deyib ki, biz Sovetlər Birliyiylə dostuq, mehriban qonĢuyuq və bunu axıradək
yürüdəcəyik. Parlamentdən çıxarkən yaxın adamlarına bildirir ki, mən dedim,
birdən siz də inanarsınız ha; bilin ki, sizin bir barıĢmaz düĢməniniz var - qırmızı
rus kommunizmi. Türklər, təəssüf ki, ulu Atatürkün tövsiyələrini unutdular və indiki
xoĢagəlməz duruma düĢdülər"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat
üz-üzə", Bakı, 1999, s.156-161).
Türk dünyasının ən böyük dahilərindən biri Mustafa Kamal Atatürkün Anıtqəbrinə ziyarət
Əbülfəz Elçibəyin həyatının bəlkə də ən həyəcanlı və ən həssas anlarındandı. Bütün ömrünü
Atatürk ideyalarının təbliğinə, onun Ģəxsiyyətinin tanıdılmasına həsr edən, onunla bağlı nəinki
günlərlə, hətta aylarla aramsız danıĢa biləcək Əbülfəz bəy Anıtqəbirdə Türkiyə xilaskarının
xatirə dəftərinə öz sözlərini yazmağa baĢlayanda yalnız və yalnız bu qısaca bir cümləni yazdı:
"Ey böyük Türkün böyük komutanı! Sizi ziyatər etməklə özüm və bütün millətim
adına Ģərəf duydum. Sənin əsgərin (Əbülfəz Elçibəy)".
"Sənin əsgərin"! Müstəqil bir ölkənin prezidenti özünü baĢqa bir dövlətin rəhbərinin əsgəri
saydı - nə diplomatiyaya sığan hərəkətdi, nə də Ģəxsi münasibətlərə. Bu davranıĢ ancaq və
ancaq bir TÜRK MĠLLƏTĠ tanıyan və onun bircə ÖNDƏRĠ olduğunu qəbul edən, varlığını
TÜRKLÜK uğrunda qurban verməyə hər an hazır olan böyük Elçibəyin türk sevgisi məntiqinə,
onun cəsarətinə sığıĢan bir hərəkətdi! Bu sözləri yazarkən o əslində bütün dünyaya car çəkdi:
Azərbaycan da Türkiyə deməkdir və biz əbədi qardaĢlarıq! Qoy indi Türkiyənin düĢmənləri,
türkün düĢmənləri, Azərbaycanın düĢmənləri, özünün düĢmənləri nə deyir-desin, nə bağırır-
bağırsın!..
Əbülfəz bəy böyük öndər Məmmədəmin Rəsulzadənin məzarı baĢında bunları söylədi:
"Bu
qəbrin bulunduğu torpaq - böyük Anadolu torpağı müqəddəs torpaq rus imperiyasına qarĢı
döyüĢən yüzlərcə türk mücahidinə yer vermiĢdir. Məmmədəmin bizim böyük rəhbərimiz,
böyük qurucumuzdur. Böyük öndər 19-uncu yüzildə həm Azərbaycanda, həm Anadoluda
formalaĢan bir təfəkkürü, bir idealı qorudu. Bu ideal birinci olaraq türklükdür. Ġkincisi, bu
türklük idealını çağdaĢ səviyyədə dünyaya bəlirtmək və çağdaĢ bir demokratik cümhuriyyət
qurmaqdır. Üçüncüsü isə islam mədəniyyətidir".
Əbülfəz bəy həmin gün - 26 iyunda saat 19.10-da Türkiyə Böyük Millət Məclisinə (TBBM)
getdi. Ġqtidar qapısından TBBM-nin Genəl Kuruluna girən Əbülfəz bəyi millət vəkilləri ayağa
qalxaraq salamladılar. Azərbaycan prezidentinin buradakı çıxıĢı əsl hadisəyə çevrildi. O,
Türkiyənin millət vəkilləri qarĢısında aĢağıdakı tarixi çıxıĢını etdi:
"Özümü çox xoĢbəxt sayıram. Uzun, böyük, ağır yol keçmiĢ və türk millətini özgürlüyə
qovuĢdurmuĢ Türkiyə Böyük Millət Məclisində danıĢmaq, təbii olaraq, çox ağırdır, mənim
üçün çətindir. Siyasi mücadilədə yoğrulmuĢ, siyasi mücadilələrdə yetiĢmiĢ parlamentarlar
qarĢısında danıĢmaq mənim üçün çox çətin bir iĢdir. Əgər qüsurlarım olursa o qüsurlarımı
bağıĢlarsınız, mənim suçumdan keçərsiniz.
Məmləkət o qədər gözəl, Türkiyə o qədər görkəmli, onun insanları o qədər ucadır ki, bu
məmləkətə girərkən də, bu məmləkətdən çıxarkən də hər bir Ģey təzim tələb edir, hər bir Ģey
baĢ əymək, hər bir Ģey köküs basmaq tələb edir.
ArxadaĢların bir qismi bilir demokratiya uğrunda mücadilə verən insanları. Bu mücadiləni
Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi baĢlatdı və onu yürüdür. Ancaq bu demokratiyanı
yürütməklə bərabər, bizim idealımız Məmmədəmin Rəsulzadənin hədəf qoyduğu idealdır.
Birincisi, türklük, özünü dərk etmək, bir millətin özünü dərk etməsidir. Bizim bayrağımızda
üstdə yer alan mavi rəng onu təmsil edir.
Bu məmləkətə gəlirkən bir Sultan Mehmet Fateh xatırlanır - Avropanı diz çökdürüb də türk
haqqını dünyaya bildirən, Ġstanbulu fəth edən insan xatırlanır; baĢ əyməmək mümkün deyil.
Həzrət Peyğəmbərimiz buyurmuĢdur ki, "kim onu fəth edəcəksə xoĢ onun halına - Tanrı onu
sevər". Yəni Tanrı Fatehi sevmiĢ və o fəthi ona vermiĢ. Nə mutlu!
Zaman-zaman dünyanın bir ġərq siyasəti olmuĢ, Doğu siyasəti olmuĢ, dörd yüz il bütün
dünya Osmanlı dövlətini çökdürməyə çalıĢmıĢdır. Təbii olaraq, türk milləti bundan da çıxıĢ
yolu tapmıĢdır - "cümhuriyyət quracağıq və demokratiyanı yerləĢdirəcəyik" deyərək yola
çıxılmıĢdır. Böyük Mustafa Kamalın öndərliyində qurulan bu Cümhuriyyət bu gün
yüksəlməkdə, bu gün türkün səsini, öz səsini, Türkiyənin səsini, tarixin səsini dünyaya
eĢitdirməkdədir. Bu mutluluq içərisində yaĢayırıq, bu mutluluq içərisində qürurlanırıq.
Sayın bəylər, bayanlar! Nə mutlu ki, bu gün Türkiyənin önündə böyük üfüqlər açılmaqdadır.
Bu gün Türkiyə dünyaya səsini eĢitdirən böyük, güclü bir ölkədir.
Qosqocaman rus imperiyası, qırmızı rus kommunizmi çokdü və dağılmaqdadır. Onun
içərisində yaĢayan qeyri millətlər… və o cümlədən də orada yaĢayan müsəlmanlar və qeyri-
türk millətlər öz özgürlükləri uğrunda mücadiləyə baĢlamıĢdır. ĠnĢallah, Ortaçağ qalıntısı olan
belə imperiyalar, buna bənzər dövlətlər çökərlər - Ġran, Çin və baĢqaları. Ġnsan haqları,
demokratiya uğrunda öz tarixini, milli müqəddəratını əldə etmək istəyən millətlər ayağa
qalxmıĢdır. ĠnĢallah, bunlar da özgür olacaqlar.
Təbii olaraq, dünyada türk bayraqları arasında hələ yerini almamıĢ və bu gün doğulmaqda
olan bayraqlar, sancaqlar doğulacaqdır; o Sibirdən, o Çindən, o Hindistandan. Bu ağır, bu
çətin, ancaq bu Ģərəfli tarix dövründə türk dünyası və müsəlman qardaĢlarımız
imperiyalardan özgürlüklərini qazanacaq və öz həyatlarını quracaqlar.
Biz bu gün daha çox mutluyuq ki, Türkiyə demokratiyanı gəliĢdirərək Avropaya çıxmıĢ,
Doğuya bir örnək olmaqdadır. Biz mücadiləyə baĢlarkən də bu məsələni hədəf götürmüĢdük
və məndən də soruĢanda ki "nə edəcəksiniz?", demiĢdim ki, ilk yolumuz Mustafa Kamalın
yoludur, sonra da dövlətimizi quracağıq.
Bundan iki gün öncə dediyim sözü bir dəfə də burada təkrarlamaq istəyirəm. "ÇağdaĢ bir
cümhuriyyət qurmaq insanları insan kimi yaĢatmaq, öz haqqını almaq deməkdir" deyən böyük
Mustafa Kamal bugünləri düĢünmüĢ, gələcəkdə türklərin öz ənənələrinə, öz gələnəklərinə, öz
duyğularına uyğun, öz mənliklərinə uyğun dövlətlər quracaqlarına iĢarə etmiĢdir. Bizim
quracağımız dövlət də demokratik dövlətdir. Demokratiya türkün ruhunun içərisindədir.
Tarixə baxaq - dünyada müstəmləkə dövlətləri olmuĢ, türklər bundan keçmiĢlər. Türklər
haqqında tarix kitablarında yazarlar - min il öncə, iki min il öncə türklərin qurduğu dövlətləri
yazarlar: nə olmuĢdu ki, belə yürümüĢ, belə dünyaya çıxa bilmiĢlər? Orada bir Ģey vardır -
demokratiya. Yəni bütün dünya dövlətlərinin demokratiyanı ordu üstündə qurmalarına
baxmayaraq, türklər ordunu da demokratiya əsasında qurmuĢlar: "Sağda oturan sağ bəylər,
solda oturan sol bəylər, ortadakı inaqlar; mənim sözüm sizədir, hərəkətə keçəlim, yürüyəlim,
haqqımızı alalım" demiĢlər. Biz bu demokratiyadan, bu gələnəklərdən gələn millətik.
Ġmperiyalar dağıldıqdan sonra bütün türk xalqları bu demokratiya ilə yürüyəcəkdir. Avropa və
Asiyanı birləĢdirən Türkiyə türklüyü bu məsələdə bir örnək olacaqdır; bunu görməməzlik
olmaz.
ġərqin, Doğunun bir gələnəyi vardır. Fransadakı demokratiyanı götürüb kimsə tətbiq edərsə
yanılır. Hər kimsə amerikan həyat tərzini də Azərbaycana və yaxud Orta Asiyaya gətirirsə
yanlıĢ olur. Millətin ənənələri vardır, gələnəkləri vardır, bunların hamısı göz önünə alınmalıdır.
Biz də onu edəcəyik.
Sayın bəylər, sayın siyasət insanları, sayın böyük ərlər! Hüzurunzda cəsarətlə danıĢdığıma
görə üzr diləyirəm - bu, bir mücadilədir, biz bu yolda öyrənəcəyik. Parlament sistemini də
Türkiyədən örnək alacağıq. ĠnĢallah, sizlərlə geniĢ görüĢəcəyik, bol-bol görüĢəcəyik,
qucaqlaĢacağıq və bir sıra məsələlərdə sizdən görüĢlər alacağıq və gələcəkdə də fikrmiz
vardır özgürlüyümüzlə kifayətlənməyib özgür olmaq uğrunda mücadilə verən bütün türk
xalqlarına, müsəlman dünyasına əlimizdən gələn yardımı əsirgəməyəcəyik, bir əsgər kimi
onlara doğru qoĢacağıq.
Çox sağ olun, çox minnətdaram".
QarĢılarında müstəqil Azərbaycanın qurucusu olan alovlu bir vətənpərvəri, BÜTÜN TÜRK
DÜNYASININ sevimlisi olan çılğın, idealist və romantik, eyni zamanda təpədən-dırnağadək
demokrat bir prezidenti görən qardaĢ Türkiyənin millət vəkilləri onu sonsuz diqqət və
ehtiramla dinləyərək öz sevgilərini aramsız alqıĢlarla bildirdilər. "Bizim əsas yolumuz Mustafa
Kamal yoludur!" söyləyən Bəy çağdaĢ dünyamızda baĢ verən köklü dəyiĢikliklərdən, siyasi
proseslərdən də söz açaraq bəyan etdi: "Ġndi tarix yeni inkiĢaf yolu ilə gedir. Ġnanıram ki, az
bir vaxtdan sonra dünya xəritəsinə Türkiyə ilə yanaĢı, yeni müstəqil dövlətlərin də adı
yazılacaqdır". Əlbəttə, Bəy Azərbaycandakı mövcud ictimai-siyasi durumdan da danıĢdı və
ölkənin ümumi inkiĢaf yönlərini açıqladı.
Prezident Elçibəy Ģənbə günü - 27 iyunda mətbuat konfransı keçirdi. Burada baĢlıca mövzu
Qarabağ problemi, Ermənistan-Azərbaycan müharibəsi oldu. Ancaq Bəy Azərbaycan
mövzusuna da tez-tez toxundu. Bir suala cavabında o dedi: "Bizdə dövlət mexanizmi yoxdur.
Atatürkün ən böyük əsəri Türkiyə Cümhuriyyətidir, bizim də ən böyük əsərimiz cümhuriyyətin
qurulması olacaqdır". Elçibəy dövlət quruculuğunda ordunun, ölkənin öz pulunun və
büdcəsinin yaradılaraq inkiĢaf etdirməsinin hər Ģeydən önə çəkiləcəyini göstərdi.
Türkiyə səfərini baĢa vuran Azərbaycan prezidenti iyunun 27-sində Ankaradan yurda döndü.
Əbülfəz Elçibəy gərgin iĢ günlərini arxada qoydu. Türkiyə səfəri, bu ölkədəki görüĢlər,
imzalanan sənədlər və aparılan danıĢıqlar müstəqil Azərbaycanın xarici siyasətinin ilk
uğurlarından sayılmalıdır.
Əbülfəz bəy özü tələsdiyi kimi, dostu və silahdaĢı Ġsa Qəmbərin baĢçılıq etdiyi Milli Məclisin də
iĢinin sürətli, qanunvericiliyin daha çevik olmasına çalıĢırdı. Bu səbəbdən də hər həftə
mətbuatda bir neçə qanun iĢıq üzü görürdü. Onlar cəmiyyət həyatının ən "ağrılı" yerləriyçün
nəzərdə tutulurdu. Bu baxımdan "Azərbaycan Respublikasında fiziki Ģəxslərdən gəlir vergisi
haqqında" (24 iyun) və ""Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası qanununda
dəyiĢiklik edilməsi barədə" (25 iyun) qanunlar önəmlidir. Xüsusən ikinci qanun Azərbaycan
demokratiyasının inkiĢafı tarixində iĢıqlı bir an kimi qalacaqdır. Qanunda deyilir: "Dövlət siyasi
partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, ...onların öz nizamnamə
vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə
yaymaları üçün bərabər hüquqi Ģərait yaradılmasına, partiyaların rəhbər orqanlarının
mühafizəsinə və təhlükəsizliyinə, bu məqsədlə dövlət mühafizə xidmətinin yaradılmasını və
onun təchizatını təĢkil etməyə təminat verir". "Qanunla nəzərdə tutulmuĢ hallar istisna
olmaqla, dövlət orqanlarının və vəzifəli Ģəxslərin siyasi partiyaların fəaliyyətinə qarıĢmasına
yol verilmir".
Ürəklə demək olar ki, Elçibəy iqtidarında bu qanun maddələri gözdən pərdə asmaqçün yox,
gündəlik həyatımızı demokratikləĢdirməkçün gündəmə gətirilmiĢdi.
Yeni Azərbaycan dövlətində ideologiyanın müsavatçılıq olduğunu dəfələrlə bildirmiĢ Əbülfəz
bəyin yaxından köməyiylə Müsavat Partiyasının Azərbaycana qayıdıĢını təmin etməkçün
tədbirlər görüldü. Bəyin Türkiyədə Müsavat baĢçılarıyla görüĢü bütün əngəlləri aradan
götürmüĢdü. Ġyulun ilk günlərində partiyanın bərpa mərkəzi iĢə baĢladı. Sonralar Məhəmməd
Kəngərli, Əhməd Qaraca və Cəmil Ünal kimi görkəmli müsavatçılar Məmmədəmin
Rəsulzadənin bu ən dəyərli mirasının ana yurduna dönüĢündə mühüm rol oynadılar.
Əbülfəz Elçibəyin prezidentliyinin ilk dövrü Ayaz Mütəllibovun və Yaqub Məmmədovun
çağından ağır irs qalmıĢ hakimiyyətsizlik və siyasi sabitsizlik mühitinə düĢdü. Ölkədəki kəskin
kriminogen durum, qanunsuz silahlı dəstələrin at oynatması qətiyyətli tədbirlər görülməsini
qaçılmaz edirdi. Buna görə də 1 iyulda Bəy "Qanunsuz silah və hərbi sursat əldə edilməsinin,
saxlanılmasının, gəzdirilməsinin qarĢısının alınmasına və ictimai asayiĢin təmin edilməsinə dair
əlavə tədbirlər haqqında" fərman verdi. Sonralar Elçibəy iqtidarı çağını yanlıĢ olaraq məhz bu
fərmanaqədərki durumla səciyyələndirməyə çalıĢan siyasi rəqibləri qəsdən baĢqalarını da
aldatmağa çalıĢır və bu gerçəkliyi hər vəchlə gizlətməyə can atırlar ki, həmin fərmanın
Azərbaycandakı siyasi sabitlik Ģəraitinin yaradılmasında müstəsna əhəmiyyəti oldu və çox
keçmədən vətəndaĢlar özlərinin təhlükəsizliyinə inandılar.
"RUSĠYANIN ZAQAFQAZĠYAYA... YÖNƏLĠK AYDIN SĠYASƏTĠ YOXDUR"
Müstəqil milli dövlətimizin qarĢısında Ermənistan-Azərbaycan münaqiĢəsindən sonra ikinci ən
kəskin problem inflyasiyanın sürətlə artması qarĢılığında əhalinin pul gəlirlərinin aĢağı
düĢməsi və ən baĢlıcası - Azərbaycanı "sözəbaxan" etməkçün Rusiyanın bu ölkəyə pul
emissiyasını azaltması nəticəsində nağd pulun çatıĢmazlığıydı; Milli Bankın prezidenti 2 iyulda
bildirmiĢdi ki, Azərbaycanda 2 milyard 700 milyon manat nağd pul çatıĢmır, bu səbəbdən
dövlət öz vətəndaĢına əmək haqqını ödəyə bilmir, baĢqa ödəniĢləri yerinə yetirməkdə acizlik
çəkir. Bu vəziyyətdən çıxmaq, ölkədə əmtəə-pul dövriyyəsini sabitləĢdirmək və nağd pula
olan tələbatı tam ödəmək (baĢqa sözlə, Rusiyanın "pul kisəsi"ndən asılılığa biryolluq son
qoymaq) məqsədiylə prezident Əbülfəz Elçibəyin 15 iyul 1992 tarixli
"Azərbaycan
Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında"
fərmanıyla milli valyutamızın
tətbiqi mexanizmi təcili olaraq hazırlandı, ölkənin qızıl və valyuta ehtiyatlarının
yaradılmasıyçün təsirli tədbirlər görülməyə baĢlandı. Həmin fərmanın ilk maddəsində
oxuyuruq: "1992-ci il avqustun 15-dən Azərbaycan Respublikasının milli valyutası - manat
dövriyyəyə buraxılsın". Təəssüf ki, ozamankı müxalifət baĢqa sahələrdə olduğu kimi bu
məsələdə də gənc həkimiyyətə yardım göstərmək əvəzinə onun gördüyü həqiqətən tarixi
iĢlərə dodaq büzməyə baĢladı. Məsələn, AMĠP-çi professor Nazim Ġmanov deyirdi: "...Ġndiki
rəhbərliyin düĢündüyü formada milli pula keçməyin müstəqilliyimizi artırmaq yox, əksinə,
azaltmaq ehtimalı daha yüksəkdir". Tarixin gediĢisə Bəyin inqilabi yenilikçiliyinin
azadlığımızçün doğru seçim olduğunu təsdiqlədi.
Ġstər xarici, istərsə də daxili siyasətdəki mütərəqqi dəyiĢikliklər ölkədə yaradılan demokratik
mühit fonunda baĢ verirdi: yeni-yeni siyasi partiyalar yaranırdı (məsələn, 3 iyulda AMĠP-in
təsis qurultayı oldu və Bəy onu təbrik etdi); istər televiziyada, istərsə də rəsmi dövlət
qəzetlərində iqtidar-müxalifətliyindən asılı olmayaraq söz deməkçün hamıya imkân
yaradılmıĢdı (məsələn, prezidentliyə namizəd Nizami Süleymanovu müdafiə komitəsinin
Azərinforma göndərdiyi, seçkilərin guya saxtalaĢdırılması haqqında bəyanat rəsmi dövlət
qəzetində dərc edilmiĢdi). Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin dünya birliyində
demokratik imicini formalaĢdırırdı. Ancaq dövlət baĢçımızın Avropada Təhlükəsizlik və
ƏməkdaĢlıq Məsələlərinə dair MüĢavirəsinin Yekun aktını və baĢqa mühüm sənədləri
imzalaması Azərbaycanda demokratik inkiĢafla bağlı ayrı-ayrı təzahürlərin geniĢlənməsinə
deyil, köklü demokratik islahatlara baĢlamaqçün ciddi özül oldu. Bu məqsədlə Əbülfəz bəy
iyulun birinci ongünlüyündə Finlandiyanın paytaxtı Helsinkiyə rəsmi səfərə getdi. Oraya yola
düĢmək ərəfəsində Bəy ABġ prezidenti Corc BuĢdan məktub almıĢdı. Məktubda Bəyə
müraciət edərək Azərbaycanı Helsinki prosesində ən fəal surətdə iĢtirak etməyə çağıran Corc
BuĢ sonda bildirirdi:
"TARĠXĠ VƏZĠFƏMĠZĠ YERĠNƏ YETĠRMƏK MƏQSƏDĠLƏ Sizinlə
əməkdaĢlığa ümid bəsləyirəm"
. Bu məktub ABġ dövlətinin Azərbaycanın yeni rəhbərinə böyük
etimadını göstərirdi və söz yox ki, Bəy də bu inamı yetərincə dəyərləndirirdi.
Əbülfəz bəyin prezident kimi iĢə baĢlamasıyla torpaqlarımızın erməni iĢğalçılarından
təmizlənməsi hədsiz sürətləndi. Yeni rəhbərliyin vətənpərvərliyindən ruhlanmıĢ Azərbaycan
əsgəri düĢmənlə döyüĢə cəsarətlə atılır, ölümdən belə qətiyyən çəkinmirdi. Elə bunun
nəticəsində ilk sırada Goranboy və Ağdərə rayonları yağılardan təmizləndi.
Elçibəy iqtidarı dövrünün hərbi əməliyyatlarındakı bütün uğurları, o sıradan Goranboy və
Ağdərə rayonlarındakı kəndlərin erməni iĢğalçılarından təmizlənməsini də öz adına çıxan
S.Hüseynov bu iĢdə prezident baĢda olmaqla iqtidarın heç bir baĢçısının rolu olmadığını
sonralar bəyan etmiĢdi. Elçibəy ona belə cavab verdi:
"Goranboy və Ağdərəni azad edənlər
əslində həmin rayonlardakı yerli özünümüdafiə dəstələri idi. Onlara müəyyən qədər hərbi
qüvvələr və polis də köməklik göstərirdi. Burada daha çox Azərbaycanın Milli Qəhrəmanı
MaĢallah Abdullayevin baĢçılıq etdiyi qüvvələrin qəhrəmanlığını xüsusi qeyd etmək gərəkdir.
Onların gördüyü iĢi heç kəs öz adına çıxa bilməz. Həmin əməliyyatlarda yerli döyüĢçülər xeyli
Ģəhid verib. O rayonların azad olması da həmin Ģəhidlərin xidmətidir, Surət Hüseynovun yox;
o yalnız bəzi əməliyyatları sursatla təchiz edib ki, bu sursatı da dövlət göndərmiĢdi"
. (
"Mən
istiqlalımızı hakimiyyətdən üstün tutdum!"
. Əbülfəz Elçibəylə onun mətbuat katibi Ədalət
Tahirzadənin söhbəti. -"Azadlıq" qəzeti, 20 iyun 1998).
Mario Raffaellinin baĢçılığıyla ATƏM-in Minsk qrupu (MQ) Azərbaycan Ordusunun qələbələrini
görərək sülhyaratma tədbirlərinə giriĢdi. MQ-nun ilk fövqəladə görüĢünün üçüncü sessiyası
Romada 10 gündən artıq çəkmiĢdi. 3 iyulda Raffaelli hərbi əməliyyatları dayandırmaq
haqqında prezidentlər L.Ter-Petrosyana və Ə.Elçibəyə məktublar göndərdi. Göstərməliyik ki,
bununla ATƏM-in yüksək vəzifəli nümayəndəsi elan olunmamıĢ müharibənin davam etdiyi
müddətdə Ermənistanın Azərbaycana qarĢı hərbi əməliyyatları barədə ĠLK DƏFƏ söhbət
açırdı. Bu, Azərbaycan diplomatiyasının ozamankı uğuruydu. Məhz Finlandiyaya səfər
ərəfəsində Əbülfəz bəy xoĢ məram göstərərək məktuba müsbət cavab verdi və hərbi
əməliyyatları 9 iyuldan 30 günlüyə dayandırmağa razılaĢdı və həqiqətən də, Azərbaycan atəĢi
birtərəfli qaydada dayandırdı. (Ermənilərsə 18 iyulda hücuma keçdilər).
"Moskovskiye novosti" qəzetində (5 iyul 1992, N27) jurnalist Dmitri Furmanın Əbülfəz
Elçibəylə "Bütün dünya demokratik olacaq" baĢlıqlı müsahibəsi dərc edildi. Elçibəyin
hakimiyyətə gəlməsindən bir neçə gün qabaq götürülmüĢ bu müsahibədə baĢlıca olaraq
demokratiyadan və Qarabağ müharibəsindən danıĢılır.
D.Furman deyir: "Belə bir oturuĢmuĢ təsəvvür var ki, demokratiya Avropayla, xristian
mədəniyyətiylə bağlıdır. Müsəlman ölkələrindəsə demokratiya bərqərar etmək qəliz iĢdir". Bəy
ona etiraz edir: "Bu, cəfəngiyyatdır. Həm müsəlman, həm də xristian aləmində siyasi inkiĢafın
müxtəlif tipləri olub və demokratik inkiĢafın, məsələn, Rusiyada Türkiyədəkindən asan
olduğunu demək olmaz. Orada ilk liberal konstitusiya Rusiyadakı kimi 1905-inci ildə yox,
1876-cı ildə qəbul edilib və indi bu cəmiyyətin demokratik siyasi sistemi və inkiĢaf etmiĢ
iqtisadiyyatı var, Rusiyasa yenicə demokratiya yaratmağa çalıĢır. Görünür, hər bir xalqda
demokratiya quruculuğunda istinad edilən və bu quruculuğa maneçilik törədən bir Ģey var.
Müsəlman xalqlarında onların birincisi xristianlarda olduğundan az, ikincisisə çox deyil.
Yadımıza salaq ki, müsəlmanlar heç zaman öz ölkələrindən xristianları ispanların mavrları
qovduğu kimi qovmayıb, inkvizisiyanı da müsəlmanlar icad etməyib. Hitleri də, Stalini də
dünyaya onlar bəxĢ etməyib".
D.Furman bunlara baxmayaraq "stereotiplər çox güclüdür" dedikdə Əbülfəz bəy bildirir:
"Əlbəttə. Rusların çoxu, məncə, azərbaycanlıların həqiqətən də demokratiyaya can atmasına
çox da inanmır. Hə, Ermənistan, Gürcüstansa - baĢqa məsələ. Və sözsüz ki, erməni -
azərbaycanlı münaqiĢəsini siz öncədən müəyyənləĢmiĢ təsəvvürlə qavrayırsınız. Mənə elə
gəlir ki, rusların çoxu Azərbaycan tərəfini yeniçərilər, baĢıpozuqlar surətində qavradı, "türk
vəhĢilikləri"ni xatırladı (müsəlman xalqlarının çoxunda "rus vəhĢilikləri" surətinin olmasına da
ruslar, bir qayda olaraq, Ģübhə etmirlər). Ermənilərləsə o saatca "genosid" surəti bağlandı.
Azərbaycanın belə qalın mənfi stereotiplər qatını dəlib keçməsi çox çətindi. Ġndi, məncə,
münasibət bir qədər dəyiĢir. Xocalıdan və Laçının alınmasından sonra nəhəng müsəlman
kütləsinin kiçik xristian xalqı əzməyə çalıĢmasını daha demək olmaz".
Söhbətin bundan sonrakı hissələri də maraq doğurur, ancaq daha önəmli yerləri oxuculara
təqdim edirəm.
"-Siz Qarabağ münaqiĢəsinin çözülməsi mümkünlüyünə inanırsınız?
-[...] DanıĢıqların mövzusu hər Ģey ola bilər - ərazidən baĢqa. Biz indi Amerikanın və
Avropanın yardımına çox umud bəsləyirik.
-Bəs Rusiyanın yardımına, vasitəçilik xidmətinə?
-Biz belə yardıma sevinərdik. Ancaq Rusiyanın, məncə, indi Zaqafqaziyaya da, ümumiyyətlə,
keçmiĢ SSRĠ respublikalarına da yönəlik aydın siyasəti yoxdur. Sizin siyasətinizdə gah
demokratik, gah da böyük dövlətçilik meylləri meydana çıxır. Bir lider belə, digəri baĢqa cür
danıĢır...
-Rusiyanın siyasi xadimləri içərisində hansı Sizə daha yaxındır?
-Mən Rusiyanın demokratik yolla seçilmiĢ bütün liderlərinə hörmətlə yanaĢıram. Ancaq, hər
halda, Rusiyada demokratiyayçün hamıdan çox iĢ görmüĢ adam Qorbaçovdur. Bütün
yanlıĢlıqlarına (o sıradan bizə münasibətdə də) baxmayaraq onunçün öncə Ģəxsi hakimiyyət
yox, demokratiyaydı. O, hakimiyyətdən də ikiəlli yapıĢmadan ləyaqətlə getdi...
-Siz Ġranın diplomatik cəhdlərinə necə baxırsınız?
-Ġrançün demokratik, dünyəvi Azərbaycan - Ġranın nəhəng və hüquqsuz azərbaycanlı əhalisini
göz önünə gətirərək - iti bıçaq kimidir. Onunçün islam boyasıyla cildini dəyiĢmiĢ partiya
nomenklaturası daha yaxĢıdır. Ġran, məncə, vasitəçilik etməkdən daha çox, bulanıq suda balıq
tutub.
…-Sizi Qamsaxurdianın nümunəsi qorxutmur? Axı o da Sizin kimi demokratdır, Sizin kimi
repressiyalara uğrayıb, xalq coĢqunluğu dalğasında və yəqin ki, ən xoĢ niyyətlərlə
hakimiyyətə gəlib. Hətta sizin ikiniz də peĢəcə filoloqsunuz. Nəticədə Gürcüstan qana bələnib.
-Azərbaycan demokratiyasıyçün Gürcüstan böyük dərsdir. Qamsaxurdianın əleyhinə, əlbəttə,
ilk növbədə Moskvada... qüdrətli qüvvələr iĢlədi. Eləcə də, indi olduğu kimi, yəqin ki, bizim
əleyhimizə də iĢləyəcəklər. Ancaq Qamsaxurdianın da günahı var. O, milləti birləĢdirəcəyini
düĢünərək millətçiliyə güc verdi. Nəticədə gürcüləri bütün gücü havaya sovuran millətlərarası
münaqiĢələrə cəlb etdi. Həm də iqtisadi islahatlar, ictimai həyatın demokratikləĢdirilməsi
haqqında o, az düĢünürdü... [...] ĠĢ belə gətirib ki, nəhəng bir bölgədə (Orta Asiya, Ġran,
Ermənistan, Gürcüstan və Rusiya nəzərdə tutulur - Ə.T.) demokratiyanın taleyi yaxın dövrdə
bizim (Azərbaycanın - Ə.T.) uğurumuzdan, yaxud yıxılmağımızdan asılıdır. Və mən istərdim
ki, Rusiyada demokratik düĢüncəli adamlar bunu baĢa düĢsünlər və buna uyğun fəaliyyət
göstərsinlər".
Bu müsahibəyə özümdən bircə onu əlavə etmək istərdim ki, D.Furmanın 1993-ün iyulunda
Azərbaycan demokratiyasının taleyi haqqında yazdığı diqqətəlayiq məqalədə məhz Əbülfəz
bəyin bu söhbətdəki düĢüncələrindən sənətkarlıqla yararlanılıb.
"ÇALIġACAĞAM KĠ, TÜRK DĠLĠ DƏ BMT-nin ĠġLƏK DĠLĠNƏ ÇEVRĠLSĠN"
Bəy Helsinki səfərindən bir gün qabaq - 6 iyulda "Ostankino" teleĢirkətinin proqramında
birbaĢa efirdə çıxıĢ etdi. Tarixdə ilk dəfə olaraq Azərbaycanın baĢçısı Rusiya tamaĢaçılarıyla
tərcüməçi vasitəsiylə öz ana dilində - TÜRKCƏ danıĢdı. Helsinki zirvə toplantısının müzakirə
mövzularından olacaq Ermənistan - Azərbaycan münaqiĢəsindən söz açarkən Qarabağ
ermənilərinə dövlətimizin tam MƏDƏNĠ MUXTARĠYYƏT verməyə hazır olduğunu bildirən Bəy
MDB haqqında ona sual verilərkənsə bəyan etdi:
"Mən MDB-nin təĢkilindən cəmi üç gün
sonra demiĢəm ki, belə qurumun varlığı mümkün deyildir. Onun tərkibinə daxil olan
dövlətlərin heç biri azad deyildir. Onların öz ordusu, öz valyutası yoxdur. Hələlik onlar
müstəqil dövlətlər deyil, istiqlaliyyətə can atan ölkələrdir. Biz bütün dövlətlərlə ikitərəfli
saziĢlər əsasında əməkdaĢlıq etməyə hazırıq"
. (Təbii ki, MDB-dən imtina Rusiyayla
əməkdaĢlıqdan imtina demək deyildi. Prezident Ə.Elçibəy bu fövqəldövlətlə yaxĢı
münasibətlər qurmağı Azərbaycançün zəruri sayırdı; bu məqsədlə yaratdığı xüsusi
komissiyanı dəfələrlə Moskvaya göndərmiĢdi və o, Rusiya rəhbərlərindən G.Burbulis,
S.Filatov, A.Rutskoy, P.Qraçov və baĢqalarıyla danıĢıqlar aparmıĢdı).
ATƏM üzvü olan dövlətlərin baĢçılarının zirvə toplantısında iĢtirak etməkçün 7 iyulda
Finlandiyaya yollanan Bəy Bakıdan Helsinkiyə birbaĢa hava xətti olmadığına görə öncə Sankt-
Peterburqa düĢməli oldu və oradan Helsinkiyə uçdu. Suomi paytaxtının "Vanta" hava
limanında onu müdafiə naziri Elizabet Ren qarĢıladı.
../../images/Arxiv/1992_0708_Helsinki01.JPG
Ertəsi gün zirvə toplantısında ATƏM-ə dair
1975-ci il Helsinki müĢavirəsinin Yekun aktını imzalayan Əbülfəz Elçibəy Azərbaycan
dövlətinin ilk dəfə təmsil edildiyi bu ali məclisin yüksək kürsüsündən çıxıĢ etdi. Sıravi
Azərbaycan vətəndaĢında onun dövlətinin belə mötəbər beynəlxalq toplantıda iĢtirak
etməsiylə yanaĢı, ikinci bir səbəb də qürur doğurur, köks qabardırdı - onun seçdiyi prezident
Əbülfəz Elçibəy min kilometrlərcə uzaq Helsinkidə dünya dövlətlərinin və fövqəldövlətlərinin
baĢçıları qarĢısında məhz öz ana dilində - TÜRKCƏ çıxıĢ etdi!
Əslində dünya siyasətinin yürüdülməsində son sözü söyləyən Avropa və Amerika prezidentləri
qarĢısında Azərbaycanın dövlət baĢçısı Əbülfəz Elçibəyin gur səslə, cəsarətlə söylədiyi bu nitq
ölkəmizin bundan sonra gerçək müstəqil siyasət yürüdəcəyinin göstəricisiydi. Ümumavropa -
Qərb məkanına ġərqdən büsbütün yeni nəfəs gətirən Bəy onlara üz tutaraq dedi:
"Hörmətli cənab sədr!
Hörmətli həmkarlar!
Hörmətli xanımlar və bəylər!
Bu gün mən də hamı ilə birlikdə bəĢəri inkiĢafın ən əlamətdar anlarından birini yaĢayıram. Bu
anı mən həm müstəqilliyə qovuĢan Azərbaycan Respublikasının prezidenti, həm də 60-cı - 70-
ci illərdə baĢ verənləri anlamağa çalıĢan və həqiqət axtarıĢı yolunu seçənlərin sırasından olan
bir Ģəxs kimi yaĢayıram.
Çox vaxt deyirlər ki, tarix dahi dramaturqdur, öncədən onun əsərinin sonunu görmək olmaz.
Mən bu fikri qəbul edə bilmirəm, çünki biz öz hərəkətlərimizlə onun gediĢini müəyyən edirik.
Biz yaĢadığımız dünyanı özümüz yaradırıq. Bugünümüz də məhz "soyuq müharibə" dövrü
içərisində formalaĢan anlama, dərketmə prosesinin yekunu, müəyyən nəticəsidir. Bu nəticə
yeni yola qədəm qoymağa imkan verir. Bütün dünyanın seçdiyi bu yeni yolun isə yeganə
ümumi amili vardır ki, bu da Ġnsandır.
70-ci illərin ortaları ilə müqayisədə dünyanın dəyiĢdiyini söyləmək heç nəyi söyləməmək
deməkdir. Zənnimcə, baĢ verənləri tam Ģəkildə dərk etməyimiz üçün bir qədər də vaxt
keçməlidir. Totalitar rejim artıq tarixi keçmiĢə qərq olaraq, özündən sonra 70 illik əsarət və
milli mənliyin tapdalanması nəticəsində mətinləĢən, artıq bir dəfə itirilmiĢ dövlətçiliyinin
bərpası arzusu ilə müstəqil inkiĢaf yoluna can atan xalqlar qoymuĢdur. Dövlət yaradıcılığının
keçməkeĢli yollarında bu xalqlar bir çox çətinliklər və problemlərlə rastlaĢırlar ki, onların da
həlli əzab və əziyyətsiz olmur. Lakin bundan qorxmaq lazım deyil. Bu əzablı yol keçildikdən
sonra ümumdünya ailəsinə daxil olan bu yeni xalqlar onun vahidliyini öz rəngarəngliyi ilə
tamamlayacaq.
Müasir bəĢəri inkiĢafı xarakterizə edən iki əsas amilin - inteqrasiya və milli özünüdərketmə
meylinin artması bir-biri ilə sıx əlaqədardır. Ġlk baxımdan bunlar bir-birinə ziddir, lakin bu,
ötəri nöqteyi-nəzərdir. BəĢəriyyət ümumi dəyərləri bölüĢdürən xalqların və dövlətlərin həqiqi
inteqrasiyası yoluna yenicə qədəm qoymağa baĢlamıĢdır. Məhz bu baxımdan həmin prosesin
kamil nümunəsini mən ATƏM-də görürəm. Ümumavropa məkanını yaradarkən, daha dəqiq
desək, yaratmağa çalıĢarkən biz etiraf etməliyik ki, bu çətin proses onun bütün iĢtirakçılarının
ümumi qanun-qaydalara əməl etməməsi halında uğursuzluqla nəticələnəcək.
Dövlətin milli maraqları və təhlükəsizliyi onun daxili və xarici inkiĢafının uğurları və əmin-
amanlığı ilə Ģərtlənir. Lakin bu gün milli təhlükəsizlik haqqında regional və beynəlxalq
təhlükəsizlikdən ayrılıqda danıĢmaq olmur - bunlar qarĢılıqlı vəhdətdədir; ümumi prinsiplərə
arxalanan xarici aləmlə əməkdaĢlıq etmədən islahatların keçirilməsində müvəffəqiyyət
qazanmaq mümkün deyil.
KeçmiĢ Sovet Ġttifaqı ərazisində yaranan digər müstəqil dövlətlər kimi Azərbaycan da ATƏM-ə
daxil olduqdan etibarən özünü ümumavropa prosesinin tamhüquqlu üzvü hesab edir. Mən
Azərbaycanın bu gün də mövcud olan bütün çətinliklərinə baxmayaraq Avropada adi silahlı
qüvvələr haqqında Müqavilənin həyata keçirilməsi məqsədilə aparılan danıĢıqlarda ilk
anlardan tutduğu konstruktiv mövqeyini nəzərdə tuturam. Ümumavropa təhlükəsizliyi
sisteminin üzvü kimi bizim dövlət ümumi təhlükəsizliyin əhəmiyyətini dərk edərək tərksilah
yolunda yeni birgə təkliflərə tərəfdar çıxacaq.
Biz həmçinin inam və təhlükəsizlik anlayıĢlarına xüsusi əhəmiyyət veririk. Lakin bizə elə gəlir
ki, keçmiĢ məfhumlara əsaslanaraq, yəni "düĢmən" xofundan qurtulmayıb yeni sistemə daxil
olmaq qeyri-mümkündür.
ATƏM iĢtirakçıları olan dövlətlərin müxtəlif start Ģəraiti və beynəlxalq davranıĢın qəbul olunan
normalarını pozan müəyyən qüvvələrin siyasi mövqeyi həmin prosesi daha da
mürəkkəbləĢdirir. "Soyuq müharibə"nin sonunu bayram edən Avropa qarĢısında yeni
təhlükələr, yeni partlayıĢlar durur. Avropa xəritəsində təxminən 70-ə qədər belə qaynar və
yaxud potensial qaynar nöqtə saymaq olar ki, onların qızıĢdırılması sosial-iqtisadi narazılıq
mühitində yaxĢı hazırlanmıĢ ssenari əsasında baĢ verir. Bu təhlükəli meyl beynəlxalq
qaydaların və prinsiplərin pozulmasına, bir-birinin mənafelərinin sıxıĢdırılmasına gətirib çıxara
bilər ki, həmin vəziyyət heç də mövcud olan problemlərin həllinə, sülhün və əmin-amanlığın
bərqərar olmasına yardım etmir.
Elə düĢünürəm ki, ATƏM öz prinsiplərini müdafiə edərək daha qəti mövqe tutmalıdır. Bununla
əlaqədar bəzi irəliləyiĢləri qeyd etmək olar. ATƏM-in gələcək inkiĢafı mütləq onun
strukturlarının gücləndirilməsi və möhkəmləndirilməsi yolu ilə getməlidir ki, bu da ona
Vankuverdən Vladivostokadək yerləĢən ərazilərdə olan əmin-amanlıq və sabitliyi saxlamağa
kömək etməklə yanaĢı, bu sabitliyə qarĢı təhlükə yaranan zaman onu dəf etməyə kömək
göstərərdi.
Azərbaycan Avropada əmin-amanlığa qarĢı əsas təhlükə daĢıyan münaqiĢələrin həll edilməsi
və əvvəlcədən aradan qaldırılması mexanizminin yaradılmasına xüsusi əhəmiyyət verir.
ATƏM-in struktur və mexanizmləri gərginlik nöqtələrinə çevik Ģəkildə diqqət yetirərək onların
yaranma səbəblərini araĢdırıb müntəzəm Ģəkildə bu məsələlərin həlli yolunda olan bütün
maneələri aradan qaldırmalıdır.
Bu gün Azərbaycan rəhbərliyi yaranan Ģəraiti real qiymətləndirərək inkiĢaf etmiĢ bazar
iqtisadiyyatına malik demokratik, hüquqi dövlətin qurulmasına yönəldilmiĢ islahatların həyata
keçirilməsi yolunda bütün qüvvələrini səfərbər edir. Azərbaycan özünün tarixi ənənələri,
coğrafi mövqeyi, iqtisadi potensialı, qarıĢıq ġərq-Qərb mentaliteti hesabına öz inkiĢafında
sıçrayıĢa nail ola bilər.
Biz ATƏM-də iĢtirakımızdan çox Ģey gözləyərək qarĢılıqlı fayda əsasında bütün maraqlanan
dövlətlərlə ikitərəfli və ya çoxtərəfli əlaqələr çərçivəsində əməkdaĢlıq etməyə hazırıq.
ÇıxıĢımın əvvəlində mən əsas amilin Ġnsan olduğunu qeyd etmiĢdim. Bu prinsipə biz daxili
siyasətmizdə sözsüz riayət edirik. Azərbaycan cəmiyyətdə siyasi hüquqlar və azadlıqlar, bütün
vətəndaĢların qanun qarĢısında bərabərliyi, qanunun aliliyi və çoxpartiyalılıq prinsiplərini
özündə cəmləĢdirən 1918-1920-ci illərin hüquqi ənənələrini bərpa edəcək.
Azərbaycanın demokratik inkiĢaf yolunu seçməkdə Azərbaycan Xalq Cəbhəsinin böyük rolu
olmuĢdur. Azərbaycanda yaranmıĢ indiki siyasi vəziyyət AXC-nin rəhbərliyi altında aĢağıdan
baĢ vermiĢ inqilabi prosesin nəticəsidir. KeçmiĢ Sovetlər Birliyində bu inqilab ən dərin
proseslərdən biri idi.
Lakin nəinki islahatların, ümumiyyətlə, demokratik Azərbaycanın gələcəyi təhlükə altındadır.
Mən bütün dünya ictimaiyyətinin dərin narahatlığına səbəb olan erməni-Azərbaycan
münaqiĢəsini nəzərdə tuturam. 1988-ci ildə Azərbaycanın suverenliyinin kobud Ģəkildə
pozulmasından baĢlanan münaqiĢə bu gün bizim respublikanın ərazisinin bölünməsinə
yönəldilən açıq həmləyə çevrilmiĢdir. Minlərlə adamın ölümü, yüz minlərlə qaçqın, iqtisadi
itkilər və dağıntılar - budur "ermənilərin öz müqəddəratını təyin etmək mübarizəsi" adı altında
Azərbaycana qarĢı müharibə aparan qonĢu Ermənistan Respublikasının torpaq iddialarının
faciəli nəticələri. "Milli müqəddəratı təyin etmək" nəzəriyyəsinin dərinliklərinə varmadan onu
qeyd etməyi lazım bilirəm ki, bu məfhum həmin məsələyə aid edilə bilməz və bu məfhum
yalnız ATƏM prinsiplərini kobud Ģəkildə pozan qonĢu dövlətin əsl məqsədlərini gizlətmək üçün
iĢlədilir. Bizim mövqeyimiz suverenlik prinsiplərinə əməl edilməsi, ərazi bütövlüyü və
sərhədlərin toxunulmazlığı, insan və iki dövlətin ərazisində yaĢayan milli azlıqların, o
cümlədən Azərbaycanda hal-hazırda da yaĢayan ermənilərin və Ermənistandan son nəfərədək
qovulmuĢ azərbaycanlıların hüquqlarının təmin olunması prinsiplərinə sözsüz riayət
edilməsidir.
Ġki dövlət ərazisində yaĢayan milli azlıqlar hazırda təhlükəsizliyin təminatı, gələcəkdə isə
əməkdaĢlıq yaradılmasının vasitəçiləri rolunu oynaya bilərlər. MünaqiĢənin yükü heç vaxt
Ermənistana müstəqil dövlət olmağa imkan verməyəcək. MünaqiĢə bizim əlaqələrimizi
pozaraq gələcəkdə regional vəziyyətin mürəkkəbləĢməsinə gətirib çıxaracaq. Bu münaqiĢə
dayandırılmalı, düyün açılmalıdır. Yalnız bu Ģəraitdə Ermənistan və Azərbaycan elan etdikləri
müstəqilliyə və demokratiyaya nail olub öz xalqlarını əmin-amanlığa çıxara biləcəklər.
Məhz bu baxımdan Azərbaycanın demokratik rəhbərliyi münaqiĢəni ATƏM çərçivəsində dinc
yolla həll etməyi tam surətdə qəbul edərək danıĢıqların gediĢində konstruktiv mövqedən çıxıĢ
edir. Lakin təəssüflər olsun ki, digər tərəf haqqında bunları söyləmək qeyri-mümkündür.
Helsinkidə bu toplantı gedən zaman Ermənistan Ali Sovetinin Dağlıq Qarabağın Azərbaycanın
tərkib hissəsi olduğunu təsdiq edən heç bir sənədə qol çəkməmək haqqındakı qərarı onların
bu mövqeyinə sübutdur. Görünür, Ermənistanın Azərbaycana qarĢı həmləsi nəticəsində
yaranan düyünün açılması üçün ATƏM-in daha konkret addımlar atması məqsədəuyğun
hesab edilməlidir. Azərbaycanın Ermənistan tərəfindən iĢğal olunmuĢ torpaqlarını azad etmək
və Minskə gedən yolları təmizləmək vacib zərurətdir. Azərbaycan tərəfi ATƏM-in qəbul
edəcəyi bütün qərarların yerinə yetirilməsinə təminat verir.
Fürsətdən istifadə edib Ġtaliya Respublikasına və onun prezidentinə münaqiĢənin dinc həlli
yolundakı səylərinə görə minnətdarlığımı bildirmək istəyirəm.
Bir daha qeyd etmək istəyirəm ki, milli azlıqlar, Azərbaycan və Ermənistan arasında digər
ikitərəfli əlaqələrə aid məsələlər həmlə və ərazi iĢğalı, Azərbaycan ərazisinin dərinliklərinə
münaqiĢənin geniĢləndirilməsi Ģəraitində həll edilə bilməz.
Dinc həlletmə yolları çətin olmasına baxmayaraq ATƏM-in prinsipləri kimi onun da alternativi
yoxdur.
Ümidvaram ki, biz bu münaqiĢəni həll edə biləcəyik və o vaxt "Zaqafqaziya" sözü artıq
təhlükə, əzab və ağrı rəmzi kimi səslənməyəcək. Bu səfalı oba sülh regionu və Avropa
sabitliyi yeri ola bilər və inanıram ki, olacaq.
Zaqafqaziya öz qonaqpərvərliyi ilə məĢhurdur. Lakin burada - Helsinkidə mən bizə layiqli
rəqibin meydana çıxdığının Ģahidi oldum. Mən bu ecazkar ölkəyə və onun mehriban xalqına
minnətdaram. Bu görüĢün səmimiyyətini mən daim qəlbimdə saxlayacağam.
Diqqətinizə görə təĢəkkür edirəm!".
Doğma dilini dünya məclislərinin ünsiyyət vasitəsinə çevirməyə çalıĢması Bəyin prezidentliyi
dövrünün ən Ģərəfli səhifələrindən biri olaraq qalacaq! Sonralar - 23 avqustda Bəy
Azərbaycan televiziyasında öz vətəndaĢına bunları söyləyəcəkdi:
"...Belə böyük beynəlxalq
təĢkilatda, beynəlxalq cəmiyyətdə Azərbaycan dilində ilk dəfə danıĢılmıĢdır. [...] Helsinkidə
türk dilində (bu çıxıĢ edilən vaxt "türk dili" dövlət dilinin adı olaraq hələ rəsmən qəbul
edilməmiĢdi - Ə.T.) ilk dəfə Azərbaycan nümayəndəsi çıxıĢ etmiĢdir. Bu, böyük irəliləyiĢdir,
Azərbaycan dilini yüksəkliyə qaldırmaqdır. Həmin çıxıĢdan sonra Türkiyənin dövlət xadimləri
mənə yaxınlaĢıb dedilər ki, bəli, Azərbaycan dili böyük kürsüdən ləyaqətlə ucaldı. KaĢ o gün
olaydı ki, bizim də baĢçılarımız burada öz ana dilində danıĢsınlar. Ġlk dəfə olaraq biz həmin
təĢkilata məktub yazdıq, ALTI DÖVLƏT QOL ÇƏKĠB XAHĠġ ETDĠ ki, Azərbaycan dili, türk dili
bu təĢkilatın iĢlək dilinə çevrilsin".
Xatırladım ki, bəzi opponentləri (məsələn, Etibar Məmmədov) Elçibəyin Helsinkidə ana
dilimizdə danıĢmasına irad tutmuĢdular ki, prezident düz etməyib - bu dil ATƏM-in rəsmi dili
deyil. Əslində həm də onlara cavab olaraq Bəy bildirdi:
"Sentyabrın 23-də BirləĢmiĢ Millətlər
TəĢkilatının sessiyası açılacaqdır, [...] Azərbaycan dövlət baĢçısı orada ilk dəfə çıxıĢ edəcəkdir
və Ģəksiz ki, orada da mən YENƏ ÖZ DĠLĠMĠZDƏ danıĢacağam. ÇALIġACAĞAM KĠ, ingilis dili,
ispan dili, rus dili, ərəb dili BMT-də iĢlək dillər olduğu kimi, 200 MĠLYONLUQ TÜRK
XALQLARININ DANIġDIĞI TÜRK DĠLĠ DƏ BMT-nin ĠġLƏK DĠLĠNƏ ÇEVRĠLSĠN".
ġəxsən mənim fikrimcə, Bəyin ana dilini bu cür cəsarətlə təbliğ etməyə baĢlaması
Azərbaycançün, onun ATƏM-in Yekun sənədini imzalamasından heç də az önəmli deyildi - bu,
Azərbaycanın gerçəkdən də milli əsarət buxovlarını heç nədən və heç kimdən çəkinməyərək
qırdığını göstərən çox mühüm mənəvi-psixoloji amildi. Vücudunun ən kiçik hüceyrələrinə də
milli duyğular hopmuĢ Bəyin ana dilini milli qeyrətin göstəricisi kimi dövlət səviyyəsində
qoruması bu dilin ölkənin bütün idarə və müəssisələrində görünməmiĢ sürətlə tətbiqinə səbəb
oldu. Artıq rusdilli soydaĢlarımız da ana dilini öyrənməyin qaçılmazlığını anlayaraq müəllim
tutur, ya da açılmıĢ çoxsaylı dil kurslarında dövlət dilinə (eləcə də latın əlifbasına)
yiyələnirdilər. Prezidentin və onun komandasının Ģəxsi nümunəsi ən kiçik məmuru da bu dilə
hörmətlə yanaĢmağa vadar edirdi. Ölkənin paytaxtından tutmuĢ heç bir iri Ģəhərlərinin
küçələrində baĢqa dildə reklamlara, danıĢığa, dövlət idarələrində baĢqa dildə yazıĢmalara rast
gəlmək mümkün deyildi - bu hal müstəqilliyimizin təhqir edilməsi kimi dəyərləndirilirdi.
(Aradan neçə illər keçəndən sonra müstəqil Azərbaycanda rus dilinin 1970-80-ci illərdə
olduğu kimi yenidən bərpa ediləcəyi onda kimin ağlına gələ bilərdi?!.).
Onu da göstərim ki, bundan öncə Türkiyədə olduğu kimi Helsinkidə də Əbülfəz Elçibəyə
demokrat bir prezident kimi hamı, eləcə də ABġ prezidenti Corc BuĢ dərin sayğıyla yanaĢırdı.
Bunu Bəyin cangüdəni Ġlqar Qədirquluyevin mənə söylədikləri də təsdiqləyir:
"ABġ prezidenti Corc BuĢun Əbülfəz bəyə münasibəti çox yaxĢıydı, çünki onu əsl demokratik
yolla seçilmiĢ prezident (bu sözü Qafqazın baĢqa prezidentləri haqqında demək çətindi) və əsl
demokrat, sözünün ağası olan nəcib bir insan kimi tanıyırdı. ATƏM-in zirvə toplantısı keçirilən
zala biz mühafizəçiləri buraxmasalar da mən gördüm ki, zala daxil olanda BuĢ Bəyin qoluna
girərək onunla söhbət etməyə baĢladı.
Bir çoxları demokrat kimi görünməkçün Elçibəyin yanında olmağa, onunla söhbətləĢməyə və
bununla baĢqalarının diqqətini cəlb etməyə çalıĢırdı. Onlardan biri də Özbəkistan prezidenti
Ġslam Kərimovdu. Sammitin sonunda bütün prezidentlər və baĢqa dövlət baĢçıları birgə xatirə
Ģəkli çəkdirəndə Kərimov çox çalıĢdı ki, məhz Elçibəylə yanbayan dayansın, ancaq Bəy israrla
bu "qonĢuluq"dan qaçırdı. Bu zaman Norveçin baĢ naziri xanım Qro Harlem Brundtlandı Allah
sanki göydən zənbillə saldı - yaxınlaĢıb Bəylə görüĢdü, bundan sonra Bəy onu yanında saxladı
və Ģəkil çəkiləndə də məhz onunla yanaĢı düĢdü".
Helsinki səfəriylə bağlı baĢqa bir maraqlı faktı da xatırlatmağa ehtiyac duyuram. Bəy istəyirdi
ki, Helsinkidə təsdiqləyəcəyi sənədlərə müstəqil Azərbaycanın ÖZ gerbi əks olunmuĢ dövlət
möhürü basılsın. Bu məqsədlə o, Milli Məclisdən milli gerbimizin qəbulunu sürətləndirməyi
xahiĢ etmiĢdi. 23 iyundan (Bəyin andiçməsindən bir həftə sonra) parlament bu məsələnin
müzakirəsinə baĢladı. 7 iyul günü Milli Məclisdə növbəti müzakirədə bu məsələnin müsbət həll
ediləcəyinə umud bəsləyən prezident hətta səfərini bir neçə saat təxirə də salmıĢdı, ancaq,
çox təəssüf ki, deputatların böyük əksəriyyəti problemə dövlət mənafeyi baxımından yanaĢa
bilmədiyinə görə Helsinki sənədləri də Azərbaycanın Sovet dövrü möhürüylə təsdiqlənməli
oldu...
../../images/Arxiv/1992_0708_Helsinki02.JPG
Finlandiyanın prezidenti Mauno Koyvisto ilə
Bəyin görüĢü (8 iyul), burada aparılan danıĢıqlar Azərbaycan - Finlandiya əməkdaĢlığının
inkiĢafında ilk ciddi addımlardı.
Bu ölkədə Azərbaycan prezidentinin imzaladığı (10 iyul) ikinci mühüm sənəd Avropada adi
silahların məhdudlaĢdırılması haqqında müqavilədir. Bu sənədin müharibəyə qatılmıĢ
Azərbaycançün mühüm əhəmiyyəti vardı.
11 iyulda Helsinkidən Vətənə dönən Bəy yolüstü yenə Sankt-Peterburqa düĢməli oldu. Onu
Ģəhərin meri Anatoli Sobçak ehtiramla qarĢıladı. Elə həmin gün də Azərbaycan rəhbəri Bakıya
qayıtdı.
Ali məktəblərə qəbul imtahanlarını rüĢvətdən təmizlənmiĢ görməyi neçə illər boyunca
arzulamıĢ keçmiĢ universitet müəllimi hakimiyyətə gələn kimi bu sosial bəlanın kökünü
kəsməyin çarəsini axtardı və tapdı. O, test üsulunun bu yaraya məlhəm olacağına inanaraq
onun tətbiqinə hər cür Ģərait yaratdı. Türkiyənin ali məktəblərində oxumaq istəyənlərin (1125
nəfər) 19 iyulda testlə imtahan verərək tələbə adını qazanması testin ilk ciddi və uğurlu sınağı
oldu.
Dostları ilə paylaş: |