ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
elcibey11-Prezident Elçibəy


ARTIRMA 
"-…Yanılmıramsa  Siz  bir  vaxtlar  Heydər  Əliyevə  Azərbaycanı  birləĢdirə  biləcək  güclü  bir 
siyasətçi kimi inanırdınız; bəs indi necə?
 
-Mən bunu Heydər Əliyev Moskvada yüksək vəzifə tutanda demiĢdim. Bir dəfə Moskvada bir 
çıxıĢında o bildirdi ki, bizim hələ baĢqa dərdimiz də var - Ġranda milyonlarca həmvətənimiz, 
qardaĢımız  zülm  və  istibdad  altındadır;  biz  onların  da  haqqında  düĢünməliyik.  Mən  onda 
fikirləĢdim ki, H.Əliyev elə yüksək məqama çatıbdır ki, dediyini edə bilər, buna gücü çatar. 
Çünki  Brejnevin  yanında  böyük  nüfuzu  var  və  bu  məsələnin  həlliyçün  ondan  kömək  istəyə 
bilər,  axı  bu,  Rusiyaya  da  xeyirdir  -  Sovet  dövlətinin  sahəsi  daha  da  böyüyər.  Həm  də  bu 
birləĢmə H.Əliyevin özünə də böyük nüfuz qazandırardı.
 
Bu düĢüncəmin kökü haradan gəlirdi? Mərhum Seyid Cəfər PiĢəvəri Mircəfər Bağırova deyib 
ki, gəl bu məsələni Azərbaycan KP-nin bürosunda qoyaq və Azərbaycanı birləĢdirək. Belə də 
ediblər - Azərbaycanda KP MK bürosu çağırılıb və Azərbaycanın birləĢdirilməsi haqqında qərar 
qəbul edilib.
 
-Neçənci ildə?
 
-1946-da  -  müharibədən  sonra.  Sov.ĠKP  MK  Siyasi  Bürosundan  xahiĢ  edilib  ki,  bu  məsələ 
haqqında  o  da  qərar  qəbul  etsin.  Mircəfər  Bağırov  bu  sənədi  Stalinin  yanına  aparıb.  Stalin 
onun  məsələyə  Siyasi  Büroda  baxılmaq  arzusunu  eĢidəndə  cavab  verib:  "Büro  mənəm.  Bu 
haqda heç söhbət də ola bilməz!". Sənədi məhv edib. Bağırov bunu olduğu kimi PiĢəvəriyə 
danıĢıb. 
 
Deməli, bu məsələni Moskvanın əliylə həll etmək olardı, bu Ģərtlə ki, birinci adam ona razılıq 
versin.  Mən  də  Brejnevin  buna  gedə  biləcəyini düĢünürdüm,  çünki  o zaman  SSRĠ  Yaxın  və 
Orta  ġərqə  çox  güclü  təsir  göstərirdi.  Təkcə  bunu  xatırlayaq  ki,  Əfqanıstana  artıq  Sovet 
ordusu çıxarılmıĢdı. Azərbaycan məsələsini də bu kontekstdə həll etmək olardı. 
 
Ancaq sonradan gördüm ki, səhv düĢünmüĢəm - Azərbaycanı parçalayan elə Moskvadır, onu 
birləĢməsini  istəməyən  çoxlu  qüvvələr  var  və  Əliyev  bu  iĢin  öhdəsindən gələ  bilməz.  Ġndi  - 
yenidən  Azərbaycana  baĢçılıq  etdiyi  bir  vaxtdasa  birləĢdirmə  məsələsi  onun  imkanlarından 

xaricdir - bu, Əliyevlik deyil. 
 
Heydər  Əliyev  son  vaxtlar  Tehrana  gedəndə  ona  sual  verdilər  ki,  sizdə  Güney  Azərbaycan 
problemi  varmı?  O  dedi  ki,  bizdə  belə  problem  yoxdur  və  bu  haqda  heç  düĢünmürük  də. 
Deməli, problemdən tamamilə qaçdı. Amma mənsə prezident olanda demiĢdim ki, bəli, belə 
problemimiz  var  və  biz  Azərbaycanın  Güneyindəki  xalqımızı  azad  görmək  istəyirik;  biz 
xalqımız bütövlükdə azad olanda özümüzü azad sayacağıq".
 
(Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə  söhbətindən.  -  "Elçibəylə  13  saat  üz-üzə",  Bakı,  1999,  s.136-
137). 
"FÜZULĠ POEZĠYA TANRISIDIR" 
Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəy  4  fevralda  öz  sədrliyi  altında  türk  dünyasının  dahisi 
Məhəmməd  Füzulinin  500  illiyi  üzrə  yubiley  komitəsinin  ilk  iclasını  keçirdi  və  dedi:  "Füzuli 
poeziya Tanrısıdır".  
Əbülfəz  bəy  milli  mədəni  dəyərlərimizi  ən  yüksək  səviyyədə,  çox  dərindən  bilir, 
mədəniyyətimizin ən müxtəlif sahələri haqqında öz düĢüncələrini bildirir, onları təbliğ etmək 
və etdirmək istəyirdi. 
Bəyin  sənətimizə  bələdliyi  haqqında  Azərbaycanın  ən  ünlü  sənətkarlarından  biri  olan  xalq 
artisti 
Habil Əliyev deyir: "…YaĢar (hüquqĢünas YaĢar Əliyev - Ə.T.) məni və Elçibəyi öz evinə 
apardı.  Burada  çox  gözəl  bir  məclis  və  olduqca  maraqlı  söhbətlər  alındı.  Daha  çox  YaĢar 
Elçibəyə  suallar  verir  və  Elçibəy  onlara  mənim  indiyədək  heç  yanda  oxumadığım  və 
eĢitmədiyim  hədsiz  orijinal  cavablar  verirdi.  Yadımdadır  ki,  Elçibəy  rənglərin  ətrindən, 
dadından, dərinlik və dayazlığından elə danıĢırdı ki, ürəyimdə öz-özümə dedim, yox, bu, elə-
belə  alim  deyil;  belə  incəlikləri  yalnız  qədim  ġərq  fəlsəfəsini  və  mədəniyyətinə  ən  incəliklə 
yiyələnmiĢ  bir  alim  açıqlaya  bilər.  O,  Azərbaycan  musiqisinin,  ümumən  türk  musiqisinin 
sehrinin  mahiyyətini  elə  izah  edirdi  ki,  dediklərinin  çoxunu  mənim  kimi  bir  sənət  xiridarı  ilk 
dəfə eĢidirdi"
. ("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, s.51).  
Elçibəyin  milli  dəyərlərimizə  bu  cür  incəliklə  yiyələnməsi  onun  millətimizə  sevgisindən 
qaynaqlanmıĢdı və çalıĢırdı ki, dost-tanıĢlarına da öz milli duyğularını aĢılasın. Cəsarətlə deyə 
bilərik ki, bir çox musiqiçilər, Ģairlər, rəssamlar, alimlər… məhz Bəylə ünsiyyətdən sonra, necə 
deyərlər,  nihilist  mövqedən  biryolluq  uzaqlaĢaraq  millətçilik  "səngər"inə  keçiblər.  Məsələn, 
onlardan biri olan sevimli bəstəkarımız 
CavanĢir Quluyev yazır: "Elçibəylə ünsiyyətdən sonra 
(70-inci illərin baĢlanğıcında - Ə.T.) artıq mənim vətənim Sovet Azərbaycanı deyildi - mənim 
Vətənim  bütün  Türküstan  oldu!  M.Rəsulzadəni  tanıdım!  Türkün  Ģanlı  tarixi  mənim  tarixim 
oldu! Türkün musiqisi də mənim musiqim oldu! Mən özüm də türk oldum! Döndüm özümə! 
Döndüm saza! Döndüm Dədə Qorquda! Özümə yeni tar aldım!.. 
 
Mənə hava gəldi, mənə nəfəs gəldi, həvəs gəldi, arzu gəldi - təzə yazılar yazmaq istədim! Və 
yazdım! Mənim musiqi taleyimdəki "çat xətti" 1972-ci ildə yazdığım "1-ci simli kvartet"in 2-ci 
hissəsi  ilə  3-cü  hissəsinin  arasından  keçir!  Çünki  Əbülfəz  bəy  məni  "yuxudan  ayıldanda" 
kvartetin  iki  hissəsini  artıq  yazmıĢdım.  3-cü  hissə  mənim  sonrakı  musiqi  taleyimi  həll  etdi  - 
mənə uğurlar gətirdi, məni dünyada gəzdirdi! Və bütün sonra yazdıqlarım 1-ci kvartetin 3-cü 
hissəsinin "Ģinel"indən çıxıb - Ə.Elçibəyin məfkurəsindən bəhrələnib! Beləcə, Elçibəy məndən 
bəstəkar "yaratdı"!"
. ("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, s.39-40).  
Bəy  bacarıqlı  sənətkarlarımıza  qiymət  verilməməsini  bütövlükdə  sənətimizə  soyuq 
münasibətin bir göstəricisi sayırdı və bu halı pisləyirdi. Ona görə də özü prezident olanda milli 

incəsənətimizin inkiĢafında xüsusi xidmətləri olmuĢ insanlara qayğını artırmağı tələb etdi. Alim 
Qasımov,  Flora  Kərimova,  Qədir  Rüstəmov,  Afaq  BəĢirqızı,  Arif  Quluyev…  kimi  yüksək 
sənətçilərə Azərbaycanın "Xalq artisti" fəxri adını məhz Elçibəy verdi. Ancaq fəxri adlar almıĢ 
insanların  sayca  azlığının  özü də səbəbsiz  deyil  -  Bəy  ümumən  dövlətin, prezidentin bu cür 
adlar  verməsini  prinsipcə  bəyənmir,  onların  bütün  mədəni  ölkələrdə  olduğu  kimi  yerli-dibli 
ləğv edilməsini istəyir, deyirdi ki, insan gərək öz mükafatını, öz adını xalqdan alsın, dövlətdən 
yox - dövlətdən alınmıĢ hər hansı bir ad onu az və ya çox dərəcədə dövlətdən asılı edir, bu 
üzdən də fəxri adları nüfuzlu qeyri-hökumət qurumları verməlidir. Bəy dövlətin (prezidentin) 
yalnız "Milli Qəhrəman" adı və məhdud sayda orden (o da hərbçilərə) verməsi tərəfdarıydı. 
Elçibəy  iqtidarı  ümumən  mədəniyyətimizin  inkiĢafından  ötrü  əlindən  gələni  edir,  ölkədə 
müharibə getməsinə baxmayaraq onun yüksəliĢinə vəsait ayırırdı. 
ARTIRMALAR 
I. Azərbaycan mədəniyyət, incəsənət və mətbuatını inkiĢaf etdirmək məqsədiylə Azərbaycan 
prezidenti Əbülfəz ELÇĠBƏY aĢağıda adları çəkilənlərə Prezident fondundan birdəfəlik yardım 
ayırmıĢdır: 
Azərbaycan  Ensiklopediyası  -  5  milyon  rubl,  Ü.Hacıbəyli  adına  Azərbaycan  Dövlət  Simfonik 
Orkestri  -  3  milyon  rubl,  "Qobustan"  toplusu  -  0,5  milyon  rubl,  "Ədəbiyyat  qəzeti"  -  0,5 
milyon rubl, Azərbaycan Dövlət Milli Dram Teatrı - 4 milyon rubl, Azərbaycan Dövlət Opera və 
Balet Teatrı - 4 milyon rubl, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı - 3 milyon rubl, Gənc 
TamaĢaçılar Teatrı - 2 milyon rubl, "Yuğ" Dövlət Teatrı  - 0,5 milyon rubl, Marionet Teatrı - 
0,5 milyon rubl, Azərbaycan Dövlət Kukla Teatrı - 0,5 milyon rubl, "Türkologiya" jurnalı - 0,5 
milyon rubl, Bakı Xoreoqrafiya məktəbi - 1 milyon rubl, respublikada yaĢayan milli azlıqların, 
azsaylı  xalqların  və  etnik  qrupların  mədəniyyətini  inkiĢaf  etdirməkçün  -  5  milyon  rubl  =  30 
milyon rubl. ("Azərbaycan" qəzeti, 31 mart 1993). 
II.  "Ġqtisadi  islahatlar  dövründə  mədəniyyət  və  incəsənətə  dövlət  himayəsi  haqqında" 
Azərbaycan  Respublikasının  prezidenti  Əbülfəz  ELÇĠBƏYĠN  16  aprel  1993  tarixli 
sərəncamından 
"Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapĢırılsın ki, bir ay müddətində: 
1. Mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində çalıĢan yaradıcıların qonorarının artırılması 
və  yaradıcılıq  ittifaqları  xətti  ilə  mədəniyyət,  ədəbiyyat  və  incəsənət  iĢçilərinə,  yazıçılara 
verilən qonorardan gəlir vergisindən baĢqa digər ödənclər tutulmaması məsələlərini nəzərdən 
keçirib müvafiq qərar qəbul etsin
2.  Yazıçılar  Birliyinin  orqanı  olan  "Azərbaycan"  ədəbi-bədii  jurnalının  maliyyələĢdirilməsinə 
dövlət yardımı məsələsini həll etsin; 
3. "Azərkinovideo" Ġstehsalat Birliyinə birdəfəlik maliyyə yardımı göstərilməsi məsələsini həll 
etsin; 
4.  Yaradıcılıq  ittifaqlarının  xətti  ilə  xarici  ölkələrə  qastrollara,  sərgi  açmağa,  beynəlxalq 
festivallara,  müsabiqələrdə  iĢtirak  etməyə  gedən  sənət  kollektivlərinin  və  ayrı-ayrı  fərdlərin 
yol xərclərinə dövlət hesabına 50 faiz güzəĢt tətbiq olunması məsələsini həll etsin
5.  Müvafiq  yaradıcılıq  ittifaqlarına  və  peĢəkar  yaradıcı  iĢçilərə  qanunvericiliklə  müəyyən 
edilmiĢ  qaydada  onların  yerli  icra  hakimiyyəti  orqanlarından  icarəyə  götürülmüĢ  sərgi 
salonları, rəssam, memar və heykəltaraĢ emalatxanalarına görə ödənilən kommunal, rabitə, 

enerci xərjləri üzrə güzəĢtlər nəzərdə tutsun; 
6.  Tarixi,  milli  mədəni  obyekt  və  abidələrin,  muzey  əhəmiyyətli  sənət  nümunələrinin  qeyri-
qanuni  yolla  alqı-satqısının,  mənimsənilməsinin,  xaricə  aparılmasının  qarĢısını  almaq  üçün 
müvafiq tədbirlər hazırlayıb həyata keçirilməsini təmin etsin". 
"QAFQAZ EVĠ"NĠ DƏ ERMƏNĠLƏR YIXDI 
Rusiyanın yeni gömrük tarifləri 1 fevraldan qüvvəyə mindi. 
BaĢ nazirin I müavini Vahid Əhmədov 2 fevralda bəyan etdi ki, hökumət ümumi məbləği 18 
milyard manat olan milli valyutamızın çapını Fransaya sifariĢ verib.  
ARTIRMA 
"
-Mən  Meydanda  da  dəfələrlə  deyirdim  ki,  müstəqil  olmaq  üçün  Azərbaycanın  ən  əsas  iki 
göstəricisi olmalıdır: birincisi - pulu, ikincisi - ordusu. Hətta bir dəfə Polyaniçko mənə dedi ki, 
sən  bu  Ģüardan  əl  çək.  Mən  onu  həmiĢə  təkrarladım,  çünki  söhbət  adi  bir  Ģüardan  yox, 
dövlətçilik  prinsipindən  gedir.  Ona  görə  də  biz  hakimiyyətə  gələn  kimi  puldan  və  ordudan 
baĢladıq. 
 
Birinci, pulumuzu buraxdıq. Paralel olaraq ordunu da yaradırdıq. Obiri tərəfdən də Rusiyaya 
qarĢı  təzyiqlərə  baĢladıq  ki,  ordunu  buradan  yığıĢdır,  sərhəd  qoĢunlarını  da.  Xarici  ordunun 
ölkəmizdə  olması  artıq  müstəmləkə  olmağımız  deməkdir.  Xarici  ordunu  çıxardırsan,  öz 
müstəqil  ordunu  yaradırsan  -  onun  yerinə  oturur.  Xarici  pulu  çıxardırsan,  öz  milli  pulunu 
yaradırsan - onun yerində durur. Və olursan müstəqil dövlət. 
 
-Ġndikilər bizi ittiham edirlər ki, ordu quruculuğu 1993-dən, 4 iyun qiyamından sonra baĢlayıb. 
Bizim dövrümüzdə ordu quruculuğunda həqiqi vəziyyət necəydi?
 
-Axı bunu necə deyə bilərlər? Ġttiham edirlərsə ya bu ölkədə yaĢamırlar, ya da, doğrudan da, 
Ģərəfsizlik edirlər. Məhz Heydər Əliyev "Cəbhənin batalyonları" adı altında 33 batalyonu ləğv 
etdirdi. Bu nə deməkdi? Onlar Xalq Cəbhəsinin yox, Azərbaycan Ordusunun batalyonlarıydı. 
Bizim  vaxtımızadək,  lap  bizim  dövrümüzdə  də  həm  Cəbhə  batalyonları,  həm  də  könüllü 
batalyonlar vardı. Biz könüllü batalyonları ləğv elədik. Mən özüm ləğv elədim ki, nizami ordu 
olmalıdır.  "54  min  hərbi  qüvvə  vardı"  deyəndə  mən  nəyi  nəzərdə  tuturam?  Bunun  siyahısı 
var,  dəftəri  var  -  getsinlər  baxsınlar  hamısına.  Onların  heç  biri  Cəbhənin  batalyonu  deyildi. 
Sadəcə olaraq, əvvəldən könüllü yaranmıĢdılar, sonradan nizami orduya qəbul olunmuĢdular, 
içlərindəki yaĢlı adamlar da çıxıb getmiĢdilər. Nizami ordudan kənarda bir dənə də batalyon 
yoxdu. Kim nə deyir-desin.
 
Biz nəinki ordumuzu və pulumuzu yaratdıq, həm də rus ordusunu ölkəmizdən çıxartdıq
".
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.39-40).  
Rusiyanın  təzyiqi  altına  düĢmüĢ  iki  Qafqaz  Respublikası:  Gürcüstan  və  Azərbaycan  xarici 
əlaqələrçün  ən  kəsə  və  sərfəli  yollar  axtarıĢında  bir-birinə  üz  tutmalı  olmuĢdu.  Gürcüstan 
Azərbaycan  vasitəsilə  Xəzərə  və  ġərqə  çıxmaq  istədiyi  kimi,  Azərbaycan  da  öz  məhsullarını 
Qara dənizlə Qərbə göndərmək diləyindəydi. Hər iki ölkə MDB-yə girmək istəmirdi. 
Düzünə  qalsa,  Gürcüstanın  Azərbaycana  ehtiyacı  daha  çoxdu.  Buna  görə  də  3  fevralda 
Gürcüstan parlamentinin sədri - dövlət baĢçısı Eduard ġevardnadze baĢ nazir Tengiz Siqua və 
baĢqa dövlət rəhbərləriylə birgə Bakıya rəsmi səfərə gəldi. 
Günün  birinci  yarısında  Elçibəylə  ġevardnadzenin  təkbətək  görüĢü  oldu.  Bu  görüĢün  çox 

səmərəli  keçdiyini  bildirən  ġevardnadze  xəbər  verdi  ki,  bundan  sonra  tərəflər  qarĢılıqlı  mal 
göndərilməsinin haqqını təkcə rublla deyil, möhkəm valyutayla da ödəmək haqqında razılığa 
gəliblər. 
AxĢam hər iki dövlətin baĢçıları "Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında 
dostluq, əməkdaĢlıq və qarĢılıqlı təhlükəsizlik haqqında müqavilə"ni imzaladılar. Sənəddə hər 
iki respublikadakı milli azlıqların hüquqlarının qorunması da nəzərdə tutulurdu. 
Bütünlükdəsə  20-dən  çox  saziĢ  bağlanıldı  ki,  onların  içərisində  parlamentlərarası  əlaqələr 
haqqında müqavilə də var. 
../../images/Arxiv/1993_0203_Severnadze.JPG
Ġmzalanma  mərasimindən  sonra  keçirilən 
mətbuat  konfransında  Əbülfəz  bəy  dedi  ki,  bu  gün  Azərbaycan  paytaxtında  sülh  və  əmin-
amanlığın hökm sürdüyü QAFQAZ EVĠ yaratmaqçün bünövrə qoyulub. 
Gürcüstan nümayəndə heyəti elə o gün gecədən xeyli keçmiĢ vətənə döndü. 
Prezidentin  köməkçisi  Oqtay  Qasımov  sonralar  mənə  söylədi  ki,  ġevardnadze  gecə  Bakıda 
qaldı.  Dudayev  də  paytaxtımıza  gəldi.  "Qafqaz  evi"  ideyası  Bakıda  Elçibəy-ġevardnadze-
Dudayev birgə görüĢündə müzakirə olundu.  
Cövhər Dudayev təklif etmiĢdi ki, Elçibəy "Qafqaz evi"nin ağsaqqalı, özüsə hərbi məsələlərə 
cavabdeh  Ģəxs  olsun.  Elçibəysə  dövri  sədrlik  təklif  etmiĢdi  və  prezidentlər  bununla 
razılaĢmıĢdılar.  ġevardnadze  Yeltsinlə  Dudayevi  barıĢdırmalı,  Dudayevsə  Ter-Petrosyanla 
görüĢərək onu "Qafqaz evi"ndə ümumi maraqlara uyğun iĢtirak etməyə razı salmalıydı. Sonra 
ümumi  qərara  əsasən  Dudayev  Ter-Petrosyanla  da  bu  haqda  danıĢıq  aparmıĢdı.  Ġlkin 
söhbətdə  o  razılıq  versə  də  sonra  Moskvanın  təzyiqi  altında  sözündən  qaçmıĢ,  bununla  da 
"Qafqaz evi" ideyası baĢ tutmamıĢdı. 
ELÇĠBƏY - KLĠNTON MƏKTUBLAġMASI 
Əbülfəz  Elçibəyin  ABġ  prezidenti  Bill  Klintona  göndərdiyi  təbrik  məktubu  3  fevralda 
mətbuatda dərc edildi. 
Ġndiki  müharibənin  Ermənistanın  ölkəmizə  qarĢı  ƏRAZĠ  ĠDDĠASIYLA  etdiyi  ilk  təcavüzün 
olmadığını  xüsusi  vurğulayan  Azərbaycan  prezidenti,  Ģəxsən  mənim  fikrimcə,  Azərbaycan 
diplomatiyası  tarixində  dəyərli  sənədlərdən  olan  bu  məktubda  göstərir  ki,  bundan  öncəki 
təcavüz  1921-də  1.200  kvadrat  kilometrlik  ZƏNGƏZUR  VĠLAYƏTĠNĠN  AZƏRBAYCANDAN 
QOPARILMASIYLA  nəticələnib.  Lakin  indiki  respublikamızın  hökuməti  BMT  Nizamnaməsinə, 
ABġ  Dövlət  Departamentinin  ifadə  etdiyi  əsas  prinsiplərə,  o  sıradan  mövcud  sərhədlərin 
toxunulmazlığı  prinsipinə  hörmətlə  yanaĢaraq  ƏZƏLĠ  TORPAQLARIMIZIN  QAYTARILMASI 
MƏSƏLƏSĠNĠ  QALDIRMIR.  Bununla  birgə,  burası  da  aydındır  ki,  indiki  təcavüz  YUXARI 
QARABAĞ TORPAQLARININ RESPUBLĠKAMIZDAN QOPARILMASI məqsədi daĢıyır. 
Əbülfəz  bəy  baĢqa  dövlət  baĢçılarıyla  görüĢlərində  və  imzaladığı  sənədlərdə  dəfələrlə  irəli 
sürdüyü  bu  müddəanı  bir  daha  Klintona  da  təkrarladı  ki,  Ermənistanın  təcavüzkarlığının 
pislənilməməsindən narahatlıq keçirir. 
ABġ  prezidenti  Bill  Klinton  Əbülfəz  Elçibəyə  cavab  məktubu  göndərdi  və  həmin  məktub  10 
fevralda mətbuatda dərc edildi. 
Diplomatik fəallıq yalnız Bakıda yox, Naxçıvanda da müĢahidə edilməyə baĢlamıĢdı. 3 fevralda 
BMT-nin  Azərbaycandakı  nümayəndəsi  Mahmud  əs-Səid  və  4-5  fevralda  ABġ  səfiri  Riçard 
Mayls Naxçıvanda olaraq Heydər Əliyevlə görüĢdülər, bu bölgədəki sosial-iqtisadi durumdan 

da danıĢdılar. 
ERMƏNĠLƏR ƏKS-HÜCUMA KEÇĠR 
Yanvar ayının 21-ində Rəhim Qazıyev və Surət  Hüseynovun Kəlbəcər -  Ağdərə istiqamətinə 
nəzarət  edən  2-ci  korpusun  3  briqadasından  2-sini  döyüĢ  xəttindən  çıxarıb  arxa  cəbhəyə 
aparması  və  onların  yerinə  heç  bir  qüvvə  göndərməməsi  nəticəsində  qüvvələr  nisbəti 
ermənilərin  xeyrinə  2-3  dəfə  dəyiĢdi  və  onlar  bu  fürsətdən  vaxtında  istifadə  edərək  əlavə 
qüvvə toplamadan 5 fevralda ağır toplardan və zirehli texnikadan istifadə etməklə güclü əks-
hücuma keçdilər və bu hücumlara aprelədək ara vermədilər. Həmin gün Ağdərə bölgəsində 
irəliləyən  düĢmən  Sırxavənd  və  Çıldıran  kəndlərini  tutdu,  Laçın  dəhlizindən  keçərək  7 
kəndimizi  də  iĢğal  etdi.  Fevralın  sonunadək  ermənilər  Ağdərə  rayonunun  17  kəndini  ələ 
keçirdilər və Sərsəng su anbarını nəzarətə aldılar. Onlar martın baĢlanğıcında anbarı, 8 mart 
ərəfəsindəsə  6  kəndi  də  tutaraq  Ağdərəyə  yaxınlaĢdılar.  Beləliklə,  1992-nin  iyulunun 
sonundakına bənzər durum yarandı. 
Pənah Hüseynov bununla bağlı olaraq bildirir: 
"Fevral ayında cəbhədə çox ağır məğlubiyyətlər 
oldu.  Bu  məsələdə  S.Hüseynovun  və  R.Qazıyevə  yaxın  rus  hərbçilərinin  rolu  açıq-aĢkar 
meydana  çıxdı.  R.Qazıyevlə  Rusiya  müdafiə  naziri  Qraçov  və  onun  köməkçiləri  arasında 
danıĢıqlar haqqında bizə dəqiq məlumatlar daxil oldu. Həmin məlumatlar Milli Məclisin qapalı 
sessiyasında  səsləndiriləndə  R.Qazıyev  istefa  haqda  bəyanat  verdi"
  ("Yeni  Müsavat", 
15.04.1999). 
"Azərin"  analitik-informasiya  mərkəzi  ermənilərin  bu  hücumundan  danıĢarkən  bildirir  ki, 
Rusiya hərbi rəhbərliyi ULTĠMATUM Ģəklində Azərbaycan rəhbərliyindən GENERAL ġERBAKIN 
BAġÇILIQ  ETDĠYĠ  104-üncü  HƏRBĠ  DESANT  DĠVĠZĠYASINI  NƏĠNKĠ  RESPUBLĠKADA 
SAXLAMAĞI,  HƏM  DƏ  BU  DĠVĠZĠYAYA  "SÜLHMƏRAMLI  QÜVVƏ"  STATUSU  VERMƏYĠ  tələb 
etsə də Azərbaycan prezidentinin bundan imtinası Rusiyanın güclü təzyiqinə səbəb olub. 
Rusiyanın  7-ci  ordusunun  bölmələri  fevral  ayında  Dağlıq  Qarabağda döyüĢ  əməliyyatlarında 
fəal iĢtirak etmiĢdi. Eyni zamanda, Azərbaycanın Rusiyadakı hesabları (təxminən 30 milyard 
rubl)  dondurulmuĢdu.  Azərbaycan  maliyyə  nazirinin  müavini  Fikrət  Yusifov  12  fevralda 
bildirirdi: "KeçmiĢ Ġttifaqın bankları arasında nağdsız hesablaĢmalar üzrə bütün əməliyyatların 
dayanması  üzündən  indi  AZƏRBAYCAN  MÜƏSSĠSƏLƏRĠNĠN  ĠFLASA  UĞRAMASI  təhlükəsi 
yaranıb". Onun dediyinə görə, bir aydır ki, bu haqda Rusiya hökumətiylə danıĢıqlar gedir. Bu 
haqda razılaĢma olmasa Azərbaycan iqtisadiyyatının iflasa uğraması labüddür. 
Rusiyayla nəqliyyat kommunikasiyalarını kəsmək cəhdləri də edilmiĢdi. (Moskva-Bakı qatarının 
hərəkəti  müvəqqəti  dayandırılmıĢ,  Bakı-Kislovodsk  qatarındasa  partlayıĢ  törədilmiĢ,  insanlar 
həlak olmuĢdu). 
Prezidentin mətbuat xidməti ermənilərin 5 fevral hücumuyla bağlı bəyanat verdi: "Əgər təcili 
olaraq beynəlxalq səviyyədə müvafiq tədbirlər görülməzsə bu, bütün bölgədə vəziyyətin daha 
da gərginləĢməsinə gətirib çıxara bilər". 
Füzuli  rayonundakı  fövqəladə  vəziyyətin  müddəti  5  fevralda  yenidən  uzadıldı.  6  fevraldasa 
Ağdam rayonunda da FV tətbiq edildi. 
Fevralın 6-sında prezident AzərTAc-ın, "Azərbaycan" qəzetinin, Teleradio ġirkətinin və baĢqa 
kütləvi informasiya vasitələrinin rəhbərləriylə görüĢdü. 
Fevralın 8-inə keçən gecə Ağstafa rayonunda Saloğlu məntəqəsində Gürcüstanla Azərbaycan 

arasındakı körpü partladıldı, iki qonĢu dövlət arasındakı dəmiryolu əlaqəsi kəsildi. 
AXC ĠCRAĠYYƏ KOMĠTƏSĠNĠN "YAYLIM ATƏġĠ" VƏ GƏNCƏ HƏYƏCANI 
Elçibəy hakimiyyətinin yıxılmasıyçün general ġerbakın yardımıyla yanvar-fevral aylarında ikinci 
çevriliĢ  planı  hazırlanmıĢdı.  Bu  plana  görə,  may  ayında  Gəncədə  Ali  Sovet  yığıĢaraq  yeni 
iqtidar qurulduğunu elan edəcəkdi. 
Dövlət  baĢçısı 5 fevralda  Prezident  Aparatında  kənd  təsərrüfatında  yaranmıĢ böhranla  bağlı 
geniĢ müĢavirə çağırdı. Yığıncaqda bu baĢlıca tezis qəbul edildi ki, kənd təsərrüfatını inkiĢaf 
etdirməkçün  ilk  növbədə  aqrar-sənaye  kompleksinin  fəaliyyətində  səmərəliliyi  yüksəltmək, 
onun  idarəetmə  strukturunu  yeni  iqtisadi  Ģəraitə  uyğunlaĢdırmaq  gərəkdir.  Əslində  onda 
"böhran"  adlandırılan  Ģey  Azərbaycanın  indiki  iqtisadi  durumuyla  müqayisədə  əsl  rifah 
adlandırıla  bilər.  Müqayisədən  ötrü  baxaq:  5  fevral  1993-də  1  ABġ  dolları  572  rubla 
bərabərdi.  Həmin  qıĢ  günündə  bazarlarda  kənd  təsərrüfatı  məhsullarının  qiymətisə  beləydi: 
mal əti - 472 rubl, qoyun əti - 574 rubl, kartof - 84 rubl, soğan - 34 rubl, xiyar - 865 rubl, 
alma - 148 rubl, pomidor - 573 rubl, üzüm - 333 rubl, nar - 226 rubl. 
Ancaq bu günlərdə prezidenti iqtisadiyyatdan daha çox ölkədəki durum narahat edirdi. Rusiya 
hərbçilərinin  oylağı  olan  Gəncədə  dövlətin  taleyiyçün  gözlənilən  təhlükədən  yetərincə 
məlumatlanmıĢ  Bəy  öz  Ģəxsi  həyatıyçün  də  gerçək  ciddi  təhlükənin  mövcudluğuna 
baxmayaraq 8-10 fevralda Gəncədə oldu. 
QarĢıdan ağır çarpıĢmalar gözləyən və bu çarpıĢmada ən etibarlı dayağın məhz AXC olacağını 
kəsdirən  Bəy  Gəncəyə  yola  düĢməzdən  öncə  -  8  fevralda  AXC  Ġcraiyyə  Komitəsinin 
rəhbərliyində dəyiĢiklik etdi. AXC sədrinin 18 saylı sərəncamıyla Ġcraiyyə Komitəsinin "mülki" 
sədri  Tofiq  Seyidovu  "hərbçi"  Fərəc  Quluyev  əvəz  etdi.  Naxçıvanı  erməni  hücumlarından 
qəhrəmancasına  qorumuĢ  millət  vəkili  Fərəc  bəyin  Cəbhə  rəhbərliyinə  gətirilməsi  qarĢıdakı 
döyüĢlərin gərgin olacağından xəbər verirdi.  
Ayın 8-ində Bəy Gəncə Ģəhər icra hakimiyyəti, hüquq-mühafizə orqanları və AXC Gəncə Ģəhər 
rəhbərlərinin  iĢtirakıyla  müĢavirə  keçirərək  burada  geniĢ  çıxıĢ  etdi.  Ertəsi  günsə  prezident 
cəbhədə  yaranmıĢ  vəziyyətlə  bağlı  hərbi  Ģuranın  iclasını  keçirdi,  Gəncə  zonası  hərbi-inzibati 
orqanları  rəhbərləriylə  durumu  müzakirə  etdi.  Ağdərədə  olan  R.Qazıyev  və  Ġ.Həmidov  da 
hərbi Ģurada iĢtirak etməkçün Gəncəyə gəlmiĢdilər.  
Polkovnik  Oqtay  Məmmədov  yazır:  "ġəhərdə  Ģayiələr  baĢ  alıb  gedirdi.  Hər  an  Surət 
Hüseynovun adamlarının bizim üstümüzə hücum edəcəkləri, bizi əsir alacaqları, öldürəcəkləri 
barədə Ģayiələr bizim də qulağımıza çatırdı. Belə bir Ģayiə gəzirdi ki, Elçibəy gəlib ki, Surəti 
tutub özü ilə Bakıya aparsın (nə qədər gülünc bir Ģayiə)" ("Elçibəy ilə otuz il", s.68). 
Təbii ki, Gəncədəki ən vacib görüĢ də Surət Hüseynovla oldu. Bəy onun hərəkətlərini kəskin 
pisləyərək  prezidentin  səlahiyyətli  nümayəndəliyindən  azad  edəcəyini  bildirdi  və  Surət 
bununla  razılaĢdı.  Onların  söhbətində  iĢtirak  etmiĢ  bir  nəfərin  mənə  söylədiyinə  görə, 
prezidentin qarĢısında farağat dayanan Surət qorxudan ağappaq olmuĢdu, çünki o da Bəyin 
"boz"  üzünə  bələddi.  (Ümumiyyətlə,  Bəyin  sərtliyini  yetərincə  "dadmıĢ"  BÜTÜN  güc 
qurumlarının baĢçıları onun hüzurunda farağat dayanaraq əmrlərinə müntəzir olardılar...).  
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin