ARTIRMA
" -… Bəy, nə vaxtsa demiĢdiniz ki, Azərbaycanda iqtisadi qurumçün Ġsveçrə modelini
götürməliyik?
-Yox, Ġsveçrəni iqtisadi qurumçün deyil, milli münasibətlərçün örnək götürməyin
tərəfindəydim. Mən bu düĢüncələri həbs olunan zamanlarda yazmıĢdım. Məhkəmədə də onu
oxudular.
Ġsveçrəni biz iki xətdə götürürdük. Birincisi, milli münasibətlərdə. Ġsveçrə dövlətində 3 iĢlək dil
var. Kim hansında istəyir danıĢsın, yazsın. Yəni dillərə azadlıq verilir. Dövlət dili hansı olacaq -
ona hələ sonra baxacağıq. Bu, çox maraqlıdır.
Ġkincisi, bitərəflik məsələsində. Biz də qabaqlar istəyirdik ki, Asiyanın Ġsveçrəsi olaq - heç kim
bizə dəyməsin, heç bir müharibəyə qoĢulmayaq. Bu, çox ciddi problemdir. Bu məsələni mən
hələ Meydanda qoymuĢdum. Türkmənistan belə bitərəf dövlət oldu. O, bloklara qoĢulmur.
Sonra fikirləĢdim ki, bu model bizə yaramır - azadlıq mübarizəsi aparırıq, Azərbaycanın Güney
məsələsi var. Bu model bizə o zaman əl verər ki, Azərbaycan bütöv olsun, sonra onu tətbiq
edək...
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.38).
Bəyin 24 noyabrda imzaladığı (1 yanvar 1993-dən qüvvəyə minən) "Qiymətli kağızlar və fond
birjaları haqqında" qanun 23 dekabrda iĢıq üzü gördü. Onun 24 dekabrda qolladığı "Bakı
Ģəhərində ĠĢgüzarlıq Mərkəzinin yaradılması haqqında" və "Ġnhisarçı müəssisələrin və
birliklərin məhsullarının (xidmətlərinin) qiymətlərinin (tariflərinin) dövlət tərəfindən
tənzimlənməsi haqqında" fərmanları, xüsusən 15 dekabrda imzaladığı, 26 dekabrda dərc
edilən və 1 yanvar 1993-dən qüvvəyə minən "Sahibkarlıq fəaliyyəti haqqında" qanun bazar
iqtisadiyyatının formalaĢmasına, azad sahibkarlığın inkiĢafına Ģərait yaradan dəyərli hüquqi
aktlardı.
Ölkədə müxtəlif səbəblər üzündən tikintisi yarımçıq qalmıĢ çoxlu binalar vardı. Onları
azaltmaq və bu iĢdə azad sahibkarlığın imkanlarından istifadə edilməsini geniĢləndirmək
məqsədiylə Əbülfəz bəy "BaĢa çatdırılmamıĢ tikililərin ortaqlığına icazə verilməsi haqqında"
fərman verdi (26 dekabr).
Azərbaycanla Ġran Ġslam Cümhuriyyəti arasında yüksək səviyyədə imzalanacaq müqavilə
layihəsini müzakirə etməkçün dövlət katibi Pənah Hüseynovun baĢçılığı altındakı nümayəndə
heyəti 27 dekabrda Tehrana göndərildi və o, Ġranda üç gün iĢlədi. 30 dekabrdasa baĢ nazir
Rəhim Hüseynov Moskvada Viktor Çernomırdinlə rəsmi görüĢ keçirdi. Bu görüĢdə Rusiyadan
taxıl alınması məsələsi də müzakirə edilmiĢdi.
O zaman baĢ referent kimi müdafiə naziri R.Qazıyevlə birlikdə Moskvada olan
Arzu Səmədbəyli Ģahidi olduğu maraqlı bir faktı mənə söyləyib. O deyirdi ki,
həmin vaxt baĢ nazir Rəhim Hüseynov və onun müavini Abbas Abbasov Rusiyanın
baĢ naziri Viktor Çernomırdinlə razılığa gələ bilmədilər. Bu zaman Moskvada olan
balakənli Əli Ansuxski Çernomırdinin yanına girərək məsələni asanlıqla həll etdi.
Həm R.Hüseynov, həm də A.Abbasov sevindiklərindən Ə.Ansuxskini qucaqladılar.
Məni təəccübləndirən oydu ki, P.Qraçov və R.Barannikovla (yəqin ki, Rusiyanın
baĢqa rəsmi Ģəxsləriylə də) çox yaxın münasibətləri olan A.Abbasovun gücü
çatmayan iĢi məhz Ə.Ansuxski düzəltdi. Maraqlıdır ki, Ə.Ansuxski də Qraçov və
Barannikovun yanında hətta R.Qazıyevdən də nüfuzlu görünürdü...
Yeri gəlmiĢkən, Ġran Əbülfəz bəyin Tehrana rəsmi səfər etməsini ürəkdən arzulayır, bu
görüĢün hər baxımdan ən yüksək səviyyədə təĢkil ediləcəyinə söz verirdi, ancaq Bəy
bununçün Güney Azərbaycanla bağlı bir çox tələblər irəli sürürdü. O, ilk növbədə burada
türkcə məktəblərin açılmasını istəyirdi, nə qədər qəribə görünsə də Tehran buna razılıq
vermiĢdi və ilk belə məktəbin açılıĢında Əbülfəz Elçibəyin iĢtirak etməsi qarĢılıqlı Ģəkildə
bəyənilmiĢdi. (Ancaq hadisələrin sonrakı inkiĢafı Bəyin bu ölkəyə səfərini mümkünsüz etdi).
29 dekabr tarixli "Azərbaycan" qəzeti "Ġslahatlar proqramının yeni variantı hazırdır" baĢlıqlı
məqaləsində P.Hüseynova söykənərək yazırdı ki, bazar iqtisadiyyatına keçidçün prezident
proqramının yeni variantı üzərində iĢ baĢa çatıb.
110 səhifəlik bu proqramın ortaya çıxması iqtisadiyyatımızda yeni reallıqların yaranmasıyla
bağlıydı. Məsələn, təkcə son bir neçə ayda istehsalın müəyyən qədər sabitləĢməsi meyli
yaranmıĢdı - bir çox baĢlıca sahələrdə istehsalın həcminin azalması sürəti aĢağı düĢmüĢdü;
bir çox suveren dövlətlərlə ikitərəfli respublikalararası saziĢlər bağlanmıĢdı; Azərbaycan bir
neçə beynəlxalq maliyyə institutunun tamhüquqlu üzvü olmuĢdu və b. Bunlar qəbul edilmiĢ
ilk proqrama köklü dəyiĢiklik və əlavələr edilməsini irəli sürürdü.
Dekabrın 27-sində Əbülfəz bəy Prezident Aparatında nazirliklərin və baĢ idarələrin, yerli
hakimiyyət orqanlarının, bank rəhbərlərinin dəvət edildiyi müĢavirə keçirdi.
Yığıncaqda pambıqçılıq, üzümçülük, heyvandarlıq və b. baza sahələrində istehsalın aĢağı
düĢməsi səbəbləri: bir çox məhsulların satınalma qiymətlərinin ucuzluğu, kənddə
özəlləĢdirməyə hazırlığın əsassız ləngidilməsi, təsərrüfatların maddi-texniki bazasının zəifliyi,
onların problemlərinin həllində Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin, yerli hakimiyyət və
idarəetmə orqanlarının lazımınca iĢtirak etməməsi və b. üzərində dayanıldı.
DÖVLƏT DĠLĠMĠZ YENĠDƏN "TÜRK DĠLĠ" ADLANIR!
ġərqĢünas professor Nəsib Nəsibli yazır:
"Elçibəy təpədən-dırnağadək milli idi. AĢağılıq
kompleksi ona tam yad idi. Mən onu milli məsələlərimizə münasibətdə heç vaxt yazıq,
sızıldayan görməmiĢəm. Dostları Bəyin bu xüsusiyyətini sevir, ondan enerji alırdı. Elçibəy milli
ideala bütün varlığı ilə, bəzən ifrat Ģəkildə sahib çıxan nadir lider idi. O, inamlı türkçü idi.
"Atatürkün əsgəriyəm" demək türklüyə böyük sevgi tələb edirdi. Heç bir liderin cürət edib
demədiyi "millətçiyəm" sözünü o, fəxrlə söylərdi və siyasi həyatında milli marağı digər
maraqlarından (partiya, Ģəxsi) üstün tutardı. Elçibəyin bu fikri bir neçə kitablıq mətləbi qısa,
lakonik Ģəkildə ortaya qoyur: "Millət yalnız türklüyünü dərk etdikdən sonra milli
problemlərini həll etməyə baĢlayacaq""
. ("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000,
s.93).
Prezidentliyi həmin millətçi Əbülfəz Elçibəyə uğrunda həyatını həsr etdiyi ideyaları
gerçəkləĢdirməkçün Ģərait yaratmıĢdı. Yəqin ki, oxucular Bəyin ana dilimiz uğrunda necə
inadla çarpıĢdığını və həbsxanaya atılmasında bunun da az rol oynamadığını unutmayıblar.
Prezident vəzifəsinə baĢladığı ilk gündən dövlət həyatının bütün sahələrində YALNIZ ANA
DĠLĠMĠZĠN iĢlədilməsini, BÜTÜN baĢqa dillərə əcnəbi dil statusunda yanaĢılmasını qətiyyətlə
tələb edən Bəy həm də 1937-ci ildə Stalinin qadağan etdiyi "TÜRK DĠLĠ" adını xalqımıza
qaytarmağa çalıĢırdı. Milli Məclis onun təĢəbbüsüylə bu məsələni bir-iki dəfə müzakirəyə
çıxarsa da kommunist deputatların Ģiddətli müqavimətiylə qarĢılaĢmıĢdı. Nəhayət, spiker Ġsa
Qəmbərin də inadcıllığı sayəsində Milli Məclis 22 dekabr 1992-də
"Azərbaycan Respublikasının
dövlət dili haqqında"
qanunu qəbul etdi və elə həmin gün də prezident onu imzaladı (28
yanvarda mətbuatda dərc edilərək qüvvəyə mindi).
Dilimizin yenidən "TÜRK DĠLĠ" adlanmağa baĢlanması millətimizin mənəviyyat tarixində ən
Ģərəfli və sevindirici hadisələrdən biridir! Nə yazıqlar ki, istər qanunun qəbulundan öncə,
istərsə də bundan sonra onun təbliği yarıtmaz təĢkil edildi, soydaĢlarımıza "türk dili" haqqında
tarixi gerçəkliklər aydınlaĢdırılmadı, buna görə də çoxları elə baĢa düĢdü ki, biz Türkiyədən dil
alırıq, "osmanlılaĢacağıq" və s. Qanun həm də səriĢtəsiz hazırlandığına görə MĠLLƏTĠN öz
"TÜRK" adına da rəsmən Ģamil edilmədi. Bu və baĢqa səbəblər üzündən 1995-də Azərbaycan
Konstitusiyası qəbul edilərkən həmin qanunun üstündən qələm çəkmək H.Əliyevə çox da
çətinlik törətmədi, o, qarĢısıalınmaz xalq müqavimətiylə də üzləĢmədi. Ancaq bütün
çatıĢmazlıqlarına baxmayaraq 22 dekabr qanunu Azərbaycan Respublikasının müstəqillik
yoluyla irəlilədiyini bütün dünyaya bir daha sübut etdi. Əlbəttə, dünya da çörəyi qulağına
yemirdi və "TÜRK DĠLĠ" adının qaytarılmasının önəmini, sonrakı təsirini onu qaytaranlardan
heç də pis anlamırdı. Təsadüfi deyil ki, artıq 23 dekabrda (!) Elmira Axundova "Literaturnaya
qazeta"da "Samur sahillərində ikinci Qarabağ?" baĢlıqlı yazısında "Sadval"ın fəallaĢmasından
söz açırdı...
25 dekabrda M.Rəsulzadə adına Bakı Dövlət Universitetində professor-müəllim heyəti və
tələbələrlə görüĢən Əbülfəz bəy respublikanın ali məktəblərində iĢlərin vəziyyəti barədə geniĢ
və prinsipial söhbət apardı. Prezident göstərdi ki, yalnız təhsil qanununun yerinə yetirilməsi
bir müddətdən sonra bizim kadr hazırlığımızda DÜNYA STANDARTLARI SƏVĠYYƏSĠNƏ
çatmağımıza imkan verəcək.
Müxtəlif səbəblər üzündən ölkədə yaranan "beyin axını"na toxunan Bəy dedi ki, bu problem
bizi də narahat edir, çünki o, milləti zəiflədir və bədxahlarımızın xeyrinədir.
Müəllimlərin ĠQTĠSADĠ ASILILIQDAN QURTARMASINA nail olmağı zəruri sayan prezident
bunun hər cür sui-istifadə hallarından qurtarmağın baĢlıca yolu olduğunu bildirdi.
Yeri gəlmiĢkən, Əbülfəz bəy ali məktəblərə qəbul imtahanlarının nəticələrinin dekabrda
yekunlaĢdırılmasıyla bağlı olaraq, vətəndaĢların həqiqi hərbi xidmətə 1992-ci il payız çağırıĢı
müddətini 15 yanvaradək uzatmaq haqqında fərman vermiĢdi (24 dekabr).
Azərbaycanın dövlət baĢçısının sərəncamıyla dünya azərbaycanlılarının qurultayını keçirmək
qərara alındı və bu məqsədlə təĢkilat komitəsi yaradıldı (25 dekabr, "Azərbaycan" qəzeti).
Bu günlər iqtidarın antidemokrat olduğunu sübuta yetirməli bir sıra, doğrudan da,
"rəngarəng" hadisələr silsiləsi baĢ verdi.
Dekabrın 23-ündə XTPD komandiri RövĢən Cavadov mətbuat konfransı keçirərək DĠN-də baĢ
vermiĢ münaqiĢədən danıĢdı. O, bəyan etdi ki, "əgər daxili iĢlər naziri bu strukturu (XTPD-ni -
Ə.T.) ləğv etmək fikrinə düĢərsə onun hər bir döyüĢçüsü sıravi əsgər kimi cəbhənin çətin
nöqtələrində döyüĢməyə hazırdır". ġəhərdə yayılmıĢ Ģayiələri yalanlayan R.Cavadov bildirdi ki,
DĠN-də XTPD-çilərlə nazirlik əməkdaĢları arasında atıĢma olmayıb və XTPD nazirliyin binasını
ələ keçirməyib. (Təəssüf ki, qarĢı tərəf bu qalib tonda danıĢığa susmaqla cavab verdi).
Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev 24 dekabrda yerli televiziyada çıxıĢ edərək
Naxçıvanda ictimai-siyasi durumun gərginləĢməsində AXC-ni suçladı. O bildirdi, AXC-nin II
qurultayında Naxçıvan haqqında söylənmiĢ fikirlər AXC-nin ZORAKILIQ TƏRƏFDARI
OLDUĞUNU bir daha sübut edir.
25 dekabrda respublikanın baĢ prokuroru Ġ.ġirinov bəyanat verdi. Sənəddə deyilirdi:
"Vətənimizin xarici təcavüzə məruz qaldığı, qəhrəman əsgərlərimizin doğma torpaqlarımız
uğrunda qanlı döyüĢlər apardığı Ģəraitdə mövcud çətinliklərdən sui-istifadə edən ayrı-ayrı
siyasi qruplaĢmalar gənc Azərbaycan dövlətinin qarĢılaĢdığı problemləri daha da
dərinləĢdirmək, respublikada siyasi sabitliyi nəyin bahasına olursa-olsun pozmağa çalıĢırlar.
Son dövrün hadisələri göstərir ki, onlar bu məqsədlə SIRF CĠNAYƏTKAR ÜNSÜRLƏRLƏ
BĠRLƏġMƏKDƏN DƏ çəkinmirlər".
Bu bəyanat verilən gün - 25 dekabrda ZərdüĢt və Araz Əlizadə qardaĢlarının baĢçılıq etdiyi
Sosial-Demokrat Partiyasının üzvləri Milli Məclis qarĢısında "TÜRK DĠLĠ"nin bərpasına etiraz
edərək icazəsiz piketə çıxmıĢdılar (onlar latın əlifbasına qarĢı da beləcə "üsyan" etmiĢdilər).
Qanunsuz hərəkətləri üstündə partiyanın 43 fəalı göz altına alındı. Bu vaxt N.Pənahovun
"Meydan" qəzetinin redaksiyasını da naməlum Ģəxslər müəmmalı Ģəkildə dağıtdılar və 26
dekabrda Pənahov, təbii ki, əlüstü mətbuat konfransı keçirdi. Unutmayaq ki, bu vaxt ayın 15-
ində əliyevpərəst professor Murtuz Ələsgərovu naməlum adamların yaralaması ətrafında
qaldırılmıĢ hay-küy hələ səngiməmiĢdi. ġəxsən mən iqtidarı sevən kimsənin bu hadisələrdə əli
olduğuna heç cür inana bilmirəm, çünki onlardan yalnız "zərərçəkənlər" xeyir götürürdü.
Açığı, onların təxminən eyni zaman kəsiyində baĢ verməsi və təxminən eyni siyasi məfkurəli
zümrəylə bağlı olması burada düĢünülmüĢ oyun getməsindən soraq verirdi.
Hakimiyyətin öz rəqibləriylə hədsiz mədəni, demokratik rəftarı artıq bir çoxlarını
ayaqlandırmağa baĢlamıĢdı. Məsələn, Pedaqoji Xarici Dillər Ġnstitutunun rektoru Zemfira
Verdiyeva onun iĢdən azad edilməsi haqqında təhsil nazirinin əmrini 28 dekabrda cırıb atmıĢ
və bildirmiĢdi ki, mən heç bir dövlət adamını tanımıram. Həmin gün institutda iclas keçirən
Zemfira Verdiyeva respublika rəhbərliyini də təhqir etmiĢdi. Məncə, bu xanımı cəsarətləndirən
bir sıra dövlət adamlarının onun qabağından qaçmasıydı (iĢ o yerə çatmıĢdı ki, həmin rektoru
yalnız prezidentin təkidindən sonra iĢdən götürdülər - çoxları özünü bu hikkəli xanımın
yanında "pis kiĢi" etmək istəmirdi).
Zemfira Verdiyevanın nəinki cəzalandırılmaması, əksinə, onunla üzrxahlıq istərcəsinə rəftar
edilməsi də hakimiyyətin nüfuzuna yetərincə zərbə endirdi və indiyədək səsini çıxarmağa
çəkinən baĢqa dövlət məmurlarını və müxalifəti daha da cəsarətləndirdi. Bir qədər öncə siyasi
fəaliyyətini dayandırdığını bəyan etmiĢ Nizami Süleymanov da sanki əmrlə hərəkətə gəldi və
"dilimizin adının dəyiĢdirilməsinə etiraz etdiyinə görə" siyasətə döndüyünü mətbuatda xəbər
verdi (29 dekabr).
Artıq özlərini təĢkilatlanmıĢ sayan müxalif qüvvələr hakimiyyəti devirməkçün ciddi hazırlıq
görürdülər. Onlar bu hərəkətə qanun donu geyindirməkdən ötrü kommunistlərdən ibarət
köhnə Ali Sovetin sessiyasını çağırmaq və niyyətlərini orada gerçəkləĢdirmək istəyirdilər. Bu
vaxt Rusiyanın baĢlıca məqsədi Ali Soveti çağıraraq Ayaz Mütəllibovu hakimiyyətə
qaytarmaqdı və bu istək ayrı-ayrı adamların mətbuatdakı çıxıĢlarında özünü göstərirdi.
Günbatanpərəstlərsə bu sessiyanı çağırmaqla H.Əliyevin hakimiyyətə qaytarılmasına
çalıĢırdılar (ancaq Ali Sovetdə H.Əliyev tərəfdarlarının sayı çox azdı, buna görə də orada
qələbə çalmağa arxayın olmayan H.Əliyev hətta 4 iyundan sonra da Ali Sovetin çağırılmasına
imkan vermədi. Arif Rəhimzadə və baĢqa əliyevçilərin Ali Sovetin yığılması haqqında tələbləri
hakimiyyətə təzyiqdən baĢqa bir Ģey deyildi). 30 dekabrda parlamentin spikeri Ġsa Qəmbər
bildirdi ki, Faiq BaxĢəliyev (keçmiĢ cəbhəçi, keçmiĢ mütəllibovçu və Mingəçevir Ģəhərinin
keçmiĢ icra baĢçısı) və baĢqa bir sıra deputatlar Ali Sovetin sessiyasını çağırmaq istəyirlər;
həmin sessiyanın çağırılması dövlət çevriliĢinə cəhd kimi qiymətləndiriləcək.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə - 31 dekabrda prezident Əbülfəz Elçibəy hərbi
qospitalda, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Ġnstitutunda müalicə olunan yaralı
döyüĢçülərimizə baĢ çəkdi, onların sağlamlığı, əhval-ruhiyyəsi, qayğılarıyla maraqlandı,
əsgərlərimizi həmrəylik bayramımız və Yeni il münasibətiylə təbrik etdi.
Bu müqəddəs gündə aranı qataraq Azadlıq meydanında icazəsiz mitinq keçirməyə çalıĢan
avantürist N.Pənahov tutuqlandı. Məncə, Nemətin tutulması hakimiyyətin kobud səhviydi -
birincisi, onun özü də elə bunu istəyirdi ki, iqtidarı sonra min günahda suçlandıra bilsin;
ikincisi də, Nemətin tutulması onun ölmüĢ nüfuzuna zəif də olsa yeni nəfəs verdi.
DÖVLƏT QURUCULUĞU ĠLĠ
Azərbaycan prezidenti Əbülfəz Elçibəy 1993-ü dövlət quruculuğu ili elan etdi.
"
-…1993-cü ili dövlət quruculuğu ili elan etmiĢdik. … Birinci tələb parlamentin buraxılması,
demokratik parlamentin seçilməsiydi.
-O nə vaxta nəzərdə tutulmuĢdu?
-Yeni parlament seçkisi 1993-cü ilin oktyabr ayında olmalıydı. Ciddi hazırlıq gedirdi. Bununçün
hətta parlamentə özünü buraxmağı təklif etmiĢdik - belə olsaydı seçkiyə yazda da baĢlaya
bilərdik. Ancaq parlament razılaĢmadı. … Milli Məclisdə bizim əksimizə olan qrup - keçmiĢ
kommunistlər. Bərk dirəĢmiĢdilər ki, biz istefa verəndə nə qazanacağımızı bilməliyik. Biz
onlara vəzifə, iĢ, ev verməyə razılaĢdıq. Onlar da bu zaman razı oldular.
-Bəs niyə parlamenti buraxmadınız?
-Deputatların hamısı razı deyildi axı. Belə razılaĢdıq ki, bunlar iĢləsinlər, avqustda tətilə
çıxanda buraxılsın. Sonra seçkiyə hazırlıq getsin, oktyabrda da seçki olsun.
Yeni parlament seçilsəydi bütün problemlərimizin böyük qismi həll olunacaqdı. Dövlət
quruculuğu oradan baĢlanır - qanunvericilikdən. Qanunvericilik gərək hərtərəfli iĢlənilsin. Bir
də ki, parlamentə baxanda hər sosial qrup öz adamını orada görməlidir. Hər qrupun, hər
partiyanın gücü çatacaq bir neçə adamı seçməyə. Hərə öz adamını görəndə bu parlamentin
məhz onun parlamenti olduğuna inanacaq.
…Sonra da məhkəmə sistemi tam demokratik yolla seçiləcəkdi. Biz rüĢvətlə məhkəmə hakimi
təyin etməyi aradan götürəcəkdik. Nəticədə nə alınırdı - prezident demokratik yolla seçilib,
qanunverici orqan demokratik yolla seçilib, nəzarətçi orqan demokratik yolla seçilib. Belə bir
dövlət istər-istəməz güclü olmalıdır. Bizim son məqsədimiz də elə buydu.
…Demək, dövlətin yuxarı qədəmələri demokratikləĢir. Bundan sonra keçmək lazımdır aĢağıya
- bələdiyyə seçkisinə.
-Onu nə vaxta nəzərdə tuturdunuz?
-Ġstəyirdik ki, parlament seçkisi qurtaran kimi, ondan bir-iki ay sonra bələdiyyə seçkisi
keçirilsin.
"Dövlət quruculuğu" dedikdə bunları nəzərdə tuturduq. Dövlətin bütün iĢlək mexanizmləri
demokratik əsaslara söykənməlidir. Bundan sonra dövlət öz-özünə iĢləyəcək.
…Biz fikirləĢirdik ki, Amerikanın kiçik dövlət modelini Azərbaycanda quracağıq.
…Rəhmətlik Turqut Özal bizim dövlət quruculuğu planlarımızla tanıĢ olandan sonra mənə bir
neçə dəfə bunları demiĢdi: sizin seçdiyiniz yol düzdür, bundan əl çəkməyin; biz indi görürük
ki, o cür qurumlu dövlətlər daha geniĢ qərar qəbul edir, daha fəallaĢır. Biz artıq Türkiyəni
keçmiĢ formada (Ġngiltərə formasında) qurmuĢduq. Prezident təqribən oradakı kral rolunu
oynayır, ancaq hər Ģeyi baĢ nazir idarə edir. Ġndi bu quruluĢdan imtina etmək bizə çox
çətindir - gərək onda bütün strukturları neçə illərə dəyiĢək. Sizsə elə bu baĢdan düz yolla
gedirsiniz.
Bunu deməkdə məqsədim odur ki, təcrübəsiz olmağımıza baxmayaraq, dövlət quruculuğunda
götürdüyümüz xətti çoxları bəyənirdi. Açıq bildirirdik ki, Amerika tipli dövlət qurmaq istəyirik.
Sadəcə, bizdə parlamentin iki palatası olmayacaqdı - kiçik dövlətdə buna ehtiyac yoxdur. Biz
dövlət katibi strukturunu ona görə tətbiq etmiĢdik. Gələcəkdə onu inkiĢaf etdirib həm xarici
iĢlər nazirini, həm də dövlət katibini qovuĢdurmaq niyyətindəydik. Sonra vitse-prezidentlik
haqqında düĢünürdük. Vitse-prezident seçkilərini bələdiyyə, ya parlament seçkiləriylə bir
yerdə keçirmək olardı.
1993-də dövlət quruculuğuyla bağlı ən mühüm qərarları qəbul edəcəkdik, yeni parlament,
bələdiyyələr, məhkəmələr seçiləcəkdi. Qalır, məsələn, məmur məsələsi (o, böyük müsabiqələr
tələb edir), o da 1994-də yerinə yetiriləcəkdi
".
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.36-39).
Deməli, prezidentin və onun hakimiyyət komandasının öncəgörmələrinə görə, bu il iĢlək icra
hakimiyyəti formalaĢdırılacaq, yeni Azərbaycan parlamenti seçiləcək, yeni Konstitusiya qəbul
ediləcək, dövlətdə qanunun aliliyini təmin edəcək məhkəmə hakimiyyətinin bərqərar
olmasından ötrü mühüm addımlar atılacaq, bazar iqtisadiyyatına keçilməsindən ötrü zəruri
olan mühüm islahatlar gerçəkləĢdiriləcəkdi... BaĢqa sözlə desək, müstəqil Azərbaycan
dövlətinin ayaq üstə Ģax dayana bilməsinin sarsılmaz özülü qoyulacaqdı.
ARTIRMA
"
-Bəli, xalqa azadlıq idealını aĢıladıq, indisə dövlət quruculuğuna baĢlamaq lazımdı.
Biz müharibənin içərisindəydik. Gərək öncə onu davam etdirib uğur qazanaydıq, düĢməni
torpaqlarımızdan geri ataydıq. Biz bütün gücümüzü dövlət quruculuğunun əsasını təĢkil edən
qanun və qərarların parlamentdə qəbul edilməsinə yönəltdik, çünki onlarsız yeni dövlət
qurmaq mümkün deyildi. Ancaq bütün zəruri qanunları da birdən-birə qəbul etmək imkan
xaricindəydi. Əvvəlcə ayrı-ayrı sahələrə aid qanunlar yazılmalı, sonra parlamentdə qəbul
edilməli, xalqa çatdırılmalı, onların icrasına nəzarət edilməlidir. Bu qanunlar yetərincə
yaradıldıqdan sonrasa onlar ümumiləĢdirilərək Anayasa hazırlanmalıdır. Birdən-birə Anayasa
yazmaq olmaz - sən öncə kolxozu ləğv etməlisən, bundan ötrü xüsusi mülkiyyət haqqında
qanunları ortaya qoymalısan.
-Əslində biz bir quruluĢdan digərinə, yəni sosializmdən yenidən kapitalizmə qayıdırdıq...
-Yox, biz kapitalizm deyil, baĢqa forma düĢünürdük. Biz düĢünürdük ki, gələcəkdə imkanımız
olsa Məmmədəmin Rəsulzadənin irəli sürdüyü təsanüd cəmiyyəti quraq. Yəni ictimai sərvət
elə bölünməlidir ki, xalqın yoxsul təbəqələrini kasıblıqdan tamam çıxarsın. Kapitalizmdəsə
belə deyil - orada sənaye inkiĢaf edir, tərəqqini də öz ardınca aparır. Bizsə ümumxalq
mülkiyyətini də saxlamaqla tərəqqiyə nail olmaq istəyirdik.
-Bu düĢüncədə sosial-demokratiya ünsürləri yoxdurmu?
-Sosial-demokratiya ünsürlərinin olması danılmazdır. Bunu XIX əsrdə fransızlar meydana
çıxarıblar və adını "solidarizm" qoyublar. Milli təsanüd solidarizm deməkdir, yəni iqtisadi baza
üzərində cəmiyyət həmrəylik əsasında qurulacaq ki, ictimai sərvətin paylanmasından narazı
qalmasın, hər kəsə o sərvətdən ədalətli pay çatsın
". (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən.
- "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.31).
Təəssüf ki, ilin elə baĢlanğıcından nikbin diləkləri qanqaraldıcı gerçəkliklər əvəzlədi. 1993-də
prezidentin ilk fərmanı Ağdam rayonu ərazisində FV tətbiq edilməsi haqqında oldu (3 yanvar).
Yeni ilin ilk günlərində Azərbaycançün digər önəmli hadisə uzaq Moskvada baĢ verdi. 3
yanvarda Kremldə RF prezidenti Boris Yeltsinlə ABġ prezidenti Corc BuĢ Dağlıq Qarabağa dair
birgə bəyanat qəbul etdilər. Sənəddə deyilirdi:
"Rusiya Federasiyası və Amerika BirləĢmiĢ
ġtatları Dağlıq Qarabağda, son vaxtlar isə Azərbaycan və Ermənistan arasında sərhəddə
qurtarmaq bilməyən qanlı faciə ilə əlaqədar dərindən narahat olduqlarını bildirirlər. Uzun
çəkən kəskin qarĢıdurma insan tələfatını, həm də getdikcə daha çox dinc əhali arasında
tələfatı artırmaqla, iki dövlətin iqtisadiyyatına sayagəlməz ziyan vurmaqda, onların
inkiĢafındakı demokratik meylləri gözdən salmaqda, bütün Zaqafqaziya bölgəsində vəziyyətin
sabitliyini pozmaqda davam edir".
Prezidentlər "Azərbaycan və Ermənistanın rəhbərlərinə, münaqiĢənin bütün iĢtirakçılarına"
müraciət edərək münaqiĢəni siyasi metodlarla aradan qaldırmaq səyi barədə bəyanatları
əməli iĢlərlə təsdiqləməyə, əldə olunmuĢ sülh razılaĢmalarına hörmət etməyə təkidlə
çağırırdılar. Sənəddə Azərbaycanın adının Ermənistandan qabaq çəkilməsi göstərir ki,
tərəflərin təkidli çağırıĢı ilk növbədə məhz Azərbaycana aiddir; deməli, onlar iĢğalçı
Ermənistandansa torpaqları iĢğal edilmiĢ Azərbaycanla sərt danıĢılmasının tərəfdarıdırlar. Bu
ögey-doğmalıq, görəsən, nədən irəli gəlirdi? Məncə, hər Ģeydən öncə, dini təəssübkeĢlikdən.
Bu düĢüncəmə tanınmıĢ Rusiya jurnalisti Dmitri Furman'dan dəstək tapıram:
"Avropa və
Amerika cəmiyyətlərində və psixoloji baxımdan onlardan asılı olan rus qərbçilərinin beynində
müsəlmanlara və müsəlman mədəniyyəti cəmiyyətlərinə qarĢı olduqca dərin bir inamsızlıq var
ki, o, həmiĢə "ikili standart"la nəticələnir. Bunun üzərinə erməni diasporuna və elə həmin
antimüsəlman duyğulara söykənən erməni təbliğatının nəhəng rolu gəlir. Müsəlman
mədəniyyəti ölkələri haqqında bildiyimiz bütün pis Ģeylər artıq mövcud mənfi təsəvvürün
üstünə qalaqlanır, bütün yaxĢı Ģeylərsə bir qırağa atılır. Nəticədə belə alınır: Sumqayıt, Bakıda
erməni talanları "normal"dır, bunu artıq yaranmıĢ obraz təsdiqləyir. Əgər obiri tərəfdən
Xocalıdakı kimi vəhĢilik törədilərsə bu ya, sadəcə, yalandır, ya da nəysə qəribə bir təsadüfdür.
Əgər biz Azərbaycandakı korrupsiya haqqında, azlıqların təqib edilməsi haqqında, islam
özülçülüyü haqqında (bu hələ gerçək qüvvə kimi mövcud deyil, ancaq yəqin ki, hər halda,
dirçələcək) eĢidiriksə bütün bunlar "normal" görünür. Ancaq biz Elçibəyin və onun
silahdaĢlarının qeyd-Ģərtsiz səmimi liberal-demokrat yönəliĢi haqqında "bir Ģey eĢitməmiĢik"
sözlərini eĢitdikdikdə bu ya oyun, ya da, hər halda, nəysə qeyri-ciddi bir Ģey kimi düĢünülür.
Özü də bu, sadəcə, məiĢət qavrayıĢı deyil, gerçək siyasətə təsir göstərən qavrayıĢdır. ABġ
Azərbaycana yardım göstərməkdən erməni lobbisinin təzyiqi altında imtina etdi. Ermənistanın
Qarabağ münaqiĢəsindəki rolunun Serbiyanın Xorvatiya və Bosniyadakı roluyla üst-üstə
düĢdüyünü söyləməyə heç kəsin cürəti çatmadı"
(D.Furman. Üçüncü dünyaya dönüĢ.
Azərbaycan demokratiyasının kədərli tarixçəsi. - "Svobodnaya mısl" jurnalı, 1993, N11).
Bəli, ikinci milli cümhuriyyətimiz də 1918-1920-dəki ilk cümhuriyyətimizin uğursuz taleyini
yaĢamağa məhkum edildi - onda da ABġ və Rusiya Azərbaycanı Ġrəvan xanlığımızın ərazisində
yeni yaratdıqları Ermənistan dövlətinə güzəĢtə getməyə məcbur edirdilər, indi də üstüörtülü
Ģəkildə buna can atırlar. Axı Azərbaycan Ermənistana məhz NƏYĠ güzəĢtə getməliydi?
Müqəddəs torpağı Qarabağımı? Yox! ġuĢa və Laçınımı? Yox! Bəs nəyi? O dövrdə
Azərbaycanın NƏZƏRĠ BAXIMDAN güzəĢtə gedə biləcəyi yeganə Ģey Dağlıq Qarabağın ilkin
muxtariyyətinin bərpası ola bilərdi. Ancaq ozamankı ictimai rəy bu fikri heç yaxına belə
buraxmazdı və buna razılıq verən iqtidarı xalq, sadəcə, ayaqları altına salıb məhv edərdi.
Görünür, bunları nəzərə alan Azərbaycanın xarici iĢlər naziri Tofiq Qasımov bu sənədi
"mənasız bəyanat" adlandırdı. Onun fikrincə, ABġ, Türkiyə və Rusiya münaqiĢənin həlliyçün
gələcək razılaĢmalara təminat vermək vəzifəsini öz üzərinə götürə, tərəflərdən biri saziĢi
pozduqda onlar müvafiq sanksiyalar tətbiq edə bilərlər. Gerçəkliksə bundan ibarətdi ki, öz
aralarında strateji hücum silahlarını əhəmiyyətli dərəcədə azaltmaq barədə Kremldə müqavilə
imzalayan Rusiya və ABġ-ı Tofiq Qasımovun Azərbaycanın xeyrinə olan məntiqi qətiyyən
maraqlandırmırdı - onlar yalnız öz çıxarlarını düĢünürdülər. Bu fövqəldövlətlər onlara kiminsə
ağıl öyrətməsini qətiyyən sevmirdilər. Fikrimcə, Tofiq bəyin verdiyi qiymət diplomatcasına
söylənməmiĢdi və yanılmıramsa, xüsusən ABġ-ın Azərbaycana münasibətində P.Hüseynovun
Ġran səfərindən sonra yaranmıĢ nisbi sərinlik bu vaxtdan gücləndi. Vəziyyəti düzəltməyə
çalıĢan prezident diplomatik davranıĢ örnəyi göstərdi. Əbülfəz Elçibəy Yeltsinə və BuĢa
göndərdiyi məktubda yazırdı ("Azərbaycan" qəzeti, 8 yanvar):
"Sizin birgə bəyanatınız... ƏN
YÜKSƏK QĠYMƏTƏ LAYĠQDĠR. Eyni zamanda, Azərbaycan xalqı baĢ verən hadisələrin
mahiyyətinə istər beynəlxalq təĢkilatların, istərsə də böyük dövlətlərin münasibətindən SON
DƏRƏCƏ NARAZIDIR. Azərbaycanın hamı tərəfindən tanınmıĢ ərazilərini zorla ondan
qoparmaqçün Ermənistanın Azərbaycana qarĢı açıq təcavüzə əl atdığı göz qabağındadır. Hamı
tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağı Ermənistana birləĢdirmək
haqqında Ermənistan Ali Sovetinin qərarı Ermənistan tərəfinin əsl niyyətini sübut edən
RÜSVAYÇI FAKTDIR və nədənsə, BU UTANDIRICI FAKTIN ÜSTÜNDƏN SÜKUTLA KEÇĠLĠR və
ona müvafiq siyasi qiymət verilməmiĢdir".
Elçibəy sonra yazır:
"Bütün hərbi əməliyyatların YALNIZ AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ getdiyi,
nədənsə, HEÇ KƏSĠN diqqətini cəlb etmir".
Əbülfəz bəy prezidentliyi çağında yarım addım belə geri çəkilmədiyi bu prinsipi bir də irəli
sürür:
"TƏCAVÜZKARIN SĠMASINI MÜƏYYƏNLƏġDĠRMƏDƏN QANLI QIRĞINA SON QOYMAQ
ÇƏTĠN OLACAQ. Zənnimcə, müharibənin uzun sürməsinin səbəbi də məhz budur"
.
Prezidentimiz ən sonda bəyan edir: "...Göstərdiyiniz səylərə tərəfdar olduğumuzu və bu
sahədə keçirilən bütün tədbirlərdə fəal iĢtirak etməyə hazır olduğumuzu bildiririk".
Ancaq Rusiya və ABġ "təcavüzkarın simasını müəyyənləĢdirmək" istəyindən xeyli uzaqdılar və
Azərbaycanı öz əraziləri hesabına hökmən güzəĢtə getməyə məcbur etməyə çalıĢırdılar.
Görünür, məhz bu "mənasız bəyanat"dan sonra Qarabağdakı qoĢunların komandanı Surət
Hüseynov yanvarın baĢlanğıcında Xankəndinin bir neçə kilometrliyində qələbəni gözlədiyimiz
anda (əslində Yeltsinlə BuĢun bəyanatı da bu həssas dönəmdə verilmiĢdi) qoĢunlarımızı
Ağdərədən geri çəkməyə baĢladı. Bundan sonra Rusiya (daha doğrusu, Rusiyanın müdafiə
naziri Pavel Qraçov) bir çoxlarıyla yanaĢı, S.Hüseynova da prezident olmaq iĢtahı aĢıladı və o,
Qarabağı ermənilərə "əlborcu" verməklə öz millətinə və ona Milli Qəhrəman adı vermiĢ
dövlətinə xəyanətini 4 iyun qiyamıyla baĢa çatdırdı.
Artıq 5 yanvarda Milli Məclisdə Füzulinin Veysəlli kəndinin ermənilərə verilməsi, Qazaxda
sərhədyanı kəndlərin boĢaldılması səbəbləri müzakirə edilirdi. Deputat Ġsmayıl ġıxlı bildirirdi
ki, Laçındakı əhvalatlar Qazaxda da təkrarlanır - kimlərinsə göstəriĢiylə gələn avtobuslar
sərhəd kəndlərindəki əhalini Ceyrançölə köçürməyə cəhd göstərib.
Bu zaman ölkə yenə taxıl çatıĢmazlığı nigaranlığını yaĢayırdı. Türkiyə Azərbaycana ötənilki
qiymətlərlə 500 min ton taxıl göndərmiĢ, yaxın vaxtlarda bir o qədər də göndərməyi qərara
almıĢdı (həmin taxılın 50 min tonu Azərbaycana hədiyyə olacaqdı). Əbülfəz bəy 5 yanvarda
Türkiyənin kənd təsərrüfatı naziri Nəcməddin Cövhəri'ni qəbul edərkən söhbət əsasən bunun
üzərində getdi. Bu fakt ölkəmizdə çörək qıtlığı təhlükəsinin sovuĢmadığını göstərirdi.
Respublikada maliyyə vəziyyəti də hələ sabitləĢməmiĢdi. Bunun mühüm səbəbi vardı.
"Azərbaycan" qəzeti 8 yanvarda yazırdı: "Respublika Sənaye-Ġnvestisiya Səhmdar
Kommersiya Bankı üzrə debitor borcları 16 milyard rublu ötüb. Bunun 9 milyard rublu Rusiya
müəssisələrinin payına düĢür". (DəqiqləĢdirmə: 8 yanvar 1993-də 417 rubl 1 ABġ dolları
dəyərindəydi).
Türkiyədən ölkəmizə taxılla yanaĢı, xoĢagəlməz xəbərlər də gəlirdi. Azərbaycan prezidenti
mətbuat xidmətinin məlumatında ("Azərbaycan" qəzeti, 12 yanvar) bildirilirdi ki, Türkiyənin
"Sabah" qəzeti 6 yanvar tarixli sayında baĢ nazir Süleyman Dəmirəllə "Elçibəyi KQB təhrik
edir" sərlövhəli müsahibə dərc edib. Prezidentin mətbuat xidməti qəzetin S.Dəmirəlin sözlərini
təhrif etdiyini göstərsə də bu sözlərin ortaya çıxmasının özü baĢ nazirin Azərbaycan liderinə
"əziz dostum, qardaĢım" deyəcək səmimiyyətdə olmadığından soraq verirdi.
ELÇĠBƏY ĠQTĠDARININ ġĠKƏST ÖVLADI
Elçibəy iqtidarında həm icraedici, həm də qanunverici hakimiyyətlər çox çətinliklə olsa da,
vaxtın və Ģəraitin imkan verdiyi dərəcədə öz iĢlərini qaydaya sala bilmiĢ, hədsiz müqavimətlə
üzləĢərək cəmiyyəti irəli apara biləcək çox ciddi tarixi iĢlər görməyə baĢlamıĢdılar. Həm
prezidentin baĢçılıq etdiyi icraedici hakimiyyət, həm Ġsa Qəmbərin rəhbərliyi altındakı
qanunverici hakimiyyət qısa zaman içində dövlət müstəqilliyimiz yolunda xeyli vacib yeniliklər
etmiĢdilər. Ancaq üçüncü hakimiyyət - məhkəmə sistemi, təəssüf ki, nəinki yeniləĢməyə
baĢlamadı, əksinə, bu iĢin baĢında duranların (ilk növbədə Ali Məhkəmənin sədri Tahir
Kərimlinin) səriĢtəsizliyi ucundan o, yenilik yolunda əngələ çevrildi. Belə ki, rüĢvətxorluqla,
korrupsiyayla, iqtisadi maxinasiyalarla, müxtəlif baĢqa cinayətlərlə dövləti sarsıtmağa
çalıĢdığına görə vəzifədən uzaqlaĢdırılan kriminal səciyyəli Ģəxslərin əksəriyyəti xilas yolunu
məhkəmələrdə tapır, onların vasitəsilə yenidən iĢə bərpa edilərək hakimiyyətə meydan
oxuyur, onu devirmək istəyənlərin sosial bazasına çevrilirdi. Ġqtidarın vəzifədən
kənarlaĢdırdığı 63 "xüsusi əhəmiyyətli" Ģəxsdən 59-u məhkəmədə bəraət qazanaraq yenidən
öz iĢinə qaytarılmıĢdı və onlar, təbii ki, bu hakimiyyəti, yumĢaq ifadəylə desək, sevmirdilər.
Üçüncü hakimiyyət sahəsində görülən yeganə dəyərli iĢin təĢəbbüsçüsü də məhz prezidentin
özüydü! Belə ki, ölkədə QANUNUN ALĠLĠYĠNĠ təmin etmək arzusunda olan dövlət baĢçısının
fərmanıyla məhkəmə qərarlarının icrası sistemini təkmilləĢdirmək, bu sahədə iĢin təĢkilini
yaxĢılaĢdırmaq və cəza-tərbiyə iĢini humanistləĢdirmək məqsədilə DĠN-nin Ġslah ĠĢləri Ġdarəsi
tabeliyindəki bütün müəssisələrlə birgə (istintaq təcridxanalarından baĢqa) daxili qoĢun
hissələri də dünyanın digər demokratik dövlətlərində olduğu kimi Ədliyyə Nazirliyinin (ƏN)
tabeliyinə verildi. Bununla bağlı olaraq ƏN-də Məhkəmə Qərarlarının Ġcrası BaĢ Ġdarəsi təsis
edildi və onun sıravi heyəti "ədliyyə polisi" adlandırıldı. Rayon və Ģəhər məhkəmələrinin
tərkibində də ədliyyə polisi bölməsi yaradıldı ("Azərbaycan" qəzeti, 12 yanvar).
Məhkəmə hakimiyyətinin baĢçısı - Ali Məhkəmənin sədri Tahir Kərimli 13 yanvarda
"Azərbaycan" qəzetinə müsahibə verərək "ona görə hakimiyyətə gəlmiĢik ki, cəmiyyəti
qanunlarla idarə edək" söyləsə də indiyədək bu yolda konkret hansı iĢi ərsəyə gətirdiyini deyə
bilmədi. Onun sözlərindən aydınlaĢdı ki, yerlərdə Ali Məhkəmənin çıxardığı qərarların icra
edilməməsi halları var. Ümumiyyətlə, Tahir bəyin baĢlıca fəaliyyəti araverməz səmərəsiz
Ģikayətlərdən, bir də, həyat verməyə gücü çatmadığı müxtəlif sənədlərin ölü layihələrini
hazırlamaqdan ibarət oldu. Çox heyf ki, onun həm Prezident Aparatına, həm Milli Məclisə,
həm baĢqa dövlət qurumlarına, həm də öz tabeliyindəki məhkəmə sisteminə nüfuz edə
bilməməsi nəticəsində üçüncü hakimiyyət Elçibəy iqtidarının ayaq aça bilməyən Ģikəst
övladına çevrildi.
Dövlət katibi Pənah Hüseynovun köməkçisi iĢləmiĢ Elçin PaĢayev söyləyir ki, T.Kərimli bir
xarici ölkəyə gedərkən məndən xahiĢ etmiĢdi ki, mən burada olmayanda müavinimi çağırıb
ondan iĢdən çıxmaq haqqında ərizə al, çünki o, mənim sözümə baxmır. Təsadüfi deyil ki,
məhz belə kəsərsizliyin nəticəsidir ki, 1993-ün iyunundan sonra Elçibəydənqalma icraedici və
qanunverici qurumlar öz simalarını pis-yaxĢı qoruyub saxlaya bilsələr, irticaya müqavimət
göstərsələr də yenilik ruhu aĢılanmamıĢ məhkəmələr çox asanlıqla yeni iqtidarın qisas alətinə,
dəyənəyinə çevrildi və ölkədə avtoritar rejimin yaradılmasına müstəsna yardım göstərərək
onun heç bir sifariĢindən boyun qaçırmaq cəsarətində bulunmadı.
Hakimiyyət bölgüsünün qanunçuluqla tənzimlənməsindəki problemlər Naxçıvanla mərkəzi
hakimiyyət arasındakı münasibətlərdə də yenə kəskinliklə üzə çıxmaqdaydı.
12 yanvarda
"Azərbaycan" qəzetinə müsahibə verən AXC Ordubad rayon Ģöbəsinin baĢçısı, millət vəkili
Fərəc Quluyev bildirirdi ki, Naxçıvanda ayrıca Dövlət Müdafiə Komitəsinin, Dövlət Gömrük
Komitəsinin, Xarici Ġqtisadi Əlaqələr Komitəsinin yaradılması Azərbaycanın vahid dövlət
atributlarına uyğun deyil. Yəni bütün bunlar Naxçıvanı ayrıca dövlət Ģəklinə salmaq niyyətində
olan simptomlardır. Müxbirin "Bu il dekabr ayının 7-sində çıxan "Ordubad" qəzetində
yazmısınız ki, Sirus, Nemət və Heydər üçlüyü fövqəladə sessiya vaxtı deyiblər ki, ĠRAN,
RUSĠYA, ERMƏNĠSTAN VƏ DQR NAXÇIVANI MÜSTƏQĠL DÖVLƏT KĠMĠ TANIYIB" sualını
Fərəc bəy belə cavablandırırdı: "Düz deyirsiniz, bu sözlər sessiya vaxtı deyilməyib, mitinqlərin
birində söylənilib. Əgər onlar bunu sübut etsələr ki, belə bir fikir heç bir yerdə səslənməyib,
qoy onda məni məhkəməyə versinlər. Mən isə məhkəməyə videokasetlər təqdim edərəm".
(Onlar ermənilərə qarĢı mərdliklə vuruĢmuĢ, Naxçıvanı alınmaz qalaya çevirmiĢ Fərəc bəyi
nəinki məhkəməyə verdilər, hətta ona 10 ildən artıq iĢ də kəsərək zindanlara atdılar).
Ordubadın niyə muxtar respublikanın hakimiyyət qurumlarına tabe olmaması haqqında
sorğusuna F.Quluyev orijinal cavab verir: "Naxçıvan Azərbaycana etinasızlıq göstərir. Biz
buna etiraz əlaməti olaraq birbaĢa Azərbaycanla hesablaĢmaq istəyirik. Lakin, təəssüflər
olsun ki, hələlik buna nail ola bilməmiĢik".
Əbülfəz bəy sabitliyin qorunmasında ən çox marağı olan Ģəxs kimi ölkədə vətəndaĢ
həmrəyliyi yaratmağı ən ümdə vəzifələrdən biri sayırdı. 13 yanvar 1993-də onun
respublikadakı siyasi partiyaların nümayəndələriylə görüĢü də bu istəkdən doğmuĢdu. GörüĢə
həm iqtidarpərəst, həm də müxalifət partiyalarının təmsilçiləri qatılaraq çıxıĢ etdilər.
BaĢlıca mövzusunu dövlət quruculuğu problemləri təĢkil edən görüĢdə prezident bəyan etdi
ki, MAY AYINDA PARLAMENT SEÇKĠLƏRĠNĠN KEÇĠRĠLMƏSĠ NƏZƏRDƏ TUTULUR.
"Sovet dövründən qalmıĢ iyrənc, betonlaĢmıĢ aparatı dağıtmaq lazımdı. Dağıtmaq, sadəcə,
sökmək deyil - gərək çoxlu qanunlar yaradılsın ki, o, ləğv edilsin. Yeni aparatın qurulmasıyçün
də müxtəlif qanunlar verilməlidir. Deməli, iki iĢ eyni vaxtda görülməlidir. Özü də bu ağırlığın
hamısı parlamentin üstünə düĢür. Parlamentimiz bu məsələ üzərində gecə-gündüz iĢləyirdi,
amma tam gücüylə iĢləyə bilmirdi - mane olanlar çoxdu; onlar keçmiĢ parlament üzvləriydi.
KeçmiĢdə bir çox millət vəkillərini parlament fəaliyyətindən uzaqlaĢdırdığımıza görə onlar
müqavimət göstərirdilər ki, parlamenti yenidən bərpa etsinlər, o, "Milli Məclis" adıyla yox,
keçmiĢ Ali Sovet kimi fəaliyyət göstərsin. Bir tərəfdən, bu müqavimət normal iĢləməyə imkan
vermirdi və biz bu sahədə çətinlik çəkirdik. BaĢqa tərəfdən, yenini qurarkən ortaya suallar
çıxırdı: biz bunu tələsik edəkmi, yoxsa zamana buraxaraq tədricən edəkmi? Deyək ki, 5 ilə
görəcəyiksə ilk növbədə nələri etməliyik?"
. (Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. -
"Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.34).
AMĠP-in sədri Etibar Məmmədov bildirdi ki, indiki parlament qanuni olmadığından o,
Konstitusiya qəbul edə bilməz. Qanuni, demokratik Konstitusiyanı qanuni, demokratik
parlament təsdiqləməlidir. Etibar bəyə etiraz edən Sabir Rüstəmxanlısa dedi ki, Azərbaycanda
demokratik dövlətin yaradıldığını elan edənlər çar dumasının deputatlarıydı, ancaq o vaxt heç
kəs onların qərarlarını qeyri-qanuni saymamıĢdı.
Ali Sovetin ozamankı sədri Ġsa Qəmbər'in dedikləri bu məsələni ən obyektiv Ģəkildə
aydınlaĢdırır: "Bunu bilirəm ki, o bir ildə parlamentdə qəbul edilən qanun və qərarların istər
kəmiyyət, istər keyfiyyət göstəriciləri çox yüksəkdi. Ġstər baĢqa dövlətlərin parlamentlərinin
birillik dövrüylə, istərsə də bizdən sonrakı parlamentin bir neçə ildə gördüyü iĢlə Azərbaycanın
ozamankı parlamentinin fəaliyyəti arasında paralellər aparılsa əməyimiz bizdən sonrakı
hakimiyyətlə müqayisədə birmənalı Ģəkildə, digər dövlətlərin parlamentləriylə müqayisədəsə
xeyli dərəcədə müsbət qiymətləndirilə bilər.
Ancaq gərək heç nəyi ideallaĢdırmayaq, çünki həmin parlament - Milli Məclis cəmi 50
nəfərdən ibarətdi ki, onlardan 25-i keçmiĢ partnomenklatura nümayəndəsi, 25-i demokratdı.
Sözsüz ki, bir dövlətin parlamenti üçün 50 nəfər azdır. Məsələləri həll edib çatdırmaq
olmurdu. Həm də bu parlamenti əslində xalq seçməmiĢdi. Doğrudur, onların içində nüfuzlu
adamlar da vardı (partnomenklaturaçıları da kənara qoymuram - onların arasında da elələri
vardı ki, normal seçkidə seçilə bilərdilər), ancaq, hər halda, o parlament xalqın seçdiyi tam
legitim qurum yox, eksperimental bir qurumdu. Milli Məclisin yaranması Azərbaycan xalqının
uğurlarından biri kimi qiymətləndirilməlidir. Mürəkkəb durumda vəziyyətdən belə çıxıĢ yolu
tapılmıĢdı ki, 360 nəfərlik parlamenti 50 nəfərlik, paritet əsasında formalaĢmıĢ Milli Məclis
əvəz etsin. Bəli, həmin parlamentin qüsurları da vardı, iĢ qabiliyyəti də həmiĢə arzu olunan
səviyyədə deyildi, bir sıra komissiyaların baĢçıları keçmiĢ partnomenklaturaçılardı və məncə,
onların bəziləri qanun layihələrinin müzakirələrini Ģüurlu Ģəkildə sabotaj edirdilər (təəssüf ki,
belə hallar vardı). Bütün deyilənlərlə yanaĢı, görülən iĢin həcminə, keyfiyyətinə və
kəmiyyətinə bütövlükdə müsbət qiymət verməmək mümkün deyil".
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən).
Siyasi partiyalarla bu görüĢü milli birlik yolunda uğurlu addım sayan Bəy bir daha belə
tövsiyədə bulundu ki, Vətən təəssübü bütün siyasi mənafeləri üstələməlidir.
Yanvarın ortalarından Azərbaycanın müstəqilliyi baxımından fərəhli hadisələr meydana çıxdı.
13 yanvarda mətbuat xəbər verirdi ki, artıq Azərbaycanın ilk poçt zərfləri hazırdır və bu
günlərdə Bakı köĢklərinə göndəriləcək. Ġlk zərflərimiz Əhməd Cavadın 100 illiyinə həsr
olunmuĢdu.
14 yanvardan üzübəri Lənkəran sərhəd dəstəsi respublikanın öz tabeliyinə keçdi.
Azərbaycandan Rusiya sərhədçilərinin təmizlənməsi Əbülfəz bəyin strateji məqsədlərindəndi.
O, 1999-un martında məsləkdaĢları qarĢısında çıxıĢ edərkən bildirdi ki, rus sərhədçilərini
sərhədlərimizdən götürməklə biz Rusiyanın türk dünyasına qarĢı yönəldilmiĢ möhtəĢəm
kəĢfiyyat sistemini darmadağın etdik, Rusiyanın PKK-ya yardımının qarĢısını aldıq və s. Rus
qoĢunu daha Ġrana girə, oradakı inqilabı yatıra bilməyəcək.
|