ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
elcibey11-Prezident Elçibəy


ARTIRMA 
"-
…Biz  Akademiyaya  dair  ayrıca  islahat  hazırlamıĢdıq.  Birinci  variantı  Prezident  Aparatı 
iĢləmiĢdi,  ikincini  mənim  xahiĢimlə  Akademiyanın  prezidenti  Eldar  Salayev  hazırlatmıĢdı. 
Ġstəyirdik ki, Akademiyada yığıncaq keçirək, hər iki layihəni yan-yana qoyaq, ortaq nöqtələrini 
tapaq, nə xeyirdirsə onu qəbul edək, həmin proqramı həyata keçirək. 
 
-Amma  camaat  arasında,  hətta  mətbuatda  da  yayırdılar  ki,  bəylər  Akademiyanı  dağıtmağa 
çalıĢırlar. 
-Qətiyyən  elə  deyildi.  Biz  əsaslı  islahat  keçirmək  istəyirdik.  Mən  söz  vermiĢdim  ki, 
Azərbaycanda  "müxbir  üzv"  sözü  götürüləcək.  Dünya  akademiyalarında  müxbir  üzvlük 
yoxdur,  bu,  sovet  elm  sisteminin  təzahürüdür.  Biz  nəzərdə  tutmuĢduq  ki,  bütün  müxbir 
üzvlərimizi (onlar 100-ə yaxındı) akademik edəcəyik, onları çox yüksək maaĢla və hər birini 
Ģəxsi  maĢınla  təmin  edəcəyik.  Xarici  ölkələrdən  kitab  və  baĢqa  ədəbiyyat  almaqçün  də  hər 
akademikə maaĢdan əlavə ildə 200-300 dollar pul verəcəkdik. Bir də alimlərin ev məsələsini 
həll  etməyi  düĢünürdük.  Bütün  Azərbaycan  bilir  ki,  bizə  qədər  alimlər  Akademiyanın 
yataqxanasında 10 illərlə yaĢayıblar.
 
-Mənim özüm 10 il yaĢamıĢam. 
-Özü də ailəylə. Biz həmin vaxt birinci dəfə, səhv etmirəmsə, 40-dan artıq alim ailəsinə pulsuz 
ev verdik.
 
-Bəli, diplomatlar üçün tikilmiĢ evi verdiniz onlara. 
-Mübahisə  edənlərə  dedik  ki,  tələsməyin,  təzə  bina  tikirik,  sizin  hamınızı  həmin  evə 
köçürəcəyik.  Yataqxanada  bir  alim  ailəsi  də  qalmayacaq.  (Orada  yalnız  subay  aspirantlar 
yaĢayacaqdı). Bunların hamısı göz qabağındadır.
 
-Amma onlar bizdən sonra orada qaldılar. 
-Bizdən  sonra  bu  proses  davam  etmədi.  Bu  tədbirlərdən  məqsədimiz  Akademiya  sistemini 
qorumaqdı.
 
…Akademiyayla  bağlı  bir  planım  da  vardı  -  Əlyazmalar  Ġnstitutuna  ayrıca  bina  tikdirmək. 
Bununçün pul axtardıq, tapandan sonra yeri müəyyənləĢdirmək üstündə çalıĢdıq. Rəhmətlik 

Cahangir Qəhrəmanovun vaxtında düĢünürdük ki, bu binanı indiki "Azərbaycan" nəĢriyyatının 
arxasında  -  dağın  döĢündə,  hərbçilər  yaĢayan  binalardan  bu  tərəfdə  tikək,  çünki  onun  altı 
baĢdan-baĢa  daĢdır.  DaĢlar  doğranacaq,  əlyazmalar  aĢağıda  yerləĢdiriləcəkdi  ki,  quru 
saxlansın. Ev uçur, yanır, amma o yer yanmır.
 
-Ermənilərin Əlyazmalar Ġnstitutu - Matenadaran da elədir. 
-Bəli, əlyazmalar bütün dünyada elə qorunur. 
 
Nəysə, mən getdim, institutun yerini də müəyyənləĢdirdim, pulunu da hazırladım. Tikintinin 
layihəsini  yaratmaq  üstündə  baĢ  sındırırdıq  ki,  hakimiyyətimizi  devirdilər.  Payızda  o  iĢə 
baĢlayasıydıq. 
 
Bu tədbirlərdən məqsəd milli elmimizi qurmaqdı
". 
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.61-62).  
Elçibəy  iqtidarında  dövlət  müĢaviri  iĢləmiĢ  Rafiq  Ġsmayıl  hakimiyyətin  gördüyü  iĢlərdən 
danıĢarkən yazır: 
"…Bütün sahələrə Ģamil olunan bir tədbiri ayrıca qeyd etmək istərdim. Bu 
tədbir  elm,  təhsil,  mədəniyyət,  səhiyyə,  idman  və  s.  sahələrə  aid  mülkiyyətin  qorunub-
saxlanılması  və  onlardan  öz  təyinatı  üzrə  istifadə  olunması  ilə  bağlı  prezidentin  imzası  ilə 
xüsusi  sərəncamın  verilməsidir.  Bununla  əvvəlki  iqtidardan  miras  qalmıĢ  dağıdıcılıq  prosesi 
tam olmasa da xeyli səngidi və mövcud mülkiyyəti qoruya bildik. Təkcə bir faktı göstərmək 
istərdim ki, Elmlər Akademiyası sistemində 200-dən çox kommersiya qurumu yerləĢirdi. Hələ 
bu sərəncamın verilməsindən sonra belə EA-nın arxeologiya və etnoqrafiya muzeyinin binası 
neft  Ģirkətlərindən  birinə  Ģübhəli  məqsədlər  və  Ģərtlərlə  icarəyə  verildi.  Muzey,  kitabxana, 
məktəb,  xüsusilə  texniki-peĢə  məktəblərinin  binaları  və  digər  mülkləri  məqsədli  Ģərtlərlə 
icarəyə verilir və ya dağıdılırdı. Mövcud təlimatlar pozulur, muzey salonlarında hətta ziyafətlər 
belə təĢkil edilirdi. Bu baxımdan Azərbaycan Tarixi və Ġncəsənət muzeylərini göstərə bilərik. 
Belə halların qarĢısı çətinliklə alınırdı". 
 
"Bu  gün  bir  sıra  ağlınaqislərin  söylədiyindən  fərqli  olaraq  Elçibəy  dövründə  elmə,  Elmlər 
Akademiyasına  və  digər  elmi  müəssisələrə  ciddi  diqqət  göstərilirdi.  EA-da  Aerokosmik 
Tədqiqatlar Mərkəzinin, Arxeologiya və Etnoqrafiya Ġnstitutunun yaradılması, sahə elmlərinin 
təĢkili  üzrə  Dövlət  Elm  və  Texnika  Komitəsinin  yaradılması  məhz  bu  məqsədlə  edilmiĢdi"

("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, s.98,100). 
Artıq  noyabrın  sonuna  yaxın  Azərbaycanın  öz  Ali  Attestasiya  Komissiyası  (AAK)  rəyasət 
heyətinin ilk iclasında bir sıra alimlərimizə professor və dosent adı verdi.  
Əhaliyə tibbi xidmətin yaxĢılaĢdırılması üzrə bir sıra iĢlər görülmüĢdü. (Ümumiyyətlə, Elçibəy 
dönəmində  bu  sahədə  yeni  tipli  qurumların  yaradılması  üzrə  hazırlıq  iĢlərinə  baĢlanıldı. 
Əhalinin  dərmana  ehtiyacının  ödənilməsi  30%-dən  70%-ə  qaldırıldı.  Ailə  poliklinikasının 
texniki təchizatı və tikintisi baĢa çatdırıldı. Ailənin sağlamlığı və əhali artımının tənzimlənməsi 
üzrə  mərkəz  yaradıldı).  Sanitar-epidemioloji  salamatlıq  haqqında  qanun  qəbul  edildi 
(10.XI.1992). 
Bəyin  imzaladığı  (25  noyabr)  "Azərbaycan  Respublikasının  səhiyyəsinin  maddi-texniki 
bazasının gücləndirilməsi haqqında" fərman da səhiyyəmizin inkiĢafına təkan verdi.  
"Səhiyyədə islahat hazırladıq, amma həyata keçirə bilmədik. Bu sahədə ciddi nailiyyətlərimiz 
olmadı.  Sadəcə,  bizim  səhiyyə  nazirimiz  vicdanla  çalıĢırdı.  O  da,  onun  müavinləri  də  gecə-
gündüz  cəbhə  bölgələrini  gəzir,  əsgərlərlə,  yaralılarla  yaxından  maraqlanırdılar. 

Qospitallarımız  yaxĢı  iĢləyirdi.  Mənim  özüm  bir  neçə  xəstəxanada  oldum,  həkimlərlə 
görüĢdüm - keçmiĢ sovet rəhbərləri kimi yox; dedim nə lazımdırsa yazın verin, biz həll edək. 
ġikayətləri  olanda  da  qısa  vaxtda  yerinə  yetirirdik,  gənc  həkimləri  iĢlə  təmin  etməyə 
çalıĢırdıq"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, 
s.65). 
1992-nin  büdcə  proqnozunda  təhsilə 17 milyard  rubldan  artıq  vəsaitin  ayrılması 
nəzərdə tutulmuĢdu (ümumi büdcə 60 milyard rubl həndəvərindəydi). 
28 noyabrda Nizami Gəncəvinin 850 illiyi "Respublika" sarayında bayram edilirdi. (Əbülfəz bəy 
də tədbirə qatılmıĢdı). 
ARTIRMA 
"
-…Biz mədəniyyəti də unutmamıĢdıq. Məsələn, Azərbaycanda böyük orkestr var. Moskvada 
orkestr dağıldı - hamısı çıxdı getdi xaricə. Mən dedim ki, bizim orkestr dağılmamalıdır. Cəmi 4 
nəfər  xaricə  getdi,  onlar  da  baĢqa  millətlərdəndir.  Qalanların  hamısının  maaĢını  artırdım. 
Səhnəyə layiqli çıxmaqçün paltarlar alınmasına pul buraxdım. Dedim ki, səhnə paltarlarını 3-4 
dəst tikdirin, hansında istəyirlər çıxsınlar. 
 
Bir  sıra  mədəniyyət  xadimləri  heç  bir  partiyada  olmadıqlarına,  partiya  mahnıları 
oxumadıqlarına  görə  onlara  fəxri  adlar  vermirdilər:  Qədir  Rüstəmov,  Flora  Kərimova,  Alim 
Qasımov, Səkinə Ġsmayılova, Afaq BəĢirqızı və b. Bunlar elə yüksək Ģəxsiyyətli sənətkarlardır 
ki,  medaldan,  ordendən,  addan  ötrü  heç  vaxt  heç  bir  qapını  döyməzlər,  buna  rüĢvətlə  nail 
olmağısa ağıllarına belə gətirməzlər. Əslində onlar maddi baxımdan imkanlı deyillər. Bu böyük 
sənətkarların  ən  dəyərli  sərvəti  xalq  sevgisiydi  -  onları  hamımız  sevirdik.  Ancaq  onları  fəxri 
ada  layiq  görmürdülər.  Hakimiyyətimiz  dövründə  onlardan  savayı  universitetin,  baĢqa  ali 
məktəblərin  təhsildə  neçə  illər  külüng  çalmıĢ  müəllimlərinə,  ölkənin  həqiqətən  dəyərli 
alimlərinə əməkdar elm xadimi adı verdim. Onların adını saymaq istəmirəm - deməsinlər ki, 
minnət qoyur. Çox qəribədir ki, ömrü boyu partiyayçün oxuyan və nə bilim hansı yollarla ad 
alanlar bunlara nifrət edirdilər; səbəbi buydu ki, biz pulumuzu verib almıĢdıq, bunlar havayı 
aldılar. 
 
Mədəniyyət birxətli yox, çoxsahəlidir. Onun bütün sahələrinə az-çox maliyyə yardımı ayırmaq, 
dövlət qayğısı göstərmək istəyirdik. Məsələn, tək bir misal çəkim - xarici ölkə nəĢrlərini əldə 
etməkdən  ötrü  M.F.Axundov  adına  Dövlət  Kitabxanasına  Prezident  fondundan  5  min  ABġ 
dolları vəsait ayırmıĢdıq.
 
Biz Azərbaycan tarixinin yazılmasını tələb etdik. Artıq ciddi söhbətlər gedirdi ki, Azərbaycan 
tarixi yenidən yazılacaq.
 
-Orta məktəblərçün yazıldı, Bəy.
 
-Bir də ümumi Azərbaycan mədəniyyətinin araĢdırılması problemini qoymuĢduq. Təkcə Quzey 
Azərbaycan  yox,  Bütöv  Azərbaycan  ədəbiyyatı,  Bütöv  Azərbaycan  mədəniyyəti  kompleks 
halda  öyrənilməliydi,  bütövlükdə  tədqiq  edilməliydi.  Bununla  bərabər,  ümumi  türk 
mədəniyyəti  öyrənilməliydi.  Biz  üzümüzü  Avropaya  tutsaq  da  Asiya  mədəniyyətini  və  türk 
mədəniyyətini öyrənməliydik. 
 
Mədəniyyətə  yeni  baxıĢ  lazımdı  ki,  o,  dövlətin  əlində  təzyiq,  yaxud  təbliğat  alətinə 
çevrilməsin.  Mən  bütün  yubileylərdə  iĢtirak  etmiĢəm.  Qara  Qarayevin  yubileyini,  Fikrət 
Əmirovun  konsertlərini  və  b.  keçirdik.  Hansında  görmüsünüz  ki,  bir  adam  durub  desin  ki, 

yubileyləri təĢkil etdiyinə, özü də Ģəxsən burada iĢtirak etdiyinə görə prezidentimizə təĢəkkür 
edirik?
 
Filarmoniyada olarkən mən, dövlət katibi Pənah Hüseynov, humanitar məsələlər üzrə müĢavir 
Rafiq Ġsmayılov keçdik otağa, mən mədəniyyət xadimlərimizin hamısına dedim ki, Prezident 
fondunda  10  milyon  dollar  var  və  bunu  ancaq  elm,  mədəniyyət,  təhsil  və  səhiyyəyə 
xərcləyəcəyəm.  Pənah  bəy  də  dedi  ki,  yalnız  Bəy  yox,  biz  də  əlimizdən  gələn  köməyi 
Mədəniyyət Nazirliyinə edəcəyik. Onlar da "çox sağ olun, bundan çox razıyıq" dedilər. Sonra 
P.Bülbüloğlu muzeylərin qorunmasıyla bağlı nəsə yazıb gətirdi, ona da vəsait verdik.
 
Yeri  gəlmiĢkən,  bizim  vaxtımızda  muzeylərdən  bir  dənə  də  əsər  gedə  bilməzdi  -  gözlərini 
çıxarardıq.  Gedibsə  gəlib  desinlər.  Bizdən  sonrasa  100-ədək  əsər  satdılar.  Kim  satdı,  hara 
satdı - səsi də çıxmır, hamı susur.
 
-Ġncəsənət  muzeyindən  sənət  əsərlərinin  oğurlanmasını  bizim  dövrümüzə  aid  etmək 
istəyirdilər. "Avrasiya" qəzetində belə yazılar getmiĢdi. 
 
-Qətiyyən doğru deyil. Bütün oğurluqlar bizdən sonra olub. Mən əsərlərin hamısını nəzarətə 
götürtmüĢ, onları bir-bir siyahıya aldırtmıĢdım. Hətta muzeydən 3 dənə gözəl sənət əsəri olan 
tablo  aparıb  Prezident  iqamətgahına  qoydurmuĢdum  ki,  xaricdən  gələn  qonaqlar  onu 
görsünlər. Onlardan biri Səttar Bəhlulzadənin çəkdiyi rəsmdi. Onların hamısı orada sənəddə, 
kağızdadır. Özü də onlara çox diqqətlə qulluq edilirdi - əskiylə silinə bilməzdi, yalnız muzeyin 
iĢçiləri vaxtlı-vaxtında gəlib yoxlayır, baxırdılar. Mən hətta həmin iĢçilərə demiĢdim ki, otağın 
havası  onlara  zərər  verirsə  götürüb  aparın.  Qoy  bizim  dövrdə  oğurlanan  bircə  əsərin  adını 
desinlər,  mən  cavabını  verim.  Onların  hamısı  bizdən  sonranın  iĢidir,  kimlərin  oğurladığı  da 
bəllidir,  amma  heç  kim  danıĢmaq  istəmir,  hamısı  susur.  Bir  nəfər  də  Polad  Bülbüloğlundan 
hesabat istəmir, onu məsuliyyətə çəkmir, çünki, görünür, burada hökumətin də əli var, ona 
görə gizlədirlər. Bu, cinayətdir - dövlət cinayəti! Azərbaycan mədəniyyətini hərraca qoyublar. 
Buyurub  bizim  dövrümüzdə  uçurulan,  dağıdılan  bir  mədəniyyət  abidəsi  tapıb  göstərsinlər. 
Amma bu 4 ildə neçə-neçə mədəniyyət abidəsi darmadağın edilib.
 
-Bütöv muzeylər yox edildi.
 
-Nə qədər ürəkağrıdan olsa da, təəssüf ki, belədir...
".
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.62-65).  
ELÇĠBƏY ĠġGÜZARLARIMIZA MĠLYONÇU OLMAĞI TƏKLĠF EDĠR 
Ukrayna 12 noyabrda pul islahatı aparıb rublu birdəfəlik götürdü, milli valyutaya (karbovanes) 
keçdi. Bu, Azərbaycançün də ruhlandırıcı amildi.  
Bu günlərdə yaradılmıĢ Səhmdar-Kommersiya Aqrar-Sənaye Bankı ölkənin maliyyə sistemində 
tərəqqiyə səbəb olmalıydı. 
Qafqazda iqtisadi durum xeyli pisləĢmiĢdi. 20 noyabr tarixli "Azərbaycan" qəzeti xəbər verirdi 
ki,  Ermənistanın  ikinci  Ģəhəri  Gümrüdə  220  min  adam  ölkə  rəhbərliyinin  istefasını  istəyib. 
Burada adamlar çörəyin, qazın,  iĢığın yoxluğuna  dözə  bilmirdilər.  Düzdür,  Azərbaycanda da 
arada  çörək  çatıĢmazlığı  problemi  yaranırdı  və  bunun  üstündə  taxıl  məhsulları  naziri  Zakir 
Abdullayev iĢdən çıxarıldı, ancaq Ermənistan və Gürcüstanla müqayisədə ölkəmizdə vəziyyət 
çox  yaxĢıydı.  Azərbaycan  manatı  tamhüquqlu  pul  vahidi  kimi  dövriyyədəydi.  O  hətta 
Gürcüstanda,  Dağıstanda  da  sərbəst  iĢlənir  və  öz  dəyərindən  (10  rubldan)  yuxarı  qiymətə 
götürülürdü. Həyatın gediĢi manatın taleyi haqqındakı bədbin fikirlərin puçluğunu və Elçibəyin 

nə  qədər  uzaqgörən  dövlət  adamı  olduğunu  vur-tut  üç  aya  təsdiqlədi.  Prezidentimizin  bu 
addımı  Rusiya  hökumətini  Azərbaycanla  siyasətinə  yenidən  baxmağa  məcbur  etdi  və  o, 
pulsuzluqla sıxdığı Azərbaycanın rubla olan ehtiyacını ödəməyə hazır olduğunu bildirdi. 
Ümumiyyətlə,  Azərbaycanda  iqtisadi  islahatlar  nəzərdə  tutulan  sürətlə  aparılırdı.  Ancaq  bir 
sıra  amillər  islahatların  gerçəkləĢdirilməməsinə  səbəb  olurdu.  Bunlar  aĢağıdakılardı:  A) 
Ermənistanla  müharibə  gedirdi.  B)  MərkəzləĢdirilmiĢ  planlaĢdırma  sistemindən  bazar 
münasibətlərinə  (əslində  sosializmdən  kapitalizmə)  keçid  bütünlüklə  yeni  proses  olduğuna 
görə  xeyli  vaxt  tələb  edirdi.  C)  Ġqtisadi  qanunvericilik  yoxdu.  ÖzəlləĢdirmə  haqqında, 
sahibkarlıq  haqqında,  inhisarçılığın  məhdüdlaĢdırılması  haqqında,  müəssisələr  haqqında, 
qiymətli  kağızlar  və  bircalar  haqqında  və  b.  qanunlar  qəbul  edilməmiĢdi;  onların  layihələri 
hazırlansa  da hələ  də müzakirəyə çıxarılmamıĢdı.  D)  Ġdarəetmə  sistemi ləng  yeniləĢdirilirdi. 
Ġqtisadiyyatda  köklü  islahatlar  aparmağı  bacaran  qurumların  yaradılması  sahəsində  xeyli 
irəliləyiĢ olsa da hələ bir çox qurumların yaradılmasına kəskin ehtiyac vardı və b. 
Noyabrın  ikinci  yarısında  dövlətin  bazar  iqtisadiyyatına  keçid  proqramı  artıq  hazırdı.  Bu 
proqram  islahatların  aĢağıdakı  istiqamətlər  üzrə  aparılmasını  nəzərdə  tuturdu:  idarəetmə 
sisteminin  yenidən  qurulması;  islahatların  hüquqi  bazasının  yaradılması;  ayrı-ayrı  sahələrdə 
mülkiyyət islahatının aparılması; vergi, büdcə, pul, kredit, bank siyasəti, sosial siyasət, bazar 
infrastrukturunun  formalaĢdırılması;  xarici  iqtisadi  əlaqələr  və  investisiya  siyasəti;  struktur 
dəyiĢiklikləri və b. 
"Azərbaycan"  qəzeti  20  noyabr  tarixli  sayında  "Xarici  dövlətlər  Azərbaycana  20  MĠLYARD 
DOLLAR kredit, Əbülfəz Elçibəy isə iĢgüzarlarımıza milyonçu olmağı təklif edir" baĢlığı altında 
çox dəyərli hesabat dərc edib. 19 noyabrda Prezident Aparatında ölkənin iĢgüzar adamlarıyla 
keçirilmiĢ müĢavirə haqqında ətraflı məlumat verən bu materialda ölkəmizin iqtisadi durumu 
və  Əbülfəz  bəyin  sahibkarlığımızın  gələcəyinə  münasibəti  güzgü  kimi  doğru-düzgün  əks 
etdirilib. 
Dövlət katibi Pənah Hüseynov sahibkarlara müraciətlə bildirirdi ki, "biz gələndə Azərbaycanın 
1-2  günlük  taxıl  ehtiyatı  vardı,  ərzaq  yox  dərəcəsində  idi",  indisə  2-3  aylıq  taxıl  ehtiyatımız 
var, sizi taxılla təminatda bizə kömək etməyə görə çağırmıĢıq. 
P.Hüseynov  burada  bəyan  etdi:  "Müxtəlif  ölkələr  Azərbaycana  ümumi  miqdarı  20  MĠLYARD 
ABġ  DOLLARI  kredit  vermək  niyyətindədir.  Bu  maliyyə  imkanları  əsasən  özəlləĢməni  əhatə 
edən  islahat  mərhələsi  və  yeni  istehsal  sahələri  qurmaq  üçün  məhz  ĠġGÜZARLARA 
VERĠLƏCƏK". 
ĠĢgüzarlarımıza müraciət edildi ki, taxıl və ərzaq məhsullarına üstünlük verməklə, zəruri olan 
nəyə  imkan  varsa  ölkəyə  gətirin.  Barter,  pulköçürmə,  nağd  pulla  və  edilə  biləcək  hər  cür 
üsullarla  mümkün  kommersiya  iĢinə  imkan  veriləcək,  kömək  göstəriləcək.  Ümumi  iĢi 
əlaqələndirmək və nizamlamaqçün dövlət müĢaviri Arif Hacıyevin baĢçılığıyla xüsusi komissiya 
yaradılacaq. 
MüĢavirəni  yekunlaĢdıran  prezident  Əbülfəz  Elçibəy  dedi  ki,  iĢgüzar  adamlarla  belə  əlaqə 
yaratmaqda  məqsədimiz  AZƏRBAYCANIN  Ġġ  ADAMLARI  TƏBƏQƏSĠNĠ  FORMALAġDIRMAQ, 
ONLARIN  FƏALĠYYƏTĠNƏ  DÖVLƏT  TƏRƏFĠNDƏN  YARDIMÇI  OLMAQDIR.  "Bu  xalqın 
milyonçuları  siz  olun.  Əgər  siz  bunu  edə  bilməsəniz  BU  BOġLUĞU  XARĠCĠLƏR 
DOLDURACAQLAR.  Dünyada  HALAL  BĠZNESMENLĠYĠN  bütün  keyfiyyətlərini  əxz  edib 
Azərbaycana gətirin". 

Prezident  bildirdi  ki,  hazırda  Azərbaycanın  70-80  milyon  dollar  valyuta  ehtiyatı  var  və  o, 
islahatın keçirilməsinə vacib imkanlar yaradır. 
Bu  müĢavirəni  dövlətimizin  milli  sahibkarlığa  qayğısında  mühüm  dönəm  saymaq  olar.  Məhz 
bu  görüĢdən  sonra  milli  sahibkarlarımızın  xeyli  hissəsi  Rusiyadan  və  baĢqa  ölkələrdən 
Azərbaycana  dönərək  Vətənin  iqtisadi  tərəqqisinə  həvəslə  kömək  etməyə  baĢladı.  Onları 
ruhlandıran  baĢlıca  amil dövlətin onlara  HALAL münasibətiydi.  Görünür, Turqut  Özalla  Ģəxsi 
söhbətləri, Türkiyənin 250 milyon dollar kredit ayırması Əbülfəz bəyi xeyli ürəkləndirmiĢdi. Bu 
görüĢdən  sonra,  demək  olar,  hər  gün  bir  yeni  qanun  layihəsi  mətbuatda  dərc  edilir,  bazar 
iqtisadiyyatına yönəliĢdə güclü iĢ gedirdi. 
Həmin  müĢavirədən  sonra  Azərbaycana  qayıtmıĢ  sahibkarlarımız,  nə  yazıqlar  ki,  1993-ün 
iyunundan sonra ya Azərbaycandan didərgin salındılar, ya cismən məhv edildilər, ya da var-
yoxları  əllərindən  alınaraq  dilənçiyə  çevrildilər  və  Azərbaycanda  onların  yerini  XARĠCĠLƏR 
TUTDU.  (Bu  proses Azərbaycan  dövlətini zəiflətsə  də Ģəxsən  hakimiyyətdəkilərə  xeyli  fayda 
verdi). 
Prezident  yanındakı  Ġqtisadi  ġuranın  təqdim  etdiyi  "Azərbaycan  Respublikası  dövlət 
müəssisələrinin  özəlləĢdirilməsi  haqqında"  qanunun  layihəsi  21  noyabrda  mətbuatda  dərc 
edilərək geniĢ müzakirəyə çıxarıldı. 
Azərbaycan iqtisadiyyatını ağır günə salan baĢlıca səbəblərdən biri köhnə sosialist sisteminin 
hələ dağıdıla bilməməsiydi. Təkcə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi sistemində 124 kolxoz, 
127 sovxoz və 3 sənaye müəssisəsi ziyanla iĢləyirdi. Bu təĢkilatlar hökmən ya bağlanmalı, ya 
da onların maliyyə vəziyyəti düzəldilməliydi. 
Müəssisələr  borclarını  ala  bilmirdilər.  Təkcə  Sənaye-Ġnvestisiya  Bankının  müĢtəriləri  üzrə 
MDB, Baltikyanı və Gürcüstan ölkələrinin Azərbaycana debitor borcları 17 milyard rubldu ki, 
onun təxminən 8 milyardı Rusiya təĢkilatlarının payına düĢürdü. Nazirlər Kabinetinin göstəriĢi 
olmasına  baxmayaraq  respublikanın  bəzi  müəssisələri  hələ  də  köhnə  qaydayla  iĢləyərək 
pulunu öncədən almadan mal göndərirdilər. 
Prezident  21  noyabrda  "Azərbaycan  Respublikasında  bazarların  tabeliyinin  dəyiĢdirilməsi 
haqqında" fərman verdi. Bazarların Azərittifaqın tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti 
orqanlarının tabeliyinə verilməsini nəzərdə tutan bu fərman bazarların inkiĢafını təmin etmək, 
əhalinin ərzaq məhsullarına tələbatını daha dolğun ödəmək məqsədi daĢıyırdı. 
Elə  həmin  gün  prezident  "Kənd  təsərrüfatının  idarəetmə  strukturunun  təkmilləĢdirilməsi 
haqqında"  da  fərman  qollayaraq  rayon  icra  hakimiyyətlərində  kənd  təssərrüfatı  və  ərzaq 
idarələri yaratmağa göstəriĢ verdi. 
Artıq  24  noyabrda  Ġsa  Qəmbərin  sədrliyi  altında  Milli  Məclis  özəlləĢdirmə  haqqında  qanunu 
müzakirə  edərək  ilk  oxunuĢda qəbul etdi.  Ertəsi günsə  prezident  yanındakı  Ġqtisadi  ġuranın 
təqdim  etdiyi  "Torpaq  islahatı  haqqında"  qanunun  layihəsi  mətbuatda  dərc  edilərək 
müzakirəyə verildi. 
Onu da qeyd edim ki, prezident Elçibəy rüĢvətxorluğu dövlətçün və millətçün ən məhvedici 
amillərdən  biri  sayaraq  ona  qarĢı  bütün  gücüylə  çarpıĢır,  istər  özünün  fərman  və 
sərəncamlarının,  istərsə  də  parlamentin  qəbul  etdiyi  qanunların  rüĢvətxorluğun  aradan 
qaldırılmasında da yardımçı olmasına  çan  atırdı.  Bəy  bilirdi ki,  rüĢvəti yalnız  inzibati yollarla 
aradan götürmək səmərəsiz yoldur, ona görə də ilk növbədə kadrların özünün iĢə  rüĢvətsiz 
götürülməsinə  və  maaĢların  artırılmasına  çalıĢırdı.  (Bu  sahədə  parlamentin  sədri  Ġsa 

Qəmbərin də prezidentlə birgə gərgin əməyini unutmamalıyıq).  
Elçibəy  hökumətində  Gömrük  Komitəsinin  sədri  iĢləmiĢ  Ġbrahim  Vəliyev  yazır: 
"1992-ci  ilin 
noyabr  ayında  komitə  sədri  kimi  prezidentin  qəbulunda  oldum.  Komitədə  görülən  və 
görüləcək  iĢlər  barəsində  Elçibəyə  hesabat  verdikdən  sonra  o,  mənə  qəflətən  belə  bir  sual 
verdi: 
 
-Bəy, Gömrük Komitəsində rüĢvət varmı? 
 
-Bəli, Bəy, var.
 
-Onda niyə qarĢısını almırsan? 
 
Mən rüĢvətin səbəblərindən danıĢıb onun kökünün kəsilməsi yollarını izah etdikdə prezident 
Elçibəy az qala yalvarıĢlı bir tərzdə mənə üz tutdu:
 
-Bəy,  çalıĢ,  gömrük  iĢçiləri  rüĢvət  almasın.  Bu  millət  yazıqdır!.."
.  ("Savalanda  görüĢənədək, 
Bəy!". Bakı, 2000, s.63). 
"TÜRK DÜNYASININ ƏN QABĠLĠYYƏTLĠ DÖVLƏT VƏ SĠYASƏT ADAMLARINDAN BĠRĠ" 
Azərbaycanın  siyasi  həyatında  müstəqil  güc  kimi  çıxıĢ  etmək  istəyən  Müsavat  Partiyası  bir 
neçə aylıq hazırlıq mərhələsindən sonra III (bərpa) qurultayını keçirdi (13 noyabr). Özünü ən 
alovlu müsavatçı sayan Bəy qurultay iĢtirakçılarını və partiyanın bütün təəssübkeĢlərini təbrik 
etdi. O, "həyatını "Müsavat"ın ideyalarının gerçəkləĢməsinə həsr edən insan xoĢbəxtdir" dedi. 
ARTIRMA 
"-MüĢahidələrimə  əsasən  deyirəm  ki,  cəbhəçilərin,  elə  baĢqalarının  da  içərisində  belə  fikir 
dolaĢır  ki,  o  zaman  hakimiyyətdə  Xalq  Cəbhəsiydisə  Müsavat  Partiyasını  yaratmağa  ehtiyac 
yoxdu.  Ümumiyyətlə,  Müsavat  Partiyasının  yenidən  bərpa  olunması  və  yaranması  hansı 
zərurətdən doğdu?  
-Burada  ictimai  rəyə  yalnıĢ  bir  fikir  yeridilir  (cəbhəçilər  yox,  əsasən  baĢqa  qüvvələr 
tərəfindən) - guya ki, biz Müsavat Partiyasını hakimiyyətdə olarkən bərpa etmiĢik. Ancaq ən 
formal  cəhətdən  də  götürsək  Müsavatın  Bərpa  Mərkəzi  1992-ci  ilin  mart  ayında  yaradılıb. 
Mart ayında kim bilirdi ki, hakimiyyət dəyiĢikliyi nə vaxt olacaq, nə cür olacaq və s.?! Hətta 
prezident seçkiləri məsələsi də hələ müəyyən deyildi.  
Müsavatın bərpası zərurətinə gəldikdəsə bir qədər geri qayıtmalı olacağıq. 1989-un yayında 
biz  Xalq  Cəbhəsini  təsis  edərkən,  təbii  ki,  onun  proqramını  hazırlamıĢdıq  və  bu  proqramda 
belə bir cümlə yazmıĢdıq ki, Azərbaycan Xalq Cəbhəsi müsavatçılıq ideologiyasına əsaslanır. 
Biz: Əbülfəz Elçibəy də, mən də, bir çox baĢqa dostlarımız da baĢa düĢürdük ki, müsavatçılıq 
nə  deməkdir  və  Azərbaycanın  müstəqil,  demokratik  dövlət  olması  üçün  müsavatçılığa 
söykənməliyik.  Sadəcə  olaraq,  o  zaman  ciddi  bir  müzakirə  olmadı,  çünki  yaratdığımız 
təĢkilatın adını onda Müsavat Partiyası, yaxud Müsavat Hərəkatı qoya bilməzdik; buna bir çox 
səbəblər vardı (məsələn, ictimai rəy müsavatı hələ kifayət qədər tanımırdı). Bundan bir qədər 
sonra  Azərbaycanda  "Yeni  Müsavat"  adlı  partiya  yaradıldı.  O,  elə  də  güclü  olmadı,  ancaq 
fəaliyyət göstərən və hərəkatda iĢtirak edən bir partiyaydı.  
1990-ıncı  ildən  Azərbaycanla  Türkiyə  arasında  əlaqələr  güclənmək  mərhələsində  olanda 
Türkiyədə  yaĢayan  müsavatçılarla  da  əlaqələr  yaranmağa  baĢladı.  1990-91-inci  illərdə  Yeni 
Müsavatçılar  Müsavatın  Türkiyədəki  rəhbərlərinə  müraciətlə  təkid  etmiĢdilər  ki,  Müsavat 
liderləri  öz  səlahiyyətlərini  Yeni  Müsavata  versinlər,  Yeni  Müsavatı  Müsavatın  varisi  olaraq 

tanısınlar  və  s.  Ancaq  onlar  tərəddüd  etmiĢdilər  -  düĢünürdülər  ki,  Azərbaycanda  güclü 
hərəkat, siyasi təĢkilat Xalq Cəbhəsidir. Onlar da Xalq Cəbhəsinin liderlərini, xüsusən Əbülfəz 
Elçibəyi  gözəl  tanıyırdılar,  çünki  onunla,  baĢqa  dostlarımızla  görüĢmüĢdülər.  Onlar 
düĢünürdülər ki, yalnız özlərinin də etibar etdikləri, qəbul etdikləri Xalq Cəbhəsinin baĢçıları 
Müsavatın bərpasına baĢlayarsa bu iĢ uğurlu ola bilər.  
Yeni Müsavat partiyası axtarıĢdaydı. Hələ bir qədər öncə onlar Müsavatın tarixini yaxĢı bilən 
gözəl tədqiqatçı Nəsib Nəsibliyə müraciət etmiĢdilər ki, o, Yeni Müsavatın rəhbərliyinə gəlsin. 
Nəsib  bəyi mən  çoxdan tanıyıram  -  1980-inci illərdə  bir yerdə çalıĢmıĢıq.  1991-in  yayında - 
Xalq  Cəbhəsinin  qurultayı  ərəfəsində  yanımıza  gəldi,  Əbülfəz  Elçibəyə,  mənə  və  baĢqa 
dostlarımıza təklif etdi ki, gəlin qurultayda Xalq Cəbhəsinin adını dəyiĢib Müsavat qoyaq. Bu 
təklif bizə bir qədər gözlənilməz gəldi. Əbülfəz bəylə məsləhətləĢdik və o dedi ki, yox, Xalq 
Cəbhəsi hərəkatdır, Müsavatsa partiyadır; biz hərəkatı partiyaya çevirə bilmərik. RazılaĢdıq.  
Bəlkə də Cəbhəni yaradarkən adını Müsavat qoya bilsəydik, yaxud 1991-in yayında hamımız 
razılaĢaraq  Xalq  Cəbhəsinin  adını  Müsavat  edə  bilsəydik  indi  iki  təĢkilat  kimi  fəaliyyət 
göstərməyə məcbur olmazdıq.  
Türkiyədə  yaĢayan  Müsavat  baĢçıları  1991-in  qıĢına  yaxın  Xalq  Cəbhəsi  liderlərinə  təklif 
etdilər ki, gəlin Müsavatın fəaliyyətini Azərbaycana köçürək, Azərbaycanda bərpa olunsun, siz 
də ona sahib çıxın. Əbülfəz Elçibəy dedi ki, ideyaya müsbət yanaĢıram - Müsavat, doğrudan 
da,  Vətənə  dönməlidir,  ancaq  mən  hərəkat  lideriyəm,  partiya  rəhbəri  olmaq  istəmirəm. 
Həmin  halda  ağsaqqallar  rəhbərliyi  mənə  təklif  etdilər.  Mən  də  Əbülfəz  Elçibəylə 
məsləhətləĢdim,  dostlarımla  məsləhətləĢdim.  Əbülfəz  bəy  dedi  ki,  bu  iĢ  məqsədəuyğundur, 
lazımdır.  
Beləliklə,  mən  bu  ağır  və  Ģərəfli  missiyanı  qəbul  etdim,  dostlarımızla,  silahdaĢlarımızla  bir 
yerdə  bu  ideyanı  gerçəkləĢdirməyə  baĢladıq.  Bu  olub  1991-in  sonunda.  1992-nin 
baĢlanğıcında  -  yanvar-fevral  aylarında  üçtərəfli  (Xalq  Cəbhəsinin,  Yeni  Müsavatın  və 
Türkiyədəki  Müsavatın  liderləri)  danıĢıqlar,  məsləhətləĢmələr  getdi.  Bu  üçtərəfli 
məsləhətləĢmələr  nəticəsində  mart  ayında  Müsavatın  bərpası  prosesi  artıq  rəsmi  addımlar 
səviyyəsinə keçdi.  
Bax, hər Ģey belə olub. Ona görə də guya hakimiyyət dövründə Müsavat Partiyası yaratmağa 
baĢlamağımız haqqında deyilənlər heç bir tənqidə dözən deyil.  
Sualı  kimsə  belə  də  qoya  bilər  ki,  ümumiyyətlə,  Müsavatı  Azərbaycanda  yenidən 
canlandırmağa  ehtiyac  vardımı  -  bəlkə  Müsavatı  bir  tarixi  irs  kimi  arxivdə  saxlamaq  daha 
münasib olardı? Mən düĢünürəm ki, bu, mümkün olan Ģey deyildi - müsavatçılıq elə bir ideya, 
elə bir siyasi cərəyandır ki, o qətiyyən arxiv materialı ola bilməz. O, canlı bir orqanizmdir və 
tarixin bəzi mərhələlərində zəifləyi  də, çətinlikləri də olub,  gizli  fəaliyyət də göstərib,  ancaq 
son  günlərədək  Türkiyədə  Müsavatın  mərkəzi,  rəhbərliyi  fəaliyyət  göstərib.  Ona  biz  sahib 
çıxmasaydıq bunu hansısa bir siyasi qüvvə mütləq edəcəkdi. Bəlkə də absurd kimi görünər, 
ancaq  1991-in  sentyabında kommunist  partiyasının  buraxılması  ərəfəsində həmin  partiyanın 
rəhbərlərindən  təklif  edənlər  vardı  ki,  gəlin  qurultayda  kommunist  partiyasını  buraxmayaq, 
sadəcə,  adını dəyiĢib  Müsavat  Partiyası qoyaq.  Sözsüz  ki,  bu, cəfəng  fikirdi,  çünki  iki  siyasi 
ideologiya  -  kommunizmlə  müsavatçılıq  və  iki  təĢkilat  -  kommunist  partiyasıyla  Müsavat 
Partiyası  XX  əsr  boyunca  barıĢmaz  mübarizə  aparıb  və  əslinə  qalanda  kommunizm 
ideologiyasının  və  kommunist  partiyasının  məğlub  olması  onların  mübarizəsinin  məntiqi 
sonluğudur.  Əbədi  düĢməniylə  savaĢda  məğlubiyyətə  uğramıĢ  kommunistlərin  öz  adlarını 

dəyiĢərək  tarixi  xilas  naminə  o  düĢmənin  adını  götürmək  -  "müsavatçı"  adlanmaq  fikrinə 
düĢmələri əyani Ģəkildə göstərir ki, hətta ən ağlagəlməz qüvvələr də Müsavat adına iddialı ola 
bilərdi.  Bu  ideala,  bu  irsə  həqiqi  hərəkatçıların,  Azərbaycanın  müstəqilliyi  və  demokratiya 
ideyalarına gerçəkdən bağlı insanların sahib çıxmaması çox böyük tarixi yanlıĢlıq ola bilərdi.  
Müsavatın  yaranması  zərurəti  də  buradan  irəli  gəlir  və  qısaca  xronologiyası  da  bundan 
ibarətdir. 
-Müsavatın qurultayında da Əbülfəz Elçibəy müsavatçılığı yüksək qiymətləndirmiĢdi. 
-  Biz  Müsavatın  bərpa  qurultayını  1992-ci  ilin  noyabrında  keçirdik.  Əbülfəz  Elçibəyin  özü 
iĢtirak elədi, baxmayaraq ki, o, hər partiyanın qurultayına getmirdi. Çox gözəl təbrik söylədi, 
çox xoĢ sözlər dedi. Əbülfəz bəyin həmin günlərdə mənə göndərdiyi iki məktubu vardı - birini 
qurultayın  açılıĢına,  ikincisini  qurultayda  mənim  baĢqan  seçilməyimə  görə  təbrik  olaraq 
göndərmiĢdi. Tarixi sənədlər hesab edirəm onları. Həmin məktubları tapıb Sizə verərəm, çap 
edin, oxucular da görsün ki, Əbülfəz bəy Müsavatı necə qiymətləndirirdi".  
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 
17  noyabrda  Azadlıq  meydanında  izdihamlı  mitinq  keçirildi.  Onu  AXC,  AMĠP  və  N.Pənahov 
çağırmıĢdılar. Milli DirçəliĢ günümüzə həsr edilən tədbirdə Əbülfəz bəy də iĢtirak etdi. Əslində 
N.Pənahovun ölkədə sabitsizlik yaratmaq istəyinin qarĢısını alan bu mitinq "azadlıq aĢiqi"nin 
növbəti  mənəvi  məğlubiyyəti  oldu.  O,  istədiyinin  alınmadığını  görüncə  "bizim  qətnamə  ilə 
razılaĢan hər bir kəs meydanı tərk etsin" desə də Meydan xalq içində nüfuzunu artıq tamam 
itirmiĢ  bu  adamın  sözüylə,  təbii  ki,  dağılmadı  və  əksinə,  Əbülfəz  bəyin  və  baĢqalarının 
çıxıĢından  sonra  orada  həqiqi  bayram  əhval-ruhiyyəsi  yarandı.  Buna  dözməyən  N.Pənahov 
yenə "turbina"dan xalqa müraciət etdi: "Belə bir vaxtda bayram etmək vaxtıdırmı, ey bədbəxt 
xalq?!".  Ancaq  milləti  iĢıqlı  gələcəyə  səsləyən  ağıllı  çıxıĢlar  içərisində  onun  miskin  çığırtıları 
eĢidilməz oldu. Bu mitinq xalqın iqtidara inamının hələ güclü olduğunu göstərdi. 
Türkiyənin  görkəmli  jurnalisti,  "Milliyyət"  qəzetinin  müxbiri  Taha  Akyol  bu  günlərdə  yazırdı: 
"Elçibəyin  çağımızda  Türk  dünyasının  ən  qabiliyyətli  dövlət  və  siyasət  adamlarından  biri 
olduğu  mühəqqəqdir".  Prezidentimizi  çox  yüksək  dəyərləndirən  Akyol  onun  haqqındakı  bu 
düĢüncələrini  açıqlayırdı:  "Onun  vəzifə  baĢına  gəlməsiylə  birlikdə  Azərbaycan  Qarabağ 
cəbhəsindəki uğursuzluqlarda müvəffəqiyyətlə dönüĢ yaratdı. Erməni-azəri ixtilafını bir millət 
və din qovğası görüntüsündən uzaq tutmağı və siyasi cəhətdən onu regional toqquĢma kimi 
təqdim etməyi bacardı. O, BU UZAQGÖRƏNLĠYĠ ETMƏSƏYDĠ QƏRB DÜNYASI ERMƏNĠSTANI 
"QAFQAZIN ĠSRAĠLĠ" HALINA GƏTĠRƏCƏKDĠ". 
Əbülfəz bəy xüsusən Rusiya və Türkiyə səfərindən sonra özünü nə qədər inamlı hiss edirdisə 
onun  hakimiyyətinin  rəqibləri  də  müqaviməti  bir  o  qədər  artırırdılar.  Onlar  mütəĢəkkil 
qüvvəyə  çevrilirdilər.  Belə  ki,  21  noyabrda  məhz  Naxçıvanda  Yeni  Azərbaycan  Partiyasının 
təsis  konfransı  keçirildi.  Onun  sədri,  təbii  ki,  Heydər  Əliyev  seçildi.  Həmin  gün  ərzaq 
təminatındakı çətinliklərlə bağlı Ali Məclis binası qarĢısında toplaĢan əhali arasında bir çoxları, 
o sıradan Sirus Təbrizli də çıxıĢ edərək YAP-ı təbliğ etdi. 
Elçibəy cəbhəyanı bölgələrdə olub vəziyyəti öz gözləriylə görmək, törədilə biləcək təxribatların 
qarĢısını vaxtında almaq məqsədiylə noyabrın 23-ü gecəsi Ağdama yola düĢdü. Prezident bu 
ərazidə  yerləĢən  ordu  və  daxili  qoĢun  hissələrinin  zabit  və  əsgərləriylə  görüĢdü,  hərbi 
hissələrdəki  vəziyyətlə  tanıĢ  oldu.  Ertəsi  gün  o,  Ağdam  icra  hakimiyyətinin  binasında  ordu, 
inzibati  orqanlar  və  təsərrüfat  rəhbərlərinin  iĢtirakıyla  müĢavirə  keçirərək  uyğun  göstəriĢlər 

verdi. 
Əbülfəz  bəy  Azərbaycan  daxilində  səfərlərində  əhalinin  vəziyyətini  öyrənməklə  yanaĢı, 
ordumuzun  durumunu  da  Ģəxsən  öyrənməyə  çalıĢırdı.  O,  bir  ildə  iki  dəfə  Gəncəyə  və 
Ağdama, sonra Tərtər, Ağcabədi, Füzuli, Cəbrayıl, Yevlax, Göyçay, Sabirabad və Sumqayıta 
səfərə getmiĢdi. Bir neçə dəfə Tağıyev (Nasosnı) qəsəbəsində və MüĢfüqabadda (PirəköĢkül) 
hərbi hissələrdə olmuĢdu.  
Ordu  quruculuğunu  dövlətin  ən  önəmli  vəzifəsi  sayan  Əbülfəz  bəyi  Ağdama  getməkdə  də 
konkret  bölgədəki  konkret  hərbi  durumdan  daha  çox  ümumilikdə  Azərbaycan  ordusunun 
vəziyyəti, onun yerlərdəki müdafiə qabiliyyəti maraqlandırırdı, buna görə də döyüĢçülərimizlə 
daimi ünsiyyətə can atırdı.  
Bu səfərdən bir gün sonra Müdafiə Nazirliyində Hərbi ġuranın müĢavirəsi keçirildi və Ali BaĢ 
Komandan Əbülfəz Elçibəy ona sədrlik etdi.  
Prezident  Elçibəyin  bir  Ali  BaĢ  Komandan  olaraq  hərbi  problemlərə  və  konkret  iĢlərə 
yanaĢmasını polkovnik Ġsa Sadıqov obyektiv Ģəkildə təhlil edib. Onun düĢüncələrini, çox geniĢ 
olsa da, bir mütəxəssis dəyərləndirməsi kimi oxuculara təqdim edirəm. (Xatırladım ki, Ġsa bəy 
bu sözləri Elçibəyin vəfatından sonra yazıb). 
"Doğrudanmı  Əbülfəz  Elçibəy  zəif,  qətiyyətsiz  Ali  BaĢ  Komandan  idi?  Qətiyyən  yox!  Ali  BaĢ 
Komandan  Elçibəydə  ideoloji  prinsiplərə  söykənən  fövqəltəbii  ardıcıl  mübarizə  aparma 
keyfiyyəti  vardı.  Təsəvvürünüzə  gətirin  -  o,  1970-ci  illərdən  apardığı  siyasi  mübarizəsinin 
bəhrəsini  1988-ci  ildən  görməyə  baĢladı.  Hələ  tələbəlik  illərindən  dövlət  baĢçısı,  Ali  BaĢ 
Komandan olacağını dilə gətirən Elçibəy məhz özünün güzəĢtsiz çarpıĢmaları sayəsində 1992-
ci ildə istəyini gerçəkləĢdirdi! 
Sözsüz  ki,  Elçibəy  hakimiyyət  və  vəzifə  uğrunda  deyil,  öz  ideallarını,  prinsiplərini  həyata 
keçirmək  üçün  döyüĢ  meydanına  atılmıĢdı.  Elə  buna  görədir  ki,  prezident  və  Ali  BaĢ 
Komandan  olaraq  görməyə  baĢladığı  ilk  iĢi  Azərbaycanın  dövlətçiliyinin,  hərbi  qüdrətinin 
gücləndirilməsi  oldu.  BaĢ  komandan  Elçibəy  bu  sahədə  çox  kəsərli  addımlar  atdı,  hərbi 
sahədə  dəyəri  hələ  çox-çox  illər  sonra  bütün  aydınlığı  ilə  veriləcək  iĢlər  görməyə,  ordu 
quruculuğunda ciddi islahatlar aparmağa baĢladı.  
Elçibəy  postsovet  məkanda  yeganə  Ali  BaĢ  Komandan  oldu  ki,  Rusiya  qoĢunlarını  öz 
ölkəsindən  bütünlüklə  çıxarmağı  bacardı.  Özü  də,  bu  zaman  o,  çox  gözəl  bilirdi  ki,  rus 
ordusunu  çıxarmaqla  öz  hakimiyyəti  üçün  də  ciddi  risk  edir,  ancaq  xalqının  azadlığını,  ana 
yurdunun  müstəqilliyini  hər  Ģeydən  üstün  tutan  bu  Böyük  Ali  BaĢ  Komandan  özünün  qəti 
əmrini verdi və Azərbaycandan Rusiya hərbi hissələrini birdəfəlik təmizlədi. 
Xatırımdadır, Elçibəy hakimiyyəti ilk gündən "hər Ģey müharibə üçün, hər Ģey qələbə üçün" 
Ģüarı  ilə  iĢə  baĢladı.  Elə  bunun  nəticəsidir  ki,  Ali  BaĢ  Komandan  Elçibəy  üçcə  ayın  içində 
müharibədə  ciddi  dəyiĢiklik  edə  bildi.  Ordumuz  iĢğal  olunmuĢ  torpaqların  75  faizini  geri 
qaytardı. Bununla yurdumuzun düĢmənlərinin iĢğalçılıq siyasətinə ağır zərbə endirildi.  
MüĢahidələrim  göstərir  ki,  Elçibəy  Azərbaycanda  əsl  millətçi  türk  hərb  sistemini 
formalaĢdırmağı  prezident  kimi  özünün  ali  məqsədi  sayırdı.  (Ömrünün  son  günlərində 
Türkiyədə  onun  yanında  olanda  Elçibəy  mənə  türk  generaliteti  ilə  əməkdaĢlıq  etməyi,  türk 
hərb  sistemindən  bəhrələnməyi  tapĢırdı).  Bu,  ümumiyyətlə,  Elçibəyin  hərbi  strategiyasının 
əsas istiqamətlərindən biri idi.  

Ġstər  rus  ordusunu  çıxararkən,  istərsə  də  cəbhədə  irəliləyərkən  Əbülfəz  Elçibəy  öz  xalqının 
gücünə  arxalanır,  onun  dəstəyinə  güvənirdi.  Buna  görə  də  hakimiyyətdə  olduğu  müddətdə 
xalqın özünə inamını hər vasitə ilə qorudu, bu inamı gücləndirməyə çalıĢdı. Bu da onun bir 
hərbçi kimi strateji təfəkürünün geniĢliyinin göstəricisidir. 
Elçibəy hakimiyyəti zamanı Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin hərbi sənayesinin 
yaradılmasında  ciddi  addımlar  atıldı.  Qısa  bir  zamanda  Azərbaycanın  özündə  hərbi  sursat 
istehsalına, müharibənin gediĢi prosesində istehsal olunanlar isə təkmilləĢdirilməyə baĢlandı. 
Təəssüf ki, ölkəmizin mənafeyini nəzərə alaraq bu sahədəki bir çox iĢlər haqqında hələlik açıq 
danıĢa bilmirik... 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin