Aqrar sektorda uçotun təşkili və alternativ maliyyələşmə



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix16.04.2020
ölçüsü0,64 Mb.
#30863
1   2   3   4
Aqrar sektorda uçotun təşkili və alternativ maliyyələşmə


 

7.5. Digər maliyyə alətləri 

Lizinq:  Faizsiz  bank  institutları  əvvəlki  yarım  başlıqlarda 

göstərilən  maliyyə  xidmətləri  ilə  yanaşı  öz  müştərilərinə  digər 

məhsullar  da  təqdim  edirlər.  Bu  xidmətlər  içərisində  fərqlənən 

məhsul növündən biri də icarə (leasing)–dir. Ənənəvi bankçılıqda da 

lizinqdən geniş istifadə olunur.  

Klassik  iqtisadi  yanaşmaya  görə  icarə  -  razılaşmanın 

formasından,  istifadə  qaydasından,  tərəflərin  kimliyindən  asılı 

olmayaraq  mülkiyyətin  öz  sahibinin  sərəncamında  qalması  yolu  ilə 

mənfəətindən  yararlanmaq  metodudur.  Müasir  dövrdə  icarə 

müqavilələrinin  formasından  asılı  olaraq  onun  mülkiyyətçisinin 

dəyişməsi də baş verə bilir. 

Lizinqin  tarixi  inkişafı.  Tarixi  faktlara  əsasən  ilk  Lizinq 

anlaşması 1846-cı ildə İngiltərədə musiqi alətləri satan bir firmanın 

pianonu  bu  üsulla  (yəni  Lizinqlə)  satmasıyla  baş  tutmuşdur.  Daha 

sonra  İngilis  Dəmir  Yolları  Şirkəti  kömür  və  daş  mədənlərində 

istifadə  etmək  üçün  vaqonları  icarəyə  götürərkən  Lizinq  maliyyə 

alətindən istifadə etmişdir.  



 

 

40 



Orta  Şərqdə  isə  Lizinq  maliyyə  alətindən  ilk  dəfə  İslam  İnkişaf 

Bankı (İİB) tərəfindən 1977-ci ildə tətbiq edilmişdir. Bununla yanaşı 

1984-cü ildə isə ilk dəfə Misirdə bu üsulun tətbiqinə başlanmışdır. 

Qeyd  edək  ki,  ABŞ-da  lizinq  xidmətindən  1950-ci  illərdən 

iqtisadiyyatın  müxtəlif  sahələrində  avadanlıqlara  olan  ehtiyacın 

qarşılanması məqsədilə geniş istifadə olunur.

16

 

Lizinqin  faizsiz  maliyyələşmədə  tətbiqi.  Lizinq  qısa  müddətdə 



bütün  faizsiz  maliyyə  sistemində  tətbiq  olunmağa  başlanmışdır. 

Bunun əsas səbəbi də Lizinqin faizsiz maliyyə sisteminin əsaslandığı 

iqtisadi  prinsiplərə  uyğun  gəlməsi  idi.  Həmçinin,  bu  alətin  ardıcıl 

olaraq İslam  İnkişaf Bankı,  İordaniya İslam Bankı  və Türkiyə Özəl 

Finans  Qurumları  tərəfindən  tətbiqi  bunun  digər  Yaxın  Şərq 

ölkələrində yayılmasına gətirib çıxarmışdır.  

Lizinqin  spesifik  xüsusiyyətlərindən  biri  də  onun  kənd 

təsərrüfatında  geniş  tətbiq  imkanlarının  olmasıdır.  Burada  əksər 

Aqrar  ölkələrdə  kənd  təsərrüfatı  maşınlarının,  avadanlıqlarının 

Lizinq  yolu  ilə  icarəyə  götürülməsinin  çoxlu  sayda  nümunələrini 

göstərmək olar. 

Faizsiz bankçılıqda da bundan geniş istifadə olunaraq burada iki 

tərəf  arasında  Lizinq  müqaviləsi  bağlanır.  Bank  müqavilədə  hər 

hansı  bir  avadanlığa  (daşınan  və  daşınmaz  əmlaka)  sahib  qismində 

çıxış edir, müqavilənin ikinci tərəfində isə ondan istifadə hüququnu 

əldə edən dayanır.  

Lizinq müqaviləsinin müddəti lizinqə verilən avadanlığın istismar 

müddətinə  görə  müəyyən  edilr.  Demək  olar  ki,  əksər  hallarda  bu 

müqavilələr  5-15  illiyinə  bağlanır.  Lizinq  xidmətindən  kənd 

təsərrüfatında,  tibb  sahəsində,  tikinti  sektorunda  və  s.  bu  kimi 

                                                           

16

 Yrd. Doç. Dr. İsmayıl Özsoy / Özəl Finans Kurumları, İstanbul, 1997, 



səh. 152

 


 

 

41 



sahələrdə  geniş  istifadə  olunur.  Burada  başlıca  məqsəd  sahibkarlıq 

fəaliyyəti ilə məşğul olan şəxslərin və ya şirkətlərin müasir texnoloji 

avadanlıqlardan istifadəsini asanlaşdırmaqdan ibarətdir.  

Lizinq  xidmətinə  misal  olaraq,  beton  zavodunun  sahibi 

pompalama  avadanlığına  ehtiyac  duyur.  Lakin,  onun  qiyməti  300 

min.  manat  olduğu  üçün  onu  əldə  edə  bilmir.  Bu  zaman  lizinq 

şirkətinə müraciət edir və onunla Pompalama maşını üçün müqavilə 

bağlayır. Lizinq edən şirkət bu zaman həmin avadanlığın qiymətini, 

istismar  müddətini,  müəssisənin  gəlirini  və  s.  göstəricələri  nəzərə 

alaraq  uzun  müddətliyinə  lizinqə  götürənə  verir.  Amma,  bu  zaman 

lizinqə  verilmiş  avadanlıq  Lizinq  şirkətinin  mülkiyyətində  qalır. 

Razılaşdırılmış  müddət  bitdikdən  sonra  avadanlıq  yenidən  Lizinq 

şirkətinə qaytarılır.  

Bu  formada  olan  xidmət  növü  sərmayəsi  az  olan  kiçik 

müəssisələrə,  fərdi  sahibkarlara  lizinq  xidmətindən  istifadə  etməklə 

öz  biznesi  üçün  lazım  olan  avadanlığı  asan  əldə  etmək  imkanını 

yaradır.  

Lizinq-satınalma  (Hire-purchase):  Qeyd  edək  ki,  bu  tip 

razılaşma  lizinqə  götürən  şirkətin  və  şəxsin  əldə  etdiyi  avadanlığı 

tədricən  öz  mülkiyyətinə  keçirməsi  sövdələşməsidir.  Lizinq-

satınalma  xidmətində  şirkət  lizinqə  verən  müəssisə  ilə  avadanlığın 

kirayə  götürülməsi  ilə  yanaşı  alınması  haqqında  da  müqavilədə 

razılaşmalar  aparır.  Nəticədə  icarədar  avadanlığın  həm  kirayəsini 

həm  də  dəyərini  aylar  üzrə  hissə-hissə  lizinq  şirkətinə  ödəyərək  bir 

müddətdən  sonra  həmin  avadanlığa  tam  şəkildə  sahib  olur.  Onu  da 

qeyd  edək  ki,  icarəçi  götürdüyü  avadanlığın  pulunu  hissə-hissə 

ödədikcə buna nisbətən azalana doğru lizinqə görə kirayə haqqını da 

ödəyir. 

 

 



 

 

 

42 



ƏDƏBİYYAT SİYAHISI 

Azərbaycan dilində ədəbiyyat 

 

1.  Quran-i Kərimin tərcüməsi; 

2.  Atakişiyev  Ruslan  Bahyəddin  oğlu  “Bazar  iqtisadiyyatına 

keçid şəraitində kiçik və orta sahibkarlığın investisiya problemləri” / 

dissertasiya işi, İqtisad Universiteti nəşriyyatı, Bakı – 2007;   

3. Atakişiyev Ruslan Bahyəddin oğlu Faizsiz Bankçılığa Giriş // 

monoqrafiya, 

“Nurlar” 

Nəşriyyatı, 

Bakı 


– 

2011;  


          4.  Bayramov  Əvəz  İslam  oğlu  İslamda  sosial-iqtisadi 

münasibətlər  //  monoqrafiya,  İqtisad  Universiteti  nəşriyyatı,  Bakı  – 

2000; 

5.  Meybullayev  Məhəmmədhəsən  Xanlar  oğlu  İslam 



İqtisadiyyatı // monoqrafiya, Ünsiyyət nəşriyyatı, Bakı – 2001; 

6. Radil Fətullayev, İbad İbadov, Fərid Abbaslı Mühasibatlığa 

Dair  Məsələlər  Toplusu  //  “Nurlar”  Nəşriyyat  Poliqrafiya  Mərkəzi, 

Bakı – 2015; 

7. Radil Fətullayev Beynəlxalq Mühasibatlığa Giriş // “Nurlar 

Nəşriyyat Poliqrafiya Mərkəzi, Bakı – 2017; 

8.  Sadıqov  Elnur  Məmməd  Oğlu  Bank  Əməliyyatları  // 

monoqrafiya, “Azərbaycan” Nəşriyyatı, Bakı-2010; 

9.  Əvəz  Bayramov,  Atakişiyev  Ruslan  Bahyəddin  oğlu  

“Azərbaycanda  Faizsiz  maliyyə  bazarının  inkişaf  perspektivləri” 

mövzusunda keçirilən beynəlxalq simpoziumun Məqalələr Toplusu // 

“İqtisad Universiteti” Nəşriyyatı, Bakı – 2012;   

 

 

 



 

 

 



 

 

 



 

 

43 



Türk dilində ədəbiyyat 

 

1.  Ahmet  ez-Zerka  M.,  Muhammed  Abdülaziz  en-Neccar  A., 

İslam düşüncesinde ekonomi, banka və sigorta / çeviren: Hayreddin 

Karaman, İZ Yayınçılık, İstanbul – 2003; 

2.  Cengiz  Kallek  İslam  İktisat  Düşüncesi  Tarihi  //  Klasik 

yayınları, İstanbul – 2004; 

3.  Cihangir  Akın  Faizsiz  Bankacılık  ve  kalkınma  //  Kayıhan 

yayınevi, İstanbul – 1986; 

4.  Prof.Dr.  Ercan  Bayazitli,  Prof.Dr.  Orhan  Çelik,  Prof.Dr. 

Kadir Gürdal Genel Muhasebe // Desen Ofset A. Ş. , Ankara – 2015; 

5.  Hüseyin  Tunç  Katılım  Bankacılığı  felsefesi,  teorisi  ve 

Türkiye uygulaması //  “NESİL” neşriyyatı, Türkiye – 2010; 

6. Huseyn Tunç Katılım Bankacılığı // Nesil yayınları, İstanbul 

– 2010; 


7. İsmayıl Özsoy Özel Finans Kurumları // İstanbul – 1997; 

8.  Mehmet  Bulut    İslam  Ekonomisi  ve  Finansı  Dergisi  // 

TevfikBey Mah. Halkalı Cad.No: 162/7, Türliye – 2015; 

9. Mehmet Tevfik Evren Faiz Hukuku // İstanbul – 1987;  

10.  Prof.  Dr.  Nalan  Akdoğan,  Doç.  Dr.  Rafet  Aktaş,  Doç.  Dr. 

Ali Deran, Yrd. Doç. Dr. Deniz U. Erhan, Yrd. Doç. Dr. Vedat Acar 

Sektörel Muhasebe // Özbaran Ofset Matbaacılık, Ankara, Temmuz, 

2011; 


11.  Prof.  Dr.  Niyazi  Berk  Finansal  Yönetim  //  Avcı  Ofset 

Matbaacılık, Türkmen kitabevi – 2015; 

12.  Prof.  Dr.  Servet  Bayındır  İslami  Finans  (Para  ve  Sermaye 

Piyasaları) // Süleymaniye Vakfı Yayınları, 2015; 

13.  Servet  Bayındır  Faizsiz  Bankacılık  //  Rağbet  yayınları, 

İstanbul – 2005; 

14. Türkiye Katılım Bankacılığı Strateji Belgesi 2015 - 2025 // 

Erkam Matbaası, İstanbul, Mart 2015; 

15. Dr. Yahya Abdurrahman İslamda Bankacılık ve Finansman 

// Elma Matbaası, İstanbul – 2015 



 

 

44 



Rus dilində ədəbiyyat 

 

1.  Кулиев  Р.А.  Регулирование  инвестиционной  деятельнос-

ти / учебное пособие, полиграфия СБС, Баку – 2008; 

2.  Лапуста  М.Г.,  Поршнев  А.Г.,  Старостин  Ю.Л.,  Скамай 

Л.Г. Предпринимательство / учебник, Москва, Инфра-М – 2001; 

3.  Мухаммад  Булгари  Развитие  Исламских  банков  на фоне 

мирового кризиса /Islam house – 2008. 

 

 

İngilis  dilində ədəbiyyat 

 

1.  Abdullah  Saeed  Islamic  Banking  and  Interest  //  E.J.  BRILL 

LEIDEN, New York – 1996; 

2.  Ausaf  Ahmad  Instruments  of  Regulation  and  Control  of 

Islamic  Banks  by  the  Central  Banks  //  Islamic  Development  Bank, 

Jeddah – 2000; 

3. Accountıng, Audıtıng and Governance Standards For Islamıc 

Financıal Instıtutıons  1431 H – 2010 // Public Library registration

4.  Islamic  Finance  for  Asia:  Development,  Prospects,  and 

Inclusive Growth // Asian Development Bank, Co-publication of the 

Asian Development Bank and the Islamic Financial Services Board – 

2015; 


5. Sharı’a Standards For Islamic Financial Instıtuıons 1432 H – 

2010 // Public Library resgistration; 

6. Mabid Ali Al-Jarhi, Munawar Iqbal Islamic Banking: answers 

to some frequently asked questions // Jeddah – 2001;  

7.  Mahmoud  A.  El-Gamal  İslamic  Finance  Law,  Economics, 

and Practice // Cambridge University press, New York, NY – 2007; 

8.  Mohammad  Nejatullah  Siddiqi  Riba,  Bank  Interest  and  the 

Rationale of its Prohibition // Jeddah – 2004; 



 

 

45 



9.  Jumad  Thani  36  years  in  the  Service  of  Development  / 

Islamic Development Bank, Jeddah – 2010; 

10.  Zamir  İqbal  and  Abbas  Mirakhor,  “An  introduction  to 

Islamic  Finance”  Theory  and  Practice,  John  &  Sons  (Asia)  Ltd. 

2007; 

 

 



Elektron  portallar 

 

1.  www.economy.gov.az 

2.  www.mfa.gov.az 

3.  www.imf.org 

4.  www.isdb.org 

5.  www.oic.org 

6.  www.irti.org 

 

 



 

 

46 



İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi

 

Ünvan: Mirəli Seyidov küç., 41, mənzil 2 



Telefonlar: 

+99412 432 71 75

+99450 531 03 81



 

Sayt: 


www.ser.az

 

Email: 



office.iroib@gmail.com

 

 



 

Azərbaycan Respublikasının Prezidenti yanında  

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  

“QHT Nəşriyyatı”nda çap edilmişdir. 

Çapa imzalanmışdır: 20.09.2017 

Tiraj: 100  Format: 64x90, 1/16, 48 səh. 

 

"QHT NƏŞRİYYATI" 



Bakı şəh., Bakıxanov qəs.,Telman küç.,6 

 E-mail: qhtnesriyyati@gmail.com 

Tel.:  (+99412) 429 87 85 

 

 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin