ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ


  dəqiqədə  Naxçıvan  hava  limanında  Naxçıvan  MR  DĠN  əməkdaĢları



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   22   23   24   25   26   27   28   29   ...   37
elcibey11-Prezident Elçibəy


12.50  dəqiqədə  Naxçıvan  hava  limanında  Naxçıvan  MR  DĠN  əməkdaĢları 
tərəfindən Gəncə Ģəhəri Ordubadi küçəsi 64 №-li evdə yaĢayan Əliyev ġubay Yusif 
oğlu (1939-cu ildə anadan olub, evlidir, 6 uĢağı var, əvvəllər məhkum olunmayıb) 
Naxçıvan - Gəncə marĢrutu ilə uçası təyyarəyə heç bir yerdə qeydiyyatı olmayan, 
1943-cü  ildə  istehsal  edilmiĢ  06309  №-li  minomyotla  minmək  istəyərkən 
yaxalanmıĢdır. 
Naxçıvana gəliĢinin məqsədini açıqlayan ġ.Y.Əliyev izahatında yazmıĢdır: "Mən 30 
aprel  1993-cü  ildən  Naxçıvan  Ģəhərinə  gəldim  ki,  həmin  minomyotu  Gəncə 
Ģəhərinə aparam. Ondan əvvəl mən Ali Məclisin sədri H.Əliyevin yanında oldum… 
Mənim Naxçıvana gəlməkdə məqsədim mənə Ali Məclis tərəfindən verilmiĢ QAZ-
2410 markalı avtomaĢının sənədlərini almaq idi" 
AxĢam saat 17-18 radələrində Ali Məclisdən DĠN-ə zəng edərək ġ.Y.Əliyevin təcili 
buraxılmasını tələb ediblər». («Güney», 11-18 may 1993). 
Bu hadisələr o vaxt baĢ verirdi ki, artıq bütün dünya Azərbaycanın tərəfini saxlamağa, daha 
doğrusu,  ədaləti  müdafiə  etməyə baĢlamıĢdı.  5  mayda  BMT-nin  baĢ katibi  Butros  Qali CNN 
televiziyasına  verdiyi  müsahibədə  demiĢdi:  “Həm  Ermənistan,  həm  də  Azərbaycan  BMT-nin 
üzvüdür. Beləliklə, biz həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. 
Dağlıq  Qarabağ  Azərbaycanın  tərkib  hissəsidir.  Buna  görə  də  BMT  Dağlıq  Qarabağın 
müstəqilliyini  tanıya  bilməz.  Əgər  Ermənistan  və  Azərbaycan  birlikdə  bu  problemin  həlli 
barədə  qərara  gələrsə  BMT  həmin  qərarı  müdafiə  edəcəkdir.  Biz  faktları  araĢdırmaq  üçün 
həm Ermənistana, həm də Azərbaycana nümayəndəliklər göndərmiĢik və bölgədəki vəziyyəti 
diqqətlə izləyirik. Bir neçə gün əvvəl BMT Təhlükəsizlik ġurası qətnamə qəbul etmiĢdir”. 

“Azərbaycan”  qəzetinin 5 may  tarixli sayında  Vəfa  Quluzadə  bildirirdi ki,  Əbülfəz Elçibəy  30 
mayda  LONDONA  rəsmi  səfərə  gedəcək.  Prezident  baĢ  nazir  Con  Meycorla  görüĢəcək, 
Britaniya  parlamentində  olacaq,  Oksford  Universitetinin  əlyazmalar  fonduyla  tanıĢ  olacaq. 
Əbülfəz bəyin kraliça Yelizaveta və Marqaret Tetçerlə də görüĢü gözlənilir. Bu səfərdə çoxlu 
ikitərəfli saziĢlərin imzalanması nəzərdə tutulub. 
Böyük  Britaniya  səfəri, sözsüz  ki,  Azərbaycan  hökumətinin  beynəlxalq  nüfuzunun  artmasına 
və  onun  yeni  etibarlı  dəstək  qazanmasına  gətirib  çıxaracaqdı.  Elçibəy  iqtidarının  dünya 
siyasətində  həlledici  söz  yiyələrindən  olan  Britaniyayla  səmimi  anlaĢma  yaradacağını  görən 
bütün düĢmənlər dərin təĢviĢə düĢdülər... 
YELMAR MƏMMƏDOV: ELÇĠBƏY "XALQINI DÜġÜNƏN, DEMOKRATĠYAYA SADĠQ, HUMANĠST 
ADAMDIR" 
Mayın  ilk  günlərində  Pakistanın  Kəraçi  Ģəhərində  Ġslam  Konfransı  TəĢkilatı  xarici  iĢlər 
nazirlərinin  XXI  konfransı  keçirildi.  Bu  mötəbər  məclisdə  9  bənddən  ibarət  “Ermənistan  - 
Azərbaycan münaqiĢəsi üzrə qətnamə” qəbul edildi. Azərbaycana xüsusi rəğbətiylə seçilən bu 
olduqca nüfuzlu təĢkilatın qətnaməsində bildirilirdi ki, Ġslam Konfransı TəĢkilatı: 
“1. Ermənistanın Azərbaycan Respublikasına qarĢı təcavüzünü KƏSKĠN ġƏKĠLDƏ PĠSLƏYĠR.
 
2.  Erməni  qüvvələrinin  iĢğal  edilmiĢ  Azərbaycan  ərazilərindən  təcili  çıxarılmasını  və 
Azərbaycan  Respublikasının  suverenliyinə  və  ərazi  bütövlüyünə  hörmət  bəsləməyi 
Ermənistandan CĠDDĠ SURƏTDƏ TƏLƏB EDĠR.
 
3.  Qarabağ  məsələsini  dövlətlərin  ərazi  bütövlüyü  və  beynəlxalq  ictimaiyyət  tərəfindən 
tanınmıĢ sərhədlərin dəyiĢdirilməsi prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həll 
etməyə çağırır”.
 
BMT  Təhlükəsizlik  ġurasının  qətnaməsindən  sonra  bu  ĠKĠNCĠ  ƏN  ÖNƏMLĠ  SƏNƏD 
Azərbaycan  rəhbərliyinə  mənəvi-psixoloji  dayaq  oldu.  Yenidən  ölkənin  cari  həyatıyla, 
iqtisadiyyatıyla, dövlət quruculuğuyla bağlı iĢlər canlandırıldı. 
Artıq mayın baĢlanğıcında prezidentin fərmanlarıyla Metallurgiya Dövlət ġirkəti yaradıldı, kənd 
təsərrüfatı və ərzaq naziri Rəhim ƏĢrəfov vəzifəsindən çıxarıldı və onu Tofiq Hüseynov əvəz 
etməyə baĢladı. 
Görkəmli  Azərbaycan  sahibkarı  Yelmar  Məmmədov  ölkəmizdəki  mövcud  ictimai-psixoloji 
durumu  göz  önünə  qoyan  çox  maraqlı  düĢüncələrini  “Azərbaycan”  qəzetinin  (6  may) 
oxucularıyla  bölüĢdü.  Fikrimcə,  bitərəf  bir  insan  olan  (onun  da  ürəyindən  baĢ  nazir  olmaq 
istəyinin keçdiyi söylənilsə də) Y.Məmmədovun mülahizələri obyektivliyiylə seçilirdi.  
Gənc  sahibkar  deyirdi:  “Respublikamızda  bütün  vəsilələrdə  qəribə  bir  süstlük,  lənglik  var. 
Sahibkarlığın  inkiĢafı  haqqında  ancaq  söhbət  gedir.  ÖzəlləĢdirmə,  Ģəxsi  mülkiyyətə  keçmə 
ləngiyir. Azərbaycanda varlı adamlar çoxdur. Ancaq respublikamızda möhkəm qanunlar, ciddi 
təminat olmadığı üçün onların çoxu öz var-dövlətini üzə çıxarmağa qorxur”. 
Y.Məmmədovun  bu  fikriylə  də  razılaĢmamaq  çətindir:  “Hökm  sürən  CƏZASIZLIQ  ġƏRAĠTĠ 
demokratiyanı az qala anarxiyaya çevirib”. 
Son  hərbi  uğursuzluqlara  toxunan  Yelmar  bəy  bildirirdi  ki,  Ağdərənin  əksər  kəndlərinin, 
üstəlik  Kəlbəcərin  də  əldən  getməsi  nəticəsində  “xalqımız  qaytarılmıĢ  ĠNAMI  TƏZƏDƏN 
ĠTĠRDĠ”. 

Məncə, Y.Məmmədov bunları deməkdə də haqlıdır: “Qəribə vəziyyət yaranıb. Bütün günahlar, 
səhvlər  kiminsə  bir  adamın,  hazırkı  vəziyyətdə  PREZĠDENTĠN  adına  yazılır.  Axı  bütün 
məsuliyyəti  bir  adamın  üstünə  yıxmaq  haqsızlıqdır.  Mənim  prezidentlə  də  görüĢüm  olub; 
xalqını  düĢünən,  demokratiyaya  sadiq,  humanist  adamdır.  Ancaq  onun  səmərəli  fəaliyyəti, 
arzularını  həyata  keçirməsi  üçün  möhkəm  peĢəkar  komandası  və  dəqiq  mexanizm  kimi 
iĢləyən hökumət strukturu olmalıdır”.  
Gələcəyə  nikbin  baxan  Y.Məmmədov  bildirir  ki,  mən  dünya  ölkələrində  yaĢayan  imkanlı 
yurddaĢlarımızın  Bakıda  keçiriləcək  biznes-konfransına  çox  umud  bəsləyirəm.  “Prezidentlə 
görüĢümdə o da bu ideyanı müdafiə edib”. 
“Azərbaycan”  qəzetinin  ertəsi  gün  (7  may)  çıxan  sayındasa  ölkəmizin  iqtisadi  durumunun 
baĢlıca xətləri açıqlanır.  
Maliyyə naziri S.Məmmədov obrazlı Ģəkildə bildirir ki, bu saat respublikamızın iqtisadiyyatında 
“əsas təmir iĢləri” gedir. Nazir haqlı olaraq deyir: “Adicə biz evimizi təmir edəndə bu ağırlığı 
hiss  edirik.  Ġçəridə  toz  olmalıdır,  palçıq  olmalıdır  və  s.  Çox  gərginliklər,  çatıĢmazlıqlar 
olacaqdır”. 
Nazir  bəyan  edir  ki,  ölkəmizdə  müharibə  getməsinə  baxmayaraq  keçmiĢ  SSRĠ-nin  baĢqa 
respublikalarına nisbətən bizdə islahatlar DAHA SABĠT, DAHA YAXġI gedir. Hazırkı islahatların 
qarĢısında duran ən mühüm problemlərdən biri respublikanın MÜSTƏQĠL ĠQTĠSADĠYYATINI, 
MÜSTƏQĠL  MALĠYYƏ-KREDĠT  VƏ  PUL  SĠYASƏTĠNĠ  həyata  keçirməkdən  ibarətdir.  Rubl 
məkanında  olduğumuzdan,  hələ  azad  maliyyə  və  pul  siyasətini  gerçəkləĢdirmək  asan  deyil, 
ona  görə  də  YALNIZ  MANATDAN  ĠSTĠFADƏYƏ  keçmək  gərəkdir,  çünki  beynəlxalq-maliyyə-
kredit  təĢkilatlarının  heç  biri  rubl  zonasında  olduğumuza  görə  bizimlə  normal  iqtisadi 
əlaqələrə girmək istəmir. Banklar və dünya maliyyə-kredit təĢkilatları kredit verməyə maraq 
göstərmirlər, Ģərt qoyurlar ki, öncə rubl məkanından çıxmaq gərəkdir. 
Hökumətin  gördüyü  tədbirlər  nəticəsində  qiymətlərin  artım  sürəti  yanvarda  35%,  fevralda 
23%, martdasa cəmi 2-3% olmuĢdu.  
Prezident  Əbülfəz  Elçibəy  göstəriĢ  verdi  ki,  biznesin,  sahibkarlığın  inkiĢafıyçün  4,5  milyard 
rubl (20 milyon dollar) kredit ayrılsın, özü də, onun verilməsində güzəĢtlər edilsin. Bu zaman 
əsas götürülürdü ki, özəl bölməyə qoyulan vəsait dövlət müəssisələrinə qoyulan vəsaitdən on 
dəfələrcə  artıq  səmərə  verir.  Buna  görə  də  Elçibəy  iqtidarı  mövcud  iqtisadi  böhrandan 
çıxmaqçün sahibkarlığın inkiĢafını ilkin Ģərt sayırdı. 
Artıq  özəlləĢdirmə  haqqında  qanun  qəbul  edilmiĢ,  bununla  bağlı  dövlət  proqramı  da  iĢlənib 
hazırlanmıĢdı.  Həmin  proqramın  da  Milli  Məclisdə  təsdiqlənməsindən  sonra  müəssisələrin 
özəlləĢdirilməsinə baĢlanacaqdı.  
Doğrudur,  mayın  əvvəlində  ölkədə  125  bank  vardı,  ancaq  çevik  bank  siyasəti  hələ 
formalaĢdırılmamıĢdı.  Məsələn,  kəndli  emal  müəssisəsinə  təhvil  verdiyi  məhsulun  pulunun 
ödəniĢini 1 il gözləməli olurdu. Bir ildə 2 min faiz qüvvədən düĢən pulsa ona xeyir vermirdi. 
Bu üzdən də kənd təsərrüfatında ağır durum yaranmıĢdı.  
Bütün  bunları  nəzərə  alan  və  əhalinin  sosial  rifahını  yaxĢılaĢdırmaq  istəyən  prezident 
iqtisadiyyatdakı  inflyasiya  Ģəraitində  əhalinin  əmanət  banklarındakı  əmanətlərinin 
qiymətləndirilməsiylə  bağlı  olaraq  “Azərbaycan  Səhmdar  Kommersiya  Əmanət  Bankında 
əhalinin əmanətləri üzrə kompensasiyalar verilməsi haqqında” (6 may) və 1 aprel 1992-dən 
keçmiĢ SSRĠ Xarici Ġqtisadi Bankı tərəfindən dondurulmuĢ Azərbaycan vətəndaĢlarının valyuta 

hesablarını  ödəmək,  vətəndaĢlarımızın  sosial  mənafeyini  qorumaqçün  “Azərbaycan 
Respublikası  vətəndaĢlarının  valyuta  hesablarında  olan  vəsaitinin  ödənilməsi  haqqında”  (7 
may) fərmanlar verdi. 
Ġqtisadiyyatla  yanaĢı,  baĢdan-baĢa  problemlər  içində  olan  orduda  da  vəziyyəti 
sağlamlaĢdırmaqçün müəyyən iĢlər görülürdü. Aprelin son 10 günündə hərbi çağırıĢ planı 100 
faiz yerinə yetirilmiĢ, hərbi xidmətə çağırılmıĢ gənclərçün çox qısa vaxt içində təlim mərkəzləri 
istifadəyə  verilmiĢ,  Türkiyədən  gətirilmiĢ  187  hərbi  təlimatçı  dərhal  iĢə  baĢlamıĢ  və 
ordumuzun 1 il ərzində Türkiyə ordusu tipinə uyğunlaĢdırılması planı hazırlanmıĢdı... Dövlət 
katibi  Əli  Kərimovun  mətbuatda  xəbər  verdiyinə  (7  may)  görə,  orduda  möhkəm  intizam 
yaratmaq  məqsədiylə  Ali  BaĢ  Komandanın  əmriylə  təĢkil  edilmiĢ  xüsusi  komissiya  HƏRBĠ 
HĠSSƏLƏRDƏ CĠDDĠ YOXLAMALAR APARIR. Xeyli çatıĢmazlıqlar aĢkar edilib. Bundan baĢqa, 
Xocalı, ġuĢa, Laçın, Zəngilan hadisələrinin təhqiqatı sürətləndirilib. 
Yeri  gəlmiĢkən,  bu  vaxt  camaat  arasında  da  ciddi  söz-söhbət  gəzirdi  ki,  hakimiyyətdə 
qruplaĢmalar yaranıb. Məncə, Ə.Kərimovun «...“Yurd”çular, Ġsa Qəmbərovçular bölgüsü ciddi 
deyil  və  səhvdir»  deməsi  (“Azərbaycan”,  8  may)  əslində  bu  problemin  mövcudluğunu 
göstərirdi. 
ELÇĠBƏY FURMANA DEDĠ: "ƏSAS TƏHLÜKƏ XARĠCDƏNDĠR" 
Rusiya mətbuatı Əbülfəz Elçibəyə ən yaxĢı halda sərin münasibət bəsləyirdi. Dmitri Furmansa 
Bəyə  münasibətdə  obyektivliyiylə  seçilirdi.  Bu  keyfiyyəti  biz  onun  “Bizim  qəribə  inqilabımız” 
kitabına  (Moskva-Xarkov,  1998)  daxil  etdiyi  “Üçüncü  dünyaya  qayıdıĢ.  Azərbaycan 
demokratiyası  haqqında  kədərli  tarixçə”  məqaləsində  (1993-ün  iyulunda  yazılıb  və 
“Svobodnaya  mısl”  dərgisinin  həminilki  11-inci  sayında  dərc  edilib)  və  kitabdakı  baĢqa 
yazılarında da görürük. 
D.Furman  Əbülfəz  Elçibəydən  aldığı  müsahibəni  5  mayda  “Nezavisimaya  qazeta”da 
«“Müharibə  bir  çoxları  üçün  özünə  Ģöhrət  qazandırmaq  vasitəsidir”.  Prezident  Elçibəy  belə 
hesab  edir  ki,  ermənilər,  nəhayət,  Qarabağda  nəyə  görə  vuruĢduqlarını  müəyyən 
etməlidirlər» baĢlığı altında dərc etdirdi (tərcüməsi 11 mayda “Azərbaycan” qəzetində verilib). 
Bəy  öncə  Furmanın  müharibə  mövzusundakı  sorğularını  cavablandırır.  Kəlbəcərin  iĢğalına 
beynəlxalq  reaksiyadan  danıĢan  prezident  deyir:  “Klintonun  mənə  göndərdiyi  teleqramda 
açıq-aydın göstərilir ki, ermənilər iĢğal etdikləri ərazilərdən çıxmalıdırlar. Ġran və Türkiyə çox 
sərt mövqe tutdular”. 
Əbülfəz  bəy  ermənilərin  hərəkətlərini  özünəməxsus  birbaĢalıqla  dəyərləndirir: 
“Ermənilər 
özləri  üçün  müəyyənləĢdirməlidirlər  ki,  bu  müharibəni  nədən  ötrü  aparırlar.  Əgər  onlar 
Qarabağı Azərbaycandan almaq üçün vuruĢurlarsa Zaqafqaziyada heç vaxt sülh olmayacaq. 
[...] Biz Qarabağın bizim olmadığını heç cür qəbul edə bilmərik; Qarabağın Azərbaycan ərazisi 
olması hüquqi faktdır. [...] Azərbaycan dünyanı xaosa aparacaq sərhəd dəyiĢikliklərinə məruz 
qalan ilk ölkə olmaq istəmir”

Qarabağ probleminin həlli yolunu Bəy bu cür görürdü: “Qarabağın silahsızlaĢdırılması həyata 
keçirilməli,  buradan  qoĢun  hissələri  çıxarılmalı,  azərbaycanlıların  və  ermənilərin  yaĢadıqları 
hər kənddə polis olmalıdır. Qarabağ erməniləri ilə Ermənistan arasında Laçın yolu ilə əlaqəyə 
hansı  formadasa  elə  nəzarət  tətbiq  edilməlidir  ki,  o  həqiqətən  də  “humanitar”  məqsədlərə 
xidmət göstərsin. sülhməramlı qüvvələr lazımdır, üstəlik, yəqin ki, xarici dövlətlərin müqavilə 
Ģərtlərini pozan tərəfə iqtisadi sanksiyalar nəzərdə tutan təminatı da zəruridir”. 

Əslində  Ermənistanla  Azərbaycanın  süni  Ģəkildə  vuruĢdurulduğunu  bildirən  prezident  deyir: 
“olduqca  nüfuzlu  və  müxtəlif  qüvvələr  üçün  Azərbaycan-Ermənistan  müharibəsinin  sona 
çatması balıq tutmaq üçün əlveriĢli imkan yaradan bulanıq suların durulması deməkdir”. 
Bəy  Rusiyaya  münasibətinin  baĢlıca  prinsipini  açıqlayır:  “Rusiya  ilə  mehriban  qonĢu  olmaq 
istəyirik. Ġstədiyimiz bircə Ģey var ki, o da asılılığa düĢməməkdir”. 
Müxbirin  “Mən  qəzetlərinizdə  Ermənistana  kömək  etdiyi  üçün  Türkiyənin  kəskin  tənqid 
edildiyinin  Ģahidiyəm.  Siz  bu  hala  necə  baxırsınız?”  sualını  Bəy  belə  cavablandırır:  “Turqut 
Özal bir dəfə məndən soruĢmuĢdu ki, Türkiyənin Ermənistana çörək verməsinə münasibətim 
necədir?  Mən  ona  cavab  vermiĢdim  ki,  ÇÖRƏK  SĠLAH  DEYĠL  VƏ  AC  ADAMA  ÇÖRƏK 
VERĠLMƏMƏSĠ  GÜNAHDIR.  Məncə,  türklər  gələcək  tarixi  perspektivi  düĢünərək  düzgün 
hərəkət edirlər. [...] Bununla belə, Qarabağ münaqiĢəsinə münasibətdə Türkiyənin mövqeyi 
olduqca sərt və birmənalıdır”. 
Hökumətin yeni dövlət quruculuğu sahəsində gördüyü  iĢlərdən  danıĢan  prezident  bildirir ki, 
gördüyümüz  iĢlərin  böyük  əksəriyyəti  hələ  bu  tezliklə  bəhrə  verməyəcək.  Biz  indi  gələcək 
Azərbaycanın yalnız təməlini qoyuruq. Ancaq elə indinin özündə də müəyyən uğurlarımız var. 
Bundan  sonra  prezident  həmin  baĢlıca  uğurları  göstərir.  Onların  içərisində  ölkədə  siyasi 
sabitliyin yaradılması ən önəmli yeri tutur. Bəy deyir ki, onun qorunmasının ən ağır imtahanı 
olan  Kəlbəcər  məğlubiyyətindən  çıxdıq  -  bu  məğlubiyyət  hökumət  əleyhinə  güclü  çıxıĢlar 
doğurmadı,  müxalifət  “Kəlbəcər  məğlubiyyətindən  hökuməti  devirmək  üçün  istifadə  etməyə 
cəhd göstərmədi”. 
Daha sonra milli münasibətlərin möhkəmliyi hakimiyyətin mühüm nailiyyəti sayılır. 
Ölkədə cinayətkarlığın səviyyəsinin, məsələn, Moskvadakından çox aĢağı olmasını qeyd edən 
Bəy  vurğulayır  ki,  “müharibə  aparan,  qaçqınların,  əllərdə  toplanan  silahların  həddən  artıq 
olduğu bir ölkə üçün bu da böyük uğurdur”. 
Azərbaycan  ərazisində  faktik  olaraq  rus  qoĢununun  qalmamasını  qürurla  bəyan  edən 
prezident deyir: “Rus ordusu problemini keçmiĢ SSRĠ respublikaları və ġərqi Avropa ölkələri 
içərisində faktik olaraq hamıdan qabaq, birinci həll etmiĢik, özü də hay-küysüz, itkilərsiz, rus 
hərbçilərinin hüquqlarını tapdalamadan”. Doğrudan da, bu zaman hələ, məsələn, Almaniyada 
rus ordusu qalmaqdaydı və iki dövlət arasında uzun sürən danıĢıqların mövzusuna çevrilmiĢdi.  
Bəy  rüĢvətin  qarĢısını  almaqda  mühüm  vasitə  olan  test  üsuluyla  qəbul  imtahanlarının 
tətbiqinə  keçilməsini,  “dəhĢətli  müqavimətə”  baxmayaraq  onun  gerçəkləĢdirilməsini  də 
baĢlıca uğurlardan sayır. 
Müxbirin  “kadr  siyasətiniz  tənqid  edilir”  iradını  dövlət  baĢçısı  belə  cavablandırır:  AXC 
yarananda  ziyalı  elitası  bizdən  aralı  gəzdi.  “Onlar  bizə  çox  inanmırdılar,  biz  də  onlara.  Bir 
çoxları,  sadəcə  olaraq,  bizimlə  əməkdaĢlıq  eləmək  istəmirdilər.  [...]  Ancaq  indi  bu  duruma 
son  qoyulur.  Əvvəllər köhnə  elitaya  yaxın  olmuĢ bir çox  yüksək  səviyyəli mütəxəssislər indi 
bizə tərəf meyl edirlər. Bu proses davam edəcəkdir. “Təzə”lər arasında özlərini iĢdə doğrulda 
bilməyənlər gedəcəklər”. 
D.Furman  ölkədə  özəlləĢmənin  ləng  getdiyini  bildirəndə  prezident  məsələnin  mahiyyətini 
açıqlayır.  O izah  edir ki,  biz iqtisadiyyatı  inkiĢaf etdirmək  istəyərkən  “tələsmirik,  ehtiyatlı və 
tədrici  hərəkət  edir,  kəskin  hərəkətlərdən  qaçırıq”.  Çünki  Azərbaycanda  xəlvəti  iqtisadiyyat 
nümayəndələrinin  əlində  toplanmıĢ  olan  külli  miqdarda  kapitalın  mövcudluğu  bizim  əsas 

problemlərimizdəndir.  «Biz  baĢa  düĢürük  ki,  bunu  ləğv  eləyə  bilmərik  (yəqin  heç  lazım  da 
deyil), ancaq razı ola bilmərik ki, “xəlvəti iqtisadiyyat”çılar həyatımızın ağasına çevrilsinlər. Biz 
çalıĢırıq  ki,  aĢağıdan  “gələn”  və  istehsal  və  xidmət  sahələrinə  bağlı  olan  yeni  sahibkarlıq 
yaradaq  və  ona  möhkəmlənmək  imkanı  verək.  Buna  görə  də  özəlləĢdirmədə  xidmət 
sahələrindən  kiçik  müəssisələrə,  sonra  isə  kənd  təsərrüfatına,  ancaq  bundan  sonra  iri 
sənayeyə doğru gedəcəyik». 
Bəy  belə  bir  düĢüncəsini  də  ortaya  qoyur  ki,  nəhəng  neft  Ģirkətləri  Azərbaycanda 
möhkəmlənə bilsə onların ardınca “özlərini bu Ģirkətlərin kölgəsində daha inamlı hiss eləyən 
xarici kapital” da ölkəmizə axacaqdır. 
Müxbirin  H.Əliyevlə  bağlı  sualına  belə  cavab  eĢidirik:  Əliyevin  partiyası  köhnə 
partnomenklaturanın  üzvlərindən  ibarətdir.  «Əliyevlə  bizim  aramızda  olduqca  məhsuldar  bir 
görüĢ  keçdi  və  bundan  sonra  o,  hamını  “qanuni  seçilmiĢ  prezidentin  ətrafında”  birləĢməyə 
çağırmıĢdı». «...Demokratiya üçün onlar da bir təhlükə törətmirlər». 
Axırıncı cümlədən sonra müxbirlə Bəy arasında gedən söhbət tarixçilərimizçün də maraqlıdır. 
Müxbir soruĢur: “Bəs, Sizin fikrinizcə, Azərbaycan demokratiyası üçün əsas təhlükə haradan 
gözlənilir?”.  Bəy  cavab  verir:  “Məncə,  Azərbaycan  cəmiyyətinin  özündə  belə  real  təhlükə 
yoxdur. Kommunist ideologiyası bizdə baĢqa yerlərdəkindən daha zəifdir. Real siyasi cərəyan 
kimi  bizdə  islam  təməlçiliyi  də  mövcud  deyil.  Hətta  onun  üçün  mənbə  də  yoxdur.  Hərbi 
diktatura təhlükəsi də gözlənilmir, çünki bizdə həqiqi ordu da yaranmayıb. [...] Bütün bunlara 
görə  bizdə  demokratiya  üçün  ƏSAS  TƏHLÜKƏ  XARĠCDƏNDĠR.  Misal  üçün,  əgər  Rusiyada 
antidemokratik, imperiyapərəst qüvvələr hakimiyyətə gələrsə Ģüurlu və məqsədyönlü surətdə 
Azərbaycandakı  vəziyyəti  gərginləĢdirməyə  çalıĢacaqlar.  (Yüksək,  hökumət  səviyyəsində 
olmasa da xəlvəti, gizli surətdə indi də bu iĢ aparılır)”. (Prezident bundan açıq daha nə deyə 
bilərdi ki?!.). 
Yeri  gəlmiĢkən,  bu  günlərin  əlamətdar  hadisələrindən  biri  ABġ-ın  paytaxtı  VaĢinqtonda 
Azərbaycan Respublikası səfirliyinin açılması oldu.  
Saleh Məmmədov: "RusĠya yolu bĠzĠ uçuruma aparIr" 
“Azərbaycan”  qəzetinin  11  may  1993  tarixli  sayında  Kəlbəcərin  iĢğalından  sonra  ölkədə 
yaranmıĢ  psixoloji  sarsıntının  artıq  keçməkdə  olduğunu  təsdiqləyən  xeyli  maraqlı  material 
verilib.  Hər  Ģeydən  öncə,  öyrənirik  ki,  prezidentin  ən  son  fərmanlarıyla  Metallurgiya  Dövlət 
ġirkəti  və  AzərneftkimyamaĢ  Dövlət  ġirkəti  yaradılıb.  Ölkənin  aparıcı  iqtisadçıları  iqtisadi 
islahatlarla  bağlı  öz  düĢüncələrini  açıqlayırlar.  Dövlət  Əmlak  Komitəsinin  sədri,  professor 
Qüdrət  Əbdülsəlimzadə  özəlləĢdirmənin  üç  mərhələdə,  həm  də  tədricən  və  dönmədən 
aparılması zərurətini bildirir. 
Maliyyə naziri Saleh Məmmədov islahatların maliyyə məsələləriylə bağlı 21 qanun və qərarın 
əksəriyyətinin  artıq  qəbul  edildiyini  xəbər  verir.  (Bu  iĢdə,  əlbəttə,  ilk  növbədə  Milli  Məclisin 
sədri  Ġsa  Qəmbərin  əməyi  xüsusi  qeyd  edilməlidir).  Bazar  iqtisadiyyatı  infrastrukturlarının 
yaradılması  zəruriliyini  bildirən  nazir  əlavə  edir:  “Ġnflyasiyanı  dayandırmaq  və  ondan  xilas 
olmaq üçün öz maliyyə-pul siyasətimizi müəyyənləĢdirməliyik, yoxsa Rusiya yolu bizi uçuruma 
aparır”.  
BaĢ  nazirin  I  müavini  və  iqtisadiyyat  naziri  Ə.Məsimov  bəyan  edir:  “Azərbaycan  müharibə 
Ģəraitində olmasına baxmayaraq bazar iqtisadiyyatına hazırlığı dünya miqyaslı mütəxəssisləri 
də müsbət mənada heyrətləndirir”. 

Bəy  bu  günlərdə  70  illik  yubileyi  qeyd  olunan  Naxçıvan  rəhbəri  H.Əliyevə  təbrik  göndərdi: 
“Sizinlə çox səmimi keçən ilk görüĢüm zamanı mən bir daha qarĢıya qoyduğumuz məqsədə 
çatmaqda aramızda heç bir fikir ayrılığı olmadığının Ģahidi oldum. Sizin də böyük zəhmətlər 
çəkdiyiniz bu yolda hamımıza uğurlar diləyirəm”
. Bu sənəd Əbülfəz bəyin H.Əliyevi mümkün 
qədər  “zərərsizləĢdirmək”,  onun  Azərbaycanda  qarıĢıqlıqlar  detonatoruna  çevrilməsinin 
qarĢısını almaq siyasətinin tərkib hissəsiydi. 
Dövlət  çevriliĢi  haqqında  ölkədə  yenidən  Ģayiələr  dolaĢdığını  dövlət  katibi  Ə.Kərimovun 
dilindən  eĢidirik.  Bu  məsələyə  münasibət  bildirərkən  o  deyir:  “Unutmaq  lazım  deyil  ki, 
Azərbaycanda  dövlət  çevriliĢindən  söhbət  gedə  bilməz,  ancaq  seçkilər  yolu  ilə  hakimiyyət 
dəyiĢikliyi ola bilər”. 
Dövlət katibi təĢviĢ doğuran bir faktı da açıqlayır: bu gün əllərdə olan “qanunsuz silahlarla az 
qala  bir  ordunu  təmin  etmək  olar”  və  “indiyə  qədər  bu  silahların  yarısı  belə  yığılmayıb”. 
(Ġyunda hakimiyyət  məhz  həmin  silahlarla  devrildi). Bu  durumu  nəzərə  alaraq  prezident  11 
mayda  “Azərbaycan  Respublikasında  odlu  silahların  verilməsi,  saxlanılması  və  daĢınması  ilə 
bağlı məsələlərin tənzimlənməsi haqqında” sərəncam verdi. 
Bu arada rayonlardan cəbhəyə könüllülər dəstəsi təĢkil edilərək göndərilirdi. Bu iĢə rayonların 
icra hakimiyyətləri xüsusən yaxından yardım göstərirdilər. Məsələn, qəzetdə belə bir məlumat 
oxuyuruq:  “Salyanlılar  rayon  icra  hakimiyyətinin  baĢçısı  Ədalət  Yusubovun  təĢəbbüsü  və 
çağırıĢı  ilə  təĢkil  olunmuĢ  həmyerlilərdən  ibarət  könüllülər  batalyonunu  təntənəli  surətdə 
cəbhəyə  yola  salmıĢlar”.  Yeri  gəlmiĢkən,  xatırladım  ki,  “Salyan  batalyonu”  kimi  ad  çıxarmıĢ 
həmin igid döyüĢçülər Ağdərə istiqamətində dörd kəndi azad etmiĢdilər.  
Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyası 12 mayda Rusiyanın Ermənistanda yerləĢən 7-
ci  ordusunun  Kəlbəcər  rayonunun  Mərcimək  kəndi  yaxınlığında  əsir  götürülmüĢ  6  hərbi 
qulluqçusu haqqında qəti hökm çıxardı - onlardan 5-inə güllələnmə, 1-inə 15 il həbs cəzası 
kəsildi.  Rusiya  prezidenti  Boris  Yeltsin  onların  Rusiyanın  hüquq  mühafizə  orqanlarına 
verilməsini Əbülfəz Elçibəydən məktubla xahiĢ etsə də (“Azərbaycan”, 15 may) Bəy bu xahiĢi 
yerinə yetirmədi. (Onları sonra Heydər Əliyev bağıĢlayaraq özüylə Moskvaya apardı).
 
10-14  mayda  Ankarada  Rusiya  və  Türkiyənin  müdafiə  nazirləri  Qarabağ  münaqiĢəsinin 
nizama salınmasına dair birgə fəaliyyət göstərməyi müzakirə etdilər. Ancaq, təəssüf ki, Rusiya 
Türkiyənin  bu  problemin  həllindən  qıraqda  qalmasına  çalıĢdı.  Bunu  12  mayda  mətbuatda 
çıxan  Azərbaycan  müdafiə  nazirinin  bəyanatı  da  təsdiqləyir.  Bəyanatda  deyilir  ki,  Rusiyanın 
müdafiə naziri P.Qraçov Türkiyəyə rəsmi səfəri zamanı qonĢu dövlətlərdən guya Azərbaycana 
silah göndərilməsi hallarının olması barədə əsassız ittiham irəli sürmüĢdür. “General Qraçovun 
bəyanatının təhlükəliliyi ondadır ki, onun Azərbaycanın ünvanına dediyi ittihamlar uzun çəkən 
hərbi  münaqiĢənin  sülh  yolu  ilə  aradan  qaldırılmasına  dair  RUSĠYA,  ABġ  və  TÜRKĠYƏ 
TƏġƏBBÜSÜNƏ tamamilə ziddir”. 
Görünür,  bu  bəyanat  təsirsiz  qalmadı  -  15  mayda  Moskvada  ABġ,  Türkiyə  və  Rusiya 
nümayəndələri  Ermənistan-Azərbaycan  münaqiĢəsini  aradan  qaldırmaqçün  yenidən 
görüĢdülər. 
Azərbaycan Milli Bankı 11 mayda ilk valyuta hərracı keçirərək ölkədə “hərb və sülh”ün qoĢa 
addımladığını göstərdi. 1 dolların orta məzənnəsi 1512 rubl (151 manat 20 qəpik) oldu (indisə 
4600  manatdan  yuxarıdır).  Dolların  məzənnəsinin  ozamançün  yüksəkliyi  respublikada 
valyutaya  tələbatın  böyüklüyü  və  Azərbaycanda  valyuta  bazarının  gec  yaradılmasıyla  izah 

edilirdi. 
Ölkənin sənaye potensialıyla, iri zavod və fabriklərin durumuyla Ģəxsən tanıĢ olmaqçün Bəy 
13  mayda  Sumqayıta  getdi.  Prezident  ilk  növbədə  Azərikimya  Dövlət  ġirkətinin  sənaye 
obyektlərini  görmək,  onların  vəziyyətini  öyrənmək  istəyirdi.  Öncə  o,  Ģəhərin  ġəhidlər 
xiyabanını  ziyarət  etdi.  Sonra  sözügedən  Ģirkətin  “Etilen-propilen”  və  “Polimer-120” 
zavodlarını gəzdi.  
Həmin  gün  prezident  Sumqayıtda  Azərikimya  ġirkəti  müəssisələri  rəhbərlərinin  müĢavirəsini 
keçirdi. Yığıncaqda Bəy baĢqa məsələlərlə yanaĢı, onu da bildirdi ki, maliyyə orqanlarının, o 
sıradan bank sisteminin mükəmməl olmaması uğurlu fəaliyyət göstərməyə əngəl törədir, bu 
da bağlanmıĢ saziĢlərin yerinə yetirilməsinə mənfi təsir göstərir.  
Ölkənin  seçdiyi  demokratiya  kursunu  yeganə  düzgün  yol  adlandıran  prezident  qətiyyətlə 
bildirdi  ki,  demokratiya  durğunluğun  və  pozucu  meyllərin  doğurduğu  təkcə  kölə 
psixologiyasını və totalitar psixologiyanı yox etməyə deyil, həm də böhrandan Ģərəflə çıxmağa 
imkan verəcəkdir.  
KLĠNTON AZƏRBAYCANI HƏRBĠ QĠSAS YOLLARI AXTARMAMAĞA ÇAĞIRIR 
Azərbaycan  prezidenti  14  mayda  ABġ-ın  dövlət  katibinin  xüsusi  nümayəndəsi,  ABġ  Dövlət 
Departamentinin  yeni  müstəqil  dövlətlərlə  əlaqələr  üzrə  müĢaviri  Stroub  Talbott  baĢda 
olmaqla  hökumət  nümayəndə  heyətini  qəbul  etdi.  Talbott  prezident  Klintonun  Elçibəyə 
məktubunu və ona Ģifahi müraciətini də yetirdi. Klinton bildirirdi ki, Azərbaycan prezidentini 
müdrik rəhbər, demokrat və fəal islahatçı kimi tanıyır. 
Bəyin nümayəndə heyətinin  baĢçısıyla  təkbətək  görüĢündə Kəlbəcər rayonundan  qoĢunların 
çıxarılması,  atəĢkəs,  ATƏM-in  Minsk  qrupu  çərçivəsində  problemin  sülh  yoluyla  çözülməsi, 
eləcə də iki ölkə arasında iqtisadi əməkdaĢlıq məsələləri, o sıradan Xəzərdəki neft yataqlarının 
birgə iĢlənməsiyçün saziĢlər bağlanması məsələlərinə toxunuldu. 
Maraqlıdır  ki,  həmin  gün  Moskvada  MDB  dövlət  və  hökumət  baĢçılarının  müĢavirəsində 
keçmiĢ SSRĠ  ərazisində  ümumi iqtisadi  məkan  yaradılması məsələsi də  müzakirə  olundu və 
tədbirə müĢahidəçi kimi qatılan baĢ nazir P.Hüseynovun baĢçılıq etdiyi nümayəndə heyətinin 
üzvü  A.Abbasov  burada  bildirdi  ki,  ümumi  iqtisadi  məkan  yaradılması  Azərbaycanı  yalnız  o 
halda qane edə bilər ki, onun siyasi maraqlarına toxunulmasın. 
Moskvadakı  həmin  görüĢə  toxunan  keçmiĢ  baĢ  nazir  Pənah  Hüseynov  bu  yaxınlarda  mənə 
açıqladı  ki,  Kəlbəcər  alınandan  sonra  Moskvada  olduğumda  (4-6  aprel)  ruslar  bizi  heç 
saymırdılar,  ancaq  Kəlbəcər  zərbəsini  uğurla  dəf  edəndən  sonra  bizə  hörmətin  nə  qədər 
artdığını 14-15 may sammitində gördüm - orada ən çox diqqət göstərilən nümayəndə heyəti 
bizimkiydi desəm yanılmaram.  
Ümumiyyətlə, Pənah bəy belə hesab edir ki, aprelin ikinci yarısı - may ayı Elçibəy iqtidarının 
ən fərəhli dövrüdür və Elçibəy özünü yalnız bu müddətdə ƏSL PREZĠDENT kimi hiss edib. O 
deyir  ki,  artıq  özümüzü  elə  dikəldə  bilmiĢdik  ki,  yaĢaya  biləcəyimizə  hədsiz  inamımız 
yaranmıĢdı.  Surətin  məsələsini  də  həll  edə  bilsəydik  hər  sahədə  əməlli-baĢlı  yeniliklər 
yaradacaqdıq,  Gəncədəki  səyyar  zona  müĢavirəsindən  birini  də  14  iyunda  Naxçıvanda 
keçirəcəkdik,  “dövlət  quruculuğu  ili”  adlandırılmıĢ  1993-ü,  həqiqətən  də,  adına  layiq  baĢa 
vuracaqdıq. 
ABġ prezidenti Uilyam C.Klintonun Azərbaycan prezidenti Əbülfəz Elçibəyə göndərdiyi məktub 

rəsmi  dövlət  qəzetində  (15  may)  dərc  edildi.  Bəyin  bir  ay  öncə  -  Turqut  Özal  Bakıdaykən 
yazdığı məktuba göndərilmiĢ bu cavab ABġ-Azərbaycan münasibətləri tarixində maraq doğura 
biləcəyinə görə onun üzərində dayanmağı məqsədəuyğun sayıram. 
Klinton  öncə  yazır:  “Sizin  14  aprel  tarixli  məktubunuza  cavab  olaraq  Kəlbəcər  rayonunun 
sakinlərinə  bir  daha  baĢsağlığı  vermək  istəyirəm”.  Sonra  ABġ  prezidenti  Azərbaycan 
hökumətinə öz tövsiyələrini bildirir. Bu tövsiyələr əslində ABġ-ın münaqiĢənin həllinə yanaĢma 
prinsiplərini  əks  etdirdiyinə  və  elə  bu  günlərdə  keçirilən  üçtərəfli  (ABġ-Rusiya-Türkiyə) 
danıĢıqlarda irəli sürüldüyünə görə məktubun həmin hissəsini qısaltmadan aĢağıda verirəm. 
“Mən  bununla  bağlı  həyəcan  keçirdiyimi  bildirirəm  ki,  bu  yaxınlarda  erməni  etnik  qüvvələri 
tərəfindən Kəlbəcərin iĢğal edilməsi münaqiĢənin daha da güclənməsinə gətirib çıxaracaqdır. 
ABġ  hökuməti  bu  hücumu  pisləmiĢ  və  qoĢunları  Kəlbəcər  rayonundan  dərhal  çıxarmağa 
çağırmıĢdır.  Mən  Azərbaycanı  hərbi  qisas  yolları  axtarmamağa  (?!  -  Ə.T.),  əksinə,  bu 
münaqiĢənin  ATƏM  çərçivəsində,  dincliklə  arada  qaldırılmasında  bizimlə  iĢləməyi  davam 
etdirməyə çağırıram. 
Azərbaycanın demokratiya və azad bazar iqtisadiyyatı yolunda apardığı addımlar mənə yaxĢı 
məlumdur.  Azadlığın  Müdafiəsi  Aktı  çərçivəsində  Azərbaycana  yardım  göstərilməsi  üzərində 
məhdudiyyətdən  (907-ci  düzəliĢ  nəzərdə  tutulur  -  Ə.T.)  Azərbaycan  xalqının  məyusluğunu 
baĢa  düĢürəm,  buna  baxmayaraq,  ümid  edirəm  ki,  Dağlıq  Qarabağ  ətrafında  münaqiĢənin 
dincliklə aradan qaldırılması tezliklə bu müddəanı gərəksiz bir Ģeyə çevirəcəkdir. 
Sizi  əmin  edirəm  ki,  ABġ  Azərbaycanla  öz  əlaqələrinin  geniĢləndirilməsini  davam  etdirməyi 
arzulayır.  Gəlin  bu  münaqiĢənin  qurtarması  yollarının  axtarıĢına  və  əməkdaĢlığı 
geniĢləndirməyin  reallığa  çevrilməsi  üçün  bütün  blokadaların  götürülməsinə  tərəfdar 
olduğumuzu bir daha ifadə edək”. 
BaĢqa  sözlə,  ABġ  Azərbaycanı  Ermənistana  hərbi  müqavimət  göstərməməyə  və  bütün 
blokadaları (Ermənistanın  və Dağlıq  Qarabağın) götürəcəyinə  söz  verməyə çağırır və 907-ci 
düzəliĢin ləğvini əslində bu deyilənlərdən asılı olduğunu bildirir. 
Rəsmi  Bakının  həmin  gün  bu  müddəalara  necə  yanaĢdığını  deyə  bilmərəm,  ancaq  rəsmi 
Naxçıvan  ABġ-ın  xoĢuna  gələn  mühüm  addım  atdı  -  Heydər  Əliyev  14  may  1993-də 
Ermənistan  Ali  Sovetinin  sədri  Ararksyanla  Naxçıvanla  Ermənistan  arasında  atəĢkəsin 
saxlanılması haqqında niyyət protokolu imzaladı. Əliyev iqtidarında Azərbaycan Ali Sovetinin 
sədri  olmuĢ  Rəsul  Quluyev  bu  hadisəni  sonralar  belə  dəyərləndirdi:  “Beləliklə,  misli 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin