ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   21   22   23   24   25   26   27   28   ...   37
elcibey11-Prezident Elçibəy


ARTIRMA 
«L.Ter-Petrosyanın  vaxtında  Ermənistan  müəyyən  qədər  hərb  müstəvisindən  çıxıb  sülh 
müstəvisinə keçmək istəyirdi və diplomatiyada udmaq istəyirdi. Bu, Rusiya üçün bir o qədər 
də  əlveriĢli  deyildi.  Rusiya  Levonu  Koçaryanın  əliylə  hakimiyyətdən  uzaqlaĢdırdı  və  hərbi 
qüvvələrin, hərbi-polis qüvvələrinin dəstəklədiyi Koçaryanı hakimiyyətə gətirdi.  
…Ter-Petrosyan  artıq  hərb  müstəvisindən  çıxıb,  danıĢıqları  sülh  müstəvisində  aparırdı.  Və 
danıĢıqlara artıq Amerika, Fransa və Rusiyanın müəyyən qədər təsiri vardı. O çalıĢırdı ki, bu 
müharibəni  birtəhər  qurtarsın  və  sonra  Ermənistanın  qapılarını  Türkiyəyə,  Ġrana,  Avropaya 
daha  geniĢ  açsın,  Ermənistanı  iqtisadi  tənəzzüldən  və  ictimai  dağıntıdan  qurtarsın.  Çünki 
Petrosyan da uĢaq deyil - o bilirdi ki, hər il Ermənistandan 130 min erməni çıxıb gedir. BaĢa 
düĢürdü ki, əgər belə gedərsə 10 ildən sonra Ermənistanda sadəcə olaraq 1,5 milyon erməni 
qalacaqdır. Bu, xalqın bütünlüklə dağılmasıdır».  
«Biz  hakimiyyətdə  olduğumuz  müddətdə  Ermənistanın  qüvvələrini  sıxıĢdırıb  Azərbaycanın 
iĢğal  olunmuĢ  rayonlarından  çıxartdıq.  Erməni  qüvvələrini  Goranboydan,  Ağdərədən 
çıxartmıĢdıq.  Laçından  artıq  çıxarırdıq.  Ermənilər  özləri  artıq  etiraf  edirlər  ki,  hətta 
Xankəndinin  köçürülməsi  üçün  Yerevanda  plan  hazırlanırdı…  Ter-Petrosyan  mənə  yalvarırdı 
ki, atəĢkəs edək, gəl danıĢaq. O vaxt mən dedim ki, səninlə danıĢmaq olmaz. Səninlə nə cür 
danıĢacağıq?  
Sonradan  mənə  xaricdən:  Türkiyədən,  Almaniyadan,  Rusiyadan  xahiĢ  etdilər  ki,  mümkün 
deyil - siz hökmən ikiniz danıĢmalısınız. Qərar oldu ki, müharibəni dayandıraq və danıĢıqlara 
gedək, sonra da qaçqınlar Kəlbəcərə qaytarılsın. Burada BMT-nin də təsiri olmuĢdu.  
18 iyunda Kəlbəcərdən ermənilər çıxmalı idilər. 14 iyunda mən Amerika səfirinə zəng etdim 
ki, məsələnin yerinə yetirilməsi üçün nümayəndələr göndərilsin. Ağdamda artıq nümayəndəlik 
yaradılmıĢdı  ki,  bu  məsələ  həll  olunsun.  Ermənilər  Dağlıq  Qarabağdan  Amerika  səfirliyinə 
bildirmiĢdilər ki, biz bilmirik kimlə danıĢaq: Ə.Elçibəylə, yoxsa S.Hüseynovla - Azərbaycanda 
ikihakimiyyətlik yaranıb; nə vaxt təkhakimiyyətlik olacaqsa məsələni onda həll edərik. Rusiya 
da bunu çox gözəl bilirdi. Və elə etdi ki, tamam qarıĢıq vəziyyət yaransın və hakimiyyətimiz 
dağılsın. Buna da nail oldular». (Ə. Elçibəyin «Space» RTV-yə müsahibəsindən. 04.04.98). 
Ermənistan prezidentiylə görüĢün təĢəbbüskarları ABġ nümayəndələri, Dəmirəl, ġevardnadze 
və  Kravçukdu.  Prezidentin  köməkçisi  Oqtay  Qasımov  sonralar  mənə  danıĢdı  ki,  Ter-
Petrosyanla  görüĢməzdən  öncə  Elçibəy  Azərbaycanın  iqtidarlı-müxalifətli  vahid  mövqeyini 
ortaya  qoymaqçün  H.Əliyev  və  E.Məmmədovu  yanına  dəvət  edərək  onların  da  fikrini 
öyrənməyə çalıĢdı. Ancaq onlar yalnız «özünüz məsləhət bilən yaxĢıdır» deyərək konkret heç 
bir fikir bildirmədilər, yaxalarını qırağa çəkdilər.  
Oqtay Qasımovun bildirdiyinə görə, bu görüĢdən sonra da Ter-Petrosyan 2 dəfə Bəyə zəng 
etdi və onlar Dağlıq Qarabağ məsələsini müzakirə etdilər. Bu danıĢıqlar münaqiĢənin həllinin 
sürətlənməsinə kömək edirdi və Ermənistanın mövqeyində konstruktiv elementlər artırdı. 
Bundan sonra Bəy ABġ dövlət katibinin müavini Klifford Uortonu və ABġ-ın Ankaradakı səfiri 
Riçard Barklini qəbul etdi. 
Rusiya baĢ nazirinin müavini Georgi Xija'nı qəbul edərkən görüĢdə Rusiya prezidentinin səfiri 
Vladimir Kazimirov da iĢtirak edirdi. 
Türkiyə  Millətçi  ÇalıĢma  Partiyasının  baĢqanı  Alparslan  TürkeĢi  və  Azərbaycan  Kültür 

Dərnəyinin  baĢçılarını  qəbul  edən  Əbülfəz  bəy  Turqut  Özalın  ölümüylə  bağlı  onlara  da 
baĢsağlığı verdi. 
Öz iqamətgahında həmin gün sonuncu görüĢ Əfqanıstan Ġslam Milli Hərəkatının rəhbəri, ordu 
generalı Hacı ƏbdürrəĢid Dustumla oldu. 
Bu  gün  Əbülfəz  bəy  TBMM-nin  sədri  Hüsaməddin  Cindoruğun  görüĢünə  gedərək  Turqut 
Özalın vəfatıyla bağlı ona baĢsağlığı verdi. 
Həmin gecə Ankarada mətbuat konfransı keçirən Əbülfəz bəy dedi ki, Ermənistan-Azərbaycan 
münaqiĢəsinin  aradan  qaldırılmasıyçün  Cenevrədə  ATƏM  çərçivəsində  aparılan  danıĢıqların 
alternativi  yoxdur.  Lakin  Kəlbəcərin  iĢğalı  Ģəraitində  danıĢıqları  davam  etdirmək  barədə  söz 
açmaq belə yersizdir. Bəy yalnız iĢğal olunmuĢ torpaqların qaytarıldığı təqdirdə ATƏM xəttiylə 
aparılan danıĢıqların fayda verəcəyinə umud bəslədiyini bildirdi. 
Turqut Özalın dəfni 22 apreldə Ġstanbulda oldu. Həmin gün baĢ nazir Dəmirəl də Ġstanbula 
uçmalı oldu, çünki Elçibəyin getməsi onu buna vadar edirdi.  
Dəmirəlin tapĢırığıyla xarici iĢlər naziri H.Çətin Ġstanbula uçmaq istəyən Elçibəylə Ermənistana 
uçmağa hazırlaĢan Ter-Petrosyanı hava limanında guya təsadüfən yenə görüĢdürdü. Limanın 
zalındakı bu açıq görüĢ saatdan artıq çəkdi.  
Ġstanbul  hava  limanında  Elçibəyi  Dəmirəlin  «Doğru  yol»  partiyasından  olan  Ġstanbul  valisi 
Kozakçıoğlu  qarĢıladı.  Rusiya-Türkiyə  münasibətlərini  gərginləĢdirməməyə  çalıĢdığına  görə 
Ankaraya getməyən Çeçenistan prezidenti Cövhər Dudayev də limandaydı və Bəy onunla da 
ayaqüstü görüĢdü.  
Kozakçıoğlu  Elçibəyi  öncə  Darüzziyafəyə  yeməyə  apardı.  Darüzziyafədən  çıxan  prezident 
cənazənin qoyulduğu Sultan Əhməd camesinə yollandı. MöhtəĢəm camenin ətrafında bir çox 
yerlərə, o sıradan came hasarının giriĢ qapısı üstünə də qoyulan kameralarla TRT və bütün 
baĢqa kanallar cənazə törənini birbaĢa yayınlayırdı.  
Yol  boyu  hamı  yenə  Elçibəyə  baĢsağlığı  verirdi.  Dəmirəl  came  hasarının  qapısı  ağzında 
maĢında  Elçibəyi  gözləyirdi  ki,  içəri  onunla  birgə  girsin,  çünki  xüsusən  Özalın  ailəsi  və 
partiyadaĢları  onu  cənazəyə  yaxın  qoymaq  istəmirdilər.  Süleyman  Dəmirəlin  Turqut  Özalı 
çərlətdiyini söyləyən bu adamlar, ümumiyyətlə, Dəmirəlin dəfndə iĢtirakını arzulamırdılar, ona 
görə  də  baĢ  nazir  camaatın  ona  qarĢı  sərt  münasibətini  məhz  Elçibəyin  vasitəsilə 
yumĢaltmağa çalıĢırdı. 
Üstünə  Türkiyə  bayrağı  örtülmüĢ  tabut  həyətdə  qoyulmuĢdu.  Müfti  Nuri  Yılmaz  cənazə 
namazı  qıldı.  Onun  arxasında  Elçibəy,  Özalın  ailə  üzvləri  və  partiyadaĢları  durmuĢdular. 
Dəmirəl də Əliyevlə bərabər Bəyin yanındaydı. Özalın partiyadaĢları Dəmirəli arxaya itələdilər 
ki, sənin burada dayanmağa mənəvi haqqın yoxdur. Bu zaman Bəy sakitcə Dəmirəlin əlindən 
tutaraq  öz  yanına  gətirdi  və  ona  etiraz  edənləri  əlini  qaldırmaqla  susmağa,  sakitləĢməyə 
çağırdı.  
Bundan sonra tabut yenə top aracının üstündə Ədnan Menderes qəbiristanlığına aparıldı və 
cənazə orada torpağa tapĢırıldı.  
Dəfndən sonra Bəy yenə Özalın ailəsiylə görüĢüb onlardan ayrıldı. 
Əbülfəz  bəy  AXCP-nin  iclasında  (7  noyabr  1998)  Turqut  Özalın  dəfnində  Heydər  Əliyevlə 
görüĢməsi haqqında ona verilən sualı cavablandırarkən bunları söylədi:  

“Heydər  Əliyev  S.Dəmirələ  zəng  edib  ki,  mən  də  dəfndə  iĢtirak  etmək  istəyirəm,  məni  də 
dəvət  et.  S.Dəmirəlin  dəvətindən  sonra  təyyarəylə  düĢüb  Ərzuruma,  oradan,  deyəsən, 
maĢınla gedib. Mən getdim, onu Ankarada gördüm.
 
2-3  dəfə  onu  itələdilər  ki,  sən  qabaqda  durma.  Mən  dedim  ki,  iĢiniz  olmasın,  ağsaqqaldır, 
dura bilər.
 
Rəhmətliyi Ankaradan yola saldılar Ġstanbulda dəfn etməyə. Hamı oradan dağıldı, amma mən 
dedim  ki,  onu  son  mənziləcən  yola  salacağam.  Bizim  təyyarə  saat  8-də  uçacaqdı.  Mənə 
dedilər ki, sizin uçuĢu saat 9-a saxladılar. Dedim ki, niyə? Öyrəndim ki, S.Dəmirəl tez uçur ki, 
mən gedənədək hər Ģeyi yerinə qoysun.
 
Mənim  Ġstanbula  getməyim  nəzərdə  tutulmamıĢdı.  Ancaq  Dəmirəl  gördü  ki,  Azərbaycan 
prezidenti  Turqut  Özalı  axır  mənzilə  yola  salır,  o  da  getməli  oldu.  Onlar  çox  narazıydılar... 
Nəysə, getdik.
 
Məsciddən  eĢiyə  çıxanda  S.Dəmirəl  dedi  ki,  yola  saldıq,  daha  gedək.  Mən  dedim  ki, 
məqbərəyə  qədər  gedəcəyəm.  Gördük  ki,  bunların  hamısı  narazıdır.  MaĢında  xanımı 
S.Dəmirələ telefon açdı ki, qayıdırsınızmı, o da dedi ki, yox, Elçibəy məqbərəyə gedir, mən də 
getməliyəm. Getdik və dəfn etdik.
 
Məni Ġstanbuldan yola salanda hansısa haqqımda deyib ki, bundan canımızı yaxĢı qurtardıq.
 
H.Əliyev orada mənə dedi ki, icazə ver, Naxçıvana veriləcək kredit 10 milyon yox, 20 milyon 
olsun. Dedim ki, bu, çoxdur. Hərbi, müdafiə məsələlərini yada saldı. Mən S.Dəmirəldən xahiĢ 
etdim ki, 20 milyon oradan götürün. Onlar da 20 milyonu götürüb bizi yıxdılar...”. 
 
Fazil  Qəzənfəroğlunun  bu  sözləri  də  tarixi  gerçəkliyi  əks  etdirir:  “Beləcə,  rəhmətlik  Turqut 
Özaldan  sonra  Türkiyənin  rəsmi  dairələrindəki  dəstəyi  azalan  Elçibəy  çoxyönlü  və 
çoxqapsamlı  hücumlar  qarĢısında  təkbaĢına  qalmıĢ  olurdu.  Bu  selin  onu  önünə  qatıb 
sürükləməsi kədərliydi” (F.Qəzənfəroğlu, göstərilən kitabı, s.208). 
***
 
22  aprel  axĢamı  Bəy  Ġstanbuldan  Bakıya  döndü.  Onu  yola  salanlar  arasında  Süleyman 
Dəmirəl, Heydər Əliyev və b. vardı. 
Həmin gün polkovnik H.Happonen baĢda olmaqla ATƏM-in hazırlıq texniki qrupu Qarabağda 
döyüĢ əməliyyatı zonasında iĢə baĢladı. Əslində bu iĢi Rusiya yerinə yetirmək istəyirdi, ancaq 
Bəy buna imkan vermədi. 
Müxtəlif ölkələrin 100 nümayəndəsinin daxil olduğu, iqamətgahı Ġsveçrənin Davos Ģəhərində 
yerləĢən  Ümumdünya  Ġqtisadi  Forumunun  nümayəndə  heyəti  prezident  Klaus  ġvabrın 
baĢçılığı altında elə həmin gün Bakıya gəldi. 23 apreldə onlar prezidentlə və baĢqa hökumət 
rəhbərləriylə görüĢdülər. 
Əbülfəz  bəy  24  apreldə  mətbuat  konfransı  keçirərək  Turqut  Özalın  dəfniylə  bağlı  Türkiyə 
səfərinin yekunları haqqında məlumat verdi. 
Ter-Petrosyanla  görüĢündən  söz  açan  Bəy  bildirdi  ki,  onunla  görüĢməyi  E.ġevardnadze, 
M.Snequr  və  ABġ-ın  rəsmi  dairələri  məndən  xahiĢ  etmiĢdilər.  Bəy  Rusiya  və  Fransanın 
Ermənistan-Azərbaycan  münaqiĢəsindəki  mövqelərindən  narazılıq  bildirərək  bəyan  etdi  ki, 
Rusiya açıq-aĢkar Ermənistanın tərəfini saxlayır və ona yardım edir. 
MDB  haqqında  verilən  sualı  prezident  belə  cavablandırdı  ki,  indiki  mərhələdə  MDB-yə 

qoĢulmaq barədə söhbət belə gedə bilməz. 
BMT  Təhlükəsizlik  ġurası  Azərbaycan  prezidentinin  təkidiylə  26-27  apreldə  Kəlbəcərin 
Ermənistan tərəfindən iĢğalını müzakirə etdi. Pakistandan olan sədr CəmĢid Marker 27 aprel 
məsləhətləĢmələrindən sonra bildirdi ki, Tġ Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qətnamə 
qəbul etmək fikrindədir. 
28 apreldə mətbuatda prezidentin mətbuat xidmətinin bəyanatı dərc edildi. Sənəddə Rusiya 
prezidentinin  vasitəçilik  təĢəbbüsünə  Azərbaycan  prezidentinin  münasibəti  Ģərh  edilərək 
bildirilirdi: “Ə.Elçibəy B.Yeltsinin təklifini razılıqla və minnətdarlıqla qarĢılayaraq ümid etdiyini 
bildirmiĢdir  ki,  Rusiya  BMT  Təhlükəsizlik  ġurasının  daimi  üzvü  kimi  Ermənistanın  təcavüzü 
barədə tutarlı və ədalətli sözünü deyəcəkdir. Bununla yanaĢı, Ə.Elçibəy Azərbaycanın ATƏM 
çərçivəsində sülh yaratmaq prosesinə prinsipial tərəfdarlığını təsdiq etmiĢdir”. 
Prezident  27  apreldə  Azərbaycan  milli  televiziyasının  texniki  imkanlarıyla  tanıĢ  olmaqçün 
teleĢirkətə  getdi.  Bu  gəliĢdən  çox  keçməmiĢ  ġirkətin  müasir  avdanlıqla  təchiz  edilməsi  və 
onun maddi-texniki bazasının yaxĢılaĢdırılmasıyçün prezidentin göstəriĢiylə xeyli vəsait ayrıldı 
və  çox  sonralar  Babək  Hüseynoğlu  etiraf  etdi  ki,  Azərbaycan  televiziyası  məhz  Elçibəy 
dövründən qalan texnikanı iĢlədir.  
Həmin  gün  Bəy  Milli  Məclisin  qapalı  iclasına  qatıldı.  Burada  Kəlbəcər  rayonunun  iĢğal 
olunmasının səbəbləri müzakirə edildi. Bəy Azərbaycanın milli müdafiə konsepsiyası haqqında 
məlumat verdi, ictimai-siyasi durumla bağlı bəzi aktual məsələlərə diqqəti çəkdi. 
Qapalı iclas 28 apreldə davam etdirildi. Prezident burada da iĢtirak etdi. Burada prezidentin 
təqdim  etdiyi  Nazirlər  Kabinetinin  qurumu  müzakirə  olundu  və  Milli  Məclis  həmin  qurumu 
təsdiqlədi. 
MDB  dövlət  baĢçılarının  Minskdə  müĢavirəsində  (28  aprel)  Azərbaycan  nümayəndələri  bu 
dəfə  heç  müĢahidəçi  kimi  də  iĢtirak  etmədi.  Həmin  gün  Rusiya  prezidentinin  xüsusi  səfiri 
Vladimir Kazimirov Bakıya gəldi. 
MDB-ni  birmənalı  Ģəkildə  rədd  etmək  sabitliyi  yenə  pozdu.  28  apreldə  ġamaxıda  “istefa” 
tələbli piket oldu. 27-29 apreldə Göyçayda 100-ə yaxın adam mitinq və piket oldu. AMĠP də 
bu mitinqə qoĢuldu. Onlar ĠH baĢçısı və prokurorun istefasını tələb etdilər. Evindən narkotik 
maddə və qumbara tapılmıĢ ElĢad ġirəliyevin həbsinə prokurorun sanksiya verməsi bu qəzəbə 
səbəb olmuĢdu. 3 may saat 23-dən Göyçay rayonunda qadağan saatı elan edildi. 
Daxili  iĢlər  nazirinin  əmriylə  Gəncə  ġəhər  Polis  Ġdarəsi  rəisinin  dəyiĢdirilməsi  də  burada  bir 
çoxlarında  etiraz  doğurdu.  ġəhərin  200-ə  yaxın  sakini  mərkəzi  meydana  toplaĢaraq  mitinq 
keçirdi (28 aprel). 
29 apreldə prezidentin fərmanıyla P.Hüseynov baĢ nazir, V.Əhmədov, Ə.Məsimov baĢ nazirin 
I  müavinləri,  A.Abbasov,  Ə.Məmmədov  onun  müavinləri  təyin  edildilər.  Bu  təyinatların 
təsdiqləndiyi MM iclasında R.Qazıyev Azərbaycanda bir aydan sonra vətəndaĢ müharibəsinin 
olacağını söylədi (görünür, nə dediyini çox gözəl bilirmiĢ!). 
Prezident Əbülfəz Elçibəyin hələ 4 martda imzaladığı “Antiinhisar fəaliyyəti haqqında” qanun 
29 apreldə dərc edilməklə qüvvəyə mindi. 
Yeni  baĢ  nazir  Pənah  Hüseynov  Nazirlər  Kabinetinin  rəhbər  aparatıyla  müĢavirə  keçirdi. 
P.Hüseynov dedi: “Bütün iqtisadi məsələlər bu binada həll edilməlidir. Bu səbəbdən Prezident 
Aparatındakı bəzi xidmətlər artıq ləğv olunmuĢdur”. 

Ə.Məsimovsa  bildirdi  ki,  icra  aparatındakı  paralel  strukturlar  idarəetmə  iĢlərinə  maneçilik 
törətdiyinə görə paralellik ləğv olunmuĢ, sosial-iqtisadi sahələrdə icra səlahiyyəti bütövlükdə 
Nazirlər Kabinetinə həvalə edilmiĢdir. 
Pənah  Hüseynovun  baĢ  nazir  təyin  edilməsinə  etiraz  edən  AMĠP  (partiya  öz  sədri  Etibar 
Məmmədovun baĢ nazir olacağını gözləyirdi; bəyanat məhz bu umud kəsiləndən sonra ortaya 
çıxdı)  bu  haqda  bəyanat  qəbul  etdi  (30  aprel).  Dövlət  müĢaviri  Arif  Hacıyev  mətbuatda 
soruĢdu: HAKĠMĠYYƏTĠ MÖHKƏMLƏTMƏK müxalifəti niyə belə narahat edir? 
Azərbaycan  prezidenti  30  apreldə  “AMOKO”  Ģirkətinin  prezidenti  Uilyam  Laurini  qəbul  etdi. 
Bəy  “AMOKO”  ilə  ARDNġ  arasındakı  danıĢıqların  uzun  çəkməsindən  narahatlığını  bildirdi  və 
dedi  ki,  bütün  bunlar  hələlik  bizdə  dövlət  mexanizminin  qaydaya  düĢməməsiylə  izah  edilir. 
Parlament seçkilərindən sonra bu sahədə qayda yaratmaq mümkün olacaq. 
R.Qazıyevin hədələri boĢ yerə deyilmiĢ - aprelin 30-unda Gəncədə hərbi hissə, batalyon, hərbi 
iĢçilərin  və  könüllülərdən  ibarət  dəstələrin  komandirləri  keçmiĢ  2-ci  ordu  korpusunun 
qərargahında  “Hərbi  birlik”  yaradaraq  prezidentə,  Ali  Sovetə,  Nazirlər  Kabinetinə,  Müdafiə 
Nazirliyinə,  bütün  aidiyyati  təĢkilatlara,  respublikanın  bütün  kütləvi  informasiya  vasitələrinə, 
bütün Azərbaycan xalqına «MÜRACĠƏT» qəbul etdilər.  
Həmin sənəddə oxuyuruq:  
«Birliyə  rəhbərlik,  onun  mənafelərinin  müdafiəsi,  hərbi  Ģuranın  qərarlarına  nəzarət,  onun 
problemləri, təĢkilati məsələləri, təchizat və digər məsələləri ilə məĢğul olmaq komandirlərin 
imkanlarından xaric olduğunu nəzərə alaraq müvafiq təĢkilatların və ayrı-ayrı rəhbər Ģəxslərin 
qarĢısında  məsələlər  qaldırmaq,  qaldırılmıĢ  məsələlərin  icrasına  nəzarət  etmək  səlahiyyətli 
nümayəndəmiz Hüseynov Surət Davud oğluna həvalə edilmiĢdir. 
And içirik! 
And  içirik  ki,  bu  gün  və  gələcəkdə  Vətənimizin,  xalqımızın  xoĢbəxt  gələcəyinə  mane  olan 
bütün hərəkətlərin (?!! - Ə.T.) qarĢısını alacağıq.  
And  içirik  ki,  Birlik  hərbi  Ģurasının  çıxardığı  qərarlara  sözsüz,  tam  hərbi  qaydada  əməl 
edəcəyik. 
Biz  ümidvarıq  ki,  tezliklə  bu  Birliyə  Azərbaycanın  bütövlüyü  və  tam  suverenliyi  uğrunda 
mübarizə apararaq döyüĢən bütün dəstələr, xalqımızın qeyrətli övladları qoĢulacaqlar».  
«Müraciət»i  Eldar  Usub  oğlu  Əliyev  (briqada  komandiri),  Rəsul  Musa  oğlu  Mirzəyev  (alay 
kom.),  Saday  Mirzəyev  (bat.  kom.),  Bahadur  Zeynalov  (bat.  kom.),  Mehman  Ələkbər  oğlu 
Ələkbərov  (alay  kom.),  Dəstəli  Ələkbər  oğlu  Hacıyev  (bat.  kom.),  Mehman  Aslan  oğlu 
BaxĢəliyev  (bat.  kom.),  Mahir  Fərhad  oğlu  Kərimov  (qərargah  rəisi),  Altay  Səyyad  oğlu 
Bayramov  (bat.  kom.),  Mirzə  Rza  oğlu  Ağayev  (avt.  xid.  rəisi),  Mixail  Vasilyeviç  Qridasov 
(qərargah  rəisi),  Sergey  Vasilyeviç  ġiryayev  (qərargah  rəisi),  Nazim  Elxan  oğlu  Bayramov 
(tank bat. kom.) və Oqtay Sayad oğlu Bayramov (bat. kom. müavini) imzalamıĢdılar.  
Burasını da yada salaq ki, Surətin ətrafına yığıĢ(dırıl)mıĢ həmin hərbçilər bu müraciətdə əksini 
tapmamıĢ baĢqa bir and da içmiĢdilər - onlar Qur'ana əl basmıĢdılar ki, S.Hüseynovu Ali BaĢ 
Komandan (yəni prezident!) edənə qədər vuruĢacaqlar.  
Qur'ana  əl  basmaq  kimi  cəsarətli  ideyanı  məhz  qeyri-müsəlman  Qridasov  və  ġiryayevin  - 
general ġerbakın  rəhbərliyi  altında  əslində Surətin  bütün  hərəkətlərinin  birbaĢa  təĢkilatçı və 
nəzarətçisinə  çevrilmiĢ  rus  hərbçilərinin  irəli  sürərək  gerçəkləĢdirməsi  çox  da  təəccüblü 

görünməməlidir.  Bəli,  sırf  rus  təfəkkürünün  məhsulu  olan  “Hərbi  birlik”  dövlət  çevriliĢinə 
hazırlığın ilk ən ciddi xəbərdarlığıydı.  
Surət  Hüseynovu  prezident  etmək  niyyətinin  ciddiyliyinə  gəlincə,  peĢəkar  hərbçi,  polkovnik 
Ġsa Sadıqov Ģahidlik edir: 
«1993-cü il aprelin axırlarında Nüsrət Budaqovun oğlunun toyunda 
azı  bir  on  dəfə  Surətin  Ģərəfinə  “bizim  GƏLƏCƏK  PREZĠDENTĠMĠZ”  sözləriylə  baĢlayan 
sağlıqlar deyilmiĢdi»
 (“Yeni Müsavat”, 22.04.1999).  
Bu narahatlıq dolu sətirlərdən sonra belə bir nikbin faktı da xatırladım ki, Azərbaycanın milli 
gəliri mart ayında fevrala nisbətən 2,6 faiz artmıĢ, inflyasiya yavaĢımıĢdı. 
822 SAYLI QƏTNAMƏ 
BirləĢmiĢ  Millətlər  TəĢkilatı  Təhlükəsizlik  ġurası  (Tġ)  30  aprel  1993-də  Ermənistan  - 
Azərbaycan münaqiĢəsini müzakirə edərək erməni qoĢunlarının Kəlbəcərdən və Azərbaycanın 
iĢğal olunmuĢ baĢqa ərazilərindən çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi. 
Azərbaycan  prezidentinin  səyləri  və  diplomatik  korpusumuzun  fəallığı  sayəsində  meydana 
çıxmıĢ bu sənəddə oxuyuruq: 
“Təhlükəsizlik ġurası 
Təhlükəsizlik ġurası sədrinin Dağlıq Qarabağ münaqiĢəsi haqqında 1993-cü il 29 yanvar tarixli 
və 1993-cü il 6 aprel tarixli bəyanatlarına istinad edərək, 
BaĢ katibin 1993-cü il 14 aprel tarixli məruzəsini nəzərə alaraq,  
silahlı  əməliyyatların  gücləndirildiyini,  xüsusən  yerli  erməni  qüvvələrinin  Azərbaycan 
Respublikasının Kəlbəcər rayonuna son müdaxiləsini təĢviĢlə qeyd edərək, 
[...] 
beynəlxalq sərhədlərin pozulmazlığını və ərazilər ələ keçirmək üçün qüvvə tətbiq olunmasının 
yolverilməzliyini bir daha təsdiq edərək, 
ATƏM çərçivəsində həyata keçirilən sülh prosesinə tərəfdar çıxdığını bildirərək [...]. 
1.  AtəĢin  qəti  Ģəkildə  dayandırılması,  habelə  bütün  iĢğalçı  qüvvələrin  KƏLBƏCƏR 
RAYONUNDAN  VƏ  AZƏRBAYCANIN  BU  YAXINLARDA  ĠġĞAL  OLUNMUġ  DĠGƏR 
RAYONLARINDAN  çıxarılması  məqsədilə  bütün  hərbi  əməliyyatların  və  düĢmənçilik 
hərəkətlərinin DƏRHAL DAYANDIRILMASINI tələb edir; 
[...] 
4. BaĢ katibdən xahiĢ edir ki, ATƏM-in indiki sədri ilə, habelə ATƏM-in Minsk qrupunun sədri 
ilə məsləhətləĢmələr keçirib bölgədəki, xüsusən Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətə 
qiymət versin və Ģuraya bu barədə yeni məruzə təqdim etsin”. 
Qətnamədəki “yerli erməni qüvvələri” ifadəsi buraya Fransanın təzyiqiylə salınmıĢdı. 
 
"BĠZƏ MÖHKƏM HÖKUMƏT LAZIMDIR" 
822  saylı  qətnamənin  qəbulu  Azərbaycanın  çox  görkəmli  diplomatik-siyasi  qələbəsiydi. 
Ermənilər fakt qarĢısında qalaraq Kəlbəcəri və baĢqa torpaqlarımızı boĢaltmalıydılar. BMT Tġ-
nın  tələbinin  yerinə  yetirilməsi  yalnız  Azərbaycan  hakimiyyətinin  devrilməsi  sayəsində 

dayandırıla bilərdi. Bunu gözəl dərk edən hakimiyyətsə özünü möhkəmləndirməkdəydi. 
P.Hüseynov Azərbaycanda dövlət modeliylə bağlı olaraq bildirirdi: 
“1992-93-cü illərdə dövlət 
quruculuğu sahəsində iki model müzakirə olunurdu. Birinci model Nazirlər Kabinetinin ləğvi və 
təxminən ABġ sisteminin tətbiqini nəzərdə tuturdu. UZUN MÜDDƏT BU MODELƏ ÜSTÜNLÜK 
VERĠRDĠK. 1993-cü ilin əvvəllərində iĢ yekun mərhələsinə daxil olmaqda idi. Müvafiq sənədlər 
hazırlanıb Milli Məclisə təqdim olunacaqdı. YAZDA Əbülfəz bəydə tərəddüdlər baĢladı. Bildirdi 
ki, HEYDƏR ƏLĠYEVLƏ GÖRÜġƏRKƏN (12 fevral görüĢü nəzərdə tutulur - Ə.T.) o, Nazirlər 
Kabinetinin saxlanmasını təklif edib”
 (“Yeni Müsavat”, 14.04.1999).  
Əslində ikinci modelin qələbəsi olaraq baĢ nazir təyin edilən və Nazirlər Kabineti mexanizmini 
hərəkətə  gətirməyi  ən  böyük  uğuru  sayan  Pənah  Hüseynov  “Azərbaycan”  qəzetinin  1  may 
tarixli  sayında  Nazirlər  Kabinetiylə  Prezident  Aparatı  arasındakı  münasibətlərə  və  b. 
məsələlərə  aydınlıq  gətirdi.  O  bildirdi  ki,  indiyədək  Nazirlər  Kabinetinin  qurumu  hüquqi 
baxımdan müəyyənləĢməmiĢdi. MM-in təsdiqlədiyi quruma 23 nazirlik və komitə daxildir. 
P.Hüseynov son illərdə Azərbaycanda idarəçiliyin ən nöqsanlı cəhəti kimi Nazirlər Kabinetiylə 
Prezident  Aparatı  arasındakı paralellik  və ziddiyyətlərin  olmasını göstərərək  bu halın  onların 
ikisini  də  iflic  etdiyini  söylədi,  Nazirlər  Kabinetinin  canlandırılması  və  hüquqi  dövlət 
quruculuğu baxımından bu sahədə aparılan iĢlərin əhəmiyyətinin böyüklüyünü qeyd etdi. 
BaĢ  nazir  iĢlək,  çevik  quruma,  ənənələrə  və  real  icra  səlahiyyətlərinə  malik,  özünün 
missiyasını  həyata  keçirə  bilən  icra  sisteminin  yaranmasına  çalıĢacağına  söz  verdi.  Bunu 
xüsusi vurğuladı ki, hələlik mühüm dəyiĢikliklər ondan ibarətdir ki, sosial-iqtisadi sahədə icra 
səlahiyyəti  bütünlüklə  Nazirlər Kabinetinə  verilib.  Bu,  özlüyündə bütün  icra  qurumlarında, o 
sıradan Prezident Aparatında dəyiĢikliklərə səbəb olmuĢdur. (Son cümlədəki fikri bəlkə də çox 
əhəmiyyətsiz görünə biləcək bir fakt da təsdiqləyir. Bu müsahibənin dərc olunduğu nömrədə 
belə  bir  elan  verilib:  “VƏTƏNDAġLARIN  NƏZƏRĠNƏ.  Azərbaycan  Respublikası  Prezident 
Aparatının  strukturunda  aparılan  dəyiĢikliklərlə  əlaqədar  MAY  AYINDA  vətəndaĢların  qəbulu 
cədvəli yaxın günlərdə çap ediləcəkdir”). 
Onun  baĢ  nazir  olması  ideyasının  prezident  Əbülfəz  Elçibəyə  məxsusluğunu  bildirən 
P.Hüseynov dedi: “Bizə möhkəm hökumət lazımdır”. 
Ancaq, təəssüf ki, bu hökumət möhkəm olmağı bacarmadı. P.Hüseynovun nəinki müxalifət, 
hətta  iqtidar  komandası  tərəfindən  də  birmənalı  qəbul  edilməməsinin  də  əhəmiyyətsiz  rol 
oynamadığı etirazlar dalğası bu hökuməti gündən-günə zəiflətməyə baĢladı…  
Yeni  baĢ  nazirin  ilk  müsahibəsinin  verildiyi  həmin  qəzetdəcə  AMĠP-in  sədr  müavini  Nazim 
Ġmanov ölkədəki ictimai-siyasi durumun “gərginliyin son həddinə gəlib çatdığını” bildirəndən 
sonra  tələb  edir:  “XALQ  ETĠMADI  HÖKUMƏTĠ  yaratmaq  lazımdır  və  burada  CƏMĠYYƏTĠN 
BÜTÜN SOSĠAL-SĠYASĠ TƏBƏQƏLƏRĠ təmsil olunmalıdır”. 
H.Əliyevsə  deyirdi:  “Əgər  deputatlar  Ali  Sovetin  növbədənkənar  sessiyasının  çağırılmasını 
xahiĢ  edərlərsə  onların  FĠKRĠNƏ  DĠQQƏT  YETĠRMƏK  LAZIMDIR”.  (Nədənsə,  H.Əliyev  Ali 
Sovetin sədri olanda buna diqqət yetirmədi).
 
“Müsavat”ın  baĢ  katibi  Niyazi  Ġbrahimov  sessiya  çağırılmasına  toxunaraq  bəyan  edirdi: 
“Növbədənkənar  sessiyanın  çağırılması  deputatların  fikri  deyil,  bilavasitə  Heydər  Əliyevə 
aidiyyatı  olan  ayrı  bir  qrupun  fəaliyyətinin  nəticəsidir.  Məhz  o,  həmin  sessiyanın  keçirilməsi 
haqda çağırıĢa imza yazılmasının təĢəbbüskarıdır”.
 

P.Hüseynov  baĢ  nazir  olduqdan  sonra  boĢ  qalmıĢ  dövlət  katibi  vəzifəsinə  prezidentin 
fərmanıyla  Əli  Kərimov  təyin  edildi  (1  may).  Sonralar  (məsələn,  22  iyun  2000-də,  Nəcəf 
Nəcəfovu  anım  günündə)  Əbülfəz  bəy  məhz  Nəcəf  bəyin  məsləhətiylə  bu  fərmanı  verdiyini 
bildirmiĢdi.  
Dövlət  katibi  olaraq  mətbuata  4  mayda  verdiyi  ilk  müsahibəsində  Ə.Kərimov  Göyçay  və 
ġamaxı hadisələrinə toxunaraq bildirdi: 
“Bu hadisələrdə Heydər Əliyevi təqsirləndirməyə heç 
bir  əsasımız  yoxdur.  Ancaq  orası  da  vardır  ki,  MOSKVADAKI  MÜƏYYƏN  QÜVVƏLƏR  və 
respublikanın keçmiĢ partiya rəhbərliyi NAXÇIVAN RƏHBƏRĠNDƏN ÖZ SĠYASĠ OYUNLARINDA 
ĠSTĠFADƏ ETMƏYƏ ÇALIġIRLAR. Bu qüvvələrə sadəcə olaraq elə bir Ģəxs lazımdır ki, ONLARI 
HAKĠMĠYYƏTƏ GƏTĠRSĠN”.
 
O, Gəncədə gərginliyin artmasının səbəbkarlarından biri kimi keçmiĢ korpus komandiri Surət 
Hüseynovu göstərdi. “AZƏRBAYCAN PREZĠDENTĠ ONA QARġI ALĠCƏNAB HƏRƏKƏT EDƏRƏK 
BÜTÜN ƏVVƏLKĠ SƏHVLƏRĠNĠ BAĞIġLADI. Deməli, bu insanlığın müqabilində onun da Surət 
Hüseynovdan adekvat (eyni) münasibət gözləməyə haqqı vardır”. 
Milli Məclisin 4 maydakı iclasında daxili iĢlər naziri Abdulla Allahverdiyev bildirdi ki, fövqəladə 
vəziyyət rejimi olmasına baxmayaraq Gəncə, Göyçay, Quba, ġamaxı, Lənkəran və b. yerlərdə 
qeyri-qanuni  yürüĢlər  və  mitinqlər  keçirilməsinə  cəhd  göstərilib.  Göyçaydakı  mitinqin  5 
təĢkilatçısından  2-si  AMĠP-dəndir.  Nazir  Gəncəyə  xeyli  polis  qüvvəsinin  cəmləĢdirildiyini  də 
söylədi. 
Adı  çəkilən  rayonlardakı  hadisələrin  ən  qəliz  variantı  özünü  Naxçıvanda  göstərirdi.  Bunu 
aĢağıda  göz  önünə  qoyduğumuz  sənəd  də  təsdiqləyir:  «1993-cü  il  mayın  3-də  saat 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin