XVIII əsrin 20-ci illərinin sonunda Şah II Təhmasib (1722-1732) əfqanları, osmanlıları və rusları işğal
olunmuş Azərbaycan torpaqlaından qovmaq üçün mübarizəyə başladı. Səfəvi dövlətinin belə çətin zamanında
ordunun baş komandanı, Nadir xan Əfşar mühüm rol oynadı.
Volqa-Xəzər ticarət yolu
155
Nadir xan Əfşar əvvəlcə əfqanlara qarşı müharibədə qalib gələrək onları olkədən qovdu. Daha sonra
Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara başlayan Nadir xan Təbriz və Ərdəbil şəhərlərini Osmanlı
qoşunlarından azad etdi. Nadir xanın uğurlarından narahat olan II Təhmasib öz nüfuzunu qaldırmaq üçün 1731-ci
ildə osmanlılar üzərinə özü hücuma keçdi. Lakin şah, İrəvan yaxınlığında döyüşdə osmanlılara məğlub oldu. II
Təhmasibin Osmanlı dövləti ilə sülh bağlaması və yenidən Səfəvi torpaqlarının itirilməsi onun Nadir xan
tərəfindən 1732-ci ildə hakimiyyətdən kənarlaşdırılması və azyaşlı oğlu III Abbasın şah elan olunması ilə
nəticələndi. Bu hadisədən sonra Səfəvilər dövlətində real hakimiyyət III Abbasın qəyyumu kimi Nadir xanın əlinə
keçdi. 1733-cü ildə Nadir xan osmanlılarla sülh bağlandı. Sülhün şərtlərinə görə Osmanlılar işğal etdiyi Azərbaycan
torpaqlarını geri qaytardı. İki il sonra isə ruslar Azərbaycandan tamamilə çıxarıldı. Beləliklə, Səfəvi dövlətinin tarixi
sərhədləri Nadir xan tərəfindən bərpa olundu.
Nadir Şah Əfşar İmperiyası (1736-1747)
Muğan qurultayı
Yadellilərin ölkədən qovulmasından sonra Nadir xanın xalq arasında nüfuzu
daha da artdı. Bundan istifadə edən Nadir xan 1736-cı ildə Muğan qurultayını
çağırdı. Qurultayda Nadir xan dövlət başçısı - şah seçildi. Bununla da Səfəvilər
sülaləsinin hakimiyyətinə son qoyuldu. Beləliklə, 1736-cı ilin martında Nadir xan
Əfşar Azərbaycan Əfşarlar imperiyasını yaratdı. Nadir şahın hakimiyyəti dövründə:
Ölkədə ara müharibələri kəsildi.
İri feodalların müqaviməti qırıldı və mərkəzi hakimiyyətə tabe edildi.
Mərkəzi hakimiyyəti möhkəmləndirmək məqsədilə islahatlar keçirildi.
Dində sünni-şiə parçalanmasını ləğv etmək üçün tədbirlər görüldü
.
Nadir şahın həri yürüşlərə başlaması
Nadir şah 1736-1747) dövlətin sərhədlərini genişləndirmək, hərbi yürüşlər
hesabına xəzinəni doldurmaq məqsədilə 1737-ci ildə Əfqanıstana yürüş etdi.
Yürüş nəticəsində Qəndəhar və Kabul ələ keçirildi. Bunun ardınca Böyük Moğol
imperatoru Məhəmməd şahı əfqanlara sığınacaq verməkdə günahlandıran Nadir şah
Hindistana yürüşə hazırlaşdı. 1738-ci ildə Nadir şah 100 minlik ordu ilə Hindistana
yürüşə başladı. Nadir şah 1739-cu ildə Lahordan Şahcahanabad istiqamətində
yürüşə başladı.Moğol imperatoru Məhəmməd şah böyük ordu ilə Karnal düzündə Nadir şahı qarşıladı. Karnal
döyüşü nəticəsində Moğol qoşunları ağır məğlubiyyətə uğradıldı. Döyüşdən sonra Moğol hökmdarı Məhəmməd şah
şəxsən özü Nadir şahın hüzuruna gələrək sülh bağlamağı təklif etdi. Sülhün şərtlərinə görə Hind çayından qərbdəki
ərazilər Nadir şahın imperiyasına qatıldı. Moğol hökmdarının Dehlidəki xəzinəsi, ordugahdakı ərzaq və sursat, top
və fillər də Nadir şaha təhvil verildi. Novruz bayramı ərəfəsində Nadir şah top atəşləri ilə Dehliyə daxil oldu. Burda
onun adına məscidlərdə xütbə oxundu. Elə həmin gün Moğol hökmdarının sarayında ziyafət təşkil olundu.
Osmanlılar işğal etdiyi Azərbaycan torpaqlarından tamamilə çıxarıldı, Səfəvi
imperiyasının keçmiş qüdrəti bərpa edildi.
Osmanlı dövləti ilə Qəsri-Şirin sülhü imzalandı, Volqa-Xəzər ticarət yolu
canlandı.
İqtisadi böhran baş verdi, xəzinənin gəlirləri azaldı, feodal zülmü əleyhinə
üsyanlar baş verdi, vergilər artırıldı, İsfahan əfqanlar tərəfindən tutuldu.
Sultan Hüseyn (1694-1722)
Şah Səfi (1629-1642)
Şah I Abbas (1587-1629)
Şah II Təhmasib (1722-1732)
Səfəvilər dövlətinin ərazisi Osmanlı və Rusiya arasında mübarizə meydanına
çevrildi, ölkə onlar arsında bölüşdürüldü.
1736-cı il, Muğan qurultayı
156
Təmtəraqlı qəbulun ardınca Məhəmməd şahın xəzinəsinin açarları Nadir
şaha təqdim olundu. Moğol imperatorunun daş-qaşla bəzədilmiş qızıl taxtı və
dünyanın ən məşhur brilyantı «Kuhi-nur» da Nadirə hədiyyə edildi.
Beləliklə, Əfşar imperiyasının sərhədləri şərqdə Hind çayına kimi
genişləndi.
1740-cı ildə Nadir şah Türküstana yürüşə başladı. Yürüşə səbəb Xivə
xanının Nadir şahın tələblərinə məhəl qoymaması idi. Xivə xanı dəfələrlə
Xorasana yürüşlər etmişdi. Nadir şah Xorasana növbəti müdaxilələrin qarşısını
birdəfəlik almaq istəyirdi. Şiddətli müqavimət göstərməsinə baxmayaraq, Xivə
xanı məğlub olaraq Nadir şahın hakimiyyətini qəbul etdi. Bu yürüşdən sonra
Buxara xanı Əbülfəzl xan özünü Nadirin vassalı elan etdi.
1740-cı ilin sonlarında Nadir şah Mərvdən keçməklə anadan olduğu
Kəlata gələrək buranı abadlaşdırdı, yeni bağlar saldırdı, su ehtiyatlarını artırdı.
Özü üçün məqbərə tikilməsinə göstəriş verdi. Məqbərənin tikintisi üçün
Marağadan qara mərmər gətirildi.
1743-1746-cı illərdə Nadir şah Osmanlı imperiyası ilə apardığı
müharibədə bir sıra yeni uğurlar qazandı.
Böyük Azərbaycan sərkərdəsi Nadir şah Əfşar sərkərdəlik istedadı ilə
dünya fatehləri arasında özünəməxsus yer tutur. Təsadüfi deyildir ki, hərbi
uğurlarına və böyük strateq olduğuna görə onu Şərqin İsgəndəri və Napoleonu
adlandırmışlar.
Əfşarlar imperiyasının
süqutu
Nadir şahın apardığı qanlı müharibələr ölkə iqtisadiyyatına ağır zərbə vurdu. Müharibənin bütün xərcləri
əhalidən yığılan vergilər hesabına təmin olunurdu. Odur ki, gündən-günə artırılan vergilər ölkədə narazı qüvvələrin
üsyanına səbəb oldu. Böyük imperiyanı çökməyə qoymamağa çalışan Nadir şahın sərt cəzaları da üsyanlar
dalğasının genişlənməsinə təkan verdi.
1747-ci ildə Nadir şah saray qruplarının sui-qəsdi nəticəsində öldürüldü. Ölkədə ara müharibələri və mərkəzi
hakimiyyət uğrunda mübarizə kəskinləşdi.
«Kuhi-nur»
Qacarlar imperiyası
İranda və Aəzrbaycanda mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda mübarizə
Nadir şahın öldürülməsindən sonra İranda və Aəzrbaycanda mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda
kəskin mübarizə başladı. Bu mübarizə Azərbaycan-türksoylu Qacarlar, Əfşarlar və farsmənşəli Zəndlər arasında
gedirdi. Qacarlar hələ Nadir şahın dövründə Məhəmməd Həsən xanın başçılığı altında üsyan qaldıraraq Astrabad
və Mazandaranı ələ keçirmişdilər. Lakin onlar az sonra məğlub olmuş, Məhəmməd Həsən xan isə Türkmənistana
sığınmışdı. Nadir şahın öldürülməsindən sonra Məhəmməd Həsən xan Astrabadı, Mazandaranı və Gilanı öz
hakimiyyəti altına aldı. Mərkəzi İranda isə farsmənşəli Zəndlər Kərim xanın başçılığı ilə hakimiyyət uğrunda
mübarizəyə qoşuldular. Mərkəzi və Qərbi İran Kərim xan Zəndin hakimiyyəti altına keçdi.
Məhəmməd Həsən xan Kərim xanı məğlub edərək onu Mərkəzi İrana çəkilməyə vadar etdi. Lakin 1759-cu
ildə Məhəmməd Həsən xan Qacar Sarı şəhəri yaxınlığında öldürüldü.
1763-cü ildə uzunmüddətli mübarizədən sonra Kərim xan Zənd Azərbaycanın cənubunda Urmiya xanı Fətəli
xan Əfşarı məğlub edərək Təbrizi, Marağanı və bir sıra Azərbaycan bölgələrini özünə tabe etdi. Kərim xan
Qacarlarla Əfşarlar arasındakı ixtilaflardan istifadə edərək İranda faktiki olaraq qeyri-məhdud hakimiyyəti ələ
Kuhi-Nur 105 karat ağırlığında olan Dünyanın ən böyük almazıdır. Almaz
müxtəlif zamanlarda Hindistan, İran, Əfqan, Sinq hökmdarları, sonralar isə
Hindistanı ələ keçirən ingilislər tərəfindən ələ keçirilmişdi. 1850-ci ildə
İngiltərənin Ost-Hind şirkəti tərəfindən Duleep Sinqdə ələ keçirilmiş almaz Kraliça
Viktoriyaya bağışlanmışdı. Almaz hal-hazırda Britaniya tacının bir hissəsini
bəzəyir.
1739-cu il, Karnal döyüşü.
Məhəmməd şah Nadirin
hüzurunda
157
keçirdi. Buna baxmayaraq, guya, şah tituluna iddia etmir, Azərbaycan türklərini narazı salmamaq üçün dövləti
Səfəvilərin adından idarə edirdi. Kərim xan Zəndin hakimiyyəti üçün ən böyük təhlükə Qacarlar idi.
Azərbaycan və İranda mərkəzi hakimiyyət uğrunda mübarizə aparan qüvvələ
r
Qacarlar dövlətinin yaranması
Kərim xan Zəndin ölümündən sonra (1779) hakimiyyət uğrunda mübarizə daha
da kəskinləşdi. Astrabadda Məhəmməd Həsən xanın ailəsində doğulan Ağa
Məhəmməd Qacarların başçısı olandan sonra Qacarlar daha da gücləndilər. Ağa
Məhəmməd xan Qacar Mazandaran, Astrabad, Gilan, Tehran, Qum, Kaşan və
İsfahanı öz hakimiyyəti altına aldı. Tehranı öz iqamətgahına, sonralar isə dövlətinin
paytaxtına çevirdi.
1785-ci ilin sonunda Ağa Məhəmməd xan Qacar Zəndlər üzərində qələbə çaldı.
Bundan sonra Azərbaycanın cənubunda və Mərkəzi İranda bir sıra müstəqil xanlıqlar
Qacarların hakimiyyətini qəbul etdilər.
1794-cü ildə, demək olar ki, keçmiş Əfşar imperatorluğunun bütün ərazisinin
Ağa Məhəmməd xan Qacarın hakimiyyəti altında birləşməsi başa çatdı. Azərbaycand -
türk soyundan olan Qacarlar sülaləsi hakimiyyətə gəldi. Ağa Məhəmməd xan Qacar
keçmiş Səfəvi və Əfşar imperiyalarının tarixi sərhədlərini tamamilə bərpa etmək
istəyirdi.
Bunun üçün 1795-ci ilin yazında Qafqaza hərbi yürüşə başladı. İrəvanı ələ keçirdikdən sonra Şuşanın
üzərinə yeridi. Şuşa mühasirəyə alındı. Şuşa qalasının 33 günlük mühasirəsi bir nəticə vermədi. Odur ki Qacar
Tiflis üzərinə hücum etdi və şəhəri ələ keçirdi.
Ağa Məhəmməd xan Qacar 1796-cı ildə tacqoyma mərasimi keçirərək özünü şah elan etməsi ilə İranda
Qacarların hakimiyyəti dövrü (1796-1925) başladı.
1797-ci ildə Ağa Məhəmməd şah Qacar ikinci dəfə Cənubi Qafqaza yürüş etdi. Qacarın bu yürüşdə
məqsədi Rusiyanın keçmiş Səfəvi və Əfşar imperiyalarının tarixi ərazilərinə yiyələnməsinə mane olmaq idi. Bu
yürüş zamanı Şuşa ələ keçirildi. Lakin Şuşada sui-qəsd nəticəsində öldürülən Ağa Məhəmməd şah Şimali
Azərbaycan torpaqlarını öz dövlətinin tərkibinə qata bilmədi. Ağa Məhəmməd şah Qacarın vəfatından sonra taxta
onun qardaşı oğlu Fətəli şah Qacar
(1797-1834)
çıxdı.
Qacarlar dövləti Avropa dövlətlərinin işğalçılıq planlarında
Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra İngiltərə, Fransa və Rusiyanın Asiyada yeni
müstəmləkələr uğrunda rəqabəti daha da gücləndi. 1800-cü ildə kapitan Malkolmun başçılıq etdiyi İngiltərə
nümayəndə heyəti İrana gəldi. Fətəli şahla ingilislər arasında siyasi və ticarət müqaviləsi imzalandı. Müqaviləyə
əsasən İngiltərə Qacarlar dövlətində gömrüksüz ticarət və limanlardan sərbəst istifadə etmək hüququ qazandı.
Bağlanmış müqavilə Qacarlar dövlətinin İngiltərədən asılılığının əsasını qoydu.
Fətəli şah. İngiltərənin nümayəndə heyəti Qacarlar sarayında (1800-cü il)
Fətəli xan
Əfşar
Kazım xan
Zənd
Məhəmməd
Həsən xan Qacar
Ağa Məhəmməd şah Qacar
158
Böyük Moğol imperiyasının parçalanması
Hindistanda ictimai, siyasi və iqtisadi vəziyyəti
XVII əsrin əvvəllərində
Hindistanda ictimai və iqtisadi vəziyyət
aşağıdakı kimi idi:
Ölkəni idarə edən türk mənşəli Böyük Moğol imperiyasında
çoxlu iri və xırda feodal knyazlıqlar yaranmışdı.
Hələ də qalmaqda davam edən kasta quruluşu cəmiyyətin
inkişafına mane olurdu.
Daxili ticarət canlanır, ayrı-ayrı vilayətlər məhsul istehsalına
görə ixtisaslaşırdı.
Əhali həm əkinçilikdə, həm də sənətin müxtəlif sahələrində xeyli
uğurlar qazanmışdılar.
Şəhərlər sənətkarlıq və ticarət mərkəzlərinə çevrilirdi.
Mülki və hərbi hakimiyyətdə yüksək vəzifələrin hamısı müsəlman-
türk əyanlarının əlində cəmlənmişdi. Feodallar sinfinin hakim təbəqəsini
cagirdarlar təşkil edirdi. Feodal nərdivanında sonrakı yerdə zəmindarlar
dururdu. Torpaqlar iri feodalların mülkiyyətində idi. Torpaqdan istifadə
müqabilində kəndlilər vergini natura şəklində, məhsulla ödəyirdilər.
Həmin dövrdə hind tacirləri karvan yolları vasitəsilə Əfqanıstan, Mərkəzi Asiya, İran, Azərbaycan və
Həştərxanla geniş ticarət əlaqələri yaratmışdılar. Lakin bu dövrdə Hindistanda aşağıdakı amillər sosial-iqtisadi
inkişafı ləngidir, müstəmləkəçilərin Hindistan uğranda mübarizəsini asanlaşdırırdı:
Ölkədə baş verən siyasi pərakəndəlik.
Knyazlıqlar arasında ara müharibələrinin davam etməsi.
Hindistanda müstəqil dövlətlərin yaranması
XVIII əsrin birinci yarısında Moğol dövləti tənəzzül dövrünü yaşayır və süqutu yaxınlaşırdı. Böyük Moğol
dövlətini iqtisadi tənəzzülə və siyasi parçalanmaya gətirib çıxardan amillər əsasən aşağıdakılar idi:
Feodal istismarının güclənməsi nəticəsində kəndlilərin var-yoxdan çıxması.
Daxili çəkişmələr və kəndlilərin aramsız çıxışları.
Maharaştra əyalətində yaşayan
maratxların üsyanı mərkəzi hakimiyyəti xeyli
sarsıtdı. Hindistanda kəndlilərinin çıxışları 1674-cü ildə Maratx dövlətinin yaradılması
ilə nəticələndi. Moğol imperatoru Sultan Övrəngzəb (1658-1707) bütün qüvvələrini
maratxlara qarşı yönəltsə də
maratxların müqavimətini qıra bilmədi.
XVIII əsrin birinci yarısında imperatorluğun daxilində separatçılıq meyilləri
gücləndi. Ayrı-ayrı canişinlər müstəqil hakimlərə çevrildilər. Benqaliya və Heydərabad
dövlətləri yarandı. Az sonra Aud knyazlığı Moğol dövlətindən ayrıldı. Moğol
imperiyasının zəifləməsindən istifadə edən Nadir şah Əfşar 1739-cu ildə Pəncabda Moğol
ordularına qalib gələrək Dehliyə daxil oldu.
Xarici təcavüzün güclənməsi
Böyük Moğol imperiyasının hakimiyyəti altında olan Hindistan qədim dövrlərdən öz zəngin sərvəti ilə
Avropa ölkələrinin diqqətini cəlb edirdi. Avropa dövlətləri Hindistanın sərvətlərinə sahib olmağa can atırdılar.
Xarici dövlətlərin maraqları Moğol imperiyasının parçalanmasını sürətləndirdi. Bu baxımdan ingilislər daha fəal
idilər. Bu dövrdə Avropa dövlətlərinin Hindistana təcavüzü gücləndi. Holland, ingilis və fransız ticarət şirkətləri
Hindistandan ucuz alınan məhsulları Avropada dəfələrlə baha qiymətə sataraq böyük gəlir əldə edirdilər. XVII əsrin
əvvəllərində ingilislər moğollardan Suratda ticarət məntəqəsi yaratmağa icazə aldılar.
Həmin əsrin sonlarında Hindistan uğranda mübarizəyə Fransa da qoşuldu və
Benqaliyada ilk istehkam - məntəqə yaratdı.
Nadir şah imperiyası dağıldıqdan sonra Əhməd şah Dürraninin başçılığı altında
müstəqil Əfqan dövləti yarandı. Əfqanlar Şimali Hindistanı - Pəncabı, Kəşmiri, Dehli və
Hind çayı arasındakı əraziləri ələ keçirdilər. Əfqan qoşunlarına qarşı duran başlıca qüvvə
maratxlar idi. Lakin 1761-ci ildə Panipat döyüşündə maratxlar əfqanlara məğlub oldular.
Beləliklə, maratxların Hindistandakı hökmranlığına son qoyuldu.
Panipat döyüşü Böyük
Moğol imperiyasının dağılmasının başlanğıcı oldu.
Sultan Övrəngzəb
Əhməd şah Dürrani
159
Cəmiyyətin müxtəlif sosial qrupları arasındakı ziddiyyətlər, feodal ara müharibələri ölkənin
qüdrətini sarsıtdı. Yeni xarici təcavüz üçün şərait yarandı. İngilislər və fransızlar Hindistana
yiyələnmək uğrunda mübarizəyə başladılar.
Hindistanın İngiltərə tərəfindən işğalının başlanması (1757)
XVIII əsrin ortalarında fransızlar və ingilislər Hindistanı zəiflətmək və öz mövqelərini gücləndirmək
məqsədilə daxili feodal müharibələrini qızışdırırdı.
Fransaya məxsus Ost-Hind kompaniyası Hindistan ərazilərinin
işğalına daha tez başlamışdı. Hindistandakı fransız mülklərinin general-qubernatoru burada öz mövqeyini
möhkəmləndirmək məqsədilə hindli əsgərlərdən ibarət sipahilər adlanan muzdlu dəstələr yaratdı. Fransızlardan
sonra ingilislərdə sipahi dəstələri yaradaraq onlara Avropa qaydasında hərbi təlim verməyə başladılar.
İngiltərənin Hindistanda əsas rəqibi Fransa idi. XVIII əsrin ortalarında ingilislərlə fransızlar arasında
Hindistanda ağalıq uğrunda mübarizə sənaye və hərbi cəhətdən üstün olan ingiltərənin üstünlüyü ilə gedirdi.
İngilislər Hindistanın istilasına onun ən zəngin və iqtisadi cəhətdən inişaf etmiş vilayətlərindən olan Benqaliyadan
başladılar.
1757-ci ildə Plessi döyüşündə ingilislər fransızların kömək etdikləri moğolları məğlub edərək
Benqaliyada möhkəmləndilər. Bundan sonra ingilislər Şimali Orissanı və Audu vassal asılılığına salaraq
Hindistanda həlledici qüvvəyə çevrildilər. İngiltərə işğaldan sonra
Hindistanın idarə olunmasını Ost-Hind şirkətinə
tapşırıldı
.
1757-ci il, Plessi döyüşü. Döyüşdə ingilislərin qənimət kimi ələ keçirdiyi top
İngilis Ost-Hind şirkəti – 1600-cü ildə ingilis tacirləri tərəfindən Şərqi Hind
adalarında ticarət məqsədilə yaradılmışdı. Sonralar şirkət Asiyada böyük bir
ticarət monopoliyası ələ keçirdi. İngiltərə sonralar Ost-Hind şirkətindən bir
vasitə kimi istifadə edərək Hindistanın böyük bir hissəsini öz hakimiyyəti altına
aldı. 1833-cü ildə İngiltərə hökuməti Hindistanda Ost-Hind şirkətinin ticarət
hüququnu ləğv etdi. Daha sonra isə qanunla şirkət ləğv edildi.
Maratx dövləti 1674-1820-ci illərdə Hindistan ərazisində mövcud olmuşdur. XVII əsrdə maratxlar
Moğol imperiyası ilə qalibiyyətli müharibə aparmış və Hindistanın böyük bir hissəsinə hakim
olmuşdular. 1761-ci ildə Panipat döyüşündə maratxlar Əhməd şah Dürraninin başçılıq etdiyi əfqan
qoşunlarına məğlub oldular. Panipat məğlubiyyətindən sonra Maratx dövləti əvvəlki qüdrətini bərpa
edə bilmədi. Beləliklə, onların Hindistandakı hökmranlığına son qoyuldu. Bundan istifadə edən
ingilislər Hindistanın bir hissəsini ələ keçirdilər.
İngilislərlə maratxlar arasında döyüş . Panipat döyüşü, 1761-ci il
160
Hindistanda Ost-Hind şirkətinin qəsbkarlıq siyasəti
XVIII əsrin ikinci yarısında Ost-Hind şirkəti Hindistanda müstəmləkə zülmünü gücləndirərək milli dövlət
quruculuğuna əngəl törədiri.
1774-cü ildə İngiltərə parlamenti işğal olunmuş Hindistan torpaqlarının idarə olunması
haqqında ilk qanun qəbul etdi. Qanuna görə baş verən çıxışlar qətiyyətlə yatırılmalı, vergilər vaxtında və
müntəzəm toplanılmalı, ölkənin işğalı başa çatdırılmalı idi.
Panipat məğlubiyyətindən sonra Maratx dövləti əvvəlki
qüdrətini bərpa edə bilmədi. Hindistanın cənubunda isə ən qüdrətli dövlət olan Maysor dövləti isə
ingilislərin
Hindistanı işğal etməsində ciddi maneə törədirdi. Ona görə də İngiltərə istilaçıları Maysoru müharibəyə cəlb etdilər.
1767-1799-cu illərdə dörd İngiltərə-Maysor müharibəsi oldu. Müharibə nəticəsində:
İngilislər güclü artilleriyası sayəsində qələbə qazandı.
Maysor dövləti istiqlaliyyətini itirdi.
Maysor dövləti istiqlaliyyətini itirdikdən sonra onun ərazisi Ost-Hind şirkəti və onun müttəfiqi olan yerli
hind knyazları arasında bölüşdürüldü.
XVIII əsrin ikinci yarısında müstəmləkə müharibələri nəticəsində
Hindistanın varlı vilayətləri və bütün cənub hissəsi İngiltərənin müstəmləkəsinə çevrildi. Bununla
Hindistanın İngiltərə tərəfindən tamamilə müstəmləkəyə çevrilməsi prosesi başa çatdı.
Çin
Çində Tsin (Mancur) sülaləsini hakimiyyətə gəlməsi
Çində yaranan gərgin vəziyyət kəndli üsyanlarının
başlanmasına səbəb oldu. 1626-cı ildə başlayan kəndli üsyanı,
demək olar ki, 20 il davam etdi. 1644-cü ildə üsyançılar Pekin
Dostları ilə paylaş: |