ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   2   3   4   5   6   7   8   9   10   ...   37
elcibey11-Prezident Elçibəy


ARTIRMA 
"
Hər Ģeydən öncə, təhsildə islahat apardıq. …Bu islahatın nəticəsində təhsilimizi nəinki məhv 
olmağa qoymadıq, əksinə, onu xeyli inkiĢaf etdirdik. 
 

-Ġlk addım kimi təhsil qanunu qəbul edildi.
 
-Həmin təhsil qanunundan məqsəd keçid dövründə təhsili dağılmaqdan saxlamaq, tənəzzülün 
qarĢısını almaqdı. Bu, bir hissəydi. 
 
Ġkinci mərhələdə təhsilimiz milliləĢməliydi. Bununçün də gərək yeni dərsliklər buraxılaydı.
 
-BaĢqa sözlə, təhsilin məzmunu dəyiĢməliydi. 
 
-Bəli.  Əvvəllər  buraxılmıĢ  kitablardan  istifadə  etmək  olmazdı.  "Moskvam,  Qızıl  meydanım" 
oxuyan  Ģagird  deyəcək  ki,  Moskva  bizim  qanımızı  töküb,  indi  yenə  Moskva  əzbərləyək?! 
Köhnə məzmunu dəyiĢdirməkçün hökmən yeni dərsliklər yazılmalı və nəĢr edilməliydi. Bunlar 
da  çoxlu  pul  tələb  edirdi.  Ümumilikdə  təhsilə  sanballı  vəsait  qoyulmalıydı.  Siz  özünüz 
deyirsiniz ki, bir ildə 80-dən artıq dərslik hazırladıq. 
 
-Bəli. 7 humanitar fənn üzrə yeni proqramlar və onların əsasında 60-dan çox bütünlüklə yeni 
dərslik yazdırdıq, ümumən götürdükdə isə bir ildə 90-a yaxın yeni dərslik hazırlatdıq. Amma 
bu iĢi görməyə pulu məhz Siz vermiĢdiniz. Yadınızdan çıxmayıbsa mən təhsil nazirinin müavini 
kimi Ģəxsən Sizə iki dəfə müraciət edib bir dəfə 50 milyon, ikinci dəfəsə 60 milyon - üst-üstə 
110 milyon manat faizsiz kredit aldım və bu vəsaitlə həm dərslikləri yazdırdıq, həm yeni və 
güclü  "Öyrətmən"  nəĢriyyatını  meydana  qoyduq,  həm  də  dərsliklərin  nəĢrindən  ötrü  kağız 
aldıq, maddi-texniki baza yaratdıq. Bütün bunlar Ģəxsən Azərbaycan prezidentinin, yəni Sizin 
təhsilə ürək yandırmanızın sayəsində mümkün oldu. Özü də, Siz həmin pulu verəndə, ilahi, 
dövlət nə qədər ehtiyac içindəydi! Bəy, bunu da Sizə xatırlatmaq istərdim ki, yeni proqram və 
dərsliklərin, xüsusən "Azərbaycan tarixi"nin yazılmasının gediĢiylə daim Ģəxsən maraqlanır, bir 
tarixçi kimi də öz tövsiyələrinizi bizdən əsirgəmirdiniz... 
 
-Axı  bu,  dövlətin  ən  mühüm  iĢiydi!  O,  bu  iĢi  hökmən  görməliydi.  Siz  də  sağ  olun  ki,  bizi 
tələsdirdiniz. 
 
-Nə olsun ki? Biz tələsdik və tələsdirdik, ancaq bizdən sonra təhsilə yağı malı kimi yanaĢdılar. 
Ġndi  maarif  sistemi  ağlar  gündədir.  Ġstər  orta,  istər  ali  məktəblərdə  dərs  keçilmir,  onların 
hamısında rüĢvət epidemiya kimi yayılıb. Hətta özəl məktəblər də rüĢvət mənbəyinə dönüb, 
onlar kommersiya ocağına çevrilib. Yadınızdadırsa özəl məktəblər ilk dəfə bizim dövrümüzdə 
qeydə  alındı.  Onlardan  birinin  rektoru  bu  yaxınlarda  mənə  deyir  ki,  sizin  vaxtınızda 
qeydiyyatdan  elə  asan  keçdim  ki  -  nazir  müavini  Ədalət  Rəhimli  məndən  qara  qəpik  də 
almadı - bu haqda onun yanında heç söz açmaq da olmazdı, ancaq BUNLAR məni soğan kimi 
soyublar, yenə də istəyirlər, daha gücüm çatmır, borc almalıyam... 
 
Yadınızdadırmı, Bəy, 1996-nın mayında Kələkidə mənə dediniz ki, Prezident fondunda mənim 
10 milyon dollar pulum vardı. Bilsəydim ki, belə iĢləyəcəksiniz, o pulu verərdim sizə?
 
-Bilsəydim ki, qəpik-qəpik yığdığımız həmin pulun aqibəti belə qurtaracaq, o 10 milyon dolları 
təhsil, mədəniyyət, elm və səhiyyə iĢçilərinə paylayardım ki, gedin, problemlərinizi həll edin.
 
Ümumiyyətlə, təhsillə məĢğul olmağı mən ən savab iĢlərdən sayıram. Türkiyədəki çıxıĢlarımın 
birində  demiĢdim  ki,  mən  bu  gün  prezident  olmasaydım  milli  eyitim  bakanı  -  maarif  naziri 
olardım. 
 
-Atatürk də belə demiĢdi.
 
-Bəli, əsas məsələ budur - maarifi olmayan ölkədə heç Ģeydən danıĢmağa dəyməz.
 
-Bəy,  sözünüzün  qüvvəti,  mən  1993-də Türkiyədə  olarkən  dövlətin büdcəsiylə  maraqlandım 

və  yaxĢı  mənada  heyrətə  gəldim  -  64  trilyon  lirə  (onda  1  dollar  9  min  lirəydi)  təhsilə 
ayrılmıĢdı,  43  trilyon  lirə  ölkənin  müdafiəsinə.  Deməli,  Türkiyə  dövləti  təhsili  hətta 
müdafiədən də üstün tuturmuĢ! 
 
-Əlbəttə, millətin gələcəyini düĢünən dövlət məhz belə də etməlidir.
 
-
Biz  də  əslində  bu  yolu  tutmuĢduq.  Təhsil  qanununa  əsasən,  bu  sahəyə  dövlət  əməlli-baĢlı 
yardım  etməli,  pedaqoji  iĢçilərin  maaĢı  xeyli  artırılmalı,  müəllimin  dərs  yükünə  aid  saatların 
sayı azaldılmalı, eyni zamanda, Ģagirdlərin sayı çox olan siniflər bölünməliydi və s. 
 
-Nə yaxĢı ki, bunlar yadınızda qalıb. Ancaq yəqin onu da unutmamısınız ki, biz müəllimlərə 
neçə-neçə  baĢqa  imtiyazlar  da  verdik.  Məsələn,  onlarçün  taksidən  savayı  bütün  nəqliyyatı 
pulsuz etdik.
 
Gördük ki, qanunda nəzərdə tutulanları ödəməyə büdcədə pul çatmır, onun yarısını ayırdıq. 
Dedik ki, yarısını da 6 aydan sonra verəcəyik. Parlamentdə də bu cür razılaĢdıq.
 
-Ġndi nə həmin təhsil qanunundan bir Ģey qalıb, nə də o imtiyazlardan.
 
-Biz təhsilin strateji əhəmiyyətini və müəllim Ģəxsiyyətinin cəmiyyətdəki rolunun önəmliliyini 
sələflərimizdən  də,  xələflərimizdən  də  yaxĢı  dərk  edirdik,  çünki  özümüz  bu  mühitin 
yetiĢdirməsiyik,  ona  görə  də  düĢünürdük  ki,  müəllimi  maddi  və  mənəvi  baxımdan  elə 
dəstəkləmək  lazımdır  ki,  hətta  dövlətin  cibinin  boĢalması  hesabına  da  olsa  gərək  onun 
cəmiyyətdəki nüfuzu nəinki itməsin, əksinə, daim yüksəlsin ki, o, millət balalarına ürəklə dərs 
keçsin, savad öyrətsin. Məqsədimizin ana xətlərindən biri buydu". 
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.57-59).  
13 avqustda "Azərbaycan Respublikası ali və orta ixtisas təhsili məktəblərinə qəbul qaydaları 
(1992-ci il)" mətbuatda dərc edildi. Bu qaydalar Bəyin ürəyində neçə illər müqəddəs arzu kimi 
bəslənmiĢ  rüĢvətsiz  imtahan  sistemini  gerçəkləĢdirəcək  TEST  üsulunun  tətbiqini  nəzərdə 
tuturdu. Biz testə necə güclü müqavimət göstərildiyini artıq Bəyin öz dilindən eĢitmiĢik. Ancaq 
prezident  dövlət  əhəmiyyətli  bütün  məsələlərdə  olduğu  kimi  testin  tətbiqində  də  bütün 
müqavimət  və  təzyiqləri  qıra-qıra  inadla  irəliləməyindəydi.  Onun  yenicə  yaratdığı  Tələbə 
Qəbulu  üzrə  Dövlət  Komissiyası  29  avqustda  tələbə  qəbulu  elan  etdi.  Əvvəlki  illərdə  qəbul 
imtahanları bu çağadək bitər və onların nəticəsi də bilinərdi. Ancaq Bəy imtahanların lap bir 
neçə ay gecikdirilməsi bahasına olsa da TESTin hökmən tətbiq edilməsinə göstəriĢ vermiĢdi. 
Onu bu yoldan çəkindirməkçün hətta yaxın ətrafından da dilətutmalar olmasına baxmayaraq 
hər Ģeydə güzəĢtə getməyi bacaran Bəy millətin taleyinə təsir göstərəcək heç bir məsələdə 
geri  çəkilmədiyi  kimi  bu  dəfə  də  öz  iradəsini  göstərməli  oldu.  AĢağıdakı  söhbətdən  bunun 
səbəblərini özümüz aydın görürük. 
"-…Tətbiq  etdiyimiz  yeniliklərin  gerçəkləĢməsi  bizə  hədsiz  maddi-mənəvi-psixoloji  çətinliklər 
bahasına baĢa gəlsə də dövlətin və xalqın mənafeyini üstün tutaraq onlardan geri çəkilmirdik. 
Məsələn, ən mühüm yeniliklərimizdən biri olan testlə qəbul imtahanlarının tətbiqini götürək. 
Test  imtahanlarını  meydana  çıxarmaq  sadə  məsələ  deyildi.  Onun  mühüm  bir  ictimai-sosial 
təyinatı  vardı  -  qəbul  imtahanlarında  rüĢvətin  qabağını  almaq  və  "ali  məktəbə  yalnız  biliyin 
gücünə  qəbul  olunmaq  mümkündür"  psixologiyasını  Azərbaycan  vətəndaĢına  aĢılamaq. 
"Kimin  arxası,  pulu  varsa  tələbə  olacaq,  kimin  yoxudursa  bayırda  qalacaq"  əminliyi  millət 
balalarının  oxumağa,  savadlanmağa  həvəsini  öldürür,  millətə  sağalmaz  zərbə  vurur.  Biz 
savaddan baĢqa bütün imtiyazları aradan qaldırdıq və test imtahanlarını birbaĢa prezidentin 
nəzarətinə  keçirdik.  Burada  hər  hansı  saxtakarlıq  etmək  mümkün  deyildi  -  belə  bir  Ģey 

olsaydı, deməli, onu mən etməliydim. 
 
-Bizim nazirlikdəki bir çox iĢçilərin uĢağı kəsilmiĢdi.
 
-Prezident Aparatında da eyni vəziyyətdi. Amma həbsxanada olan Vaqif Hüseynovun qızı ali 
məktəbə daxil olmuĢdu. Özləri də inanmırdılar. Sonra atası demiĢdi ki, onun qəbul olmasının 
sevinci mənə bəsdir - fikirləĢirdim ki, onu Moskvada aparıb oxudacağam, amma bir qəpik də 
xərc çəkmədən özü girib oxuyur. 
 
Deməli, biz öz biliyinə inam psixologiyasını bərqərar etdik. Bununla da cəmiyyətdə müəyyən 
dərəcədə  sosial  rahatlıq,  ahəngdarlıq  yaratmağa  nail  olduq.  Adamlar  eĢidəndə  ki  Prezident 
Aparatında yüksək vəzifəli Ģəxslərdən birinin qardaĢı, birinin uĢağı məktəbə girə bilmədi, bu, 
on  minlərcə  insanı  cəmiyyətdə  ədalətin  mövcudluğuna  inandırdı.  Düzdür,  sovet  rejiminin 
yetiĢdirməsi olan hələ xeyli adam birdən-birə bu gerçəkliyi həzm  edə bilmir, bizi Don Kixot 
sayırdı, hətta ağlımıza Ģübhə edənlər də vardı. Ancaq biz heç nəyə fikir vermədən cəmiyyətə 
sübut etmək istəyirdik ki, seçdiyimiz yol yalnız onun rifahına aparır. 
 
Ədalət  bəy,  tam  səmimiyyətlə  deyirəm  -  həyatımın  ən  ləzzətli  anları  testə  görə  sadə 
vətəndaĢların  bitməz-tükənməz  təĢəkkürlərini  eĢidərkən  olub.  Axı  tələbə  vaxtımda  da, 
universitetdə  müəllim  iĢləyəndə  də  (yeri  gəlmiĢkən,  onda  da  məni  rüĢvət  almadığıma  görə 
qınayanlar  vardı)  ali  məktəblərdəki  rüĢvətxorluğun  xalqa  necə  sağalmaz  yaralar  vurduğunu 
görüb  içimdə  qovrulur,  onu  aradan  götürmək  yollarını  düĢünürdüm.  Tale  elə  gətirdi  ki,  bu 
bəlanı  yox  etmək  Ģərəfi  özümə  nəsib  oldu;  mən  bundan  rus  qoĢunlarını  Azərbaycandan 
çıxarmağım qədər qürur duyuram! 
 
-Bəy,  gülməlimi,  ya  ağlamalımı  bir  Ģey  söyləyəcəyəm  Sizə.  Ali  məktəb  müəllimləri  testdən 
sonra rüĢvət almaqdan məhrum oldular və bundan açıq-aĢkar narazı qaldılar; buna görə də 
onlar bizim iqtidarı bəyənmirdilər. Hətta belə fikir yayılmıĢdı ki, Elçibəy iqtidarını ali məktəb 
müəllimlərinin qarğıĢı yıxdı.
 
-Nəhayət,  nə  oldu?  Həmin  müəllimlərin  də,  valideynlərin  də  (hətta  uĢağı  məktəbə  qəbul 
olunmayanların  da)  çoxu  razı  qaldı  ki,  əĢi,  qabaq  gedib  ona-buna  yalvarırdıq,  uĢağın  girib-
girməyəcəyini də bilmirdik. Ġndi dəqiq bilirik ki, yalvarmaqdan bir Ģey çıxmayacaq. Canımız da 
rahatdır  -  uĢaq  bizim  yanımızda,  biz  də  uĢağın  yanında  gözükölgəli  deyilik.  Qoy  getsin, 
oxuyub qiymətini alsın. 
 
Burada  baĢqa  bir psixoloji  amil  də var  -  sən  uĢağını  pulla  qoyurdun,  tutaq  ki,  universitetə, 
mənimsə  pulum  yoxdur;  uĢağım  üzümə  qabarır  ki,  sənin  pulun  olsaydı  mən  də  gedib 
oxuyardım,  halbuki  savadsızın  biri  girdi,  mən  qaldım  küçədə.  Yəni  haqq-ədalət  bərpa 
olunanda insanlar əvvəl-əvvəl ona etiraz etsələr də tezliklə ona alıĢırlar. Bəli, haqq-ədalət öz 
yerini  çətinliklə  tapır,  tapandan  sonrasa  cəmiyyət  rahatlanır.  Biz  təhsili  bunun  üstündə 
qurmağa çalıĢırdıq. Ancaq, çox təəəssüf ki, qoyub getdiyimiz test indi məhv edilir, rüĢvətin 
mərkəzləĢdirilmiĢ  mexanizminə  çevrilir;  testdən  qabaq  əsas  rüĢvət  rektorlara  və  onlardan 
yuxarılara  çatırdısa  ortada  institut  müəlliminə  də  bir  Ģey  düĢürdü,  bizdən  sonrakı  -  indiki 
testdəsə  rüĢvət  yalnız  hakimiyyətin  yüksək  zirvəsində  dayanan  bir  neçə  Ģəxsin  əlində 
cəmləĢir. 
 
Biz testin tətbiqindən sonra ali məktəb müəllimlərinin vəziyyətini yaxĢılaĢdırmaqçün müəyyən 
tədbirlər  gördük"
.  (Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə  söhbətindən.  -  "Elçibəylə  13  saat  üz-üzə", 
Bakı, 1999, s.59-61). 
Qeyd  etməliyik  ki,  testlə  bağlı  olaraq  "həyatının  ən  ləzzətli  anlarını"  yaĢamaqda  prezidentə 

hamıdan  çox  yardımçı olmuĢ dövlət  adamı  məhz  Tələbə Qəbulu  üzrə  Dövlət  Komissiyasının 
sədri  Vurğun  Əyyubdu.  Qısa  müddət  içərisində  öz  iĢinə  incəliklə  yiyələnmiĢ  Vurğun  bəyin 
Komissiyanı  ən  nüfuzlu  dövlət  qurumlarından  birinə  çevirməyi  bacarması,  bu  son  dərəcə 
prinsipial, obyektiv və güzəĢtbilməz insanın hər cür mənfi hallarla cəngavərcəsinə ölüm-dirim 
savaĢına girərək bu çarpıĢmada qalib gəlməsi və iĢinə prezidentdən baĢqa heç kəsin müdaxilə 
etməsinə  imkan  vermədiyi  Komissiyanı  xalqa  ideal  təmizlik  etalonu  kimi  tanıda  bilməsi 
bütövlükdə Elçibəy iqtidarının baĢını uca etdi.  
Həm  yeni  qəbul  ediləcək,  həm  də  artıq  oxumaqda  olan  tələbələrə  dövlət  qayğısını 
gücləndirməyi  özünə  insani  borc  da  sayan  Əbülfəz  bəy  yeni  dərs  ili  baĢlanan  kimi  -  9 
sentyabrda  "Ali  və  orta  ixtisas  məktəbləri  tələbələrinə  və  texniki  peĢə  təhsili  məktəbləri 
Ģagirdlərinə  əlavə  pul  ödənilməsi  haqqında"  fərman  verdi,  tələbə  və  aspirantların 
təqaüdlərinin  artırılması,  onların  məiĢət  problemlərinin  həll  edilməsi  məqsədiylə  hakimiyyəti 
boyunca bundan sonra da bir neçə fərman imzaladı. 
 
TƏCRÜBƏSĠZLĠK BACARIQSIZLIQ DEMƏK DEYĠL 
Diplomatik fəallığın artırılması nəticəsində 1 sentyabr 1992-yədək Azərbaycan Respublikasının 
müstəqilliyini dünyanın 120-dən çox dövləti tanımıĢdı və onlardan 7-si (Türkiyə, Rusiya, Ġraq, 
Ġran,  ABġ,  Fransa,  Çin)  Azərbaycanda  öz  nümayəndəliklərini  açmıĢdı,  bir  çox  dövlətlər  də 
açmaq ərəfəsindəydi. (Ancaq xarici səfirliklərin normal iĢləməsinə hələ Ģərait yoxdu).  
Ən  pisi  buydu  ki,  indiyədək  Azərbaycanın  müstəqil  xarici  siyasəti  olmadığına  görə  yeni 
yaranan  xarici  əlaqələri  tənzimləyəcək,  ümumiyyətlə,  müstəqil  dövlətin  xarici  siyasətini 
gerçəkləĢdirəcək  qurum  -  əsl  Xarici  ĠĢlər  Nazirliyi  ortalıqda  yoxdu.  (Sovetlər  dövründəki 
nazirlik əslində viza verməklə məĢğul olan əhəmiyyətsiz bir kontordu). Nazir Tofiq Qasımov 
dərin elmi zəkası və məntiqi, geniĢ dünyagörüĢü, iti siyasi duyumu və təhlil bacarığı, büllur 
kimi  təmiz  Ģəxsiyyəti,  müstəqil  düĢüncəliliyi,  əməksevərliyi  və  baĢqa  bir  çox  keyfiyyətləriylə 
Elçibəy  iqtidarına  baĢucalığı  gətirən  bir  dövlət  adamı  olsa  da  o,  aramsız  xarici  səfərlərdə 
bulunduğundan  və  nazirlikdə  aparılmalı  hər  bir  quruculuq  iĢini  Ģəxsən  öz  əlindən  çıxarmaq 
istədiyinə  görə  nazirliyin  idarəetmə  qurumlarının  yaradılması,  XĠN-nin  mükəmməl  dövlət 
mexanizminə çevrilməsi yolverilməz dərəcədə ləngiyirdi. XĠN-nin fəaliyyəti geniĢləndikcə artıq 
öz  "mənzil"inə  sığmırdı  və  eyni  binada  yerləĢən  "Göy  göl"  mehmanxanasının  nazirliyə 
verilməsi  istənildi.  Əbülfəz  bəyin  tələbiylə  bir  qədər  sonra  Bakının  ən  gözəl  yerində  -  Ġçəri 
Ģəhər  qalası  önündəki  Siyasi  Maarif  Evi  (indi  orada  məhkəmə  yerləĢir)  boĢaldıldı  və  Xarici 
ĠĢlər Nazirliyinin sərəncamına verildi. 
Ən maraqlısı da buydu ki, nəinki dövlətin xarici siyasətini formalaĢdıran Ģəxs olaraq prezident 
və  onun  silahdaĢları,  eləcə  də  bütövlükdə  idarəetmə  aparatı  xarici  siyasət  yürütməkdə  tam 
təcrübəsiz  olsalar  da,  hətta  beynəlxalq  protokol,  etiket  qaydalarına  yenicə  bələd  olmağa 
baĢlasalar  da  Azərbaycanın  Xalq  hərəkatının  məzmun  və  məntiqindən  doğan  xarici  siyasət 
kursu vaxtında və düzgün müəyyənləĢdirilmiĢdi ki, bu, adamda indi xoĢ təəccüb yaradır.  
O  vaxtlar  Naxçıvanda  müxbir  iĢləmiĢ  jurnalist  dostum,  görkəmli  publisist  Əli  ġamilin  bu 
yaxınlarda  mənə  təqdim  etdiyi  bir  xatirə  prezident  Elçibəyin  müstəqil  xarici  siyasətimizin 
formalaĢdırılmasına  yararlı  olan  insanlardan  dövlətin  mənafeyi  naminə  necə  ustalıqla,  əsl 
diplomatcasına istifadə etdiyini əyani Ģəkildə açıqlayır.  
"Bəy prezident seçiləndən bir qədər sonra onunla görüĢdük. Bir çox məsələlərdən danıĢdıq. 

Sonda Bəy dedi ki, Arif Rəhimoğluyla birgə Türkiyəyə, oradan da Quzey Kıbrısa gedəcəksən. 
Arif hər Ģeyi bilir. Fəaliyyətinizdə tam sərbəstsiniz, ancaq olduqca diqqətli olun. Quzey Kıbrısı 
tanımağımıza  mane  olan  hər  detala  diqqət  yetirin,  yerli  qəzetlərdə  çıxıĢ  edin,  radio  və 
televiziyalarda müsahibə verin, çalıĢın səfəriniz geniĢ əks-səda doğursun...  
Beləliklə,  1992-ci  il  avqustun  sonları  -  sentyabrın  əvvəllərində  Arif  Rəhimoğluyla  Türikyəni, 
Quzey Kıbrısı gəzdik. Bülənd Ecevitlə, yeni yaranmaqda olan Böyük Birlik Partiyasının baĢqanı 
Mühsin  Yazıçıoğluyla,  Millətçi  Hərəkat  Partiyasını  bərpa  etmək  istəyən  (1980-dəki  hərbi 
çevriliĢi  zamanı  partiyanın  fəaliyyəti  qadağan  edilmiĢ,  Alparslan  TürkeĢ  zindana  atılmıĢdı. 
Sonralar  siyasi  fəaliyyətə  icazə  veriləndə  köhnə  partiya  qadağan  olunduğundan  Alparslan 
TürkeĢ və tərəfdarları Millətçi ÇalıĢma Partiyası yaratdılar) millət vəkili Sədi Somunçuoğlu və 
baĢqalarıyla görüĢdük. MÇP-nın Kayseri Ģəhərinin baĢı üzərində ucalan Erciyəz dağınin Təkur 
yaylasında təĢkil etdiyi III Zəfər Qurultayına qatıldıq. Ġndiyədək qiyabi tanıĢ olduğumuz Ozan 
Ariflə Ģəxsən görüĢüb söhbət etdik. 
Quzey  Kıbrısda  üç  gün  qaldıq.  Prezident  Rauf  DənktaĢla,  Məclis  baĢqanı  Haqqı  Atunla,  baĢ 
nazir DərviĢ Əroğluyla, təhsil, mədəniyyət və gənclik naziri EĢper Serakıncıyla, Quzey Kıbrıs 
Türk  Hava  Yollarının  genel  müdiri  Səbahəddin  Bəyazla,  Doğu  Ağdəniz  Universitetinin 
prorektoru  Həsən  Cicioğluyla,  Xarici  ĠĢlər  Nazirliyinin  əməkdaĢlarıyla  və  baĢqalarıyla 
görüĢdük. Zəngin təəssüratla, yeni öyrəndiyimiz çoxlu faktlarla geri döndük. 
Sentyabrın ortalarında Elçibəy Arif Rəhimoğluyla məni Prezident Aparatında qəbul etdi. Səfər 
təəssüratlarımızı  dinlədi.  Yazdığımız  arayıĢı  aldı  (arayıĢın  mətnini  "Quzey  Kıbrıs.  Mən  belə 
gördüm" kitabında vermiĢəm). TapĢırığını yerinə yetirdiyimizə görə bizə təĢəkkürünü bildirib 
hərəmizə  Türkiyədə  çap  olunmuĢ  "Maya"  dərgisinin  1992-ci  il  6-cı  sayından  bir  nüsxə 
bağıĢladı. (Dərginin üz qabığında Əbülfəz Elçibəyin portreti, içindəsə onun haqqında material 
verilmiĢdi).  
Quzey  Kıbrısda  olanda  Arifə  yarızarafat,  yarıciddi  demiĢdim  ki,  səfərimiz  uğurlu  alınsa, 
topladığımız  sənədlər,  yazdığımız  arayıĢlar  keçərli  olsa  Azərbaycan  Quzey  Kıbrıs  Türk 
Cümhuriyyətini Türkiyədən sonra tanıyan ikinci dövlət olacaq. Adımız heç yerdə keçməsə də 
bundan  qürur  duyacağıq.  Yox,  uğursuzluğa  düçar  olsaq,  Yunanıstan  hay-küy  salsa, 
beynəlxalq  aləmdə  qalmaqal  düĢsə,  yəni  BMT-nin  tanımadığı  bir  dövlətə  Azərbaycan 
Respublikası  nümayəndələrinin  gəliĢi  narazılıq  doğursa  geri  dönəndə  öz  qəzetlərimizdə  bizi 
biabır  edən  yazılara  gen-bol  rast  gələcəyik.  Ola  bilsin,  haqqımızda  cinayət  iĢi  də  açılacaq. 
Bəyin,  bu  iĢi  Xarici  ĠĢlər  Nazirliyinin,  yaxud  Prezident  Aparatının  iĢçilərinə  yox,  məhz  bizim 
kimi qeyri-rəsmi Ģəxslərə tapĢırmasının arxasında böyük bir məna durur. Sən bir ictimai-siyasi 
hərəkatın (AXC-nin) sədr müavini, mənsə sıravi bir qəzet müxbiriyəm. 
Arif bir az duruxaraq tərəddüdlə demiĢdi ki, Bəy buna imkan verməz. 
Üstündən  illər  keçdi.  Bəy  Kələkidən  Bakıya  dönəndə  Ariflə  aramızdakı  həmin  söhbəti  ona 
danıĢıb  güldüm.  Qayıtdı  ki,  böyük  qalmaqalın  baĢ  verməsinə,  Azərbaycançün  təhlükəli 
vəziyyətin  yaranmasına  inanmırdım.  Bir  az  fasilədən  sonra  təbəssümlə:  Ancaq  dövlətçilikdə 
elə  Ģeylər  olur.  Bəzən  istəməsən  də,  ürəyindən  olmasa  da  ən  yaxın  adamını  belə  dövlətin 
mənafeyi naminə cəzalandırmalı olursan, - deyə fikrini tamamladı". 
BaĢda prezident Elçibəy olmaqla təcrübəsiz yurdsevərlərin dövlətin və millətin mənafeyini göz 
önündə tutaraq, heç bir diplomatiya məktəbi keçmədən, yalnız ürək diqtəsiylə qurduqları bu 
xarici siyasətin nə qədər doğru və həyati olduğunu 4 iyundan sonrakı hadisələr əyani göstərdi 

-  bütün  ömrünü  daxili  və  xarici  siyasi  hadisələrə  həsr  etmiĢ,  özünü  dünyanın  ən  təcrübəli, 
görüb-götürmüĢ,  hər  Ģeyi  bilən  siyasətçilərindən  sayan  sonrakı  prezident  təkəbbürlə  bu 
kursdan  qırağa  çıxan  kimi  Azərbaycanın  torpaqlarını  itirərək  sarsıntılara  uğradı  və  yenidən 
dinməz-söyləməz bu yola qayıtmağa, onunla getməyə məcbur oldu. 
Prezident Elçibəyin formalaĢdırdığı xarici siyasət kursunun mahiyyəti, baĢlıca prinsipləri nədən 
ibarətdi? Gəlin özünün dedikləriylə tanıĢ olaq. 
"Xarici siyasət, sadəcə, 5 ölkəyə getdin-gəldin deyil. Xarici siyasətin strategiyası və taktikası 
var.  Dostunu  və  düĢmənini  müəyyənləĢdirməlisən  -  dövlət  siyasəti  budur;  "hamı  bizim 
dostumuzdur" prinsipi yanlıĢdır. "Hamının dostu" olan dövlət əldə-ayaqda oynadılır. 
 
Bizə deyirlər ki, siz Ġrana qarĢı, Rusiyaya qarĢı düĢmənçilik edirsiniz. Deyirik, yox, Rusiya bizə 
düĢmənçilik edir. O, bizə düĢmən kəsilibsə buna necə cavab vermək lazımdır - ağlaya-ağlaya, 
yoxsa  yıxılıb-qalxmaqla?  DüĢmənlə  düĢmənçilik  siyasəti  yürütməli,  ona  özünə  layiq  cavab 
verməlisən.  Biz  elə  güclü  xalq  deyilik  ki,  onu-bunu  əzək.  Biz  sadəcə  düĢmənlərimizə  qarĢı 
mübarizə aparırıq. 
 
Bəs dostumuz kimdir? Əlbəttə, hamıdan öncə qardaĢ Türkiyə. Tarixən də belə olub. Biz bir 
millət, iki dövlətik. Ona görə Türkiyə Avropaya çıxmaqçün bir ötürücü və nümunə, Avropaya 
yaxınlaĢma yolu və körpü olmalıdır. 
 
Digər tərəfdən, Avropada Britaniya, Almaniya, Fransa kimi dövlətlər də var ki, onlarla dostluq 
etməliyik. Nəyə görə? Almanlar da uzun müddət rus imperiyasına qarĢı mübarizə aparıblar, 
onlar da parçalanmıĢ xalq olublar və bizim dərdimizi yaxĢı baĢa düĢərlər. Həm də almanlar öz 
sənayesini quran xalqdır. Bu, bir cəhət. 
 
Bizim  yüksək  texnikaya  ehtiyacımız  var.  ÇağdaĢ  sənaye  texnologiyasının  ən  güclüsü 
Almaniyadadır.  O  həm  davamlı,  həm  uzunmüddətli,  həm  də  nisbətən  yaxındadır. 
Yaponiyadan,  ya  da  Amerikadan  gətirəcəksən  -  yolda  nə  qədər  sınacaq,  dağılacaq.  Amma 
Almaniyada da neft texnologiyası yoxdur, Amerikada, Ġngiltərədəsə var. Həmin texnologiyanı 
gətirməkçün  bu  dövlətlərlə  yaxınlıq  lazımdır.  Yoxsa  gedib  Ġranla  müqavilə  bağlayaq?  O,  öz 
neftini  çıxarda  bilmir,  bizimkini  necə  çıxaracaq?  Rusiyanın  da  müasir  texnologiyası  yoxdur. 
Neft texnologiyasının baĢında duran Bakıdır. Biz Rusiyadan nə götürə biləcəyik? 
 
Bunların hamısının arxasında dövlətin böyük iqtisadi maraqları dayanır. Bunlar xarici siyasətin 
ana xəttidir. Çünki Amerikaya bildirsən ki səninlə dost olmaq istəyirəm, deyəcək nə eləyim? 
Gərək izah edəsən ki, səninlə ona görə dost olmaq istəyirəm ki, sən buradan neft çıxarasan, 
mənə  neft  texnologiyası  verəsən,  müəyyən  demokratik  institutların  qurulmasına  kömək 
edəsən, gələcəkdə məni NATO-ya götürəsən ki, dünya səviyyəsində birdəfəlik təhlükəsizliyim 
təmin  olunsun  -  bu,  mənim  marağımdır.  Sən  də  neft  götürəcəksən,  səndən  ötrü  burada 
kommunikasiyalar qurulacaq  və Orta  Asiyaya çıxıĢın  yaranacaq,  burada ən  strateji  mövqeyi 
ələ keçirəcəksən - bu da sənin marağındır. 
 
Bax, xarici siyasət belə qurulur. 
 
…Rusiya  da,  Ġran  da  bizə  müstəmləkə  siyasətiylə  yanaĢır.  Deməli,  onlara  yox,  Avropaya 
yaxınlaĢmalıyıq. Neçə illərdir demokratik bir cəmiyyətə keçmək istəyirik. Ancaq nə Rusiyada 
demokratiya  var,  nə  də  Ġranda.  Deməli,  biz  özümüz  birbaĢa  çıxmalıyıq  demokratiyanın 
beĢiyinə. Buydu xarici siyasətdə dövlətlərə yanaĢma sistemi.
 
Sual doğa bilər - bəs baĢqa ölkələrə hansı meyarla yanaĢılsın? Məsələn, mən Liviyanın baĢçısı 

Qəzzafiyə gəncliyimdə müsbət baxırdım - elə bilirdim ki, bu, bir inqilabçıdır. Sonra gördüm ki, 
yox,  bu,  baĢqa  cəmiyyətin  adamıdır  və  qəddar  bir  insandır.  Bir  neçə  dəfə  məni  Liviyaya 
çağırdı, dedi ki, nə kömək istəyirsiniz eləyim. Ancaq mən bu təkliflərdən imtina etdim, çünki 
əməkdaĢlıq edəcəyim dövlət gərək demokratik olsun. 
 
Məni Ġran da, Səddam Hüseyn hökuməti də, Livan da rəsmi səfərə dəvət etdi, ancaq bildirdim 
ki, o cür yırtıcı, irticaçı dövlətlərə getmərəm - bu, mənə yaraĢmaz. Deyək ki, getdim Ġraqa, 
Səddam Hüseyn də məni yaxĢı qarĢıladı. Hətta yardım da etdi. Bəs Səddamın günahsız məhv 
etdirdiyi  minlərcə  adamın  ailələri  deməzmi  ki,  sən  də  namərd  oldun?  Bəs  onların  ah-naləsi 
necə olsun?! 
 
Deyirlər  dövlət  siyasətidir.  Dövlət  siyasəti  deyil  -  hər  Ģeydən  irəlidə  xalq  var,  insan  var, 
humanizm var. Budur ən baĢlıca məsələ!
 
…Biz  xarici  siyasətimizi  onun  üstündə  qururduq  ki,  kim bizə  dost  olacaqsa  biz  də  ona  dost 
olacağıq, bu Ģərtlə ki, o həm də demokrat olsun. Ona görə harada demokrat varsa biz onların 
yanındayıq, harada diktatura varsa biz ona qarĢıyıq. Mənə nə düĢmüĢdü ki, ġimali Koreyanın 
diktatorunu  pisləyim?  ġimali  Koreya  mənə  nə  edib  ki?  Mənə  nə  istisi,  nə  soyuğu?  Məhz 
diktator  olduğu  üçün!  Mən  Səddam  kimi  vəhĢini  görəndə  Stalin  kimi  qanlı  bir 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin