıda Elçibəy-ġevardnadze-
Dudayev birgə görüĢündə müzakirə olundu.
Cövhər Dudayev təklif etmiĢdi ki, Elçibəy "Qafqaz evi"nin ağsaqqalı, özüsə hərbi məsələlərə
cavabdeh Ģəxs olsun. Elçibəysə dövri sədrlik təklif etmiĢdi və prezidentlər bununla
razılaĢmıĢdılar. ġevardnadze Yeltsinlə Dudayevi barıĢdırmalı, Dudayevsə Ter-Petrosyanla
görüĢərək onu "Qafqaz evi"ndə ümumi maraqlara uyğun iĢtirak etməyə razı salmalıydı. Sonra
ümumi qərara əsasən Dudayev Ter-Petrosyanla da bu haqda danıĢıq aparmıĢdı. Ġlkin
söhbətdə o razılıq versə də sonra Moskvanın təzyiqi altında sözündən qaçmıĢ, bununla da
"Qafqaz evi" ideyası baĢ tutmamıĢdı.
ELÇĠBƏY - KLĠNTON MƏKTUBLAġMASI
Əbülfəz Elçibəyin ABġ prezidenti Bill Klintona göndərdiyi təbrik məktubu 3 fevralda
mətbuatda dərc edildi.
Ġndiki müharibənin Ermənistanın ölkəmizə qarĢı ƏRAZĠ ĠDDĠASIYLA etdiyi ilk təcavüzün
olmadığını xüsusi vurğulayan Azərbaycan prezidenti, Ģəxsən mənim fikrimcə, Azərbaycan
diplomatiyası tarixində dəyərli sənədlərdən olan bu məktubda göstərir ki, bundan öncəki
təcavüz 1921-də 1.200 kvadrat kilometrlik ZƏNGƏZUR VĠLAYƏTĠNĠN AZƏRBAYCANDAN
QOPARILMASIYLA nəticələnib. Lakin indiki respublikamızın hökuməti BMT Nizamnaməsinə,
ABġ Dövlət Departamentinin ifadə etdiyi əsas prinsiplərə, o sıradan mövcud sərhədlərin
toxunulmazlığı prinsipinə hörmətlə yanaĢaraq ƏZƏLĠ TORPAQLARIMIZIN QAYTARILMASI
MƏSƏLƏSĠNĠ QALDIRMIR. Bununla birgə, burası da aydındır ki, indiki təcavüz YUXARI
QARABAĞ TORPAQLARININ RESPUBLĠKAMIZDAN QOPARILMASI məqsədi daĢıyır.
Əbülfəz bəy baĢqa dövlət baĢçılarıyla görüĢlərində və imzaladığı sənədlərdə dəfələrlə irəli
sürdüyü bu müddəanı bir daha Klintona da təkrarladı ki, Ermənistanın təcavüzkarlığının
pislənilməməsindən narahatlıq keçirir.
ABġ prezidenti Bill Klinton Əbülfəz Elçibəyə cavab məktubu göndərdi və həmin məktub 10
fevralda mətbuatda dərc edildi.
Diplomatik fəallıq yalnız Bakıda yox, Naxçıvanda da müĢahidə edilməyə baĢlamıĢdı. 3 fevralda
BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əs-Səid və 4-5 fevralda ABġ səfiri Riçard
Mayls Naxçıvanda olaraq Heydər Əliyevlə görüĢdülər, bu bölgədəki sosial-iqtisadi durumdan
da danıĢdılar.
ERMƏNĠLƏR ƏKS-HÜCUMA KEÇĠR
Yanvar ayının 21-ində Rəhim Qazıyev və Surət Hüseynovun Kəlbəcər - Ağdərə istiqamətinə
nəzarət edən 2-ci korpusun 3 briqadasından 2-sini döyüĢ xəttindən çıxarıb arxa cəbhəyə
aparması və onların yerinə heç bir qüvvə göndərməməsi nəticəsində qüvvələr nisbəti
ermənilərin xeyrinə 2-3 dəfə dəyiĢdi və onlar bu fürsətdən vaxtında istifadə edərək əlavə
qüvvə toplamadan 5 fevralda ağır toplardan və zirehli texnikadan istifadə etməklə güclü əks-
hücuma keçdilər və bu hücumlara aprelədək ara vermədilər. Həmin gün Ağdərə bölgəsində
irəliləyən düĢmən Sırxavənd və Çıldıran kəndlərini tutdu, Laçın dəhlizindən keçərək 7
kəndimizi də iĢğal etdi. Fevralın sonunadək ermənilər Ağdərə rayonunun 17 kəndini ələ
keçirdilər və Sərsəng su anbarını nəzarətə aldılar. Onlar martın baĢlanğıcında anbarı, 8 mart
ərəfəsindəsə 6 kəndi də tutaraq Ağdərəyə yaxınlaĢdılar. Beləliklə, 1992-nin iyulunun
sonundakına bənzər durum yarandı.
Pənah Hüseynov bununla bağlı olaraq bildirir:
"Fevral ayında cəbhədə çox ağır məğlubiyyətlər
oldu. Bu məsələdə S.Hüseynovun və R.Qazıyevə yaxın rus hərbçilərinin rolu açıq-aĢkar
meydana çıxdı. R.Qazıyevlə Rusiya müdafiə naziri Qraçov və onun köməkçiləri arasında
danıĢıqlar haqqında bizə dəqiq məlumatlar daxil oldu. Həmin məlumatlar Milli Məclisin qapalı
sessiyasında səsləndiriləndə R.Qazıyev istefa haqda bəyanat verdi"
("Yeni Müsavat",
15.04.1999).
"Azərin" analitik-informasiya mərkəzi ermənilərin bu hücumundan danıĢarkən bildirir ki,
Rusiya hərbi rəhbərliyi ULTĠMATUM Ģəklində Azərbaycan rəhbərliyindən GENERAL ġERBAKIN
BAġÇILIQ ETDĠYĠ 104-üncü HƏRBĠ DESANT DĠVĠZĠYASINI NƏĠNKĠ RESPUBLĠKADA
SAXLAMAĞI, HƏM DƏ BU DĠVĠZĠYAYA "SÜLHMƏRAMLI QÜVVƏ" STATUSU VERMƏYĠ tələb
etsə də Azərbaycan prezidentinin bundan imtinası Rusiyanın güclü təzyiqinə səbəb olub.
Rusiyanın 7-ci ordusunun bölmələri fevral ayında Dağlıq Qarabağda döyüĢ əməliyyatlarında
fəal iĢtirak etmiĢdi. Eyni zamanda, Azərbaycanın Rusiyadakı hesabları (təxminən 30 milyard
rubl) dondurulmuĢdu. Azərbaycan maliyyə nazirinin müavini Fikrət Yusifov 12 fevralda
bildirirdi: "KeçmiĢ Ġttifaqın bankları arasında nağdsız hesablaĢmalar üzrə bütün əməliyyatların
dayanması üzündən indi AZƏRBAYCAN MÜƏSSĠSƏLƏRĠNĠN ĠFLASA UĞRAMASI təhlükəsi
yaranıb". Onun dediyinə görə, bir aydır ki, bu haqda Rusiya hökumətiylə danıĢıqlar gedir. Bu
haqda razılaĢma olmasa Azərbaycan iqtisadiyyatının iflasa uğraması labüddür.
Rusiyayla nəqliyyat kommunikasiyalarını kəsmək cəhdləri də edilmiĢdi. (Moskva-Bakı qatarının
hərəkəti müvəqqəti dayandırılmıĢ, Bakı-Kislovodsk qatarındasa partlayıĢ törədilmiĢ, insanlar
həlak olmuĢdu).
Prezidentin mətbuat xidməti ermənilərin 5 fevral hücumuyla bağlı bəyanat verdi: "Əgər təcili
olaraq beynəlxalq səviyyədə müvafiq tədbirlər görülməzsə bu, bütün bölgədə vəziyyətin daha
da gərginləĢməsinə gətirib çıxara bilər".
Füzuli rayonundakı fövqəladə vəziyyətin müddəti 5 fevralda yenidən uzadıldı. 6 fevraldasa
Ağdam rayonunda da FV tətbiq edildi.
Fevralın 6-sında prezident AzərTAc-ın, "Azərbaycan" qəzetinin, Teleradio ġirkətinin və baĢqa
kütləvi informasiya vasitələrinin rəhbərləriylə görüĢdü.
Fevralın 8-inə keçən gecə Ağstafa rayonunda Saloğlu məntəqəsində Gürcüstanla Azərbaycan
arasındakı körpü partladıldı, iki qonĢu dövlət arasındakı dəmiryolu əlaqəsi kəsildi.
AXC ĠCRAĠYYƏ KOMĠTƏSĠNĠN "YAYLIM ATƏġĠ" VƏ GƏNCƏ HƏYƏCANI
Elçibəy hakimiyyətinin yıxılmasıyçün general ġerbakın yardımıyla yanvar-fevral aylarında ikinci
çevriliĢ planı hazırlanmıĢdı. Bu plana görə, may ayında Gəncədə Ali Sovet yığıĢaraq yeni
iqtidar qurulduğunu elan edəcəkdi.
Dövlət baĢçısı 5 fevralda Prezident Aparatında kənd təsərrüfatında yaranmıĢ böhranla bağlı
geniĢ müĢavirə çağırdı. Yığıncaqda bu baĢlıca tezis qəbul edildi ki, kənd təsərrüfatını inkiĢaf
etdirməkçün ilk növbədə aqrar-sənaye kompleksinin fəaliyyətində səmərəliliyi yüksəltmək,
onun idarəetmə strukturunu yeni iqtisadi Ģəraitə uyğunlaĢdırmaq gərəkdir. Əslində onda
"böhran" adlandırılan Ģey Azərbaycanın indiki iqtisadi durumuyla müqayisədə əsl rifah
adlandırıla bilər. Müqayisədən ötrü baxaq: 5 fevral 1993-də 1 ABġ dolları 572 rubla
bərabərdi. Həmin qıĢ günündə bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətisə beləydi:
mal əti - 472 rubl, qoyun əti - 574 rubl, kartof - 84 rubl, soğan - 34 rubl, xiyar - 865 rubl,
alma - 148 rubl, pomidor - 573 rubl, üzüm - 333 rubl, nar - 226 rubl.
Ancaq bu günlərdə prezidenti iqtisadiyyatdan daha çox ölkədəki durum narahat edirdi. Rusiya
hərbçilərinin oylağı olan Gəncədə dövlətin taleyiyçün gözlənilən təhlükədən yetərincə
məlumatlanmıĢ Bəy öz Ģəxsi həyatıyçün də gerçək ciddi təhlükənin mövcudluğuna
baxmayaraq 8-10 fevralda Gəncədə oldu.
QarĢıdan ağır çarpıĢmalar gözləyən və bu çarpıĢmada ən etibarlı dayağın məhz AXC olacağını
kəsdirən Bəy Gəncəyə yola düĢməzdən öncə - 8 fevralda AXC Ġcraiyyə Komitəsinin
rəhbərliyində dəyiĢiklik etdi. AXC sədrinin 18 saylı sərəncamıyla Ġcraiyyə Komitəsinin "mülki"
sədri Tofiq Seyidovu "hərbçi" Fərəc Quluyev əvəz etdi. Naxçıvanı erməni hücumlarından
qəhrəmancasına qorumuĢ millət vəkili Fərəc bəyin Cəbhə rəhbərliyinə gətirilməsi qarĢıdakı
döyüĢlərin gərgin olacağından xəbər verirdi.
Ayın 8-ində Bəy Gəncə Ģəhər icra hakimiyyəti, hüquq-mühafizə orqanları və AXC Gəncə Ģəhər
rəhbərlərinin iĢtirakıyla müĢavirə keçirərək burada geniĢ çıxıĢ etdi. Ertəsi günsə prezident
cəbhədə yaranmıĢ vəziyyətlə bağlı hərbi Ģuranın iclasını keçirdi, Gəncə zonası hərbi-inzibati
orqanları rəhbərləriylə durumu müzakirə etdi. Ağdərədə olan R.Qazıyev və Ġ.Həmidov da
hərbi Ģurada iĢtirak etməkçün Gəncəyə gəlmiĢdilər.
Polkovnik Oqtay Məmmədov yazır: "ġəhərdə Ģayiələr baĢ alıb gedirdi. Hər an Surət
Hüseynovun adamlarının bizim üstümüzə hücum edəcəkləri, bizi əsir alacaqları, öldürəcəkləri
barədə Ģayiələr bizim də qulağımıza çatırdı. Belə bir Ģayiə gəzirdi ki, Elçibəy gəlib ki, Surəti
tutub özü ilə Bakıya aparsın (nə qədər gülünc bir Ģayiə)" ("Elçibəy ilə otuz il", s.68).
Təbii ki, Gəncədəki ən vacib görüĢ də Surət Hüseynovla oldu. Bəy onun hərəkətlərini kəskin
pisləyərək prezidentin səlahiyyətli nümayəndəliyindən azad edəcəyini bildirdi və Surət
bununla razılaĢdı. Onların söhbətində iĢtirak etmiĢ bir nəfərin mənə söylədiyinə görə,
prezidentin qarĢısında farağat dayanan Surət qorxudan ağappaq olmuĢdu, çünki o da Bəyin
"boz" üzünə bələddi. (Ümumiyyətlə, Bəyin sərtliyini yetərincə "dadmıĢ" BÜTÜN güc
qurumlarının baĢçıları onun hüzurunda farağat dayanaraq əmrlərinə müntəzir olardılar...).
Dostları ilə paylaş: |