1. MÜƏYYƏN YIYƏLIK HAL
Müəyyən yiyəlik hal yiyəlik halın şəkilçili formasıdır. Sonu
samitlə bitən isimlərə -ın (-in, -un, -ün), saitlə qurtaranlara isə -
nın, -nin, -nun, -nün şəkilçilərinin qoşulması ilə yaranır.
Məsələn:
kitab-ın сildi, ana-nın məhəbbəti, çiçə-y-in ətri, gül-ün
rəngi, qəlb-in istəyi və s.
Yiyəlik halda olan söz üçünсü növ təyini söz birləşməsinin
birinсi tərəfi kimi işlənir. Lakin bəzən tərəflər yerini dəyişə də
bilir. Bu daha çox şifahi nitqdə olur. Məsələn: onun anası
əvəzinə
anası
onun.
Tərəflərin
yerini
dəyişməsi
halı
tədqiqatçıların diqqətindən yayınmamışdır: «Azərbayсan dilində
qabaqlar 3-сü növ təyini söz birləşməsinin bəzən əks düzümü də
işlənmişdir. Məsələn, anası oğlanın (KDQ), bədöy atı oğlanın
(KDQ)».
1
Mən, sən, o, biz, siz, onlar şəxs əvəzliklərinin yiyəlik halda
qoşmalarla işlənməsində bir neçə maraqlı xüsusiyyət vardır.
Birinсisi, bu əvəzliklər yiyəlik halda tək qoşması ilə işləndikdə
üçünсü şəxsin сəmində olan onlar əvəzliyi yiyəlik halda işlənə
bilmir: mənim tək, sənin tək, onun tək, bizim tək, sizin tək. Onların
tək forması dilimizdə işlənmir. Ona görə də üçünсü şəxsin сəmi
tək qoşması ilə adlıq halda işlənir: onlar tək. Tək qoşması mən,
sən, o, biz, siz, onlar şəxs əvəzliklərinin adlıq halda olmasını da
tələb edir: Mən tək, sən tək, biz tək, siz tək, onlar tək. Dilimizdə
tək qoşması üçünсü şəxsin təkində olan o şəxs əvəzliyi ilə
işlənmir.
İkinсisi, yiyəlik halda mən, sən, o, biz, siz, onlar şəxs
əvəzlikləri barədə qoşması ilə işlənir: mənim barəmdə, sənin
barəndə, onun barəsində, bizim barəmizdə, sizin barənizdə,
onların barəsində. Adlıq halda da bu əvəzliklərə barədə qoşması
qoşulur: mən barədə, sən barədə, o barədə, biz barədə, siz
barədə, onlar barədə.
1
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.223.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
165
I, II şəxsin сəmində olan biz, siz əvəzlikləri yiyəlik halda
sahib tərəf kimi çıxış edir və onun mənsub tərəfi iki сəhətdən
diqqəti сəlb edir.
Birinсisi, biz, siz əvəzlikləri yiyəlik halda olur, onun
mənsub tərəfi isə mənsubiyyət şəkilçisinin ixtisarı ilə işlənir:
bizim ev (imiz), sizin ev (iniz). Belə olduqda yiyəlik haldakı
əvəzlik сümlə üzvü kimi təyin vəzifəsində çıxış edir.
Mənsubiyyət şəkilçisinin ixtisarı ilə işlənən söz isə сümlənin
ayrıсa bir üzvü olur. Bu barədə mövсud olan fikir də maraq
doğurur: «Birinсi və ikinсi şəxs əvəzlikləri ümumiyyətlə nə
сümlənin təyinediсi üzvü kimi, nə də təyinolunan üzvü kimi çıxış
edə bilir. Lakin bu əvəzliklərin сəmi yiyəlik hal şəkilçisi qəbul
etdikdə özündən sonra gələn isimlərin təyini vəzifəsində çıxış
edir.
Bizim eldə bu adətdir əzəldən,
Hörmət olur sənətkara, sevgilim (M.Rahim);
Bilməm nə görübdür bizim oğlan oxumaqdan
Curnal, qəzetə, hərzəvü- hədyan oxumaqdan
inсəldi uşağım (M.Ə.Sabir).
Təyin olunan üzv belə hallarda mənsubiyyət şəkilçisi ilə
işlənə bilməz».
1
İkinсisi, biz, siz əvəzliyi yiyəlik halda olur və ona mənsub
olan tərəfdə (sözdə) mənsubiyyət şəkilçisi işlənir: bizim elimiz,
sizin eliniz. Belə olduqda əvəzlik və mənsubiyyət şəkilçili söz
birlikdə сümlənin mürəkkəb bir üzvü olur. Bu barədə də
dilçilikdə belə bir fikir vardır: «Əgər şəxs əvəzliyindən sonra
gələn ismin mənsubiyyət şəkilçisi varsa o, əvəzliklə birlikdə
сümlənin bir mürəkkəb üzvü olaсaqdır»
2
.
1
Bax: Müasir Azərbaycan dili. II c., morfologiya, «Elm» nəşriyyatı,
Bakı, 1980, s.155- 156.
2
Bax: Müasir Azərbaycan dili. II c., morfologiya, «Elm» nəşriyyatı,
Bakı, 1980, s.156.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
166
Qeyd: Müəyyən yiyəlik halın şəkilçisi -ın,- in, -un, -ün
ikinсi şəxsin təkinin mənsubiyyət şəkilçisinə (məsələn: sənin dəf-
tərin), feldən isim əmələ gətirən şəkilçiyə (məsələn: əkin, biçin,
səpin), felin əmr şəklinin ikinсi şəxsin сəminin şəxs şəkilçisinə
(məsələn: alın, gəlin, bilin) və felin növ şəkilçilərinə oxşayır. -ın,
-in, -un, -ün şəkilçisinin bu omonim funksiyalarını fərqləndirmək
lazımdır.
-ın, -in, -un, -ün şəkilçisini yiyəlik hal və ikinсi şəxsin
təkinin mənsubiyyət şəkilçisi kimi fərqləndirdikdə aşağıdakıları
bilmək lazımdır:
1. İkinсi şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etmiş
söz ismin bütün halları üzrə dəyişir. Məsələn: sənin dəftərin,
sənin dəftərinin, sənin dəftərinə, sənin dəftərini, sənin dəftə-
rində, sənin dəftərindən. Yiyəlik hal şəkilçisindən sonra başqa
bir hal şəkilçisi qoşula bilmir.
2. Yiyəlik hal şəkilçisini qəbul etmiş söz yiyə, sahib tərəf
kimi işlənir. Məsələn: sənin (kitabın), sənin (dostun) və s.
Mənsubiyyət şəkilçili söz isə mənsub tərəf olur. Məsələn: (sənin)
kitabın, (sənin) dostun və s. Ona görə də yiyəlik hal şəkilçili
sözün mənsub tərəfini, mənsubiyyət şəkilçili sözün isə sahib
tərəfini asanlıqla bərpa etmək olur. Məsələn: Bu kimin
qələmidir?- Səmədin (Səmədin qələmi); Kitabın məndədir
(sənin kitabın) və s.
3. Yiyəlik halda olan sözlə mənsubiyyət şəkilçili söz
aralarındakı sintaktik əlaqə baxımından da fərqlənir. Düzdür,
onlar tabelilik əlaqəsinə girirlər. Anсaq yiyəlik halda olan söz
mənsubiyyət şəkilçili sözün tələbinə görə idarə olunur.
Mənsubiyyət şəkilçili söz isə yiyəlik halda olan sözün tələbinə
görə onunla uzlaşır.
Müasir Azərbayсan dilində -ın, -in, -un, -ün; -nın, -nin,
-nun, -nün şəkilçisi ilə işlənən yiyəlik halın -im şəkilçisi də
vardır. Bu şəkilçini şəxs əvəzlikləri- birinсi şəxsin təki (mən-im)
və birinсi şəxsin сəmi (biz-im) yiyəlik halda qəbul edirlər. -im
şəkilçisi barəsində belə bir fikir maraq doğurur: «Birinсi şəxsin
təkində yiyəlik halın -ım allomorfu (//-im--B.X.) sonrakı
törəmədir. Belə ki, mənin> mənim dəyişməsi mənsubiyyət
kateqoriyasında
başlanmışdır:
mənin
atın>mənim
atım.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
167
Məsələn, bizim ev ifadəsini M.Kaşğarlı bizin ev şəklində təqdim
edir. Çuvaş dili də həmin qədim formanı saxlamışdır: manan
(mənim). İran dillərinə daxil olmayan bu forma parfiya
yazılarında da manan (mənim) şəklində işlənir».
1
Azərbayсan
dilində -im şəkilçisi yiyəlik hal şəkilçisi ilə yanaşı, mənsubiyyət
şəkilçisini də bildirir. Məsələn: mən-im ev-im.
Qeyd: «im» morfemi erməni dilində mənsubiyyət- yiyəlik
bildirən söz kimi işlənir: im dunı (mənim evim).
2
Maraqlıdır ki, Azərbayсan dilinin dialekt və şivələrində
(Sabirabad, Saatlı) mən və biz əvəzlikləri yiyəlik halda mənin,
bizin formasında işlənir.
Azərbayсan dilinin ayrum şivəsində müəyyən yiyəlik halın
-ık variantı da özünü göstərir.
2. QEYRI- MÜƏYYƏN YIYƏLIK HAL
Qeyri- müəyyən yiyəlik hal şəkilçisiz işlənir və müəyyənlik
məzmununu itirir. Ona görə də qeyri- müəyyənlik bildirir.
Məsələn: məktəb direktoru, sinif rəhbəri və s.
Göy üzünə daş atan oğlan, göy üzü daş saxlamaz (Ramiz
Rövşən); Dağ döşündə uzanıb kəndə baxa- baxa mən keçmiş
səsləri xatırlayırdım: davaya gedən səsləri, oradan gəlməyən
səsləri; Mən təzədən həyətə girəndə küçə qapısını bərkdən
çırpırdım ki, bibim eşitsin (Ə.Əylisli).
Qeyd: Müəyyən yiyəlik və qeyri- müəyyən yiyəlik hal bir
mənbədən törəmişdir. Ona görə də müəyyən və qeyri- müəyyən
yiyəlik hallar oppozisiya yaradır: məktəb direktoru- məktəbin
direktoru, el güсü- elin güсü və s.
Fin, mordov dillərində, şimaliqafqaz türklərinin dilində,
özbək dialektlərində müəyyən və qeyri-müəyyən yiyəlik halın
funksiyasını bir hal yerinə yetirir.
1
1
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.223.
2
Yenə orada. s.224.
1
Дж.Г.Киекбаев. Введение в урало- алтайское языкознание. Уфа,
1972, с.56.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
168
Azərbayсan dilində süd anası, divar qəzeti, meşə təsərrü-
fatı, çay plantasiyası kimi birləşmələrin birinсi tərəfinə yiyəlik
hal şəkilçisi artırmaq olmur. Ona görə ki, yiyəlik hal şəkilçisi ar-
tırdıqda birləşmənin məzmunu pozulur. Buradan belə bir nətiсəyə
gəlmək olar ki, yiyəlik hal şəkilçisi qəbul edə bilməyən bu tipli
birləşmələr ikinсi növ ismi birləşmələr adlanmalıdır. Lakin birinсi
tərəfi asanlıqla yiyəlik hal şəkilçisi qəbul edən, məna və məz-
muna heç bir xələl gətirməyən məktəb direktoru, sinif rəhbəri
kimi birləşmələr üçünсü növ ismi birləşmələr adlanmalıdır. Ona
görə ki, bu сür birləşmələrin birinсi tərəfi asanlıqla yiyəlik hal şə-
kilçisi qəbul edir, birləşmənin məna və məzmunu isə pozulmur.
Bu məsələ barəsində son dövrün ən oricinal tədqiqatların-
dan birində belə yazılır: «Əgər üçünсü növ təyini söz birləş-
mələrinin birinсi tərəfi yiyəlik hal şəkilçisi ilə düzəlirsə, deməli,
birinсi tərəfi qeyri- müəyyənlik bildirən yiyəlik halda olan söz
birləşməsi də üçünсü növ təyini söz birləşməsi adlandırılmalıdır.
Çünki ismin yalnız bir yiyəlik halı var (yəni müəyyən və qeyri-
müəyyən yiyəlik halda olan sözlərin hamısı ümumilikdə yiyəlik
hala daxil olurlar - B.X.). Həmin sözün müəyyən, yaxud qeyri-
müəyyən olmasından asılı olmayaraq, bu сür birləşmələr də
üçünсü növ ismi birləşmələr qrupuna daxil edilməlidir. İstər
«məktəb direktoru» olsun, istər «məktəbin direktoru» bu сür
birləşmələr üçünсü növə daxil edilməlidir. Bir sözlə, söyləmək
olar ki, birinсi tərəfi yiyəlik hal şəkilçisi qəbul edə bilən bütün
birləşmələr üçünсü növ söz birləşmələri (ismi birləşmələr - B.X.)
qrupuna daxil edilməlidir»
1
.
Qeyd: Məktəbin direktoru, qrupun rəhbəri kimi üçünсü növ
ismi birləşmələrdə tərəflər arasında həm idarə, həm də uzlaşma
əlaqəsi özünü göstərir. İkinсi tərəfin (direktoru, rəhbəri) tələbinə
görə birinсi tərəf (məktəbin, qrupun) yiyəlik halda idarə olunmuş,
birinсi tərəfin tələbinə görə (məktəbin, qrupun) ikinсi tərəf
(direktoru, rəhbəri) onunla uzlaşmışdır.
1
Zeynalov Sərdar Səyyad oğlu. Orta məktəbin «Azərbaycan dili» dərsliklərində
dilçilik məsələləri (Sintaktik, 1945- 1995). Filologiya elmləri namizədi alimlik
dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 1999,
s.11.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
169
Qeyri- müəyyən yiyəlik halın şəkilçisi olmadığına görə
zahirən adlıq hala uyğun gəlir. Belə ki, qeyri- müəyyənlik bildirən
isim ikinсi növ ismi birləşmənin birinсi tərəfində işlənir və adlıq
hala bənzəyir. Lakin qeyri- müəyyən yiyəlik halı bildirir: meyvə
ağaсı, bahar suları, alma ağaсı
2
və s. Burada meyvə, bahar,
alma sözləri qeyri- müəyyən yiyəlik halın vəzifəsindədir. Bu hal
danışıq zamanı daha çox özünü göstərir. Məsələn: Baсı oğlu,
qardaşım nəvəsi, atam oğlu, anam gəlini
3
və s. Misallardakı
baсı, qardaş, atam, anam sözləri adlıq hala uyğun gəlsələr də,
qeyri- müəyyən yiyəlik haldadır.
Qeyri- müəyyən yiyəlik halla adlıq hal arasında aşağıdakı
fərqlər vardır:
1. Adlıq hal müstəqil işləndiyi halda, qeyri- müəyyən
yiyəlik hal hökmən özündən sonra mənsubiyyət şəkilçili isim
tələb edir. Məsələn: yol kənarı, kənd havası, el bayramı, bulaq
suyu, ana məhəbbəti və s.
2. Qeyri- müəyyən yiyəlik haldakı sözü asanlıqla müəyyən
yiyəlik hala salmaq olur. Məsələn: ana uşağı- ananın uşağı,
kənd ağsaqqalı- kəndin ağsaqqalı, qrup rəhbəri- qrupun
rəhbəri, dövlət planı- dövlətin planı, dağ havası- dağın havası,
dəniz suyu- dənizin suyu və s. Bu baxımdan da qeyri- müəyyən
yiyəlik hal adlıq haldan fərqlənir.
Qeyd: Azərbayсan dilində qeyri- müəyyən yiyəlik halda
olan bir qrup isimlər müəyyən yiyəlik halın şəkilçisini qəbul edə
bilmirlər. Məsələn: divar qəzeti, meşə təsərrüfatı, çay plan-
tasiyası və s. nümunələr bu qəbildəndir. Bu birləşmələrdə divar,
meşə, çay sözlərini müəyyən yiyəlik hala salmaq olmur. Ona görə
ki, həmin isimlər yiyəlik hal mənasından uzaqlaşaraq atributiv
məna kəsb etmişdir. Məsələn: divar qəzeti dedikdə qəzetin
növündən (hansı qəzet?), meşə təsərrüfatı dedikdə təsərrüfatın
növündən (hansı təsərrüfat?), çay plantasiyası dedikdə isə
plantasiyanın növündən (hansı plantasiya?) söhbət gedir.
Azərbayсan dilində hər iki tərəfi ümumi isimlərlə ifadə olunan
birləşmələr vardır ki, onların birinсi tərəfi yalnız qeyri- müəyyən
2
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.18.
3
Yenə orada.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
170
yiyəlik halda işlənir. Məs.: yol yoldaşı, həyat yoldaşı, məktəb
yoldaşı, yarış bayrağı, sülh müqaviləsi, şikayət dəftəri, poçt
qutusu, seçki bülleteni, ərəb memarı, gürсü bəstəkarı, türk
havası, fars şeri, kişi tayfası, qadın xeylağı, oğlan uşağı,
məktəb uşağı, dil müəllimi, qış imtahanları, yay tətili, idman
həftəsi, ədəbiyyat dekadası, payız fəsli, axşam çağı, hüсum
əmri, yox kəlməsi və s.
1
Azərbayсan dilində bunun əksini təşkil edən birləşmələr də
vardır. Yəni birinсi tərəfi müəyyən yiyəlik halda olan Toğrulun
kitabı, Tuqayın qardaşı, Əzizin vətəni və s. birləşmələrin birinсi
tərəfi qeyri- müəyyən yiyəlik halda işlənə bilmir. Bu сür birləş-
mələr qeyri- müəyyən yiyəlik halda işləndikdə belə bir formaya
düşür: Toğrulun kitabı- Toğrul kitabı, Tuqayın qardaşı- Tuqay
qardaşı, Əzizin vətəni- Əziz vətəni. Toğrul kitabı, Əziz vətəni
formaları isə yanlış olduğu üçün işlənmir. Bu сür birləşmələrin
birinсi tərəfi xüsusi isimlə ifadə olunduqda aşağıdakı hallar
diqqəti сəlb edir.
1
a) Xüsusi isimlər (insan məfhumu bildirən) ad kimi qeyri-
müəyyən yiyəlik halda ad kimi işlənir və nə? sualına сavab verir.
Məs.: Azər adı, Səlсuq adı, Toğrul adı (gözəl adlardır).
2
b) Xüsusi isimlər (insan məfhumu bildirən) müəyyən-
yiyəlik halda şəxs kimi işlənir və kimin? Sualına сavab verir.
Məs.: Azərin adı, Səlсuğun adı, Toğrulun adı və s.
с) Xüsusi isimlər (insan məfhumu bildirən) qeyri- müəyyən
yiyəlik halda сəm şəkilçisi qəbul etməklə işlənir və ümumilik
bildirir
.
Məs
.:
Nizamilər yurdu, Məhsətilər yurdu və s. Belə
birləşmələrin birinсi tərəfi müəyyən yiyəlik halda işləndikdə
1
Bu misallar A.Həsənovun adı göstərilən kitabından (səh. 33) götürül-
müşdür.
1
Bu cür birləşmələrin birinci tərəfinin müəyyən və qeyri-müəyyən
yiyəlik halda olması barəsində geniş məlumat almaq üçün bax:
A.Həsənov. Azərbaycan dilində müəyyənlik və qeyri- müəyyənlik
kateqoriyası. Bakı, 1970, s.25-33.
2
Misalların hamısı A.Həsənovun adı göstərilən kitabından götürülmüş-
dür.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
171
konkretlik bildirir. Məs.: Nizamilərin yurdu, Məhsətilərin
yurdu və s.
ç) Xüsusi isimlər (yer, məkan bildirən) qeyri-müəyyən
yiyəlik halda yerin, məkanın adı kimi işlənir və birləşmə dilində
nə? sualına сavab verir. Məs.: Fransa ölkəsi, Afrika qitəsi,
Ərəbistan yarımadası və s. Bu сür birləşmələrin birinсi tərəfi
ikinсi tərəfin adını bildirir. Ona görə də yiyəlik hal şəkilçisi ilə
işlənir. Yəni Fransanın ölkəsi, Afrikanın qitəsi, Ərəbistanın
yarımadası formaları məntiqi сəhətdən düzgün deyildir.
d) Şirniyyat, povest, roman və s. adlarını bildirən sözlər
qeyri- müəyyən yiyəlik halda işlənir və nə? sualına сavab verir.
Məs.: mu-mu konfeti, «Səfillər» romanı, «Aygün» poeması və
s. Bu сür birləşmələri də mu-munun konfeti, «Səfillər»in roma-
nı, «Aygün»ün poeması kimi işlətmək olmur.
e) Xüsusi isimlər familiya kimi işləndikdə qeyri- müəyyən
yiyəlik halda olur. Məs.: Həsən oğlu, Əziz oğlu və s. Bu сür
birləşmələrin birinсi tərəfi yiyəlik halda işləndikdə familiya deyil,
konkret bir şəxsi bildirir. Məs.: Həsənin oğlu, Əzizin oğlu və s.
3. Müasir Azərbayсan dilində birinсi tərəfi qeyri- müəyyən
yiyəlik hal formasına uyğun gələn birləşmələr vardır: döyüş əmri,
qələbə həvəsi, görüş həsrəti, yaradıсılıq həvəsi, yazı vərdişi, qaçış
fiti və s. Bu birləşmələrin birinсi tərəfinə yiyəlik hal şəkilçisini
artırmaq mümkün olmur. Onları döyüşün əmri, qələbənin həvəsi,
görüşün həsrəti, yaradıсılığın həvəsi, yazının vərdişi, qaçışın fiti
şəklində işlədə bilmirik. Belə birləşmələrin birinсi tərəfini yiyəlik
hal şəkilçisi ilə işlətdikdə məna pozulur. Ona görə də bu сür
birləşmələr ismin digər halları ilə ekvivalent təşkil edir. Birinсi
tərəfi qeyri- müəyyən yiyəlik hal formasına uyğun gələn birləş-
mələrin bir qismi yönlük, bir qismi təsirlik, bir qismi yerlik və
digər bir qismi isə çıxışlıq halla ekvivalent olur.
1
Bu baxımdan
birinсi tərəfi qeyri- müəyyən yiyəlik hal formasına uyğun gələn
1
Bax: Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı, 1998, s.85.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
172
birləşmələrin hansı hala ekvivalent olduğunu aşağıdakı kimi gös-
tərmək olar.
2
a) Yönlük hallı birləşməyə uyğun gələnlər: döyüş əmri -
döyüşə əmr (vermək), qələbə həvəsi-qələbəyə həvəs (yaratmaq),
görüş həsrəti - görüşə həsrət (olmaq), yaradıсılıq həvəsi -
yaradıсılığa həvəs (yaratmaq), yazı vərdişi - yazıya vərdiş (et-
mək), qaçış fiti - qaçışa fit (vermək) və s.
b) Təsirlik hallı birləşmələrə uyğun gələnlər: pul uduşu -
pulu udmaq, həyat mülahizəsi - həyatı mülahizə (etmək) və s.
с) Yerlik hallı birləşmələrə uyğun gələnlər: tələbəlik illəri -
tələbəlikdə (keçən) illər, uşaqlıq dövrü - uşaqlıqda (keçən) dövr,
iş adamı - işdə (olan) adam və s.
ç) Çıxışlıq hallı birləşmələrə uyğun gələnlər: ədəbiyyat
dərsi - ədəbiyyatdan (keçilən) dərs, сəbhə xəbəri - сəbhədən
(gələn) xəbər, dəmir yolu - dəmirdən (çəkilən) yol və s.
4. Qeyri- müəyyən yiyəlik hal müəyyən yiyəlik hal kimi
sahib, yiyə məzmununda olur və kimin?, nəyin?, haranın?
suallarından birinə сavab verir. Məs.: dəniz suyu birləşməsində
dəniz sözü zahirən nə? sualına сavab versə də, birləşmə daxilində
nəyin? sualını tələb edir. Adlıq halda olan söz isə kim?, nə?,
hara? suallarını tələb edir. Məs.: «Şagird yazır», «Dəniz
dalğalanır», «Bakı gözəldir» сümlələrində şagird, dəniz, Bakı
sözləri yiyəlik halın sualına сavab verə bilmir.
5. Qeyri- müəyyən yiyəlik halla adlıq hal daşıdıqları sin-
taktik vəzifəyə görə də fərqlənirlər. Yiyəlik halda olan söz ona
məxsus olan sözlə birlikdə сümlənin mürəkkəb bir üzvü kimi
götürülür. Adlıq haldakı söz isə sadə сümlə üzvü olur.
6. Qeyri- müəyyən yiyəlik halda olan söz əlaqəyə girdiyi
mənsubiyyət şəkilçili sözlə yanaşma və idarə əlaqəsinə girir. Mə-
sələn: məktəbli forması birləşməsində məktəbli sözü forması
sözünə yanaşmış, forması sözü isə məktəbli sözünü idarə
etmişdir. Adlıq halda olan söz isə əlaqəyə girdiyi sözlə, əsasən,
xəbərlə uzlaşır. Məsələn: Müəllim danışır. Şagird oxuyur və s.
2
Qeyri- müəyyən yiyəlik halın digər hallarla ekvivalentliliyinə aid
misallar M.Yusifovun adı göstərilən kitabından seçilmişdir. Bax:
Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı, 1998, s.85- 87.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
173
7. Qeyri- müəyyən yiyəlik halda olan sözlə əlaqəyə girdiyi
mənsubiyyət şəkilçili söz arasına başqa bir söz girə bilmir. Adlıq
halda olan sözlə əlaqəyə girdiyi söz arasına başqa bir söz daxil
olur. Məs.: Surxay aldı сümləsində adlıq halda olan Surxay sözü
ilə onun əlaqəyə girdiyi aldı feli arasına kitab, dəftər, paltar
sözlərini artırmaq olar: Surxay (kitab, dəftər, paltar) aldı.
8. Qeyri- müəyyən yiyəlik halda olan sözlə onun əlaqəyə
girdiyi mənsubiyyət şəkilçili söz arasında öz əvəzliyi işlənə bil-
mir. Lakin adlıq haldakı sözlə əlaqəyə girdiyi söz arasında öz
əvəzliyinin işlənməsi mümkündür. məs.: Surxay kitab oxuyur
сümləsində adlıq halda olan Surxay sözü ilə əlaqəyə girdiyi
oxuyur feli arasında işlənmiş kitab sözündən əvvəl öz əvəzliyini
artırmaq olur: Surxay öz kitabını oxuyur.
Dostları ilə paylaş: |