ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
elcibey11-Prezident Elçibəy


ARTIRMA 
"-Öz hakimiyyəti dövründə Qarabağ məsələsini nəinki həll etməyən, hətta Kəlbəcəri də itirən 
prezidenti  Çin  sərhədinədək  türk  bayraqlarının  dalğalanacağını  iddia  etməkdə 
günahlandıranlar indinin özündə də az deyil...
 
-Məsələni nədə dolaĢdırırlar? Bəli, mən bir prezident kimi Qarabağı qurtarmalıydım və onun 
uğrunda  da  mübarizə  aparırdım.  Düzdür,  Kəlbəcəri  itirdik,  ancaq  iki  rayonu  da  geri  aldıq. 

Qarabağı qaytara bilməməyimizə və Kəlbəcəri itirməyimizə görə, bəli, xalq bizi qınamalıdır - 
bu  qınaq  düzdür.  Ancaq  Çin  sərhədlərinə  qədər  türk  bayraqlarının  dalğalanacağını  mən  bir 
tarixçi  kimi  deyirəm.  Alim  Əbülfəzlə  prezident  Əbülfəzi  qarıĢıq  salırlar.  Mən  aliməm, 
sosioloqam. Zamanın gediĢini qabaqcadan görüb deyirəm ki, ay camaat, bir zaman gələcək, 
Çində türk bayrağı dalğalanacaq. Həqiqətən də, Çinədək bu bayraqlar dalğalandı. Çində 40 
milyon  uyğur  öz  bayrağını  qaldırıb.  Bu  gün  dünyada  27  türk  bayrağı  dalğalanır.  Mən  bunu 
neçə il qabaqdan deyirdim.
 
-Ancaq Siz bunu deyəndə dünyada tək bir türk bayrağı vardı.
 
-O zaman, bəli, yalnız Türkiyənin bayrağı vardı. Sizi inandırıram ki, gələcəkdə bu bayraqlar 
33-ə,  35-ə  çatacaq.  Harada  əzilən  türklər  varsa  orada  onlar  bayraqlarını  qaldıracaqlar. 
Düzdür,  Azərbaycanın  Güneyində  yeni  bayraq  yaranmayacaq  -  oraya  bu  bayraq  gedəcək. 
Amma, ola bilsin, Ġranın lap cənubunda yaĢayan qaĢqaylar öz bayrağını qaldıracaq. Çində 5-6 
türk xalqı yaĢayır. Bəlkə onlar ümumi bayraqdan baĢqa öz bayraqlarını da qaldıracaqlar, çünki 
türk  xalqı  bir  qövm  kimi  öz  sancağı  olan  xalqdır.  Təsəvvür  edin  ki,  orta  əsrlərdə  türklərin 
dövlət  bayrağından  savayı  hər  tayfanın  da  öz  bayrağı,  hər  birinin  öz  gerbi  -  damğası  da 
olurdu.  Bu,  türk  ruhunun  müstəqilliyə,  azadlığa  can  atmasından  irəli  gəlir  -  dövlətimiz 
böyükdür,  əlbəttə,  olmalıdır,  amma  bizim  ərazi,  bizim  tayfa  da  qüvvətli  olmalıdır!  Buna  nə 
sultan,  nə  xaqan  bir  söz  deyir.  Nə  olar  -  sənin  də  bayrağın  olsun,  döyüĢə  öz  ordunla,  öz 
bayrağınla gəl! Tayfa, yaxud elat yaylağa qalxanda bayrağını sancırdı ki, bu örüĢ mənimdir. 
Həmin  örüĢə  bayraq  gəlib  çıxmasa xan  icazə verirdi  ki,  oraya  filan  tayfa gəlib  öz  bayrağını 
sancsın,  heyvanlarını  orada  otarsın.  Qədimdə  beləydi.  Ġndi  türk  bayraqlarının  çoxluğu 
adamları niyə xofa salır?
 
Mən  deyəndə  ki  Skandinaviyanın  ən  qədim  əhalisi  türklərdir,  inanmırdılar.  Bu  yaxınlarda 
mənə XII əsrdə Skandinaviyada tərtib olunmuĢ bir sənəd göstərdilər. Skandinaviya dilindən 
ruscaya  tərcümə  olunub.  Orada  yazılır  ki,  "bu  yerin,  bu  ölkənin  əhalisi  Asiyadan  gəlmiĢ 
türklərdir".  XII  əsr,  Skandinaviya  mətni,  Skandinaviya  dilində.  Buna  nə  deyirsiniz?  Mən 
deyəndə oluram dəli, amma Skandinaviya alimi deyəndə böyük kəĢf sayılır.
 
Bilirsiniz,  türkün  özüyçün  və  dünya  üçün  nə  olduğunu,  türk tarixinin  nə  olduğunu  hələ  çox 
adam  bilmir.  Türk  bir  zaman  o  qədər  güclü  olub  ki,  türk  inanca  çevrilib.  Təsəvvür  edin  ki, 
islam dini, xristian dini necə bir inancdırsa türk özü də elə bir inancdır - türk inancı! BaĢqa 
xalqlar  da onu  qəbul  edirdilər.  Türk inancı  artıq millət  adından  çıxaraq  bir  sistem,  idarə və 
əxlaq kimi bir ideyaydı
".
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.76-77).  
H.ƏLĠYEV: "ƏBÜLFƏZ ELÇĠBƏYƏ HAMIMIZ HÖRMƏT ETMƏLĠYĠK" 
Gənc Azərbaycan Partiyası Bakıda Böyük Xalq Qurultayı keçirmək təĢəbbüsüylə çıxıĢ etmiĢdi. 
6-7  martda  qurultay  öz  iĢinə  baĢladı.  Burada  19  partiyanın,  17  ictimai-siyasi  təĢkilatın 
nümayəndəsi  və  300-ədək  alim  və  mütəxəssis  iĢtirak  edirdi.  Qurultayın  baĢlıca  məqsədi 
mövcud  siyasi  və  ictimai  təĢkilatlar  arasında  ümumi  dil  tapmaq,  xalqın  mövcud  təhlükədən 
xilas  edilməsində  onların  hamısının  gücündən  istifadə  etmək  kimi  xeyirxah  niyyətdən  irəli 
gəlirdi. 
GeniĢ ictimai rəy doğurmayan qurultayda ən müxtəlif çıxıĢlar eĢidildi. Məsələn, artıq keçmiĢ 
DTK  generalı  Heydər  Əliyevin  əl  buyruqçusuna  çevrilmiĢ  N.Pənahov  qətiyyətlə  bildirdi  ki, 
imperiyadan miras qalan bütün strukturları ləğv etmək, arxivləri açmaq gərəkdir. Əsas hissəsi 

DTK-nın  AGENTĠ  OLAN  indiki  iqtidar  respublikanı  xilas  etmək  imkanında  deyil.  Pənahovun 
dediyindən belə çıxırdı ki, ölkəni DTK-nın "agent"ləri yox, məhz generalı xilas edə bilər! 
Nəysə, qurultay 13-14 martda sürsə də gözə görünən yeganə sonucu doğulduğu anda ölmüĢ 
Azərbaycan Xalq Birliyi ġurası yaratmaq oldu. 
Martın  baĢlanğıcında  Azərbaycan  bölgələrində  vəziyyət  yenidən  gərginləĢdi.  Ayın  ilk 
günlərində əksər yerlərdə çörək növbələri yenidən uzanmağa baĢladı. Milli zəmində münaqiĢə 
ocaqları  yaratmaqçün  Rusiya  ciddi  iĢ  aparırdı.  7  martda  "Vesti"  proqramı  xəbər  verdi  ki,  5 
martda  əsasən  ləzgilərin  yaĢadığı  Qusar  rayonunda  keçirilən  mitinqi  xüsusi  təyinatlı  polis 
dəstəsi  dağıdıb,  7  ləzgi  həlak  olub.  Bu,  açıq-aĢkar  yalan  xəbər  Azərbaycanın  quzeyində 
qardaĢ xalqları üz-üzə qoymağa xidmət edirdi. 
Ermənistan-Azərbaycan  müharibəsinin  dayandırılması barədə təklifləri müzakirə  etməkçün  9 
martda  Bakıya  gəlmiĢ  Türkiyənin  xarici  iĢlər  naziri  Hikmət  Çətini  qəbul  edən  Azərbaycan 
prezidenti  qəti  Ģəkildə  bildirdi  ki,  barıĢıq  o  zaman  mümkün  ola  bilər  ki,  Ermənistan  ən  adi 
prinsipə əməl etsin - öz qoĢunlarını Azərbaycandan çıxarsın və ərazi iddialarından əl çəksin. 
Çox təəssüf ki, erməniləri buna razı sala biləcək (yaxud razı salmaq istəyən) beynəlxalq təzyiq 
vasitəsi hələ yoxdu. Həm də onlar Rusiyanın dəstəyiylə artıq məğlubiyyət zolağından çıxmağa 
baĢlamıĢdılar.  Ermənilərin  Ağdərəyə  5  fevralda  baĢlayan  hücumu  10  martda  baĢa  çatdı  - 
onlar Ağdərənin mərkəzindən və bir neçə kənddən baĢqa bütün rayon ərazisini yenidən iĢğal 
etdilər. 
10  mart  günü  də  Bəy  gərgin  iĢlədi.  Öncə  ABġ  səfiri  Riçard  Maylsı  qəbul  edərək  Dağlıq 
Qarabağdakı  vəziyyəti,  ATƏM-in  Minsk  qrupunun  Romada  apardığı  danıĢıqların  yekunlarını 
onunla müzakirə etdi. Həmin danıĢıqlarda ABġ rəsmi Ģəkildə ATƏM xəttini müdafiə etmiĢdi. 
Yeri  gəlmiĢkən,  nüfuzlu  "VaĢinqton  post"  qəzeti  907-ci  düzəliĢin  qəbul  edilməsinə  görə  11 
mart tarixli sayında ABġ-ı kəskin tənqid edirdi. 
Beynəlxalq yəhudi təĢkilatının nümayəndələrini qəbul edən Əbülfəz bəyə Ümumdünya Yəhudi 
Konqresinin  prezidenti  Edqar  Bronfmanın  məktubu  təqdim  olundu.  Bronfman  Azərbaycan 
rəhbərliyinin milli azlıqlara münasibətdə yeritdiyi siyasətdən razılığını bildirirdi. 
Günün ikinci yarısında prezident Türkiyədən gəlmiĢ hörmətli qonaqlarla - görkəmli alim Ġnsan 
Doğramacı, Qazi Universitetinin rektoru Ənvər Həsənoğlu və həmin universitetin dekanı Ersin 
Onayla görüĢdü. 
Prezident  milli  müdafiə  konsepsiyamıza  uyğun  Müdafiə  Nazirliyi  yaratmaq,  daha  doğrusu, 
orada  köklü  yenidənqurma  aparmaq  istəyirdi.  O,  sərəncam  verdi  ki,  dövlətin  müdafiə 
qabiliyyətinə zərər vurmadan nazirlik aparatının Ģtat vahidləri 30 faiz ixtisar edilsin. 
Bəy həm də XĠN-ni dövlətin xarici siyasətini lazımınca həyata keçirə biləcək güclü mexanizmə 
çevirmək  niyyətindəydi.  Xarici  siyasət  üzrə  dövlət  müĢaviri  Vəfa  Quluzadənin  "Azərbaycan" 
qəzetindəki (11 mart) "Tezliklə xarici siyasət strukturlarımızı yaratmasaq beynəlxalq aləmdə 
böyük  çətinliklərlə  üzləĢəcəyik"  baĢlıqlı  yazısı,  sözsüz  ki,  prezidentin  düĢüncələrini,  daha 
doğrusu,  onun  bu  nazirliklə  bağlı  niyyətlərini  ictimai  müzakirəyə  çatdırırdı.  Məqalənin  ana 
xəttini  oradakı  bu  cümlə  təĢkil  edir:  "Azərbaycanın  xarici  aləmlə  əlaqələri  kortəbii  Ģəkildə 
inkiĢaf  edir".  BaĢlıca  olaraq  XĠN-nin  iĢinin  tənqidinə  yönəldilmiĢ  bu  yazı,  məncə,  daha  çox 
xarici  iĢlər  nazirinin  özünə  ünvanlanmıĢdı  və  görünür,  bu  vaxt  artıq  dövlətin  ən  yüksək 
kabinetlərində  XĠN-nə  də  "əl  gəzdirmək"  söhbətləri  gedirdi.  (Güman  ki,  həmin  söhbətlər 
nazirin özünə də çatıb və Tofiq Qasımovun prezidentə sonrakı soyuq münasibətinin kökündə 

də məhz bu amil dayanıb). 
Adı  çəkilən  qəzetin  13  mart  tarixli  sayında  XĠN  mətbuat  xidmətinin  rəhbəri  RövĢən 
CəmĢidovun açıqlamalarını Vəfa Quluzadənin tənqidlərinə cavab da saymaq olar. R.CəmĢidov 
XĠN-nin maddi-texniki təchizatının yarıtmazlığından Ģikayətlənərək bildirir ki, nazirliyin səkkiz 
idarəsinin informasiyaları bircə teleks qurğusu vasitəsilə göndərilir, bir ədəd də faksımız var. 
Bu dar otaqda iki böyük Ģöbə yerləĢir. Dünyanın heç bir yerində Azərbaycanın müxbir postu 
yoxdur. 
Əlbəttə,  göstərilənlər  danılmaz  gerçəklikdi.  Ancaq,  görəsən,  XĠN-dəki  həmin  çatıĢmazlıqları 
kim aradan qaldırmalıydı - nazirliyin rəhbərliyi, yoxsa ölkə prezidenti?!. Öz Ģəxsi təcrübəmdən 
deyə  bilərəm  ki,  Azərbaycan  prezidenti  dövlət  mənafelərimiz  naminə  ölkənin  maddi 
durumunun  hətta  ən  ağır  anında  da  vəsait  ayrılmasında  tərəddüd  göstərməyib.  (Mən  hələ 
nazir  müavini  ola-ola  Əbülfəz  bəyə  müraciət  etməyimlə  Təhsil  Nazirliyinə  110  milyon  rubl 
faizsiz  kredit  ayrıldı  və  dərslik  problemi  həll  edildi).  Xarici  siyasət  idarəmizin  maddi 
ehtiyaclarını  ödəməkdə  də  hansısa  problemin  yarana  biləcəyinə  inanmıram;  demək, 
çatıĢmazlıqların kökünü baĢqa yerdə yox, təĢkilatçılığın zəifliyində axtarmaq gərəkdir  - nazir 
Tofiq  Qasımovun  yüksək  Ģəxsi  keyfiyyətlərinə  dərin  hörmətimizi  bildirməklə  yanaĢı,  bu 
gerçəkliyi də boynumuza almağa məcburuq.  
BMT-nin  Azərbaycandakı  nümayəndəsi  Mahmud  əs-Səidi  qəbul  edən  (12  mart)  Elçibəy 
beynəlxalq siyasətin bir sıra mühüm məqamları üzərində dayandı. 
13 mart 1993-də Azərbaycanın müstəqilliyi tarixində unudulmaz bir hadisə baĢ verdi - ilk dəfə 
məhz prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə 604 kilometrlik cənub sərhədlərimizin 
Azərbaycan  Sərhəd  QoĢunlarının  nəzarəti  altına  keçməsi  prosesi  sona  yetdi.  QoĢunlarımız 
bütün  sərhəd  kommunikasiyalarını  qəbul  etdi  [Göytəpədən  (PriĢibdən)  baĢqa].  Ərazimizdən 
Rusiyanın  sərhəd  qoĢunlarının  tam  çıxarılması  martın  sonunda  baĢa  çatdı  ki,  bu,  Rusiya-
Azərbaycan  saziĢində  nəzərdə  tutulduğundan  ĠL  YARIM  TEZDĠ.  Ən  maraqlısı  da  budur  ki, 
proses  heç  bir  qarĢılıqlı  narazılıq  və  ittiham  olmadan  gerçəkləĢdi.  Əksinə,  Boris  Yeltsinin 
Əbülfəz bəyə göndərdiyi aĢağıdakı məktub ("Azərbaycan" qəzeti, 16 mart) iki ölkə arasında 
prezidentlər səviyyəsində normal münasibətlərdən soraq verir: 
"Hörmətli cənab prezident!
 
Sizin xoĢ  arzularınızı  və Rusiyada  həyata keçirilən  demokratiya və islahatlar xəttini müdafiə 
etməyinizi dərin minnətdarlıq hissi ilə qarĢıladım. 
 
Mən  də  öz  tərəfimdən  respublikanızın  seçdiyi  yolda  çətinlikləri  aradan  qaldırmaqda 
Azərbaycan xalqına və Ģəxsən Sizə uğurlar arzulayıram. 
 
Hörmətlə. 
 
Boris Yeltsin".
 
"Azərbaycan"ın  həmin  məktub  dərc  edilmiĢ  sayında  "Azərbaycan  Respublikası  prezidentinin 
bəyanatı"  da  yer  alır.  Bəy  bunları  bildirir:  "Rusiya  Federasiyası  deputatlarının  VIII 
qurultayında  baĢ  vermiĢ  hadisələr  Azərbaycanda  dərin  narahatlığa  səbəb  olmuĢdur.  [...] 
KeçmiĢə  qayıtmaq  arzusu  mühafizəkar  qüvvələrə  dinclik  vermir.  Son  vaxtlar  onlar  bütün 
keçmiĢ  sovet  respublikalarında  nəzərəçarpacaq  dərəcədə  fəallaĢmıĢlar.  [...]  Azərbaycan 
Rusiya xalqının öz gələcəyini demokratik proses vasitəsilə müəyyənləĢdirmək səylərini, Rusiya 
prezidentinin və hökumətinin əsaslı islahatlar xəttini qətiyyətlə müdafiə edir". 

ĠĢ burasındadır ki, Rusiyada SSRĠ-ni bərpa etmək istəyən qüvvələr yenidən fəallaĢmıĢdılar və 
Yeltsinin  demokratik  islahatlarına  da  əməlli-baĢlı  mane  olurdular.  Onlar  Tacikistanda  və 
Gürcüstanda qızıĢdıra bildikləri vətəndaĢ müharibəsi alovunu Azərbaycanda da Ģölələndirmək, 
sonra  bu  dalğanı  Moldova  və  Qırğızıstana  da  adlatmaq,  buradakı  milli  qüvvələri  Moskvanın 
vassallarıyla  əvəzləmək,  eyni  zamanda  Rusiyaya  da  "əl  gəzdirərək"  SSRĠ-ni  bərpa  etməyi 
düĢünürdülər.  Azərbaycana  münasibətdə  Rusiyanın  irticaçı  dairələrinin  baĢlıca  planı  bundan 
ibarətdi ki, ölkədə hökmən vətəndaĢ müharibəsi yaradılsın, demokratik hakimiyyət devrilsin, 
Moskvanın  istədiyi  Ģəxs  respublikaya  rəhbərlik  etsin.  Onların  içərisində  Ayaz  Mütəllibov  və 
Heydər Əliyev ən real namizədlərdi. Hərbi Sənaye Kompleksi Mütəllibovu dəstəkləyir və onu 
qaytarmaqçün  Surət  kartından  yararlanırdı.  Yeltsinin  Əliyevə  Ģəxsi  nifrətisə  ikincinin  Ģansını 
öldürürdü.  
Rəsul Quluyev və Dmitri Furmanın Əliyevin hakimiyyətə qayıtmaqçün Moskvadan icazə alması 
haqqında yazdıqlarının doğruluğuna inanmalı olsaq buna razılıq verənləri, görünür, Yeltsindən 
kənarda,  yəqin  ki,  Əliyevin  köhnə  KQB-dəki  (sonrakı  FTX-dəki)  silahdaĢları  içərisində 
axtarmalıyıq. Dövri mətbuatdakı yazılardan, siyasətçilərin müxtəlif çıxıĢlarından və hadisələrin 
sonrakı  inkiĢafından  çıxardığım  məntiqi  nəticələrə  dayanaraq  söyləyə bilərəm  ki,  adı  çəkilən 
iki Ģəxsdən biri (rusların S.Hüseynov, R.Qazıyev kimilərinə də prezidentlik boyun olduğu açıq-
aydın  görünsə  də  bu  təklifləri  ciddi  saymaq  olmaz)  vətəndaĢ  müharibəsinin  gediĢində 
Moskvanın əliylə hakimiyyətə oturdulan kimi bütün demokratik qüvvələr məhv ediləcək (Surət 
Hüseynovun  MĠLLĠ  MƏCLĠSDƏ  demokratları  Azadlıq  meydanında  dar  ağacından  asmaqla 
hədələməsi  hamının  yadındadır),  "azad  yaĢamağı  bacarmayan"  milləti  "ağıllandırmaqçün" 
yeni  rəhbərin  xahiĢiylə  rus  qoĢunları  geri  qayıdacaq  və  Moskva  Azərbaycandakı  azadlıq 
ruhunu  ən  azı  yarım  əsrliyə  məhv  edəcəkdi.  Eyni  tale,  əlbəttə,  adı  çəkilən  baĢqa  müstəqil 
respublikaları da gözləyirdi.  
Tarixin  gediĢini  bir  mütəxəssis  kimi  incəliklə  izləyən,  üstəlik,  prezident  kimi  də  geniĢ  və 
yoxlanılmıĢ  informasiyaya  malik  Əbülfəz  Elçibəy,  sözsüz  ki,  hadisələrin mənim  təsəvvür edə 
bilməyəcəyim  daha  geniĢ  panoramını  gözləri  önündə  canlandıraraq  narahat  olur  və  bu 
səbəbdən də öz narahatlığını Yeltsinlə bölüĢürdü. 
Azərbaycan  prezidenti  15  martda  Azərbaycan  Silahlı  Qüvvələrində  kadrların  təyin  və  azad 
edilməsiylə bağlı məsələlərin tənzimlənməsi qaydaları haqqında fərman imzaladı. Bu fərman 
ilk növbədə orduda hakimiyyətin mövqelərini möhkəmlətməyə yönəlmiĢdi. 
Bəy martın 17-sində Rusiya səfiri Valter ġoniyanı qəbul etdi. ġoniya Boris Yeltsinin təĢəkkür 
məktubunu prezidentimizə təqdim etdi. 
Bu  günlərdə  ġahbuz  rayonunda  YAP-ın  yerli  Ģöbəsinin  təsis  yığıncağında  çıxıĢ 
edən  Heydər  Əliyev  Bakıdan  xoĢ  təəssüratla  qayıtdığını  bildirdi.  O,  partiyanın 
bütün  təəssübkeĢlərini  RESPUBLĠKANIN  QANUNĠ  PREZĠDENTĠNĠ  müdafiə 
etməyə, bütün qüvvələri Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirməyə 
çağırdı. O dedi: "Əbülfəz Elçibəyə hamımız hörmət etməliyik". 
Adətən "havayı" heç nə söyləməyən H.Əliyevin bu xoĢ sözlərinin arxasında duran 
məqsəd tezliklə aydınlaĢdı - o, Ġran Ġslam Cümhuriyyətinə iki günlük səfərə çıxdı. 
18  martda  bu  haqda  xəbər  verən  mətbuatdan  öyrənirik  ki,  Tehranda  o, 
"Azərbaycanın bir hissəsi olan Naxçıvanın Ġranla əlaqələrinin geniĢləndirilməsində 
marağı  var"  söyləyib.  Ancaq  orada  4  iyundan  sonrakı  hakimiyyətə  yardımlar 
istiqamətində də danıĢıqlar getdiyini bildirənlər də (məsələn, R.Quluyev) var. 

23 saylI sərəncam və müsavatIn bəyanatI 
"Azərbaycan  Respublikasında  idxal-ixrac  əməliyyatlarının  liberallaĢdırılması  haqqında"  15 
martda  sərəncam  verən  prezidentin  baĢqa  bir  sərəncamı  da  respublikanın  yerli  icra 
hakimiyyəti  orqanları  rəhbər  kadrlarının  iqtisadi  təhsilinin  təĢkil  edilməsi  haqqında  oldu. 
Sonuncuya əsasən,  Bakı  Sosial Ġdarəetmə  və Politologiya Ġnstitutunda rayon  ĠH baĢçılarının 
və baĢqa aparat rəhbərlərinin "DövlətĢünaslıq" ixtisasına yiyələnməsiyçün 3 illik qiyabi təhsil 
kursu açıldı. 
Prezident qaçaqmalçılıqla mübarizədə gömrük və polis orqanlarını həvəsləndirməkçün fərman 
verdi  ki,  tutulmuĢ  qaçaqmalı  keçirməyə  cəhd  göstərənin  Ģəxsiyyəti  müəyyən  olunduqda 
həmin  malın  satıĢından  əldə  edilən  pul  vəsaitinin  yarıdan  çoxu  qaçaqmalı  tutan  orqanın 
hesabına, qalanısa dövlət büdcəsinə keçirilsin. 
Əbülfəz  bəy  nə  qədər  baĢıqarıĢıq  olsa  da  ümumtürk  mədəniyyəti  problemlərinə  qayğını 
unutmurdu.  Görkəmli Azərbaycan  alimi,  professor Kamil Vəli Nərimanoğlu doğru  qeyd  edir: 
"Əbülfəz  Elçibəy  Əli  bəy  Hüseynzadə,  Ġsmayıl  bəy  Qaspıralı,  Ziya  Gökalp,  Mustafa  Kamal 
Atatürk, Məmmədəmin Rəsulzadə, ġeyx Məhəmməd Xiyabani, Seyid Cəfər PiĢəvəri, Alparslan 
TürkeĢ  ideologiyasının  daĢıyıcısı,  yaradıcı  davamçısıdır"
.  (Kamil  Vəli  Nərimanoğlu.  Missiya.  - 
"Elçibəylə  13  saat  üz-üzə",  Bakı,  1999,  s.6-7).  Bu  düĢüncə  azmanlarının  "ideologiyasının 
daĢıyıcısı  və  yaradıcı  davamçısı"  olan  prezidentin  17  mart  tarixli  sərəncamıyla  qədim  türk 
Orxon-Yenisey  yazılı  abidələrinin  oxunmasının  (dekabr  1893)  100  illiyini  təntənəli  Ģəkildə 
qeyd etməkçün təĢkilat komitəsi yaradıldı. Tərkibinə bu sətirlərin yiyəsinin də salındığı həmin 
komitə 4 iyundan sonra büsbütün unuduldu və nəzərdə tutulan iĢlərin heç biri görülmədi. 
Həm  ölkədəki  iqtisadi  sıxıntılar,  həm  də  dövlətin  ayağının  altını  qazan  bütün  açıq  və  gizli 
qüvvələrin mütəĢəkkil hücumları AXC-nin nüfuzunu o qədər aĢağı salmıĢdı ki, hətta qarĢıdakı 
parlament seçkilərində Cəbhənin uduza biləcəyi qorxusu da yaranmıĢdı, buna görə də AXC-ni 
təĢkilat olaraq möhkəmlətmək təbii istəkdi. 9 martda AXC sədri 23 saylı sərəncam verdi. AXC 
Nizamnaməsində 1992-nin dekabrında edilmiĢ dəyiĢikliyə və bu sərəncama əsasən, müxtəlif 
partiyalara  mənsub  olan  və  AXC-nin  seçkili  orqanlarında  çalıĢan  Ģəxslər  ya  yalnız  AXC-də 
qalmalı, ya da bu təĢkilatın qurumlarından çıxmalıydı. Bu vaxt AXC-dəki belə "kənar" Ģəxslərin 
əksəriyyəti  müsavatçılardı,  ona  görə  də  Müsavat  Partiyasının  Divanı  bu  sənədləri  müzakirə 
edərək  bəyanat  verdi:  "Müsavat  Partiyası  indiki  mərhələdə  AXC-nin  kollektiv  üzvü  olmağı 
hələlik məqsədəuyğun saymır, MÜSTƏQĠL FƏALĠYYƏT GÖSTƏRMƏYĠ DAHA MÜNASĠB BĠLĠR 
ki,  bu,  partiyanın  daxili  quruculuq,  təĢkilat  problemlərinin  həlli,  partiyanın  formalaĢması 
prosesini baĢa çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin HAKĠMĠYYƏTDƏ AXC-
nin deyil, MÜSAVATIN OLDUĞU barədəki demoqoji (?-Ə.T.) iddialara son qoymaq məqsədi ilə 
Müsavat  Divanı  bildirir  ki,  əgər  AXC  rəhbərliyi  bunu  dövlətin  və  BUGÜNKÜ  ĠQTĠDARIN 
mənafeyinə uyğun hesab edirsə PARTĠYA ÖZ ÜZVLƏRĠNĠ HAKĠMĠYYƏT STRUKTURLARINDAN 
GERĠ  ÇAĞIRMAĞA  HAZIRDIR"  ("Yeni  Turan"  qəzeti,  24  mart  1993).  Bu,  bir  növ,  ultimativ 
bəyanat, fikrimcə, iqtidardakı qruplararası gərgin ziddiyyətlərin artıq rəsmi üzəçıxdısıydı. 
ARTIRMA 
"-Ġsa  bəy,  düĢünürəm  Siz  də  mənimlə  razılaĢarsınız  ki,  bu  bəyanatda  söylənilən  fikirlərin 
gerçəkləĢməsi  əslində  iqtidarın  dağılmasıyla  nəticələnə  bilərdi.  Mənim  fikrimcə,  bu,  bizim 
hakimiyyət dövrünə aid ən ciddi siyasi sənədlərdəndi. Həmin bəyanat hansı əhval-ruhiyyədən 
doğmuĢdu? 

-1992-ci  ilin  sonunda  Xalq  Cəbhəsinin  qurultayı  keçirildi  və  orada  AXC  Nizamnaməsinə 
dəyiĢikliklər  edildi.  Nizamnaməyə  "baĢqa  partiyanın  üzvü  Xalq  Cəbhəsinin  üzvü  ola  bilməz" 
müddəası  salındı.  "BaĢqa  partiya"  yalnız  Xalq  Cəbhəsinin  kollektiv  üzvü  olduqda  həmin 
partiyanın  üzvləri  Xalq  Cəbhəsinin  də  üzvü  sayıla  bilərdi.  Mən  qurultayda  siyasətçi 
dostlarımıza da, Əbülfəz bəyə də söyləmiĢdim ki, bu, düzgün fikir deyil. Bu, baĢqa təĢkilatları 
Xalq Cəbhəsindən kənarlaĢdırmağa yönəlmiĢ bir qərardır, çünki bütün partiyalarda Cəbhənin 
üzvü olan insanlar var. Cəbhənin də üzvü olan o insanlar Cəbhənin üzvü olaraq da qalmaq 
istəyirlər. Siz nəyə görə onların hamısından tələb edirsiniz ki, ya təĢkilatınız bütövlükdə Xalq 
Cəbhəsinin üzvü olsun, ya da sizi Cəbhədən çıxaracağıq?.. 
 
Nəysə, AXC Nizamnaməsində dəyiĢiklik etdilər. Biz də, təbii ki, qurultayın qərarına hörmətlə 
yanaĢdıq, çünki hər təĢkilatın öz müstəqil qərarı ola bilər. Və bizdə də diskussiya baĢlandı ki, 
indi nə edək? Çünki bizim qarĢımızda artıq rəsmi Ģərt qoyulub ki, ya Müsavat kollektiv Ģəkildə 
Cəbhənin  üzvü  olmalı,  ya  da  cəbhəçi  müsavatçılar  cəbhəçilikdən  imtina  eləməlidirlər.  Bu 
məsələ müzakirə olunan əsnada Xalq Cəbhəsinin qərargahında çalıĢan və AXC-də yetərincə 
mühüm  vəzifə  tutan  Ģəxslər:  Ġcraiyyə  Komitəsinin  üzvləri,  Ģöbələrin  məsul  iĢçiləri, 
"Cümhuriyyət" qəzetinin əməkdaĢları olan müsavatçılar bir gün (yanılmıramsa, fevral ayıydı) 
qərargaha  buraxılmadılar.  AraĢdırsanız,  o  dövrün  mətbuatına  baxsanız,  yaxud  ozamankı 
"Cümhuriyyət"  rəhbərliyindən  soruĢsanız  dediklərimin  tam  doğruluğunu  özünüz  də 
təsdiqləyərsiniz. 
 
Nəysə,  xüsusən  müsavatçıların  qərargaha  buraxılmaması  Müsavatda  çox  pis  əhval-ruhiyyə 
yaratdı.  Müsavatçılar  düĢündülər  ki,  bizi  Cəbhənin  qərargahına  buraxmırlarsa,  deməli,  biz 
artıq Cəbhəyə lazım deyilik. Və bu hadisə Müsavatda Cəbhənin kollektiv üzvü olub-olmamaqla 
bağlı gedən diskussiyalara nöqtə qoydu. Ġndiyədək tərəddüdlər olsa da bu addımdan sonra 
Müsavatın  rəhbərliyi  məsələni  müzakirə  edərək  qərara  aldı  ki,  biz  Cəbhənin  kollektiv  üzvü 
olmayacağıq. 
 
Bizi  bu  qərara  gəlməyə sövq  edən  baĢqa  amil də  vardı.  Müəyyən  adamlar  Əbülfəz  Elçibəyi 
inandırmağa çalıĢırdılar ki, müsavatçıları hakimiyyətdən kənarlaĢdırmaq lazımdır, çünki onlar 
öz  partiya  maraqlarından  çıxıĢ  edirlər,  Cəbhəyə  çalıĢmırlar.  Ona  görə  biz  də  məsələni  belə 
qoyduq  ki,  əgər  Əbülfəz  Elçibəy  baĢda  olmaqla  Xalq  Cəbhəsinin  rəyi  belədirsə  ki, 
müsavatçıların  hakimiyyətdə  olması  Cəbhəyə,  cəmiyyətə  problem  yaradır,  biz  təkid 
eləməyəcəyik. Ancaq bunu Cəbhə həll eləməlidir, çünki təvazökar qüvvə kimi etiraf edirik ki, 
biz  hakimiyyətə  Müsavat  olaraq  gəlməmiĢik  -  hakimiyyətə  Cəbhə  gəlibdir,  biz  də 
hakimiyyətdə  cəbhəçi  kimi  təmsil  olunmuĢuq.  Ġndi  Cəbhə  bizi  fakt  qarĢısında  qoyursa 
(əvvəlcə  Nizamnamədə  dəyiĢiklik  edərək  sonra  da  müsavatçıları  Cəbhənin  qərargahına 
buraxmırsa)  hakimiyyətdə  mütləq  təmsil  olunmağa  iddia  eləmirik  -  heç  bir  dava-Ģavasız 
tutduğumuz  vəzifələrdən  geri  çəkilə  bilərik.  Cəbhənin  qurumlarında  çalıĢmağımız  da 
məqsədəuyğun deyilsə yenə mövqeyinizi bildirin.
 
Həmin bəyanatın yaranması səbəbləri bundan ibarətdir.
 
-Ġndi sualı tərsinə çevirirəm - Cəbhənin o qərarı qəbul eləməsinə və müsavatçıların qərargaha 
buraxılmamasına səbəb nəydi?  
-Bunu yəqin ki, cəbhəçilər daha yaxĢı izah edə bilərlər. 
 
-Həm  Cəbhənin  öz  Nizamnaməsində  dəyiĢiklik  etməsi  və  müsavatçıları  qərargaha 
buraxmaması,  həm  də  Müsavatın  o  tonda  bəyanat  verməsi  artıq  hakimiyyət  komandasında 

ciddi qütbləĢmənin yarandığını göstərmirdimi? 
-Mən bayaq da dedim ki, hakimiyyətdə müxtəlif siyasi qüvvələrin təmsilçiləri iĢtirak edirdi və 
onların arasında müəyyən rəqabət yarıĢı vardı. Ancaq bu, Əbülfəz Elçibəylə mənə aid deyildi. 
Biz bu cür məsələlərə qarıĢmırdıq.
 
Əbülfəz  bəy  mənim  müdafiə  naziri  olmaq  təklifimlə  bağlı  açıq  Ģəkildə  bildirdi  ki,  mənə 
parlament daha önəmlidir, nəinki ordu, ona görə də sən parlamentdə olmalısan, orduda yox
".  
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 
NOVRUZ ÖNCƏSĠ VƏ SONRASI 
Demokrat  prezident,  təbii  ki,  ölkədə  bir  siyasi  qüvvənin  inhisarını  yaratmaq  fikrindən  xeyli 
uzaqdı, buna görə də bütün partiya və hərəkatların fəaliyyətinə eyni cür Ģərait yaradılmasına, 
Azərbaycanda əsl demokratik cəmiyyətin formalaĢmasına ürəkdən çalıĢırdı. Bu əslində onun 
yalnız dövlət baĢçısı kimi yox, bir Azərbaycan vətəndaĢı olan siyasətçi kimi neçə illərdən bəri 
ürəyində  yaĢatdığı  ən  böyük  Ģəxsi  arzularındandı.  Məhz  bu  arzunun  gerçəkləĢdirilməsinə 
cəhdin birbaĢa nəticəsiydi ki, 17 mart 1993-də artıq 29 partiya Ədliyyə Nazirliyində rəsmən 
qeydiyyatdan  keçmiĢdi.  Onların,  demək  olar  ki,  hamısının  öz  mətbuat  orqanı  vardı. 
Ümumiyyətlə, Elçibəy iqtidarı çağında təsis olunmuĢ kütləvi informasiya vasitələrinin sayı 744-
ə  (!)  çatmıĢdı.  Bu,  yaradılmasına  iqtidarın  nail  olduğu  və  özündən  sonrakı  avtoritar  rejimin 
belə dağıda bilmədiyi ən mühüm demokratik təsisatlardandı.  
"Azərbaycan" qəzeti 19 mart tarixli sayında xəbər verdi ki, Rusiyanın Gəncədə yerləĢən hava-
desant  diviziyası  Azərbaycan  ərazisini  tərk  etməyə  hazırlaĢır.  Sonradan  bəlli  oldu  ki,  həmin 
diviziyanın  baĢçısı general  ġerbak  Surət  Hüseynovla  yaxın  münasibətlər qurub  və gedərkən 
(25 may 1993) bütün silah-sursatı Azərbaycan dövlətinə yox, məhz ona - artıq rəsmən heç 
bir hərbi vəzifə daĢımayan mülki Ģəxsə təhvil verib. 
Elçibəylə  bu  söhbət  rus  ordusunun  Azərbaycandan  çıxarılmasının  mahiyyəti  və  mexanizmi 
haqqında təsəvvür yaratmağa yetərlidir. 
"-Bəzilərinə elə gəlir ki, rus ordusu Azərbaycandan asanlıqla çıxıb.
 
-
Biz nə yaratmıĢıqsa, nə etmiĢiksə hamısı asanlıqla baĢa gəlib - elə-belə baĢ verib, Allah bizə 
göydən  yetirib.  Ġndi  demokratiyadan  dəm  vuran  bəziləri  onda  deyirdilər  ki,  azadlığı  biz 
almamıĢıq,  bizə  veriblər.  Guya  bu  xalq  havayı  yerə  Ģəhidlər  veribmiĢ,  havayı  yerə  qırğına 
gedibmiĢ!..
 
-Siz  bu  yaxınlarda  Əlyazmalar  Ġnstitutundakı  görüĢdə  rus  ordusunun  çıxarılmasıyla  bağlı 
maraqlı faktlar açdınız. Bəlkə bəzi baĢqa Ģeyləri də deyəsiniz?
 
-Biz  hər  Ģeydən  öncə  Azərbaycandakı  rus  qoĢunlarını  imkan  olan  dərəcədə  içəridən 
sarsıtmağa çalıĢdıq. Əsas məsələ bu idi ki, ordu özü içəridən aĢılansın. Gördük ki, onun böyük 
bir  hissəsi  rusdur,  qalanlarsa  ukraynalılar,  azərbaycanlılar,  qazaxlar,  qırğızlar,  özbəklər  və 
baĢqa  xalqlar.  Biz  o  xalqların  nümayəndələrini  baĢladıq  dilə  tutmağa  ki,  sən  burada  niyə 
xidmət edirsən? Onları dağıtmağa baĢladıq. Məsələn, Qazaxıstandan, Qırğızıstandan gələnlər 
əsgərlikdən  qaçırdılar.  Biz  onların  biletini  alırdıq.  Gətirib  Bakıda  1-2  gün  saxlayırdıq.  Bəzən 
qaçanda paltarı da olmurdu. Biz ona paltar, ayaqqabı alıb verirdik ki, çıxıb evlərinə getsinlər. 
Bizə  Ukrayna  millətçiləri  də  çox  kömək  edirdilər.  Onların  özləri  buraya  gəldilər.  Lpinosun 
burada  çox  böyük  xidməti  var.  O  getdi  Naxçıvanda,  Lənkəranda,  Bakıda  olan  batalyonlara 
girdi.  Oradakı  yüksək  rütbəli  Ukrayna  zabitlərini  çıxartdı  ki,  gedək  Ukraynaya,  sizə  vəzifə 

verəcəyik - öz rütbənizdə qalacaqsınız. Elçibəy də sizə burada müəyyən hədiyyələr verəcək və 
hətta  sizə  buradakı  evinizin  pulunu  ödəyəcək  ki,  Ukraynada  ev  alasınız.  Evinizdə  hər  Ģeylə 
təmin olunacaqsınız. 
 
Rus səhər oyanırdı ki, iki polkovnik yoxa çıxıb, gedib.  Komandir yox, batalyon qalıb baĢsız. 
Rus əsgərləri də qaçıb dağılıb küçələrə - Bakının küçələri o zaman doluydu rus əsgərləriylə. 
BaĢı açıq, yaxası açıq, nə bilim neyləyən. Bu, həmin ordunun içəridən dağılmasıydı. AĢağını 
da idarə etmək olmur, yuxarını da. Elə bir vəziyyət yaranmıĢdı ki, zabitlər gəlib deyirdilər ki, 
əsgərlər qaçıb gedib, arvadımı yazmıĢam qarovula, o da getmir, məcbur qalıb onun yerində 
dururam, onun da maaĢını alıram. Zarafata salıb deyirdim ki, iki maaĢ alırsan, sənə bəs edər. 
Amma hiss edirdim ki, Rusiyanın BaĢ KəĢfiyyat Ġdarəsi çevrilib mənə qarĢı. Mənə ən azı 4-5 
dəfə terror təĢkil ediblər.
 
-Bir qəsd də Gəncədə baĢ vermiĢdi...
 
-Gəncədə lap açıq oldu.
 
-Onu da onlar təĢkil etmiĢdi?
 
-Hamısı  onların  iĢiydi.  Bunlar  heç,  keçib-gedib.  Bir  vaxt  hər  Ģeyi  açacağam  -  hansı  terror 
nəylə əlaqəliydi, nəydi. 
 
Sonra  mən  Yeltsinlə  danıĢanda  məsələni  qəti  qoyaraq  bildirdim  ki,  sizin  ordunuz 
Azərbaycandan çıxmalıdır, sərhədlərimizi də tərk etməlidir. Yeltsin mənə dedi ki, çıxmayacaq. 
Mən  dedim  çıxacaq.  Gördü  ki,  mümkün  deyil,  xahiĢ  etdi  ki,  bu,  mədəni  formada  həyata 
keçirilsin - qırğınla olmasın, heç olmazsa bir-iki il çəksin. Mən də gəldim bu mədəni formaya - 
üç-dörd ayın içərisində baĢa çatdırdım.
 
-Əbülfəz  bəy,  ordunun  çıxarılmasını  Yeltsinlə  müzakirə  etmək  Sizin  Ģəxsi  təĢəbbüsünüzdü, 
yoxsa dövlətin baĢqa rəhbərləriylə qabaqcadan məsləhətləĢmiĢdiniz?
 
-Dövlətin  baĢqa  rəhbərlərinin  əksəriyyəti  bu  məsələnin  əleyhinəydi.  Mən  dedim  ki,  buna 
gedəcəyəm. Bəli, bu, mənim Ģəxsi təĢəbbüsümdü!
". 
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.40-41).  
Bəy  21  mart  günü  Novruz  bayramı  münasibətilə  bütövlükdə  xalqımızı,  eləcə  də  xaricdə 
fəaliyyət  göstərən  Azərbaycan  birlikləri  və  cəmiyyətləri  vasitəsilə  yurddaĢlarımızı  və 
soydaĢlarımızı təbrik etdi. 
O, bayram ərəfəsində Böyük Britaniyanın baĢ naziri Con Meycorun Ģəxsi məktubunu aldı. BaĢ 
nazir Əbülfəz bəyi Böyük Britaniyaya rəsmi səfərə dəvət edirdi.  
Novruz  bayramı  günü  Bəy  ġəhidlər  xiyabanını  ziyarət  etdi.  Sonrasa  Bakının  "Binə"  hava 
limanında  yeni  aerovağzal  kompleksi  beynəlxalq  terminalının  açılıĢına  həsr  edilmiĢ  təntənəli 
mərasimə qatılaraq ürək sözlərini dedi. 
Bayram günü - 21 martda Türkiyənin Antalya Ģəhərində Türk Dövlət və Topluluqlarının Birinci 
Dostluq,  QardaĢlıq  və  ĠĢbirliyi  Qurultayı  keçirildi.  Əbülfəz  bəy  türk  mənəvi  birliyində  önəmli 
yer tutan bu qurultayı təbrik etdi. Qurultayda Azərbaycan prezidentinin bu sözləri oxunanda 
sürəkli  alqıĢlar  qopdu: 
"Ġçdən  inanıram  ki,  Əli  bəy  Hüseynzadə,  Ziya  Gökalp,  Ġsmayıl  bəy 
Qaspıralı, Məmmədəmin Rəsulzadə, Zəki Vəlidi Toqan, Nihal Atsız və XX yüzilliyin böyük türk 
fikir adamlarının getdiyi yolla gedəcək və onların arzularını həyata keçirəcəyik"

Qurultayın iĢində iĢtirak edənlərdən biri də Naxçıvanın "ġərq qapısı" qəzetində müxbir iĢləyən 

Əli ġamildi. Onun səfərdə öz vəzifəsi vardı. Həmin qurultay günlərini Əli bəy belə xatırlayır: 
"1993-ün  martının  ortalarında  mənim  Bakıya  -  Prezident  Aparatına  çağırıldığımı  söylədilər. 
Getdim. Bəylə görüĢdük. Sonda dedi: 
-Antalyada  Türk  Dövlət  və  Topluluqlarının  Birinci  Dostluq,  QardaĢlıq  və  ĠĢbirliyi  Qurultayı 
keçiriləcək.  Sən  də  gedəcəksən.  SSRĠ-də  yaĢayan  türk  xalqları  və  topluluqlarının  bir  çox 
nümayəndələriylə Ģəxsi tanıĢlığın var. Onların Azərbaycan təmsilçiləriylə səmimi münasibətini 
qurmaq,  bizimkilərlə  fikir  birliyini  təmin  etmək,  bir  sözlə,  əlaqələri  tənzimləmək  sənin 
boynuna düĢür. Bir də, bəlkə tərcüməçilərə ehtiyac yarandı. Türkiyə türkcəsində fikrini aydın 
ifadə edə bilən, ruscanı və SSRĠ-də yaĢayan türk xalqlarının ləhcələrini, dillərini anlayan bir 
neçə gənci də siyahıya daxil edin, bəlkə lazım oldu. 
-Bəy, mənim tanıdığım gənclərin heç birinin xaricə getməyə pasportu yoxdur; vaxt da daralıb, 
belə qısa müddətdə pasport ala bilməzlər, - dedim. 
O gülümsünərək: 
-Bir  günə  də  olsa  pasportları  hazırlayıb  verəcəklər.  Lazım  gəlsə  lap  pasportsuz  yola 
salacaqlar. Sən get adamlarınla danıĢ, siyahını tut, - dedi. 
Bizimlə  gedəcək  adamları seçdim. Siyahı hazırladım. Bəyin dediyi kimi oldu  -  Azərbaycanda 
xarici  pasport  almaq  imkanı  tapmayanlar,  müxalifətçi  olduqlarına  görə  Qazaxıstan, 
Özbəkistan  və  baĢqa  ölkələrdən  xarici  pasport  ala  bilməyənlər  də  ölkə  daxilində  iĢlədilən 
Sovet pasportuyla Bakıdan təyyarəyə mindilər və Türkiyə tərəfi bunu keçərli sənəd saydı. 
…Qurultay  yuksək  səviyyədə  keçirdi.  SSRĠ-nin  müxtəlif  bölgələrindən  gəlmiĢ  nümayəndələri 
Türkiyənin  hökumət  adamları və siyasi  xadimləri qəbul edəndə dil baxımından  anlaĢılmazlıq 
ortaya çıxdı. Nədənsə, Türikyə tərəfi buna tam hazır deyildi. Bizimlə gedən gənclər dadımıza 
çatdılar. Tərcüməçi vəzifəsini onlar yerinə yetirdilər.  
Apardığımız  kadrların  tapĢırığı  necə  yerinə  yetirdikləri,  tərcümə  zamanı  hansı  çətinliklərlə 
qarĢılaĢdıqlarıyla  maraqlanır,  onlara  məsləhətlər  verir,  ruhlandırırdıq.  Belə  vəziyyətdə 
söhbətlərin məzmunundan da istər-istəməz xəbər tuturduq. 
Geri dönəndə Bəylə bir də görüĢdük. Türkiyədə bəzi siyasi xadimlərin, hökumət adamlarının 
Azərbaycana  və  onun  prezidentinə  bizim  düĢündüyümüz  qədər  də  sevgi  bəsləmədiklərini, 
Qazaxıstan,  Qırğızıstan,  Özbəkistan,  Tatarıstan  və  Yakutiyadan  gəlmiĢ  nümayəndələrlə 
söhbətlərində  bunu  gizlətmədiklərini  söylədim.  Çox  sakit  və  təmkinlə:  "Bildiklərimi  bir 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin