ƏSRƏ BƏrabər bġR ĠLĠn salnaməSĠ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix20.03.2020
ölçüsü1,94 Mb.
#30687
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
elcibey11-Prezident Elçibəy


ARTIRMA 
"-Yeni  parlament  seçkilərini  keçirməməyimizi  bizim  hakimiyyətin  ciddi  səhvlərindən  sayan 
xeyirxahlarımız da az deyil. SoruĢuram: niyə yeni parlament seçkilərinə gedilmədi? 
-Gəlin yenə ictimaiyyətdə yaranmıĢ yanlıĢ versiyanın xronologiyasına baxaq. 
 
14 may 1992-ci ildə parlamentdə Konstitusiyanı dəfələrlə pozdular - 6 martda istefa vermiĢ 
bir adamı yenidən prezident kürsüsünə qaytardılar, prezident seçkiləri haqqında parlamentin 
qərarını ləğv etdilər və s. 15 mayda Konstitusiyanı qorumaq üçün xalq ayağa qalxdı və biz 
Xalq  hərəkatı  nəticəsində  hakimiyyətə  gəldik.  Qısa  müddətdə  -  bir  neçə  saat  içində 
parlament, Prezident Aparatı, dövlət televiziyası, bütün hakimiyyət qurumları və rayonlardakı 
icra qurumları xalqın, Xalq hərəkatının və Xalq Cəbhəsinin nəzarəti altına keçdi. 
 
Biz qərara almıĢdıq ki, hakimiyyəti götürürük, parlamenti - Ali Soveti, Milli Məclisi buraxırıq və 
müvəqqəti hökumət yaradırıq, 7 iyuna - prezident seçkilərinə qədər Azərbaycanı müvəqqəti 
hökumət idarə edir, 7 iyunda kim qalib gəlsə hakimiyyət də, təbii ki, ona təhvil verilir. Ġlkin 
fikrimiz beləydi. 
 
Respublikanı nəzarətə götürəndən sonra həm ölkədaxili müxtəlif siyasi qüvvələrin təkliflərini, 
həm  də  beynəlxalq  ictimaiyyətin  rəyini  (imkan  varsa  parlament  yoluyla  gedilsin,  müvəqqəti 
hökumət yoluyla yox) nəzərə almalı olduq. Qərara gəldik ki, bütün siyasi qüvvələr Ali Sovetin 
buraxılaraq  onun  səlahiyyətlərinin  tam  Ģəkildə  Milli  Məclisə  verilməsinə  razılaĢsa  biz  bu 
variantdan istifadə edək. Hamı da razılaĢdı və biz buna getdik, yəni ilk günlər parlament tam 
buraxılmadı - yalnız Ali Sovet buraxıldı və onun səlahiyyətləri Milli Məclisə verildi. Bunu daha 
legitim yol kimi üstün tutduq. 
 
Sonrakı  mərhələdə  parlament  seçkilərinin  haçan  keçirilməsi  haqqında  müzakirələr  baĢlandı, 
çünki parlament mütləq buraxılmalı və yeni parlament seçkiləri mütləq keçirilməliydi. Bu seçki 
keçirilsin, yoxsa keçirilməsin - bizimçün belə bir sual yoxdu. (Bizə qarĢı çıxıĢ edən qüvvələr 
1993-ün  yayında  hakimiyyətə  gəldilər,  ancaq  parlament  seçkilərini  öz  aləmlərində 
konstitusion  bir  müddətdə  -  1995-in  noyabrında  keçirdilər.  Yəni  1995-in  noyabrına qədər  2 
ildən artıq müddət vardı. Bizim birillik hakimiyyətimiz dövründə hər Ģey tələb olunurdu, amma 
bizdən sonrakı dövrdə heç kimdən heç nə tələb olunmadı. Mən baĢa düĢürəm - uman yerdən 
küsərlər, ancaq, hər halda, gerçəkliklərə diqqət eləmək lazımdır). 
 

Bəli, ümumi fikir bundan ibarət oldu ki, parlament seçkiləri keçirilməlidir. Bundan ötrü uyğun 
qanun  hazırlanmalı  və  həyata  keçirilməlidir.  1992-nin  yayında  bu  iĢ  çox  sürətlə  getmədi, 
çünki  həmin  ildə  bizim  əsas  hədəflərimiz  həm  də  ərazi  bütövlüyümüzü  bərpa  eləməkdi. 
Ölkədə  həqiqi  müharibə  gedirdi  və  parlament  seçkiləri  keçirmək,  doğrudan  da,  bir  qədər 
qəribə  alınardı.  Axı  harada  görünüb  ki,  bir  ölkədə  müharibə  də  getsin,  eyni  zamanda 
parlament seçkiləri də keçirilsin? Bizim strateji kursumuz beləydi ki, 1992-ci ildə hərbi uğurlar 
nəticəsində Ermənistanı konfliktsiz bir sülh müqaviləsinə razı salacağıq, bu iĢ bitəcək, sonra 
obiri vəzifələrə keçəcəyik. 1992-nin sonu - 1993-ün əvvəllərində aydın odlu ki, bu plan hələlik 
gerçək deyil; ona gücümüz çatmadı. Onda parlament seçkilərinin keçirilməsi məsələsi yenidən 
aktuallaĢdı  və  1993-ün  yanvar-fevral  aylarında  bu  haqda  qərar  qəbul  edildi.  Prezident 
Aparatında  Hüquqi  Ġslahatlar  Komissiyası  vardı;  hüquqĢünaslar  yığıĢaraq  Konstitusiya 
islahatları  hazırlayırdılar  və  layihə,  səhv  eləmirəmsə,  fevral  ayında  hazırlanaraq  parlamentə 
göndərildi, parlamentin komissiyalarında da onun müzakirələri baĢlandı.
 
-Seçki qanununun? 
-Seçki  qanununun.  Parlament  seçki  qanunu  qəbul  etməliydi,  yoxsa  biz  nəyin  əsasında 
parlament  seçkiləri  keçirə  bilərdik?  Bu  seçki  qanunu  layihəsinə,  təbii  ki,  Milli  Məclisdə 
müəyyən müqavimət vardı. Burada çoxlarının nədən həvəsi olmalıydı ki, Milli Məclis buraxılsın 
və yeni seçkilər keçirilsin? Yenidən seçiləcəyinə hamı arxayın deyildi, ona görə də müqavimət 
göstərirdilər.  Hətta  bu  layihənin  müzakirəsini  belə  istəməyənlər  vardı,  ancaq  sonda 
müqavimətin mənasızlığını, prosesin qarĢısıalınmazlığını baĢa düĢdülər və razılaĢdılar. Qanun 
layihəsi  komissiyada  müzakirə  olunmağa  baĢlandı.  Bizim  təxmini  proqramımız  beləydi  ki, 
yayda bu qanun qəbul ediləcək və payızda ölkədə parlament seçkiləri keçiriləcək.
 
-Təxminən sentyabrda. 
-Sentyabr-oktyabr, yəni oktyabrdan oyana keçməmək Ģərtiylə. Ġlkin fikrimiz beləydi. Təəssüf 
ki, çatdıra bilmədik və 4 iyun bir çox məsələlər kimi bunun da qarĢısını aldı. 
 
Uydurma versiyalar irəli sürürlər. Bəziləri birbaĢa deyir ki, Ġsa Qəmbər parlament seçkilərinin 
keçirilməsini  istəmirdi,  halbuki  mən  bütün  müzakirələr  zamanı  söyləmiĢdim  ki,  ümumi  fikrə 
gələk, seçkiləri keçirək. 
 
Bəziləri Müsavatın maraqlarını önə çəkir, guya Müsavat yeni yaranan partiya olduğuna görə 
seçkilərə  tam  hazır  olmadığından  bunu  istəmir.  Bunun  səhv  olduğunu  mən  çox  sadə  bir 
arqumentlə sübut edə bilərəm. Müsavat Partiyası rəsmi hakimiyyətdə olmaya-olmaya bir çox 
müsavatçılar  dövlətdə  mühüm  vəzifələr  tuturdu.  Yerlərdə  Müsavatın  nümayəndələri  icra 
baĢçısı,  baĢçının  müavini  və  baĢqa  vəzifələrdə  çalıĢırdılar.  Cəbhənin,  hərəkatın 
nümayəndələrindən də bir çoxu, o vaxtadək siyasətdə fəal iĢtirak eləməyənlərin də bir çoxlu 
Müsavatda birləĢmiĢdi. Onlar yetərincə nüfuzlu adamlardı və seçkilər keçirilsəydi onların istər 
majoritar, istərsə də proporsional dairələrdən seçilməyə Ģansı olacaqdı. Hər halda, Müsavatın 
adı  da,  Müsavat  rəhbərlərinin  Ģəxsiyyəti  də  və  Müsavat  nümayəndələrinin  hakimiyyətdəki 
mövqeyi də, mən bilən, Müsavat Partiyasına parlamentdə kifayət qədər yer qazandıracaqdı. 
Ona görə də bu versiyaları cəfəng sayıram, çünki onlar bəzən qərəzli mənbələrdən, bəzən də 
baĢadüĢməzlikdən, informasiyanın azlığından irəli gəlirdi".
 
(Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 
Bu  günlərdə  Transmilli  Radikal  Partiyasının  Romada  keçirilmiĢ  26-cı  qurultayı 
nümayəndələrinin  rəyi  belə  olmuĢdu: 
"Azərbaycan  prezidenti  ölkədə  müharibə  getdiyi  bir 

vaxtda  belə  ölüm  hökmünü  ləğv  etməyə  tərəfdardırsa,  deməli,  BURADA  HUMANĠZM 
ƏNƏNƏLƏRĠ ÇOX GÜCLÜDÜR".
 
AXC AM-nin 21 fevraldakı sessiyasında çıxıĢ edən hərəkatın sədri Əbülfəz Elçibəy bəyan etdi 
ki, Xalq Cəbhəsi öz fəaliyyətini yenidən canlandırmalıdır. 
Bəzi  dövlət  rəhbərlərinə  qarĢı  əsassız  ittihamlar  sürüldüyünü  və  onların  kadr  məsələsini 
özbaĢına  həll  etməkdə  suçlandırıldığını  söyləyən  prezident  kadr  dəyiĢikliklərinə  aid  bütün 
məsələlərin onun razılığı və nəzarətiylə həll edildiyini bildirdi. Bəyin ilk növbədə müsavatçı Arif 
Hacıyevi nəzərdə tutması, bu mövzunun prezident səviyyəsində dilə gətirilməsi, "Azərbaycan" 
qəzetində "Arif Hacıyevə qarĢı haqsız hücumlar olduğunu görürəm..." baĢlıqlı böyük material 
verilməsi (18 fevral) və b. artıq iqtidariçi AXC-Müsavat qütbləĢməsinin üzdəki görsəntiləriydi. 
Sözsüz ki, bu qütbləĢmənin daha mürəkkəb səhnələri pərdə arxasında oynanılırdı. Təəssüf ki, 
hakimiyyətdə  nüfuz  dairəsi  uğrunda  "Yurd"-Müsavat  və  "Yurd"-AXC  çəkiĢmələrinin  də 
konturları  artıq  yetərincə  aydın  seçilməyə  baĢlamıĢdı.  (Ozamankı  iqtidariçi  çoxtirəlik  daha 
sonralar müxalifətiçi ziddiyyətlərə çevrildi). 
ARTIRMA  
AXCP  sədrinin  müavini  Zəlimxan  Məmmədli: 
"Xatırımdadır,  AXC  hakimiyyəti  zamanı  siyasi 
mühitdə Müsavat, "Yurd" və AXC qanadlarının xaotik Ģəkildə inkiĢafını görərək on bir rayonun 
icra baĢçıları bir yerə toplaĢdıq, qərara aldıq ki, prezident Əbülfəz Elçibəyin yanına gedək, baĢ 
verən  bu  anlaĢılmazlığı  ona  deyək  və  qəti  tədbir  görülməsə  yazdığımız  və  cibimizdə 
saxladığımız istefa ərizələrini ona verək. 
 
Dediyimiz kimi də etdik. Elçibəyin yanına girdik. Bəy bizi görən kimi gülər üzlə qarĢılayıb nə 
deyəcəyimizi  gözlədi.  Vəziyyəti  izah  etməyə  çalıĢdıq.  Diqqətlə  qulaq  asdı  və  sonra  tamam 
baĢqa fikir söylədi. 
 
Dedikləri təxminən belə idi: 
 
-Bəylər,  qarĢıdan  çox  böyük  qara  buludlar  gəlir.  Bu  buludlar  ötüĢsə  Azərbaycan  ciddi 
çətinliklərdən qurtulacaq... 
 
Bir  neçə  aydan  sonra  4  iyun  qiyamı  göründü  və...  Elçibəyin  aylar  öncə  dediyi  həmin  qara 
buludları  gördük.  Bu  görüntü  idi  Elçibəyə  "hər  Ģeyin  zamana  ehtiyacı  var"  dedirtdirən"

("Savalanda görüĢənədək, Bəy!". Bakı, 2000, s.127). 
RƏHĠM QAZIYEV GETDĠ. ĠSGƏNDƏR HƏMĠDOV DA ĠSTEFA VERĠR? 
20  fevralda  Bəy  mühüm  kadr  dəyiĢiklikləri  etdi.  O,  öncə  P.Qraçovun  hədələrinə  (!) 
baxmayaraq  fərmanla  iĢdən  çıxardığı  Rəhim  Qazıyevin yerinə  DadaĢ Rzayevi müdafiə  naziri 
təyin etdi.  
Prezident Surət Hüseynovu korpus komandirliyindən də azad etdi və onun yerinə Nəcməddin 
Sadıqovu təyin etdi. Nəhayət, Bəy Surət Hüseynova rəğbətini gizlətməyən Gəncə Ģəhər icra 
hakimiyyətinin  baĢçısı  MürĢüd  Məmmədovu  da  vəzifəsindən  çıxardı.  Ancaq  gərginlik 
yaratmamaqçün bu qərarlar çox da səsə-küyə salınmadı. 
R.Qazıyev Milli Məclisin qapalı iclasındakı müzakirədə istefa ərizəsi yazdıqdan sonra Gəncəyə 
getmiĢ, bundan sonra Elçibəyə zəng vuraraq demiĢdi ki, ġerbak söz verir ki, 1 ay yarıma yeni 
hərbi hissələr hazırlamaqçün  zabitlər verəcək.  Ancaq  prezident  daha  ruslarla  iĢləməyəcəyini 
bildirmiĢdi.  R.Qazıyev  ġerbakın  diviziyasının  Gəncədə  saxlanılmasına  təkid  edir,  prezidentsə 
onunla  razılaĢmırdı.  Bəyin  bu  iĢdə  dönməzliyini  görən  R.Qazıyev  demiĢdi  ki,  o  qoĢunları  bu 

gün çıxarırsan, ancaq sabah yalvara-yalvara geri çağıracaqsan. (Təəccüblü deyil ki, R.Qazıyev 
iĢdən  çıxarılandan  sonra  da  Rusiyanın  müxtəlif  dairələri  onun  yerinə  qaytarılmasını  tələb 
edirdilər, görünür, o da elə buna arxayın olaraq qorxmadan ərizə yazıbmıĢ). 
Fevralın  22-sini  Əbülfəz  bəyin  diplomatik  fəallıq  günü  də  saymaq  olar.  Öncə  Almaniya 
bundestaqı xarici iĢlər komissiyasının sədri, doktor Hans ġterkeni qəbul edən Bəy müharibə 
alovunun söndürülməsinə Avropanın əməli yardım göstərə biləcəyinə inamını bildirdi və belə 
köməyi gözlədiyini dilə gətirdi. 
Böyük  Britaniyanın  Rusiyadakı səfiri Brayan  Follu  qəbul edən prezidentə məlumat  verildi ki, 
Britaniya Bakıda öz səfirliyini açmaq qərarına gəlib. 
Ġran  Ġslam  Cümhuriyyətinin  səfiri  Əliəsğər  Nəhavəndianı  qəbul  edən  Ə.Elçibəyə  səfir  Ġranın 
Naxçıvandakı konsulu Məhəmməd Turi'ni təqdim etdi. 
"AZƏRBAYCANLILARA  QARġI  EDĠLMĠġ  VƏHġĠLĠKLƏRĠN  AÇIQLANMASI  VƏ  ERMƏNĠ 
TERRORĠZMĠ 
QURBANLARININ 
XATĠRƏSĠNĠN 
ƏBƏDĠLƏġDĠRĠLMƏSĠ 
HAQQINDA 
AZƏRBAYCAN 
RESPUBLĠKASI 
PREZĠDENTĠNĠN 
BƏYANATI" 
və 
prezidentin 
"AZƏRBAYCANLILARA  QARġI  EDĠLMĠġ  VƏHġĠLĠKLƏRĠN  AÇIQLANMASI  VƏ  ERMƏNĠ 
TERRORĠZMĠ  QURBANLARININ  XATĠRƏSĠNĠN  ƏBƏDĠLƏġDĠRĠLMƏSĠ  HAQQINDA"  fərmanı 
(23 fevral) çox ciddi siyasi sənədlərdi.  
Bəyanatda deyilirdi: "Bu gün Azərbaycan torpaqlarına qəsd edən qüvvələr "dənizdən-dənizə 
böyük Ermənistan" xülyası naminə 170 ildən artıqdır ki, Qafqaz türklərinə qarĢı açıq və gizli 
soyqırımı  siyasəti  həyata  keçirirlər".  Fərmandasa  bir  çox  tədbirlərlə  yanaĢı,  keçmiĢ  26-lar 
bağının  "Qaçqınlar  meydanı"  adlandırılması  və  oradakı  memorialın  yerində  1,5  milyon 
azərbaycanlı  qaçqına  həsr  olunmuĢ  abidə  kompleksinin  ucaldılması  da  nəzərdə  tutulurdu. 
Təəssüf  ki,  kütləvi  informasiya  vasitələrimiz  kimi  dövlət  qurumlarımız  da  bu  sənədlərin 
müntəzəm təbliğiylə məĢğul olmadılar. 
"Azərbaycan"  qəzetinin  24  fevral  tarixli  sayındakı  "AXC-ni  seçkidən  kənarda  qoymaq  bəri 
baĢdan qarĢıdurma yaratmaqdır" baĢlıqlı yazıdan aydınlaĢır ki, Ali Sovetin sədri Ġsa bəyin bu 
xəbərdarlığı boĢ yerə  yaranmayıb  -  bəzi siyasi qüvvələr,  eləcə  də bir çox  deputatlar "Siyasi 
partiyalar  haqqında"  qanuna  dəyiĢiklik  etməklə  seçkidə  Cəbhəni  oyundankənar  vəziyyətə 
salmaq istəyirdilər. 
ARTIRMA 
"-O zaman bəzi mətbuat orqanlarında belə ifadə iĢlənmiĢdi: "ikincinin birinci olması". Bu fikrin 
yaranmasına münasibətiniz? 
-Təbii ki, istər Müsavat Partiyasının, istər digər siyasi qüvvələrin içərisində elə adamlar vardı 
ki,  dövlətə  Ġsa  Qəmbərin  daha  uğurlu  rəhbərlik  edə  biləcəyinə  inanırdılar.  Kimlərdəsə  belə 
düĢüncə vardı; insanın düĢünməsini ona qadağan eləmək olmaz ki. 
 
Açığı,  elə  1992-nin  18  mayından  7  iyununadək  olan  dövrdə  bir  çox  məsul  dövlət  adamları 
(əsasən  keçmiĢ  partnomenklatura  nümayəndələri)  mənə  təklif  edirdilər  ki,  gəl  7  iyunda  elə 
edək ki, seçkidə yetərsay olmasın, sonra yenidən prezidentliyə namizədlər verilsin, sən də öz 
namizədliyini  ver,  sən  prezident  seçil,  Əbülfəz  Elçibəy  yox.  Təbii  ki,  mən  onların  ağzının 
üstündən  vurdum  və  dedim  ki,  gedin,  öz  iĢinizlə  məĢğul  olun  -  seçki  tam  qanunauyğun 
keçirilməli, xalq içində təbliğat aparılmalıdır ki, hamı gəlib səs versin. 
 
"Ġsa Qəmbər prezident olmalıdır" düĢünən adamlar, əlbəttə, sonrakı mərhələdə - Əbülfəz bəy 

artıq prezident olan dövrdə də vardı. Ancaq bu, kimlərinsə Ģəxsi düĢüncəsi, əqidəsiydi. Həmin 
vaxt  mənim  Əbülfəz  Elçibəyə  qarĢı  çevriliĢ  etmək  fikrində  olmağımı  iddia  etmək  ya 
nadanlıqdan,  ya da  qərəzdən  irəli  gələ  bilər.  Allaha  Ģükür,  onda da  yeni prezident  seçkiləri 
barədə düĢünmürdük ki, mən də yeni prezident seçkilərində Əbülfəz Elçibəyə rəqib olacağım 
haqqında plan quraydım. Seçki 1997-də olacaqdı, ona görə də belə fikirlərə düĢə bilməzdik. 
Ancaq  1992-93-də  müharibə  aparırdıq,  ağır  dövrdü.  Günün  çox  mühüm  problemləriylə 
məĢğulduq.  Bizi  vəzifələr,  kürsülər  minimum  maraqlandırırdı,  o  da  iĢ  görə  bilmək 
baxımından
". (Müsavat Partiyasının baĢqanı Ġsa Qəmbərlə Ədalət Tahirzadənin söhbətindən). 
Rəsmi  dövlət  qəzetinin  həmin  sayındakı  bir  baĢlıq  da  diqqəti  çəkir:  "Ġ.Həmidovun  istefası 
haqqında Ģayiələr təsdiq olunmamıĢdır". Bununla bağlı olaraq Ġsa bəy bildirib: "Hazırda nazir 
Azərbaycan prezidentinin icazəsiylə məzuniyyətdədir; o, öz nazirliyinə rəhbərlik edir". 
HEYDƏR ƏLĠYEV MOSKVADA 
Azərbaycan  XĠN  Ermənistan  ərazisində  yerləĢən  Rusiya  7-ci  ordusu  hərbi  qulluqçularının 
ermənilər tərəfində hərbi əməliyyatlarda iĢtirak etməsiylə bağlı bəyanat verdi ("Azərbaycan" 
qəzeti,  25  fevral).  Sənəddə  deyilir: 
"Azərbaycan  Xarici  ĠĢlər  Nazirliyi  onu  da  qeyd  etməyi 
lazım  bilir  ki,  Rusiya  Federasiyasının  belə  mövqeyi  Dağlıq  Qarabağa  dair  ATƏM-in  Minsk 
qrupu nümayəndələrinin Romada keçiriləcək görüĢlərinin məzmunu ilə bir araya sığmır".
 
Yeri  gəlmiĢkən,  bu  zaman  Zaqafqaziyanın  baĢqa  respublikaları  da  çalxanmaqdaydı. 
Ermənistanda  müxalifətin  aramsız  mitinqləri  keçirilirdi;  Paruyr  Hayrikyanın  baĢçılığı  altında 
onlar hökumətin Qarabağla bağlı yanlıĢ siyasətinə etiraz edirdilər. Polislə toqquĢmada 7 nəfər 
həlak  olmuĢdu.  Gürcüstan  prezidenti  E.ġevardnadzesə  25  fevralda  bəyanat  verərək  RF 
müdafiə  naziri  P.Qraçovun  Abxaziyaya  və  Batumiyə  səfər  etmək  istəməsini  pislədi.  Ancaq 
ġevardnadzenin etirazına baxmayan Qraçov istədiyini etdi. O, həmin günlərdə Gəncədəki rus 
diviziyasına  da  baĢ  çəkməkçün  gəlmək  istəyəndə  Bəyin 
"mən  ona  ġevardnadze  deyiləm..."
 
xəbərdarlığıyla üzləĢdi və "üzüboz" prezidentdən çəkinərək Azərbaycan səfərindən daĢınmalı 
oldu. 
Bir  çoxları  bu  və  baĢqa  hərəkətlərinə  görə  Bəyi  "taktsızlıqda",  "Rusiyanı  hirsləndirməkdə" 
indinin  özündə  də  həvəslə  suçlamaqdadırlar.  Onların  fikrincə,  guya  o,  Rusiyanın  "kefinə 
dəyməsəydi" ruslar dostumuza çerilərdi. Sözsüz ki, bunlar Rusiyanın I Pyotrdan üzübəri gələn 
qlobal  siyasətinin  əsl  mahiyyətini  anlamayanların  diletantcasına  düĢüncələridir.  Tarix  Nadir 
Ģahın  (onda  "Təhmasibqulu  xan"  adlanırdı)  təcrübəsində  sübut  edib  ki,  Rusiya  yalnız  güclü 
olduğumuz  vaxt  Azərbaycandan  çəkinib,  ona  hörmətlə  yanaĢıb.  Buna  görə  də  Əbülfəz 
Elçibəyin Rusiyayla rəftarını yalnız Nadir Ģahın doğru yoluyla gedilməsi kimi dəyərləndirirəm. 
Təəssüf  ki,  budəfəki  Rusiya  artıq  Nadir  Ģahın  dövründəkindən  seçilərək  qarĢısında 
dayanılmayacaq qüvvəyə çevrilmiĢdi. 
Son vaxtlar Azərbaycan mətbuatı Rusiyayla birbaĢa bağlı sərt çıxıĢları gücləndirmiĢdi. Təkcə 
rəsmi  dövlət  qəzeti  "Azərbaycan"da  son  22  gündə  dərc  edilmiĢ  bu  əsas  məqalələrin  adını 
çəkə  bilərik:  "Rusiya  "Bakı-Moskva"  qatarını  məhv  etmək  istəyir"  (16  fevral),  "Təhlükəli 
niyyət"  (18.02),  ""Ġzvestiya"  qəzetinin  verdiyi  məlumat  həqiqətə  uyğun  deyildir"  (19.02), 
"Rusiya səfirinə etiraz bəyanatı təqdim edilmiĢdir"; ""Vesti" Ģərindən əl çəkmir ki, əl çəkmir" 
(20.02),  "Səfirliyin  bəyanatı"  (23.02),  "Rusiya  hökuməti  daxili  iĢlərimizə  qarıĢır"  (24.02), 
"Rusiyanın  Azərbaycandakı  səfirinə  respublika  Xarici  ĠĢlər  Nazirliyinin  notası  təqdim 
edilmiĢdir" (26.02), ""Vesti" yalan deyir, bir nəfərin də burnu qanamayıb" (10.03) və b. Bu 
yazılar əslində Rusiyaya qarĢı Azərbaycan xalqının münasibətinin ifadəsiydi. 

Anasının  erməni  olduğu  söylənilən  P.Qraçovun  himayə  göstərdiyi  ermənilər  25  fevralda 
Ağdərə  rayonundakı  Sərsəng  su  anbarı  istiqamətində  geniĢmiqyaslı  hücuma  keçdilər. 
Azərbaycan hərbi qüvvələri anbara nəzarəti hələlik öz əlində saxlamağı bacardı. Həmin gün 
Bəy  Qırğızıstan  prezidenti  Əsgər  Akayev,  Qazaxıstan  prezidenti  Nursultan  Nazarbayev  və 
Gürcüstan  baĢçısı  Eduard  ġevardnadzeylə  telefon  danıĢıqları  apardı,  Dağlıq  Qarabağdakı 
durumu müzakirə etdi. 
MünaqiĢənin  yenidən  qızıĢdırılması  Azərbaycanı  müstəqillik  uğrunda  çarpıĢmalardan 
sapdırmaq  məqsədi  güdürdü.  Buna  görə  də  Bəy  düĢmənlərimizin  niyyətini  gözündə 
qoymaqçün  həqiqətən  fədakarcasına  çalıĢırdı.  Onun  26  yanvarda  imzaladığı  "Azərbaycan 
Respublikasında  mənzil  fondunun  özəlləĢdirilməsi  haqqında"  qanun  26  fevralda  qüvvəyə 
mindi.  
ARTIRMA 
"
-…Prezident  olanda  da  evim  yoxdu.  Polyaniçko  çıxıb  Moskvaya  getmiĢdi.  Bir  dəfə 
televiziyada bir veriliĢ oldu, Polyaniçko dedi ki, Bakıdan ötrü ürəyim darıxır; çalıĢacağam ki, 
ora  qayıdım.  Bizim  adamlar  fikirləĢdilər  ki,  Polyaniçko  gəlməmiĢ  evini  əlindən  alaq,  belə 
fikirlərə  düĢməsin.  Ancaq  bu  mənzili  dövlət  adamlarından  birinin  ayağına  yazmaq  lazımdı. 
Kimə dedilərsə götürmədi. Pənah bəy də, Ġsa bəy də razı olmadılar. Axırda məni "biĢirdilər" 
ki, Sizin xaricdən Ģəxsi qonaqlarınız, dostlarınız gələndə onları öz evinə aparmağınız yaxĢıdır. 
Prezident  otaqlarında  qalmağınız  düz  deyil,  həm  də  axı  hamını  prezident  sarayında  qəbul 
etmək mümkün olmur, mehmanxanaya yerləĢdirirsiniz. Özü də bu mənzil Prezident Aparatına 
yaxındır;  ailəniz  də  qalar,  qonaq  da  qəbul  edərsiniz.  Nəysə,  razılaĢdım,  mənim  adıma 
yazdılar, ancaq eləcə də qaldı. Özüm bircə dəfə gedib baxdım ki, bu nə evdir. Baxdım, dedim 
ki, bura mənim yerim deyil - burada yaĢaya bilmərəm.
 
-Dəbdəbəliydi?
 
-Dəbdəbəli deyəndə ki, yaxĢı təmirli evdi.
 
-Neçə otaqdı?
 
-Vallah, bilmirəm - 4, ya 5 otaqdı. Otaqların 1-2-sinə baxdım. Bir də krantları açdım, gördüm 
ki,  suyu  yoxdur.  Dedilər  ki,  burada  olmursunuz,  ona  görə  su  gəlmir,  köçsəniz  açılacaq. 
Vəssalam. Oradan o çıxan oldum, bir də getmədim. Bunu hamı bilir.
 
-Heç orada yaĢamadınız?
 
-Qətiyyən.
 
-Ailəniz də?
 
-Heç on dəqiqə belə!
". 
 
(Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə  söhbətindən.  -  "Elçibəylə  13  saat  üz-üzə",  Bakı,  1999,  s.114-
115).  
Milli  Məclisin  24  fevral  tarixli  "Dövlət  avtonəqliyyat  vasitələrinin  özəlləĢdirilməsi  haqqında" 
qərarıyla taksilər də özəlləĢdirilməyə baĢladı. 
"Respublika"  sarayında AXC  Ġcraiyyə  Komitəsinin  təĢəbbüsüylə  27  fevralda "AXC  bu gün  və 
sabah" mövzusunda müĢavirə keçirildi. Prezident bu forumda geniĢ çıxıĢ etdi. (Çox qəribədir 
ki,  rəsmi  dövlət  qəzeti  bu  mühüm  yığıncaqdan  hesabat  vermədi!).  Ölkənin  ictimai-siyasi 
durumunu  ətraflı  Ģərh  edən  AXC  sədri  Əbülfəz  Elçibəy  məĢhur  "Bəylər,  rüĢvəti  yığıĢdırın!" 

xəbərdarlığını  etdi.  Onun  fikrincə,  düĢmən  tanklarının  qarĢısında  sinə  gərib  dayanan  bəzi 
cəbhəçilər  rüĢvət  qarĢısında  dözməyib  geri  çəkildilər.  Bəy  öz  silahdaĢlarına  israrla  aĢılamaq 
istəyirdi ki, uğrunda qanlarımızı tökərək qurduğumuz dövləti rüĢvət asanlıqla dağıda bilər. 
Çeçenistanın  Qudermes  stansiyası  yaxınlığında  Kislovodsk  qatarı  partladıldı,  çoxlu  sərniĢin 
həlak oldu. Prezidentin mətbuat xidməti bununla bağlı bəyanat yaydı. 
Fevralın  27-sində  Naxçıvan  baĢçısı  H.Əliyev  Moskvadan  qayıtdı.  O,  bir  neçə  gün  burada 
qalaraq Rusiyanın yüksək vəzifəli və rütbəli Ģəxsləriylə, məsələn, Rusiyanın təhlükəsizlik naziri 
R.Barannikovla  (Oqtay  Qasımovdan  eĢitdiyimə  görə,  H.Əliyevin  kürəkəni  prezidentin 
köməkçisi mərhum G.Zərbəliyevlə danıĢarkən bunu təsadüfən ağzından qaçırmıĢdı), eləcə də 
Böyük Britaniyanın Rusiyadakı səfiri Brayan Folla da görüĢmüĢdü. Ədalət Məmmədovun mənə 
dediyinə  görə,  H.Əliyevin  Moskvada  təhlükəsizliyini  Barannikovun  göstəriĢiylə  "Alfa"  qrupu 
təmin etmiĢdi. H.Əliyev Kremldə də kiminsə yanında olub.  
Sonralar  H.Əliyevin  Moskvaya  bu  səfərinin  məqsədləri  haqqında  müxtəlif  fikirlər  yayıldı. 
Məsələn,  Əliyevin  hakimiyyətə  qaytarılmasında  müstəsna  xidmətləri  olmuĢ  Rəsul  Quluyev 
bəyan edir ki, 
H.Əliyevin 1993-ün fevralında "Moskvaya səfəri zamanı Rusiyanın səlahiyyətli 
orqanları ilə gələcək hakimiyyət dəyiĢikliklərini müzakirə etməsi və 4 iyunla bağlı razılaĢmalar 
əldə edilməsi haqqında əlimizdə tutarlı sənəd və dəlillər vardır"
.  
Jurnalist Dmitri Furman da elə bunu nəzərdə tutaraq 1993-ün iyulunda yazırdı: 
"Əliyevin bu 
yaxınlarda  Moskvaya  səfərində  qətiyyən  yalnız  Naxçıvanın  iqtisadi  problemləri  müzakirə 
edilməyib"

Martın 2-sində Əbülfəz bəy Moskva səfərindən dönmüĢ H.Əliyevi yenidən qəbul etdi. Oqtay 
Qasımovun  dediyinə  görə,  Əliyev  Moskvadakı  görüĢləri  haqqında  məlumat  versə  də 
Barannikovla olan söhbətini danmıĢdı.
 
Fevral ayının ən mühüm hadisələrindən biri də bu oldu ki, Azərbaycanla Türkiyə Azərbaycan 
neftini  Aralıq  dənizinə  göndərməkçün  Bakı  -  Ceyhan  neft  kəmərinin  çəkiliĢi  haqqında  saziĢ 
imzaladılar. Mart ayında Qazaxıstan da bu kəmərə qoĢulmaq istədiyini bildirdi.  
"MƏHKƏMƏNĠN  GÜCÜ  ONUN  MÜSTƏQĠLLĠYĠNDƏ  VƏ  YALNIZ  QANUNLARA  TABE 
OLMASINDADIR" 
Ermənilərin  hücumları  gücləndikcə  rayonlarımızın  iĢğal  edilməsi  təhlükəsi  artırdı.  Buna  yol 
verməməkçün  Bəy  qabaqlayıcı tədbir kimi  fövqəladə vəziyyət  rejimini seçməli oldu. Onun  2 
mart  fərmanıyla  Qubadlı,  Zəngilan  və  Cəbrayıl  rayonları  ərazisində  də  FV  tətbiq  edilməyə 
baĢladı. 
Müharibə  aparan  ölkədə  idmanın  son  dərəcə  önəmli  rolunu  dəyərləndirən  prezidentin 
göstəriĢiylə  Prezident  Aparatının  humanitar  siyasət  Ģöbəsi,  mətbuatın  2  martda  bildirdiyinə 
görə, respublikada bədən tərbiyəsi və idmanın inkiĢafı konsepsiyasını hazırlayıb baĢa çatdırdı. 
(Yeri  gəlmiĢkən,  Azərbaycanda  karateni  inkiĢaf  etdirmək  məqsədiylə  Bəy  Karate-do 
Federasiyasına 20 min dollar ayrılması barədə martda sərəncam vermiĢdi). 
3 martda mətbuatda Rusiya və ABġ-ın yeni birgə bəyanatı dərc edildi. Sənəddə deyilirdi ki, 
Rusiya və ABġ Dağlıq Qarabağda və onun ətrafında cərəyan edən münaqiĢənin sülh yoluyla 
həlliyçün  ATƏM-in  Minsk  qrupu  çərçivəsində  göstərilən  səyləri  davam  etdirmək  əzmində 
olduqlarını təsdiqləyirlər. Onlar tərəfləri öz xalqlarının taleyi qarĢısında tarixi məsuliyyəti dərk 
etməyə  və  münaqiĢəni  YALNIZ  DĠNC  YOLLA  aradan  qaldırmaqçün  siyasi  iradə  nümayiĢ 

etdirməyə çağırırlar. 
ABġ-ın  Dövlət  Departamenti  5  martda  Gürcüstana  nota  verdi  ki,  ABġ  hökuməti  Rusiya-
Gürcüstan  münasibətlərinin  açıq-aĢkar  pisləĢməsindən  narahatdır  və  Rusiyayla  cəbhələĢmə 
Gürcüstanda  demokratik  cümhuriyyət  yaratmaq  səyləriyçün  fəlakətli  ola  bilər.  Bu,  əslində 
Azərbaycana  da  xəbərdarlıqdı.  [
Türkiyədən  olan  çox  məlumatlı  birisindən  eĢitdiyimə  görə, 
Türkiyədə bəziləri Elçibəyin devrilməsi və Əliyevin gəlməsiylə həm də ona görə razılaĢdılar ki, 
bundan  sonra  yaranacaq  yeni  Azərbaycan-Rusiya  münasibətlərinin  Türkiyəyə  (görünür,  ilk 
növbədə ABġ-a!) daha baĢağrısı olmayacağına inanırdılar
].  
Prezidentin  mətbuat  xidməti  5  martda  mətbuatda  xəbər  verdi  ki,  Azərbaycanın  Dövlət 
Müdafiə Komitəsi geniĢ müzakirədən sonra dövlətimizin milli müdafiə konsepsiyanın əsaslarını 
qəbul edib. 
6  martdasa  mətbuatda  belə  bir  xəbər  yayıldı  ki,  RF  prezidenti  Boris  Yeltsin  Ermənistanla 
Azərbaycan  arasında  baĢ  vermiĢ  ixtilafları  dayandırmaqçün  Rusiyaya  səlahiyyət  verilməsini 
BMT-dən xahiĢ edib. Bu təĢəbbüs əslində Rusiyanın münaqiĢənin həllindən ATƏM-i sıxıĢdırıb 
çıxarmaq, problemin həllinin açarını yalnız öz əlində saxlamaq istəyinin ifadəsiydi. 
ġəhriyar  sarayında  5  martda  Azərbaycan  Ali  Məhkəməsinin  70  illik  yubileyində  qısa  təbrik 
nitqi  söyləyən  Bəy  dedi:  "Güclü  məhkəmə,  islahatların  keçirildiyi  müddətdə  cəmiyyətdə 
sabitlik və təhlükəsizlik atmosferinin olmasını təmin edə bilər. Məhkəmənin güclü olması isə 
onun müstəqilliyində və yalnız qanunlara tabe olmasındadır". 
Ali  Məhkəmənin  sədri  Tahir  Kərimli  bəyan  etdi  ki,  biz  istintaq  məhkəməsini  ləğv  edərək 
yerində çəkiĢmə prosesi prinsiplərinə dayanan mühakimə icraatı qurmalıyıq. Bu, hər hansı bir 
prosesin - istər mülki cinayət, istərsə də inzibati və konstitusion prosesin əsas özəyi olmalıdır.  
Çox  təəssüf  ki,  üçüncü  hakimiyyətin  baĢında  dayananlar  qarĢılarında  qoyulmuĢ  vəzifələri 
gerçəkləĢdirə  biləcək  səviyyədə  səriĢtəli  olmadıqlarına  görə  prezidentin  də,  sədrin  də 
söylədikləri Ģirin arzu olaraq qaldı.  
Bəy "dövlət quruculuğu ili" elan etdiyi 1993-də vəzifəsinin öhdəsindən gələ bilməyən bir çox 
dövlət  qurumlarının,  nazirliklərin  baĢçılarını  dəyiĢmək  niyyətindəydi  və  onların  içərisində  Ali 
Məhkəmənin  sədri  də  vardı.  (Bunu  T.Kərimli  aradan  6  il  keçəndən  sonra  "Yeni  Müsavat" 
qəzetində boynuna aldı. Bu etiraf T.Kərimlinin Elçibəyə 6 illik hücumlarının baĢlıca səbəbini də 
üzə çıxardı). 
Bəy  ġərq  ölkələriylə  əlaqələrimizin  inkiĢafını  da  gözdən  qaçırmırdı.  4  martda  Türkiyənin 
ekologiya naziri Doğancan Akyürəklə görüĢən prezident martın 5-ində Yaponiyanın Rusiya və 
Azərbaycandakı  səfiri  Edamura  Sumionu  və  Çinin  Azərbaycandakı  səfiri  Sya  ġuyuanı  qəbul 
edərək  bu  ölkələrlə  əməkdaĢlığımızın  perspektivlərinə  toxundu.  Sonuncu  dövlətlə 
münasibətlərə  Elçibəyin  özəl  yanaĢması  vardı.  Bu,  əsl  türk  milliyyətçisi  olan  bir  prezidentin 
yanaĢmasıydı. 
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin