ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ


“Qəzvin  əhli  hər  gün  qala  divarlarından  adam  Ģaqqalarını



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
elcibey11-Prezident Elçibəy


“Qəzvin  əhli  hər  gün  qala  divarlarından  adam  Ģaqqalarını 
asılı görmədilər və ġah meydanında cəlladların adam Ģaqqalamaqlarını və dardan 
asmaqlarını  və göz çıxarmaqlarını müĢahidə etmədilər.  Bu keyfiyyət onlara xeyli 
qəribə  göründü.  Əvvəl  dedilər  ki,  görünür,  bu  təzə  padĢah  çox  rəhmli  və  həlim 
adamdır!  Sonra  onun  rəhminə  və  həlimliyinə  mübahisə  varid  etdilər.  Bunu 
QƏTĠYYƏTSĠZLĠYƏ  və  ZƏĠFXASĠYYƏTLĠLĠYƏ  yozdular.  Bundan  əlavə  də  Yusif 
Ģahda  min  cür  özgə  eyiblər  tapdılar.  Sözün  qısası,  BĠR  BELƏ  ARTIQ  RƏHMLĠ 
PADġAHIN ƏMRĠ ALTINDA YAġAMAQ NƏHAYƏT DƏRƏCƏDƏ  ƏZABLI GÖRÜNDÜ. 
...Hər birisinin baĢına Ģuluqluq və tüğyan xəyalı düĢdü və tezliklə Qəzvində böyük 
Ģuluqluq yarandı”.  
Xatırladıram  ki,  Mirzə  Fətəli  bu  əhvalatı  Ġsgəndər  bəy  MünĢi  Türkmanın  Səfəvilər  dövrünün 
sonuna aid “Tarixi-aləmarayi-Abbasi” adlı gerçək hadisələr əsasında yazılmıĢ tarixnaməsindən 
götürüb.  Tarix,  doğrudan  da,  təkrar  olunurmuĢ!  Qəzvin  qiyamı  və  onun  nəticələri  bir  neçə 
yüz il sonra Gəncədə təkrarlandı. 
KeçmiĢ dövlət müĢaviri Arif Hacıyev: «Gəncədə hərbi və siyasi müxalifətin güclü qovuĢması 
prosesi gedirdi. Bu prosesdə bilavasitə Heydər Əliyev, Etibar Məmmədov, ZərdüĢt Əlizadə… 
iĢtirak  edirdilər.  Rusiya  və  Ġranın  xüsusi  xidmət  orqanları  da  bu  prosesə  qatılmıĢdılar.  Yəni 
hakimiyyətin  opponenti  olan  bütün  qüvvələrin  -  hərbi  və  siyasi  müxalifətin  mərkəzi  Gəncə 
Ģəhəriydi.  Əvvəlki  dövrlərdə  4-üncü  ordunun  Gəncədə  yerləĢməsi,  sonra  da  oradakı  silahlı 
qüvvələrin  Surət  Hüseynovun  nəzarəti  altına  keçməsi  ciddi  problemlər  yaradırdı.  Məncə, 
Elçibəy  hökumətinin  devrilməsinin  ən  əsas  səbəblərindən  biri  hərbi  qüvvələrin  nəzarətə 
götürülməsindəki lənglik oldu. (Bu proses əslində gedirdi, ancaq baĢa çatdırılmadı). Məsələn, 
Rəhim  Qazıyevi  fevralda  yox,  ən  geci  1992-nin  sentyabr-oktyabrında  vəzifədən  götürmək 
lazımdı. Bu elə R.Qazıyevin də xeyrinə olardı - bəlkə də indi həbsdə olmazdı. Ancaq məsələ 
ləngidildi, gecikdirildi. 1993-üncü ilin fevral ayındakı dövlət çevriliĢi cəhdindən sonra, Kəlbəcər 
hadisələrindən dərhal sonra Surət Hüseynovun yenidən briqada yaratmasına imkan verilməsi 
çox böyük səhvdi. Bu, hakimiyyətin devrilməsində ciddi rol oynadı». 
...4  iyun  günü  sıravi  Azərbaycan  vətəndaĢının  heç  nədən  xəbəri  yoxdu.  Üzdən  hər  Ģey  öz 
qaydasında  gedirdi.  HəmiĢəki  iĢ  ahəngi  davam  edirdi  -  qurucular  quruculuqla,  yıxıcılar 
yıxıcılıqla məĢğuldu. Cari ilin büdcə layihəsi tərtib edilmiĢ və o, ilk dəfə Azərbaycanın öz milli 
valyutasıyla hesablanmıĢdı. Prezident Əbülfəz Elçibəy 4 iyunda keçirilən Azərbaycan Ticarət-
Sənaye Palatasının qurultayını təbrik etmiĢdi.  
Bu  vaxtsa  Gəncədə  hakimiyyətin  taleyini  həll  edən  ciddi  hadisələr  baĢ  verirdi.  Rusiya  hərbi 
dairələrinin  oyuna  saldığı  Surət  Hüseynovun  arxasında  gizlənmiĢ  bütün  düĢmənlərimiz 
Azərbaycan  iqtidarını  devirməkçün  ayağa  qalxaraq  üsyan  etmiĢdilər.  Gəlin  öncə  4  iyunun 
necə baĢ verdiyinə göz yetirək. 
Kəlbəcər  iĢğalının  nəticələrini  diplomatik  vasitələrlə  yoluna  qoya  bilmiĢ  və  iĢğalçı  erməni 
qüvvələrinin  iyunun  baĢlanğıcında  oradan  çıxarılacağına  BMT  və  ATƏM  vasitəsiylə  nail  ola 
bilmiĢ  iqtidar  Kəlbəcəri  düĢmən  pəncəsindən  qurtarmaqçün  öz  hərbi  qüvvələrini  də 
sahmanlamağa baĢlamıĢdı. 1-inci korpusun komandanlığına Ġsa Sadıqov, yeni formalaĢdırılan 
3-üncü korpusa Salahov komandan təyin edilmiĢdilər. Onlar korpusların iĢini əsasən yenidən 

qurmalıydılar. Bu zaman Gəncədə yerləĢən 709-uncu briqadanın ləğvi məsələsi ciddi Ģəkildə 
oraya  çıxmıĢdı,  çünki  o,  aprel-may  aylarında  Gəncəyə  toplaĢmıĢ  və  döyüĢlərdə  iĢtirakdan 
imtina etmiĢdi və 21 maydan Müdafiə Nazirliyini tanımadığını rəsmən bildirmiĢdi.  
Surət Hüseynovun rəhbərliyi altında olan 709-u ləğv etməkçün prezident fərman və müdafiə 
naziri əmr imzalamıĢdılar, ancaq briqada komandiri Eldar Əliyev əmri qəbul etməkdən boyun 
qaçırırdı.  
Müdafiə nazirinin rəhbərliyi altında əməliyyat planı iĢlənib hazırlanmıĢ, 709-un ləğvindən ötrü 
baĢqa güc qurumlarının qüvvələri də Gəncəyə göndərilmiĢdi. Ancaq məsələni əlüstü və qansız 
həll etməkçün nəzərdə tutulmuĢdu ki, iyunun 3-ündən 4-ünə keçən gecə Surət Hüseynov və 
yanındakı  qiyamçılar  həbs  ediləcək,  polkovnik  Ġsa  Sadıqovsa  ayın  3-ündə  709-uncu 
briqadanın  Seyfəlidəki,  ayın  4-ündəsə  Gəncədəki  hissəsinin  praktik  ləğvinə  baĢlayacaq. 
Prezidentin göstəriĢiylə bütün  əməliyyatlara  baĢ  nazir Pənah  Hüseynov  rəhbərlik  etməli (bu 
iĢə spiker Ġsa Qəmbər də yaxından qatılmalıydı və qatıldı da), baĢda müdafiə naziri olmaqla, 
Gəncəyə göndərilmiĢ bütün Ģəxslər və qüvvələr onun göstəriĢlərini yerinə yetirməliydi.  
Bu  haqda  Pənah  Hüseynovun  özü  “Yeni  Müsavat”  qəzetinə  verdiyi  müsahibəsində  deyir: 
“...Ölkədə vəziyyət gərgin idi. Biz bunu bilirdik. VƏ KOMPLEKS TƏDBĠRLƏR HAZIRLANMIġDI. 
Bu  da  gizli  deyil.  Bir  sıra  siyasi  hüquqların  məhdudlaĢdırılmasını  və  fövqəladə  tədbirlərin 
həyata keçirilməsini nəzərdə tutan məsələlər müzakirə mərhələsində idi. Prinsipcə prezidentlə 
razılaĢdırılmıĢdı. Amma hərbi müxalifət qala-qala ölkədə bu cür tədbirlərin reallaĢdırılması çox 
çətin  idi.  [...]  Konkret  desəm,  3-dən  4-nə  keçən  gecə  saat  4-də  S.Hüseynovun  həbs 
edilməsini gözləyirdik və təbii ki, yatmamıĢdıq”. “...Bu, faktiki olaraq, 93-cü il may ayının 21-
dən  baĢlanan  qiyamın  açıq  çıxıĢa  keçməsinin  qarĢısını  almaq  məqsədilə  həyata  keçirilməsi 
nəzərdə  tutulan  tədbir  idi.  [...]  Həmin  tarixdə  709  saylı  hərbi  hissədən  Müdafiə  Nazirliyinin 
komissiyası qovulub və bildiriblər ki, biz müdafiə nazirinə tabe olmuruq. Bu barədə D.Rzayev 
mayın 25-də Dövlət Müdafiə Komitəsinin iclasında məlumat verib və DMK bu sahədə qayda 
yaradılmasını  müdafiə  nazirinə  həvalə  edib”  (15.04.1999).  “...ÇevriliĢi  hazırlamıĢ  bir  çox 
Ģəxslər  həmin  gecə  Gəncədə  həbs  olunmalı  idi.  Çox  təəssüf  ki,  həbslərin  heç  biri  həyata 
keçirilməyib.  Mülki  Ģəxslər  də  daxil  təxminən  100-dən  çox  (123  -  Ə.T.)  adam  haqqında 
sanksiya  baĢ  prokuror  [Ġxtiyar  ġirinov]un  cibində  olub.  O  cümlədən  Nüsrət  Budaqov, 
daĢkəndli Vaqif və digərləri haqqında” (16.04.1999).  
Əməliyyat  ayın  3-ündə  baĢlanmıĢdı.  Hər  Ģeyin  uğurla  keçəcəyinə  arxayın  olan  prezident 
Elçibəy, Ali Sovetin sədri Ġsa Qəmbər və baĢ nazir Pənah Hüseynov həmin gün Filarmoniyada 
Xuraman  Qasımovanın  konsertində  iĢtirak  edirdilər.  Bu  vaxt  artıq  polkovnik  Ġsa  Sadıqov 
Seyfəlidəydi. 
Həmin  günü  Ġ.Sadıqov  belə  xatırlayır:  “Ġyunun  3-də  əmri  götürüb  qayıtdım  Seyfəliyə.  Əmri 
Seyfəlidən  Gəncəyə  Məhəmmədov  (Gəncə  paraĢüt-desant  hissəsinin  komandiri  olan 
Ramadan  Maqomedov  indi  Bakıdakı  hərbi  məktəblərdən  birində  rəis  müavinidir  -  Ə.T.) 
aparmalıydı.  Seyfəlidə  709-un  təhvil-təslim  prosesi  çox  rahat,  heç  bir  müqavimətsiz  baĢa 
çatdı.  Gəncədənsə  səs-soraq  eĢidilmirdi.  Sən  demə,  Seyfəlidəki  yığıncağımızdan  çıxan  kimi 
Məhəmmədov  qaçıb  Gəncəyə,  bütün  məsələləri  Surətə  danıĢıb  və  sonra  da  ümumiyyətlə, 
respublikanı tərk edib” (“Yeni Müsavat”, 22.04.1999). 
709-un  ləğvi  hərbi  məsələ  olduğuna  görə  bu  əməliyyata  bütün  rəhbərliyi  müdafiə  naziri 
etməliydi, ancaq hadisələrin gediĢi göstərir ki, DadaĢ Rzayev ən azı ayın 3-ündən baĢlayaraq, 
ən yumĢaq tərzdə desək, ona tapĢırılmıĢ iĢin öhdəsindən gəlməyib.  

Prezident  Ə.Elçibəyin  köməkçisi  olmuĢ  O.Qasımov  və  baĢ  nazir  P.Hüseynovun 
köməkçisi  olmuĢ  E.PaĢayev  mənə  heyrətdoğurucu  bir  əhvalat  danıĢıblar. 
Qiyamdan  bir  gün  öncə  -  iyunun  3-ündə  Bakı  Ģəhər  bələdiyyə  polisinin  rəisi, 
tərtərli  Mehdi  Mehdiyev  Surətin  yanındakı  goranboylu  Tacir  adlı  ən  nüfuzlu 
batalyon  komandirlərindən  biriylə  danıĢaraq  onu  hökumət  tərəfə  keçməyə  razı 
salıb.  Ancaq  Tacir  hökumətdən  kiminsə  qiyamda  iĢtiraka  görə  ona 
toxunulmayacağına  zəmanət  verməsini  istəyib.  M.Mehdiyev  ona  heç  kəsin 
dəyməyəcəyinə  söz  verərək  onu  müdafiə  naziri  D.Rzayevin  yanına  gətirib  və 
məsələni  danıĢıb.  Bu  hərəkətinə  görə  batalyon  komandirini  ruhlandırmaq  və 
beləliklə  də,  Surətin  yanındakı  baĢqa  hərbçiləri  də  dövlət  tərəfinə  keçməyə 
həvəsləndirmək  əvəzinə,  D.Rzayev  Taciri  elə  oradaca  həbs  etdirib!  Bunu  görən 
M.Mehdiyev qəzəbindən poqonlarını qopararaq yerə çırpıb.  
Bu  əhvalatı  daha  geniĢliklə  daxili  iĢlər  nazirinin  sabiq  müavini  Qabil  Məmmədovdan  da 
eĢitmiĢəm.  Qabil  bəy  deyib:  “Goranboyun  Xanqərvənd  kəndindən  olan  Tacirin  komandir 
olduğu  batalyonu  Surət  Seyfəliyə  təlim-məĢq  toplanıĢına  göndərmiĢdi  (əslində  bu,  hərbi 
çevriliĢə  hazırlıqdı).  Mehdi  Mehdiyevin  müavini  Zaməddin  Tacirlə  bir  kənddəndi.  Onun 
vasitəsiylə  Tacirin  yerini  müəyyənləĢdirib  əlaqə  yaratdıq.  3  iyunda  Seyfəli  poliqonundan 
gizlincə gələn Tacir bildirdi ki, bir dövlət adamı ona zəmanət versə Seyfəlidə onun tabeliyində 
olan batalyonu üç-üç, beĢ-beĢ qaçıraraq müdafiə naziri DadaĢ Rzayevin əmr etdiyi istənilən 
yerə gətirəcək və onun bütün əmrlərini yerinə yetirəcək. RazılaĢdıq.  
Zaməddin  Goranboyda  Tacirin  qardaĢının  evində  girov  qaldı.  Taciri  də  götürüb  DadaĢ 
Rzayevin Tovuzda yerləĢən köhnə korpusuna getdik. GörüĢdə bizdən baĢqa BaĢ Qərargahın 
rəisi  Nurəddin  Sadıqov,  daxili  qoĢunların  komandanı  Fəhmin  Hacıyev,  Tovuzun  icra  baĢçısı 
Vahid  Hümbətov  və  D.Rzayevin  köməkçisi  Mirvaleh  də  iĢtirak  edirdilər.  Biz  Taciri  DadaĢ 
Rzayevə  təqdim  edib  onun  öz  hərbi  qüvvəsiylə  birgə  dövlət  tərəfə  keçməyə  və  müdafiə 
nazirinin  bütün  əmrlərini  yerinə  yetirməyə  hazır  olduğunu  bildirdik.  Tacir  özü  də  hökumətə 
qarĢı  çıxmayacağını  bildirəndə  DadaĢ  Rzayev  qəzəblə  dedi  ki,  sən  bu  sözlərinlə  bunta 
hazırlaĢdığınızı  təsdiqləyirsən.  Və...  Taciri  həbs  etməyə  əmr  verdi.  Hamımız  heyrətə  gəldik. 
Mən  buna  etiraz  edəndə  və  bir  əməkdaĢımızın  Tacirin  qardaĢının  evində  girov  olduğunu 
bildirəndə  müdafiə  naziri  rusca  dedi  ki,  yoldaĢ  polkovnik,  hərbi  iĢə  qarıĢmayın!  Sonra  ana 
dilimizdə  əlavə  etdi  ki,  özüm  məsələni  aydınlaĢdıracağam.  Mehdi  Mehdiyev  də  hirsindən 
poqonlarını qoparıb yerə çırpdı.  
Oradan  çıxdıq.  Mən  Qazax  rayon  polis  Ģöbəsinə  gəlib  Ġsaxan  AĢurovun  yanından  nazirimiz 
Abdulla  Allahverdiyevə,  baĢ  nazir  Pənah  Hüseynova  və  prezidentin  köməkçisi  Oqtay 
Qasımova vəziyyət haqqında məruzə edərək DadaĢ Rzayevin hərəkətlərindən Ģübhələndiyimi 
bildirdim.  
Qəribədir ki, D.Rzayev həmin gecə təxminən saat 3-4 radələrində Taciri həbsdən buraxdı və 
elə  həmin  gecə  qüvvələrini  Seyfəlidən  709-a  köçürən  batalyon  komandiri  artıq  qiyamçıların 
baĢında dayandı  -  Navahıyadək  gələn  surətçi qüvvələrin  baĢında məhz  o  dururdu.  Buradan 
aydın oldu ki, DadaĢ Rzayevin hərəkətləri ən azından qiyama rəvac verməkdi”.  
Beləliklə,  Tacirin  həbs  edilməsi  Surətin  yanında  bulunan,  ancaq  hökumətə  təslim  olmaq 
istəyən  (belələri  az  deyildi)  baĢqa  hərbçilərə  də  əslində  “yerinizdən  tərpənməyin  ha!” 
xəbərdarlığına  bərabər  oldu,  halbuki  Tacirin  vasitəsiylə  qiyamı  bəlkə  elə  qalxmamıĢdan 
yatırmaq mümkündü!..  

Təəccüblüdür  ki,  gündüzündən  polkovnik  Ġsa  Sadıqovun  Seyfəlidə  problemsiz  təhvil  aldığı 
surətçi  qüvvələr  3-ündən  4-ünə  keçən  gecə  kiminsə  əmrinə  əsasən  (bu  əmri  Surətin 
vermədiyi  bəllidir,  çünki  o,  həmin  vaxt  yuxudaymıĢ)  oradan  çıxarılaraq  Gəncəyə  gətirilib. 
(Məqsəd  qırğını  Ģəhərin  adam  yaĢayan  hissələrinə  köçürmək  olub).  Bunu  nəzərdə  tutan 
keçmiĢ baĢ nazir P.Hüseynov D.Rzayevi ittiham edir: “...DadaĢ Rzayev iyunun 3-ü gecəsi baĢ 
nazirə  doğru  olmayan  informasiyalar  verib.  [...]  Məsələn,  Seyfəlidən  çıxan  hərbi  hissənin 
guya  bizimkilərə  (hökumət  qüvvələrinə  -  Ə.T.) məxsus olması xəbəri.  Bu  hərbi hissə  ordan 
çıxmalı  deyildi.  Sonra  D.Rzayev  təsdiq  etdi  ki,  bəli,  bu  qüvvə  hökumətin  deyil.  Digər 
məsələlər  də  var.  Bir  sözlə,  D.Rzayev  bizim  ümid  etdiyimiz  və  gözlədiyimiz  nazir  olmadı” 
(“Yeni Müsavat”, 16.04.1999).  
Evinin ətrafında cəmi 17 mühafizəçisi olan S.Hüseynovu MTN-in xüsusi təyinatlı dəstəsi (XTD 
-  “spesnaz”)  gecə  yarısı  həbs  etməliydi  (MTN  XTD-nin  rəisi  Eldar  Əhmədovdu).  MTN  əks-
kəĢfiyyat idarəsi rəisinin müavini rəhmətlik Malik Abbasov və MTN Gəncə Ģəhər Ģöbəsinin rəisi 
Rəfail  Mirzəyev  də  həm  bu  iĢlə,  həm  də  ümumən  qiyamın  yatırılmasıyla  bağlı  göstəriĢləri 
yerinə yetirməliydilər. Lakin möcüzə baĢ verdi - S.Hüseynova heç kəs “gözün üstə qaĢın var” 
demədi  və  o,  müqavimət  görmədən  öz  qiyamına  baĢladı.  Ancaq  sonralar  belə  söz-söhbət 
geniĢ  yayıldı  ki,  Surət  əslində  iki  dəfə  həbs  edilib,  lakin  hər  dəfə  də  buraxılıb.  Bu  fakta 
P.Hüseynov  belə  Ģərh  verir:  “ġahid  ifadələrinə,  məlum  məhkəmələrdəki  materiallara  görə, 
S.Hüseynov  həbs  edilməyib.  Sadəcə,  Nüsrət  Budaqov  və  əlavə  5-6  nəfərin  müĢayiəti  ilə  [4 
iyunda] səhər saat 9-dan 10-a iĢləmiĢ öz evindən çıxıb. Saxlanılıb. Özü maĢından düĢüb. Belə 
bir  ifadə  iĢlədib  ki,  “atıĢacağıqmı?”.  Ona  deyiblər  ki,  “bizim  səninlə  iĢimiz  yoxdur”  (“Yeni 
Müsavat”, 15.04.1999). (Əlavə məlumatçün bildirim ki, adlarını sadaladığım Ģəxslər 1993-dən 
sonra  -  artıq  H.Əliyevin  dövründə  bu  vəzifələrdə  iĢlədilər:  Malik  Abbasov  -  MTN  Sumqayıt 
Ģəhər  Ģöbəsinin  rəisi,  Rəfail  Mirzəyev  -  respublika  Gömrük  Komitəsi  sədrinin  müavini,  Eldar 
Əhmədov - “LUKoyl”un mühafizəsinin rəisi). 
 
Beləliklə,  ayın  3-ü  əməliyyatı  pozuldu.  KeçmiĢ  dövlət  müĢaviri  Arif  Hacıyev:  «Bütün 
problemlər ondan baĢladı ki, S.Hüseynovu həbs etməli adamlar onu həbs etmədilər. Niyə? Bu 
suala cavab verə bilmərəm. Mənə elə gəlir ki, məsələ çox səthi hazırlanıb və keçirilməsində 
də ciddi qüsurlara yol verilib. Ġndi aydınlaĢır ki, oraya göndərilmiĢ adamların heç dəqiq planı, 
iĢ,  vəzifə  və  səlahiyyət  bölgüsü  yoxmuĢ,  həbsləri  kimin  (ordunun,  polisin,  yoxsa  Milli 
Təhlükəsizlik  Nazirliyinin)  həyata  keçirəcəyi  dəqiq  bilinmirmiĢ.  Orada,  bax,  belə  bir 
anlaĢılmazlıq olub. Mənim fikrimcə, əməliyyatın uğursuzluğuna əsas səbəb cəsarətsizlik olub. 
Kimin cəsarətsizliyi - bunu orada iĢtirak edən adamlar daha yaxĢı bilir». 
BƏS AYIN 4-ÜNDƏ NƏ BAġ VERDĠ? 
Polkovnik  Ġsa  Sadıqov  4-ü  günü  Gəncədə  gördüklərini  “Yeni  Müsavat”  qəzetinə  verdiyi 
müsahibədə  belə  təsvir  edir:  “Təxminən  səhər  saat  6-7  arası  operativ  növbətçi  mənə  zəng 
vurub dedi ki, D.Rzayev Gəncədən məlumat gətirməyimi istəyir. MaĢına oturub [Seyfəlidən?] 
yollandım  Gəncəyə.  ġəhər  çaxnaĢırdı.  Hərbi  hissənin  yaxınlığındakı  evlərin  damında 
[hökumətə  məxsus]  silahlı  əsgərlər,  mülki  geyimli  adamlar  dayanmıĢdı”  (“Yeni  Müsavat”, 
22.04.1999).  “Camaat,  arvad-uĢaq  zirehli  texnikanın  baĢına  toplaĢıb,  səs-küy,  itaətsizliyə 
çağırıĢlar  aləmi  bürüyüb...  Bütün  bu  detallar  Gəncə  hadisələrinin  Rusiya  ssenarisi  əsasında 
hazırlanması  ehtimallarının  doğruluğuna  Ģübhə  yeri  qoymur.  Yalnız  rus  peĢəkarları  yerli 
əhalidən bu qədər məharətlə istifadə eləyə bilərdi. SilahlanmıĢ mülki Ģəxslərin (P.Hüseynovun 
dediyinə  görə,  S.Hüseynov  əhaliyə  800  silah  paylayıbmıĢ  -  Ə.T.)  arasında  içkili  vəziyyətdə 

olanlar çox idi. Narkotik qəbul elədikləri dərhal hiss olunurdu. 709-cu briqadaya məxsus hərbi 
hissəyə  girəndə  də  yalnız  bu  cür  adamlarla  qarĢılaĢdım”  (23.04.1999).  [Vaxtı  uzatmaqçün 
Ġ.Sadıqov əmri gətirmək bəhanəsiylə hərbi hissədən çıxıb]. “Surət Hüseynovun həbsi barədə 
xəbəri gözləyirdim. [...] Arxayın idim ki, lazımi adamlar göndəriləcək və Surətin məsələsi həll 
olunacaq.  Nədənsə,  bir ara  hətta  məndə  belə  bir  inam  yaranmıĢdı ki,  o  artıq  həbs  olunub. 
Bunun  üçün  hər  cür  Ģərait  vardı:  zabitlər  yox,  əsgərlər  baĢlı-baĢına  qalıb.  Təxminən  40 
dəqiqə sonra, səhər saat 9-da əmri götürüb 709-a qayıtdım. Zabitlər məni gözləyirdilər. 709-
cu briqadanın komandiri Eldar Əliyev də ordaydı. Oturduq. Xeyli söhbətləĢdik. BaĢa saldım ki, 
briqadanın  ləğv  olunması  məhv  olunması  demək  deyil.  Kim  istəyər  qalıb  qulluğunu  davam 
elətdirər,  kim  istəməz  çıxıb  gedər...  Deyərdim  ki,  çox  mehribanlıqla  ümumi  razılığa  gəldik” 
(23.04.1999). Ancaq bundan sonra gözlənilməz hadisələr baĢ verir. 
Ġsa  Sadıqov:  “...  ġəxsi  heyəti,  yəni  əsgərləri  məsələdən  agah  eləməkdən  ötrü  bura 
yığmalarını  tapĢırdım.  [...]  Təkidlərimdən  sonra  40  dəqiqə  vaxt  istədilər.  709-dan  çıxdım. 
Müdafiə  naziri  DadaĢ  Rzayevə  bir  də  zəng  vurdum.  O  isə  YALNIZ  MƏLUMATLARIMI 
DĠNLƏMƏKLƏ kifayətləndi. Hiss elədim ki, deyəsən, Bakıdan Surətə qarĢı heç bir ciddi tədbir 
görülmür. 40 dəqiqədən sonra yenidən 709-a qayıtdım. Saat haradasa 10-11 olardı. [...] Az 
keçmiĢ bir nəfər içəri girib E.Əliyevi çağırdı. O çıxdı və iki-üç dəqiqədən sonra rəngi ağarmıĢ 
halda  qayıtdı.  Bildirdi  ki,  Ġsa  müəllim,  bəs  Surət  gəlib,  sizinlə  görüĢmək  istəyir.  Mən  onun 
üzünə  baxdım  və  bir  fikir  güllə  kimi  beynimdən  keçdi:  SURƏT  GƏLMƏMƏLĠYDĠ  AXI!.. 
ÇaĢqınlığım  əbəs  deyildi.  S.Hüseynovu  həmin  anlarda  həbs  eləmək  olduqca  asan  bir 
məsələydi. [...] 
Ġçəri keçdim. Əmri S.Hüseynova göstərdim və izahat verdim. Aldı, baxdı. Heç nə demədən, 
heç nə soruĢmadan ayağa qalxdı... Bir də onu gördüm ki, baĢıma-gözümə yumruqlar yağır. 
Nüsrət  Budaqov  və  qapıda  gözləyənlər  tökülüĢdülər  üstümə.  [...]  Əsgərlərin  qabağıyla 
sürüyə-sürüyə gətirib bir-neçə metrlik dar dəhlizlə yerin altına düĢürdülər. [...] Bəxtimiz onda 
gətirdi  ki,  Yaqub(ov)un  bir  tanıĢı  bizim  bura  gətirilməyimizi  görübmüĢ.  O  qapını  açıb  bizi 
çıxardı.  Birtəhər  özümüzü  ələ  alıb  sürünə-sürünə,  gizlənə-gizlənə  uzaqlaĢa  bildik.  Bir  maĢın 
saxlayıb  MTN-in  Ģöbəsinə  gəldik.  Ġxtiyar  ġirinov  və  baĢqaları  burdaydı.  Üst-baĢımı  bir  az 
qaydaya  salıb  yenidən  hadisə  yerinə  tərəf  qayıtdım.  AtıĢma  düĢmüĢdü.  Qiyam  artıq 
baĢlamıĢdı...” (23.04.1999). 
Müdafiə  naziri  DadaĢ  Rzayev  adamları  inandırmağa  çalıĢır:  “Ġyunun  4-də  Gəncədə  baĢ 
verənlər  barədə  Ġsa  Sadıqovun  məruzəsindən  sonra  xəbər  tutdum.  Onu  709-da  möhkəm 
döymüĢdülər. Gətirdilər bizim yanımıza. Kür qəsəbəsində qərargahda idim. Ġ.Sadıqov dedi ki, 
Surət  hərbi  hissəyə  gəldi  və  qərarı  oxuyandan  sonra  qiyam  qaldırdı”  (“Yeni  Müsavat”, 
03.04.1999). Qəzet müxbirinin “Gəncə hadisələrindən xəbər tutandan sonra hansı addımları 
atdınız?” sorğusuna D.Rzayev belə cavb verir: “ilk növbədə prezident Elçibəyə məruzə etdim, 
sonra  əlaqəmiz  kəsildi.  Prezidentlə  bir  də  ayın  5-də  görüĢdüm”  (“Yeni  Müsavat”,  4-
5.04.1999). Bu deyilənlərin doğruluğuna sonralar ciddi Ģübhələr yarandı. Niyə? 
Artıq  deyildiyi  kimi,  qiyamın  yatırılmasına  birbaĢa  cavabdeh  Müdafiə  Nazirliyinin  rəhbərliyi, 
daha  konkret  desək,  müdafiə  naziri  DadaĢ  Rzayevlə  BaĢ  Qərargahın  rəisi  Nurəddin 
Sadıqovdu.  Onlarsa  bu  vaxt  qiyamı  yatırmaq  əvəzinə,  sonucda  onun  qələbəsinə  Ģərait 
yaratmaqla  məĢğuldular.  Bu  “sərkərdə”lərin  hərbi  qiyam  zamanı  nə  iĢ  gördüyünü 
öyrənməkçün Milli Qvardiya komandirinin ovaxtkı müavini Məzahir Bağırov'un “Cümhuriyyət” 
qəzetindəki  (16-19.04.1999)  “DadaĢ  Rzayev  4  iyun  hadisələri  zamanı  gizlənirdi”  baĢlıqlı 

müsahibəsinə göz yetirmək bəsdir.  
4-5  iyunda  bu  hərbçilərlə  birgə  olmuĢ  Məzahir  bəy  faktlarla  bəyan  edir:  “...Ġyunun  4-də 
Gəncədə  vəziyyətin  gərgin  olduğunu  Milli  Qvardiyanın  komandiri  rəhmətlik  Tahir 
Məmmədovdan telefonla eĢitdim. T.Məmmədov mənə dərhal Gəncəyə getməyi və orada olan 
dövlət adamları ilə əlaqə saxlamağı tapĢırdı. Gəncəyə gələndə Gəncə aeroportunda Bakıdan 
gətirilmiĢ  hərbi  qüvvələrin  cəmləĢdiyini  gördüm.  Hərbçilər  Ģəhərdə  vəziyyətin  gərgin 
olduğunu, S.Hüseynovun hərbi hissəsinin qiyam qaldırdığını, lakin onlar əks tədbirlər görmək 
üçün  heç  bir əmr olmadığını bildirdilər. Mülki  geyimdə olmağımdan  istifadə edərək  öz  Ģəxsi 
avtomobilimlə  Ģəhərə  daxil  oldum  və  MTN-in  Gəncə  Ģəhər  Ģöbəsinə  gəldim.  Həmin  vaxt 
Ġxtiyar  ġirinov,  Tahir  Məmmədov,  Sülhəddin  Əkbər  də  orada  idi.  Məlum  oldu  ki,  müdafiə 
naziri DadaĢ Rzayevlə əlaqə saxlamaq mümkün olmur və onun, ümumiyyətlə, harada olduğu 
məlum  deyil.  Mən  D.Rzayevi  axtarmaq  üçün  Tovuza  (I  ordu  korpusunun  qərargahına) 
getmək tapĢırığını aldım və Xanlar istiqamətində Gəncədən çıxdım. (M.Bağırovla söhbətimdən 
öyrəndiyimə görə, bu təxminən saat 15-də olub - Ə.T.).  
Yolda mən hərbi qüvvələrlə qarĢılaĢdım, onların hansı tərəfə mənsub olması mənə hələ aydın 
deyildi. Lakin hərbçilərlə qısa söhbətdən sonra məlum oldu ki, onlar hökumət qüvvələridir və 
general D.Rzayev də buradadır. D.Rzayev “Yeni Müsavat”a bildirir ki, 4 iyun hadisələri zamanı 
o,  Kür  qəsəbəsində  qərargahda  olub.  D.Rzayevi  mən  ġəmkirlə  Xanların  arasında,  magistral 
yolda  toplanan  hərbi  hissə  ilə  bir  yerdə  tapa  bildim.  Onunla  görüĢdükdən  sonra  Gəncədəki 
vəziyyət  barədə  məlumat  verdim  və  hökumət  nümayəndələrinin  onu  axtardığını  dedim.  O 
bildirdi  ki,  heç  bir  əmr  almadığına  görə  surətçilərə  qarĢı  çıxa  bilməz.  Halbuki  D.Rzayev 
Gəncəyə məhz 709-cu hərbi hissənin ləğv edilməsinə müdafiə naziri kimi rəhbərlik etməli idi. 
Az sonra bizim dayandığımız yerə polkovnik Ġsa Sadıqov döyülmüĢ, yaralı vəziyyətdə gəldi və 
D.Rzayevə  surətçilərin  qiyamı  haqda  məlumat  verdi.  D.Rzayev  isə  yalnız  prezident  Əbülfəz 
Elçibəydən, Ġsa Qəmbər və ya Pənah Hüseynovdan əmr alacağı təqdirdə əməliyyata baĢlaya 
biləcəyini bildirdi. Mən D.Rzayevin köməkçisini özümlə götürüb ġəmkirə gəldim və orada MTN 
ġəmkir rayon Ģöbəsinin rəisi Ġlham Ġsmayılovun otağından Bakı ilə, daha dəqiq desək, Elçin 
PaĢayevlə  (o,  Nazirlər Kabineti  aparatının  katibi və  əslində  baĢ  nazirin  köməkçisiydi  -  Ə.T.) 
əlaqə saxlaya bildim. O, məni baĢ nazir Pənah Hüseynovla calaĢdırdı. P.Hüseynov telefonda 
mənə bildirdi ki, əməliyyata rəhbərliyi D.Rzayev edir və o, tapĢırığı yerinə yetirməlidir. Məlum 
oldu  ki,  Bakıdan  da  D.Rzayevi  axtarırlar,  lakin  onun  harada  olduğu  məlum  deyil.  Geri 
qayıdaraq,  aldığım  məlumatı  hərbi  hissənin  Gəncəyə  yox,  ġəmkir  istiqamətində  hərəkətinə 
əmr  verən  D.Rzayevə  çatdırdım.  (D.Rzayev  deyibmiĢ  ki,  ġəmkirdə  qüvvələri  toplayıb  sonra 
hücuma keçəcək - Ə.T.).  
AxĢamtərəfi D.Rzayev ġəmkirdən Zəyəm aeroportuna gələrək hərbi hissəyə əməliyyata hazır 
olmaq  tapĢırığı  verdi.  Sonra  biz  D.Rzayevlə  və  BaĢ  Qərargah  rəisi  N[urəddin]  Sadıqovla 
Tovuza, korpusun  qərargahına  getdik.  Qərargahda D.Rzayevə bildirdilər ki,  bir necə  saatdır 
Prezident  Aparatından  onu  axtarırlar.  D.Rzayev  mənim  yanımda  öz  köməkçisinə  bildirdi  ki, 
kim  axtarsa  burada  olmadığımı  deyin.  Əvvəlcə  mən  təəccübləndim,  sonra  aydın  oldu  ki, 
D.Rzayev  qəsdən  hakimiyyət  orqanları  ilə  əlaqə  saxlamaq  istəmir.  Onun  hərəkətlərindən 
Ģübhələnərək  mən  Bakı  ilə,  Pənah  Hüseynovun köməkçisi ilə  (Elçin PaĢayevlə  -  Ə.T.)  əlaqə 
saxladım və ona iĢarə etdim ki, D.Rzayev hazırda Tovuzdadır.  
Bir neçə dəqiqədən sonra hökumət rabitəsi ilə Bakıdan əlaqə saxladılar və D.Rzayev istəməsə 
də  prezidentlə  danıĢmağa  məcbur  oldu.  (M.Bağırov  D.Rzayev  istirahət  otağında  olarkən 

hökumət telefonuyla prezidentin köməkçisi O.Qasımovla danıĢaraq məsələni aydınlaĢdırandan 
sonra Oqtay bəy “təsadüfən” zəng edərkən dəstəyi “təsadüfən” götürən M.Bağırov D.Rzayevə 
prezidentin onunla  danıĢmaq  istədiyini  deyib  və D.Rzayev  artıq  imtina  edə bilməyib  -  Ə.T.) 
mənim  yanımda prezidentə yalan  məlumat  verərək  bildirdi ki,  Seyfəlidəki hərbi hissən  artıq 
ləğv  edib  və  əmrə  tabe  olmayan  bir  neçə  nəfəri  həbs  edib,  Hazırda  isə  Gəncədəki  hərbi 
hissənin  ləğv  edilməsi  əməliyyatına  hazırlaĢır.  Sabah  (iyunun  5-də  -  red.)  əməliyyat  baĢa 
çatdırılacaq.  
D.Rzayevin  yalan  məlumat  verməsini  prezidentin  köməkçisi  Oqtay  Qasımova  (D.Rzayevdən 
xəbərsiz - Ə.T.) çatdırdım və Gəncədəki vəziyyətin nəzarət altından çıxdığını ona bildirdim. 
Ertəsi  gün  -  iyunun  5-də  səhər  saat  10-da  D.Rzayev  Zəyəm  aeroportundakı  hərbi  hissəyə 
gəldi və əməliyyat barədə hərbçilərə tapĢırıq verdi. Lakin hərbçilər D.Rzayevin əmrini yerinə 
yetirməkdən imtina etdilər. Mən təəccübləndim, çünki ötən gün onlar əmrə tabe olacaqlarını 
deyirdilər, indi isə əməliyyatı icra etmək istəmirlər. Mən bir hərbçi kimi onlara izah etdim ki, 
S.Hüseynov  qiyam  qaldırıb  və  dövləti  qorumaq  lazımdır.  Hiss  olunurdu  ki,  gecə  hərbçilər 
arasında “iĢ” aparılıb. D.Rzayev mənə dedi ki, “görürsən, əmri icra etmirlər, ona görə də heç 
bir Ģey edə bilmərəm”. 
Elə  bu  vaxt  vertolyotla  Valeri  Bağırov  adlı  bir  mayor  gəldi  və  D.Rzayevə  bildirdi  ki,  Surətin 
adamları  ġəmkir  istiqamətində  hücuma  keçib  və  onun  (D.Rzayevin  -  Ə.T.)  həyatı  üçün 
təhlükə  var.  D.Rzayev  təĢviĢə  düĢdü,  lakin  tabeliyində  olan  qüvvələrə  heç  bir  sərəncam 
vermədi. Mən Ģəxsi avtomobilimlə Gəncə istiqamətinə gəldim və gördüm ki, həmin hərbçinin 
söylədikləri  yalandır.  Sonra  D.Rzayev  həmin  hərbçinin  təklifi  ilə  vertolyota  mindi  və  Qazax 
istiqamətində  getdiyini  bildirdi.  Mən  Tovuza  gəlib  icra  baĢçısı  Vahid  Hümbətovla  birlikdə 
Qazax və Tovuzda onu axtarsaq da D.Rzayevi “gördüm” deyən olmadı.  
Həmin hadisələr vaxtı D.Rzayevlə bir yerdə olan Ģəxs kimi mən deyə bilərəm ki, o bilərəkdən 
qiyamçıların  fəallaĢmasına  imkan  yaratdı.  Gəncədəki  709-cu  hərbi  hissənin  ləğv  edilməsi 
əməliyyatına  bilavasitə  rəhbərlik  etməli  olduğu  halda  bilərəkdən  əks  fəaliyyət  göstərdi.  Və 
hakimiyyət  orqanlarına  və  prezident  Əbülfəz  Elçibəyə  Gəncədə  vəziyyətin  normal  olması 
barədə  yalan  məlumat  verdi.  Sonra  isə  vertolyotla  “qaçıb”  gizləndi.  Ġndi  isə  özünü  milli 
qəhrəman kimi təqdim edir və guya S.Hüseynovu zərərsizləĢdirə biləcəyini deyir”. 
Azərbaycan  Cümhuriyyətini  yıxıb  məhv  edən  Rusiya  XI  qırmızı  ordusuna  müqavimət 
göstərməyən  (özlərini  Rusiya  generalı  saydıqlarına  görə!)  müdafiə  naziri  Səməd  ağa 
Mehmandarovun  və onun  müavini  Əli ağa ġıxlinskinin  hərəkətlərini təkrar edən  -  Rusiyanın 
qaldırdığı  hərbi  qiyam  qarĢısında  qaçıb  gizlənən  Azərbaycan  Respublikasının  müdafiə  naziri 
DadaĢ  Rzayev  bu  hərəkətinə  sonralar  belə  haqq  qazandırmağa  çalıĢacaqdı:  “Dövlət 
rəhbərlərindən bir nəfər zəng edib demiĢdi ki, Gəncəni bombardman etmək lazımdır. Ancaq 
Surət  Hüseynov  o  zaman  artıq  hərbi  hissənin  içərisini  və  kənarını  qadınlar,  qocalar  və 
uĢaqlarla doldurmuĢdu. Mən öz xalqıma silah qaldıra bilməzdim. Məni baĢa düĢün (?! - Ə.T.). 
Həm  də  o  vaxt  Surət  Gəncədə  və  ətraf  rayonlarda  ağalıq  edirdi.  O  vaxt  onun  12  vəzifəsi 
vardı. Ona qarĢı güc iĢlətməli olsaydıq (deməli, D.Rzayevin belə fikri heç olmayıbmıĢ! - Ə.T.) 
xeyli  qüvvə  lazım  olacaqdı.  Orada  olan  qüvvələr  isə  yalnız  üçüncü  ordu  korpusunun 
yaradılması üçün gətirilmiĢdi. Ancaq bununla belə, yenə deyirəm, Surətin qiyamını yatırmaq 
barədə mənə nə prezident, Ali BaĢ Komandan tapĢırıq verib, nə də Milli Məclisin sədri” (“Yeni 
Müsavat”, 4-5.04.1999). 
D.Rzayevin əmr verəsilər içərisində adını “unutduğu” keçmiĢ baĢ nazir P.Hüseynov məsələyə 

aydınlıq gətirir: «Ġyunun 4-ü, günün ikinci yarısında Bakıdan orada (Gəncədə - Ə.T.) qayda 
yaratmaq  üçün  göndərilmiĢ  polis  iĢçilərinin,  o  cümlədən  Polis  Akademiyası  kursantlarının 
Gəncə aeroportunda olarkən “Qrad”dan atəĢə tutulması barədə xəbər aldıq. Mən o vaxt hərbi 
vertolyotlar vasitəsilə həmin QURĞULARIN məhv edilməsi barədə göstəriĢ vermiĢəm. GöstəriĢ 
yerinə yetirilməyib» (“Yeni Müsavat”, 16.04.1999).  
PeĢəkar  hərbçi,  polkovnik  Ġsa  Sadıqovsa  bunları  bildirir:  “Ġstəmirəm  indi  D.Rzayevin 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin