17.4. Dövlət kreditinin təsnifatı
Bir kredit forması kimi dövlət krediti özünün təşkilati – iqtisadi
baxımından növlərə bölünür. Dünya iqtisadi ədəbiyyatlarında dövlət kreditinin
təsnifatı vahid standartlar çərçivəsində deyildir. Belə ki, müxtəlif mənbələr
dövlət kreditini fərqli cəhətdən təsnifləşdirirlər.
Bu kredit formasının təsnifatı digər kredit formaları ilə eynilik təşkil
edir. Yəni, bütün kredit münasibətləri vahid iqtisadi kateqoriya kimi eyni
283
cür təsnifləşdirilir.
Bütün digər kredit formaları kimi dövlət krediti də aşağıdakı
xüsusiyyətlərinə görə təsnifləşdirilir:
yönəldilən sahəyə görə;
kreditləşmə obyektinə görə;
təmiratlığına görə;
müddətinə görə;
ödəncliyinə görə və s.
Hamımıza aydındır ki, borc alanı, bu münasibətə girməyə sövq edən
həmin vəsaitə olan ehtiyacıdır. Ehtiyac dedikdə təbii ki, borc alanın
mənəvi–fiziki ehtiyacları yox, onun maraqlı olduğu hər hansı bir sahənin
ehtiyacları başa düşülür. Borc alan cəlb etdiyi suda vəsaitini fəaliyyət
göstərdiyi sahəyə yönəldəcəkdir. Buna sənaye, kənd təsərrüfatı, ticarət və s.
aiddir. Bu xüsusiyyətinə görə təsnifləşdirilərək, kreditlər sənaye krediti,
kənd təsərrüfatı krediti, ticarət krediti və s. növlərə bölünür. Bir çox
xüsusiyyətlərinə görə digər kredit münasibətlərindən fərqlənən dövlət
krediti bu baxımdan da seçilir. Bir qayda olaraq ümumi kredit
münasibətlərində əsas yeri sənaye, ticarət və s. kreditləri tutursa, dövlət
kreditində isə kredit vəsaitinin yönəldiyi əsas sahə maliyyədir. Bu zaman
söhbət borc alan kimi dövlətin çıxış etdiyi kredit münasibətlərindən gedir.
Dövlət kreditində suda vəsaitinin yönəldiyi daha bir sahə vardır ki, bu
da, sosial sahədir. Bir çox kredit münasibətlərində dövlət borc alan, yaxud
zəmanətçi kimi çıxış edərək müxtəlif məktəblərin, səhiyyə ocaqlarının,
mədəniyyət obyektlərinin kreditləşməsini həyata keçirir. Beləliklə, dövlət
ölkənin sosial – mədəni infrastrukturunun inkişafı üçün sosial kreditlərdən
istifadə edir. Maliyyə kreditləri kimi sosial kreditlər də, daha çox dövlət
krediti münasibətlərində yaranmış olur.
Hazırkı, şəraitdə dövlət krediti münasibətlərində real sektorun, yəni
sənaye və kənd təsərrüfatı kreditlərinin çoxluq təşkil etməsi daha
məqsədəuyğundur. Bu da, daha çox həmin kredit məbləğlərinin qaytarılması
ilə bağlıdır. Çünki, maliyyə və ya sosial – mədəni sahələrə yatırılan kreditlər
əksər hallarda, başqa mənbələr hesabına qaytarılırsa, sənaye, kənd
təsərrüfatı kimi real sahələrin kreditləri isə məhz, həmin sahənin inkişafı
hesabına idarə olunur. Bu da, həmin kreditlərin qaytarılması baxımından
daha sərfəlidir.
Dövlət krediti kreditləşmə obyektinə görə də təsnifləşdirilir. Dövlət
krediti münasibətlərində vəsait, bu və ya digər malların, xidmətlərin
alınmasına sərf olunur. Xarici kreditlər cəlb edilən dövlət onu prioritet
sahələrin ehtiyaclarına yönəldir. Yəni, əsas və köməkçi vəsaitlərin
alınmasını, yaxud təkmil texnika və texnologiyanın əldə edilməsini
reallaşdırır.
284
Kreditləşmə obyekti material – əmtəə formasında ola da bilər, olmaya
da. Belə ki, dövlət, heç də həmişə borc vəsaitini bu və ya digər istehsal
vasitələrinin alınmasına yönəltmir. Eyni zamanda o, kredit vəsaitini vaxtı
çatmış digər ödəmələrə də yönəldə bilər. Bu zaman kredit mal–material
qıtlığını yox, pul vəsaitlərinin çatışmazlığını aradan qaldırmış olur. Bu
sıraya dövlətin borc ödəmək məqsədilə yenidən borclanmasını aid edə
bilərik.
Dövlət
krediti
təminatlılıq
baxımından
da
təsnifləşdirilir.
Təminatlılığına görə dövlət kreditləri üç növə ayrılır.
1. Təminatlı dövlət kreditləri
2. Qismən təminatlı dövlət kreditləri.
3. Təminatsız dövlət kreditləri.
Dövlət kreditləri o zaman tam təminatlı hesab edilir ki, verilmiş kredit
təminatı suda məbləğinə bərabər və ya ondan çox olsun. Təminat kredit
məbləğindən az olduqda qismən təminatlı, verilmiş kredit məbləğinə heç bir
təminat cəlb edilmədikdə isə, təminatsız dövlət krediti adlanır.
Təminat kreditorun borc alana olan inamının göstəricisidir. Eyni
zamanda təminat kreditin əsas şərtlərindən biridir. Kreditorun verdiyi kredit
üçün borc alandan bu və ya digər formada aldığı təminat onun
qaytarılmasını təmin edir. Belə ki, kredit məbləği kreditora qaytarılmadıqda
kredit təminatı kreditorun sərəncamına keçir.
Təminatlığına görə də dövlət krediti digər kredit formalarından
fərqlənir. Belə ki, dövlət krediti münasibətlərində təminat rolunda dövlət
zəmanəti çıxış edir. Bu daha çox, daxili dövlət borclarına aiddir. Dövlət
qiymətli kağızlarını alaraq kreditor kimi çıxış edən hüquqi və ya fiziki
şəxslər verdiyi kreditin təminatı şəklində heç də mal – material dəyərliləri
yox, dövlətin zaminliyini qəbul edirlər.
Müasir şəraitdə təminatsız dövlət kreditinə də çox rast gəlinir. Bu və
ya digər əsaslı sahələrin kapital ehtiyacını ödəyərək, dövlət, verdiyi kreditlər
üçün təminat tələb etmir. Bunun əvəzində isə həmin vəsaitlərin səmərəli
istifadəsi üzərində dövlət nəzarəti mövcud olur.
Müddətinə görə dövlət kreditləri aşağıdakı kimi təsnifləşdirilir:
Qısamüddətli;
Ortamüddətli;
Uzunmüddətli;
Davamlı (əbədi) kreditlər.
Qısamüddətli dövlət kreditləri 1 il müddətinə kimi verilən kreditlərdir.
Bu müddət beynəlxalq standartlara görə qəbul edilir. Təcrübədə isə
qısamüddətli dövlət kreditlərinin son müddətini bəzən 6 ay, hətta 3 ay qəbul
edirlər. Buna da səbəb, bir qayda olaraq inflyasiya olmaqdadır. Belə ki,
inflyasiya tempinin yüksək olduğu vaxtlarda yarım ildən yuxarı müddətə
285
verilən kreditlər qısamüddətli yox, orta müddətli kimi hesaba alınır.
Formasından asılı olmayaraq, kreditlərin qısa müddətə verilməsi borc
alan qarşısında daha məsuliyyətli şərtlər qoyur. Borc alan həmin vəsaiti
göstərilən müddətdə həm səmərəli istifadə etməli, həm də kreditora
qaytarmalıdır. Beləliklə, aydın olur ki, qısa müddətli kreditlər kreditorun
maraqları ilə üst-üstə düşsə də borc alanların maraqlarına bir qədər ziddir.
Qısamüddətli kreditlərin yuxarıda qeyd etdiyimiz özünəməxsus
cəhətləri dövlət krediti münasibətlərində də öz qüvvəsində qalmış olur.
Qısamüddətli kreditlər əksər hallarda dövlətin daxili subyektlərindən,
o cümlədən, əhalidən cəlb etdiyi vəsaitlərə aiddir. Dövlət qiymətli kağızları,
eləcə də qısamüddətli dövlət istiqrazları adından məlum olduğu kimi, daha
məhdud zaman kəsiyində fəaliyyətini bitirmiş olur.
Ümumiyyətlə qısamüddətli dövlət kreditləri dövlətin cari xərclərinə
yönəldilir. Buna misal olaraq dövlət büdcəsi ehtiyaclarını göstərə bilərik.
Büdcə gəlirləri ilə xərcləri arasında yaranan natarazlığın aradan qaldırılması
üçün dövlətin qısamüddətli borc vəsaitinə ehtiyacı yaranır və beləliklə
qısamüddətli kredit münasibətləri formalaşmış olur.
Qısamüddətli kreditlər, digər tərəfdən, kreditorlar üçün stimul rolunu
oynayır. Dövlət qiymətli kağızlarının investoru olan hüquqi və ya fiziki şəxs
özünün sərəncamında olan sərbəst pul vəsaitini müxtəlif istiqamətlərə
yönəldə bilər ki, ona izafi gəlir gətirmiş olacaq. Məsələn, hər hansı bir
banka əmanət və ya depozit yerləşdirə bilər. Amma həmin daxili subyektləri
dövlət qiymətli kağızlarının cəlb edilməsinə stimullaşdıran məhz yeganə
şərt vardırsa da, bu daha qısa müddət ərzində uyğun faizin əldə edilməsidir.
Qısamüddətlidən fərqli olaraq, ortamüddətli dövlət kreditləri 1 ildən 5
ilə kimi vaxtı əhatə edir. Burada da fikirlər müxtəlifliyi ilə seçilir. Belə ki,
bir çox iqtisadi ədəbiyyatlarda ortamüddətli kreditlər 1 ildən 3 ilə kimi
müddətdə götürülür.
Ortamüddətli
kreditlərə
az-az
hallarda
rast
gəlinən
kredit
formalarından biri də dövlət kreditidir. Bunun səbəbi onunla izah olunur ki,
dövlət ya qısamüddətli fiskal ehtiyaclar, ya da uzunmüddətli kredit
qoyuluşları səbəbindən borc vəsaitləri cəlb edir.
Dövlətin kreditor kimi çıxış etdiyi münasibətlərdə isə burada dövlət
həm özünün, yəni kreditorun, həm də borc alanın maraqlarını qoruyur. Ona
görə də dövlətin təklif etdiyi kreditlər əksər hallarda həm uzun müddətli,
həm də güzəştli şərtlərlə ifadə olunur.
Orta müddətli kreditlərə daha çox bank kreditlərində rast gəlinir. Bu
kimi kredit münasibətlərində bir çox hallarda zəmanətçi kimi çıxış edən
dövlət həmin kredit müqaviləsini dövlət kreditinə çevirmiş olur. Beləliklə,
dövlət krediti münasibətlərində orta müddətli kreditlər yer alır.
Ortamüddətli kreditlər kredit subyektlərinin mənafeyi baxımından
286
daha məqsədəuyğun hesab edilir. Belə ki, kreditor özünün sərbəst pul
vəsaitlərindən daha uzun müddətə əl çəkmək məcburiyyətində qalmır, eyni
zamanda, borc alan da, qısa müddətdə daha yüksək səmərəlilik əldə etmək
və borc vəsaitini səfərbər etmək çətinliyi ilə üzləşmir.
Uzunmüddətli
kreditlər
istehsalın
modernləşdirilməsi,
və
genişləndirilməsi üçün kapital ehtiyacının ödənilməsi işinə xidmət edir.
Əksər hallarda uzunmüddətli kreditlər 5 ildən yuxarı müddətə təslim
edilənlərdir.
Uzunmüddətli kreditlərin çoxluq təşkil etdiyi kredit münasibətlərindən
biri də dövlət kreditidir. Dövlətin daxili borclanması və bir qismi
ortamüddətli kreditlər istisna olmaqla dövlət krediti münasibətlərində
uzunmüddətlilər böyük çoxluq təşkil edir.
Hər şeydən öncə, uzunmüddətli kreditlər digərlərindən yuxarı faizli
olması ilə seçilir. Çünki, hər hansı bir kreditor müvəqqəti sərbəst vəsaitini
daha uzun müddətə borc alana verərkən qismən faiz həcmini artırmış olur.
Belə ki, bu uzun müddət ərzində həm borc alanın, həm də borc vəsaitinin
“təhlükəsizliyi” daha uzunmüddətli olmalıdır. Bu yüksək risk qarşılığında isə
kreditor müqavilə sonunda nisbətən yuxarı faiz, yəni haqla təmin olunur.
Ümumi kredit münasibətlərinə xas olan uzunmüddətli kreditlərin bu
qanunauyğunluğu bir çox hallarda dövlət krediti üçün özünü doğrultmur.
Dövlət daxili subyektlərə kreditlər açdığı zaman heç də yüksək faiz əldə
etməklə böyük mənfəətə nail olmaq məqsədi daşımır. O səbəbdən də,
kreditlər güzəştli şərtlərlə, o cümlədən uzun müddətli olurlar. Beləliklə
dövlət krediti münasibətlərində yer alan uzun müddətli kreditlərin böyük
əksəriyyəti aşağı faizləri ilə seçilir.
Eyni zamanda, bu sıraya beynəlxalq maliyyə – kredit qurumlarının
ayırdığı kreditləri aid etmək olar. Bu kreditlər daha çox proqram xarakteri
daşımaqla üzv ölkələrinin qarşılaşdığı maliyyə vəsaiti qıtlığının aradan
qaldırılmasına xidmət edir. Burada da əsas məqsəd yuxarı faizlə yüksək
mənfəət təmin etmək deyildir.
Dövlət kreditinin müddətinə görə sonuncu növü davamlı kreditlərdir.
Davamlı kredit yalnız və yalnız dövlət kreditinə məxsusdur. Davamlı
kreditlər qaytarılma müddəti əvvəlcədən məlum olmayan, yaxud başqa sözlə
desək, qaytarılma tarixi qabaqcadan razılaşdırılmayan borclardır. Belə ki,
kreditor bütün digər kredit şərtləri saxlanılmaqla kredit vəsaitini qeyri –
müəyyən müddətə borc alanın sərəncamına verir. Eyni zamanda, borc alan
həmin vəsaitin istifadəsi üçün kreditora suda faizini ödəyir. Davamlı
kreditlər heç də həmişə daimi xarakter daşımır. Borc alan müəyyən müddət
istifadədən sonra davamlı kredit məbləğini qaytararaq faiz ödəmələrindən
azad olur.
Davamlı kreditlər güzəştli borclar sırasına aid edilir. Bir məqama da
287
toxunmaq lazımdır ki, bu kimi münasibətlərdə kreditor qismində bir qayda
olaraq banklar iştirak etmir. Məlum olduğu kimi, müasir bank sistemində
yerləşdirilmiş vəsaitlərin ilkin mənbəyini məhz, cəlb olunmuş vəsaitlər
tutur. Ona görə də bank, vəsaitlərini müddətlilik prinsipi ilə yerləşdirməlidir
ki, eyni prinsip əsasında cəlb olunmuşları qaytara bilsin. Hazırda davamlı
kreditlər əsas etibarı ilə dövlət, yaxud maliyyə–kredit qurumları tərəfindən
təklif olunur.
Dövlət kreditini istifadə olunma haqqına, yəni ödəncliyinə görə də
təsnifləşdirmək olar. Burada söhbət ödəncli və ödəncsiz, baha və ucuz
kreditlərdən gedir. Bu bölgünün əsası kimi suda məbləğinin istifadəsi üçün
verilən faiz dərəcəsi götürülür.
Hal-hazırda, bütün kredit münasibətlərində suda məbləğinə sadəcə
olaraq istifadəyə verilmiş dəyər kimi yox, öz-özünə artan dəyər kimi baxılır.
Çünki, kredit münasibətlərində birinci maraqlı tərəf kreditordur ki, verdiyi
vəsaitin ona gəlir gətirəcəyini ön planda tutur. Borc alan isə öz növbəsində
suda vəsaitini istifadə etdiyi zaman təkcə öz məqsədlərinə nail olmaq üçün
yox, eyni zamanda verilmiş dəyərin haqqını ödəmək üçün də məsuliyyət
daşıyır. Buna görə də ümumiyyətlə kredit dəyər kateqoriyası kimi ödəncli
xarakter daşıyır.
Kredit münasibətlərinin bəzən bir çox hallarda öz vacibliyini itirmiş
olur. Bir çox subyektlər arasında elə kredit münasibətləri yaranır ki, burada
kredit ödəncli xarakter daşımır, yəni borc alan istifadə etdiyi vəsait
qarşılığında heç bir haqq ödəmir. Bu hala daha çox qarşılıqlı tərəfkeş
banklar arasında, həm də dostluq münasibətləri əsasında qurulan vətəndaş
krediti zamanı rast gəlinir.
Dövlət krediti münasibətlərində də ödəncsiz kreditlərə rast gəlmək
olar. Büdcənin pozitiv icrası zamanı, yaxud digər mənbələrdən əldə edilmiş
vəsaitlər vasitəsilə dövlət müəssisə və təşkilatlara faizsiz (ödəncsiz) kreditlər
təklif edir.
Ödəncli kreditlər isə özlüyündə iki cür olur; bahalı və ucuz kreditlər.
Dövlət kreditində birinciyə daxili dövlət borclarını aid etmək olar.
Buna səbəb dövlətin qısa müddət ərzində yaranmış ehtiyaclarını tezliklə
ödəmək məcburiyyətidir.
Ucuz kreditlər isə bahalı kredit münasibətlərindən bir çox cəhətlərinə
görə fərqlənir. Məsələn, əgər bahalı kredit zamanı kreditorun maraqları
birbaşa mənfəət əldə etməkdirsə, ucuz kreditlər təqdim edən kreditorların isə
bu münasibətlərdə maraqlı tərəfi bununla bitmir. Belə ki, hər hansı sosial
obyektin kredit ehtiyacını ödəyən dövlət, aşağı faiz tətbiq etməklə həmin
sahənin daha yüksək inkişafını təmin etmiş olur.
Ucuz kreditlərin daha bir əhəmiyyətli cəhəti ondadır ki, borc alan kimi
çıxış edən hər hansı bir istehsal müəssisəsinin məsrəflərinə daxil olan ucuz
288
kredit vəsaiti son nəticədə istehsal olunmuş məhsulun və ya xidmətin daha
aşağı qiymətə başa gəlməsinə səbəb olacaqdır.
Ucuz kreditlərin dövlət borclarında da üstünlük təşkil etməsi daha
məqsədə uyğundur. Çünki bu borcların qaytarılması üçün dövlət daha
yüngül öhdəliklər daşıyacaqdır. Bu yöndə də beynəlxalq maliyyə – kredit
təşkilatların rolu böyükdür. İnkişaf etməkdə olan ölkələrin o cümlədən,
Azərbaycan iqtisadiyyatının kreditləşdirilməsində bu kimi subyektlərin
təklif etdiyi kreditlər öz yüksək səmərəliyi ilə seçilir. Bir çox kredit
münasibətlərində suda məbləğinin ödəncliyi kredit faizində təzahür etmir.
Fərz edək ki, hər hansı bir kommersiya krediti münasibətlərində dövlət
zəmanətçi kimi iştirak edərək, dövlət kreditini ortaya qoymuş olur. Bu
zaman borc alan subyekt, yəni, həmin əmtəə və ya xidmətin alıcısı kreditora
– satıcıya satış dəyərini ödəyir. Bu münasibətdə kredit faizi iştirak etməsə
də ödənc formasında həmin əmtəə və ya xidmətin satış dəyərində yer alan
əlavə məbləğ (dəyər) çıxış edir.
Baha və ucuz kreditlər qarşılıqlı nisbi ifadələrdir. Bu təkcə kredit
faizinin həcmindən yox, eyni zamanda kredit məbləğinin həcmi və
müddətindən asılıdır. Belə ki, əgər 6 ay müddətinə 20% dərəcəsi ilə verilmiş
kredit bahalı kreditlər siyahısına daxildirsə, həmin məbləğ və həmin faiz
həcmində olan amma daha uzun müddətə 5-10 ilə verilən isə artıq ucuz
kredit sayılmalıdır.
Hazırda dünya praktikasında digər kredit formaları kimi dövlət krediti
də daha bir neçə xüsusiyyətlərinə görə təsnifləşdirilir. Bura hüquqi və fiziki
şəxslər, rezident və qeyri–rezidentlərlə olan münasibətlərin təsnifatı və s.
aiddir.
17.5 Dövlət kreditinin formaları
Dövlət krediti daxili və xarici kreditlərə bölünməklə iki formada
təzahür edir:
Daxili dövlət kreditinə – milli valyutada ölkəmizin hüquqi və fiziki
şəxsləri ilə həyata keçirdiyi kredit münasibətləri aiddir. Daxili
dövlət
borc öhdəlikləri yerli müəssisələrdən, əhalidən, digər mərkəzləşdirilmiş
fondlardan alınan borclardan ibarətdir.
Daxili dövlət borc öhdəlikləri dövlət istiqrazları, əhalinin
əmanətlərinin bir hissəsinin dövlət borcuna çevrilməsi, ümumdövlət ssuda
fondundan borc alınması, xəzinə borc öhdəlikləri, təminat verilmiş borclar
kimi təsnifləşdirilir.
Daxili dövlət kreditinin mühüm formalarından biri dövlət
istiqrazıdır. Dövlət istiqrazlarının xarakterik xüsusiyyəti ondan ibarətdir ki,
289
dövlət müxtəlif istiqraz vərəqələri, xəzinə öhdəlikləri və qiymətli kağızların
digər formalarını dövriyyəyə buraxmaqla əhalinin, müəssisələrin və
təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərini səfərbərliyə alır və cəmiyyət
üzvlərinin tələbatlarının maliyyələşdirilməsinə yönəldir.
İstiqraz vərəqələri – qiymətli kağızların geniş yayılmış formasıdır.
O, dövlətin borc öhdəliyini əks etdirir və sahibinə müəyyən müddət
keçdikdən sonra borc məbləği və faizini almaq hüququ verir.
Xəzinə öhdəlikləri – istiqrazların buraxılması məqsədləri, gəlirin
ödənilməsi forması, tədavül xüsusiyyətlərinə görə fərqlənir. Eyni zamanda
istiqrazların satışından daxilolmalar büdcə, büdcədənkənar fondlar və digər
məqsədli istiqrazlara yönəldilirsə, xəzinə öhdəliklərindən əldə edilən gəlir
yalnız büdcənin vəsaitlərinin tamamlanmasına yönəldilir.
Dövlət daxili istiqrazları aşağıdakı əlamətlərə görə təsnifləşdirilir:
İstiqraz vərəqələrinin dövriyyəyə buraxılması hüququna görə:
mərkəzi hökumət tərəfindən və yerli idarəetmə orqanları tərəfindən
buraxılan istiqrazlar.
Ödəmə müddətinə görə istiqrazlar qısamüddətli (1 ilə qədər), orta-
müddətli (1 ildən 5 ilə qədər) və uzunmüddətli (5 ildən yuxarı) ola bilər.
Qiymətli kağızların əldə edilməsi baxımından:
- əhaliyə satılan istiqrazlar;
- hüquqi şəxslər üçün nəzərdə tutulan istiqrazlar;
- universal (həm hüquqi şəxslər və həm də əhali) istiqrazlar.
Yerləşdirmə üsuluna görə – könüllü, abunə ilə yerləşdirilən və
məcburi istiqrazlara bölünür.
Bazarda dövriyyəsinə görə bazar və qeyri-bazar istiqrazları.
Borc öhdəliklərinin təminatlılığı baxımından: girovlu və girovsuz
istiqrazlar.
Xarici dövlət krediti (beynəlxalq kredit) – xarici dövlətlərlə və
onların hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla
aparılan kredit münasibətləridir.
Xarici dövlət borc öhdəliklərinə xarici dövlət hökumətinin,
beynəlxalq təşkilatların, xarici ölkələrin hüquqi və fiziki şəxslərinin ver-
dikləri kreditlər, habelə dövlətin təminatçı kimi çıxış etdiyi xarici borclar
aiddir. Bu borclar investisiya kreditləri, tədiyyə balansının tənzimlənməsi
üçün kreditlər və islahatların dəstəklənməsi üçün ayrılan kreditlər
formasında olur.
17.6. İqtisadiyyatın inkişafında dövlət kreditinin rolu
Ölkə iqtisadiyyatının inkişafında dövlət kreditinin rolu, onun həm
290
dövlət, həm müəssisə və təşkilatlar, həm də əhali üçün daşıdığı əhəmiyyəti
ilə ifadə olunur. Dövlət krediti münasibətlərinin qanunauyğun şəkildə
fəaliyyəti iştirakçı subyektlərin marağını artırır və onun səmərəliliyinin
yüksəlməsinə gətirib çıxarır. Dövlət kreditinin qanunauyğunluğu dedikdə
vəsaitlərin səmərəli yerləşdirilməsi və son nəticədə normal şəkildə idarə
olunaraq suda haqqı ilə birlikdə kreditora qaytarılması nəzərdə tutulur.
Yalnız bu zaman dövlət kreditinin iqtisadi inkişafda rolundan danışmaq olar
Dövlət kreditinin istifadəsinin nəticələri zəruri və çoxşaxəlidir. Dövlət
krediti qanunauyğun tərzdə istifadə olunduqda, həm istehsalın, həm
məhsulların reallaşdırılmasının, həm pul dövriyyəsi sferasının həm də cari
dövlət xərclərinin tələblərini həyata keçirmiş olur.
İqtisadi inkişafda dövlət kreditinin əhəmiyyəti onun müxtəlif
formalarının daşıdığı rollarla ifadə olunur. Eyni zamanda daşıdığı
əhəmiyyətə görə də dövlət kreditinin formaları biri birindən fərqlənir.
Dövlətin kreditor kimi çıxış etdiyi münasibətlər, ölkə iqtisadiyyatının
kreditləşdirilməsi, daha vacib sahələrin ucuz kreditlərlə təchiz edilməsi və s.
kimi əhəmiyyəti ilə seçilir. Bu səbəblərdən asılı olaraq ölkədə istehsalın
artırılması, yüksək xidmət sferasının yaradılması, müəssisələrin maliyyə
vəziyyətinin yaxşılaşdırılması və s. işlərə nail olunur. Dövlət borc alan
qismində kredit münasibətləri yaratdıqda isə daha əsaslı bir problemin
həllini reallaşdırır. Belə ki, dövlət büdcəsi böyük iqtisadi əhəmiyyəti və rolu
ilə seçildiyi halda onun icrasında yaranan boşluqlar dövlətin (hökumətin)
qarşısında duran əsas problemə çevrilir. Dövlət krediti isə öz növbəsində bu
boşluğun aradan qaldırılmasına, bununla da dövlət büdcəsinin ahəngdar
fəaliyyətinin qorunmasına səbəb olur. Qeyd etdiyimiz cəhət dövlətin borc
alan kimi çıxış etdiyi münasibətlərə aiddir.
Eyni zamanda dövlət kreditinin bu forması xarici kapitalın
(kreditlərin) ölkə iqtisadiyyatına cəlb edilməsini, beləliklə də, daxili vəsait
qıtlığının aradan qaldırılmasını təmin edir.
Dövlət kreditinin üçüncü forması ölkə iqtisadiyyatında oynadığı rola
görə digərləri ilə böyük eynilik təşkil etsə də, burada da özünəməxsus
cəhətlərini qoruyub saxlayır. Belə ki, kredit münasibətlərində zəmanətçi
kimi iştirak edən dövlət, hər şeydən öncə, bu prosesin reallaşdırılmasını
sürətləndirir. Nəzərə alsaq ki, dövlət əksər hallarda, beynəlxalq kredit
müqavilələrinə zaminlik edir, onda xarici kreditlərin cəlb edilməsi
baxımından əvəzsiz rola malik olur.
Bütün bunları ümumiləşdirərək, dövlət kreditinin əhəmiyyətli rollarını
bir–bir sadalayaq: Bütün kredit münasibətlərində olduğu kimi dövlət krediti
də, hər şeydən əvvəl, istehsalın fasiləsizliyini və ahəngdarlığını təmin edir.
Dövlət ölkədaxili subyektlərə büdcə, yaxud beynəlxalq kreditlər təqdim
etməklə onların istehsal və ya xidmət prosesində yaranmış vəsait qıtlığını
291
aradan qaldırmış olur. Bu cəhəti eyni zamanda, dövlət zəmanətli kreditlərə
də aid etmək olar. Həmin ölkədaxili istehsal və ya xidmət müəssisələrinin
normal fəaliyyətinin təmin edilməsi də öz növbəsində ümumi milli və
ümumi daxili məhsulun artımına səbəb olaraq iqtisadi inkişafın əsasında
durur.
Müəssisələr də yaranan vəsait çatışmazlığının dövlət tərəfindən aradan
qaldırılması istehsalın sürətlənməsinə səbəb olur. Dövlət kreditinin ikinci
böyük rolu onun istehsalın genişləndirilməsində tutduğu əhəmiyyətli yer ilə
xarakterizə olunur. Borc vəsaitləri uzun müddətə verilməklə istehsal
ehtiyatlarının və məsrəflərinin artırılmasına səbəb olur ki, bu da istehsalın
genişləndirilməsi ilə daha çox məhsul istehsalına gətirib çıxarır. Bununla
yanaşı dövlət krediti əsas fondların yaradılması üçün də mənbə rolunu
oynaya bilər. Əsas fondlar isə öz növbəsində istehsalın genişləndirilməsinin
əsas şərtlərindən biridir.
İstehsalın sürətləndirilməsində
və genişləndirilməsində dövlət
kreditinin rolu fərqlidir. Məsələn, hər hansı bir istehsal müəssisəsi həm
büdcə vəsaitləri hesabına, həm də dövlət krediti hesabına istehsal prosesinə
vəsait cəlb edə bilər. Amma vəsaitlərin istifadəsi zamanı bu fərq özünü
göstərmiş olur. Belə ki, büdcə vəsaitini sərbəst şəkildə yerləşdirən sahibkar
dövlət kreditini bundan fərqli olaraq daha məsuliyyətli şəkildə istifadə
etmək məcburiyyəti qarşısında qalır. Çünki, birincidən fərqli olaraq, dövlət
kreditindən əldə edilmiş vəsait həm qaytarılmalı, həm də onun istifadəsi
üçün əlavə haqq (kredit faizi) ödənilməlidir.
Bu istiqamətdə oynadığı roluna görə dövlət krediti nəinki digər
iqtisadi kateqoriyalardan, eyni zamanda digər kredit formalarında da
əhəmiyyətli dərəcədə fərqlənir. Bu da dövlət kreditlərinin əksər hallarda
güzəştli şərtlərlə olmasından irəli gəlir. Dövlət kreditini digər kredit forması
olan bank krediti ilə müqayisə edək:
Məlum olduğu kimi, bankın kredit münasibətlərində əsas məqsədi
daha tez müddətdə, daha çox mənfəət əldə etməkdir.
Bu səbəbdən də bank kreditləri bir qayda olaraq yuxarı faiz və ağır
şərtlərlə müşahidə olunur. Bu zaman bank krediti əldə etmiş hər hansı bir
istehsalçı həmin vəsaiti məlum müddət ərzində həm səmərəli istifadə edərək
qaytarmalı, həm də onun üçün yüksək suda faizi ödəməlidir. Birinci cəhət
istehsalçını istehsal prosesini sürətləndirməyə sövq etsə də, artıq ikinci
cəhət, yəni, nisbətən yüksək kredit faizi məhsulun maya dəyərinin artmasına
səbəb olur. Bu da öz növbəsində məhsulun reallaşdırılmasına öz mənfi
təsirini göstərir. Bank kreditinin qeyd etdiyimiz xüsusiyyətlərindən fərqli
olaraq, dövlət krediti borc alanlara daha aşağı faizli və güzəştli şərtlərlə
kreditlər təklif edir. Bu kreditlər də istehsalçının mənafelərinə uyğun
gələrək, yuxarıda qeyd etdiyimiz neqativ hallara səbəb olmur.
292
Ümumiyyətlə dövlət kreditləri nisbətən aşağı kredit qabiliyyətli
müəssisələrə təqdim edilir. Bunu nəzərə alaraq bu subyektlər üçün dövlət
kreditinin nə qədər böyük əhəmiyyət kəsb etməsini göz önünə almaq o
qədər də çətin deyildir.
Həm nağd, həm də nağdsız pul tədavülü sferasında dövlət kreditinin
rolu əhəmiyyətli dərəcədə seçilir. Bu, eyni zamanda, hər bir ölkənin pul
kredit sistemi ilə bağlıdır. Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da
Mərkəzi Bank nağd pulun emissiyasını inhisarçı qaydada həyata keçirir. Bu
prosesin daha vacib tərəfi odur ki, ölkədə nağd pul kütləsinin tədavülə
buraxılması və tədavüldən kənarlaşdırılması banklar vasitəsilə məhz, kredit
münasibətləri əsasında həyata keçirilir. Dövlət krediti də kredit
münasibətlərinin tərkib hissəsi kimi sözügedən iqtisadi siyasətin
reallaşdırılmasında az rol oynamır.
Dövlət fiziki şəxslərə borc öhdəlikləri, yəni, dövlət qiymətli kağızları
təklif etdiyi zaman dövriyyədə olan bir qisim nağd pul kütləsini səfərbər
etmiş olur. Bununla yanaşı bir çox xırda və orta sahibkarlara kreditlər
təqdim edərkən dövlət bu prosesi nağd pul formasında həyata keçirir ki, bu
da nağd pul dövriyyəsinin artmasına səbəb olur.
Müasir şəraitdə bütün dəyər kateqoriyalarında olduğu kimi, dövlət
kreditində də ödənişlər əksər hallarda nağdsız yolla aparılır. Bu da
özlüyündə hər bir ölkədə normal pul – kredit siyasətinin tərkib hissəsidir.
Hazırda dövlətin xarici subyektlərdən cəlb etdiyi bütün kreditlər, eyni
zamanda, dövlət əhəmiyyətli, iri müəssisələrin kreditləşməsi məhz, nağdsız
qaydada həyata keçirilməkdədir.
Dövlət krediti, ölkədə mövcud pul–kredit siyasətinin həyata keçirilməsi
zamanı daşıdığı əhəmiyyətə görə digər kredit formalarından fərqlənir. Bunu
daha çox, nağd pul dövriyyəsinin tənzimlənməsi zamanı müşahidə etmək olar.
Belə ki, dövlət kreditinin pul dövriyyəsinə təsiri digər kredit formalarından
daha tez hiss olunur.
Fərz edək ki, hər hansı bir müəssisə bank krediti əldə edir. Bundan
sonra o, həmin vəsaiti öz fəaliyyət istiqamətinə yönəldərək kapitala çevirir.
Məlum olduğu kimi yalnız müəyyən müddətdən sonra müəssisənin gəliri
hesabına işçilər əmək haqqı alacaq və beləliklə vəsait yenidən dövriyyəyə
daxil olacaqdır. Bundan fərqli olaraq, dövlətin daxili borclanma prosesində
cəlb olunmuş vəsaitlər əksər hallarda, dövlət büdcəsi ehtiyaclarına
yönəldilərək daha qısa müddətə yenidən əmək haqqı, pensiya və s. ödənişlər
formasında əhaliyə qaytarılır.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatında
dövlət kreditinin rolu və onun istifadə sferası heç də stabil, dəyişməz
deyildir. Ölkədə iqtisadi sistemin dəyişilməsi və yeni iqtisadi şərtlərin
mövcudluğu şəraitində dövlət kreditinin rolu və istifadə sferası da
293
dəyişikliklərə məruz qalır.
Milli pul vahidinin gündən günə dəyərə mindiyi şəraitdə əhalinin
dövlət qiymətli kağızlarına tələbi artır. Bu ondan irəli gəlir ki, müəyyən
müddətdən sonra həmin borc öhdəlikləri nominal surətdə geri qaytarılaraq
daha böyük real dəyərə malik pul ilə əvəz olunacaqdır.
Ölkədə mövcud inflyasiya şəraitində isə dövlət qiymətli kağızlarına tələb
əsaslı şəkildə aşağı enir. Belə ki, pulların qiymətli kağızlarda yatıran əhali
nominal olaraq vəsaitlərini geri alsalar da, həmin məbləğ inflyasiya səbəbindən
aşağı real dəyərə malik olacaqdır.
Buradan aydın olur ki, ölkədə iqtisadi inkişafın mövcud
səviyyəsindən, maliyyə və pul–kredit sisteminin durumundan asılı olaraq
dövlət krediti münasibətləri fərqli səviyyədə inkişaf edir və müxtəlif
qanunlar əsasında fəaliyyət göstərir.
Bir çox dövlətlərdə olduğu kimi Azərbaycanda da inzibati amirlikdən
bazar iqtisadiyyatına keçid dövlət krediti münasibətlərinin inkişafına səbəb
olmuşdur. Məlum olduğu kimi, birincidən fərqli olaraq bazar iqtisadiyyatı
şəraitində dövlət iqtisadiyyatı birbaşa deyil dolayısı ilə, yəni tənzimləmə
alətləri ilə idarə edir. Bu iqtisadi tənzimləmə alətlərindən biri də dövlət
kreditidir.
Dövlət krediti münasibətlərinin bazar iqtisadiyyatı şəraitində
inkişafına misal olaraq dövlətin zəmanətçi kimi çıxış etdiyi kredit
müqavilələrini göstərə bilərik. Dövlət kreditinin bu forması məhz, yeni
iqtisadi sistemin - bazar iqtisadiyyatının tələblərindən irəli gəlir. Belə ki,
iqtisadiyyatın planlı idarə edilməsi sistemində bütün iqtisadi subyektlər
dövlətin mülkiyyətində olduğundan, dövlət, alınmış kreditlərin istifadəçisi
kimi ancaq özü çıxış edir. Eyni zamanda, ölkə ərazisində müstəqil
mülkiyyətə malik və prioritet sahə kimi xarakterizə olunan iqtisadi subyekt
mövcud deyildir ki, dövlət, həmin müəssisə yaxud təşkilatın cəlb etdiyi
kreditlər üçün zəmanət təqdim etmiş olsun. Bu hal mümkün olmadığından,
planlı iqtisadiyyat şəraitində dövlətin yalnız zəmanətçi kimi iştirak etdiyi
dövlət krediti münasibətləri də mövcud olmamışdır.
Bundan fərqli olaraq, bazar münasibətləri şəraitində dövlət kreditini
iqtisadi tənzimləmə aləti kimi xarakterizə edən əsas cəhətlərdən biri də
dövlət zəmanəti ilə təqdim olunan kreditlərdir. Dövlət həmin sahələrin
kredit ehtiyacını ödəməklə dolayısı ilə tənzimlənən iqtisadi siyasət yürütmüş
olur.
Bütün bunları ümumiləşdirərək müasir iqtisadi inkişafda dövlət
kreditinin rolunu aşağıdakı kimi sıralaya bilərik:
dövlət krediti büdcənin gəlir və xərcləri səviyyəsinin qeyri
tarazlığını aradan qaldırmaqla büdcə xərclərinin ahəngdarlığını
təmin edir;
294
büdcə kəsrinin örtülməsi üçün əsas maliyyə mənbəyi kimi dövlətin
qarşılaşdığı vəsait qıtlığını aradan qaldırır;
dövlətin vaxtı çatmış borc öhdəliklərinin icrası üçün maliyyə
mənbəyi rolunu oynayır;
inkişafı milli iqtisadiyyat baxımından mühüm əhəmiyyət kəsb
edən sahələrin uyğun kreditlərlə təmin edilməsini həyata keçirir;
nisbətən aşağı kredit qabiliyyətli müəssisələrin kredit ehtiyacını
ödəyir;
dövlət
əhəmiyyətli
müəssisələrin
vəsait
qıtlığını
aradan
qaldırmaqla orada istehsalın inkişafına və ahəngdarlığına şərait
yaradır;
ölkədə nağd və nağdsız pul dövriyyəsinə təsir etməklə pul –kredit
siyasətinin tərkib hissəsi kimi çıxış edir.
kredit münasibətlərinin bir hissəsi kimi borc vəsaitlərinin qənaətli
və səmərəli istifadəsini şərtləndirir.
dövlət qiymətli kağızları vasitəsilə ölkədə qiymətli kağızlar
bazarının inkişafını təmin edir;
hüquqi və fiziki şəxslərin sərəncamında olan sərbəst pul
vəsaitlərinin səmərəli istifadəsini, eyni zamanda xarici maliyyə
mənbələrinin – beynəlxalq kreditlərin ölkə iqtisadiyyatına cəlb
edilməsini həyata keçirir və s.
Dövlət kreditinin istifadəsi zamanı effektiv nəticələrə nail olmaq üçün hər
şeydən öncə ölkədə sağlam pul–kredit siyasəti həyata keçirilməlidir. Hazır ki
şəraitdə bu cür siyasət inflyasiyanın idarə edilməsi baxımından daha mütləq
zərurətə çevrilir ki, bu da öz növbəsində bir çox hallarda dövlətdən daha sərt
iqtisadi siyasətə əl atmağı tələb edir.
Burada, pul vahidinin möhkəmliyinin və eləcə də dövlət krediti
münasibətlərindəki digər iştirakçıların maraqlarının qorunması böyük
əhəmiyyət daşıyır.
Birinci cəhət, yəni kəskin inflyasiya prosesi təkcə dövlət krediti deyil,
eyni zamanda bütün dəyər kateqoriyalarının, o cümlədən digər kredit
münasibətlərinin də qanunlarına ziddir.
Məhz ağır inflyasiya problemləri ilə qarşılaşan iqtisadiyyatda dövlət
kreditinin daşıdığı əhəmiyyət aşağı enir və iqtisadi inkişafa göstərdiyi
təsirlər öz səmərəliliyini itirir.
Bütün iqtisadi münasibətlərin dövlət tərəfindən tənzimlənməsi, ölkədə
normal pul-kredit siyasətinə nail olunması dövlət kreditinin iqtisadi
inkişafda rolunu artırır və son nəticədə sosial – iqtisadi tərəqqiyə gətirib
çıxarır.
Bütün kredit münasibətləri kimi dövlət kreditinin də müəyyən
əsaslandırılmış sərhədləri vardır ki, bu sərhədlərin gözlənilməsi həm ayrı
295
ayrılıqda iştirakçı subyektlər üçün, həm də bütövlükdə iqtisadi sistem üçün
çox vacibdir.
Yalnız optimal səviyyədə olan dövlət krediti münasibətləri
iqtisadiyyatda müsbət təsirlər göstərə bilər. Dövlət kreditindən məhdud
səviyyədə istifadə olunması iqtisadi inkişaf prosesinə mənfi təsir göstərir,
eyni zamanda bir çox sahələrdə təkrar istehsal tempinin aşağı düşməsinə
səbəb olur. Doğrudur dövlət kreditinin ölkənin istehsal və digər sferalarında
yaratdığı boşluqları başqa kredit münasibətləri hesabına doldurmaq olar.
Lakin, bu sahələrdə əldə olunacaq səmərəlilik dövlət kreditindəki qədər
olmayacaqdır. Bu da onun digər kredit formalarından olan fərqindən irəli
gəlir. Belə ki, ölkənin prioritet sahələri dövlət krediti vasitəsilə ucuz və
güzəştli kreditlərlə təmin olunmazsa, əvəzində daha ağır şərtləri ilə seçilən
kredit müqaviləsi yer alacaq ki, bu da son nəticədə borc vəsaitinin
səmərəliliyinin aşağı düşməsinə və başqa arzuolunmaz hallara gətirib
çıxaracaqdır.
Dövlət krediti digər kredit formalarından daha bir xüsusiyyətinə görə
fərqlənir ki, bu da onun bir çox hallarda birbaşa mənfəət əldə edilmək üçün
deyil, dövlətin zəruri xərclərinin ödənilməsi üçün istifadə edilməsidir.
Deməli, dövlət krediti vasitəsilə dövlətin sosial siyasətində yaranan boşluqlar
doldurulur. Bu yöndə dövlət kreditinin istifadəsi məhdudlaşarsa bu, hər
şeydən öncə sosial iqtisadi gərginliklərlə müşahidə olunacaqdır.
İnkişaf səviyyəsindən asılı olmayaraq, müasir dünyanın bütün
dövlətləri dövlət büdcəsinin icrası zamanı qeyri ahəngdarlıqlarla, boşluqlarla
qarşılaşır. Müvəqqəti xarakter daşıyan bu problemlərin ən əlverişli həlli
yolu məhz, dövlət krediti vəsaitlərindən istifadə etməkdir. Dövlət
kreditindən daxil olan vəsaitlər dövlətin cari ehtiyaclarını ödəyir, hökumət
də öz növbəsində müəyyən edilmiş vaxt ərzində digər mənbələr hesabına
dövlət krediti öhdəliklərini yerinə yetirir.
Qeyd etdiyimiz şəraitdə dövlət kreditlərindən optimal səviyyədə
istifadə olunmadıqda, həmin maliyyə boşluqlarının aradan qaldırılması üçün
başqa mənbələrin köməyinə ehtiyac yaranır. Həmin mənbələrdən yuxarıdakı
məqsədlər üçün istifadə olunması da, heç də həmişə qənaət bəxş sayıla
bilməz. Hökumətin sərəncamında olan maliyyə mənbələrindən biri ölkənin
strateji valyuta ehtiyatlarıdır. Xarici ölkənin pul vahidlərində qorunan bu
fondun yaradılmasında əsas məqsəd dövlətin qarşılaşa biləcəyi dərin
maliyyə böhranları zamanı onun iqtisadi – maliyyə təhlükəsizliyini
qorumaqdır. Bu ehtiyat fondundan digər cari məqsədlər üçün istifadə
olunması heç də müsbət hal sayılmır (bu yöndə bir çox istisnalar olsa
belə…)
Fərz edək ki, dövlət özünün cari büdcə ehtiyaclarını dövlət krediti
kimi cəlb edilmiş vəsaitlər ilə deyil məhz, bu fondun vasitəsilə aradan
296
qaldırmağa çalışır. Dövlət beynəlxalq valyutalarda qorunan bu vəsaitləri
milli valyutaya çevirmək üçün ölkədaxili valyuta birjasında təklif edəcəkdir.
Bu addım valyuta məzənnəsinin stabilliyinə təsir göstərəcəkdir. Bundan
sonra hökumət həmin vəsaiti büdcə ehtiyaclarına ödəyəcəkdir. Müəyyən
müddət keçəndən sonra, həmin fonddan istifadə olunmuş məbləği geri
qaytarmaq lazım gəldikdə hökumət, dövlət büdcəsi hesabına ölkədaxili
valyuta birjasında beynəlxalq valyutalar əldə edəcəkdir. İkinci dəfə, yəni,
dövlət valyuta alıcısı kimi çıxış etdiyinə görə nisbətən yüksək məzənnə ilə
qarşılaşacaqdır. Bu əməliyyat sonunda isə dövlət valyuta itkisinə məruz
qalacaqdır. Beləliklə aydın olur ki, cari büdcə ehtiyaclarını və s. ödənişləri
həyata keçirmək üçün ən əlverişli yol optimal həcmdə dövlət kreditindən
istifadə etməkdir.
Dövlət kreditindən lazımı səviyyədə istifadə olunmaması, yəni onun
məhdudlaşdırılması daha bir çox problemlərin meydana gəlməsinə səbəb
olur ki, bunlardan biri də ölkə iqtisadiyyatına kapital qoyuluşu ilə bağlıdır.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, kapital qoyuluşunun əsasən
2 istiqaməti vardır: investisiya yatırımı və kredit qoyuluşları. Hər iki
istiqamətin biri birindən həm üstün, həm də, çatışmaz cəhətləri vardır. Əgər
ölkə iqtisadiyyatına investisiya yatırımı zamanı heç bir borc öhdəliklərindən
söhbət getmirsə də ümumi daxili məhsulun bölgüsü zamanı xarici
subyektlərin pay sahibi olması ümumi milli məhsul baxımından heç də
arzuolunan deyildir.
Sahələrin kredit qoyuluşları yolu ilə kapitallaşdırılması zamanı isə
kredit borclarının qaytarılmasından sonra həmin sahədən əldə olunan
mənfəət milli səhmdarlara, milli iqtisadiyyata məxsus olacaqdır.
Ölkə iqtisadiyyatının kreditləşdirilməsi zamanı daxili kredit
mənbələrinin rolu ən səmərəli olsa da bir çox hallarda xarici kreditorlara da
ehtiyac yaranır. Bu istiqamətdə xarici bankların, ən əsası da beynəlxalq
maliyyə – kredit təşkilatlarının rolu əvəzsizdir. Məhz, dövlət kreditinin
köməyi ilə bu qurumların təklif etdiyi kreditlər ölkə iqtisadiyyatının
kapitallaşdırılması işində böyük rola malik olur.
Beynəlxalq maliyyə qurumlarının kreditlərindən yararlanmaq siyasəti
hal – hazırda ekspertlər tərəfindən bir mənalı qəbul edilmir. Belə ki, bir
çoxları bu kreditlərin gələcəkdə hər bir inkişaf etməkdə olan dövlət üçün
ağır borc problemləri doğuracağını deyir. Səslənən bu fikirlər qloballaşan
dünya iqtisadiyyatı fonunda bugünkü reallıqlarla üst-üstə düşsə də həmin,
borc vəsaitlərinin səmərəli formada istifadəsi və vaxtlı–vaxtında, tam
həcmdə qaytarılması təqdirində öz əhəmiyyətini itirir. Doğrudur, bu
beynəlxalq kreditlərin bir qismi, xüsusən də BVF-nin (Beynəlxalq Valyuta
Fondu) kreditləri qısamüddətli olduğundan onların normal şəkildə idarə
olunmasına gənc dövlətlərin iqtisadi gücü imkan vermir və nəticədə
297
sözügedən problemlər meydana çıxır. Lakin bütün bunlarla yanaşı qeyd
etmək lazımdır ki, bütün kredit münasibətləri kimi dövlət kreditində də
hərəkət qanunauyğunluğu tam şəkildə icra olunarsa, yəni borc vəsaitləri
səmərəli istifadə olunaraq tam həcmdə geri qaytarılarsa, bu növ kreditlərin
ancaq və ancaq səmərəliliyindən söhbət gedə bilər.
Deməli, dövlət krediti daxili mənbələr ilə yanaşı xarici kredit
qaynaqlarından da yararlanmağa imkan verir.
Məhdud səviyyədə olduğu kimi ifrat səviyyədə də dövlət kreditindən
istifadə olunması onun səmərəliliyini aşağı salır. Bu baxımdan dövlət
kreditinin formaları da fərqləndirilir.
Dövlətin kreditor kimi iştirak etdiyi münasibətlərə nəzər salaq:
Dövlətin lazımı sahələrə yönəltdiyi büdcə kreditlərinin ucuz və
güzəştli olmaqla yanaşı ölkə iqtisadiyyatı üçün vacibliyi haqqında çoxlu
izahlar vermişik. Bununla yanaşı, dövlət büdcəsinin xərc hissəsində yer alan
bu vəsaitlər də optimal həcmdə müəyyən edilməlidir. Çünki, ölkədə kredit
siyasətinin əsasına bank sistemi, daha dəqiq desək, kommersiya bankları
həyata keçirir. Dövlət büdcəsi hesabına böyük həcmdə kreditlər
yerləşdirmək büdcə qanunauyğunluğu baxımından əlverişli sayıla bilməz.
Çünki bu hal, sonunda, büdcədə vəsait qıtlığına, eləcə də, sosial sferanın
maliyyələşdirilməsində çətinliklərə gətirib çıxaracaqdır.
Dövlət kreditinin optimal səviyyədə tənzim olunması dövlətin borc
alan kimi çıxış etdiyi münasibətlər baxımından daha aktualdır. Bütün kredit
münasibətlərində olduğu kimi dövlət kreditində də ən böyük məsuliyyət,
məhz borc alanın üzərinə düşür. Bu baxımdan dövlət, kredit
münasibətlərində borc alan kimi iştirak etdiyi zaman ağır borc öhdəliyinin
acı nəticələrindən çəkinməli, yalnız və yalnız ehtiyac olduğu qədər
borclanmalıdır.
Dövlət daxili borclanma zamanı qısamüddətli və nisbətən yuxarı faizli
kreditlər əldə edir. Əvvəllərdə qeyd etdiyimiz kimi, bu kreditlər dövlət
büdcəsi ehtiyaclarına sərf edilir və onların qaytarılma mənbəyi kimi də
dövlət büdcəsi çıxış edir. Ona görə də, həddindən artıq daxili borc
öhdəlikləri qəbul edən hökumət onları lazımi səviyyədə idarə edə
bilməyəcəkdir. Bunun da nəticəsində həm dövlət büdcəsində sabitsizliyə,
həm də əhalinin dövlət qiymətli kağızlarına inamının aşağı düşməsinə səbəb
olan neqativ hallara rast gəlinəcəkdir.
Xarici kreditlərin optimal həddinə gəldikdə isə bu haqda ancaq onu
demək kifayətdir ki, gənc dövlətlərin normadan artıq həcmdə kreditləşməsi
və xarici kreditlərin səmərəli şəkildə istifadə olunmamağı nəticəsində
müasir dünyada ağır borc problemi öz acı hökmünü sürməkdədir.
Hazırda dünyanın bir çox gənc dövlətləri daxili potensial hesabına
ölkə iqtisadiyyatını dirçəltmək yerinə, beynəlxalq kreditlərin köməyi ilə bu
298
vəzifənin öhdəsindən gəlmək iqtidarındadır. Daha artıq səviyyədə
beynəlxalq kreditlər cəlb etmək, və aşağı gəlirli sahələrə onları yönəltmək
yolu ilə ölkələr dünyanın borclu dövlətləri sırasına “öz adlarını yazırlar”.
Argentina, Meksika, Braziliya və s. kimi dövlətlərin təcrübəsi göstərir
ki, ağır xarici borc öhdəlikləri daşımaqla nəinki, iqtisadi inkişafa nail olmaq
mümkün deyildir, eyni zamanda, dövləti bu ağır öhdəliklərdən qurtarmaq
belə illər uzunu ağır bir əngələ çevrilməkdədir.
Milli iqtisadi maraqlar baxımından da ifrat səviyyədə xarici
kreditlərdən istifadə edilməsi yol verilməz sayılır. Məlum olduğu kimi
dövlət, istifadə olunmuş kreditlərə görə xarici kreditorlara haqq ödəyir.
Kreditə görə ödənişin milli iqtisadiyyat sərhədlərini aşması da arzu olunan
deyil.
Dövlət kreditindən əldə olunan səmərəlilik həm mikro, həm də makro
səviyyədə qiymətləndirilir. Mikro səviyyə dedikdə müəssisələrin, firmaların
və yarı-ayrılıqda fiziki şəxslərin dövlət krediti münasibətləri zamanı əldə
etdikləri səmərə, fayda başa düşülür. Fərz edək ki, hər hansı bir hüquqi və
ya fiziki şəxs dövlət qiymətli kağızlarından mənfəət əldə edir, yaxud, hər
hansı bir firma və ya müəssisə dövlət kreditləri əldə etməklə öz fəaliyyət
sferasında mənfəətə nail olur. Bütün bu qeyd etdiklərimiz, dövlət kreditinin
mikro səviyyədə səmərəliliyinə misaldır.
Makro səviyyədə səmərəlilik dedikdə isə dövlət krediti vasitəsi ilə
ümumdövlət, ümumxalq maraqlarının həyata keçirilməsi başa düşülür. Buna
misal olaraq büdcə kəsrinin dövlət krediti vasitəsilə aradan qaldırılmasını
göstərə bilərik. Çünki, dövlət büdcəsi ayrı-ayrılıqda hər hansı bir iqtisadi
subyektin maraqlarını deyil ümumxalq maraqlarını ifadə edir.
Eyni zamanda dövlət krediti, əvvəllərdə qeyd etdiyimiz kimi, iqtisadi
siyasəti həyata keçirən, dövlətin tənzimləmə alətlərindən biridir. Bu cəhət,
bir daha dövlət kreditinin makro səviyyədə səmərəliliyini ifadə.
|