səsini ucaltmağa, qardaĢ qırğınına gətirib çıxaran hazırkı iqtidara qarĢı vətəndaĢ
itaətsizliyinə, Vətənimizin taleyinə qarĢı əsl övlad qayğıkeĢliyi göstərməyə
çağırırıq.
AMĠP - ġadman Hüseynov, Milli Məclisin üzvü.
ASDP - Əliyev Aypara, Gəncə Ģəhər məclisinin üzvü.
AAƏB «Turan», Nemət Pənahlı.
Sabir Rüstəmxanlı (imzası yoxdur).
Arif Rəhimzadə.
Asya Manafova.
Əli Ömərov.
ġeyxülislam Hacı AllahĢükür RaĢazadə.
Fəraməz Maqsudov - akademik.
Gəncə ziyalıları adından professor Saday Nəzərov.
Kəlbəcər icra hakimiyyətinin birinci müavini ġükürov Əvəz (Kəlbəcər qaçqınları
adından)».
Bazar günü (6 iyun) Surət Hüseynov Nazirlər Kabinetinin istefa verməsini tələb etdi. Bu vaxt
artıq Gəncənin bəzi binalarında keçmiĢ SSRĠ-nin qırmızı bayraqları dalğalanırdı. Gəncə, Yevlax
və Mingəçevirdə yayılan vərəqələrdə əhali vətəndaĢ itaətsizliyinə çağırılırdı.
Ġyunun 7-sində prezidentin masası üstünə Moskvadan Hikmət Hacızadənin göndərdiyi (“Yeni
Müsavat”, 21.04.1999) bu məzmunlu tam məxfi teleqram qoyuldu:
"Çox gizlidir.
1-4 iyun 1993 tarixində əldə edilən xəbərlərə görə, Moskvada P.S.Qraçov,
R.N.Barannikov ilə adı açıqlanmayan bir əks-kəĢfiyyatçı görüĢmüĢlər və burada
Azərbaycandakı durum müzakirə edilmiĢdir.
Eyni zamanda Rəhim Qazıyev də burada Mütəllibovla görüĢmüĢdür. Bu görüĢdə
Azərbaycan parlamenti Rəyasət Heyətinin keçmiĢ sədrlərindən Qurban Xəlilovun
qohumu Ziya Qəhrəman oğlu Əbilov və Heydər Əliyevin təmsilçisi Natiq Əliyev
(indi ADNġ-nin prezidenti - Ə.T.) olmuĢlar. ĠĢtirakçılar Mütəllibovu Heydər
Əliyevlə birləĢməyə və ya heç olmazsa öz adamlarıyla birlikdə bitərəf qalmağa
çağırmıĢlar.
Toplantıda bu mövzularda görüĢ birliyi əldə edilmiĢdir:
1. Azərbaycan Ali Sovetinin sessiyasının çağırılması;
2. Heydər Əliyevin sədr, Yaqub Məmmədovun da müavin seçilməsi;
3. Ali Sovetin sessiyasında Azərbaycan Konstitusiyasının dəyiĢdirilərək hökumətin
birbaĢa parlamentə tabe etdirilməsi;
4. Prezidentin verəcəyi qərarların hökumət tərəfindən təsdiq edildiyi halda həyata
keçirilməsi.
Bunlardan baĢqa, Surət Hüseynovun Gəncədən ayrılan rus hərbi birliklərindən
külli miqdarda silah aldığı da bildirilmiĢdir...
Erməni məsələsinə gəlincə, müxalifətin qatıldığı parlament sessiyasının davam
etdiyi müddətdə Azərbaycan sərhədində onlar durumu gərginləĢdirməyə
qalxmayacaqlar” (F.Qəzənfəroğlu, göstərilən kitabı, s.216-217).
Prezident Aparatındakı mətbuat konfransında (7 iyun) Gəncədə baĢ verənlər ilk dəfə rəsmi
Ģəkildə hökumət əleyhinə qiyam adlandırıldı.
Hadisələrə açıqlama verən Arif Əliyev bildirdi ki, münaqiĢə “N” hərbi hissəsi (709-uncu hərbi
hissə) ətrafında yaranmıĢ qalmaqaldan törənib. Bu hərbi hissəni Müdafiə Nazirliyi aprelin
baĢlanğıcında yaradıb. Mayın ortalarında (21-ində - Ə.T.) batalyon komandiri Eldar Əliyev
müdafiə naziri DadaĢ Rzayevin döyüĢ bölgəsinə getmək əmrini yerinə yetirməyib, hərbi hissə
MN-nə itaətsizlik göstərib. 31 mayda Müdafiə Nazirliyi “N” hərbi hissəsinin ləğv olunması
haqqında əmr verib.
4 iyunda MN-nin nümayəndələri əmrlə hərbi hissənin Ģəxsi heyətini tanıĢ etməkdən ötrü
Gəncəyə gediblər. Hərbi hissəni təhvil almağa gəlmiĢ I korpusun komandanı, polkovnik Ġsa
Sadıqov və digər zabitləri həbs etmiĢlər, onları müĢayiət edən Milli Ordu əsgərlərindən bir
neçəsini atəĢlə qətlə yetirmiĢlər. “N” saylı hərbi hissənin batalyon komandiri Mehman
Ələkbərovu öldürmüĢlər.
Millət vəkili Mirmahmud Fəttayev bu sözləri söyləməkdə tam haqlıdır: “Qiyam yatırıla bilərdi
və yatırılmalı idi. Mən məhkəmədəki çıxıĢımda da demiĢəm, indi də deyirəm ki, o vaxt dövlət
postu tutan və millətə, dövlətə yetərincə xidmət etməyən adamları, doğrudan da, mühakimə
etmək lazımdır. Onlar dövlətə və millətə xəyanət sayılan bu qiyamı yatırmaqda öz vəzifələrini,
Konstitusiya borclarını yerinə yetirmədilər” (“Yeni Müsavat”, 09.06.1995).
Bu sözlərin deyilməsindən 2 il 3 ay sonra Elçibəyin də onları az qala təkrarladığını gördüm:
«-Hakimiyyəti qorumaqdan ötrü ilk növbədə etibarlı güc strukturları lazımdır. Hər Ģey bir
yana, biz Rusiyanın nüfuz dairəsindən çıxmağa çalıĢırdıq, istəyirdik ki, Avropaya, ABġ-a,
ümumiyyətlə, qabaqcıl dünyaya qoĢulaq, siyasətimizin istiqamətini tam dəyiĢək. Bundan ötrü,
əlbəttə, məhz ÖZ güc strukturlarımızı yaratmağa ehtiyac vardı. Ancaq hakimiyyətimizin
uğursuz sonluğu bu sahədə ciddi dəyiĢikliklər edə bilmədiyimizi göstərir. Yanılmıram ki?
-Siz, sözsüz ki, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi və Daxili ĠĢlər Nazirliyinin 4 iyun
ərəfəsində, hətta ondan da qabaq fəaliyyətini nəzərdə tutursunuz. Ancaq unutmayaq ki,
onlarda bizim hazır kadrlarımız yoxdu. Naziri, yaxud baĢ prokuroru yeniləĢdirməklə köklü kadr
dəyiĢikliyi baĢ vermir - müəssisənin iĢində həlledici rol oynayan orta pilləli kadrlar öz yerində
qalır. Onları təcrübəli yeni kadrlarla əvəz etmək asan deyil - buna müəyyən zaman lazımdır
ki, 3 ilə, 5 ilə yetiĢsinlər, formalaĢsınlar. Bu səbəbdən də biz həmin orta pilləni dağıda
bilmədik, o da 3-4 ay bizə qulaq asandan sonra baĢladı əleyhimizə iĢləməyə. Beləliklə, MTN
də, MN də, DĠN də öz kadrlarımızla yetərincə təmin edilmədiyinə görə həmin nazirliklər bizim
əleyhimizə çevrildi.
-Bu nəyin təsiri nəticəsində oldu? Rusiyanın, yoxsa...
-Azərbaycanda öz hakimiyyətini xalq hərəkatına görə itirmək istəməyən olduqca güclü təbəqə
- həmin nazirliklərdə neçə-neçə illər boyunca formalaĢmıĢ orta pillə məmurları özlərinə
sığıĢdıra bilmirdilər ki, "uĢaq-muĢaq" (axı onlar indiyədək məsul vəzifələrdə, demək olar ki,
cavan adamları görməmiĢdilər), "yetim-yesir" (heç kəsin himayəsi olmadan kasıb, tam pulsuz
adamın da vəzifə tutmasına onlar alıĢa bilmirdilər) gəlib onlara baĢçılıq edəcək. Onlar sovet
bürokratik aparatında yağlanmıĢ, piylənmiĢ təbəqəydi və, təbii ki, bizi qəbul etməyəcəkdi.
Ancaq biz də onu birdən-birə sındırıb yerini yeni mütəxəssislərlə doldura bilməyəcəkdik. Bax,
bu iki bəlanın arasında qaldıq. Onlar 3-4 aydan sonra özlərinə gəldilər və xəyanət etdilər,
çünki xalq hərəkatından qorxmuĢdular, yerlərində tir-tir əsirdilər. Xalq hakimiyyətindən razı
deyildilər. Ona görə də fürsətdən istifadə edib dedilər ki, görün sizin baĢınıza nə oyun
gətirəcəyik və gətirdilər də. Buna qarĢı müqavimət göstərirdik, ancaq müqavimət zəifdi. Rus
kəĢfiyyatı da onlara kömək etdi. Həmin qüvvələr də hakimiyyəti devirdi.
-Bəy, icra hakimiyyətləri tamamilə bizim özümüzdəndi, ancaq onların da iqtidarı qorumağa
gücü çatmadı.
-Ġcra hakimiyyətinin əlində nə vardı ki?! Nə polis var, nə də milli təhlükəsizlik orqanları. Siz
təsəvvür edin - Gəncədə hadisə olub, mən 3 gün bu hadisələr haqqında nə MTN-dən, nə də
DĠN-dən dəqiq məlumat ala bildim.
-Müdafiə naziri DadaĢ Rzayev də aradan çıxdı, tapılmadı.
-Bəli. Hərbçilər əməlli-baĢlı xəyanət etdilər. Mən sonradan bildim ki, bizim hərbin baĢında
duranların hamısı (bir-iki nəfəri çıxmaqla) Rusiya BaĢ KəĢfiyyat Ġdarəsinin əlaltılarıdır
».
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.67-68).
BAġ NAZĠRĠN ĠSTEFASI VƏ ELÇĠBƏYĠN SƏYLƏRĠ
7 iyunda prezident Əbülfəz Elçibəyin sədrliyiylə hökumətin iclası keçirildi, Gəncə hadisələri
müzakirə olundu. Məlumat qıtlığının camaat arasında çaĢqınlıq və Ģayiələr yaratmasını
prezident hadisə yerindən doğru-düzgün informasiya əldə etməyin çətinliyi, ilkin məlumatların
müəyyən dəqiqləĢdirmələrə ehtiyacı olmasıyla izah etdi. Gəncədəki tələfatla bağlı Bəy 8
iyunun ümumxalq milli matəm günü elan olunduğunu bildirdi.
Müdafiə naziri DadaĢ Rzayev, daxili iĢlər naziri Abdulla Allahverdiyev və milli təhlükəsizlik
naziri Fəxrəddin Təhməzov vəziyyət haqqında məlumat verdilər.
A.Allahverdiyev bildirdi: 27 mayda Gəncəyə nazirin I müavini Qabil Məmmədovun baĢçılığı
altında polis dəstəsi göndərilib ki, qanunsuz silahları yığsın. Gəncəyə göndərilmiĢ Ġxtiyar
ġirinov, Qabil Məmmədov, Sülhəddin Əkbərov və b. Ģəxslərin girov götürülməsindən
qiyamçılar respublika rəhbərliyinə təzyiq vasitəsi kimi yararlanırlar. Hərbi hissədəki çoxlu silah
mülki vətəndaĢlara, hətta yetkinlik yaĢına çatmayanlara paylanıb.
MüĢavirədə Ġsa Qəmbər, Pənah Hüseynov, Vahid Əhmədov, Tamerlan Qarayev, Əli Kərimov,
Fəhmin Hacıyev və b. çıxıĢ etdilər.
BaĢ verən hadisəni yığıncaq iĢtirakçıları qiyam kimi qiymətləndirdilər. Bildirildi ki, bu qiyam və
onun iĢtirakçıları xaricdən, xüsusən imperiyapərəst qüvvələr tərəfindən idarə edilir.
BaĢ nazir Pənah Hüseynov vur-tut 36 gün iĢlədiyi vəzifəsindən istefa verdiyini bildirdi (o, bu
fikrə 6 iyunda gəlmiĢdi), prezidentdən istefasının qəbul olunmasını xahiĢ etdi.
Vəzifədən getməsinin səbəbini P.Hüseynov sonralar belə açıqlaya-caq: “Qiyamı hərbi yolla
yatırmaq mümkün olmayandan sonra yaranmıĢ situasiyada əsas vəzifə kimi hərbi müxalifətlə
siyasi müxalifətin [birləĢməsinin] qarĢısını almaq məqsədi qoyuldu. Bunun üçün siyasi
müxalifətə konkret, real təkliflər olunması tamamilə məntiqi və doğru idi. O adamları
inandırmaq üçün P.Hüseynovun istefası məsələsi çıxdı, hakimiyyətin bölüĢdürülməsi
baxımından post təqdim olundu” (“Yeni Müsavat”, 16.04. 1999). Əlbəttə, məntiqli izahdır,
ancaq buna baxmayaraq P.Hüseynovun istefa verməsi, fikrimcə, yanlıĢ və dövlətin
mənafeyinə uyğun gəlməyən hərəkətdi. Niyə?
Birincisi, ona baĢucalığı gətirən tərzdə özü də boynuna alır: “HəmiĢə demiĢəm və bu gün də
təkrar edirəm ki, Gəncə hadisələri üçün siyasi məsuliyyət yükünü mən daĢıyıram”. “Təbii ki,
bütün məsələlərdən prezidentin xəbəri olub. Mən də DMK-nın (Dövlət Müdafiə Komitəsinin -
Ə.T.) üzvü kimi siyasi rəhbərliyi həyata keçirməli, əlaqələri təmin etməli idim” (“Yeni
Müsavat”, 15.04.1999). “prezident tərəfindən bu iĢdə bütün səlahiyyətlər baĢ nazirə
verilmiĢdi (bunu müdafiə, daxili iĢlər və milli təhlükəsizlik nazirləri bilirdi)”. “Ġyunun 4-ü də
daxil olmaqla bu məsələlərdə əsas məsuliyyətin prezidentin üzərinə qoyulması tendensiyası
hiss olunur. Mən bu tendensiyaya susmaqla da olsa rəvac verilməsinin qəti əleyhinəyəm. Ona
görə ki, prezident bütün məsələlər barədə mənə, güc nazirliklərinə və digərlərinə tam
səlahiyyətlər vermiĢdi” (“Yeni Müsavat”, 16.04. 1999).
Bəli, qiyamın yatırılmasına rəhbərliyi, bu iĢlə bağlı bütün fəaliyyətin əlaqələndirilməsini öz
üzərinə götürmüĢ P.Hüseynov öhdəsinə düĢən iĢi yarıtmamaq bir yana dursun, vəziyyəti
düzəltməyə çalıĢmaq əvəzinə, sanki hər Ģeyi yarımçıq ataraq məsuliyyətdən yaxa qurtarmağa
çalıĢdı.
Ġkincisi, P.Hüseynov, yuxarıda gətirdiyimiz izahında olduğu kimi, ictimai rəyə təlqin etmək
istəyir ki, baĢ nazir kürsüsünü siyasi müxalifətçün (“Mustafa”sı, H.Əliyevçün) boĢaldır ki, onun
hərbi müxalifətlə birləĢməsinin qarĢısı alınsın. Ancaq, birincisi, əgər Pənah bəy də baĢ nazir
kimi öz üzərinə götürdüyü iĢin öhdəsindən gələ bilsəydi, yaxud qiyam qarĢısında təslim
olmayaraq üsyanı yatırtmaq uğrunda sonadək birgə mübarizə aparsaydı bəlkə də hərbi və
siyasi müxalifətin birləĢməsi təhlükəsi elə öz-özünə aradan qalxardı. Dediyimin doğruluğunu
heç kəs yox, Pənah bəyin özü təsdiqləyir: “H.Əliyev Bakıya gəldiyi ilk dövrlərdə vəziyyətin
inkiĢafını diqqətlə izləyirdi. Ġyunun 11-də Yevlax alınmasaydı H.Əliyevin mövqeyi baĢqa cür
olacaqdı. Yaxud qiyamçılara qarĢı bir neçə uğurlu əməliyyat kifayət idi ki, H.Əliyev prezidentin
tərəfinə keçsin” (“Yeni Müsavat”, 16.04. 1999). Hörmətli Pənah bəydən soruĢuram: Siz 7
iyunda istefa verəndən sonra 11 iyunda Yevlaxı qoruya bilməməyin günahını kimdə
görürsünüz və qiyamçılara qarĢı həmin “bir neçə uğurlu əməliyyat”ı, sizcə, kim həyata
keçirməliydi ki, H.Əliyev prezidentin tərəfini saxlasın?!. Ġkincisi də, artıq Surət kimi əla bir
təzyiq vasitəsinin ortada olduğu mövcud durumda Əliyevin hansısa baĢ nazir kürsüsünə
tamah salacağına, yaxud onun baĢ nazir vəzifəsindən yapıĢaraq prezident olmaq istəyindən əl
çəkəcəyinə və daha Surətlə birləĢməyəcəyinə 7 iyunda doğrudanmı inanırdınız?! (H.Əliyev
baĢ nazirliyə Moskvaya getməmiĢdən - fevralda “bərəkət” deyə bilərdi).
Üçüncüsü, etiraf edilməlidir ki, P.Hüseynovun öz istəyi və təĢəbbüsüylə ölkənin idarəetmə
sistemi son bir ildə xeyli dərəcədə məhz onun əlində cəmləĢmiĢdi və BÜTÜN icra qurumlarının
iĢinin əlaqələndiricisi də oydu, buna görə də onun istefası hökumətin sonrakı fəaliyyətini tam
iflic etdi və hakimiyyətin həm iĢinə, həm də nüfuzuna öldürücü zərbə vurdu.
Dördüncüsü, baĢ nazirin istefasından ürəklənən Surət daha da ruhlanaraq yeni-yeni tələblər
irəli sürməyə baĢladı. Hakimiyyətin baĢqa düĢmənləri də cəsarətlənərək dağıdıcı hərəkətlərini
daha da geniĢləndirdilər.
BeĢincisi, P.Hüseynov bu hərəkətiylə prezidenti baĢ nazirin timsalında ən mühüm
arxadaĢından məhrum etdi və onu ən həssas bir məqamda düĢmənləriylə üzbəüz buraxaraq
döyüĢ meydanını soyuqqanlılıqla tərk etdi.
Altıncısı, o, öz istefasıyla kifayətlənməyərək Ali Sovetin sədri Ġsa Qəmbərin də istefa
verməsiyçün ona müəyyən təzyiqlərdə bulundu. Bunun səbəbini onun opponentləri belə
aydınladır ki, P.Hüseynov Surət Hüseynovla Rəhim Qazıyevin hakimiyyətə yiyələnə bilməsi
ehtimalından hədsiz çəkinir, bunun qarĢısını almaqçün hakimiyyətin tələm-tələsik məhz
H.Əliyevə təhvil verilməsini istəyirdi. Ancaq Ģəxsən mən bu fikri ciddi saymıram.
Nəhayət, Pənah Hüseynovun bu istefası Nazirlər Kabinetinin və Ģəxsən baĢ nazirin özünün 4
iyun qiyamı qarĢısında məğlubiyyətinin rəsmi etirafıydı və bu etiraf iqtidarın bütünlüklə
məğlubiyyətə uğramasında, deyəsən, həlledici rol oynadı. Məncə, o, baĢ nazir vəzifəsində
sonadək qalmalı, hakimiyyətin H.Əliyevə verilməsində yox, qorunmasında ardıcıllıq
göstərməliydi. Belə olsaydı, çox güman ki, Ġsa Qəmbərin də sonra istefa verməməsi mümkün
ola bilərdi.
Ədalət naminə bunları da demək lazımdır ki, Elçibəy iqtidarının dövlət adamları içərisində 4
iyunun mahiyyətini xalqa Pənah Hüseynov qədər heç kəs vaxtında və geniĢ açıqlamayıb və
bütövlükdə fəaliyyətinə göz yetirsək dövlət katibi və baĢ nazir olaraq bəzi ciddi səhvlərinə
baxmayaraq Pənah bəy müstəqil Azərbaycan dövlətinin yaranmasında doğrudan-doğruya
MÜSTƏSNA xidmətləri olan görkəmli dövlət xadimlərimizdəndir. Yeri gəlmiĢkən, bu qiyməti
mən Elçibəyin öz dilindən dəfələrlə eĢitmiĢəm. Ona görə də Pənah bəyin 4 iyundakı mövqeyi
və istefasıyla bağlı kəskin iradlarımdan kiminsə sui-istifadə etməsini qətiyyən arzulamazdım.
...Nəysə, prezidentin fikri beləydi ki, qardaĢ qırğınına heç cür yol vermək olmaz. Buna görə
də o, dövlətçiliyin əsaslarına toxunmayan istənilən güzəĢtə getməyə hazır olduğunu dəfələrlə
bildirmiĢdi. Bəy silahlı münaqiĢəyə qıraqdan cəlb edilmiĢ adamları bağıĢlamağa da hazırdı.
Artıq 60 belə Ģəxs silahını könüllü təhvil vermiĢdi.
7 iyun müĢavirəsində hər iki tərəfin iĢtirakıyla, toqquĢma səbəblərini araĢdıran dövlət
komissiyasının yaradılması təklif edildi. MüəyyənləĢdirildi ki, indi baĢlıca vəzifələrdən biri
qiyamın baĢqa bölgələrə yayılmasının qarĢısını almaqdır, çünki qiyamçılar qonĢu Xanlar,
Samux və DaĢkəsən rayonlarında da təxribat törətmiĢ, hakimiyyəti zorla devirməyə cəhd
göstərmiĢlər. Onlar S.Hüseynovu prezident kimi görmək istədiklərini heç gizlətmirdilər və
S.Hüseynovun özü də bu arzusunu sirr kimi qoruyub saxlamağa çalıĢmırdı. Məsələn, o, 21
iyunda Gəncədə keçirdiyi mətbuat konfransında bəyan etmiĢdi:
“Əgər xalq məni seçsə mən
prezident olmağa razı olaram. HEÇ KĠMĠN MƏNƏ MÜQAVĠMƏT GÖSTƏRMƏYƏ ĠXTĠYARI
YOXDUR (?!! - Ə.T.). Xalq tələb edir ki, mən Bakıya girim və mən xalq istəyini yerinə
yetirəcəyəm. Heç bir əsgər, heç bir zabit mənim əmrimi yerinə yetirməməyə cürət edə
bilməz”
(“525-ci qəzet”, 25 iyun 1993).
Əbülfəz bəy müĢavirədə çıxıĢ edərək dedi: “Bu hökumət on dəfə dəyiĢsə də yenə
azadlıq, demokratik dövlət istəyəcək. Bəzən deyirlər ki, bu millətə güclü əl
lazımdır ki, dövləti qoruya bilsin, onu əldə saxlaya bilsin. Ancaq doğrudan da belə
bir əl bu xalqı əzməyə baĢlasa o saat deyəcəklər ki, bu baĢkəsən haradan gəlib
çıxıb? Çünki bu millətin içində ədalət hissi var və hökmən demokratik dövlət
axtaracaq”
.
1918-1920-ci illərdə də Azərbaycanın buna bənzər durumda bulunduğunu söyləyən Bəy
sözünə davam etdi: “Deməli, Azərbaycan xalqının yolu budur - demokratik, hüquqi dövlət
qursun, onun içində yaĢasın, bütün dünya ilə əlaqələr yaratsın. Ona görə də biz son 5-6 ayda
fikrimizi daha çox xarici siyasətə verdik ki, dünyaya çıxaq. [...] Bizim gördüyümüz iĢlər artıq
indi öz bəhrəsini verir. Müxtəlif dövlət baĢçılarından məktub alırıq. B.Klintondan son 4 ayda 4
məktub almıĢıq. Hamısında da qeyd edir ki, Azərbaycan xalqı demokratik yol seçib, bazar
iqtisadiyyatı sahəsində islahatlarımız alqıĢa layiqdir. Buna görə də Amerika cəmiyyəti və
hökuməti bizi hər cəhətdən müdafiə edir. Deyirlər, bu, neftə görədir. Mən bu fikirlə razı
deyiləm. [...] ...Hiss edirlər ki, bizdə doğrudan da demokratik cəmiyyət qurulur. Çünki bütün
gücümüzü həmin sahəyə yönəltmiĢik”.
Daha sonra Bəy Gəncə qiyamından danıĢdı: “Gəncə hadisələri elə-belə, birdən-birə
yaranmadı. Bunu hazırlayan qüvvələr vardı. Və biz çalıĢırdıq ki, onun qarĢısını
alaq. Dəfələrlə Gəncəyə nümayəndələr göndərmiĢəm. Üç aydır söhbət gedir ki,
Surət Gəncəni qarıĢdıracaq.
KeçmiĢ daxili iĢlər naziri ilə birlikdə 4 nəfər ağsaqqal göndərdim. DanıĢıq getdi,
barıĢdılar. Qurban kəsdilər. Dedi çıxaram. (S.Hüseynovun hərbi hissəni tərk edib
getməsi nəzərdə tutulur - Ə.T.). Üstündən bir həftə keçdi, təzədən qayıtdı. Yenə
nümayəndə getdi, yenə də razılaĢdılar. Kağız-dəftərini götürüb getdi, 5 gün
gəlmədi. Bir həftədən sonra yenə qayıtdı. Deməli, iliĢib, oyundan çıxa bilmir”.
Müxalifətin (daha doğrusu, Etibar Məmmədovun) böyük hay-küy qaldırdığı mifik “Tayfun”
əməliyyatından söz açan prezident dedi: “Bu gün Gəncəyə zəng edib soruĢuram ki, nə
var, nə yox, o “Tayfun” deyirsiniz, “Tufan” deyirsiniz - o nə əməliyyatdır elə?
Deyirlər ki, sənin imzan yoxdur, amma vərəqədə yazırlar ki, prezidentin 1 iyun
sərəncamına əsasən olub. Məni güllələsələr də mən elə iĢə qol qoya bilmərəm.
Azərbaycanlı qanı tökülən yerdə mən buna razı ola bilmərəm. Mən heç kimə
deməmiĢəm ki, atəĢ açılsın. Bunu siz də çox gözəl bilirsiniz”.
Qiyamçıların nə istədiyini Bəy belə açıqlayır: “Bir tələb irəli sürürlər ki, prezident istefa
versin, sabah yazırlar ki, prezidentə toxunmaq olmaz, biz onu çox sevirik,
arxasında dururuq, baĢqaları çıxsın. O biri gün deyirlər ki, prezidentdən baĢqa
bütün hakimiyyətdəkilər istefa versin. Bu nə oyundur? Bu, hamını hamıdan
Ģübhələndirmək və yuxarıda aparatı dağıtmaq üçün edilən təxribatdır. [...] Bu
Ģahmatı gəncəli oynaya bilməz”.
VətəndaĢ müharibəsindən qorxmasının səbəbini Bəy belə izah edir: “Mən bilirəm ki,
düĢmənlə vuruĢan bu millət on min qurban verər və bu yaranı ürəyində beĢ-on ilə
sağaldar. VƏTƏNDAġ MÜHARĠBƏSĠNĠN YARASINI SAĞALTMAQ OLMUR.
VƏTƏNDAġ MÜHARĠBƏSĠ BU MĠLLƏTĠN MƏHVĠ DEMƏKDĠR. Ona görə bu
məsələnin qarĢısını sülh və barıĢıq yolu ilə almaq üçün bütün qüvvələri toplamaq
lazımdır”.
Demokratik dövlət yaratmaq istəyən prezident ürəyindən keçən ən səmimi sözləri dilə gətirir:
“ġəxsən mənə qarĢı edilən xəyanəti bağıĢlayaram, amma bu millətin 73 illik
arzusuna - müstəqil Azərbaycan dövlətinin qurulmasına qarĢı edilən xəyanəti heç
vaxt bağıĢlaya bilmərəm - nə özümə, nə baĢqasına. Mən demiĢəm: bu yolda
sonacan mübarizə aparacağam; bir baĢım var, onu da qurban verməyə həmiĢə
hazıram. Demokratik dövlət quraq, MƏN və bu xalq öz idealına çatsın, ondan
sonra bu iĢlərə qarıĢsam məndən pis adam yoxdur”.
Azərbaycan prezidenti çıxıĢını bu cümlələrlə bitirdi: “Bizə oktyabrda demokratik seçkilər
keçirmək lazımdır. demokratik yolla seçilmiĢ parlamenti olan ölkəni yıxmaq
çətindir. Orada vətəndaĢ müharibəsi salmaq mümkün deyil.
Mənim çalıĢdığım - Azərbaycan dövləti qurmaqdır, bu xalqın istəyinin yerinə
yetirilməsinə kömək etməkdir. Son nəfəsimə qədər bu əqidəmdən
dönməyəcəyəm”.
YERĠ GƏLMĠġKƏN: «Bildirirlər ki, guya Gəncədə “Tufan” əməliyyatı olub, “Boran” əməliyyatı
olub - orada heç bir əməliyyat keçirilməyib. Sadəcə, Surət Hüseynovun və bir neçə baĢqa
Ģəxsin həbs edilməsi barədə baĢ prokurorun sanksiyası vardı, onlar iyunun 3-ündən 4-ünə
keçən gecə həbs olunmalıydılar. Həbsolunma nəticəsində S.Hüseynovun tərəfdarı olan bəzi
silahlı qüvvələrin hərəkətə gələrək qiyam törətməsi təhlükəsi vardı, buna görə də Gəncəyə
müəyyən hökumət qüvvələri göndərilmiĢdi. Həmin gün 709 saylı briqada da komandir Ġsa
Sadıqova təhvil verilməliydi. Bax, bütün əməliyyatın (onu «əməliyyat» adlandırmaq olarsa)
mahiyyəti bundan ibarətdi» (keçmiĢ dövlət müĢaviri Arif Hacıyev).
XALQA MÜRACĠƏT
Qiyam baĢlayarkən hakimiyyət orqanları hədsiz astagəllik, prinsipsizlik göstərdilər. Onu
vaxtında öz adıyla adlandıraraq üstünə getmək, televiziya kimi olduqca güclü təbliğat
vasitəsindən səmərəli yararlanmaq əvəzinə, ən yanlıĢ yol - özünümüdafiə taktikası seçildi.
Sərt tədbirlərdən artıq imtina etmiĢ prezidenti baĢa düĢmək çox asandır - hadisələri
önləməkçün Gəncəyə göndərilmiĢ, demək olar ki, bütün yüksək çinli dövlət adamları:
təhlükəsizlik nazirinin I müavini Sülhəddin Əkbərov, baĢ prokuror Ġxtiyar ġirinov, daxili iĢlər
nazirinin I müavini Qabil Məmmədov, Milli Qvardiyanın komandiri Tahir Məmmədov və b.
qiyamı zərərsizləĢdirmək əvəzinə özləri fəlakətli və həlakətli tələyə düĢdülər, əməliyyata
birbaĢa rəhbərlik etməli olan müdafiə naziri DadaĢ Rzayev və BaĢ Qərargahın rəisi Nurəddin
Sadıqov aradan çıxdılar, məğlub baĢ nazir hadisənin üstündən ikicə gün keçməmiĢ istefa
verdi, iqtidar komandasının bir çox üzvləri də “bel ağrısı” və baĢqa səbəblər üzündən
gözəgörünməz oldular, nəticədə qiyam Gəncədən çıxaraq ətraf bölgələrə də yayılmağa
baĢladı.
Umud bəslədiyi, güvəndiyi vəzifə adamlarının dalbadal ağır məğlubiyyətə uğramasından
sonra prezidentin “döyüĢkənlik əmsalı”nın kəskin düĢməsini bu səbəbdən təbii saymalıyıq.
Əlbəttə, nəzərə alınmalı ən mühüm amillərdən biri də budur ki, arxasında Rusiyanın (konkret
olaraq general ġerbakın) durduğu, Ġranın dəstəklədiyi (bu ölkənin kəĢfiyyatı Gəncə
məscidində imamlıq edən iranpərəst, milliyyəti bilinməyən Seyid Tahir adlı bir Ģəxsin
vasitəsiylə Surət Hüseynovla rabitə yaratmıĢdı. Ġranın Azərbaycandakı səfiri Əliəsğər
Nəhavəndian üsyanın baĢlanmasından üç gün sonra dövlət orqanlarından heç bir rəsmi icazə
almadan Gəncəyə gedərək qiyamçı S.Hüseynovla görüĢmüĢ, ona Qur'an bağıĢlamıĢdı!),
yanında H.Əliyevin səlahiyyətli nümayəndəsi rolunu ifa edən N.Pənahovun müĢavirlik etdiyi,
AMĠP-in (məsələn, ġadman Hüseynov Gəncədə əhalini silaha əl ataraq hakimiyyəti zorla
devirməyə çağırırdı), MAP-ın sədri Nizami Süleymanovun (Gəncə mitinqlərinin və Gəncə
televiziyasının əsas “ulduz”larından biri) və Elçibəy iqtidarını devirmək arzusunda olan ən
nüfuzlu mafioz qüvvələrin bütün vasitələrlə arxa durduğu S.Hüseynovla silahlı çarpıĢmanın
artıq mənasız olduğunu görən prezident yalnız dinc yola üstünlük verməyə, sadəcə,
məcburdu.
S.Hüseynovun yanında yetirdiyi missiyaya xeyirxahlıq donu geyindirməyə çalıĢan
N.Pənahovun müsahibəsi (“Meydan” qəzeti, 17-24.03.1999) Gəncədəki durum haqqında
nisbətən geniĢ təsəvvür yaradır. N.Pənahov bildirir: “Rus generalı ġerbak diviziyasının
Dostları ilə paylaş: |