Anar İsayev Ramil Rəhimov



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
Anar Isayev Tarix


 
 
Şəhərlilərin xəyanət 
etməsi 
 
Yoxsullara qarşı amansız qanunlar 
yumşaldıldı. 
 
 
Al qızılgül və ağ qızılgül müharibələri (1455-1485). VII Henrix  
Yüzillik  müharibə  başa  çatdıqdan 
az  sonra  İngiltərənin  daxilində  iki  əyan  nəsli  və 
onların tərəfdarları arasında hakimiyyət uğrunda müharibə başladı. Müharibə 30 il (1455-
1485) davam etdi.  Onlardan  birinin gerbində al qızılgül, o birinin  gerbində isə ağ qızılgül 
olduğuna görə 
tarixdə 
bu müharibə  
Al və Ağ qızıl gül müharibələri
 adlanır. Al qızılgül və 
Ağ qızıl gül müharibələri nəticəsində: 
 
Feodal nəsillərindən biri olan hersoq  VII Henrix Tüdor qalib gəldi. 
 
İngiltərədə Tüdorlar sülaləsinin (1485-1603) hakimiyyəti başlandı. 
VII  Henrixin 
(1485-1509) 
taxta  çıxması  ilə  İngiltərədə  Tüdorlar  sülaləsinin 
hakimiyyəti dövrü başladı. Sülalənin sonuncu nümayəndəsi I Yelizaveta 
(1558-1603) 
45 il 
hakimiyyətdə oldu. Onun hakimiyyətini İngiltərə tarixinin «qızıl dövrü» adlandırırlar. 
 
 
 
 
 
 
 
 
Uot Toyler üsyanının iştirakçıları kral 
qarşısında tələblərini irəli sürürlər 
 
VII Henrix 
 
 
 
I Yelizaveta
 
 
 
 
 
 
 
 
 
 
 

 
135 
 
  
 
 
 
 
 
 
 
 
İngiltərə XVI əsrin əvvəllərində. Manufakturaların meydana gəlməsi 
XVI əsrin əvvəlində İngiltərədə yun istehsalı artdı. Sahibkarlar  kəndlərdə emalatxanalar düzəldir, yun istehsalı ilə 
məşğul  olan  təcrübəli  kəndliləri  bu  emalatxanalara  toplayırdılar.  Emalatxanada  işləyən  kəndli  muzdlu  işçiyə  çevrilirdi. 
Emalatxananın  sahibi  kapitalist,  işçi  isə  muzdlu  fəhlə  adlanırdı.  Bu  cür  müəssisələr  kapitalist  manufakturası  adlanırdı. 
Beləliklə, XVI əsrin əvvəllərində İngiltərədə ilk kapitalist müəssisəsi olan manufakturalar meydana gəldi. Manufaktura 
əl  əməyinə,  əmək  bölgüsünə  və  muzdlu  əməyə  əsaslanan  ilk  kapitalist  müəssisəsi  idi.  Sənətkar  emalatxanasından  fərqli 
olara qmanufakturada əmək bölgüsü aparılırdı. 
 
İngiltərədə çəpərləmələr 
Sənətkar emalatxanasına nisbətən manufakturaya daha çox yun tələb olunurdu. Odur, ki, kimin çox qoyunu var idisə, 
o  daha  çox  qazanırdı.  Lakin  böyük  sürülər  üçün  çoxlu  otlaqlar  lazım  idi.  Ona  görə  də  iri  torpaq  sahibləri  (lordlar) 
kəndliləri  öz  torpaqlarından  qovaraq  onların  torpaqlarını  əllərinə  keçirir,  həmin  torpaqları  çəpərləyirdilər.  XVI  əsrdə 
İngiltərədə  kəndlilərin  torpaqlarının  zadəganlar  tərəfindən  zorla  ələ  keçirilməsi  «çəpərləmələr»  adlanırdı.  Torpaqsız 
qalan  kəndlilər  səfil  günə  düşür,  onların  çoxu  xəstəlikdən,  aclıqdan  ölürdü.  İngiltərədə  o  vaxt  bu  hadisə  haqqında 
deyirdilər

«qoyunlar adamları yeyirlər». Öz torpaqlarını itirən kəndlilər başqa yaşayış vasitəsi tapmaq üçün kapitalistlərin 
müəssisələrində işləməyə başlayır, beləcə muzdlu işçiyə çevrilirdilər.  
 
 
 
 
 
Fransa XI-XV əsrlərdə 
 
İngiltərə XI-XV əsrlərdə 
 
  Şəhərlər  meydana gəldi, ticarət inkişaf etdi. 
  İlk dəfə Baş ştatlar çağırıldı. 
  “Jaklar” üsyanı baş verdi. 
  Roma papası arasında münaqişə baş verdi. 
  Yüzillik müharibədə qalib gəldi. 
  Bütün Fransa vilayətləri birləşdirildi. 
  Mərkəzləşdirilmiş dövlət yarandı.
 
 
  Normand işğalına məruz qaldı. 
  İlk dəfə Parlament çağırıldı. 
  Uot Toyler üsyanı baş verdi. 
  Qastinqs döyüşündə məğlub oldu. 
  Al qızılgül və ağ qızılgül müharibələri baş verdi. 
  Tüdorlar sülaləsi  hakimiyyətə gəldi. 
  Mərkəzləşdirilmiş dövlət yarandı.
 
Kəndlilər muzdlu işçilərə çevrildilər 
 
Kəndlilər öz torpaqlarından qovuldu 
 
İngiltərədə çəpərləmələrin nəticələri
 
Bilmək maraqlıdır 
 
I Yelizavetanın hakimiyyətini İngiltərə tarixinin «qızıl 
dövrü» adlandırırlar Bu dövrdə İngiltərədə dini ayrılığa son 
qoyuldu  və  illərlə  davam  edən  katolik  və  protestant 
müharibəsi başa  çatdı.  İngiltərə  iqtisadi və  siyasi cəhətdən 
gücləndi və dünyanın ən varlı və güclü ölkələrindən birinə 
çevrildi.    Yelizavetanın  dövründə  İngiltərədə  yaxşı  təşkil 
edilmiş  güclü  mərkəzi  hökumət  bərqərar  oldu.  İqtisadi 
sahədə də Amerika ilə hələ yenicə qurulan ticarət əlaqələri 
öz bəhrəsini verməyə başladı.  
Onun  hakimiyyəti  dövründə  İngilis  dəniz  donanması 
İspaniyanın  «Məğlubedilməz  armada»sını  məğlub  edərək 
dənizdə hakimiyyəti ələ aldı.  
 
 
I Yelizavetanın dövründə İngiltərədə bir çox filosof, alimlər, rəssam və yazıçılar yaşayıb yaratmışlar.  İngiltərə 
dramaturgiyasının danisi Uilyam Şekspir məhz  «qızıl dövr»də  yaşayıb yaratmışdı. Kraliça ölkəni uzun illər 
təkbaşına idarə etdikdən sonra - 1603-cü ildə dünyasını dəyişdi. ―Mən onsuz da İngiltərə krallığı ilə izdivacdayam!‖ 
deyən Yelizaveta ailə qurmadığı üçün özündən sonra varis qoymamışdı.  Odur ki, Yelizaveta vəfat edən  zaman 
Tüdorlar sülaləsinin hakimiyyəti başa çatdı və taxta Sütuartlar sülaləsinin nümayəndəsi  I Yakov çıxdı. 
 
 
 

 
136 
 
 
«Məğlubedilməz armada»nın məhvi (1588) 
İngiltərədə  təsərrüfatın  inkişafı  ticarətin  yüksəlişini 
təmin  edirdi.  Ölkə  adalarda  yerləşdiyi  üçün  xarici  ölkələrlə 
əlaqələr  dəniz  ticarəti  vasitəsilə  aparılırdı.  Dəniz  ticarətini 
artırmaq  məqsədilə  sahibkarlar  ticarət  şirkətləri  yaradırdılar. 
Şirkətlərin içərisində ən böyüyü Ost- Hind şirkəti idi. 
XVI əsrdə dəniz ticarətində İngiltərənin əsas rəqibi olan  
İspaniya  dünyada  ən  böyük  donanma  və  ən  geniş 
müstəmləkəyə  məxsus  idi.  Bu  dövrdə  İngiltərə  dənizlərdə 
ağalığı İspaniyanın əlindən almaq üçün onu məğlub etməli idi. 
Lakin,  İspaniyaya  «Məğlubedilməz    armada»ya  (donanmaya) 
malik idi.
 
1588-ci  ildə  La-Manş  döyüşündə    ingilislər  ispanları 
məğlub  edərək  «Məğlubedilməz  armada»nı  məhv  etdilər.  La-
Manş döyüşündə  «Məğlubedilməz armada»nın məhv edilməsi 
nəticəsində:
 
 
Dənizlərdə hökmranlıq İngiltərənin əlinə keçdi. 
 
İngiltərə güclü dəniz dövlətinə çevrildi 
İngiltərənin «Məğlubedilməz armada»nı məğlub etməsinin səbəbi bunlar idi: 
 
İngilislərin yüngül və sürətli hərəkət edən gəmilərə sahib olması. 
 
Top atəşinin gücünə və dəqiqliyinə görə ingilis gəmilərinin ispan gəmilərindən üstün olması. 
 
 
 
 
 
Fransa XVI əsrdə 
 
 
İngiltərə XVI əsrdə 
 
 
  Əhalinin sayına görə Avropada birinci yerə çıxdı 
  Sənaye və ticarət, kapitalist istehsalı inkişaf etdi. 
  Manufakturalar meydana gəldi. 
  İpək parça, kətan, tüfəng, top istehsalı genişləndi. 
  Qərb sahillərindəki limanların əhəmiyyəti artdı. 
  Sənaye və ticarət müəssisələrinin sayı artdı. 
 
  Çəpərləmələr başladı.. 
  Kəndlilər öz torpaqlarından qovuldu. 
  Manufakturalar meydana gəldi. 
  Ticarət şirkətləri yarandı. 
  Dəniz ticarətində İspaniya ilə rəqabəti gücləndi. 
  La-Manş döyüşündə qalib gəldi. 
  «Məğlubedilməz armada» məhv edildi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İngiltərə güclü dəniz dövlətinə  
çevrildi 
 
Dənizlərdə hökmranlıq İngiltərənin 
əlinə keçdi 
 
 
«Məğlubedilməz armada»nın məhv edilməsinin nəticəsi
 
 
 
«Məğlubedilməz armada»nın sonu
 
 

 
137 
 
Almaniyada reformasiya və kəndli müharibəsi 
 
XVI əsrin əvvəllərində Almaniyanın sosial, iqtisadi və siyasi vəziyyəti 
XVI əsrin əvvəllərində Almaniyada: 
 
Feodal dağınıqlığı hələ də qalmaqda idi və mərkəzləşmiş dövlət hələ yaranmamışdı. 
 
İmperator hakimiyyəti zəifləmişdi, ölkədə katolik kilsəsi hökmranlıq edirdi.
 
 
Ölkə ərazisinin xeyli hissəsini kilsə mülkləri təşkil edirdi.
 
 
Kilsə əhalidən onda bir vergisi alır, vəzifələr və indulgensiyalar satırdı.
 
 
Əhalinin bütün təbəqələri katolik kilsəsindən narazı idi.
 
 
Almaniyada reformasiyanın başlanması (1517) 
XVI əsrin əvvəllərində  Almaniyada ən qüdrətli qüvvə  Katolik kilsəsi idi.  Almaniyada  imperator hakimiyyəti zəif 
olduğu  üçün  katolik  kilsəsinin  xalqı  soyub-talamasının  qarşısını  ala  bilmirdi.  Bu  dövrdə  Almaniyada  əhalinin  bütün 
təbəqələri katolik kilsəsindən narazı idi. Roma papasının Almaniyada indulgensiya alverini genişləndirməsi Almaniyada 
katolik  kilsəsinə  qarşı  mübarizənin  başlanmasına  təkan  verdi.  Belə  bir  şəraitdə  Vittenberq  universitetinin  professoru 
Martin  Lüter  1517-ci  ildə  katolik  kilsəsinin  Almaniyada  «cənnət  qəbzi»  alverinin  əleyhinə  çıxdı.  Lüterin  çıxışı 
reformasiyanın,  yəni  kilsənin  yenidən  qurulması  uğrunda  mübarizənin  başlanğıcı  oldu.  Almaniyada  kilsənin  yenidən 
qurulması reformasiya adlanırdı. Lüter dinə qarşı çıxmırdı. O, Katolik kilsəsini islah etmək uğrunda mübarizə aparırdı. 
Lakin keşişlər Lüteri kilsəni parçalamaqda günahlandırdılar. 
Martin  Lüterin  «cənnət  qəbzi»  alverinin  əleyhinə  çıxışına  görə  Roma  papası  xüsusi  fərman  göndərərək  onu 
lənətlədi. Lüter  isə papanın özünü  bidətçi elan etdi və onun fərmanını tonqalda yandırdı. Roma papasının tərəfini saxlayan  
Alman  imperatoru    Lüteri  Vorms  şəhərində  keçirilən  qurultaya  dəvət  etdi.  Burada  imperator  Lüteri  həbs  etmək  istədi. 
Lakin cəngavərlər onu gizlədərək, buna imkan vermədilər. 
Katolik kilsəsini islah etmək uğrunda  mübarizədə (reformasiyada)  bütün şəhər və kənd əhalisi, cəngavərlər, hətta 
knyazların bəziləri də iştirak edirdi. Reformasiya dövründə onların hər birinin öz məqsədi var idi: 
 
Kəndlilər və yoxsul şəhərlilər - katolik kilsəsinə və feodal zülmünə qarşı çıxırdılar. 
 
Varlı şəhərlilər - kilsə vergilərinin azaldılmasını və monastırların bağlanmasını tələb edirdilər. 
 
Cəngavərlər - kilsənin torpaqlarına sahib olmaq istəyirdilər. 
 
Knyazlar - öz torpaqlarında olan kilsələrin papaya deyil, onlara tabe olmasını istəyirdilər. 
Bu artıq feodal cəmiyyətinə qarşı xalq reformasiyası idi. 
 
 
     
 Martin Lüterin «cənnət qəbzi»
 
alverinin əleyhinə çıxışı və papanın fərmanını tonqalda yandırması
 
 
 
Almaniyada kəndli müharibəsi (1524)  
1524-cü  ilin  yayında  Almaniyada  kəndli 
üsyanları  (xalq  reformasiyası)  başladı.  Xalq  reformasiyası  feodal 
qaydalarına  qarşı  yönəlmişdi.  Almaniyada  kəndli  müharibəsinə      xalq  reformasiyasının  rəhbəri  keşiş  Tomas  Münser 
başçılıq  edirdi.    Tomas  Münser  feodal  qaydalarını  silahlı  mübarizə  ilə  məhv  etməyə  çağırırdı.  Üsyan  ölkənin  əksər 
hissəsini bürüdü. Lakin üsyançı dəstələr vahid bir qüvvə halında birləşə bilmədilər. Üsyançıların dağınıq dəstələri muzdlu 
qoşun tərəfindən bir-birinin ardınca məğlub edildi. Münser isə əsir düşdü və edam olundu. XVI əsrdə Almaniyada kəndli 
müharibəsinin ağır nəticələri oldu. Belə ki, kəndli müharibəsinin məğlub olması nəticəsində: 
 
Şəxsən azad olan kəndlilər də təhkimçilik asılılığına 
salındılar
. 
 
Feodal qaydaları və feodal zülmü daha da gücləndi. 
 
Almaniyada fodal 
pərakəndəliyi 
daha da möhkəmləndi və 
 hələ uzun müddət davam etdi.
 
Almaniyada kəndli müharibəsinin məğlub olmasının səbəbi  aşağıdakı amillərlə bağlı idi: 
 
Kəndlilərin  mütəşəkkil qüvvə olmaması. 
 
Kəndli dəstələrinin böyük ordu halında birləşə bilməməsi. 

 
138 
 
QEYD: 
Almaniyada kəndli müharibəsi Avropada feodalizm quruluşunu devirmək üçün göstərilən birinci cəhd idi. 
Feodal qaydalarının ləğvi burjuaziyanın xeyrinə idi. Lakin Almaniyada burjuaziya hələ yenicə yarandığı üçün üsyana 
başçılıq edə bilmədi. 
 
 
 
Almaniyada Tomas Münserin başçılıq etdiyi kəndli üsyanları. Tomas Münserin edam olunması 
 
 
 
 
 
 
 
Martin Lüter 
 
 
Tomas Münser 
 
  Katolik kilsəsinə qarşı mübarizə aparırdı. 
  Feodal qaydalarına və dinə qarşı çıxmırdı. 
  Papanın «cənnət qəbzi»
 
 alverinə qarşı çıxırdı. 
  Roma papası xüsusi fərmanla lənətləmişdi. 
  Vorms şəhərində qurultayda iştirak etmişdi. 
  Əhalinin əksər təbəqəsi onu müdafiə edirdi. 
 
  Din xadimi idi. 
  Feodal və kilsə qaydalarına qarşı çıxırdı. 
  Xalq reformasiyasının başçısı idi. 
  Feodal qaydalarını silahlı mübarizə yolu ilə məhv 
etməyə çalışırdı. 
  Üsyan gedişində əsir düşərək edam olunmuşdu. 
 
 
Avropada reformasiyanın yayılması 
Martin Lüterin «cənnət qəbzi» alverinə qarşı çıxması xəbəri dörd həftə müddətində bütün xristian dünyasına yayıldı. 
Almaniyadan  sonra  Avropanın  başqa  ölkələrində  də  reformasiya  hərəkatı  başladı.  Avropa  ölkələrinin  kralları  və  katolik 
kilsəsi    reformasiyayanın  qarşısını  almaq  üçün  tədbirlər  həyata  keçirdilər.    Almaniyada  reformasiyaya  qarşı  atılan 
addımlara  knyazlar və bir çox şəhərlər etiraz (protesta) etdi. Buna görə də o zamandan etibarən Lüterə tərəfdar olanlara, 
protestant deyilməyə başlandı. Yeni kilsə isə protestant kilsəsi adlandırıldı.  
Protestant və katolik knyazlar arasında 1555-ci ildə imzalanan 
Auqsbruq sazişinə əsasən: 
1. 
Katoliklər protestantların etiqad azadlığını tanıdı (bu din azadlığı yalnız knyazlara aid idi). 
2. 
Hər bir knyaz torpağındakı kilsənin başçısı oldu, 
Katolik kilsəsinə mənsub torpaqlar zəbt edildi
. 
3. 
Knyaz hansı etiqadı qəbul edirdisə, əhali də həmin etiqadı qəbul etməli idi. 
4. 
Knyazın qəbul etdiyi etiqadı istəməyənlər knyazlığın torpağından köçüb gedə bilərdi. 
Auqsbruq  sazişinin  imzalanmasından  sonra  Almaniyada  katolik  kilsəsi  ilə  yanaşı, 
protestant  kilsəsi  yaranmış  oldu  və  Lüteran  kilsəsi  adlandı.  Lüteran  kilsəsində  təmtərqalı 
mərasimlər,  ikonaya sitayiş, dini bayramlar ləğv edildi.  
Bəhs edilən dövrdə İngiltərəDanimarka  İsveçdə krallar kilsə islahatı keçirərək kilsə 
başçısı  oldular.  Beləliklə, 
reformasiya  kral  hakimiyyətini  gücləndirdi.  Fransa,  İsveçrə   
Niderlandda  isə  kilsə  islahatını  varlı  və  nüfuzlu  şəhərlilər  həyata  keçirdi.  İsveçrənin  Cenevrə 
şəhərində protestant kilsəsinin başçısı fransız Jan Kalvinin əsasını qoyduğu kilsə kalvin kilsəsi 
adlandı. 
Kalvin kilsəsi 
insanlara
 
müxtəlif əyləncələri və oyunları qadağan etmişdi.  
Kalvinizmə 
görə  hamı  kilsəyə  getməli,  səhər  tezdən  durub  işə  başlamaq  üçün  axşam  işıqları  tez 
söndürməli idi.
 
Feodal qaydaları və feodal 
zülmü daha da gücləndi 
 
Fodal dağınıqlığı daha da 
möhkəmləndi 
 
Şəxsən azad olan kəndlilər 
təhkimçilik asılılığına düşdü 
 
Almaniyada kəndli müharibəsinin nəticələri 
 
 
Jan Kalvin
 

 
139 
 
 
1555-ci il  Auqsbruq sazişini imzalayan tərəflər 
 
 
 
Kilsə islahatlarını şəhərlilərin keçirdiyi ölkələr 
 
Kilsə islahatlarını kralların keçirdiyi ölkələr 
(reformasiya hərəkatının məğlub olduğu ölkələr) 
 
 
 
Protestant (Lüteran) kilsəsi 
 
Kalvin kilsəsi 
 
 
  Almaniyada yaradılmışdı 
  Martin Lüterin tərəfdarları olan protestantların 
adından götürülmüşdü 
  Tərəfdarlarına protestant, kilsəyə isə protestant 
kilsəsi deyirdilər 
  Ausqsbruq sazişdən sonra Lüteran kilsəsi adlandı 
  Təmtərqalı mərasimləri, ikonaya sitayişi və dini 
bayramları qadağan edirdi 
 
  İsveçrənin Cenevrə şəhərində yaradılmışdı 
  Fransız din xadimi Jan Kalvin tərəfindən əsasını 
qoymuşdu 
  Tərəfdarlarına kalvinist, məzhəbinə kalvinizm, 
kilsəyə isə kalvin kilsəsi deyirdilər 
  Dəbdəbəli paltarlar geyinməyi, israfçılığı, oyun və 
rəqsləri qadağan edirdi 
 
 
Katolik kilsəsinin reformasiyaya qarşı mübarizəsi 
Roma Papasının başçılıq etdiyi 
Katolik  kilsəsi 
katolik kilsəsinin 
əvvəlki  qüdrətini  bərpa  etmək  və
  reformasiyaya  qarşı  mübarizə 
aparmaq məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirdi: 
 
 İsa cəmiyyəti və Yezutilər ordenini yaratdı. 
 
Öz əleyhdarlarına qarşı  kütləvi qırğınlar həyata keçirdi. 
 
Katoloklər vasitəsilə protestant qırğını törətdi. 
 
Papanın qərarlarına əməl etməyən şəxslər  aradan götürüldü.  
Yezuitlər ordeni  hərbi qaydada təşkil olunurdu. Ordenə başçılıq 
edən  general  Roma  papasına  tabe  idi  və  Roma  papasının  iradəsini 
yerinə yetirirdi.
 Yezuitlər reformasiya tərəfdarlarını izləyir, topladıqları 
məlumatları  ordenin  başçısına  çatdırırdılar.   
Katoliklər  reformasiyaya 
qarşı  öz  əlehdarlarını  kütləvi  surətdə  qırmaq  məqsədi  ilə  1572-ci    ildə 
protestantları   kralın   bacısının   toyuna   dəvət   etdilər.     Protestantlar  
yaşayan binaların divarlarına tabaşirlə ağ xaç vurdular. Avqustun 23-də, yəni Varfolomey gecəsi katoliklər protestantları 
qırmağa başladılar, 
30 mindən çox protestant vəhşicəsinə öldürüldü. 
Bu gün də Varfolomey gecəsi düşmənə qəddarcasına, 
amansız divan tutulması mənasında işlənir.  
Lakin kilsənin reformasiyaya qarşı bu tədbirləri reformasiyanın yayılmasının qarşısını ala bilmədi, yalnız bir neçə 
ölkədə - Polşa,  İtaliya və Cənubi Almaniyada reformasiya hərəkatı qalib gəldi.
 
Beləliklə, XVI əsrdə Avropada reformasiya nəticəsində: 
 
Katolik kilsəsi öz nüfuzunu və əmlakının çox hissəsini itirdi. 
 
Katolik kilsəsinin  
qüdrəti sarsıldı 
və başqa kilsələrə parçalandı. 
 
Katolik kilsəsindən ayrılmış protestant kilsəsi daha Roma Papasına tabe olmadı.
 
 
Yalnız bir neçə Avropa ölkəsində reformasiyanın qarşısı alındı. 
 
İngiltərə 
 
  Danimarka 
 
İsveç 
Niderland 
Fransa 
İsveçrə 
Protestantlar 
 
Katoliklər 
 
 

 
140 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reformasiya 
 
1517-ci ildə Lüterin 
kilsə əleyhinə çıxışı 
ilə başladı 
 
Katolik kilsəsinin və 
Roma papasının 
nüfuzu zəiflədi 
Kilsənin yenidən 
qurulması uğrunda 
mübarizə idi 
 
Katolik silsəsi bir neçə 
müstəqil kilsələrə 
parçalandı 
İndulgensiya alveri 
başlanmasına təkan 
vermişdi 
 
Şəhərlilər, kəndlilər, 
knyazlar, cəngavərlər 
iştirak edirdi 
 
Kralın hakimiyyətinin 
gücləndirilməsinə 
xidmət etdi 
 
Reformasiya gedişində  
zadəganlar kilsə 
torpaqlarını tutdular
 
 
Katolok kilsəsi  Polşa, 
İtaliya və Cənubi 
Almaniyada reformasiya 
hərəkatını boğdu 
 
Məğlub olduğu ölkələrdə 
feodal qaydaları uzun 
müddət davam etdi 
 
 
 
Protestant kilsəsi 
Katolik kilsəsindən 
ayrılaraq müstəqil 
oldu
 
 
Katolik dini zəiflədi və  
əmlakının çox hissəsini 
itirdi 
 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin