ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   2   3   4   5   6   7   8   9   ...   37
elcibey11-Prezident Elçibəy


ARTIRMA 
"O  zaman  rəhmətlik  Turqut  Özalla  söhbət  etdik,  mənə  söz  verdi  ki,  Türkiyə  hər  il 
Azərbaycandan 2 min tələbə götürəcək və onların bütün təhsil xərclərini ödəyəcək. Əgər biz 
beĢ  il  hakimiyyətdə  qalsaydıq  bu,  10  min  tələbə  edəcəkdi.  Ancaq  bizdən  sonra  bunun 
üstündə  durmadılar,  hər  Ģey  pozuldu,  yarımçıq  qaldı.  Bizdən  sonrakıların  siyasətinin  ən 
mənfur  cəhətləridən  birisi  o  oldu  ki,  özümüzdə  neyləmiĢdi  cəhənnəmə,  gərək  Türkiyənin 

yaratdığı  Ģəraiti  dağıtmayaydı;  həmin  həqiqətən  qardaĢlıq  yardımından  istifadə  etməklə 
gələcək çatıĢmazlıqları aradan götürməkdən ötrü böyük kadr potensialı, kadr ehtiyatı yarada 
bilərdik. Bu da xəyanətin bir üzüdür". 
(
Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən.
 - "Elçibəylə 
13 saat üz-üzə", Bakı, 1999, s.90).  
Artıq 21 iyulda prezident Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını yaratdı. Qərara alındı ki, 
1992-ci ilin Azərbaycan üzrə tələbə qəbulu hökmən testlə keçirilsin. Prezident Aparatında 11 
iyuldakı  müĢavirənin  baĢlıca  mövzusu  bu  məsələ  oldu.  Bildirildi  ki,  imtahanlarçün  sənədlər 
iyulun son günlərindən götürüləcək, dərslərsə 1 oktyabrda baĢlayacaq. 
Ölkənin  demokratik  inkiĢafını  təmin  etməkçün  prezident  hakimiyyətlər  bölgüsünü 
formalaĢdırmağı  zəruri  sayırdı.  Ġcraedici  orqan  keçid  dövrünün  baĢlıca  ağırlıqlarını  öz 
çiyinlərinə götürmüĢdü. Ali Sovet (Milli Məclis) tam müstəqil Ģəkildə qanunvericiliklə məĢğul 
olur, Ali Məhkəmə də müstəqil Ģəkildə - icraedici və qanunverici orqanların heç bir müdaxiləsi 
olmadan  məhkəmə  sisteminin  müstəqilliyini  nümayiĢ  etdirirdi.  Təbii  ki,  bu  amil  ölkədə 
ədalətin və güclü hakimiyyətin yaradılmasında müstəsna əhəmiyyətə malikdi.  
Yeni  dövlət  quruculuğu, hakimiyyət  bölgüsü  haqqında  prezident  belə  düĢünürdü: 
"Bilirsiniz, 
bir var ki, gəlib boĢ yerdə dövlət qurasan - o, çox asandır, bir də var ki, dövlət xarabalarını 
dağıdıb yerində yeni dövlət yaradasan - o, çox çətindir, çünki köhnəni dağıtmalısan; elə yerlər 
var ki, betonlaĢmıĢ, sementləĢmiĢdir, onu asanlıqla dağıtmaq olmur. Biz nədən baĢladıq? 
 
Birinci, çalıĢdıq ki, yuxarı - parlament demokratik olsun. Bunu Ġsa bəyə tapĢırdıq. Xalq gözəl 
görürdü  ki,  bütün  müzakirələrin  hamısı  televiziyada  göstərilir.  Bizim  parlamentə  qədər 
gediĢatın hamısının xalqa çatdırıldığı parlament olmayıb...
 
Bəli, parlamentimiz tam demokratikdi. Orada xalqa əməlli-baĢlı demokratiya dərsi keçilirdi.
 
Ġkincisi, icraedici orqanlarda qayda yaratmağa giriĢdik. Hər Ģeydən öncə Prezident Aparatını 
demokratikləĢdirməyə  baĢladıq.  Bura  gələn  adamın  heç  birini  geri  qaytarmırdıq  -  kim  olur-
olsun,  nə  deyir-desin.  Məktub  göndərənlər  cavab  alırdılar.  ġikayətçiləri  yüksək  vəzifəli 
səlahiyyətli  Ģəxslər  dinləyirdi,  yalnız  prezidentin  yanına  getməyə  israr  edənləri  özüm  qəbul 
edirdim. 
 
Biz orada iĢləyənlərə öyrətdik ki, xalqla həssas davranacaqsınız, qapılarımız heç zaman xalqın 
üzünə bağlanmayacaq. Beləliklə, aparat baĢladı xalqla yaxın ünsiyyətdə iĢləməyə.
 
Mən prezidentdim. Xalqın narahatlığını duyanda kabinetimdə rahat otura bilmirdim. Çox vaxt 
eĢidirdim ki, qıĢqırırlar: "Elçibəy", "Elçibəy". Məni görmək istəyirlər. RazılaĢıram ki, yaxĢı, 100 
nəfərsiniz,  5  nəfər  gəlsin,  görüĢək.  Deyirlər  ki,  yox,  yüzümüz  də  gələcəyik,  çıx,  bizim 
qarĢımızda danıĢ (öz aramızdır, bizə əməlli-baĢlı ərk edirdilər). Mən də onlarla görüĢürdüm. 
Çox vaxt belə olurdu. 
 
Daha  sonra  baĢladıq  idarəetmə  orqanlarını  qaydaya  salmağa.  Bir  çox  zəruri  komitələr, 
Ģirkətlər  yaratdıq,  bəzi  gərəksiz  qurumları  da  ixtisar  etdik.  Məsələn,  Kənd  Təsərrüfatı  və 
Ərzaq Nazirliyi sistemində 60-dan çox institut vardı. Çoxunu rüĢvətçün düzəldiblər ki, yeyib-
dağıtsınlar. Bunları seçmək, tələbata uyğun hala salmaq özü bir ciddi problemdi! 
 
Dövlət  aparatında  diktatura  sistemini  dağıtmaqçün  müəssisələrə,  onların  rəhbərlərinə 
sərbəstlik  vermək  lazımdı.  Biz  məhz  bu  yolu  tutduq.  Hər  müəssisənin  öz  əsasnaməsini 
hazırladıb, yaxud yenidən iĢlədib ona uyğun iĢləməyi tələb edirdik. çalıĢırdıq ki, müəssisələr 
böyük piramidanın içində qalıb çabalamasın. 
 

Biz  hakimiyyətin  3  yerə  bölünməsini  gerçəkləĢdirməyə  çalıĢırdıq.  Bunun  artıq  ciddi  özülü 
qoyulmuĢdu. Prezident Aparatı müstəqilləĢirdi, bunu hamı görürdü. Milli Məclis də müstəqildi. 
Prezident Aparatından, məsələn, hər hansı bir sənəd gəlir, parlament qəbul eləmir, qaytarır 
üstümüzə. Biz təzədən iĢləyirik, bir də qaytarırıq ora. Parlamentdə prezident tənqid edilirdi, 
buna heç kim bir söz demirdi. Bir çox hallarda prezident oraya birbaĢa mübahisəyə gedirdi... 
Üçüncüsü,  məhkəmə  hakimiyyəti  -  o  da  müstəqil  olacaqdı.  Tahir  Kərimlini  Ali  Məhkəmənin 
sədri qoymuĢduq. Desin görək ya Prezident Aparatından, ya da Milli Məclisdən olan təzyiqlə 
nə  vaxt  bir  hökm  çıxarıb.  Əksinə,  məhkəmələr,  bizim  orqanların  iĢdən  kənarlaĢdırdığı 
adamları iĢə bərpa etməklə məĢğuldu"
. (
Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 
13 saat üz-üzə", Bakı, 1999, s.32-33
).  
Dövlətin  geridönməz  müstəqilliyinin  təmin  edilməsini  Ģərtləndirən  baĢqa  amillər  içərisində 
yeni  dövlət  institutlarının  yaradılması,  əlbəttə,  ən  zəruri  məsələlərdəndi.  Bu  sahədə  ağırlıq 
mərkəzi Ģəxsən prezidentin öz üzərinə düĢürdü. Bəyin fərmanlarıyla qısa zaman içərisində bir 
çox  mühüm  dövlət  qurumları  yaradıldı;  məsələn:  Azərbaycan  Dövlət  Balıqçılıq  Təsərrüfatı 
Konserni (7 iyul), Milli Ləl-Cəvahirat Fondu (16 iyul), Azərbaycan Dövlət Torpaq Komitəsi, AR-
nın prezidenti yanında Xüsusi Ġdarə (17 iyul 1992). 
Elçibəy  hakimiyyətinin  ayağı  sayalı  oldu  -  hər  sahədə  olduğu  kimi  idmanda  da  dalbadal 
ürəkaçan  xəbərlər  gəlməyə  baĢladı.  Məsələn,  Duysburq  Ģəhərində  18  yaĢlı  qızlar  arasında 
Ģahmat üzrə dünya çempionatında dünya çempionu olmuĢ (15 iyul) Gəncə məktəblisi Ġlhamə 
Qədimovadan sonra 10 yaĢlı Qax yetiĢdirməsi Pərvanə Ġsmayılova da dünya çempionu adını 
qazandı  (16  iyul).  Prezident  onları  və  beynəlxalq  yarıĢlarda  fərqlənmiĢ  baĢqa  idmançıları 
qəbul  edərək  (20  iyul)  onlara  uğur  dilədi  və  milli  idmanımızın  da  inkiĢafına  yardım 
göstərəcəyini bildirdi.  
Bəy  xarici  dövlətlərlə  iqtisadi  əməkdaĢlığın  geniĢləndirilməsini,  ölkəmizə  xarici  yatırımların 
cəlb edilməsini iqtisadi yüksəliĢimizin stimulu saydığına görə bu sahəyə xüsusi diqqət yetirirdi. 
22  iyulda  Ġtaliyanın  "Teknimont"  firmasıyla  Sumqayıtın  "Sintezkauçuk"  Ġstehsalat  Birliyi 
arasında  150  milyon  dollarlıq  saziĢin  bağlanması  ölkə  rəhbərliyinin  belə  təĢəbbüsləri 
həvəsləndirməsinin nəticəsiydi. 
ĠLK DEVRĠLĠġ CƏHDĠ 
Elçibəy  hakimiyyəti  hələ  rüĢeym  halındaykən  onu  devirmək  təĢəbbüsündə  bulunuldu.  Fazil 
Qəzənfəroğlunun  fikrincə,  bu  təĢəbbüsün  arxasında  Ayaz  Mütəllibov,  Rəhim  Qazıyev, 
seçkilərdə Elçibəyə rəqib olmuĢ Nizami Süleymanov kimi adamlar dayanırdı. 
"Ordudakı bütün 
ruspərəst  zabitlərə  çevriliĢ  günü  bildirilmiĢ,  özəl  fitnəkarlıq  dəstələri  hazır  hala  gətirilmiĢdi. 
Rus  KQB-sində  hazırlanan  plana  görə,  xalq  kütlələrinin  ayağa  qalxdığı,  gerçəkdə  seçkini 
udanın  Nizami  Süleymanov  olduğunu  iddia  etdikləri  və  əsgərlərin  də  onları  dəstəklədiyi 
tərzində bir səhnə yaradılacaqdı. Hətta dəniz qüvvətlərinə aid bir neçə rus gəmisi də hərəkətə 
hazır duruma gətirilmiĢdi. Həyatakeçirmə tarixi 1992 ĠYULUNUN 10-u ĠLƏ 20-si ARASI olaraq 
təsdiqlənmiĢdi.  Çox  sərt  müqavimət  görəcəkləri  haqqında  xəbərdarlıq  aldıqları  üçün 
Ģəbəkənin  risq  etməyə  gücü  yetməyən  üzvləri  bu  iĢdən  çəkildilər" 
(Fazil  Qəzənfəroğlu. 
"Əbülfəz Elçibəy. Tarixdən gələcəyə". Ġstanbul, 1995, 210-uncu səh.).  
Tarix  boyunca  ruslar  Bakını  həmiĢə  dənizdən  etdikləri  hücum  sayəsində  iĢğal  ediblər  və 
Azərbaycanın güclü döyüĢ gəmilərinin olmaması məğlubiyyətimizlə nəticələnib. Ola bilsin ki, 
məhz bu amili nəzərə alan Bəy milli donanmamızın yaradılmasına xüsusi önəm verirdi. Özü 
bu haqda deyir:  

"
-…Mən  donanma  məsələsində  də  güzəĢtsiz  mövqe  tutdum.  Dəniz  donanması  hərbi  dəniz 
donanması və mülki dəniz donanmasından ibarətdir. Mülki dəniz donanmasında katerləri də 
nəzərə almaqla 300-dən yuxarı dəniz nəqliyyat, yaxud yük vasitəsi vardı. O saat əlimi onların 
hamısının  üstünə  qoydum.  Elə  gəmi  vardı  gedib  qalmıĢdı  Murmanskda.  Bəli,  Azərbaycan 
gəmisi qalıb orada, axtaran da yoxdu. Biri Qara dənizdə ticarət edir - heç gəlməyib, biri qalıb 
Baltik dənizində. 
 
Bütün  bu  gəmiləri,  katerləri  və  b.  çəkdik  gətirdik  Azərbaycana,  saldıq  dəftərə,  verdik 
Azərbaycan Nazirlər Kabinetinin nəzarətinə ki, bunlardan mülki məqsədlərlə istifadə olunsun. 
 
Bundan  sonra  baĢladıq  hərbi  dəniz  donanmasına.  Buradakı  bütün  dəniz  donanmasında  75 
gəmi  vardı  -  Sovet  hökumətindən  qalma  gəmi.  Biz  də  bundan  payımızı  almalıydıq.  Bunun 
uğrunda  mübarizəyə  giriĢdik.  Mən  dedim  ki,  bizə  həmin  gəmilərin  yarısı  qalacaq.  Ruslar 
gördülər  ki,  vəziyyət  xarabdır,  dedilər  ki,  onda  bəs  Qazaxıstanla  Türkmənistanın  payı  necə 
olsun?  FikirləĢdim  ki,  75-i  bölsək  təqribən  45-ini  onlar  götürəcək,  30-unu  bizə  verəcəklər. 
Ancaq 15-i bizə, 15-i Qazaxıstana, 15-i də Türkmənistana verilsə, deməli, türk dövlətlərinə 45 
gəmi  düĢəcək,  onlarda  30  əvəzinə  45  gəmi  olacaq.  Məhz  türk  dövlətlərinin  xeyrinə  olaraq 
beləcə razılaĢdıq. Mən bilsəydim ki, obirilər ala bilməyəcək, heç razılıq verməzdim. Nəysə, biz 
15 əvəzinə 17 gəmi aldıq. Gedib saysınlar, bu saat 17 hərb gəmimiz dənizdədir.
 
-Yararlıdırlarmı?
 
-Tamam  yararlıdır.  Ġçində  nasazları  vardı,  seçib  tam  yararlıları  götürdük,  yararsızlar  qaldı 
onların özündə - dedik ki, onsuz da, sizdə çoxdur. 
 
Gəmiləri alandan sonra mən göstəriĢ verdim ki, rus gəmiləri Azərbaycandan çıxmalıdır, Bakı 
buxtasında  qalmamalıdır.  Bunlar  dava-dalaĢ  salmaq  istədilər.  Dedim  ki, istəyirsiniz  qalanları 
da tutum əlinizdən alım? Mənim bu məsələlərdə sərt prezident kimi davranmağım, görünür, 
sərt hərəkatçı olmağımdan irəli gəlirdi. Əslində Ģərait də sərtlik və kəskinlik yeritməyi tələb 
edirdi  -  indi  kim  necə  düĢünür-düĢünsün.  Onlar  da  elə  bundan  çəkinirdilər  ki,  Əbülfəz 
prezidentdən  çox  inqilabçıdır.  Deyirdim  elə  eləməyin  ki, xalqı  ayağa  qaldırım.  Bax, o xalqın 
gücündən qorxmuĢdular - mənim gücüm bundaydı. BaĢqa prezident belə deyə bilməzdi.
 
-Çox  qəribədir,  Bəy.  Azərbaycanın  da,  Rusiyanın  da  mətbuatında  dünən  də,  elə  bu  gün  də 
Sizin qətiyyətsiz prezident obrazınızı yaratmaq istəyirlər. Ancaq bu danıĢdıqlarınız qətiyyətsiz 
adam obrazıyla heç cür uyuĢmur. 
 
-Bir  Ģeyi  baĢa  düĢmürəm  -  qətiyyətsizdimsə  Ġran  da,  Rusiya  da  niyə  mənə  müharibə  elan 
edir? Qətiyyətsiz adamla onların nə iĢi var? Fağır adamdımsa o böyüklükdə dövlətlər üstümə 
niyə gəlirdi? Əslində onlara burada fağır adam lazımdır ki, əllərində oynatsınlar. 
 
Bir Ģer oxumuĢdum gəncliyimdə. ġair öz xalqına yazır ki, bilirsən sənin düĢmənlərin məni niyə 
öldürmək istəyirlər? Çünki səni mən hamıdan çox, dönməzcəsinə sevirəm. Görürlər ki, mən 
dönməyəcəyəm, ona görə məhv etmək istəyirlər. 
 
Mən də öz xalqımı sevdiyimçün onunla məhəbbətlə davranmıĢam, ancaq onun düĢmənlərinə 
qarĢı  barıĢmaz,  son  dərəcə  qətiyyətli  olmuĢ,  bir  çox  hallarda  hətta  açıq  risqə  getmiĢəm. 
Məncə,  xalqın  seçdiyi  prezident  öz  xalqına  ipək  ürəyini,  onun  düĢmənlərinəsə  dəmir  əlini 
göstərməyi bacarmalıdır!
 
-Ġpək ürəkli və dəmir əlli prezident rusların gəmilərini Bakı buxtasından necə çıxardı?
 
-Dedilər ki, 40 gün vaxt ver bizə. RazılaĢdım. 40 günün tamamında zəng vurdum ki, nə oldu - 

çıxmırsınız? Dedilər ki, hələ hazır deyilik, 3 gün də vaxt ver. Bildirdim ki, elə Ģey yoxdur - bu 
gün çıxacaqsınız! Moskvadan da xahiĢ etdilər ki, heç olmazsa 3 gün də imkan ver. Bu dəfə də 
güzəĢtə getdim. 43 gündən sonra - bizim dediyimiz vaxtda buxtanı tərk etdilər. 
 
Onlar  bəhanə  gətirirdilər  ki,  getməyə  yerimiz  yoxdur.  Dedim  HəĢtərxanda  yeriniz  var. 
Bildirdilər  ki,  oradakı  mülki  donanmadır,  həmin  Ģəhərdə  yer  olmayacaq.  43  günə 
Mahaçqalada  yer  düzəldib  getdilər.  Bəlkə  də  elə  40  günə  hazırdılar,  sadəcə  bizim 
qətiyyətimizi yoxlayırdılar. Onu da gördülər".
 
(
Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.41-43
).  
Görünür,  çevriliĢ  cəhdi  Azərbaycan  dəniz  donanmasının  yaradılmasıyla  bağlı  prezidentin 
niyyətlərinin gerçəkləĢməsinə imkan verməmək məqsədi güdürdü. Ancaq Əbülfəz bəyi heç bir 
çevriliĢ,  yaxud  sui-qəsd  cəhdi  yolundan  döndərə  bilməzdi,  buna  görə  də  o  inadla  ölkənin 
hərbi  gücünü  artırmağa  çalıĢırdı.  Ümumiyyətlə,  iyul  ayının  sonu  ölkənin  və  prezidentin 
tərcümeyi-halında  hərbi  quruculuq  sahəsindəki  iĢlərlə  anılacaq.  Belə  ki,  26  iyuldan  Xəzər 
Hərbi  Donanmasında  5  gəminin  üzərində  Azərbaycanın  üçrəngli  bayrağı  dalğalanmağa 
baĢladı.  Bu,  Azərbaycan  Hərbi  Dəniz  Donanması  yaradılmasının  baĢlanğıcıydı.  Bəyin  Rusiya 
tərəfiylə  apardığı  gərgin  və  güzəĢtsiz  danıĢıqlar  nəticəsində  razılığa  gəlindi  ki,  Xəzər 
Donanması gəmilərinin və baĢqa əmlakının 25 faizi Azərbaycan Müdafiə Nazirliyinə verilsin.  
Prezidentimizin Rusiyayla hökmlü danıĢıqları Rusiya hərbi dairələrinin xüsusi rəğbət bəslədiyi 
Azərbaycan müdafiə naziri Rəhim Qazıyevin (o, bu vəzifəyə Elçibəyədək - 1992-nin martında 
təyin  edilmiĢdi) xoĢuna gəlmirdi.  KeçmiĢ dövlət katibi  Pənah  Hüseynov bildirir: 
"1992-ci ilin 
yayında  Rəhim  Qazıyevin  dövlət  çevriliĢi  etmək  niyyətləri  barədə  mütəmadi  məlumatlar 
alırdıq. Artıq həmin ilin iyul ayında onun istefaya göndərilməsi məsələsini qoymağa baĢladıq. 
Ancaq mümkün nəticələr barədə müzakirələr aparılarkən ... məlum oldu ki, döyüĢən orduda 
xeyli  nüfuza  malik  Ģəxslərdən  biri  bilavasitə  Surət  Hüseynovdur.  Ona  görə  də  R.Qazıyevin 
vəzifədən  azad  edilməsi  ərəfəsində  hansısa  profilaktik  tədbir  görmək  lazım  idi.  [...] 
Prezidentlə razılıqdan sonra Surəti hökumətə dəvət elədim. [...] Əbülfəz bəylə görüĢdükdən 
sonra  S.Hüseynov vəzifəyə (
prezidentin səlahiyyətli nümayəndəliyinə  - Ə.T.
) razılığını verdi. 
Ona iĢ yerinə - Bakıya gəlmək tapĢırıldı və təbii ki, Qarabağ üzrə səlahiyyətli nümayəndə kimi 
bilavasitə döyüĢ zonalarında fəaliyyət göstərəcəkdi. [...] Bizdən sonra R.Qazıyev qeyri-qanuni 
olaraq S.Hüseynovu korpus komandiri təyin etdi. Bununla da S.Hüseynovun hərbi hissələrin 
iĢinə  bilavasitə  müdaxilədən  uzaqlaĢdırılmasını  nəzərdə  tutan  plan  pozulmuĢ  oldu. 
S.Hüseynovun  səlahiyyətli  nümayəndə  təyin  olunduğu  günün  səhəri  R.Qazıyev  istefaya 
göndərilməli idi" 
("Yeni Müsavat", 14.04.1999). 
Yəqin  ki,  iqtidarın  niyyətini  bilən  R.Qazıyev  28  iyulda  Milli  Məclisdəki  qapalı  iclasda 
hakimiyyətə  təzyiq  göstərmək  məqsədiylə  istefa  ərizəsi  verdiyini  bəyan  etdi.  Prezidentin 
imzaladığı fərman və sərəncamları "diletant" adlandıran müdafiə nazirinin hərəkətləri onunla 
prezident  arasındakı  əslində  çoxdan  bəri  mövcud  olan  fikir  və  mövqe  ayrılıqlarının  zirvə 
nöqtəsinə  çatdığını  göstərirdi.  Maraqlı  burasıdır  ki,  iqtidardakı  naziri  müxalifət  partiyasının 
baĢçısı  Etibar  Məmmədov  da  müdafiə  edərək  ona  QEYRĠ-MƏHDUD  SƏLAHĠYYƏTLƏR 
verilməsini təklif edirdi. R.Qazıyevin Ģəxsində artıq hakimiyyətin öz içində də açıq müxalifətin 
yetiĢdiyi  görünürdü.  "Daxili"  və  "xarici"  müxalifətlərin  birgə  etirazı  əslində  Azərbaycan 
hökumətinə  ilk  "kollektiv"  xəbərdarlıqdı  və  bunun  arxasında  kimin  dayandığını  düĢünüb 
tapmaqçün dahi olmağa ehtiyac yoxdu...  
R.Qazıyevin qəzəblə verdiyi istefanı qəbul etmək Rusiyayla savaĢa girmək deməkdi  - dövlət 

katibi  Pənah  Hüseynova  Rusiyanın  bəzi  dairələri  xəbərdarlıq  etmiĢdi  ki,  R.Qazıyev  iĢdən 
çıxarılarsa Ermənistan Azərbaycan torpaqlarını Kür çayınadək iĢğal edə bilər... Əslində elə bu 
səbəbdən  də  özünü  o  vaxt  hakimiyyətdən  güclü  sayan  R.Qazıyev  sonralar  P.Hüseynova 
ünvanladığı  məktubda  bunu  boynuna  alır: 
"...Həsrətində  olduğunuz  bu  istefanı  qəbul 
etməməyinizin  səbəbi  nə  idi?  Pənah,  nə  Elçibəyin,  nə  də  sənin  bu  günə  kimi  cəsarətiniz 
çatmayıb  ki,  HƏMĠN  DÖVRDƏ  ĠSTEFAMI  QƏBUL  ETMƏYĠN  MÜMKÜNSÜZLÜYÜNÜ  etiraf 
edəsiniz.  Rusiya  Federasiyasının  xüsusi  xidmət  orqanlarına  iĢləməkdə  suçladığınız,  mülki 
vətəndaĢ  olan  müdafiə  naziri  R.Qazıyevin  qısa  müddətdə  Rusiyanın  Müdafiə  Nazirliyinin 
yüksək  rütbəli  zabitləri  ilə  yaratdığı  normal  diplomatik  (?!  -  Ə.T.)  və  Ģəxsi  münasibətlər... 
sizdə  son  dərəcə  SĠYASĠ  QISQANCLIQ  və  müəyyən  mənada  da  XOF  yaratmıĢdı"
  ("Yeni 
Müsavat", 25-26.04.1999). 
Vəziyyəti hərtərəfli götür-qoy edən Bəy məqsədəuyğun qərar çıxardı - naziri hələlik vəzifədə 
saxlamağı  lazım  bildi.  Bəyin  imzaladığı,  Azərbaycan  Milli  Ordusunun  təĢkili  prosesini 
sürətləndirmək  məqsədi  daĢıyan  və 7 təĢkilata ünvanlanan  "Azərbaycan  Respublikası Silahlı 
Qüvvələri Ali BaĢ Komandanının direktivi" 31 iyulda dərc edildi. Bu, arxasında yad qüvvələrin 
dayandığı  hərbi  qurumumuzun  baĢçısıyla  toqquĢmadan  dövləti  itkisiz  çıxarmağa  edilən  ilk 
cəhddi.  
Avqustun  baĢlanğıcında  artıq  ayyarımlıq  iqtidara  qarĢı  müxalifətin  mütəĢəkkil  qüvvəyə 
çevrildiyi  hiss  olunmağa  baĢladı.  Əslində  R.Qazıyevin  çılğın  etirazları  həmin  mütəĢəkkilliyin 
"Avrora"  atəĢiydi.  Və  ən  maraqlı  cəhət  buydu  ki,  hakimiyyətə  qarĢı  təzyiqlər  məhz  yeni 
cəmiyyət və dövlət quruculuğunda islahatlar ərəfəsində, mütərəqqi dəyiĢikliklər dərinləĢdikcə 
daha  kəskinləĢirdi.  Ancaq  prezident  və  onun  gənc  komandası  (düzünə  qalsa,  bu  komanda 
hələ əməlli-baĢlı ortada yoxdu) inadla irəliyə doğru addımlayırdı. 
1 avqustda Bəy ticarət müəssisələrinin fəaliyyətinin kommersiyalaĢdırılması haqqında fərman 
verdi. Bu, ölkədə bazar iqtisadiyyatı elementlərinin təĢəkkülündə ilk ciddi təĢəbbüslərdəndi. 
Elçibəyə  ölkənin  az  qala  dayanmıĢ  sənayesi,  baĢdan-baĢa  tənəzzülə  uğramıĢ  iqtisadiyyatı, 
anarxiya  içindəki  təsərrüfatı  miras  qalmıĢdı.  Bunun  səbəbkarının  elə  bu  yeni  hakimiyyətin 
özünün olduğunu əhaliyə inandırmağa çalıĢan qara qüvvələr sabotaja da əl atır, xalqda geniĢ 
narazılıq  yaratmaq  istəyirdilər.  Xüsusən  nəqliyyatda  vəziyyət  dözülməzdi.  Adamlar  iĢ  yerinə 
getməkçün saatlarla vaxt itirirdilər. 
Azərbaycanda rüĢvət sistemi indiyədək yuxarıdan aĢağıya doğru inkiĢaf etmiĢdi - hakimiyyətin 
zərvəsində  əyləĢən  Ģəxs  özünün  birbaĢa  tabeliyində  olanlardan,  onlarsa  öz  "təbəə"lərindən 
rüĢvət alır və bu piramida sistemi sadə əməkçidə baĢa çatırdı. Ġndisə həmin sistemin zirvəsi 
dağılmıĢdı - güclü dövlət qurmaqla rüĢvətin qətiyyən bir araya sığmadığını yəqin edən, buna 
görə də onunla mübarizə aparmağı qərarlaĢdıran prezident, Milli Məclisin və Ali Məhkəmənin 
sədrləri,  onların  tabeliyindəki  Ģəxslər  rüĢvət  almadıqlarına  görə  aĢağıların  alması  qorxulu 
olmuĢdu.  Köhnə  nomenklaturanın  buna  dözməyərək  gizli  etirazlar  təĢkil  etməsi  təbiiydi. 
Dövlət müĢaviri Rafiq Ġsmayılov belə bir maraqlı faktı bəyan etmiĢdi ki, bir vəzifə yiyəsi təkcə 
texnikumlarda  test  üsuluyla  qəbul  imtahanlarının  qarĢısını  almaqçün  50  milyon  manat 
xərcləməyə  hazır  olduğunu  söyləmiĢdi. 
(Müqayisə  edək:  bu  zaman  ölkədə  orta  aylıq  əmək 
haqqı  920  manatdı).  Belə  adamlar,  sözsüz  ki,  xilası  yalnız  əhalini  hakimiyyətə  qarĢı 
qaldırmaqda  görürdülər.  Sonralar  Təhsil  Nazirliyi  qarĢısında  təĢkil  edilən  "xalq  etirazları"nın 
arxasında da belə Ģəxslərin dayandığı gün kimi aydındı).
 
Köhnə  "qurdlar"ın  50  milyonları olsa  da hakimiyyət  baĢçıları həqiqətən  kasıbdılar.  Prezident 

Aparatında Elçibəylə görüĢünü məĢhur Ģairimiz Rüstəm Behrudi belə xatırlayır:  
"Prezidentliyi dövründə qəzetlərin hansındasa "bu Ģəhərdə qalmaq üçün salam verməyə, çıxıb 
getmək  üçün  vidalaĢmağa kimsə  yox"  sözlərimi oxuyub məni yanına  dəvət  eləmiĢdi.  Sevda 
yolçuluğundan, ədəbiyyatdan, Ģerdən uzun-uzadı danıĢdıq. "Bizim hökumətdə iĢləmək istəyin 
varmı?" deyə soruĢdu. Dedim ki, Bəy, bilirsən ki, mən söz adamıyam. Hansı vəzifədə iĢləsəm 
sizi yarıtmayacağam. YaxĢı olar ki, bir yüz dollar verəsən, sənin hesabına dostlarla bir məclis 
qurum. 
 
Gözləri gülürdü - vəzifədən imtina eləyib onu yüz dollara dəyiĢməyim Bəyə ləzzət eləmiĢdi. 
 
Prezident Aparatında saat yarımdan sonra kimlərdənsə yüz dollar tapıldı. 
 
Yola  salanda:  "Sən  ilk  adamsan,  dostsan  ki,  vəzifədən  imtina  elədin.  Get,  Ģerini yaz.  Sənin 
"ġaman duaları"n istənilən nazir postundan yuxarıdadır", - dedi"
. (
"Savalanda görüĢənədək, 
Bəy!". Bakı, 2000, s.103
). 
Sadəlövh və idarəçilikdə hələ təcrübəsiz iqtidar baĢçıları elə güman edirdilər ki, xalq onların 
səmimiliyini  görərək  qiymətləndirəcək  və  hər  Ģeyi  bağıĢlayacaq,  narazılıqlar  aradan 
götürüləcək.  Dövlət  katibi  Pənah  Hüseynovun  ilk  vaxtlar  iĢdən  evə  (Əhmədliyə)  və  geriyə 
basabas ictimai nəqliyyatda (avtobusda) gedib-gəlməsi də bu sadəlövhlük və təcrübəsizliyin 
göstəricisiydi.  Ancaq  70  il  boyunca  "rəhbər"in  xalqdan  xüsusi  təmtəraq  və  dəbdəbəylə 
seçilməsinə alıĢmıĢ kütlə, əksinə, bu yeni davranıĢı qəbul etməyə hələ hazır deyildi, ona görə 
də  "vəzifəni  hörmətdən  salan"  belə  hərəkətlər  çox  vaxt  onda  gülüĢ  doğururdu.  Bu  səmimi 
gülüĢlər  iqtidarın  məkrli  əleyhdarlarının  getdikcə  mütəĢəkkilləĢən  məqsədyönlü  təbliğatıyla 
körüklənir, gücləndirilirdi. 
Bir  illik  varlığı  boyunca  Ģüarçılıqdan,  özünü  Ģirin  salmaqçün  siyasi  Ģoular  təĢkil  etməkdən 
qaçan yeni hakimiyyət vəziyyəti yaxĢılaĢdırmaqçün gerçək addımlar atmağa üstünlük verirdi. 
Artıq  3  avqustda  prezidentin  göstəriĢiylə  Nazirlər  Kabineti  Bakıda  sərniĢin  nəqliyyatını 
təkmilləĢdirmək və onun maddi-texniki bazasını möhkəmləndirmək haqqında qərar qəbul etdi. 
Yol iĢlərinin görülməsini yaxĢılaĢdırmaqçün bir Almaniya firmasına 2,6 milyon alman markası 
ayrıldı. 150 avtobus və 50 trolleybus alınması, "Ġkarus" avtobuslarıyçün ehtiyat hissələrindən 
ötrü 700 min dollar vəsait ayrılması qərara alındı. 
Əbülfəz  bəy  buçağadək  əslində  heç  bir  hakimiyyət  mexanizmini  öz  əlinə  keçirə  bilməmiĢdi. 
Ordudakı  vəziyyət  xüsusən  xoĢagəlməzdi  -  hərbi  qüvvələrin  mühüm  hissəsi  müdafiə  naziri 
R.Qazıyevin  və  hakimiyyətə  "məhəbbətsizliyi"ylə  seçilən  Ģəxslərin  nüfuz  dairəsindəydi. 
Prezident  orduda  qayda-qanun  yaratmaq,  onu  dövlətin  mənafeyinə  xidmət  edən  qüvvəyə 
çevirmək  üzərində  ciddi  düĢünürdü.  3  avqustda  o,  prezident  yanında  ümumrespublika 
müĢavirəsi  çağıraraq  hərbi  quruculuq  məsələlərini  və  bu  sahədə  həlli  zəruri  konkret 
problemləri  müzakirəyə  çıxardı.  Bəy  göstərdi  ki,  könüllülük  prinsipi  əsasında  yaradılmağa 
baĢlayan Azərbaycan Milli Ordusu bu gün təxminən bərabər sayda könüllü və çağırıĢçılardan 
komplektləĢdirilib.  Prezident  bunu  da  bildirdi  ki,  orduda  hələ  ümumi  komandanlığa  tabe 
olmayan hərbi dəstələr də var. 
Bütünlükdə  vəziyyəti təhlil edən  prezident  Milli  Ordumuzun  yaradılmasını sürətləndirməkçün 
konkret tədbirlər müəyyənləĢdirdi və onların qısa vaxtda yerinə yetirilməsini tələb etdi. 
Demokratik  dövlət  qurmağı  qərarlaĢdıran  Azərbaycanda  artıq  hakimiyyət  qollarının  bölgüsü 
gerçəkləĢdirilməyə  baĢlamıĢdı.  Ancaq  hakimiyyətin  hansı  qoluna  hansı  səlahiyyətlərin 
verilməsi  qanunvericilikdə  hələ  öz  əksini  tapmadığına  görə  bəzi  təbii  dartıĢmalar  da  ortaya 

çıxırdı.  4  avqustda  rəsmi  dövlət  qəzeti  "Həyat"  bu  problemi  hətta  baĢlığa  çıxarmıĢdı: 
"Prezidentlə parlament arasında münaqiĢə mövcuddurmu?". Səlahiyyətlərin dəqiqləĢdirilməsi 
üst-üstə  düĢən  prezident  fərmanlarıyla  Milli  Məclis  qərarlarında  da  üzə  çıxırdı.  Məsələn, 
prezidentin  "Türkiyə  Respublikasının  Ġstanbul  Ģəhərində  Azərbaycan  Respublikasının  baĢ 
konsulunun təyin edilməsi və baĢ konsulluğun fəaliyyətinin təĢkili haqqında" 7 avqust tarixli 
fərmanından  (bu  fərmanla  Abbas  Hacaloğlu  konsul  təyin  edilib)  bir  neçə  gün  sonra  -  11 
avqustda  Milli  Məclis  "Türkiyə  Cümhuriyyətinin  Ġstanbul  Ģəhərində  Azərbaycan 
Respublikasının  baĢ  konsulluğunun  təsis  edilməsi  haqqında"  qərar  çıxardı  və  onun  2-ci 
maddəsində  göstərdi:  "Azərbaycan  Respublikasının  prezidentinə  təklif  edilsin  ki,  baĢ 
konsulluğun təĢkili və fəaliyyəti ilə bağlı tədbirləri həyata keçirsin". BaĢqa misal - Milli Məclisin 
5 avqust tarixli qərarıyla Türkiyədə və Ġranda Azərbaycanın səfirliyi təsis edildi. Bundan sonra 
prezident  də  Türkiyədə  (7  avqust)  və  Ġranda  (17  avqust)  Azərbaycan  səfirliklərinin 
fəaliyyətinin təĢkili və səfirlərin təyin edilməsi haqqında fərman verdi.  
Bu  tipli  məsələləri  anarxiya  sayanlar  az  deyil.  Prezidentin  özüsə  baĢ  verənləri  belə 
dəyərləndirirdi:  
"Ġndi  deyirlər  ki,  onda  hərə  bir  tərəfə  çəkirdi,  anarxiyaydı.  Yox,  o,  anarxiya  deyil,  sadəcə 
olaraq, demokratiyaya gedən, anarxiyanın qarĢısını kəsəcək yolun baĢlanğıcıydı. Təəssüf, min 
təəssüf  ki,  vətəndaĢımız  bunu  baĢa  düĢmədi!  Çünki  xalqımız  gözünü  açıb  dövlətin 
idarəçiliyinin  bir  əlin  altında  olduğunu,  bütün  dəyirmanın  da  onun  əlində  fırlandığını  görüb. 
Bizsə  bu  yolu  seçə  bilməzdik.  Biz  dünyanı  tərəqqiyə  aparan  hakimiyyətlərin  həqiqətən 
bölündüyü  demokratik  prinsiplər  yolunu  bəyəndik.  Buradasa  hökmən  nöqsanlar,  əyrilər, 
çatıĢmazlıqlar, yıxıntılar olacaqdı. Ancaq yavaĢ-yavaĢ, bir neçə ilə hər Ģey qaydaya düĢəcək, 
hamı yeni mühitə öyrəĢəcəkdi"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat 
üz-üzə", Bakı, 1999, s.34).  
"Həyat"  qəzetindəki  "PREZĠDENT  SEÇKĠQABAĞI  VƏDLƏRĠNĠ  UNUDUB"  (6  avqust)  kimi 
yazılar  və  hakimiyyət  daxilində  səlahiyyətlərin  dəqiqləĢdirilməsi  cəhdləri  müxalifətin  əhali 
arasında çaĢqınlıq törətməsinə münbit Ģərait yaradırdı. Artıq avqustun ortalarına yaxın dövlət 
çevriliĢinin  olacağı  haqqında  intensiv  Ģayiələr  yayılırdı.  "Həyat"  qəzeti  "ÇevriliĢ  cəhdi 
həqiqətdirmi?" (14 avqust) sorğusuna mənfi cavab verərək bu Ģayiələrin əsassızlığını göstərsə 
də  mövzunun  rəsmi  dövlət  orqanının  səhifəsində  müzakirəyə  çıxarılması  belə  Ģeylərə 
alıĢmamıĢ  dünənki  sovet  insanlarında  məsələnin  ciddi  olduğu  ehtimalı  doğururdu.  Düzdür, 
prezidentin mətbuat və televiziyada gec-gec görünməsi, özünü təbliğ etdirməyə çalıĢmaması 
da (təbliğatın dövlət idarəetməsindəki roluna bu cür etinasız yanaĢma Elçibəy iqtidarının ən 
ciddi  səhvlərindəndi)  Ģayiələrə  rəvac  verirdi.  Ancaq  bu  Ģayiələrin  arxasında  köhnəliklə 
yeniliyin ölüm-dirim çarpıĢmasının dayandığını heç də hamı anlaya bilmirdi.  
Bəllidir  ki,  icraedici  hakimiyyətin  baĢlıca  təmsilçisi  olan  Nazirlər  Kabineti  əsasən  köhnə  və 
rüĢvətxor  kommunist  kadrlardan  təĢkil  edilmiĢdi  və  yeni  islahatlara  baĢlanmasının, 
bütövlükdə yeni cəmiyyət quruculuğunun qarĢısındakı ən böyük və gerçək əngəl də məhz bu 
qurumdu. Əslində ölkədəki az qala bütün real hakimiyyət mexanizmlərini əlində saxlayan bu 
nəhəng və barıĢmaz aparatı dəyiĢdirmədən yeni dövlət quruculuğunda heç nəyə nail olmaq 
mümkün  deyildi.  Bunu  hamıdan  daha  aydın  təsəvvür  edən  prezidentin  "Azərbaycan 
Respublikası Nazirlər Kabineti ĠĢlər Ġdarəsinin strukturunda dəyiĢikliklər haqqında" sərəncamı 
(17 avqust) dövlət çevriliĢi haqqında Ģayiələrin heç də boĢ yerə yaranmadığını ortaya qoydu. 
Nazirlər  Kabineti  iĢlər  idarəsi  və  Prezident  Aparatı  struktur  bölmələri  arasındakı  vəzifə 

təkrarlanma və uyğunluqlarını aradan qaldırmaq, dövlət aparatında ixtisar aparmaq məqsədi 
güdən sərəncam çoxlu rüĢvətxor məmuru dəhĢətə gətirdi. Tutduğu vəzifələrdən hədsiz maddi 
sərvət  qazanan,  buna  görə  də  onu  itirmək  istəməyən  bu  adamlar  sərəncamın 
hazırlanmasından xəbər tutaraq onun qəbul edilməməsi yolunu xalqı Ģayiələrlə qorxutmaqda, 
hakimiyyətə  psixoloji  təzyiq  göstərməkdə  tapmıĢdılar.  Sərəncamın  çıxarılmasından  sonrasa 
onlar  yeganə  xilas  vasitəsinin  bu  hakimiyyətin  özündən  qurtulmaqda  olduğunu  düĢünərək 
"xilaskar" axtarmağa baĢladılar və tapdılar da.  
Pənah  Hüseynov  deyir:
  "Artıq  avqustun  axırı  -  sentyabrın  əvvəllərindən  (1992  -  red.) 
S.Hüseynov  problemi  üzərində  iĢləməyə  baĢladıq.  [...]  Artıq  məlumatlar  daxil  olmağa 
baĢlayırdı ki, hərbi hissələrə MTN iĢçiləri buraxılmır. ORDU NƏZARƏTDƏ DEYĠLDĠ. Çox böyük 
çətinliklə  prezident  yanında  Xüsusi  Ġdarəni  yarada  bildik.  [...]  Sentyabrın  əvvəllərində 
S.Hüseynovla,  demək  olar,  ilk  münaqiĢə  baĢ  vermiĢ  oldu.  Vertolyotçularla  bağlı  hadisə, 
Xüsusi Ġdarənin əməkdaĢının döyülməsi faktı və baĢqa bu cür hadisələr, təkrar edirəm, onun 
orduya  nəzarətdən  gec  də  olsa  uzaqlaĢdırılması  zərurətini  ortaya  çıxarmıĢdı.  [...]  Eyni 
zamanda,  R.Qazıyevlə  S.Hüseynovun  bir  tandem  Ģəklində  saxlanması  bizim  əsas 
səhvlərimizdən idi"
 ("Yeni Müsavat", 14.04.1999).  
Seçdiyi  gerçək  müstəqillik  yolunda  heç  nədən  və  heç  kimdən  çəkinməyərək  inadla  yürüyən 
Bəy  ölkənin  sarsıntılardan  çıxarılmasında  Qarabağ  düyününün  çözülməsinin  həlledici  rol 
oynayacağını bildiyinə görə bu məsələnin həlli üzərində daha çox baĢ sındırırdı. 6 avqustda 
ATƏM-in  Romada  keçirilən  fövqəladə  görüĢünün  iĢtirakçıları  münaqiĢə  edən  tərəfləri: 
Ermənistanı  və  Azərbaycanı  atəĢi  60  gün  müddətinə  dayandırmağa  çağıran  müraciət  qəbul 
etdilər.  Bütün  avqust  ayı  boyunca  Tərtər,  Cəbrayıl,  Zəngilan,  Kəlbəcər,  Gədəbəy,  Qazax, 
Ağstafa,  Ağdam  və  Naxçıvanda  ermənilərlə  uğurla  vuruĢan  Azərbaycan  məsələni  hələ  heç 
müzakirə  etməyə  baĢlamamıĢdı  ki,  ertəsi  gün  -  7  avqustda  Ermənistan  XĠN  tez-tələsik 
bəyanat  yayaraq  Azərbaycan  tərəfini  sülh  danıĢıqlarına  getməməkdə  və  Ermənistan-
Azərbaycan  münaqiĢəsi  zonasında  döyüĢ  əməliyyatlarını  gücləndirməkdə  suçlandırdı. 
Azərbaycan XĠN öz cavab bəyanatında bu gediĢi "siyasi iftira" adlandırdı. 
Özünün  gündəlik  iĢində  hərbi  quruculuğa  daim  geniĢ  yer  ayıran  prezident  "Azərbaycan 
Respublikası  vətəndaĢlarının  alternativ  xidmət  (əmək  mükəlləfiyyəti)  keçməsi  qaydası 
haqqında  əsasnamə"ni  fərmanla  təsdiq  etdikdən  (31  iyul  1992)  bir  həftə  sonra  yerlərdə 
müdafiə  məsələlərinin  həlli  qaydasını  təkmilləĢdirməkçün  "Ərazi  müdafiə  qərargahlarının 
yaradılması haqqında" da fərman verdi (7 avqust). Bəyin göstəriĢiylə Rusiya Federasiyası və 
Azərbaycan  Respublikası  arasında  aparılan  danıĢıqların  (danıĢıqları  səfirlər  Valter  ġoniya  və 
Hikmət  Hacızadə  aparırdılar)  nəticəsində  7  avqustda  Moskvada  "Azərbaycan  Respublikası 
ərazisində  yerləĢən  Rusiya  Federasiyası  sərhəd  qoĢunlarının  müvəqqəti  statusu  və  fəaliyyət 
mexanizmi haqqında" saziĢ paraflandı. Rusiyayla keçmiĢ Sovet Ġttifaqının subyektlərindən biri 
arasında  sərhədlər  haqqında  əldə  edilmiĢ  bu  ilk  saziĢdə  Rusiya  Federasiyası  sərhəd 
qoĢunlarının  Azərbaycan  Respublikası  ərazisindən  bütünlüklə  çıxarılmasıyçün  keçid  dövrü 
nəzərdə tutulurdu. Hər iki tərəfin razılığıyla dövlət sərhədinin mühafizəsinə ümumi rəhbərliyi 
Azərbaycan  Respublikasının  prezidenti  həyata  keçirəcəkdi.  Bu,  Bəyin  Azərbaycanın 
müstəqilliyi yolunda qazandığı növbəti uğuruydu.  
Azərbaycan  diplomatik  fəallığı  daha  da  gücləndirməyə  baĢlamıĢdı.  Xarici  iĢlər  naziri  Tofiq 
Qasımov  avqustun  baĢlanğıcında  Türkiyəyə  etdiyi  ilk  səfərindən  sonra  üç  gün  də  (18-20 
avqust) Ġranda olaraq mühüm danıĢıqlar apardı. 

Xarici dövlətlərlə hər sahədə müstəqil ikitərəfli əlaqələrin geniĢləndirilməsinə üstünlük verən 
Bəy 6 avqustda Bremen'in (Almaniya) limanlar, gəmiçilik və xarici ticarət üzrə senatoru Uve 
Bekmeyerin  baĢçılığı  altındakı  nümayəndə  heyətini  qəbul  etdi.  Bu  gəliĢdə  hər  iki  tərəfçün 
qarĢılıqlı faydalı danıĢıqlar aparıldı.  
ƏLƏKRƏM HÜMMƏTOVUN XƏBƏRĠ YOXMUġ... 
Elçibəy iqtidarına asi olanların böyük əksəriyyəti umudla Naxçıvana üz tutdu. Bu hakimiyyətin 
devrilməsinə  öz  "töhfə"sini  vermiĢ  və  xidmətlərinə  görə  Ali  Sovetin  sədrliyi  vəzifəsiylə 
mükafatlandırılmıĢ  Rəsul  Quluyev  spikerlikdən  uzaqlaĢdırıldıqdan  sonra  Heydər  Əliyevi  "ilk 
milli-demokratik  hakimiyyətə  qarĢı  qeyri-sivil  mübarizəni  maliyyələĢdirməkdə"  ittiham  etdi. 
Onun  respublika  prokurorluğuna  göndərdiyi  rəsmi  ittihamnamədə  göstərilir  ki,
  H.Əliyev 
Naxçıvan  Ali  Məclisinin  sədri  olarkən  4  mart  1992-də  Bakıdan  heç  bir  icazə  almadan  sanki 
müstəqil  dövlətin  baĢçısıymıĢ  kimi  Türkiyə  Cümhuriyyətinə  gedərək  Türk-Naxçıvan  Bankının 
açılması  haqqında  saziĢ  imzalayıb  və  Ali  Məclisdəki  35  nəfərlik  Demokratik  blok  üzvlərinin 
ciddi tələblərinə baxmayaraq bankın nizamnaməsinin və saziĢin xalqdan gizli saxlanılmasına 
nail  olub.  SaziĢdə  Türkiyə  tərəfi  Naxçıvana  köməkçün  100  milyon  dollarlıq  güzəĢtli  kredit 
ayırmağı  öhdəsinə  götürüb;  həmin  məbləğin  25  milyonu  ərzaq  alınmasına  sərf  edilməli, 
qalanısa  texniki  kredit  kimi  alınmalıydı.  R.Quluyevin  sözlərinə  görə,  H.Əliyev  25  milyon 
dollarlıq  ərzağın  cüzi  bir  hissəsini  Naxçıvan  əhalisinə  sərf  etdi,  "qalan  böyük  bir  hissəsini 
mənimsəyərək  ilk  milli-demokratik  hakimiyyətə  qarĢı  qeyri-sivil  mübarizəni  maliyyələĢmə 
mənbəyinə çevirdi".
 
H.Əliyevin 16 avqust 1992-də Ġran prezidenti Əliəkbər HaĢimi-Rəfsəncaninin göndərdiyi Ģəxsi 
təyyarəylə  Tehrana  rəsmi  səfərə  getməsini  də  "səlahiyyət  həddinin  aĢılması,  ölkənin 
Konstitusiya  qaydalarına  qiyam  qaldırılması"  sayan  R.Quluyev  bildirir  ki,  Ġrandan  Naxçıvana 
qaz  kəməri  çəkilməsinin  müzakirəsi  kimi  təqdim  edilən  bu  səfərin  əsl  məqsədi  hakimiyyət 
uğrunda  mübarizədə  Ġranın  dəstəyini  qazanmaqdan  ibarətmiĢ;  sonralar  Təbriz-Culfa  qaz 
kəmərinin  nəinki  çəkilməməsi,  hətta  bu  haqda  söhbətin  də  unudulması  bunu  təsdiqləyir. 
KeçmiĢ  spiker  bəyan  edir  ki,  H.Əliyev  "Ġran  tərəfinə  hakimiyyətə  gələcəyi  təqdirdə 
Azərbaycan  Konstitusiyasına  islam  dininin  xüsusi  statusu  haqqında  maddə  salınacağını, 
beynəlxalq neft kontraktlarında Ġranın geniĢ təmsilçiliyinə yol açacağını vəd edibmiĢ".
 
Əlbəttə, bu ittihamların hər biri ciddi həqiqət süzgəcindən keçirilməlidir. Ancaq, hər halda, bu 
fikirləri  bir  vaxt  Heydər  Əliyevin  sağ  əli  olmuĢ  Ģəxsin  söyləməsi  onların  ciddiliyinə  inam 
yaradır.  
Ən  maraqlısı  budur  ki,  tezliklə  Azərbaycanın  həm  içində,  həm  də  çölündə  təxminən  4  iyun 
öncəsinə bənzər hadisələr cücərməyə baĢladı. Avqustun 17-sində Milli Ordunun Lənkərandakı 
hissəsindən bir qrup əsgər silahla icra hakimiyyətinin üstünə gələrək binanı mühasirəyə aldı. 
Ġcra  hakimiyyətinin  40  iĢçisi  əhaliyə  bununla  bağlı  müraciət  etdi.  Həmin  müraciətdə 
oxuyuruq:  "Hərbi  hissənin  komandiri  Ələkrəm  Hümmətov  bu  aksiyanın  hazırlanmasından 
bixəbər olduğunu bildirmiĢdir".  
21 avqustda Güzdək yaxınlığındakı hərbi anbarlarda güclü partlayıĢ baĢ verdi. Bu hadisənin 
nədən  doğduğunu  deyə  bilməsək  də  xatırladım  ki,  avqustun  24-ündə  Rusiyanın  4-üncü 
ordusunun  son  alayı  və  komandanı  Azərbaycanı  tərk  etdi,  ancaq  Rusiyayla  bağlanmıĢ 
müqaviləyə görə, ordu hissələri 1994-ün 1 avqustunadək mərhələlərlə çıxarılmalıydı. 
25-26 avqustda Qusarda narahat vəziyyət yarandı, rayonda sabitliyi pozmağa cəhd göstərildi. 

Avqustun  ikinci  ongünlüyünün  sonunda  alınan  xəbərlərə  görəsə,  Türkiyədə  bəzi  siyasi 
dairələrdə  prezident  Elçibəyin  xəstəliyi  və  fəaliyyət  qabiliyyətsizliyi  barədə  Ģayiələr  yayıldı. 
Elçibəyin həkimi Azərbaycan mətbuatında bu Ģayiələri yalanlayaraq bildirdi ki, doğrudur, "son 
beĢ ilin gərgin ritmi prezidenti yormuĢdur", "o, gündə 15-16 saat iĢləyir, çox siqaret çəkir və 
az yatır", ancaq sağlamlığı normaldır.  
Yeri  gəlmiĢkən,  bu  Ģayiə  yalnız  Türkiyədə  deyil,  Azərbaycanda  da  sürətlə  körüklənirdi  və 
hakimiyyət  gücləndikcə  o  daha  rəngarəng  biçimdə və daha  geniĢ ölçüdə  yayılırdı. Məsələn, 
"Həyat" qəzetində (25 avqust) müxbir yazır: "Hətta prezidentin təcrid edilməsindən danıĢılır" 
və  belə  təsəvvürlərin  yaranmasına  "prezidentin  kütləvi  informasiya  vasitələrindən  uzaq 
düĢməsi"nin səbəb olduğunu güman edirdi.  
Mənim  Ģəxsi  düĢüncəmə  görə,  Bəyin  bütün  hakimiyyəti  boyunca  yol  verdiyi  ən  ciddi  səhv 
məhz təbliğatın əhəmiyyətini yetərincə qiymətləndirməməsi olub. ĠĢ o yerə çatmıĢdı ki, hətta 
rəsmi  dövlət  qəzeti  də  ölkə  prezidentinin  qəbullarını,  onun  çıxıĢlarını  baĢdansovdu 
iĢıqlandırırdı. Məsələn, 24 avqustda Bəy Fransa səfiri Jan Perreni qəbul edib və "Həyat"da bu 
haqda bir-iki cümləlik ötəri xəbər verilib. (Təbii ki, foto da yoxdur! Ümumiyyətlə, prezidentin 
Ģəkli qəzetlərdə nadir hallarda görünürdü)... 
Hakimiyyətin bütün düĢmənləri güclü Ģayiə maĢınında növbənöv yalanlar, uydurmalar istehsal 
etməklə  məĢğuldular.  Onların  içərisində  ən  geniĢ  yayılanlardan  biri  də  prezidentin  guya 
içkidən  baĢının  ayılmamasıydı.  Bu  mövzuda  söhbətlərin  geniĢ  yayılmasında  Elçibəyin  siyasi 
opponentləri daha çox fəallıq göstərirdilər. Təsadüfi deyil ki, Elçibəy devriləndən sonra onun 
kabinetindən  Moskva  televiziyasına  musahibə  verən  yeni  prezident  H.Əliyev  jurnalist 
Karaulovla  (sonralar  onu  rüĢvətxorluq  üstündə  televiziyadan  qovdular)  söhbətinin 
Elçibəyin  sərxoĢluq  etməsinə  həsr  olunmuĢ  hissəsində  onun  guya  özündə  olmayaraq 
prezident kabinetindəki xalçaları islatmasından (!) danıĢmağı belə özünə rəva bilmiĢdi. (Əliyev 
əliylə kabineti göstərərək "narahat olmayın, o xalçalar artıq götürülüb" deyirdi…).
 
Bu Ģayiələrin yayılma coğrafiyasının nə qədər geniĢ olduğunu jurnalist Əli ġamil'in aĢağıdakı 
xatirəsi də göstərir: 
"Elçibəy Kələkiyə yenicə getmiĢdi. AXC Naxçıvan Vilayət TəĢkilatından zəng vurub Almaniya 
televiziyasından  qonaqların  gəldiyini  söylədilər.  Tələsik  getdim.  GörüĢdük.  Kələkiyə  getmək, 
Bəydən  müsahibə  almaq  istədiklərini  bildirdilər.  Həmin  günlərdə  benzin  yaman  qıtlaĢmıĢdı. 
MaĢını olan tanıĢlardan birini tapmaq, onu Kələkiyə getməyə razı salmaq, benzin almaq xeyli 
çəkdi. 
 
Günün  istisində  Kələkiyə  yol  aldıq.  Bərk  tərləmiĢdik,  maĢın  da  qızmıĢdı.  Kələkiyə  bir  neçə 
kilometr  qalmıĢ  -  Danaqırt  kəndinə  çatanda  mən  bir  az  dincəlməyi,  çay  qırağında  bulaq 
suyundan içməyi, yuyunub sərinləməyi təklif etdim. RazılaĢdılar.
 
Kəndi  yaxĢı  tanıyırdım  -  dəfələrlə  Mehman  əminin  qonağı  olmuĢdum,  odur  ki,  kəndi  ikiyə 
bölən  çayın  sağ  sahilindəki  bulağa  getdik.  Bir  çadralı  qadın  bulaq  baĢında  ocaq  qalayaraq 
qazan qoyub boymadərən "arağ"ı çəkirdi. 
 
Salam  verdik.  O,  hörmət  əlaməti  olaraq  bizə  "araq"  təklif  etdi.  Mən  çox  məmnuniyyətlə 
ağzıma  bir  tikə  Ģəkər  qoyub  "arağ"ı  baĢıma  çəkdim.  Bununla  həm  boymadərənin  acısını 
azaltmaq, həm də boymadərən "arağ"ını necə içməyi qonaqlara göstərmək istədim. Onlarsa, 
deyəsən,  buna  diqqət  yetirməmiĢdilər.  Qonaqlardan  biri  "arağ"ı  Ģəkərsiz  içdisə  də  heç  nə 
demədi. Ġkinci almansa "arağ"ı russayağı birdəfəyə "atandan" sonra yoldaĢına almanca nəsə 

dedi.  Cavab  alandan  sonra  tərcüməçiyə  üz  tutdu.  Almaniya  türklərindən  olan  tərcüməçi 
qonağın sözlərini təxminən belə çevirdi: 
 
-Abi, Elçibəy də bu "araq"dan içir? 
 
Çadralı qadın ürəkdən gələn bir səmimiyyətlə: 
 
-Hə, qadan alım, Elçibəyin də payını göndərəcəyəm, - dedi. 
 
Tərcüməçi  qadının  söylədiyini  çevirəndə  almanlar  bərkdən  gülüĢdülər.  Sonra  öyrəndim  ki, 
"arağ"ı  birinci  içən  alman  onun  tərkibində  spirt  olmadığını  bilsə  də  nəzakət  xatirinə  susub. 
Ġkincisə  Ģübhəsini  dəqiqləĢdirməkçün  yoldaĢından  bunu  soruĢub,  o  da  təsdiqləyib.  Amma 
buna baxmayaraq, Elçibəy "araq" içib-içmədiyiylə maraqlandıqlarına görə bu sualı veriblər. 
 
Yol boyu kameranı əlində hazır tutmuĢ operator çadralı qadının sözlərini eĢidəndən sonra onu 
yığıĢdırdı.  Bəlli  oldu  ki,  sən  demə,  onlara  Elçibəyi  məhz  sərxoĢ  vəziyyətdə  çəkmək 
tapĢırılıbmıĢ.  Azərbaycanda  hakimiyyətə  yeni  gələnlərin  Elçibəydən  sərxoĢ  prezident  obrazı 
yaratmalarının sorağı, sən demə, Almaniyaya da gedib çatıbmıĢ. 
 
Kələkiyə  çatanda  Elçibəy  nahara  gedirdi.  Yolda  görüĢdük.  Bizi  də  evlərinə  apardı.  Süfrəyə 
qonaqların Ģərəfinə tut arağı da qoydular. Almaniya televiziyasının əməkdaĢları nahar süfrəsi 
arxasında, həyətdəki bağçada veriliĢ hazırladılar, ancaq ən qəribəsi bu oldu ki, nə süfrədəki 
araq ĢüĢəsini çəkdilər, nə də tut arağının dadına baxdılar..."
.  
Ancaq heç bir Ģayiəyə xüsusi önəm verməyən Bəy öz Ģəxsiyyətinin hər cür qabardılmasının da 
ümumən  əleyhinəydi  və  istər  özünün,  istərsə  də  baĢqa  hakimiyyət  qurumları  baĢçılarının 
sərbəst  tənqidinə  Ģərait  yaradılmasına  çalıĢırdı.  Söz  yox  ki,  tək  bununçün  deyil,  ümumən 
cəmiyyətin  yüksəliĢindən  ötrü  ölkədə  bütövlükdə  demokratik  mühitin,  demokratiya 
institutlarının yaradılması gərəkdi ki, prezident də bundan ötrü əlindən gələni edirdi.  
Avqustun 10-unda 25-dən çox partiya, hərəkat, xeyriyyə cəmiyyəti, dövlət və ictimai təĢkilat 
insan hüquqları üzrə Helsinki VətəndaĢ Assambleyasının Azərbaycan Milli Komitəsini yaratdı.  
Ertəsi  gün  Milli  Məclis  qarĢısında  polis  iĢçilərinin  piketi  keçirildi  (daxili  iĢlər  naziri  73  polisi 
iĢdən çıxarmıĢdı) və bu, çox normal qarĢılandı.  
Demokratiyanın  ən  mühüm  göstəricisi  azad  məbuat  olduğuna  görə  onun  inkiĢafına  yeni 
hakimiyyət qayğı göstərmək təĢəbbüslərində bulunurdu. 12 avqustda Milli Məclisin "Mətbuat 
orqanlarına  və  iĢçilərinə  güzəĢtlər  haqqında"  qərarı  çıxdı.  Göstərək  ki,  avqust  ayında  təkcə 
Bakıda  140  gündəlik  və  həftəlik  qəzet  çıxırdı  ki,  onların  birdəfəlik  tirajı  2  milyon  nüsxəydi. 
(Ölkənin poliqrafiya imkanlarını gücləndirməkçün də sentyabr ayından Üçüncü mikrorayonda 
illik istehsal gücü  503 milyon rəngli  çap  vərəqi  olan  poliqrafiya kombinatı  tikilməyə baĢladı. 
Burada Azərbaycan Respublikası vətəndaĢlarının pasportları da çap olunacaqdı).  
Azərbaycan Respublikası VarĢavada keçirilən (17-28 avqust) humanitar və insan hüquqlarına 
dair beynəlxalq seminarda müstəqil dövlət kimi ilk dəfə iĢtirak etdi. 20 avqustdasa Bəy ölkə 
həyatında  mühüm  rol  oynayan  "Dini  etiqad  azadlığı  və  dini  qurumlar  haqqında"  qanunu 
imzaladı. 
Yeni  hakimiyyətin  üzləĢdiyi  problemlərin,  demək  olar  ki,  hamısı  ona  əvvəlkilərdən  miras 
qalmıĢdı.  1992-nin  birinci  yarısında  ölkənin  xalq  təsərrüfatı  Qarabağda  gedən  müharibə, 
Naxçıvanın blokadası, bölgələrarası iqtisadi əlaqələrin dağılması və qiymətqoyma sahəsindəki 
hərc-mərclik  Ģəraitində  mövcudluğunu  sürdürüb.  Bütün  bunlar  maddi-istehsal  sahələrində, 
istehlak  bazarında  və  maliyyə-kredit  sistemində  gərginliyin  daha  da  artmasına  və  əhalinin 

yaĢayıĢ  səviyyəsinin  gündən-günə  pisləĢməsinə  gətirib  çıxarmıĢdı.  Ancaq  bu  obyektiv 
səbəblərdən  baĢqa,  subyektiv  səbəblər  də  vardı.  Xüsusən  dünənki  kommunistlər  və 
hakimiyyətdən  narazı  qalan  baĢqaları  iqtisadi  təxribatlar  törətməkdən  belə  çəkinmirdilər. 
Məsələn,  Quba  rayonunun  Alpan  kənd  sakini  qəzetdə  bildirirdi  ki,  kəndin  3  dükanında  bir 
aydan çoxdur un kisələri qalaqlanıb qalıb, ancaq əhaliyə satılmır. BaĢqa yerlərdə də əhalini ac 
qoymaqçün müxtəlif sabotajlara əl atılırdı. Bu, xüsusən Bakıda daha aydın gözə çarpırdı. 10 
avqustda  ölkənin  baĢ  Ģəhərində  kəskin  çörək  qıtlığı  hiss  olundu.  Paytaxtda  ərzaq  və  baĢqa 
sahələrdə yaranmıĢ böhranı aradan qaldırmaqçün dövlət büdcəsindən 4 milyard manat kredit 
ayrıldı. 
Bakıdakı  nəqliyyat  gərginliyini  aradan  götürməkçün  də  tədbirlər  görüldü.  Qabaqlar  Ģəhərdə 
400-450  avtobus  iĢləyirdisə  15  avqustdan  xəttə  1300-1400  avtobus  çıxarıldı.  2  milyon 
dollardan  artıq  qiymətə  alınmıĢ  asfalt  örtükçəkən  yeni  maĢın  yolların  bərpasına  baĢladı. 
Türkiyə  və  Almaniyanın  köməyiylə  yeni  hava  limanının  tikintisi  sürətləndirildi.  Əhalinin  suya 
tələbatını  ödəməkçün  yenə  Türkiyə  və  Almaniyanın  yardımıyla
 
Bakıya  3  ilə  yeni  ġollar  su 
kəmərinin çəkilməsi üzərində iĢ baĢlandı.  
Prezidentin 7 avqustda imzaladığı və 15 avqustdan qüvvəyə minən "Azərbaycan Respublikası 
Milli Bankı haqqında" və "Azərbaycan Respublikasındakı banklar və bank fəaliyyəti haqqında" 
qanunlar  ölkənin  müstəqil  bank  sisteminin  yaradılmasında  ən  zəruri  ilkin  addımlardı.  (Bu 
qanunları  dövlət  müĢavirləri  Sabit  Bağırovla  Vahid  Axundov  türkiyəli  bir  mütəxəssisin 
iĢtirakıyla bir həftəyə yazmıĢdılar). 
Hökumət  avqust  ayından  baĢlayaraq  iqtisadiyyat  üzərindən  inhisarı götürmək  xətti tutsa da 
bundan  ötrü  zəruri  olan  qanunların  yoxluğu  hüquqi  boĢluq  yaratmıĢdı.  Milli  Məclisin  həmin 
qanunları  qəbul  etməsi  xeyli  vaxt  aparacağına  görə  boĢluğu  doldurmaq,  islahatları 
dayanmadan aparmaqçün prezident prosesi öz fərmanlarıyla tənzimləməyi qərara aldı.  
Əbülfəz Elçibəyin 11 avqust tarixli fərmanıyla Xarici Ġnvestisiyalar Komitəsi yaradıldı və gənc 
iqtisadçı  Ə.Məsimov  ona  baĢçı  təyin  edildi.  Elə  həmin  gün  prezident  "Azərbaycan 
Respublikasında  beynəlxalq  praktikada  qəbul  edilmiĢ  uçot  və  statistika  sisteminə  keçilməsi 
haqqında" fərman da verdi. Bu fərmanlar da ölkə iqtisadiyyatında islahatlara baĢlamaqçün ilk 
qaranquĢlardandı.  
Bəyin  20  iyul  tarixli  "Dövlət  üzərində  mülkiyyət  hüquqlarının  tənzimlənməsi  haqqında" 
fərmanından  sonra  13  avqust  tarixli  "Ticarətin  sərbəstləĢdirilməsi  haqqında"  fərmanı  da 
ölkənin iqtisadi yüksəliĢinə xidmət edən uzaqgörən sənəddi.  
Xarici  iqtisadi  fəaliyyətdə  lazımi  qayda-qanun  yaratmaq  və  ölkənin  valyuta  fondunun 
doldurulmasını  sürətləndirmək  məqsədiylə  Bəy  13  avqustda  "Azərbaycan  Respublikasının 
ixracat potensialından səmərəli istifadə edilməsi haqqında" fərman verdi.  
Özü  sonralar  belə  deyəcəkdi: 
"Biz  büdcəyə  nəzarət  edirdik.  RüĢvətxorluğa,  oğurluğa  qarĢı 
ciddi mübarizə aparırdıq; dövlətin bütün sərvəti nəzarətdəydi. 
 
Biz hakimiyyətə gələndə soruĢdum ki, Milli Bankda nə qədər pul var? Dedilər bir qədər dollar, 
10  milyon  rubl.  Mən  çığırdım  ki,  Allah  evinizi  yıxsın,  hərənizin  cibində  10  milyon  var.  Belə 
dövlətmi olar?! 
 
Sonra baĢladıq iqtisadi problemləri həll etməyə. Milli Banka da çoxlu pul gətirdik, büdcəni də 
artırdıq. Tək bircə ilin içində 150 milyon dollar pul topladıq. 
 

Prezidentliyə yenicə baĢlayanda soruĢdum ki, Azərbaycanda nə qədər kürü istehsal edirsiniz? 
Cavab  verdilər  ki,  2  ton.  Mən  dedim  ki,  2  tonu  bir  balıqçı  oğurlayır;  bəs  siz  nəylə 
məĢğulsunuz?  Bizim  hakimiyyətimizin  bircə  ilində  kürü  istehsalı  30  tona  qaldırıldı,  halbuki 
xalqın  həmin  var-dövləti,  malı  dağıdılırdı.  Biz  dağıtmağa  qoymadıq.  Hamısının  gəliri  gəldi 
banka,  mərkəzə"
.  (Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə  söhbətindən.  -  "Elçibəylə  13  saat  üz-üzə", 
Bakı, 1999, s.35). 
Respublikada  yetərincə  taxıl  məhsullarının  istehsal  edilməməsi  və  onun  xarici  ölkələrdən 
alınmasındakı  çətinliklər  əhalinin  çörək  və  taxıl  məhsullarıyla  təminatında  gərginlik 
yaratmaqdan baĢqa, taxılın və unun qiymətlərinin sərbəstləĢdirilməsinə baxmayaraq çörək və 
çörək  məhsullarının  qiymətinin  tənzimlənməsi  də  dövlətə  ağır  ziyan  vururdu.  Əhalini 
qıcıqlandıransa həm də buydu ki, 
Naxçıvanda buğdanın kiloqramı 11 manata baĢa gəlsə də 
çörəyin  bir  kiloqramı  90  qəpiyə  satılırdı.  (Nədənsə,  Naxçıvan  rəhbərliyi  Azərbaycana  da 
baĢçılıq  edəndə  belə  ucuzluq  yaratmağın  yolunu  tapa  bilmədi)
.  18  avqustda  prezident 
"Əhalinin  çörək  və  digər  taxıl  məhsulları  ilə  təminatının  yaxĢılaĢdırılması  haqqında"  fərman 
verməyə məcbur oldu.  
Elə  həmin  gün  onun  "Azərbaycan  Respublikasının  Beynəlxalq  Valyuta  Fonduna,  Beynəlxalq 
Yenidənqurma  və ĠnkiĢaf  Bankına  və onlara  bağlı təĢkilatlara  daxil olması haqqında",  ertəsi 
günsə  adı  çəkilən  maliyyə  qurumlarının  saziĢ  və  konvensiyalarının  tətbiqi  haqqında  mühüm 
fərmanları verildi. 
"BĠZ ĠSLAHATIN ĠLKĠN ġƏRTĠNĠ HAZIRLAMIġIQ" 
Haqqında  yayılan  məqsədyönlü  Ģayiələrin  qarĢısını  almaq,  ölkə  prezidentinin  KĠV-də  tez-tez 
görünməməsinin  səbəblərini  açıqlamaq  və  həm  indiyədək  görülmüĢ,  həm  də  bundan  sonra 
görüləcək  iĢlər  haqqında  xalqa  məlumat  verməkçün  Bəy  23  avqustda  Azərbaycan 
televiziyasında hesabat səciyyəli geniĢ çıxıĢ etdi. 
Hər Ģeydən öncə ölkədə sabitlik yaradılması məsələsinə toxunan prezident göstərdi ki, 1992-
nin  birinci  yarısında  Daxili  ĠĢlər  Nazirliyindən  tutmuĢ  bütün  dövlət  qurumlarınadək 
dağılmaqdaydı,  xarici  qüvvələr  Azərbaycana  istədikləri  kimi  müdaxilə  edirdilər;  bizim  ilk 
vəzifəmiz bunun qarĢısını almaqdı. Ġndi Azərbaycanda get-gedə sabitlik yaranmaqdadır ki, bu, 
baĢlıca məsələlərdəndir. 
Ölkənin təhlükəsizliyini təmin edəcək güc orqanlarının fəaliyyətindən söz açan Bəy bildirdi ki, 
MTN öz iĢini yenidən qurmağa baĢlamıĢdır. Milli Orduya son müddətdə 15 min nəfərə yaxın 
nizami qüvvə, ondan bir qədər də çox könüllü qüvvələr cəlb edilib. 
Prezident  dedi:  "Bu  gün...  anarxiyadan  çıxmaq  və  yeni  dövlət  qurmaq,  yeni  dövlət 
mexanizmini  hazırlamaq  lazımdır.  Dövlət  mexanizmi  isə  adətən  onun  inzibati  orqanlarından 
baĢlanır". 
Bəy  yeni  dövlət  quruculuğundan  ötrü  köklü  islahatların  aparılmasını  vacib  sayırdı.  Ancaq  o, 
siyasi  islahatlarla  yanaĢı,  iqtisadi  islahatlara  da  üstünlük  verir,  ikinci  olmadan  birincinin  də 
nəticəsiz  qalacağını  söyləyirdi.  Gündə  15-16  saat  fasiləsiz  iĢləyən  prezident  islahatların 
zamanını da açıqladı: "Yaxın 3-5 ayın ərzində çox böyük, köklü iqtisadi islahatlar aparacağıq". 
Sonrasa  bu  islahatın  mahiyyəti  üzərində  dayandı:  "Demokratiyanın  iqtisadi  kökləri 
təkmilləĢdirilməlidir.  Yəni  qarĢımızda  duran  məqsədlərdən  birincisi  özləĢdirmə  (o  zaman 
"özəlləĢdirmə" termini bu cür iĢlədilirdi - Ə.T.) aparmaqdır. [...] Daha sonra geniĢ miqyasda 
torpaq islahatı aparmaq, torpağı yenidən bölüĢdürmək lazımdır. [...] Biz islahatın ilkin Ģərtini 

hazırlamıĢıq". 
Siyasi və iqtisadi  islahatlardan  sonra  mədəniyyət  və mətbuat  problemləri  üzərində dayanan 
dövlət  baĢçımız  sonra  bir  daha  Milli  Ordu  quruculuğuna  dönərək  soydaĢlarını  inandırırdı  ki, 
yeni  qurulan  ordumuzun  çox  böyük  gələcəyi  var.  Özünüz  görəcəksiniz  ki,  bir  ilin  içində 
Azərbaycan  ordusu  elə  səviyyəyə  çatacaqdır  ki,  daha  heç  bir  düĢmən  cəsarət  edib 
dövlətimizin sərhədlərinə ayaq basa bilməyəcəkdir. Yaxın vaxtlarda xalqımız hiss edəcəkdir ki, 
onun güclü ordusu var və gecələr rahat yata bilər, çünki onu qoruyan qüvvə var. 
Elçibəy  xalqına  üz  tutaraq  hesabat  verirdi:  "Üç  amili,  üç  atributu  yaddan  çıxarmaq  olmaz: 
ordu, müstəqil pul vahidi, müstəqil valyuta və qızıl fondu. Bu üç amil yoxdursa dövlət, millət 
müstəqil yaĢaya bilməz. Biz bütün gücümüzü bunları yaratmağa yönəltmiĢik". O bildirirdi ki, 
milli valyuta və qızıl fondunun yaradılması sahəsində iĢ görülmüĢdür. 
Xalqın güzəranının son dövrlərdə pisləĢməsinin səbəbini açıqlayan Bəy göstərirdi ki, son altı 
ayda qiymətlər 8 dəfə, əhalinin maaĢısa 3 dəfə (bəzi yerlərdə 2 dəfə) artıb. Ancaq ölkədəki 
bahalıq yalnız Azərbaycana aid deyil. 
Xüsusən təhsil müəssisələrində rüĢvət problemini az qala özünün Ģəxsi dərdi kimi qəbul edən 
Bəy bu rüĢvətin sosial mahiyyətini incələyirdi. O, televiziyadan doğma millətinə üz tutdu: 
-Heç  olmazsa  bir  sahədə  -  universitetlərdə,  institutlarda,  texnikumlarda  rüĢvətxorluğun 
qarĢısını  almaqçün  test  üsulu  tətbiq  edirik.  Ancaq  ona  qarĢı  çıxan  çoxlu  qüvvələr  var.  Əziz 
vətəndaĢlar, əziz qardaĢlar, gəlin bir düĢünək: təsəvvür edin ki, bir tələbə qəbulu mövsümü 
ərzində,  yəni  avqustdan  sentyabradək  yüz  minlərcə  adam  qəbulda  iĢtirak  edir  və  burada 
milyardlarca manat pul haqq-hesabı, alver gedir, millət içəridən çürüyür. Pul alıb pul vermək, 
tələbəni  pulla  qəbul  etdirmək  milləti  həm  mənəvi  cəhətdən  daxilən  sındırır,  həm  haqsızlıq 
ayaq  tutub  yeriyir,  haqqa  inam  sarsılır,  həm  də  insanlar  pis  öyrənir  -  alimlər  (hətta 
akademiklər)  rüĢvətxorluğa  alıĢır,  bütün  ölkə  rüĢvət  içində  çapalayır.  Biz  bunun  qarĢısını 
almaqçün  tədbirlər  görürüksə  buna  niyə  müqavimət  göstərilməlidir?  Müqaviməti  əlindən 
həmin  milyonlar  çıxan  adamlar  göstərirlər.  Məhz  onlar  da  dövlət  xadimləri  haqqında  söz-
söhbət yayır, onlara Ģər atır, ləkə yaxırlar. 
 
Özü  haqqında  yayılan  Ģayiələrin  düĢmən  Ģəri olduğunu  söyləyən  prezident  bildirirdi  ki,  mən 
deyilən  qədər  də  zəif  deyiləm,  iradəsini  itirmiĢ  Ģəxsiyyət  də  deyiləm.  Sizi  inandırıram  ki, 
qarĢımıza qoyduğumuz bütün məqsədlərə nail olacaq və millətimizi həmin məqsədlərə aparıb 
çatdıracağıq.  Bu  gün  heç  bir  qüvvə  Azərbaycan  hökumətini  devirə  bilməz,  ona  gücü  çata 
bilməz. 
Azərbaycanın  beynəlxalq  əlaqələrindən  də  ətraflı  danıĢan  prezident  qeyd  etdi  ki,  bəzi  xarici 
dövlətlərin Ģirkətləri Azərbaycanla hərtərəfli əlaqələr yaradır, saziĢlər bağlayır. Biz Qara dəniz 
hövzəsi  ölkələrinin  iqtisadi  əməkdaĢlıq  təĢkilatının  yaradılmasında  iĢtirak  etmiĢik.  Bizim 
təĢəbbüsümüzlə Xəzər dənizi hövzəsi ölkələrinin də iqtisadi birliyi yaranacaqdır. 
ATƏM-in  Helsinkidəki  ikinci  zirvə  toplantısı  haqqında  da  məlumat  verdikdən  sonra  Bəy 
dövlətimizin  xarici  siyasət  kursuna  toxundu:  "ÇalıĢacağıq  ki,  Almaniya,  Amerika,  Ġngiltərə, 
Rusiya,  Ġran  ilə  də,  bütün  dövlətlərlə  münasibətlərdə  özümüzün,  yəni  millətimizin  zərərinə 
olmayan  və  həmin  xalqlara  da  zərər  yetirməyən  siyasət  yeridək,  dostluq  münasibətləri 
saxlayaq". 
ÇıxıĢının  sonunda  "son  məqsədimiz  Məmmədəmin  Rəsulzadənin  ideyalarını  əldə  bayraq 
tutaraq  bu  ideyaları  həyata  keçirmək,  bu  zaman  böyük  Atatürkün  metod  və  üsullarından 

istifadə  etməkdir"  söyləyən  Bəy  bildirdi  ki,  bundan  sonra  yəqin  tez-tez  görüĢəcəyik. 
ÇalıĢacağam  ki,  həftədə  bir  dəfə  televiziyaya  çıxıb  məlumatlar  verim.  Yaxın  günlərdə 
rayonlara, Ģəhərlərə, bölgələrə çıxacağam, görüĢlər keçirəcəyəm. 
23  avqustdakı  televiziya  çıxıĢı  göstərdi  ki,  prezident  təbliğata  laqeydlikdən  aldığı  zərbədən 
nəticə çıxarıb. 
Əbülfəz  bəyin  çıxıĢından  sonrakı yeniliklər prezidentin islahatlar  aparmaq  niyyətinin boĢ söz 
olmadığını  təsdiqlədi.  Bəllidir  ki,  məhkəmə  sisteminin  müstəqil  olmadığı  ölkədə  əsl 
demokratiyanın  mövcudluğundan  danıĢmaq  boĢ  Ģeydir,  çünki  icraedici  və  qanunverici 
hakimiyyətlərin  nəzarət  altında  saxlanılması  və  yeri  gəldikcə  cilovlanması  ədalət 
məhkəməsinin iĢidir. Buna görə də Əbülfəz bəy Azərbaycanda məhkəmələri, ümumən hüquq 
sistemini  dünya  standartlarına  uyğunlaĢdırmağa  çalıĢaraq  ölkədə  ƏDALƏT'in  biryolluq 
qələbəsini təmin etməyi prezident kimi baĢlıca vəzifələrindən sayırdı.  
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin