şəhərini tutaraq Min sülaləsinin hakimiyyətinə son qoydular.
Çini bürümüş xalq üsyanını yatıra bilməyən iri feodallar
qorxuya düşərək
1644-cü ildə
əvvəllər də Çini işğal etməyə
çalışan
macurları köməyə çağırdılar.
Mancur və Çin
feodallarının birgə səyi nəticəsində kəndli orduları məğlub
edildi.
Lakin mancurlar üsyanı yatırdıqdan sonra Çindən
getmədilər və mancurların Tsin sülaləsi Çini 250 ildən çox
(1644-1912)
öz hakimiyyəti altında saxladı.
Tsin (Mancur) sülaləsinin hakimiyyəti dövründə:
Dövlətin başında qeyri-məhdud hakimiyyətə malik
olan imperator - boqdıxan dururdu. O, «səma
oğlu» hesab edilir və ancaq sarı rəngli paltar
geyinirdi.
Ölkəni idarə etmək üçün dövlət şurası yaradılmışdı.
İmperiya əyalət, vilayət, dairə, mahal, qəza və kəndlərə
bölünmüşdü.
Əyalətlərin hər birinin ayrıca xüsusi hərbi hissələri və maliyyə
sistemi var idi.
Böyük vilayətlər qəsdən həm inzibati, həm də iqtisadi cəhətdən bir-
birindən təcrid edilmişdi.
Dövlət aparatının əsas pillələrində mancur sülaləsindən olanlar
əyləşirdi. Müsəlman çinlilər dövlət idarəçilik sisteminə yaxın
buraxılmır, onlar yalnız orduda xidmət edə bilirdilər.
ilk Mancur-Tsin
imperatoru Fulin
Fransız Ost-Hind şirkəti - 1664-cü ildə kral XIV Lüdoviqin icazəsi ilə,
Hollandiya və Britaniyanın Ost-Hind şirkəti ilə rəqabət aparmaq məqsədi ilə
yaradılmışdı. XVII-XVIII əsrlərdə şirkət Hindistanında xeyli ərazilər ələ keçirə
bilmişdi. Lakin Fransanın Hindistan üzərindəki monopoliyasının başa çatması
şirkətin ləğv edilməsi ilə nəticələnmişdi.
161
Mancur-Tsin imperiyasının «özünütəcrid» siyasəti elan etməsi (1757)
İlk Tsin imperatorlarının hakimiyyəti dövründə qonşu ölkələrlə ticarət əlaqələri genişlənmişdi. XVIII əsrin
20-ci illərində Rusiya ilə bağlanan sazişlər nəticəsində Çinin Rusiya ilə ticarət əlaqələri daha da artdı. Mancur
sülaləsi ilk vaxtlar Avropa ölkələrindən gələn tacirlərin bu ölkədə alış-veriş etməsinə şərait yaradırdı. Avropadan
Çinə hərbi sursat, gəmilərin inşası üçün lazım olan avadanlıq gətirilirdi. İngiltərədən, Niderlanddan, Fransadan Çin
limanlarına çoxlu ticarət gəmiləri gəlir və avropalılar bu limanlarda məskunlaşırdı. İmperatorun sarayında
məsləhətçi rolunu oynayan katolik missionerlər yaşayırdı. Çin bazarlarına İngiltərənin Ost-Hind şirkəti daha
uğurla daxil olurdu. 1715-ci ildə Kanton şəhərində ilk ingilis məskəni salındı.
XVIII əsrin ortalarında Mancur-Tsin sülaləsi avropalıların Çinə axınının qarşısını almaq üçün
«özünütəcrid» siyasəti yeritməyə başladı. Çinin «özünütəcrid» siyasətinə
əsasən Çinə xaricilərin gəlişini
məhdudlaşdıran aşağıdakı qərarlar qəbul edildi:
Avropalıların Çin limanlarında inşa etdikləri bütün tikililər, xristian kilsələri söküldü.
Avropalıların ölkəyə girişi qadağan olundu.
1757-ci ildə imperatorun fərmanı ilə Kantondan başqa bütün Çin limanlarında avropalıların ticarətlə
məşğul olması qadağan edildi.
Mancur hökuməti Çini « qapalı ölkə»yə çevirib
xaricilərin bura gəlişini dayandırsa da, Çini xarici
aləmdən tamamilə təcrid edə bilmədi. Avropa, Rusiya,
ABŞ tacirləri müxtəlif yollarla yenə Çinə gəlir və
ticarətlə məşğul olurdular.
Çinin «özünütəcrid» siyasəti
(
xarici aləmdən «təcrid» olunması) nəticəsində:
Mancurlar Çində öz hakimiyyətlərini
möhkəmləndirdi.
Çinin sosial-iqtisadi inkişafına ağır zərbə
vuruldu.
Mancur-Tsin imperiyasının işğalçı müharibələri
XVII əsrin əvvəllərində
Çinin iqtisadi inkişafı ləngiməyə başladı. Çinin iqtisadi inkişafının geriləməsinin
başlıca səbəbi aşağıdakı amillərlə bağlı idi:
Min sülaləsinin apardığı işğalçı müharibələr.
Amansız feodal istismar sistemi və saray çəkişmələri.
Bu dövrdə Çinin qərb əraziləri müsəlman və monqol feodallarının hakimiyyəti altında idi. Odur ki Çin
1689-cu ildə Cunqariya ilə uzunmüddətli müharibəyə (1689-1758) başladı. 1758-ci ildə monqol mənşəli Cunqar
(oryat) xanlığı işğal edildi. Uyğurların Qaşqar şəhəri də zəbt edilərək Çinə qatıldı. Daha sonra mancurlar Şərqi
Tibeti də işğal etdilər. Tabe edilmiş ərazilərdə Mancur-Tsin imperatorları hərbi məskənlər yaradır, çinli hərbçilərə
torpaq sahələri ayırırdı. Bu torpaqlar ölkənin, əsasən, sərhəd hissələrində və işğal edilmiş ərazilərdə yerləşirdi.
XVIII əsrin sonlarında mancur qoşunları Hind-Çinə yürüşlər etdi. Çin orduları həlledici qələbələr əldə
etməsə də, Birma, Vyetnam, Butan və Nepal mancurlardan asılılığı qəbul etməli oldu. Koreya Çinə tabe edildi.
Beləliklə, aparılan işğalçı müharibələr nəticəsində geniş ərazilər Çindən asılı vəziyyətə düşdü.
Sosial-iqtisadi vəziyyət və kənd təsərrüfatı
Mancurlar Tayvanı tabe etməklə bütün Çində öz hakimiyyətlərini qurdular. Çinin vahid dövlət halında
birləşdirilməsi feodal-istehsal münasibətlərini daha da möhkəmləndirdi.
XVII əsrin ikinci yarısı – XVIII əsrdə
Mancurlar ələ keçirdikləri torpaqlarda kəndlilərin narazılığını zəiflətmək və istehsalın artmasına kömək etmək
məqsədi ilə
Çində yeni vergi sistemi tətbiq etdilər. Yeni vergi sisteminə əsasən vergilər 30-50% aşağı salındı.
Mancur sülaləsi ölkədə dayaqlarını möhkəmləndirdikdən sonra isə aşağıdakı tədbirləri həyata keçirdilər:
Vergi və mükəlləfiyyətlər artırıldı.
Azad kəndlilər təhkimli halına salındı.
Kəndlərdə inzibati-polis sistemi quruldu.
On həyətdən ibarət təhkimli icmalar yaradıldı.
Əvvəlki sülalələrin hakimiyyəti dövründə olduğu kimi, yenə də İmperator və onun ailəsi əsas torpaq
mülkiyyətçisi olaraq qaldı. Mancuriyadakı torpaqlar yalnız hakim sülaləyə məxsus idi. Çinlilər Mancuriyada torpaq
sahibi ola və oraya köçə bilməzdi. Hərbçilərə verilən torpaqlar irsən keçirdi. Lakin bu torpaqları satmaq olmazdı.
Məbəd və məktəblərə məxsus torpaqlar, meşələr, dağlar, qamışlıqlar və s. dövlət torpaqlarına daxil idi.
İngiltərənin Ost-Hind şirkəti Kanton limanında
162
XVII-XVIII əsrlərdə Çində natural təsərrüfat şəraitində yeni istehsal münasibətləri yaranırdı. Kəndlilər
əvvəlki kimi torpaq vergisi ödəyir, müxtəlif mükəlləfiyyətlər daşıyırdılar. Duz, çay, içki və s. istehsalına görə əlavə
vergilər nəzərdə tutulurdu. Torpağı icarəyə götürən kəndlilər becərdikləri məhsulun yarısını icarədara verirdilər.
XVIII əsrin sonlarında döyüşçü kəndlilərə verilən torpaqlar iri feodallar tərəfindən müxtəlif yollarla ələ
keçirildi.
Çində torpaq mülkiyyət formaları
Şəhərlər və ticarət
Mancur hücumları nəticəsində ciddi ziyan çəkən şəhərlər qısa vaxt ərzində bərpa edildi. Şəhərlər sənətkarlıq
və ticarət mərkəzləri olmaqla yanaşı, həm də mancurların dayaq nöqtələri, inzibati mərkəzləri sayılırdı. İri
şəhərlərdə qarnizon, polis qüvvələri yerləşdirilmişdi. Yeni dövrdə Nankin, Uçan, Kanton, Pekin nəhəng sənaye və
ticarət mərkəzləri olmuşdu. Şəhərlərin əksəriyyətində ipəkçilik, çini qablar istehsal edən dövlətə və xüsusi şəxslərə
məxsus manufakturalar fəaliyyət göstərirdi. Mədən sənayesi məhsulları, çay, duz, gön-dəri istehsalı artmışdı. Duz,
çay, metal istehsalı dövlət inhisarında idi.
Bəhs olunan dövrdə Çin bazarı ölkənin birləşdirilməsi və yeni ərazilərin tabe edilməsi nəticəsində
genişləndi, həmçinin daxili və xarici ticarət yüksəldi.
Mancur və feodal zülmünə qarşı mübarizə
XVIII əsrin əvvəllərində Çində kəndlilər və sənətkarlara aid qanunlar qəbul olundu. Bu qanunlara əsasən:
Kəndlilər bütün hüquqlardan məhrum oldular.
Sahibkarın icazəsi olmadan kəndli heç bir iş görə bilməzdi.
Kəndlilərə aid vergi və mükəlləfiyyətlər artırıldı.
Kəndlilərin iş rejimi ağırlaşdı.
Sənətkarlar daha çox vergi ödəməli, şəhər rəhbərliyinin bütün tələblərini yerinə yetirməli idilər.
Bu dövrdə mancur ağaları və Çin feodalları ilə kəndlilər arasında münasibətlər əhalinin, xüsusilə kəndlilərin
var- yoxdan çıxması etirazlara səbəb olurdu.
Çində Mancur hakimiyyətini devirmək məqsədilə gizli dini təşkilat və cəmiyyətlər yaradılmışdı. Mancurlar
şamançılıq dininə sitayiş edirdilər. Çin əhalisi isə konfutsiçilik, buddist, daosizm, islam dinlərinə sitayiş edirdi.
XVII-XVIII əsrlərdə Tsin sülaləsinin işğalçı müharibələri, onların əhaliyə qarşı apardığı şovinist siyasət,
ağır vergi sistemi, aclıq ölkənin müxtəlif ərazilərində mancur və feodal zülmünə qarşı Çində xal üsyanlara səbəb
oldu. Lakin Mancur-Tsin sülaləsinin dayaqlarını sarsıdan bütün üsyanlar amansızlıqla yatırıldı. Üsyanların
məğlubolma səbəbləri aşağıdakı amillərlə bağlı idi:
Üsyanların mütəşəkkil qüvvə olunmaması.
Üsyançılar arasında birliyin olmaması.
Üsyançıların zəif silahlanması.
Mülk (xüsusi) torpaqları
Sülalə torpaqları
Dövlət torpaqları
Döyüşçü kəndlilərə verilən torpaqlar
Çin
Hərbi məskənlərə aid torpaqlar
163
Yaponiya
Yapon adaları yapon xalqının mədəniyyətinin yarandığı və inkişaf etdiyi ərazilər olmuşdur. Şərqi Asiyanın
müxtəlif bölgələrindən və Sakit okeanın cənub hissəsindəki adalardan insanlar Yaponiya adalarına köçdükdən
sonra erkən orta əsrlərdə yapon qəbilə icması yarandı. Yapon xalqı da əksər slavyan və alman tayfaları kimi ibtidai
icma quruluşundan birbaşa feodalizmə keçdi.
Yaponiyanın siyasi cəhətdən birləşdirilməsi
Yeni dövrün astanasında Yaponiya faktiki olaraq bir sıra iri müstəqil
knyazlıqlara parçalanmışdı. Bu dövr «döyüşən vilayətlər» dövrü kimi tarixə daxil
olmuşdur. XVI əsrin sonlarında qüdrətli knyaz Oda Nobunaqa ölkədə
mərkəzləşdirmə siyasəti yeridirdi. 1582-ci ildə Oda Nobunaqa vasalları tərəfindən
öldürüldükdən sonra onun yaxın köməkçisi Xideyoşi mərkəzləşdirmə siyasətini davam
etdirdi. Lakin Xideyoşinin Koreyanı ələ keçirmək təşəbbüsü uğursuz oldu.
1603-cü ildə Yaponiyada imperatorun sərəncamı ilə Tokuqava İyeyasu özünü
syoqun elan etdi. Tokuqava İyeyasunun özünü syoqun elan etməsi ilə:
Yaponiyanı siyasi cəhətdən birləşdirmək uğrunda 30 illik mübarizə
uğurla başa çatdırıldı.
Tokuqava İyeyasunun əsasını qoyduğu Yaponiyada üçüncü syoqun
sülaləsi - Tokuqava sülaləsinin (1603-1867) hakimiyyəti başladı.
Tokuqava ailəsinin dayağı olan Edo şəhəri dövlətin paytaxtı oldu.
Beləliklə, Nobuqanın başlatdığı və Xideyoşinin davam etdirdiyi mərkəzləşdirmə
siyasətini İyeyasu başa çatdırdı. Lakin Avropanın bir sıra ölkələrindən fərqli olaraq,
Yaponiyanın feodal knyazlara bölgüsü ləğv edilmədi və yarımmüstəqil vəziyyətdə qalan
knyazlıqlar inzibati-siyasi quruluşun əsası kimi qorunub saxlanıldı.
Tokuqava sülaləsinin feodal-mütləqiyyət rejimi
Ara müharibələrinin dayandırılması ölkədə təsərrüfatın canlanmasına, mədəniyyətin yüksəlişinə kömək etdi.
Tokuqavanın iqtisadi qüdrəti ona məxsus əkin sahələrinin ölçüsü və onlardan əldə edilən gəlirlə müəyyən olunurdu.
Tokuqava sülaləsindən olan ilk üç syoqun özünün iqtisadi qüdrətinə arxalanaraq ölkədə mütləqiyyət
diktaturası yaratdılar. Tokuqava mütləqiyyətinin hərbi dayaqlarını samuraylar təşkil edirdi. Tokuqava hakimləri
siyasi
rejimin hərbi dayağını qorumaq və iri knyazları itaətdə saxlamaq üçün aşağıdakı tədbirləri həyata keçirdilər:
Samuraylara ticarət və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağan edildi.
Narazı feodalların torpaqları müsadirə edildi.
İtaət etməyən feodallar digər bölgələrə köçürüldü.
1635-ci ildən etibarən girovluq sistemi tətbiq olundu.
Girovluq sisteminə əsasən knyazlar il ərzində dövri olaraq hökmən paytaxt Edoya baş çəkməli, onlar
paytaxtda olmadıqları müddətdə ailələri girov kimi orada qalmalı idi.
Tokuqavanın yaratdığı siyasi sistem özünəməxsusluğu ilə fərqlənirdi. Belə ki ölkədə nominal olaraq syoqun
və imperatorun ikihakimiyyətliliyi mövcud idi. Bununla belə faktiki olaraq ölkəni syoqun idarə etsə də hüquqi
cəhətdən dövlətin başçısı imperator hesab olunurdu.
Tokuqava iyeyasu
(1603-1605)
Samuray
1603-cü ildə Tokuqava sülailəsinin hakimiyyətə gəlməsindən sonra paytaxt Edo şəhəri
oldu. Bundan sonra əvvəllər kimsənin adını belə bilmədiyi kiçik bir balıqçı kəndi nəinki
dünyanın ən böyük şəhərlərindən birinə çevrildi, hətta əhalisinin sayına görə hətta Paris və
London şəhərlərini ötüb keçdi. Yarandığı vaxtdan etibarən bir çox təbii fəlakətlərlə qarşı
qarşıya dayanmış şəhər vulkanik fəlakətlər, müharibələr və sunamilər nəticəsində bir neçə
dəfə dağıldı. Bütün bunlara baxmayaraq 1868-ci ilədək Edo şəhəri
Tokuqava sülaləsinin
dayağı və Yaponiyanın paytaxt şəhəri olaraq qaldı.
164
Tokuqova sülaləsinin xarici siyasəti
Tokuqava hökuməti 1604-cü ildə ipək xammalın və hazır ipək məmulatların xarici tacirlərdən satın
alınmasına başladı. Əldə edilən gəlir hökumət və tacirlər arasında bölüşdürülürdü. Bunlarla yanaşı, hökumət xarici
ticarət əməliyyatlarının yapon və xarici gəmilər tərəfindən aparılması üçün xüsusi lisenziyalar verilməsini davam
etdirirdi. Bu dövrdə Hollandiya və Ost-Hind kompaniyası müntəzəm olaraq öz gəmilərini Yaponiyanın Kyüsyü
limanlarına göndərməyə başladı. Elə həmin vaxt yapon-holland ticarət müqaviləsi imzalandı. Müqaviləyə əsasən
Xirado adası hollandların dayaq məntəqəsi oldu. 1613-cü ildə Xirado adasında ingilis faktoriyasının əsası qoyuldu
və ingilis Ost-Hind kompaniyasına ticarət aparmaq imtiyazı verildi.
XVII əsrin birinci yarısında Yaponiyanın Cənub-Şərqi Asiya ölkələri ilə xarici ticarət əlaqələri genişləndi.
Yaponiyanın Avropa və Cənub-Şərqi Asiya ölkələri ilə xarici ticarət əlaqələrinin genişlənməsi natural vergidən
pul vergisinə keçilməsinə kömək etdi.
Yaponiyanın «özünütəcrid» siyasətinə başlaması
XVI əsrin ortalarında avropalılar Yaponiyaya gəlməyə başladılar. Avropalıların Yaponiyaya nüfuz
etməsinin ən mühüm nəticəsi odlu silahın yayılması və onun ölkə daxilində istehsalının başlanması oldu. Avropalı
tacirlərin ardınca Yaponiyaya katolik keşişlər və yezuit missionerləri də gəldi. Yeni etiqadı qəbul edənlərin
əksəriyyəti ölkənin cənub-qərb hissəsində yaşayan və xristianlığın bərabərləşdirici ideyalarında təsəlli axtaran
yoxsul kəndlilər idi. Tokuqava xristianlığı budda məbədi və konfutsi ideologiyası üçün qorxu, onun bərabərləşdirici
ideyasını isə mövcud sosial-iqtisadi quruluş üçün təhlükə sayırdı. Yeni dini qəbul edən yaponların sayının artması
xristianlar əleyhinə təqiblərin artmasına səbəb oldu. Odur ki, 1614-cü ilin yanvarında xristianlığı «imperiyanın
düşməni» elan edən qanun qəbul edildi. Hökumətin təqibləri nəticəsində on minlərlə xristianlığı qəbul etmiş
yaponiyalı öldürüldü. Həyata keçirilən antixristian siyasəti Yaponiyanın Avropa ölkələri ilə xarici ticarət əlaqələrini
zəiflətdi. Bu xətt tezliklə xaricilər əleyhinə siyasətə çevrildi. 1623-1624-cü illərdə ingilislər, ispanlar və
portuqaliyalılar ölkə hüdudlarını tərk etməyə məcbur oldular. Beləliklə, Avropa müstəmləkəçiləri Yaponiyadan
qovuldular və ölkə xarici aləmdən təcrid olundu. Tokuqava sülaləsi
«özünütəcrid »
siyasətinin köməyi ilə
Yaponiyanı siyasi cəhətdən birləşdirmək niyyətində idi.
Avropalılardan yalnız hollandlar ölkədən qovulmadılar. Onlar Yaponiyada üsyanın yatırılmasına kömək
etdikləri üçün Desima adasında öz faktoriyalarını saxladılar. Yaponiyanın təcrid edildiyi bütün dövr ərzində
Desima Avropaya yeganə açıq «pəncərə» rolunu oynadı.
Yaponiyanın
« özünütəcrid»
siyasəti feodal münasibətlərinin sabitləşməsinə kömək etsə də, ölkənin
iqtisadi inkişafını ləngitdi. Beləliklə, Yaponiya formalaşmaqda olan dünya bazarından süni surətdə kənarda
saxlanıldı.
XVII əsrdə Yaponiyada feodal qəsri. Tokuqavanın xristianlara qarşı cəza tədbirləri
İqtisadi tənəzzülün başlanması. Sunayoşi və
Yoşimunenin islahatları
XVIII əsrin əvvəllərində Yaponiyada iqtisadi tənəzzül və ölkənin gələcək
inkişafını ləngidən feodal münasibətlərinin dağılması özünü büruzə verdi.
İqtisadiyyatın tənəzzülünün göstəricilərindən biri dövlətin maliyyə sisteminin
böhranı idi. Syoqun Sunayoşi (1680-1709) maliyyə çətinliklərini aradan
qaldırmaq məqsədilə islahatlar həyata keçirdi. Sunayoşi
nin islahatlarına
əsasən
yeni pullar kəsilməyə və onun tərkibindəki qızılın miqdarı azaldılmağa başlandı.
Metal pulların qiymətdən düşməsi pul sisteminin pozulmasına səbəb oldu. Lakin
Sunayoşi
nin islahatları nəticəsində
düyü və digər ərzaq məhsullarının qiyməti
kəskin dəyişdiyi üçün əhalinin vəziyyəti pisləşdi.
Sunayoşi (1680-1709)
165
Yeni dövrdə mərkəzi Osaka şəhəri olan ümumyapon bazarı yarandı. Bütöv
rayonların ixtisaslaşması baş verir, kapitalist istehsal üsulunun meydana çıxması
üçün şərait yaranırdı. Bu dövrdə Yaponiyada kapitalist manufakturaları ipəkçilik,
pambıq parça və çaxır çəkmə istehsalında yaranırdı.
Syoqun Yoşimunenin (1716-1745) dövründə feodalizm quruluşunun
tənəzzülünün qarşısını almaq və samurayların nüfuzunu möhkəmləndirmək
məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirildi:
Kəndlilərin torpaq paylarının alqı-satqısı rəsmən qadağan edildi.
Syoqun sarayında və feodal knyazlar arasında israfçılıq əleyhinə
mübarizə aparıldı.
Qəbul edilən qanunlar feodalizm quruluşunun və mütləqiyyət rejiminin
möhkəmləndirilməsini təmin etdi.
Tokuqava sülailəsinin islahatları
İslahatlar
Sunayoşinin islahatları
Yoşimunenin islahatları
Məsədi
Maliyyə çətinliklərini aradan qaldırmaq
Feodalizmin tənəzzülünün qarşısını almaq və
samurayların nüfuzunu möhkəmləndirmək
Mahiyyəti
Yeni pullar kəsildi və onun tərkibindəki
qızılın miqdarı azaldıldı.
Kəndlilərin torpaq paylarının alqı-satqısı
qadağan edildi. Sarayda və knyazlar arasında
israfçılıq əleyhinə mübarizə aparıldı.
Nəticəsi
Düyü və digər malların qiyməti kəskin
dəyişdi, əhalinin vəziyyəti pisləşdi.
Feodalizm quruluşunun və mütləqiyyət
rejiminin möhkəmləndirilməsi təmin etdildi
Yoşimune (1716-1745)
|