ARTIRMA
«-Bir Türkiyə generalının belə sözü var ki, igid adam vətən uğrunda, xalq uğrunda öz həyatını
qurban verən yox, onların yolunda öz Ģərəfini, təmiz adını qurban verəndir. Siz Kələkiyə
gedəndə Ģərəfinizi qurban verəcəyinizi görürdünüz?
-Çox qabaqcadan görürdüm.
-Deməli, özünüfədaya qəsdən gedirdiniz?
-Qəsdən gedirdim, bilə-bilə gedirdim. Mənə heç nə lazım deyildi. Ġstəyim bircə oydu ki,
vətəndaĢ müharibəsi olmasın, soydaĢlarımız, qandaĢlarımız bir-birini qırmasın. Mənimçün
orada Ģərəfdən söhbət gedə bilməzdi. Mənimçün hər Ģeydən öncə VƏTƏN və MĠLLƏT'di!
-Ġstədiyinizə çatdınız?
-Bəli! Mən istədiyimə çatdım. Tarixə bir daha sübut edəcəyəm ki, mən ən doğru olan
fenomenal bir addım atmıĢam! Onun izahını sonra verəcəyəm
».
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.75).
Prezident Aparatı dövlət-hüquq Ģöbəsinin keçmiĢ müdiri Fazil Mustafayev (Qəzənfəroğlu)
prezidentlə Bakıdakı son görüĢünü belə xatırlayır:
«17 iyunda günortadan sonra Elçibəylə
təxminən 1 saata yaxın söhbətim oldu. Vəziyyəti birlikdə təhlil etdik. H.Əliyevin hansı oyunlar
oynaması və məğlubiyyətin anbaan yaxınlaĢması haqqında fikirlərimiz ortaqdı. Mən yeganə
çıxıĢ yolunu qüvvələri qoruyaraq gələcək hakimiyyətə hazırlaĢmaqda görürdüm. Bunuçün
prezident qətiyyən istefa verməməli və müvəqqəti olaraq Naxçıvana getməliydi. Kələki
variantısa mənim ağlıma gəlməmiĢdi; görünür, prezident bu qərara ən son anda gəlib, çünki
görüĢümüzdə bu haqda o heç nə deməmiĢdi. Bunu da dəqiq bilirəm ki, Elçibəy nəinki baĢqa
xarici dövlətlərə, hətta Türkiyəyə belə getməyi heç ağlına da gətirmirdi»
.
Elçibəy 17 iyunda iĢ gününün sonuna yaxın dövlət katibi Əli Kərimovla, baĢda sədr Fərəc
Quluyev olmaqla AXC Ġcraiyyə Komitəsinin üzvləriylə və artıq istefada olan dostu Ġsa
Qəmbərlə də görüĢdü.
ARTIRMA
«-Mənə bəlli olduğuna görə, Siz 17 iyunda - Əbülfəz bəy Kələkiyə gedən gün onunla
görüĢmüsünüz və söhbətinizdə hakimiyyətin taleyiylə bağlı üç variant müzakirə edilib.
Onlardan biri Elçibəyin Bakını müvəqqəti tərk etməsi olub. EĢitdiyimə görə, orada hətta
Kələkidən də danıĢmısınız, ancaq çoxları deyir ki, Kələki söhbəti olmayıb. Sirr deyilsə, o
görüĢdə nələri müzakirə etdiniz?
-Həmin görüĢdə 3 yox, 2 variantı mən təklif eləmiĢəm.
Artıq mən parlament sədri deyildim - ayın 13-ündən istefadaydım. Sadəcə, millət vəkiliydim
və millət vəkili kimi də yox, köhnə dost kimi, hərəkatçı kimi Əbülfəz bəylə görüĢməyə
getmiĢdim. Həmin görüĢ Əbülfəz Elçibəyin Heydər Əliyev, Rəsul Quluyev və Etibar
Məmmədovla görüĢündən sonra olmuĢdu (yanılmıramsa təxminən gecə 12 radələrində), ona
görə də Əbülfəz bəy o görüĢ haqda mənə fikrini bildirdi.
O zaman Bəyə yaxın adamlarda belə fikir vardı ki, Heydər Əliyev parlament sədri olandan
sonra (o, 15 iyunda seçilmiĢdi) Əbülfəz Elçibəylə birlikdə bu qiyamın yatırılmasına rəhbərlik
edəcək və məsələlər yavaĢ-yavaĢ yerinə düĢəcək. Həmin görüĢdə də Əbülfəz Elçibəy Heydər
Əliyevə təklif eləmiĢdi ki, gəl ikimiz bir yerdə xalqa müraciət edək ki, bu, qiyamdır və s.
Heydər Əliyev bundan imtina etmiĢdi. Bir çox prinsipial məsələlərdə də Heydər Əliyev də,
Rəsul Quluyev də, Etibar Məmmədov da Əbülfəz Elçibəyin təklifləriylə razılaĢmamıĢdılar. Onu,
bir növ, təkləmiĢdilər. Bu, açıq-aydın hiss olunurdu.
Vəziyyəti müzakirə elədik və mən Bəyə dedim ki, vəziyyətdən iki çıxıĢ yolu var: ya Sizə sadiq
olan bütün qüvvələri bir araya gətirərək qiyamı zor gücünə yatırmalısınız, ya da ki, istefa
verməlisiniz, çünki heç cür ola bilməz ki, Siz burada qalıb heç bir hərəkət etməyəsiniz, qiyamı
yatırmayasınız və sabah da qiyamçılar bura gəlib Sizə hörmətsizlik etsinlər. Buna imkan
vermək olmaz - iki yoldan birini seçmək lazımdır. Bəy, sözün açığı, heç bir varianta müsbət
münasibət bildirmədi və bir qədər söhbət etdikdən sonra mən ayrıldım.
Nəinki Kələki söhbəti, heç Əbülfəz bəyin Bakıdan aralanması söhbəti orada edilməyib. Mən
təklif etməmiĢəm, Əbülfəz bəy də mənə elə bir fikir deməyib.
-Son sualım: qiyam yatırılsaydı hakimiyyət yaĢaya bilərdi?
-Təbii. 4 iyun qiyamı Elçibəy hakimiyyətiyçün axırıncı sınaqlardan biriydi. Kəlbəcər iĢğal
olunandan sonra diplomatlardan birinin belə deməyi çox məĢhurdur: «Siz Kəlbəcərin iĢğalına
dayana bildiniz, görək daxildə bir Ģey baĢ versə qarĢısını ala biləcəksiniz, yoxsa yox!». Yəni
qiyam axırıncı Ģans kimiydi».
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən).
Bu görüĢlərdən sonra baĢ verənlər haqqında Fərəc Quluyev bir neçə gün sonra - artıq
Kələkidəykən belə açıqlama verdi: “Təxminən gecə saat 1-in yarısında bizə sənəd
gətirdilər. Orada SSENARĠ var idi. [18 iyun] səhər saat 6-da prezidentin
rezidensiyasına (Bəyin ailəsi həmin iqamətgahda yaĢayırdı - Ə.T.) hücum etməli
idilər. Hücum edənlər tərəfindən atəĢ açılandan sonra mühafizəçilər cavab atəĢi
açmalı idilər. Təbii ki, qvardiya da bu iĢə qoĢulacaqdı. Məhz bundan sonra Ģəhərə
qarıĢıqlıq düĢəcəkdi. Bakı kəndlərində saxlanılan motosikletçilər qrupu Ģəhərə
çıxmalı, pərakəndə Ģəkildə atəĢ açmalı idilər. Bununla da qarĢıdurma baĢlanmalı
idi. Bunun qarĢısını almaq üçün bir saatlıq məsləhətləĢmələrdən sonra yeganə
çıxıĢ yolu kimi bura gəlməyi qərara aldıq” (“Yeni Müsavat”, 01.07. 1993).
Prezident Əbülfəz Elçibəy cəbhəçilərlə Ġsa bəylə xudahafizləĢəndən sonra görüĢdü. Onun öz
kabinetində qəbul etdiyi sonuncu Ģəxs ADNġ-nin prezidenti Sabit Bağırov oldu. Sabit bəyin
mənə danıĢdığına görə, kabinetə girəndə Bəyin indiyədək heç vaxt görmədiyi qədər dalğın və
gərgin olduğu diqqətini çəkib. Sabit bəyin fikrincə, həmin anda Bəy yəqin ki, aldığı mühüm bir
xəbərdən son dərəcə dilxordu.
Sabit bəylə liftə minərək aĢağı düĢən prezident onunla xudahafizləĢəndən sonra Prezident
Aparatından birbaĢa iqamətgaha getdi.
Prezident mühafizəsinin rəisi general Vaqif Axundovun müavini olan polkovnik Oqtay
Məmmədov «Elçibəy ilə otuz il» kitabında yazır:
«1993-cü il iyun ayının 17-də gecə saat 24.00 idi. Mən prezidentin qəbul otağında
dayanmıĢdım. Prezidentin kabinetinin qapısı açıqdı. Heydər Əliyev, Rəsul Quluyev və Etibar
Məmmədov çıxıb getdilər. Sonra Elçibəy kiçik iclas zalına keçərək orada toplanmıĢ Xalq
Cəbhəsi rəhbərliyi ilə qısa bir iclas keçirdi. Ġclasdan sonra prezident mənə dedi ki, səninlə iĢim
var. Bu iĢin nədən ibarət olacağını mən təxminən hiss edirdim və dedim ki, nə iĢdirsə
iqamətgahda danıĢmaq daha yaxĢı olar. O razılaĢdı və bir az sonra iqamətgaha gəldik.
Ġqamətgaha getməmiĢdən əvvəl mən iclasdan çıxan Fərəc Quluyevə dedim ki, sən məni
görməmiĢ getmə, ola bilsin ki, səninlə iĢimiz oldu.
Ġqamətgahın həyətində prezident vəziyyətlə maraqlandı. Mən bildiklərimi ona məruzə etdim…
O dedi ki, bəlkə bir neçə günlük Bakı kəndlərinin birinə gedək. Mən dedim ki, Bakı kəndlərinin
birinə getmək, mənə elə gəlir ki, düz deyil. Gediriksə daha güvənli bir yerə getməli, ya da
iqamətgahda qalıb sona qədər vuruĢmalıyıq. Bir neçə gündən sonra vəziyyətin necə olacağı
bilinmir. Əgər Bakı kəndlərinin birində olsaq oranı mühasirəyə alıb bütün kommunikasiya
xətlərini kəsəcək və dünya ilə əlaqəmizi yox edəcəklər. Gələcəkdə də əgər çıxmaq istəsək o
kənddən heç cürə çıxa bilməyəcəyik.
O dedi ki, sən bir az gəziĢ, mən fikirləĢim. Təxminən on dəqiqə sonra məni və Fərəc Quluyevi
yanına çağırıb Naxçıvana getmək barədə qərarını dedi.
Mən hazırlıq iĢlərinə baĢladım. Fərəc Quluyev Xalq Cəbhəsinə getdi və dedi ki, mən birbaĢa
hava limanına gələcəyəm. Ola bilər ki, bir-iki dəqiqə gecikəm. O, Naxçıvan Xalq Cəbhəsi ilə
əlaqə saxlayıb müəyyən göstəriĢlər verməli idi.
Ġqamətgahın həyətindən çıxanda prezidenti həmiĢə müĢayiət edən Dövlət Avtomobil
MüfəttiĢliyinin maĢınını da buraxdıq. Bizim hava limanına getməyimizi məndən baĢqa Vaqif
Axundov və bizimlə Naxçıvana uçacaq olan üç mühafizə iĢçisindən baĢqa heç kim bilmirdi.
Təxminən saat ikidə uçağa mindik. Vaqif Axundov da minmək istəyəndə dedim ki, sən
qalırsan. […] Beləliklə, təyyarəyə qalxdı, prezidentlə vidalaĢaraq aĢağı enəndə məndən
soruĢdu ki, birdən Heydər Əliyev (o, ayın 15-dən Məclisin sədri idi) məndən prezidentin hara
getdiyini soruĢsa nə cavab verim? Dedim ki, deyərsən bilmirəm, ya Naxçıvana getdi, ya da
Türkiyəyə.
Təxminən saat üçdə Naxçıvanda yerə endik»
(həmin əsər, s.93-96).
Oqtay bəyin kitabında bir çox sualların cavabı incəliklə verilib. Biz yenə həmin əsərə üz tutur
və «o gecə nə baĢ verməliydi?» sorğusuna cavab alırıq:
«Rusiya qiyamı nə Ģəkildə
dəstəkləyəcəyini planlaĢdırmıĢdı. Bu məqsədlə Bakıya gizli yollarla 100, 30 və 17 nəfərlik
xüsusi təlim görmüĢ qruplar göndərmiĢdi. [Rusiya Müdafiə Nazirliyi] BaĢ KəĢfiyyat Ġdarəsinin
məsul iĢçisi polkovnik Nəriman Ġmranov və baĢqaları üç aya yaxın idi ki, Bakıda bu
məsələlərlə məĢğul olurdular.
Həmin təxribatçı qüvvələr əgər vətəndaĢ müharibəsi baĢlarsa Ģəhərdə müxtəlif inzibati və
yaĢayıĢ binalarında partlayıĢlar törətməli, çoxlu insan tələfatına səbəb olmalı (Tiflisdə olduğu
kimi), imkan olarsa prezident Əbülfəz Elçibəyin həyatına qəsd etməli və hakimiyyətsizlik
yaratmalı idilər. Bu məsələnin həllində onların daxili köməkçiləri də az deyildi. Ayın 17-dən
18-ə keçən gecə səhər saat 06.00-da bu əməliyyatlar baĢlamalı idi. Bu qarĢıdurmadan
istifadə edən S.Hüseynovun adamları saat 8-9 arası Bakı Ģəhərinə girib QRAD qurğuları ilə
Prezident Aparatı və ətrafını vurmalı idilər.
Rusiyanın planladığı birinci varianta görə, qiyam baĢ tutur, onlar hakimiyyət kürsüsündə öz
adamlarını oturdaraq bütün istəklərini əldə edirlər.
Ġkinci variantda çevriliĢ baĢ tutmur. VətəndaĢ müharibəsi baĢlayır və rus-erməni hərbi
birləĢmələri vətəndaĢ müharibəsindən istifadə edərək bir tərəfdən Füzuli rayonu
istiqamətində hərəkətə keçərək Araz çayına qədər gəlir və Cəbrayıl, Qubadlı, Zəngilan
rayonlarını mühasirəyə alaraq məhv edirlər (təəssüflər olsun ki, Elçibəy hakimiyyətdən
gedəndən bir neçə ay sonra düĢmən qüvvələri buna nail ola bildilər). Digər tərəfdən Kəlbəcər
istiqamətindən Gəncə Ģəhərinə hücum edərək Ģəhəri tutur, ġəmkir, Tovuz, Gədəbəy, Ağstafa
və Qazax rayonlarını mühasirəyə alaraq məhv edir və son nəticədə Azərbaycanı diz çökməy
məcbur edirlər»
(həmin kitab, s.109-110).
Prezidentin köməkçisi Oqtay Qasımov'sa o günün olayları haqqında mənə aĢağıdakıları
bildirib:
«Prezidentə terror hazırlandığı haqqında xəbər alınandan sonra (səhərə yaxın Azərneft
meydanından 2 “Qrad”la Prezident Aparatı atəĢə tutulacaq, sonra da prezidentin
iqamətgahına silahlı hücum ediləcəkdi) vətəndaĢ müharibəsinə baĢlamamaqçün (bu savaĢ
terrorun əsl məqsədiydi) prezidentin müvəqqəti olaraq Bakıdan uzaqlaĢdırılması qərara alındı.
Bir çox variantlar içərisindən Bəyin ÖZÜ məhz Kələkini seçdi. Mən Kələkiyə gediləcəyini bilən
3-4 nəfərdən biriydim. Prezident mühafizəsinin rəhbəri Oqtay Məmmədovla birlikdə yola
çıxmağa hər hazırlığı görmüĢdük. Üç gecə yuxusuz olduğuma görə səfərqabağı “quĢçimiri”
almaqçün kabinetdəcə gözümü yumdum. Oyananda zəng vurub Oqtay bəyi soruĢdum.
Binada olmadığını bilən kimi təcili yır-yığıĢ edərək evimizə baĢ çəkdim və təxminən saat 2-də
(3-ə bir az iĢləmiĢ) aeroportda oldum. Adətən prezidentin həmiĢə oradan yola düĢdüyü
deputat zalına baĢ çəkib gördüm ki, heç kəsin heç nədən xəbəri yoxdur və uçuĢun yaxĢı
alındığına arxayın olub Prezident Aparatına qayıtdım. General Vaqif Axundovun kabinetində
üçümüz: o, rəhmətlik GülĢad Zərbəliyev və mən oturmuĢduq. Saat 3.22-də Naxçıvan
Cəbhəsinin sədri Asəf Quluyev zəng vuraraq Bəyin artıq Naxçıvanda olduğunu bildirdi. Saat
3.30-da H.Əliyev V.Axundova zəng etdi və bizi yanına çağırdı, ancaq mən yuxusuz olduğuma
görə yatmaqçün evə getdim».
Beləliklə, təxminən saat 2-yə 15-20 dəqiqə iĢləmiĢ Cəbhə qərargahından Fərəc Quluyevi
çağırdılar. (Artıq Fərəc bəy AXC sədrinin müavini Arif Rəhimoğluna vəziyyəti aydınlatmıĢ və
müəyyən təlimatlar verərək Cəbhə rəhbərliyini ona tapĢırmıĢdı). Bundan sonra Əbülfəz bəy 5
nəfərlə: AXC ĠK sədri Fərəc Quluyev, Oqtay Məmmədov, mühafizəçilər Ədalət Məmmədov
(Coci), Ġlqar Qədirquluyev və sürücü Xəlil Qəniyevlə birlikdə Binə hava limanından təxminən
saat 2-yə qalmıĢ prezident təyyarəsində Naxçıvana uçdu. UçuĢ elə məxfi təĢkil edilmiĢdi ki,
hətta liman iĢçilərinin də ondan xəbəri olmamıĢdı. Ancaq təyyarə göyə qalxan kimi
Azərbaycan Hava Yollarının rəisi Ədalət Əliyev bu haqda Ali Sovetin sədri Heydər Əliyevə
məlumat verərək Bəyin Naxçıvana uçduğunu bildirmiĢdi. (Buna baxmayaraq, ertəsi gün
H.Əliyev televiziyayla çıxıĢında yalnız Türkiyənin adını çəkdi).
Naxçıvanda təyyarədən düĢən Bəyi Asəf Quluyev və b. cəbhəçilər qarĢıladılar (onlar əslində
Fərəc Quluyevin qarĢısına çıxıblarmıĢ və Bəyin gəliĢindən xəbərsizdilər). Benzindən ötrü saat
yarıma qədər ləngiyəndən sonra prezident və yanındakı Ģəxslər Xəlil Qəniyevin sürdüyü QAZ-
24 “Volqa”da Kələkiyə yola düĢdülər.
O zaman Ordubad rayonunun polis rəisi və hərbi komendantı iĢləmiĢ Ġlqar Səidoğlu (Naxçıvan
AS sədri H.Əliyev prezident Elçibəyin FV haqqında fərmanının Naxçıvanda tətbiqinə imkan
verməsə də Ordubad da H.Əliyevə tabe olmurdu və Ġ.Səidoğlu prezidentin fərmanıyla bu
rayonda hərbi komendantlıq edirdi) mənə danıĢıb ki, 18 iyunda səhər təxminən saat 6-da
prezidentin maĢını Ordubadın Aza postundan keçdi. Mən də ləngimədən Kələkiyə getdim.
Gördüm ki, Bəy qardaĢıgilə düĢüb. Vəziyyəti öyrənən kimi təcili geri qayıdaraq postları
gücləndirmək əmri verdim. Ordubadın hərbi komendantı iĢlədiyim son günədək - 5 noyabr
1993-ədək, eləcə də polis rəisliyini apardığım 1994-ün mayınadək Kələkiyə icazəsiz bir quĢun
da uçmasına imkan vermədik.
ELÇĠBƏYDƏN SONRAKI 18 ĠYUN BAKISI
H.Əliyev yəqin ki, məhz V.Axundovdan vəziyyəti tam öyrənəndən sonra Ġsa Qəmbərə zəng
vurdu. O, Elçibəyin Bakıdan NAMƏLUM ĠSTĠQAMƏTƏ uçduğunu deyərək Ġsa Bəyi də yanına
çağırdı. Ġsa bəy, təbii ki, heç nədən xəbəri olmadığını söylədi və Əliyevin yanına getməkdən
imtina etdi. Dövlət katibi Əli Kərimovla və baĢqa rəsmi Ģəxslərlə də danıĢan H.Əliyev onların
da hadisədən xəbərsiz olduqlarını öyrəndi.
Pənah Hüseynov Bəyin Kələkiyə getməsinə “üçlüy”ün reaksiyası haqqında bunları deyir:
“...Məndə belə bir təsəvvür yarandı ki, bu həm R.Quluyev, həm E.Məmmədov, həm də
H.Əliyev üçün gözlənilməz olub. Çünki Etibar bəy bildirdi ki, onlar Elçibəyin Kələkiyə getməsi
xəbərini R.Quluyevin kabinetində gecə eĢidiblər. Sonra R.Quluyevlə birgə H.Əliyevin qaldığı
mənzilə gediblər. Orada H.Əliyevi çox qəzəbli halda görüblər. Hətta Əliyevin dilindən baĢqa
ifadələr də eĢidiblər. Demək istəmirəm”
(“Yeni Müsavat”, 16.04.1999).
Ġyunun 18-ində səhər saat təxminən 11-də Azərbaycan televiziyası prezident Əbülfəz
Elçibəyin Bakıdan naməlum istiqamətə uçması haqqında məlumat yaydı. Saat 12
radələrində Heydər Əliyev televiziya və radioyla canlı yayımda xalqa müraciət
edərək Əbülfəz Elçibəyin Bakıdan Türkiyəyə uçduğunu və buna görə də
prezidentin BÜTÜN SƏLAHĠYYƏTLƏRĠNĠ və BÜTÜN MƏSULĠYYƏTĠNĠ ÖZ
ÜZƏRĠNƏ GÖTÜRDÜYÜNÜ bəyan etdi. Bununla da Əliyevin hirslənməsinin də, niyə
Naxçıvanın adını «unutmasının» da, prezidentin məhz Türkiyəyə uçduğunu söyləməsinin də
səbəbləri öz-özünə aydınlaĢdı - Elçibəyin məhz Türkiyədə (xarici dövlətdə) olması H.Əliyevə
PREZĠDENTĠN SƏLAHĠYYƏTLƏRĠNƏ YĠYƏLƏNMƏK üçün hava və su kimi lazımmıĢ! Bu
məlumatı Kələkidə televiziyadan eĢidən prezident Elçibəy heç yana yox, Azərbaycan torpağı
Naxçıvana gəldiyini telefonla bildirdikdə Heydər Əliyev çıxıĢına düzəliĢ verməyə məcbur oldu.
Rusiyanın “Ostankino” televiziyasının “Utro” proqramı xəbər verdi ki, S.Hüseynovun
Ə.Elçibəyə verdiyi ultimatumun vaxtı iyunun 18-ində bitir. Çox güman ki, məhz bu gün
Azərbaycan Milli Məclisinin fövqəladə sessiyası keçiriləcək və ölkənin yeni baĢ naziri təyin
olunacaq; bu vəzifəyə gerçək namizəd AMĠP-in lideri Etibar Məmmədovdur.
H.Əliyev həmin gün, doğrudan da, Milli Məclisin fövqəladə sessiyasını çağırdı, ancaq orada
baĢ nazirin təyinatı yox, prezident Elçibəyin Bakını xəbərsiz tərk etməsi müzakirə mövzusuna
çevrildi.
Ali Sovetin sədri bildirdi: “Bizdə məlumat var ki, təyyarənin hazırlanması üçün əvvəlcədən
göstəriĢ verilmiĢ və iki istiqamətə - Naxçıvana və Ġstanbula uçmaq nəzərdə tutulmuĢdur”.
(MarĢrutun “haçalı” olmasında sirli heç nə yoxdu - bu, prezident mühafizəsinin gördüyü adi
ehtiyat tədbiriydi).
H.Əliyev televiziya çıxıĢında prezidentin səlahiyyət və məsuliyyətini öz üzərinə götürmək
istəməsinin “zərurətdən yarandığını” söylədi.
Milli Məclisdə, mən deyərdim ki, ən gözlənilməz xəbəri dövlət katibi Əli Kərimov verdi. O, bu
gün prezidentlə üç dəfə danıĢdığını və onun istefa vermədiyini, eyni zamanda, “hər zaman,
lap elə bu saat Bakıya qayıtmağa hazır olduğunu” ona söylədiyini bəyan etdi. (Elə onun
Bakıya qayıtmasının qarĢısını almaqçün tezliklə Naxçıvandakı prezident təyyarəsi uçuĢa
yararsız hala salındı). Əli Kərimov prezidentin Bakıdan getdikdən sonrakı durumunu belə
açıqladı: “prezident dilemma qarĢısında qalıb - ya qardaĢ qanının axıdılmasına səbəb olan
tədbirlərə əl atmalı, ya da siyasi danıĢıqlar yolu tapmağa nail olmalıdır”.
Bu çıxıĢında sonralar çox sevdiyi və baĢqalarına da sevdirməyə çalıĢdığı “qaçmaq” ifadəsini
qətiyyən iĢlətməyən və prezidentin adını yetərincə nəzakətlə çəkən Heydər Əliyev onunla
telefonla danıĢmasından söz açarkən dedi: “O, ĠġĠ OLDUĞU ÜÇÜN DOĞMA KƏLƏKĠ
KƏNDĠNƏ GEDĠB və indi də oradadır”.
Heydər Əliyev prezident Əbülfəz Elçibəyin Bakıdan getməsinin səbəbləri içərisində bunu da
göstərdi ki, Müdafiə Nazirliyinin rəhbərliyi iyunun 17-sində (16-sında - Ə.T.) axĢam xüsusi
qərar qəbul edib ki, S.Hüseynovun tərəfdarları Bakıya girərsə ordu silahlı müdaxilənin
qarĢısını almaqda iĢtirak etməyəcək, qardaĢın qardaĢa güllə atmasına razı olmayacaq. (19
iyunda Kələkidəki mətbuat konfransında Bəy bildirdi ki, H.Əliyevin dediyi qərarı Müdafiə
Nazirliyi hərbi kollegiyasının qəbul etməsi fikri yanlıĢdır - onu Rəhim Qazıyevin müdafiə naziri
olduğu vaxt ora gətirdiyi bir qrup zabit yığıĢaraq qəbul edib).
Prezidentin hələlik yumruq kimi birləĢmiĢ siyasi opponentləri camaatı çaĢdırmaqçün ən çirkin
yalanlara əl atmaqdan belə çəkinmirdilər. Məsələn, Etibar Məmmədov “ermənilərlə vur-tut 2-
3 kilometr arası olan (?!) Kələki kəndindəki” Elçibəyin köməkçün baĢqa dövlətlərə müraciət
etdiyini söylədi (Əli Kərimov bunun yalan olduğunu bildirdi).
Müzakirələri yekunlaĢdıran Heydər Əliyev qeyd etdi ki, “vəzifənin, səlahiyyətin kimdə olması
əsas məsələ deyil”. Niyə? Əliyev bunun səbəbini soyuqqanlılıqla açıqlayır: Onsuz da,
“S.Hüseynovla danıĢıqlar olub, yenə də olsa səmərəsiz qalacaq. Çünki onun tələbi qətidir -
prezident ELÇĠBƏY ĠSTEFA VERMƏLĠDĠR”.
Sən demə, H.Əliyevi nəzakətli olmağa məcbur edən bu məsələymiĢ! Görünür, o, Elçibəyin
“xoĢluqla” istefa verəcəyinə hələ umud bəsləyirmiĢ!
Ancaq Elçibəy niyə istefa verməliydi ki? Məgər milyonlarca insan onu prezident seçmiĢdi ki, o,
kimlərinsə hədə-qorxusuna görə bu vəzifəni onlara bağıĢlasın? Məgər o, yeni dövlət, yeni
cəmiyyət yaratmaqçün bir il gecəsini gündüzünə ona görə qatmıĢdı ki, kimlərəsə onun
qurduqlarını dağıtmağa icazə versin? Nəhayət, məgər onun kürsüsü uğrunda bir-birinin
boğazını üzməyə hazırlaĢan S.Hüseynovla H.Əliyevin döyüĢü baĢlanmıĢ və bu döyüĢün
qalibinin əli yuxarı qaldırılmıĢdı ki?..
Ancaq Bəy istefa verməsə də bir qədər sonra prezident səlahiyyətlərinin müəyyən hissəsini
H.Əliyev verməyə məcbur oldu.
ARTIRMA
«-Yeri gəlmiĢkən, prezidentlik səlahiyyətlərinizin müəyyən hissəsini də Heydər Əliyevə özünüz
vermiĢdiniz axı?
-Mən kənddə olarkən barıĢıqçün prezident səlahiyyətlərimin müəyyən hissəsini Ali Sovetin
sədrinə verməyi, müəyyən hissəsini də prezidentdə saxlamağı məqsədəuyğun saydım.
DüĢündüm ki, ikimiz birlikdə iĢləyərək Azərbaycanı bu bəlalardan çıxara bilərik. Amma
Əliyevin hakimiyyət iĢtahı o qədər dərinləĢdi ki, bununla razılaĢmadı və yerdə qalan
səlahiyyətləri də tam qanunsuz olaraq mənimsədi və sonra da dediyim qayda üzrə
hakimiyyəti bütövlükdə qəsb etdi. Məhz bu səbəbdən də AXCP və Müsavat onun
hakimiyyətinin legitimliyini indiyədək tanımayıb
».
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - «Elçibəylə 13 saat üz-üzə», Bakı, 1999, s.72-73).
ABġ Dövlət Departamenti 18 iyunda Azərbaycandakı vəziyyət haqqında bəyanat verdi.
Burada deyilirdi:
“Etibarlı mənbələrdən alınan məlumata görə, Azərbaycan prezidenti Elçibəy
respublikanın paytaxtı Bakı Ģəhərini tərk etsə də Azərbaycan ərazisindədir. O, istefa
verməmiĢ, öz səlahiyyətlərinin icrasını hökumət adamlarından heç kəsə həvalə etməmiĢdir.
[...] Prezident Elçibəy Azərbaycanın demokratik yola seçilmiĢ prezidenti olaraq qalır. Biz
Azərbaycanın bütün liderlərini ölkənin problemlərinin demokratik yolla, Ģəxsiyyətlərin fərdi
azadlıqlarına tam əməl etməklə həlli istiqamətində əməkdaĢlığa çağırırıq”.
Bunun ardınca ABġ-ın dövlət katibi Uorren Kristofer də prezident Əbülfəz Elçibəyə məktub
göndərdi (tarixi bilinmir; 22 iyunda “Azərbaycan” qəzetində dərc edilib). Kristofer yazırdı:
“Mən prezident Klintonun adından Azərbaycanda demokratiyanı və demokratik yolla seçilmiĢ
prezident kimi Sizi dönmədən dəstəklədiyimizi bəyan etmək istəyirəm.
Biz son iki həftədə Azərbaycanda yaranmıĢ böhranı çox dərin narahatlıqla izləyirik. Bildiyiniz
kimi, biz həm VaĢinqtonda, həm də Bakıda bir neçə açıq bəyanat verərək bütünlüklə
demokratik və bazar iqtisadiyyatına keçid istiqamətində aparılan islahatları, xüsusilə də Sizin
hökuməti müdafiə etdiyimizi bildirmiĢik.
[...] Biz Rusiyaya, Gəncədə qoyub getdiyi və hazırda qiyamçılar tərəfindən istifadə olunan
hərbi texnika və silahla əlaqədar narahatlığımızı xüsusi olaraq bildirmiĢik.
Bizə məlumdur ki, Sizin vəziyyətiniz çox ağırdır və vəzifənizin ağırlığı məhz indi Sizi daha çox
sıxır. Buna baxmayaraq biz təkidlə Sizi öz prezident səlahiyyətlərinizdən və əhali arasında
mənəvi nüfuzunuzdan istifadə edərək Azərbaycanda demokratik islahatları davam etdirməyə
çağırırıq”.
Məncə, bu sənədlər Rusiyanın kefinə dəyməmək xatirinə onun Elçibəyi Kələkiyə necə
qovduğuna qıraqdan soyuqqanlılıqla tamaĢa etmiĢ ABġ hökumətinin özünü tarixi qınaqlardan
sığortalamasıyçün yazılmıĢdı və məqsəd Elçibəyi yox, məhz ABġ-ın nüfuzunu qorumaqdı.
Bu sənədlərdəki xoĢagəlimli diplomatik təsəllinin Elçibəyçün artıq bir qara quruĢluq faydası
yoxdu. Amerika tipli tam demokratik bir dövlət quran (buna ABġ-ın zərrəcə Ģübhəsi yoxdu)
Elçibəy iqtidarının ayaq üstündə dayana bilməsiyçün ona vaxtında təsirli maddi-siyasi yardım
göstərməməsi bir yana dursun, bu iqtidarı ermənilərlə və Rusiyayla yola getmədiyinə görə
907-ci düzəliĢlə cəzalandırmıĢ ABġ hökumətinin səmimiliyinə Ģəxsən mən özümü heç cür
inandıra bilmirəm.
AXCP sədri Əbülfəz Elçibəy 1998-də “Amerikanın səsi” radiosundan gəlmiĢ kökcə Azərbaycan
türkü olan bir müxbir xanıma ABġ-ın və Avropa dövlətlərinin o zaman Azərbaycan
demokratiyasına kömək edəcəklərinə sadəlövhcəsinə inandığını və bu inamın, sən demə,
əbəs yerə olduğuna əmin olarkən özünü qınadığını söyləyəndə Əbülfəz bəyin ozamankı
durumu gözlərim önündə canlandı və açığını deyim ki, ilk dəfə olaraq ona yazığım gəldi (bu
ifadəyə görə ruhu günahımdan keçsin), ürəyim göynədi…
"QƏTĠYYƏT QAN TÖKMƏKLƏ ÖLÇÜLMƏZ"
Bəli, Qərb demokratiyasının onu baĢa düĢəcəyinə və daim dəstəkləyəcəyinə, onu Rusiyanın
cənginə verməyəcəyinə ürəkdən inanan Əbülfəz bəy bu üzdən də çağdaĢ ġərqdə bəlkə də ən
ardıcıl və ən səmimi bir demokrat dövlət baĢçısıydı və zordan, «dəmir əl»dən uzaq, yalnız
ƏDALƏT'ə və QANUNUN ALĠLĠYĠ'nə söykənən bir cəmiyyət qurmaq sınağı apardı. Alınmadı.
Ġndi də çoxları düĢünür ki, Elçibəy gərək əzəydi, tutduraydı, qıraydı…
KeçmiĢ dövlət müĢaviri Arif Hacıyev: «Əbülfəz bəy Xalq hərəkatında da idarəedən bir
rəhbərdi, prezident olanda da bu iĢ metodundan istifadə edirdi. O, insanlar arasında müxtəlif
sahələr üzrə iĢ bölgüsü aparır, kadrlara inanır, onlara səlahiyyətlər verir və ümumi nəzarəti
həyata keçirirdi. Məncə, onun həm Xalq hərəkatının lideri, həm Xalq Cəbhəsinin sədri, həm
də Azərbaycanın prezidenti kimi uğurlarının, yəni hamı tərəfindən lider kimi qəbul
olunmasının əsas səbəblərindən biri məhz onun belə idarəçiliyə üstünlük verməsidir, çünki
Elçibəy açıq bir cəmiyyət yaratmağa çalıĢırdı və onun dövründə təĢəbbüskarlığa olduqca
geniĢ meydan verilirdi. TəĢəbbüskarlıqsa adətən həmiĢə inkiĢafa səbəb olur. Mən hesab
edirəm ki, Elçibəyin seçdiyi yol tamamilə düzgündü və onun hakimiyyətinin devrilməsinin
səbəbini demokrakliyində axtarmaq yanlıĢlıqdır».
Bir çox siyasi rəqiblərisə prezidenti demorkratiklikdə yox, məhz qətiyyətsizlikdə ittiham edir.
Buna Bəyin öz münasibətini öyrənmək istədim:
«-Bəy, istər Siz iqtidardaykən, istərsə də iqtidardan gedəndən sonra, məncə, eyni mərkəzdən
idarə edilən qüvvələr ictimai rəyə inadla bu fikri aĢılamağa çalıĢıb ki, Elçibəy qətiyyətsizdir,
onu idarə edirlər, o, qərar qəbul etməyə qadir deyil və s.
Siz "qətiyyətli" olsaydınız Azərbaycanda Əfqanıstan və ya Tacikistan qarĢıdurması yarana
bilərdimi, yaxud Sizin Ģəxsi taleyinizdə də Zviad Qamsaxurdia, ya da Cövhər Dudayev faciəsi
təkrarlanardımı? Yoxsa tamam baĢqa bir ictimai-siyasi durum yaranardı?
-Birincisi, "qətiyyət" anlayıĢının meyarlarını müəyyənləĢdirmək lazımdır. Qətiyyət hansı
anlarda olur, haçan olmur? Bir var gedirsən döyüĢə, ordunu da batırırsan. Bu nə qətiyyətdir?
Belə ağılsız qətiyyət kimə lazımdır? Bir də var ki, ordunu vaxtında geri çəkdin, sağ saxladın,
məhv olmağa qoymadın və sonradan yenidən döyüĢə hazırladın. Sənin haqqında düĢmənlərin
"geri çəkildi", "qorxub qaçdı" deyəcəklər, ancaq "qorxub qaçdı" sözünün üstündən aĢmaqçün
də qətiyyət lazımdır - gərək onu götürə biləsən. Səni hər yerdə söyəcəklər, dözülməz mənəvi-
psixoloji əzab verəcəklər, səni "qorxaq" adlandıracaqlar, amma hünərin var, götür bunları
boynuna, get və siyasəti düzgün həll elə. Mən "Qamsaxurdia qətiyyəti"ylə hərəkət etsəydim -
Azərbaycanı vətəndaĢ müharibəsinə salıb özüm də ölsəydim o qətiyyətə siz necə qiymət
verərdiniz? Bu, qətiyyətdirmi? Xalqımı qurban verəcəyəm ki, qətiyyətliyəm?!
Ġnsanların beynində hərdən belə psixoloji an yaranır ki, filankəs qətiyyətli deyil; məsələn,
Fransanın prezidenti Jak ġirak qətiyyətli adam deyil, ancaq Səddam Hüseynə söz ola bilməz.
Bir çoxlarının düĢüncəsinə görə, diktatorlar qətiyyətlidir - Lenin qətiyyətlidir, Stalin
qətiyyətlidir, Hitler qətiyyətlidir, Mussolini qətiyyətlidir. Kim baĢ kəsib adam öldürübsə o,
qətiyyətli sayılır. Yox, heç də belə deyil. Qətiyyətlilik odur ki, sən hər cür əzab-əziyyətdən
keçərək xalqın xoĢbəxtliyi uğrunda sonadək çalıĢasan! Burada bəzən sən öz Ģəxsiyyətini də
qurban verməli olursan - sənin Ģəxsiyyətin itir, xalqın vahid ruhunda əriyir. Doğrudan da
qətiyyətlisənsə sənin haqqında hər Ģey deyiləcəyini gözünün qarĢısına alıb özünü ümumi
məqsəd yolunda qurban verməyi bacarmalısan.
Məsələn, götürək sufiləri. Onların qətiyyəti olmayıb? Nə qədər əzablara, iĢgəncələrə dözərək
bir tikə çörəklə yaĢayıblar, "rizq Allahdandır" deyiblər. Əksinə, dünyanın ən qətiyyətli adamları
onlardı - haqqın yoluyla gediblər. Onlar öz Ģəxsiyyətlərini önə çəkməyiblər. Kimdi onlar?
Təsəvvür edin ki, bir sufi dərviĢ bütün ölkəni gecə-gündüz gəzərək oxuyur: "Ya haqq", "ya
haqq", "ya haqq"... Onun özünün heç nəyi yoxdur - çöldə gəzir, xarabalarda yatır, ac-susuz
qalır, ancaq dönmədən haqqı insanların beyninə yeridir. Ġndi demək olarmı ki, o, qətiyyətsiz
adamdır?! Əksinə, çox qətiyyətlidir. O, baĢ kəsmək yox, haqqı anlatmaq istəyir. Kim də
Dostları ilə paylaş: |