DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
Maliyye


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XIX  FƏSİL. SIĞORTA İŞİNİN TƏŞKİLİ 

 

19.1. Sığortanın mahiyyəti  

 

 

314 


Maliyyə  sisteminin  tərkib  hissəsi olmaqla sığorta  iqtisadi   kateqoriya 

kimi müxtəlif fövqəladə hallar baş  verdikdə  dəyən  ziyanın ödənilməsi və 

vətəndaşların  şəxsi  həyatları    ilə    bağlı    hadisələr  zamanı  onlara    maliyyə  

yardımı  göstərilməsi    ilə    əlaqədar  məqsədli    pul  vəsaiti  fondlarının  ya-

radılması və  istifadəsi  prosesidir. 

  Sığorta    prosesi    zamanı  sığorta    hadisəsinin    baş  verməsi  

nəticəsində  maddi və  ya  digər  itkilərin aradan  qaldırılmasına yönəldilən 

pul  vəsaitlərinin    bölgüsü    üzrə  münasibətləri    formalaşır.  Sığorta 

münasibətlərini  digər  maliyyə-kredit  münasibətlərindən  fərqləndirən  

xüsusiyyətlər  aşağıdakılardır:  sığorta  ödənişləri  ehtimal  xarakter  daşıyır, 

sığorta münasibətləri qapalı yenidən bölgü xarakterinə malikdir, sığorta də-

yən  ziyanın  həm  ərazi  vahidləri,  həm  də  vaxta  görə  yenidən  bölgüsünü 

nəzərdə tutur. 

İqtisadi  kateqoriya  olan  sığorta  maliyyənin  tərkib  hissəsi  olsa  da,  o, 

digər  maliyyə  kateqoriyalarından  fərqlənir.  Məsələn,  maliyyə  ümumilikdə 

gəlirlərin  və  yığımların  bölgüsü  və  yenidən  bölgüsü  ilə  əlaqədar  olduğu 

halda,  sığorta  yalnız  yenidənbölgü  sahəsini  əhatə  edir.  Sığortanın 

özünəməxsusluğunu  xarakterizə  edən  aşağıdakı  mahiyyət  əlamətlərini 

göstərmək olar: 

1. Sığortalama zamanı pulun yenidən bölgüsü münasibətləri meydana 

çıxır  ki,  bu  da  kənar,  gözlənilməz  və  çox  ağır  şəraitin  mövcudluğu  ilə 

şərtlənir. Bu hadisələrin nəticəsində milli iqtisadiyyata və əhaliyə maddi və 

digər zərərlər dəyir. 

2.  Sığorta  prosesində  onun  iştirakçılarına  dəymiş  zərər  aradan 

qaldırılır.  İştirakçılar  dedikdə  sığorta  olunanlarla  sığorta  edənlər  başa 

düşülür.  Vəsaitin  bu  cür  yenidənbölgü  münasibətləri,  bir  qayda  olaraq, 

bütün  təsərrüfatı  və  bütün  ölkə  ərazisini  deyil,  ictimai  həyatın  müəyyən 

hissələrini əhatə edən zərərin təsadüfü xarakter daşıması ilə şərtlənir. 

Bu  zaman  sığorta  iştirakçıları  nə  qədər  çox  olarsa,  zərərin  aradan 

qaldırılmasında hər bir sığortaçıya o qədər az pul düşər. Sığortalama zərərin 

aradan  qaldırılmasında  ən  səmərəli  metoddur.  Sığortaçıların  və  sığorta 

olunan  obyektlərin  sayı  artdıqca  bu  səmərəlilik  daha  da  artır.  Bununla 

birlikdə,  sığorta  həm  də  pul  vəsaitlərinin  vahid  sığorta  fondunda 

cəmlənməsini  təmin  edir.  Belə  halda  hər  bir  sığorta  subyekti  maksimum 

zərərləri minimum xərclərlə aradan qaldıra bilir. 

3.  Sığorta  zərərlərin  əvəzinin  ödənməsinə  yönəlmiş  vəsaitin  ərazi 

vahidləri  arasında  vaxtında  yenidən  bölüşdürülməsini  təmin  edir.  Sığorta 

fondunun  vəsaitlərini  bir  il  müddətinə  ərazilər  üzrə  səmərəli  bölmək  üçün 

geniş ərazini və yetərincə sığorta obyektini əhatə etmək tələb olunur.  

4.  Zərərin  lokal  (qapalı)  ləğvi  (ödənilməsi)  sığorta  fondunda 

səfərbərliyə  alınmış  vəsaitin  birbaşa  qaytarılmasını  şərtləndirir.  Hər  bir 


 

315 


sığorta  olunanın  sığorta  fonduna  ayırdığı  sığorta  ödənişlərinin    məqsədi 

müəyyən  ərazidə  və  müəyyən  vaxt  müddətində  zərərin  həqiqi  məbləğinin 

ödənilməsidir.  Sığorta  ödənişlərinin  məbləği  dəymiş  zərərin  ödənilməsi 

formasında qaytarılır.  

Sığorta  təsərrüfat  subyektlərinin  üzləşdikləri  müəyyən  hallarla 

əlaqədar  olaraq  onların  gəlirlərində  baş  verən  itkilərin  və  mümkün  zərərin 

aradan  qaldırılması  və  ödənilməsi  məqsədilə  pul  ayırmaları  hesabına 

formalaşdırılan  sığorta  fondu  üzrə  iştirakçılar  arasında  meydana  gələn 

yenidənbölgü münasibətlərinin məcmusudur.  

 

 

19.2. Sığorta fondlarının zəruriliyi və yaradılması metodları. 

 

Sığorta  bazar  münasibətlərinin  zəruri  elementlərindən  olub,  iqtisadi 

mexanizmdə  özünəməxsus  funksiyalar  daşıyan  maliyyə  münasibətləri 

sisteminə  aiddir.  Onun  zəruriliyini  iqtisadi-maliyyə  münasibətlərinin 

mahiyyətində  axtarmaq  lazımdır.  Maddi  maraqların  daşıyıcısı  olan  iqtisadi 

münasibətlər  bu  maraqların  özlərinin  qorunması  zəruriliyini  yaradır.  Başqa 

sözlə,  maddi  maraq  sığorta  marağını,  o  isə  öz  növbəsində  sığorta 

müdafiəsini şərtləndirir. 

      Sığorta  iqtisadi  kateqoriya  olub,  sığorta  fondunun  yaradılması  və 

istifadəsi zamanı meydana çıxan pul münasibətləri sistemidir. Sığorta fondu 

isə  ictimai  geniş  təkrar  istehsalın  mühüm  elementi  olub,  bütün  məcmu 

ictimai  məhsulun  təkrar  istehsal  prosesi  zamanı  və  bu  prosesin  normal, 

fasiləsiz  həyata  keçirilməsini  təmin  etmək  üçün  əlavə  istehsal  yolu  ilə 

yaradılır.  Sığorta  fondu  onun  təyinatını  və  məqsədini  açıb  göstərən 

mahiyyət  xüsusiyyətinə  malikdir.  Həmin  xüsusiyyət  ondan  ibarətdir  ki, 

cəmiyyətin  milli  gəlirinin  bir  hissəsi  kimi  onu  qabaqcadan  qəti  şəkildə  nə 

yığım fonduna, nə də istehlak fonduna aid etmək olmaz. 

      Beləliklə  sığorta  fondu  tamamilə  spesifik  xüsusiyyətlərə  malik  olan  bir 

fonddur.  Dəyən  zərərin  həcmini,  maddi  istehsalın  hansı  sahədə  baş 

verəcəyini,  istehsal  vasitələrinin,  yaxud  istehlak  vəsaitinin  məhv  olacağını 

qabaqcadan  müəyyən  etmək  mümkün  olmadığı  üçün  sığorta  fondunun 

istifadə edilmə istiqamətini də müəyyən etmək mümkün deyildir. 

Ümumiyyətlə  sığorta  fondu  ictimai  istehsalın  zəruri  elementlərindən 

biridir.  Onun  yaradılması  zəruriliyi  insanla  təbiət  arasında  olan  obyektiv 

ziddiyyətlərlə  bağlıdır.  Təbii  fəlakətlər  nəticəsində  dəymiş  zərərlərin 

ödənilməsi  üçün  material  və  pul  ehtiyatları  formasında  sığorta  fondu 

yaradılır.  Onun  yaradılmasının  mənbəyi  kimi  cəmiyyətin  zəruri  və  izafi 

məhsulu çıxış edir. Sığorta fondunun yaradılmasının 3 metodu mövcuddur: 

1. Birbaşa üsul 


 

316 


2. Özünü sığortalama 

3. Sığortalama metodu 

Birbaşa  üsulla  sığorta  fondu  cəmiyyətin  milli  gəlirindən  ayırma  yolu 

ilə  yaradılır.  Bu  üsulla  Nazirlər  Kabinetinin  və  muxtar  respublika 

hökumətinin  ehtiyat  fondları  yaradılır.  Bu  ehtiyat  fondları  həm  material, 

həm də pul formasında yaradılır. Bu fondlara ayrılan vəsaitə, habelə dövlət 

büdcəsinin  gəlirlərinin  xərclərindən  artıq  qalan  hissəsi  də  köçürülür.  Lakin 

son bir neçə il ərzində bu mənbə yoxdur. Özünü sığortalama metodu ilə isə 

sığorta  fondu  ayrı-ayrı  nazirliklərdən,  baş  idarələrdən  və  müəssisələrdə 

yaradılır. Bura nazirliklərdə yaradılan mal ehtiyatı fondunu, kəndtəsərrüfatı 

müəssisələrində yaradılan toxum, yem və s. fondları göstərə bilərik. Özünü 

sığortalama metodu bazar iqtisadiyyatı şəraitində ən səmərəsiz metod hesab 

olunur.  Çünki  bu  metod  xeyli  miqdar  material  və  pul  ehtiyatlarının 

dövriyyədən  çıxmasına  və  dondurulmasına  səbəb  olur.  Müasir  şəraitdə  ən 

səmərəli üsul sığortalama üsuludur. Bu üsulla yaradılan sığorta fondu dövlət 

sığorta fondu adlanır. Ölkəmizdə əsasən 4 qrup sığorta fondu yaradılır: 

1. Mərkəzləşmiş ümumdövlət sığorta /ehtiyat fondu; 

2. Nazirliklərin, konsern və şirkətlərin sığorta fondları; 

3. Qeyri-mərkəzləşmiş sığorta fondları; 

4. Dövlət sığorta fondu. 

Qeyd  edək  ki,  sığorta  fondu  ilə  ehtiyat  fondunu  fərqləndirmək 

lazımdır.  Ehtiyat  fondu  sığorta  fonduna  nisbətən  daha  geniş  iqtisadi 

məfhumdur.  Belə  ki,  əgər  sığorta  fondunun  təyinatı  ancaq  təbii  hadisələr 

nəticəsində  dəyən  zərərlərin  aradan  qaldırılması  məqsədi  güdürsə,  ehtiyat 

fondları  nəinki  təbii  hadisələr  nəticəsində  dəyən  zərərlərin,  eyni  zamanda 

iqtisadi,  siyasi  və  hərbi  əməliyyatlar  nəticəsində  dəyən  zərərlərin  aradan 

qaldırılmasına  yönəldilir.  Deməli,  sığorta  fondu  ehtiyat  fondunun  üzvü 

tərkib hissəsidir. Sığorta fondunun ən xarakterik xüsusiyyəti ondan ibarətdir 

ki,  onu  əvvəlcədən  nə  yığım  fonduna,  nə  də  istehlak  fonduna  aid  etmək 

olmaz. 

İqtisadi  kateqoriya  olan  sığorta  təcrübədə  sığorta  fondunun 

yaradılması  və  istifadəsi  metodlarından  biri  kimi  gerçəkləşdirilir.  Əsasən, 

mərkəzləşdirilmiş  və  mərkəzləşdirilməmiş  kimi  təsnif  edilən  başqa 

metodların  da  olması  mümkündür.  Bunlar  milli  gəlirlərdən  və  sərvətlərdən 

qanunvericilik  qaydasında  maliyyə  ehtiyatları  fonduna,  o  cümlədən  sığorta 

fonduna  vəsaitlərin  birbaşa  ayrılması  ilə  əlaqədardır.  Dövlət  büdcəsinin 

ehtiyat fondları və qızıl valyuta ehtiyatları məhz mərkəzləşdirilmiş metodun 

köməyi  ilə  formalaşdırılır.  Mərkəzləşdirilməmiş  maliyyə  fondları  maddi 

istehsal  sahəsində,  ilk  növbədə,  aqrar  bölmədə  fəaliyyət  göstərən  birlik  və 

müəssisələrdə təşkil edilir və onların məqsədi yerli itkilərin və müxtəlif növ 

zərərlərin ödənilməsidir.  


 

317 


Sığorta  fondunun  yaradılması  və  tətbiqi  üçün  məhz  sığorta 

kateqoriyasından istifadənin iqtisadi zəruriliyi özünü onda göstərir ki, dövlət 

təsərrüfat subyektlərinin – müəssisə, təşkilat, cəmiyyət, kooperativ və daha 

çox  ayrı-ayrı  vətəndaşların  maliyyə  ehtiyatları  ilə  geniş  surətdə  manevr 

etmək  imkanından  məhrum  olur.  Sığorta  müdafiəsinin  obyektlərindən  – 

insanların  maddi  sərvətlilərindən, əmlaklarından,  həyat, sağlamlıq  və əmək 

qabiliyyətliliyindən  asılı  olaraq  sığorta  bir  tərəfdən  maddi  zərərlərin 

ödənilməsi,  digər  tərəfdən  isə  ailə  gəlirləri  və  yaşayış  vasitələrindəki 

itkilərlə  əlaqədar  ola  bilər.  Ailə  gəlirlərindən  itkilər  xəstəlik,  əlillik 

nəticəsində,  bədbəxt  hadisələrdən  alınan  zədələrin  müalicəsi  dövründə  və 

başqa  vaxtlarda  əmək qabiliyyətinin  itirilməsi üzündən  baş  verir. Ona görə 

də  bu gəlirlərin sığortalanması  və  ya  sığorta  müdafiəsi,  ilk növbədə, sosial 

sığortanın  cəmiyyətin  hesabına  təşkil  edilməsi  yolu  ilə  həyata  keçirilir. 

Sığortanın  lazımi  səviyyədə  həyata  keçirilməsi  cəmiyyətin  hər  bir  inkişaf 

mərhələsində  dövlətin  maliyyə  imkanları  ilə  bağlıdır.  Dövlət  sosial 

sığortanın  köməyi  ilə  zərərlərlə  üzləşmiş  ailələrin  və  ya  vətəndaşların 

müəyyən,  heç  olmasa,  minimum  həyat  səviyyəsini  saxlamağa  çalışır.  Bu, 

dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. 

  

 

19.3. Sığortanın funksiyaları 

 

 Sığortanın  iqtisadi  mahiyyəti onun sosial  məqsədlərində  ifadə edilən 



funksiyalarında  daha  çox  aydın  olur.  Sığortanın  funksiyaları  bir  maliyyə 

sistemi  kimi  onun  rolunu  açıqlamağa  imkan  verən  təzahür  əlamətləridir. 

«Maliyyə»  anlayışı  öz  mahiyyətini,  hər  şeydən  əvvəl,  bölgü  funksiyası  ilə 

ifadə edir. Bu funksiya  sığorta funksiyalarında da özünü göstərir: 

  1. Risk funksiyası; 

  2. Xəbərdarlıq funksiyası; 

  3. Yığım funksiyası; 

  4. Nəzarət funksiyası. 

Sığorta    münasibətlərinin    məzmununu    aşağıdakı  funksiyalar    daha 

dolğun    ifadə edir: risk, xəbərdaredici, əmanət və  ya qoruyucu  və  nəzarət. 

Risk funksiyasının məzmununu sığorta hadisələrinin  neqativ  nəticələri  ilə 

əlaqədar olaraq  zərər təşkil edir. Xəbərdaredici funksiya qarşısıalınma təd-

birlərinin    həyata    keçirilməsi  yolu  ilə    mümkün    ola  biləcək  zərərin    ləğv 

edilməsi və ya  azaldılması  üçün  sığorta fondunun  bir hissəsinin  istifadə 

olunması  üzrə münasibətləri  əks etdirir. 

Əmanət  və  ya  qoruyucu  funksiya  həyatın  uzunmüddətli    sığortası  

növlərinə xasdır. Burada  müqavilə  şərtlərinə  görə sığorta məbləği  yığılır 


 

318 


və sığorta  müddətinin  başa çatması  ilə sığortalıya ödənir. Lakin inflyasiya 

şəraitində bu funksiya  öz əhəmiyyətini  itirir. 

Sığortanın    nəzarət    funksiyası    sığorta  fondlarının    və  ehtiyatlarının  

formalaşmasında  və istifadəsində  ciddi məqsədli  istiqamətlə şərtlənir. 

İstehsalın 

fasiləsizliyinin 

təmin 

edilməsində 



və 

onun 


balanslaşdırılmasında  sığortanın  rolu  özünü  ən  çox  sığorta  prosesinin  son 

nəticələrində göstərir. Son nəticə dedikdə, başlıca olaraq, sığorta sahələrinin 

optimallaşdırılması,  sığorta  əməliyyatlarının  inkişaf  göstəriciləri,  zərərin 

aradan vaxtında aradan qaldırılması və s. nəzərdə tutulur. 



 

319 


Sığortanın funksiyaları 

 

 



 

 

 



Риск 

функсийасы 

 

Хябярдар- 

лыг функсийасы 

 

Яманят 

функсийасы 

 

Нязарят 

функсийасы 

 

СЫЬОРТАНЫН ФУНКСИЙАЛАРЫ 

 

320 


19.4. Sığorta  işinin  təşkili 

 

  Sığorta  işi-iqtisadi    fəaliyyətin    xüsusi    növü  olub,  ixtisaslaşmış  

təşkilatlar  tərəfindən (sığortaçı)  sığorta  iştirakçılarının (sığorta  olunanlar)  

iqtisadi    maraqlarına    dəyə    biləcək    zərərlər  üzrə    risklərin    yenidən  

bölgüsünü xarakterizə  edir. 

   


Sığorta fəaliyyətinin ən mühüm sahələrindən biri sığorta bazarıdır. 

Bazar  iqtisadiyyatı  şəraitində  sığorta  bazarı  iqtisadi  sistemin  əsas 

elementlərindəndir.  Sığorta  bazarı  xüsusi  pul  münasibətlərinin  tələb-təklif 

əsasında  formalaşan  elə  bir  sahəsidir  ki,  burada  əsas  alqı-satqı  obyekti 

rolunda xüsusi xidmətlər – sığorta müdafiəsi çıxış edir. 

Sığorta bazarının  inkişafının obyektiv  əsası təkrar  istehsal prosesində 

meydana  çıxan  fasiləsizliyin  təmin  edilməsidir  ki,  bu  da  mənfi  hallar 

nəticəsində zərər çəkənlərə pul yardımı verilməsində özünü göstərir. Sığorta 

bazarında  cəmiyyətin  sığorta  müdafiəsini  təmin  etmək  üçün  sığorta  fondu 

yaradılır  və  bölüşdürülür.  Sığorta  bazarının  subyektləri  bu  və  ya  digər 

səviyyədə sığorta xidməti göstərilməsində iştirak edən sığorta təşkilatları və 

əlbəttə,  müxtəlif  növ  sığorta  edənlərdir.  Başqa  bazarlarda  olduğu  kimi, 

sığorta bazarında da aşağıdakılar iştirak edir: 

- Satıcılar, yəni sığorta şirkətləri; 

- Alıcılar, yəni adi vətəndaşlar, sənaye, ticarət və ya xidmət şirkətləri; 

- Vasitəçilər, yəni sığorta brokerləri və agentləri. 

Sığorta  bazarı  əmtəə-pul  münasibətlərinin  inkişafı  prosesində 

formalaşır. 

Keçmiş  inzibati-amirlik  sistemində  sığorta  işinin  səviyyəsi  məhdud, 

özü  isə  dövlət  inhisarında  olduğundan  sığorta  bazarı  yox  idi  və  ola  da 

bilməzdi. Ona görə də sığorta sahəsində təcrübə çox az və  yenilikdən uzaq 

olmuşdur. 

Bununla yanaşı, təcrübə göstərdi ki, sığorta işində inhisarçılıq sığorta 

marağını  müdafiə  etmir,  sığorta  fəaliyyəti  yalnız  bir  qrup  adamın  əlində 

cəmləşir.  İnzibati-amirlik  sistemi  şəraitində  inhisarçı  rolunda  dövlət  çıxış 

edir və heç bir alternativ özəl sığorta fəaliyyətinə imkan verilmir. 

Ümumiyyətlə, bazarın, o cümlədən, sığorta bazarının atributları satıcı 

ilə  alıcının  azadlığı,  bu  və  ya  digər  tərəfin  sərbəst  surətdə  əmtəə,  yaxud 

xidmət seçə bilməsidir. 

Sığorta bazarı inkişaf etdikcə onun tərkibi də xeyli genişlənmişdir. Bir 

qayda  olaraq,  sığorta  xidməti  bazarında  aşağıdakı  satıcı  kateqoriyaları 

fəaliyyət göstərir: 

- birbaşa sığorta müqaviləsi bağlayan sığortaçılar; 

- təkrar, yaxud birgə sığorta təşkilatları; 



 

321 


-  çeşidli  sığorta  növlərini  gerçəkləşdirmək  üçün  yaradılmış  müxtəlif 

sığorta birlikləri. 

Sığorta xidmətinin hər bir satıcısı müxtəlif mülkiyyət formalarını (dövlət, səhmdar, 

kooperasiya, özəl) təmsil edə bilər. 

Sığorta  bazarında  fəaliyyət  göstərən  vasitəçilər  brokerlər  (broker 

firmaları)  və  sığorta  agentləri  adlanırlar.  Onlar  sığortaçı  qismində  çıxış 

edərək  könüllü  sığorta  müqaviləsi  bağlayır,  sığortanın  qaydalarını  və 

şərtlərini izah edir, sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin alınması 

üçün  lazımi  sənədlərin  əldə  edilməsində  sığortalananlara  yardımçı  olurlar. 

Brokerlər, sığorta agentlərindən fərqli olaraq, sığorta olunanların adından və 

marağından çıxış edirlər. 

Həmin  sığorta  növünün  qaydalarına  və  şərtlərinə  zidd  deyilsə, 

istənilən hüquqi və fiziki şəxs sığorta xidmətinin alıcısı ola bilər.  

Sığorta  xidmətləri  müqavilə  (könüllü  sığortalanmada),  yaxud  qanun 

(məcburi sığortada) əsasında göstərilə bilər. Əks halda, sığorta xidmətlərinin 

genişlənməsi,  ilk  növbədə,  onların  ictimai  maraq  mövqeyindən  çıxış  edib-

etməməyindən asılı olur. 

Sığorta  xidmətləri  də,  başqa  əmtəə  növləri  kimi,  sığorta  bazarının 

istehlak  və  mübadilə  dəyərlərinə  malikdir.  Sığorta  xidmətlərinin  istehlak 

dəyəri  sığorta  ödənişi  formasında  həyata  keçirilən  sığorta  müdafiəsi 

təminatını ifadə edir. Sığortanın mübadilə dəyəri dedikdə sığorta tariflərində 

(ayırmalar,  yaxud  ödənişlər)  ifadə  olunan  sığorta  xidmətinin  qiyməti 

anlaşılır.  

Sığorta  xidmətinin  qiyməti  tələb  və  təklifə  əsaslanan  rəqabət 

şəraitində təşəkkül tapır. Bu qiymətdə sığorta xidmətinin göstərilməsinə sərf 

edilən  ictimai  zəruri  məsrəflər  əks  olunur  və  bu,  sığorta  işinin  aparılması, 

sığorta ödənişinin həcmi ilə müəyyən olunur. 

Rəqabət şəraitində qiymət müqavilə obyektidir və o, həmişə müəyyən 

həddə 

doğru 


hərəkət 

edir. 


Qiymətin 

ən 


aşağı 

həddi 


sığorta 

münasibətlərindəki  bərabərlik  prinsipləri  ilə,  yəni  sığortalananların 

ayırmaları ilə sığortaçıların sığorta məbləği ödənişi  arasındakı tarazlıqla, ən 

yuxarı  həddi  isə  sığortaçıların  tələbatı  ilə  müəyyən  edilir.  Bu  tələbatın 

yüksəlməsi mənfi hallara gətirib çıxara bilər. 

Konkret  sığortaçının  xidmətinin  qiyməti  onun  sığorta  portfelinin 

strukturundan və böyüklüyündən asılıdır. Bu portfeldə investisiya fəaliyyəti, 

idarəetmə  xərclərinin  həcmi,  gözlənilən  gəlirlər  əks  olunur.  Sığorta 

xidmətinin  alqı-satqısı  sığorta  müqavilələrinin  bağlanması  ilə  həyata 

keçirilir.  Sığorta  ödəməsinin  həyata  keçiriləcəyinə  əmin  olan  sığorta 

obyektləri müqavilə bağlanan andan sığortaçını kreditləşdirməyə başlayır. 

Sığorta  xidmətlərinin  siyahısı  özünü  sığorta obyektləri  olan  alıcıların 

müvafiq seçim etdikləri sığorta bazarının «çeşidində» göstərir.  


 

322 


Sığorta bazarındakı  vəziyyət çoxsaylı  amillərin  fəaliyyəti  ilə  şərtlənir 

ki,  onların  da  ən  vacibləri  risk  dərəcəsi,  sığorta obyektlərinin  pul  gəlirləri, 

sığorta tarifi,  sığorta  xidməti  təklifi  və  s.-dir.  Konkret  regionda  və  konkret 

vaxtda  təşəkkül  tapan  sığorta  xidmətinin  reallaşdırılması  şəraiti  sığorta 



bazarının  vəziyyətini  səciyyələndirir.  Bu  vəziyyət,  ilk  növbədə,  sığorta 

xidmətlərinə tələb və təklifin tarazlıq səviyyəsindən asılıdır. 

Bazarın inkişaf etməsi üçün tələb təklifdən üstün olmalıdır. Bu tələbin 

obyektiv  əsası  sığorta  marağı  kimi  reallaşan  sığorta  müdafiəsinə  olan 

ehtiyacdır.  Qeyd  edək  ki,  cəmiyyətin  sığorta  marağı  olduqca  rəngarəng  və 

çoxölçülüdür. İqtisadiyyat inkişaf etdikcə bu maraqların tərkibi və xarakteri 

də dəyişir. 

Sığorta  marketinqi  prinsipcə  iqtisadi  həyatın  digər  sahələrindəki 

marketinq  fəaliyyətindən  fərqlidir.  Marketinqin  əsas  prinsipi  iki  istiqaməti 

əhatə edir: 1) bazarın hərtərəfli və dərindən öyrənilməsi, 2) bazara və tələbin 

mövcud səviyyəsinə fəal təsir. 

Marketinq  yalnız  o  halda  praktik  səmərə  verir  ki,  onun  nəticələri 

sığorta siyasətinin işlənib-hazırlanmasında nəzərə alınmış olsun. Marketinq, 

bir qayda olaraq, üç (strateji, taktiki və operativ) səviyyədə həyata keçirilir. 

Beləliklə,  sığorta  təşkilatlarının  uzun  və  qısamüddətli  məqsədləri  işlənir, 

bazardakı vəziyyətlə əlaqədar olan cari vəzifələr həll edilir. 

Sığortaçılar və sığorta xidmətinin istehlakçıları sığorta bazarının azad 

subyektləridir.  Onlar  sığorta  xidmətinin  təklifində  və  alınmasında  tam 

sərbəstdirlər.  Sığorta  xidmətinə  tələb  qiymətləndirilərkən  istehlakçı,  ilk 

növbədə, 

risk 


dərəcəsini 

dəyərləndirməlidir. 

Riskin 

ölçüsünü 



qiymətləndirmək  və  onunla  mübarizə  strategiyasını  seçmək  bacarığı 

menecerin peşəkarlıq səviyyəsinin əsas göstəricilərindəndir. 

Bazar,  ictimai  təsərrüfatın  təşkil  forması  kimi,  sığorta  xidmətinin 

seçilməsində  istehlakçıların  azadlığının  təmin  olunmasını  tələb  edir. 

Sığortaçıların rəqabəti, əsasən,  yeni tələbin  meydana gəlməsi əsasında  yeni 

sığorta  növlərinin  təklifi;  risk  dərəcələri  müxtəlif  olan  sığorta 

müqavilələrinin  gerçəkləşdirilməsi;  sığorta  tarif  dərəcələrinin  azaldılması; 

sığorta  müqaviləsi  ödənişinin  daha  rahat  formasının  tapılması;  sığorta 

xidmətinin daha yüksək keyfiyyətinə nail olunması istiqamətlərində təzahür 

edir. 


Sığorta  xidmətlərinə    tələbat  və  təklifin  miqyasına  görə  sığorta 

bazarını daxili, xarici və beynəlxalq sığorta bazarına ayırmaq olar. 

Daxili sığorta bazarı – öz fəaliyyətini müəyyən ərazidə  həyata keçirən  

konkret    sığortaçılar    tərəfindən    sığorta  xidmətlərinə  olan  tələbatın  

ödəndiyi hər hansı bir ərazidə meydana çıxır. 


 

323 


Xarici sığorta  bazarı-müəyyən ərazidə  sığortaçılarla  və sığortalılarla  

qarşılıqlı  əlaqədə  olan və daxili  bazarın  hüdudlarından  kənarda yerləşən 

bazardır. 

Beynəlxalq dünya sığorta bazarı  dünya təsərrüfatı miqyasında  sığorta 

və təkrar sığorta  fəaliyyətini əks etdirir.


 

324 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin