ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ


Pənahov  Kəlbəcərin  iĢğal  olunduğunu,  iqtidara  qarĢı  yürüĢlərə  baĢlamanın  tam



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
elcibey11-Prezident Elçibəy


Pənahov  Kəlbəcərin  iĢğal  olunduğunu,  iqtidara  qarĢı  yürüĢlərə  baĢlamanın  tam 
zamanı olduğunu müjdələmiĢdi.  Heydər Əliyev isə  Bakıdakı  iĢbirlikçilərinə bir  az 
da səbr etmək təlimatı vermiĢdi” (F.Qəzənfəroğlu, göstərilən kitabı, 212-ci səh.). Ancaq 
ölkədə  fövqəladə  vəziyyətin  tətbiq  edilməsi  bütün  fitnəkarlıqların  qarĢısını  almağa  imkan 
verdi.  
Kəlbəcərin iĢğalıyla bağlı prezidentin özü sonralar bildirdi:  
«Biz Kəlbəcər rayonunu qorumaq üçün bütün tədbirləri görmüĢdük. Burada 3.000 nəfərədək 
əsgəri  qüvvə  cəmləĢdirilmiĢdi.  Ancaq,  birincisi,  Ermənistandakı  rus  qoĢunlarının  da 
ermənilərlə birgə hücuma keçməsi, ikincisi, S.Hüseynovun Əvəz ġükürov kimi adamlarla əlbir 
olaraq xəyanət etməsi Kəlbəcərin əldən getməsinə səbəb oldu.
 
Məhz xəyanət nəticəcində Kəlbəcərdə elə vəziyyət yarandı ki, biz əhalini köçürməyə məcbur 
olduq.  Bu  məqsədlə  ora  vertolyot  göndərdik.  Vertolyotumuzu  vurdular  və  səs  çıxdı  ki,  bu, 
ermənilərin  iĢidir,  halbuki  onu  ġerbakın  qüvvələri  vurmuĢdu.  [Yeri  gəlmiĢkən,  Kəlbəcərin 
getməsində  Rəhim  Qazıyevin  də  günahı  var.  O,  Kəlbəcər  alınandan  sonra  demiĢdi  ki, 
Ġsgəndər Həmidov indi gedib öz torpağını qorusun]»
. ("Mən istiqlalımızı hakimiyyətdən üstün 
tutdum!".  Əbülfəz  Elçibəylə  onun  mətbuat  katibi  Ədalət  Tahirzadənin  söhbəti.  -“Azadlıq” 
qəzeti, 20 iyun 1998. Qeyd: son cümlə müsahibənin qəzet variantında getməyib). 
Qanuni  seçilmiĢ  hakimiyyəti  qorumaq  niyyətində  olan  və  dünən  sərt  tədbirlər  görəcəyini 
bildirmiĢ prezident 2 apreldə iki qanun və bir fərman imzaladı. “Azərbaycan Respublikasının 
Konstitusiyasına  (Əsas  Qanununa)  əlavələr  edilməsi  haqqında”  və  «“Fövqəladə  vəziyyət 
haqqında” Azərbaycan Respublikasının qanununa əlavələr edilməsi haqqında» qanunlar (onlar 
imzalandığı  andan  qüvvəyə  minirdi)  fövqəladə  vəziyyətlə  bağlıydı.  “Azərbaycan 
Respublikasında  fövqəladə  vəziyyət  elan  edilməsi  haqqında”  prezident  fərmanısa  baĢ  verə 
biləcək iğtiĢaĢları qabaqlamaq məqsədi daĢıyırdı. Bu fərmanla Azərbaycanda 3 aprel saat 6-
dan  60  günlük  FV  rejiminə  baĢlanıldı.  Fərmanın  7-ci  maddəsində  senzura  qoymaq  yoluyla 
mətbuatın və digər KĠV-nin azadlığının məhdudlaĢdırılması da nəzərdə tutulurdu. 
Doğrudur,  senzura  üstündə  Elçibəy  iqtidarını  sonralar  da  xeyli  qınayıblar.  Ancaq  iĢ 
burasındadır  ki,  televiziyada  və  baĢqa  KĠV-də  ordunun  döyüĢkənlik  ruhunu  öldürməyə, 
əhalidə ruh düĢkünlüyü yaratmağa çalıĢan çoxlu materiallar yer alırdı. Məsələn, televiziyada 
müxbir  əsgərimizə  sual  verirdi  ki,  siz  ermənilərlə  vuruĢarkən  bəs  insan  öldürdüyünüzdən 
narahat  olmursunuz?  Yaxud  əsgərlərimizin  çətinlikləri  xüsusi  qabardılırdı.  Ona  görə  də  bu 
dövrdə senzura yalnız hərbi mövzudakı materiallara tətbiq edilirdi və qərarı bütünlüklə təbii 
saymaq gərəkdir.  

Milli  Məclis  həmin  gün  qapalı  iclas  keçirdi.  Burada  Müdafiə  Nazirliyinin  Kəlbəcərlə  bağlı 
məlumatı dinlənildi və prezidentin imzaladığı qanunlar və fərman təsdiqləndi. 
Müdafiə  Nazirliyində  keçirilən  brifinqdə  aviasiyanın  tətbiq  edilməsi  və  60  min  əhalidən  20 
mininin mühasirə zonasından çıxarılması bildirildi. 
Kəlbəcərdən  olan  ziyalıların  təĢəbbüsüylə  Rusiyanın  Bakıdakı  səfirliyi  önündə  etiraz  piketi 
keçirildi. Piketçilər bu hərbi müdaxilədə Rusiyanın Ermənistanın arxasında dayandığına etiraz 
etməklə  yanaĢı,  həm  də  Rusiya  və  Ermənistan  siyasi  dairələrinin  Azərbaycanı  parçalamaq 
niyyətiylə KÜRDÜSTAN RESPUBLĠKASI yaratmaq səylərini qətiyyətlə pislədilər. 
Türkiyənin bütün qəzetləri 2 apreldə Kəlbəcər hadisələrindən yazırdı. “Elçibəy bütün dünyanı 
Ermənistana  qarĢı  kəskin  mövqe  tutmağa  çağırdı”,  “Bakı  iki  atəĢ  arasında”  kimi  baĢlıqlar 
altında  verilən  yazılarda  ölkə  rəhbərliyinin  təcavüzün  nəticələrini  aradan  qaldırmaqçün 
gördüyü tədbirlərdən, eləcə də onun xaricdən ermənilərin, içdən müxalifətin təzyiqləri altına 
düĢdüyündən söz açılırdı. 
Azərbaycanın  xarici  iĢlər  naziri  Tofiq  Qasımov  2  apreldə  Ankaradakı  “Anadolu”  agentliyinə 
müsahibə  verərək  dedi:  “Ermənilərin  sülh  danıĢıqlarını  poza  biləcək  yeni  hücumlarının 
arxasında  bölgədə  öz  nüfuzunu  saxlamağa  çalıĢan  Rusiya  durur.  Rusiya  burada  yeritdiyi 
siyasətə  uyğun  olaraq  sülh  yaranmasını  istəmir.  Ermənistanda  yerləĢən  Rusiya  hərbi 
qulluqçuları hücumlarda iĢtirak edirlər. Onların məqsədi sülh prosesini pozmaqdır. Çünki belə 
hesab edirlər ki, bölgənin Rusiyadan asılılığını yalnız bu yolla saxlaya bilərlər”. Ġstanbulda 2 
apreldə 10 min nəfər etiraz mitinqi keçirdi, Rusiya səfirliyi qarĢısına qara əklil qoydu. 
Azərbaycandakı  vəziyyəti  öz  gözləriylə  görmək  istəyiylə  ölkəmizə  gələn  Riçard  Lemanın 
baĢçılığı  altındakı  bir  qrup  ABġ  konqresmenini  qəbul  edən  (3  aprel)  Əbülfəz  bəy  onları 
durumla tanıĢ etdi və Konqresi ədaləti müdafiə etməyə çağırdı. 
APRELĠN  3-ündə  Kəlbəcər  rayonu  bütövlüklə  ermənilərin  əlinə  keçdi.  Prezidentin  mətbuat 
xidmətinin məlumatında (“Azərbaycan” qəzeti, 6 aprel) deyilirdi: “Kəlbəcərin düĢmənə təhvil 
verilməsinin  baĢlıca  səbəbi  komandanlığın  Ģəhəri  müdafiə  etmək  haqqında  əmrini 
ƏSGƏRLƏRĠN  YERĠNƏ  YETĠRMƏMƏSĠ  və  əlavə  qüvvələrin  gəlməsini  gözləmədən  DÖYÜġ 
MÖVQELƏRĠNĠ TƏRK ETMƏSĠ olmuĢdur”. 
Bu məlumatda qeyd olunur ki, Kəlbəcərdə baĢ verən hadisə əsgərlərimizin mənəvi və hərbi 
hazırlığının çox aĢağı səviyyədə olduğunu göstərdi. Nizam-intizamın olmaması əmrlərin yerinə 
yetirilməməsinə,  nəticə  etibarilə  qoĢun  hissələri  arasında  əlaqələrin  pozulmasına  və 
bütünlükdə rayon müdafiə sisteminin dağılmasına gətirib çıxarmıĢdır. 
Yeri gəlmiĢkən, göstərək ki, iĢğal zamanı Laçın-Kəlbəcər istiqamətində 3 mindən artıq əsgər 
və  zabit  cəmləĢmiĢdi  ki,  bu  qüvvəylə  həmin  əraziləri  qorumaq  mümkündü.  Kəlbəcərin 
düĢmənə  təslim  edilməsinin  səbəbkarları  içərisində  iqtidarı  devirməyə  çalıĢan  R.Qazıyev  və 
S.Hüseynovun, Laçın-Kəlbəcər istiqamətində yerləĢən hərbi hissələrin komandiri Qənizadənin, 
korpus  komandiri  Nəcməddin  Sadıqovun  adları  daha  çox  çəkilir.  (Əlbəttə,  bu  iĢdə  Rusiya 
hərbçilərinin müstəsna “xidmət”i unudula bilməz). MəĢhur “Kəlbəcəri bir alayla da saxlamaq 
olardı”  fikrinin  müəllifi  olan  müdafiə  naziri  DadaĢ  Rzayevsə  iĢğalın  səbəbini  belə  açıqlayır: 
“[Kəlbəcərdən]  ilk  həyəcanlı  xəbərlər  martın  31-dən  baĢlayaraq  daxil  olurdu.  Korpus 
komandirinin  məruzəsindən  sonra  mən  ora  zəruri  texnika  və  canlı  qüvvə  göndərdim.  Bir 
qədər əvvəl Surət öz qüvvələrini Tərtərdəki mövqelərdən geri çəkmiĢdi. Bundan istifadə edən 
ermənilər də qüvvələri Kəlbəcərə köçürməyə imkan tapdılar” (“Yeni Müsavat”, 02.04.1999).  

Ancaq,  məncə,  Kəlbəcərin  düĢmən  əlinə  keçməsinin  ən  obyektiv  səbəbini  peĢəkar  hərbçi, 
polkovnik  Ġsa  Sadıqov  göstərib:  “Kəlbəcərdə  məğlubiyyətimizin,  daha  doğrusu,  o  zaman 
müharibəni  qələbəylə  bitirə  bilməməyimizin  ən  baĢlıca  səbəbisə,  söz  yox  ki,  VAHĠD 
KOMANDANLIĞIN  OLMAMASIYDI.  Hərbi  bölmələr  gah  əmri  yerinə  yetirmirdi,  gah  bir-birini 
dar ayaqda qoyub qaçırdı, ya da ən “yaxĢı” halda əməkdaĢlıqdan imtina edirdi. [...] Kəlbəcər 
iĢğal olunanda D.Rzayev müdafiə naziri idi. Əgər Kəlbəcəri bir alayla saxlamaq mümkün idisə 
onda  bunu  niyə  eləmədi?..  Mənsə  deyirəm  ki,  o  Ģəraitdə  Kəlbəcəri  qorumaq  artıq  heç  cür 
mümkün deyildi” (“Yeni Müsavat”, 22.04.1999).  
Prezident 3 apreldə bir çox xarici dövlətlərin baĢçılarıyla, BMT ilə telefon danıĢıqları apardı və 
təcavüzün  qarĢısının  alınmasıyçün  tədbirlər  görməyə  çağırdı.  Həmin  gün  o,  fövqəladə 
vəziyyət  rejimini  tətbiq  etməkçün  Azərbaycanın  Ģəhər  və  rayonlarında  hərbi  komendantları 
təsdiqlədi. 
Azərbaycanın  Ġrandakı  səfiri  Nəsib  Nəsibzadə  Kəlbəcərin  iĢğal  edilməsiylə  bağlı  olaraq 
Tehrandakı bütün xarici ölkə səfirliklərinə məktub göndərdi. 
Azərbaycan  Kütləvi  Ġnformasiya  Vasitələri  Həmkarlar  Ġttifaqının  rəyasət  heyəti  dünya 
jurnalistlərinə müraciət etdi və AzərTAc onu bütün dünya agentliklərinə ötürdü. 
ABġ  hökuməti  son  hadisələrlə  bağlı  Ermənistana  iki  rəsmi  təqdimat  göndərdi.  Onlarda 
Ermənistanın  təcavüzü  pislənilir,  atəĢin  dayandırılması  tələb  edilirdi.  ABġ  Dövlət 
Departamentinin  nümayəndəsi  öz  bəyanatında  “etnik  erməni  qüvvələrinin  Kəlbəcər 
rayonundakı hücumu”nu pisləmiĢ, ABġ hökuməti “həmin hücumla əlaqədar dərin narahatlığını 
Ermənistan  hökumətinin  ali  rəhbərliyinə  və  Dağlıq  Qarabağ  erməniləri  nümayəndələrinin 
nəzərinə çatdırmıĢdır”. 
Ġran Ġslam Cümhuriyyəti Kəlbəcərdə baĢ verən hadisələrdən narahat olduğunu bildirdi. 
Naxçıvan AM sədri Heydər Əliyev bu ağır günlərdə bütün qüvvələri respublika prezidentinin 
ətrafında birləĢməyə və onunla həmrəy olmağa səslədi. 
DaĢkənddə  rəsmi  səfərdə  olan  Türkiyə  prezidenti  Turqut  Özal  təcavüzkarı  cilovlamaqçün 
Türkiyənin  mümkün  olan  hər  Ģeyə  əl  atacağını  bəyan  etdi.  Turqut  Özal  təyyarədə 
jurnalistlərlə  söhbətdə  Rusiyanı  Ermənistanı  müdafiə  etməkdə  suçlandırdı  və  “ermənilərin 
Azərbaycana  hücumlarını  dayandırmaq  üçün  silahdan  istifadə  olunmasının  zəruriliyini” 
göstərərək dedi: 
“Hərbi müdaxilədən çəkinmək lazım deyil. Biz özümüzü göstərməliyik”
. BaĢ 
nazir Süleyman Dəmirəlsə əhali qarĢısında bildirdi ki, Ermənistan ən qısa zamanda təcavüzü 
dayandırmasa “bizim səbrimiz tükənəcəkdir”. 
Türkiyə  Cümhuriyyəti  yalnız  Kəlbəcərin  iĢğalından  sonra  -  3  apreldə  Ermənistana  yardımı 
dayandırdı. 
Azərbaycan  Milli  Mərkəzinin  rəhbəri  Məhəmməd  Kəngərli,  Azərbaycan  Kültür  Dərnəyinin 
baĢçıları  Cəmil  Ünal  və  Əhməd  Qaraca  Ermənistanın  təcavüzkarlığına  qəti  etiraz  bildirərək 
dünya ictimaiyyətinə müraciət etdilər. 
Aprelin  baĢlanğıcında  Tehranda  olan  Rusiyanın  xarici  iĢlər  naziri  Andrey  Kozırev  Ġran 
prezidenti Əliəkbər HaĢimi-Rəfsəncaniylə görüĢündə Ermənistana Ġran ərazisindən humanitar 
yardım yüklərinin daĢınmasında bu ölkənin limanlarından istifadə məsələsini müzakirə etdi. 
Ġslam Konfransı TəĢkilatı Ermənistanın təcavüzünü pislədi. 
Xatırladım  ki,  hərbi  əməliyyatlardan  sonra  Dağlıq  Qarabağdan  və  Ermənistanla  həmsərhəd 

rayonlardan 235 min 385 nəfər qaçmıĢdı ki, onlardan 73 min 244 nəfəri Bakıda, 9 min 963 
nəfərisə Naxçıvandaydı. Kəlbəcərin iĢğalından sonra köçkün olanlara prezidentin sərəncamıyla 
1 milyard rubl məbləğində yardım göstərilmiĢdi. 
Prezidentin mətbuat xidmətinin rəhbəri Arif Əliyev 5 apreldə keçirdiyi mətbuat konfransında 
Ermənistanın  fəallaĢması  səbəblərini  bununla  izah  etdi  ki,  Ermənistan,  birincisi,  “Qırmızı 
Kürdüstan”  məsələsini  bir  daha  qaldırmaq  niyyətindədir;  ikincisi  də,  o,  yeni  torpaqlar  iĢğal 
etməklə (boĢaldılmıĢ Kəlbəcər və Laçın rayonları ərazicə keçmiĢ DQMV boydadır) Azərbaycanı 
“DQR”-i  rəsmi  tərəf  kimi  tanımağa  məcbur  etmək  və  məhz  onunla  danıĢıqlar  masası 
arxasında oturmağa məcbur etmək istəyir. 
A.Əliyev  məlumat  verdi  ki,  55  min  kəlbəcərli  Xanlar  rayonuna  gətirilib.  Vaxtında  görülmüĢ 
tədbirlər nəticəsində Kəlbəcərdə ĠKĠNCĠ XOCALI FACĠƏSĠNĠN TƏKRARLANMASININ QARġISI 
ALINIB. 
Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəy  həm  ölkəmizin  BMT-dəki  nümayəndəsi,  həm  Xarici 
ĠĢlər Nazirliyi,  həm  də xarici ölkələrdəki  səfirliklərimiz  vasitəsilə  gərgin  diplomatik  danıĢıqlar 
aparılmasına nail olsa da Ģəxsən özü də xarici dövlətlərlə yorulmadan birbaĢa təmasda olaraq 
təcavüzün nəticələri haqqında məlumat verir və onu cilovlamağı xahiĢ və tələb edirdi. 
5 apreldə o, Ġsrailin baĢ naziri Ġshaq Rabinlə (bu vaxt Rabin mühüm dövlət tədbirindəydi və 
Əbülfəz bəyin xahiĢiylə onu yarımçıq qoyaraq danıĢığa gəlmiĢdi) və VaĢinqtonda səfərdə olan 
MƏR xarici iĢlər naziri Əhməd Mahirlə telefonla danıĢdı, ABġ səfiri Riçard Maylsı qəbul etdi, 
“Azadlıq” radiostansiyasının “Azad həyat” proqramına müsahibə verdi.  
Müsahibəsində Bəy Azərbaycana təcavüzün gediĢində üç baĢlıca qüvvənin adını çəkdi: erməni 
iĢğal qoĢunu, xarici terrorçu qruplar, arxasında müəyyən qüvvələrin dayandığı rus əsgər və 
zabitləri. 
Prezident  müsahibədə  bunu  da  bildirdi  ki,  ağır  müharibə  Ģəraitinə  baxmayaraq  biz 
danıĢıqların  davam  etdirilməsinə,  ATƏM  çərçivəsində  danıĢıqlar  prosesinin  inkiĢafına 
tərəfdarıq. Ancaq biz iĢğal qoĢunlarının Azərbaycan ərazisini tərk etməsini tələb edirik. 
Fövqəladə  vəziyyətə  toxunan  Elçibəy  dedi  ki,  BĠZƏ  MÜSTƏQĠLLĠK  YOLU  ĠLƏ  SƏRBƏST 
GETMƏK ĠMKANI VERMƏDĠLƏR, AZƏRBAYCAN DEMOKRATĠYASINA ZƏRBƏ VURDULAR. Biz 
məcburi  addım  ataraq  FV  elan  etdik.  Vətənimizin  təhlükəsizliyi  və  hüquqlarının  müdafiəsi 
naminə müəyyən məhdudiyyətlər qoyduq. 
Azərbaycan  hökuməti  xaricdə  yaĢayan  həmvətənlərimizə,  Azərbaycanla  bağlı  ictimai  və 
mədəni dərnəklərə, cəmiyyət və federasiyalara, dünya azərbaycanlılarına belə bir müraciətdə 
bulundu:  “Ġnanırıq  ki,  ...Azərbaycanın  haqqını dünyada  tanıtmaqda, dəhĢətli  faciədən  sonra 
qarĢılaĢdığımız ciddi problemlərin həllində əlinizdən gələn yardımı əsirgəməyəcəksiniz”. 
BMT TƏHLÜKƏSĠZLĠK ġURASI SƏDRĠNĠN BƏYANATI 
Aprelin 6-sında BMT Təhlükəsizlik ġurasında Əbülfəz Elçibəyin bu quruma müraciətinə baxıldı. 
Müzakirələr nəticəsində Tġ belə qərara gəldi ki, Ģuranın sədri - Pakistanın daimi nümayəndəsi 
CəmĢid  Marker  bəyanat  versin.  Həmin  bəyanatda  “yerli  erməni  qüvvələrinin”  Kəlbəcər 
rayonuna  müdaxiləsiylə  bağlı  Tġ-nın  ciddi  narahatlığı  ifadə  olunur,  “bölgədə  sülh  və 
təhlükəsizliyə  qorxu  törədən  bütün  düĢmənçilik  hərəkətlərini  dərhal  dayandırmağı  və  bu 
qüvvələri (yəni “yerli erməni qüvvələri”ni - Ə.T.) çıxarmağı” tələb edir. 
Düzdür,  ABġ-ın  dövlət  katibi  U.Kristoferin  “ABġ  hökuməti  hücumu  pisləyir”  məzmunlu 

bəyanatında  iĢlətdiyi  “etnik  ermənilər”  termini  təkcə  Qarabağ  ermənilərini  deyil,  həm  də 
Ermənistan,  Fransa  və  Livan  ermənilərini  də  nəzərdə  tutduğuna  görə  Kəlbəcərin  istilasına 
münasibətdə  ABġ-ın  mövqeyi  BMT  Təhlükəsizlik  ġurasının  mövqeyindən  gerçəkliyə  daha 
yaxındı,  Təhlükəsizlik  ġurasının  5  daimi  üzvündən  3-ü:  ABġ,  Ġngiltərə  və  Çin  Azərbaycanın 
mövqeyinə  yaxın  mövqe  tutsa  da  Rusiya  və  Fransa  lazımi  fəallıq  göstərməmiĢdi,  ancaq 
bunlara baxmayaraq, BMT Təhlükəsizlik ġurasının bu bəyanatı Azərbaycan hökumətinin çox 
böyük diplomatik nailiyyətiydi.  
Nəyə  görə?  Birincisi,  bu  sənəd  dünya  ictimaiyyətində  erməni  təcavüzü  haqqında  obyektiv 
rəyə  doğru  mühüm  bir  addımdı;  ikincisi,  Tġ-nın  rəsmi  sənədində  Ermənistanın  münaqiĢəyə 
qoĢulduğu  ĠLK  DƏFƏ  təsbit  edilirdi;  üçüncüsü,  sərhədlərin  toxunulmazlığı  prinsipi  yenidən 
təsdiq  edilirdi;  dördüncüsü,  bölgəyə  humanitar  yardım  göstərilməsinin  vacibliyi  göstərilirdi; 
beĢincisi, Tġ  BMT  baĢ katibindən  xahiĢ etdi  ki, münaqiĢə  zonasındakı vəziyyət  barədə təcili 
məruzə etsin. 
Dövlət  katibi  Pənah  Hüseynov  Rusiyanın  müdafiə  naziri  Pavel  Qraçovla görüĢərək  (6  aprel) 
Kəlbəcərin iĢğalıyla bağlı yaranmıĢ vəziyyəti onunla müzakirə etdi. 
Azərbaycanın  Moskvadakı  səlahiyyətli  nümayəndəsi  Hikmət  Hacızadə  Əbülfəz  Elçibəyin 
məktubunu  Boris  Yeltsinə  verdi.  O,  Moskvadakı  bir  çox  xarici  ölkə  səfirliklərinə  gedərək 
Ermənistanın Azərbaycana qarĢı təcavüzünün pislənilməsini xahiĢ edən notalar təqdim etdi. 
FÜZULĠ QORXU ALTINDA  
Kəlbəcərin  iĢğalından  sonra  Füzuli  rayonunda  da  vəziyyət  gərginləĢdi.  Ermənilər  hər  an 
Füzulini  ələ  keçirə  bilərdi.  Əlbəttə,  Kəlbəcərdən  sonra  Füzulinin  də  əldən  getməsi 
Azərbaycana dəhĢətli zərbə ola bilərdi, ona görə də prezident bunun qarĢısını vaxtında almaq 
istəyirdi. 
../../images/Arxiv/1993_0407_Cebhe.JPG
Rayonlarda durumla Ģəxsən tanıĢ olmaq, gözlənilən 
təxribatların qarĢısını almaq və b. məqsədiylə Bəy 6-7 apreldə cəbhə bölgələrində - Cəbrayıl, 
Füzuli,  Ağcabədi  və  Ağdam  rayonlarında  oldu.  Bunların  hamısında  o,  rayon  ictimaiyyətinin 
nümayəndələriylə görüĢdü. 
Cəbrayılda  olarkən  Azərbaycanın  müstəqil  və  güclü  dövlət  olmaqçün  hər  cür  imkan  və 
Ģəraitinin  mövcudluğunu  söyləyən  prezident  xalqımızın  erməni təcavüzünə  qarĢı həm  hərbi, 
həm də siyasi mübarizə apardığını söylədi və bildirdi: “Ġlk dəfədir ki, dünya bizi müdafiə edir”. 
Füzulidə  prezident  döyüĢ  əməliyyatlarını  Ģəxsən  müĢahidə  etdi.  Ağcabədidə  Bəy  əminliklə 
bildirdi  ki,  Kəlbəcərin  getməsiylə  barıĢmaq  olmaz,  onu  tezliklə  qaytaracağıq.  Ağdamda  o, 
soydaĢlarımızı Ģayiələrə uymamağa səslədi. 
Bu  ikigünlük  səfərin,  doğrudan  da,  çox  böyük  mənəvi-psixoloji  təsiri  oldu.  Həm 
döyüĢçülərimiz,  həm  də  əhali  guya  Kəlbəcərin  də,  adı  çəkilən  rayonların  da  ermənilərə 
“satıldığı”  haqqında  Ģayiələrin  boĢluğuna  inandılar,  onlarda  düĢmənlə  döyüĢmək  həvəsi, 
mübarizlik  əhval-ruhiyyəsi  yenidən  gücləndi,  orduda  nizam-intizamın  gücləndirilməsiyçün 
tədbirlər  görüldü.  Məhz  vaxtında  görülmüĢ  bu  qabaqlayıcı  tədbirlər  sayəsində  həmin 
rayonların, ilk növbədəsə Füzulinin baĢı üzərindən təhlükə sovuĢduruldu. 
Polkovnik  Oqtay  Məmmədov  öz  kitabında  yazır: 
«Prezidentin  göstəriĢi  ilə  [4  apreldə] 
Azərbaycan  Milli  Məclisinin  sədri  Ġsa  Qəmbər  və  dövlət  müĢaviri  Arif  Hacıyev  təcili  olaraq 
Füzuliyə yola düĢdülər. 
 

Bir  gün  sonra  (6  apreldə  -  Ə.T.) prezident yol hazırlığı barədə göstəriĢ verdi  və səhər saat 
9.30-da  biz  Cəbrayıl  rayonuna  tərəf  yola  düĢdük.  Təxminən  saat  1-in  yarısında  Cəbrayıla 
çatdıq. Elçibəy Ġcra hakimiyyətində oldu. Sonra rayon mədəniyyət evində, xəbər tutub oraya 
yığılmıĢ olan rayon camaatı ilə Elçibəyin görüĢü odlu. 
 
Təxminən saat 2-də biz Cəbrayıldan ayrılaraq Füzuli rayonuna tərəf yola düĢdük və saat 3-ün 
yarısında Füzuli Ģəhərinə daxil olduq. 
 
O  gün  gördüyüm  Füzulini  mən  heç  vaxt  yaddan  çıxarmayacağam.  ġəhərə  girən  kimi  ətim 
ürpəĢdi.  Nə  bir  insan  səsi,  nə  də  bir  hənirti  var  idi.  Bir  evin  bacasından  da  tüstü  çıxmırdı. 
Əhali Ģəhəri tərk etmiĢdi. 
 
Bizim  maĢın  karvanı  Füzuli  rayon  icra  hakimiyyəti  yerləĢən  binanın  qabağında  dayandı.  Bizi 
icra  hakimi  Nofəl  bəylə  bir  qrup  cəbhəçi,  Bakıdan  Qadın  Hüquqları  Müdafiə  Cəmiyyətindən 
gəlmiĢ  üç  qadın  və  Azərbaycan  Pedaqoji  Universitetinin  professoru  Sərdar  Əliyev  və  bir 
tanımadığım adam qarĢıladı. 
 
Elçibəy həyətdə olan adamlarla görüĢüb qısa bir söhbət etdikdən sonra icra baĢçısından Ġsa 
Qəmbərin  harada  olduğunu  soruĢdu  və  qonaq  evində  olduğunu  öyrəndi.  O,  həyətdəki 
adamlarla vidalaĢaraq qonaq evinə getmək barədə göstəriĢ verdi. Ġcra baĢçısı dedi ki, cənab 
prezident,  qonaq  evi  Füzuli  Ģəhərinin  o  tərəfindədir  və  döyüĢ  xəttinə  çox  yaxındır.  Ora 
getmək təhlükəlidir. Biz bu dəqiqə Ġsa bəyə məlumat verərik, o bura gələr. Elçibəy ona heç 
bir Ģey demədən maĢina mindi və qonaq evinə getmək haqqında göstəriĢ verdi. 
 
Qonaq evinin qarĢısında prezidenti Ġsa Qəmbər və Arif Hacıyev qarĢıladılar. Hiss olunurdu ki, 
prezidentin qəfil gəliĢi onları da çaĢdırıb.  Onlar birlikdə  içəri keçdilər.  Bir  qədər keçmiĢ Milli 
Qvardiyanın  komandiri  rəhmətlik  Tahir  Məmmədov  və  milli  təhlükəsizlik  nazirinin  birinci 
müavini Sülhəddin Əkbərov da qonaq evinə gəldilər. DöyüĢ xətti qonaq evindən təxminən üç-
dörd  kilometr  aralıda  idi.  Qrad  səslərindən  qulaq  tutulurdu.  Tahir Məmmədov  və Sülhəddin 
Əkbərovun  gətirdiyi  əlavə  qüvvələr  də  döyüĢdə  iĢtirak  etməyə  baĢladılar.  Təxminən  axĢam 
saat  7-də  döyüĢ  dayandı  və  prezidentə  məlumat  verildi  ki,  döyüĢ  yerində  60-a  qədər  itki 
verən ermənilər Füzulidən 12 km geri çəkilməyə məcbur oldular. 
 
Bu  məlumatı  almamıĢdan  saat  yarım  əvvəl  dövlət  müĢaviri  Arif  Hacıyev  çölə  çıxaraq  mənə 
yaxınlaĢdı və dedi ki, prezidenti buradan aparmaq lazımdır. Bura çox təhlükəlidir və ermənilər 
Füzuliyə  girə  bilərlər.  Dövlət  baĢçısının  burada  ölməyi  və  ya  əsir  düĢməyi  böyük  biabırçılıq 
olar. 
 
Dedim ki, Arif bəy, dövlətin ikinci Ģəxsi oradadır və siz bu məsələni birlikdə həll edin. Dedi ki, 
biz  cəhd  etdik,  bir  nəticə  alınmadı,  sən  gör  bir  bəhanə  tapıb,  Elçibəyi  buradan  uzaqlaĢdıra 
bilərsənmi. 
 
Mən çox fikirləĢdikdən sonra ona belə bir təklif verdim. Dedim, mən belə fikirləĢmiĢəm ki, Siz 
iĢçilərin  bir  qrupu  ilə  Cəbrayıla  gedəsiniz.  Mən  qalan  adamları  da  götürüb  gözləyərəm  və 
lazım gələrsə biz də Füzulinin müdafiəçilərinə qoĢularıq. 
 
O mənə  dedi ki,  mənə  nağıl  danıĢma  və çalıĢ ERMƏNĠLƏR FÜZULĠYƏ GĠRƏRLƏRSƏ ONDA 
MƏNƏ DƏ BĠR SĠLAH AYIR. MƏN BURADA AXIRA QƏDƏR DÖYÜġƏCƏYƏM.
 
Saat 8-in yarısında vəziyyətin tamamilə düzəldiyinə əmin olduqdan sonra Elçibəy Bakıya yola 
düĢmək haqda göstəriĢ verdi və biz yola çıxdıq.
 
Biz  orada  olarkən  öyrəndik  ki,  Füzulinin  düĢmən  əlinə  keçməməsinə  Ġsa  Qəmbərlə  Arif 

Hacıyevin qətiyyəti, üstəlik, icra hakimiyyəti baĢçısının, Xalq Cəbhəsi sədrinin və xüsusilə də 
rayon polis Ģöbəsi rəisi və əməkdaĢlarının fədakarlığı nəticəsində nail olunub.
 
Sonralar  Ġsa  Qəmbərin  bu  səfəri  barədə  həm  çox  hörmətim  olan  Arif  Hacıyevin,  həm  də 
Sülhəddin  Əkbərovun  fikirlərini  oxumuĢam.  Mənə  ən  qəribə  gələn  odur  ki,  mətbuatda  dərc 
edilmiĢ  hər  iki  yazıda  prezident  Elçibəyin  də  Füzuliyə  gəlməsi  və  döyüĢü  sonuna  qədər 
izləməsi barədə bir kəlmə belə yazılmayıb»
. («Elçibəy ilə otuz il», s.75-78). 
Beləliklə, dövlətimizin baĢçıları Ģəxsən döyüĢ meydanına gedərək Füzulinin müdafiəsini təĢkil 
etdilər! Bu, dövlətçiliyimiz tarixində həmiĢə qürur duyacağımız faktlardan biridir. 4-6 apreldə 
Füzulinin 2 kilometrliyinədək irəliləyə bilmiĢ ermənilər məhz bu kiĢilərin Vətən, torpaq sevgisi 
sayəsində  6  apreldə  12  kilometr  geri  oturduldular.  Ancaq  sonralar  H.Əliyev  onun 
dövründə torpağından didərgin düĢmüĢ Füzuli qaçqınlarıyla görüĢdə dedi ki, niyə 
o  vaxt  Ġsa  Qəmbəri  rayondan  qovmurdunuz?  Görəsən,  Ġsa  Qəmbər  qovulsaydı 
(qovmağa  adam  qalmıĢdımı  ki?!)  və  Füzuli  elə  o  vaxt  düĢmən  əlinə  keçsəydi 
H.Əliyev bundan nə qazanacaqdı?!. 
ARTIRMA 
«-Ġsa bəy, siz 4 aprel 1993-də Füzuliyə gedəndən və Füzulinin ermənilərin əlinə keçməsinin 
qarĢısını  alandan  (bunu  cəsarətlə  demək  olar)  sonra  Sizdə  müdafiə  naziri  olmaq  istəyi 
yaranmıĢdı  və  bu  haqda  prezident  Elçibəyə  də  müraciət  etmiĢdiniz.  Bu  istək  nə  qədər 
ciddiydi?  
-Mən  hərbi  mütəxəssis  deyiləm  və  hərbi  məsələlərdə  birbaĢa  iĢtirak  etməyə  də  heç  vaxt 
xüsusi  həvəs  göstərməmiĢəm.  Hakimiyyətdə  olduğumuz  müddətdə  də  hərbi  məsələlərlə  iki 
dəfə bilavasitə məĢğul olmuĢam. 
 
Birinci  dəfə  prezident  səlahiyyətlərini  icra  elədiyim  dövrə  düĢür.  Onda  məsuliyyət  mənim 
üzərimdəydi.  Mən  Dövlət  Müdafiə  Komitəsini  kağız  üzərindəki  orqandan  real  bir  orqana 
çevirdim və hərbi iĢlərə birbaĢa müdaxilə etdim, müəyyən nəticələri də oldu. Yadınızdadırsa 
görülən  iĢlərin  nəticəsində  qısa  müddətdə  ordumuz,  silahlı  qüvvələrimiz  toparlandı  və  iyun 
ayının 9-u, ya da 12-sində hücum əməliyyatları baĢlandı, uğurlu əməliyyatlar keçirildi. 
 
Ġyunun 16-sında Əbülfəz Elçibəy and içəndən sonra mən, təbii ki, prezident səlahiyyətlərini 
ona  təhvil  verdim  və  bundan  sonra  hərbi  iĢlərlə  bilavasitə  məĢğul  olmadım.  Ancaq  Dövlət 
Müdafiə Komitəsinin yığıncaqlarında iĢtirak edirdim. 
 
Hərbi  iĢlərlə  1993-ün  aprelinin  baĢlanğıcında  ikinci  dəfə  bilavasitə  məĢğul  odlum.  Kəlbəcər 
əldən getmiĢdi, cəmiyyətdə yeni bir Ģok yaranmıĢdı və həmin Ģəraitdə bizə məlumatlar gəlirdi 
ki,  Füzuli  də  ağır  vəziyyətdədir,  iĢğal  oluna  bilər.  Xəritəyə  baxanda  vəziyyətin  ağırlığını 
asanlıqla təsəvvür etmək olur. Laçın və Kəlbəcərdən sonra Füzulinin iĢğalı Cəbrayıl, Qubadlı, 
Zəngilan  zonasının  əldən  getməsi,  bu  üç  rayonun  da  nəzarətimizdən  çıxması  deməkdi. 
Füzulinin  getməsiylə  çox  dəhĢətli  bir  vəziyyət  yarana  bilərdi  (necə  ki,  Heydər  Əliyevin 
dövründə yarandı). Həmin dəhĢətli duruma düĢməməyimizçün mən Füzuliyə getməli oldum. 
 
Bütün səylərimizi bir araya gətirərək Füzulinin iĢğalının qarĢısını aldıq. Mənimlə birlikdə Arif 
Hacıyev də Füzuliyə getmiĢdi, axĢam Sülhəddin bəy də Milli Təhlükəsizlik Nazirliyinin xüsusi 
təyinatlı dəstəsinin bir hissəsiylə gəldi. Müsavatın ozamankı baĢ katibi Niyazi Ġbrahimli və bəzi 
baĢqa yoldaĢlarımız da oradaydılar. Generalları ora çağırdıq, vəziyyəti müzakirə etdik. Əbülfəz 
Elçibəylə sıx telefon əlaqəsi saxlayırdıq. Gərəkli tədbirlər gördük və Füzulinin qoruyub saxlaya 
bildik. 
 

Vəziyyət  sabitləĢənədək  bir  həftə  orada  qaldım.  Həmin  bir  həftədə  siyasi  fəaliyyətdən, 
parlament  fəaliyyətindən  bütünlüklə  hərbi  fəaliyyətə  keçdim.  Bütün  cəbhə  bölgələrimiz 
haqqında informasiya topladım - parlament baĢçısı kimi bu, mənim vəzifəmə bilavasitə aiddi. 
Detallara  getmək  istəmirəm,  ancaq  orada  iĢin  içindəydim.  Generallarımızla, 
polkovniklərimizlə,  briqada  komandirləriylə,  sıravi  əsgərlərlə  söhbət  etdim,  vəziyyəti  tam 
öyrəndim  və  gördüm  ki,  onlar  istedadlı,  cəsur  insanlardır  və  bu  xalqla,  bu  əsgərlə  qalib 
gəlmək mümkündür. Hərbi məğlubiyyətlərimizin səbəblrini araĢdırıb gördüm ki, baĢlıca səbəb 
təĢkilatçılığın,  mütəĢəkkilliyin  olmamasında,  Müdafiə  Nazirliyiylə  döyüĢən  əsgər  arasında 
bütün  əlaqə  mexanizmlərinin  lazımı  səviyyədə  olmamasında,  müdafiə  nazirinin 
hakimiyyətdəki  siyasi  komandanın  birbaĢa  üzvü  olmamasındadır.  Məndə  hərbi 
uğursuzluqlarımızın qarĢısını almağın mümkünlüyü fikri yarandı. 
 
YoldaĢlarımızla ciddi müzakirə edəndən sonra mən Bakıya qayıdandan sonra Əbülfəz Elçibəyə 
təklif  elədim  ki,  parlament  sədrliyindən  istefa  verim  və  o,  məni  müdafiə  naziri  təyin  etsin, 
çünki  mən  inanırdım  ki,  müdafiə  naziri  olsam  orduda  qayda-qanun  yarada  biləcəyik  və 
uğursuzluq  dövrünü  baĢa  vuraraq  yenidən  qələbələr  qazana  biləcəyik.  Buna  ürəkdən  əmin 
olduğuma görə elə təklif verdim. Ancaq Əbülfəz bəy dedi ki, buna ehtiyac yoxdur, çünki ölkə 
üçün parlament daha önəmlidir və sənin parlament sədri kimi fəaliyyət göstərməyin Müdafiə 
Nazirliyinin baĢçısı olmağından daha məqsədəuyğundur. Beləliklə də, bu layihə baĢ tutmadı. 
 
Həmin hadisədən sonra mənə müxtəlif böhtanlar atıldı - guya mən ölkədə birinci adam olmaq 
istəmiĢəm, Əbülfəz Elçibəyi devirməyi fikirləĢmiĢəm. Ancaq razılaĢın ki, Müdafiə Nazirliyi nə 
qədər mühüm qurum sayılsa da birinci adam olmaqçün parlament sədrinin verdiyi imkanları 
verə bilməz. Gəlin düĢünək də - müdafiə naziri yalnız zorakı yolla prezident ola bilər; onun 
konstitusion  üsulla  prezident  olmaq  Ģansı  sıfra  yaxındır.  Parlament  sədrisə  prezidentliyə  ən 
yaxın  Ģəxsdir;  o,  prezidentin  olmadığı  müddətdə  onun  səlahiyyətlərini  həyata  keçirir.  Ona 
görə də mənim parlament sədrliyindən istefa verməyə hazır olmağımın və Müdafiə Nazirliyinə 
getmək  istəməyimin  özü  göstərir  ki,  mənim  guya  nəysə  xüsusi  məqsədlərimin  olması 
haqqında danıĢmaq gülüncdür
».  
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 
Gecə  Ağcabədi  və  Ağdam  rayonlarında  olmuĢ  və  Bakıya  səhərə  yaxın  çatmıĢ  prezident  nə 
qədər yorğun olsa da 7 apreldə bir sıra siyasi partiyaların baĢçılarını onların xahiĢiylə qəbul 
etdi.  Bu  görüĢ  AXC  qərargahında  keçirilmiĢ  FV  Ģəraitində  siyasi  partiyaların  və  mətbuatın 
ideoloji  və informasiya fəaliyyətinin  əlaqələndirilməsi məsələlərinə  dair  seminar-müĢavirənin 
yekunlarıyla  bağlıydı.  Bundan  sonra  müxtəlif  partiya  və  təĢkilatlar,  siyasi  qurumlar  xalqı 
prezident ətrafında sıx birləĢməyə çağırdı. 
Elə bu günlərdə Müdafiə Nazirliyi DĠN-lə birgə Kəlbəcəri azad etməkçün Surət Hüseynovun da 
iĢtirakıyla (?!) əməliyyat hazırlamıĢdı. S.Hüseynovun dəstələrinin günahı üzündən əməliyyatın 
birinci  mərhələsi  pozuldu.  Bunun  ardınca  da  709  saylı  hərbi  hissənin  30-adək  zabiti  və  bir 
neçə mülki Ģəxs prezidentə və Ali Sovetin sədrinə belə bir teleqram göndərdilər ki, 709 saylı 
hərbi  hissənin  bazasında  HƏRBĠ  BĠRLĠK  yaradılır  və  onu  təmsil  etməkçün  Surət  Hüseynov 
vəkil edilir.  
Kəlbəcərlə  bağlı  vəziyyəti  nizamlamaq  məqsədilə  8  apreldə  Soçidə  Pavel  Qraçovun 
vasitəçiliyiylə  dövlət  katibi  Pənah  Hüseynovla  Ermənistanın  müdafiə  və  təhlükəsizlik 
məsələləri üzrə dövlət naziri Vazgen Sərkisyanın qısa görüĢü oldu. 

8 apreldə ATƏM-in 10 nəfərlik ön qrupu Azərbaycana gəldi. 
Ölkədə asayiĢin möhkəmləndirilməsi, dövlətə qarĢı təxribatların qarĢısının alınması məqsədilə 
9  aprel  1993-dən  Bakı,  Sumqayıt,  Gəncə,  Mingəçevir,  Lənkəran,  Əli  Bayramlı  Ģəhərlərində, 
Cəlilabad,  Yevlax,  Qusar,  Qazax,  Balakən,  Xaçmaz  rayonlarında Dövlət  Müdafiə  Komitəsinin 
qərarıyla qadağan saatı elan edildi. 
Doğrudur,  bu  günlərdə  dünyanın  bir  çox  ölkələri  Azərbaycan  iqtidarının  həqiqətən 
fədakarcasına çalıĢması nəticəsində dövlətimizlə həmrəy olduqlarını bildirdilər, ancaq onların 
içərisində  Pakistanın  adını  xüsusi  hörmətlə  çəkməyə  borcluyuq.  9  apreldə  mətbuatımız 
Pakistan  Respublikasının  prezidenti  Qulam  Ġshaq  Xan'ın  Azərbaycan  Respublikasının 
prezidenti  Əbülfəz  Elçibəyə  göndərdiyi  məktubu dərc  etdi.  Qulam  Ġshaq  Xan  prezidentimizə 
yazırdı: “Dünya birliyi Ermənistanın təcavüzünün qarĢısını almaq üçün yubanmadan tədbirlər 
görməlidir.  BMT-nin  Təhlükəsizlik  ġurasında  olan  nümayəndəmizə  bu  məsələni  təcili 
qaldırmaq barədə göstəriĢ vermiĢik”. 
Pakistan  prezidenti  əmin  edirdi:  “Ġslam  Konfransı  TəĢkilatının  bu  yaxınlarda  Kəraçidə 
keçiriləcək iclasında Pakistan bu məsələ (müharibə zonasında əzab çəkmiĢ adamlara kömək 
göstərmək - Ə.T.) ilə bağlı bütün səylərini göstərəcəkdir”. Sonrakı mərhələlərin hamısında da 
Pakistan Azərbaycanın yanında oldu, ona əməli yardımlarda bulundu. 
Bu  arada  Türkiyənin  BMT-dəki  daimi  nümayəndəsi  Mustafa  Aksin  bildirdi:  “Türkiyə 
Azərbaycanın parçalanmasına dözməyəcək, o, Azərbaycan sərhədlərinin zorla dəyiĢdirilməsinə 
imkan verməyəcəkdir”. Bu ölkə Ermənistana humanitar yardımlar göndərilməsini dayandırdı, 
Suriyadan hava yoluyla Yerevana daĢınan yüklərə nəzarət etməyə baĢladı. Bunlar, sözsüz ki, 
Türkiyənin  görə  biləcəyi  iĢlər  yanında  çox  xırda  görünürdü.  ĠĢ  burasındaydı  ki,  Türkiyə 
hökumətində Azərbaycana iki cür münasibət vardı - prezident Özal ölkəmizə hər cür yardım 
göstərməyin tərəfindəydi, baĢ nazir Dəmirəlsə ehtiyatlı tərpənməyə üstünlük verirdi. 
29 mart-6 aprel günləri Türkiyədə ezamiyyətdə olduğum zaman Elçibəyin Kəlbəcər sakinlərini 
köçürməkçün Türkiyədən vertolyotlar istəməsinə baxmayaraq bu xahiĢi qulaqardına vurması 
üstündə  Türkiyə  qəzetlərinin  Dəmirəli  tənqid  etmələrini  özüm  oxumuĢam.  4  aprel  tarixli 
“Türkiyə”  qəzetində  “Elçibəy  Türkiyədən  helikopter  (vertolyot  -  Ə.T.)  istədi”  baĢlıqlı  yazıda 
Dəmirəlin bu sözləri verilib: “Buradan oraya vertolyot aparmaq o qədər asan iĢ deyil. Pratiyi 
yoxdur yəni. AraĢdırırıq. Pratiyi olan bir Ģey olsa... Məsafələri çox uzundur. Getmək-gəlmək o 
qədər  asan  deyil.  Biz  baĢqa  yerlərə  müraciət  etdik.  Oraya  yardımçı  olmaq  üçün  2  gündür 
mütəmadiyən bununla məĢğuluq”. (Ancaq o zaman on minlərcə insanın taleyi “uzaq məsafə” 
üzündən nəzərə alınmasa da Dəmirəl 1999-un qıĢında xəstələnmiĢ H.Əliyevçün ləngitmədən 
iki təyyarə göndərə bildi!).
 
13  aprel  tarixli  “Azərbaycan”  qəzeti,  məncə,  tarixi  gerçəkliyi  çox  doğru  əks  etdirib.  Qəzet 
yazırdı:  “Azərbaycan  məsələsində  həmiĢə  təmkinli  mövqe  tutan  Turqut  Özal  Orta  Asiya 
ölkələrinə  səfəri  əsnasında  verdiyi  bəyanatla  əslində  Süleyman  Dəmirəl  üzərində  növbəti 
üstünlüyü qazanmıĢdır”.
 
Qəzetin verdiyi məlumata görə, Turqut Özalın qəti azərbaycanpərəst çıxıĢları xarici iĢlər naziri 
Hikmət  Çətini  o  qədər  duyğulandırmıĢdır  ki,  o,  etiraz  əlaməti  olaraq  BiĢkekdəki  Türkiyə 
səfirliyində  keçirilən  görüĢdə  prezidenti  tək  qoyaraq  salonu  tərk  etmiĢdir.  Hökuməti  təmsil 
edən  H.Çətinin  bu  hərəkəti  səbəbsiz  deyildi  -  S.Dəmirəl  hökuməti  Ermənistana  əcgəri 
müdaxilə  variantını  cidd-cəhdlə  yaxına  buraxmırdı.  S.Dəmirəl  belə  söyləmiĢdi:  Azərbaycana 

hərbi yardıma «gedincə qarĢımda kimi görəcəyəm? “Aman, etmə, dur” deyən Amerikanımı? 
Hamı belə düĢünür. Amma qarĢıma Rusiya çıxacaq, qızıl ordu çıxacaq...».
 
Beləliklə,  labüd  məhvolma  təhlükəsi  qarĢısında  qalmıĢ  soydaĢlarımızı  xilas  etməkçün  hətta 
Türkiyədən  ikicə  vertolyot  belə  ala  bilməyən  yalqız  Azərbaycan  əslində  bütün  dünyayla 
üzbəüz qalmıĢdı. Azərbaycan prezidenti baĢa düĢürdü ki, ona yardım edəcək yeganə qüvvə 
Azərbaycan  xalqının  özüdür,  xilas  yolumuz  yalnız  özümüzün  səylərimizdədir,  özümüzü  necə 
qoruya  biləcəyimizdədir.  Buna  görə  də  o,  diplomatik  danıĢıqların  intensivliyini  qatbaqat 
artıraraq ölkəmizin beynəlxalq dəstək qazanmasına nail oldu. 
BMT  Təhlükəsizlik  ġurasından  sonra  Avropa  Birliyi  də  müraciət  qəbul  edərək  Kəlbəcərin 
iĢğalına  münasibət  bildirdi:  “Avropa  Birliyi  Kəlbəcər  və  Füzulidəki  son  hadisələr,  döyüĢ 
ərazisinin  geniĢlənməsi  və  Azərbaycan-Ermənistan  münasibətlərinin  pisləĢməsindən  ciddi 
narahatlıq hissi duyur”. 
 
"DEYƏSƏN, DOĞRUDAN DA, BELƏ HESAB EDĠRLƏR KĠ, AZƏRBAYCAN NEFTĠ AZƏRBAYCANA 
MƏXSUS OLMALIDIR" 
Ermənilərin  torpaqlarımıza  birbaĢa  hücumları  təxribatçıların  içəridən  hakimiyyətə  zərbə 
endirmək  cəhdləriylə  üst-üstə  düĢürdü.  Son  günlər  Bakıda  cürbəcür  Ģayiələr  yayılırdı. 
Məsələn,  deyilirdi  ki,  tələbələrin  hərbi  xidmətə  çağırılmasının  labüdlüyüylə  əlaqədar  yaxın 
vaxtlarda respublikanın ali məktəbləri bağlanacaq. 
Son  vaxtlar  əhalidə  dövlətə  qarĢı  narazılıq  yaratmaqçün  nəqliyyatda,  küçədə  təsadüfi 
adamları tutub döyüĢə aparırdılar.  
Vaxtında  cəzalandırılmadıqlarına  görə  ordudan  qaçmaq  halları  baĢ  alıb  gedirdi.  Bir  az  öncə 
bildirdiyim  kimi,  S.Hüseynov-R.Qazıyev  cütlüyü  ordunu  ağlar  günə  qoymuĢdu.  O,  döyüĢən 
qüvvəyə yox, silah alveri edən ruslara və qarətkar komandirlərə hədsiz gəlir gətirən sağmal 
inəyə  çevrilmiĢdi.  Daxili  qoĢunların  komandanı  Fəhmin  Hacıyev  mətbuatda  təsdiqləyirdi: 
“Boğazından kəsib yardım edənlər çox sağ olsunlar, amma nəzərə alınmalıdır ki, bir konserv 
qutusunu iyirmi dəfə alıb-satırlar”. 
DöyüĢ  bölgələrindən  qayıdan  Bəy  9  apreldə  ABġ  konqresmeni  Qreq  Laflini,  ABġ Energetika 
Ġnstitutunun  prezidenti  Devid  Stanqı  və  “Ġnesko  ĠntənəĢnl  LTD”  Ģirkətinin  sədri  Maqsud 
Humanini qəbul etdi. GörüĢdə o bildirdi ki, keçmiĢ Sovet respublikaları, o sıradan Azərbaycan 
Moskvanın  psixoloji,  iqtisadi  və hərbi təsirindən  hələ  tam  xilas ola  bilməyib.  Bu  da bölgədə 
hadisələrin inkiĢafında müəyyən rol oynayır. 
Prezidentin nə qədər doğru söylədiyini “Komsomolskaya pravda”dakı (10 aprel) bu cümlələr 
də təsdiqləyir: “...Adama elə gəlir ki, iĢ Azərbaycan rəhbərliyi və siyasətçilərindədir. 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin