ARTIRMA
"-Yeni parlament seçkilərini keçirməməyimizi bizim hakimiyyətin ciddi səhvlərindən sayan
xeyirxahlarımız da az deyil. SoruĢuram: niyə yeni parlament seçkilərinə gedilmədi?
-Gəlin yenə ictimaiyyətdə yaranmıĢ yanlıĢ versiyanın xronologiyasına baxaq.
14 may 1992-ci ildə parlamentdə Konstitusiyanı dəfələrlə pozdular - 6 martda istefa vermiĢ
bir adamı yenidən prezident kürsüsünə qaytardılar, prezident seçkiləri haqqında parlamentin
qərarını ləğv etdilər və s. 15 mayda Konstitusiyanı qorumaq üçün xalq ayağa qalxdı və biz
Xalq hərəkatı nəticəsində hakimiyyətə gəldik. Qısa müddətdə - bir neçə saat içində
parlament, Prezident Aparatı, dövlət televiziyası, bütün hakimiyyət qurumları və rayonlardakı
icra qurumları xalqın, Xalq hərəkatının və Xalq Cəbhəsinin nəzarəti altına keçdi.
Biz qərara almıĢdıq ki, hakimiyyəti götürürük, parlamenti - Ali Soveti, Milli Məclisi buraxırıq və
müvəqqəti hökumət yaradırıq, 7 iyuna - prezident seçkilərinə qədər Azərbaycanı müvəqqəti
hökumət idarə edir, 7 iyunda kim qalib gəlsə hakimiyyət də, təbii ki, ona təhvil verilir. Ġlkin
fikrimiz beləydi.
Respublikanı nəzarətə götürəndən sonra həm ölkədaxili müxtəlif siyasi qüvvələrin təkliflərini,
həm də beynəlxalq ictimaiyyətin rəyini (imkan varsa parlament yoluyla gedilsin, müvəqqəti
hökumət yoluyla yox) nəzərə almalı olduq. Qərara gəldik ki, bütün siyasi qüvvələr Ali Sovetin
buraxılaraq onun səlahiyyətlərinin tam Ģəkildə Milli Məclisə verilməsinə razılaĢsa biz bu
variantdan istifadə edək. Hamı da razılaĢdı və biz buna getdik, yəni ilk günlər parlament tam
buraxılmadı - yalnız Ali Sovet buraxıldı və onun səlahiyyətləri Milli Məclisə verildi. Bunu daha
legitim yol kimi üstün tutduq.
Sonrakı mərhələdə parlament seçkilərinin haçan keçirilməsi haqqında müzakirələr baĢlandı,
çünki parlament mütləq buraxılmalı və yeni parlament seçkiləri mütləq keçirilməliydi. Bu seçki
keçirilsin, yoxsa keçirilməsin - bizimçün belə bir sual yoxdu. (Bizə qarĢı çıxıĢ edən qüvvələr
1993-ün yayında hakimiyyətə gəldilər, ancaq parlament seçkilərini öz aləmlərində
konstitusion bir müddətdə - 1995-in noyabrında keçirdilər. Yəni 1995-in noyabrına qədər 2
ildən artıq müddət vardı. Bizim birillik hakimiyyətimiz dövründə hər Ģey tələb olunurdu, amma
bizdən sonrakı dövrdə heç kimdən heç nə tələb olunmadı. Mən baĢa düĢürəm - uman yerdən
küsərlər, ancaq, hər halda, gerçəkliklərə diqqət eləmək lazımdır).
Bəli, ümumi fikir bundan ibarət oldu ki, parlament seçkiləri keçirilməlidir. Bundan ötrü uyğun
qanun hazırlanmalı və həyata keçirilməlidir. 1992-nin yayında bu iĢ çox sürətlə getmədi,
çünki həmin ildə bizim əsas hədəflərimiz həm də ərazi bütövlüyümüzü bərpa eləməkdi.
Ölkədə həqiqi müharibə gedirdi və parlament seçkiləri keçirmək, doğrudan da, bir qədər
qəribə alınardı. Axı harada görünüb ki, bir ölkədə müharibə də getsin, eyni zamanda
parlament seçkiləri də keçirilsin? Bizim strateji kursumuz beləydi ki, 1992-ci ildə hərbi uğurlar
nəticəsində Ermənistanı konfliktsiz bir sülh müqaviləsinə razı salacağıq, bu iĢ bitəcək, sonra
obiri vəzifələrə keçəcəyik. 1992-nin sonu - 1993-ün əvvəllərində aydın odlu ki, bu plan hələlik
gerçək deyil; ona gücümüz çatmadı. Onda parlament seçkilərinin keçirilməsi məsələsi yenidən
aktuallaĢdı və 1993-ün yanvar-fevral aylarında bu haqda qərar qəbul edildi. Prezident
Aparatında Hüquqi Ġslahatlar Komissiyası vardı; hüquqĢünaslar yığıĢaraq Konstitusiya
islahatları hazırlayırdılar və layihə, səhv eləmirəmsə, fevral ayında hazırlanaraq parlamentə
göndərildi, parlamentin komissiyalarında da onun müzakirələri baĢlandı.
-Seçki qanununun?
-Seçki qanununun. Parlament seçki qanunu qəbul etməliydi, yoxsa biz nəyin əsasında
parlament seçkiləri keçirə bilərdik? Bu seçki qanunu layihəsinə, təbii ki, Milli Məclisdə
müəyyən müqavimət vardı. Burada çoxlarının nədən həvəsi olmalıydı ki, Milli Məclis buraxılsın
və yeni seçkilər keçirilsin? Yenidən seçiləcəyinə hamı arxayın deyildi, ona görə də müqavimət
göstərirdilər. Hətta bu layihənin müzakirəsini belə istəməyənlər vardı, ancaq sonda
müqavimətin mənasızlığını, prosesin qarĢısıalınmazlığını baĢa düĢdülər və razılaĢdılar. Qanun
layihəsi komissiyada müzakirə olunmağa baĢlandı. Bizim təxmini proqramımız beləydi ki,
yayda bu qanun qəbul ediləcək və payızda ölkədə parlament seçkiləri keçiriləcək.
-Təxminən sentyabrda.
-Sentyabr-oktyabr, yəni oktyabrdan oyana keçməmək Ģərtiylə. Ġlkin fikrimiz beləydi. Təəssüf
ki, çatdıra bilmədik və 4 iyun bir çox məsələlər kimi bunun da qarĢısını aldı.
Uydurma versiyalar irəli sürürlər. Bəziləri birbaĢa deyir ki, Ġsa Qəmbər parlament seçkilərinin
keçirilməsini istəmirdi, halbuki mən bütün müzakirələr zamanı söyləmiĢdim ki, ümumi fikrə
gələk, seçkiləri keçirək.
Bəziləri Müsavatın maraqlarını önə çəkir, guya Müsavat yeni yaranan partiya olduğuna görə
seçkilərə tam hazır olmadığından bunu istəmir. Bunun səhv olduğunu mən çox sadə bir
arqumentlə sübut edə bilərəm. Müsavat Partiyası rəsmi hakimiyyətdə olmaya-olmaya bir çox
müsavatçılar dövlətdə mühüm vəzifələr tuturdu. Yerlərdə Müsavatın nümayəndələri icra
baĢçısı, baĢçının müavini və baĢqa vəzifələrdə çalıĢırdılar. Cəbhənin, hərəkatın
nümayəndələrindən də bir çoxu, o vaxtadək siyasətdə fəal iĢtirak eləməyənlərin də bir çoxlu
Müsavatda birləĢmiĢdi. Onlar yetərincə nüfuzlu adamlardı və seçkilər keçirilsəydi onların istər
majoritar, istərsə də proporsional dairələrdən seçilməyə Ģansı olacaqdı. Hər halda, Müsavatın
adı da, Müsavat rəhbərlərinin Ģəxsiyyəti də və Müsavat nümayəndələrinin hakimiyyətdəki
mövqeyi də, mən bilən, Müsavat Partiyasına parlamentdə kifayət qədər yer qazandıracaqdı.
Ona görə də bu versiyaları cəfəng sayıram, çünki onlar bəzən qərəzli mənbələrdən, bəzən də
baĢadüĢməzlikdən, informasiyanın azlığından irəli gəlirdi".
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən).
Bu günlərdə Transmilli Radikal Partiyasının Romada keçirilmiĢ 26-cı qurultayı
nümayəndələrinin rəyi belə olmuĢdu:
"Azərbaycan prezidenti ölkədə müharibə getdiyi bir
vaxtda belə ölüm hökmünü ləğv etməyə tərəfdardırsa, deməli, BURADA HUMANĠZM
ƏNƏNƏLƏRĠ ÇOX GÜCLÜDÜR".
AXC AM-nin 21 fevraldakı sessiyasında çıxıĢ edən hərəkatın sədri Əbülfəz Elçibəy bəyan etdi
ki, Xalq Cəbhəsi öz fəaliyyətini yenidən canlandırmalıdır.
Bəzi dövlət rəhbərlərinə qarĢı əsassız ittihamlar sürüldüyünü və onların kadr məsələsini
özbaĢına həll etməkdə suçlandırıldığını söyləyən prezident kadr dəyiĢikliklərinə aid bütün
məsələlərin onun razılığı və nəzarətiylə həll edildiyini bildirdi. Bəyin ilk növbədə müsavatçı Arif
Hacıyevi nəzərdə tutması, bu mövzunun prezident səviyyəsində dilə gətirilməsi, "Azərbaycan"
qəzetində "Arif Hacıyevə qarĢı haqsız hücumlar olduğunu görürəm..." baĢlıqlı böyük material
verilməsi (18 fevral) və b. artıq iqtidariçi AXC-Müsavat qütbləĢməsinin üzdəki görsəntiləriydi.
Sözsüz ki, bu qütbləĢmənin daha mürəkkəb səhnələri pərdə arxasında oynanılırdı. Təəssüf ki,
hakimiyyətdə nüfuz dairəsi uğrunda "Yurd"-Müsavat və "Yurd"-AXC çəkiĢmələrinin də
konturları artıq yetərincə aydın seçilməyə baĢlamıĢdı. (Ozamankı iqtidariçi çoxtirəlik daha
sonralar müxalifətiçi ziddiyyətlərə çevrildi).
ARTIRMA
AXCP sədrinin müavini Zəlimxan Məmmədli:
"Xatırımdadır, AXC hakimiyyəti zamanı siyasi
mühitdə Müsavat, "Yurd" və AXC qanadlarının xaotik Ģəkildə inkiĢafını görərək on bir rayonun
icra baĢçıları bir yerə toplaĢdıq, qərara aldıq ki, prezident Əbülfəz Elçibəyin yanına gedək, baĢ
verən bu anlaĢılmazlığı ona deyək və qəti tədbir görülməsə yazdığımız və cibimizdə
saxladığımız istefa ərizələrini ona verək.
Dediyimiz kimi də etdik. Elçibəyin yanına girdik. Bəy bizi görən kimi gülər üzlə qarĢılayıb nə
deyəcəyimizi gözlədi. Vəziyyəti izah etməyə çalıĢdıq. Diqqətlə qulaq asdı və sonra tamam
baĢqa fikir söylədi.
Dedikləri təxminən belə idi:
-Bəylər, qarĢıdan çox böyük qara buludlar gəlir. Bu buludlar ötüĢsə Azərbaycan ciddi
çətinliklərdən qurtulacaq...
Bir neçə aydan sonra 4 iyun qiyamı göründü və... Elçibəyin aylar öncə dediyi həmin qara
buludları gördük. Bu görüntü idi Elçibəyə "hər Ģeyin zamana ehtiyacı var" dedirtdirən"
.
("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, s.127).
RƏHĠM QAZIYEV GETDĠ. ĠSGƏNDƏR HƏMĠDOV DA ĠSTEFA VERĠR?
20 fevralda Bəy mühüm kadr dəyiĢiklikləri etdi. O, öncə P.Qraçovun hədələrinə (!)
baxmayaraq fərmanla iĢdən çıxardığı Rəhim Qazıyevin yerinə DadaĢ Rzayevi müdafiə naziri
təyin etdi.
Prezident Surət Hüseynovu korpus komandirliyindən də azad etdi və onun yerinə Nəcməddin
Sadıqovu təyin etdi. Nəhayət, Bəy Surət Hüseynova rəğbətini gizlətməyən Gəncə Ģəhər icra
hakimiyyətinin baĢçısı MürĢüd Məmmədovu da vəzifəsindən çıxardı. Ancaq gərginlik
yaratmamaqçün bu qərarlar çox da səsə-küyə salınmadı.
R.Qazıyev Milli Məclisin qapalı iclasındakı müzakirədə istefa ərizəsi yazdıqdan sonra Gəncəyə
getmiĢ, bundan sonra Elçibəyə zəng vuraraq demiĢdi ki, ġerbak söz verir ki, 1 ay yarıma yeni
hərbi hissələr hazırlamaqçün zabitlər verəcək. Ancaq prezident daha ruslarla iĢləməyəcəyini
bildirmiĢdi. R.Qazıyev ġerbakın diviziyasının Gəncədə saxlanılmasına təkid edir, prezidentsə
onunla razılaĢmırdı. Bəyin bu iĢdə dönməzliyini görən R.Qazıyev demiĢdi ki, o qoĢunları bu
gün çıxarırsan, ancaq sabah yalvara-yalvara geri çağıracaqsan. (Təəccüblü deyil ki, R.Qazıyev
iĢdən çıxarılandan sonra da Rusiyanın müxtəlif dairələri onun yerinə qaytarılmasını tələb
edirdilər, görünür, o da elə buna arxayın olaraq qorxmadan ərizə yazıbmıĢ).
Fevralın 22-sini Əbülfəz bəyin diplomatik fəallıq günü də saymaq olar. Öncə Almaniya
bundestaqı xarici iĢlər komissiyasının sədri, doktor Hans ġterkeni qəbul edən Bəy müharibə
alovunun söndürülməsinə Avropanın əməli yardım göstərə biləcəyinə inamını bildirdi və belə
köməyi gözlədiyini dilə gətirdi.
Böyük Britaniyanın Rusiyadakı səfiri Brayan Follu qəbul edən prezidentə məlumat verildi ki,
Britaniya Bakıda öz səfirliyini açmaq qərarına gəlib.
Ġran Ġslam Cümhuriyyətinin səfiri Əliəsğər Nəhavəndianı qəbul edən Ə.Elçibəyə səfir Ġranın
Naxçıvandakı konsulu Məhəmməd Turi'ni təqdim etdi.
"AZƏRBAYCANLILARA QARġI EDĠLMĠġ VƏHġĠLĠKLƏRĠN AÇIQLANMASI VƏ ERMƏNĠ
TERRORĠZMĠ
QURBANLARININ
XATĠRƏSĠNĠN
ƏBƏDĠLƏġDĠRĠLMƏSĠ
HAQQINDA
AZƏRBAYCAN
RESPUBLĠKASI
PREZĠDENTĠNĠN
BƏYANATI"
və
prezidentin
"AZƏRBAYCANLILARA QARġI EDĠLMĠġ VƏHġĠLĠKLƏRĠN AÇIQLANMASI VƏ ERMƏNĠ
TERRORĠZMĠ QURBANLARININ XATĠRƏSĠNĠN ƏBƏDĠLƏġDĠRĠLMƏSĠ HAQQINDA" fərmanı
(23 fevral) çox ciddi siyasi sənədlərdi.
Bəyanatda deyilirdi: "Bu gün Azərbaycan torpaqlarına qəsd edən qüvvələr "dənizdən-dənizə
böyük Ermənistan" xülyası naminə 170 ildən artıqdır ki, Qafqaz türklərinə qarĢı açıq və gizli
soyqırımı siyasəti həyata keçirirlər". Fərmandasa bir çox tədbirlərlə yanaĢı, keçmiĢ 26-lar
bağının "Qaçqınlar meydanı" adlandırılması və oradakı memorialın yerində 1,5 milyon
azərbaycanlı qaçqına həsr olunmuĢ abidə kompleksinin ucaldılması da nəzərdə tutulurdu.
Təəssüf ki, kütləvi informasiya vasitələrimiz kimi dövlət qurumlarımız da bu sənədlərin
müntəzəm təbliğiylə məĢğul olmadılar.
"Azərbaycan" qəzetinin 24 fevral tarixli sayındakı "AXC-ni seçkidən kənarda qoymaq bəri
baĢdan qarĢıdurma yaratmaqdır" baĢlıqlı yazıdan aydınlaĢır ki, Ali Sovetin sədri Ġsa bəyin bu
xəbərdarlığı boĢ yerə yaranmayıb - bəzi siyasi qüvvələr, eləcə də bir çox deputatlar "Siyasi
partiyalar haqqında" qanuna dəyiĢiklik etməklə seçkidə Cəbhəni oyundankənar vəziyyətə
salmaq istəyirdilər.
ARTIRMA
"-O zaman bəzi mətbuat orqanlarında belə ifadə iĢlənmiĢdi: "ikincinin birinci olması". Bu fikrin
yaranmasına münasibətiniz?
-Təbii ki, istər Müsavat Partiyasının, istər digər siyasi qüvvələrin içərisində elə adamlar vardı
ki, dövlətə Ġsa Qəmbərin daha uğurlu rəhbərlik edə biləcəyinə inanırdılar. Kimlərdəsə belə
düĢüncə vardı; insanın düĢünməsini ona qadağan eləmək olmaz ki.
Açığı, elə 1992-nin 18 mayından 7 iyununadək olan dövrdə bir çox məsul dövlət adamları
(əsasən keçmiĢ partnomenklatura nümayəndələri) mənə təklif edirdilər ki, gəl 7 iyunda elə
edək ki, seçkidə yetərsay olmasın, sonra yenidən prezidentliyə namizədlər verilsin, sən də öz
namizədliyini ver, sən prezident seçil, Əbülfəz Elçibəy yox. Təbii ki, mən onların ağzının
üstündən vurdum və dedim ki, gedin, öz iĢinizlə məĢğul olun - seçki tam qanunauyğun
keçirilməli, xalq içində təbliğat aparılmalıdır ki, hamı gəlib səs versin.
"Ġsa Qəmbər prezident olmalıdır" düĢünən adamlar, əlbəttə, sonrakı mərhələdə - Əbülfəz bəy
artıq prezident olan dövrdə də vardı. Ancaq bu, kimlərinsə Ģəxsi düĢüncəsi, əqidəsiydi. Həmin
vaxt mənim Əbülfəz Elçibəyə qarĢı çevriliĢ etmək fikrində olmağımı iddia etmək ya
nadanlıqdan, ya da qərəzdən irəli gələ bilər. Allaha Ģükür, onda da yeni prezident seçkiləri
barədə düĢünmürdük ki, mən də yeni prezident seçkilərində Əbülfəz Elçibəyə rəqib olacağım
haqqında plan quraydım. Seçki 1997-də olacaqdı, ona görə də belə fikirlərə düĢə bilməzdik.
Ancaq 1992-93-də müharibə aparırdıq, ağır dövrdü. Günün çox mühüm problemləriylə
məĢğulduq. Bizi vəzifələr, kürsülər minimum maraqlandırırdı, o da iĢ görə bilmək
baxımından
". (Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən).
Rəsmi dövlət qəzetinin həmin sayındakı bir baĢlıq da diqqəti çəkir: "Ġ.Həmidovun istefası
haqqında Ģayiələr təsdiq olunmamıĢdır". Bununla bağlı olaraq Ġsa bəy bildirib: "Hazırda nazir
Azərbaycan prezidentinin icazəsiylə məzuniyyətdədir; o, öz nazirliyinə rəhbərlik edir".
HEYDƏR ƏLĠYEV MOSKVADA
Azərbaycan XĠN Ermənistan ərazisində yerləĢən Rusiya 7-ci ordusu hərbi qulluqçularının
ermənilər tərəfində hərbi əməliyyatlarda iĢtirak etməsiylə bağlı bəyanat verdi ("Azərbaycan"
qəzeti, 25 fevral). Sənəddə deyilir:
"Azərbaycan Xarici ĠĢlər Nazirliyi onu da qeyd etməyi
lazım bilir ki, Rusiya Federasiyasının belə mövqeyi Dağlıq Qarabağa dair ATƏM-in Minsk
qrupu nümayəndələrinin Romada keçiriləcək görüĢlərinin məzmunu ilə bir araya sığmır".
Yeri gəlmiĢkən, bu zaman Zaqafqaziyanın baĢqa respublikaları da çalxanmaqdaydı.
Ermənistanda müxalifətin aramsız mitinqləri keçirilirdi; Paruyr Hayrikyanın baĢçılığı altında
onlar hökumətin Qarabağla bağlı yanlıĢ siyasətinə etiraz edirdilər. Polislə toqquĢmada 7 nəfər
həlak olmuĢdu. Gürcüstan prezidenti E.ġevardnadzesə 25 fevralda bəyanat verərək RF
müdafiə naziri P.Qraçovun Abxaziyaya və Batumiyə səfər etmək istəməsini pislədi. Ancaq
ġevardnadzenin etirazına baxmayan Qraçov istədiyini etdi. O, həmin günlərdə Gəncədəki rus
diviziyasına da baĢ çəkməkçün gəlmək istəyəndə Bəyin
"mən ona ġevardnadze deyiləm..."
xəbərdarlığıyla üzləĢdi və "üzüboz" prezidentdən çəkinərək Azərbaycan səfərindən daĢınmalı
oldu.
Bir çoxları bu və baĢqa hərəkətlərinə görə Bəyi "taktsızlıqda", "Rusiyanı hirsləndirməkdə"
indinin özündə də həvəslə suçlamaqdadırlar. Onların fikrincə, guya o, Rusiyanın "kefinə
dəyməsəydi" ruslar dostumuza çerilərdi. Sözsüz ki, bunlar Rusiyanın I Pyotrdan üzübəri gələn
qlobal siyasətinin əsl mahiyyətini anlamayanların diletantcasına düĢüncələridir. Tarix Nadir
Ģahın (onda "Təhmasibqulu xan" adlanırdı) təcrübəsində sübut edib ki, Rusiya yalnız güclü
olduğumuz vaxt Azərbaycandan çəkinib, ona hörmətlə yanaĢıb. Buna görə də Əbülfəz
Elçibəyin Rusiyayla rəftarını yalnız Nadir Ģahın doğru yoluyla gedilməsi kimi dəyərləndirirəm.
Təəssüf ki, budəfəki Rusiya artıq Nadir Ģahın dövründəkindən seçilərək qarĢısında
dayanılmayacaq qüvvəyə çevrilmiĢdi.
Son vaxtlar Azərbaycan mətbuatı Rusiyayla birbaĢa bağlı sərt çıxıĢları gücləndirmiĢdi. Təkcə
rəsmi dövlət qəzeti "Azərbaycan"da son 22 gündə dərc edilmiĢ bu əsas məqalələrin adını
çəkə bilərik: "Rusiya "Bakı-Moskva" qatarını məhv etmək istəyir" (16 fevral), "Təhlükəli
niyyət" (18.02), ""Ġzvestiya" qəzetinin verdiyi məlumat həqiqətə uyğun deyildir" (19.02),
"Rusiya səfirinə etiraz bəyanatı təqdim edilmiĢdir"; ""Vesti" Ģərindən əl çəkmir ki, əl çəkmir"
(20.02), "Səfirliyin bəyanatı" (23.02), "Rusiya hökuməti daxili iĢlərimizə qarıĢır" (24.02),
"Rusiyanın Azərbaycandakı səfirinə respublika Xarici ĠĢlər Nazirliyinin notası təqdim
edilmiĢdir" (26.02), ""Vesti" yalan deyir, bir nəfərin də burnu qanamayıb" (10.03) və b. Bu
yazılar əslində Rusiyaya qarĢı Azərbaycan xalqının münasibətinin ifadəsiydi.
Anasının erməni olduğu söylənilən P.Qraçovun himayə göstərdiyi ermənilər 25 fevralda
Ağdərə rayonundakı Sərsəng su anbarı istiqamətində geniĢmiqyaslı hücuma keçdilər.
Azərbaycan hərbi qüvvələri anbara nəzarəti hələlik öz əlində saxlamağı bacardı. Həmin gün
Bəy Qırğızıstan prezidenti Əsgər Akayev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və
Gürcüstan baĢçısı Eduard ġevardnadzeylə telefon danıĢıqları apardı, Dağlıq Qarabağdakı
durumu müzakirə etdi.
MünaqiĢənin yenidən qızıĢdırılması Azərbaycanı müstəqillik uğrunda çarpıĢmalardan
sapdırmaq məqsədi güdürdü. Buna görə də Bəy düĢmənlərimizin niyyətini gözündə
qoymaqçün həqiqətən fədakarcasına çalıĢırdı. Onun 26 yanvarda imzaladığı "Azərbaycan
Respublikasında mənzil fondunun özəlləĢdirilməsi haqqında" qanun 26 fevralda qüvvəyə
mindi.
ARTIRMA
"
-…Prezident olanda da evim yoxdu. Polyaniçko çıxıb Moskvaya getmiĢdi. Bir dəfə
televiziyada bir veriliĢ oldu, Polyaniçko dedi ki, Bakıdan ötrü ürəyim darıxır; çalıĢacağam ki,
ora qayıdım. Bizim adamlar fikirləĢdilər ki, Polyaniçko gəlməmiĢ evini əlindən alaq, belə
fikirlərə düĢməsin. Ancaq bu mənzili dövlət adamlarından birinin ayağına yazmaq lazımdı.
Kimə dedilərsə götürmədi. Pənah bəy də, Ġsa bəy də razı olmadılar. Axırda məni "biĢirdilər"
ki, Sizin xaricdən Ģəxsi qonaqlarınız, dostlarınız gələndə onları öz evinə aparmağınız yaxĢıdır.
Prezident otaqlarında qalmağınız düz deyil, həm də axı hamını prezident sarayında qəbul
etmək mümkün olmur, mehmanxanaya yerləĢdirirsiniz. Özü də bu mənzil Prezident Aparatına
yaxındır; ailəniz də qalar, qonaq da qəbul edərsiniz. Nəysə, razılaĢdım, mənim adıma
yazdılar, ancaq eləcə də qaldı. Özüm bircə dəfə gedib baxdım ki, bu nə evdir. Baxdım, dedim
ki, bura mənim yerim deyil - burada yaĢaya bilmərəm.
-Dəbdəbəliydi?
-Dəbdəbəli deyəndə ki, yaxĢı təmirli evdi.
-Neçə otaqdı?
-Vallah, bilmirəm - 4, ya 5 otaqdı. Otaqların 1-2-sinə baxdım. Bir də krantları açdım, gördüm
ki, suyu yoxdur. Dedilər ki, burada olmursunuz, ona görə su gəlmir, köçsəniz açılacaq.
Vəssalam. Oradan o çıxan oldum, bir də getmədim. Bunu hamı bilir.
-Heç orada yaĢamadınız?
-Qətiyyən.
-Ailəniz də?
-Heç on dəqiqə belə!
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.114-
115).
Milli Məclisin 24 fevral tarixli "Dövlət avtonəqliyyat vasitələrinin özəlləĢdirilməsi haqqında"
qərarıyla taksilər də özəlləĢdirilməyə baĢladı.
"Respublika" sarayında AXC Ġcraiyyə Komitəsinin təĢəbbüsüylə 27 fevralda "AXC bu gün və
sabah" mövzusunda müĢavirə keçirildi. Prezident bu forumda geniĢ çıxıĢ etdi. (Çox qəribədir
ki, rəsmi dövlət qəzeti bu mühüm yığıncaqdan hesabat vermədi!). Ölkənin ictimai-siyasi
durumunu ətraflı Ģərh edən AXC sədri Əbülfəz Elçibəy məĢhur "Bəylər, rüĢvəti yığıĢdırın!"
xəbərdarlığını etdi. Onun fikrincə, düĢmən tanklarının qarĢısında sinə gərib dayanan bəzi
cəbhəçilər rüĢvət qarĢısında dözməyib geri çəkildilər. Bəy öz silahdaĢlarına israrla aĢılamaq
istəyirdi ki, uğrunda qanlarımızı tökərək qurduğumuz dövləti rüĢvət asanlıqla dağıda bilər.
Çeçenistanın Qudermes stansiyası yaxınlığında Kislovodsk qatarı partladıldı, çoxlu sərniĢin
həlak oldu. Prezidentin mətbuat xidməti bununla bağlı bəyanat yaydı.
Fevralın 27-sində Naxçıvan baĢçısı H.Əliyev Moskvadan qayıtdı. O, bir neçə gün burada
qalaraq Rusiyanın yüksək vəzifəli və rütbəli Ģəxsləriylə, məsələn, Rusiyanın təhlükəsizlik naziri
R.Barannikovla (Oqtay Qasımovdan eĢitdiyimə görə, H.Əliyevin kürəkəni prezidentin
köməkçisi mərhum G.Zərbəliyevlə danıĢarkən bunu təsadüfən ağzından qaçırmıĢdı), eləcə də
Böyük Britaniyanın Rusiyadakı səfiri Brayan Folla da görüĢmüĢdü. Ədalət Məmmədovun mənə
dediyinə görə, H.Əliyevin Moskvada təhlükəsizliyini Barannikovun göstəriĢiylə "Alfa" qrupu
təmin etmiĢdi. H.Əliyev Kremldə də kiminsə yanında olub.
Sonralar H.Əliyevin Moskvaya bu səfərinin məqsədləri haqqında müxtəlif fikirlər yayıldı.
Məsələn, Əliyevin hakimiyyətə qaytarılmasında müstəsna xidmətləri olmuĢ Rəsul Quluyev
bəyan edir ki,
H.Əliyevin 1993-ün fevralında "Moskvaya səfəri zamanı Rusiyanın səlahiyyətli
orqanları ilə gələcək hakimiyyət dəyiĢikliklərini müzakirə etməsi və 4 iyunla bağlı razılaĢmalar
əldə edilməsi haqqında əlimizdə tutarlı sənəd və dəlillər vardır"
.
Jurnalist Dmitri Furman da elə bunu nəzərdə tutaraq 1993-ün iyulunda yazırdı:
"Əliyevin bu
yaxınlarda Moskvaya səfərində qətiyyən yalnız Naxçıvanın iqtisadi problemləri müzakirə
edilməyib"
.
Martın 2-sində Əbülfəz bəy Moskva səfərindən dönmüĢ H.Əliyevi yenidən qəbul etdi. Oqtay
Qasımovun dediyinə görə, Əliyev Moskvadakı görüĢləri haqqında məlumat versə də
Barannikovla olan söhbətini danmıĢdı.
Fevral ayının ən mühüm hadisələrindən biri də bu oldu ki, Azərbaycanla Türkiyə Azərbaycan
neftini Aralıq dənizinə göndərməkçün Bakı - Ceyhan neft kəmərinin çəkiliĢi haqqında saziĢ
imzaladılar. Mart ayında Qazaxıstan da bu kəmərə qoĢulmaq istədiyini bildirdi.
"MƏHKƏMƏNĠN GÜCÜ ONUN MÜSTƏQĠLLĠYĠNDƏ VƏ YALNIZ QANUNLARA TABE
OLMASINDADIR"
Ermənilərin hücumları gücləndikcə rayonlarımızın iĢğal edilməsi təhlükəsi artırdı. Buna yol
verməməkçün Bəy qabaqlayıcı tədbir kimi fövqəladə vəziyyət rejimini seçməli oldu. Onun 2
mart fərmanıyla Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ərazisində də FV tətbiq edilməyə
baĢladı.
Müharibə aparan ölkədə idmanın son dərəcə önəmli rolunu dəyərləndirən prezidentin
göstəriĢiylə Prezident Aparatının humanitar siyasət Ģöbəsi, mətbuatın 2 martda bildirdiyinə
görə, respublikada bədən tərbiyəsi və idmanın inkiĢafı konsepsiyasını hazırlayıb baĢa çatdırdı.
(Yeri gəlmiĢkən, Azərbaycanda karateni inkiĢaf etdirmək məqsədiylə Bəy Karate-do
Federasiyasına 20 min dollar ayrılması barədə martda sərəncam vermiĢdi).
3 martda mətbuatda Rusiya və ABġ-ın yeni birgə bəyanatı dərc edildi. Sənəddə deyilirdi ki,
Rusiya və ABġ Dağlıq Qarabağda və onun ətrafında cərəyan edən münaqiĢənin sülh yoluyla
həlliyçün ATƏM-in Minsk qrupu çərçivəsində göstərilən səyləri davam etdirmək əzmində
olduqlarını təsdiqləyirlər. Onlar tərəfləri öz xalqlarının taleyi qarĢısında tarixi məsuliyyəti dərk
etməyə və münaqiĢəni YALNIZ DĠNC YOLLA aradan qaldırmaqçün siyasi iradə nümayiĢ
etdirməyə çağırırlar.
ABġ-ın Dövlət Departamenti 5 martda Gürcüstana nota verdi ki, ABġ hökuməti Rusiya-
Gürcüstan münasibətlərinin açıq-aĢkar pisləĢməsindən narahatdır və Rusiyayla cəbhələĢmə
Gürcüstanda demokratik cümhuriyyət yaratmaq səyləriyçün fəlakətli ola bilər. Bu, əslində
Azərbaycana da xəbərdarlıqdı. [
Türkiyədən olan çox məlumatlı birisindən eĢitdiyimə görə,
Türkiyədə bəziləri Elçibəyin devrilməsi və Əliyevin gəlməsiylə həm də ona görə razılaĢdılar ki,
bundan sonra yaranacaq yeni Azərbaycan-Rusiya münasibətlərinin Türkiyəyə (görünür, ilk
növbədə ABġ-a!) daha baĢağrısı olmayacağına inanırdılar
].
Prezidentin mətbuat xidməti 5 martda mətbuatda xəbər verdi ki, Azərbaycanın Dövlət
Müdafiə Komitəsi geniĢ müzakirədən sonra dövlətimizin milli müdafiə konsepsiyanın əsaslarını
qəbul edib.
6 martdasa mətbuatda belə bir xəbər yayıldı ki, RF prezidenti Boris Yeltsin Ermənistanla
Azərbaycan arasında baĢ vermiĢ ixtilafları dayandırmaqçün Rusiyaya səlahiyyət verilməsini
BMT-dən xahiĢ edib. Bu təĢəbbüs əslində Rusiyanın münaqiĢənin həllindən ATƏM-i sıxıĢdırıb
çıxarmaq, problemin həllinin açarını yalnız öz əlində saxlamaq istəyinin ifadəsiydi.
ġəhriyar sarayında 5 martda Azərbaycan Ali Məhkəməsinin 70 illik yubileyində qısa təbrik
nitqi söyləyən Bəy dedi: "Güclü məhkəmə, islahatların keçirildiyi müddətdə cəmiyyətdə
sabitlik və təhlükəsizlik atmosferinin olmasını təmin edə bilər. Məhkəmənin güclü olması isə
onun müstəqilliyində və yalnız qanunlara tabe olmasındadır".
Ali Məhkəmənin sədri Tahir Kərimli bəyan etdi ki, biz istintaq məhkəməsini ləğv edərək
yerində çəkiĢmə prosesi prinsiplərinə dayanan mühakimə icraatı qurmalıyıq. Bu, hər hansı bir
prosesin - istər mülki cinayət, istərsə də inzibati və konstitusion prosesin əsas özəyi olmalıdır.
Çox təəssüf ki, üçüncü hakimiyyətin baĢında dayananlar qarĢılarında qoyulmuĢ vəzifələri
gerçəkləĢdirə biləcək səviyyədə səriĢtəli olmadıqlarına görə prezidentin də, sədrin də
söylədikləri Ģirin arzu olaraq qaldı.
Bəy "dövlət quruculuğu ili" elan etdiyi 1993-də vəzifəsinin öhdəsindən gələ bilməyən bir çox
dövlət qurumlarının, nazirliklərin baĢçılarını dəyiĢmək niyyətindəydi və onların içərisində Ali
Məhkəmənin sədri də vardı. (Bunu T.Kərimli aradan 6 il keçəndən sonra "Yeni Müsavat"
qəzetində boynuna aldı. Bu etiraf T.Kərimlinin Elçibəyə 6 illik hücumlarının baĢlıca səbəbini də
üzə çıxardı).
Bəy ġərq ölkələriylə əlaqələrimizin inkiĢafını da gözdən qaçırmırdı. 4 martda Türkiyənin
ekologiya naziri Doğancan Akyürəklə görüĢən prezident martın 5-ində Yaponiyanın Rusiya və
Azərbaycandakı səfiri Edamura Sumionu və Çinin Azərbaycandakı səfiri Sya ġuyuanı qəbul
edərək bu ölkələrlə əməkdaĢlığımızın perspektivlərinə toxundu. Sonuncu dövlətlə
münasibətlərə Elçibəyin özəl yanaĢması vardı. Bu, əsl türk milliyyətçisi olan bir prezidentin
yanaĢmasıydı.
Dostları ilə paylaş: |