Manaf süleymanov


BAKI YENƏ DƏ ƏLDƏN-ƏLƏ KEÇİRDİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
#31627
1   ...   9   10   11   12   13   14   15   16   17
KY0000435


 
BAKI YENƏ DƏ ƏLDƏN-ƏLƏ KEÇİRDİ 
 
Kayzer Vilhelm Danimarkaya qaçmışdı. Almaniya, türklər də Birinci 
dünya müharibəsində məğlub olmuşdular. Antantanın bütün şərtləri ona da aid 
idi.  İngilislərin  ümdə  təkliflərindən  biri  də,  türk  əsgərlərinin  Bakını  tərk 
etmələri idi. 
Hər  təzə  açılan  səhər  yeni  bir  hadisə  ilə  başlayırdı.  Yuxarıda  qeyd 
edilən səbəbdən Soltan Türkiyəsinin qaliblərlə imzaladıqları müqavilə əsasında 
Nuru paşanın Qafqaz islam ordusu 1918-ci il noyabr ayının 17-də Bakını tərk 
edir.  Axırıncı  əsgərlər  axırıncı  vaqonlarda  Bakı  vağzalından  yola  düşəndə 
ingilisləri,  gəlir  Tomsonun  başçılığı  ilə  Ənzəlidən  Bakıya  gətirən  «Prezident 
Kryuqer» gəmisi «Qafqaz - Merkuri» körpüsünə yanaşırdı. 
Səkilərdə  adamlar  səf-səf  dayanıb  tamaşa  edirdilər.  Asayişi  qorumaq 
üçün arada çoxlu polis və əsgər hərlənirdi. Avtomobillər gəlir, nazirlər, tacirlər, 
sənaye  sahibləri  maşından  düşür,  cəld  körpüyə  qalxırdılar...  Hamı  tələsirdi, 
ümumi bir həyəcan vardı. 
Dənizdə  çoxlu  dor  ağacı  göründü,  soyğunçu,  ağqvardiyaçı 
başkəsənləri  gətirən  gəmilər  körpülərə  yaxınlaşanda,  zavodların,  fabriklərin, 
körpülərə  yan  almış  yüzlərlə  gəmilərin  bacalarından,  gəmi  təmiri 
tərsanələrindən,  emalatxanalardan,  parovozlardan  havaya  sütunlarla  qara  tüstü 
qalxmağa  başladı  və  az  bir  zamanda  şəhərin  üstünü  qatı  qara  tüstü  dumanı 
bürüdü, göydən lopa-lopa his yağırdı. 
«Prezident  Kryuqer»  gəmisi  körpüyə  yan  aldı.  Orkestr  çalmağa 
başladı. 
General Tomson trapla düşən zaman bütün zavodların və  fabriklərin, 
mədən və gəmilərin, dəmir yolu deposunun, vağzaldakı parovozların sirenaları 
səs-səsə  verib  ulamağa,  matəm  fiti  çalmağa  başladılar.  Qara  tüstüdən  göz 
açmaq olmur, uğultudan, qarışıq səsdən ağız  deyəni qulaq eşitmirdi.  Körpüyə 
downloaded from KitabYurdu.org

169 
 
toplaşan  mənsəb  sahibləri  və  neftxudalar,  maliyyəçilərin  liderləri  tələsik  nitq 
söyləyib, şəhərə varid olan ingilisləri təbrik etdilər, gəlir Tomsona «xoşamədi» 
dedilər.  O  tez  avtomobilə  minib  Sadovı  (Çkalov)  küçəsində  əvvəldən 
hazırlanmış iqamətgaha yollandı. 
Çox  keçmədi  ki,  ağqvardiyaçı  zabit  və  soldatlarla  dolu  gəmilər  də 
körpülərə  yan  aldılar.  Göydən  yağan  his,  ətrafı  bürümüş  tüstü  kimi  şəhərin 
siyasi havası da qaralırdı. 
İngilislər  təkrarən  Bakıya  girən  gün  qəzetlərdən  biri  Məhəmməd 
Hadinin bir kədərli şerini dərc etmişdi: 
 
Başdan-başa bir kölgə bürünmüş kimi aləm,  
Üzlərdə nümayiş oluyor sayeyi matəm. 
Bir məqbəri barid gibi durmuş şu mühiqat
Əhval həyatiyə bunu eyləyər isbat. 
Əğyar həzin, yar həzin, hal qəm avar, 
Hər yerdə görünməkdə qəm aludə  nəzərlər. 
 
Eyni zamanda Məhəmməd Hadi, Abbas Səhhətin Gəncədə vəfat etdiyi 
qara  xəbəri  ürək  ağrısı,  qanlı  göz-yaşlarıyla  xəbər  verirdi.  Yanıqlı  bir  dillə 
qələmə alınmış nekroloq başdan-başa nalə, şivən və təəssüflə dolu idi. 
«Şu  müdhiş,  şu  qorxunc,  vəlvələyi  hadisat  içində  şair,  təbib  Abbas 
Səhhət  də  sükunətgah  əbədiyyətə  çəkilib  getdi.  Həm  maddi,  həm  mənəvi 
xadimi  millət  olan  Səhhət  qardaşımızın  əful  əbədisindən  hənuz  Qafqaz 
türklərinin  xəbəri  yoxdur.  Onun  vəfatı  haqqında  mətbuatımızda  da  vəfat 
Səhhətə dair heç bir şey  yazılmadı. Onun  milli  xidmətlərinə  dair bir sətir yazı 
belə  görünmədi.  Cühəla  tərəfindən  düçar  təhqir  və  təkdir  olan,  fəqət  əzm 
xruşan fikrindən geri dönməyən sevgili şairimiz Səhhət Gəncə məzarıstanında 
dəfn  xas  əbədiyyət  buluyor.  Zatən  Şeyx  Nizamiyə  böyük  bir  hörməti  vardı. 
Daima  Nizaminin  layəmot  nəzmlərini  kəmal  fəsahətlə  oxuyar,  samilərini 
ləzzətyab  ədəbiyyat  eyləyərdi.  Ən  nəhayət  (pənc  gənc)  şairi  möhtərəmilə 
həmcəvar  məzar  oldu.        Şirvanlı  şair,  Şirvan  faciəsi  əsnasında  başqaları  kimi 
şəhəri  tərkə  məcbur  olmuş,  yolda  soyulmuş,  var-yoxu  əlindən  alınmışdı.  Bir 
qaç  yerlərdə  sərsəriyanə  dolaşmış,  ən  sonunda  Gəncəyə  nəql  məkan  etmişdi. 
Orada  xəstə  oldu.  Zalım  və  biaman  ölümün  pəncəsindən  rəhayab  olmayaraq 
tərk  dəqdəqeyi  həyat  elədi.  Səhhətin  bu  əfzul  nabəhən-kami  ədəbiyyatımız 
dünyasında  böyük  bir  boşluq  buraxdığından  dolayı  ciddi  şayan  təəssüfdür. 
Səhhət  öldü.  Lakin  əsl  düşünüləcək  şurasıdır  ki,  şair  mütəvəfatın  qeyri-mətbu 
olan  mütrükat  qələmiyyəsi  nasıl  oldu.  Yoxsa  Şirvan  faciəyi  əziməsində  yanıb 
yaxılan  sərvətlər  kimi  Səhhətin  də  əsarin  qələmiyyəsi,  sərvət  fikriyyəsi  ehrac 
olub  getdimi?  Bencə  şayan  əndişə  burasıdır.  Dünyamız  hal  asayişə  adət 
etdikdən  sonra  ehtimal  ki,  bu  həqiqət  anlaşıla  biləcəkdir.  Şimdilik  təbib 
downloaded from KitabYurdu.org

170 
 
ədibimiz  olan  cənab  Səhhətin  vəfatından  dolayı  ərbab  şəbab  naminə  bağı 
matdələrinə  təziyələr  izharilə  xətm  kəlam  elərəm».  Bakı,  Əbdül  Səlimzadə 
Məhəmməd Hadi. 
Hadinin təşvişi yerində imiş. Səhhətin dərc edilməmiş asari ədəbiyyasi 
tapılmadı. Yoxa çıxdı. İki roman yazıbmış, biri aşiqanə, digəri Volqa çayı boyu 
Tatarıstana  və  Başqırdıstana  doktor  İsmayıl  Haqqı  Veyisovla  bərabər  etdiyi 
səyahət  barəsində  imiş.  Böyük  şair  Sabir  ölümündən  əvvəl,  nəşr  edilməmiş 
şerlərini  və  ədəbi  mülahizələrini,  bir  də  vəsiyyətnaməsini  bir  zərfə  qoyub 
bağlamış və Səhhətə əmanət vermiş ki, yeganə etimad etdiyim şəxs sənsən, bu 
zərfi  ölümümdən  on  il  sonra  açarsan  və  hamısını  nəşr  etdirərsən.  O  da  yoxa 
çıxdı. Bunlardan böyük itki ola bilərmi? 
Hadinin  məqaləsindən  bir  neçə  gün  sonra  ədəbiyyatşünas  və  şair 
Salman Mümtaz mərhum Səhhətin son məktubuna şerlə yazdığı cavabı qəzetdə 
dərc etdirmişdi: 
 
Cahanda ilk çıxan təzə aya and olsun,  
Cavanlığında dönən qəddi yaya and olsun.  
Qəsəm o şəms münirə, o mahi tabana,  
Şəhabə, Nirə, nuri-ziyaya and olsun.  
Qəsəm nəsimi   səbahə,  stareyi sümrə,  
Hilalə, bədrə, sühalə, səhayə and olsun.  
Rəmuzi şeri bilən şairi şehirə qəsəm,  
Nükati nəzmə bələd aşınayə and olsun.  
Cahanda xəlqi edən doğru, düz yola dəvət,  
Həqiqi rahibərə, rəhnümayə and olsun. 
Gözəllərin o mübarək həyalı üzlərinə,  
Yenə o çöhrələrə, ol həyayə and olsun.  
Sənə birinci pərəstiş edən bənəm «Sihət», 
 Rəvan pak «Bahara», «Səfayə» and olsun.  
Neçünkü Qafqaz ara sən sevimli şairsən,  
Sənin nəşidələrin, rayiqanə şerlərin,  
Dəyər cəhanə, cəhanə, səmayə and olsun.  
Məni çıxarma yadından,  çıxarmaram mən həm,  
Təbiətə, suyə, xakə, həvayə and olsun. 
 
Abbas  Səhhətdən  söz  düşəndə  Salman  Mümtaz  Səhhətin  hafizəsinə 
məftun olduğunu qibtə ilə söylərdi. Deyərdi ki, bir şair bir poema yazıb gətirir 
Səhhətə,  oxuyur,  qurtaranda  Səhhət  soruşur  ki,  bu  şer  əlinə  hardan  keçib,  bu 
mənimkidir.  Şair  etiraz  edir  ki,  öz  şerimdir.  Doktor,  zarafatı  buraxın.  Səhhət 
deyir ki, qulaq as və o şeri əzbərdən oxuyur. Şair özünü itirir. Doktor gülür və 
zarafat  etdiyini  deyir,  şairə  bir  sıra  məsləhətlər  verir.  Abbas  Səhhət  rus,  fars, 
downloaded from KitabYurdu.org

171 
 
fransız, ərəb dillərini yaxşı bilirdi. Tərcümə də edirdi. Firdovsi, Nizami, Hafiz, 
Sədiq  Xəyyamın  əsərlərindən  çoxlu  şer  əzbər  bilirdi.  Rus  şairlərindən 
Lermontovu  ürəkdən  sevirdi.  Krılovun  təmsillərini  əzbərdən  bilirdi,  tərcümə 
edərdi.  Fransa  ədib-mütəfəkkirlərindən  Valteri,  Hüqonu  sevirdi.  Əbu  Əli  İbn 
Sinanın əsərlərini dərindən öyrənmişdi. Həkimlik praktikasında istifadə edirdi, 
xeyirxah, üzügülər, əsl mənada şəxsiyyət idi. 
İngilislərlə  bir qrup ağqvardiyaçı başkəsənlərin şəhərə  varid olmaları 
ilə  bağlı  əhalinin  iztirabı,  əziyyəti  daha  da  artdı.  Xalqın  yaşayışını  daha  da 
ağırlaşdırdı, ölkənin var-sərvəti ingilislərin ixtiyarına keçdi. Fəhlə və kəndlilər 
ağır  şəraitdə  yaşayırdı,  siyasi  hüquqdan  məhrum  idilər.  Bir  tərəfdən  də  əhali 
arasında vahiməli xəbərlər gəzirdi: «Denikin deyib ki, səhər çayını Dağıstanda 
içib, naharı Bakıda edəcəyəm». Camaat daima qorxu içindəydi. 
Şəhərdə tez-tez ağ zabit və soldatlara rast gəlmək olardı. Ağ gəlir  və 
polkovniklərin biri gəlir, digəri gedirdi. Biçeraxovu Prijivalski, onu isə Baratov 
əvəz  edirdi.  Baratov  gedir,  Erdel  gəlirdi.  Uzun  müddət,  çar  dövründə  İran 
xalqına qanlı divan tutan, bir yürüşdə Cənubi Azərbaycanda müctəhid Məlikül 
Mütəkəlimeyni dar ağacından asdırıb çoxlu adam öldürən gəlir Liyaxov Bakıya 
gəlir.  Rusiyada  Qızıl  Ordu  tərəfindən  əzişdirilən      və  darmadağın  edilən 
ağqvardiyaçı  zabitlər  canlarını  qurtarmaq  və  müsavat,  daşnak  və  menşevik 
hökumətləri ilə əlaqəyə girmək üçün Zaqafqaziyaya gəlirdilər. 
Ərzaq  bahalanırdı.  Çörək  dükanlarının  qabağında  uzun  növbələr 
düzülür,  səhərdən  axşama  qədər  soyuqda,  küləkdə  gözləyir,  sonra  da  evlərinə 
ac qayıdırdılar. 
Şəhərdə xəstələnənlərin sayı çoxalmışdı. 
Qocaman kommunistlə müsahibə. Şəmsəddin Musaxanov 1918-1920-
ci  illərdəki  hadisələr  barədə  nəql  edirdi  ki,  1918-ci  ilin  mart  ayından  sonra 
vəziyyət xeyli çətinləşdi. Nə şəhərdə, nə mədənlərdə, nə də fabrik-zavodda və 
ətraf kəndlərdə heç kəs bizə qulaq asmaq istəmirdi. Bəzən adamın salamını da 
almırdılar.  Bizi  yığıncaqlara  buraxmır,  içəri  girəndə  də,  hamı  durub  çıxırdı 
bayıra,  məclis  dağılırdı.  Elə  ki,  deyirdik:  «ay  yoldaş...»  sözümüzü  ağzımızda 
qoyurdular:  «Sizdən  bizə  yoldaş  olmaz.  Gedin!  sizin  yoldaşlarınız  bizə  yad 
adamlardır, onların yanına gedin». Na-əlac qalmışdıq. 
On  doqquzuncu  ilin  əvvəlləri  idi,  İngilislər  ağalıq  edirdi.  İki  nəfər 
getdik  mədəndə  fəhlələrlə  görüşməyə.  Nədənsə  acıqlanmadılar.  Başladıq 
ingilisləri  pisləməyə,  azadlıq  uğrunda  bütün  millətlərin  fəhlələrilə  əlbir 
mübarizə aparmaqdan danışmağa. On-on beş fəhlənin hamısı qalxdı ayağa, bir 
səsnən:  «Gedin,  bu  nağılı  uşaqlara  danışın...  Bizi  bir  də  tora  sala  bilməzsiz... 
Siz dinsizlər Quranı danırsız, allaha inanmırsız...». 
Eşitdik  ki,  Təzəpir  məscidində  yığıncaqdır.  Getdik.  Adam  əlindən 
tərpənmək olmurdu. Bizi içəri girməyə qoymurdular, birtəhər içəri keçdik. Bir 
nəfər qışqırdı: «Ay camaat, bunlar dinsizdir... Moltanıdırlar, vurun!». 
downloaded from KitabYurdu.org

172 
 
Dava düşdü. Gördük ki, dayansaq öldürəcəklər, ya da ayaq altına salıb 
tapdalayacaqlar, cəld aradan çıxdıq... 
Naəlac  qalmışdıq.  Əlimizdən  heç  nə  gəlmirdi,  Mart  qırğını  əhalini 
bərk hürküdüb, qorxutmuşdu... 
Bir gün getdik Sabunçuya. Gördük yığıncaqdır. Müsavatçıların adamı 
fəhlələrə islamdan, Qurandan, millətdən danışırdı. Yoldaşım İsmayılov qabağa 
keçib,  ağzını  açanda  yenə  şuluqluq  düşdü,  macal  vermədilər  sözünü  desin... 
Mənim  boyum  balaca  olduğundan  kətilin  üstünə  qalxdım,  qışqırdım:  «Ay 
müsəlman  qardaşlar,  ay  camaat,  niyə  çığırıb,  şuluq  salırsız,  -  yoldaşımı 
göstərdim,  «bu  adam  dinsizdir,  yəhudidir,  O,  deyir  ki,  Nikolay  yıxılıb, 
gorbagor  olub...  Hər  şey  qalıb  camaata.  Qalaqapdır.  İri  bir  qabda  plov  var, 
üstündə  də  toyuq,  qaysı,  kişmiş.  Gəlin  bir  yerdə  yeyək.  Yeyirsiz  yeyin... 
Yemirsiz  cəhənnəmə  yeyin...  Daha  yazığı  gözümçıxdıya  salmaq  niyə?  Olub 
keçəndən yox... Sabahdan danışaq». 
Camaat  birdən  sakitləşdi.  İsmayılov  çıxış  etdi.  Birinci  dəfə  orda  bizi 
qoydular danışaq axıracan... Bu qayda ilə gecə-gündüz mədənlərdə, zavodlarda 
müsəlmanlar arasında iş aparıb onları öz tərəfimizə cəlb edirdik. 
Əlipaşa adlı bir kasıb vardı, heç cürə onu başa sala bilmirdik ki, bəy, 
xan olmayacaq. İnanmırdı. 
«İndi görün hümmətçilər nə qədər əziyyət çəkiblər». 
Parlaman.  Azərbaycan  parlamanı  açılmalı  idi.  General  Tomson  işi 
təxirə  salırdı.  Bakı  Azərbaycanın  paytaxtı  olmağına  baxmayaraq  hakimiyyət 
ingilis  işğalçılarının  ixtiyarında  idi.  Tomson  özünü  general-qubernator  elan 
etmişdi. İngilis zabitləri xoşları gəlməyən adamları, heç bir əsas olmadan tutur 
və  istədikləri  müddətə  həbsə  salır,  Tiflisə,  Ənzəliyə  sürgün  edirdilər.  Sonralar 
həbs edilənlərin sənədlərini yoxlayanda hamısının günahsızlığı məlum olurdu. 
Parlaman  dekabr  ayının  üçündə  açılmalı  idi.  Tomson  razılıq 
vermədiyindən  məsələ  hələ  qalırdı.  Xeyli  diplomatik  danışıqdan  sonra,  onu 
başa  saldılar  ki,  ingilis  sərmayəsinin  mənafeyi  hər  yerdə  gözlənəcək,  arada 
qorxulu heç bir şey yoxdur. 
Gəlir  Tomson  bütün  fraksiyaların  nümayəndələrini  hüzuruna  çağırıb 
ayrı-ayrılıqda danışıb, vəd alandan sonra, dekabrın 7-də parlamanın açılmağına 
icazə verdi. 
Parlamanın  yerləşdiyi  Nikolayevski  (Kommunist)  küçəsindəki 
Aleksandrovski müsəlman qız seminariyası binasının damında aypara və səkkiz 
guşəli  ulduz  olan  üç  rəngli  bayraq  dalğalanırdı,  aşağıda  iri  metallik  ərəb 
hərflərilə,  hüsnxətlə  «İstiqlal»  sözü  yazılmışdı.  Küçənin  adını  dəyişdirib 
«Parlaman» küçəsi qoydular. 
Parlamanın  120  üzvü  vardı  (bu  rəqəm  müxtəlif  mənbələrdə 
müxtəlifdir  -  M.  S).  Parlamenda  üzvlər  milliyyət  etibarı  ilə  belə  bölünürdü: 
bütün  müsəlman  partiyaları  və  bitərəflər  -  108  nəfər,  daşnaklar  -  7  nəfər, 
downloaded from KitabYurdu.org

173 
 
slavyan - rus cəmiyyəti - 4 nəfər, alman ictimai - 1 nəfər. Üzvlərin sinfi tərkibi 
daha maraqlıdır: böyük mülkədar və sərmayədarlar - 85 faiz, ziyalılar - 10 faiz, 
ruhanilər - 5 faiz. 
Parlaman  haqqında  qısa,  tarixi  bir  haşiyə:  imperator  III  Aleksandr 
taxta çıxandan sonra parlaman haqqında proqram düzəltməyi tapşırır. Proqram 
tərtib  edilir  və  bəyənilir.  Məşhur  mürtəce  missionerlərin  başçısı,  müqəddəs 
sinodun  prokuroru,  qaragüruhçu  Pobedanosov  imperatorun  ayaqlarına  düşüb 
səcdə  edə-edə,  ağlaya-ağlaya  yalvarır  və  «dəlillərlə  sübut  edir»  ki,  parlaman 
müzür bir şeydir, parlaman sözü nə rus, nə də slavyan sözüdür, bu, fransız kral 
düşmənlərinin,  avara  allahsızların,  kral  qatillərinin  uydurmasıdır,  -  istehza  və 
zəhərli  bir  əda  ilə  əlavə  edir,  -  parlaman  sözünü  rus  dilinə  tərcümə  edəndə 
mənası  «qavarilnaya»,  küftukuxana,  laqqırtı  evi,  hərzəxanadır.  Bununla  da 
məramına nail olur, proqram yandırılır, onu tərtib edən məclis dağıdılır. 
Parlamanın açılış  mərasimini  bir professor belə  nəql edirdi: dekabrın 
7-də  bazar  günü,  baxmayaraq  ki,  cümə  deyildi,  parlaman  açılışı  münasibətilə 
bütün  dükanları  bağlamışdılar;  məktəblərdə  də  dərs  keçmirdilər.  Bayram  elan 
olunduğundan müəssisələr də işləmirdi. 
Səhər-səhər  parlaman  olan  küçəyə  bir  neçə  zirehli  avtomobil  gəlir. 
Binanın  qabağında,  küçənin  o  tayında,  qarşı  səkilərdə  çoxlu  adam  toplaşıb, 
hərə  bir  söz  deyirdi.  İstiqbaldan,  hürriyyətdən  dəm  vururdular,  keçmiş 
istibdaddan, gələcək istiqlaldan danışırdılar. Arabir belə atmacalar da eşidilirdi: 
«Bu hürriyyətin hamısı Oktyabr inqilabının bərəkətindəndir... Onun qələbəsinin 
nəticəsidir...».  Başqası  təsdiq  edir:  «Əlbəttə,  Leninin  zərbdəstindəndir,  yoxsa 
müsəlman  hara,  parlaman  hara...».  Üçüncü  adam:  «Heç  min  ilə  də  belə  şey, 
nəinki  görə  bilərdik,  heç  arzulaya  da  bilməzdik,  sağ  olsun  Lenin...».  «Bütün 
millətlər  qardaş  olacaq,  müsəlman,  urus...».  Bir  mollanüma  xoruzlanır:  «Ə... 
kəs  səsini,    matişkə-matişkə   danışma,  - istehza    ilə,  -yox a,  millətlər qardaş 
olacaq, ərəseybaz»... Eyham və istehza ilə cavab qaytarılır: «Onda sən də arvad 
tumanı  geymiş  ingilisbaz...».  Adamlar  hırıldayır,  höccətə,  zarafata  keçir. 
Birinci  danışan  təkrar  edir:  «Oktyabr  inqilabı  olmasaydı,  boynumuzun  ardını 
görəndə də parlaman görə bilməzdik». 
Şlyapa  qoymuş  yaşlı  bir  adam:  «Lenin  əsrin  ən  dahi  adamıdır... 
Ümumbəşəri kommuna qurmaq istəyir...». 
Cavan  bir  usta:  «Bakıda  da  kommuna  qurulmuşdu,  dağıtdılar, 
qoymadılar...». Onun sözünü başqa birisi kəsdi: 
«Bakıda  qurulan  kommuna  yaşaya  bilərdi,  bəzi  səhvləri  olmasaydı. 
Daşnaklar,  eserlər  və  menşeviklər    də  böyük      xəyanət      etdilər.  Bütün 
əksinqilabçı  qüvvələr,  o    cümlədən  müsavatçılar  da  xarici      imperialistlərə 
satılıb,  onları  Azərbaycana,  Qafqaza  çağırmasaydılar,  kommuna  yaşaya  bilər 
və qalib gələrdi. Lenin bütün cahangirlərə müharibə  elan  edir. Rusiya fəhlə və 
downloaded from KitabYurdu.org

174 
 
kəndlilərini  səfərbər  edib  rus  mülkədar  və  sərmayədarları  ilə  ölüm-dirim 
mübarizəsi aparır». 
Birdən  gurultu  sala-sala  iki  əlavə  zirehli  avtomobil  gəlib  parlaman 
binasının qabağında bir-birindən aralı, o tin, bu tində dayandı. Hərəsindən bir 
top lüləsi çıxmışdı. 
Səkidə mübahisə, dedi-qodu davam edirdi. Fəhlə deyirdi: «Kommuna 
vaxtı dövlətlilərin, ağaların nəfəsini kəsmişdilər...». 
Fəhlə astadan dedi:    «Kəsmişdilər və kəsəcəklər də...». 
Fəhlə ziyalı ilə nəzəri mübahisədə aciz olsa da daxili bir inamla dedi: 
«Hər halda axırda Lenin nə deyibsə olacaq, fəhlə-kəndli hökuməti». 
«Əlbəttə, Lenin deyən olacaq», - ziyalı razılaşdı. 
Yaşlı  kişi  söhbətə  qarışdı:  «Doğrudur.  Axırda  hamı  Leninin  dalınca 
gedəcək. Kommuna zamanı olan təki olmayacaq.» 
Çox  maraqlıdır ki,  hadisələrin gələcək inkişafı ziyalının  milli  məsələ 
barədə  sövqi-təbii  ilə  duyduğu  həyatda  doğuldu.  1920-ci  il  martın  17-də  İ.  T. 
Smilqaya və Q. K. Orconikidzeyə göndərdiyi teleqramda V. İ. Lenin yazmışdı: 
«Bakını  almaq  bizə  olduqca  və  olduqca  zəruridir.  Bütün  səyinizi  buna  verin, 
həm  də  bəyanatlarda  son  dərəcə  diplomatik  olmaq  və  möhkəm  yerli  Sovet 
hakimiyyəti    hazırlandığını  tamamilə  yəqin  etmək  lazımdır.  Qüvvələr 
yeridilməsi haqqında Baş komandanla şərtləşin».
*
 
İki həftə sonra 1920-ci il aprelin 2-də «Q. K. Orconikidzeyə teleqram 
və L. D. Trotskiyə qısa məktub» teleqramında V. İ. Lenin yazmışdı: «Bir daha 
xahiş  edirəm,  ehtiyatla  hərəkət  edəsiniz  və  müsəlmanlara,  xüsusən  Dağıstana 
girəndə,  ən  böyük 
xeyirxahlıq  göstərəsiniz.  Müsəlmanlara,  onların 
muxtariyyətinə,  istiqlaliyyətinə  və  sairəyə  hər  vasitə  ilə  hüsn-rəğbət  nümayiş 
etdirin,  həm  də  ən  təntənəli  bir  surətdə  nümayiş  etdirin.  İşin  gedişi  haqqında 
daha dürüst və daha tez-tez məlumat verin».
**
 
Dahi rəhbərin bu göstərişi 1918-ci ildə buraxılan səhvlərin, əyintilərin 
bir daha təkrar olmaması üçün xəbərdarlıq idi. 
...Birdən  səs-küy  qopdu,  camaat  parlamana  fəxri  qaraula  aparılan 
əsgərlərə baxmağa başladı. 
Hadisənin  şahidi  professor  deyirdi:  «Bazar  (Hüsü  Hacıyev) 
küçəsindən  Persidski  (Poluxin)  küçəsinə  qədər  ingilis  və  Azərbaycan 
əsgərlərindən,  binanın  qabağında  isə  ancaq  Azərbaycan  əsgərlərindən  ibarət 
mühafizə 
dəstələri 
durmuşdular. 
Şəhadətnaməsi 
olmayanları 
içəri 
buraxmırdılar.  Damda  ucalan  üç  rəngli  -  al,  yaşıl,  firuzəyi,  aypara  və  səkkiz 
guşə  ulduzlu  bayrağı  külək  oynadırdı.  Dəvətnamə  vərəqəsini  göstərib  içəri 
                                                           
*
 
V.İ.Lenin.    Əsərlərinin  tam  külliyyatı,  51-ci  cild,   səh. 192.
 
**
 Yenə orada. səh. 204. 
downloaded from KitabYurdu.org

175 
 
girdim.  Qapıdan  salona  qədər  pillələrdə  gözəl  geyimli  azərbaycanlı  əsgərləri 
fəxri qaraulda durmuşdular. Lojalara xırda bayraqlar sancılmışdı. 
İçəridə  kübar  xanımlar  da  vardı.  Diplomatik  elçilər  üçün  ayrılmış 
yerdə İran, Dağıstan və Gürcüstan nümayəndələri əyləşmişdilər. 
Hümmət  təşkilatından  Səmədağa  Ağamalı  oğlu,  Əliheydər  Qarayev, 
Camalbəyov, Əbilov, Şeyxülislamov və başqaları sol tərəfdə oturmuşdular. 
Saat  ikinin  yarısında  Azərbaycan  parlamanının  ilk  iclası  açıldı;  bu 
münasibətlə əfvi-ümumi elan edib siyasi məhbusları azad etmək təklif olundu. 
Hamı  əl  çaldı,  təklif  qəbul  edildi.  Nümayəndələrdən  bir  nəfər  təbrik 
teleqramlarını  oxudu.  Milli  şuralar  və  təşkilatlar  tərəfindən  də  bu  tarixi  günü 
qeyd edib sevinc duyğuları izhar olundu, parlamana xalq və millətlər mənafeyi 
naminə  müvəffəqiyyətli  fəaliyyət  arzulandı.  Çıxışlarda  cari  və  vacib 
məsələlərdən danışıldı. 
Saat beşdə parlamanın iclası qurtardı. 
Mərkəzi  fəhlə  konfransı  -  fəhlə  parlamanı.  İngilislər  Bakıya  ikinci 
dəfə  gələndə  gəlir  Tomson  demokrat  olduğunu  söyləyib  daxili  işlərə 
qarışmayacağını vəd etmişdi. Lakin o özündən əvvəlki ingilis gəliri Denstervili 
kölgədə  qoydu.  Bakıda  elan  etdiyi  ilk  qərarda  yazılırdı:  «Bütün  tətilçilər, 
bolşevikləri  və  fəhlələri  tətilə  təhrik  edənlər,  çaxnaşma  salanlar  cəzaya 
məhkum  ediləcək.  Mənim  yazılı  rüsxətim  olmadan,  nə  məqsəd  üçün  olursa-
olsun on nəfərdən artıq adamın bir yerdə yığılması qadağan olunur». 
Bu  sözlərdən  belə  çıxırdı  ki,  bolşeviklər  heç  yerdə  gözə 
görünməməlidirlər. 
Menşeviklərə fəhlə konfransı keçirməyə icazə verilmişdi. 
Madam  ki,  konfrans  fəhlələrindir,  orada  bolşeviklərin  iştirakı 
zəruridir. Çünki fəhlələrin yeganə hamisi onlardı; baxmayaraq ki, onları Bakıda 
dörd  tərəfdən,  dörd  gözlə  -  ingilislər,  müsavatçılar,  menşevik  və  eserlər 
izləyirdilər. 
Bolşeviklər belə bir şəraitdə işləməli idilər. 
Bütün mədən, zavod və fabriklərdən göndərilən nümayəndələr 1918-ci 
ilin  dekabr  ayında  ilk  konfransı  keçirdilər.  Üstünlük  menşevik-eserlərin 
tərəfində idi. 1919-cu ilin mart ayında bolşeviklər təşəbbüsü öz əllərinə aldılar. 
Mərkəzi 
fəhlə 
konfransı  Haşımov  (Gənclər)  meydanındakı 
ikimərtəbəli  binada  olurdu.  Azca  yuxarıda  Hacı  Hacıağanın  «Təbriz» 
mehmanxanası,  bir  qədər  aralı  «Kaspi»  mətbəəsi,  onunla  yanaşı  «İsmailiyyə» 
binası yerləşirdi.  Çox vaxt fəhlə  klubuna həm həqiqi, həm də  məcazi  mənada 
«fəhlə parlamanı» və «Sovdep» deyirdilər. 
1918-ci  il  dekabrın  18-də  keçirilən  Fəhlə  konfransı  tətil  elan  etməklə 
aşağıdakı siyasi tələbləri irəli sürürdü: 
1. Siyasi məhbuslar həbsxanadan azad edilsin. 2. Mətbuat azadlığı. 3. 
İclas keçirmək azadlığı. 4. Söz azadlığı və s. 
downloaded from KitabYurdu.org

176 
 
Şəhər rəisliyinin binası qarşısında iki avtomobil dayanmışdı. Şoferlər 
ingilis hərbi libasında idilər. Girəcək qapının hər iki tərəfində əli silahlı əsgərlər 
durmuşdu. 
Binadan  çıxan  ingilis  zabitləri  maşına  minib  Marinski  qız 
gimnaziyasına yollandılar. Polkovnik Volton orda otururdu. Fəhlə və həmkarlar 
ittifaqı  hərəkatına  nəzarət  ona  tapşırılmışdı.  Casuslardan  aldığı  məlumatları 
hökumətin  daxili  işlər  nazirliyinə  verirdi.  Həmkarlar  və  fəhlə  hərəkatı 
fəallarının  evlərində  axtarış  apartdırıb,  dörd  nəfəri  tutub  sürgün  etmişdilər. 
Bundan  fəhlələr  qəzəblənib,  tətil  elan  etdilər.  Günorta  bütün  mədən,  zavod, 
fabrik, dəmir yolu və körpülərdə iş dayanmışdı. 
Həbsdə olanlar azad edilib, sürgün edilənlər yarı yoldan qaytarılandan 
sonra həyat əvvəlki axarına düşür. 
Tətil  yeni  il  qabağı,  dekabrın  29-da  qələbə  çalır.  Lakin  həmin  gün, 
tətilə  qoşulduqlarına  görə  Tağıyevin  fabrikində  14  fəhlə  işdən  kənar  edilir. 
İşdən çıxarılanları yerlərinə qaytarmaq üçün Mərkəzi fəhlə konfransının xitabət 
kürsüsündən  ardıcıl  çıxışlar  edilir  və  mübarizə  aparılır.  Fəhlələr  bir  aydan 
sonra,  1919-cu  il  yanvarın  30-da  işə  qaytarılır.  Bu  qələbə  hümmətçilərin 
nüfuzunu müsəlman fəhlələri arasında artırdı. 
Bakı  proletariatının  güclü  tətil  hərəkatına  aprel  ayında  hazırlıq 
görülürdü; tələblər həm iqtisadi, həm də kəskin siyasi xarakterdə idi. 
Aprelin  30-da  qərar  çıxarılır  və  Mərkəzi  tətil  komitəsi  yaradılır. 
Tətilçilərin başlıca tələbi Sovet Rusiyasına neft göndərmək idi. 
Elə  bu  vaxt  Denikin  hücuma  keçib,  Dağıstanı  işğal  edir.  İngilislər 
Denikinə  Xəzər  yolu  ilə  hərbi  ləvazimat  göndərmək  üçün  dəridən-qabıqdan 
çıxanda, dəniz nəqliyyatı işçiləri tətil edirlər. Gəmilərin uğuldayan fitləri şəhərə 
vəlvələ salır. 
İngilislər hərbi ləvazimatı vaqonlara doldurub yola salmaq istəyəndə, 
bütün  parovozların  və  dəmir  yolu  emalatxanalarının  fitləri  səs-səsə  verib  tətil 
elan etdiklərini aləmə xəbər verir. 
May  ayının  6-da  mədənlərdə,  zavod  və  fabriklərdə,  elektrik 
stansiyalarında,    ictimai  müəssisələrdə  fit  səsləri  ucalır...  Hər  yerdə  hərəkət 
dayanır. Əlli minlik Bakı proletariatı ümumtətilə başlayır. 
Fitnəkar ingilislər həmişə etdikləri kimi Müsavat hökuməti ilə birlikdə 
hiylə  işlədirlər.  May  ayının  7-də  dəniz  qırağına  qoşun  töküb,  bulvarı 
mühasirəyə  alırlar.  «Belaya»  barjından  körpüyə  hərbi  sursat  -top,  pulemyot, 
qutular  dolusu  tüfəng,  patron,  bomba,  qumbara  və  barıt  dolu  qutuları 
boşaldırlar və elan edirlər ki, bütün bu silahları Həştərxandan üsyan hazırlayan 
bolşeviklər  üçün  göndəriblər.  Guya  bolşeviklər  fəhlələri  silahlandırıb 
«müsəlman  hökumətini  devirmək»,  «Azərbaycanın  istiqlaliyyətini  məhv 
etmək» istəyirlər. 
downloaded from KitabYurdu.org

177 
 
Belə  bir  şəraitdə  komitə  mayın  12-də  tətili  dayandırmağı  qərara  alır. 
Tətil bolşeviklərin kütlələr içərisində böyük nüfuza malik olduğunu göstərdi. 
Daxili  İşlər  Nazirliyi  bolşevikləri  həbsə  almağa  başlayır.  Mədənlərdə 
və  şəhərdə  çoxlu  adam,  bəzən  bütün  ailəni  tutub  həbsxanaya  salırlar.  Tətil 
komitəsindən  43  nəfər  həbsə  alınır.  21  nəfərdən  ibarət  yeni  tətil  komitəsi 
yaradılır;  onları  da  tuturlar.  64  nəfər  fəal  fəhlə  nümayəndəsi  iki  həftədən  çox 
mərkəzi həbsxanada saxlanır... 
Mayın  13-də  fəhlələr  işə  başlayırlar.  Təkcə  Tağıyev  fabrikinin 
fəhlələri tətili davam etdirirlər, həbsxanaya salınmış yoldaşları buraxılmadıqca 
işə  başlamayacaqlarını  inadla  söyləyir  və  istədiklərinə  nail  olurlar;  fabrik 
fəhlələrini may ayının 16-da həbsdən azad edirlər. 
Hümmətçilər  may  ayının  25-dən  «Bakı  fəhlə  konfransının  əxbarı»nı 
Azərbaycan dilində nəşr etməyə başlayırlar. 
Müsavatçılar  may  ayının  28-də  milli  Azərbaycan;  dövlətinin  bir 
illiyini  bayram  etməyi  qərara  alırlar.  (1918-ci  ildə  may  ayının  25-də  Tiflisdə 
Zaqafqaziya  Seymi  Gürcüstan,  Azərbaycan  və  Ermənistan  respublikalarının 
«azadlığını» elan etmişdi). Müsavat hökuməti bu bayrama böyük ümid bəsləyir 
və güman edirdi ki, bolşeviklər razılaşmayacaq, bayramı boykot edəcəklar, bu 
yolla da müsəlman əhalisi arasında özlərini ifşa edib, nüfuzdan düşəcəklər. 
Lakin belə olmadı. 
Bolşeviklərin  hələ  1919-cu  il  may  ayının  əvvəllərində  Bakıda 
keçirdikləri partiya konfransında «Biz müstəqil Sovet  Azərbaycanı  uğrunda» 
şüarını irəli sürmək qərara alınır. 
«İstitlal»  şənlikləri.  Bayram  münasibətilə  şəhər  bəzədilmişdi.  Hər 
yerdə aypara  və  səkkiz  guşə  ulduzlu  üç rəngli  - al,  yaşıl və  firuzəyi bayraqlar 
dalğalanırdı.  Eyvanlarda  xalı-xalçalar,  əlvan  qumaşlar,  cecim,  şal  salınmışdı. 
Dükanlardakı  əlvan  fanarlar  və  çıraqlar  diqqəti  uzaqdan  cəlb  edirdi.  Hələ 
mayın  27-dən  faytonlara,  avtomobil  və  arabalara  üç  rəngli  xırda  bayraqlar 
sancmışdılar. Meydanlarda, bulvarda yaşıl şax, budaq və gül-çiçəkdən, xalça və 
parçalardan ala qapılar düzəldilmişdi. 
Səhər  tezdən  küçələr  adamla  dolu  idi.  Şəhər  əhalisi  -  qulluqçular  və 
müəllimlər,  şagirdlər  və  sənətkarlar  bayram  şənliyinə  qoşulmuşdular.  Elə  bil 
evlərdə  adam  qalmamışdı.  Çalıb-oynayanlar  aləmə  səs  salmışdılar.  Hər 
tərəfdən şüar eşidilirdi: «Yaşasın Azərbaycan!», «Yaşasın istiqlal!». 
Ədiblər,  şair  və  bəstəkarlar,  səhnə  ustaları,  incəsənət  xadimləri  də 
şənliklərdə iştirak edirdilər. 
Bayraqlarla  bəzədilmiş  iki  yük  avtomobilinin  birində  zurna-balaban, 
digərində Qərb musiqisi çalınırdı. 
Bütün 
firqələr 
məramnaməsinə,  proqramına 
uyğun  minlərlə 
müraciətnamə  nəşr  edib  camaata  paylayırdılar.  Hümmətçilərin  çağırışlarında 
downloaded from KitabYurdu.org

178 
 
yadelli  imperialistlərə  lənət  yağdırılırdı.  Demokratiya  pərdəsi  altında  kiçik 
xalqları əsarət zənciri ilə buxovlayanlara qarşı etiraz sədaları eşidilirdi. 
«Metropoldan»  (Nizami  muzeyi)  bələdiyyə  idarəsinə  keçmək 
mümkün  deyildi.  Damlar,  eyvanlar,  pəncərələr  adamla  dolu  idi.  Eyvanların 
birində Qurban Pirimov tar çalır, Cabbar Qaryağdı oğlu oxuyurdu. 
Toxuculuq  fabrikinin  fəhlələri  əllərində  qırmızı  bayraqlar  və  şüarlar 
«Hürriyyət» (26 komissar) meydanına girirlər... Əllərdə dalğalanan bayraqlarda 
«Füqərayi  cahan  kasibəsi,  birləşin!»,  «Yaşasın  sosial  demokrat  fəhlə  firqəsi, 
hümmət!», «İmperializmə ölüm!» sözləri yazılmışdı. 
Qara çadralı, ayaqyalın bir müsəlman arvadı ağlaya-ağlaya danışmağa 
başlayır:  «Öz  südümüzlə  bəslədiyimiz,  böyütdüyümüz  kişilər,  ərlər  bizi 
zindana salmışlar. Yaşasın övrətlər inqilabı!». 
Fəhlə  dəstələri  parlamana  yollanır,  ordan  da  Mərkəzi  fəhlə  klubuna 
gedirlər. 
Bu  dəstə  səhər  tezdən  fabrikin  həyətinə  yığılmışdı.  «Hümmət» 
təşkilatının  nümayəndəsi  qısa  nitq  söyləyib,  fəhlələrə  Bakı  Komitəsinin 
bayrağını təqdim etmişdi. Onlar da musiqi təranələri altında Qaraşəhərə, ordan 
da pay-piyada şəhərə gəlmişdilər ki, öz hüquqlarını tələb etsinlər... 
Çadralı  müsəlman  fəhlə  arvadının  bu  çıxışı  bütün  Bakıya  vəlvələ 
salmışdı,  bütün  ictimai  təbəqələri  həyəcana  gətirmişdi,  hamının  «Hümmət»ə 
hörmətini artırmışdı. 
Əliheydər  Qarayev  bu  nümayişin  Fransada  Jonsen  cənazəsinin 
müşayiət  mərasimini  xatırlatdığını  yazıb  əlavə  edirdi  ki,  bizə  tərəddüdlə 
yanaşan  fəhlələr  də  bu  nümayişdən  sonra  bizə  qoşuldular  və  «Yaşasın 
Azərbaycan  Sovet  Sosialist  Cümhuriyyəti!»,  «Yaşasın  III  internasional!» 
şüarlarını  təkrar-təkrar  qışqırdılar.  Birdən  hamı  səs-səsə  verib  internasional 
oxumağa başlayır: 
 
Qalx! Ey lənətlə damğalanmış,  
ac və çılpaq, məzlum dünya!  
Zülmə qarşı vicdanlar yanmış,  
alovlanmış qanlı dava.  
Yıkalım bu köhnə cahanı,  
quralım bir yeni aləm.  
Ərzin səfil, məhkum insanı  
Ərzə hakim olur o dəm. 
 
Bu qovqa son və ən qəti  
Şanlı bir hərb olur,  
İnternasionalla  
İnsanlıq can bulur. 
downloaded from KitabYurdu.org

179 
 
 
Qəzetlərdən.  Təəssüf  ediləsi  bir  xəbər:  1918-ci  il  mart  hadisələri 
əsnasında dağılmış «İsmailiyyə» sarayının gündən-günə xarab olmasını nəzərə 
alaraq,  onu  sökmək  və  zərərsiz  hala  salmaq  qərara  alınmışdır.  Bu  məsələyə 
Musa Nağıyevin varisləri də etiraz etmirlər. Bina taxta hasara alınıbdır. Qabil 
bənnalar  axtarılır  ki,  «İsmailiyyə»ni  söksünlər.  Bünövrədən  çıxarılacaq 
zəxirəni satmağa komisyon intixab edilmişdir. 
 
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin