Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


 Ö lçmə vasitələrinin dövlət sınağı



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   45
Azf-295386


6.4.2. Ö

lçmə vasitələrinin dövlət sınağı 

vlət metroloji nəzarətinin fəaliyətinin təsir dairəsində ölçmə 



vasitələri  məcburi  sınağa  uğradılır  və  onların  tipləri  təsdiq  edilir. 

Ö

lçmə vasitələrinin sınağının və tiplərinin təsdiq edilməsi qaydaları 



aşağıdakıları əhatə edir: 

  ö



lçmə vasitələrinin tiplərinin təsdiq edilməsi məqsədi ilə, 

onların sınağının aparılması; 



251 

 

  ö



lçmə  vasitəsinin  tipinin  təsdiq  edilməsi  Dövlət  metroloji 

sisteminin hü

quqi aktıdır və onun ölkədə seriyalı istehsal üçün yararlı 

olduğunu tanımaqdır; 

 ö

lçmə vasitəsinin tipinin təsdiq edilməsi, ona dövlət qeydiyatı 



və uyğun sertifikatın verilməsi üçün qərarın qəbul edilməsi; 

  ö


lçmə  vasitəsinin  təsdiq  edilmiş  tipə  uyğunluğunun  sınağı; 

Ö

lçmə  vasitəsinin  (ÖV)  təsdiq  edilmiş  tipə  uyğunluğu  Dövlət 



metroloji  sisteminin  hüquqi  aktıdır  və    seriya  ilə  buraxılan  ölçmə 

vasitəsinin əvvəl təsdiq edilmiş tipə uyğun olduğunun tanınmasıdır; 

  xarici  ö

lkələrin  səlahiyətli  orqanları  tərəfindən  ölçmə 

vasitələrinin sınaqlarının nəticələrinin, yaxud təsdiq edilmiş tiplərinin 

tanınması; 

  öl

çmə  texnikası  istehlakçılarının  məlumatlandırılması 



xidmətlərinin yerinə yetirilməsi. 

stərilən  sınaqlar  uyğun  dövlət  metroloji  təşkilatları 



tərəfindən yerinə yetirilir. 

Ö

lçmə  vasitələrinin  tiplərinin  təsdiq  edilməsi  məqsədi  ilə 



aparılan sınaqlar aşağıdakıları əhatə edir: 

 

texniki sənədlərə baxış; 



 ö

lçmə vasitələrinin eksperimental tədqiqi; 

 

sınaqların nəticələrinin qeyd edilməsi. 



Ö

lçmə  vasitələrinin  tipinin  təsdiq  edilməsi  Azərbaycan 

Respublikasının Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət 

Komitəsi tərəfindən həyata keçirilir. Ölçmə vasitəsinin təsdiq edilmiş 

hər  bir  nüsxəsinə  və  istismar  sənədlərinə,  təsdiq  edilmə  işarəsi 

vurulur. 

Ö

lçmə  vasitəsinin  təsdiq  edilmiş  tipə  uyğunluğunun  sınağı 



aşağıdakı hallarda aparılır: 

 

istehlakçılardan, xaricə göndərilən və  yaxud istehsal olunan 



ö

lçmə  vasitələrinin  keyfiyyətinin  aşağı  düşməsi  barədə  məlumatlar 

daxil olduqda; 

  ö


lçmə  vasitələrinin  konstruksiyalarına  və  texnologiyalarına 

dəyişikliklər  edildikdə,  onların  metroloji  xarakteristikalarının 

dəyişməsində; 

 ö


lçmə  vasitəsinin tipinin təsdiq edilməsi  sertifikatının təsir 

vaxtı keçdikdə. 



252 

 

Sınağın nəticələri barədə akt tərtib olunur və  müvafiq təşkilata 



ndərilir. 

 

6.4.3. Ö

lçmə vasitələrinin yoxlanması 

Ö

lçmə vasitələrinin yoxlanması kimi, eksperimental yolla tə-

yin edilmiş metroloji xarakteristikalar əsasında Dövlət metroloji xid-

mət  (digər  səlahiyyətli  təşkilatlar)  orqanları  tərəfindən  ölçmə  va-

sitələrinin istifadə üçün yararlığının və onların təyin edilmiş məcburi 

tələblərə cavab verməsinin müəyyənləşdirilməsi başa düşülür. 

vcud qanunvericiliyə görə dövlət metroloji nəzarətindən və 



yoxlanmasından keçən ölçmə vasitələri istehsaldan buraxılma, təmir, 

xaricdən  gətirilmə  və  istismar  zamanı  yoxlanılmalıdırlar.  Yoxlama, 

sınağın  nəticələrinə  görə  təsdiq  edilmiş  normativ  sənədlərə  uyğun 

aparılır. 

Yoxlamanın nəticələri aşağıdakılardır: 

 ö


lçmə vasitəsinin tətbiq üçün yararlı olduğunu sübut etmək; 

Bu  halda onun və texniki sənədin üzərinə yoxlama damğası vurulur 

və yoxlama şəhadətnaməsi verilir. 

Y

oxlama damğası-müəyyənləşdirilmiş formaya malik işarədir. 

Ö

lçmə  vasitəsinin  üzərinə  vurulur.  Onların  istifadəyə  yararlığını 



sübut edir. 

 ö


lçmə vasitəsinin istifadə üçün yararsız olduğunu sübut edir. 

Bu  halda  yoxlama  damğası,  yoxlama  Şəhadətnaməsi  ləğv  edilir  və 

yararsızlıq haqqında Şəhadətnamə verilir. 

Ö

lçmə  vasitələri  ilkin, dövrü, növbədən  kənar,  müfəttiş  və 



ekspert yoxlamalarına uğradılır. 

İlkin  yoxlama,  ölçmə  vasitəsinin  istehsaldan  buraxılması  za-

manı,  yaxud  təmirdən  sonra,  həmçinin  ölçmə  vasitəsinin  xaricdən 

partiyalarla gətirilməsi zamanı həyata keçirilir. Bu halda ölçmə vasi-

təsinin hər bir nüsxəsi yoxlamaya uğradılır. 



Dövrü yoxlama, 

təyin  edilmiş  vaxt  müddətinə  (yoxlamalar 

arası interval) görə yerinə yetirilir. Bu yoxlamaya istismarda, yaxud 

saxlanma yerində olan ölçmə vasitələri uğradılır.  Dövrü yoxlamaya 

ö

lçmə  vasitəsinin  hər  bir  nüsxəsi  uğradılmalıdır.  Belə  yoxlamanın 



birinci  intervalı  ölçmə  vasitəsinin  tipini  təsdiq  edərkən 

253 

 

müəyənləşdirilir.  Sonrakı  intervallar  müəyyən  meyarlar  nəzərə 



alınmaqla təyin edilir. 



vbədənkənar yoxlama, ölçmə vasitəsinin dövrü  yoxlanma 

müddəti  başa  çatmamışdan  qabaq  yerinə  yetirilir.  Bu  aşağıdakı 

hallarda baş verir: 

 

yoxlama  damğasının  işarəsi  korlandıqda,  yaxud  yoxlama 



Şəhadətnaməsi itirildikdə; 

  ö


lçmə  vasitəsini  uzun  müddətli  saxlanmasından  (bir 

yoxlamalar  arası  intervaldan artıq)  sonra  istismara  buraxılması 

zamanı; 

 

məlum  yaxud,  ehtimal  edilən  zərbənin  təsirindən  və  yaxud 



onun qeyri qənaətbəxş işləməsindən sonra təkrar sazlamanın  yerinə 

yetirilməsi vaxtı; 

 

yoxlamalararası intervalın yarısına bərabər müddət keçdikdən 



son

ra realizə edilməyən ölçmə vasitəsini istehlakçıya göndərərkən; 

 

yoxlamalararası intervalın yarısına bərabər müddət keçdikdən 



sonra ö

lçmə vasitəsini komplektləşdirici kimi istifadə edərkən. 



Müfəttiş  yoxlaması,  metroloji  xidmət  orqanları  tərəfindən, 

ö

lçmə vasitələrinin vəziyyəti və tətbiqi ilə əlaqədar dövlət nəzarətini, 



yaxud  sahə  yoxlamasını  həyata  keçirmək  üçün  tətbiq  edilir.  Belə 

yoxla


malar  adətən  tam  həcmdə  yerinə  yetirilmir.  Yoxlamanın 

nəticələri aktlaşdırılır. 



Ekspert  yoxlamaları,  metroloji xarakteristikalarla  ölçmə 

vasitəsinin saz olması və tətbiq etmək üçün  yararlı olması ilə bağlı 

mübahisəli  məsələlər  yarandıqda  yerinə  yetirilir.  Bu  yoxlamaları 

vlət  metroloji  xidməti  maraqlı  tərəflərin  yazılı  tələbindən  sonra 



həyata  keçirir.  Ölçmə  vasitələrinin  yoxlamaya  təqdim  edilməsi 

qaydalarını Azərbaycan Respublikası Metrologiya, Standartlaşdırma 

və  Patent  üzrə  Dövlət  Komitəsi  təyin  edir.  Ekspert  yoxlaması 

aşağıdakı məsələləri əhatə edir: 

 

işlərin  dövrülüyünü    (yoxlamalararası  intervalların  təyin 



edilməsi)  İSO  10012, MT 2187-92, MT1872-88-ə  görə  təyin 

edilməsi; 

 

işlərin  yerinə  yetirilməsi  metodikalarının  işlənməsinin  və 



sənədləşdirilməsinin təlimatlara uyğun həyata keçirilməsi; 

254 

 

 



aparılan  işlərin  nəticələrini  əks  etdirən  uyğun  protokoların 

yazılması. 

 Ö

lçmə vasitələrin yoxlanması ilə bağlı sənədlərin qorunması 



və istifadə edilməsinin təşkili. 

Yoxlama  zamanı  təyin  edilən  əsas  metroloji  xarakteristika 

xətadır. O, yoxlanılan ölçmə vasitəsinin göstəricisi ilə daha dəqiq işçi 

etalonun müqayisəsi əsasında müəyyənləşdirilir: 

  

dəqiq  yoxlama  cihazının  iştirakı  ilə,  daha  dəqiq  ölçü  ilə 



tutuşdurmaqla (qarşı-qarşıya qoyma, yaxud əvəz etmə metodları ilə); 

Ö

lçmə vasitələrinin yoxlanılmasının verilmiş metodları üçün ümumi 



stərici, müqayisə edilən kəmiyyətlərin ölçülərinin fərqinin olması 

haqqinda  siqnalların  yaranmasıdır.  Əgər  bu  siqnallar  nümunəvi 

ö

lçülərin  seçilməsi  yolu  ilə  sıfıra  gətirilirsə,  onda  sıfır  ölçmə 



metodundan i

stifadə edilir. 

  ö

lçü ilə əks edilən kəmiyyətlərin  etalon ölçmə vasitələri ilə 



ö

lçülməsi  yolu  ilə.  Belə  yoxlama  çox  halda  dərəcələrə  bölmə 

adlandırılır.  Dərəcələrə  bölmə  kimi  işçi  etalonun  uyğun  göstərici-

lərinin  qeyd  etmə  şkalasına  köçürülməsi,  yaxud  onun  yoxlanılan 

ö

lçmə  vasitəsinin  şkalalarına  köçürülmüş  işarələrə  uyğun  olan 



kəmiyyətlərin  dəqiqləşdirilmiş  qiymətlərinin  göstəricilərinə  görə 

müəyyənləşdirilməsi başa düşülür; 

 

daha    dəqiq  ölçü  ilə  dəstdə  olan  yalnız  bir  ölçü, yaxud 



çoxqiymətli  ölçünün  işarətlərindən  biri  tutuşdurulduqda  və  digər 

ö

lçülərin həqiqi qiymətləri müxtəlif tərtiblərdə müqayisə cihazların-



da  ö

lçmənin  nəticələrinin  sonrakı  emalından  sonra  müəyyənləş-

dirildikdə, kalibrləmə üsulunun yerinə yetirilməsi yolu ilə. 

Ö

lçmə  cihazlarının  yoxlanması  aşağıdakı  metodlarla  yerinə 



yetirilir: 

  ö


lçülən  kəmiyyətlərin,  uyğun  dərəcəyə,  yaxud  dəqiqlik 

sinfinə  malik  işçi  etalonlarda  əks  etdirilən  kəmiyyətlə  birbaşa 

müqayisə  metodu  ilə;  Ölçmənin  nəticələri  ilə,  ona  uyğun  gələn 

etalonun  ö

lçüsü  arasındakı  ən  böyük    fərq  cihazın  əsas  xətası 

adlandırılır. 

 

eyni bir kəmiyyəti ölçərkən,  yoxlanılan və etalon cihazların 



stəricilərinin  birbaşa  tutuşdurulması  metodu  ilə.  Onların 



255 

 



stəricilərinin  fərqi  yoxlanılan  ölçmə  vasitəsinin  mütləq  xətasına 

bərabərdir. 

Yoxlamada vacib məsələlərdən biri etalon və yoxlanılan ölçmə 

vasitələrinin  xətalarının  nisbətidir.  Adətən  bu  nisbət  1:3-ə  bərabər 

türülür  (əhəmiyyətsiz  dərəcədə  kiçik  xətalar  olduqda).  Əgər 



yoxlamaya düzəlişlər daxil edilmirsə, onda etalon ölçmə vasitələrini 

1:5 nisbətində götürürlər. 

Metroloji  xidmətin  akkreditasiyası  aşağıdakı  mərhələləri 

nəzərdə tutur: 

 

metroloji  xidmət  tərəfindən  təqdim  edilmiş  sənədlərin 



ekspertizası; 

 

Azərbaycan  Respublikası  Metrologiya,  Standartlaşdırma  və 



Patent üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya 

tərəfindən metroloji xidmətin attestasiyası; 

 

ekspertizanın  nəticələrinə  görə  akkreditasiya  haqqında 



qərarın qəbul edilməsi; 

 

Azərbaycan  Respublikası  Metrologiya,  Standartlaşdırma  və 



Patent  üzrə  Dövlət  Komitəsi  tərəfindən  akkreditasiya  haqqında 

attestatın rəsmiləşdirilməsi, qeydiyyatı və verilməsi.            

Akkreditasiya  olunmuş  metroloji  xidmət  aşağıdakılara  malik 

olmalıdır: 

 

müvafiq qaydada tərtib olunmuş əsasnaməyə



 

təyin edilmiş qayda üzrə yoxlayıcı kimi attestasiyadan keçmiş 

ixtisasçı və təcrübəli işçilərə; 

 

normativ sənədlərin tələblərinə cavab verən işçi sahəsinə və 



ətraf mühitə; 

 

yoxlamanı  həyata  keçirmək  üçün  vacib  olan  yoxlama 



etalonlarına və digər köməkçi avadanlıqlara; 

 

yoxlamanın  sənədləşdirilmiş  metodikasına  və  qaydalarına, 



ö

lçmə  məlumatlarının  emalına  və  istifadəsinə,  həmçinin 

aktuallaşdırılmış normativ sənədlərə; 

 

yoxlama  işlərinin  aparılması  keyfiyyətinin  menecment 



sisteminə; 

 

yoxlamaya  daxil  olmuş  ölçmə  vasitələrinin  qəbul  edilməsi, 



saxlanması və qaytarılmasının sənədləşdirilmiş qaydalarına; 

256 

 

 



yoxlamanın  nəticələrinin  qeyd  edilməsi,  istifadəsi  və 

saxlanması sisteminə. 

Akkreditasiyadan  keçmiş  metroloji  xidmətin  aşağıdakı 

hüquqları vardır: 

 

akkreditasiya  attestatında  müəyyənləşdirilmiş  çərçivədə 



yoxlamanı  həyata  keçirmək,  yoxlama  haqqında  Şəhadətnamə 

vermək, yoxlanılan ölçmə vasitəsinə damğa vurmaq, yaxud yoxlama 

damğalarını ləğv etmək; 

 

yoxlamalararası  intervala  düzəlişlər  etmək  üçün  təkliflər 



işləmək; 

 

metroloji  xidmətin  məsələlərini  reqlamentləşdirən  normativ 



sənədlərin  işlənməsində  və  onlara  düzəlişlər  edilməsində  iştirak 

etmək. 


Azərbaycan  Respublikası  Metrologiya,  Standartlaşdırma  və 

Patent  üzrə  Dövlət  Komitəsi  akkreditasiya  olunmuş  metroloji 

xidmətin fəaliyyətinə dövri müfəttiş nəzarəti həyata keçirir. 

 

İki növ attestasiya həyata keçirilir: ilkin və dövri ( hər 5 ildən 



bir). Attestasiyaya, yoxlama işlərində böyük təcrübəyə malik, xüsusi 

ha

zırlığı olan şəxslər buraxılırlar. Attestasiya, yüksək ixtisaslı mütə-



xəssis-metroloqlardan  təşkil  olunmuş  komissiya  tərəfindən  həyata 

keçirilir. 

 

6.4.4. Ö

lçmə vasitələrinin kalibrlənməsi 

vlət  metroloji  nəzarəti  məcburi  olmadıqda  ölçmə  va-



sitələrinin  metroloji  sazlığını  təmin  etmək  üçün    kalibrləmədən 

istifadə  edilir.  Kalibrləmə  (kalibrləmə  işi)  dövlət metroloji 

nəzarətinə  və  yoxlamasına  aidiyyatı  olmayan  ölçmə  vasitələrinin 

həqiqi  metroloji  xarakteristikalarını  müəyyənləşdirməsi  və  sübut 

edilməsi,  həmçinin  istifadə  üçün  yararlığının  təyin  olunması  üçün 

yerinə yetirilən əməliyyatların məcmuudur. 

Kalibrləmə fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: 

 

hüquqi  şəxslərin  metroloji  xidmətlərinə  kalibrləmə  işini 



yerinə  yetirmək  səlahiyyətini  verən  orqanların  qeydiyyatdan 

keçirilməsi; 

 

kalibrləmə işini yerinə yetirmək hüququ vermək üçün xüsusi 



şəxslərin metroloji xidmətlərinin akkreditasiyası; 

257 

 

   ö



lçmə vasitələrinin kalibrlənməsi; 

 

kalibrləmə  sisteminin  əsas  prinsipi  və  qaydalarını 



müəyyənləşdirmək, onun fəaliyyətinin təşkilati, metodiki və məlumat 

təminatını həll etmək; 

 

kalibrləmə  işinin  yerinə  yetirilməsinə  verilən  tələblərin 



zlənməsinə müffətiş nəzarətini həyata keçirmək. 

Kalibrləmə sisteminin mərkəzi orqanları aşağıdakı funksiyaları 

yerinə yetirirlər: 

 

kalibrləmə  sisteminin  əsas  prinsiplərini  və  qaydalarını 



müəyyənləşdirir; 

 

akkreditasiya orqanlarının qeydiyyatı haqqında qərar çıxarır; 



 

onların fəaliyyətinə nəzarəti həyata keçirir; 

 

akkreditasiyanın nəticələrinə görə apelyasiyalara baxır; 



 

başqa  ölkələrin  kalibrləmə  xidmətləri  və  beynəlxalq 

kalibirləmə ittifaqları ilə qarşılıqlı fəaliyyət göstərir. 

Kalibrləmə  sisteminin  elmi  metodiki  mərkəzinin  əsas 

məsələləri aşağıdakılardır: 

  ö


lkədə  kalibrləmə  sisteminin  fəaliyyətini  reqlamentləşdirən 

normativ sənədlərin işlənməsi; 

 

kalibrləmə sisteminin reyesterini aparmaq; 



 

akkreditasiya  orqanlarının  qeydiyyatı  sənədlərini,  mərkəzi 

kalibrləmə sistemi orqanına təsdiq etmək üçün hazırlamaq və təqdim 

etmək, onların yoxlanılmasında iştirak etmək; 

 

layihələrin işlənməsinin təşkili və koordinasiyası, kalibrləmə 



metodlarının ekspertizası və attestasiyası; 

 

normativ  sənədlər  və  kalibirləmə  fəaliyyəti  üçün  məlumat 



bazalarının yaradılması; 

 

kalibrləmə sisteminin məsələləri ilə əlaqədar  məsləhətləşmə 



fəaliyyətini həyata keçirmək; 

 

kalibrləmə  işləri  sahəsində  kadrların  ixtisaslarını  artırmaq 



üçün tədbirlər həyata keçirmək. 

vlət  metroloji  xidmətlərin,  akkreditasiya  orqanlarının  və 



digər uyğun xidmətlərin rəhbərlərindən kalibrləmə sisteminin Şurası 

yar


adılır.  Bu Şura aşağıdakı  fəaliyyətləri həyata keçirir: 

 

kalibrləmə  sisteminini  əsas  prinsiplərinə  uyğun  təkliflər 



hazırlayır; 

258 

 

 



kalibrləmə  sahəsində  qanunvericilik  və  normativ  aktların 

layihələrinə baxır, onların dəyişdirilməsi üçün təkliflər hazırlayır; 

 

kalibrləmə  sahəsində  elmi-tədqiqat  işlərinin  aparılmasının 



əsas istiqamətini müəyyənləşdirir; 

 

kalibrləmə sistemində iqtisadi və maliyyə məsələlərinə baxır. 



Kalibrləmə sisteminin akkreditləşdirici orqanının əsas məsələ-

ləri aşağıdakılardır: 

 

metroloji xidmətin akkreditasiyasının keçirilməsi; 



 

müfəttiş nəzarətini həyata keçirmək. 

Kalibrləmə  sisteminin  əsasını  fiziki  şəxslərin  akkreditə 

olunmuş metroloji  sistemləri təşkil edir. 

Kalibrləmə  işini  yerinə  yetirən  təşkilat  aşağıdakılara  malik 

olma


lıdır: 

 

kalibrləmədə tətbiq edilən yoxlanılmış və eyniləşdirilmiş  



kalibrləmə vasitələrinə - etalonlara, quruqlara və digər ölçmə vasi-

tələrinə; Onlar vahidlərin ölçülərini, dölət etalonlarından kalibrləmə 

ö

lçmə vasitələrinə ötürülməsini təmin etməlidirlər. 



 

kalibrləmə  işinin  təşkilini  və  yerinə  yetirilməsini  reqla-

mentləşdirən aktuallaşdırılmış sənədlərə; Bu sənədlərə, akkreditasiya 

sahəsinə,  ölçmə  vasitəsinə  və  kalibrləməyə,  kalibrləmə  sisteminin 

normativlərinə,  kalibrləmə  qaydalarına,  kalibrləmə  məlumatlarının 

istifadəsinə aid olan sənədlər daxildir. 

 

professional səviyyədə hazırlanmış ixtisaslı personala; 



 

normativ tələbələri ödəyən işçi sahəsinə. 

Kalibrləmənin nəticələri ölçmə vasitəsinin üzərinə nəqşlənmiş 

kalibrləmə  nişanı  ilə  təsdiqlənir,yaxud  kalibrləmə  haqqında 

şəhadətnamə verilir və istismar sənədlərinə müvafiq qeydlər edilir. 

Kalibrləmə  laboratoriyasına  verilən  tələblər  İSO/BEK  17025-

2000 də göstərilmişdir. 

 

6.4.5. Ö



lçmə vasitələrinin və sınaq avadanlıqlarının 

 metroloji 

attestasiyası 

Metroloji attestasiya, ö

lçmə  (sınaq)  vasitələrinin,  onların 

metroloji xassələrinin diqqətlə tədqiq edilməsi əsasında istifadə üçün 

(onların  metroloji  təyinatlarını  və  metroloji  xarakteristikalarını 

stərməklə) yararlı olmalarının tanınmasının qanuniləşdirilməsidir. 



259 

 

Metroloji  attestasiyanı  dövlət  sınaqlarına  uğradılmayan  ölçmə 



vasitələri də keçə bilər. 

Ö

lçmə  vasitələrinin  attestasiyasının  əsas  vəzifələri  aşağıdakı-



lardır: 

 

metroloji  xarakteristikaları  müəyyənləşdirmək  və  onların 



normati

v sənədlərin tələblərinə uyğunluğunu təyin etmək

 

yoxlama zamanı nəzarətə uğradılacaq metroloji xarakteristi-



kaların sayını təyin etmək; 

 

yoxlamanın metodikasını sınağa uğratmaq. 



Metroloji attestasiya dö

vlət  və  sahə  metroloji  orqanları 

tərəfindən,  xüsusi  olaraq  işlənmiş  və  təsdiq  olunmuş  proqram 

əsasında  yerinə  yetirilir.  Nəticələr  xüsusi  protokol  şəklində 

sənədləşdirilir.  Müsbət  nəticələr  alındıqda  metroloji  attestasiya 

haqqında  təyin  edilmiş  formada  şəhadətnamə  verilir  və  orada 

müəyyənləşdirilmiş metroloji xarakteristikalar göstərilir. 

Attestasiyanın da  yoxlama kimi ilkin, dövrü və təkrar növləri 

olur. 

İlkin attestasiyaya istismar və lahiyə sənədlərinin ekspertizası, 

sınaq  avadanlığının  texniki  xarakteristikasının  eksperimental  təyini 

və onun istifadə üçün yararlı olduğunu sübut etmək daxildir. 

İlkin attestasiya prosesində aşağıdakılar müəyyənləşdirilir: 

 

xarici təsir faktorlarının və sınaq obyektlərinin iş rejimlərinin 



əks etdirilməsi; 

 

sınaq 



şəraitinin 

parametrlərinin 

normalaşdırılmış 

qiymətlərdən sapması; 

 

işçilərin  təhlükəsizliyinin  təmin  edilməsi  və  ətraf  mühitə 



zərərli təsirin olmaması; 

 

avadanlıqların  dövrü  attestasiyada  yoxlanılacaq  xarakteris-



tikalarının sayı, metodları, vasitələri və onların tətbiqinin dövrülüyü. 

Dövrü attesta

siyanı  sınaq  avadanlığının  istismarı  zamanı, 

onun xarakteristikalarının normativ  sənədlərin tələblərinə uyğunlu-

ğunu  sübut  etmək  üçün  həyata  keçirirlər.  Attestasiyanın  nəticələri 

protokolla sənədləşdirilir. Müsbət nəticə alındıqda avadanlığa müəy-

yənləşdirilmiş  formada  attestat  verilir  və  istismar  sənədlərində 

qeydlər aparılır. 

 


260 

 

6.4.6. Ö



lçmə vasitələrinin sertifikatlaşdırma sistemi 

Sertifikatlaşdırma  sistemi,  uyğunluq  sertifikatlaşdirması 

aparılması  üçün  xüsusi  qaydalara  malik  sistemdir  (İSO/BEK 

2,P.14.1

).  Sertifikatlaşdırma  aparıldıqdan  sonra  verilən  sənədə, 



uyğunluq  sertifikatı  deyilir.  Sertifikatda  məhsulun  lazımi  qaydada 

eyniləşdirilməsi, prosesin və xidmətin konkret standarta, yaxud digər 

normativ sənədə uyğunluğu göstərilir. 

Ö

lçmə vasitələrinin sertifikatlaşdırma sisteminin  əsas     məq-



sədləri ölçmənin vahidliyini təmin etmək, eksporta kömək etmək və 

ö

lçmə  vasitəsinin  rəqabətə  davamlılığını  artırmaqdır.  Göstərilən 



məqsədə  uyğun  olaraq  sertifikatlaşdırma  sistemi  aşağıdakı 

funksiyaları yerinə yetirir: 

  ö

lçmə  vasitəsinin  normativ  sənədlərdə  göstərilən  metroloji 



normalara və tələblərə uyğunluğunu yoxlamaq və təsdiq etmək

 

sertifikatlaşdırılmış  ölçmə  vasitəsinin  təsdiq  edilmiş 



etalonlardan ö

lçüləri ötürmək üçün metod və kalibrləmə vasitələri ilə 

təmin edilməsinin yoxlanılması; 

  ö


lçmə vasitəsinin, sertifikatlaşdırma orqanına müraciət edən 

təşkilatların,  yaxud  vətəndaşların  əlavə  tələblərinə  uyğunluğunu 

yoxlamaq; 

Ö

lçmə  vasitələrinin  sertifikatlaşdırılmasının  təşkili  sistemi, 



mərkəzi orqandan, əlaqələndirici Şuradan, apelyasiya komitəsindən, 

elmi-


metodiki  mərkəzdən,  sertifikatlaşdırma  orqanından,  sınaq 

laboratori

yalarından ibarətdir. 

Sistemin mərkəzi orqanı aşağıdakıları həyata keçirir: 

 

sertifikatlaşdırma  üzrə  işləri  təşkil  edir,əlaqələndirir  və 



me

todiki rəhbərliyi həyata keçirir; 

 

sertifikatlaşdırmanın  əsas  prinsiplərini  və  qaydalarını  təyin 



edir; 

 

sertifikatlaşdırma  üzrə  orqanların  attestasiyasını  və  sınaq 



laboratoriyalarının akkreditasiyasını həyata keçirir; 

 

sertifikatlaşdırma  üzrə  orqan  olmadıqda,  onun  funksiyasını 



həyata keçirir; 

 

sertifikatlaşdırma  üzrə  akkreditə  olunmuş  orqanların 



fəaliyyətinə müfəttiş nəzarətini təşkil edir; 

261 

 

 



sertifikatlaşdırma  məsələləri  üzrə  beynəlxalq  və  xarici 

təşkilatlarla qarşılıqlı hərəkətlər edir; 

 

başqa  ölkələrin  sertifikalaşdırma  orqanlarının  və  sınaq 



laboratoriyarının  akkreditasiya  sənədlərinin,  xarici  sertifikatlarının, 

uyğunluq  nişanlarının,  həmçinin  ölçmə  vasitələrinin  sınaqlarının 

nəticələrinin tanınmasını həyata keçirir; 

 

sistemin qeydiyyatı aparılır. 



Elmi-

metodiki mərkəz aşağıdakıları həyata keçirir: 

 

sistemin  əsas  prinsiplərini,  qaydalarını  və  strukturunu 



hazırlayır; 

 

sertifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının 



akkreditasiyası ilə əlaqədar işləri təşkil edir; 

 

sertifikatlaşdırılmış  ölçmə  vasitələri,  sertifikatlaşdırma 



orqanları, sınaq laboratoriyaları (mərkəzləri) və normativ sənədlərlə 

bağlı məlumat bankını və informasiya təminatını formalaşdırır. 

Məsləhət  şurası  sisteminin  təkmilləşməsi  ilə  bağlı  məsələlər 

üzrə tövsiyyələr hazırlayır. 

Apely

asiya  komitəsi  ölçmə  vasitəsinin  sertifikatlaşdırılması, 



sertifikasiya  orqanlarının,  akkreditasiyası  sınaq  laboratoriyalarının 

ak

kreditasiyası,  yaxud  müffəttiş  nəzarətinin  nəticələri  ilə  bağlı 



narazılıqlara baxır. 

Sertifikatlaşdırma 

üzrə 

orqanın 


əsas 

funksiyaları 

aşağıdakılardır: 

  ö


lçmə  vasitələrinin  sertifikatlaşdırılmasında  istifadə  edilən 

normativ sənədlərin formalaşdırılması və aktuallaşdırılması; 

 ö

lçmə vasitələrinin sınağının keçirilməsinin təşkili; 



 

sertifikatlaşdırma üçün verilmiş sifarişə baxmaq, onlar üçün 

qərar  hazırlamaq  və  sertifikatlaşdırma  aparılarkən  sifariş  verənlə 

birlikdə işləmək; 

 

sinaq laboratoriyasının hər bir konkret sifarişinə görə onunla 



birlikdə sınaqları təşkil etmək; 

 sistemin 

mərkəzi orqanı ilə birlikdə lisenziya razılığı əsasında 

uyğunluq  sertifikatını  sənədləşdirmək,  sistemin  reyestrində  qeyd 

etmək və onu sifarişçiyə vermək; 

  ö


lçmə vasitələrinin xarakteristikalarının stabilliyinə müfəttiş 

nəzarətini təşkil etmək; 



262 

 

 



verilmiş  sertifikatların  və  uyğunluq  nişanlarının  fəaliyyətini 

ləğv etmək və dayandırmaq; 

 

sınaq  laboratoriyasının  işçilərinin  ixtisaslarının  artırılmasını 



və attestasiyasını təşkil etmək. 

Sertifikatlaşdırmanın  aparılması  qaydaları  ümumilikdə 

aşağıdakıları əhatə edir: 

 

maraqlı  təşkilat  tərəfindən  mərkəzi  orqana  sertifikatlaşdır-



manın keçirilməsi üçün sifarişin təqdim edilməsi; 

 

sifarişə baxma və ona uyğun qərar göndərilməsi



 

təşkil edilmiş proqram əsasında sınağın keçirilməsi; 

 

alınan  nəticələrin  analizi  və  onların  qeyd  edilmiş  hesabat 



şəklində sənədləşdirilməsi; 

 

uyğunluq  sertifikatının  verilməsi  mümkünlüyü  haqqında 



qərarın qəbul edilməsi; 

 

sınaq materiallarının qeyd edilməsi və uyğunluq sertifikatının 



verilməsi; 

 

sertifikatlaşdırmanın  nəticələri  haqqında  məlumatın 



verilməsi. 

Sertifikatlaşdırma  mərkəzi  sertifikatlaşdırma  haqqında  işi 

sənədləşdirir,  sertifikatı  qeyd  edir  və  onun  reyestrə  görə  nömrəsini 

sertifikatlaşdırma orqanına xəbər verir. 

Qeydiyyat nö

mrəsi  alındıqdan  sonra  sertifikatlaşdırma  orqanı 

t

əşkilata  uyğunluq  sertifikatı  verir.  Sertifikat  alındıqdan  sonra 



s

ifarişçi  nümunələrin,  taraların,  qabların  və  uyğunluq  nişanının 

sənədlərinin markalanmasını təmin edir. 

Sertifikatlaşdırma  orqanları,  onlar  tərəfindən  verilən 

sertifikatların qeydiyyatını aparır. 

 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin