nüfuzun və savadın, mənimsə təcrübəm bir yerdə bütün çətinlikləri aradan qaldırmağa
imkan verir və bu yolda birgə çalıĢa bilərik.
ġərtə gəlincə, o zaman heç bir Ģərt qoymamıĢdı. Kiminlə nə söhbət edibsə bundan mənim
xəbərim yoxdur.
-4 iyun ərəfəsində Azərbaycandakı ağır durumu nəzərdə tutaraq H.Əliyev qəzetçilərə bildirir:
«Əbülfəz Elçibəy belə bir ağır dövrdə məni dəvət etdi. …Onun dəstəyi ildə gəldim, Parlament
məni seçdi. Amma 2 gündən sonra məni qoyub qaçdı». Bu deyilənə münasibətiniz?
-H.Əliyevin bu fikri ilə əvvəl dediyi üst-üstə düĢmür - bayaq deyirdi ki, «Ģərt qoydum»,
«səninlə iĢləyə bilmərəm», indi isə deyir ki, «özü dəvət etdi», «mənə dəstək verdi» və «məni
seçdirdi». Düzdür, o, Milli Məclisdə seçilməyəcəkdi, bu, qəti idi. Mənim Milli Məclisdə
danıĢmağım, millət vəkillərini bunun zəruriliyinə inandırmağım həlledici rol oynadı. Bunun
üstündə bəzi deputatlar, yaxın dostlarım məndən incidilər və bəziləri indi də incikdirlər, çünki
onlar deyirlər ki, sən bu adamı gətirib bizim baĢımıza bəla elədin; H.Əliyevlə ikiniz birsiniz, bir
oyun oynayaraq Azərbaycan xalqını bu günə qoydunuz. Bu məsələ üstündə məni dəfələrlə
tənqid və təhqir edirlər, deyirlər ki, Əbülfəz bu hərəkata ona görə qoĢulmuĢdu ki, H.Əliyevi
hakimiyyətə gətirsin və gətirdi də, özü də çıxıb Kələkiyə getdi. Müxalifətdəki bəzi dostlarım da
bu səbəbdən məndən incik düĢüb.
-Bəy, təkcə müxalifətdəkilərin yox, ümumən xalqın Sizdən inciməsinin ən baĢlıca səbəbi
budur.
-Bəli, ən çox deyilən fikir budur ki, özün çəkilirdin-çəkilirdin, Əliyevi niyə hakimiyyətə
gətirirdin?
Bunu hamı bilir ki, mən olmasaydım o, Milli Məclisə sədr seçilməyəcəkdi, əksinə, baĢqa
məsələ olacaqdı. Milli Məclis öz fəaliyyətini dayandırardısa 300-dən yuxarı deputatdan ibarət
Ali Sovet çağırılacaqdı və orada isə kimin seçiləcəyi bilinmirdi. O zaman belə bir fikir var idi ki,
parlamentə baĢqa adamı sədr seçib Ayaz Mütəllibovu geri qaytarsınlar. Mənsə buna imkan
vermədim - gördüm ki, Azərbaycanda daha böyük qatmaqarıĢıqlıq yaranacaq, ona görə də
Milli Məclisdə H.Əliyevin sədr seçilməsini daha məqsədəuyğun gördüm. FikirləĢirdim ki,
onunla birgə iĢləyərək baĢ verən hadisələrin qarĢısını ala və Azərbaycanı böhrandan çıxara
bilərik, Qarabağı geri qaytararıq. Bu, o zaman ən düzgün, yerinə düĢən fikir idi. H.Əliyev də
bununla razı idi, ancaq çox təəssüf ki, o, verdiyi sözün üstündə durmadı. Parlament sədri
seçiləndən sonra prezident hakimiyyətini mənimsəmək uğrunda mübarizəyə giriĢdi. Məhz
onun təsiri ilə Surət Hüseynov mənim istefamı da tələb etməyə baĢladı. (Gəncədə olarkən
H.Əliyev onun prezident olmasına razılıq vermiĢdi və S.Hüseynov bu haqda
«Moskovskiye novosti» qəzetindəki müsahibəsində yazmıĢdı). O, sədr seçiləndən
sonra Surəti də Bakıya gətirdi, müxtəlif dillər tökdü, baĢ nazir etdi, güc nazirliklərini də ona
tapĢırdı, guya onu prezidentliyə hazırladı. Sonrası isə məlumdur.
-Siz Kələkiyə gedəndən bir neçə gün sonra qayıtmaq istəyəndə, H.Əliyevin deməsinə görə, o
heç bir maneçilik yaratmayıb, əksinə, Sizə xəbər göndərib ki, gəlmək istəyirsənsə gəl,
prezidentliyini et, ancaq S.Hüseynovun Sizi öldürəcəyindən qorxduğunuza görə Bakıya
qayıtmaqdan imtina etmisiniz.
-Dedi ki, gəlirsənsə gəl.
Mənim qayıdacağımı görəndə, Ģübhəsiz ki, H.Əliyevin adamları təyyarənin qanadını güllələrlə
deĢdilər və ekipaj bu təyyarədə uçuĢdan imtina etdi. Beləliklə, mənim geri dönməyim üçün
heç bir nəqliyyat vasitəsi qalmadı.
Mənim ikinci fikrim də vardı - düĢünürdüm ki, qüvvələri hələ saxlayaq, Xalq Cəbhəsi səfərbər
vəziyyətdə qalsın, əgər Azərbaycanda yenidən devriliĢ baĢ versə və rus ordusu Azərbaycana
qayıtsa (əsasən Surət Hüseynovun əliylə) o zaman mənim qanuni prezident kimi buna qarĢı
mübarizə aparmağa səlahiyyətim olsun.
Surət Hüseynova gəlincə, onun məni öldürə biləcək gücü yoxdu; onu mən heç zaman
saymamıĢam da. O, mənə həmiĢə dəcəl bir adam təəssüratı bağıĢlayıb. Bu devriliĢdə də o,
20-30-cu vintlərdən birisidir və diqqət yetirilməyə layiq deyil.
-O iddia edir ki, Siz hakimiyyətə gələn kimi bolĢeviksayağı davranaraq özünüzdən qabaqkı
bütün tarixi inkar etmisiniz.
-BolĢeviklərin davamçısı H.Əliyevin özü olub və çox doğru deyir ki, babaları olan bolĢeviklər
hər Ģeyi inkar ediblər - Müsavat hakimiyyətini də, Azərbaycanın müstəqilliyini də. Müsavatın
baĢçılarını «quldur», «vətən xaini» adlandırıblar. BolĢeviklərin davamçıları olan kommunistlər
öz əcdadlarını da danıblar - yeri gələndə Leninin özündən tutmuĢ Plexanova, Stalinə,
XruĢĢova qədər hamını inkar etdilər. O inkarçılar içərisində H.Əliyev də xüsusi yer tutur.
Vaxtilə Brejnevin yanında olarkən hamını inkar edərək yalnız Brejnevi qaldırdılar…
Hər Ģey göz qabağındadır. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda indiyədək aparılan
mübarizəni bu gün bolĢevikcəsinə danaraq, M.Ə.Rəsulzadənin adının çəkilməsinə belə
qısqanclıq göstərərək müstəqilliyimizlə bağlı hər Ģeyi öz adına çıxarmaq istəyən məgər
Heydər Əliyev deyil?
-Doğrudanmı Siz baĢda olmaqla indiki müxalifət ilderləri indiyədək sağ qaldığınıza görə
H.Əliyevə minnətdar olmalısınız?
-Heydər Əliyev sağ qalması üçün mənə minnətdarlıq etməlidir. Onun Bakıya gəlməsinin də,
Bakıdakı mühafizəsinin də, Naxçıvana getməsinin də, Naxçıvanda Ali Sovetin sədri
seçilməsinin də səbəbkarı mənəm. H.Əliyev bunları bilməlidir və bilir.
-H.Əliyevin Naxçıvan Ali Sovetinin də, Azərbaycan Ali Sovetinin də sədri seçilməsindəki
həlledici rolunuzu indi səmimi Ģəkildə deyirsiniz. Buna bu gün peĢmansınız, ya yox?
-Bu məsələnin nə qədər xeyirli, nə qədər ziyanlı olmasını mən hələ də ölçüb-biçirəm. Orada
elə məqamlar var ki, bəli, mən hökmən o addımı atmalıydım, özü də, o addımı məcburi yox,
Ģüurlu Ģəkildə atırdım. Düzdür, mövcud Ģərait də adamı vadar edir ki, müəyyən addımı
atmalısan.
Mən düĢünürdüm ki, H.Əliyevin gəlməsi onun ətrafındakı qüvvələrin sakitləĢməsinə və onların
bizimlə birləĢərək Azərbaycanın problemlər girdabından çıxarılmasına səbəb olacaq. Mən
müxtəlif siyasi qüvvələri Azərbaycan naminə birləĢdirmək istəyirdim. Vəzifrova da, onun
adamlarına da, Mütəllibova da, onun adamlarına da, Əliyevə də, onun adamlarına da
demiĢdim ki, gəlin, Azərbaycanın müstəqilliyi, gələcəyi yolunda əl-ələ verək, belə etsək bir
neçə ayın içində ən ciddi problemlərimizi də həll edə bilərik - xalqın gücü, iradəsi ilə. Mən
hətta Vaqif Hüseynovu, Rəhim Qazıyevi, Surət Hüseynovu da Vətən uğrunda mübarizəyə
qoĢmaq istəyirdim. Təəssüf ki, bütün bu adamların həm iddiaları, həm də müxtəlif qüvvələrin
təsiri altında olması onların vahid gücə çevrilməsinə imkan vermədi. Bu gün onların da
hamısı əzab-əziyət içərisindədir, mən də, xalq da. Bu gün Heydər Əliyevin özünün
də vəziyyəti yaxĢı deyil və onun sonu necə qurtaracaq - bunu qarĢımızdakı yaxın
tarix göstərəcək
».
(«Mən müxtəlif siyasi qüvvələri Azərbaycan naminə birləĢdirmək istəyirdim». Əbülfəz
Elçibəylə onun mətbuat katibi Ədalət Tahirzadənin söhbəti. - «Yeni Müsavat» qəzeti, 24-
25.06.1998).
Bakıya gəldiyi gün Azərbaycan prezident Əbülfəz Elçibəylə görüĢən H.Əliyevə Azərbaycanın
baĢ naziri vəzifəsi təklif edildi. Ancaq Surətin qiyamından və indiyədək Moskva, Tehran və
Ankarada apardığı uğurlu diplomatik danıĢıqlardan sonra manevr imkanları hədsiz
geniĢlənmiĢ H.Əliyev bu vəzifəyə, əlbəttə, razılıq vermədi və onun sədrliyi altında Dövlət
ġurası yaradılmasını təklif etdi. Bu, açıqdan-açığa hakimiyyətə birdəfəlik yiyələnmək deməkdi
və təbii ki, prezident belə təkliflə razılaĢa bilməzdi.
Yalnız “fəxri qonaq” statuslu H.Əliyev ilk vaxtlar Elmlər Akademiyasının “Ġsmailiyyə” binasında
yerləĢir və rəsmi qonaqlarını burada qəbul edirdi. Bu çağda onun ən etibarlı və ən yaxın
köməkçisi Rəsul Quluyevdi.
9 iyunda Azərbaycan tərəfi (V.Quluzadə) ATƏM-in Qarabağda vəziyyətin nizama salınmasına
dair Minsk qrupunun təklif etdiyi “təxirəsalınmaz tədbirlərin cədvəli”ni imzaladı. Bu təklifləri
Ermənistan da qəbul etdi. V.Quluzadə ermənilərin də bu iĢə razılaĢmasını Azərbaycan xarici
siyasətinin və Ģəxsən Azərbaycan prezidenti Ə.Elçibəyin qələbəsi saydı.
“Yeni cədvəl”ə əsasən 15-20 iyunda atəĢ kəsiləcəkdi ki, kəlbəcərli qaçqınlar doğma ocaqlarına
qayıda bilsinlər. 18 iyundan 60 günlük atəĢkəs olacaq, bu müddətdə Minsk Qrupunun iĢi
hazırlanacaqdı. ATƏM-in nümayəndələrinə iĢğalçıların Kəlbəcərdən çıxıb getməsinə 21 iyunda
nəzarət etmək tapĢırılmıĢdı. Bu zona beynəlxalq nəzarət altında olacaqdı.
Ġyunun 9-unda səhər Ali Sovetin binası qarĢısında AXC-nin çağırıĢıyla respublika
ictimaiyyətinin mitinqi keçirildi. Saat 12-nin yarısında mitinqi AXC sədrinin müavini Arif
Rəhimoğlu açdı. O, Abbas Abbasov, Asya Manafova, ġadman Hüseynov və baĢqalarının
«dövlət komissiyası»nın üzvü olmalarına baxmayaraq hadisələrin gərginləĢməsində xüsusi rol
oynadıqlarını dedi. Arif bəy S.Hüseynovun cinayətlərini sadalayandan sonra Gəncədən çıxan
rus diviziyasının ona külli miqdarda hərbi texnika verməsiylə yanaĢı, bu texnikadan istifadəni
öyrətməkçün 75 nəfər xüsusi desantını da Gəncədə saxladığını bildirdi. (Hadisələr vaxtı
Gəncədə 4 rus generalının olması və Surətə müĢavirlik etməsi də xəbər verilmiĢdi).
Nəsimi rayon icra hakimiyyətinin baĢçısı Əli Quluyev dedi: “Müdafiə Nazirliyində 46 milyon
vəsait yeyilib. Niyə Rəhim Qazıyev həbs edilmir? ġuĢanın, Laçının verilməsində birbaĢa o,
günahkardır. Ġndi isə o, prezidentin istefasını tələb edir”.
Ali Sovetdə 10 iyunda Milli Məclisin üzvü Mətləb Mütəllimovun sədrliyiylə Gəncə Ģəhərində baĢ
vermiĢ FACĠƏ'ni (QĠYAM'ı yox!) təhqiq edən deputat istintaq komissiyasının ilk iclası keçirildi.
Həmin gün ABġ-ın Dövlət Departamenti belə bir bəyanat verdi:
“Ġyunun 4-də Gəncədə -
Azərbaycan Respublikasının ikinci ən mühüm Ģəhərində qiyam baĢlanmıĢdır. Məlumatlara
əsasən, döyüĢdə onlarca adam öldürülmüĢ, yüzlərlə adam yaralanmıĢdır. Bu döyüĢün
nəticəsində qiyamçılar Ģəhərə nəzarət edirlər. Məlumatımıza görə, Azərbaycan prezidenti
Elçibəy bir daha qırğına yol vermədən böhrana son qoymağa çalıĢır.
ABġ hökuməti prezident Elçibəyin demokratik yolla seçilmiĢ hökumətini tamamilə dəstəkləyir.
Biz bu böhranı demokratik dəyərlərə əsaslanaraq və insan hüquqlarına hörmət edərək sülh
yolu ilə həll etməyə çağırırıq”
.
Elçibəyin belə dəstəklənməsi xüsusən H.Əliyevi razı salmırdı. Buna görə də o, bir neçə gün
sonra Gəncədə S.Hüseynovla görüĢdükdə onu prezidentin istefasını da tələb etməyə
“həvəsləndirdi”. ABġ-ın münasibəti eyni zamanda H.Əliyevin hakimiyyətə gəlməkçün bu
dövlətin də “xeyir-dua”sını almağı “unutduğunu” göstərir. (Görünür, bu üzdəndir ki, Əliyev
hakimiyyətin ilk mərhələsində Rusiya və Ġranı tərifləmək, ABġ-ısa tənqid etmək siyasəti
yürüdürdü).
11 iyunda prezident Əbülfəz Elçibəy deputat istintaq komissiyasının üzvlərini qəbul etdi.
Söhbət zamanı, yaranmıĢ vəziyyətdən çıxıĢ yolları araĢdırıldı, dövlətçiliyimizin və ölkədə
sabitliyin qorunmasıyçün görülməli tədbirlər müzakirə edildi. Komissiyanın istintaq apardığı
müddətdə KĠV-də qızıĢdırıcı materialların verilməməsi (baĢqa sözlə, qiyamçıların tənqid
edilməməsi) və bu barədə mətbuat orqanlarına müraciət edilməsi haqqında razılıq əldə
olundu.
Zənnimcə, 24 oktyabr hadisələrində H.Əliyevin Bakıda ona qarĢı əks-təbliğata son
qoyulmasını tələb etməsiylə surətçilərin də “qızıĢdırılmamasının” tələb edilməsi eyni nöqtədən
qaynaqlanan taktikadır və hakimiyyətin hər iki halda o tələblərlə razılaĢması prinsipcə yanlıĢ
addımdı, çünki ictimai rəy bir daha iqtidara qarĢı yönəldi. Ancaq burası da var ki, artıq
H.Əliyevin Bakıya gətirilməsindən sonra S.Hüseynovla açıq müharibəyə girməyin mənası
itmiĢdi.
Doğrudur, Elçibəy hakimiyyəti Gəncə hadisələrindən sonra sosial dayaqlarını ciddi Ģəkildə
itirmiĢdi (H.Əliyevin və S.Hüseynovun xeyrinə), ancaq onu dəstəkləyənlər hələ çoxdu.
Məsələn, Sankt-Peterburqdakı “Dayaq” cəmiyyəti xəbərdarlıq edirdi:
“Biz Elçibəysiz növbəti
uçuruma - saxtakarlıq və yalan uçurumuna yuvarlana bilərik. Xalqın aldanması daha böyük
faciə ola bilər”
. Özbəkistan “Vətən” Milli Ġstiqlal Cəbhəsi və “Ərk” Demokrat Partiyası da
bəyan edirdi:
“Bugünkü Azərbaycan keçmiĢ SSRĠ-nin qanlı zəncirlərini mərdliklə qırıb gerçək
azadlığa qovuĢan ilk türk cümhuriyyətidir. Onun mənəvi haqqa sahib olan prezidenti Əbülfəz
Elçibəy mücadilə verən bütün istiqlalçıların öndəridir. Azərbaycan diyarında Ana Vətən
uğrunda təcavüzkarlara qarĢı qanlı döyüĢlər getdiyi bu təhlükəli günlərdə biz özümüzü əziz
Azərbaycan xalqı və prezidenti Əbülfəz Elçibəylə birgə bilirik”
.
Ancaq Elçibəyə düĢmən kəsilən Ali Sovetin 120 kommunist deputatı Rusiya prezidenti Yeltsinə
müraciət göndərdi. KeçmiĢ kommunist deputatlar - Ə.Qarayevlərin, Ç.Ġldırımların,
H.Sultanovların nəvələri Azərbaycan hakimiyyətindən Ģikayətlənir, Yeltsindən bütün
nüfuzundan istifadə edərək Azərbaycanda demokratiyanı “bərpa etməyi” xahiĢ edirdilər...
Ġyunun 9-unda Bakıya gələn H.Əliyev “xırda-xuruĢ” hazırlıqlarını görəndən sonra 11 iyunda
EA-da - “Ġsmailiyyə”də Akademiya iĢçiləriylə görüĢdü. Onlar respublika Dövlət ġurası'nın
yaradılmasında Heydər Əliyevlə həmrəy olduqlarını (!) bildirdilər. Ancaq H.Əliyev Moskva
mətbuatının onun baĢ nazir vəzifəsinə təyin edilməsi haqqındakı xəbərləri barədə jurnalist
suallarını cavabsız qoydu.
Həmin gün H.Əliyev ABġ və Fransa səfirliklərinin nümayəndələriylə də görüĢdü. Jurnalistlər
görüĢə buraxılmadı. O, AMĠP-in sədri E.Məmmədovla da bağlı qapılar arxasında danıĢıqlar
apardı.
Rusiyanın Azərbaycandakı səfiri Valter ġoniya mətbuat konfransı keçirərək (11 iyun) bildirdi
ki, Rusiyanın öz daxili problemlərinə o qədər baĢı qarıĢıb ki, əgər istəsə belə Gəncə
hadisələrinə müdaxilə etməyə, sadəcə olaraq, onun vaxtı yoxdur. (Səfir bu sözlərlə əslində
Rusiyanın baĢının öz problemlərinə qarıĢacağı haqqında fikirlər söyləmiĢ Elçibəyə üstüörtülü
kinayə edirdi). ġoniya daha sonra dedi: “Gəncə hadisələri, onun nizama salınması
Azərbaycanın öz daxili iĢidir. General ġERBAKIN Gəncəyə gəlməsini, əməliyyatlarda iĢtirakını
təsdiq edən informasiya isə bizdə yoxdur”.
Xarici neft Ģirkətlərindən birinin nümayəndəsi Heydər Əliyevlə və artıq daim onun yanında
olan Rəsul Quluyevlə görüĢəndən sonra ADNġ-nin prezidenti Sabit Bağırova 12 iyunda
bildirmiĢdi ki, prezident Əbülfəz Elçibəyin Böyük Britaniyaya qarĢıdakı rəsmi səfəri baĢ
tutmayacaq (həqiqətən, belə də oldu!..).
Həmin gün prezident “Azərbaycan milli valyutasının respublika ərazisində yeganə ödəniĢ
vasitəsi elan edilməsi haqqında” fərman verdi. Bu fərman manatın rublu bütünlüklə
əvəzləməsini nəzərdə tuturdu. Ancaq o, ...ertəsi gün “Nazirlər Kabinetinin və Milli Bankın
rəyləri nəzərə alınaraq” 12 iyun tarixli fərmanının icrasını qeyri-müəyyən müddətə təxirə
salmaq haqqında yeni fərman imzalamalı oldu. Artıq açıq-aydın görünürdü ki, Əliyev
gələndən sonra hakimiyyət qurumları Bəydən üz döndərir, onu pis vəziyyətdə qoymaqdan
çəkinmirlər.
Deputat istintaq komissiyasının üzvləri 12 iyunda Gəncədə oldular, Surət Hüseynovla
görüĢdülər.
Bu arada Türkiyədə də hökumət boĢluğu vardı. Doğru Yol Partiyasının 13 iyundakı
qurultayında baĢqan seçilən Tansu Çillərə hökuməti təĢkil etmək tapĢırıldı.
ĠSA QƏMBƏR DƏ ĠSTEFA VERDĠ
Hakimiyyətin humanist davranması, vətəndaĢ sülhü naminə güzəĢtlərə getməsi qarĢılığında
Rusiyanın Azərbaycan iqtidarını hökmən devirməyə yönəlmiĢ inadcıl siyasətinin göz
qabağında olan təmsilçisi S.Hüseynovun iĢtahı və tələbləri gündən-günə artır və dəyiĢirdi. 13
iyunda (bazar günü!) məhz onun növbəti tələbini yerinə yetirməkçün Milli Məclis Ali Sovet
sədri Ġsa Qəmbərin istefası məsələsinə baxdı və onun yerinə sədr seçilməsini müzakirə etdi.
Ġclası Tamerlan Qarayev aparırdı. O bildirdi ki, biz hamımız buraya televiziyada verilmiĢ elanla
yığılmıĢıq; bu elan Ġsa Qəmbərin ərizəsi oxunduqdan sonra verildi.
Ġsa Qəmbər bəyan etdi ki, mən respublikada sabitliyin bərqərar olması, vətəndaĢ
qarĢıdurmasına son qoyulması, qardaĢ qanı axıdılmasına yol verməməyə kömək göstərmək
naminə öz müstəqil qərarımla istefa verirəm.
Ġstefası qəbul edilən Ġsa Qəmbər Milli Məclisin üzvü qaldı.
Ġsa bəyin istefası qanunverici hakimiyyətin də qiyam qarĢısında əl qaldıraraq məğlubiyyətə
uğramasının rəsmi təsdiqi oldu. Bu istefada rolu olduğu Ģübhə doğurmayan keçmiĢ baĢ nazir
Pənah Hüseynov onun səbəbini belə açıqlayır: “Yevlax [11 iyunda] alınandan sonra Ġsa bəy
bunu hərbi məğlubiyyət kimi qiymətləndirib qərar qəbul elədi. H.Əliyev baĢ nazir vəzifəsini
istəmirdi. Açıq Ģəkildə o, ümumiyyətlə, heç bir postu istəmirdi. Biz axırıncı imkandan istifadə
edərək Əbülfəz bəyin prezidentliyini saxlamaq istiqamətində çalıĢırdıq. Təbii ki, H.Əliyev
birinci Ģəxs olmaq uğrunda mübarizə aparırdı. Hesab edirəm ki, onunçün əlveriĢli Ģərait
yaranmasaydı ikinci posta da razı ola bilərdi” (“Yeni Müsavat”, 16.04.1999).
Ġsa bəyin istefası məhz H.Əliyevin Ali Sovet sədri seçilməsindən ötrüydü. Əlbəttə, Ġsa bəyin
özü razı olmasaydı hər hansı qüvvənin onu buna məcbur edə biləcəyini ağlıma da gətirmirəm
və bu qərarın qarĢılıqlı razılıq nəticəsində ortaya çıxdığına kiçicik də Ģübhəm yoxdur, ancaq
onun lehinə olan bütün tutarqaları bir yana qoyaraq düĢünürəm ki, Ġsa bəy kimi olduqca
güclü bir Ģəxsin hakimiyyətdən getməsi çox yanlıĢ addımdı. Ona görə ki, Ġsa bəy bu
hakimiyyətə gəlib düĢmüĢ, məsələn, Tahir Kərimli kimi sıradan bir Ģəxs deyildi - o,
Azərbaycan Xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından,
nəhayət, bu hakimiyyətin qələbəsini təmin edən insanlardan biriydi və hakimiyyətdəki yerini
də özü qazanmıĢdı. Ġsa Qəmbər prezident Elçibəylə yanaĢı bu hakimiyyəti qurmaq,
möhkəmlətmək və yaĢatmaqçün hədsiz gərgin çalıĢmıĢ, Azərbaycan dövlətinin müstəqilliyinə
öz layiqli töhfəsini vermiĢdi. Prezidentlə birgə Ġsa bəy də hakimiyyət sarayının möhkəmliyini
qoruyan sarsılmaz sütundu və onun uçurulması hökmən bu sarayın yerlə yeksan olunmasıyla
nəticələnməliydi. Ona görə də Ġsa bəyin getməsini hakimiyyətin yadlara könüllü təhvil
verilməsinə razılıq kimi anlayıram və bu qərarı qətiyyən bəyənmirəm. Ancaq, açığı, bu sözləri
yazsam da, öz-özümdən soruĢuram: bəs istefa verilməsəydi nə olacaqdı? O saat da, nədənsə,
gözlərim önündə Azərbaycan boyda qan dənizi calxalanır...
Bəli, əslində Azərbaycan Xalq hərəkatının məntiqi nəticəsi olan əsl xalq hakimiyyətinin taleyini
biryolluq həll edən Milli Məclisin bu iclasında bir yanda Ġsa Qəmbər istefa verir, obiri yandasa
bu hakimiyyətin qanlıbıçaq düĢmənləri olan Rəhim Qazıyev, Arif Rəhimzadə, Araz Əlizadə və
baĢqaları cilov gəmirir, əksəriyyəti kommunistlərdən ibarət Ali Sovetin sessiyasının
çağırılmamasından, Gəncə və ona bitiĢik rayonlarda dövlət qurumlarını ləğv edib hakimiyyəti
öz nəzarəti altına almıĢ S.Hüseynovun tələblərinin yerinə yetirilməməsindən narahatlıqlarını
bildirirdilər. Rəhim Qazıyev hətta Ġsa Qəmbər istefa verəndən sonra da üzünü deputatlara
tutub soruĢurdu: «Dünən “sessiya-sessiya” deyirdiniz, indi noldu? Mən tələb edirəm
ki, sessiyanın günü müəyyənləĢdirilsin. Hiss edirəm ki, Surətin tələblərinə bir
etinasızlıq var». Bəli, artıq hamının siyasət bazarında öz malını Surətin adıyla xırıd etməsi
dəbə minmiĢdi.
Etibar Məmmədovun təklifiylə prezidentin Milli Məclisə gəlməsinədək fasilə elan edildi.
Fasilədən sonra Əbülfəz Elçibəy və H.Əliyev də iclasa qatıldılar.
Ali Sovetin sədri olması razılaĢdırılmıĢ H.Əliyev sessiyada söz alaraq dedi: “Hadisə olub, qan
tökülüb. Ancaq bunun davam etməsinə yol vermək olmaz. Mən prezident Əbülfəz Elçibəydən
xahiĢ etmiĢəm və qərara gəlmiĢəm ki, Gəncəyə gedib vəziyyəti yerində öyrənim, sonra
təkliflərimi verim...”.
N.Pənahovun bildirdiyinə görə, S.Hüseynov H.Əliyevin Ali Sovet sədri olmaq
istədiyini bilən kimi “çox sərt Ģəkildə Əliyevlə telefonla danıĢaraq ultimatum verdi
ki, necə gəlib elə də geri qayıtsın. Təxminən bir neçə saatdan sonra televiziya
vasitəsi ilə Əliyev bildirdi ki, Gəncəyə çıxır”. Əliyevin Gəncəyə getməsinə Surətdən
icazəni onun qohumu Nəriman Ġmranov (keçmiĢ təhlükəsizlik naziri) alıbmıĢ.
Əslində Surətin belə qəzəblənməsinə əsas yoxdu - H.Əliyev “özgəsi” deyildi axı! Fazil
Qəzənfəroğlu yazır: “Gəncə üsyanında hər nə qədər Surət Hüseynovun adı ön
plandaydısa da ssenarinin pərdəarxası qəhrəmanları Rəhim Qazıyev, Heydər
Əliyev, Ə.Hümbətov, R.Cavadov, R.Quluyev və E.Məmmədov, A.Abbasov kimi
isimlərdi. Heydər Əliyevin ona pul və silah yardımı etdiyi haqqında əldə bilgilər
vardı. Heydər Əliyevlə Surət Hüseynov arasında davamlı kuryerlik edən Ģəxs...
sonradan KQB polkovniki SauĢkinin oyuncağı olmaqdan qurtulmayan Nemət
Pənahovdu” (F.Qəzənfəroğlu, göstərilən kitabı, s.215).
Əbülfəz bəy də, H.Əliyev də Ali Sovet binasına girəndə içəridə bulunmuĢ və dövlət
adamlarının onları necə qarĢılamasının Ģahidi olmuĢ bir dostum sonralar mənə söylədi ki,
həmin gün qəti inandım ki, Azərbaycanın bir prezidenti getdi, yerinə baĢqası gəldi. Ali
Sovetdən reportaj hazırlayan “Azadlıq” qəzetinin müxbiri Bahəddin Həziyev də maraqlı bir
məqamı tutub: “Məclis iĢini yarımçıq saxlayır. Salondan çıxarkən Naxçıvan MR Ali Məclisinin
sədri Azərbaycan Respublikası baĢ nazirinin birinci müavini Vahid Əhmədova göstəriĢ verir ki,
bir saatdan sonra maĢınlar jurnalistləri aparmaq üçün Ali Sovetin qarĢısında olsun” (“Azadlıq”,
15.06.1993).
Siyasətdən baĢı çıxmayan, ancaq prezident olmaq eĢqiylə alıĢıb-yanan Surət Hüseynov
iqtidarın qarĢısında irəli sürdüyü bütün tələblərlə məhz Heydər Əliyevə xidmət göstərdiyini
anlayacaq səviyyədə deyildi. Onun nadanlığından maksimum yararlanan H.Əliyev Bakıya
gəldikdən sonra məhz Surət xofunu körükləməklə hələlik ilk addım kimi strateji əhəmiyyətli
spiker kürsüsünü boĢaltdırmağa nail oldu.
Ġsa Qəmbərin istefasından sonra ABġ-ın Oksford analitik mərkəzinin ġərqi Avropa qrupu
Gəncə hadisələrini operativ təhlil edərək vəziyyəti dəyərləndirdi:
“Beləliklə, Qəmbərin və
Nazirlər Kabineti baĢçısının istefası çevriliĢin müvəffəqiyyəti üçün zəruri Ģərt ola bilər. Lakin
Elçibəyin bu çətinliklərdən qurtarmaq üçün legitim imkanları vardır, çünki hakimiyyətə seçki
yolu ilə gəlmiĢdir.
Bakıdakı keçmiĢ kommunistlər Hüseynova tərəfdar çıxır və bildirirdilər ki, Elçibəyin
hakimiyyətinə qarĢı qəti mübarizədə birləĢəcəklər”
.
Amerikalı təhlilçilər qiyamın Azərbaycana nə qədər ziyan vurduğunu əla bilirdilər: “Qiyamçılar
bu strateji əhəmiyyətli Ģəhəri nəzarətə almıĢlar. Azərbaycan qoĢunlarının Ermənistan
sərhədinə və Qarabağın Ģimalına tərəf irəliləməsini çətinləĢdirirlər. Beləliklə, onlar Qarabağın
Ģimalında erməni silahlı qüvvələri üçün, bir növ, sipər yaratmıĢlır. Azərbaycanın müdafiə
qabiliyyətinə çox böyük ziyan dəyir, çünki qiyam Ermənistanın və onun müttəfiqi olan
dövlətlərin səylərinin müvəffəqiyyətinə kömək edir”.
Təhlil qrupu qiyamın məqsədini də açıqlayır:
“Beləliklə, keçmiĢ SSRĠ-nin 1990-cı ildə
Azərbaycanda və 1979-cu ildə Əfqanıstanda təĢkil etdiyi son hərbi çevriliĢlərin ssenariləri
oynanılır. Həmin ssenari üzrə qaliblər respublikanın MDB-yə daxil olmaması haqqında
parlamentin qərarının ləğv edilməsinə çalıĢacaq və MDB-dən, yəni Rusiyadan asayiĢ
yaradılması üçün qoĢun göndərməyi xahiĢ edəcəklər”
. (Təbii ki, qoĢunların geri qayıtması
kütləvi repressiyalarla müĢayiət olunacaqdı).
Sözügedən qrup təhlilin nəticəsini təqdim edir: “QarĢıdakı günlərin hadisələri respublikanın
müqəddəratı üçün həlledici olacaqdır. Elçibəy iki yoldan birini - ya danıĢıqlar yolunu, ya da
mübarizə yolunu seçməlidir. Lakin onun bir qərara gəlməsi üçün vaxt getdikcə daralır”.
Bu təhlilin ən geniĢ məlumat bankına malik mütəxəssislər tərəfindən aparılmadığını
düĢünmək gülməli olardı və normal məntiqə əsaslanan bu araĢdırmada bütün fikirlər həmin
ançün tam həqiqətdi. Ancaq hər Ģeyin incəliyinədək nəzərə alındığı bu tərifəlayiq təhlildə
gözdən qaçırılmıĢ yeganə “xırda” bir amil vardı - Elçibəy fenomeni! Məhz bu fenomen
nəticəsində Oksford təhlilçilərinin öncəgörmələrindən ikisi doğru çıxmadı - Azərbaycan
Rusiyadan nəinki qoĢun istəmədi, hətta qoĢunun geri qayıtmasına Ģiddətli müqavimət
göstərdi və Elçibəy sadalanan iki mümkün yoldan ağla gəlməyən üçüncüsünü - Kələki
variantını seçdi və sübut etdi ki, çoxlarının sadəlövh saydığı bu siyasətçi, sən demə, heç
öncəgörməyə də yatan deyilmiĢ! Ancaq Kələkiyə getməyə hələ düz dörd gün var...
Aradan illər keçəcək və mən həm ozamankı prezidentə, həm də ozamankı parlament
baĢqanına eyni sualları verəcək, onlardan aĢağıdakı cavabları eĢidəcəyəm:
«-Azərbaycan Respublikasının ilk həqiqətən müstəqil və milli hakimiyyətini qoruyub saxlamaq
mümkündümü? Çökmənin baĢlıca səbəbləri nəydi və onun səbəbkarlarını aĢkarlamaq
mümkündürmü? Məsələn, indi bəzən söyləyirlər ki, hakimiyyəti qorumaq, saxlamaq olardı -
əvvəlcədən bir sıra qüvvələr əzilsəydi belə problem yaranmazdı və s. Sizcə, bizim hakimiyyət
yaĢaya bilərdimi?
-ġəksiz, yaĢaya bilərdi. Sadəcə olaraq, bizdə hakimiyyəti nə cür qorumağın təcrübəsi
olmadığına görə onu saxlaya bilmədik. 4 iyun qiyamı yatırılsaydı məsələ birdəfəlik həll
olunacaqdı. Çox təəssüf ki, …rus imperiyasının, Ġranın kəĢfiyyatı bizdən daha güclü, daha
təcrübəliydi. Qiyamın baĢçılarını müdafiə edən qruplar da burada fəal iĢtirak etdilər.
Burada ikinci bir məsələ var - hakimiyyəti saxlamaqçün biz hökmən diktaturanın, yaxud
totalitar rejimin tələb etdiyi prinsiplərdən istifadə etməliydik, bizsə heç vəchlə buna getmədik.
-Gəncə qiyamını yatırmaq olardımı? Məsələn, Pənah Hüseynov deyir ki, olardı.
-Gəncə qiyamını yatırmaq olardı, amma bu zaman ən azı 50-60 nəfər öldürüləcəkdi.
-Onsuz da, öldürüldülər - prezident qvardiyaçıları...
-Onları mən öldürtmədim ki! Mən öz vətəndaĢımı öldürtməyi bacarmıram. Güc nazirlikləri öz
vəzifə borclarını yerinə yetirməliydi, ancaq yetirmədi. Asiləri yatırtmaq prezidentin deyil, güc
nazirliklərinin, prokurorluğun iĢidir. Mən onlara əmr verə bilməzdim ki, vətəndaĢlarım bir-
birini qırsın. Müharibə aparan ölkədə buna yol vermək olmaz. Prezident kimdir ki, əmr versin
ki, get, filankəsi öldür?!
-Ancaq RövĢən Cavadov - XTPD dövlətə qarĢı silah qaldıranda Heydər Əliyev üsyanı yatırtdı...
-Mən mətbuatda da bildirmiĢəm ki, Heydər Əliyev düzgün iĢ görmədi. Bunun üstündə
qəzetlər məni tənqid etdilər ki, RövĢənin tərəfini saxlayırsan; mən onu müdafiə etmirəm - ağ
bayraq qaldırılmıĢdısa hökmən barıĢığa gedilməliydi, qan tökülməməliydi. Budur bizi 4 iyunda
vətəndaĢ müharibəsi baĢlamaqda, qan tökməkdə suçlandıran Heydər Əliyevin səhvi! Niyə
tutalım hökuməti müdafiə edənlərdən 30 nəfər, hökumətə qarĢı çıxanlardan 100 nəfər
ölməliydi?! Axı hər iki tərəfdən ölənlər öz millətimizin balalarıdır!
»
. (Ə.Elçibəyin Ə.Tahirzadə
ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.69-70).
«-Ġsa bəy, o hakimiyyəti qoruyub saxlamaq olardımı?
-Məncə, olardı.
-Hansı Ģərtlər daxilində?
-Qiyamda iĢtirak edəcək qüvvələrin çərçivəsi qiyam ərəfəsində, ondan 1-2 ay öncə kifayət
qədər aydındı və onları zərərsizləĢdirmək olardı. Bəzilərini sakitləĢdirmək, baĢa salmaq
mümkündü. Bəziləriylə sərt dildə danıĢılıb xəbərdarlıqlar eldilməli, bəziləri cəzalandırılmalıydı.
Onların birləĢərək hakimiyyətə qarĢı bir yerdə qiyam qaldırmasına imkan verilməməliydi. Bu
iĢlər qiyamaqədərki müddətgə görülməliydi, təəssüf ki, görə bilmədik. Qiyam baĢlandıqdan
sonra artıq baĢqa əlac yoxdu - onun qarĢısı sərt Ģəkildə alınmalıydı. Yenə təəssüf ki, o sərtliyi
göstərmədik
».
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən).
GƏNCƏ ALVERĠ VƏ ELÇĠBƏYĠN BOġA ÇIXAN UMUDLARI
../../images/Arxiv/z_1993_06_Gence.jpg
Milli Məclisin bazar günü (13 iyun) keçirilən
yığıncağından bir saat sonra - axĢam saat 6-da H.Əliyev 40 jurnalistlə birgə Surət Hüseynovla
görüĢməkçün Gəncəyə yola düĢdü və gecə saat 12-də Ģəhərə çatdı.
Heydər Əliyevlə birgə Rəsul Quluyev, Abbas Abbasov, Rəhim Qazıyev və Tahir Əliyev də
Gəncəyə getmiĢdilər.
Rəsmi statusu yalnız “Ali Sovetin deputatı” olan S.Hüseynov H.Əliyevi, yumĢaq desək,
dostcasına qarĢılamadı və onu bir neçə saat gözlətdi. Sonralar Surət məhkəmədə bunları
söyləyəcəkdi: “...Gəncəyə gələndə H.Əliyev üzümdən necə öpürdü. Mingəçevir
Dostları ilə paylaş: |