ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ


Görünür,  sərhədlərimizin  Azərbaycanın  öz  nəzarətinə  keçməsi  Rusiyanı  bərk



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
elcibey11-Prezident Elçibəy


Görünür,  sərhədlərimizin  Azərbaycanın  öz  nəzarətinə  keçməsi  Rusiyanı  bərk 
narahat  edirdi.  Bunu  müdafiə  naziri  Rəhim  Qazıyevin  baĢ  referenti  iĢləmiĢ  Arzu 
Səmədbəylinin mənə söylədikləri də təsdiqləyir: "1993-ün yanvarının ortalarında 
Moskvada  dövlətə  məxsus  qonaq  evlərinin  birində  Rəhim  Qazıyevlə  Rusiyanın 
müdafiə naziri P.Qraçovun və təhlükəsizik naziri R.Barannikovun görüĢü keçirildi. 
Qapı açıq olduğuna görə mən qonĢu otaqda onların söhbətini tam eĢidirdim, həm 
də R.Qazıyevin referenti olduğuma görə onlar məndən çəkinmirdilər. 
Söhbət  zamanı  Rusiya  nazirləri  R.Qazıyevə  Azərbaycanın  müstəqil  siyasət 
yeritməsindən  kəskin  narazılıqlarını  bildirdilər,  rus  qoĢunlarının  çıxarılması 
məsələsinə  toxundular.  Onlar  R.Qazıyevə  "Ģikayət"  etdilər  ki,  sən  bu  məsələdə 
prezident  Elçibəyə  təsir  göstərmirsən.  Ancaq  özünün  də  hakimiyyətdən 
narazılığını  dilə  gətirən  R.Qazıyev  bildirdi  ki,  mən  rus  qoĢunlarını  Azərbaycanda 
saxlamaqçün  hər  vasitəylə  prezidentə  təsir  göstərirəm,  lakin  o,  Azərbaycanın 
müstəqilliyi  və  ölkənin  rus  qoĢunlarından  təmizlənməsi  uğrunda  tərsliklə 
mübarizə aparır, onu fikrindən döndərmək qeyri-mümkündür.  
Bu  zaman  P.Qraçov  və  R.Barannikov  R.Qazıyevə  təzyiq  göstərməyə  baĢladılar. 
Onlar  Azərbaycan  müdafiə  nazirindən  qoĢunların  çıxarılmasına  tam  gücüylə 
müqavimət göstərməsini tələb edirdilər. Söhbət zamanı onlardan biri dedi: "Tı je 
obeĢal,  Raxim!"  ("Rəhim,  sən  ki  söz  vermiĢdin!").  R.Qazıyev  prezidentin 
qarĢısında  bu  məsələdə  gücsüz  olduğunu  bildirəndə  P.Qraçov  dedi  ki,  onda 
Elçibəy baxar görər ki, hakimiyyətdə qalmaq necə olar! R.Barannikovsa əlavə etdi 
ki, Elçibəy hakimiyyətdə 3-4 aydan artıq qala bilməyəcək.  
Mən  Moskvadan  gələn  kimi  bu  söhbətin  məzmunu  haqqında  prezident  Əbülfəz 
Elçibəyə  məlumat  çatdırdım,  təxminən  may-iyun  aylarında  Azərbaycanda 
hakimiyyətin  devrilməsi  qorxusu  olduğunu  bildirdim.  Sonradan  öyrəndim  ki, 
prezident baĢqa iki çox inanılmıĢ qaynaqdan da bu haqda informasiya alıb".  
Ġslam ĠnkĠĢaf BankI 1 MĠLYARD DOLLAR boyun oldu 
Müstəqil  dövlətimizin  sonuncu  rəmzi  atributu  -  dövlət  gerbi  də,  nəhayət,  Milli  Məclisin  19 
yanvar  sessiyasında  qəbul  edildi.  Bu  gerbin  qəbul  edilməsində  prezidentin  müstəsna  Ģəxsi 
rolu oldu. Belə ki, o, xəbərdarlıq etmiĢdi ki, Milli Məclis Cümhuriyyətimizin gerbindən baĢqa (o 
zaman  layihə  Ģəklində  qalsa  belə)  hər  hansı  variantı  qəbul  etsə  ona  veto  qoyacaq.  Bu 
xəbərdarlıq və spiker Ġsa Qəmbərin prinsipiallığı öz iĢini gördü. 
Dövlət gerbinin qəbulu milli pasportlarımızın yaradılmasını da sürətləndirməliydi, ancaq, çox 
təəssüf  ki,  Daxili  ĠĢlər  Nazirliyi  və  baĢqa  əlaqədar  qurumlar  bu  məsələdə  hədsiz  astagəllik 
göstərdilər  və  nəticədə milli  pasportlar  yalnız  1998-də  (!)  ortaya  çıxa  bildi,  halbuki  hələ  28 
yanvar 1993-də mətbuat xəbər vermiĢdi ki, "Azərbaycanın yeni pasportlarının dəyiĢdirilməsi 
məsələsi artıq həll olunub və bu yaxınlarda sovet sənədləri yeni pasportlarla əvəzlənəcək". 
19  yanvarda  Azadlıq  meydanında  Azərbaycan  xalqının  müstəqilliyi  tarixində  unudulmaz  bir 
gün olan 20 Yanvara həsr edilmiĢ mitinq keçirildi. Prezident Əbülfəz Elçibəy də orada iĢtirak 
və  çıxıĢ  etdi.  Dünyada  20  Yanvar  faciəsinə  bərabər  bir  hadisənin  olmadığını  söyləyən  Bəy 
bildirdi  ki,  tarixdə  heç  bir  millət  böyük  imperiyaya  qarĢı  mübarizədə  onun  ordusundan  və 
gücündən çəkinmədən 40 gün matəm saxlamayıb. Bu, xalqımızın əyilməzliyi deməkdir. 
Həmin  gün  prezident  Elçibəy  20  Yanvarla  bağlı  soydaĢlarımıza  müraciət  etdi.  O,  ġəhidlər 

xiyabanına gedərək azadlıq yolunda canlarını fəda etmiĢ ərənlərimizin ruhlarını yad etdi. Bəy 
20 yanvarda "Respublika" sarayında keçirilən "Qanlı Yanvar"la bağlı xatirə gecəsinə də qatıldı. 
ABġ-ın  yeni  prezidenti  Bill  Klinton  vəzifəsinin  icrasına  20  yanvarda  baĢladı.  Onun  andiçmə 
mərasimində iĢtirak etməkçün Azərbaycandan da nümayəndə heyəti getdi və prezidentimizin 
təbrikini ona yetirdi. Naxçıvan Ali Məclisinin sədri H.Əliyev də B.Klintona təbrik teleqramı və 
məktub yolladı, Naxçıvana humanitar yardım göndərməyi ondan xahiĢ etdi. 
Ədliyyə  nazirinin  birinci  müavini  Aydın  Kərimovun  "Azərbaycan"  qəzetindəki  (21  yanvar) 
yazısında  ölkəmizdəki  dövlət  quruculuğu  sahəsindəki  iĢlərin  mahiyyətinə  dəqiq  qiymət 
verilirdi.  A.Kərimov  göstərirdi:  "Bu  gün  bütün  çətinliklərə  baxmayaraq  bizdə  ÜMUMMĠLLĠ 
DÖVLƏTÇĠLĠK  PSĠXOLOGĠYASI  FORMALAġIR,  dövlətçilik  ideologiyası  yaranır".  Məncə,  nazir 
müavini  Elçibəy  iqtidarının  ən  mühüm  nailiyyətlərindən  birini  həssaslıqla  duymuĢdu.  Ancaq 
müəllif yeni iqtidarın dövlət bürokratiyasının (bu sözün müsbət anlamında) yaradılmasındakı 
səriĢtəsizliyini,  onun  qanunlarının  iĢləməməsini  də  gizlətmir.  A.Kərimov  bildirir  ki,  "Siyasi 
partiyalar haqqında" qanun, demək olar ki, iĢləmir, çünki mükəmməl deyil. "Təsəvvür edin ki, 
partiyanı  qeydiyyata  alarkən  Ədliyyə  Nazirliyinin  tanıĢlıq  üçün  onun  məramnaməsini  tələb 
etmək  imkanı  da  yoxdur"  (?!).  Təəssüf  ki,  bu  fakt  hakimiyyət  bürokratiyasının  saysız 
qüsurlarından hələ biridir. Ancaq orası da var ki, qüsurlar öz-özünə düzəlməz - onları aradan 
götürməkçün gərək kimsə qolunu çırmayıb ortaya düĢsün… 
Hər Ģeydən öncə, dövlətçilik ənənəsinin yoxluğundan irəli gələn təcrübəsizlikdən doğan belə 
təbii  çətinliklərə  baxmayaraq  iqtidar  uğurlu  diplomatiya  sayəsində  özünə  etibarlı  dostlar 
qazana bilmiĢdi. 22 yanvarda maliyyə naziri Saleh Məmmədov bildirirdi ki, Ġslam ĠnkiĢaf Bankı 
Azərbaycan iqtisadiyyatının maliyyələĢdirilməsinə 1 MĠLYARD DOLLAR borc verəcək. Bu pulun 
alınması  əslində  Azərbaycan  dövlətinin  dirçəlməsi  demək  olacaqdı.  (Nə  yazıqlar  ki, 
Azərbaycana baĢqa ölkə və təĢkilatların da ayırdığı pulların verilməsinin hədsiz gecikdirilməsi 
4 iyun çevriliĢinin uğuruyla, iqtidarın özünü qoruya bilməməsiylə nəticələndi).  
22  yanvarda  prezident  Əbülfəz  Elçibəy  Misir  Ərəb  Respublikasının  Rusiyadakı  səfiri  Nəbil 
Əbdül  Qafur  əl-Orabini  qəbul  etdi.  GörüĢdə  ölkələrimiz  arasındakı  əməkdaĢlığın  gələcək 
inkiĢafından səmimi söhbət getdi. 
ATƏM-in Minsk Konfransının sədri Mario Raffaelli də 22 yanvarda Bakıya gəldi və ertəsi gün 
Bəy onu qəbul etdi. 
Azərbaycanın  Moskvadakı  səlahiyyətli  nümayəndəliyi  səfir  Hikmət  Hacızadənin  rəhbərliyi 
altında  Azərbaycan  -  Rusiya  münasibətlərinin  normallaĢdırılmasıyçün  çox  məqsədyönlü  və 
faydalı  iĢ  aparır,  ölkələrimizin  münasibətlərinə  xələl  gətirə  biləcək  hərəkətlərə  operativ 
reaksiya  verirdi.  Daimi  nümayəndəlik  23  yanvarda  mətbuatda  belə  bir  etiraz  notası  dərc 
etdirdi: 
"Bu  günlərdə  Moskvanın  kinomərkəzində  mətbuat  konfransı  keçirilmiĢdir.  Onun 
təĢkilatçıları Yelena Bonnerin və Britaniya təbəəsi Kerolayn Koksun dediklərinə görə, mətbuat 
konfransı  "Beynəlxalq  Xristian  Həmrəyliyi"  təĢkilatı  nümayəndələrinin  Dağlıq  Qarabağa 
səfərinin  yekunlarına  həsr  edilmiĢdi.  Mətbuat  konfransında  AZƏRBAYCAN  XALQI, 
RESPUBLĠKANIN RƏHBƏRLĠYĠ açıq Ģəkildə təhqir olunmuĢlar. Rusiyanın Ermənistandakı səfiri 
cənab  V.StupiĢin  mətbuat  konfransında  fəal  iĢtirak  etmiĢdir.  Səfir  mətbuat  konfransındakı 
çıxıĢında Azərbaycan əleyhinə deyilən fikirlərlə həmrəy olduğunu dəfələrlə qeyd etmiĢdir"

SEÇKĠLƏR HAQQINDA qanunun layĠhəsĠ dərc edĠldĠ 
Ġstər xaricdə, istərsə də daxildə hakimiyyətə qarĢı güclənən hücumlara, təhqir və təzyiqlərə 

baxmayaraq  Azərbaycan  prezidenti  öz  xalqını  qısa  müddət  içərisində  dünyanın  qabaqcıl, 
yüksəlmiĢ  xalqları  cərgəsində  görməkçün  gecə-gündüz  çalıĢırdı.  Ancaq  o,  çox  gözəl  dərk 
edirdi  ki,  əgər  ölkənin  öz  sahibkarları  yetiĢdirilə  bilsə  onların  özü  bir  çox  problemləri  həll 
edəcək. Təbii ki, sahibkarlar ilk növbədə pullu adamlardan yetiĢəcəkdi, ancaq iĢ burasındaydı 
ki,  onlar  uyğun  qanunun  yoxluğu  üzündən  hələ  pulunu  üzə  çıxarmağa  çəkinirdi.  Bəy  bu 
inamsızlığı aradan  götürməkçün  respublika  ərazisindəki ayrı-ayrı  Ģəxslərdə  olan  pul,  valyuta 
və  digər  varidatdan  sərbəst  istifadə  olunmasını  təmin  etmək  məqsədi  daĢıyan  "Varidata 
təminat verilməsi haqqında" KONSTĠTUSĠYA QANUNUNU 15 yanvarda imzaladı. Həmin qanun 
23 yanvarda dərc edilməklə qüvvəyə mindi və "pullu adamlar"ın öz sərmayələrini çəkinmədən 
dövriyyəyə buraxmasında mühüm rol oynadı. 
Surət  Hüseynovun  qoĢunları  Ağdərədən  geri  çəkməsi  ermənilərin  əks-hücuma  keçməsinə 
Ģərait  yaratmaqla  yanaĢı,  Qarabağa  bitiĢik,  eyni  zamanda  Ermənistanla  həmsərhəd 
rayonlarımızı  da  iĢğal  təhlükəsi  altına  salmıĢdı.  Bu  təhlükəni  öncədən  görən  prezident  25 
yanvarda Laçın rayonu sakinlərinin qismən səfərbərliyinin təmin edilməsi haqqında sərəncam, 
26  yanvardasa  həm  Qubadlı,  həm  də  Qazax  rayonlarında  FV  tətbiq  edilməsi  haqqında 
fərmanlar verməli oldu. 
26  yanvarda  baĢ  nazir  Rəhim  Hüseynov  iĢdən  azad  olundu.  Prezident  baĢ  nazirin 
səlahiyyətlərinin  icrasını  onun  I  müavini  -  Dövlət  Ġqtisadiyyat  və  PlanlaĢdırma  Komitəsinin 
sədri Ə.Məsimova həvalə etdi.  
Həmin  gün  axĢam  Əbülfəz  bəy  Boris  Yeltsinlə  telefonla  danıĢdı  və  Azərbaycanla  Rusiya 
arasındakı iqtisadi əlaqələrin tənzimlənməsi məsələlərinə toxundu. O, Rusiyanın yeni gömrük 
qaydalarının bu əlaqələrin inkiĢafında əngələ çevrilə biləcəyindən narahatlığını bildirdi. Yeltsin 
hökumətdə bu məsələyə bir daha baxılacağına söz verdi.  
Doğrudur, Boris Yeltsin Rusiyanın dövlət maraqlarını hər Ģeydən üstün tutur və Azərbaycanla 
da  bu  maraqlar  dairəsində  rəftar  edirdi,  ancaq  o  bütövlükdə  götürdükdə  Əbülfəz  Elçibəyin 
Ģəxsiyyətinə dərin hörmət bəsləyir və bu üzdən də Azərbaycanla münasibətlərdə ifratçılıqdan 
qaçırdı.  Bunu  da  nəzərdən  qaçırmaq  gərək  deyil  ki,  Rusiyanın  özündə  də  vəziyyət  xeyli 
mürəkkəbdi  və  istər  Hərbi-Sənaye  Kompleksi,  istərsə  də  Federal  Təhlükəsizlik  Xidməti 
Yeltsinə təzyiqlər göstərirdilər (bu təzyiqlər Azərbaycanla da bağlı olurdu). Onların içərisindəki 
bəzi  qüvvələr  SSRĠ-nin  bərpası  fikrində  kommunistlərlə  ortaq  məxrəcə  gəlir,  bu  zaman 
Sovetlər  Birliyini  diriltmək  naminə  nəinki  Azərbaycan  iqtidarını,  hətta  Yeltsinin  özünü  də 
devirməyə hazırdılar. Rusiya mətbuatı çeĢidli siyasi xadimlərin bu yöndəki çıxıĢlarına geniĢ yer 
verirdi.  
Ölkənin müstəqillik meylləri gücləndikcə ikiqat (bəlkə daha artıq) çoxalan təzyiqləri dəf etməli 
olan  iqtidar  dövlətin  demokratik  təməllərini  və  bazar  iqtisadiyyatını  bərqərar  etməkçün  hər 
gün bir mühüm yeniliyi ortaya qoyurdu. 20 yanvarda Ġsa Qəmbərin sədrliyi altında Milli Məclis 
"Azərbaycan Respublikasında sahibkarlığın inkiĢafı sahəsində Dövlət Proqramı (1993-1995-ci 
illər)" və "Azərbaycan Respublikasında sahibkarlığın inkiĢafı sahəsində dövlət siyasətinin Əsas 
Ġstiqamətləri"ni  təsdiqlədi.  Bunlar  dövlətin  sahibkarlığın  inkiĢafı  haqqında  bəyanatlarının 
quruca sözdən ibarət olmadığını təsdiqləyən çox mühüm sənədlərdi. 
"…Ġnsanlara bu psixologiyanı aĢılamaq lazımdı ki, dövlət sənə varlanmağa Ģərait yaradacaq; 
təĢəbbüskarsansa buyur, bacarığını göstər, sən də dövlətli ol. Yox, deyəcəksənsə ki mənə elə 
o  köhnə  maaĢdan  verin,  gedim  yatım,  bunda  sövdəmiz  baĢ  tutmayacaq.  Bu  psixologiyanı 
təlqin edə bilmirdik ki, dövlət xalqa çörək verməz - onun özü çörəyi qazanıb yeməlidir. Dövlət 

sənə  çörək  biĢirəndir?  Dövlət  xalqdan  aldığı  vergiləri  onun  ehtiyaclarına  sərf  etməlidir. 
Məsələn, deyək ki, böyük bir sanatoriyanın, xəstəxananın tikilməsi ayrı-ayrı adamların imkanı 
xaricindədir. Dövlət aldığı verginin hesabına onları tikir, verir ki, buyurun, istifadə edin. Buna 
hələlik  yalnız  dövlətin  gücü  çatar,  gələcəkdəsə,  əlbəttə,  xüsusi  xəstəxanalar  tikiləcək".
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.54).  
Prezident Aparatının təqdim etdiyi "AZƏRBAYCAN RESPUBLĠKASI MĠLLĠ MƏCLĠSĠ SEÇKĠLƏRĠ 
HAQQINDA"  qanunun  layihəsi  27  yanvarda  mətbuatda  dərc  edildi.  Bu,  Elçibəyin  siyasi 
partiyaların baĢçılarıyla görüĢündə may ayında parlament seçkiləri keçirmək haqqında vədinin 
gerçəkliyini təsdiqləyirdi. Ancaq, nə yazıq ki, Azərbaycanda 1988-dən üzübəri hər seçkiqabağı 
bir  fəlakət  baĢ  verib,  dövlət  çevriliĢi  olub,  ölkənin  demokratik  seçilmiĢ  parlamentə 
yiyələnməməsiyçün böyük dövlətlər əllərindən gələni əsirgəməyiblər. Həmin dövlətlər xalqın 
gerçək  istəyiylə  seçilmiĢ  parlamentə  yiyələnən  Elçibəy  hakimiyyətini  yıxmağın  zor  olacağını 
gözəlcə anlayaraq buna imkan vermək istəmirdilər.  
Heyf  ki,  müxalifətin  bu  iĢdə  xarici  qüvvələrə  dəstək  verməsiylə  yanaĢı,  iqtidarın  özündə  də 
müxtəlif qruplaĢmaların toqquĢan maraqları seçkinin mayda keçirilməsinə imkan vermədi. Hər 
qrup  məhz  özünün  güclənərək  seçkini  uda  biləcəyi  əlveriĢli  anadək  seçkiləri  ləngitməyə 
çalıĢırdı. Bu cür partiya mənafeyi son nəticədə bütövlükdə hakimiyyətin fəlakətli çökümünün 
səbəblərindən  oldu.  Fikrimcə,  Elçibəy  iqtidarının  yıxılmasında bu  amilin  incələnməsi  gələcək 
tarixçilərin  üzərinə  düĢən  vəzifələrdəndir.  Bizsə  hələlik  təkcə  onu  göstərək  ki,  qanun 
layihəsinin dərc edilməsiylə həmin hakimiyyətdaxili güc mərkəzlərinin qarĢılıqlı hücumları və 
ittihamları Ģiddətlənməyə baĢladı; bunu mətbuatın çıxıĢları da göstərirdi.  
ARTIRMA 
"-Ġsa bəy, belə fikir söyləyənlər də var ki, o zaman hakimiyyətdəki cəbhəçilər çalıĢırdılar ki, 
icra  baĢçılarının  çoxu  cəbhəçi  olsun,  yurdçular  icra  baĢçıları  içərisində  yurdçuların, 
müsavatçılar da müsavatçıların sayca çoxluq təĢkil etməsinə can atırdılar, bu üzdən də onlar 
həmin çoxluğun yaranacağı vaxtı gözləyə-gözləyə (məhz "öz" icra baĢçılarının yardımıyla qalib 
gəlməkçün) hərəsi bir tərəfdən parlament seçkilərinin keçirilməsinə maneçilik törətdi. Bu fikir 
gerçəkliyə nə qədər uyğundur? 
-Müxtəlif  qüvvələrin  öz  adamlarının  icra  baĢçısı  olmasına  çalıĢması  və  buna  görə  də 
parlament  seçkilərinə  tələsməməsi  mümkündür.  Ola  bilər  ki,  müəyyən  rəqabət  vardı, 
müəyyən  siyasi  təĢkilatlar,  siyasi  qruplar  hakimiyyətdə  öz  nümayəndələrinin  daha  çox  yer 
tutmasına çalıĢıb. Bunu istisna etmək olmaz və prinsipcə həmiĢə belə olub ki, hər bir siyasi 
təĢkilat  özünün  hakimiyyətdə  təmsil  olunmasına,  hakimiyyətdəkilərsə  daha  güclü  təmsil 
olunmasına çalıĢıb. 
 
Əbülfəz Elçibəy prezident olaraq, mən də parlament baĢçısı olaraq, sözün açığı, o qədər də 
maraqlanmırdıq  ki,  filan  yerdə  icra  baĢçısı  hansı  partiyadandır,  filan  nazir  hansı  partiyanın 
nümayəndəsidir. Biz həmiĢə, doğrudan da, ciddi bir hakimiyyətin formalaĢmasına çalıĢmıĢıq, 
adamlara  da  Ģəxsi  keyfiyyətinə  görə  qiymət  vermiĢik,  hansı  partiyanın  üzvü  olmasına  görə 
yox.
 
-Bizim  iqtidar  dövründə  Ģəxsən  Sizinlə  Əbülfəz  Elçibəy  və  Müsavat  Partiyasıyla  Azərbaycan 
Xalq Cəbhəsi arasında münasibətlər necə olub? 
-Çətin sualdır, çünki o vaxt Xalq Cəbhəsi ölkənin ən güclü təĢkilatıydı, hakimiyyətə gəlmiĢdi 
və bu da bir gerçəklikdir ki, hakimiyyətdə olan partiya, bir qayda olaraq, zəifləməyə baĢlayır. 

(Bunun izahatı geniĢ, ancaq aydındır). Müsavat Partiyasısa bərpa edilən və güclənməkdə olan 
bir partiyaydı.
 
Biz  Müsavat  Partiyasını  hakimiyyətə  iddialı  partiya  saymırdıq.  Biz  quruculuq  dövrünü 
yaĢayırdıq.  Müsavat  Partiyası  bir  partiya  olaraq  qərar  qəbul  etmirdi  ki,  filan  məsələ  necə 
olmalıdır.  Məsələn,  Xalq  Cəbhəsinin  rəhbər  orqanları  qərar  qəbul  edərək  onu  hakimiyyətin 
görəcəyi iĢlər kimi təklif edə bilirdi, Xalq Cəbhəsinin rayon Ģöbəsi qərar qəbul edərək həmin 
rayonun  icra  baĢçısının  kim  olacağını  təklif  edə  bildirdi.  Ancaq  Müsavat,  demək  olar  ki,  bu 
addımları atmırdı. Müsavatın da üzvü olan bir çox Ģəxslər hakimiyyətdə təmsil olunmuĢdular, 
ancaq Müsavat bir partiya olaraq hakimiyyətdə deyildi. 
 
Hər halda, Əbülfəz Elçibəy prezident olaraq Xalq Cəbhəsinin namizədi kimi seçilmiĢdi. Mən də 
parlament sədri olaraq 18 mayda Xalq Cəbhəsinin təmsilçisi kimi seçilmiĢdim, baxmayaraq ki, 
Müsavat  Partiyasının  bərpa  prosesini  biz  martda  baĢlamıĢdıq.  Rəsmi  Bərpa  Mərkəzi 
yaratmıĢdıq və mən həm Müsavatın, eyni zamanda həm də Cəbhənin üzvüydüm. Müsavatda 
rəhbərlikdə olanlara da zaman-zaman bildirirdim ki, mən hakimiyyətdə Müsavatı deyil, Xalq 
Cəbhəsini  təmsil  edirəm,  Xalq  Cəbhəsinin  üzvüyəm.  1993-ün  əvvəllərinə  qədər  mövqeyimiz 
belə olub. 
 
Münasibətlərə gəldikdəsə bu, müttəfiq münasibətləriydi. Eyni zamanda, istisna deyildi ki, ayrı-
ayrı  səviyyələrdə  ayrı-ayrı  müsavatçılarla  ayrı-ayrı  cəbhəçilər  arasında  problemlər  də  ola 
bilərdi. 
 
-ġəxsən sizin öz aranızda necə? 
-Mənimlə  Əbülfəz  Elçibəy  arasında  heç  zaman  belə  problem  olmayıb  ki,  mən  bu 
partiyadanam, sən baĢqa partiyadansan". 
 
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 
ÖZƏLLƏġDĠRMƏ HAQQINDA QANUN QƏBUL EDĠLDĠ 
28  yanvarda  "Azərbaycan  Respublikasında  DÖVLƏT  MÜLKĠYYƏTĠNĠN  ÖZƏLLƏġDĠRĠLMƏSĠ 
HAQQINDA" qanun da mətbuatda dərc edilməklə qüvvəyə mindi (7 yanvarda imzalanıb). Bu 
qanunun  gerçəkləĢdirilməsi  əslində  parlament  seçkiləri  keçirmək  qədər  önəmliydi  və 
hakimiyyətin seçdiyi iqtisadi yolun mahiyyətini əks etdirirdi. 
ARTIRMA 
"
-…  Ġstəyirdik  ki,  kənd  təsərrüfatını  özəlləĢdirək.  Biz  onu  niyə  yubatdıq?  ÖzəlləĢdirmənin 
qaydası var. Torpağın özəlləĢdirilməsi üçün əsas Ģərt nədir? Sən kolxozları və sovxozları ləğv 
edir  və  özəl  təsərrüfata  keçirsənsə  baĢlanğıcda  özəl  təsərrüfatçının  onu  iĢlətməyə  heç  bir 
imkanı yoxdur. Bəs nə etməli? Birinci, böyük bank yaratmaq, pul yığmaq lazımdır ki, kredit 
verə  bilsin,  istənilən  adam  oradan  kredit  götürsün.  Digər  tərəfdən,  böyük  texniki  baza 
yaradılmalıdır. Yəni özəl təsərrüfatçının traktor, gübrə və b. zəruri Ģeylərə ehtiyacını ödəmək 
imkanı  olmalıdır.  Biz  məhz  bunların  hamısından  sonra  islahata  baĢlamaq  istəyirdik.  Baxın, 
bunlar islahata gediblər, ancaq ortada heç nə yoxdur, çünki hazırlıqsızdır.
 
-Yazıq camaat torpağı geri qaytarmaq istəyir... 
-Bu  cür  olmaz.  Torpaq  islahatını  Avropada  yüz  yerdə  keçiriblər;  onların  dərsləri  var,  o 
dərslərdən  öyrənilməlidir.  Onun  Ģərtləri  var  -  torpağı  götürürsənsə  gəl,  məsələn,  beĢ  illiyə 
kreditini  götür,  traktorunu  götür,  gübrəni  götür,  apar,  torpağı  ək,  becər.  Sonra  bu  qədər 
dövlətə verəcəksən,  qalanını  da  bazara  çıxaracaqsan  -  bunun  kimsəyə  dəxli yoxdur.  Amma 

bazara  hökmən  məhsul  çıxarmalısan,  yoxsa  torpağı  götürməyin  nə  mənası?  Bəli,  məhsul 
yarat,  qazan.  3-5  ildən  sonra  da  dövlətin  kreditini  qaytarıb  verəcəksən,  vəssəlam.  5  illik 
möhlət  çox  böyük  güzəĢtdir.  Onu  adətən  2-3  il  müəyyənləĢdirirlər.  Biz  5  il  nəzərdə 
tutmuĢduq".
 
" -…Sənaye müəssisələrinin özəlləĢdirilməsi necə aparılacaqdı? 
-Sənaye  müəssisələrinin  özəlləĢdirilməsini  indi  tamam  səhv  aparırlar.  Bunun  dünyada  gözəl 
nümunələri var. Birinci məiĢət xidməti sahələri - kiçik obyektlər (ayaqqabı dükanı, bərbərxana 
və b.) özəlləĢdirilir. Bunların yiyələri kasıb adamlardır. Oradan baĢlayırlar müstəqil təsərrüfatı 
idarə etməyə. Ġndiyə qədər onun köĢkünü yuxarıdan hansısa bir məmur idarə edirdi, indisə 
özü idarə edir, bilir qazancı nədir, çıxarı nə. Bəlkə gecə də iĢləyəcək - özü bilər. Orada əlinə 
bir az maya gəlir, qazanır. 
 
Bundan sonra orta səviyyəli dövlət mülkiyyəti özəlləĢdirilir ki, onu kasıblar ala bilsin, varlıların, 
yuxarıda oturan rüĢvətxorların əlinə keçməsin. Məhz buna görə biz öncə evləri özəlləĢdirdik, 
xüsusiləĢdirdik,  sonra  taksilərin  özəlləĢdirilməsi  haqqında  qanun  çıxardıq,  daha  sonra  da 
keçəcəkdik avtobusların, marĢrutların özəlləĢdirilməsinə (filan yoldan filan yola qədər). 
 
ÖzəlləĢdirmə  aĢağıdan  olmalıdır  ki,  yoxsul,  yaxud  azca  pullu  insanlar  nisbətən  varlansınlar, 
iĢdə  fəallaĢsınlar.  Onların  mülkiyyəti  almaq  qabiliyyəti  olmalıdır  ki,  o,  baĢqasının  əlinə 
keçməsin.  Bundan  sonra  orta  təbəqə  yaranır  və  iri  müəssisələrin  özəlləĢdirilməsi  mərhələsi 
baĢlayır. Amma elə böyük müəssisələr (məsələn, ağır sənaye, neft sənayesi müəssisələri) var 
ki, onları tam özəlləĢdirmək mümkün deyil, yoxsa dağılıb gedər, buna görə də onların ən azı 
20-25 faizi dövlətin əlində qalmalıdır. Neft maĢınqayırmasını necə özəlləĢdirəsən? Bu mümkün 
deyil axı - özəlləĢdirib kimə verəcəksən? Gərək orta təbəqə yarana, sonra o, müəyyən qədər 
Ģərik ola bilər. 
 
-Səhmdar cəmiyyətlər də. 
-Bəli,  səhmdar  cəmiyyətlər  də  dövlətlə  Ģərik  ola  bilər,  amma  səhmdar  cəmiyyətə  49  faiz 
verilməli, dövlətə 51 faiz qalmalıdır".
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.55-56). 
Ermənilərin  hücumları  və  ölkəiçi  düĢmənlərin  fürsətcilliyi  prezidenti  ciddi  Ģəkildə  Bakıya 
bağlayırdı,  çünki  artıq  o,  hakimiyyəti  qorumaqçün  güc  qurumlarına  çox  da  arxayın  ola 
bilmirdi.  Bu  səbəb  üzündən  Bəyin  bir  neçə  ölkəyə  rəsmi  səfəri  və  xarici  ölkələrdən 
Azərbaycana  rəsmi  səfərlər  təxirə  salındı.  Məsələn,  Rusiya  prezidenti  Yeltsinin  Azərbaycana 
səfəri bu səbəbdən baĢ tutmadı. 
Yanvarın  son  günlərində  Elçibəy  Ġsveçrəyə  səfərini  təxirə  salmalı  oldu;  o,  Davos  Ģəhərində 
keçirilən  beynəlxalq  iqtisadi  forumda  iĢtirak  edəcəkdi.  Səfər  əslində  hazırdı,  ancaq  Bəy 
öyrənmiĢdi ki, BuĢ, Yeltsin və Kravçuk orada iĢtirak etməyəcək, ona görə də getməyə lüzum 
görmədi.  
Rusiya, Ġran və Ermənistanın təzyiqləri azmıĢ kimi, bu vaxt Türkiyə də anlaĢılmaz hərəkətlərə 
yol  verməyə  baĢladı.  Belə  ki,  Türkiyə  Fransadan  Ermənistana  göndəriləcək  humanitar 
yardımlara  hava  yolu  verdi  (bu  iĢdə  prezident  Turqut  Özalın  əli  yoxdu).  Bu  hərəkət 
Azərbaycana  ən  azı  sayğısızlıq  deməkdi,  çünki  Ermənistana  "humanitar  yardım"  adı  altında 
silah-sursatın  və  b.  göndərildiyi  hamıya  gün  kimi  bəlliydi.  Türkiyə  hökumətinin  izahat 
verməsini istəyən Əbülfəz Elçibəy 28 yanvarda səfir Altan Karamanoğunu qəbul etdi və ona 

öz etirazını bildirdi.  
RUSĠYANIN ÜZÜ BOZARIR 
Rusiyanın  baĢ naziri vəzifəsini icra edən Yeqor Qaydar Bakıda olarkən bildirmiĢdi ki, Rusiya 
Azərbaycanla  "iqtisadi  əlaqələrdən  heç  vaxt  bu  respublikaya  təzyiq  vasitəsi  kimi  istifadə 
etməyəcək".  Ancaq,  görünür,  onun  varisi  Viktor  Çernomırdin  bu  niyyətdə  deyildi.  Onun 
baĢçılıq  etdiyi  hökumət  Rusiyadan  MDB  üzvü  olmayan  ölkələrə  ixrac  edilən  məhsullara  və 
xammala  1  fevraldan  baĢlayaraq  65  faiz  (!)  gömrük  rüsumu  tətbiq  etməyi  qərara  aldı.  Bu, 
MDB-yə girməyən Azərbaycançün olduqca ciddi problemdi. 
Son  vaxtlar  ölkəmizdə  qiymətlərin  sərbəstləĢdirilməsindəki  kəskinlik  rus  iqtisadçılarının 
gözündən  yayınmamıĢdı.  Rusiya  öz  daxili  bazarında  qiyməti  qaldırmır,  yalnız  gömrük 
rüsumunun  yeni  qaydalarıyla  bunun  əvəzini  çıxırdı.  Bu,  Azərbaycanı  Rusiyadan  bütün 
məhsulları  əslində  dünya  bazarı  qiymətləriylə  almağa  məcbur  edirdi.  Belə  olduqdasa  rubl 
məkanında qalmağın əhəmiyyəti itirdi, çünki Azərbaycan MDB-yə girmək fikrindən uzaqdı. 
YaranmıĢ  durumu  Ģərh  edən  xarici  iqtisadi  əlaqələr  naziri  Rauf  Qarayev  29  yanvarda 
mətbuatda öz rəyini açıqladı: "ÇıxıĢ yolu kvotaya aid razılaĢmalara nail olmaqdır. Əgər bu baĢ 
tutmasa  və  Rusiya  hökuməti  öz  niyyətini  qətiləĢdirsə  Azərbaycanın  RUBL  MƏKANINDAN 
ÇIXMAQDAN  baĢqa  çarəsi  qalmır.  Bunun  üçünsə  ÖZ  MĠLLĠ  PULUMUZU  TAM  DÖVRĠYYƏYƏ 
BURAXMAQ, onun dönərliliyini təmin etmək gərəkdir". 
Əlbəttə,  nazirin  prezidentdən  xəbərsiz  bu  fikri  söyləməsini  düĢünmək  sadəlövhlük  olardı. 
Azərbaycan  hökuməti  bununla  ayın  26-sında  ona  vəziyyəti  düzəltməkçün  kömək  edəcəyinə 
söz vermiĢ Rusiya baĢçısına xəbərdarlıq edirdi. 
Bütövlükdə  fevral  ayını  prezident  Əbülfəz  Elçibəyin  xarici  siyasət  məsələləriylə  ən  gərgin 
məĢğul  olduğu  aylardan  biri  saymaq  olar.  Belə  ki,  prezident  1  fevralda  ABġ  səfiri  Riçard 
Maylsı  və  Ġsrailin  Rusiyadakı  səfiri  Haym  Barlevi;  2  fevralda  Azərbaycan  Respublikasında 
yaĢayan əslən Güneyli ziyalıların böyük qrupunu və Ġslam ĠnkiĢaf Bankının prezidenti doktor 
Əhməd Məhəmməd Əlini; 5 fevralda Çeçenistan prezidenti CÖVHƏR DUDAYEVĠ; 12 fevralda 
vəliəhd  Rəad  ibn  Zeydin  baĢçılıq  etdiyi  Ġordaniya  səltənətinin  nümayəndə  heyətini  və  Qreq 
Laflin baĢda olmaqla ABġ nümayəndə heyətini; 16 fevralda Ġranın "Mostəfəzan və canbazan" 
fondunun prezidenti Möhsün Rəfiqdustu; 18 fevralda Fransa səfiri Can Perreni və 22 fevralda 
Almaniya  bundestaqı  xarici  iĢlər  komissiyasının  sədri  Hans  ġterkeni  qəbul  edərək  onlarla 
Azərbaycanın taleyiylə bağlı ən çeĢidli və ən ciddi mövzularda danıĢıqlar apardı. Bununla da 
o, Azərbaycanın beynəlxalq aləmdə təklənməsi cəhdlərini iflasa uğratdı.  
SOYADLARIMIZ DA MĠLLĠLƏġDĠ 
Elçibəy iqtidarı iliyinə-sümüyünəcən milliyyətçiydi (onu "liberal milliyyətçi" adlandırmaq daha 
düzgün  olardı),  buna  görə  də  milli-mənəvi  dəyərlərin  bərpasına  və  qorunmasına  xüsusi 
həssaslıqla  yanaĢır,  kosmopolitizm  təzahürlərinə  yol  vermirdi.  Milli  Məclisin  2  fevral  tarixli 
"Azərbaycan  Respublikası  vətəndaĢlarının  soyadlarının  dövlət  dilinə  uyğunlaĢdırılması 
haqqında" qərarı da bu baxımdan yaddaqalandır. Doğrudur, prezidentin özü soyad yox, yalnız 
"Elçibəy" təxəllüsü  iĢlədirdi,  ancaq  o və əksər  komanda yoldaĢları  millətin  total rus familiya 
Ģəkilçisindən (-ov, -yev) qurtulmasına çalıĢırdılar. Maraqlıdır ki, bu qanunu öz soyadına ilkin 
tətbiq edənlərdən biri elə Milli Məclisin sədri oldu - çox çəkmədi ki, parlamentin qəbul etdiyi 
qanunların  altında  "Ġsa  Qəmbərov"  əvəzinə  "Ġsa  Qəmbər"  imzası  görünməyə  baĢladı.  (Çox 
təəssüf  ki,  müsavatçıların  əksəriyyəti  onda  da,  indinin  özündə  də  Ġsa  bəyin  bu  sahədə 

davamçısına çevrilməyib).  
1975-də  həm  də  Bütöv  Azərbaycan  ideyasının  təbliği  üstündə  zindana  atılmıĢ  və  katorqa 
əməyinə məhkum edilmiĢ Əbülfəz bəy 1993-ün 2 fevralında Azərbaycan prezidentiykən kökcə 
Güney  Azərbaycandan  olan  ziyalılarımızla  görüĢdə  bunları  dedi: 
"Mənim  üçün  Cənub,  ġimal 
anlayıĢı  yoxdur.  Biz  hamımız  Ģimallıyıq  və  hamımız  cənubluyuq.  GÖYÇƏDƏN  XƏZƏRƏ, 
DƏRBƏNDDƏN HƏMƏDANA UZANAN sevgili bir yurdumuz var".
 
Bəy  öz  fikirlərini  belə  davam  etdirdi: 
"...Ġndən  belə  cənublulara  dövlət  strukturlarında 
vəzifələr  tutmaqda  HEÇ  BĠR  MƏHDUDĠYYƏT  QOYULMAYACAQ.  Azərbaycan  Respublikası 
vətəndaĢı olmağı arzulayanların niyyəti də HEÇ BĠR MÜġKÜLLƏ QARġILAġMAYACAQ"

Cənubi  Azərbaycanla  bağlı  siyasi  məsələlərə  də  toxunan  Bəy  "vahid  Azərbaycan"dan 
danıĢarkən  göstərdi:  "tarix  daimi  inkiĢaf  prosesindədir  və  hadisələri  qabaqlamaq  qətiyyən 
yaramaz". Lakin bu o demək deyil ki, heç bir iĢ görülməməlidir. "Ġkitərəfli əməkdaĢlığı inkiĢaf 
etdirmək, bu əlaqələri xalqımızın mənafeyinə yönəltmək gərəkdir".  
Məncə,  bu  deyilənlərə  hər  hansı  diplomatik  yozum  vermək  Əbülfəz  Elçibəyin  gerçək 
düĢüncələrinə xələl yetirə bilər. 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin