ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ


Onların BAġLICA BƏLASI VƏ GÜNAHI ondadır ki, bu adamlar ÖZ DÖVLƏTLƏRĠNĠN



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
elcibey11-Prezident Elçibəy


Onların BAġLICA BƏLASI VƏ GÜNAHI ondadır ki, bu adamlar ÖZ DÖVLƏTLƏRĠNĠN 
MÜSTƏQĠLLĠYĠNƏ GERÇƏKDƏN ĠNANIRLAR və deyəsən, doğrudan da, belə hesab 
edirlər  ki,  AZƏRBAYCAN  NEFTĠ  AZƏRBAYCANA  MƏXSUS  OLMALIDIR”.  Məncə, 
Qarabağ münaqiĢəsinin mahiyyətini bu qədər çılpaqlığıyla hələ heç kəs söyləməmiĢdi! 
Aprelin  10-undan  11-inə  keçən  gecə  ermənilər Zəngilan  rayonuna  da hucum  etdilər,  ancaq 
geri oturduldular. Prezidentin mətbuat xidməti və XĠN bununla bağlı bəyanat verdilər.“BritiĢ 
Petroleum”  Ģirkətinin  prezidenti  Con  Braun  Əbülfəz  Elçibəyə  məktub  göndərərək  onu  əmin 
etdi ki, “biz beynəlxalq ictimai fikrə təsir göstərmək üçün əlimizdən gələn hər Ģeyi edəcəyik”. 

Dövlət katibi Pənah Hüseynov 11-12 apreldə Tehrana iĢgüzar səfərə getdi. O, Mehabad hava 
limanında  Ġranı  “Azərbaycanın  yaxın  və  böyük  dostu”  adlandırdı.  Əbülfəz  Elçibəyin  ĠĠC 
prezidenti Əliəkbər HaĢimi-Rəfsəncaniyə məktubunu da aparan P.Hüseynov öncə prezidentin 
I  müavini  Həsən  Həbibiylə  görüĢdükdən  sonra  prezident  Ə.HaĢimi-Rəfsəncaninin  də 
qəbulunda  olaraq  Bəyin  məktubunu  ona  verdi.  Ġran  prezidenti  Azərbaycanda  yaranmıĢ 
durumu “böhranlı vəziyyət” adlandırdı.  
Prezident  Aparatında  Ali  BaĢ  Komandan  Əbülfəz  Elçibəyin  sədrliyi  altında  hökumətin  geniĢ 
iclası  oldu  (12  aprel).  Yığıncaqda  FV  Ģəraitində  iĢ  rejimi  məsələləri  və  nazirliklərin,  baĢ 
idarələrin  fəaliyyətinin  yenidən  qurulması  sahəsində  ən  mühüm  vəzifələr  müzakirə  edildi. 
Ġclasa  yekun  vuran  Əbülfəz  bəy  dedi  ki,  hər  bir  kəsin  iĢi  “Hər  Ģey  respublikanın  ərazi 
bütövlüyünün qorunması üçün, AZƏRBAYCANDA DEMOKRATĠYANIN XĠLASI ÜÇÜN!” Ģüarına 
tabe edilməlidir. 
Tehrandan qayıdan (12 aprel) Pənah Hüseynov elə həmin gün Moskvaya gedərək Rusiyanın 
xarici  iĢlər  naziri  Andrey  Kozırevlə  görüĢdü.  Onlar  münaqiĢənin  sülh  yoluyla  çözülməsi  və 
Rusiyanın  vasitəçiliyi  məsələlərini  müzakirə  etdilər.  Həmin  gün  N.Nazarbayev  B.Yeltsinlə 
Dağlıq Qarabağ mövzusunda telefonla danıĢdı. Bundan sonra o, Əbülfəz bəyə də zəng edərək 
Kəlbəcər mövzusuna toxundu. 
13 apreldə Ermənistan və Azərbaycanın baĢ nazirlərinin Moskvada görüĢməsi haqqında razılıq 
əldə  edildi.  Bu  vaxt  Rusiya  KĠV  Soçidə  atəĢin  dayandırılması  haqqında  saziĢ  bağlandığını 
bildirdi və Prezident Aparatımız bu xəbəri yalanladı. 
TURQUT ÖZAL YENƏ ELÇĠBƏYĠN YANINDADIR 
Orta  Asiyaya  səfərini  baĢa  vuran  Türkiyə  prezidenti  Turqut  Özal  13  apreldə  böyük 
nümayəndə heyətiylə (onların arasında Türkiyənin 110 ən böyük Ģirkətinin nümayəndəsi də 
vardı)  oradan  birbaĢa  Bakıya  gəldi.  Bu,  Elçibəyin  Türkiyə  səfərinə  cavab  olaraq  hazırlanmıĢ 
adi rəsmi səfərdi. 
Turqut  Özalın  bu  gəliĢi  əslində  qardaĢın  qardaĢa  ürək-dirək  verməsi,  ona  hayan  olduğunu 
bildirməsi məqsədi daĢıyırdı - o, Azərbaycanın Ermənistanla vuruĢda tək olmadığını dünyaya 
göstərmək istəyirdi və bu diləyində tam səmimiydi.  
Bakıya  ayaq  basdığı  andaca  -  hava  limanında  Turqut  Özal  jurnalistlərə  Ermənistanın 
Azərbaycana  təcavüzünün  qarĢısını  almağın  Bakı  müzakirələrinin  baĢlıca  mövzusu  olacağını 
vurğuladı. 
Həmin gün Əbülfəz Elçibəy Turqut Özalla təkbətək görüĢdü. 
14  apreldə  ġəhidlər  xiyabanını  ziyarət  edəndən  sonra  Turqut  bəy  parlamentin  sədri  Ġsa 
Qəmbərlə görüĢdü və Milli Məclisdə çıxıĢ etdi. Azərbaycanı özünün dövləti sayan Turqut Özal 
dedi: “Müstəqil dövlətimizin parçalanması yolverilməzdir”. O, xəbərdarlıq etdi: “Türk millətinin 
səbri zorlanmamalıdır”. 
M.Rəsulzadə  adına  Bakı  Dövlət  Universitetinə  gələn  Turqut  Özal  və  Əbülfəz  Elçibəy  burada 
çıxıĢ  etdilər.  Sonra  hər  iki  prezident  qaçqınlara  baĢ  çəkməkçün  Zuğulba  qəsəbəsinə  getdi. 
Turqut bəy “Zuğulba” pansionatındakı qaçqınlara 10 min dollar təmənnasız yardım göstərdi. 
Nazirlər Kabinetində Əbülfəz Elçibəylə Turqut Özalın hər iki ölkənin iĢ adamlarıyla görüĢündə 
Azərbaycanla  Türkiyə  arasında  iqtisadi-ticarət  əlaqələrinin  inkiĢafı  perspektivləri  müzakirə 
edildi.  GörüĢü  yekunlaĢdıran  Əbülfəz  bəy  bildirdi  ki,  70  illik  qapalılıq  Ģəraitindən  sonra 

müstəqil  iqtisadi  münasibətlər  qurmaq  imkanı  qazanan,  eyni  vaxtda  bir  neçə  tarixi  vəzifə 
yerinə yetirən Azərbaycan bütün problemlərini tədricən həll edəcəkdir. 
Turqut  Özal  aprelin  15-ində  Bakıdan  getdi.  Hava  limanından  onu  Əbülfəz  Elçibəy  və  baĢqa 
rəsmi  Ģəxslər  (xarici  iĢlər  naziri  Tofiq  Qasımov  bu  vaxt  ölkədə  olmadığından,  onu  müavini 
Mircəlal Yusifli əvəz edirdi) yola saldılar.  
11  günlük  səfərinin  3  gününü  Bakıda  keçirən  Turqut  bəy  Ankaranın  “Esenboğa”  hava 
limanına enincə dedi: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən iĢğal edilməsinin əsla 
qəbuledilməz  olduğunu  bəyan  etdik.  Bu  problemin  BMT  və  ATƏM  çəçivəsində  həll 
olunmayacağı təqdirdə məsələnin böyüyəcəyini də elan etdik. Azərbaycanın iqtisadi cəhətdən 
inkiĢaf etməsi, demokratiyanın bərqərar olması və Ermənistana sinə gərə bilməsi üçün birlik 
və həmrəylik olması zərurətini də vurğuladım. Bunu həm iqtidarın nümayəndələrinə, həm də 
müxalifətin liderlərinə bildirdim”. 
Yeri  gəlmiĢkən,  Turqut  Özal  Orta  Asiyadaykən  bütün  yeni  türk  dövlətlərinin  baĢçılarına 
Azərbaycanın bu ağır günündə onunla həmrəy olmağı tövsiyə etmiĢdi. 
Turqut Özalın səfəri zamanı Türkiyədən ölkəmizə 500 min ton buğda gətirilməyə baĢlandı. Bu 
vaxt  respublikada  çörək  təchizatı  pisləĢmiĢdi.  Bakıda  Ģayiə  yayılmıĢdı  ki,  guya  3-4  gündən 
sonra mağazalarda çörək tapılmayacaq. Busa tələbatdan artıq çörək alınmasına və nəticədə 
süni gərginlik yaranmasına səbəb oldu. 
Naxçıvan  MR-da  da  əhalinin  çörəklə  təminatında  ağır  durum  yaranmıĢdı,  çünki  40  gündən 
artıqdı ki, hansı səbəblərdənsə Ġran Ġslam Cümhuriyyəti Bakıdan Naxçıvana gedən unla dolu 
avtomobil karvanını öz ərazisindən buraxmırdı. 
Bu  günlərdə  Ġran  prezidenti  Əliəkbər  HaĢimi-Rəfsəncaninin  Əbülfəz  bəyə  cavab  məktubu 
alındı. O yazırdı: “Ġndinin özündə də Ġran Ġslam Respublikası əvvəlki mövqeyində durur, ...iki 
rəsmi bəyanatla təcavüzkarı açıq-aĢkar pisləmiĢdir”. Ġran baĢçısı əslində Elçibəyi də suçlayırdı: 
“...Ġnanırıq ki,  Ġran  Ġslam  Respublikasının  əvvəlki  vasitəçilik  səylərinə  hər iki  ölkə  tərəfindən 
ciddi surətdə əməl olunsaydı bugünkü vəziyyət heç bir vəchlə ortaya çıxmazdı” (“Azərbaycan” 
qəzeti, 16 aprel 1993). 
Prezidentin  bu  məktubu  və  Naxçıvana  gedən  yolun  kəsilməsi  göstərirdi  ki,  hətta 
P.Hüseynovun  tərifli  sözləri  də  Ġranı  yumĢalda  bilməyib  və  o,  Azərbaycandan  bərk  inciyib. 
Təəssüf ki, bu “inciklik” Rusiyanın “küsməy”iylə eyni vaxta düĢmüĢdü. Çox çəkməyəcək ki, bu 
“küsməy”in  mahiyyəti  tam  açılacaq  -  Tehran  rejimi  iyun  qiyamı  zamanı  Azərbaycan 
hakimiyyətini devirməkdə Rusiyaya yardımçı olacaq.  
ARTIRMA 
«-Sizin  Ġranı  və  onun  baĢçılarını  açıq-aĢkar  tənqid  etməyinizi  indi  də  bir  çoxları  siyasətdə 
səriĢtəsizliyin nəticəsi kimi qələmə verməyə çalıĢır.
 
-Çox gözəl deyirsiniz. Mən Əliəkbər HaĢimi-Rəfsəncanini hakimiyyətdə olanda tənqid edirdim, 
indisə onu hələ xarici ölkələr bir yana, bütün Ġran xalqı tənqid edir. Deməli, mən qabaqcadan 
onun qiymətini düz vermiĢəm. Amerika Ġranı irticaçı yox, cinayətkar rejim elan edib. Bir var 
sivilizasiyalı, mütərəqqi rejim, bir də var cinayətkar rejim; dünyanın bir çox dövlətləri də bu 
fikrə qoĢulublar ki, Ġranda cinayətkar rejim hökm sürür.
 
-Bu cinayətin mahiyyəti nədədir?
 
-Xalqlara  azadlıq  verilmir,  ölkədə  hərbi-polis  diktaturası  hökm  sürür,  vicdan  azadlığı,  söz 

azadlığı yoxdur - kim müxalif söz desə onu asır, qətlə yetirirlər. Dinimizin hökmünə görə, qız 
uĢağı dar ağacından asılmaz. Ancaq Ġran nə edir - hökumətin əleyhinə danıĢdığına görə gecə 
onu  zorla  ərə  verərək  qızlığını  alıb  ertəsi  gün  asırlar!  Bundan  böyük  cinayət  ola  bilərmi?! 
Yaxud  cinayət  etmiĢ  hər  hansı  adamın  boğazına  məftil  keçirib krandan asır  və  onu  Ģəhərin 
küçələrində beləcə gəzdirirlər! Bu cür vəhĢilik nə Qur'anda var, nə dində, nə də imanda. Belə 
allahsız  rejim  yaĢaya  bilməz!  Cinayətkara,  əlbəttə,  cəza  verilməlidir,  amma  görəndə  ki  onu 
boğazdan  asıb  bir  heyvan  ölüsü  kimi  küçələrdə  gəzdirirlər,  insan  istər-istəməz  bunu  edən 
hökumətə, buna fitva verən din xadimlərinə nifrət edəcək. Görün o asılmıĢın anası, bacısı nə 
dəhĢətli hallara düĢəcək! Buna heç kim dözə bilməz. Belə rejim cinayətkar deyil, bəs nədir?! 
 
Özünün varlığını saxlamaqçün ən adi insan hüquqlarını pozur, öz vətəndaĢlarını daim qorxu 
içərisində saxlayır. Bəli, günahkara ən ağır cəza ver, ancaq onu küçələrdə gəzdirib adamların 
gözünün odunu almağa çalıĢırsansa artıq insan haqqını pozursan. Ġnsana təkcə öz günahına 
görə  yox,  baĢqalarını  qorxutmaqçün  cəzalar  verilməsi  nə  üçündür?  Ədalətsiz  dövləti,  rejimi 
qoruyub saxlamaqçün! 
 
Yaxud  baĢqa  faktı  götürək.  Parlament  qərar  çıxarır  ki,  onun  komissiyası  gedib  maliyyəni 
yoxlasın. Buna, məsələn, 1 il vaxt verilir. Gedir, 1 ildən sonra gəlir ki, biz tapĢırılan iĢin cəmi 
40 faizini yoxladıq, 60 faizi qaldı. SoruĢanda "niyə?", deyir ki, bizi yoxlamağa buraxmadılar, 
icazə vermədilər. Baxın, dövlətin ali məqamı, qanunverici orqanı qərar çıxarır, onu yerlərdə 
saymırlar. Deməli, bu dövlət çürüyüb. 
 
Ya da bir ali ruhani minbərə çıxaraq deyir ki, cənnətdə fars dilində danıĢacaqlar, siz də gərək 
fars  dilini  öyrənəsiniz.  Xalqın  ağsaqqalı,  ruhanisi  sayılan  bu  adam  xəstədir.  Belə  adamlarla 
dövlət,  ölkə  hara  gedəcək?  Onlar  bizə  qoca,  çənəsi  əsən,  ağlı  iĢləməyən  Brejnevi, 
Çernenkonu  xatırladırlar;  həmin  xəstə  Ģəxslər  guya  Sovet  hökumətini  idarə  edirdilər.  Belə 
rəhbərləri olan dövlət həmiĢə çökür
».
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.79-80).  
"BĠZĠMKĠLƏR" VƏ "ONLAR"... 
14  apreldə  Azərbaycanın  ABġ-dakı  səfiri  Hafiz  PaĢayev  öz  etimadnaməsini  prezident  Bill 
Klintona  təqdim  etdi.  Klintonun  Elçibəyə  göndərdiyi  cavab  məktubunda  deyilirdi: 
«VaĢinqtonda  Azərbaycan  Respublikasının  səfirliyinin  açılması  ikitərəfli  əlaqələrimizin 
inkiĢafına  sübutdur  və  dövlətlərimiz  arasında  daha  geniĢ  fikir  mübadiləsinə  imkan 
yaradacaqdır. 
Azərbaycan  Respublikasının  demokratiyaya  doğru  irəliləyiĢini  təqdir  edir  və  Azərbaycan 
hökumətinə  bu  yolu  davam  etdirməyi  tövsiyə  edirəm.  Azərbaycanın  öz  iqtisadiyyatını  xarici 
sərmayəyə  açmaq  sayəsində  gördüyü  tədbirlər  firavan  gələcək  üçün  lazım  olan  iqtisadi 
islahatlar  yolunda  mühüm  addımdır.  Eyni  zamanda,  Azərbaycanın  öz  siyasi  və  iqtisadi 
sistemini  dəyiĢmək  öhdəliyinə  sadiq  qalması  məni  ruhlandırır  və  ölkələrimiz  arasında 
geniĢlənən əlaqələri tam müdafiə edirəm. 
Təəssüflər  olsun  ki,  Azərbaycanın  demokratik,  azad  bazar  iqtisadiyyatı  yolunda  inkiĢafını 
Dağlıq Qarabağ münaqiĢəsi mürəkkəbləĢdirir» (“Azərbaycan”, 16 aprel 1993). 
Ġsrailin  baĢ  naziri  Ġshaq  Rabin'in  Əbülfəz  bəyə  məktubu  da  quruca  diplomatik  nəzakətdən 
ibarətdir:  «Sizə  məlumdur  ki,  biz  ölkəmizdəki  hadisələri  diqqətlə  izləyirik.  Mən  Sizə  dərin 
rəğbətimizi  və  dünyanın  həmin  hissəsindəki  son  hadisələrlə  əlaqədar  bərk  narahat 
olduğumuzu ifadə etmək istərdim» (“Azərbaycan”, 16 aprel). 

14 apreldə Britaniya hökumətinin Azərbaycanda rəsmi nümayəndəsi Harold Formston da öz 
hökumətinin rəsmi bəyanatını Azərbaycan rəhbərliyinə çatdırdı. Sənəddə göstərilir ki, Böyük 
Britaniya “buraya soxulmuĢ qüvvələri çıxarmağa, hərbi əməliyyatları dayandırmağa və ATƏM 
çərçivəsində sülh prosesini bərpa etməyə çağırır”. 
BMT 15 apreldə Dağlıq Qarabağa dair rəsmi məlumat yaydı. Bu məlumatla 6 aprel məlumatı 
arasında  Azərbaycanın  xeyrinə  olan  keyfiyyət  fərqi  vardı.  Burada  Ermənistanın  münaqiĢəyə 
cəlb  olunması  fikri  ĠLK  DƏFƏ  təsdiqlənir,  hərbi  əməliyyatların  bilavasitə  Azərbaycan 
ərazisində  getdiyi  ĠLK  DƏFƏ  bildirilir,  ağır  silahlardan,  həmlə  təyyarələrindən  istifadə 
olunması (Dağlıq Qarabağda bunların uçuĢuyçün aeroport yoxdur) istifadə edilməsi birmənalı 
göstərilirdi. 
Kəlbəcər hadisələriylə bağlı Ġranın paytaxtında və Güney Azərbaycan Ģəhərlərində ermənilərə 
etiraz  mitinqləri  keçirildi.  Ġran  parlametinin  150  deputatı  bu  təcavüzə  etiraz  məktubunu 
imzaladı. 
Ümumiyyətlə, bu günlərdə Azərbaycan prezidenti çoxlu rəsmi məktublar alırdı. Ancaq onların 
içərisində  konkret  yardımlar  vəd  edən  ən  əməlisi  Ġslam  Konfransı  TəĢkilatının  baĢ  katibi 
Həmid  əl-Cabidin  göndərdiyidir.  Bəlkə  də  kimsə  məni  taktsızlıqda  suçlandıracaq,  ancaq 
ürəyimdəkini  birbaĢa  deyirəm:  bu  ağır  anlarda  yalnız  bir  Ģəxs,  yalnız  bir  dövlət  və 
yalnız  bir  təĢkilat  Azərbaycana  ürəkdən  can  yandırırdı  və  onun  yanında  oldu  - 
Turqut  Özal,  Pakistan  və  Ġslam  Konfransı  TəĢkilatı!  Azərbaycan  tarixiyçün  müəyyən 
əhəmiyyət  kəsb  etdiyinə  görə  Həmid  əl-Cabidin  Əbülfəz  Elçibəyə  göndərdiyi  həmin  səmimi 
məktubu burada bütövlüklə verirəm: 
“Azərbaycan  Respublikasına  qarĢı  ERMƏNĠ  TƏCAVÜZÜNDƏN  bəhs  edən  1993-cü  il  8  aprel 
tarixli məktubunuzla tanıĢ oldum. 
Ġslam  Konfransı  TəĢkilatı  ERMƏNĠSTANIN  son  hücumu  nəticəsində  münaqiĢənin 
geniĢlənməsindən ciddi narahat olmuĢdur. 1993-cü il aprelin 4-də mən bu narahatlığı rəsmi 
bəyanatda ifadə etdim. Bu bəyanatda biz ERMƏNĠ TƏCAVÜZÜNÜ kəskin Ģəkildə pislədik və 
Ermənistanı Azərbaycan ərazisindən öz qoĢunlarını dərhal çıxarmağa çağırdıq. 
Həmçinin  ĠKT-nin  Nyu-Yorkda,  BMT  yanında  daimi  nümayəndəliyinə  tapĢırdım  ki,  BMT-də, 
xüsusən də Təhlükəsizlik ġurasında hökumətimizin səylərini tam müdafiə etsin. 
ERMƏNĠSTANIN  AZƏRBAYCANA  HÜCUMU  ilə  əlaqədar  yaranmıĢ  vəziyyətin  ciddiliyini  altıncı 
islam  görüĢünün  sədri,  Seneqal  prezidenti  Əbdü  Diufun  da  nəzərinə  çatdırdım  və  ERMƏNĠ 
TƏCAVÜZÜNÜ dayandırmaq səylərimizi prezident Diufun tam bəyənəcəyini gözləyirəm. 
Ġslam ĠnkiĢaf Bankının prezidentinə müraciət edərək Azərbaycanda ERMƏNĠ TƏCAVÜZÜNÜN 
bütün  qurbanlarına  təcili  humanitar  yardım  göstərməyi  xahiĢ  etmiĢəm.  Azərbaycan 
hökumətinin  və  xalqının  öz  vətəninin  suverenliyini  və  ərazi  bütövlüyünü  müdafiə  etməyə 
yönəldilmiĢ  səyləri  ilə  Ġslam  Konfransı  TəĢkilatının  tam  həmrəyliyini  zati-alilərinizə  Ģəxsən 
çatdırmaq  üçün  Bakıya  gələcək  baĢ  katibin  müavini,  səfir  Məhəmməd  Möhsünə  ĠKT 
nümayəndə heyətinə baĢçılıq etmək səlahiyyəti vermiĢəm. 
Səfir  Məhəmməd  Möhsün  mənim  ən  xoĢ  arzularımı  zati-alilərinizə  çatdıracaq  və  bölgənizdə 
sülhü bərpa etmək sahəsində ĠKT-nin gələcək fəaliyyətinin gücləndirilməsi yolları və vasitələri 
barədə Sizə məlumat verəcəkdir. 
Zati-aliləri, Sizə böyük ehtiramlarımıza əmin olun. 

Həmid əl-Cabid, 
Ġslam Konfransı TəĢkilatının baĢ katibi”. 
Ermənistanın kefinə dəyməmək siyasəti yürüdən xristian Qərbin dövlət baĢçılarının mücərrəd 
məzmunlu bumbuz məktublarıyla yanaĢı qoyduqda Həmid əl-Cabid cənablarının səmimiliyi və 
canıyananlığı, təbii ki, bütövlükdə Ġslam Konfransı TəĢkilatının  təəssübkeĢliyi insanda onlara 
ən  dərin  hörmət  duyğuları  yaradır  və  istər-istəməz  adamı  “bizimkilər”  və  “onlar”  ifadələri 
haqqında düĢünməyə sövq edir. Bu məktubda təcavüzkara açıqdan-açığa barmaq tuĢlanması, 
2 dəfə “Ermənistanın Azərbaycana hücumu”, 4 dəfə “erməni təcavüzü” ifadələrinin iĢlədilməsi 
qarĢılığında  Qərb  dövlətlərinin  Ermənistanın  təcavüzkar  olduğunu  yerli-dibli  danması,  yaxud 
Azərbaycanı  da  Ermənistanla  tərəzinin  eyni  gözünə  qoyması,  əslində  heç  bir  siyasi  çəkisi 
olmayan “narahatlıq”ları dediyimizin gerçəkliyini bir daha təsdiqləyir. 
Həmid  əl-Cabidin məktubunda adı  çəkilən  ĠKT baĢ katibinin  müavini Məhəmməd  Möhsünün 
baĢçılıq  etdiyi  nümayəndə  heyəti  Bakıya  16  apreldə  gəldi.  O,  baĢ  katibin  məktubunu  17 
apreldə Bəyə təqdim etdi. 
ABġ prezidenti Klintonun Əbülfəz Elçibəyə ünvanladığı məktub da eyni vaxtda Bakıya yetiĢdi. 
Klinton Əbülfəz bəyə yazırdı: “Sizə məlum olduğu kimi, ABġ hökuməti həmin basqını pisləmiĢ 
və  qoĢunları  Kəlbəcər  rayonundan  çıxarmağa  çağırmıĢdır.  Bu  son  hərbi  əməliyyat  sülh 
danıĢıqları  prosesini  pozur  və  münaqiĢənin  geniĢlənməsi  qorxusunu  yaradır.  (Elə  bil  ki,  “bu 
son hərbi əməliyyat”ı aparan Azərbaycandı! - Ə.T.). 
Mən  ATƏM-in  himayəsi  altında  danıĢıqlar  prosesinə  Sizin  sədaqətinizi  yüksək 
qiymətləndirirəm  və Sizi  [bunu] etməyə çağırıram  ki,  bu son  basqın  (?!-Ə.T.) Azərbaycanın 
Minsk qrupu prosesi yolundan sapmasına imkan verməsin”. 
ÖLKƏ ÖZ YOLUYLA GEDĠR 
Kəlbəcərin  iĢğalı  iqtidara  dəhĢətli  zərbə  olsa  da  ölkə  yeni  cəmiyyət  quruculuğu  yolundan 
sapmadı.  Doğrudur,  prezidentin  iqtisadiyyatımızın  inkiĢafıyla  bağlı  hər  gün  mətbuatda  yer 
alan  fərmanları  gözədəyməz  olmuĢdu,  ancaq  bu,  quruculuq  iĢlərinin  dayanması  demək 
deyildi. 
Geriyə  qayıdaraq  bildirim  ki,  1  apreldən  ölkədə  50,  100  və  1000  manatlıq  kağız  əskinaslar 
tədavülə buraxıldı. 
14  aprel  tarixli  dövlət  qəzeti  məlumat  verdi  ki,  Azərbaycan  hökuməti  kənd  təsərrüfatının 
ehtiyaclarını  ödəməkçün  5  milyon  ABġ  dolları,  təzə  yaradılan  dərslikləri  nəĢr  edəcək  yeni 
“Öyrətmən”  nəĢriyyatının  fəaliyyət  göstərməsiyçünsə  50  milyon  rubl  (bu  vaxt  766  rubl  bir 
dollara bərabərdi) ayırıb (mənim prezidentə məktubum əsasında).  
Prezident  16  apreldə “Kəlbəcər rayonunu  məcburi tərk etmiĢ vətəndaĢların  sosial müdafiəsi 
haqqında” fərman imzaladı. 
Həmin  gün  Bəy  “təkidli  xahiĢ”i  nəzərə  alınmıĢ  Ġsgəndər  Həmidovun  yerinə  Abdulla 
Allahverdiyevi Azərbaycanın daxili iĢlər naziri təyin etdi. 
Müdafiə  Nazirliyi  BaĢ  Qərargahının  keçmiĢ  rəisi  ġahin  Musayevin  və  Azərbaycan  Ordusu 
bölmələrindən  birinin  komandiri  olmuĢ  mayor  Mudrakın  həbsi  də  bu  vaxta  düĢdü  (onlar 
təxribat  törətməkdə ittiham  edilirdilər). Eyni  zamanda Sumqayıt  Ģəhər,  Qusar,  Ucar,  Nizami 
(Gəncə) rayon prokurorları da dəyiĢdirildilər. 

Xarici  ölkə  nəĢrlərini  əldə  etməkdən  ötrü  Əbülfəz  bəy  Prezident  fondundan  M.F.Axundzadə 
adına Dövlət Kitabxanasına 5 min ABġ dolları ayırdı (17 aprel). 
ARTIRMA 
«Mən Prezident fondunu yaratdım. Bu fondda neçə milyon manat və 10 milyon dollar vardı. 
Bunların  da  hamısını  prezident  xərcləməliydi.  Nəyə?  Elan  eləmiĢdik:  Azərbaycanda 
mədəniyyətin, elmin, təhsilin, səhiyyənin və b. inkiĢafına. Birdən gəlib Ģikayət edirlər ki, filan 
yerdə  xəstəxana  dağılır,  oraya  pul  buraxmaqda  problem  var,  ya  da  büdcədə  nəzərdə 
tutulmayıb.  O  zaman  Prezident  fondundan  yardım  edirik.  Yaxud  Azərbaycanda  orkestrlər 
dağılırdı.  Fonddakı  vəsaitin  müəyyən  hissəsini  orkestrləri  qorumaq  məqsədiylə  buraxdıq, 
nəticədə  Azərbaycandan  cəmi  4  nəfərdən  baĢqa  heç  bir  musiqiçi  getmədi.  Onlar  da  qeyri 
millətlərdəndi və getmələri maddi amillə bağlı deyildi. Biz Azərbaycan orkestrlərində olmayan 
yeni  alətlər  üçün  də  pul  buraxdıq.  Polad  Bülbüloğluna  demiĢdim  ki,  mədəniyyətə  nə  qədər 
lazımdırsa pul qoyacağıq»
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-
üzə», Bakı, 1999, s.35).  
Müharibə zonasına gedəcək 600 nəfərlik müĢahidəçilər qrupunun yerləĢdirilməsiylə əlaqədar 
hazırlıq  iĢləri  görməkçün  respublikamıza  gəlmiĢ  ATƏM-in  ön  qrupunun  üzvlərini  Bəy  18 
apreldə  qəbul etdi.  Onlarla  görüĢdə  prezident  bildirdi  ki, Kəlbəcərə  hücum  edən  VARDENĠS 
KORPUSUNUN tərkibində 12 millətin nümayəndələri, keçmiĢ SSRĠ-nin 7-ci ordusu hissələrinin 
əsgər  və  zabitləri,  24  döyüĢ  təyyarəsi,  48  hərbi  vertolyot,  87  tank  və  müasir  döyüĢ 
texnikasının  baĢqa  növləri  olub.  Bəy  bu  korpusun  cinayətləri  barədə  qonaqlara  məlumat 
verdi. 
TÜRKĠYƏ  TURQUT  ÖZALI,  TÜRK  DÜNYASI  QOġA  QANADININ  BĠRĠNĠ,  AZƏRBAYCANSA 
DAYAĞINI ĠTĠRDĠ 
Aprelin  18-ində  Türkiyə  prezidenti  Turqut  Özalın  ölüm  xəbəri  Azərbaycan  xalqını  sarsıtdı. 
Xəbər  yetiĢincə  prezident  Əbülfəz  Elçibəy  milli  televiziyada  çıxıĢ  edərək  qardaĢ  Türkiyəyə, 
bütün türk xalqlarına, dünya ictimaiyyətinə ağır itki üz verdiyini ürək göynərtisiylə bəyan etdi. 
Turqut Özal Əbülfəz Elçibəyçün, sadəcə, bir qardaĢ ölkənin baĢçısı yox, doğma qardaĢ qədər 
yaxın  olan,  bütün  düĢüncələrini  heç  bir  diplomatik  etiket  gözləməyə  ehtiyac  duymadan 
sərbəst  bölüĢə  biləcəyi,  türk  dünyasının  gözəl  gələcəyiylə  bağlı  bütün  arzu  və  diləkləri 
hökmən  birlikdə  gerçəkləĢdirəcəklərinə  ürəkdən  inandığı  ən  sevimli,  ən  güvənimli  və  ən 
səmimi  bir  dostdu.  «XXI  yüzil  türk  əsri  olacaq!»  Ģüarını  irəli  sürən  və  bu  deyimi  sözdən 
gerçəkliyə  çevirməyi  siyasi  fəaliyyətlərinin  ana  yolu  sayan  Turqut  Özal  və  Əbülfəz  Elçibəy 
xoĢbəxt  gələcəyə  doğru  uçmaqda  olan  türk  dünyasının  qoĢa  qanadıydılar.  Dünyanın  gözü 
onları götürmədi!  Budur,  həmin  qanadlardan  biri artıq  qopub düĢdü  (düz  ikicə  ay  sonra  da 
ikinci qanadı doğrayacaqlar!)... 
Türkiyənin məĢhur jurnalistlərindən Cengiz Candar yazır: 
«Turqut bəy ölümündən 2 gün öncə 
Bakıdan  dönürkən  uçaqda  mənə  dedi:  “Bu  Elçibəy  o  qədər  yaxĢı  bir  insandır  ki,  əgər  o 
gedirsə  qorxuram  təkcə  Azərbaycan  deyil,  Türkiyənin  Orta  Asiya  ilə  bağlantıları  da  gedər”

Əcəba “Yeni Ankara”nın niyyətlərinimi sezmiĢdi?»… (“Azerbaycan”, №№7-8, 2000). 
…Bəy  Turqut  Özalın  vəfatıyla  bağlı  Türkiyə  Böyük  Millət  Məclisinə,  baĢ  nazir  Süleyman 
Dəmirələ,  xanım  Səmra  Özala  baĢsağlığı  göndərdi.  Sonra  o,  Türkiyənin  Bakıdakı  səfirliyinə 
gedərək  matəm  kitabında  bu  sözləri  yazdı: 
“ƏZĠZĠMĠZ  TURQUT  ÖZAL  ÇOX  AĞIR  GÜNDƏ 
BĠZDƏN AYRILDI. Tanrını çox sevirdi, Tanrı da onu çox istədi, onu çox sevdiyi türk dünyasına 

vida  səfərinə  göndərdi.  Bu  cür  səfərlər  müqəddəslərə  nəsib  olur.  Rahat  uyu,  qardaĢımız 
Turqut bəy. Tanrı tutduğun yola iĢıq saçsın”

Ermənistan və Azərbaycan tərəfləri atəĢin 3 günlüyə dayandırılması barədə 18 apreldə ATƏM 
nümayəndələriylə  saziĢ  imzaladılar.  Həmin  gün  ATƏM-in  hərbi  ekspertlər  qrupu  Dağlıq 
Qarabağa yola düĢdü. 
ELÇĠBƏY ÖZALI SON MƏNZĠLƏCƏN YOLA SALDI 
Əziz  insanın  -  Turqut  Özalın  dəfnində  iĢtirak  etməkçün  Əbülfəz  bəy  20  apreldə  xüsusi 
təyyarəylə  Ankaraya  yola  düĢdü.  Paytaxtın  “Esenboğa”  hava  limanında  onu  Süleyman 
Dəmirəl,  Hikmət  Çətin  və  baĢqa  rəsmi  Ģəxslər  qarĢıladılar.  Elçibəyi  qarĢılayanlar  arasında 
Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev də vardı. 
Elçibəy limandan vertolyotla (H.Əliyev də onunlaydı) «Çankaya» köĢkünə düĢdü, oradan da 
birbaĢa  mərhum  Turqut  Özalın  evinə  gedərək  onun  ailəsinə  baĢsağlığı  verdi.  Bundan  sonra 
Bəy  "Böyük  Ankara"  otelinə  gedərək  orada  yerləĢdi.  (Əslində  Bəyçün  Ankarada  xüsusi  yer 
nəzərdə  tutulmuĢdu,  ancaq  Dəmirəl  bu  iĢə  qarıĢaraq  Bəyin  də  Əliyevin  qaldığı  bu  oteldə 
yerləĢməsinə çalıĢdı və istədiyini etdi). 
Həmin gün Bəy Səmra Özala, baĢqa ailə üzvlərinə baĢsağlığı verdi. 
Prezident Elçibəy Türkiyəyə matəm mərasiminə gəlmiĢ Gürcüstanın baĢçısı E.ġevardnadze və 
Moldovanın  prezidenti  Mirça  Snequrla  da  görüĢdü.  Onlarla  görüĢlərdə  qeyd  olundu  ki,  bu 
respublikalarda  Dağlıq  Qarabağ,  Cənubi  Osetiya,  Abxaziya,  Dnestryanı  və  Qaqauz 
münasibətlərinin  müəllifi  Rusiyadır.  Rusiyanın  təzyiqlərini  azaltmaqçün  fəaliyyətlər 
əlaqələndirilməli,  münaqiĢələrin  həlliylə  bağlı  informasiya  mübadiləsi  edilməli,  bütün 
sahələrdə əməkdaĢlıq gücləndirilməlidir. 
Aprelin 21-ində səhər Türkiyə Böyük Millət Məclisinin foyesində Turqut Özalla vida mərasimi 
baĢlandı.  Birinci  olaraq  Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəy  tabutun  qarĢısından  keçərək 
mərhumun xatirəsini yad etdi. Sonra o, xatirə kitabında Turqut Özal haqqında ürək sözlərini 
yazdı.  
Turqut  Özalın  tabutu  Türkiyə  Böyük  Millət  Məclisindən  götürülərək  top  aracında  Qocatəpə 
camesinə  aparıldı.  Burada  cənazə  namazı  qılınacaqdı.  Ankarada  Cümhuriyyət  dönəmində 
tikilmiĢ bu ilk camedə eyni zamanda 20 min adam namaza otura bilir. Ən məĢhur insanların 
cənazə namazı adətən bu camedə qılınır. 
Turqut bəylə vidalaĢmaqçün cameyə gedən yüz minlərcə insan yol boyunca hər iki tərəfdən 
düzülmüĢdü.  Top  aracının  üstündəki  cənazənin  arxasınca  piyada  Dəmirəl,  Bəy,  DenktaĢ, 
Beyker,  ġevardnadze,  BeriĢa  (Albaniyanın  prezidenti),  Nazarbayev,  Ter-Petrosyan,  Snequr, 
Kravçuk, ġuĢkeviç, general Dustum, bir çox ölkələrdən gəlmiĢ baĢqa prezidentlər və görkəmli 
dövlət adamları addımlayırdılar. Elçibəyi görüb tanıyan türk qardaĢlarımız «Elçibəy, baĢın sağ 
olsun!» qıĢqırır, Bəysə «millətimizin baĢı sağ olsun!» cavabı verirdi. 
Namazdan sonra cənazəni torpağa tapĢırmaqçün Ġstanbula göndərdilər. Protokola görə, onu 
artıq yalnız Türkiyə dövləti və ailəsi dəfn etməliydi. 
BaĢ nazir S.Dəmirəl T.Özalın dəfnində iĢtirak etməyə gəlmiĢ xarici ölkələrin nümayəndələrinə 
TBMM-də  yemək  verdi.  Yemək  zamanı  xarici  nümayəndələr  ayaq  üstə  görüĢüb 
söhbətləĢirdilər. 
ABġ-ın dövlət katibi Ceyms Beykerlə söhbət əsnasında Elçibəy Heydər Əliyevi 
və  «Azərbaycanın  ana  müxalifətinin  lideri»  adlandırdığı  Etibar  Məmmədovu  da  ona  təqdim 

etdi.  Beyker  buna  təəccüblənərək  dedi  ki,  Sizə  qarĢı  kəskin  müxalifətdə  duran  bu  insanları 
mənə təqdim etməyiniz çox maraqlıdır. 
 
Elə bu yemək zamanı razılaĢdırıldı ki, Bəy Ter-Petrosyanla görüĢsün. Ter-Petrosyan Elçibəyi 
bu  görüĢə  razı  salmaqdan  ötrü  Dəmirəl,  ġevardnadze,  Kravçuk,  H.Çətin  və  baĢqalarından 
dəfələrlə  xahiĢ  etmiĢdi  və  Bəy  xüsusən  xatirini  çox  istədiyi  Ukrayna  prezidenti  Leonid 
Kravçukun sözünü yerə salmaq istəməmiĢdi.  
Yemək  bitəndən  sonra  xarici  nümayəndələr  elə  buradan  öz  ölkələrinə  döndülər.  Əslində 
Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəy  də  artıq  vətənə  qayıtmalıydı.  Ancaq  T.Özalın  həyat 
yoldaĢı  Səmra  Özal  bildirdi  ki,  Elçibəyi  Turqut  bəyin  ailə  üzvü  saydığımıza  görə  onun  da 
hökmən sabah Ġstanbulda dəfndə iĢtirakını arzulayırıq. Bundan sonra, sözsüz ki, Bəy qalmağa 
və sabah Ġstanbuldakı dəfnə getməyə qərar verdi. 
 
Elə o gün Böyük Ankara otelində Bəy ġevardnadze, Snequr, Ter-Petrosyan, general Dustum 
və baĢqalarını qəbul edərək onlarla təkbətək görüĢdü. Elçibəyin Türkiyədəki sonsuz nüfuzunu 
görən  Eduard  ġevardnadze  Gürcüstan-Türkiyə  münasibətlərinin  yaxĢılaĢmasına  Elçibəydən 
yardım umur, qarĢılığında Azərbaycan-Qərb iliĢkilərinin möhkəmlənməsinə öz köməyini təklif 
edirdi. Moldova prezidenti Mirça Snequr da Elçibəyin nüfuzu sayəsində öz ölkəsinin Türkiyəylə 
yaxınlaĢmasını  istəyir,  qarĢılıq  olaraq  Azərbaycan-Rumıniya  dostluğunun  yaranmasında  öz 
vasitəçiliyini irəli sürürdü. Levon Ter-Petrosyansa Rusiyanın araçılığı olmadan Ermənistan və 
Azərbaycanın Qarabağ məsələsini çözməyə çalıĢmasını söyləyirdi. Sözsüz ki, prezident Elçibəy 
bütün bu söhbətlərdə Azərbaycan dövlətinin mənafeyini hər Ģeydən uca tutaraq cavablarında 
məhz bu mövqedən çıxıĢ edirdi. 
Əbülfəz  Elçibəyin  Ter-Petrosyanla  görüĢünün  incəliklərini  Elçibəyin  cangüdəni  Ġlqar 
Qədirquluyev  danıĢır: 
«Türkiyə  Böyük  Millət  Məclisində  Əbülfəz  Elçibəy  general  Dustumla 
söhbət  edirdi.  Heydər  Əliyev  də  onların  yanındaydı.  ġevardnadze  Bəyə  yaxınlaĢıb  dedi  ki, 
Levon Ter-Petrosyan Sizinlə görüĢmək istəyir (onunla görüĢməyə Bəy artıq razılıq vermiĢdi). 
 
Protokol  nəzakətinə  görə,  Ter-Petrosyan  gələndə  Bəy  də  onun  qarĢısına  eyni  məsafədə 
irəliləməliydi. Ancaq Bəy azacıq da varsa Ter-Petrosyanın «ayağına getmək» fikrində deyildi, 
ona görə də Dustumla söhbəti bilərəkdən xeyli uzatdı və yerindən tərpənmədi. Ter-Petrosyan 
heç özünü o yerə qoymadı, birbaĢa Bəyin yanına gələrək tərtəmiz Azərbaycan türkcəsində:
 
-Salam, cənab Elçibəy, necəsiniz? - dedi.
 
Bəy qayıtdı:
 
-Çox sağ olun, yaxĢıyam.
 
Bu  zaman  H.Əliyev  soruĢdu  ki,  cənab  Ter-Petrosyan,  deyəsən,  Siz  Azərbaycan  dilini  yaxĢı 
bilirsiniz?
 
Ter-Petrosyan ona rusca cavab verdi: «Belə də, az-maz bilirəm». Sonra rusca davam etdi ki, 
Elçibəy də, mən də ĢərqĢünasıq.
 
ġevardnadze onların təkbətək görüĢməsini təklif etdi. «Harada?» və «necə?» sualları ortaya 
çıxanda Ter-Petrosyan bildirdi ki, Elçibəy harada və necə desə mən hazıram. Bəy onu Böyük 
Ankara  otelindəki  öz  dairəsinə  dəvət  etdi  və  saat  17  radələrində  onların  təkbətək  görüĢü 
oldu».
 
Təkbətək  görüĢdə  prezidentlər  problemlərin  ATƏM  xəttiylə  həllinə  üstünlük  verdiklərini 
bildirdilər. GörüĢ yarım saat çəkdi. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin