ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ


bütün texnikasını, silah və sursatı Surətə təhvil verib getmiĢdi. Surətin ideoloqları



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
elcibey11-Prezident Elçibəy


bütün texnikasını, silah və sursatı Surətə təhvil verib getmiĢdi. Surətin ideoloqları 
isə Müzamil Abdullayev, Əvəz ġükürov, Saday [Nəzərov], Nüsrət Budaqov, Rəhim 
Qazıyev,  öz  adamları,  sosial-demokratlar  və  s.  idi.  Eyni  zamanda  “Sadval” 
cəmiyyətinin  üzvləri,  TalıĢ-Muğan  Respublikası  yaradanlar,  Ayaz  Mütəllibovun 
adamları ilə də ən sıx əlaqə və koordinasiya yaradılmıĢdı”. 
N.Pənahov sözünə davam edir: “Hər Ģey görünməyən qüvvələr tərəfindən məharətlə, 
planlı  Ģəkildə  idarə  edilirdi.  Müdafiə  Nazirliyinin  yüksək  rütbəli  zabitləri  və  güc 
nazirliklərinin  əksər  nümayəndələri  Surətlə  saziĢə  girmiĢdi.  Zobikin  vasitəsilə 
cinayətkar  aləmin  bir  hissəsi  də  onlarla  silahdaĢ  və  həmrəy  idi.  Surətin 
aviasiyasındakı pilotlar ruslar idi. [...] Surət mənə bildirəndə ki, Etibar Məmmədov 
da  onları  müdafiə  edir,  düzü,  buna  inanmadım.  Ancaq  sonradan  bu  faktın  canlı 
Ģahidi  oldum.  Artıq  hər  Ģey  məlum  idi.  Bilirdim  ki,  cəbhəçilər  nəinki  saydığım 
bütün bu qüvvələrin, hətta tək Surətin qarĢısında dayana bilməyəcək”.  
Nə yazıqlar ki, Nemətin bu dedikləri acı həqiqətdi!..  
E.Məmmədovun  Surətlə  əlbir  olmasına  inanmayan  N.Pənahov  özünün  Surətin  yanında 
olmasını  maraq  doğuracaq  məntiqlə  izah  edir:  “Qəti  Ģəkildə...  ona  (H.Əliyevə  -  Ə.T.) 
bildirdim ki, biz hadisələrdə iĢtirak etməsək... Surət cəbhəni təkbaĢına devirəndən 
sonra  ona  -  Heydər  Əliyevə  qarĢı  mübarizəyə  baĢlayacaq”.  BaĢqa  sözlə,  Nemət 
H.Əliyevi  Surətə  qoĢulmağın,  ona  yardım  göstərməyin  zəruriliyinə  “inandıra  bilib”.  Əliyevin 
Surətlə Nemətsiz də, həm də ondan çox qabaq əlaqə yaratdığını bilənlər bu sözləri “sadəlövh” 
etiraf  saysa  da  Nemətin  də  dediyindən  belə  anlaĢılır  ki,  qiyamçı  qüvvəylə  (onu  Ģərti  olaraq 
“Surət”  adlandıraq)  iqtidarın  (onu  Ģərti  olaraq  “Elçibəy”  adlandıraq)  döyüĢündə  tərəflərdən 
hansınınsa  qəti  qələbəsi  H.Əliyevi  təmin  etmirdi  -  Surət  Elçibəyi  devirsə  Əliyevə  heç  nə 
çatmayacaq, Elçibəy Surəti aradan götürsə yenə Əliyevin heç bir qazancı olmayacaq. Bundan 
sonrası məntiqə və gümanlara söykənir; deməli, Əliyevin qələbəsinin yeganə yolu bundadır: 
tərəflərdən  heç  birinin  baĢqasını  tam  əzməsinə  imkan  verməmək,  eyni  zamanda  onların 

barıĢmasının qarĢısını almaq, hər iki tərəfi Əliyevin köməyi olmadan qələbə çalmağın mənasız 
olduğuna inandırmaq, sonra Bakıda siyasi səhnəyə çıxaraq durumun ağası olmaq.  
Surətin dövləti yıxmaq niyyətini öncədən gözəl bilən Naxçıvan Ali Sovetinin sədri özünün də 
mənsub  olduğu  iqtidarı  qorumaq  əvəzinə  Nemətə  “istədiyi  kimi  hərəkət  etməyə”  (Nemət 
H.Əliyevin təəssübünü saxlayaraq Gəncəyə getməyin məsuliyyətini öz üzərinə götürüb) icazə 
verdi. N.Pənahov: “H.Əliyev mənə də, Surətin Naxçıvana göndərdiyi yaxın adamına 
da söz vermiĢdi ki, bizimlə bir olacaq”. BaĢqa sözlə, H.Əliyev qanuni hakimiyyətə qarĢı 
qiyam qaldıranlarla birləĢmiĢdi. 
Ġndiyədək  sadaladığım  amilləri  nəzərə  alan  prezident  Əbülfəz  Elçibəyin  Azərbaycan  xalqına 
müraciəti  mətbuatda  dərc  edildi  (08.06.1993).  Bəy  öz  xalqına  üz  tutaraq  deyirdi: 
“Əziz 
həmvətənlərim! 
 
Son zamanlar ölkəmizin siyasi həyatında daim bir təhlükə dolaĢmaqda idi. Əllərdə qanunsuz 
saxlanılan silahlar çoxaldıqca bu təhlükə də artırdı. Bu, vətəndaĢ müharibəsi, qardaĢı qardaĢla 
üz-üzə  qoymaq  təhlükəsi  idi.  Xarici  düĢmənlərimizin  və  onların  aramızdakı  havadarlarının 
qurduqları bütün fitnələrə baxmayaraq biz təhlükədən qaça bilmiĢ, qırğına yol verməmiĢdik. 
Tacikistanda baĢ tutmuĢ fitnələr Azərbaycanda boĢa çıxmıĢdı. Lakin bu, bizə böyük çətinliklər 
hesabına  baĢa  gəlmiĢdi.  Çox  güzəĢtlərə  getmiĢ,  siyasi  və  iqtisadi  həyatımızın  inkiĢafını 
ləngidən hadisələrə dözməli olmuĢduq.
 
Bununla belə, düĢmənlərimizin çirkin niyyəti qismən də olsa baĢ tutdu. Rus hərbi hissələrinin 
Gəncədən  çıxarkən  saxladıqları  silahı  bir  qardaĢ,  dövləti  vəzifəsini  yerinə  yetirən  o  biri 
qardaĢına  yönəltdi.  [...]  Görünür,  müstəqillik  yolunda  qardaĢ  gülləsinə  də  qurban 
getməliyikmiĢ. Bu, mənim üçün daha sarsıdıcıdır. Mən öz xidməti vəzifəsini yerinə yetirərkən 
qardaĢ gülləsindən həlak olan, həm də vətəndaĢlıq vəzifəsini dərk etməmək ucbatından həlak 
olan həmvətənlərimin ailələrinə (!!! - Ə.T.) dərin hüznlə baĢsağlığı verir, onların yaxınlarının 
kədərinə Ģərik oluram. Allah rəhmət eləsin!
 
Azərbaycan  Respublikasının  prezidenti  kimi  mənim  tərəfimdən  Gəncədə  sabitliyin  və  əmin-
amanlığın bərpası üçün bütün tədbirlərin görülməsi barədə sərəncam verilmiĢdir. [...] Bu gün 
baĢlıca vəzifə qardaĢ qırğınına son qoymaq, hər Ģeyin dinc yolla həll edilməsinə nail olmaqdır. 
BaĢımıza gələn müsibət nə qədər ağır olsa da mən hamınızı səbirli olmağa, vətəndaĢ sülhünü 
bərpa etməyə çağırıram”

Kim nə deyir desin, bu müraciət çağdaĢ tariximizdə vətəndaĢda öz dövlət baĢçısının Ģəxsiyyət 
ucalığına görə qürur yaradacaq ibrətamiz bir sənəddir. Prezident hətta dövlətə asi olan, ona 
silah qaldıran əsgərə də öz günahkar övladı kimi yanaĢır, onun yanlıĢ hərəkətinə təəssüflənir 
və  ölümünə  ürəkdən  acıyır.  Bəyi  Ģəxsən  tanıyan  hər  kəs  onun  bu  sözlərinin  ən  səmimi 
duyğulardan  qaynaqlandığına  Ģübhə  etmir.  Bəyin  bu  bəycəsinə  rəftarı  sonralar  ağ  bayraq 
qaldırmıĢ  “OMON”çuların  amansızcasına  qanına  qəltan  edilməsinin  və  onların  qırdırılması 
haqqında  dövlət  televiziyasında  qəhqəhələrin  müĢayiəti  altında  necə  ləzzətlə  hesabat 
verilməsinin Ģahidi olmuĢ Azərbaycan cəmiyyətinin yadından çıxmamalıdır. 
Onu  da  unutmayaq  ki,  müraciət  efirə  gedən  vaxt  qiyamçılar  Gəncə  televiziyasına  hücum 
edərək prezidentin sözlərinin bu zonada eĢidilməsinin qarĢısını aldılar.  
"DÜġ AġAĞI, ƏLĠN QANA BATIB" 
Prezidentin  sərəncamıyla  7  iyunda  Səfər  Əbiyev  müdafiə  nazirinin  I  müavini  -  Azərbaycan 
Silahlı  Qüvvələri  BaĢ  Qərargahının  rəisi  təyin  edildi  (o,  bu  vəzifədə  Nurəddin  Sadıqovu 

əvəzləyirdi. Müdafiə naziri DadaĢ Rzayevisə Heydər Əliyev iĢdən kənarlaĢdırdı).  
“Azərbaycan”  qəzeti  bu  vaxt  hadisəyə  “xalq  rəyi”ni  öyrənirdi:  “Surət  Hüseynov  yaxĢı  adam 
olsa belə, ona qarĢı haqsızlıq törədilsə belə... hətta hakimiyyətdə olanların fərsiz və pis olması 
da əsas vermir ki, kimsə silahı qanuni hakimiyyətə qarĢı çevirsin”. 
7  iyunda  axĢama  yaxın  Azərbaycanın  güney  bölgəsi  Lənkəranda  Ġslam  Partiyasının 
nümayəndələri qara bayraq və ələmlərlə mitinq keçirmək istədilər. Həm də Lənkəran istisna 
deyildi  -  baĢqa  yerlərdə  də  hakimiyyətin  düĢmənləri  baĢ  qaldırırdılar.  Layiqli  müqavimət 
gördükləri  yerdə  onlar  geri  çəkilir,  hakimiyyətsizliklə  üzləĢdikdə  hakimiyyəti  devirməyə 
qalxıĢırdılar.  Məsələn,  Osman  Qunduzovun  icra  hakimi  olduğu  Balakən  rayonunda  Əli 
Ansuxskinin baĢçılıq etdiyi qüvvələr dəfələrlə (4, 5, 8 iyun) dövlət əleyhinə mitinq keçirməyə 
çalıĢsalar  da  heç  nəyə  nail  olmadılar,  çünki  hakimiyyətin  səmimiyyətinə  artıq  inanmıĢ  xalq 
onları  dəstəkləmədi.  Əksinə,  orada  AXC  rayon  Ģöbəsiylə  rayon  icra  hakimiyyətinin  birgə 
çağırdığı  mitinqdə  rayon  əhalisinin  böyük  əksəriyyəti  həvəslə  iĢtirak  etmiĢ  və  qanuni 
hakimiyyəti  dəstəkləmiĢdi.  Balakəndə  17  iyunadək  bütün  sahələrə  icra  hakimiyyəti  tam 
nəzarət  edirdi.  (Yeri  gəlmiĢkən,  qiyamçıların  hətta  gülləylə  vurduqları  Osman  bəy  heç  bir 
iĢgəncə  və  hədə-qorxuya  baxmayaraq  hakimiyyətin  möhür-Ģtampını  onlara  təhvil 
verməmiĢdi!). 
Doğrudur,  hüquq-mühafizə  orqanları  əsasən  qiyamçıların  tərəfinə  keçdilər,  ancaq  bu  sözü 
bütün rayonlara aid etmək olmaz. Məsələn, Müqəddəs Mehdiyevin icra baĢçısı olduğu Xaçmaz 
rayonunda  4  iyundan  sonra  bütün  güc  qurumlarının  rəhbərləri  son  anadək  qanuni  iqtidarı 
qorumaqçün  icra  hakimiyyətiylə  çiyin-çiyinə  mübarizə  aparıb.  Müqəddəs  bəyin  göstəriĢiylə 
rayon polisi Giləzidə səngər qazaraq bölgənin müdafiəsini qonĢu rayonların polisləriylə birgə 
öz  öhdələrinə  götürdülər  və  qiyamçıların  təzyiqlərinə  baxmayaraq  bir  addım  da  geri 
çəkilmədilər.  
Bütün  bu  baĢ  verənlər  içərisində  ən  diqqətçəkənlərdən  biri  oydu  ki,  7  ay  öncə  -  2  noyabr 
1992-də  Ankarada  imzalanmıĢ  hökumətlərarası  müqaviləyə  əsasən  Türkiyənin  Azərbaycana 
ayırdığı 250 milyon dollarlıq kreditin ilk məbləği məhz 4 iyundan sonra Beynəlxalq Banka daxil 
olmağa baĢladı; necə deyərlər, “toydan sonra nağara”... 
Ġyunun  8-ində  Milli  Məclisdə  də  Gəncə  hadisələri  müzakirə  edilməyə  baĢladı.  Yığıncaq 
baĢlanmazdan  qabaq  Ali  Sovetin  binası  qarĢısındakı  meydanda  AMĠP  baĢda  olmaqla  5 
müxalifət partiyasının 200-300 iĢtirakçısı hakimiyyətin Gəncədəki “zülmkarlığ”ına etiraz edən 
və hadisəyə “siyasi qiymət verilməsini” tələb edən mitinq keçirirdi. 
Ġqtidarın  Gəncədə  baĢ  verənlərdən  özünü  itirməsi,  konkret  hərəkət  proqramının  olmaması, 
özünü  az  qala  günahkar  sayması,  baĢ  nazirin  istefa  verməsi,  Heydər  Əliyevin  Bakıya 
gəlməsinin  gerçəkləĢməkdə  olması  müxalifəti  əməlli-baĢlı  ruhlandırmıĢdı.  Müxalifət  liderləri 
artıq  özlərini hakimiyyətə  yiyələnmiĢ,  onun  yüksək  kürsülərində oturmuĢ  kimi hiss edirdilər. 
Buna görə də Milli Məclisdə onlar təĢəbbüsü ələ alaraq “yazıq” iqtidara qarĢı psixoloji hücuma 
keçdilər. 
AMĠP-in lideri Etibar Məmmədov parlamentin sədri Ġsa Qəmbərə dəfələrlə bildirdi ki, Ġsa bəy, 
oradan  düĢ  aĢağı,  sənin  əlin  qana  batıb  (dövlətin  Gəncədə  qiyamçılara  qarĢı  apardığı 
əməliyyata DĠN-də guya Ġsa bəy rəhbərlik edibmiĢ). Ġsa Qəmbər “ora”dan düĢən kimi “ora”da 
məhz özünün oturacağına, görünür, Ģübhə etməyən Etibar Məmmədov müxalifətin uzaqvuran 
topuydu (zirehli texnika Naxçıvanda hələ öz anını gözləyirdi).  

Müxalifət baĢ nazirdən sonra parlament sədrini də sıradan çıxarmaq istəyirdi, buna görə də 
onu xalqın gözündə nüfuzdan salmaqçün belə yolverilməz üsullara əl atır, onun hücumlardan 
bezib  istefa  verməsinə  çalıĢırdı.  Ancaq  Ġsa  Qəmbər  təsəvvürəgəlməz  təmkinliliklə  bütün 
hücumlara dözdü və siyasi opponentlərini dəmir məntiqiylə “zərərsizləĢdirdi”. 
Ġqtidarın  qanlıbıçaq  düĢməninə  çevrilmiĢ Rəhim  Qazıyev  Gəncə  hadisələrini öyrənən  “dövlət 
komissiyası”nın Milli Məclisdə hesabat verməsini tələb etdi. (Əslində belə bir komissiya yoxdu 
- Ġmam Mustafayev, Fəraməz Maqsudov, Arif Rəhimzadə, Asya Manafova, Sabir Rüstəmxanlı, 
Əsədulla  Qurbanov  və  b.  prezidentin  yanına  gələrək  “vəziyyətdən  narahat  olduqlarını” 
bildirmiĢdilər  və  prezident  də  onlara  özləri  istəmədiyi  halda  Gəncəyə  gedərək  vəziyyəti 
öyrənməyi məsləhət görmüĢdü; sonralar onlar özlərinə dövlət komissiyası statusu verilməsini 
tələb  edirdilər.  Pənah  Hüseynovun  mənə  söylədiyinə  görə,  prezidentin  yanına  gəlməkdə 
onların  əsas  məqsədi  H.Əliyevi  Bakıya  çağırmağı  təklif  etməkdi,  ancaq  buna  cəsarətləri 
çatmadı,  bəziləri  vəzifə  istəməyə  baĢladı).  O,  MM  iclasının  canlı  yayımla  efirə  verilməsi 
tələbində bulundu. 
Etibar  Məmmədov,  Rəhim  Qazıyev,  Tahir  Əliyev,  Kamran  Rəhimov,  Rauf  Ġsmayılov,  Ġnqilab 
Nadirov iqtidara hücumda xüsusi fəallıq göstərirdilər. 
Fasilədən sonra Elçibəy də Milli Məclisin iclasına qatıldı. 
Gəncəyə  göndərilmiĢ  könüllü  komissiyanın  üzvü  Sabir  Rüstəmxanlı  komissiyanın  ilkin  rəyini 
oxudu.  Burada  bildirilirdi  ki,  6  iyunda  Gəncəyə  gedən  dövlət  komissiyası  vəziyyətlə  tanıĢ 
olaraq  öyrənib  ki,  orada  69  hərbi  qulluqçu  və  mülki  Ģəxs  həlak  olub,  150  nəfər  yaralanıb. 
1250  nəfər  dövlət  hərbi  qulluqçusu  tərksilah  edilərək  saxlanılıb.  Gəncə  təyyarə  meydanı 
darmadağın edilib. 
Surət  Hüseynova  açıq-aydın  rəğbət  duyulan  bu  sənəddə  onun  dövlət  qoĢunlarının  atəĢinə 
“xeyli təmkin göstərməsi”, “iki saata yaxın bu atəĢə cavab verməməsi” xüsusi qeyd olunur və 
təbii ki, bütün günah hakimiyyətin üzərinə yıxılırdı. Müqəssirlərin, demək olar ki, hamısı yalnız 
dövlət qulluqçuları arasında axtarılır və xüsusən Fəhmin Hacıyevin adı sıx-sıx çəkilirdi. 
«Komissiya»nın  rəhbəri  akademik  Ġmam  Mustafayev  də  hadisələrin  baĢ-ayaq  təsvirindən 
ibarət,  hakimiyyətə  qarĢı  əhalidə  nifrət  doğuracaq  (dez)informasiya  verdi,  bununla  da 
ağsaqqallıq missiyasının öhdəsindən gələ bilməyən bir Ģəxs olduğunu göstərdi.  
Canlı  yayım  məsələsi  yenidən  qızıĢdıqda  Əbülfəz  bəy  müzakirəyə  qarıĢaraq  bildirdi  ki, 
durumun  müzakirəsi  zamanı  qarĢılıqlı  ittihamlar  irəli  sürüləcək  və  bunlar  xalqda  çaĢqınlıq 
yaradacaq,  odur  ki,  canlı  yayım  əvəzinə  Milli  Məclisdən  geniĢ  reportajın  verilməsi  daha 
məqsədəuyğundur.  Etibar  Məmmədov,  Rəhim  Qazıyev,  Arif  Rəhimzadə,  Xeyrulla  Əliyev, 
Rasim  Ağayev,  Samur  Novruzov,  Yasif  Nəsirli  birbaĢa  translyasiyanın  çox  vacib  olmasını 
bildirərək bunun üstündə təkid etdilər. Səsvermə zamanı bu təklif keçdi. 
Artıq  açıq  təbliğatçün  birbaĢa  efir  də  qazanmıĢ  müxalifət  Ali  Sovetin  çağırılmasının  önə 
çəkilməsinə  can  atdı.  Məclisin  adi  gediĢi,  iĢ  ahəngdarlığı  müxalifətin  mütəĢəkkil  hərəkəti 
sayəsində pozuldu.  
Milli Məclisin 9 iyun iclasında Əli Kərimovun təĢəbbüsüylə “Azərbaycan Respublikasının Gəncə 
Ģəhərində  4-10  iyun  1993-cü  il  hadisələrində  iĢtirak  edən  Ģəxslərə  amnistiya  verilməsi 
haqqında”  qanun  qəbul  edildi.  Prezident  Əbülfəz  Elçibəyin  elə  həmin  gün  imzaladığı  qanun 
dərc edildiyi gündən (11 iyun) qüvvəyə mindi. Qanunda deyilirdi: 

“1. Azərbaycan Respublikasının Gəncə Ģəhərində 4-10 iyun 1993-cü il silahlı münaqiĢəsində 
iĢtirak etmiĢ Ģəxslər cinayət məsuliyyətinə cəlb edilməsinlər.
 
2. Bu qanunun 1-ci maddəsinin qüvvəsi aĢağıdakı Ģəxslər barəsində tətbiq edilməsin...”. 
 
Bununla  prezident  məsələni  doğrudan  da  dinc  yolla  həll  etmək,  qarĢıdurmanı  aradan 
götürmək niyyətində olduğunu təsdiqlədi. 
Azərbaycan Milli Məclisi 9 iyunda Gəncə Ģəhəri sakinlərinə müraciət də qəbul etdi. MünaqiĢəni 
dinc  yolla  həll  etməyə  çağıran  MM  bildirdi:  “Azərbaycan  Respublikasının  Milli  Məclisi 
tərəfindən qəbul edilmiĢ və prezidentimiz Əbülfəz Elçibəyin imzaladığı “...amnistiya verilməsi 
haqqında  qanun”  qarĢıdurmanı  aradan  qaldırmaq  yolunda dövlət  tərəfindən  atılmıĢ  ilk  ciddi 
addımdır”. 
Milli Məclisin həmin iclasından reportaj verən Məhəmməd Səlimoğlu “Azadlıq” qəzetində (10 
iyun) yazırdı: 
«Rasim Ağayevin dispetçerlik, Samur Novruzovun dirijorluq, Arif Rəhimzadənin 
piyadalıq  etdiyi  komblok  xoru  notla  “oxumağı”  açıq-aĢkar  yadırğayıb.  Onların  bu  hadisədən 
istifadə edib çoxdankı arzularını həyata keçirmək, yəni Ali Sovetin sessiyasını çağırmaq, xanım 
Asya  Manafovanın  guya  ki,  prezidentin  göstəriĢi  ilə  DĠN  əməkdaĢı  Nizami  Musayevin  hələ 
yanvarda  Gəncəyə  “Tufan”  əməliyyatı  üzrə  ezamiyyətə  göndərilməsi  haqda  saxta  sənədlə 
ajiotaj yaratmaq cəhdi, Samur Novruzovun və Araz Əlizadənin kimə isə lazımmıĢlar kimi girov 
götürüləcəklərini  bəyan  etmələri  əslində  Gəncə  faciəsinin  planlı  Ģəkildə  təĢkil  edildiyini  bir 
daha sübut edir».
 
Məncə, Milli Məclis 8-9 iyunda iki yanlıĢlığa yol verdi.  
Birincisi,  qiyama  münasibət  bildirməkdə  əslində  4  gün  gecikmiĢ  parlament  (təəssüf  ki,  bu 
yolverilməz gecikmə hakimiyyətin bütün pillələrində özünü göstərdi) son nəticədə müxalifətin 
iqtidarı  suçlu  çıxardığı  qızıĢdırıcı  müzakirəni  gündəliyə  çıxarmaq  əvəzinə  ilk  növbədə  Gəncə 
hadisələrini  dövlət  əleyhinə  qiyam  adlandıraraq  ona  birmənalı  siyasi  qiymət  verməli  (yeri 
gəlmiĢkən,  sonralar  H.Əliyev  bunu  necə  etməyin  yollarını  əyani  Ģəkildə  göstərdi),  sonra  da 
qiyamı  yatırmaqçün  dövlət  baĢçısına  ordudan  istifadə  etmək  səlahiyyəti  verən  qərar 
çıxarmalıydı. (Təsadüfi deyil ki, baĢda DadaĢ Rzayev olmaqla bir çoxları çalıĢırdı ki, prezident 
məhz  parlamentin  razılığı  olmadan  ordudan  istifadə  etmək  haqqında  əmrə  qol  çəksin  ki, 
sonradan onunla “haqq-hesab çürütməyə” hüquqi əsas yaransın).  
Ġkincisi,  birbaĢa  yayıma  həmin  günlərdə  heç  bir  vəchlə  imkan  vermək  olmazdı,  çünki 
hakimiyyət  onun  nəticələrini  zərərsizləĢdirə  bilmək  gücündə  deyildi.  Heç  kəsə  gizli  deyil  ki, 
məhz  canlı  yayım  hakimiyyəti  təbliğat  baxımından  tamamilə  tərksilah  etdi  -  əhali  və  ordu 
içərisində iqtidarın olan-qalan nüfuzu da məhv oldu.  
Beləliklə, hakimiyyətin qanunverici qanadı da qiyam qarĢısında öz gücsüzlüyünü göstərdi və 
məğlubiyyətini  labüdləĢdirdi.  (Mövcud  olmayan  məhkəmə  hakimiyyətinin  məğlubiyyətindən 
danıĢmaqsa  gülməli  səslənərdi).  Bu  məğlubiyyətdə,  məncə,  Milli  Məclisdə  kommunistlərin 
çoxluğu  və  əksər  demokratların  da  səbatsızlıq  göstərərək  antidemokratik  cəbhəyə  keçməsi 
həlledici rol oynadı. 
ERMƏNĠLər KƏLBƏCƏRDƏN 15-20 ĠYUNDA ÇIXASI OLDU  
Ali  Sovet  binası  qarĢısındakı  meydançada  mitinq  keçirən  AMĠP-çiləri  9  iyunda  AXC-çilər 
əvəzlədi.  Bu  mitinqdə  bəyan  edildi  ki,  biz  kommunist  dövlətinin  qurulmasına  imkan 
verməyəcəyik. 

Həmin gün prezidentin mətbuat xidməti belə bəyanat yaydı: «ATƏM-in üzvü olan 9 ölkənin... 
nümayəndələrinin iyunun 3-4-də Romada keçirdikləri müĢavirədə BMT Tġ-nın 822/93 nömrəli 
qətnaməsinin  yerinə  yetirilməsi  və  ATƏM  çərçivəsində  danıĢıqlar  prosesinin  davam 
etdirilməsinə  yönəldilən  yeni  “təcili  tədbirlər  qrafiki”  təklif  olunmuĢdur.  [...]  ...Erməni 
qoĢunlarının  Kəlbəcər  rayonundan  çıxarılması  15-20  iyun  ərzində  həyata  keçirilməli,  iyunun 
18-dən etibarən 60 gün ərzində hərbi əməliyyatların dayandırılması prosesi baĢlanmalıdır». 
ATƏM-in  Minsk  konfransının  sədri  Mario  Raffaelli  Minsk  qrupunun  üzvü  olan  ölkələrin 
xahiĢiylə  “təcili  tədbirlər  qrafiki”ni  Ermənistan  və  Azərbaycan  rəhbərlərinə  ləngitmədən 
göndərdi. 
4 iyunun ilk nəticəsi özünü göstərdi - ABġ, Türkiyə və Rusiya üçlüyünün təklifiylə Kəlbəcərin 
boĢaldılması 27 mayda baĢlayıb 3 iyunda qurtarmalı olduğu halda, indi “üçlər” “doqquz”lara 
çevrildi  və  ermənilər  məsələnin  həllini  daha  17  gün  ləngitmək  imkanı  qazandılar! 
Hakimiyyətin  indiki  səbatsız  durumunda bu tələbi ümumiyyətlə yerinə  yetirməmək  onlarçün 
asanlaĢdı.  Elə  belə  də  oldu  -  Elçibəy  ermənilərin  qoĢunları  çıxarmasını  tələb  edəndə  cavab 
eĢitdi  ki,  Azərbaycanda  hakimiyyətin  kimdə  olduğu  bilinmir;  danıĢıqlar  sizləmi,  yoxsa 
S.Hüseynovlamı aparılmalıdır?.. 
ARAZ QURBANOVUN "GƏNCƏ QAMBĠTĠ" 
Gəncə hadisələrinə ölkəiçi və ölkədıĢı mətbuat da diqqətlə yanaĢır, bəziləri operativ məlumat, 
bəzilərisə təhlil verməyə çalıĢırdı. Oxucuya təqdim edilmiĢ çoxsaylı yazılar içərisində bir neçəsi 
xüsusilə seçilir. 
Azər Mürsəliyevin “Komsomolskaya pravda”da çıxan (“Azərbaycan” qəzetinin 10 iyun sayında 
tərcüməsi  verilib)  “Azərbaycan:  hakimiyyətin  dəyiĢməsi,  yoxsa  vətəndaĢ  müharibəsinin 
baĢlanğıcı.  R.Qazıyev  P.Qraçovla  bağlı  qapılar  arxasında  görüĢmüĢdür”  yazısı  bir  çox 
baxımdan maraq doğurur. Gəncədəki qarĢıdurmada 68 nəfərin həlak olduğunu, 200 nəfərin 
yaralandığını  göstərən  müəllif  7  iyunda  günortayadək  Surət  Hüseynov  tərəfdarlarının 
Azərbaycanın Ģimal-Ģərqinə nəzarət etdiyini bildirir. 
Qiyamçıların  tələblərinə  toxunan  müxbir  bunları  açıqlayır:  onlar  prezident  çıxılmaqla 
respublikanın bütün rəhbərlərinin istefasını tələb edirlər; Bakıda Ģəxsi mənzillərdən birində Ali 
Sovetin  deputatları  gizlincə  toplaĢaraq  yaxın  günlərçün  fəaliyyət  planı  hazırlamıĢlar; 
S.Hüseynovun tələblərindən biri də Ali Sovetin fövqəladə sessiyasını çağırmaqdır. 
Bunlaran  sonra  Azər  Mürsəliyev  “Xəbər-Servis”  agentliyinin  məlumatına  söykənərək  yazır: 
“Surət  Hüseynovun  tərəfdarlarından  biri  -  keçmiĢ  müdafiə  naziri  Rəhim  Qazıyev  Gəncə 
hadisələrinin lap baĢlanğıcında Moskvada olmuĢdur. Orada Rusiya generaliteti ilə görüĢmüĢ, 
Pavel Qraçovla bağlı qapılar arxasında danıĢıqlar aparmıĢdır”.
 
Xatırladım ki, bu görüĢlər də R.Qazıyevin A.Mütəllibovla görüĢdüyü günlərdə olub. Doğrudur, 
R.Qazıyevlə  P.Qraçovun  Moskva  söhbəti  haqqında  əlimizdə  dəqiq  məlumat  yoxdur,  ancaq 
keçmiĢ  müdafiə  nazirinin  Bakıya  qayıdandan  sonrakı  hərəkətlərinə  əsasən  deyə  bilərik  ki, 
P.Qraçov:  1)  ya  gələcək  prezident  Ayaz  Mütəllibova  (bəlkə  də  Surət  Hüseynova)  yardım 
göstərməyi ona tapĢırıb, 2) ya da onun özünün prezident olacağına söz verib; iĢ burasındadır 
ki, R.Qazıyevin də könlündən prezidentlik keçirdi (özü də, hələ 1992-nin yazından) və bu, boĢ 
yerə ola bilməzdi.  
P.Qraçovun S.Hüseynova onun Azərbaycanın prezidenti olacağını bildirməsi bu gün sirr deyil. 
Məsələn,  4  iyun  “qəhrəman”larından  biri  Kəramət  Kərimovun  məhkəməsində  Ģahidlik  edən 

Əlizadə Hüseynovla (o, Surətin yaxın qohumudur) hakim arasında belə söhbət gedib: 
HAKĠM: ...Siz S.Hüseynovun gələcəkdə prezident olması Ģərəfinə də sağlıq demisiniz.
 
ġAHĠD: Nə olsun? Çox yerdə Surət Hüseynovun Ģərəfinə sağlıq deyilirdi. Gələcəyin prezidenti 
kimi onun adına sağlıq demiĢik. Bu sağlığı Qraçov da demiĢdi.
 
HAKĠM: Elə ona görə Qraçovu çıxartdılar də...” 
(“525-ci qəzet”, 23.03.1999). 
Əslində  A.Mütəllibov,  S.Hüseynov  və  R.Qazıyev  içərisindən  məhz  hansının  Elçibəyin  yerinə 
prezident olmasının Rusiyanın hərbi dairələriyçün elə ciddi əhəmiyyəti yoxdu - onlardan hansı 
hakimiyyət kürsüsündə əyləĢsə Rusiyanın dilsiz-ağızsız qulu olacaq, onun bütün göstəriĢlərini 
danıĢıqsız  yerinə  yetirəcək,  Azərbaycandakı  demokratik  qüvvələri  ən  azı  yarım  əsrliyə 
dağıdacaq,  rus qoĢunlarını  yenidən  geri  qaytaracaqdı.  H.Əliyevin prezidentliyinisə  Rusiyanın 
kəĢfiyyat  dairələri:  Primakov  -  Barannikov  cütlüyü  istəyirdi  və  təbii  ki,  onlar  da  “öz 
prezidentləri”ndən  eyni  Ģeyləri  umacaqdılar,  ancaq  baĢının  üstündəki  əldən  xoĢlanmayan 
H.Əliyevin onların göstəriĢlərinə tam əməl edib-etməməsi Ģübhəliydi.  
Fazil  Qəzənfəroğlu  yazır: 
“O  dönəmdə  əldə  edilən  bilgilərə  görə,  Heydər  Əliyev  və 
A.Mütəllibov  müĢtərək  düĢmənlərinə,  yəni  Əbülfəz  Elçibəyə  qarĢı  güc  və  fəaliyyət  birliyi 
yapmağa  razı  edilmiĢdilər.  ÇevriliĢin  əsl  hazırlayıcısı  olan  Rusiya  hər  biri  ayrı  bir  əlaqəylə 
özünə  bağlı  bulunan  ünsürləri  bir  araya  gətirərək  geniĢ  bir  Ģər  cəbhəsinin  yaradılmasına 
müvəffəq  ola  bilmiĢdi.  Yalnız  bundan  sonra  ciddi  çalıĢmalara  baĢlanılmıĢ,  düĢüncədən 
fəaliyyətə keçmə fürsəti əldə edilmiĢdi. ĠĢbirliyi üzərində son retuĢları aparmaq özü də əski bir 
bakılı olan və Sovetlər Birliyi dönəmində Siyasi Büro üzvlüyünə namizəd göstərilmiĢ bir Ģəxsə 
-  Nikolay  Baybakova  qalmıĢdı.  ...Bu  Ģəxs  Moskvadan  Naxçıvana  gələrək  Heydər  Əliyevlə 
görüĢmüĢdü”
 (F.Qəzənfəroğlu, göstərilən kitabı, s.215-216).  
Araz  Qurbanovun  “Azərbaycan”  qəzetindəki  (11  iyun)  “Gəncə  qambiti”  adlı  məqaləsi  də, 
fikrimcə, Gəncə hadisələrinin mahiyyətini “isti-isti” açan ilk yazılardandır. 
Faciənin mütləq baĢ verməli olduğuna inanan müəllif qırğının Gəncədə yox, Bakıda, ġəkidə, 
Lənkəranda  da  baĢ  verə  biləcəyinin  mümkünlüyünü  deyir.  O  yazır: 
“Gəncə  hadisəsi  Bakını 
qırğından  qurtardı!  ToqquĢma  Azərbaycanın  paytaxtında  gözlənilirdi.  Çox  güman  ki, 
müəmmalı  “qrossmeyster”in  planına  görə,  iyunun  5-də  “Azadlıq”  meydanında  keçiriləcək 
mitinqdə  Ġsgəndər  Həmidovun  tərəfdarları  ilə  hökumət  qüvvələri  arasında  qanlı  toqquĢma 
törədilməli idi.  Bu  zaman  günahkar Ġsgəndər  Həmidov  və “atəĢ açmaq  əmri” vermiĢ dövlət 
rəhbərləri olacaqdı. Lakin Ġsgəndər Həmidov müdriklik etdi: Bakıda mitinq keçirmədi... Lakin 
qan lazım idi. ToqquĢmanın ünvanını Gəncəyə dəyiĢdilər”

Araz Qurbanov öz fikrini inkiĢaf etdirərək bu nəticəyə gəlir: 
“Əslinə qalsa Müdafiə Nazirliyinin 
əmrinə  məhəl  qoymayan,  antiiqtidar  əhval-ruhiyyəli  hərbi  hissəni  bir  neçə  gün  əvvəl 
poliqonda  tərksilah  etmək  mümkün  idi.  Amma  bu zaman  toqquĢma  barədə faktlar gizlədilə 
bilərdi.  Qrossmeysterə  isə  Ģahidlər  lazımdı.  Odur  ki,  hissəyə  hücum  Gəncənin  mərkəzində 
əhalinin sıx yaĢadığı yerdə olundu”.
 
Məncə,  diqqətli  oxucu  Araz  Qurbanovun  naməlum  “qrossmeyster”ini  artıq  yaxĢı  tanıdığının 
fərqindədir.  Əslində  diqqətsiz  oxucu  üçün  də  bu,  cavabı  tapılmaz  müəmma  deyil  -  bunu 
bilməkçün üzünü, sadəcə, Ģimala çevirməsi yetərlidir.  
 

HEYDƏR ƏLĠYEV YENƏ BAKIDADIR - BU DƏFƏ BĠRYOLLUQ GƏLĠB 
Fazil Qəzənfəroğlu 
“Əbülfəz Elçibəy. Tarixdən gələcəyə” kitabında yazır: “Gəncə və Naxçıvan 
arasında  məkik  toxuyan  Rəhim  Qazıyev  Surət  ilə  Heydər  Əliyev  arasında  tam  bir  körpü 
qurmuĢdu. Moskvanın  Heydər Əliyev  kartına  oynamasında böyük  rolu  olanların  baĢında rus 
kəĢfiyyatının  Ģefi,  ġərq  ölkələri  üzrə  ünlü  sovet  mütəxəssisi,  akademik  Yevgeni  Primakov 
gəlirdi.  Primakov  və  Heydər  Əliyev  Ġran  və  Türkiyədə  uzun  illər  birlikdə  çalıĢmıĢ,  bu 
ölkələrdəki kommunist hərəkatları birlikdə planlamıĢ iki əski dostlardır”
 (s.214-215).  
Prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovdan öyrəndiyimə görə, H.Əliyev fevralın 
(1993)  sonunda  Moskvaya  səfərində  Rusiyanın  təhlükəsizlik  naziri  R.Barannikovla 
görüĢmüĢdü. Onun Rusiyada söz yiyələrindən olan Y.Primakovla da görüĢüb «dərdləĢməsini» 
düĢünə bilərik, çünki bu fikir hadisələrin məntiqindən doğur.  
R.Qazıyev hələ mayın ortalarında Naxçıvan hava limanında demiĢdi: 
“Bu yaxınlarda Heydəri 
Bakıya gətirəcəyik”
 (F.Qəzənfəroğlu, s.215). 
Ġyunun  9-unda  saat  15-də  H.Əliyev  Bakıdan  göndərilmiĢ  xüsusi  təyyarəylə  Azərbaycan 
paytaxtına  gəldi.  O,  “Xəbər-Servis”in  müxbirinə  bildirdi  ki,  Bakıya  “Ģəxsən  Əbülfəz  Elçibəy 
tərəfindən” dəvət olunmuĢdur.  
Neçə illər sonra Bəylə bu haqda söhbətləĢirik:  
«-H.Əliyev söyləyir ki, iyunun baĢlanğıcında 4 gün müraciət edərək onun Naxçıvandan Bakıya 
gəlməsini xahiĢ etmisiniz, o isə Sizə inanmadığı üçün Sizinlə iĢləyə bilməyəcəyini, buna görə 
də Bakıya gəlmək istəmədiyini deyib. Sizin üçüncü zənginizdə isə o heç telefonu götürməyib. 
Sonra isə onun Ģərtləri qəbul edilib və yalnız bu vaxt Bakıya gəlməyə razılıq verib. 
 
-Ola bilsin ki, ona kimlərsə zəng edib, ancaq mən cəmi bir dəfə ona zəng vurmuĢam, çünkü 
ətrafımdakı bir çox ziyalılar, baĢqa Ģəxslər (məsələn, Süleyman Dəmirəl - Ə.T.) bunu məndən 
təkidlə xahiĢ edir, onun təcrübəsindən yararlanmağı məsləhət görürdülər. O demiĢdi ki, biz 
bir yerdə iĢləsək, bu hadisənin qarĢısını ala bilərik. O hətta mənə demiĢdi ki,  sənin siyasi 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin