ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   6   7   8   9   10   11   12   13   ...   37
elcibey11-Prezident Elçibəy


ARTIRMA 
"
-…Siz  o  vaxt  kənd  təsərrüfatı  müĢavirəsindəki  çıxıĢınızda  demiĢdiniz  ki,  pambıq  yığılıb, 
məhsul  yetiĢib;  istəyirsiniz  yığın,  istəyirsiniz  yığmayın.  Allah  verib  bu  bərəkəti  sizə,  niyə 
yığmamalısınız?  Bu  iĢi  camaatın  öz  öhdəsinə  buraxmağınızı  indi  də  bir  çoxları  qınayır  ki, 
prezident niyə zor etmədi? 
 
-
Düzdür.  Ancaq  mən  o  zaman  zor  edə  bilməzdim.  Yəni  Ģagirdləri  aparıb  tarlada  ac-susuz 
saxlamaqla  yığdırılan  pambıqdan  pambıq  olmaz.  Ġməciliklə  dövlət  qurulmaz.  Kütləni  aparıb 
iĢlətməklə məhsul olmaz. 
 
Hərənin  öz  iĢi  var.  Kəndçi  pambığı  becərib,  belləyib,  qoy  özü  də  yığsın.  Sonra  da  getsin, 
dövlətdən əməyinin pulunu alsın. Biz o zaman belə də etdik. Ola bilər ki, onda 10 min tona 
yaxın pambıq batdı. Fikir verin, indi istəyirlər zorla yığdırsınlar, ancaq bizdən 3 qat az yığıblar. 
Bunların  ağlı  gedib  sovet  dövrünə  -  hərbi  polis  diktaturasıdır,  küçədən,  yeməkxanadan 
camaatı zorla, döyə-döyə aparacaqsan pambıq tarlasına. Bu, qul əməyiydi. Bizsə qul tərbiyə 
etmək  istəmirdik.  Əksinə,  milləti  qul  olmaqdan  qurtarmağa  çalıĢırdıq.  Buna  görə  də  eybi 
yoxdur  -  bu  gün  dövlət  10  min  ton  pambıq  zərərinə  düĢə  bilər,  amma  bununla  o,  normal 
sosial münasibətlər formalaĢdırar. Azad Ģagird pambığa getməyərək oturub dərsini oxuyacaq, 
azad müəllim gündəlik dərsini deyəcək. Hərə öz iĢini görəndə kəndçi də pambığı özü yığmalı 
olacaq, əməyinin də qədrini biləcək. Müəllimin nə iĢi var pambıq yığmaqda, taxıl yığmaqda? 
 
Əməyi  düzgün  qiymətləndirmək  lazımdır.  Biz  öncə  səhv  edərək  pambığa  az  pul  qoyduq  - 
sovet  dövründəkinə  nisbətən  iki  qat  az.  Amma  pambığın  müəyyən  hissəsi  yığılandan  sonra 
baĢa  düĢdük  ki,  camaatın  marağı  azdır.  Sonra  1  kilosunun  yığım  qiymətini  3  qat  artırdıq, 

maraq çoxaldı. Amma artıq gecdi - payız bizi yaxaladı. Deməli, artımı əvvəlcədən eləməliydik. 
O zaman Pənah bəylə danıĢdıq ki, pulun qiyməti dəyiĢilə bilər, gəl dollarla hesablayaq ki, 1 
ton pambığın qiyməti, məsələn, 50 dollar olsun; camaat haqqın dəyiĢmədiyini görəndə (onda 
inflyasiya gedirdi) pambığı daha həvəslə yığacaq. 
 
O  zaman  müəyyən  nailiyyət  əldə  etdik,  amma  bir  çox  yerlərdə  maaĢları  verə  bilmədik, 
yubatdıq, bəzi yerlərdə də pulu alıb qoydular ciblərinə, camaata vermədilər. Bunların hamısını 
tənzimləyə  bilmədik  -  tənzimləyici,  nəzarətedici  aparatımız  yoxdu.  Ġkinci  ildə  onu  hökmən 
yaradacaqdıq
". 
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.54-55). 
Əbülfəz  bəy  Sabirabadda  təsərrüfat  müəssisələrində  oldu,  rayon  sakinləriylə  görüĢdü. 
Pambıqçılığın  yenidən  qurulmasının  problemləriylə  bağlı  yerli  mütəxəssislərin,  əməkçilərin 
düĢüncələrini  öyrəndi.  O,  adamların  gün-güzəranıyla  doğma  bir  adam  kimi  maraqlandı.  Bir 
qoca  kiĢi  ona  yanaĢıb  dedi  ki,  unun  50  kiloqramını  2  min  rubla  alırıq,  halbuki  dövlətdə  12 
rubldur. [Müqayisədən ötrü: 6 oktyabrda 1 dollar 342 rubldu; baĢqa sözlə, 50 kiloqramlıq un 
kisəsini 5,8 dollara (!) almaq mümkündü]. Bəy bunun səbəblərini səbirlə  həmin kiĢiyə baĢa 
saldı. 
GörüĢlərin  birində  o,  maĢından  düĢən  kimi  əlində  məktəb  çantası  olan  nimdaĢ  paltarlı  bir 
oğlan  uĢağı  qəflətən  prezidentin  üstünə  qaçdı,  onunla  əl  verib  görüĢdü.  Əbülfəz  bəy  onu 
öpüb adını soruĢdu, dərsləriylə maraqlandı. Prezidentlə görüĢün belə asanlığından ürəklənən 
yoldaĢları da Bəyin yanına gəldilər. Bu görüĢü bir müxbir belə təsvir edirdi: "Ağsaqqallar isə 
qıraqdan  mat-məəttəl  baxırdılar.  Onlar  uĢaq  olanda  dövlət  adamları  da  belə  adi  və  doğma 
olmayıb". 
Prezidentin cangüdəni Ədalət Məmmədov danıĢır ki, Sabirabadda olarkən bir qoca kiĢi Bəyə 
Ģikayətləndi  ki,  iki  inəyim  vardı,  ailəmi  onlarla  saxlayırdım.  Ġkisini  də  oğurladılar.  Rayon 
rəhbərlərinə Ģikayət etsəm də heç bir xeyri olmayıb. Bəy rayonun icra baĢçısına tapĢırdı ki, 
kolxoz əmlakından bu kiĢiyə təcili bir inək və ehtiyac duyursa otlaqçün yer də verin.  
Böyük-kiçikliyindən  asılı  olmayaraq  bütün  soydaĢlarıyla  Elçibəyin  belə  sadə  və  qayğıkeĢliklə 
davranması onun içərisindən gəlirdi - prezident bu insanları öz ailəsinin üzvlərindən seçmir, 
onların  dərdlərini ən  yaxın  adamlarının  dərdi  sayırdı.  Ancaq  bu məhrəm münasibət  həm  də 
ondan doğurdu ki, prezident öz ailəsinin üzvlərini də sıravi vətəndaĢlardan qətiyyən seçmir, 
qohum-qardaĢlarına heç bir imtiyaz qazandırmırdı. 
Əbülfəz  bəyə  həyatda  ən  yaxın  və  əziz  insanlardan  biri  olan,  onun  özünə  bacı  saydığı, 
Kələkidə yaĢayan Xumar Əhmədova aralarındakı bir söhbəti belə xatırlayır:  
"Elçibəy prezident olanda da, təbii ki, bir yaxın qohumu və ailə adamı kimi tez-tez gedib onun 
yanında qalırdım. 
 
Bəyin  ailəsi  qardaĢı  Almuradın  Yasamaldakı  evində  onun  ailəsi  ilə  bir  yerdə  çox  darısqal 
Ģəraitdə yaĢayırdı. Ev həmiĢə qonaq-qaralı olurdu. 
 
UĢaqlıqdan  Bəyin  xasiyyətinə  yaxĢı  bələd  olmuĢam.  O,  hər  hansı  bir  sözdən  xoĢlanmırdısa 
həmən an alnında düyünlər əmələ gəlirdi. 
 
Bir gün mən ona çox yumĢaq tərzdə, ancaq xeyli çəkinə-çəkinə söylədim ki, qardaĢ, iki ailə 
üçün bir yerdə çox çətindir. UĢaq dərslərini hazırlamaqda çox çətinlik çəkir. ("UĢaq" deyiləndə 
Çilənayı  nəzərdə  tuturdum.  O,  əlaçı  olduğuna  görə  dərslərindən  geri  qalmasını  istəmirdim). 

Sənin ailən üçün də bir ev olsaydı yaxĢı olardı. 
 
Mənim  sözlərimin  ona  necə  təsir  göstərməsi  üzündəki  ifadədən  bəlli  oldu  -  üz-gözünü 
turĢutmuĢdu. Sanki pis bir iĢ tutmuĢdum; tənəli-tənəli üzümə baxıb dilləndi:
 
-Elə günlər olub ki, o mənzilə 30 nəfər sığıĢıb. Bəs indi necə olur ki, mən prezidentəm deyə 
biz yerə-göyə sığmırıq? Bu gün 5 uĢaqlı qaçqın ananı qəbul  edəndən sonra hələ də özümə 
gələ bilmirəm. Onun balaları çadırda yaĢayır. Ondan baĢqa, çadırlarda neçə yüz min qaçqın 
uĢağı var. Mənim balalarımın nəyi onlardan artıqdır? Onlar yerdən çıxıb?..
 
Mən  bu  sözləri  ona  dediyimə  indi  də  peĢmanam"
.  ("Savalanda  görüĢənədək,  Bəy!".  Bakı, 
2000, s.62). 
Çox  təəssüf  ki,  Gəncə-Tərtər  səfəri  kimi  Sabirabad  səfəri  də  televiziya  və  mətbuatda  çox 
yarıtmaz təbliğ edildi. "Azərbaycan" qəzeti öz hesabatını hətta bu cür kinayəli baĢlıq altında 
verdi: "Prezidentin bir gəliĢi ilə Sabirabad abad olmayacaq, amma Əbülfəz Elçibəy öz səfəri ilə 
HEÇ OLMAZSA vəziyyətlə tanıĢ oldu, kiminə ümid, kiminə iĢ verdi"... 
Yeri gəlmiĢkən. Ə.Məmmədov mənə bunu da söyləyib ki, onda Sabirabadın polis rəisi vaxtilə 
Bəyin tələbəsi olmuĢ Bağırdı (soyadını unutmuĢam). Çox tərbiyəli adamdı. Bəy Sabirabadda 
olanda  onu  yanına  çağırsa  da  yenə  prezidentin  yanında  görünməyə  utanır,  əsasən  bizim 
uĢaqlarla gəzirdi. Ġ.Həmidov onun Bəylə yaxınlığını bilən kimi iĢdən çıxartdı…  
MDB RƏDD EDĠLDĠ! 
Dövlət  katibi  P.Hüseynov  prezident  Ə.Elçibəyin  göstəriĢiylə  6-7  oktyabrda  Moskvada  olaraq 
Rusiyanın təhlükəsizlik naziri R.N.Barannikovla Rusiyanın Azərbaycandakı sərhəd qoĢunlarının 
statusu və onların ölkəmizdən çıxarılması haqqında saziĢ imzaladı. 
Bu  vaxt  Azərbaycanın  MDB-yə  girməsi  Rusiyanın  ən  böyük  istəklərindəndi.  Yeni  hakimiyyət 
məsələni Milli Məclis səviyyəsində müzakirəyə çıxarmalı oldu. 7 oktyabrda prezident Əbülfəz 
Elçibəyin  də  qatıldığı,  Ġsa  Qəmbərin  sədrlik  etdiyi  Milli  Məclis  yığıncağı  "Müstəqil  Dövlətlər 
Birliyi  haqqında  saziĢ  barədə"  belə  qərar  qəbul  etdi:  "1991-ci  il  dekabrın  21-də  Alma-Ata 
Ģəhərində  Azərbaycan  Respublikası  adından  imzalanmıĢ  Müstəqil  Dövlətlər  Birliyi  haqqında 
saziĢ  təsdiq  edilməsin".  Bununla  da  Elçibəy  iqtidarı  bu  quruma  öz  rəsmi  münasibətini 
birdəfəlik bildirdi. 
MDB  ölkələri  dövlət  və  hökumət  baĢçılarının  9  oktyabrda  BiĢkekdə  keçirilən  iclasına  dəvət 
almıĢ  Azərbaycan  oraya  baĢ  nazirin  I  müavininin  baĢçılığıyla  bir  heyəti  müĢahidəçi  kimi 
göndərdi. 
Azərbaycanın Rusiyadakı keçmiĢ səfiri Hikmət Hacızadə yazır:  
"Elçibəy  hökuməti  ölkənin  xarici siyasət  kursunu kəskin  dəyiĢdi  -  MDB-yə girməkdən  imtina 
etdi və NATO ölkələri ilə, ilk növbədə Türkiyə ilə əlaqələri sürətlə inkiĢaf etdirməyə baĢladı. 
1993-cü  ilin  mayında  Elçibəy  hökumətinin  və  parlamentin  təzyiqləri  altında  sonuncu  Rusiya 
qoĢunları  Azərbaycan  ərazisini  tərk  etdi,  halbuki  onlar  keçmiĢ  SSRĠ-nin  Pribaltikadan  baĢqa 
bütün respublikalarında indiyədək qalmaqdadır. 
 
Bu  cür  xarici  siyasət  Dağlıq  Qarabağ  uğrunda  müharibədə  Ermənistana  kömək  etməklə 
Azərbaycana  təzyiq  göstərməyə  cəhd  edən  Rusiyanı  qəzəbləndirdi.  1993-cü  ilin  iyununda 
Rusiya xüsusi xidmətlərinin dəstəyi ilə ölkədə hərbi çevriliĢ baĢ verdi və Elçibəy öz postunu 
tərk etdi…"
. ("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, s.55). 

Elçibəy hakimiyyətinin ən mühüm iĢlər gördüyü sahələrdən biri də təhsil sistemidir. Cəmiyyt 
və dövlət inkiĢafının əsasında duran milli təhsili strateji əhəmiyyətli və üstün inkiĢaf etdirilən 
fəaliyyət sahəsi sayan prezident Əbülfəz Elçibəy köklü islahatlara hüquqi zəmin yaratmaqdan 
ötrü ölkə tarixində ilk dəfə olaraq 7 oktyabr 1992-ci ildə "Təhsil haqqında qanun"u imzaladı. 
Bu qanunun qəbul edilməsi, doğrudan da, çox mühüm hadisəydi.  
GERÇƏKLƏġMĠġ ƏN MÜQƏDDƏS DĠLƏK 
MDB  baĢçılarının  BiĢkekdə  toplaĢdıqları  həmin  gün  Əbülfəz  bəy  Bakıda  Azərbaycan  Milli 
Ordusunun  yaradılmasını  bayram  edirdi.  Azadlıq  meydanında  ordumuzun  paradını  görmək 
Bəyin  indiyədək  ürəyində  bəslədiyi  ən  müqəddəs  arzularındandı.  Bu  əziz  gündə  Türkiyənin 
müdafiə  naziri  Nevzat  Ayazın  nazirliyin  əməkdaĢlarıyla  birgə  Azərbaycanda  qonaq  olmasısa 
1918-in  sentyabrında  Bakının  daĢnak-bolĢevik  iĢğalçılarından  təmizlənməsində  müstəsna 
xidmətlər  göstərmiĢ  türk  komandanı  Nuru  PaĢanın  bu  Ģəhərdə  ordumuzun  ilk  paradında 
iĢtirakı  haqqında  xoĢ  xatirələri  yenidən  canlandırırdı.  (Bu  qardaĢlığa  dözməyən  7  oktyabr 
1992  tarixli  "Literaturnaya  qazeta"  yazırdı  ki,  Türkiyə  Qarabağ  münaqiĢəsində  guya  hərbi 
vasitələrlə, 6 min əsgərlə birbaĢa iĢtirak edir). 
../../images/Arxiv/1992_1009_Parad01.JPG
Azərbaycan  Respublikasının  prezidenti,  Ali  BaĢ 
Komandan Əbülfəz Elçibəy MÜSTƏQĠL AZƏRBAYCANIN paytaxtında - AZADLIQ meydanında 
keçirilən  ilk  hərbi  paradımızı  qəbul  edərək  nitq  söylədi.  Müstəqilliyimizin  memarı  dedi: 
"Həyatımızın bütün çətinliklərinə baxmayaraq biz paradın keçirilməsini qətiyyətlə qərara aldıq. 
Çünki  XALQ  ÖZ  ORDUSUNU  GÖRMƏLĠ,  ONDAN  ĠLHAM  ALMALIDIR.  Bu  gün  sərrast 
addımlarla bu meydandan keçən əsgər və zabitlərimiz MĠLLƏTĠN ÜRƏYĠNĠ RUHLANDIRACAQ, 
DÜġMƏNĠN BAĞRINI YARACAQLAR".
 
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması prosesini müstəqil dövlətin qurulmasının mühüm 
tərkib hissəsi sayan prezident xalqa hesabat verdi: "Azərbaycan Respublikasının Milli Ordusu 
nizami ordu kimi formalaĢmaqda davam edir. Ordunun keyfiyyətcə yeni quruculuq mərhələsi 
baĢlanmıĢdır. [...] Xalqımızın mənafeyinə xidmət etmək Ģərti ilə hərbi sahədə xarici dövlətlərlə 
-  Türkiyə,  Rusiya,  Amerika,  Ġngiltərə,  Ukrayna,  Qazaxıstan,  Orta  Asiya  dövlətləri  və  digər 
dövlətlərlə əməkdaĢlıq edəcəyik". 
Ali  BaĢ  Komandan  öz  çıxıĢında  mühüm  bir  nöqtəyə  də  toxundu: 
"Silahlı  Qüvvələrin 
quruculuğunda  bir  vacib  prinsip  -  ORDUNUN  SĠYASƏTDƏN  UZAQ  OLMASI  prinsipi  də 
Azərbaycan Milli Ordusunda bərqərar olmalıdır"

"YaĢasın  müstəqil  Azərbaycan  Silahlı  Qüvvələri!"  Ģüarıyla  çıxıĢını  bitirən  Əbülfəz  Elçibəyin 
ürəyində  bu  an  hansı  duyğunun  -  sevincinmi,  yoxsa  kədərinmi  daha  çox  olduğunu  tapmaq 
çox çətindi. Doğrudur, o, həyatda ən böyük diləklərindən birinə yetərək müstəqil dövlətimizin 
ilk  paradını  qəbul  etdi  və  onunçün  Tanrının  bundan  ulu,  bundan  yüksək  mükafatını  heç 
düĢünməzdi də. Ancaq... 
Bu  gün  ordunun  gücü  xalqa  göstərilsə  də  prezident  onun  necə  gücsüz  olduğunu  hamıdan 
yaxĢı  bilirdi.  Rəhim  Qazıyev  və  Surət  Hüseynov  ordunu  döyüĢən  qüvvəyə  yox,  rusların 
milyardlar  qazandığı  nəhəng  bazara  çevirmiĢdilər.  Formal  sayı  yüz  mini  keçən  silahlı 
qüvvələrdə  bundan  bir  neçə  dəfə  az  adam  vardı  (qalanların  bütün  xərci  mənimsənilirdi). 
Ġntizam  deyilən  Ģeydən  əsər-əlamət  yoxdu.  Bütün  bunlara  görə  oktyabr  ayında  Laçın-
Kəlbəcər istiqamətində hücum baĢlananda prezidentin hərbi müĢaviri YaĢar PaĢa bundan bir 
Ģey  çıxmayacağını  həyəcanla  bildirmiĢdi.  Ancaq  ruslara  arxayın  olan  Rəhim  Qazıyev  söz 

vermiĢdi ki, parad gününədək Laçın bizdə olacaq. Ġlk günlər, doğrudan da, müəyyən uğurlar 
olsa  da  minlərcə  əsgərin  və  yüzlərcə  hərbi  texnikanın  cəlb  edildiyi  Laçın  əməliyyatı  5-6 
oktyabrda  məğlubiyyətə  uğradı.  Bu  dəhĢətli  məğlubiyyət  xalqdan  gizlədildi.  Prezident  məhz 
paradın xatirinə öz iradəsinin əleyhinə getməyə vadar olaraq 8 oktyabrda Laçın əməliyyatının 
məğlub  "sərkərdə"ləri  Surət  Hüseynova  Milli  Qəhrəman  adı,  Rəhim  Qazıyev  və  Nurəddin 
Sadıqovasa  AR  Fəxri  Fərmanı  verməli  olmuĢdu  (R.Qazıyev  əks  halda  paradı  pozacağıyla 
Ģantaj etmiĢdi). 
ARTIRMA 
"-S.Hüseynov  Sizin  Ali  BaĢ  Komandan  kimi  Laçın  dəhlizini  bağlamaq  haqqında  əmr 
verdiyinizdən  danıĢarkən  bu  əmrin  yerinə  yetirilməməsinin  səbəbini  batalyon  komandirinin 
Laçının  yaxınlığında  həlak  olması  və  bütün  döyüĢçülərin  onun  yasına  getməsiylə  izah  edir. 
[Bildirir  ki,  briqada  komandiri  Nüsrət  Namazov  bu  hücum  üçün  heç  bir  lazımi  tədbir 
görməmiĢdi].
 
-…Bəli,  mən  əmr  vermiĢdim  ki,  Laçın  dəhlizi  nəyin  bahasına  olursa-olsun  bağlanmalıdır. 
Bundan sonra biz ġuĢanı azad etmək fikrində idik və Laçın dəhlizinin bağlanması bunu təmin 
edəcəkdi.
 
QoĢunlarımız  düz  Laçın  Ģəhərinədək  gedib  çıxmıĢ,  onun  kəndlərini  azad  etmiĢdilər.  Bu  iĢdə 
ordumuzun  əsgərləriylə  yanaĢı  yerli  özünümüdafiə  qüvvələri  də  iĢtirak  edirdi.  Oradakı 
qüvvələr ikicə gün də dayansaydılar biz Laçını geri qaytaracaqdıq. Ancaq müəyyən qüvvələr 
yenə  xəyanət  etdilər,  hücumun  gediĢi  müddətində  dağlara  çəkildilər.  Rusiyanın 
Ermənistandakı qoĢun hissələri də ermənilərlə birgə Laçına hücum etdi və bizimkilər onların 
qarĢısında dura bilməyərək məğlub oldular
".
 
("Mən  istiqlalımızı  hakimiyyətdən  üstün  tutdum!".  Əbülfəz  Elçibəylə  onun  mətbuat  katibi 
Ədalət Tahirzadənin söhbəti. -"Azadlıq" qəzeti, 20 iyun 1998). 
Paraddan bir gün öncə - 8 oktyabrda ermənilər Azərbaycanla bütün sərhəd boyunca Laçın və 
Zəngilan rayonlarına geniĢ hücuma keçdilər. 
Prezidentin  mətbuat  xidməti  bununla  bağlı  bəyanatda  bildirdi:  "Azərbaycan  Respublikası 
prezidenti  Əbülfəz  Elçibəyin  Moskvaya  səfəri  ərəfəsində  Ermənistanın  hərbi  əməliyyatları 
gücləndirməsi  sübut  edir  ki,  düĢmən  tərəf  Rusiya  ilə  Azərbaycan  arasında  münasibətlərin 
normallaĢdırılmasına və möhkəmləndirilməsinə var qüvvəsi ilə mane olmağa çalıĢır". 
YELTSĠN ELÇĠBƏYĠ BƏRABƏRHÜQUQLU PREZĠDENT KĠMĠ QƏBUL ETMƏLĠ OLDU 
12-13 oktyabr 1992-də Azərbaycan prezidenti Əbülfəz Elçibəyin Rusiyaya rəsmi səfəri oldu.  
Moskva  səfərində  Azərbaycan  prezidentini  dövlət  katibi  P.Hüseynov,  dövlət  müĢavirləri 
V.Axundov,  Ġ.ġirinov,  baĢ  nazirin  birinci  müavinləri  A.Abbasov,  V.Əhmədov,  müdafiə  naziri 
R.Qazıyev,  baĢ  nazirin  müavini,  respublikanın  Moskvadakı  səlahiyyətli  nümayəndəsi 
H.Hacızadə,  xarici  iĢlər  naziri  T.Qasımov,  prezidentin  mətbuat  xidmətinin  rəhbəri 
N.Ġbrahimov, baĢqa rəsmi Ģəxslər müĢayiət edirdilər. 
Birinci  gün  Rusiya  prezidenti  Boris  Yeltsin  Əbülfəz  Elçibəyi  Kremldə  qəbul  etdi.  Prezident 
Elçibəy Kremlə girəndə ilk zalda Leninin Sovet hakimiyyəti qurulduğunu elan edən böyük bir 
məĢhur tablonun  yanından  keçəndə səfirimiz,  AXC-nin  keçmiĢ Ġdarə  Heyətinin  üzvü  Hikmət 
Hacızadəyə zarafatla dedi ki, görürsən, Lenin AXC-nin yaranmasını elan edir…  
Öncə Yeltsinlə Elçibəyin bağlı qapılar arxasında təkbətək görüĢü oldu. GörüĢdə Ermənistan-

Azərbaycan  müharibəsi,  Qafqazda  yaranmaqda  olan  yeni  geosiyasi  Ģərait  və  b.  məsələlər 
müzakirə  edildi.  Prezidentin  köməkçisi  Oqtay  Qasımovun  mənə  bildirdiinə  görə,  həmin 
söhbətdə  B.Yeltsinin  müzakirə  obyektinə  çevirərək  saziĢ  imzalağa  çalıĢdığı  Xəzərin  statusu, 
Azərbaycanda  rus  hərbi  bazalarının  yaradılması,  rus  sərhədçilərinin  Azərbaycanda 
saxlanılması, Xəzərdə birgə balıq ovu, neftin Rusiya Ģirkətləri tərəfindən çıxarılması və s. kimi 
Azərbaycanın  dövlət  maraqlarına  zidd  olan  məsələləri  Azərbaycan  prezidenti  Ə.Elçibəy 
qətiyyətlə rədd edib və onların heç birinə razılıq verməyib.  
../../images/Arxiv/1992_1012_Yeltsin01.JPG
Elə  həmin  gün  Kremlin  Georgi  zalında 
bərabərhüquqlu  dövlətlərin  prezidentləri  Əbülfəz  Elçibəy  və  Boris  Yeltsin  "Azərbaycan 
Respublikası  ilə  Rusiya  Federasiyası  arasında  dostluq,  əməkdaĢlıq  və  qarĢılıqlı  təhlükəsizlik 
haqqında müqavilə"ni imzaladılar. Ġmzalanma törənində Rusiyanın bütün dövlət və hökumət 
adamları: vitse-prezident Rutskoy, baĢ nazir əvəzi Qaydar, dövlət katibi Burbulis, xarici iĢlər 
naziri  Kozırev,  müdafiə  naziri  Qraçov  və  b.  iĢtirak  edirdilər.  Azərbaycanın  yüksək  səviyyəli 
nümayəndə heyəti də buradaydı. 
Tərəflər  bir-birinin  suverenliyini  tanıyaraq  dövlətlərin  demokratik  inkiĢaf  xəttini  müdafiə 
etdilər və insan hüquqlarına, milli azlıqların hüquqlarına əməl etməyi öhdələrinə götürdülər. 
Sənəddə  deyilirdi  ki,  siyasi  vəziyyət  pisləĢdikdə  Rusiya  və  Azərbaycan  bir-birinin  köməyinə 
gələ bilər. Onlar siyasi Ģəraitin inkiĢafını dəyərləndirməkdən ötrü müntəzəm məsləhətləĢmələr 
aparacaqlarını təsdiqlədilər. 
Ġmzalama  mərasimindən  sonra  çıxıĢ  edən  prezidentlər  Rusiya  və  Azərbaycan  arasındakı 
münasibətləri  TARĠXDƏ  ĠLK  DƏFƏ  MÜSTƏQĠL  DÖVLƏTLƏRĠN  MÜNASĠBƏTLƏRĠ  KĠMĠ 
tənzimləyən  sənədə  yüksək  qiymət  verdilər.  Əbülfəz  bəy  müqaviləni  demokratik  Rusiyayla 
demokratik  Azərbaycan  arasında  münasibətlər  yaratmaq  sahəsində  ĠLK  ADDIM  adlandırdı. 
Yeltsin  də  göstərdi  ki,  Rusiyanın  Azərbaycanla  çoxillik  münasibətləri  tarixində  belə  miqyaslı 
müqavilə ĠLK DƏFƏ imzalanır və onun hazırlanması asanlıqla baĢa gəlməyib. O dedi: 
"Daha 
nə "böyük" qardaĢlar, nə də "kiçik" qardaĢlar vardır"

Jurnalistlərin suallarını cavablandıran Yeltsin bildirdi: Azərbaycan prezidentiylə razılığa gəldik 
ki, Qarabağ probleminə dair danıĢıqlar "daha yüksək səviyyəli" Ģəxslərin iĢtirakıyla aparılsın. 
Məsələn, Corc BuĢ, Fransua Mitteran və Helmut Kol kimi görkəmli siyasi xadimləri danıĢıqlar 
prosesinə cəlb etmək məsələsi nəzərdən keçirilir. (Əlbəttə, bu təklifin müəllifi Bəydi və Yeltsin 
onunla razılaĢmalı olmuĢdu). 
Prezidentin  cangüdəni  Ədalət  Məmmədov  danıĢır  ki,  dövlətlərarası  müqavilə  imzalandıqdan 
sonra prezident Boris Yeltsin Azərbaycan prezidentinin Ģərəfinə ziyafət verdi. Georgi zalından 
YaĢıl zala, oradan Qırmızı zala keçilir. Qırmızı zaldan ziyafət zalına (onun adı yoxdur) keçəndə 
biz mühafizəçiləri daha ora buraxmadılar. Ziyafət zalında yalnız ən hörmətli qonaqlara (BuĢa, 
Kola və b.) qonaqlıq verilir. Təxminən saat yarım çəkən ziyafətdə həm Azərbaycan, həm də 
Rusiya tərəfdən yalnız ən yüksək vəzifəli dövlət rəhbərləri iĢtirak edirdi. (Hikmət Hacızadənin 
mənə bildirdiyinə görə, ziyafətdə Elçibəy və Yeltsin bir-birinin ünvanına səmimiyyətlə ən xoĢ 
sözlər söylədilər). 
Ziyafət  bitəndən  sonra  yolasalma  mərasimi  oldu.  Biz  mühafizəçilər  artıq  pilləkənlərin 
aĢağısında  gözləyirdik.  Ziyafət  zalından  çıxanlar  pillələrlə  qoĢa-qoĢa  çox  səmimi  Ģəkildə 
söhbət  edə-edə  aĢağı  enirdilər  -  prezident  prezidentlə,  baĢ  nazir  baĢ  nazirlə  (Y.Qaydar  - 
R.Hüseynov), dövlət katibi dövlət katibiylə (G.Burbulis - P.Hüseynov), nazir nazirlə (P.Qraçov 
- R.Qazıyev, A.Kozırev - T.Qasımov), səfir səfirlə (V.ġoniya - H.Hacızadə).  

Pilləkənin qurtaracağında protokol rəisi B.Yeltsinə yanaĢıb bildirdi ki, rəsmi yolasalma burada 
bitir. Yeltsin əliylə onu kənarlaĢdırdı və Elçibəyi düz qapıyadək ötürdü. 
Həmin  gün  axĢamdan  xeyli  keçmiĢ  Bəy  jurnalistlərlə  görüĢdü.  O,  bəyan  etdi  ki,  Qarabağ 
münaqiĢəsini aradan qaldırmaqçün MDB ölkələrinin sülhməramlı hərbi bölmələri Azərbaycana 
gələ bilməz, çünki Azərbaycan bu birliyin üzvü deyil. 
Prezident  yenə  də  bu  fikrinin  üstündə  durdu  ki,  MDB-nin  GƏLƏCƏYĠNĠ  GÖRMÜR. 
Azərbaycanın indiki rəhbərliyi xarici siyasətini qarĢılıqlı fayda və təhlükəsizlik əsasında qurmaq 
istəyir  və  Rusiyayla  müqavilə  bağlayanda  da  bu  prinsiplər  rəhbər  tutulub.  Ukraynayla 
bağladığımız  iqtisadi  müqaviləyə  yaxın  gələcəkdə  qarĢılıqlı  əməkdaĢlıq  və  təhlükəsizlik 
haqqında  müqavilə  də  əlavə  olunacaq.  Türkiyə,  ABġ,  Böyük  Britaniya,  Misir  və  Ġsraillə  də 
əməkdaĢlıq haqqında sənədlər hazırlanmaqdadır.  
Bəy  xüsusi  vurğuladı  ki,  biz  "dünyanın  demokratik  ölkələri  ilə  elə  müqavilələr  imzalamağa 
çalıĢırıq ki, bu, Azərbaycanda demokratik proseslərin inkiĢafına müsbət təsir göstərsin". 
Ġslam  təməlçiliyinin  Azərbaycanda  baĢ  tuta  bilməyəcəyini  göstərən  Bəy  qeyd  etdi  ki, 
Azərbaycan  "gələcək  siyasi  inkiĢafında  ġƏRQ  və  QƏRB  ĠSTĠQAMƏTLƏRĠNĠN  SĠNTEZĠNDƏN 
istifadə etməlidir". 
Elçibəy  Moskvada  meĢənin  içində  -  SSRĠ  Nazirlər  Sovetinin  sədri  A.N.Kosıginin  keçmiĢ 
iqamətgahında  yerləĢmiĢdi.  13  oktyabrda  o,  burada  Rusiyanın  vitse-prezidenti  Aleksandr 
Rutskoyla  da  görüĢdü.  Bu  görüĢ  vitse-prezidentin  təkidli  xahiĢlərindən  sonra  keçirilmiĢdi. 
Rutskoy özünü Rusiyanın sabahkı sahibi kimi göstərməyə cəhd göstərsə də Əbülfəz bəy çox 
ustalıqla onu yerində oturtmuĢdu. 
Elə  həmin  gün  Bakıya  dönən  Azərbaycan  prezidenti  təyyarədə  Azərbaycan  televiziyasına 
müsahibə  verərkən  bildirdi  ki,  bu  dövlətlərarası  müqavilənin  bağlanması  Azərbaycanla 
Rusiyanın bütün qurumlarının gələcək birgə səmərəli iĢinə əlveriĢli Ģərait yaradır. 
Azərbaycan  prezidenti  Elçibəyin  Rusiyaya  bu  rəsmi  səfəri  iki  ölkə  arasında  ikitərəfli 
əməkdaĢlığın  sağlam  özülünü  qoydu.  Bəy  keçmiĢ  SSRĠ  respublikalarının  baĢçıları  içərisində 
Rusiyayla bərabərhüquqlu müqavilə bağlayan ĠLK PREZĠDENTDĠ. Kremlə müstəqil bir dövlətin 
rəhbəri kimi Ģəstlə girən Əbülfəz bəy burada təmsil etdiyi dövlətin mənafelərini azman Rusiya 
qarĢısında qeyrətlə qorudu və Moskvanı eyni qürurla da tərk etdi.  
Yeri  gəlmiĢkən,  dövlət  maraqlarının  yaratdığı  bəzən  çox  ciddi  ziddiyyətlərə  baxmayaraq, 
Yeltsinlə Əbülfəz bəy arasında qarĢılıqlı səmimi münasibət də yarandı və məhz bu səmimiyyət 
Azərbaycanı  gözləyən  bir  çox  dəhĢətli  fəlakətlərin  qarĢısını  aldı,  yaxud  onların  təsir  gücünü 
xeyli azaltdı. Məhz bunun nəticəsidir ki, Yeltsin onu Azərbaycana səfərə çağıran Əbülfəz bəyin 
dəvətinə  məmnuniyyətlə  razılıq  verdi;  onlar  hətta  Azərbaycanın  rayonlarını  birgə  gəzmək 
arzularını  da  dilə  gətirmiĢdilər  (təəssüf  ki,  Azərbaycandakı  daxili  durumun  gərginləĢməsi 
Yeltsinin ölkəmizə gəliĢinə əngəl törətdi).  
Oktyabrın  15-ində  Azərbaycan  prezidenti  mətbuat  konfransı  keçirərək  Rusiya  səfərinin 
nəticələrini  açıqladı.  Rusiyayla  Azərbaycan  arasında  münasibətlərin  ikitərəfli  müqavilə  və 
Azərbaycanın suveren dövlət olduğunu qəbul etmək prinsipi üzərində qurulduğunu göstərən 
Bəy  Yeltsinlə  görüĢdə  IV  ordu,  sərhədlər  məsələsi  və  b.  mövzular  haqqında  da  danıĢıqlar 
getdiyini bildirdi. 
O  dedi:  Ümumiyyətlə,  müqaviləni  bağlayarkən  çalıĢdıq  ki,  Ģərtlər  dünya  səviyyəsində  və 

müstəqil  dövlətlər  arasında  bağlanan  kimi  olsun,  çünki  "bu,  çox  çətin  idi  və  biz  yuxarıdan 
baxıĢ  psixologiyasını  da  qırmalı  idik".  Prezident  daha  sonra  bildirdi:  "Rusiya  bizimlə  ALĠ 
TƏRƏF və MÜSTƏQĠL DÖVLƏT kimi müqavilə bağladı". 
Rusiya  səfərinin  uğurlu  nəticələri  Əbülfəz  Elçibəyin  artıq  prezidentliyinin  dörd  ayında  dövlət 
idarəçiliyinə  əməlli-baĢlı  bələd  olduğunu  və  yetərincə  diplomatik  ustalığa  yiyələndiyini 
təsdiqlədi. 
Moskvadan  dönənin  ertəsi  günü  -  14  oktyabrda  Bəy  Bakıya  ikigünlük  səfərə  gələn  Dağlıq 
Qarabağ  üzrə  Roma  görüĢlərində  ABġ  nümayəndə  heyətinin  baĢçısı  Cek  Mareskanı  qəbul 
etdi. 
"QARġIMIZDA DURAN VƏZĠFƏLƏRĠN ƏN BAġLICASI HÜQUQĠ DÖVLƏT YARATMAQDIR" 
Oktyabrın  15-ində  prezident  Əbülfəz  Elçibəy  yeni  baĢ  prokuror  Ġxtiyar  ġirinovu  təqdim 
edərkən çıxıĢ etdi. Azərbaycan dövlətinin daxili siyasətinə toxunarkən o bildirdi: "QarĢımızda 
duran  vəzifələrin  ən  baĢlıcası  hüquqi  dövlət  yaratmaqdır.  [...]  Təəssüf  ki,  son  vaxtlar 
respublikamızda  hüquq  pozuntuları  nəinki  azalmır,  hətta  getdikcə  çoxalır.  Prokurorluq 
orqanlarının  əsas vəzifəsi qətiyyətli  olmaq,  cinayətlərin  üstünü  peĢəkarlıqla  açmaq,  xüsusilə 
Yanvar  faciəsinin,  Xocalı,  DaĢaltı,  ġuĢa  və  Laçın  hadisələrinin  və  bir  neçə  ziyalımızın  qətlə 
yetirilməsinin günahkarlarını üzə çıxarmaqdır". 
"Ziyalılar"  dedikdə  Bəy  əsasən  Aydın  Məmmədov,  Dilarə  Əliyeva,  Arif  Abdullayev  və  Əjdər 
Xanbabayevi nəzərdə tuturdu.  Çox  təəssüf ki,  nəinki  bu adamların  qatillərinin  tapılmasında, 
bütövlükdə  Azərbaycanda  hüquq  islahatlarının  aparılmasında  Əbülfəz  Elçibəyin  arzuları 
gerçəkləĢmədi - istər məhkəmə, istər prokurorluq, istərsə də polis sistemində hüquqi dövlətin 
tələblərinə  cavab  verə  biləcək  heç  bir  köklü  dəyiĢiklik  edilmədi.  Bu,  görünür,  hər  Ģeydən 
öncə, həmin islahatları apara biləcək kadr potensialının hələ yetiĢməməsindən irəli gəlirdi. 
Düzünə  qalanda,  elə  bugünkü  təyinatın  özü  də  kadr  yoxluğundan  yaranmıĢdı  -  Ġxtiyar 
ġirinovun  respublikanın  baĢ  prokuroru  edilməsi  onun  yüksək  peĢəkarlığından,  yaxud 
müstəsna fərdi keyfiyyətlərindən yox, əlacsızlıqdan irəli gəlmiĢdi. Bu vəzifəyə çoxlu namizəd 
irəli  sürülsə  də  heç  biri  bəyənilməmiĢdi.  Belə  ki,  Murad  Babayevin  hakimiyyətə  sədaqəti 
Ģübhə  doğururdu,  Ġlyas  Ġsmayılov  baĢ  prokuror  olduğu  zaman  öz  bağını  yandıranları  tapa 
bilməmiĢdi,  respublika  baĢ  prokurorunun  birinci  müavini  Mətləb  Mütəllimov  baĢ  prokuroru 
əvəz edərkən onu kabinetindən iki polis iĢçisi Daxili ĠĢlər Nazirliyinə aparmıĢdı, Çingiz Qəniyev 
Bakı  Ģəhər  prokuroru  kimi  yenicə  iĢə  baĢlamıĢdı,  cəbhəçilər  Qurban  Məmmədovla 
Qulamhüseyn  Əliyevin  heç  bir  prokurorluq  təcrübəsi  yoxdu…  Belə  bir  durumda  əksəriyyət 
vaxtilə rayon prokuroru  olmuĢ,  indisə  Prezident Aparatının  yüksək  vəzifəli əməkdaĢı iĢləyən 
Ġxtiyar ġirinovun üzərində dayanmağa məcbur olmuĢdu… 
Ölkədə baĢ verən  hüquq  pozuntularına  gəlincə, Bəy  konkret  ünvan  göstərdi: 
"Respublikada 
bütün  qanun  pozuntuları  prokurorluq,  məhkəmə sisteminin  dəqiq  iĢləməməsi və Daxili  ĠĢlər 
Nazirliyinin müəyyən səhvləri ilə bağlıdır"

Ali  Məhkəmənin  16  oktyabrda  keçirilən  plenumunda  da  Bəy  bildirdi  ki,  sıravi  vətəndaĢdan 
tutmuĢ  prezidentədək  hamımızı  qanun  idarə  etməlidir.  Bununçünsə  mükəmməl  qanunlar 
qəbul edilməli və sözün əsl mənasında Ģəxsiyyət kimi formalaĢmıĢ adamlar hakim seçilməlidir. 
YERĠ  GƏLMĠġKƏN:  "Elçibəy  hökumətinin  devrilməsinin  səbəblərindən  biri  həmin  dövrdə 
cəzanın  olmamasıdır.  Cinayət  vardı,  cəza  yoxdu.  Heydər  Əliyev  hakimiyyətində  tərsinədir  - 
cəza  var,  cinayət  yoxdur.  Bunların  hər  ikisi  cəmiyyətə  bəlkə  də  eyni  dərəcədə  zərərlidir. 

Hesab  edirəm  ki,  bu  məsələdə  Elçibəy  daha  qətiyyətli  mövqe  tutmalıydı,  yalnız  etimad 
göstərməklə kifayətlənməməliydi…  
Elçibəy  çox  insaflıydı.  O,  zülmkar  deyildi.  Ancaq  Elçibəyin  bu  dərəcədə  insaflı  olmasını 
cəmiyyət, xüsusilə onun opponentləri tam qəbul, dərk edə bilmirdilər, buna gücləri çatmırdı" 
(keçmiĢ dövlət müĢaviri Arif Hacıyev).  
Artıq  üçüncü  gün  dalbadal  hüquq  problemləriylə  məĢğul  olan  prezident  oktyabrın  17-sində 
ölkənin  hüquq-mühafizə  və  inzibati  orqanlarının  rəhbər  kadrlarıyla  ilk  iĢçi  görüĢ  -  müĢavirə 
keçirdi.  Burada  DĠN,  MTN,  Ədliyyə  Nazirliyi  və  baĢqa  bir  sıra  nazirliklərin  baĢçıları, 
prokurorluq, məhkəmə orqanları, Prezident Aparatı rəhbərləri və b. iĢtirak edirdi. 
Ölkədəki  ictimai-siyasi  durumla  və  yeni  iqtidarın  xarici  və  daxili  siyasətiylə  bağlı  geniĢ  nitq 
söyləyən prezident indiki mərhələdə hüquqi dövlət quruculuğunda konkret vəzifələr üzərində 
dayandı. 
Bəy  bildirdi  ki,  cəbhədəki  uğurlar  ümumən  daxili  vəziyyətə  təsir  edir,  dövlətin 
möhkəmləndirilməsi,  əhalinin  güzəranının  yaxĢılaĢdırılması  və  iqtisadiyyatın  yenidən 
qurulması üçün imkanlar yaradır. 
Yanacaq və çörəklə bağlı təxribatların qarĢısının alındığını deyən prezident qeyd etdi ki, etnik 
məsələlərdən də təxribatçün yararlananlar var. 
Prezident  bir  daha  qətiyyətlə  bəyan  etdi  ki,  bizim  geriyə  yolumuz  yoxdur  -  dünyəvi  və 
demokratik dövlət qurmaq xəttini daha qəti və möhkəm siyasətlə davam etdirəcəyik. Dünya 
bizi  bu  yolda  alqıĢlayır  və  mənəvi  arxa  durur.  Örnək  olaraq  Bəy  bildirdi  ki,  Azərbaycanda 
parlament seçkiləri demokratik keçirilərsə Ġngiltərə hökuməti Azərbaycan nümayəndə heyətini 
Londona dəvət edəcək. 
Milli  valyutamızdan  danıĢan  Əbülfəz  bəy  xəbərdarlıq  etdi  ki,  onun  tətbiqində  ehtiyatlı 
olmalıyıq  -  Ukraynada  olduğu  kimi  bizdə  də  rus  rublu  milli  valyutanı  dövriyyədən  sıxıĢdıra 
bilər. 
Kənd  təsərrüfatı  məhsullarının  yığımına  da  toxunan  Bəy  təkcə  pambıq  və  üzümün 
toplanmasına 8 milyard rubla yaxın pul ayrıldığını bildirdi. 
O, gömrük xidmətinin yarıtmaz olduğunu və bunun nəticəsində ölkədə mal-qara qalmadığını, 
hər cür lazımlı Ģeyin Ġran və Türkiyəyə daĢındığını təəssüflə dilə gətirdi. 
Hərbi məsələdən söz açan prezident bütün dövlət qurumlarının birləĢərək mütəĢəkkilliklə ön 
cəbhəyə  kömək  göstərməsini  tələb  etdi.  O,  məlumat  verdi  ki,  Qubadlıda  ordu  təxribat 
nəticəsində geri çəkilib. 
Müdafiə  naziri  Rəhim  Qazıyev  də  təxribat  məsələsinə  toxundu.  O  bildirdi  ki,  qoĢunlarımız 
Laçını,  demək  olar  ki,  alıbmıĢ  -  müxtəlif  istiqamətlərdən  hərəkətə  keçən  qüvvələrimizin 
birləĢməsinə bircə kilometr (!) məsafə qalıbmıĢ, ancaq müəyyən adamlar bu bölgəyə gələrək 
Ģayiələr yaymaq və təxribat əməlləri törətməklə qoĢunları geri çəkilməyə təhrik ediblər. 
Laçın təxribatında iki deputatın da əli olduğunu və onların adını da açıqlayan daxili iĢlər naziri 
Ġsgəndər  Həmidov  bunu  da bildirdi  ki,  DĠN  öz  gücünün  hələlik  60  faizindən  istifadə edir.  O 
söylədi  ki,  Ağdam  və  Füzulidə  müəyyən  qüvvələr  bir  günlüyə  də  olsa  həmin  Ģəhərləri 
düĢmənə vermək və öz yeyintilərini ört-basdır etmək niyyətindədirlər. 
Laçın  əməliyyatından  söz  düĢmüĢkən,  bu,  Surət  Hüseynov  -  Rəhim  Qazıyev  cütlüyünün 

Azərbaycan  ordusuna  vurduğu  ən  ağır  zərbələrdən  biridir.  Bu  haqda  Pənah  Hüseynov 
"Cinayətimiz  məğlubiyyətimizdir"  əsərində  belə  yazır: 
"...Həmin  əməliyyat  əvvəlcədən 
məğlubiyyətə  məhkum  idi.  Ümumiyyətlə,  bu  məğlubiyyətin  əsası  Ağdərə  əməliyyatı  zamanı 
qoyulmuĢdu.  Cəmi  6  nəfər  itki  ilə  bütöv  bir  rayonu  boĢaldan  hərbi  hissələr,  sonradan 
Drambon, Aterk kimi alınmaz istehkamları götürən qoĢun bir qədər irəli gedib Sırxavəndi də 
azad etdi, ordakı ÇAYIN OBĠRĠ TƏRƏFĠNƏ KEÇSƏYDĠ HƏR ġEY QURTARMIġDI. Lakin bunun 
əvəzinə  həmin  bölgədəki  hərbi  hissələri  birdən-birə  (Kəlbəcər  istiqamətindəki  briqadanı) 
götürüb Laçın əməliyyatına cəlb edib ORADA MƏHV ETMƏK əsl cinayət kimi meydana çıxır. 
Hətta  Laçın  götürülsə  belə,  həmin  yeri  əldə  saxlamaq  müĢkül  məsələ  idi.  Biz  artıq  Rəhim 
Qazıyevə  "kömək"  edən  rus  hərbi  mütəxəssisləri  barədə  Ģübhələrimizi  ona  açıq  bildirirdik. 
Burada  artıq  baĢa  düĢülməməli  heç  nə  yox  idi:  KÜLLĠ  MĠQDARDA  HƏRBĠ  TEXNĠKANI  VƏ 
SĠLAHI  RƏHĠM  QAZIYEVƏ  TƏHVĠL  VERMƏK,  SONRA  ONLARI  DÖYÜġƏ  CƏLB  EDĠB  MƏHV 
ETMƏK,  HƏM  NĠZAMĠ  ORDUNUN  YARADILMASININ  QARġISINI  ALMAQ,  HƏM  DƏ 
AZƏRBAYCANIN KÜLLĠ MĠQDARDA PULUNU MƏNĠMSƏMƏK. R.Qazıyev Moskva və Gəncəyə 
(general ġerbaka - Ə.T.) nə qədər pul, qızıl daĢıyıb, bir Allah bilir"... 
 
Gömrük Komitəsinin sədri Ġbrahim Vəliyev gömrük xidmətinin bərbad vəziyyətindən danıĢdı. 
Sonra məsul vəzifəli baĢqa Ģəxslər də çıxıĢ etdilər.  
Prezident Aparatı dövlət-hüquq Ģöbəsinin müdiri Fazil Mustafayev göstərdi ki, tezliklə ölkədə 
qanun  boĢluğunun  aradan  qaldırılmasında  və  dövlətin  idarə  edilməsində  ġƏXSĠYYƏTƏ 
MEYĠLLĠ  idarəetmədən  QANUNA  MEYĠLLĠ  idarəetməyə  keçilməsi  və  nəticədə  dövlətin 
möhkəmləndirilməsi zəruridir. 
Məncə,  belə  yüksək  səviyyəli  görüĢün  indiyədək  keçirilməməsini  bəyənilməli  hal  kimi 
dəyərləndirmək olmaz və bu qədər gecikmənin səbəbini, Rusiya KĠV baĢçılarının da göstərdiyi 
kimi,  Bəyin  özünü  hələ  tam  prezident  kimi  hiss  etməməsində  axtarmaq  gərəkdir.  Hədsiz 
səbirli  və  tədbirli  insan  olan  Əbülfəz  bəy,  görünür,  ona  sədaqəti  onsuz  da  ciddi  Ģübhə 
doğuran  kadrlarla  çəkiĢməyə  güc  xərcləməyi  hələlik  gərəksiz  sayaraq  öz  anını  gözləyib  və 
məhz  uğurlu  Rusiya  səfəri  onda  özünə  möhkəm  inam  yaratdıqdan  sonra  artıq  güc 
qurumlarına nəzarəti də ələ keçirməyin vaxtı çatdığını qət edib. GöydəndüĢmə deyil ki, güc 
qurumlarının baĢçıları Bəyin "boz" üzünü ilk dəfəydi görürdülər. Yəqin ona görə də təsadüfi 
deyildi  ki,  aradan  heç  bir  həftə  keçməmiĢ  Azərbaycanda  "qəribə"  hadisələr  baĢ  verməyə 
baĢladı... 
"MƏN ĠDEYANI GÖTÜRÜRƏM VƏ ONU MƏNTĠQĠ KAMĠLLĠYƏDƏK ÇATDIRIRAM" 
Azərbaycanın  baĢqa  ölkələrlə  əlaqələrinin  geniĢləndirilməsinə  xüsusi  önəm  verən  prezident 
Əbülfəz Elçibəy Moskvadan gələndən sonra da bu yöndə gərgin iĢ apardı. 
Oktyabrın  17-sində  o,  Moldovanın  baĢ  naziri  Andrey  Sangeli'nin  baĢçılığıyla  nümayəndə 
heyətini  qəbul  etdi.  Həmin  gün  Moldova  və  Azərbaycan  hökumətləri  arasında  iqtisadi 
əməkdaĢlıq haqqında saziĢ bağlandı. 
Elə  həmin  gün  Bəy  "Rusiya  -  Azərbaycan  münasibətləri"  mövzusunda  "dəyirmi  masa"da 
iĢtirak  etməkçün  Bakıya  gəlmiĢ  Rusiya  deputatlarını  da  qəbul  etdi  və  iki  dövlət  arasındakı 
münasibətlərin prinsipləri haqqında öz görüĢlərini bir daha açıqladı. 
Rusiyayla  Azərbaycan  arasındakı  münasibətlərdə  sanki  bir  ilıqlaĢma  baĢlanmıĢdı.  Oktyabrın 
21-ində  ölkədə  həm  rus  filmlərinin  festivalı,  həm  də  "Rusiya  -  Azərbaycan  münasibətləri" 
mövzusunda "dəyirmi masa" öz iĢinə baĢladı. Ayın 26-sındasa Moskvanın bələdiyyə baĢqanı 

Yuri Mixayloviç Lujkov Bakıya gəldi və prezident Əbülfəz bəy onu qəbul etdi. 
Oktyabrın 21-ini prezidentin səfirlərlə ünsiyyət günü saymaq olar. O, öncə ABġ səfiri Riçard 
Maylsla,  sonra  Türkiyə  səfiri  Altan  Karamanoğluyla,  iĢ  gününün  sonundasa  ölkəmizə  yeni 
təyin  olunmuĢ Belçika səfiri baron  Tyerri  de Qrübe'nin,  Ġtaliya  səfiri Fernando  Saleo'nun  və 
isveç  səfiri  Eyran  Berner'in  etimadnamələrini  qəbul  etdikdən  sonra  Hollandiya  səfiri  Yoris 
Vos'la görüĢdü. 
Prezidentin  köməkçisi  Oqtay  Qasımovun  mənə  bildirdiyinə  görə,  ABġ  da  Dağlıq  Qarabağda 
Azərbaycan  Ordusunun  uğurlarından  narahatdı.  Bu  üzdən  də 
səfir  R.Mayls  prezidentdən 
soruĢmuĢdu:  "Siz  erməniləri  genosidə  uğratmaq  istəyirsiniz?".  Elçibəysə  ona:  "Yox,  Dağlıq 
Qarabağda  yerləĢmiĢ  beynəlxalq  terrorçuları  və  qanunsuz  silahlı  birləĢmələri  ləğv  etmək 
istəyirik" cavabı vermiĢdi. 
 
"Hearst" (ABġ) və "Ġzvestiya" (Rusiya) qəzetlərinin birgə yaratdıqları ortaq "We/Mı" müstəqil 
qəzetinin  müxbiri  elə  həmin  gün  prezident  Əbülfəz  Elçibəylə  görüĢüb  söhbətləĢdi.  Onun 
Bəydən  götürdüyü  müsahibə  qəzetin  oktyabr  buraxılıĢında  "Professor  dövlətin  sükanı 
arxasında"  baĢlığı  altında  verilib.  Fikrimcə,  Elçibəyə  Amerika  və  Rusiya  stereotipləriylə 
yanaĢılan  və  onu  həmin  stereotiplərlə  də  Amerika  və  Rusiya  oxucularına  təqdim  edən  bu 
müsahibə  prezidentə  qarĢı  çox  da  səmimi  olmayan  duyğular  üstündə  köklənib.  Nəinki 
materialın  özü,  hətta  onun  səhifədə  yerləĢdirilməsi  və  "qonĢu"  materialların  məzmunu  da 
adamı  bu  nəticəyə  gəlməyə  vadar  edir.  Azərbaycana  həsr  edilmiĢ  səhifənin  (onun  müəllifi 
qəzetin xüsusi müxbiri Piter Xlebnikovdur) yuxarısında "xalqın qızı", "Kennedidən demokratiya 
ideallarını  öyrənmiĢ",  "islam  fundamentalizmiylə  mübarizə  aparan",  "erməni  analarının 
ağrılarını  duymayan  azərbaycanlı  qadını  qadın  yox,  diĢi  canavar  sayan",  "Qərb  ideyalarının 
daimi daĢıyıcısı" professor Zemfira  Verdiyeva  gurultulu  sözlərlə  öyülür,  aĢağıdasa  "utancaq" 
prezidentlə müsahibə və az qala Elçibəy iqtidarının simvolu kimi təqdim edilən, sıravi Rusiya 
və  Amerika  insanını  qorxuya  salan  "boz  qurdlar"ın  böyüyü  -  daxili  iĢlər  naziri  Ġsgəndər 
Həmidov  haqqında  ""Bakı  "qurd"u"  yazısı  yanbayan  verilib.  Yeri  gəlmiĢkən,  hər  iki  Ģəxsin 
prezidentlə arasını vurmağa çalıĢan (bu, yazılardakı konkret cümlələrdən açıq-aydın duyulur) 
müxbir Ġ.Həmidov haqqında məqaləsini bu cümləylə bitirir: "Həmidov öz həmkarlarına bunları 
deməyi  xoĢlayır:  "Bizim  baĢlıca  məqsədimiz  Azərbaycanda  reketi  məhv  etməkdir.  Yeganə 
reketçilər bizim özümüz olmalıyıq" (?!). 
Çox  da  xeyirxah  saymadığım  müxbir  müsahibəyə  prezidenti  oxuculara  təqdim  etməklə 
baĢlayır:  "...O,  ürəyindəkiləri  gizlətmir  və  idarəetmənin  Qərb  sisteminin  tərəfdarıdır.  Ancaq 
tənqidçilər  onu  bunda  suçlayırlar  ki,  o,  hakimiyyəti  ÖLKƏNĠ  ĠDARƏ  ETMƏYƏ  HAZIR 
OLMAYAN  və  ONU  DEMOKRATĠYAYA  NECƏ  APARMAĞI  PĠS  TƏSƏVVÜR  EDƏN  RADĠKAL 
MĠLLƏTÇĠLƏRĠN  ƏLĠNƏ  TAPġIRIB".  Əlbəttə,  bu  rəy  xüsusən  Amerika  oxucularında 
Azərbaycan  prezidenti  və  bütövlükdə  Elçibəy  iqtidarının  mahiyyəti  haqqında  mənfi  təsəvvür 
yaratmağa  yönəldilib.  (Elçibəy  hakimiyyətini  dünyaya  demokratlarla  yox,  məhz  "müxalifətin 
böyük qismini aradan götürmüĢ və Azərbaycanda az qala polis dövləti yaratmıĢ", jurnalistlərin 
"gələcək  diktator"  adlandırdığı  Ġsgəndər  Həmidovla  tanıtdırmaq  istəyi,  nədənsə,  20 
Yanvardan qabaq Qorbaçovun Azərbaycandakı azadlıq mücahidlərinin həqiqətən ekstremistlər 
olduğunu  bütün  dünyaya  sübut  etməkçün  Nemət  Pənahovlardan  yararlanmasını  yadıma 
salır...).  Prezidentin  səmimiyyətindən  sui-istifadə  edən  müxbir  bunun  ardınca  Azərbaycan 
rəhbərinin  "bacarıqsız"  imicini  yaratmağa  giriĢir:  "Dövlət  baĢçısı  vəzifəsinə  gəlməsinin  100 
günü  bitdikdən  azca  sonra  Elçibəy  "We/Mı"-ın  müxbiriylə  onun,  üzü  Xəzər  dənizinə  açılan 

kabinetində  görüĢdü.  O,  Azərbaycanın  dinc  inkiĢafı  proqramını  açıqladığı  müsahibəsində 
"Əgər prezidentə yaraĢmayan tərzdə danıĢsam lütfən bağıĢlayın" dedi". 
Müxbirin ilk sualı Amerika - Azərbaycan münasibətləri haqqındadır. Prezident bildirir: "Təəssüf 
ki,  Azərbaycan  və  Amerika  arasında  geniĢ  əlaqələr  olduğundan  danıĢa  bilmərik.  BirləĢmiĢ 
ġtatların  ölkəmiz  haqqında  aldığı  məlumatın  98  faizi  Ermənistandan  gedir.  Bu  məlumatın 
böyük  hissəsi  doğru  deyil.  Ancaq  hiss  edirik  ki,  əlaqələrimiz  inkiĢaf  edir.  Amerika 
Azərbaycanda  geniĢlənən  demokratik  hərəkata  maraq  göstərir.  Elə  bu  gün  mən  ABġ-ın 
ölkəmizdəki ilk səfiriylə söhbətləĢdim". 
Azərbaycanda Ġranın təsiri, islam fundamentalizmi barəsində verilən suala cavabında Əbülfəz 
Elçibəy dünyanın Azərbaycan haqqında məlumatının bu cür azlığına təəssüflənir. 
Müxbirin  Yeltsinlə  imzalanmıĢ  Azərbaycanla  Rusiya  arasındakı  açıq  sərhədlərin  saxlanılması 
haqqında müqavilənin nə qədər sabit olacağı haqqında sualına cavabında Azərbaycan rəhbəri 
bəyan  edir:  "Biz  Rusiyayla  möhkəm  düyünlərlə  bağlanmıĢıq  və  sərhədləri  mütləq  açıq 
saxlayacağıq.  Əgər  onları  indi  bağlasaq  tezliklə  yenidən  açmalı  olarıq.  Yeni  "dəmir  pərdə" 
nəyimizə  gərəkdir?  RUSĠYA  BĠZĠM  ƏN  YAXġI  VƏ  ƏN  MÜHÜM  QARġIDAġIMIZ  OLARAQ 
QALIR. Biz, məsələn, Böyük Britaniyaya hörmət edə bilərik, ancaq evlər tikməkçün bizə taxta-
Ģalban lazım olanda onu Londonda axtarmayacağıq. Niyə ən yaxĢı qarĢıdaĢımızı itirək? Mən 
Rusiyayla, o sıradan Sankt-Peterburqla mədəni əlaqələri canlandırmağı planlaĢdırıram". 
"Azərbaycan  MDB-yə  girməyə  hazırlaĢırmı?"  sorğusunu  prezident  belə  cavablandırır:  "MDB 
böyük  kolxozdur.  Onun,  demək  olar  ki,  heç  bir  mexanizmi  yoxdur  və  heç  kəs  bilmir  ki,  bu 
birlik  hansı  formada  olacaq.  O  nədir:  vertolyot,  yoxsa  dəvə?  Heç  kəs  bilmir.  Parlamentimiz 
tezliklə MDB-yə girmək məsələsini müzakirə edəcək, ancaq mən bir prezident kimi bu ideyanı 
dəstəkləmirəm". Təəccüb doğurmayan bu sualda və onun cavabında anlamadığım bircə Ģey 
var: Milli Məclis hələ 7 oktyabrda - Elçibəylə Yeltsinin müqavilə bağlamasından (12 oktyabr) 5 
gün,  bu  söhbətin  aparılmasındansa  2  həftə  öncə  Azərbaycanın  MDB-dən  imtina  etməsi 
haqqında qərar çıxarmıĢdı. Məncə, bu faktı bilməyən müxbir Bəyin Milli Məclislə bağlı keçmiĢ 
zamanda dediyi sözləri gələcək zamanda iĢlədib.  
"Sizin  Ermənistanla  müharibədən  çıxmaq  planınız  varmı?"  sualına  Əbülfəz  bəy  deyir: 
"Müharibə  problemi  bu  gün,  demək  olar  ki,  həlledilməzdir.  [...]  Mən  prezident  kimi 
Azərbaycanın  içində  xarici  dövlətin  olmasının  tərəfdarıdək  çıxıĢ  edə  bilmərəm.  Heç  vaxt  da 
buna getməyəcəyəm. Biz xoĢhallıqla ermənilərə bura gəlməyə və zavodlarımızı almağa imkan 
verərik, ancaq onlarsa bizim torpağımıza ağalıq etmək istəyirlər. Bununla biz razılaĢa bilmərik. 
Mən  beynəlxalq  təĢkilatların  nəzarəti  altında  ləngitmədən  atəĢin  kəsilməsinin  tərəfdarıyam. 
Mən hətta NATO-nun VASĠTƏÇĠLĠYĠNĠ QƏBUL ETMƏYƏ DƏ HAZIRAM". 
Müxbir  soruĢur:  "Qorxmursunuzmu  ki,  sizi  müharibəni  qızıĢdırmağa  və  hakimiyyəti 
hökumətdəki  daha  radikal  ünsürlərə  güzəĢtə  getməyə  vadar  edə  bilərlər?".  Elçibəy  cavab 
verir: "Mən Ģəxsən özümdən, öz siyasi, yaxud Ģəxsi taleyimdən qorxmuram. BaĢlıcası budur 
ki,  insanlar  bilsinlər:  MƏNĠM  ALNIM  AÇIQDIR  VƏ  MOSKVANIN,  YAXUD  BAġQA  PAYTAXTIN 
GÖSTƏRĠġĠYLƏ HƏRƏKƏT ETMĠRƏM". 
Müxbir  müsahibənin  sonunu  da  baĢlanğıcdakı  ruhda  qurtarır:  "Biz  xudahafizləĢəndə,  qara 
kostyum və qalstuk geyinmiĢ, geniĢ kabinetində var-gəl edən prezident suallara "düzünəqulu" 
cavab verdiyinə görə üzr istədi. "Məni tez-tez diplomatiklikdən uzaq olmaqda günahlandırırlar 
ki, mən qeyri-prezident ifadələri iĢlədirəm; neyləyim, mən də beləyəm. Diplomatiya məktəbi 

qurtarmamıĢam.  Məni  xalqımın  əsgəri  adlandıra  bilərsiniz.  Mən  belə  iĢləyirəm.  Mən  ideyanı 
götürürəm və onu məntiqi kamilliyədək çatdırıram". 
Ölkədə iqtisadi islahatlar proqramlarının hazırlanmasını və həyata keçirilməsini, sosial yönəliĢli 
səmərəli bazar iqtisadiyyatı sisteminin bərqərar olmasını sürətləndirmək məqsədiylə Bəyin 24 
oktyabr tarixli fərmanıyla prezident yanında Ġqtisadi ġura yaradıldı. Həmin Ģuranın yaradıcısı 
əslində dövlət katibi Pənah Hüseynovdu; o, Prezident Aparatında iqtisadiyyat problemləriylə 
məĢğul  olan  əsas  Ģəxslərin:  iqtisadi  məsələlər  üzrə  dövlət  müĢaviri  Vahid  Axundovun  və 
strateji proqramlar üzrə dövlət müĢaviri Sabit Bağırovun iĢini "yüngülləĢdirmək" istəyirdi.  
Həmin Ģuranın hazırladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkiĢafı haqqında dövlət 
siyasətinin  Əsas  Ġstiqamətləri"  layihəsi  artıq  5  gün  sonra  -  29  oktyabrda  mətbuatda  dərc 
edildi.  ġuranın  təqdim  etdiyi  "Sahibkarlıq  fəaliyyəti  haqında"  qanun  layihəsi  iĢıq  üzü  gördü. 
Bunlar  prezidentin  bazar  iqtisadiyyatının  geniĢləndirilməsinə  necə  tələbkarlıqla  yanaĢdığını 
əyani təsdiqləyir. 
Əhalinin maddi vəziyyətini aramsız olaraq yaxĢılaĢdırmağa çalıĢan Əbülfəz bəy 28 oktyabrda 
əmək haqqının minimum məbləğinin ayda 1500 rubladək artırılması haqqında fərman verdi. 
Bu vaxt adambaĢına aylıq gəlir 700 rubldu. Ölkədə 1 milyon 856 min iĢləyən adam vardı. 
4 ĠYUNA APARAN 24 OKTYABR MƏĞLUBĠYYƏTĠ 
Azərbaycan dünya siyasətində öz yerini daha dəqiq müəyyənləĢdirdikcə və bu yerin MDB-dən 
(baĢqa  sözlə,  Rusiyanın  təsir  dairəsindən)  uzaqda  olduğu  daha  aydın  göründükcə, 
torpaqlarını  ermənilərdən  geri  almaqçün  onun  əsla  güzəĢtə  getməyəcəyinə  Ģübhə 
qalmadıqca, eyni zamanda ölkədə demokratik quruluĢlar (təsisatlar, institutlar) geniĢlənib kök 
atdıqca  və  belə  mühitdə  rüĢvətxorluğa,  haramxorluğa  yer  olmadığı,  kiflənmiĢ  beyinli, 
bacarıqsız,  rüĢvətxor  kadrların  gənc  və  savadlılarla  əvəzlənməsi  gündən-günə  gerçəkliyə 
çevrildikcə Elçibəy iqtidarına göstərilən həm iç, həm dıĢ basqılar  daha da güclənir, daha da 
amansızlaĢırdı. 
Əbülfəz  Elçibəyin  Moskva  səfərindən  on  gün  keçmiĢ  və  Ankara  səfərinə  üç  gün  qalmıĢ  (24 
oktyabrda)  Azərbaycan  hakimiyyətinə  iki  güclü  zərbə  endirildi  -  biri  Amerikadan,  ikincisi 
Naxçıvandan. 
Görünür,  Azərbaycanın  Avropayla,  xüsusən  Böyük  Britaniyayla,  eləcə  də  Rusiyanın  özüylə 
daha doğma münasibətlər qurmaq niyyətini görən ABġ-da qısqanclıq yarandı, eyni zamanda 
o,  dövlətimizin  Dağlıq  Qarabağ  məsələsində  ermənilərə  güzəĢtə  getməmək  mövqeyindən 
əsəbiləĢərək, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinə bəslədiyi ermənipərəst rəftarı 
indi də eynilə təkrarladı - ABġ Konqresi sonralar bizdə "907-ci düzəliĢ" kimi tanınan Azadlığı 
Müdafiə Aktına 907-ci düzəliĢi qəbul etməklə Azərbaycana ABġ-ın dövlət yardımı göstərməsini 
yasaqladı.  Doğrudur,  Elçibəy  iqtidarı  xalqını  əcnəbi  yardımlarla  bəsləmək,  humanitar 
yardımlar  dilənmək  siyasətindən  uzaqdı,  ona  görə  də  onun  dövründə  bu  yasağın  nəticəsi 
ciddi duyulmadı, ancaq ABġ-ın "dönüklüy"ünün Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna 
zərbə endirməsisə danılmazdı.  
Fikrimcə,  ABġ  hakimiyyəti  bu  hərəkətiylə  çox  yanlıĢ  yol  tutdu  və  Azərbaycanın  Rusiya 
tərəfindən  boğulmasının,  hələ  möhkəmlənməmiĢ,  çox  kövrək  demokratiyamızın  avtoritar 
rejimlə  əvəzlənməsinin  baĢlanğıcını  qoydu.  Düzdür,  ABġ  o  zaman  Qafqazda  Rusiyayla 
münasibətlərinə  hələ  tam  aydınlıq  gətirməmiĢdi,  ancaq  həyat  sübut  etdi  ki,  Elçibəy 
hakimiyyətinin  taleyinə  biganəlik  göstərməklə  o,  strateji  səhvə  yol  verdi.  Yeri  gəlmiĢkən, 

bunu elə o günlərdə ABġ-ın ən nüfuzlu qəzetləri də bildirirdi. 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin