əleyhinə nəsə söyləyim. Biz bir yerdə döyüĢmüĢük. O, mənim rəisim olub. Ancaq
elə Ģeylər var ki, deməmək mümkün deyil. D.Rzayev ya qorxaqlığından,
cəsarətsizliyindən yaxasını qırağa çəkirdi, ya da reallıqdan o qədər uzaq qalmıĢdı
ki, 709-un asanlıqla tərksilah olacağını, heç bir çətinlik yaranmayacağını
düĢünürdü. Nəticədə 709-un müqavimət göstərəcəyi varianta hesablanmıĢ
tədbirlər görülmədi” (“Yeni Müsavat”, 22.04.1999).
Üzrü günahından betər olan D.Rzayev bunları da bəyan edir: “Ġyunun 5-də Nurəddin
Sadıqovla mən prezidentin yanında olub vəziyyət barədə məruzə etdik. O, Surətin qoĢununun
Bakıya giriĢini önləmək üçün plan hazırlamağı tapĢırdı. Biz saat yarım vaxt istədik. 1 saat vaxt
verdi. Planı hazırlayıb gətirdik. Mən müraciət etdim ki, cənab Ali BaĢ Komandan, plan-xəritəni
təsdiq edin. O, təsdiq etmədi. Belə olanda N.Sadıqov dedi ki, ordunu siyasətə çəkirsiniz, mən
istefa verirəm. Prezident dedi: “YaxĢı, baĢqa qərargah rəisi təyin edərik”. Dedim: “Mən də
istefa verirəm”. O isə cavab verdi ki, gedin, tapĢırıqları yerinə yetirin.
Biz Navahı və ġamaxı istiqamətlərini möhkəmləndirdik. Yenə çıxılmaz vəziyyətdəydik. O tərəf
də, bu tərəf də bizimkilərdir, necə atəĢ açasan? Ancaq bununla belə, mən hərbçiyəm və ƏMR
ALSAYDIM SURƏTĠN NƏFƏSĠNĠ DƏRMƏYƏ QOYMAZDIM” (“Yeni Müsavat”, 4-5.04. 1999).
Bu məsələyə də P.Hüseynov aydınlıq gətirir: “O ki qaldı prezidentin əmr verməməsi
məsələsinə. Hərbi rəhbərlik - D.Rzayev və N.Sadıqov özlərini itirmiĢdilər. Mənə belə bir
məlumat da verdilər ki, guya onlar Gəncənin mühasirəsi haqda hansısa bir plan tərtib ediblər
və plan o qədər qeyri-ciddi olub ki, prezident əsəbi Ģəkildə onu müzakirə etməyib. Guya
həmin plan təsdiq olunardısa hansısa keyfiyyət dəyiĢikliyi olacaqdı. Bu, həqiqətə uyğun deyil”
(“Yeni Müsavat”, 16.04.1999).
BaĢ Qərargahın rəisi Nurəddin Sadıqova gəlincə, Məzahir Bağırovun dediyinə görə, onun da
mövqeyi D.Rzayevin mövqeyiylə eyniydi və onlar baĢ verənlərdə eyni dərəcədə məsuliyyət
daĢıyırlar. Gəncə hadisələrinin uğursuzluğunda bu hərbçinin rolu, nədənsə, unudulur.
Əslində hələ mart hadisələri vaxtı Azərbaycanın “Rusiya prezidenti qarĢısında baĢ
əyərək MDB-yə girməsini” zəruri sayan (prezidentin köməkçisi Oqtay Qasımov)
N.Sadıqovu Əbülfəz Elçibəy iĢdən kənarlaĢdırsa da H.Əliyevin onu özünə hərbi
müĢavir götürməsi adamda istər-istəməz belə düĢüncələr yaradır ki, Gəncə
qiyamı vaxtı bu naxçıvanlı hərbçi H.Əliyevin mənafeyinə uyğun iĢləyirmiĢ.
Hadisələrin məntiqi də bu fikrə aparıb çıxarır - qiyamın yatırılması, S.Hüseynovun
aradan götürülməsi o vaxt H.Əliyevə sərf etmirdi, çünki bu, Elçibəy iqtidarının
qüvvətlənməsi, Əliyevinsə Bakıda hakimiyyətə qayıtmaq arzusundan əl çəkməsi
demək olacaqdı. Təsadüfi deyil ki, H.Əliyevin Bakıya çağırılması fikirləri məhz 4-5
iyun məğlubiyyətindən sonra gündəliyə gətirildi…
YENƏ QAYIDAQ 4 ĠYUN GƏNCƏSĠNƏ
Öncə daxili iĢlər nazirinin müavini, polkovnik Qabil Məmmədov„un mənə bildirdikləriylə tanıĢ
olaq: «27 may 1993-də Samux rayon icra hakimiyyətinin baĢçısı təyin edilmiĢ Rasim
Mürsəlovun iĢə baĢlamasını təmin etməkçün (rayondakı surətçi qüvvələr buna imkan
vermirdilər) onu da götürüb Fəhmin Hacıyevlə birgə Samuxa getmiĢdim. Vəzifəmi bitirib
Bakıya qayıtdım.
Ġyunun 1-ində nazirimiz Abdulla Allahverdiyevlə birgə MTN-ə getdik. Saat təxminən 12-13
arasında burada baĢ nazir Pənah Hüseynov, milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzov,
müdafiə naziri DadaĢ Rzayev, BaĢ Qərargahın rəisi Nurəddin Sadıqov, daxili iĢlər naziri
Abdulla Allahverdiyev, daxili qoĢunların komandanı Fəhmin Hacıyev, Milli Qvardiyanın
komandiri rəhmətlik Tahir Məmmədov və mənim iĢtirakımla Dövlət Müdafiə Komitəsinin iclası
baĢlandı (DMK-nın 25 və 30 mayda da Gəncəylə bağlı yığıncağı keçirilmiĢdi - Ə.T.). Burada
baĢlıca olaraq iki məsələ müzakirə olundu: 1) Qazaxda yerləĢən və polkovnik Ġsa Sadıqovun
tabeliyinə verilmiĢ korpusu Gəncədə yerləĢdirmək, Gəncədə Surət Hüseynovun əmrlərinə
tabe olan 709-usa ləğv edərək Ağcabədi istiqamətində yerləĢən general Rafiq Ağayevin
tabeliyinə keçirmək. 2) Ağdərə əməliyyatından bir az qabaq həmin döyüĢdə iĢtirak etmək
niyyətiylə həbsdən buraxılmıĢ təxminən 100 nəfər Ģəxsi (onların təxminən 90 faizi qaçaraq
Surətə qoĢulmuĢdu) müəyyənləĢdirərək təkrarən islah-əmək koloniyalarana qaytarmaq.
Birinci məsələnin müzakirəsi zamanı müdafiə naziri DadaĢ Rzayev bildirdi ki, prezident bu
iĢlərlə bağlı əmrə qol çəkməzsə mən əməliyyat aparmayacağam. Bunda baĢ nazir Pənah
Hüseynov ona qəti Ģəkildə bəyan etdi ki, bu iĢdə bütün səlahiyyət mənə verilib və əmrə
hökumət adından mən qol çəkəcəyəm. Hər iki məsələylə bağlı hərənin öz vəzifəsi
müəyyənləĢdirildi. DĠN-nin üzərinə də Gəncədə fövqəladə vəziyyət rejiminə nəzarət və həmin
100 nəfərin müəyənləĢdirilərək yenidən həbs edilməsi düĢdü.
Elə iyunun 1-indəcə mən, Bakı Ģəhər bələdiyyə polisinin rəisi Mehdi Mehdiyev, DQ-ın
komandanı Fəhmin Hacıyev, DĠN Cinayət AxtarıĢ Ġdarəsinin rəisi Zakir Nəsibov və DĠN Ġctimai
Təhlükəsizlik Ġdarəsinin Ģöbə rəisi Azər Əliyev Gəncəyə yola düĢdük.
Ġyunun 2-sində Gəncə Ģəhər polis idarəsində müĢavirə keçirdik və görüləcək iĢlərimizi
planlaĢdırdıq.
Həmin gün mən və Azər Əliyev tanıĢ adam vasitəsiylə Zobik ləqəbli Ruslan Rzayevi çağıraraq
(o, həmin gün Surətin atasının qırxında iĢtirak edirdi) onun restoranının arxa tərəfindəki
bağda gizlicə görüĢdük. Vaxtilə Azər Əliyevin rəis olduğu koloniyada həbsdə yatmıĢ və ona
çox səmimi münasibət bəsləyən Zobik Gəncədə baĢ verənlər haqqında bütün informasiyanı
gizli Ģəkildə bizə ötürməyə razılıq verdi. Həqiqətən də, ayın 4-ündə biz tutulanadək Zobik
informasiyaları ötürdü və əməliyyatlarımızı ona əsasən qurduq. (Xatırladım ki, çox keçmədən
Surət Zobiki MTN Gəncə Ģöbəsinin rəisi qoydu - Ə.T.).
Ayın 3-ündə Surətin batalyon komandiri Taciri Tovuzda DadaĢ Rzayevin yanına apardıq. (Bu
əhvalatı artıq əvvəldə oxumuĢuq - Ə.T.).
Həbsdən buraxılmıĢ və Surətə qoĢulmuĢ Ģəxslərin ünvanlarını müəyyənləĢdirdik. Onları,
“Hərbi birlik”də and içən və Surətlə əlaqəsi olan Ģəxsləri (Nüsrət Budaqov, Rəhim Qazıyev, Əli
Ömərov, Nemət Pənahov və b.) həbs etdirmək istəyirdik. Bu məqsədlə həmin gün axĢam
Gəncə Ģəhər prokuroru Hüseyn Əlixanovun yanında görüĢümüz oldu. Respublikanın baĢ
prokuroru Ġxtiyar ġirinov onların həbsinə order verməkdən imtina etdikdə Hüseyn Əlixanov
onunla mübahisədən sonra həmin Ģəxslərə qarĢı həbs qət-imkan tədbirinin seçilməsinə
sərəncam verdi.
Ġyunun 3-ündə gecə təxminən 1-2 arasında baĢ nazir Pənah Hüseynova zəng edərək
vəziyyətin gərgin olduğunu bildirdim və səhər Tahir Məmmədovun Gəncəyə gələrək buradakı
qüvvələrinə Ģəxsən rəhbərlik etməsini məqsədəuyğun saydım. Səhəri gün - ayın 4-ündə səhər
təxminən 5-6 radələrində 709-da Ġsa Sadıqov Müdafiə Nazirliyinin əmrini gerçəkləĢdirməkçün
artıq bəlli olan tədbirləri həyata keçirdi. Ancaq Surətin həbs edilməməsi və hərbi hissəyə
qayıtması bütün əməliyyatı pozdu.
Bu zaman mən, təhlükəsizlik nazirinin I müavini Sülhəddin Əkbərov, baĢ prokuror Ġxtiyar
ġirinov və Daxili QoĢunların komandanı Fəhmin Hacıyev MTN-in Gəncə Ģöbəsindəydik.
Məlumat aldıq ki, avtodükanlarda, UAZ markalı qapalı maĢınlarda Bağmanlar tərəfdən Ģəhərə
postları zərərsizləĢdirmək və Ģəhərdə qarıĢıqlıq yaratmaq məqsədiylə silahlı təxribatçı qruplar
daxil olacaq. Onda Surət hələ 709-a getməmiĢdi. Xatırladım ki, dünəndən Ģəhərdə güclü
Ģayiə yayılmıĢdı ki, bakılılar gəncəliləri qırmağa gəlib və ona görə də adamları bu gün
səhərdən 709-un ətrafına yığırdılar (Jurnalist dostum, o zaman AXC Gəncə Ģəhər Ģöbəsində
çalıĢan və bütün hadisələri öz gözləriylə görərək Bakıya məlumat ötürən Əli Həziquluyevin
konkret faktlarla bildirdiyinə görə, bu iĢi Surətə məxsus hərbçilər təĢkil etmiĢdilər - Ə.T.).
Postlara baĢ çəkmək və tapĢırıq verməkçün Ģəhərə çıxdıq. ĠĢimizi görüb yenidən MTN-ə
qayıtdıq. DadaĢ Rzayevi tapa bilmədiyimizə görə onun Kür qəsəbəsində ola biləcəyini güman
edərək oraya getmək istədik.
Gəncənin çıxacağındakı körpünün üstündə tam silahlı adamlarla dolu 2 hərbi maĢın
dayanmıĢdı. Biz tapĢırıq verməkçün yerə düĢəndə (sən demə, bizim ora qoyduğumuz
bələdiyyə polislərindən ibarət postu hərbçilər ələ keçiribmiĢ) həmin hərbçilər maĢındakı
Fəhmin Hacıyevə və Gəncə cəbhəçisi Əli Həziquluyevə yaxınlaĢdılar. Fəhmin bəy körpünün
kənarındakı eniĢdən aĢağı düĢərək sürətlə qaçdı və iki hərbçi güllə ata-ata onu təqib etməyə
baĢladı. BaĢqa hərbçilər də mənimlə M.Mehdiyevi girov götürdülər. Həmin anda onlar bizim
kimliyimizi bilmirdilər; ġəmkirə ezamiyyətə getdiyimizi demiĢdik.
Körpüdən bizi 709-a gətirdilər. Bizdən sonra buraya Sülhəddin Əkbərov, Ġxtiyar ġirinov, Tofiq
Hüseynov (Qara Tofiq), Nizami Musayev (DĠN idarə rəisi), Hacağa Həsənov (Gəncə polis
idarəsinin rəisi), Rəfail Mirzəyev (MTN Gəncə Ģöbəsinin rəisi), rəhmətlik Malik Abbasov (MTN
idarə rəisinin müavini), həmin ərazidə ələ keçirilmiĢ bir çox baĢqa dövlət iĢçiləri də tutularaq
gətirildilər.
Mən, Sülhəddin Əkbərov və Ġxtiyar ġirinov Surət Hüseynovla danıĢığa getdik. Surətə
məsələləri qəlizləĢdirməməyi, mənimlə birgə prezidentin yanına gedərək onunla məsələni
yoluna qoymağı təklif etdim. Surət təhlükəsizliyinə zəmanət istərkən təcili Gədəbəydən
qardaĢımı gətirdərək 709-da girov qoymağa söz verdim. Bundan sonra Surət yumĢaldı və
razılaĢdı. Təxminən axĢam saat 5-6 radələrində Surətlə birgə Bakıya - prezident Elçibəylə
görüĢə getməyə razılaĢdıq (yalnız ikimiz). Bu vaxt otaqda olan Göygöz ləqəbli mühafizəçi çölə
çıxdı və çox çəkmədən Nüsrət Budaqov və Nemət Pənahovla içəri girdi. SərxoĢ vəziyyətdə
olan Nüsrət Budaqov Surətə üz tutub soruĢdu: “Ay gədə, sən kimsən ki, danıĢığa
gedirsən? Biz bunlarla axıradək döyüĢəcəyik!”. Nemət Pənahov Sülhəddini və Ġxtiyarı
söyüb təhqir etdi. Beləliklə, danıĢıq pozuldu və bundan sonra Surətlə görüĢümüzə heç cür
imkan vermədilər.
Yeri gəlmiĢkən, biz Surətin otağında olarkən Sərdar Həmidov da Surətə zəng etdi.
Onların danıĢığı əsəbi tonda keçirdi. Sərdar ona bir təklif edirdi (Surət telefonu
bizim qulağımıza yaxınlaĢdıraraq onun dediklərini eĢitdirdi). Həmin təklifdən
qəzəblənən Surət ağır söyüĢlərlə bildirdi ki, sən və qardaĢın Ġsgəndər belə
hərəkətlərlə məni hökumətə düĢmən etdiniz...
Saxlandığımız yerə bundan sonra Əli Ömərov, ġadman Hüseynov, Saday Nəzərov, Nemət
Pənahov, Aypara Əliyev, Hacı Vaqif, Zobik və baĢqa qiyamçılar gəlib-gedirdilər. Əli Ömərov
söhbət əsnasında qəflətən Ġxtiyar ġirinovun köynəyinin cibindən baĢ prokurora məxsus
xidməti vəsiqəni qamarlayıb götürdü və əlinə alaraq uĢaq sevinciylə “mənə də elə bu
lazımdır” dedi. (H.Əliyev dövründə onun arzusu çin oldu…).
Onu da deyim ki, həmin vaxt 709-da saxlanılan girovların hamısına eyni münasibət
bəslənilmirdi. Məsələn, iyunun 6-sında Bakıdan “ağsaqqallar” (komissiya) gələndə onlarla
birgə olan Əvəz ġükürov, Saday Nəzərov və b. Ġxtiyar ġirinova təsəlli verirdilər. Ə.ġükürov
mühafizəçilərin yanında hamının eĢitməsiyçün hündürdən deyirdi ki, mən Ġxtiyarın atasıyla (o,
Sosialist Əməyi Qəhrəmanıydı və 50 ildən artıq Beyləqanda kolxoz sədri olmuĢdu - Ə.T.)
tonlarla çörək kəsmiĢəm, ona heç kəs toxuna bilməz. “Ağsaqqallar” Bakıdan gələndə Surətin
qələbəsi münasibətiylə qonaq evində keçirilən ziyafətdə iĢtirak edən yeganə dövlət adamı da
məhz Ġxtiyar ġirinov oldu. Deyilənə görə, o, Surətin Ģərəfinə badə də qaldırıb.
Bu məhrəm münasibət sonda onunla nəticələndi ki, Ġxtiyar ġirinov həmin gün ölkə prezidenti
Əbülfəz Elçibəyin həbsinə sanksiya verdi və Əli Ömərovun Gəncə Ģəhər prokuroru təyin
edilməsi əmrini imzaladı.
“Ağsaqqallar” gedəndən sonra bizi Gəncə Ģəhər istintaq təcridxanasına apardılar və orada
məĢəqqətli günlərimiz baĢlandı».
Ġ.SADIQOVUN ƏMƏLĠYYATINDAN SONRA NƏLƏR OLDU?
Bir-birindən hasarla ayrılan (ancaq səhərdən bu hasar bir neçə yerdən uçurulmuĢdu) 709 və
130 saylı hərbi hissələrin ərazilərində surətçilərlə dövlət qüvvələri üz-üzə dayanaraq atıĢmıĢdı.
Surət hələ 709-a gəlməzdən onun əvəzinə baĢqaları dinc əhalini hərbi hissələrin qarĢısına
yığmağa baĢlamıĢdı. Saat 9-10 arasındakı atıĢmadan sonra orada yerli sakinlərdən ibarət
böyük bir kütlə yaranmıĢdı.
Təxminən saat 12-də barıĢıq yaratmaq istəyən surətçi batalyon komandiri Mehman Ələkbərov
hasarı keçib dövlət qüvvələrinin yerləĢdiyi 130-uncu hərbi hissəyə sarı əlində ağ bayraqla
gedərkən (qabaqlar cəbhəçi olmuĢ Mehman bəyin dövlət qoĢunları içərisində də dərin nüfuzu
vardı) naməlum adamlar onu gülləylə arxadan vurdular. Bundan sonra vəziyyət tam dəyiĢdi,
kütlə 130-a soxuldu. Qabaqda qadınlar və uĢaqlar gəldiyinə görə atəĢ aça bilməyən əsgərləri
surətçilər yox, camaatın özü tərksilah etdi (onları aradan çıxardılar). Bu proses təxminən saat
13-ədək baĢa çatdı. Kütlə idarəolunmaz hala gətirilmiĢdi. Ətrafdakı mağazalar və yiyəsiz evlər
yağmalanmıĢdı və talanlar yavaĢ-yavaĢ geniĢlənməkdəydi. Mehman bəyin əsgərləri onun
ölümündən qəzəblənərək (onlara Mehmanı “bakılılar”ın vurduğu deyilmiĢdi) artıq Ģəhərə
irəliləməyə baĢladılar.
ARTIRMA
«-S.Hüseynov belə bir fikir də söyləyib ki, hökumət qoĢunları Gəncədə 709-cu hərbi hissəyə
basqın edərək burada çoxlu dağıntı və tələfat törədib, insan qırıb, surətçilər isə onlara heç bir
atəĢ açmayıb. Yeri gəlmiĢkən, bunu o vaxt Gəncəyə göndərilmiĢ "ağsaqqallar": Ġmam
Mustafayev, Fəraməz Maqsudov və baĢqaları da Milli Məclisdə söyləmiĢdilər. Bəs əslində
Gəncədə nə baĢ vermiĢdi?
-Gəncədə dövlət əleyhinə hərbi qiyam baĢlanmıĢdı. 709-cu hərbi hissə Müdafiə Nazirliyinin
əmrinə tabe olmurdu və yalnız Surət Hüseynova qulaq asırdı. Qiyamı yatırmaq üçünsə belə
bir əmumməqbul qayda var ki, qiyamçı hərbi hissə mühasirəyə alınır və ona tərksilah
olunmaq təklif edilir, buna da tabe olmadıqda oradakı hərbi qüvvə zor gücünə tərksilah edilir.
Biz də 709-cu hissəni mühasirəyə aldıq və qiyamçılarla danıĢığa baĢladıq. Ancaq bu danıĢıqlar
baĢ tutmadı - sülh təklifi ilə ağ bayraq qaldıraraq surətçilərin üstünə gedən və qardaĢ qırğını
yaratmamağa çağıran cəbhəçi batalyon komandiri rəhmətlik Mehman Ələkbərovu gülləylə
vurdular. Ġndi Surət insafsızcasına bu cinayəti də bizim üstümüzə atmağa çalıĢır.
Onda düĢünürdüm ki, Mehmanı Surətin adamları vurub, ancaq indi məndə əminlik yaranır ki,
bunu edən rus kəĢfiyyatı imiĢ, çünki ruslar hər vəchlə barıĢığın qarĢısını almağa can atırdılar.
Həmin əməliyyat vaxtı S.Hüseynov mənə zəng vurub demiĢdi ki, burada bir neçə
rus əsgəri öldürülüb, onlar haradan gəlib çıxıb? Onun gümanına görə, onları biz
göndərmiĢdik. Mən ona cavab verdim ki, dövlət qoĢunlarının tərkibində rus
əsgərləri yoxdur. Deməli, ruslar məhz düĢmənçilik salmaq məqsədilə dövlət
qoĢunları təsəvvürü yaradaraq surətçilərə hücum etmiĢ və atıĢmada
öldürülmüĢdülər. Mən indi Surət Hüseynovdan soruĢuram: bəs o rus əsgərləri
necə oldu, niyə onların adını indi çəkmirsən? Halbuki o, mənə bu rusların kimliyini
araĢdırıb məlumat verəcəyini bildirmiĢdi. Çox güman ki, ya kəĢfiyyatçılardı, ya da
ġerbakın desantçılarındandı. Sonradan Surətin Yevlağa tərəf gələn, Navahı
yaxınlığında qərarlaĢan tanklarının içində də rusları görmüĢdülər. SoruĢuram:
hanı o ruslar? Surət onları niyə gizlədir?
…[Məmməd Zeynalovu biz Gəncəyə yollamıĢdıq ki, aeroportun Surətin əlinə keçməsinə imkan
verməsin, çünki məlumatımız vardı ki, o, Rusiyadan hərbi qüvvə istəyəcək. Həmin qüvvəni
quru ilə gətirmək mümkün olmadığından, yalnız təyyarə ilə daĢınmalı idi. Məmməd Zeynalov
verilmiĢ tapĢırığı bir zabit kimi Ģərəflə yerinə yetirdi və oraya kənar təyyarələrin enməsinə
imkan vermədi. Bu zaman Surətə müəllimlik edən rus hərbçiləri aeroportu təmizləməyi ona
tapĢırdılar. Surətçilər aeroportu "Qrad" və toplarla atəĢə tutaraq, tanklarla hücuma keçərək
buranı xarabazara döndərdilər və M.Zeynalov da yaralandı. O, məndən zirehli texnika istədi
və ona kömək göndərmək haqda Müdafiə Nazirliyinə əmr verdim. Səhəri gün həmin yardım
ona çatmalı idi, ancaq çatmadı. Bunun səbəbini soruĢduqda DadaĢ Rzayev mənə cavab verdi
ki, tanklar və ZTR-lər səhvən Tərtərə göndərilib... Bildim ki, yenə xəyanət baĢ verib. Tərtədən
də həmin qüvvələr vaxtında M.Zeynalova çatdırılmadı. Bu zaman əsgərləri xilas etmək
naminə M.Zeynalova aeroportu tərk etmək göstəriĢi verdim]
».
("Mən istiqlalımızı hakimiyyətdən üstün tutdum!". Əbülfəz Elçibəylə onun mətbuat katibi
Ədalət Tahirzadənin söhbəti. -“Azadlıq” qəzeti, 20.06.1998. Qeyd: sonuncu abzas
müsahibənin qəzet variantında getməyib).
Qabil Məmmədov, Fəhmin Hacıyev və Mehdi Mehdiyev təxminən saat 13-14 arasında
“zərərsizləĢdirildikdən” sonra təxminən saat 14-15 arasında aeroport tərəfdən Milli
Qvardiyanın komandiri Tahir Məmmədov da dövlət nümayəndələrinin olduğu MTN Gəncə
Ģöbəsinə gəlib. Təxminən saat 16-da MTN binası mühasirəyə alınıb. Tahir Məmmədova öz
qüvvələriylə birgə Gəncəni tərk etmək təklif olunub. Avtobuslara mindirilən və Ģərtə əsasən
avtomatlarının güllə daraqları çıxarılan qvardiyaçılar (Tahir bəy Gəncədən sağ-salamat
çıxandan sonra manevr edərək qayıtmaq niyyətindəymiĢ) 709-un darvazası ağzına çatarkən
qabaq avtobusdakı, sən demə, surətçi olan sürücü düĢüb qaçıb. Qvardiyaçıların avtobusu bir
neçə nöqtədən qumbaraatanlarla vurulub. “Azadlıq” qəzetinin (8 iyun) yazdığına görə, “həlak
olan və yaralanan qvardiyaçıların bədənləri çox yaxın məsafədən PK pulemyotu ilə tanınmaz
hala salınıb. Qarabağ uğrunda döyüĢlərdə fədakarlıq göstərmiĢ qvardiya komandiri Tahir
Məmmədov xususi vəhĢiliklə qətlə yetirilib. Ağır yaralandıqdan sonra onun bədəni 3 maqazin
avtomat gülləsi vurulmaqla tanınmaz hala salınıb”. Bu, hakimiyyət qüvvələrinin ilk ən ağır
məğlubiyyətiydi.
MTN Ģöbəsi tutulduqdan sonra təxminən saat 18-19 arasında öncə Ġxtiyar ġirinov, sonrasa
Sülhəddin Əkbərov girov götürüldülər.
Beləliklə, Ģəhər içində əməliyyata rəhbərlikçün Bakıdan gəlmiĢ heç bir dövlət iĢçisi qalmadı.
Bununla Gəncədə Bakı hakimiyyətinə son qoyuldu. Tezliklə Gəncə Ģəhər polis idarəsinin
zirzəmisindəki polislər və Ģəhərə gətirilmiĢ bütün baĢqa hökumət qüvvələri də tərksilah edildi.
Gecə yarısınadək heç kəsdən heç bir əmr almayan Gəncə polisləri silahlarını verməyə məcbur
oldular. Gəncənin özündəki güc qurumlarının rəhbərləri də fəaliyyətdən tam uzaqlaĢdırıldı.
ġəhər axĢam artıq bütünlüklə surətçilərin əlindəydi.
Sonralar general-mayor Ramiz Məmmədov bildirdi ki, 4 iyunda qiyamçılar Gəncəylə ölkənin
və xaricin hava əlaqəsini kəsdilər. Onlar polkovnik Məmməd Zeynalovun qoruduğu aeroporta
4 iyunda saat 19-dan hücum edərək onu tanklardan, toplardan, «Qrad»dan atəĢə tutdular.
M.Zeynalovun qüvvələri 5 iyunda saat 20-yədək aeroportu qoruya bilsə də Bakıdan verilən
əmrlə geri çəkildi.
Ġyunun 5-ində AMĠP-in üzvü, millət vəkili ġadman Hüseynovun iĢtirakıyla Gəncə Ģəhərində
surətçilərin mitinqi keçirildi. Bu haqda «Güney» qəzetinin 9 iyun 1993 tarixli sayında
oxuyuruq:
«Mitinqdə aĢağıdakı tələblər irəli sürülüb:
Azərbaycan Respublikasında çörək pulsuz olmalıdır.
Azərbaycan Respublikası MDB-yə daxil olmalıdır.
Azərbaycan Respublikası Ali Sovetinin sessiyası çağırılmalı və H.Əliyev Ali Sovetin sədri
seçilməlidir».
Ayın 6-sında daxili qoĢunların təxminən 280 döyüĢçüsü və 4 zirehli texnikası Goranboyun
Borsunlu postunda döyüĢsüz ələ keçirildi. Gəncədən qiyamın ətrafa yayılmasının qarĢısını
almalı olan Goranboy-Tərtər qüvvələrindən ibarət ən mühüm postdan Tərtər qüvvələrinin
kimlər tərəfindən və niyə götürülməsi də gələcək tarixçilərçün bir mövzudur...
Bunu da qeyd etmək istəyirəm ki, qiyamçılar dövlət hərbçilərinə qarĢı sadizmə çevrilmiĢ və
milli mentalitetimizlə qətiyyən uyuĢmayan hədsiz amansızlıqla rəftar edirdilər. Bunun onları
rusların idarə etməsindən, ruslarınsa hökumət qüvvələriylə Surət arasında bütün körpüləri
yandırmağa var güclə çalıĢmasından irəli gəldiyini düĢünürəm.
MOSKVADA GĠZLĠ GÖRÜġ
Azərbaycan əhli Gəncədə nə baĢ verdiyi haqqında yalnız 5 iyunda mətbuatda Daxili ĠĢlər
Nazirliyinin müəmmalarla dolu belə bir məlumatını oxudu: “1993-cü il iyunun 4-də səhər saat
9-da Gəncə Ģəhərində bir qrup silahlı adam silah, döyüĢ sursatı ələ keçirmək və girovlar
götürmək məqsədilə hərbi hissəyə qəflətən basqın etmiĢlər. Hərbi qulluqçular özünümüdafiə
məqsədilə atəĢ açmağa məcbur olmuĢlar. Tələfat var. Bu hadisə ilə əlaqədar Ģəhərdə
kriminogen vəziyyət son dərəcə kəskinləĢmiĢdir. Bir sıra cinayətkarlar tutulmuĢdur.
Hakimiyyət orqanları vəziyyəti sabitləĢdirməyə, ictimai təhlükəsizliyi təmin etməyə dair
tədbirlər görürlər”.
“Hərbi qiyam” sözünün iĢlədilməməsi, hadisənin DĠN tərəfindən və çox dumanlı açıqlanması
hakimiyyətin, görünür, məsələnin hələ ĢiĢirdilmədən həll ediləcəyinə umud bəsləməsindən
irəli gəlirdi.
BaĢ verənlərin arxasında ilk növbədə Azərbaycanı MDB-yə sürükləmək istəyinin gizləndiyini
gözəl bilən hökumət, məncə, həm artıq gecikmiĢ, həm də məzmunca Rusiyanı, onsuz da, razı
salmayacaq bəyanatla çıxıĢ etdi. Belə ki, baĢ nazirin I müavini Ə.Məsimov 5 iyunda bildirdi:
“...Yeni müstəqil dövlətlərin ümumi iqtisadi məkanını yaratmaq ideyası xüsusi diqqətə və ən
ciddi münasibətə layiqdir. Əgər belə bir qurum keçmiĢ Ġttifaqın bütün respublikalarının fikirləri
nəzərə alınmaqla yaradılarsa və onların siyasi mənafelərinə toxunmazsa ...Azərbaycan bu
orqanın bütün müĢavirələrində və onun əsas iĢ prinsiplərinin iĢlənib hazırlanmasında
məmnuniyyətlə iĢtirak edərdi”.
Ancaq artıq gecdi, çünki qatar yola düĢmüĢdü - Rusiya Azərbaycanı MDB-yə salacaq və ona
istədiyi güzəĢtləri edəcək Ģəxsləri tapmıĢdı. Ġndi onlar Elçibəy iqtidarını Gəncədən yıxmaqçün
əlbir-dilbir “iĢləyirdilər”.
ABġ baĢ verən hadisələri diqqətlə izləyir, ancaq Rusiyanın maraq dairəsində saydığı
Azərbaycana hər hansı gerçək kömək göstərməyi ağlına belə gətirmir, yalnız emosional
təskinlikli bəyanatlar verməklə “vicdanını sakitləĢdirməyə”, özünün demokrat imicini
qorumağa çalıĢırdı. Əslində Elçibəyin Azərbaycan torpaqlarını geri qaytarmaqçün ermənilərlə
müharibə aparması, ABġ və Rusiya prezidentlərinə hətta vaxtilə ermənilərin Zəngəzuru da
iĢğal etməsini xatırlatması, dünya demokratlarının ermənilərin iĢğalçılığı qarĢısında susmasını
utandırıcı sayması, Rusiya haqqında sərt davranıĢlarda bulunması (ona bir qram da neft
verməməsi, qoĢunları çıxarması və b.), iĢlənib hazırlanmıĢ neft saziĢlərində hətta ABġ-ın neft
Ģirkətlərinə də «qonaqpərvərlik» göstərməməsi, prezidentin özünü həqiqətən tam müstəqil
bir dövlətin baĢçısı kimi aparmağa çalıĢması… ABġ-ı, deyəsən, qayğılandırmağa baĢlamıĢdı
(hər halda, bu fövqəldövlətin 907-ci düzəliĢlə «süftə» etdiyi hərəkətlərin məntiqi bizi yalnız
belə düĢünməyə məcbur edir), halbuki demokratiyanı dövlət və cəmiyyət həyatının havası və
suyu sayan Elçibəy ABġ-ın onun cürətli hərəkətlərini dəstəkləyəcəyini, onu kommunistlərin
təcavüzündən qoruyacağını düĢünürdü…
Nəysə. 5 iyunda prezident Klinton Əbülfəz bəyə bu məzmunda məktub göndərdi:
“Əziz cənab prezident!
Kəlbəcərdən qoĢunların (kimin qoĢunlarının?! - Ə.T.) çıxarılmasını təmin etmək, Dağlıq
Qarabağ münaqiĢəsində atəĢi müvəqqəti dayandırmaq, habelə Minskdə ATƏM çərçivəsində
sülh danıĢıqlarını davam etdirmək barədə üçtərəfli Türkiyə-Rusiya-ABġ təkliflərini Azərbaycan
bütünlüklə və vaxtında qəbul etdiyinə görə Ģəxsi heyranlığımı və minnətdarlığımı bildirirəm.
AtəĢi birtərəfli qaydada dayandırmaq haqqında Sizin məsuliyyətli qərarınızı da yüksək
qiymətləndirirəm və ümidvaram ki, Azərbaycan bundan sonra da bu cür təmkin
göstərəcəkdir. [...]
Sizin dövlət xadimi kimi göstərdiyiniz müdriklik bizim iki ölkə arasında əlaqələrin daha da
möhkəmləndirilməsinə xidmət edir.
Səmimiyyətlə
Sizin Uilyam C.Klinton”.
Təəssüf ki, diplomatik nəzakət dolu bu məktub artıq heç nəyi həll etməyəcəkdi...
Ayın 5-ində prezidentin yanında vəziyyətin müzakirəsiylə bağlı keçirilən müĢavirədə qərar
qəbul olundu ki, məsələ lokallaĢdırılsın, siyasi müxalifətlə hərbi müxalifətin birləĢməsinin
qarĢısı alınsın. BaĢ nazir Pənah Hüseynov Surət Hüseynov təhlükəsindən danıĢaraq
vəziyyətdən çıxıĢ yolu kimi Heydər Əliyevin Bakıya dəvət edilməsini təklif etdi. (H.Əliyevin
Bakıya çağırılması ideyasının məhz P.Hüseynova məxsusluğunu və məhz onun maraqlarından
- bu maraqların olduğunu inkar etməsək də - irəli gəldiyini söyləyənlər ya məsələnin
mahiyyətindən xəbərsizdirlər, ya da bu mahiyyət onları, ümumiyyətlə, maraqlandırmır). Arif
Hacıyev Etibar Məmmədovla danıĢıq apardı (ona baĢ nazir vəzifəsi təklif edilirdi). Pənah
Hüseynovsa Rəsul Quluyevə Heydər Əliyevlə əlaqə saxlamağı tapĢırdı.
6 iyunda Bəyin yanına gileyə gəlmiĢ deputatlardan və «ağsaqqal»lardan ibarət “komissiya”
vəziyyəti yerindəcə öyrənməkçün Gəncəyə göndərildi. Həmin “komissiya”ya respublika
Ağsaqqallar ġurasının sədri, akademik Ġmam Mustafayev rəhbərlik edirdi. ġeyxülislam
AllahĢükür PaĢazadə, Fəraməz Maqsudov, Asya Manafova, Arif Rəhimzadə və baĢqaları da
buradaydı. «Komissiya» tamamilə baĢqa məqsədlər güddüyündən, onu qardaĢ qırğınının
dayandırılması yox, daha da alovlanması maraqlandırırdı. Çox çəkmədən onların «Azərbaycan
xalqına müraciət!»i geniĢ yayıldı.
Həmin müraciət belə bitirdi: «Əziz həmvətənlərimiz! Sizin hamınızı ayağa qalxıb haqq
Dostları ilə paylaş: |