ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
elcibey11-Prezident Elçibəy


ARTIRMA 
"-Camaat  inana  bilmirdi  ki,  dünən  gördüyü  bir  fəhlə,  yaxud  adi  kasıb  balası  birdən-birə 
hansısa  çox  məsul  vəzifəyə  gəlsin,  çünki  öyrənmiĢdilər  ki,  milyonerlərin,  prokurorların, 
raykomların, bir sözlə, pulluların uĢaqları vəzifədə otura bilər. Camaat buna alıĢa bilmirdi...
 
-Bəli,  mən  Sizinlə  tamamilə  razıyam.  Təsəvvür  edin  ki,  heç  kəs  inanmırdı  ki,  adamı  iĢə 
rüĢvətsiz  qoysunlar.  Çoxlu  adamlar,  məsələn,  baĢ  nazirdən,  nazirdən,  yaxud  onu  vəzifəyə 

qoymuĢ hər hansı baĢqa Ģəxsdən soruĢurdu ki, bəs bu vəzifənin haqqı nə qədərdir? Biləndə ki 
iĢ rüĢvətsiz düzələcək, deyirdilər ki, haqqını götürməsəniz iĢim baĢ tutmayacaq - yəqin məni 
bir-iki aylığa götürürsünüz, sonra çıxaracaqsınız. Biz çalıĢırdıq ki, beyinlərdən bu psixologiyanı 
götürək; bundan ötrüsə həyatda inandırıcı nümunələr göstərmək lazımdı. Biz hamıdan öncə 
icra baĢçılarını rüĢvətsiz qoyduq, ancaq bunun həqiqətən belə olduğunu onlar ha desəydi də 
xalq  inanmırdı.  Sonra  icra  baĢçılarından  da  vəzifəyə  qoyduqlarından  rüĢvət  almamağı  tələb 
etdik. Minlərcə adamın özü vəzifəyə qoyulandan sonra inandı ki, yox, balam, bunlar doğrudan 
da almırlar. Bu inam kütlənin arasında yayılmağa baĢladı. Görürdülər ki, direktor qoyulub  - 
pul  verməyib,  müdir  qoyulub  -  ondan  rüĢvət  almayıblar.  Bax,  Sovet  dövründən  qalmıĢ  bu 
sosial psixologiyanı məhv etmək hakimiyyətimizin baĢlıca məqsədlərindən birinə çevrilmiĢdi
". 
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.53-54).  
Mənə  elə  gəlir  ki,  təkcə  bir  neçə  rayonda  görülmüĢ  iĢlərə  ötəricə  baxmaqla  baĢqa 
rayonlarımızda  da  hansı  iĢlərin  ortaya  qoyulduğunu  göz  önünə  gətirmək  və  Elçibəyin 
dediklərinin nə qədər doğru olduğuna inanmaq mümkündür. 
Zəlimxan  Məmmədovun  icra  baĢçısı olduğu  Xətayi  rayonunda həftənin  bir günü  "açıq  qapı" 
sistemiylə,  bir  gün  də  müəssisələrdə  səyyar  Ģəkildə  kütləvi  qəbullar  keçirilir,  vətəndaĢların 
Ģikayətləri yerindəcə və süründürməçiliyə yol verilmədən, aĢkarlıq Ģəraitində HALALLIQLA həll 
edilirdi.  Rayonda  yaradılmıĢ  "Demokratiya  və  hüquqi  yardım"  qrupu  (o,  sonradan  "Ziyalılar 
məclisi"nə  çevrildi)  əhali  arasında  demokratik  dövlət  quruculuğu  və  vətəndaĢların 
hüquqlarının  təbliği  sahəsində  geniĢ  iĢ  aparırdı.  Elçibəy  iqtidarını  xüsusən  çörəkbiĢirmə 
müəssisələrində  sabotaj  edənlərə  qarĢı  mübarizə  etməkçün  rayon  polis  idarəsiylə  birgə 
yaradılmıĢ  xüsusi  statuslu  "ictimai  nəzarət  qrupu"  sabotajların  qarĢısını  alırdı.  Nəqliyyat 
sahəsində  süni  yaradılmıĢ  gərginliyi  aradan  götürməkçün  rayon  büdcəsi  hesabına 
respublikada ilk dəfə olaraq "Xətayi rayon bələdiyyə avtosərniĢinnəqliyyat idarəsi" yaradıldı və 
o, qarĢısına qoyulmuĢ məqsədə tam nail oldu.  
Ġqtisadiyyatda ciddi dönüĢ edildi: 1993-ün I rübündə 1992-nin II rübünə nisbətən istehsalın 
həcmi  6  faiz,  xalq  istehlakı  mallarının  istehsalı  21  faiz  artdı.  H.Z.Tağıyev  adına  toxuculuq 
fabrikində  istehsal  100  faiz  bərpa  edildi,  ayrı-ayrı  yerlərdə  bir  çox  sexlər,  kiçik  zavodlar 
tikilərək  istifadəyə  verildi.  Vergidənyayınma  hallarının  minimuma  endirilməsiylə  rayon 
büdcəsinə əvvəlkindən 2 dəfədən artıq vəsait cəlb edildi. Sahibkarları polis, prokurorluq, vergi 
və  b.  orqanların  özbaĢınalığından  qorumaq  məqsədiylə  təsərrüfat  hesablı  "Sahibkarlığa 
yardım  idarəsi"  yaradıldı.  1992-nin  dekabrında  rayonda  TƏSƏRRÜFATLARDA  FÖVQƏLADƏ 
VƏZĠYYƏT  elan  edildi.  Bunun  nəticəsində  az  vaxt  içində  (1  ay  15  günə)  sıradan  çıxmıĢ  16 
kilometr  uzunluğunda  su  istilik  kəməri  tam  yeniləĢdirildi,  yaĢayıĢ  binalarında,  məktəb,  uĢaq 
bağçaları və səhiyyə müəssisələrində su istilik sistemləri yeniləriylə əvəzləndi, mərkəzi küçələr 
tam  iĢıqlandırıldı  (onlarda  gecələr  iĢıqları  yandırmadan  maĢın  sürmək  olurdu).  Fövqəladə 
rejim nəticəsində 526 iripanelli binadan 505-i (qalanlarının tikintisi yarımçıqdı), 36 məktəbdən 
34-ü, 56 uĢaq bağçasından 55-i, 14 səhiyyə müəssisəsindən hamısı istiliklə tam təmin edildi 
(halbuki  öncəki  illərdə  bu  binaların  qızdırılması  dayandırılmıĢdı).  Mənzillərin 
özəlləĢdirilməsində  bürokratik  süründürməçiliyin  qarĢısını  almaqçün  RĠH  vətəndaĢların 
ərizəsinə 20 günə baxılmasını tələb edən qərar çıxardı.  
Rayonda  aparılmıĢ  gərgin  iĢin  yalnız  az  bir  hissəsini  təĢkil  edən  bu  sadaladıqlarıma  bənzər 
fəaliyyətə  baĢqa  rayonlarda  da  rast  gəlirik.  Bütün  bunlar  Elçibəy  hakimiyyətinin  xalqa  nə 
qədər  doğma  və  yaxın  olduğunu  göstərir. 
"Gəldiniz,  gördük  də"  ifadəsini  xüsusən  indi  də 

təkrarlayan insanların görmə orqanının sağlamlığına inanmaq mümkünsüzdür...
 
Osman Qunduzovun rəhbərlik etdiyi Balakəndə hər Ģeydən öncə ən mühüm sosial məsələ - 
milli  münasibətlər  ədalətlə  həll  edilmiĢ,  rayonda  son  onilliklərdə  ilk  dəfə  olaraq  türk 
çoxluğunun  hakimiyyətdə  üstünlüyü  bərpa  edilmiĢdi.  600-ə  yaxın  ailəyə  təmənnasız  torpaq 
sahəsinin  verilməsi,  rayonda  aparılan  abadlıq  iĢləri,  əhalinin  gündəlik  ehtiyaclarına  qayğı 
göstərilməsi,  hər  bir  sahədə  ədalətin  gözlənilməsi  və  b.  bu  iqtidarı  əhaliyə  ürəkdən 
sevdirmiĢdi. Rayonda elə bir sağlam mühit yaranmıĢdı ki, hətta 10 il qabaq nəyisə oğurlanmıĢ 
vətəndaĢ polisə üz tutur və onun tapılacağına inanırdı.  
Müqəddəs  Mehdiyevin  baĢçılığı  altında  qısa  müddətdə  Xaçmaz  rayonunda  hər  sahədə  ciddi 
dönüĢ  yaradıldı.  Əhalinin  yoxsul  təbəqəsinə  büdcədənkənar  fonddan  yardım  kampaniyası 
aparıldı,  Ģəhid  ailələrinin  problemlərinin  həlli  ĠH-nin  gündəlik  iĢi  elan  edildi,  qaçqınların 
ərzaqla  təminatı  birdəfəlik  yoluna  qoyuldu.  Müqəddəs  bəyin  icra  baĢçısı  olduğu  bir  il 
müddətində Xaçmaz və Xudat Ģəhərlərinin əhalisi içməli sudan ötrü dövlətə pul ödəməkdən 
azad  edildi,  Xaçmaz  rayonu  tarixində  ilk  dəfə  olaraq  balıq  və  qara  kürü  satıĢa  çıxarıldı  (bu 
məhsullar  əhaliyə  bəzi  hallarda  pulsuz  verilirdi),  rayonun  mərkəzi  xəstəxanası  qızıl  balıqla 
pulsuz  təmin  edildi,  müəllimlərin  vaxtaĢırı  ərzaqla  təmin  edilməsi  nəzarətə  götürüldü, 
idarələrdə Ģikayətçilərin qəbulundakı bütün əngəllər yığıĢdırıldı (icra hakimi bir gündə 80-100 
nəfərin  Ģikayətini  dinləyirdi).  Prezident  Elçibəyin  1992-93-üncü  illərdə  milli  azlıqlarla  bağlı 
siyasətiylə,  eləcə  də  sərhəd  və  gömrük  sisteminin  yaradılmasıyla  bağlı  təĢəbbüslərinin 
gerçəkləĢdirilməsi sahəsində də Xaçmaz rayonunda ürəkaçan ciddi iĢlər görüldü.  
Ədalət Yusubovun icra baĢçısı təyin edildiyi vaxtdan Salyan rayonunda da hər baxımdan ruh 
yüksəliyi  və  tərəqqi  özünü  göstərdi.  Rəhbərliyin  əhaliyə  və  əməkçiyə  qayğısı  öz  bəhrəsini 
göstərdi. Məsələn, 1992-də Salyanda hər hektardan 31,6 sentner taxıl götürüldü (son illərdə 
rekord göstərici). Rayonda pambıq sahəsinin hesabına taxıl əkinlərinin geniĢləndirilməsi kimi 
faydalı ideya da o vaxtdan həyata keçirilməyə baĢlandı. Sənayedə də ciddi irəliləyiĢlər oldu. 
Rayonda  3-4  min  adamın  iĢləyə  biləcəyi  40-50  min  tonluq  Ģəkər  istehsal  edən  kombinatın 
inĢasında  mühüm  iĢlər  görülmüĢdü.  Salyanın  bir  sıra  xarici  dövlətlərin  firmalarıyla  birbaĢa 
əlaqələri yaradılmıĢdı. Bu əlaqələrin geniĢləndirilməsi rayon əhalisinin rifahını təmin edəcəkdi. 
Əhalinin  sosial  ehtiyaclarının  ödənilməsini  hakimiyyətin  vacib  məsələsi  sayan  Ədalət  bəyin 
birbaĢa  rəhbərliyi  və  nəzarəti  sayəsində  Salyanda  1  ildə  30  mənzilli  4,  20  mənzilli  2,  40 
mənzilli 1, 16  mənzilli 1 yaĢayıĢ  evi  sakinlərin  istifadəsinə  verildi.  5 təsərrüfatda  200 baĢlıq 
mal  tövləsi,  2  təsərrüfatda  500  tonluq  mərkəzi  xırman  və  taxıl  anbarı,  25  yerlik  kənd 
xəstəxanası,  məiĢət  evi,  120  yerlik  əlavə  sinif  otaqları  və  b.  çoxlu  obyektlər  tikilib  təhvil 
verildi. 
Ehtiram Əliyevin Binəqədi rayonunda icra baĢçısı iĢlədiyi bir ildə rüĢvətxorluq və korrupsiyanın 
qarĢısı əsasən alındı, iqtisadiyyatın özəl bölməsinin yaradılmasında ciddi ilkin addımlar atıldı, 
müharibə  bölgələrinə  dəfələrlə  yardım  göstərildi, Qarabağ uğrunda döyüĢlərdə  Ģəhid  və əlil 
olmuĢ soydaĢlarımızın baĢlıca sosial problemləri həll edildi, vətəndaĢlarçün yaĢayıĢ sahələrinin 
tikintisi  63%  artdı,  ev  növbəsinə  duran  vətəndaĢlara  torpaq  sahələri  ayrıldı  və  ev  tikməyə 
uzunmüddətli  kredit  verildi,  məktəb  və  uĢaq  bağçalarının  az  qala  hamısı  təmir  edildi, 
bataqlığa çevrilmiĢ ərazilərin qurudulmasından ötrü böyük nasos stansiyaları tikildi və b. 
Rasət  Ağayevin  baĢçılıq  etdiyi  Beyləqan  rayonunda  əhalinin  sosial  vəziyyəti  xeyli 
yaxĢılaĢmıĢdı.  Dövlət  büdcəsindən  maliyyələĢən  təĢkilatların  əməkdaĢlarının  maaĢının 
ödənilməsində heç bir problem qalmamıĢdı. Əsgər ailələrinə, orduya həm maddi, həm mənəvi 

yardım ciddi diqqət mərkəzindəydi. Beyləqanın atəĢ xəttində qulluq edən bütün hərbçilərimiz 
rayon rəhbərliyinin bir an da zəifləməyən qayğısını hiss edirdilər.  
Beyləqanda 1992-də iqtisadi göstəricilər 1993-üncü illə müqayisədə xeyli yüksəlmiĢdi. 1992-
də, məsələn, pambıq istehsalı 38 min tona (1993-də - 16 min ton), qoyunların sayı 14.716 
baĢa  (1993-də  -  7.713  baĢ),  qara  malın  sayı  8.800  baĢa  (1993-də  -  hədsiz  azalıb),  taxıl 
tədarükü hər hektardan 38,4 sentnerə (1993-də - 16 sentner), üzüm tədarükü 40.800 tona 
(1993-də  -  7.000  ton),  yun  tədarükü  20  tona  (1993-də  -  olmayıb)  çatdırıldı.  Əhalinin  real 
gəlirləri də buna uyğun olaraq xeyli artmıĢdı. Rayonda iĢsizlik problemi, demək olar ki, əsasən 
həll edilmiĢdi.  
Xatırladıram ki, bunlar Elçibəy dövründə Azərbaycan rayonlarında yeni hakimiyyət kadrlarının 
gördüyü iĢlərin ən cüzi bir hissəsidir. 
23 DEKABR XƏYANƏTĠ 
23 dekabr 1992-ci il Azərbaycanın çağdaĢ tarixində ən böyük xəyanətin baĢ verdiyi gündür. 
Bu  gün  yurdsatanlar,  elsatanlar  Azərbaycanın  10  ildən  artıqdır  içində  qovrulduğu  əzablara, 
daim irinləyən Qarabağ yarasına birdəfəlik son qoyacaq bir hərbi əməliyyatı pozdular, onun 
baĢ  tutmasının  qarĢısını  aldılar.  Nədənsə,  ümumi  sözlərlə  çox  danıĢılsa  da  bu  xəyanətin 
incələnməsinə  heç  bir  ədəbiyyatda  rast  gəlməmiĢəm  (bəlkə  də  elə  məlumatlar  var,  ancaq 
mənə bəlli deyil). Ona görə də polkovnik Oqtay Məmmədovun "Elçibəy ilə otuz il" kitabında 
qələmə  aldığı  faktlar  Ģəxsən  mənimçün  çox  maraqlıdır.  Əsərin  Türkiyədə  çıxdığını  və 
Azərbaycan oxucusunun onunla tanıĢ olmasının hədsiz çətinliyini göz önünə alaraq adı çəkilən 
əsərdə 23 dekabr xəyanətiylə bağlı hissəni (64-67-ci səhifələr) aĢağıda bütövlüklə verirəm. 
O.Məmmədov yazır ki, həmin gün Azərbaycan tarixinə qara bir ləkə kimi düĢdü və mən qəti 
Ģəkildə inanıram ki, nə vaxtsa 23 dekabr təqvimə də qara gün kimi, xainlərin lənətlənən günü 
kimi  yazılacaq.  Əgər  xainlər  və  xəyanətkarlar  olmasaydı  həmin  gün  Azərbaycan  tarixinə 
Ģərəfli bir gün kimi düĢə bilərdi - Xankəndinin ermənilərdən azad olunma günü kimi… 
23  dekabr  1992-ci  il  axĢam  saat  21.00-da  Xankəndini  (Stepanakerti)  ermənilərdən  azad 
etmək üçün Azərbaycan ordusu xüsusi döyüĢ əməliyyatlarına baĢlamalı idi.  
Əməliyyat planına görə, Azərbaycan ordusu iki istiqamətdə Xankəndinə hücum edib saat 23-
də əməliyyatı baĢa çatdırıb Ģəhəri erməni qüvvələrindən azad etməli idi.  
Əməliyyatda Sırxavənd kəndi istiqamətində (Xankəndinə 11 km qalmıĢdı) Nəcməddin Sadıqov 
və Sərdar Həmidov, Vəng kəndi istiqamətində isə Surət Hüseynov rəhbərlik etməli idi. Rəhim 
Qazıyev isə bütün imkanları ilə Surət Hüseynovu dəstəkləyirdi.  
Saat  21.00-da  həyətə  çıxan  prezident  düz  saat  23.00-a  qədər  çox  narahat  vəziyyətdə 
həyətdə var-gəl edir, bir yerdə dayana bilmirdi.  
Nəcməddin Sadıqovla telefon danıĢığında onun dediyi "saat 23-də Sizə Xankəndindən telefon 
edəcəyəm"  sözünə  Elçibəy  "onda  mən  də  Sizə  "cənab  general"  deyə  müraciət  edəcəyəm" 
sözləriylə cavab vermiĢdi. 
 
Həmin  vaxt  Xankəndindən  çox  sevindirici  kəĢfiyyat  məlumatları  gəlirdi.  Məlumatlara  görə, 
bütün Dağlıq Qarabağda təxminən iyirmi-otuz min erməni qalmıĢdı və imkanı olanlar bütün 
vasitələrdən istifadə edərək Dağlıq Qarabağdan çıxırdılar. Hətta Kəlbəcərdə xüsusi bələdçilər 
əmələ  gəlmiĢdi  ki,  onlar  ermənilərdən  pul  alıb  bələdçilik  edərək  Ermənistana  keçirirdilər. 
KəĢfiyyat məlumatlarına görə, ermənilər panika içində idilər və yüngül bir hücum Xankəndinin 

ermənilərdən azad olunması ilə nəticələnəcəkdi.  
Saat  23  tamam  oldu,  lakin  döyüĢ  bölgəsindən  heç  bir  məlumat  yox  idi.  Prezient  CavanĢirə 
(CavanĢir  Vəliyevə  -  Ə.T.)  dedi  ki,  get  Nəcməddinlə  əlaqə  saxla,  görək  nə  oldu.  Bir  neçə 
dəqiqə sonra dönüb məruzə etdi ki, əməliyyat baĢ tutmayıb.  
Əməliyyatın baĢ tutmamasında hər iki tərəf bir-birini günahlandırırdı. 
Bu hadisədən bir qədər keçəndən sonra - yanvarın 1-də Surət Hüseynov xəyanətlə dolu bir 
əmr  imzalayır.  Həmin  əmrə  görə,  Azərbaycan  Silahlı  Qüvvələri  Xankəndinin  arxasında  olan, 
ağır  döyüĢlər  bahasına  ermənilərdən  azad  edilmiĢ  doqquz  kəndi  boĢaldıb  geri  çəkildi  və 
erməni qüvvələri bir güllə belə atmadan gəlib həmin kəndlərdə mövqe tutaraq Xankəndinin 
arxasını möhkəmləndirdilər. 
23 dekabr əməliyyatının pozulması hadisəsi məni həmiĢə narahat edirdi və 1994-cü ildə mən 
ayrı-ayrı  vaxtlarda  hər  iki  mövqedə  batalyon  komandiri  olmuĢ  zabitlərlə  görüĢdüm.  Ən 
qəribəsi bu olu ki, onlar bir-birindən xəbərsiz bu məsələni təxminən eyni cür izah etdilər. Mən 
özüm də, demək olar ki, eynilə onların dediyi kimi fikirləĢirdim.  
Onların dediklərindən bu nəticəni çıxarmaq olardı ki, bu əməliyyatın baĢ tutmamasını hər iki 
tərəf istəməyib. Bunun səbəbini də onlar belə izah etdilər:  
Birincisi, Xankəndinin erməni qüvvələrindən azad edilməsini Rusiya istəmirdi. 
Ġkincisi,  bu  Ģəxslər  belə  hesab  edirdilər  ki,  Qarabağın  məsələsi  artıq  həll  olunub  və  bunu 
istədikləri vaxt edə bilərlər. Belə olan halda niyə Xankəndinin azad olunması Elçibəyin adı ilə 
bağlansın? Onlar belə hesab edirdilər ki, Elçibəyin məsələsini həll etdikdən sonra Xankəndinin 
məsələsini çox  asanlıqla  həll edə biləcək  və millətin gözündə həqiqi  qəhrəman  kimi görünə 
biləcəklər.  
Bu  cür  xainlərin  təsiri  altında  sonradan  Rəhim  Qazıyev,  Surət  Hüseynov  və  onlara  yardım 
edən  Əvəz  ġükürov,  Saday  Nəzərov  və  baĢqaları  Kəlbəcər  rayonunu  da  erməni-rus 
birləĢmələrinə təslim etdilər. 
ĠSLAHATLAR ÜZRƏ PREZĠDENT PROQRAMININ YENĠ VARĠANTI DA HAZIRLANDI 
Dekabrın  ikinci  yarısında  ölkədə  iqtisadiyyatın  dirçəldilməsiylə  bağlı  bir  sıra  mühüm  iĢlər 
görüldü. 
Gəlirin 70-80 faizinin müəssisənin əlindən alınması istehsalda ləngimə yaradırdı, çünki maddi 
maraq  ölürdü.  Bunun  qarĢısını  almaqdan  ötrü  təxirə  salmadan  vergi  sisteminin  kompleks 
yumĢaldılmasının  qanunvericilik  əsasları  yaradılmalıydı.  Ancaq,  çox  təəssüf  ki,  müstəqil 
dövlətin nəinki vergi qanunları, hətta bu qanunları gerçəkləĢdirə biləcək dövlət qurumları və 
kadrları  da  yoxdu.  Bunların  hamısının  yetiĢdirilməsisə  üç-beĢ  günün  iĢi  deyildi.  Ancaq  yeni 
hökumət  bütün  vasitələrlə  bu  sahədə  də  irəliləyiĢə  can  atırdı.  Prezidentin  1  dekabrda 
imzaladığı  (1  yanvar  1993-dən  qüvvəyə  minən)  "Büdcə  sistemi  haqqında"  qanun  ölkənin 
maliyyə sisteminin nizamlanmasında mühüm mərhələ oldu. 
Bu  vaxt  artıq  dünyanın  90  ölkəsiylə  əməkdaĢlıq edən  Azərbaycanın  Beynəlxalq  Bankda  103 
milyon  dollar  pulu  vardı.  Xarici  iqtisadi  əlaqələrimizdə  birinci  yeri  Ġran,  ikinci  yeri  Ġngiltərə, 
üçüncü  yerisə  Türkiyə  tuturdu.  Ölkədə  340  müĢtərək  müəssisə  vardı  və  xarici  ölkələrin  9 
Ģirkətinin filialı qeydə alınmıĢdı. 
Respublika  ərazisindəki  xəlvəti  iqtisadiyyat  iĢbazları  və  mafioz  qurumlar  əslində  özlərinin 

idxal-ixrac  sahəsindəki  BÜTÜN  FƏALĠYYƏTĠNĠ  DAYANDIRMIġDILAR.  Bu,  əmtəələrin 
lisenziyalaĢdırılması  və  bağlanan  müqavilələrin  hamısının  ən  ciddi  yoxlanılması  sayəsində 
mümkün  olmuĢdu.  Güclü  dövlət  qurmaq  istəyən  Azərbaycan  prezidenti  Əbülfəz  Elçibəy 
sahibkarlarımızla söhbətdə HALALLIQ prinsipindən söz açarkən elə bunları nəzərdə tuturdu. 
Sözsüz  ki,  HALALLIQ  dövləti  və  Ģəxsən  prezidenti  nə  qədər  təmin  etsə  də  70  il  boyunca 
HARAMA  öyrəĢmiĢ,  indisə  divara  söykədilmiĢ  kommunist  mafiozlar  bunun  qisasını  almağa 
hazırlaĢırdılar.  Onların  həlledici qismi  Nazirlər Kabinetində  əyləĢirdi. Məhz  bunu  göz  önündə 
tutan  Tofiq  Seyidovun  sədrlik  etdiyi  AXC  Ġcraiyyə  Komitəsi  bəyanat  verdi.  19  dekabrda 
mətbuatda  dərc  edilmiĢ,  Nazirlər  Kabinetini  artıq  struktur  sayan  həmin  sənəddə  deyilirdi: 
"Prezident  Aparatı  ilə  Nazirlər  Kabinetinin  paralellik  təĢkil  etməsi  çoxsaylı  bürokratik 
süründürməçilik  hasarı  yaradır  ki,  bu  da  xalqın  haqlı  narazılığına  səbəb  olur.  YERLƏRDƏ 
KÖHNƏ ĠDARƏETMƏ VƏ TƏSƏRRÜFAT STRUKTURLARI DAĞILMIġ, YENĠ STRUKTURLAR ĠSƏ 
YARADILMAMIġDIR.  [...]  Son  vaxtlar  respublikada  sosial  gərginliyin  artması  bir  daha  sübut 
edir  ki,  Nazirlər  Kabineti  nəinki  öz  iĢini  yeni  tələblərə  uyğunlaĢdırmamıĢ,  hətta  gözlənilən 
islahatların həyata keçirilməsində ƏSAS MANEƏYƏ çevrilmiĢdir". 
Bəyanatda  Azərbaycan  prezidentinin  totalitar  rejimdən  miras  qalmıĢ  bürokratik  idarəçilik 
aparatının maneələrini dəf edəcəyinə inam ifadə edilirdi. 
ARTIRMA 
"
-…Yeri gəlmiĢkən, mühüm bir qanun da hazırlayırdıq - məmurlar haqqında qanun. Türkiyədə 
və  baĢqa  ölkələrdə  sədr  də  məmur  sayılır.  Siyasi  hakimiyyət  dəyiĢir,  sədr  dəyiĢilmir.  Siyasi 
hakimiyyət dəyiĢir, direktor dəyiĢilmir, çünki onu zavod seçib. Yaxud, deyək ki, məktəb müdiri 
dəyiĢdirilə  bilməz,  onun  siyasi  hakimiyyətə  dəxli  yoxdur.  Bu  məmurlar  hər  4  ildən  bir 
müsabiqə  yoluyla  seçilir.  Məsələn,  bir  məktəbin  direktorluğuna  10  nəfər  ərizə  verir, 
müsabiqədən keçən direktor olur. Daha onun siyasi hakimiyyətə dəxli yoxdur. O müəllimin, 
məktəb direktorunun siyasi xadimlərin mənafeyinə qulluq göstərməyə marağı olmur. Burada 
nə cür maraq ola bilər - sədr də, məmur da fikirləĢir ki, siyasi hakimiyyət dəyiĢir - dəyiĢsin, 
mənə  dəxli  yoxdur.  Mən  müsabiqəylə  gəlmiĢəm.  O,  özüyçün  çalıĢır  ki,  yaxĢı  müəllim  olum, 
yaxĢı direktor olum, yaxĢı alim, yaxĢı akademik olum, yaxĢı idarə edim ki, müsabiqədə 4 ildən 
sonra uduzmayım, yenə mən keçim.
 
-Bu qanunun nə vaxt qəbul ediləcəyi gözlənilirdi?
 
-1993-ün  sonunda  qərar  qəbul  olunacaqdı,  1994-də  bunun  həyata  keçirilmə  mexanizmi 
gerçəkləĢdiriləcəkdi
". 
 
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.37-38).  
Elçibəy  iqtidarı  Naxçıvanda  da  əhalinin  sosial  durumunu  yaxĢılaĢdırmaq,  bu  bölgəni 
blokadadan çıxarmaqçün ən müxtəlif tədbirlərə əl atırdı. Ġranla aparılmıĢ danıĢıqların uğurla 
nəticələnməsi  də  blokadaya  son  qoyan  amil  oldu.  Artıq  dekabrın  ortalarından  baĢlayaraq 
Bakıdan  qatarlar  Füzulinin  Horadiz  stansiyasınadək  gedir,  oradan  maĢın,  avtobus  karvanları 
Ġrandan  keçərək  Naxçıvana  hərəkət  edirdi.  Bu,  Naxçıvanda  vəziyyətin  xeyli  yaxĢılaĢmasına 
səbəb oldu.  
Ancaq  burasını  da  gözdən  qaçırmayaq  ki,  Naxçıvanda  iqtisadi  durumun  pisləĢməsi  yalnız 
blokadayla izah oluna bilməz - Naxçıvanın yerli hakimiyyəti vəziyyəti yaxĢılaĢdırmaqda nəinki 
bacarıqsızdı,  həm  də  bu  yöndə  görülən  bir  çox  tədbirlərə  əngəl  törədirdi.  Məsələn,  ABġ-ın 
hələ  sentyabr  ayından  Sədərək  əhalisinə  göndərdiyi  humanitar yardım  dekabrda  da qəsəbə 

əhalisinə çatdırılmamıĢdı. Bakıdan Naxçıvana göndərilən yardımlardan da H.Əliyev öz xeyrinə 
təbliğat Ģouları düzəltməkdə yararlanmağa çalıĢırdı.  
Pənah Hüseynov bir müsahibəsində Elçibəy iqtidarını nəzərdə tutaraq deyir: 
"Biz Naxçıvanın 
inkiĢafı  üçün  geniĢ  plan  hazırlamıĢdıq.  Yeri  gəlmiĢkən,  Azərbaycanın  mərkəzi  hökuməti 
tərəfindən  Naxçıvana  edilmiĢ  10  milyonlarla  deyil,  100  MĠLYONLARLA  DOLLARLIQ 
KÖMƏKLĠKLƏR  BARƏDƏ,  NƏDƏNSƏ,  SUSULUR.  O  vaxt  belə  qələmə  verilirdi  ki,  GUYA  BU, 
NAXÇIVANIN  YERLĠ  HAKĠMĠYYƏTĠ  TƏRƏFĠNDƏN  HƏYATA  KEÇĠRĠLƏN  TƏDBĠRLƏR  OLUB. 
Hətta  Naxçıvanın  mərkəzi  hökumət  tərəfindən  guya  blokadaya  alınması  barədə  Ģayiə 
yaymıĢdılar"
 ("Yeni Müsavat", 16.04.1999). 
Dekabrın sonuna yaxın ölkədə neft hasilatı da sabitləĢdi. Bu, ilk növbədə Azərbaycan Dövlət 
Neft ġirkətinin prezidenti Sabit Bağırovun əməyinin nəticəsiydi. O, vur-tut üç ay yarıma iĢdə 
dönüĢ  yaratmağı  bacarmıĢdı.  Sabit  bəy,  məncə,  buna  ilk  növbədə  neftçilərin  sosial 
problemlərinin həlli sayəsində nail olmuĢdu. Belə ki, Azərbaycan Neft və Qaz Sənayesi ĠĢçiləri 
Azad  Həmkarlar  Ġttifaqının  sədri  Mirmöhsün  Mahmudovun  mənə  söylədiklərinə  görə,  ġirkət 
bu sahədə mühüm iĢlər görmüĢdü.  
Mirmöhsün bəy 1992-ni xatırlayaraq bildirdi ki, Sabit Bağırov ġirkətə baĢçılıq edəndən sonra 
qısa  vaxt  ərzində  kartotekadakı  bütün  borclar  ləğv  edildi  və  əlavə  milyardlarca  manat  gəlir 
əldə edildi. Bundan sonra prezident Əbülfəz Elçibəylə görüĢdüyümüz zaman neçə illər qabaq 
mənə dediyi bu sözlərini xatırlatdım ki, Kreml hakimiyyətinin Azərbaycan neftçisini iĢlədərək 
qazandığı 5 manatdan ona 5 qəpik verdiyindən Ģikayətlənirdiniz, ancaq indi müstəqil dövlət 
olan  Azərbaycanda  da  neftçi  yenə  qəpik-quruĢ  alır.  Əbülfəz  bəy  tapĢırdı  ki,  gedin, 
neftçilərimizin  əməkhaqqını  nə  qədər  mümkündürsə  artırın.  Məhz  bu  göstəriĢ  və  neftdən 
gələn  gəlirin  HALAL  xərclənməsi  sayəsində  neft-qaz  sənayesi  iĢçilərinin  əməkhaqqı 
Azərbaycan  tarixində  heç  vaxt  görünməyən  səviyyədə  artırıldı.  TutuĢdurmaqçün  deyim  ki, 
Əbülfəz Elçibəyin prezident kimi maaĢı 50 min rubldu, ancaq neftçilərin orta əməkhaqqı 40-
50 min rubl arasındaydı, ġirkətin prezidenti və mən 62 min manat alırdıq, dəniz neftçilərinin 
gəlirisə  bizimkindən  də  yüksəkdi,  çünki  onlarçün  çoxlu  güzəĢt  əmsalları  da  nəzərdə 
tutulmuĢdu.  Biz  Sabit  bəyin  prezident  olduğu  1  ildən  az  müddətdə  neft-qaz  sənayesi 
iĢçilərindən  ötrü  1.268  mənzil  tikdirərək  onlara  pulsuz  təhvil  verdik.  Bütün  bunlara  görə 
neftçilər  fədakarlıqla  iĢləyirdilər  və  iqtidara  dərin  rəğbət  bəsləyirdilər  (bu  rəğbət  indiyədək 
dəyiĢməz qalır).  
Yeri  gəlmiĢkən,  Bəydən  onun  iqtidarında  çalıĢmıĢ  yüzlərcə  ən  təmiz  dövlət  qulluqçusundan 
biri  olmuĢ  Sabit  Bağırov  haqqında  eĢitmiĢəm  ki,  əcnəbi  neft  Ģirkətlərinin  rəhbərləri  Sabit 
Bağırovun  nə  qədər təmiz  iĢçi olmasından  mənə  heyranlıqla  danıĢırdılar.  Bir  dəfə  Sabit  bəy 
rəngi qaçmıĢ halda yanıma gələrək bildirdi ki, bir Ģirkətin baĢçısıyla görüĢümüzdən sonra bu 
saatı  stolumun  üstünə  qoyub  getdi.  Sabit  bəy saatı  mənə  göstərərək  soruĢdu ki,  indi  bunu 
neyləyim? Gülərək dedim ki, saatsızın birinə bağıĢla…  
Ümumdünya  Bankı  Azərbaycana  yardım  proqramının  həyata  keçirilməsinə  baĢladı.  Bank 
qarĢıdakı  üç  ildə  hər  il  Azərbaycana  100-150  milyon  ABġ  dolları  kredit  verməyi 
planlaĢdırmıĢdı.  Bu  yardımlar  ölkəmizdə  bazar  iqtisadiyyatının  yaradılması  məqsədiylə 
verilməliydi, iqtidar da məhz bu yolda çarpıĢırdı. 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin