ARTIRMA
"Ümumiyyətlə, mənim çox böyük arzumdur ki, Azərbaycanda mətbuat inkiĢaf etsin,
geniĢlənsin. Bəzən hansısa bir ölkədə, məsələn 1000 jurnalistin toplantısının keçirildiyini
eĢidəndə buna həsəd aparıram - kaĢ yaxın vaxtlarda Azərbaycanın da heç olmazsa 500-700
jurnalistinin qurultayının keçirildiyini eĢidəydik, yəni bu boyda söz əsgərləri ordumuzun
olduğunu görəydik. Düzünə qalanda, jurnalistikamızın inkiĢafından narazı da deyiləm, çünki
yazarlarımız belə ağır Ģəraitdə həqiqətən fədakarlıq göstərirlər - aylarla pul yox, maaĢ yox,
yaxĢı geyimləri yox, evdə yeyimləri yox, normal yaĢayıĢ Ģəraitləri yox, bunun heç gileyini,
davasını da etmirlər"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə",
Bakı, 1999, s. 88).
Milli mənsubluğundan asılı olmayaraq hər bir vətəndaĢın hüquqlarının qorunmasını dövlətin
baĢlıca siyasətinə çevirməyə çalıĢan prezident 16 sentyabrda nəinki Azərbaycanda, hətta
dünyanın bir çox inkiĢaf etmiĢ mədəni ölkələrində indiyədək bənzəri olmayan "Azərbaycan
Respublikasında yaĢayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının
qorunması, dil və mədəniyyətinin inkiĢafı üçün dövlət yardımı haqqında" fərman verdi. Bu
sənəd Azərbaycanda insan azadlığı haqqında deyilənlərin söz olaraq qalmadığının ən aydın
göstəricisiydi və çox keçmədən onu BMT də bəyənərək baĢqa dövlətlərdə də bu məzmunlu
sənədlərin qəbulunu tövsiyədə bulundu. Bu fərmana uyğun olaraq ölkəmizdə az vaxt içində
azsaylı xalqların mədəniyyət mərkəzləri Ģəbəkəsi geniĢləndirildi, onların mətbuatının, öz
dillərində tədrisin inkiĢafına gerçək Ģərait yaradıldı. (Artıq 1993-ün baĢlanğıcında Təhsil
Nazirliyi ləzgi, udi, kürd, talıĢ və b. dillərdə ibtidai sinif dərsliklərini hazırlayıb ortaya qoydu).
Ə.Elçibəyin 20 avqustda imzaladığı və 19 sentyabrda dərc edilməsiylə qüvvəyə minən
"Dini
etiqad azadlığı haqqında"
qanunsa Azərbaycanda dini dözümlülüyün dövlət səviyyəsində
qorunmasına təminat verdi və ölkənin demokratik imicinin möhkəmlənməsinə yardımçı oldu.
Onu da qeyd edim ki, prezident Elçibəy sosial sahəyə yalnız təqaüdlərin artırılması, yaxud
kimlərəsə maddi yardım göstərilməsi kimi dar və cılız təsəvvürlə yox, bütövlükdə xalqın
mənəvi-əxlaqi-psixolji-iqtisadi durumunun kompleks halında yaxĢılaĢdırılması baxımından
yanaĢırdı və yuxarıda adlarını çəkdiyimiz fərman və qanun, baĢqa bir çox mühüm sənədlər də
Elçibəyin məhz belə geniĢ "sosial ədalət" anlayıĢının məhsuluydu. Bu məsələyə özü aydınlıq
gətirir:
"
-…Bütövlüdə götürdükdə "sosial sahə" tamam baĢqa məfhumdur, çox geniĢ anlayıĢdır.
Bir örnək götürək. Ölkəmizdə hansı xalqlar yaĢayır və bu xalqların bir-birinə münasibəti
necədir, bu münasibətlər necə qurulmalıdır? Bu, əvvəlcədən milli məsələ kimi tanınıb, onun
digər tərəfisə sırf sosial məsələdir. Məsələn, biz azsaylı xalqlara mədəniyyət hüququ verdik.
-Yanılmıramsa bu, Sizin azsaylı xalqların hüquq və azadlıqlarının qorunması, dil və
mədəniyyətinin inkiĢafına dövlət yardımı haqqında fərmanınızla oldu?
-Bəli, sonradan da kürd dilində, talıĢ dilində, ləzgi dilində... qəzetlər çıxartdırdıq. Məhz həmin
qəzetlərə pul buraxdıq.
-Bəy, yeri gəlmiĢkən bir Ģeyi əlavə etmək istəyirəm. Biz 1992-93-də Təhsil Nazirliyində çox
sürətlə həmin xalqlarçün ibtidai siniflər həcmində "Kürd dili", "Ləzgi dili", "TalıĢ dili", "Tat dili",
"Udi dili" və b. dərsliklər hazırlatdıq. Həmin dərsliklərin hamısı indi çapdan çıxıb və həmin
xalqların uĢaqları o kitablardan dərs keçir.
-Siz təsəvvür edin ki, keçmiĢ Sovet Ġttifaqında heç bir dövlət bunu etməyib. Heç bir dövlətdə
belə Ģey yoxdur. Nə Rusiya bunu eləyib, nə Ukrayna, nə də Latviya, Litva, Estoniya.
Bu, sosial münasibətlərin millətlərin, xalqların bir-birinə sosial münasibətinin həlledici
amillərindən birisidir. Demək, məsələn, kürd fikirləĢir ki, bəli, mən özümü sənəddə "kürd"
yazacağam, kürd dilində qəzetimi oxuyacağam, kürd mədəniyyət mərkəzi açacağam.
Cəmiyyətin içində xırda və böyük milli hisslər ola bilər. Biz bu tənasübsüzlüyü aradan
qaldırmağa çalıĢdıq ki, cəmiyyət bir-birini didməsin, bir-birinə uyuĢsun. Bu, sosial ədalətin bir
Ģərtidir
".
Yaxud:
"
Min illərdir insanların din inancı var. Azərbaycanda da neçə din var. Burada, əlbəttə, aparıcı
din islamdır. Ġslama qarĢı, ola bilsin ki, xristian müqaviməti də, yəhudi müqaviməti də var.
Yəhudilərin xristianlara qarĢı da müqaviməti var. Bəs biz Azərbaycanda bunun olmamasıyçün
nə etməliydik? Mən bi prezident kimi həm məscidə getdim, həm kilsəyə, həm də sinaqoqa.
Onların ruhaniləriylə və orada ibadət edən sadə insanlarla görüĢdüm, onların ehtiyaclarıyla,
Allah evlərinin ehtiyaclarıyla maraqlandım. Orada mənə öz problemləri haqqında ağız
açanlardan köməyimi əsirgəmədim. Bununla onlara baĢa saldım ki, sizə də, dininizə də
hörmət və rəğbətim var. Prezident fondundan 1 milyon rubl məscidə, 1 milyon rubl da kilsəyə
buraxdım. Yəhudilərin burada iki sinaqoqu var, çünki iki təriqətləri var. Onlara da 1 milyon
ayırdım və dedim ki, iki olduğunuza görə pulu da iki yerə böləcəyəm. Beləliklə, hərəsinə 500
min rubl verdim ki, biri digərindən inciməsin. Və hər ikisinə də ziyarətə getdim. Bununla mən
öz dövlətimizdəki bütün dinlərə qayğımı göstərdim və sübut etdim ki, Azərbaycanda heç bir
dini ayrı-seçkiliyə yol verilməyəcək. Sinaqoqdakı çıxıĢımda dəfələrlə xahiĢ etdim ki, siz
vəziyyətin ağırlığına dözməyib ölkəmizdən çıxıb gedə bilərsiniz, getməyin - sonra peĢman
olacaqsınız. Bizim ölkədə vəziyyət lap yaxĢı olacaq. Siz bizim vətəndaĢlarımızsınız, sizi həmiĢə
qoruyacağıq.
Bütün xarici səfərlərimdə mən özümlə Ģeyxülislamı, pravoslav kilsəsinin baĢ keĢiĢini və
sinaqoqun böyüyünü aparırdım.
…Biz göstərmək istədik ki, Tanrının göndərdiyi kitabların əsasındakı dinlərə sayğıyla yanaĢırıq
və heç bir sahədə onlara fərq qoymuruq
".
Yaxud:
"Orta təbəqə nədir? AĢağıdan olan təĢəbbüskar qruplara geniĢ imkanlar yaradırsan və onlar
ortabab imkanlı, əlində pulu olan orta varlıya çevrilir, tam varlıya yox. Məhz bu orta təbəqəyə
bəzən cəmiyyətin "qızıl qat"ı deyilir. Nədir bu qızıl qat və o nəyə lazımdır? Tarix sübut edib ki,
yoxsullar həmiĢə varlılara çox nifrət bəsləyir. Amma bu orta təbəqə nə yoxsullara aiddir, nə
də varlılara və o, yoxsulların varlılara qarĢı üsyanının qarĢısını alır. Belə ki, yoxsullara
müəyyən Ģərait yaradır, onları özünə tərəf çəkir, münasibətləri tarazlaĢdırır. Çünki o
tarazlaĢdırmasa "qızıl qat" dağıla bilər.
Bəli, orta təbəqəni formalaĢdırırsan və o, cəmiyyətdə bir dəngə, müvazinət yaradır - qoymur
ki, üsyanlar, fırtınalar baĢ versin. Varlılar yuxarıdan yoxsulları tam soyub əzmək istəyəndə bu
orta sinif ona imkan vermir. Və nəhayət, o, inhisara qarĢı mübarizədə çox gərəkli vasitədir.
Həmin mübarizənin binası bugündən qoyulmalıdır. Amerikada inhisara qarĢı böyük qanunlar
verirlər, çünki vaxtilə elə inhisarlar yaranıb ki, indi onu dağıtmaq çox çətindir. Amma bizdə
inhisar hələ yaranmayıb - onun çox kövrək cücərtiləri, bir də yoxsul təbəqə var. Orta təbəqəni
yaratmaqla həm inhisarın qabağını alırsan, həm də aĢağı təbəqədə təĢəbbüskara Ģərait
yaradırsan, o da fəaliyyətini gücləndirir, keçir orta təbəqəyə. Bu, baĢqa mühüm sosial
problemdir. Orta təbəqənin meydana gəlməsi bu gün də cəmiyyətdə əsas problemlərdəndir"
.
"Bu problem (
orta təbəqənin yaradılması - Ə.T.
) həll edildikdən sonra keçirsən peĢələr üzrə
təbəqələr arasındakı münasibətləri nizamlamağa. Məsələn, müəllimlər həkimlərə bir cür,
həkimlər hakimlərə, prokurorlara baĢqa cür baxır. Bu münasibəti aradan götürmək gərəkdir.
Bu sosial-iqtisadi problemin həllindən ötrü hökmən böyük islahatlar lazımdır. Biz buna
baĢladıq maarif islahatından, yəni müəllimlərin, məktəblərin vəziyyətini yaxĢılaĢdırmağa və s.
çalıĢdıq. Bu sahədə durum yaxĢılaĢmayacaqsa cəmiyyət normallıqdan çıxacaq. Belə
cəmiyyətin evi yıxılıb. Ġkinci isə həkimlərə, səhiyyəyə keçəcəkdik. Ola bilsin səhiyyə pullu da
olsun, pulsuz da olsun - ölkənin var-dövləti artdıqca xüsusi xəstəxanalar yaradılır, ayrı-ayrı
səhiyyə xidməti ocaqları yaradılır. Onların geniĢlənməsinə icazə verəcəksən ki, dövlətin
himayəsində xüsusi özəlləĢdirmə sistemi geniĢlənsin, səhiyyədə özəl sektor yaransın".
Yaxud:
"BaĢqa olduqca önəmli bir sosial problem onunla Ģərtlənir ki, insanlar azad danıĢmaq istəyir.
Onun həlli üçünsə mətbuat azad edilməli və azad partiyalar yaradılmalıdır. Bilən bilir ki,
müstəqil partiyaların hamısı bizim vaxtımızda qeydə alınıb. Elə partiyalar və ictimai
cəmiyyətlər var ki, biz qeydiyyata almıĢıq, indisə qeydiyyatdan çıxarırlar, ləğv edirlər.
Məsələn, Ġslam Partiyası bizim vaxımızda qeydə alınmıĢdı, ancaq görün indi nə günə düĢdü.
Bizim dövrümüzdə qeydiyyatdan keçmiĢ Azərbaycan Demokrat Partiyası indi yenidən
qeydiyyatdan keçirilmir. Xeyriyyə cəmiyyətlərinin çoxuna damğa vuraraq ləğv etdilər, bilə-bilə
iflasa uğratdılar, çünki inhisar yuxarıdakıların əlindədir".
Yaxud:
"
Götürək baĢqa sahələrdəki sosial məsələləri. Məsələn, hüquq sistemini. Biz hakimlərin
seçkisini keçirməyə hazırlaĢırdıq və bu, hüquq sistemində ciddi islahat olacaqdı.
Prokurorluqda da islahatlar gözlənilirdi - baĢ prokurorluq ləğv ediləcəkdi, çünki ona ehtiyac
yoxdur. BaĢ prokurorluq insanları istədiyi kimi əzmək, tutmaq, yaxud buraxmaq orqanına
çevrilməməlidir. Prokuror nədir - dövlət ittihamçısı. Deməli, vəkillə onun hüququ bərabərdir,
onunkundan artıq ola bilməz. Ancaq bizdə prokurorlar az qala məhkəmələrə öz iradələrini
qəbul etdirirlər. Onu ya tam götürməyi, ya da bir Ģöbə kimi Ədliyyə Nazirliyinə tabe etməyi
düĢünürdük. Ancaq hüquq sistemində keçirdiyimiz ən ciddi islahat həbsxanaları Ədliyyə
Nazirliyinə tabe etdirmək oldu.
-Deyəsən, bu, keçmiĢ Sovetlər Birliyinə daxil olan ölkələr içərisində ilk təĢəbbüsdü?
-
Doğrudur. Bundan sonra sərhəd qoĢunlarını MTN-in tabeliyindən çıxardıq, çünki onun MTN-ə
dəxli yoxdur - ordu qüvvəsidir, qoy sərhədləri qorusun.
Bax, bütün bunlar ictimai münasibətlərə təsir edən olduqca əhəmiyyətli sosial amillərdir.
Məsələn, baĢ prokurorluğun olması bu gün də Azərbaycana bir bəladır
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.49-53).
Ġnsanların və kollektivlərin öz fikrini sərbəst bildirməsini də Elçibəy, göründüyü kimi, güclü
dövlətin sosial sərvətlərindən sayırdı. Öz VƏTƏNDAġ'ını iqtidar və müxalifətə parçalamayaraq
onlara eyni cür - həssaslıqla yanaĢmanın nəticəsidir ki, yeni yaranan partiyalar və baĢqa
ictimai-siyasi qurumlar maneəsiz olaraq dövlət qeydiyyatından keçirilirdi.
VətəndaĢ həmrəyliyi ideyasını quru Ģüarla deyil, demokratik qanunlarla gerçəkləĢdirməyə
çalıĢan prezident ölkədə iqtidar - müxalifət qarĢıdurmasının yaranmamasından ötrü
müxalifətin cəmiyyətin vacib komponenti kimi rəsmən tanınması, onun tənqid, irad və
təkliflərinin nəzərə alınması yolunu tutmuĢdu. AMĠP-in sədri Etibar Məmmədov ana
müxalifətin baĢçısı kimi qəbul edilir, o, bütün rəsmi dövlət tədbirlərində müxalifəti təmsil
etməkçün dəvət olunurdu. (Çox təəssüf ki, əsassız Ģəxsi iddialar müxalifətə iqtidarla
konstruktiv əməkdaĢlıq qurmağa imkan vermədi və o, sonralar hakimiyyətə qarĢı dağıdıcı,
pozucu fəaliyyətə keçdi).
Artıq Azərbaycan beynəlxalq aləmdə ciddi demokratik bir dövlət imici qazanmıĢdı və çox qısa
vaxtda buna nail olması hər Ģeydən öncə prezident Elçibəyin gördüyü iĢlərin sonucuydu.
Görünür, elə bu üzdəndir ki, "görünməz əl" yenə iĢə düĢdü və ölkəmizdəki demokratik
dəyiĢikliklər prosesinə kölgə salan hadisələr baĢ verdi. Məsələn, 24 sentyabrda "Aydınlıq"
qəzetinin baĢ redaktoru Mahal Ġsmayıloğlunu və 1 oktyabrda "Ayna" qəzetinin məsul
redaktoru Cahangir Hüseynovu döyən daxili iĢlər naziri Ġsgəndər Həmidovun hərəkəti ölkə
KĠV-nin haqlı narazılığına səbəb oldu. 3 oktyabrda onların rəhbərləri rəsmi dövlət qəzeti
"Azərbaycan"da (oktyabrdan "Azərbaycan" "Həyat"ı əvəz etməyə baĢlamıĢdı) prezidentə
müraciətlərini yetirərək xəbərdarlıq etdilər ki, "vətəndaĢları hər cür zorakılıqdan məhz özü
qorumalı olan DĠN get-gedə zorakılıq aparatına, qanunsuzluq mücəssəməsinə çevrilir".
Ġctimai rəydə az qala milli qəhrəman səviyyəsinə qaldırılmıĢ nazir öz hərəkətlərindən qətiyyən
peĢman olmadı və dövlətin nüfuzunu xilas etməyə çalıĢan prezident Elçibəy və parlamentin
spikeri Ġsa Qəmbər onun əvəzində jurnalistlərdən üzr istədilər. (1993-ün iyunundan sonrasa
jurnalistlərin döyülməsi, təhqir, həbs olunması adi hala çevrildi, ancaq dövlət baĢçısı saysız-
hesabsız belə faktlara münasibət bildirməməklə onların cəzalandırılmasına əslində rəvac
verdi).
Mətbuat azadlığını ən mühüm demokratik uğur sayan Bəy hələ neçə illər öncə özünün
karikaturalarının qəzetlərdə çıxmasını müsbət hal sayırdı ki, baĢqa siyasi xadimlər və
bütövlükdə cəmiyyət buna öyrəĢsin. O, prezident olarkən də çoxlu karikaturalarını görüncə,
ünvanına yönəldilmiĢ tənqidi yazıları oxuduqca bunu normal qarĢılayır və mətbuatın belə
çıxıĢlarının qarĢısını almağa çalıĢanları kəskin danlayırdı. Ancaq, görünür, cəmiyyət bu
dərəcədə demokratikləĢməni "həzm etməyə" hələ hazır deyilmiĢ. Prezidentin mətbuat
xidmətinin 9 oktyabr tarixli müraciəti bunu aydınca göstərir. Həmin müraciətdə oxuyuruq:
"Qəzetlərdə nəinki siyasi və ictimai məsələlər, hətta xırda məiĢət məsələləri, Ģəxsi iĢlər
barədə "prezidentə açıq məktub"ların dərc edilməsi adi hal olmuĢdur. Bəzi məktub müəllifləri
çox vaxt adi nəzakət qaydalarına məhəl qoymurlar. Bayağı karikaturaların əksəriyyəti heç bir
demokratiya qaydalarına sığmayan hörmətsizlik nümunəsidir"
. Xüsusən Nemət Pənahovun
"Meydan", ZərdüĢt Əlizadənin "Ġstiqlal", Babək Hüseynovun "Aydınlıq" qəzetləri prezidentin
Ģəxsiyyətini təhqir etməkçün kiçicik fürsəti də əldən buraxmırdılar və çox təəssüf ki, dövlət
mətbuatda təhqirin məhkəmələrlə cəzalandırılması kimi demokratik ənənənin tətbiqinə
baĢlamadığına görə, həmin təhqirlərə yol vermiĢ mətbuatın özündən Ġ.Həmidovun hərəkətləri
üstündə tez-tez üzr istəməyə məhkum olundu.
Təsadüfi deyil ki, tək-tük qanqaraldıcı faktların da olmasına baxmayaraq bütövlükdə ölkədə
demokratiyanın inamla irəlilədiyinə inanan Marqaret Tetçer "Qafqazda ən böyük
demokrat" adlandırdığı Əbülfəz Elçibəyə sentyabrın sonunda göndərdiyi məktubda yazırdı:
"Azad və demokratik Azərbaycan naminə Ģəxsən Sizin göstərdiyiniz səylərə heyran olduğumu
da ifadə etmək istəyirəm"
. Bu, prezidentin fəaliyyətinə verilən ən obyektiv qiymətdi.
YÜZ GÜNÜN HESABATI
Nədənsə, Bəyi istəyənlər də, istəməyənlər də onun prezidentliyinin 100 gününü saymağa
xeyli öncədən giriĢmiĢdilər. 100 gün tamam olunca həm iqtidar (əslində beləsi vardımı?!),
həm də müxalifət qəzetləri onun fəaliyyətini mikroskopla araĢdırmağa baĢladı. "Azərbaycan"
qəzeti prezidentin 100 gününə bütöv bir səhifə ayırdı (26 sentyabr). Burada 3 ay 10 gündə
görülən iĢlərə yekun vuruldu. Öncə ayrı-ayrı Ģəxslər 100 günün nəticələrini dəyərləndirdilər.
Xarici iqtisadi əlaqələr nazirinin I müavini Rauf Qarayev bildirirdi ki, bu müddətdə ölkədə
siyasi sabitlik yaradılıb və qanunçuluğa riayət olunur. May ayında büdcədə 2 milyon dollar
vardı. Ġki ayda bu məbləğ on milyonlarca dollara çatıb. Xarici Ģirkətlərlə əlaqələr
geniĢləndirilib.
"Azadlıq" qəzetinin redaktoru Qənimət Zahidov ölkədaxili maraqların yeni anlam üzərində
qurulduğunu göstərirdi. O, qeyd edirdi ki, daxili siyasət mütəhərrikləĢir; xarici siyasət
təmayülləri sürətlə əvəzlənir. Dövlət üzünü daha sivilizasiyalı cəmiyyətlərə çevirir. "Artıq
Azərbaycanın özünəməxsus isti çalarları olan obrazı daha aydın görünür".
Prezidentin komandasını məqbul, ancaq kadr siyasətini qeyri-məqbul sayan Qənimət bəy
müxalifətin roluna da qiymət verir: "...Bizim müxalifət bir çox epizodlarda qərəzlə yüksəlmiĢ
rollarla oynayırlar. ...Bu qərəz ümumdövlət səviyyəsində ümumiləĢdirilir və ya buna cəhd
göstərilir".
Məncə, "heç kimin tənqidi üzərində tabu yoxdur. Bu, yeni cəmiyyətin mühüm
qələbələrindəndir" söyləyən Qənimət bəy Elçibəy hakimiyyətinin ən dəyərli nailiyyətlərindən
birini haqlı olaraq qabardır.
"Azərbaycan" qəzetinin həmin səhifədə göz önünə qoyduğu araĢdırmalara görə,
ümumiyyətlə, 100 gündə aĢağıdakı uğurlar qazanılıb.
ĠQTĠSADĠYYATDA: milli valyuta dövriyyəyə buraxılıb (15 avqust); ticarət müəssisələri
kommersiyalaĢdırılıb; Ləl-Cəvahirat Fondu yaradılıb; valyuta fondu 20 dəfədən çox artıb;
Xəzərdəki neft yataqlarının birgə istismarı haqqında "Bi-Pi / Statoyl" alyansıyla razılaĢma əldə
olunub.
EYNĠ ZAMANDA: inflyasiya davam edib; çörəyin qiyməti 10 manatadək qalxıb; benzinin,
siqaretin qiyməti artıb.
POLĠS SĠSTEMĠNDƏ: bələdiyyə polisi, gömrük polisi yaradılıb; ekoloji polis iĢə baĢlayıb; polisə
əlavə hüquqlar verilib; Bərdə, ġəki, Ağcabədi, Astara və b. yerlərdəki böyük silahlı cinayətkar
qruplar zərərsizləĢdirilib; xarici banklarda saxlanan haram pulların izinə düĢülüb; Hacı Əbdül
və Rüfət Ağayev həbs ediliblər.
QANUNVERĠCĠLĠK SAHƏSĠNDƏ: prezidentin fərmanıyla milli azlıqların və etnik qrupların
mədəni inkiĢafının hüquqi təminatı gücləndirilib; qəzetlərə dotasiya verilib; siyasi partiyalar
haqqında, KĠV haqqında, etiqad azadlığı haqqında qanunlar qüvvəyə minib; sosial təminat və
pensiya haqqında qanun yeni layihədə qəbul edilib.
BEYNƏLXALQ HƏYATDA: Azərbaycan YUNESKO-nun üzvü olub; Türkiyə, Ġran, ABġ, Ġngiltərə
və Fransada Azərbaycanın səfirlikləri yaradılıb; Azərbaycan Qara dəniz hövzəsi ölkələrinin
Ġstanbul sammitində iĢtirak edib; Azərbaycan Helsinki Yekun aktına imza atıb; Marqaret
Tetçer Bakıya gəlib.
HƏRBĠ SAHƏDƏ: keçmiĢ ġaumyan (kənd) rayonunda ilk qələbə qazanılıb; müharibədə hərbi
və psixoloci üstünlük əldə edilib; Ağdərənin böyük hissəsi düĢməndən təmizlənib; Sərsəng su
anbarı nəzarət altına alınıb, Kəlbəcər yolu açılıb; Laçın dəhlizinə artilleriya nəzarətimiz yaranıb
və ermənilərin buradan hərbi məqsədli gediĢ-gəliĢi kəsilib; Xocavənd (keçmiĢ Martuni)
düĢməndən təmizlənib; BaĢkənddə (Gədəbəy) quldur yuvası darmadağın edilib... və b.
Unutmamalıyıq ki, bütün bu uğurlar MÜHARĠBƏ APARAN ÖLKƏDƏ qazanılıb. Müharibə
əslində islahatların ləngidilməsinin ən baĢlıca səbəbkarıydı.
Ön cəbhədəki uğurları, ilk iqtisadi islahat cəhdlərini, hüquq-mühafizə orqanlarındakı
sistemləĢdirmə və təmizləmələri, vəzifələrə pulsuz təyinatları, siyasi halallığın fövqəladə ruh
yüksəkliyi yaratmasını 100 günün baĢlıca nailiyyətləri kimi dəyərləndirən "Azərbaycan" qəzeti
bunlarısa "zəif tendensiyalar" sayır: siyasi rəhbərlik inzibati və idarəetmə rejimindənsə polis
rejimini gücləndirməyə üstünlük verir; yerlərdə dövlət və onun qurumları daha az
gücləndirilir; görülən iĢlər və onların mahiyyəti haqqında təbliğat çox zəifdir.
Burada Əbülfəz Elçibəyin "qanunu pozub AXC-nin sədri vəzifəsində qalması" onun ən zəif
addımı sayılır. Yeri gəlmiĢkən, müxalifətin də baĢlıca iradlarından birini təĢkil edən bu müddəa
əsassızdı, çünki AXC partiya yox, siyasi hərəkatdı və qanun hərəkat baĢçısının prezident
olmasını yasaqlamırdı. Əslində Bəyin Cəbhə sədrliyindən uzaqlaĢmasını tələb edənlər bu
döyüĢkən qüvvəni onun əlindən çıxarmağa çalıĢırdılar. (Maraqlıdır ki, AXC sədrliyindən istefa
verməməsini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev də prezident Əbülfəz Elçibəyin ciddi
siyasi səhvi adlandırırdı, halbuki onun özü də həm bu vaxt YAP-a sədrlik edirdi, həm də
prezident olduqdan sonra qanunu doğrudan-doğruya pozaraq YAP-ın sədrliyindən çıxmadı).
Bütün bu nailiyyətlər bəs müxalifətçilərin gözündə necə görünürdü? Məsələn, ASDP MK üzvü
Abil Hüseynov "Azərbaycan" qəzetinin həmin səhifəsində deyirdi: "Yeganə Ģeylə öyünə
bilərlər - Azərbaycanda indi az-çox sabit vəziyyət yaranıb". Onun fikrinə görə, Azərbaycan
"beynəlxalq təĢkilatlara üzv olaraq, onların nizamnaməsini qəbul edərək, öhdəliklər götürərək
MÜSTƏQĠLLĠYĠNĠ ĠTĠRĠR" (?!).
"Azərbaycan" qəzetinin hazırladığı bu hesabat görülmüĢ iĢləri təhlil etməyə ilk təĢəbbüs kimi
dəyərli olsa da, təəssüf ki, çox səthi və sistemsizdir, Elçibəy iqtidarının 100 günlük uğurlarının
həm ölçüsü, həm də tarixi əhəmiyyəti haqqında geniĢ təsəvvür yaratmağa imkan vermir.
AMĠP sədri E.Məmmədov 28 sentyabrdakı mətbuat konfransında Elçibəyin prezidentliyinin
100 gününə qiymət verərək "yeni hakimiyyətin xalqın ümidlərini doğrultmadığını" deyərək
bildirib ki, "bu, qanunsuz hökumətdir" və "yaranmaqda olan polis rejimi elə indidən
prezidentin nəzarətindən çıxıb". Çox təəssüf ki, E.Məmmədovun son sözlərində həqiqət də
yox deyil - polis (daha doğrusu, daxili iĢlər naziri və ona tabe olan bəzi rəhbər Ģəxslər) özünü
hakimiyyət içində hakimiyyət kimi aparır və bəzi hallarda hətta birbaĢa prezidentlə bağlı
adamlara da güc göstərməkdən çəkinmirdi… (Heyf ki, hələ hər Ģeyi açıb danıĢmağın vaxtı
çatmayıb).
ÜZÜMÜZ QƏRBƏDĠR
Azərbaycanın qəti qərbsevər xarici siyasət yolu tutduğu artıq sentyabr ayından baĢlayaraq
heç kimdə Ģübhə doğurmurdu. Azərbaycan prezidentinin qəbul etdiyi xarici qonaqların çoxu
Qərb və qərbyönlü dövlətlərin nümayəndələriydi.
ABġ-ın Azərbaycandakı səfiri Riçard Mayls 16 sentyabrda öz etimadnaməsini Əbülfəz Elçibəyə
təqdim etdi. Elə bunun ertəsi günü Türkiyənin boru kəməri kommunikasiyaları çəkmək
sahəsində ixtisaslaĢmıĢ firmalarının nümayəndələriylə görüĢən prezident, sözsüz ki, ilk
növbədə Azərbaycan neftinin taleyini düĢünürdü.
Misir Ərəb Respublikasının vəqflər naziri Məhəmməd Əli Məhcub baĢda olmaqla bu ölkənin
nümayəndə heyətini qəbul edən (20 sentyabr) Əbülfəz bəy bu ölkəylə hərtərəfli əlaqələr
qurmaq istəyini bildirdi və çox keçmədən Azərbaycanla Misrin isti münasibətləri yarandı.
Azərbaycanın Qərbə yaxınlaĢmasında qardaĢ Türkiyənin böyük rol oynaya biləcəyini düĢünən
prezident əslində dünyaya çıxıĢımızın bir yolunu da bu ölkədən salmağı üstün tuturdu. O,
baĢqa məsələlərlə yanaĢı, yeni Azərbaycançün kadrların da hələlik - ölkəmizin öz imkanları
yarananadək məhz Türkiyədə hazırlanmasını məqsədəuyğun bilirdi, halbuki indiyədək bu rolu
Rusiya öz üzərinə götürmüĢdü. 21 sentyabrda "Respublika" sarayında Türkiyənin ali
məktəblərinə girmiĢ tələbələrlə Əbülfəz Elçibəyin görüĢü təkcə prezidentin yox, bütövlükdə
ölkəmizin tarixində ən sevincli günlərdən biriydi. Test üsulunun təcrübədə ilk sınağı olmuĢ
imtahanlar sonucunda Türkiyədə oxumaq hüququ qazanmıĢ 2 mindən artıq ən seçmə, ən
savadlı tələbəni - sabahımızın qurucularını gördükdə Bəyin nə qədər sevindiyinə həmin
tədbirdə təhsil nazirinin müavini kimi iĢtirak etmiĢ bu sətirlərin yiyəsi də Ģahiddir. GörüĢdə
çıxıĢ edən Bəy tələbələrimizlə ölkə rəhbərindən daha çox böyük qardaĢ və dost kimi ən
səmimi ünsiyyətdə bulundu, müstəqilliyimizin möhkəmləndirilməsində onların yardımına
ehtiyacımız olduğunu bu gənclərə xatırlatdı.
Azərbaycanın ABġ-da, Böyük Britaniyada və Fransada səfirliklərinin açılması da (23 sentyabr)
ölkəmizin diplomatiya salnaməsində ən yaddaqalan olaylardandı. Dövlətimiz hələ çox kasıb
olduğuna görə səfirliyin saxlanması xərclərini Türkiyə öz üzərinə götürmüĢdü.
Elə bu arada ölkədə durum yenə gərginləĢdi. Daxili iĢlər naziri Ġsgəndər Həmidovun Naxçıvan
MR daxili iĢlər naziri Əsgər Ələkbərovu iĢdən çıxarmaq haqqında əmrindən sonra Naxçıvanın
1500-dən çox polisi buna etiraz edərək Azərbaycan prezidentinə, Ali Sovetin sədrinə, baĢ
prokurora və baĢqa ünvanlara məktublar göndərməyə baĢladı. Muxtar respublikada DĠN
məsələsi əməlli-baĢlı gərginlik qaynağına çevrildi.
Nizami Süleymanov da mətbuata bəyanat göndərərək ona qarĢı təxribatlar gözlənildiyi
haqqında hay-küy salmağa baĢladı. Bu, hər Ģeydən öncə, Azərbaycan iqtidarının
antidemokratikliyi haqqında rəy yaratmaq məqsədi güdürdü.
AXC Sumqayıt Ģəhər Ģöbəsi bu vaxt bəyanat verərək bildirdi ki, 25 sentyabrda Rusiya
Federasiyasının müdafiə naziri Pavel Qraçov Rusiya KĠV-də çıxıĢ edərək Yuxarı Qarabağda
"sülhməramlı" qüvvələr yerləĢdirməkdən danıĢıb. ġəhər Ģöbəsi bu hərəkəti "suveren
respublikanın ərazisinin bir hissəsinin anneksiya olunmasına kömək etmək" kimi
dəyərləndirdi.
Sentyabrın 28-ində Böyük Britaniyanın xarici ticarət və iqtisadiyyat naziri Maykl Hezeltaynın
baĢçılıq etdiyi nümayəndə heyəti Bəylə görüĢdü və Hezeltayn baĢ nazir Con Meycorun Ģəxsi
məktubunu ona təqdim etdi. Məktubda Con Meycor Əbülfəz Elçibəyə yazırdı:
"Böyük
Britaniya hökuməti bildirir ki, Dağlıq Qarabağın rəsmi statusu məsələsi müzakirə mövzusu ola
bilməz - bu, Azərbaycan ərazisidir. [...] MünaqiĢənin dinc yolla aradan qaldırılması hamını
təmin edir. Lakin ilk mühüm addım atəĢin hamılıqla dayandırılmasından ibarət olmalıdır".
Bu görüĢdən sonra prezident Elçibəy bəyanatla çıxıĢ etdi: "Biz Azərbaycan ilə Ermənistan
arasındakı hərbi münaqiĢədə atəĢi dayandırmaq haqqında Soçidə bağlanmıĢ saziĢi
münaqiĢəni aradan qaldırmağın mürəkkəb prosesinin yalnız bir mərhələsi kimi qiymətləndirir
və onu münaqiĢənin ATƏM çərçivəsində xüsusi yolla aradan qaldırılmasının mərhələlərindən
biri hesab edirik. [...] Problemin bütün cəhətlərini müzakirə etmək və atəĢin dayandırılması
mexanizmlərinin həyata keçirilməsi və Ermənistanla Azərbaycan arasındakı münaqiĢənin
siyasi vasitələrlə aradan qaldırılması yolunda meydana çıxan maneələri götürmək üçün
səmərəli tədbirlər hazırlamaq məqsədilə yaxın vaxtlarda ATƏM nümayəndələrinin iĢtirakı ilə
Azərbaycan, Ermənistan, Rusiya, Qazaxıstan, Ukrayna və Belarusun dövlət baĢçılarının
səlahiyyətli müĢavirəsinin keçirilməsini məqsədəuyğun hesab edirik".
Nümayəndə heyətiylə aparılan danıĢıqlar möhkəm Azərbaycan - Böyük Britaniya əlaqələrinin
özül daĢı oldu.
Əbülfəz bəy sentyabrın 28-ində ABġ Dövlət Departamentinin nümayəndəsi (sonralar bu
ölkənin Azərbaycandakı səfiri) Riçard Kozlariçi qəbul etdi. "Ġkitərəfli müqavilə bağlanması
əməkdaĢlığın möhkəmlənməsinə kömək edərdi" ümumi fikri görüĢdəki danıĢıqların aparıcı
xəttini təĢkil etdi.
Azərbaycanın, deyəsən, "əldən getməkdə" olduğunu görən, heç bir iqtisadi və baĢqa təzyiq
üsullarıyla onu diz çökdürməyi bacarmayan Rusiya da diplomatiya yoluna üstünlük verdi.
Rusiyanın baĢ nazirinin əvəzi olan baĢ nazirin birinci müavini Yeqor Qaydar 30 sentyabrda -
Azərbaycanın MDB-yə girib-girməməsi haqqında müzakirələrin geniĢləndiyi bir vaxtda
ölkəmizə gəldi. Onu qəbul edən Əbülfəz bəy bu səfərin MDB məsələsiylə əlaqəsi olmadığını
bildirdi: "Sadəcə olaraq, Rusiya münasibətlərdə yaranan boĢluğu doldurmaq üçün ikitərəfli
əlaqələri geniĢləndirmək istəyir". MDB-yə gəlincə, Bəy bu birliyi ciddi qəbul etmədiyini
söylədi.
Elçibəyin qətiyyətli və tədbirli siyasəti sayəsində yumĢalmağa məcbur olmuĢ Rusiya Qaydar
dövründə Azərbaycanı itirməməkçün ehtiyatla davranır, özünün ağalıq niyyətlərindən uzaq
olduğuna inandırmağa çalıĢır, açıq təcavüzkar hərəkətlərdən çəkinirdi. (Azərbaycan
prezidentinin 24 sentyabrda Tatarıstanın baĢ naziri Filza Həmidullinin baĢçılığı altındakı
hökumət heyətini müstəqil dövlətin təmsilçiləri kimi qəbul etməsinə də Rusiyanın dözümlü
münasibəti, görünür, elə bununla izah edilməlidir).
XOCAVƏND AZAD EDĠLDĠ
Sentyabrın ikinci yarısında Azərbaycanın hərbi sahədə yetərincə ürəkaçan irəliləyiĢləri oldu.
Prezident Elçibəy bütün gücünü müstəqilliyimizin qoruyucusu olan Milli Ordunun, hərbi dəniz
və hava donanmasının yaradılmasına yönəltmiĢdi. 14 sentyabrda o, 14 fevralın Azərbaycan
Hərbi Hava Qüvvələri günü kimi bayram edilməsi haqqında fərman qolladı.
Naxçıvandan 21 sentyabrdan üzübəri Rusiyanın sərhəd qoĢunları çıxarılmağa baĢlandı. Artıq
sentyabrda sonuncu Rusiya sərhədçisi Naxçıvanı tərk etdi. Naxçıvan sərhədi Azərbaycanın
özünün - Azərbaycan Dövlət Sərhədini Mühafizə Komitəsi qoĢunlarının tam nəzarətinə keçdi.
Elə bu vaxt - 21 sentyabrda baĢqa sərhəd bölgəmiz Lənkəranda xoĢagəlməz hadisələr baĢ
verdi. Burada yerləĢən batalyonun komandiri Ələkrəm Hümbətov AXC Lənkəran Ģəhər Ģöbəsi
idarə heyətinin üzvü Əliheydər Qasımovu yanına çağıraraq həbs etdirdi və bu güney
Ģəhərində vəziyyət gərginləĢdi. Azərinform hadisəylə bağlı bildirdi: "Bakıda Ģayiələr gəzir ki,
Lənkəranda narahatlıqdır, orada az qala hərbi çevriliĢ baĢ vermiĢ, nəticədə hakimiyyət
rayonda yerləĢən batalyonun komandiri Ələkrəm Hümmətovun əlinə keçmiĢdir". Dövlət
müĢaviri Arif Hacıyevsə bəyan etdi: "Sosial-Demokrat Partiyası sədrinin müavini Hümmətov
tez-tez ictimai asayiĢi pozur, lakin Lənkəranda hər hansı çevriliĢ baĢ verməsindən söhbət belə
gedə bilməz!" ("Azərbaycan" qəzeti, 9 oktyabr).
Bu, Elçibəy dönəmində Ə.Hümmətovun ikinci özünügöstərməsi, eyni zamanda "TalıĢ - Muğan
Respublikası"nın cücərtiləriydi.
Bakı BirləĢmiĢ Ali Komandirlər Məktəbində kursantların ənənəvi andiçmə mərasiminə qatılaraq
burada çıxıĢ edən (22 sentyabr) Bəy həm də məktəbin tədris korpusunu gəzdi, kafedralarla
və texniki təchizatla tanıĢ oldu, hərbçilərimizin yetiĢdirilməsinə yaxĢı Ģərait yaradılmasıyçün
göstəriĢlər verdi.
Milli Ordumuzun qətiyyətli hücumları sayəsində 23 sentyabrda Qarabağın ən mühüm
nöqtələrindən biri olan Xocavənd (keçmiĢ Martuni) Ģəhəri erməni faĢistlərindən azad edildi.
Bu, ordumuzun həmin çağdakı ən parlaq uğurlarındandı.
Bu günlərdə Azərbaycanın hərbi dəniz qüvvələrinin (HDQ) də formalaĢdırılmasıyçün gərgin iĢ
gedirdi. HDQ-nin qərargah rəisi Rafiq Əsgərov 24 sentyabrda mətbuatda bildirdi ki, Xəzər
donanması bölüĢdürüləndə Azərbaycanın payına cəmi 15 gəmi düĢüb. Donanmanın
bölüĢdürülməsi nəzəri baxımdan baĢa çatıb, ancaq MDB hərbi dəniz qüvvələrinin
komandanlığı bizə orta tutumlu desant gəmilərinin verilməsini ləngidir.
Təbii ki, Azərbaycanın bu uğurları düĢmənin bağrını çatladırdı - o, əks-hücuma keçmək, yeni
torpaqlar iĢğal etmək, bununla da ölkədə sabitsizlik yaratmaqçün dəridən-qabıqdan çıxırdı.
Bütün bunların nəticəsində 28 sentyabrda prezident Elçibəy Ağdam rayonunda, Cəlilabad və
Yardımlı rayonlarının bəzi yaĢayıĢ məntəqələrində 2 aylıq fövqəladə vəziyyət tətbiq edilməsi
(29 sentyabrdan) haqqında fərman imzalamaq məcburiyyətində qaldı. Buna səbəb nəydi?
Doğrudur, bu anda ordumuz çox güclü görünürdü, ancaq onun çox ciddi problemləri vardı.
Belə ki, onun qurulmasında rus hərbçilərinə üstünlük verilməsi sayəsində Azərbaycan Ordusu
yararsız bir kütləyə çevrilmiĢdi. P.Hüseynovun sərrast dediyi kimi, "Ordu o dövrdə
Azərbaycanda ən gəlirli biznesə çevrilmiĢdi. Ġki aya vicdansız batalyon komandiri milyoner ola
bilərdi". BoĢaldılan erməni kəndlərindəki qarət və talan orduda baĢıpozuqluğa səbəb olmuĢdu
- çoxları müharibəyə qarət vasitəsi kimi baxırdı. Hətta uğurlu hərbi əməliyyatların arxasında
da dəhĢətli gerçəklik gizlənirdi. Dövlət katibi Pənah Hüseynov məĢhur "Cinayətimiz
məğlubiyyətimizdir" əsərində bu gerçəkliyi ortaya qoyub: "...Türk hərbi mütəxəssisləri...
Azərbaycan ordusunun vəziyyəti ilə tanıĢ olduqdan sonra bütün hücum əməliyyatlarını
dayandırmağı və həqiqi nizami ordu qurmaq üçün lazım gələrsə ermənilərlə atəĢkəs barədə
razılığa gəlməyi təklif etdilər. Prezidentin hərbi müĢaviri YaĢar PaĢa Müdafiə Komitəsinin
iclasında həmin hərbçilərin mövqeyini ifadə edərkən dəfələrlə AĞLAMAQ HƏDDĠNƏ GƏLĠB
ÇATMIġDI və dəfələrlə Rəhim Qazıyev onunla təhqiramiz Ģəkildə davranıb dalaĢmıĢdı. Türk
hərbi mütəxəssislərini ən çox narahat edən qəbul olunmuĢ hərbi texnikanın səmərəsiz məhv
edilməsi, silahların zay edilməsi, hərbi təlim görməmiĢ çağırıĢçıların döyüĢə göndərilərək
qırdırılması idi. Hətta bizim üçün nisbətən uğurlu olan sentyabr-oktyabr aylarında türk hərbi
müĢavirləri təxminən 4-5 AY SONRA FƏLAKƏT OLACAĞINI dönə-dönə təkrar edib hadisələrin
gediĢini dəyiĢdirməyə çalıĢırdılar. Lakin NƏ PREZĠDENT, nə Dövlət Müdafiə Komitəsi, nə də
Müdafiə Nazirliyi və onun BaĢ Qərargahı HƏRBĠ SAHƏYƏ MÜDAXĠLƏ EDƏ BĠLĠRDĠ. Hər Ģeyi
Rəhim Qazıyev və Surət Hüseynov, daha doğrusu, onların yanındakı rus hərbi müĢavirləri həll
edirdi".
Sentyabrın 30-unda Rusiyadan Bakıya ilk hərbi müĢahidəçilər gəldi. Onların Qarabağın dağlıq
hissəsində və sərhədyanı rayonlardakı 5 zonada yerləĢdirilməsi nəzərdə tutulmuĢdu. Artıq
buvaxtacan Elçibəy hakimiyyəti 2 rayonu - keçmiĢ ġaumyanı tam, Ağdərənisə 90 faiz
ermənilərdən təmizləmiĢdi. Laçının əksər kəndləri əlimizdəydi, Laçın dəhlizinə yalnız
Azərbaycan Ordusu nəzarət edirdi.
SABĠT BAĞIROV: MANATIN HƏCMĠ AYDAN-AYA ÇOXALACAQ
Sentyabr ayı Azərbaycanın həyatında həm də iqtisadiyyatımızın dirçəldilməsi məqsədiylə
atılan cəsarətli və gərəkli addımların bolluğuyla seçildi. Ayın 13-ündə prezident "Azərbaycan
Respublikası Dövlət Neft ġirkətinin yaradılması haqqında" fərman verdi, gənc və istedadlı
mütəxəssis Sabit Bağırovu onun prezidenti təyin etdi. Bəyin həmin gün verdiyi baĢqa
fərmanla "Azərikimya" Dövlət ġirkəti yaradıldı.
Sabit Bağırov dövlətimizin yürütdüyü iqtisadi siyasət və ümumən iqtisadi durumumuz
haqqında 23 sentyabrda çox maraqlı açıqlamalar verdi. O bildirdi ki, Elçibəy dövründə əsas
istiqamətlərdə iqtisadi islahatlar aparmaqçün dörd dövlət komitəsi yaradılıb: Dövlət Əmlak
Komitəsi, Sahibkarlığa Yardım Komitəsi, Torpaq Komitəsi və Xarici Ġnvestisiyalar Komitəsi.
Onlardan birincisi özəlləĢdirməni aparmaq, ikincisi bazar iqtisadiyyatı Ģəraitində inhisarçı
müəssisələrin qiymətqoyma siyasətinə təsir etmək, üçüncüsü torpaq islahatını həyata
keçirmək, sonuncusu ümumrespublika investisiyalar proqramının hazırlanması, xarici
Ģirkətlərin təkliflərini təhlil etmək vəzifələrini yerinə yetirəcək.
Sabit bəy bunları da göstərdi ki, dövlət mülkiyyəti üzərində nəzarəti gücləndirmək, valyuta
fondumuzu artırmaq, strateji malların satıĢını müvəqqəti olaraq dövlətin əlində cəmləĢdirmək,
gömrük fəaliyyətini tənzimləmək, ticarəti liberallaĢdırmaqçün prezident fərmanları, baĢqa
sənədlər və normativ aktlar qəbul edilib. Milli valyutamız dövriyyəyə buraxılıb, müasir bank
sisteminin yaradılması və aztəminatlı ailələrin sosial müdafiəsiylə bağlı dövlət səviyyəsində
çalıĢmalar olub.
Minimum əmək haqqının indi 700 rubl olduğunu qeyd edən Sabit Bağırov bildirdi ki, rublun
emissiyası bizdən yox, Moskvadan asılıdır. Rubl zonasına daxil olduğumuza və sərhədlər
yetərincə bağlanmadığına görə Rusiyadakı proseslərin ardınca sürünməyə məcburuq. Hələlik
manat və rubl paralel iĢlənəcək, manatın həcmi aydan-aya çoxalacaq.
Sabit bəyin dediklərinə bunu əlavə etmək istərdim ki, hələ avqust ayından dövriyyəyə
buraxılan milli valyutamızın ortaya çıxması prosesinin özü də xeyli mübahisəli olmuĢdu. Hətta
Əbülfəz bəyin öz komandasında olan bir çox ciddi iqtisadçılar da manatın dövriyyəyə
buraxılmasının əleyhinəydilər və bunun Rusiya tərəfindən ölkəmizin maliyyə sarsıntısına
uğradılacağıyla sonuclanmasından çəkinirdilər. Ancaq məsələyə iqtisadi amildən daha çox
tarixi-sosial amil kimi yanaĢan Əbülfəz Elçibəy Rusiyanın ölkəmizə təzyiqlərinin qarĢısının
alınmasında, bu ölkədən hərtərəfli asılılıqdan qurtulmağımızda da milli valyutamızın tətbiqinin
mühüm rol olacağını söyləyərək öz fikrindən geri çəkilmədi. Əslində Azərbaycanın ÖZ
PULUNU görmək Bəyin uzun illər boyunca ürəyində bəslədiyi ən ülvi arzulardandı və bu
diləyinə çatmağın məhz onun özündən asılı olduğu bu gerçək anda ondan boyun qaçıracaq
qədər "avam" deyildi.
Beləliklə, yalnız və yalnız Bəyin dediyindən dönməməsi sayəsində (manatın tətbiqinin
gerçəkləĢdirilməsində Sabit Bağırovun da gərgin əməyini unutmamalıyıq) milli valyutamız
həyata vəsiqə aldı və Elçibəyi dünən fikrindən daĢındırmaq istəyən həmin iqtisadçılar onun nə
qədər uzaqgörən olduğunu və peĢəkar iqtisadçıların ozamankı öncəgörmələrini alt-üst etdiyini
bu gün heyranlıqla boyunlarına alırlar.
Bunu da bildirməyə özümü borclu sayıram ki, yuxarıda sadalanan ümumdövlət əhəmiyyətli
iqtisadi məsələlrdən məhz Sabit Bağırovun danıĢması təsadüf yox, qanunauyğunluqdu, çünki
strateji məsələlər üzrə dövlət müĢaviri təyin olunan gündən dövlət katibi Pənah Hüseynovun
təĢəbbüsüylə Prezident Aparatında Ġqtisadi ġura yaradılan günədək ölkədə iqtisadiyyat üzrə
aparılan bütün proseslərə, bu sahədə dövlət orqanlarının yaradılması, qanunvericilik aktlarının
hazırlanması iĢlərinə, prezidentin onlarla bağlı göstəriĢlərinin gerçəkləĢdirilməsinə məhz
S.Bağırov birbaĢa və dolayısıyla rəhbərlik edib.
Elçibəy Ġqtisadi ġuranın iĢində çox yaxından iĢtirak edir və özünün strateji milli görüĢlərini
iqtisadiyyata da tətbiq etməyi çox gözəl bacarırdı. Onun iqtidarında maliyyə naziri iĢləmiĢ
professor Saleh Məmmədov yazır: "…Əbülfəz bəy iqtisadçı deyildi, ancaq iqtisadi
nəzəriyyələrin əksəriyyətini onları oxumadan dərk edirdi. Biz iqtisadçılara böyük kəĢflər kimi
görünən bu nəzəriyyələri onun özü hər dəfə kəĢf edirdi. "Milli iqtisadiyyatın inkiĢafının,
istiqlalımızın əsasında iqtisadi müstəqillik durur", "millətin azad olması üçün fərdlər azad
olmalıdır", "hər kəsin iqtisadi azadlığı, iqtisadi təĢəbbüsü qorunmalıdır", "iqtisadiyyatın idarə
edilməsində hamı iĢtirak etməlidir" kimi Elçibəy prinsipləri yalnız indiki dövr üçün deyil,
Azərbaycan iqtisadiyyatının inkiĢafının əbədi əsasını təĢkil edir". ("Savalanda görüĢənədək,
Bəy!". Bakı, 2000, s.107).
Prezident Elçibəy sözügedən ümumi iĢlərlə yanaĢı, iqtisadiyyatla bağlı təxirə salınması
mümkünsüz bir sıra konkret tədbirlərə də əl atdı. Məsələn, artıq yetiĢmiĢ kənd təsərrüfatı
məhsullarının yığımı mühüm problem kimi qarĢıda dayanmıĢdı; Bəy 30 sentyabrda pambıq və
üzüm yığımının mütəĢəkkil keçməsini təmin etməkçün xüsusi respublika qərargahının
yaradılması haqqında fərman verdi. Əllə yığılan pambığın hər kiloqramıyçün əmək haqqının
məbləği və tütünün satılma qiymətləri 1 oktyabrdan artırıldı.
Bəy əhalinin sosial müdafiəsiylə də bağlı ciddi əməli təĢəbbüslərdə bulundu. Onun 30
sentyabr tarixli fərmanıyla Dövlət Sosial Müdafiə Fondu yaradıldı, 1 oktyabrda "ĠĢləməyən
pensiyaçıların, ali və orta ixtisas məktəbləri tələbələrinin sosial müdafiəsini gücləndirmək
haqqında" fərman verildi və Bəyin hələ 25 avqustda imzaladığı "Əlillərin sosial müdafiəsi
haqqında" qanun da 1 oktyabrdan qüvvəyə mindi.
Sentyabrın sonunda prezident Elçibəyin gərgin əməyi sayəsində Xəzər Dəniz Donanması
müstəqillik statusu qazandı. Bu, ölkənin xarici əlaqələrinin geniĢləndirilməsinə gözəl imkan
yaratdı.
"BELƏ ADĠ VƏ DOĞMA..."
Büdcədən maliyyələĢdirilən bəzi idarə və təĢkilatların iĢçilərinin əmək haqqının 50 faiz
artırılması haqqında prezidentin fərmanı (5 oktyabr) onun əhalinin sosial durumunun
yaxĢılaĢdırılmasında növbəti addımıydı.
Oktyabrın baĢlanğıcı pambıq yığımının Azərbaycanda ənənəvi qızğın çağıdır. Pambığın
toplanmasında yaranmıĢ xoĢagəlməz vəziyyəti araĢdırmaq və qaydaya salmaq məqsədiylə
Bəy 6 oktyabrda Sabirabada gedərək pambıqçılıq rayonları rəhbərlərinin müĢavirəsini keçirdi.
O, əməkçiləri yığımda mütəĢəkkillik göstərməyə çağırdı.
Məncə, Sabirabad səfəri Bəyin prezidentlik tarixində ən iĢıqlı səhifələrdəndir. Biz orada da
xalqa ağalıq etmək iddiasından çox-çox uzaq olan, əksinə, onun qulluqçusu vəzifəsini yerinə
yetirməyə çalıĢan ən sadə, ən səmimi bir ĠNSANIN rəhbərlik üslubuyla tanıĢ olduq. Ġndi -
prezidentin hər bir səfərinin az qala bayram edilərək həftələrlə sürən teleĢoularda təqdim
edilməsinə və bu məqsədə yüzlərcə insanın qüvvəsinin və hədsiz DÖVLƏT vəsaitinin sərf
edilməsinə öyrəncəli olduğumuz bir zamanda bəlkə də heç kəs ağlına gətirə bilməz ki, Bəy
rayonda onu qarĢılamaqçün xüsusi hazırlıq iĢi görülməməsinə göstəriĢ vermiĢdi, çünki,
ümumiyyətlə, reklamı sevməyən prezident bu tədbiri siyasi Ģouya çevirməklə ondan Ģəxsən
ÖZÜNÜN yararlanmasına deyil, ölkənin xeyriyçün nəsə əldə etməyə can atırdı. O,
müĢavirələrdə rəhbərin həmiĢə "basıb-kəsməsinə" alıĢmıĢ adamların qarĢısında çıxıĢ edərkən
də öz təbiətinə sadiq qaldı, TƏBƏƏLƏRĠNƏ yox, SOYDAġLARINA üz tutaraq onları alın təriylə
becərdikləri, Allahın onlara bəxĢ etdiyi neməti yığmağa çağırdı, bununçün heç bir inzibati
tədbirə əl atılmayacağını, körpə məktəblilərdən istifadə edilməyəcəyini bildirdi. ("Dəmir əl"
arzusunda olanlar bu davranıĢa neçə-neçə illər sonra da lağ edib gülürdülər, çünki onlar
rəhbərin "miskin" xalqın səviyyəsinə ENMƏSĠNĠ heç cür təsəvvür edə bilmirdilər).
Dostları ilə paylaş: |